Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2014/2022 29.12.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Mahmudov İlham Ağa oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi–Bakı şəhər 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Mustafa oğlunun iştirakları ilə xx.xx.1989-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Keçid 01 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış və barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 03 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda olmaqla külli miqdar təşkil edən 01 ədəd bükümdə narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2022-ci il tarixdə, saat 00:10-da Xəzər rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində yerləşən «Türkan» marketin yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə gətirilmiş və orada müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış, baxış və götürmə aparılarkən əynindəki qara rəngli parça şalvarın sol cibindən 01 ədəd bükümdə, siqaretin qara rəngli kağızına bükülmüş, şəxsi istehlak miqdarından artıq miqdarda olmaqla təmiz çəkisi-2,235 qram, yəni külli miqdar təşkil edən, Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş, Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin İ Siyahısına daxil edilən, qəhvəyi rəngli, tozşəkilli maddə halında olan və kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 12 avqust 2022-ci il tarixdən 13 avqust 2022-ci il tarixə keçən gecə “Az samand” markalı avtomobili ilə Türkan qəsəbəsindən Hovsan qəsəbəsi istiqamətinə gedərkən Post Patrul Xidməti Bölüyünün əməkdaşları onu saxlamış və onu Xəzər rayon Polis İdarəsinə aparmışlar. Polis idarəsində onu döyüb onların verdiyi bir büküm narkotik vasitəni öz üzərinə götürməsini demişlər. Onun üzərində həmin vaxt heçnə olmamışdır. O, ona olunan təzyiqlərə tab gətirməyib çarəsizcə razılaşıb həmin narkotik vasitəni üzərinə götürmüşdür. Həmin şəxsi axtarış videoçəkiliş vasitəsilə aparılmışdır. O, polis əməkdaşlarının təzyiqi ilə çəkiliş zamanı cibindən bir büküm narkotik vasitəni çıxarıb guya ona məxsus olduğunu bildirmişdir. Həmin narkotik vasitə ona məxsus olmamışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ilkin ifadəsində göstərmişdir ki, təxminən 2-3 il müddətdir ki, narkotik vasitə olan heroin qəbul edir. Öz istifadəsi üçün narkotik vasitə olan heroini əsasən Bakı şəhərinin müxtəlif yerlərindən üzdən tanıdığı, adını bilmədiyi şəxslərdən alır. Sonuncu dəfə 12 avqust 2022-ci il tarixdə səhər saatlarında narkotik vasitə olan heroini Suraxanı rayon Hövsan qəsəbəsi ərazisində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən alıb yaşadığı evə gəlmişdir. 13 avqust 2022ci il tarixdə saat təxminən 00:00 radələrində yaşadığı Türkan qəsəbəsində yerləşən Türkan marketin yaxınlığında olan zaman 2 nəfər polis formasında olan şəxslər ona yaxınlaşmışlar və ondan şəxsiyyətini təsdiq edən sənədi istəmişlər. Həmin vaxt o, narkotik maddə qəbul etdiyi üçün onlara qeyri-adekvat cavab vermiş və onlar da onun narkotik vastə qəbul etməyindən şübhələnərək onu Polis Şöbəsinə dəvət etmişlər. O da onlarla razılaşıb polis maşınına əyləşmişdir. Həmin vaxt onun şalvarının cibində siqaretin qara rəngli kağızına bükülmüş narkotik vasitə olan heroin olmuşdur. Polis əməkdaşları ona bildirmişlər ki, o, narkotik vasitələrin istifadəsində şübhəli bilinir və onu Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə dəvət etmişlər. O, etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin inzibati binasına getmişlər. Orada polis əməkdaşları ona bildirmişlər ki, o narkotik vasitələrin qəbulunda, gəzdirilməsində və saxlanılmasında şübhəli bilindiyi üçün polis şöbəsinə gətirilmişdir və bundan sonra onu Xəzər rayon Polis İdarəsinin 1-ci X4 Qrupuna təhvil vermişlər. Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin inzibati binasında xidməti otaqda polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirmişlər. Üzərinə şəxsi axtarış keçirməzdən əvvəl ona üzərində hər hansı bir qadağan olunmuş əşya və maddə olubolmadığını soruşmuşlar və o əynində olan qara rəngli parça şalvarın sol cibində olan və siqaretin qara rəngli kağızına bükülmüş narkotik vasitə olan heroini təqdim etmişdir. Bundan sonra polis əməkdaşları onun üzərinə şəxsi axtarışı davam etdirmişlər, lakin axtarış nəticəsində üzərindən və paltarından heç bir qeyri-qanuni əşya və maddə aşkar edilməmişdir. Bundan sonra üzərindən aşkar olunmuş narkotik vasitə qablaşdırılmış və üzəri imzalanıb möhürlənərək götürülmüşdür. O da həmin zərfin üzərini imzalamışdır. Polis əməkdaşları üzərinə şəxsi axtarış keçirilməsinə dair protokol tərtib etmişlər. Tərtib olunmuş protokol ucadan oxunmuş və düzgün yazıldığı üçün onun tərəfindən də imzalanmışdır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və digər protokollarla tam öz təsdiqini tapmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xəzər rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün polis nəfəri vəzifəsində işləyir. 13 avqust 2022-ci il tarixdə saat 00:10-da iş yoldaşı, Şahid2 ilə Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində xidmət aparan zaman Türkan marketin yaxınlığında Sair Mayılov özünü həyəcanlı apardığı üçün onlar ona yaxınlaşmış və ərazidə baş vermiş çoxsaylı oğurluq hadisələri ilə əlaqədar onunla sorğu aparan zaman o suallara şübhəli cavablar verərək sanki yayınmağa çalışmışdır. Sorğu-sual əsasında onlar həmin şəxsin narkotik vasitələrin təsiri altında olduğunu hiss etmişlər. Bundan sonra Samir dərhal tərəflərindən saxlanılaraq Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə gətirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı əvvəlcə Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində hər-hansı bir qeyri-qanuni əşya varsa könüllü olaraq təqdim etsin. Təhqiqatçının bu təklifindən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli parça şalvarın sol yan cibindən 01 ədəd siqaretin qara rəngli kağızına bükülmüş bükümü çıxarıb xidməti otaqdakı masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisinə təhqiqatçı tərəfindən əyani baxış keçirilmişdir. Baxış zamanı bükümün içərisində narkotik vasitə hesab olunan heroinə bənzər kütlə aşkar edilmişdir. Bu barədə Təqsirləndirilən şəxs sual verilərkən o, həmin bükümün içərisində narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitəni Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün alıb üzərində gəzdirdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xəzər rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün polis nəfəri, polis serjantı Şahid2 da Şahid1 ifadəsinə oxşar ifadə verərək, onun dediklərini bir daha öz ifadəsi ilə təsdiqləmişdir. İş üzrə şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində hər-hansı bir qeyri-qanuni əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki qara rəngli parça şalvarın sol yan cibindən 01 ədəd siqaretin qara rəngli kağızına bükülmüş bükümü çıxarıb xidməti otaqdakı masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisinə təhqiqatçı tərəfindən əyani baxış keçirilmiş və baxış zamanı bükümün içərisində narkotik vasitə hesab olunan heroinə bənzər kütlə aşkar edilmişdir. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtanş davam etdirilmiş, lakin üzərindən qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. İş üzrə tərtib edilmiş diskə baxış protokolundan görünür ki, diskin içərisində 02 dəqiqə 51 saniyədən ibarət videogörüntü mövcuddur. Belə ki, videogörüntünün birinci saniyəsindən etibarən Xəzər rayon Polis İdarəsinin 1-ci X4çısının sorğu sualı əsasında şübhəli şəxs Təqsirləndirilən şəxs özünü təqdim edir və özü barəsində iştirakçılara məlumat verir. Videogörüntünün 01:01-ci saniyəsindən etibarən təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində hər-hansı bir qeyri-qanuni əşya və ya predmet olubolmamasını, əgər varsa könüllü təqdim etməsini təklif edir. Məhkəmə isintaqı zamanı tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 13 avqust 2022-ci il tarixli 6/4307 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Şübhəli şəxs-Təqsirləndirilən şəxs-imza, müdafiəçi-imza, Qablaşdırıldı: X.Yolçuyev-imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 ədəd bükümdəki təmiz çəkisi-2,235 qram olan qəhvəyi rəngli, tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən heroin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxildir. Məhkəmə isintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 5217 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Təqsirləndirilən şəxs 29 oktyabr 2022-ci il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə yenidən ittiham elan edilərkən o, polis əməkdaşları tərəfindən saxlanılan zaman "Az samand” markalı avtomobili idarə etdiyini, polislərin onu maşından düşürüb zorla və təzyiq göstərərək xidməti avtomobilə əyləşdirib şöbəyə gətirdiyini, həmçinin Azsamand markalı avtomobilin də polis əməkdaşları tərəfindən şöbəyə gətirildiyini, şöbədə olarkən isə ilk əvvəl onu saxlayan Post Patrul Xidməti Bölüyünün əməkdaşları, daha sonra isə şöbə əməkdaşları tərəfindən döyüldüyünü, üzərindən aşkar olunmuş narkotik vasitənin əslində özünə məxsus olmadığını, polis əməkdaşları tərəfindən qəsdən üzərinə qoyulduğunu və təzyiq altında olduğuna görə məcbur olub özünə məxsus olduğunu dediyini, bu səbəbdən də ona elan edilmiş ittihamla razı olmadığını bildirməkdə yalnız məsuliyyətdən yaxa qurtarmaq məqsədi güdmüşdür. Beləliklə, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, üzərinə baxış protokolu, istintaq zamanı vermiş olduğu ilkin ifadəsi və ekspertiza rəyləri ilə tam təsdiqini tapmışdır. Məhkəmə əməlin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsindən daxil olmuş tələbnamədən, həmçinin Nərimanov Rayon Məhkəməsinin 28 iyul 2020- ci il tarixli, l(005)- 183/2020 nömrəli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir, Bakı şəhər Xəzər rayon məhkəməsinin 16 iyul 2021-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti olaraq cəzadan azad olunmuşdur. Qüvvədə olan Cinayət Məcəllənin 83.3-cü maddəsinə əsasən az ağır cinayə törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən 02 il keçdikdə, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardığı gündən 06 il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Yuxarıda göstərilənlərə əsasən məhkəmədə müəyyən olundu ki, Təqsirləndirilən şəxs üzərində çəkilməmiş cəza qalmamış, lakin, məhkumluğu ödənilməmişdir. Belə olan halda, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və o, əvvəllər qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi üçün əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən cinayətin residivi yaranır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.5, 65.2-ci maddələrinin tələblərinə əsasən cinayətlərin residivinə görə daha sərt cəza təyin edilir, yəni ona təqsirli bilindiyi maddənin sanksiyasının son həddinin yarısından aşağı cəza təyin edilə bilməz. Ona görə məhkəmə, cəza təyini zamanı bu halları, həmçinin onun törətdiyi cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin edilmiş cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi onun cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs qeydiyyatda olduğu və yaşayış yeri üzrə müsbət xarakterizə olunması və anasının xəstə olması onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 13 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Odur ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu 13 avqust 2022-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut olan və Bakı şəhər Xəzər rayon Polis İdarəsində saxlanılan, qalıq çəkisi 2,185 qram heroin məhv edilməlidir. İş üzrə 92 (doxsan iki) manat ekspertiza xərcləri Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 13 avqust 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək, ona narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut olan və Bakı şəhər Xəzər rayon Polis İdarəsində saxlanılan, qalıq çəkisi 2,185 qram heroin məhv edilsin. İş üzrə 92 (doxsan iki) manat ekspertiza xərcləri Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-2014/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2014/2022
29.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver