Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2016/2022 16.12.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X1 Məcidov, Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Kazımov Məhəmməd Arif oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 18 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs- (xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Nəsimi rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 07 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu olan, Bakı şəhəri Qaradağ rayonu Qızıldaş qəsəbəsi 8 saylı Peşə litseyinin yataqxanasında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 2,426 qram çəkidə narkotik vasitə heroini və 0,990 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, xx.xx.2022-ci il tarixdə saat 17:35-də ünvan 1 ünvanının qarşısında olan zaman özünü şübhəli apardığından Nəsimi rayon polis idarəsinin 21-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinin inzibati binasına gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əlindəki “Prada Milano” yazısı olan qara rəngli pul kisəsinin içərisindən 07 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,207 qram, 0,422 qram, 0,410 qram, 0,386 qram, 0,331 qram, 0,251 qram, 0,419 qram olmaqla ümumi təmiz çəkisi 2,426 qram təşkil edən həmin narkotik vasitə heroin və 03 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,270 qram, 0,361 qram, 0,359 qram olmaqla ümumi təmiz çəkisi 0,990 qram təşkil edən həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, “Ümid” internat evində böyümüşdür. xx.xx.2022ci il tarixdə əvvəlki məhkumluğu ilə bağlı probasiya idarəsinə getmək üçün internat uşaqlarından birindən 2-3 manat yo0l pulu almağa getmişdir. Həmin vaxt təxminən saat 17:35 radələrində əvvəllər yaşadığı ünvan 3 ünvanın qarşısından keçərkən blokda qara rəngli qırmızı xətli “PRADA MİLANO” yazılı içərisində nə olduğunu bilmədiyi pul kisəsinə rast gəlmiş, həmin pul kisəsini götürüb içinə baxmaq istəyəndə 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq onu saxlamışlar. Daha sonra blokda telefonla onun şəklini çəkmişlər və polis çağırıb onu polis işçilərinə təhvil vermişlər. Bundan sonra polis işçiləri onu Nəsimi RPİ-nin 21-ci PB-nin inzibati binasına aparmışlar. Xidməti otaqlardan birində ona müdafiəçi təyin edilmiş və qara rəngli qırmızı xətli “PRADA MİLANO” yazılı pul kisəsinə baxış keçirilmişdir. Pul kisəsinin içərisindən sellofana bükülmüş heroin və metamfetamin aşkar edilmişdir. Onun üzərindən əlavə hər hansı bir əşya aşkar edilməmişdir. Bundan başqa o, pul kisəsinin içində həqiqətən narkotik vasitə olduğunu, ancaq həmin narkotik vasitənin kimə məxsus olduğunu bilmədiyini, polis işçiləri tərəfindən ona qarşı hər hansı təsir gösrərilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuşdur. O, həmin ifadəsində özünü Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, o, heç bir ruhi-əsəb dispanerində qeydiyyatda deyildir. xx.xx.2022-ci il tarixdə saat 17:35 radələrində yaşadığı ünvan 3 ünvanın qarşısında olarkən kənardan 2 nəfər şəxslə ona doğru yaxınlaşmışdırlar. Həmin şəxslər özlərini təqdim edərək polis olduqlarını bildirdilər və onun özünü narkotik vasitənin təsiri altında şübhəli apardığını bildirib onu polis bölməsinə dəvət etmişdirlər. Polis bölməsinə dəvət etdikləri zaman onun sol əlində yerdən tapdığı qara rəngli qırmızı xətli pul kisəsinə oxşatdığı qab olmuşdur. Nəsimi RPİ-nin 21-ci PB-nin inzibati binasında xidməti otaqlardan birində ona müdafiəçi təyin edilmiş və üzərinə baxış keçirilməsi üçün mütəxəssis dəvət edilmişdir. Ondan üstündə, paltarında, paltarlarının ciblərində və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. O sol əlindəki qara rəngli qırmızı xətli “PRADA MİLANO” yazılı pul kisəsinə oxşar içərisində 03 ədəd şəffaf sellofana bükülmüş ağ rəngli kristal şəkilli maddə və 07 ədəd şəffaf sellofana bükülmüş qəhvəyi rəngli tozşəkilli spesifik iyə malik maddələr olan qabı masanın üzərinə qoymuş və onun üzərindən əlavə hansısa bir əşya aşkar edilməmişdir. Bundan sonra həmin maddələrin ekspertiza tədqiqatına göndəriləcəyi barədə ona məlumat verilmişdir. Təhqiqatçı zərfi açıb içərisinin boş olduğunu iştirakçılara göstərmişdir və həmin bükümləri zərfin içərisinə qoyaraq zərfi 189 nömrəli zərflər üçün möhürlə möhürləyərək qablaşdırmışdır. Hər bir iştirakçı tərəfindən zərfin üzəri imzalanmışdır. Ondan həmin maddələri haradan əldə etdiyi soruşulduqda o, cavab olaraq həmin maddələri xx.xx.2022-ci il tarixdə Sovetski adlanan ərazidə yerdən tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadəsini oxumadan imza etdiyini, məhkəmədə verdiyi ifadəsinin doğru olduğunu bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Nəsimi RPİ-nin 21-ci PB-nin sahə inspektoru Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 17:35 radələrində ünvan 3 ünvanda yəni Nəsimi RPİ-nin 21-ci PB-nin inzibati ərazisində Nəsimi RPİ-nin 21-ci PBnin kiçik əməliyyat müvəkkili, polis baş serjantı Şahid2la birlikdə xidmətdə olan zaman həmin ünvanın qarşısında bir nəfər şəxsin özünü şübhəli apardığını görüb həmin şəxsə yaxınlaşmışlar. Həmin şəxs özünü Anar kimi təqdim etmişdir. Onlar Anar adlı şəxsə özlərini təqdim etmiş və üzərində qanunla qadağan olunmuş hər hansı əşya olub olmadığını soruşmuşdurlar. Daha sonra isə həmin şəxsə qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması, istifadə etməsi və üzərində gəzdirməsi ilə bağlı şübhəli olduğunu bildirib üzərinə baxış keçirilməsi məqsədilə Nəsimi RPİ-nin 21-ci PB-yə dəvət etmişdirlər. Şəxsiyyəti sonradan onlara məlum olan, xx.xx.1991-ci il tarixdə Bakı şəhərində doğulmuş, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olan, ünvan 5 ünvanında pasport qeydiyyatında olmaqla ünvan 6vanında yaşayan vətəndaş Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin 21-ci PB-nin inzibati binasındakı xidməti otaqların birində Nəsimi RPİ-nin 21-ci PB-nin təhqiqatçısı, polis mayoru Ağakişi Surxayev tərəfindən müdafiəçi təyin edilmiş və həmin şəxsin üzərinə baxışın keçirilməsi və şəxsi axtarışın aparılmasını video qeydiyyata almaq üçün mütəxəssis dəvət edilmişdir. Onun, Nəsimi RPİ-nin 21-ci PB-nin kiçik əməliyyat müvəkkili, polis baş serjantı Şahid2, Nəsimi RPİ-nin 21-ci PB-nin təhqiqatçısı, polis mayoru Ağakişi Surxayevin və video qeydiyyata almaq üçün çağırılmış mütəxəssisin iştirakı ilə vətəndaş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilməyə başlanılmışdır. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Vətəndaş Təqsirləndirilən şəxs sol əlində qara rəngli qırmızı xəttli üzərində “PRADA Milano” yazılı pul kisəsinə oxşar içərisində 03 ədəd şəffaf sellofana bükülmüş ağ rəngli kristallik maddə və 07 ədəd şəffaf sellofana bükülmüş qəhvəyi rəngli tozşəkilli spesifik iyə malik maddələr olan qabı masanın üzərinə qoymuşdur. Bütün bunlardan sonra Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması barədə soruşduqda, həmin şəxs üzərində hər hansı bir əşyanın olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır: ilk öncə əynində olan şalvarının yan və arxa ciblərinə baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələrin narkotik vasitə “heroin” və psixotrop maddə “metamfetamin”olmasını bildirmiş və həmin bükülüləri Bakı şəhəri, Nəsimi rayonu, Sovetski adlanan ərazidə yerdən tapdığını bildirmişdir. Daha sonra aşkar olunmuş bükümlər təhqiqatçı Ağakişi Surxayev tərəfindən qablaşdırılmış, zərfə qoyulmuş və üzəri möhürlənərək bağlanılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 21-ci PB-nin kiçik əməliyyat müvəkkili Şahid2 ifadəsində Şahid1 ifadəsindəki xüsusatları təsdiq etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən aparılmış istintaq hərəkətlərinin protokolları, ekspert rəyi və digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Cinayət işinin materiallarında olan 15 iyul 2022-ci il tarixli “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs sol əlində saxladığı qara rəngli qırmızı xətli üzərində “PRADA MİLANO” yazısı olan pul kisəsinin içərisində 07 ədəd şəffaf sellofan bükümdə qəhvəyi rəngli tozşəkilli spesifik iyə malik maddənin və 03 ədəd bükümdə ağ rəngli kristallik maddələrin aşkar edilərək götürülməsi faktı təsdiq olunmuşdur. Həmin videoçəkilişin qeydə alınıb yazıldığı 01 ədəd DVD disk sübut növü kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Nəsimi RPİ-nin 21-ci PB-dən daxil olmuş əməliyyat tapşırığına cavab məktubundan görünür ki, xx.xx.1991-ci il tarixdə Bakı şəhərində doğulmuş, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olan, ünvan 5 ünvanında pasport qeydiyyatında olmaqla ünvan 6vanında yaşayan vətəndaş Təqsirləndirilən şəxs mütəmadi olaraq Nəsimi rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmuşdur. Həmin şəxs ərazidə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan arzu olunmaz şəxs kimi xarakterizə olunmuşdur. Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında 15 iyul 2022-ci il tarixli protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 17 iyul 2022ci il tarixli 4(006)-372/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 15 iyul 2022-ci il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 16 iyul 2022-ci il tarixli 6/3841 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunan – 07 (yeddi) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,207 qram, 0,422 qram, 0,410 qram, 0,386 qram, 0,331 qram, 0,251 qram, 0,419 qram olmaqla ümumi təmiz çəkisi 2,426 qram qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olub, kustar hazırlanmış narkotik vasitə heroindir. 03 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,270 qram, 0,361 qram, 0,359 qram olmaqla ümumi təmiz çəkisi 0,990 qram ağ rəngli kristal şəkilli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respubklikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildir. Cinayət işinin materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin verdiyi xx.xx.2022-ci il tarixli 4932 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar olunmuş 07 (yeddi) ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,207 qram, 0,422 qram, 0,410 qram, 0,386 qram, 0,331 qram, 0,251 qram, 0,419 qram olmaqla ümumi təmiz çəkisi 2,426 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə - heroin və 03 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,270 qram, 0,361 qram, 0,359 qram olmaqla ümumi təmiz çəkisi 0,990 qram psixotrop maddə - metamfetamin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra narkotik vasitə heroinin 2,216 qram, psixotrop maddə metamfetaminin 0,840 qram qalığı saxlanış üçün Nəsimi RPİ-nin Növbətçi Hisəssinə təhvil verilmişdir. Cinayət işi üzrə “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” görüntüləri əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər həbsdə saxlanıldığı 08 (səkkiz) ay 04 (dörd) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 01 (bir) il 04 (dörd) ay 08 (səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02 (iki) il azadlığın məhdudlaşdırılması cəzasından çıxılmış və üzərində qəti olaraq 07 (yeddi) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Bundan başqa cinayət işinin materiallarına əlavə olunmuş Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 07 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmasına dair Nəsimi Rayon Məhkəməsinin 1(006)-171/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü xx.xx.2022-ci il tarixdə Bakı Şəhər Probasiya İdarəsinin icraatına daxil olmuşdur. Nəsimi Rayon Məhkəməsinin 4(006)- 372/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən məhkum Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli məhkum Bakı Şəhər Probasiya İdarəsinin qeydiyyatına götürülməzdən əvvəl, yəni, xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Bu səbəbdən məhkum qeydiyyata alınmamış və cəzasının heç bir hissəsini çəkməmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsində qeyd edilmişdir ki, azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs cəzasını çəkib qurtardığı gündən bir il keçmədiyindən, o məhkumluğu ödənilməmiş təqsirləndirilən şəxs hesab edilir. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsini özünü müdafiə məqsədi ilə uydurulmuş ifadələr kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 №-li Qərarının 9-cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 41.2-ci və 58.3-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu və 61-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası CM-nin 18.4-cü maddəsində göstərilmişdir ki, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən olunması zamanı nəzərə alınmır. Odur ki, Təqsirləndirilən şəxs məhkumluğu olsa da residiv nəzərə alınmayacaqdır. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində Nəsimi Rayon Məhkəməsinin 1(006)-171/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 07 (yeddi) ay 22 (iyirmi iki) gün hazırki hökmlə təyin olunmuş cəzayla qismən birləşdirilməklə barəsində qəti cəza müəyyən olunmalıdır. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlılığın məhdudlaşdırılmasının 2 günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulur. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində Nəsimi Rayon Məhkəməsinin 1(006)-171/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 07 (yeddi) ay 22 (iyirmi iki) gün, 03 (üç) ay 26 (iyirmi altı) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmalıdır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə verilmiş ekspertiza rəyinə görə 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tədbirləri təyin edilməli, o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99- 1.1.-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Qeyd edilən normaların tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının CM-nin 99-1.1.ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Azərbaycan Respublikasının CPM-nin 132.1.4-cü maddəsinə uyğun olaraq, mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikasının CPM-nin 132.1.6-cı maddəsinin tələblərinə əsasən sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və saxlanılması üçün Nəsimi RPİnin Növbətçi Hissəsinə təhvil verilmiş, Təqsirləndirilən şəxs aşkar olunmuş 07 (yeddi) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,207 qram, 0,422 qram, 0,410 qram, 0,386 qram, 0,331 qram, 0,251 qram, 0,419 qram olmaqla ümumi təmiz çəkisi 2,426 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə - heroin və 03 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,270 qram, 0,361 qram, 0,359 qram olmaqla ümumi təmiz çəkisi 0,990 qram psixotrop maddə - metamfetamin və ekspertiza tədqiqatından sonra narkotik vasitə heroinin 2,216 qram, psixotrop maddə metamfetaminin 0,840 qram qalığı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” görüntüləri əks etdirən 01 ədəd DVD disk cinayət işi materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan – 15 iyul 2022-ci il tarixdən hesablanmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 114 (yüz on dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 18 saylı vəkil bürosunun vəkili Müdafiəçi 120 (yüz iyirmi) manat məbləğində pul ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 344-347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlni törətməkdə təqsirli bilinərək 05 il (beş) 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin olunmuş 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 07 (yeddi) ay 22 (iyirmi iki) gün hissəsinin 2 günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla müəyyən olunmuş 03 (üç) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq 05 il (beş) 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 15 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tədbirləri təyin olunsun, o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. Cinayət işi üzrə maddi sübut olan və saxlanılması üçün Nəsimi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmiş, Təqsirləndirilən şəxs aşkar olunmuş 07 (yeddi) ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,207 qram, 0,422 qram, 0,410 qram, 0,386 qram, 0,331 qram, 0,251 qram, 0,419 qram olmaqla ümumi təmiz çəkisi 2,426 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə - heroin və 03 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,270 qram, 0,361 qram, 0,359 qram olmaqla ümumi təmiz çəkisi 0,990 qram psixotrop maddə - metamfetamin və ekspertiza tədqiqatından sonra narkotik vasitə heroinin 2,216 qram, psixotrop maddə metamfetaminin 0,840 qram qalığı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” görüntüləri əks etdirən 01 ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 114 (yüz on dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 18 saylı vəkil bürosunun vəkili Müdafiəçi 120 (yüz iyirmi) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-2016/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2016/2022
16.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver