Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2016/2025 08.01.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, “De Fendo” Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 2007-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, məhkumluğu olmayan, işsiz, Saatlı rayonu, Mircəlal ərazi dairəsi, Mircəlal kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə- Cinayət Məcəlləsi və ya CM) 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ:
1. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilir.
İşin faktiki halları
2. Təqsirləndirilən şəxs 30 iyul 2025-ci il tarixdə, saat 18 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Binəqədi kənd qəbiristanlığında tanışı Zərərçəkmiş şəxs onunla mübahisə edib qəbir daşlarının ətrafının pul müqabilində təmizlənməsi üçün müraciət etmiş müştəriləri ələ keçirməsi ilə əlaqədar iradını bəhanə gətirərək heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə yaxınlıqda torpağa basdırılmış zavod üsulu ilə hazırlanmış məişət təyinatlı soyuq silah hesab edilməyən mətbəx bıçağını götürərək həmin bıçaqla Zərərçəkmiş şəxs sol qol və döş qəfəsi nahiyəsindən zərbələr vuraraq ona sol bazunun kəsilmiş yarası və döş qəfəsinin döş boşluğuna nüfuz edərək sol tərəfli hemopnevmotoraksla müşayiət olunmuş deşilmiş-kəsilmiş yarası kimi insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarəti yetirməklə Zərərçəkmiş şəxs qəsdən sağlamlığına ağır zərər vurmuşdur.
Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:
3. Məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş 30 iyul 2025-ci il tarixli Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə daxil olan raportdan görünür ki, həmin tarixdə saat 18:00-da Binəqədi qəsəbəsində kənd qəbiristanlığında iki nəfər şəxsin mübahisə etməsi və bu zəmində bir nəfərin bıçaqla xəsarət alması barədə məlumat daxil olmuşdur.(Cild 1, iş vərəqi 4)
4. Məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş 30 iyul 2025-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Binəqədi kənd qəbiristanlığıdır. (Cild 1, iş vərəqi 7- 10)
5. Məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş 31 iyul 2025-ci il tarixli “Cinayət törətməkdə şübhə edilən şəsin tutulması haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-in 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, iş vərəqi 23-24; 26-27)
6. Məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2025-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona CM-in 126.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. (Cild 1, iş vərəqi 44-45)
7. Məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 avqust 2025-ci il tarixli, 4(001)-530/2025 nömrəli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli 31 iyul 2025-ci il tarixdən hesablanmaqla, ibtidai istintaq müddətinin sonunadək, yəni xx.xx.2025-ci il tarixədək ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. (Cild 1, iş vərəqi 64-70)
8. Məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2025-ci il tarixli “Zərərçəkmiş şəxs qismində tanımaq” haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs həmin tarixli qərarla zərərçəkmiş şəxs qismində tanınmışdır. (Cild 1, iş vərəqi 73)
9. Məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 18:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində yerləşən qəbiristanlıqda Zərərçəkmiş şəxs xəsarət yetirən zaman onun cinayət əməlinin şahidi olan şəxslər, eləcə də Təqsirləndirilən şəxs hazırkı cinayət hadisəsindən başqa digər cinayət hadisəsi törətməsi, həmçinin hadisə yerində video-müşahidə kameralarının olub-olmaması müəyyən edilməmişdir. (Cild 1, iş vərəqi 87)
10. Məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş 09 oktyabr 2025-ci il tarixli “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, ifadəsi yerində yoxlanılarkən Təqsirləndirilən şəxs 30 iyul 2025-ci il tarixdə saat 18:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində yerləşən qəbiristanlığa daxil olduğunu və həmin qəbiristanlıqda yerləşən qəbirin yanında bir nəfər tanımadığı şəxsin həmin qəbrin təmizlənməsini ondan istədiyini, o, həmin qəbrin təmizlənməsinə başladıqdan sonra həmin qəbiristanlıqda yenə də əvvəllər də onun kimi qəbir təmizləyən Zərərçəkmiş şəxs gələrək otları təmizləməyə başladığını bildirmişdir. Hər ikisi qəbiri təmizlədiyi üçün həmin şəxsin onların hər birinə 5 manat vermiş, bundan sonra isə o, Zərərçəkmiş şəxs bir daha onun işinə qarışmamasını demiş və bir-biriləri ilə mübahisə başlamışdır. Daha sonra o, oradan aralaşıb mübahisə etdikləri yerin yaxınlığında yerləşən qəbirin ətrafından bıçağı götürdüyü, məzarın qarşısında Zərərçəkmiş şəxs bir dəfə sol qol nahiyəsindən və bir dəfə də sol qarın nahiyəsindən bıçaqla yetirdiyi və bıçağı gizlətdiyi yeri göstərmişdir. (Cild 1, iş vərəqi 100-106)
11. Məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş 14 oktyabr 2025-ci il tarixli “Götürülmüş əşyaya baxış keçirmə haqqında” protokoldan görünür ki, baxış zamanı götürülmüş bir ədəd bıçaq qatlanmayan tiplidir, tiyək və dəstəkdən ibarət olmaqla, ümumi uzunluğu 250 mm-dir. Bıçağın tiyəsi gümüşü rəngli olmaqla, metal materialdan hazırlanmışdır. Tiyənin yuxarı xətt üzrə uzunluğu 130 mm, eni 25 mm-dir. Tiyənin aşağı kənarı itilənmiş, yuxarı kənarı isə itilənməmişdir. Tiyənin bir hissəsinin üzərində “KingGary R kitchen knife” yazıları həkk olunmuşdur. Tiyənin ülgüc kənarının hər iki tərəfi itilənmişdir. Bıçağın dəstəyi qəhvəyi rəngli taxta materialdandır, bıçağın dəstəyinin uzunluğu 120 mm, eni tiyəyə yaxın 25 mm-dir. Dəstəyin aşağı kənarı 25 mm-dir, üfüqi istiqamətlidir. Bıçağın tiyəsinin hər iki üzərində qanabənzər ləkələr müşahidə olunur. (Cild 1, iş vərəqi 107-109)
12. Məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin 17 oktyabr 2025ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (Cild 1, iş vərəqi 114)
13. Məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Zərərçəkmiş şəxs 20 oktyabr 2025-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır və Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. (Cild 1, iş vərəqi 117)
14. Məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2” X4 22 oktyabr 2025-ci il tarixli, 3407 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətdiyi dövrdə də hər hansı psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl zamanı anlaqlı hesab olunmalıdır.Təqsirləndirilən şəxs hərəkətləri CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərində emosionallıq, qıcıqa qarşı həssaslıq, inadkarlıq aşkar olunur. Təqsirləndirilən şəxs özündən uydurmaya meyllilik əlamətləri müşahidə olunmur. Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin xarakterini və mahiyyətini adekvat olaraq qavramaq və anlamaq qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs əqli inkişafı normaya uyğundur. (Cild 1, iş vərəqi 119-122)
15. Məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2” X4 22 oktyabr 2025-ci il tarixli, 60/1180 nömrəli ekspert rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs döş qəfəsinin doş boşluğuna nüfuz edərək sol tərəfli hemopnevmotoraksla müşayiət olunmuş deşilmişkəsilmiş yarası və sol bazunun deşilmiş yarası aşkar edilmişdir. Qeyd edilən xəsarətlərdən sol bazunun kəsilmiş yarası iti kənarlı əşya (alət) təsirindən, doş qəfəsinin döş boşluğuna nüfuz edərək sol tərəfli hemopnevmotoraksla müşayiət olunmuş deşilmiş-kəsilmiş yarası isə deşici-kəsici əşya (alət), ola bilsin ki, bıçaq təsirindən törənmişlər. Qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə kənar şəxs tərəfindən deşici-kəsici əşya(alət) ilə törənmə nəticəsində əmələ gələ bilərdilər və dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aiddirlər.(Cild 1, iş vərəqi 133-136)
16. Məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2” X4 03 noyabr 2025-ci il tarixli 669/2025 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi A (İİ)-dir (şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən). Ekspertizaya təqdim olunmuş Y. A. Məlikzadəyə məxsus bir ədəd qısqol köynək və bir ədəd bıçaq üzərində insan qanı ləkələri aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “A” antigeni alındı, “B” antigeni və aqqlütininlər isə alınmadı. Belə olan halda bu qan ləkələri A beta (İİ) qruplu şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs məxsus ola bilər. (Cild 1, iş vərəqi 138-141)
17. Məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2” X4 14 noyabr 2025-ci il tarixli 447/2025 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus köynəyin arxa səthinin sol nahiyəsində üç ədəd, sol qolunun arxa səthində isə iki ədəd dəlib-keçən zədələr aşkar olundu. Bu zədələr deşilmiş-kəsilmiş zədələrdir, üçlücü və küt ucu olan yastı tiyə tipli, deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişdir. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış, məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. (Cild 1, iş vərəqi 143-146)
18. Məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2025-ci il tarixli “Subutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, hadisə yerinə baxış zamanı 30 iyul 2025-ci il tarixdə aşkar edilərək götürülmüş 01 ədəd bıçaq və xx.xx.2025-ci il tarixli qərarla “X7” PHŞ-dən götürülmüş Zərərçəkmiş şəxs məxsus 01 ədəd mavi rəngli köynək maddi sübut kimi tanınmaqla, Binəqədi Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs qismində ifadəsi, zərər çəkmiş şəxsin ifadəsi, şahid ifadəsi, xx.xx.2025-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokol, istintaq hərəkəti protokolları və ekspert rəyləri sübut növü kimi qəbul edilmişdir. (Cild 1, iş vərəqi 151-163)
19. Məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2025-ci il tarixli “Təqsirləndirilən şəxsin yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 126.2.4-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir. (Cild 1, iş vərəqi 166-167)
20. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2015-2016-cı ildən hazıradək Binəqədi rayonu ərazisində yerləşən kənd qəbiristanlığında işləyir. Bir nəfər şəxs ona yaxınlaşıb tanımadığı qəbiri təmizləməyi ona tapşırdıqdan, o və Təqsirləndirilən şəxs birlikdə işləməyə başlamış, yəni, həmin qəbiri təmizləyib, sahmana salmışlar. Daha sonra həmin şəxs ayrı-ayrılıqda həm ona, həm də Təqsirləndirilən şəxs pul verərək getmişdir. Müştəri getdikdən sonra sonuncu ona çörəyinə bais olduğunu söyləmiş, Təqsirləndirilən şəxs dediyinə görə guya o, “bais olan öz qanındır” sözünü sonuncuya qarşı demişdir. Lakin bu, tamamilə yanlışdır, o, belə bir ifadə işlətməmişdir. Aralarında mübahisə yarandıqdan sonra Təqsirləndirilən şəxs onu öldürəcəyini söyləyərək ona hədə-qorxu gəlmiş, o da bunu edə bilməyəcəyini söyləmiş, Təqsirləndirilən şəxs ona hadisə yerində onu gözləməyini söyləyərək getmiş və bir qədər gözlədikdən sonra sonuncu geri qayıdıb ona bıçaqla zərbə yetirmişdir. Onun hazırda Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Həmçinin, gələcəkdə də heç bir şikayəti və tələbi olmayacaqdır. Ona dəymiş zərər də tamamilə ödənilmişdir. Zərərçəkmiş şəxs ifadəsində həmçinin bildirmişdir ki, o, Təqsirləndirilən şəxs zərbə yetirməmiş, yumruq atmamış, hadisədən sonra 4-5 gün ərzində xəstəxanada qalmışdır. Hazırda tam sağlamışdır. Mübahisəni Təqsirləndirilən şəxs başlatmış, o, Təqsirləndirilən şəxs qarşı heç bir zorakılıq və qanunsuz davranışlara yol verməmiş, Təqsirləndirilən şəxs onu nəyə görə vurduğunu bilmir, Təqsirləndirilən şəxsla aralarında ədavət və düşmənçilik olmamışdır.
21. Məhkəmədə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, hadisənin baş verdiyi gün evdə olarkən axşam radələrində oğlu Təqsirləndirilən şəxs evə gəlib bir nəfəri bıçaqladığını ona dediyindən, o, oğlu ilə birgə həmin yerə getmiş, oraya çatıdqda Zərərçəkmiş şəxs yerə uzanmış vəziyyətdə, qan içində gördükdən sonra dərhal hüquq-mühafizə orqanları və təcili tibbi yardıma məlumat vermişdir. O, baş vermiş hadisəni görməmişdir.
22. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadələr elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs həmin ifadəsində göstərmişdir ki o, ailəsinin maddi vəziyyəti yaxşı olmadığı üçün Binəqədi kənd qəbiristanlığında günəmuzd qəbir daşlarını, həmin daşların ətrafında bitmiş otları, alaqları təmizləyib pul qazanıb ailəmə kömək edir. Yaqub adlı şəxs də, həmçinin onun kimi həmin qəbiristanlıqda qəbir daşlarını təmizləyir. Yaqubu təxminən 11 ildir ki, tanıyır. 30 iyul 2025-ci il tarixdə saat 18 radələrində o, qəbiristanlıqda olan zaman tanımadığı şəxs ona qəbir daşı göstərib həmin yerin otlağını təmizləmək lazım olduğunu bildirmiş, o, otları təmizləməyə başlayarkən Yaqub da gəlib otları təmizləməyə başlamışdır. O, müştərinin öz müştərisi olduğunu, işi ona tapşırdığını bildirib çörəyinə bais olmamağı ona dedikdə, Yaqub da ona “çörəyə bais olan sizsiniz, mən istədiyim yerə girə bilərəm” ifadəsini işlətmiş, bundan sonra hər ikisi həmin yerin otların təmizlədiklərinə görə müştəri hər birinə 5 manat pul vermişdir. Həmin şəxs getdikdən sonra aralarında mübahisə yaranmış, hər ikisi təmizlədikləri qəbirdən kənara qəbiristanlığın orta hissələrinə tərəf getmişlər. Orada aralarındakə mübahisə münaqişəyə çevrilmiş, həmin vaxt Yaqub ilə yaxalaşmışlar. O, Yaqubun ondan güclü olduğunu, gücü çatmayacağını görüb yaxınlığında yerləşən qəbirlərdən birindən ətrafında gül əkildiyini və gülün dibinə bıçaq sancıldığını bildiyindən, aralaşıb həmin bıçağın yerləşdiyi qəbirə tərəf gedib götürüb oradan həmin bıçağı götürüb Yaqubun üstünə gedib sonuncuya həmin bıçaqla bir dəfə sol qol nahiyəsindən və bir dəfə də sol qarın nahiyysəindən zərbə endirmiş və Yaqub yerə yıxılmışdır. O, həmin vaxt qorxduğu üçün oradan qaçaraq uzaqlaşmış və bıçağı təxminən 100-200 metr aralıda yerləşən qəbirlərin birinin yanına atmışdır. Daha sonra evə gedərək atasına hadisəni danışmış və atası ilə birlikdə Yaqubun yanına qayıtmışlar. O, əski parçası taparaq Yaqubun yarasının üstünə qoymuşdur. Hadisə baş verən zaman orada heç kim olmamışdır. O, Yaqubu orada yerdə uzadıb təcili tibbi yardımı gözləmişdir. Həmin vaxt polis əməkdaşları hadisə yerinə gəlmiş və o, orada Yaqubu özünün vurduğunu bildirmişdir. Bundan sonra o, Yaqubu təcili tibbi yardım maşınına mindirilməsinə də kömək etmişdir. Həmin vaxt oraya gələn polis əməkdaşları ondan Yaqubu hansı bıçaq ilə vurduğunu soruşmuş, o da polis əməkdaşlarına bıçağı az əvvəl atdığı yerə aparıb göstərmiş və oradakı Yaqubu vurduğu bıçağı onlara təqdim etmişdir. Daha sonra onu polis bölməsinə aparmışlar. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə təxminən 5-6 dəqiqə davam etmiş, Yaqub onu vuraraq heç bir xəsarət yetirməmişdir. O, Yaqubu cəmi iki dəfə vurmuşdur.
Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır:
23. Təqsirləndirilən şəxs məhkəmə baxışında Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən qəbiristanlıqda işləyir, yəni qəbirlərin üzərində olan otları, kol-kosları təmizləyib qəbir və ətrafını səliqəyə salır. Zərərçəkmiş şəxs da onunla birlikdə eyni işdə işləyir. Belə ki, hər ikisinin ayrı müştəriləri var. Hadisə günü onun müştərisi zəng edərək ondan söylədiyi qəbir və ətraf ərazisini təmizləməsini dediyindən, o, həmin qəbiri təmizlədiyi vaxt Zərərçəkmiş şəxs də onun yanına gəlib eyni qəbiri təmizləmiş, sonda isə müştəri həm ona, həm Zərərçəkmiş şəxs ayrı-ayrılıqda 5 manat pul vermişdir. O, bundan əsəbiləşib Zərərçəkmiş şəxs onun çörəyinə “bais” olduğunu dedikdə, Zərərçəkmiş şəxs ona çörəyə bais olanın onun qanından olduğunu bildirmişdir. Bundan sonra aralarında mübahisə yaranmış və birbirlərini vurmuşlar. Zərərçəkmiş şəxs ondan böyük olduğuna görə o, sonuncunun zərbələrinə qarşı qoya bilməmiş və bu səbəbdən, kolların dibində olan bıçağı götürüb Zərərçəkmiş şəxs hədə-qorxu gəlmək istəyərək, əlindəki bıçaqla sonuncunun qol nahiyəsinə və qarın boşluğuna zərbə yetirmişdir. Hadisədən sonra o, Zərərçəkmiş şəxs yarasının üzərinə parça qoyub polisə zəng etmiş və təcili tibbi yardım çağırmışdır. Təqsirləndirilən şəxs ifadəsində həmçinin bildirmişdir ki, o, bıçağı Zərərçəkmiş şəxs qorxutmaq niyyəti ilə əlinə götürmüş, Zərərçəkmiş şəxs özünə qarşı yenidən fiziki zor tətbiq edəcəyindən ehtiyat etdiyinə görə ikinci dəfə bıçaqla zərbə endirmişdir. O və Zərərçəkmiş şəxs arasında mübahisə baş vermiş və hər ikisi qarşılıqlı şəkildə bir-birlərinə yumruq zərbələri vurmuşlar. Mübahsizə vaxtı orada çox az sayda adam olmuş, mübahisənin baş verdiyi məkan ilə bıçağın olduğu yer arasında təxminən 1–2 metr məsafə mövcud olmuşdur. Mübahisəni o başlatmış, Zərərçəkmiş şəxs onu yumruqla vurmuş, lakin o, ilk zərbəni kimin yetirdiyini xatırlamamışdır. O, Zərərçəkmiş şəxs öldürməklə hədələməmişdir. O, yalan ifadə vermir, onu bu məzmunda ifadə verməyə heç kim yönəltməmişdir.
24. Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş ziyanın ödənildiyini, sonuncuya qarşı tələbi və şikayətinin olmadığını bildirmişdir.
Hüquqi məsələlər:
Azərbaycan Respublikasının Cinayət Məcəlləsi:
25. Maddə 126.1. Qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurmadır.
26. Maddə 126.2.4. Eyni əməllər ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törədildikdə altı ildən on bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
27. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
28. Maddə 15.4. Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur.
29. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.
30. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
31. Maddə 56.1.2. Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir.
32. Maddə 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.
33. Maddə 60.1. Bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz.
34. Maddə 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır.
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi:
35. Maddə 28.5. Şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.
36. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
37. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.
38. Maddə 125.8. Cinayət-Prosessual Məcəlləsinin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.
39. Maddə 126.6. Təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər.
40. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.
41. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.
42. Maddə 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.
43. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.
44. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.
45. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1–197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.
46. Maddə 327.1.3. Təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda (belə halda təqsirləndirilən şəxsin ifadələrinin elan edilməsi yalnız onun sərbəst ifadə verməsindən və verilmiş suallara cavab verməsindən sonra mümkündür) təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər.
47. Maddə 347.1. Məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.
48. Maddə 349. Məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır.
49. Maddə 351.2. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır.
50. Maddə 351.3.4. Məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir.
Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2002-ci il tarixli 3 saylı Qərarı
51. Qərarın 4-cü bəndi. Məhkəmələrə tövsiyə edilir ki, CM-in 120.2-ci maddəsindəki tövsifedici əlamətlər və CM-in 121-123, 135-ci maddələrində göstərilən yüngülləşdirici hallar olmadan törədilən qəsdən adam öldürmə cinayətləri (məsələn, xuliqanlıq niyyəti olmadan, mübahisə və dalaşma zamanı, qısqanclıq üzündən, qisas almaq məqsədilə, şəxsi münasibətlər zəminində yaranmış nifrət, paxıllıq, ədavət üzündən törədilən) CM-in 120.1-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə analoji dəyərləndirmədən çıxış edərək qəsdən sağlamlığa ağır zərərvurma cinayətinə də göstərilən halları şamil etməyi məqsədəmüvafiq hesab edir.
52. Qərarın 6-cı bəndi. Qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarı
53. Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.
54. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı
55. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.
“Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı
56. Qərarın 24-cü bəndi. CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər.
Məhkəmənin hüquqi dəyərləndirməsi:
57. Məhkəmə Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidin məhkəməyədək icraat və məhkəmə baxışı zamanı verdiyi ifadələrə məcmu halda hüquqi qiymət verərkən belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymuşdur. Təqsirləndirilən şəxs mübahisənin təşəbbüskarı olmuş, mübahisəni o başlatmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs hər hansı hüquqazidd hərəkəti olmamış, bu, məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir.
58. Beləliklə, məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən cinayətin törədilməsinə dair ittiham əsaslıdır, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinə tövsif edilmişdir.
59. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir.
60. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur.
61. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirli bilinməklə ədalətli şəkildə cəzalandırılmalıdır.
62. Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxsin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlir.
63. Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 126.2.4-cü maddəsinin sanksiyasında altı ildən on bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.
64. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır.
65. Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini, həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəməyədək icraat və məhkəmə baxışı zamanı davranışını, əvvəllər məhkum olunmamasını cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir.
66. Məhkəmədə Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir.
67. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olduğunu, cəzasını ağırlaşdıran halların olmadığını, Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının son həddinin dörddə üçündən artıq olmamaqla cəza təyin edildikdə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.
68. Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli “Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında” qərar və protokola əsasən, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(001)-530/2025 nömrəli qərarına görə həmin tarixdə Təqsirləndirilən şəxs barəsində ibitidai istintaq müddətinin sonunadək, yəni xx.xx.2025-ci il tarixədək ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. xx.xx.2025-ci il tarixli “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərara əsasən, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Həmin tarixdən hazıradək, təqsirləndirilən şəxs barəsində seçilmiş “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır.
69. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli, barəsində həbs qətimkan tədbiri seçilməli, ibtidai həbs müddəti, yəni tutulduğu və ev dustaqlığında saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı 08 yanvar 2026-cı il tarixdən hesablanmalı, CM-in 69.3-cü maddəsinə əsasən hazırki iş üzrə xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək tutulduğu 03 (üç) ay 29 (iyirmi doqquz) gün müddət ona təyin edilmiş cəzadan çıxılmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.
70. CM-in 56.1.2-ci maddəsinin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.
71. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1.7-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, hadisə yerinə baxış zamanı 30 iyul 2025-ci il tarixdə aşkar edilərək götürülmüş 01 ədəd bıçaq və xx.xx.2025-ci il tarixli qərarla “X7” PHŞ-dən götürülmüş Zərərçəkmiş şəxs məxsus 01 ədəd mavi rəngli köynək məhv edilməlidir.
72. İş üzrə mülki iddia, məhkəmə məsrəfi, üzərinə həbs qoyulmalı və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir.
73. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.
74. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinsin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 31 iyul 2025-ci il tarixdən 29 noyabr 2025-ci il tarixədək tutulduğu və ev dustaqlığında olduğu 03 (üç) ay 29 (iyirmi doqquz) gün müddət bir günə bir gün hesabı ilə azadlıqdan məhrumetmə cəzasına bərabər tutulsun və üzərində təyin edilmiş cəzadan çıxılaraq 05 (beş) il 08 (səkkiz) ay 01 (bir) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 08 yanvar 2026-cı il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan bir ədəd bıçaq və bir ədəd mavi rəngli köynək məhv edilsin. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli digər əmlakın olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən hakim Fərid Namazov Hakimlər Telman Hüseynov Aygün Qurbanova