Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2017/2022 22.12.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Ağayev Zeynal Qurban oğlu (sədrlik edən-sədr müavini vəzifəsini müvəqqəti icra edən), Hüseynov Səbuhi Sabir oğlu (məruzəçi hakim) və Məcidov X9 ibarət tərkibdə, Məhkəmə iclas katibləri - X3 və X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 30 avqust 1968-ci il tarixdə Bakı şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvəllər məhkum olunmuş (Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 10 yanvar 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir), məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi, döngə 1, ev 171-də qeydiyyatda olmaqla Bakı şəhəri, Nərimanov rayonu, 2-ci Şimal Şitilliyi, döngə 1, ev 1-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib üzərində saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 1 bükümdə ümumi təmiz çəkisi 1040 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində daşımaqla saxlamış, 23 aprel 2022-ci il tarixdə saat 15:40-da ünvan 1 ünvanın qarşısında olarkən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün Nərimanov RPİ-nin 16-cı PB-nin əməkdaşları tərəfindən saxlanılaraq ünvan 2 ünvanında yerləşən Nərimanov RPİ-nin 16-cı PB-nin inzibati binasına aparılmış və orada müdafiəçinin iştirakı və videoçəkilişlə üzərində aparılan şəxsi axtarış və götürmə zamanı sol əlindəki ağ rəngli torbanın içərisindəki 1 ədəd bağlamada təmiz çəkisi 1040 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kütləsi şəklində kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, nakotik vasitə istifadəçisidir. Tutulmazdan əvvəl “Papanin” ərazisində jurnalistlərə narkotik vasitə istifadəçiləri ilə bağlı ayaqüstü müsahibə vermişdir. Həmin müsahibəni verdikdən bir neçə gün sonra polis əməkdaşları yaşadığı evə daxil olub narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu və həmin vaxt evdə olan oğlunu Nərimanov RPİ-nin 16-cı PB-nə gətirmişlər. Bölmədə olarkən polis əməkdaşlarına heç bir günahı olmadığını bildirsə də, onu oğlunu cinayət məsuliyyətinə cəlb etməklə hədələmişlər və oğlu ilə ona birgə ittiham veriləcəyi bildirilmişdir. Polis əməkdaşları ilə uzun söhbətlərdən sonra, tutulduqdan təxminən 10 saat sonra o onların dedikləri ilə razılaşmış və oğlunu azad etmişlər Bundan sonra polis əməkdaşları 1 büküm narkotik vasitəni gətirib videoçəkilişlə üzərində şəxsi axtarış həyata keçiriləcəyini və həmin bükümün özünə məxsus olmasını bildiməyini tələb etmişlər. O da artıq polis əməkdaşlarının psixi təsiri nəticəsində videoçəkiliş zamanı və bundan sonra onların dediklərini etməyə başlamışdır. Tutulduqdan sonra bilmişdir ki, oğlu barəsində 2 ay müddətinə inzibati həbs seçilmişdir. Narkotik vasitə istifadəçisi olduğuna görə dəfələrlə məhkum olunmuşdur. Tutulan zaman nə onun, nə də ki oğlunun üzərində narkotik vasitə olmamışdır. Heç kimlə narkotik vasitə satması ilə əlaqədar danışmamışdır. Narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Polis əməkdaşları oğlu ilə onu polis bölməsinə birlikdə aparmışlar. İçərisində narkotik vasitə olan ağ rəngli sellofanı tutulduqdan 10 saat sonra polis əməkdaşları tərəfindən ona verilən zaman görmüşdür. Polis əməkdaşları tərəfindən ona qarşı fiziki təsir göstərilməmişdir. Tutulanadək oğlu ilə birlikdə “Papanin”də yaşamışdır. İbtidai istintaq zamanı oğlunun cinayət məsuliyyətinə cəlb edilməsi ilə hədələndiyindən ittihamda qeyd edilən ifadələri vermişdir. Polis əməkdaşları ilə bağlı heç bir şikayəti yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadələrini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadələri elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadələrində göstərmişdir ki, əvvəllər də narkotik vasitələrin satışı ilə məşğul olmuş və bu səbəbdən 5 dekabr 2008-ci il tarixdə Bakı şəhər Nərimanov rayon məhkəməsinin hökmü 2 il müddətinə və xx.xx.2017-ci il tarixli Bakı şəhər Nəsimi rayon məhkəməsinin hökmü ilə isə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə məhkum olunmuşdur. 23 avqust 2022-ci il tarixində günorta saatlarında Bakı şəhəri, Nərimanov rayonu, Xutor qəsəbəsi ilə yaşadığı ünvana piyada hərəkət edərkən bir nəfər tanımadığı şəxsin əlində olan sellofan paketi zibil qutusunun yanına qoyduğunu görüb sonuncunu kənardan müşahidə etmişdir. Həmin şəxs özünü şübhəli apardığını gördükdə sellofan paketin içərisində narkotik vasitə olmasını zənn etmişdir. Həmin şəxs oradan uzaqlaşdıqdan sonra o, tez bir zamanda həmin sellofan paketi götürüb yaşadığı ünvana tərəf hərəkət etməyə başlamışdır. Yol ilə gələrkən sellofan paketin içərisinə baxdıqda orada böyük halda olan bükümü görmüş və özü narkotik vasitələrdən istifadə etdiyi üçün bağlamanın bükülməsindən içərisində narkotik vasitə olmasını zənn etmişdir. Daha sonra isə həmin gün, yəni 23 avqust 2022-ci il tarixdə saat 15:40 radələrində yaşadığı ünvan 1 ünvanın qarşısına çatdıqda polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib Nərimanov RPİ-nin 16-cı PB-nin polis əməkdaşları olduqlarını bildirib ondan adını, soyadını soruşsalar da, o öz anket məlumatlarını bildirmək isdəməmişdir. Polis əməkdaşları onun narkotik vasitələrin istifadəsində şübhələndikləri üçün onu 16-cı PB-nə dəvət etmişlər və onlar birlikdə 16-cı PB-nə getmişlər. Polis bölməsinə getdikdən sonra onu bölmənin xidməti otaqlarının birinə aparmışlar. Otaqda polis əməkdaşlarını və müdafiəçinin iştirakı ilə ona hüquq və vəzifələri izah edilmişdir. Ona üzərində şəxsi axtarış aparılacağı bildirilməklə şəxsi axtarış və götürmə prosesinin videoçəkilişi aparılacağı bildirilmişdir. Ondan narkotik vasitələrdən istifadə edib-etmədiyi soruşulmuşdur. Sonra ondan üstündə hər hansı bir qanunsuz olaraq əldə edilmiş əşyanın, narkotikin olub-olmaması soruşulmuş və əgər varsa təqdim etməsi təklif edilmişdir. O da sol əlindəki “Podium Lark” yazısı olan torbanın içərisində olan şəffaf skoçla bağlanmış bağlamanı masanın üstünə qoyaraq içərisində heroin olduğunu demişdir. Ondan həmin heroini haradan əldə etdiyi soruşulmuşdur. O da həmin heroini 23 avqust 2022-ci il tarixində günorta saatlarında Bakı şəhəri, Nərimanov rayonu, Xutor qəsəbəsi ilə yaşadığı ünvana piyada hərəkət edərkən bir nəfər tanımadığı şəxsin əlində olan sellofan paketi zibil qutusunun yanına qoyduğunu görüb həmin şəxsi kənardan müşahidə etdiyini, həmin şəxsin özünü şübhəli apardığını gördükdə sellofan paketin içərisində narkotik vasitə olmasını zənn edib, həmin şəxsin oradan uzaqlaşdıqdan sonra tez bir zamanda həmin sellofan paketi götürdüyünü bildirmişdir. Bundan sonra təhqiqatçı polis əməkdaşlarının, onun və müdafiəçinin iştirakı ilə içərisində heroin olan həmin bağlamanı qablaşdıraraq möhürləmiş, o, vəkili və polis əməkdaşları həmin zərfin üzərini imzalamışlar. Bununla əlaqədar protokol tərtib olunmuş, ucadan oxunmuşdur. O və şəxsi axtarış iştirakçıları protokolu imzalamışlar. O, qanunsuz olaraq narkotik maddələr, narkotik vasitələr əldə etmənin cinayət olduğunu bilmiş, əməlindən peşmandır. Saxlanılan və PB-nə gətirilən zaman ona heç bir fiziki güc tətbiq olunmamışdır. O saxlanılmazdan əvvəl ***-***-**-** saylı nömrədən istifadə etmişdir (cild 1, iş vərəqə 52-54 və 78-80). Həmin ifadələrin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini etiraf etmiş və işin faktiki hallarına uyğun ifadələr vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini mötəbər hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması ibtidai istintaq zamanı etirafedici ifadələri ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 23 avqust 2022-ci il tarixdə Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə inzibati ərazidə xidmət aparmışlar. Həmin gün saat 15:40 radəlarində Bakı şəhəri, Nərimanov rayonu, 2-ci Şimal Şitilliyi, döngə 1, ev 1 ünvanının qarşısında xidmət aparan zaman bir nəfər şəxsin əlində ağ sellofan paket olduğunu, həmin şəxsin onları görən kimi özünü şübhəli apardığını görmüşlər. Buna görə həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmiş və həmin şəxsdən özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar Təqsirləndirilən şəxs özünü şübhəli aparmasını və verdikləri suallara qeyrisəmimi cavab verib yayınıb getməyə çalışmasını görüb sonuncunu saxlayaraq Nərimanov RPİ-nin 16-cı PB-nə aparmışlar. Bölmədə həmin şəxsin şəxsiyyəti müəyyən edilən zaman həmin şəxsin xx.xx.1968-ci ildə Bakı şəhərində anadan olmuş Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi, döngə 1, ev 171-də qeydiyyatda olan və Bakı şəhəri, Nərimanov rayonu, 2-ci Şimal Şitilliyi, döngə 1, ev 1-də yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs barəsində araşdırma aparılması üçün məlumat raportla bölmənin rəisinə məruzə edilmiş və araşdırma aparılması təhqiqatçı Rəşad Əhmədova həvalə edilmişdir. Rəşad Əhmədov da Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək vəkilin iştirakı ilə sonuncunu şübhəli şəxs qismində tutaraq hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra onların və müdafiəçinin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Təqsirləndirilən şəxs əvvəlcə üzərində olması ehtimal edilən qeyri-qanuni maddə və əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əlində olan üzərində “Podium Lark” yazılı ağ sellofan paketi təqdim edərək içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi paketin içərisinə baxış keçirilən zaman üzəri ağ rəngli yapışqan lentlə sarılmış 1 ədəd içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi paketi 23 avqust 2022-ci il tarixdə yaşadığı ünvanın yaxınlığında yol ilə gedərkən tanımadığı şəxsin zibil qutusunun yanına qoyduğunu, həmin şəxsin oradan uzaqlaşması ilə özünün həmin sellofan paketi götürüb yaşadığı evə apamasını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilmiş və sonuncunun üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Axtarış iştirakçılarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunan kütlə qablaşdırılıb möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib edilib iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs barəsində məlumat daxil olmamışdır. Təqsirləndirilən şəxs ona verilən suallardan yayınaraq özünü şübhəli aparmışdır. Təqsirləndirilən şəxs ərazi üzrə xidmət aparan zaman yaxınlaşmışlar. Əsasən, Baki şəhəri, Narimanov rayonu, 2-ci Şimal Şitillik ərazisində xidmətdə olduqları üçün Təqsirləndirilən şəxs üzdən tanımışlar. Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Şəxsi axtarış videoçəkiliş aparılmaqla həyata keçirilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, 23 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı Polis Bölməsində videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış keçirilən zaman sonuncunun əlində olan “Podium Lark” yazısı olan ağ rəngli sellofan paketin içərisindən ağ rəngli yapışqanla bükülmüş bükümdə narkotik vasitə heroin aşkar edilmiş və keçirilmiş istintaq hərəkətinin görüntüsü olan 1 ədəd DVD disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 25-27). Cinayət işinin materiallarında olan “CD diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış zamanı bunlar müəyyən edilmişdir: bir ədəd “CD” fomatlı diskin üzərində göy rəngdə “19929 30.09.22” rəqəmləri yazılmışdır. Həmin disk Nərimanov RPİ-nin İŞ-nin 55 saylı xidməti otaqda olan “HP” markalı kompüterin DVD oxuyucusu vasitəsi ilə açıldıqda 1 ədəd “505670618- SMS” adlı, 1 ədəd “505670618- ant” adlı, 1 ədəd “505670618-k.m.” adlı və 1 ədəd “**********18” adlı Excell formatlı fayl aşkar olunmuşdur. Excell formatlı 1 ədəd “505670618_SMS” adlı fayl açıldıqda ekranda Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı "xxxx" MMC-yə məxsus kart nömrəsinə 1 yanvar 2022-ci il tarixdən 23 avqust 2022-ci il tarixədək daxil olan smslərin siyahısı göstərilmişdir. Həmin siyahıya baxış keçirilsə də, iş üçün sübut əhəmiyyəti kəsb edən hal aşkar edilməmişdir. İkinci 1 ədəd “505670618-ant” adlı fayl açıldıqda ekranda Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı "xxxx" MMC-yə məxsus kart nömrəsinə 1 yanvar 2022-ci il tarixdən 23 avqust 2022-ci il tarixədək olan müddət ərizində anten dairəsi göstərilmişdir. Həmin siyahıya baxış keçirilsə də, iş üçün sübut əhəmiyyəti kəsb edən hal aşkar edilməmişdir. Üçüncü 1 ədəd “505670618-k.m.” adlı fayl açıldıqda ekranda Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı "xxxx" MMC-yə məxsus kart nömrəsinə 1 yanvar 2022-ci il tarixdən 23 avqust 2022-ci il tarixədək olan müddət ərizndə daxil olan zənglərin anket məlumatları göstərilmişdir. Həmin siyahıya baxış keçirilsə də, iş üçün sübut əhəmiyyəti kəsb edən hal aşkar edilməmişdir. Sonuncu 1 ədəd “**********18” adlı fayl açıldıqda ekranda Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı "xxxx" MMC-yə məxsus kart nömrəsinə 1.01.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində daxil olan zənglərin siyahısı göstərilmişdir. Həmin siyahıya baxış keçirilsə də, iş üçün sübut əhəmiyyəti kəsb edən hal aşkar edilməmişdir (cild 1, iş vərəqə 137). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Məhkəmə-Kimyəvi Ekspertizasının 24 avqust 2022-ci il tarixli 6/4474 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №218” dairəvi möhür əksi, “şübhəli şəxs X5 (imza)” yazısı və imzalar olan paketdəki 1 ədəd bağlamada təmiz çəkisi 1040 qram (1 kg 40 qram) olan qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş siyahılara əsasən heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr”-in İ siyahısına daxildir (Qeyd: heroinin ümümi təmiz çəkisi 1040 qram, tədqiqata sərf edildi 0,2 qram, qalıq 1039,8 qram, cild 1, iş vərəqə 35-37). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi Ambulator X1 8 sentyabr 2022-ci il tarixli 5021 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 144-145). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 3.09.2022-ci il tarixli 2356 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işinin materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və halhazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixoaptik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur (cild 1, iş vərəqə 142-143). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqatdan sonra qalıq çəkisi 1039,8 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Nərimanov RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş, “şəxsi axtarış və götürmə” istintaq hərəkətini özündə əks etdirən 1 ədəd DVD disk isə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 150-158). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Nərimanov rayon məhkəməsinin 10 yanvar 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (cild 1, iş vərəqə 119-131). Cinayət işinin materiallarında olan Bakı şəhər Probasiya İdarəsindən daxil olmuş məktubdan görünür ki, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 10 yanvar 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin edilmiş 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) il 7 (yeddi) ay 11 (on bir) gün hissəsi çəkilməmişdir (cild 2). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4 və 18.4.4-cü maddələrinin tələblərinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residiv müəyyən edilən zamanı nəzərə alınmır. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 10 yanvar 2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza olduğuna görə residiv müəyyən edilən zamanı nəzərə alınmır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinin tələbinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinin tələbinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulur. Məhkəmə həmin normaların tələblərini nəzərə alıb hesab edir ki, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 10 yanvar 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 2 (iki) il 7 (yeddi) ay 11 (on bir) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinin tələbinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla 1 (bir) il 3 (üç) ay 21 (iyirmi bir) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilərək hazırkı hökmlə təyin ediləcək cəzaya qismən birləşdirilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinin tələbinə əsasən ona hökmlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. O həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 avqust 2022-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 16-17). Cinayət işinin materiallarında olan Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 25 avqust 2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 23 avqust 2022-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 89-93). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 23 avqust 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 114 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Nərimanov RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqatdan sonra qalıq çəkisi 1039,8 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, -“şəxsi axtarış və götürmə” istintaq hərəkətini özündə əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhər Nərimanov rayon məhkəməsinin 10 yanvar 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 2 (iki) il 7 (yeddi) ay 11 (on bir) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinin tələbinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla 1 (bir) il 3 (üç) ay 21 (iyirmi bir) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən həmin cəza hazırkı hökmlə təyin olunmuş cəza ilə qismən birləşdirilməklə ona qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 23 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 114 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Nərimanov RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqatdan sonra qalıq çəkisi 1039,8 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, -“şəxsi axtarış və götürmə” istintaq hərəkətini özündə əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-2017/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2017/2022
22.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver