Məhkəmə qərarları › İş №1(101)-2018/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2018/2021

30.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2018/2021 30.12.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Mahmudov İlham Ağa oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx xxxxxxx 1997-ci il tarixdə Ağstafa şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci, 234.4.1-ci, 234.4.3-cü və 240.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddəni, həmçinin narkotik vasitə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddəni əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, o, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxil edilən 21,516 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini, 327,577 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı, 6,002 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə həşiş qətranını, külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”in İ siyahısına daxil edilən 21,033 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin” İİ siyahısına daxil edilən, tərkibində təsiredici maddəsinin ümumi miqdarı 0,4 qram təşkil edən 10 ədəd narkotik vasitə metadon həbini və “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına daxil edilən, tərkibində təsiredici maddəsinin ümumi miqdarı 1,2 qram təşkil edən 4 ədəd narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə preqabalin həbini istintaqa məlum olmayan vaxtda, yerdə və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq əldə edib satışını həyata keçirmək məqsədi ilə qeyd edilən çəkidə narkotik vasitə heroini 0,504 qram, 10,186 qram, 10,048 qram və 0,778 qram çəkidə olan hissələrə bölüb ayrı-ayrılıqda 04 ədəd bükümdə, qeyd edilən çəkidə narkotik vasitə həşiş qətranını 5,172 qram və 0,830 qram çəkidə olan hissələrə bölüb ayrı-ayrılıqda 02 ədəd bükümdə, qeyd edilən çəkidə narkotik vasitə qurudulmuş marixuananı 10,173 qram və 7,241 qram çəkidə olan hissələrə bölüb ayrı-ayrılıqda 02 ədəd bükümdə, qeyd edilən çəkidə psixotrop maddə metamfetamini 2,927 qram, 4,860 qram, 4,871 qram, 5,003 qram, 1,415 qram, 0,923 qram və 1,034 qram çəkidə olan hissələrə bölüb ayrı-ayrılıqda 07 ədəd bükümdə, qeyd edilən sayda narkotik vasitə metadon həbini və qeyd edilən sayda narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə preqabalin həbini qablaşdırıb boz rəngli idman çantasının içərisində olmaqla üzərində, qalan narkotik vasitə qurudulmuş marixuananı 205,0 qram, 52,616 qram və 52,547 qram olmaqla 03 ədəd bükümdə qablaşdırıb yaşadığı ünvan 2 ünvanına daşıyaraq orada saxlamış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 27 iyul 2021-ci il tarixdə keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs həmin gün saat 19:40-da ünvan 3 ünvanının qarşısında saxlanılaraq Baş İdarəyə gətirilib üzərində şəxsi axtarış keçirilən zaman onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda, 21,516 qram çəkidə narkotik vasitə heroin 0,504 qram, 10,186 qram, 10,048 qram və 0,778 qram olmaqla 04 ədəd bükümdə, 6,002 qram çəkidə narkotik vasitə həşiş qətranı 5,172 qram və 0,830 qram olmaqla 02 ədəd bükümdə, 17,414 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana 10,173 qram və 7,241 qram olmaqla 02 ədəd bükümdə, külli miqdarda, 21,033 qram çəkidə psixotrop maddə metamfetamin 2,927 qram, 4,860 qram, 4,871 qram, 5,003 qram, 1,415 qram, 0,923 qram və 1,034 qram olmaqla 07 ədəd bükümdə, təsiredici maddəsinin ümumi miqdarı 0,4 qram təşkil edən 10 ədəd narkotik vasitə metadon həbi və təsiredici maddəsinin ümumi miqdarı 1,2 qram təşkil edən 4 ədəd narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə preqabalin həbi, həmçinin 01 ədəd elektron tərəzi Təqsirləndirilən şəxs çiynindən asdığı boz rəngli idman çantasının içərisindən aşkar edilərək götürülmüşdür. Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 27 iyul 2021-ci il tarixdə saat 23:51-də Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanına öz razılığı və iştirakı ilə baxış keçirilən zaman onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşımaqla saxladığı 310,163 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana 205 qram olmaqla 01 ədəd plastik qabda açıq vəziyyətdə, 52,616 qram və 52,547 qram olmaqla digər plastik qabda 02 ədəd sellofan torbada evin dəhliz hissəsində yerləşən dolabın içərisindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, onun qaçaqmalçılıq cinayətinə heç bir aidiyyəti yoxdur, olmayıb və belə bir əməl törətməyib. Amma ittihamın digər hissəsində özünü qismən təqsirli bilir. O, rəsmi olaraq heç yerdə işləməmiş və fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olmuşdur. Tutulmamışdan təxminən bir il əvvəl Bakı şəhərinə gələrək müxtəlif ünvanlarda kirayə yaşamış, təxminən bir ay əvvəl isə tanışı X3 ilə birlikdə yaşamağa başlamışdır. O, taksi fəaliyyəti ilə məşğul olmuş, Yuliya isə ofisiant işləmiş və onlar birlikdə evin kirayə pulunu ödəmişlər. O, Şəbnəm adlı qadından gündəlik 25 manata “Daewoo Gentra” markalı, **-VX-*** dövlət qeydiyyat nişanlı avtomobil icarəyə götürüb taksi fəaliyyəti ilə məşğul olmuşdur. Bakı şəhərinə gəldikdən bir müddət sonra nakotik vasitə heroin və psixotrop maddə metamfetamin istifadə etməyə başlamışdır. Həmin maddələri “İnstagram” sosial şəbəkəsində özünü Türkiyə Respublikasının vətəndaşı kimi təqdim edən və Türkiyə Respublikasının mobil operatoruna məxsus olan nömrə ilə onunla əlaqə saxlayan Renat adlı şəxsdən almışdır. Həmin şəxslə “WhatsApp” vasitəsilə danışmışdır. O, həmin şəxsdən bir neçə dəfə heroin və metamfetamin alaraq istifadə etmiş, lakin bir müddət sonra onunla əlaqəsi kəsilmişdir. ondan bir dəfə narkotik vasitə alan zaman aldığı narkotik vasitələri Bəhram Abbasov adlı şəxsin gətirəcəyini demişdir. Bundan sonra həmin maddələri ala biləcəyi başqa şəxs axtarmağa başlamış və təsadüfən Rza adlı şəxslə tanış olmuşdur. O, İran İslam Respublikasının vətəndaşı olan Rza ilə “WhatsApp” vasitəsilə danışmış, sonuncu onunla İran İslam Respublikasına məxsus mobil nömrələrlə əlaqə saxlamışdır. Belə ki, o, istədiyi növdə və çəkidə narkotik vasitənin və ya psixotrop maddənin pulunu “Milliön” ödəmə terminalı vasitəsilə Rzanın dediyi karta yükləyərək çekin şəkilini sonuncuya göndərmiş və bundan sonra Rza həmin maddələrin olduğu yerin şəkillərini ona göndərmişdir. O, heroinin qramını 17 manata, metamfetaminin qramını isə 30 manata almışdır. Lakin sonradan narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmaq qərarına gəlmişdir. Taksi fəaliyyəti ilə məşğul olduğuna görə avtomobilinə əyləşən müştərilərdən narkomana oxşatdığı şəxslərə həmin maddələrdən təklif etmiş, istəyən olanda heroinin qramını 30 manata, metamfetaminin qramını isə 40 manata satmışdır. Həmin şəxslərə narkotik vasitələrlə bağlı təklifi əsasən ünvana çatdıqdan sonra etmiş, istəyən olanda satmış, istəyən olmayanda isə avtomobili sürüb getmişdir. Beləliklə, bu yolla pul qazanmağa başlamışdır. Bundan sonra o, Rza adlı şəxsdən daha çox maddələr almağa başlamış və həmin maddələri kirayə yaşadığı ünvanda gizlətmişdir. Evdən çıxanda lazım olan çəkilərdə maddələri özü ilə götürmüş və müştərilərə satmışdır. Həmin maddələri satdığı bəzi müştəriləri ondan marixuana və dərman da istəməyə başlamışlar. Buna görə o, Rzadan həmin maddələrdən də göndərməsini xahiş etmiş, sonuncu da razılaşaraq ona dərman vasitələri, marixuana və başqa növ maddələr göndərmişdir. Bundan sonra o, həmin maddələrin satışı ilə də məşğul olmağa başlamışdır. Sonuncu dəfə tutulmamışdan təxminən bir həftə əvvəl Rzadan külli miqdarda narkotik vasitə, psixotrop maddə və dərmanlar almışdır. Aldığı həmin maddələrin bir hissəsini üzərində və avtomobilində daşıdığı çantanın içərisində, bir hissəsini isə yaşadığı evdə gizlətmişdir. Lakin Yuliyanın onun narkotik vasitə istifadə etməyindən, onların satışı ilə məşğul olmağından və onları evdə saxlamağından heç vaxt məlumatı olmamışdır. 27 iyul 2021-ci il tarixdə yenə həmin maddələrdən bir hissəsini özünə məxsus çantaya yığaraq evdən çıxmışdır. ünvan 5 ünvanında bir neçə nəfərə şəxsə həmin maddələrdən satmaq üçün sifariş almış, buna görə də həmin gün saat 19:30 radələrində həmin ünvana getmişdir. Orada avtomobildən düşüb “alıcıları” gözləməyə başlamışdır. Təxminən 10 dəqiqə sonra bir neçə nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq kim olduğunu soruşmuş, özünü təqdim etdikdən sonra həmin şəxslər də özlərini təqdim edərək Daxili işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqda Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxslər onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə məlumat olduğunu deyərək onu Baş Mütəşəkkil Cinayətkarlıqda Mübarizə İdarəsinə dəvət etmişlər. O, vəziyyəti başa düşərək onlara etiraz etməmiş və onlarla birlikdə həmin İdarəyə getmişdir. Polis İdarəsində onu xidməti iş otaqlarından birinə aparmışlar və orada təhqiqatçı ona tutulmağının səbəbini izah edərək sənədləşmə işlərinin aparılacağını bildirmiş və hüquqlarının müdafiə edilməsi üçün vəkillərin siyahısını ona təqdim etmişdir. O, siyahıda olan vəkillərdən istənilən biri tərəfindən hüquqlarının müdafiə edilməsinə etiraz etmədiyini dedikdən sonra təhqiqatçı vəkil Tahir Qurbanovu dəvət etmişdir. Vəkil gəldikdən sonra təhqiqatçı ondan vəkilə etirazının olub-olmadığını soruşmuş, o da etirazının olmadığını bildirmişdir. Daha sonra hüquq və vəzifələri izah olunaraq videoçəkilişdən istifadə olunmaqla üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zaman təhqiqatçı ilkin olaraq ondan üzərində olan əşyaları təqdim etməsini xahiş etmişdir. O da üzərində narkotik vasitə, psixotrop maddə və narkotik tərkibli dərmanlar olduğunu etiraf edərək masaya yaxınlaşmış və üzərində olan çantanın içərisindən 02 ədəd bükümü, 01 ədəd plastik qabı, 01 ədəd elektron tərəzini, pul qabını, avtomobilin və mənzilin açarlarını təqdim etmişdir. Təqdim etdiyi plastik qab açılanda oradan bir neçə maddə və dərmanlar, həmçinin bükümlərin içərisindən narkotik vasitələr və psixotrop maddələr aşkar edilmişdir. Pul qabına baxış keçirilən zaman isə oradan özünə məxsus 750 ABŞ dolları, 1345 manat pul və iki ədəd plastik kart aşkar edilmişdir. Sorğu zamanı narkotik vasitələri və psixotrop maddələri İran İslam Respublikasının vətəndaşı Rza adlı şəxsdən aldığını, sonuncu dəfə aldığı narkotik vasitələri Bakı şəhəri Nəsimi rayonu ərazisindən götürdüyünü, onları satdıqdan sonra pulunu Rza adlı şəxsə göndərdiyini bildirmişdir. Həmçinin Renat adlı şəxsdən dərmanlar aldığını, sonuncunun dediyi yerdən dərman preparatlarını götürüb Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən “Metropark” Ticarət Məkəzinin yanına qoymağı tapşırdığını, Bəhram Abbasov adlı şəxsin həmin yerdən qoyulan maddələri götürəcəyini demişdir. Aşkar edilmiş elektron tərəzidən narkotik vasitələri və psixotrop maddələri satan zaman onları çəkmək üçün istifadə etdiyini, aşkar edilmiş pul vəsaitlərini isə taksi fəaliyyəti ilə məşğul olan zaman qazandığını bildirmişdir. Aşkar edilmiş maddələr qablaşdırılaraq götürülmüşdür. Açarlar və idman çantası ona qaytarılsa da, pulları, kartları və vəsiqələri götürülmüşdür. Sorğu zamanı aşkar edilmiş maddələrdən bir hissəsinin yaşadığı mənzildə olduğunu, həmin mənzilə və avtomobilə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra bu barədə protokol tərtib edilmiş və hər bir iştirakçı tərəfindən imzlanmışdır. Daha sonra idarə etdiyi avtomobilə və yaşadığı ünvana baxış keçirilməsinə etiraz etməməsi barədə ərizə yazmışdır. Bundan sonra videoçəkilişdən istifadə edilməklə Baş Mütəşəkkil Cinayətkarlıqda Mübarizə İdarəsinin həyətində olan avtomobilə baxış keçirilmişdir. Baxış zamanı oradan heç bir qanunsuz əşya aşkar edilməmiş, lakin iki ədəd mobil telefon aşkar edilərək götürülmüşdür. Bu barədə də protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra onun yaşadığı ünvan 2 ünvanına getmişlər. Mənzilin qapısını özü açmış və içəri daxil olmuşlar. Baxış zamanı ondan mənzildə hər hansı qanunsuz əşya varsa təqdim etməsi xahiş olunmuş, o da mənzildəki şkafdan bir ədəd torbanı götürüb polis əməkdaşlarına təqdim etmiş, həmin torbanın içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Həmin torba açıldıqda onun içərisindən narkotik vasitə marixuana aşkar edilmiş və qablaşdırılaraq götürülmüşdür. O, sorğu zamanı yenə eyni məzmunlu izahat vermişdir. Bundan sonra Baş Mütəşəkkil Cinayətkarlıqda Mübarizə İdarəsinə qayıtmışlar və orada protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalanmışdır. Ona görə də göstərilənləri nəzərə alıb barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı faktiki etirafını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 göstərdi ki, 27 iyul 2021-ci il tarixdə Bakı şəhərində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə məlumat daxil olmuş, həmin məlumat tərəfindən rəsmiləşdirilmiş və əməliyyat qrupu yaradılmışdır. Həmin qrupa şöbənin əməliyyat müvəkkilləri Şahid2, Şahid3 və Şahid4 daxil olmuşdur. Qrup üzvləri keçiriləcək əməliyyat tədbiri zamanı nə cür hərəkət etmələri barədə təlimatlandırılmışlar. Təqsirləndirilən şəxs ünvan 3 ünvanında olması barədə əməliyyat məlumatı daxil olduqdan sonra həmin şəxsi müəyyən etmək üçün qeyd olunan ünvana getmişlər. Saat 19:40-da xarici görünüşü Təqsirləndirilən şəxs oxşar şəxsin həmin ünvanda olması müşahidə edilmişdir. Həmin şəxs “Daewoo Gentra” markalı, **-VX-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında dayanmışdır. Onlar həmin şəxsə yaxınlaşaraq anket məlumatlarını soruşmuşlar, sonuncu da özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Həmin şəxsə qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olması barədə məlumat daxil olduğunu deyərək onu Baş Mütəşəkkil Cinayətkarlıqda Mübarizə İdarəsinə dəvət etmişlər, sonuncu da etiraz etməyərək onlarla birlikdə həmin idarəyə gəlmişdir. Baş İdarədə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya psixotrop maddə olması ehtimal edildiyindən üzərinə şəxsi axtarış keçirilməsi məqsədilə rəhbərliyə raportla məruzə etmişdir. Raportun icrası xüsusilə mühüm işlər üzrə baş təhqiqatçı Mirata Seyidova həvalə edildiyindən Təqsirləndirilən şəxs baş təhqiqatçının xidməti iş otağına aparmışlar. Orada təhqiqatçı Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edərək vəkillərin siyahısını təqdim etmiş, sonuncu siyahıda olan vəkillərdən istənilən vəkil tərəfindən hüquqlarının müdafiə edilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Tahir Qurbanov dəvət olunaraq Təqsirləndirilən şəxs təqdim edilmiş, ondan həmin müdafiəçiyə etirazının olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs vəkilə etiraz etməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli bilindiyi və bununla bağlı videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış aparılacağı bildirilmiş, sonuncu da buna etiraz etməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etməsi təklif olunmuş, sonuncu da üzərində narkotik vasitələr, psixotrop maddələr və dərman vasitələri olduğunu deyərək masaya yaxınlaşmış və idman çantasını masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs çantadan 02 ədəd bükümü, 01 ədəd plastik qabı, 01 ədəd elektron tərəzini, üzərindən isə avtomobil açarını, pul qabını və mənzilin açarını təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi əşyaların narkotik vasitələr, psixotrop maddələr və dərman vasitələri olduğunu bildirmişdir. Onun təqdim etdiyi plastik qab açıldıqda oradan həşiş qətranına, qurudulmuş marixuanaya, heroinə və metamfetaminə oxşar maddələr aşkar edilmişdir. Bundan sonra oradan konvolyutlarda dərman preparatları aşkar edilmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi pul qabından isə sürücülük vəsiqəsi, şəxsiyyət vəsiqəsi, plastik kartlar, 1375 manat və 750 ABŞ dolları pul aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin əşyaları sosial şəbəkə vasitəsilə tanış olduğu Rza adlı İran İslam Respublikası vətəndaşından aldığını, həmin şəxslə 4-5 ay əvvəl tanış olduğunu, sonradan həmin şəxsə narkotik vasitələr, psixotrop maddələr sifariş verdiyini, həmin kütlələrin pulunu karta ödəmə yolu ilə ödədiyini, sonuncunun həmin kütlələri Bakı şəhərində müəyyən yerlərə qoydurduğunu, onun da həmin kütlələri deyilən ünvandan götürdüyünü bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs sosial şəbəkələrdə tanış olduğu Renat adlı şəxsdən də dərman preparatları aldığını, Renatın dediyi yerdən kütlələri götürüb “Metrapark” Ticarət mərkəzinə aparıb oraya qoydurmasını, orada Bəhram Abbasov adlı şəxsin həmin əşyanı götürəcəyini demişdir. Bundan başqa Təqsirləndirilən şəxs aşkar edilmiş elektron tərəzidən narkotik vasitələri və psixotrop maddələri satan zaman onların çəkilərini müəyyən etmək üçün istifadə etdiyini, aşkar edilmiş pulların özünə məxsus olduğunu və onları taksi fəaliyyəti ilə məşğul olan zaman qazandığını bildirmişdir. Bundan sonra həmin kütlələr, pullar və kartlar götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı evdə də həmin maddələrdən olduğunu etiraf edərək onları təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra baxış keçirilməsinin nəticəsinə dair təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, protokol iştirakçılara ucadan oxunmuş və protokolun düzgünlüyü imzalarla təsdiq edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs könüllü razılığı və iştirakı ilə şəxsi axtarışda iştirak edən şəxslərlə birlikdə videoçəkilişdən istifadə edilməklə onun idarə etdiyi avtomobilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə narkotik vasitələr, psixotrop maddələr və dərman preparatları varsa təqdim etməsi təklif olunmuş, lakin sonuncu avtomobilində hər hansı bir qanunsuz əşyanın olmadığını, avtomobili təxminən bir aydır icarə əsasında idarə etdiyini bildirmişdir. Avtomobilə baxış zamanı hər hansı qanusuz əşya aşkar edilməsə də, oradan bir ədəd “Samsung” və bir ədəd “Xiaomİ” markalı mobil telefonlar aşkar edilərək iş üçün əhəmiyyətli ola biləcəyindən götürülmüşdür. Bundan sonra avtomobilə baxış keçirilməsinin nəticəsinə dair təhqiqatçı tərəfindən protokol tərtib olunaraq ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs könüllü razılığı və iştirakı ilə onun yaşadığı evə baxış keçirilməsi üçün dediyi ünvana getmişlər. Mənzilə çatan zaman Təqsirləndirilən şəxs özü mənzilin qapısını açmış və onları içəri dəvət etmişdir. Vvideoçəkilişdən istifadə edilməklə mənzilə baxış keçirilməyə başlanmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı mənzildə qanunsuz əşya varsa təqdim etməsi təklif edilmiş, sonuncu da evin giriş qapısı ilə üzbəüz olan şkafı açıb oradan bir ədəd bağlama çıxarmış və həmin bağlamanı təqdim edərək onun içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Həmin bağlama açıldıqda orada iki ədəd plastik qabın olması müşahidə edilmiş, həmin qabların içərisindən isə marixuanaya oxşar kütlələr aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlələri İran İslam Respublikasının vətəndaşı Rza adlı şəxsdən aldığını bildirmişdir. Bundan sonra mənzilə baxış keçirilmiş, lakin başqa qanunsuz əşya aşkar edilməmişdir. Daha sonra onlar birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqda Mübarizə İdarəsinə gəlmişlər. İdarədə mənzilə baxış keçirilməsinə dair təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, protokol iştirakçılara ucadan oxunmuş və imzalarla təsdiq edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin digər əməkdaşları Şahid2, Şahid3 və Şahid4 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadələr verərək onun göstərdiyi halları təsdiq etdilər. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Şəxsi axtarış və götürmə aparılması haqqına 27 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun çantasının içərisindən 4 ədəd sellofan bükümdə narkotik vasitə olan heroinə oxşar maddələr, 2 ədəd sellofan bükümdə narkotik vasitə qurudulmuş marxuanaya oxşar kütlə, 1 ədəd sellofan bükümdə və 1 ədəd gümüşü rəngli kağız bükümdə olan narkotik vasitə həşiş qətranına oxşar maddələr, 7 ədəd sellofan bükümdə psixotrop maddə metamfetamə oxşar maddələr, 02 ədəd konvolyutda olan dərman həbləri, içərisində narkotik vasitələrə və psixotrop maddələrə oxşar maddələr olan bir ədəd plastik qab və 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqə 26-29). Baxış keçirilməsi və əşyaların götürülməsi haqqında 28 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanına onun öz razılığı və iştirakı ilə baxış keçirilən zaman mənzildən narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqə 36-39). Kompleks məhkəmə-kimyəvi və bioloji ekspertizasının 28 iyul 2021-ci il tarixli 6/3140 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketdəki 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,504 qram 10,186 qram, 10,048 qram, 0,778 qram, ümumi təmiz çəkisi 21,516 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir, 7 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,927 qr, 4,860 qr, 4,871 qr, 5,003 qr, 1,415 qr, 0,923 qr, 1,034 qr, ümumi təmiz çəkisi 21,033 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamindir. 1 ədəd üzərində “Methadone 40” göstəriciləri olan dərman konvolyutunda 10 ədəd açıq-qəhvəyi rəngli “F/M40” göstəricili dərman həblərinin əsas təsiredici maddəsi metadondur və həmin həblərin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 0,4 qram təşkil edir, 1 ədəd üzərilərində “Paden - 300” göstəriciləri olan dərman kovalyutu kəsiyində 4 ədəd dərman kapsulunun əsas təsiredici maddəsi preqabalindir və həmin kapsulların tərkibində preqabalinin təsir maddəsinin ümumi miqdarı 1,2 qram təşkil edir, bir ədəd elektron tərəzi, bir ədəd mavi rəngli plastik qabda narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”in siyahısına (Siyahı İ) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in siyahısına (Siyahı İİ) daxildir. Preqabalin 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onları külli miqdarının siyahısına” (1 nömrəli əlavə) daxildir. Ekspert tədqiqatından sonra heroinin qalıq çəkisi 21,476 qram, metamfetaminin qalıq çəkisi 20,963 qram, metadon həblərinin sayı 09 ədəd, preqabalin kapsullarının sayı 03 ədəd təşkil etmişdir (cild 1, iş vərəqə 52-60). Kompleks məhkəmə-kimyəvi və bioloji ekspertizasının 28 iyul 2021-ci il tarixli 7/717 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə, psixotrop maddələrə oxşar maddələr, dərman həbləri və 01 ədəd elektron tərəzi” yazılar və imzalar olan ağ rəngli kağız paketdə 2 ədəd ağız hissəsi bağlanan polietilen paketlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 10,173 qram; 7,241 qram, ümumi çəkisi - 17,414 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanalar, 1 ədəd kiçik ağız hissəsi bağlanan polietilen paketdə 2 ədəd bükümdə bir ədəd gümüşü rəngli kağız və bir ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri - 5,172 qram; 0,830 qram, ümumi çəkisi - 6,002 qram maddələr (bitki mənşəli kütlələr) tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - həşiş qətranlarıdır. Onlar tərkiblərinə görə eynidir. Tədqiqta təqdim olunmuş kağız paketdə olan 1 ədəd plastik qabda və bir ədəd elektron tərəzi üzərində bitki mənşəli narkotik vasitənin hissəcikləri yoxdur. Tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə” yazılar və imzalar olan üzəri skoçla bağlanmış polietilen bağlamada 2 ədəd plastik qablarda: birində açıq vəziyyətdə təmiz çəkisi - 205,0 qram; ikinci plastik qabda 2 ədəd sellofan torbada ayrı-ayrılıqda təmiz çəkiləri - 52,616 qram; 52,547 qram, ümumi çəkisi - 310,163 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanalardır. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan götürülmüş marixuanalar tərkiblərinə görə eynidir. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan götürülmüş marixuanaların ümumi çəkisi - 327,577 qramdır. Ekspert tədqiqatından sonra marixuanaların qalıq çəkisi 17,374 qram və 310,103 qram, həşiş qətranlarının qalıq çəkisi 5,962 qram təşkil etmişdir (cild 1, iş vərəqə 61-65). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 27 sentyabr 2021-ci il tarixli 3649 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin birgə qəbulu və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (cild 2, iş vərəqə 62-63). Bank məlumatlarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən daxil olmuş 21 oktyabr 2021-ci il tarixli, 157000/2- 5459 nömrəli müşayiət məktubu əsasında alınmış 01 ədəd diskə baxış keçirilən zaman Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda, müxtəlif yerlərdə bankomatlardan pul çıxaran zaman çəkilmiş fotoşəkillərinin olması müşahidə edilmişdir. Bundan başqa bank məlumatlarında qeyd olunan kart hesablarının Təqsirləndirilən şəxs adına qeydiyyatda olması, həmçinin həmin kartlarından 16.03.2021-ci il tarixdən 19.08.2021-ci il tarixədək olan müddət ərzində müxtəlif məbləğlərdə pulların mədaxil və məxaric olması barədə məlumatlar aşkar edilmişdir (cild 2, iş vərəqə 57). “Samsung” markalı mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, mobil telefonun “Galareya” bölməsinə daxil olan zaman orada müxtəlif ərazilərdə oxlarla istiqamətləndirilmiş formada olan işarələrin olmasına dair 04 ədəd foto, falqa kağızların üzərində narkotik vasitələrə oxşar maddələrin olmasına dair 05 ədəd foto və 01 ədəd sellofan bükümdə narkotik vasitəyə oxşar 01 ədəd foto aşkar edilmişdir (cild 1, iş vərəqə 122). Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri əldə etdiyi mənbə müəyyən edilmədiyinə görə ibtidai istintaq orqanının 22 noyabr 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206,3.2, 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri ilə ********* saylı cinayət işi ayrıca icraata ayrılmışdır (cild 1, iş vərəqə 94-96). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 178-179). İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə ittiham irəli sürülərək göstərilmişdir ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddəni, eləcə də narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddəni əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı “Rza” adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı “Rza” adlı şəxs və qeyriləri tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddəni, eləcə də narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddənin İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi və satışının təşkil edilməsinə əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etmişdir. Lakin məhkəmə istintaqı zamanı aparılmış hərtərəfli araşdırma nəticəsində təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi, belə bir əməlin törədilməsində iştirakı və belə iştiraka yönəlmiş hər hansı qəsdi sübuta yetirilməmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci, 234.4.3-cü və 240.2.1-ci maddələri ilə ittiham elan edərkən iş üzrə toplanmış sübutların məcmusuna düzgün istinad etməklə obyektiv, əsaslı hüquqi nəticəyə gəlsə də, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə ittiham irəli sürməklə əsassız qənaətə gəlmişdir. Belə ki, iş üzrə toplanmış sübutların, bütövlükdə cinayət işinin materiallarının təhlili göstərir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini təsdiq edə biləcək hər hansı mötəbər sübut əldə olunmamışdır. Təqsirləndirilən şəxs qarşı ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihamın məzmunundan görünür ki, Rza adlı şəxs və qeyriləri naməlum vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirdiyi külli miqdarda narkotik vasitələri, psixotrop maddələri, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri istintaqa məlum olmayan yerdə yerləşdirib bu barədə Təqsirləndirilən şəxs məlumat verdikdən sonra sonuncu həmin kütlələri istintaqa məlum olmayan vaxtda, yerdə və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, daşımış və saxlamışdır. Göründüyü kimi, bir qrup şəxs halında cinayət əlaqəsinə girdiyi qeyriləri Təqsirləndirilən şəxs artıq qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə gətirilmiş, Bakı şəhərində bəlli yerə yerləşdirilmiş narkotik vasitələrin, psixotrop maddələrin, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin qoyulduğu yer barədə məlumat vermiş və Təqsirləndirilən şəxs məhz bu məlumatı aldıqdan sonra satış məqsədilə həmin maddələri Bakı şəhərində qoyulduğu yerdən götürmüşdür. Təqsirləndirilən şəxs qeyd olunan hərəkəti yalnız satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və güclü təsir edən maddəni əldə edərək daşıyıb saxlama cinayətinin tərkibi ilə əhatə olunur. Həm də məhkəmə, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və güclü təsir edən maddəni əldə edərək daşıyıb saxlama cinayətinə münasibətdə qabaqcadan əlbir olan bir qrup şəxs halında tövsifedici əlamətinin tam sübuta yetirildiyi qənaətindədir. Qabaqcadan əldə edilən razılığın forması əməlin tövsifinə təsir etmədiyindən Təqsirləndirilən şəxs yalnız telefonla əlaqə saxlayıb razılıq əldə etməsi satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və güclü təsir edən maddəni əldə edərək daşıyıb saxlama cinayətinə münasibətdə bu tövsifedici əlamətin yaranması üçün yetərlidir. Cinayətin gedişində cinayətə qoşulmaqla (cinayətin digər iştirakçıları ilə qabaqcadan cinayətin törədilməsi məqsədi ilə əlbir olmadan) cinayətdə iştirak etmiş və ya digər cinayət törətmiş şəxsin hərəkətləri cinayətin iştirakçıları (içraçıları) ilə qabaqcadan cinayət əlaqəsinə girməklə cinayəti əlbir olan qrup şəkildə törətməsi kimi qiymətləndirilməməli və həmin şəxs özünün törətdiyi konkret hərəkətlərə görə məsuliyyət daşımalıdır. Yəni, Təqsirləndirilən şəxs qeyriləri tərəfindən qaçaqmalçılıq cinayəti törədildikdən sonra həmin şəxslərin satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və güclü təsir edən maddəni əldə etmə, daşıma, saxlama hərəkətlərində iştirak etmişdir və ona görə də təqsirləndirilən şəxs məhz törətdiyi sübuta yetirilən bu əməllərinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Ona görə də məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamın qaçaqmalçılıq cinayəti ilə bağlı hissəsi yalnız fərziyyələrə söykənir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli 10 №-li Qərarında göstərilmişdir ki, mal və ya digər əşyalar qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirildikdən sonra bu barədə məlumat alaraq onları qəbul etmiş şəxsin bu cinayətin törədilməsində iştirakı müəyyən edilmədikdə, onun qaçaqmalçılıq cinayətini törətməsinə görə məsuliyyəti istisna edilir. Hazırki cinayət işi üzrə təqsirləndirilən şəxsin qaçaqmalçılıq cinayətinin törədilməsində hər hansı şəkildə iştirakına dəlalət edən heç bir sübut müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Bu maddənin İİ hissəsində isə müəyyənləşdirilmişdir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Konstitusiya normasını eynilə əks etdirən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsi həmçinin nəzərdə tutur ki, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1997-ci il tarixli 4 saylı qərarının 4-cü bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X6rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs ittihamından Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsinin xaric edilməsini zəruri, həm də qanuni və əsaslı hesab edir. Ona görə də Təqsirləndirilən şəxs oğlunun ittihamından Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi xaric edilməli, o məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla törətməsi təsdiq olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci, 234.4.3-cü və 240.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinə görə məhkum edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. X5 11-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci, 234.4.3-cü və 240.2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci, 234.4.3-cü və 240.2.1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun özünü qismən təqsirli bilərək peşman olmasını, əvvəllər məhkum olunmamasını cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 27 iyul 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 27 iyul 2021-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 18, 110-115). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 27 iyul 2021ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 21,476 qram təşkil edən heroin, 20,963 qram metamfetamin, 09 ədəd metadon həbləri, 03 ədəd preqabalin kapsulları, 327,477 qram qurudulmuş marixuana, 5,962 qram həşiş qətranı, 01 ədəd elektron tərəzi məhv edilməli, “Samsung” və “Xiaomi” markalı mobil telefonlar, 02 ədəd plastik kart Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 148 (bir yüz qırx səkkiz) manat 28 (iyirmi səkkiz) qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 53,62, cild 2 iş vərəqə 134). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə mərhələsində Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01.02.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, məhkəmə mərhələsində Təqsirləndirilən şəxs göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı X2 vəkil işlədiyi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25.06.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30.03.2006-cı il tarixli, “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02.06.2016-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci, 234.4.3-cü və 240.2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci, 234.4.3cü maddələri ilə 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 240.2.1-ci maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 27 iyul 2021-ci il il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübutlar: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 21,476 qram təşkil edən heroin, 20,963 qram metamfetamin, 09 ədəd metadon həbləri, 03 ədəd preqabalin kapsulları, 327,477 qram qurudulmuş marixuana, 5,962 qram həşiş qətranı və 01 ədəd elektron tərəzi məhv edilsin; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş “Samsung” və “Xiaomi” markalı mobil telefonlar, iki ədəd plastik kart Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılsın. Təqsirləndirilən şəxs 148 (bir yüz qırx səkkiz) manat 28 (iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına X4 üçün 180 (bir yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar