Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2018/2023 26.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədov Fəxri Afiq oğlunun sədrliyi ilə, Hakimlər: X5 və Kərimova Mahirə Nəzər qızından ibarət tərkibdə, X2 və Salmanzadə Zülfiyyə Asif qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokurorları - X3 və Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1975-ci ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan külli miqdarda, təmiz çəkisi 8.092 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, DİN-nin X14 Alayının 5-ci patrul bölüyünün əməkdaşları tərəfindən 20 aprel 2023-cü il tarixdə saat 02:45 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 115 ünvanda şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 81B ünvanında yerləşən Nizami rayon Polis idarəsinin 24-cü Polis şöbəsinə gətirilmiş, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı, əynində olan boz rəngli cins şalvarın arxa sağ yan cibindən 01 ədəd üzərində “West” yazısı olan siqaret qutusunun içərisindəki qara rəngli sellofan kəsiyinə bükülmüş 1 ədəd şəffaf rəngli sellofan bükümün içərisində təmiz çəkisi 8.092 qram külli miqdarda qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadələrində göstərmişdir ki, narkotik vasitə istifadəçisidir. 20 aprel 2023-cü il tarixdə polislər onu “Xalqlar dostluğu” metrostansiyasının girəcəyində saxlamışlar. Polislər ondan şəxsiyyət vəsiqəsini istəmiş, o da öz növbəsində şəxsiyyət vəsiqəsini onlara təqdim etmişdir. Polis əməkdaşları ondan şübhələnmiş və üzərinə baxış keçirmişlər. O, şəxsi istifadəsi üçün 2 (iki) qram narkotik vasitə almış, ondan bir az istifadə etmişdir. Polis əməkdaşları onu polis maşınına mindirərək “Neftçilər” tərəfə aparmış, təxminən saat 2-3 radələrində onu polis bölməsinə təhvil vermişlər. Ondan üzərində hər hansı qanunsuz predmetin olub-olmaması soruşulduqda o, narkotik vasitəni çıxararaq könüllü şəkildə təqdim etmişdir. Lakin o siqaret qutusundakı narkotik vasitəni cibindən çıxaranda çox olduğunu və həmin maddənin ona məxsus olmadığını bildirdikdə ona polis əməkdaşları sənədləşməni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə rəsmiləşdirdiklərini bildirmişlər. Videoçəkiliş aparıldıqdan sonra o, narkotik vasitənin miqdarından şübhələnmiş və polislərdən onun özünə məxsus olan narkotik vasitəni gətirmələrini, onu tərəzidə çəkmələrini və vəkilinin də iştirakı ilə videoçəkilişin yenidən aparılmasını tələb etmişdir. Lakin polis əməkdaşları ona onun əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə rəsmiləşəcəyini bldirmiş və o da bununla razılaşmışdır. Lakin sonradan polis əməkdaşları Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ittiham elan olunduğunu və həmin maddənin sanksiyasında 3 ildən 8 ilə qədər azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğunu bildirmişlər. Bu zaman o, polis əməkdaşlarına üzərində 08 (səkkiz) qram narkotik vasitə olmadığını, təxminən 01 (bir) qram yarım narkotik vasitə olduğunu və həmin narkotik vasitəni 50 (əlli) manata aldığını bildirmişdir. Polis əməkdaşları tərəfindən hər hansı fiziki və psixi təsir və təzyiqlərə məruz qalmamışdır. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, o ailə üzvləri ilə birlikdə ünvan 4 ünvanda yaşayır. Əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə dəfələrlə məhkum olunmuşdur. Hazırda heç-bir yerdə işləmir. Təxminən 5-6 ilə yaxındır ki, narkotik vasitələrin aludəçisidir. xx.xx.2023-cü il tarixdə tanışı Həsənbala ilə birlikdə Bakı şəhərinə gəlmişlər. xx.xx.2023-cü il tarixdə saat 02:45 radələrində ünvan 5 ünvanın qarşısında tanışı Şahid6lə birlikdə olan zaman polis əməkdaşlarını görmüşlər. O, narkotik vasitə aludəçisi olduğu üçün və üzərində narkotik vasitə olduğundan iti addımlarla getməyə başlamışdır. Bir qədər sonra polis əməkdaşları onlara yaxınlaşmışlar. Polis əməkdaşları nə səbəbdən onları gördükdən sonra surətlə hərəkət etmələrini soruşmuşlar. O, polis əməkdaşlarına narkotik vasitə aludəçisi olduğunu və həyəcanlandığı üçün surətlə getdiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları onları saxlayaraq polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində otaqların birində olarkən ona hüquq vəzifələri izah olunmuş, həmçinin hüquqlarını müdafiə etmək üçün vəkil də dəvət olunmuşdur. Həmin otaqda hər kəsin iştirakı ilə ona təklif olunmuşdur ki, üzərində olan qeyri qanuni əşyaları təqdim etsin. Həmin zaman və polis şöbəsinə gətiriləndə narkotik vasitə aludəçisi olduğunu dediyi üçün, o, əynindəki boz rəngli cins şalvarın arxa sağ yan cibindən üzərində “West” yazısı olan siqaret qutusunu təqdim edərək içərisindən 01 ədəd sellofan bükümdə narkotik vasitə kimi tanınan maddəni çıxardıb təqdim etmişdir. Həmin bükülünün içərisində olan maddənin narkotik vasitə yəni “heroin” olduğunu qeyd etmişdir. Həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Nizami rayonunda adını Mehdi kimi bildiyi İran Respublikası vətəndaşından 500 manat müqabilində onlayn yolla aldığını bildirmişdir. O, bildirmişdir ki, narkotik vasitənin pulunu bir müddət sonra verəcəkdir. Onun üzərində narkotik vasitə saxlamasından tanışı Şahid6 xəbəri olmamışdır. (Cild 1, iş vərəqi 90-92) Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə verərək göstərmişdir ki, təqsirləndirilən şəxsi xidməti zərurətlə əlaqədar tanıyır, onunla və digər proses iştirakçıları ilə qohumluq münasibətləri, eyni zamanda, düşmənçiliyi və ədavəti yoxdur. Daxili İşlər Nazirliyinin X14 Alayının 5-ci Patrul Bölüyünün polis nəfəri vəzifəsində çalışır, polis serjantı rütbəsini daşıyır. Gecə saatlarında xidmətdə olan zaman “Xalqlar dostluğu” metrostansiyasının yaxınlığında dayanacaqda 2 nəfər şəxsin üzü “Əhmədli” metrostansiyası istiqamətində getdiklərini görmüşlər. Həmin şəxslərin özlərini şübhəli aparmaları səbəbindən onlara yaxınlaşmış, haradan gəldiklərini və üzərilərində sənədlərinin olub-olmamasını soruşmuşlar. Bundan sonra onlar Nizami RPİ-nin 24-cü PŞ-nə aparılmış, orada üzərilərinə şəxsi axtarış və baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və baxış istintaq hərəkətində şəxsən iştirak etmişdir. Təqsirləndirilən şəxs üzərindən sellofan bükülü şəkildə qəhvəyi rəngli maddə aşkar edilmişdir. Videoçəkilişdə Təqsirləndirilən şəxs vəkili də iştirak etmişdir. Ona polis əməkdaşları tərəfindən hər hansı fiziki və ya psixi təsir və təzyiq olmamışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə verərək göstərmişdir ki, təqsirləndirilən şəxsi xidməti zərurətlə əlaqədar tanıyır, onunla və digər proses iştirakçıları ilə qohumluq münasibətləri, eyni zamanda, düşmənçiliyi və ədavəti yoxdur. Daxili İşlər Nazirliyinin X14 Alayının 5-ci Patrul Bölüyünün polis nəfəri vəzifəsində çalışır, polis serjantı rütbəsini daşıyır. Nizami rayonunun inzibati ərazisində xidmətdə olarkən “Xalqlar dostluğu” metrostansiyasının yaxınlığında Təqsirləndirilən şəxs özünü şübhəli apardığını görüb ona yaxınlaşmışlar. Bundan sonra onu Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə dəvət etmişlər. Orada vəkilin də iştirakı ilə üzərinə şəxsi axtarış və baxış keçirilmişdir. Bu zaman üzərindən narkotik vasitə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs tərəflərindən saxlanılarkən tək olmamış, onun yanında bir nəfər şəxs də olmuşdur. Təqsirləndirilən şəxs saxlanılan vaxt üzərinə dərhal baxış keçirməmişlər. O, narkotik vasitələri şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs yanındakı şəxsin də üzərinə bölmədə baxış keçirilmiş, lakin ondan hər hansı qanunsuz predmet aşkar edilməmişdir. Şəxsi axtarış və baxış istintaq hərəkəti bölmədə aparılmışdır. Ona polis əməkdaşları tərəfindən hər hansı fiziki və ya psixi təsir və təzyiq olmamışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə verərək göstərmişdir ki, təqsirləndirilən şəxsi xidməti zərurətlə əlaqədar tanıyır, onunla və digər proses iştirakçıları ilə qohumluq münasibətləri, eyni zamanda, düşmənçiliyi və ədavəti yoxdur. Daxili İşlər Nazirliyinin X14 Alayının 5-ci Patrul Bölüyünün polis nəfəri vəzifəsində çalışır, polis serjantıdır. Nizami rayonunun inzibati ərazisində xidmətdə olarkən təxminən saat 00:00 radələrində “Xalqlar dostluğu” metrostansiyasının yaxınlığında 2 nəfər şəxsin özünü şübhəli apardığını görmüşlər. O, həmin şəxslərə yaxınlaşmış, lakin həmin şəxslər onun verdikləri suallara qeyri-adekvat cavablar vermişlər. Həmin şəxsləri polis bölməsinə dəvət etmiş, raportla məruzə edərək növbətçi hissəyə təhvil vermişlər. Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsilə keçirilən şəxsi axtarış və baxış istintaq hərəkətində iştirak etmişdir. Təqsirləndirilən şəxslə birgə tutulan şəxsin üzərindən heç nə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələri şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Ona polis əməkdaşları tərəfindən hər hansı fiziki və ya psixi təsir və təzyiq olmamışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 və Şahid5 ifadələrində məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə eyni məzmunlu və şahidlər Şahid2, Şahid3, Şahid4 məhkəmə baxışı zamanı verdiyi ifadələrinə oxşar məzmunda ifadə verərək həmin şahidlərin ifadələrində göstərdiyi xüsusatları təsdiq etmişlər. Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 02:45-də iş yoldaşları DİN-nin X14 Alayının 5-ci patrul bölüyünün polis nəfərləri, polis serjantları Şahid3, Şahid4 və Şahid2 ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində xidmət aparan zaman Qara Qarayev prospekti 115 ünvanının qarşısında iki nəfər şəxsin özünü şübhəli aparmasını görmüşlər. Həmin şəxslər onları görüb sürətlə hərəkət etməyə başlamışlar. Həmin şəxslərə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib həmin şəxslərdən şəxsiyyətini təsdiq edən sənəd soruşmuşlar. Həmin şəxslər üzərində hər hansı bir sənədin olmadığını bildirərək verdikləri suallardan yayınmaq istəmişlər. Həmin şəxslər özlərini şübhəli apardıqlarından, zahiri əlamətlərindən narkotik maddə qəbul edən şəxslərə oxşadıqları və həmin şəxslərdən biri narkotik vasitə aludəçisi olduğunu bildirdiyi üçün onları Bakı şəhəri Nizami Rayon Polis idarəsinin 24-cü Polis şöbəsinə dəvət etmişlər. Həmin şəxslər onlarla razılaşaraq birlikdə şöbəyə gəlmişlər və onlar raport yazıb həmin şəxsləri şöbənin növbətçi hissəsinə təhvil vermişlər. Şöbədə həmin şəxslərdən birinin xx.xx.1975-ci ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 7 ünvanda qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs digərinin isə xx.xx.1993-cü ildə Rusiya Federasiyasının Krasnoyarsk şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 8 ünvanda yaşayan Şahid6 olduğu müəyyən olunmuşdur. Sonra şöbə rəhbərliyinin göstərişinə əsasən həmin şəxslərin üzərində şəxsi axtarış aparılması və sənədləşmə üçün təhqiqatçı ayrılmışdır. Bundan sonra Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin təhqiqatçısı, polis kapitanı X9 tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, sonra onun Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid5, DİN-nin X14 Alayının 5-ci patrul bölüyünün polis nəfərləri, polis serjantları Şahid3, Şahid4, Şahid2 və prosesə dəvət olunmuş Bakı şəhər 6 saylı Vəkil Bürosunun vəkili X4 iştirakı ilə video çəkiliş vasitəsi ilə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmağa başlanmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri, həmçinin vəkildən istifadə etmək hüququ izah edilərək təklif edilmişdir ki, “üstündə hər hansı qeyri-qanuni və ya qanuni nə varsa təqdim etsin”. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının arxa sağ yan cibindən 01 ədəd üzərində “West” yazısı olan siqaret qutusunu çıxararaq təqdim etmişdir. Həmin 01 ədəd üzərində “West” yazısı olan siqaret qutusunun içərisinə baxdıqda həmin qutunun içərisində olan qara rəngli sellofan kəsiyinə bükülmüş şəffaf rəngli sellofan bükümün içərisində tünd qəhvəyi rəngli toz şəklində maddənin olduğu müşahidə olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, “əynində olan boz rəngli cins şalvarının arxa sağ yan cibindən çıxararaq təqdim etdiyi 01 ədəd üzərində “West” yazısı olan siqaret qutusunun içərisindəki qara rəngli sellofan kəsiyinə bükülmüş şəffav rəngli sellofan bükümün içərisində olan narkotik vasitə heroindir. Təxminən 5-6 ilə yaxın olar ki, narkotik vasitə qəbul edir. Təqdim etdiyi külli miqdarda narkotik vasitə heroini “Mehdi” adlı İran İslam Respublikasının vətəndaşından öz şəxsi istifdəsi üçün 500 manata alıb üzərində saxlayaraq özü ilə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 115 ünvanın yaxınlığına daşımışdır”. Bildirmişdir ki, “o, narkotik vasitəni özü istifadə etdiyi üçün alıb, həmin narkotik vasitəni yalnız özü istifadə edəcəkdir. Sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd üzərində “West” yazısı olan siqaret qutusunun içərisindəki qara rəngli sellofan kəsiyinə bükülmüş şəffaf rəngli sellofan bükümün içərisində olan kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» olan 164 nömrəli möhürü ilə möhürlənərək götürülmüşdür. Bu barədə protokol tərtib olunmuş və onlar həmin zərfə və protokola imza etmişlər. Bundan sonra şəxsi axtarışın çəkilişi təhqiqatçı tərəfindən dayandırılmışdır. Bundan sonra Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin təhqiqatçısı, polis kapitanı X9 tərəfindən Şahid6 şübhəli şəxs qismində tutulmuş, sonra onun, Bakı şəhər Nizami RPİ-nin 24-cü PŞ-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid5, DİNnin X14 Alayının 5-ci patrul bölüyünün polis nəfərləri, polis serjantları Şahid3, Şahid4, Şahid2 və prossesə dəvət olunmuş Bakı şəhər 6 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə video çəkiliş vasitəsi ilə təhqiqatçı tərəfindən Şahid6 üzərində şəxsi axtarış aparmağa başlanmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Şahid6 hüquq və vəzifələri, həmçinin vəkildən istifadə etmək hüququ izah edilərək təklif edilmişdir ki, “üstündə hər hansı qeyriqanuni və ya qanuni nə varsa təqdim etsin”. Bu təklifdən sonra Şahid6 əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd “Samsung” markaı mobil telefon, bir ədəd “Uni Bank”a aid kart, bir ədəd “Leo Bank” a aid kart çıxararaq təqdim edib bildirmişdir ki, “üzərində qanunla qadağan olunmuş əşya və ya maddə yoxdur”. Bundan sonra Şahid6 üzərinə şəxsi axtarış keçirilən zaman onun üzərindən narkotik vasitə və ya qanunla qadağan edilmiş əşya və predmet aşkar olunmamışdır. Şahid6 təqdim etdiyi bir ədəd “Samsung” markalı mobil telefon, bir ədəd “UniBank”a aid kart, bir ədəd “Leo Bank” a aid kart təhqiqatçı tərəfindən özünə qaytarılmışdır. Bu barədə protokol tərtib olunmuş və onlar həmin protokola imza etmişlər. Bundan sonra şəxsi axtarışın çəklişi təhqiqatçı tərəfindən dayandırılmışdır. (Cild 1, iş vərəqi 128-131) Şahid5 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, 20 aprel 2023-cü il tarixdə saat 03 radələrində şöbədə işdə olan zaman DİN-nin X14 Alayının 5-ci patrul bölüyünün polis nəfərləri, polis serjantları Şahid1, Şahid3, Şahid4 və Şahid2 şöbəyə iki nəfər şəxsi gətirərək növbətçi hissəyə təhvil vermişlər. Şöbədə həmin şəxslərdən birinin xx.xx.1975-ci ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 7 ünvanda qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs, digərinin isə xx.xx.1993-cü ildə Rusiya Federasiyasının Krasnoyarsk şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 8 ünvanda yaşayan Şahid6 olduğu müəyyən olunmuşdur. Sonra şöbə rəhbərliyinin göstərişinə əsasən həmin şəxslərin üzərində şəxsi axtarış aparılması və sənədləşmə üçün təhqiqatçı ayrılmışdır. Bundan sonra Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin təhqiqatçısı, polis kapitanı X9 tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, sonra onun, DİN-nin X14 Alayının 5-ci patrul bölüyünün polis nəfərləri, polis serjantları Şahid1, Şahid3, Şahid4, Şahid2 və prosesə dəvət olunmuş Bakı şəhər 6 saylı Vəkil Bürosunun vəkili X4 iştirakı ilə video çəkiliş vasitəsi ilə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmağa başlanmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri, həmçinin vəkildən istifadə etmək hüququ izah edilərək təklif edilmişdir ki, “üstündə hər hansı qeyri-qanuni və ya qanuni nə varsa təqdim etsin”. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının arxa sağ yan cibindən 01 ədəd üzərində “West” yazısı olan siqaret qutusunu çıxararaq təqdim etmişdir. Həmin 01 ədəd üzərində “West” yazısı olan siqaret qutusunun içərisinə baxdıqda həmin qutunun içərisində olan qara rəngli sellofan kəsiyinə bükülmüş şəffav rəngli sellofan bükümün içərisində tünd qəhvəyi rəngli toz şəklində maddənin olduğu müşahidə olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, əynində olan boz rəngli cins şalvarının arxa sağ yan cibindən çıxararaq təqdim etdiyi 01 ədəd üzərində “West” yazısı olan siqaret qutusunun içərisindəki qara rəngli sellofan kəsiyinə bükülmüş şəffaf rəngli sellofan bükümün içərisində olan narkotik vasitə heroindir. Təxminən 5-6 ilə yaxın olar ki, narkotik vasitə qəbul edir. Təqdim etdiyi külli miqdarda narkotik vasitə heroini “Mehdi” adlı İran İslam Respublikasının vətəndaşından öz şəxsi istifdəsi üçün 500 manata alıb üzərində saxlayaraq özü ilə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 115 ünvanın yaxınlığına daşımışdır”. Bildirmişdir ki, “o, narkotik vasitəni özü istifadə etdiyi üçün alıb, həmin narkotik vasitəni yalnız özü istifadə edəcəkdir. Sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd üzərində “West” yazısı olan siqaret qutusunun içərisindəki qara rəngli sellofan kəsiyinə bükülmüş şəffav rəngli sellofan bükümün içərisində olan kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» olan 164 nömrəli möhürü ilə möhürlənərək götürülmüşdür. Bu barədə protokol tərtib olunmuş və onlar həmin zərfə və protokola imza etmişlər. Bundan sonra şəxsi axtarışın çəkilişi təhqiqatçı tərəfindən dayandırılmışdır.Bundan sonra Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin təhqiqatçısı, polis kapitanı X9 tərəfindən Şahid6 şübhəli şəxs qismində tutulmuş, sonra onun, DİN-nin X14 Alayının 5-ci patrul bölüyünün polis nəfərləri, polis serjantları Şahid1, Şahid3, Şahid4, Şahid2 və prossesə dəvət olunmuş Bakı şəhər 6 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə video çəkiliş vasitəsi ilə təhqiqatçı tərəfindən Şahid6 üzərində şəxsi axtarış aparmağa başlanmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Şahid6 hüquq və vəzifələri, həmçinin vəkildən istifadə etmək hüququ izah edilərək təklif edilmişdir ki, üstündə hər hansı qeyri-qanuni və ya qanuni nə varsa təqdim etsin. Bu təklifdən sonra Şahid6 əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd “Samsung” markaı mobil telefon, bir ədəd “Uni Bank”a aid kart, bir ədəd “Leo Bank” a aid kart çıxararaq təqdim edib bildirmişdir ki, “üzərində qanunla qadağan olunmuş əşya və ya maddə yoxdur”. Bundan sonra Şahid6 üzərinə şəxsi axtarış keçirilən zaman onun üzərindən narkotik vasitə və ya qanunla qadağan edilmiş əşya və predmet aşkar olunmamışdır. Şahid6 təqdim etdiyi bir ədəd “Samsung” markaı mobil telefon, bir ədəd “UniBank”a aid kart, bir ədəd “Leo Bank” a aid kart təhqiqatçı tərəfindən özünə qaytarılmışdır. Bu barədə protokol tərtib olunmuş və onlar həmin protokola imza etmişlər. Bundan sonra şəxsi axtarışın çəklişi təhqiqatçı tərəfindən dayandırılmışdır. (Cild 1, iş vərəqi 152-154) Məhkəmədə Şahid6 şahid qismində elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, o, ailə üzvləri ilə birlikdə Lənkəran şəhəri, General M.Əsədov küçəsi ev 17 ünvanında yaşayır. Bildirmişdir ki, əvvəllər Azərbaycan Respublikası Cinayət məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. Hazırda heç-bir yerdə işləmir. Əvvəllər narkotik vasitələrdən istifadə etmişdir. xx.xx.2023-cü il tarixdə Elçin onunla Bakı şəhərinə getməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə saat 02:45 radələrində ünvan 5 ünvanın qarşısında tanışı Elçinlə birlikdə piyada hərəkətdə olan zaman polis əməkdaşlarının onlara tərəf yaxınlaşdıqlarını görmüşlər. Bu zaman tanışı Elçin iti addımlarla getməyə başlamışdır. Polis əməkdaşları özlərini təqdim edib nə səbəbdən onları gördükdən sonra iti addımlarla getməsini soruşmuşlar. Bu zaman tanışı Elçin narkotik vasitə aludəçisi olduğunu və həyəcanlandığı üçün iti addımlarla getdiklərini bildirmişdir. Bundan sonra polis əməkdaşları onları saxlayaraq polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində otaqların birində olarkən ona hüquq vəzifələri izah olunmuş, həmçinin hüquqlarını müdafiə etmək üçün vəkil də dəvət olunmuşdur. Həmin otaqda hər kəsin iştirakı ilə ona təklif olunmuşdur ki, üzərində olan qeyri qanuni əşyaları təqdim etsin. Polis şöbəsinə gətirilən zaman polis şöbəsində narkotik vasitə aludəçisi olduğunu, əvvəllər bir neçə dəfə narkotik vasitə qəbul etdiyini bildirmişdir. Üzərinə keçirilən şəxsi axtarış zamanı o, əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən iki ədəd “Unibank”a aid bank kartlarını və bir ədəd özünə məxsus “Samsung” markalı mobil telefonu çıxardaraq təqdim etmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş və qanunla dövriyyəsi qadağan olunmuş əşya və predmet aşkar olunmamışdır. O, polis şöbəsində bilmişdir ki, Elçinin üzərindən narkotik vasitə aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlamasından xəbəri olmamışdır. (Cild 1, iş vərəqi 118-119) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli raportdan görünür ki, həmin gün saat 02:45-də Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 115 ünvanında saxlanılmış və həmin tarixdə saat 03:00-da Nizami RPİ-nin 24-cü PŞ-ə gətirilmişdir. (Cild 1, iş vərəqə 3) “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə şübhə yarandığından, şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən, saat 02:45-dən hesablanmışdır. (Cild 1, iş vərəqə 21) 20 aprel 2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” qərar və protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynində olan boz rəngli cins şalvarının arxa sağ yan cibindən 01 ədəd üzərində “West” yazısı olan siqaret qutusunun içərisindəki qara rəngli sellofan kəsiyinə bükülmüş 01 ədəd şəffaf rəngli sellofan bükümdə qəhvəyi rəngli toz şəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. (Cild 1, iş vərəqə 30-31) Məhkəmə-kimyəvi ekspertizasının 20 aprel 2023-cü il tarixli 6/2351 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 8,092 qram olan qəhvəyi rəngli maddə kustar üzulla hazırlanmış narkotik vasitə heroindir. (Cild 1, iş vərəqə 67-70) “Təqsirləndirilən şəxs qismində cəlb etmə və ittiham elan edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittaham elan edilmişdir. (Cild 1, iş vərəqə 83-84) Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(007)-194/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (Cild 1, iş vərəqə 108-109) xx.xx.2023-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi, əşyanın maddi sübut kimi tanınaraq təhvil verilməsi və cinayət işindən yeni icraatın ayrılması barədə” qərardan görünür ki, təqsirləndirilən şəxsin ifadəsi, şahidlərin ifadələri, “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında” protokollar və ona əlavə edilmiş CD disklər, ekspert rəyləri, maddi sübut və işdə olan digər hüquqi sənədlər sübut növü kimi qiymətləndirilmişdir. (Cild 1, iş vərəqə 171-181) İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2015-ci il təvəllüdlü X6 adlı yetkinlik yaşına çatmayan uşağı vardır. Əməlin tövsifi və digər hüquqi məsələlər: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Həmin qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin qanunun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən edilir. Həmin qanunun 21.3-cü maddəsinə əsasən isə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Siyahıların 1-ci Siyahısının 5-ci bəndinə əsasən - narkotik vasitə olan heroin təmiz halda 0,15 qramdan artıq çəkidə olduqda şəxsi istehlak miqdarından artıq, 2 (iki) qramdan artıq çəkidə olduqda külli miqdar təşkil edir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini rəhbər tutmaqla, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarındakı müddəaları da nəzərə alır “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli qərarına əsasən, narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri qanunsuz olaraq əldə etmə, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama, narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi daşınma kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs barəsində keçirilmiş şəxsi axtarış istintaq hərəkəti protokolunun məzmunundan, həmin istintaq hərəkətlərinin video görüntülərini özündə əks etdirən diskdən, ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrindən görünür ki, şəxsi axtarış zamanı üzərindən aşkar edilən narkotik vasitə olan heroinin ona məxsus olduğunu, həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Nizami rayonunda adını Mehdi kimi bildiyi İran Respublikası vətəndaşından 500 manat müqabilində onlayn yolla aldığını bildirmişdir. Lakin məhkəmədə təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadələrində, saxlanılan zaman üzərində ittiham aktında qeyd edildiyi miqdarda narkotik vasitə olmadığını, onun üzərində yalnız 1 qram yarım narkotik vasitə olan heroin olmasını, polislər tərəfindən şəxsi axtarış zamanı artıq çəkidə narkotik vasitənin ona məxsus olması kimi görüntü yaradıldığını, məhkəməyədək icraat dövründə etirafedici ifadələr verməsi və etirafedici sənədlərə imza etməsinin səbəbini polis əməkdaşları tərəfindən onun əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə rəsmiləşdiriləcəyi vədi ilə aldadılması ilə əlaqələndirmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə təqsirləndirilən şəxsin bir-biri ilə ziddiyyət təşkil edən ifadələrini, eləcə də barəsində həyata keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkəti protokolunun mötəbərliliyinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinə əsasən şübhə altına alınması üçün əsasların olmaması kimi halları iş üzrə mövcud olan şahid ifadələri, istintaq protokolları ilə birgə müqayisə edərək qiymətləndirməklə təqsirləndirilən şəxsin şəxsi axtarış zamanı üzərindən aşkar edilərək götürülən ittihamda qeyd edilən miqdarda narkotik vasitə heroinin ona aid olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək hesab edir ki, üzərindən aşkar edilərək götürülən 8,092 qram külli miqdarda narkotik vasitə heroinin ona məxsus olması işin mübahisəsiz halıdır. Məhkəmənin qənaəti ondan ibarətdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq, külli miqdarda təmiz çəkisi 8,092 qram çəkidə narkotik vasitə heroini əldə edib üzərində daşıyaraq saxlamış və üzərinə şəxsi axtarış keçirilərkən əynində olan boz rəngli cins şalvarın arxa sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş içərisində külli miqdarda təmiz çəkisi 8,092 qram olan qəvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bu səbəbdən, məhkəmə təqsirləndirilən şəxsin əməlinə yekun hüquqi qiymət verərkən onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini əsas götürür. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə düzgün tövsif edilmiş, onun həmin cinayət əməlini törətməsi və əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini qəsdən törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməl cinayətlərin təsnifatına əsasən ağır cinayətlər kateqoriyasına aiddir, başa çatmış cinayətdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər: "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarından görünür ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasına görə, həmin əməlləri törətmiş şəxs üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə tərəfindən Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs himayəsində 1 (bir) yetkinlik yaşına çatmayan uşağının olması cəzasını yüngülləşdirən hal müəyyən edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Lənkəran rayon Məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2001-ci il tarixli Amnistiya qərarının 3.3-cü maddəsinə əsasən cəzadan azad olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs Rusiya Federasiyası, Moskva şəhəri, Çermuşkin rayon məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Rusiya Federasiyası CM-nin 228-ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2001-ci il tarixdə vaxtından əvvəl şərti olaraq cəzadan azad olunmuşdur. Bundan başqa Vəliyev X7 Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 238.2.1, 234.4.1, 234.4.3 və 66.3-cü maddələri ilə təqsirli bilinərək 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri, Qaradağ rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə vaxtından əvvəl şərti olaraq cəzadan azad olunmuşdur. xx.xx.2020-ci il tarixdə cəza müddəti bitdiyinə görə qeydiyyatdan çıxarılmışdır. Bundan başqa Vəliyev X7 rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 2.4-cü maddəsinə əsasən cəzadan azad olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə əsasən, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Təqsirləndirilən şəxs əvvəllər təqsirli bilinərək Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə məhkum olunduğu Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi və cəza təyin edilərkən məhkumluq Məcəlləyə uyğun nəzərə alınır. Göründüyü kimi, Vəliyev X7 Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə müəyyən edilmiş cəzadan xx.xx.2019-cu il tarixdə vaxtından əvvəl şərti olaraq cəzadan azad edilmiş, azad olduğu tarixdən isə yeni cinayət törədənək 6 ildən artıq müddət keçməmişdir. Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən, qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətin təhlükəli residivini yaradır. Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi onun əməlində təhlükəli residivin olması müəyyən edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, ondan aşkar edilmiş narkotik vasitənin növünü, çəkisini, cəzasını yüngülləşdirən hal kimi himayəsində 1 (bir) yetkinlik yaşına çatmayan uşağının olması və cəzasını ağırlaşdıran hal kimi təhlükəli residivin müəyyən edilməsini, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə azadlığı faktiki olaraq məhdudlaşdırılmaqla, şübhəli şəxs qismində saxlanılmış, xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək Bakı şəhəri Nizami rayon Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs bugünədək davamlı olaraq həbsdə saxlanılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan (barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir (CPM-in 147.4-cü maddəsi)), o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.6-cı maddələrinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı ibtidai həbs müddəti onun cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 20 aprel 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 81 (səksən bir) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınaraq, Nizami rayon Polis İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 8,042 qram narkotik vasitə heroin məhv edilməli, “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs özünə (özünün razılığı ilə yaxın qohumlarına) qaytarılmalı, şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Məhkəmə narkoloji ekspertizasının 27 iyul 2023-cü il tarixli 4798 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nətcəsində ASİLLİQ SİNDİROMU NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanada 2001-ci ildən «Opium narkomanlığı» diaqnozu ilə qeydiyyatda durur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 26-cı bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə hesab edir ki, məhkəmə mərhələsində Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 210 (iki yüz on) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübut kimi tanınaraq Nizami rayon Polis İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 8,042 qram narkotik vasitə heroin məhv edilsin, “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs özünə (özünün razılığı ilə yaxın qohumlarına) qaytarılsın, şəxsi axtarış və götürmə keçirilməsinin görüntülərini özündə əks etdirən 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 81 (səksən bir) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 210 (iki yüz on) manat məbləğində pul köçürülsün. Cinayət işi üzrə xüsusi müsadirə edilməli digər əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan, (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Fəxri Məmmədov Hakimlər Anar Sadıqov Mahirə Kərimova
Məhkəmə qərarları › İş №1(101)-2018/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2018/2023
26.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver