Məhkəmə qərarları › İş №1(101)-202/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-202/2020

07.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-202/2020 07.01.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri: x1 (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Sadıxov Rasim Əkrəm oğlundan ibarət tərkibdə; məhkəmə iclasının katibi: x16; dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət x15 İdarənin Ağır cinayətlər məhkəmələrində dövlət x15 şöbənin böyük prokuror-metodisti x19; zərərçəkmiş şəxsin hüquqi varisi – x22; müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhər 2 saylı Vəkil Bürosunun vəkili x5 iştirakları iləHüseynovCavid Novruz oğlu, xx.xx.1997-ci ildəXanlar (Göygöl) rayonunun Əzizbəyov qəsəbəsində anadan olmuş, orta təhsilli, AzərbaycanRespublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, işləməyən, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və həbs edilənədək Bakı şəhəri, Suraxanırayonu, Hövsan qəsəbəsində yerləşən fərdi yaşayış evində kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası CM-nin 120.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəməMüəyyən etdi:Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmüş,yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir.Belə ki, Təqsirləndirilən şəxs tanışı Şahid2 mobiltelefon vasitəsi ilə təhqir edib hədələyən digər tanışıZərərçəkmiş şəxs14.06.2019-cu il tarixdə saat 01:55-dən etibarən fasilələrlə saat 22:10 radələrinədək “votsap” sosial şəbəkəsi vasitəsilə təhdid etməklə səslivə yazılı mesajlar göndərib, Şahid2 təhqir etməsinin səbəbiniizah etməsini tələb etmiş və bunun nəticəsində aralarında yaranmış mübahisənin həll edilməsi üçünsonuncudan axşam saatlarında Bakışəhəri, Xətai rayonu, “Həzi Aslanov”metrostansiyasınin yaxınlığında görüşmələri üçün həmin yerə gəlməsini tələbetmiş, həmin vaxt Şahid2 Zərərçəkmiş şəxs təhqiretməsini cüzi səbəb kimi bəhanə edərək onu xuliqanlıq niyyəti ilə qəsdənöldürmək qərarına gələrək bu məqsədləhəmin gün ünvan 3 ünvanında yerləşən “qaçqın bazarı” kimi tanınan 20 saylı alqı-satqımüəssisəsinə məxsus piştaxtadan istintaqa məlum olmayan bıçaqalaraq şalvarının kəmərinə keçirib gizlətmiş, Zərərçəkmiş şəxs bu görüşə tək gəlməyəcəyini ehtimal etdiyindən həmin günsaat 20-22 radələrində əvvəlcə Bakışəhəri, Xətai rayonu, Sadıqcan küçəsi27 ünvanında yerləşən çayxanada, sonra isə “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığındaolan parkda tanışları Şahid6, EyvazovSeymur Hüseyin oğlu, Şahid7, Şahid8 və şəxsiyyətləri istintaqa məlum olmayanqeyriləri (4 nəfər) ilə görüşüb Zərərçəkmiş şəxs ilə aralarındatelefon danışığı zamanı baş vermiş mübahisəni müzakirə etdikdən sonra birlikdə14.06.2019-cu il tarixdə saat 23:30 radələrində “Həzi Aslanov” metrostansiyasınınyaxınlığına gələrək Zərərçəkmiş şəxs və sonuncunun yanında olan Şahid5Elxan oğlu və qeyriləri ilə görüşmüş,Zərərçəkmiş şəxs yaranmış mübahisəni həll etməkdən ötrüçayxanayagetməsi təklifini cinayətkar niyyətini həyata keçirmək istədiyindən rədd edərək yaxınlıqda olan qəbiristanlıqistiqamətində getməyi təkid etmiş, ətrafda olanlarla birlikdə 15.06.2019-cu iltarixdə, saat 01 radələrində ünvan 5 ünvandayerləşən binanın arxasından keçərkən Zərərçəkmiş şəxs Şahid2 təhqiretməsini, habelə onunla aqressiv formada danışmasını cüzi səbəb kimi bəhanə edərəköz üstünlüyünü sonuncuya nümayiş etdirməklə ictimai qaydalara və hamı tərəfindənqəbul olunmuşəxlaq normalarına açıq etinasızlıq göstərməklə xuliqanlıq niyyətiilə qəsdən öldürmək məqsədi iləüzərində gəzdirdiyi istintaqa məlum olmayan bıçağışalvarınınkəmərindən çıxardaraq sağəlində tutmaqla sol əli ilə Zərərçəkmiş şəxs sağqolundan tutub özünə tərəf çəkib, sonuncunun qarın, daha sonra isə solqoltuqaltı nahiyələrinə iki zərbə endirmiş, Zərərçəkmiş şəxs ona müqavimət göstərib zərbələrdən yayınıbqaçdıqda o, öz cinayətkar niyyətini başa çatdırmaq məqsədi ilə sonuncuya çataraqtəpik və bıçaqla Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinəardıcıl zərbələr vuraraq sonuncuya ümumilikdə və ayrı-ayrılıqdasağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik sağ almacıq nahiyəsininsıyrığı, sağlamlığa yüngül zərərvurmanın əlamətlərinə aid sol çiyin qurşağınahiyəsinin arxa səthində iki ədəd, bel nahiyəsinin sağ yarısında bir ədəd, belnahiyəsinin sol yarısında iki ədəd daxilə keçməyən cəmi beşədəd kəsilmişyaralar, sağlamlığa Ağır zərərvurmanın əlamətlərinə malik və mərhumun ölümü iləbirbaşa səbəbli əlaqədə olan canlışəxslərdə həyat üçün təhlükəli olan döş qəfəsininsol yan səthindən, sol orta qoltuqaltı xətt üzrə, sol İV-V qabırğalararası sahədəndaxilə - döş boşluğuna keçib, ətraf yumşaq toxumaları, sol ağciyəri dəlib keçən,ürəyin pərdəsini vəürəyin sol qulaqcığını zədələyən bir ədəd deşilmiş–kəsilmişyara, qarın nahiyəsinin ön səthinin sağ yarısından daxilə - qarın boşluğuna nüfuzedib, ətraf yumşaq toxumaları, böyük piyliyi və nazik bağırsağı zədələyən bir ədəddeşilmiş-kəsilmiş yara, bel nahiyəsinin sağ yarısından daxilə keçib - ətraf yumşaqtoxumaları zədələyən, lakin daxili orqanları zədələməyən bir ədəd deşilmiş-kəsilmişyara, daxili üzvlərin azqanlığı ilə nəticələnən və kəskin qanitirmə ilə müşayiətolunan, cəmi üçədəd daxilə keçən deşilmiş-kəsilmiş xəsarətlər yetirərək ƏlizadəMəhdi Əlimurad oğlunu xuliqanlıq niyyəti ilə qəsdən öldürmüş, yəni qəsdən onu həyatdanməhrum etmişdir.Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilərəkifadəsində göstərdi ki, Xanlar, yəni indiki Göygöl rayonundaanadan olmuş, 3 yaşına qədər həmin rayonda yaşamışdır. x24 Vəlişoğlu, anası x7r. Doğma bacı və ya qardaşı yoxdur. 3yaşından sonra ünvan 10A ünvanda yerləşən“SOS” uşaq kəndində yerləşdirilmiş və orada böyümüşdür. Orada işləyən MəmmədovaTamara Rəşid qızı onun mənəvi anası olmuş və onu böyütmüşdür. 16 yaşına qədərorada daimi olaraq yaşamış, 16-18 yaşlarında Bakışəhəri Sabunçu rayonu Bakıxanovqəsəbəsində yerləşən gənclər evində yaşadıqdan sonra Kürdəmir rayonunda hərbixidmət keçmişdir. 257 nömrəli məkdəbdə oxumuş, daha sonra Bakışəhəri, Xətairayonunda yerləşən 2 saylı peşə litseyində təhsil almışdır. 2015-ci ildə HüseynovaHöküməxanım Eldar qızı ilə ailə qurmuş, 2016-cı il təvəllüdlü Emiliya adlı azyaşlıqızı var, başqa övladı yoxdur. Hərbi xidmətdən sonra müxtəlif restoranlardaxidmətçi, bundan başqa Sabunçu rayonunda yerləşən qaz təsərrüfatı ilə məşğulolan şirkətdəçilingər işləmişdir. Şahid9 adlışəxsi uşaq yaşlarındantanımış, onunla əvvəllər normal münasibəti olmuş, 2018-ci ilin oktyabr ayındaKamran digərləri ilə birlikdə onu vuraraq döydüyüüçün münasibəti olmamışdır. Bubarədə Xətai RPİ-də istintaq aparılmışdır. 2019-cu ilin fevral ayında KamranBaxşiyevin və onunla “SOS”-da böyüyən Xəyyam Mehdiyevin tanışı olan ƏliyevMehdi Əlimurad oğlu ilə tanış olmuş, onunla yaxınlığı olmamışdır. Bir neçə dəfərastlaşmışdır. Heç bir zaman onunla mübahisəsi olmamışdır. 2019-cu ilin aprelayında “İnstagram” sosial şəbəkəsi vasitəsilə “Baxşaliyeva” loginli, “Beka” ləqəbliqızla tanış olmuş, onunla “vatsap” vasitəsiləəlaqə saxlamış, lakin heç birzaman görüşməmişdir. “Beka”-nın 15 yaşlı olduğunu, Yasamal rayonunda yaşadığını,xərçəng xəstəsi olduğunu bilmişdir. “Beka”-nin Mehdini və onun əhatəsini tanımasınıbilməmişdir. “Beka” xəstə olduğundan onunla danışmasının əsas səbəbi ona mənəvidəstək olmaq istəyi olmuşdur. 13.06.2019-cu il tarixdə Beka ***-***- **-** saylınömrədən istifadəsində olan ***-***-**-** saylı nömrəyə “vatsap” proqramındayazaraq bildirmişdir ki, təxminən iki ay öncə Mehdi, onun “Zabrat Əli” və “PotaƏli” kimi tanınan dostları ilə görüşərək Mehdinin kiməsə “tavan”, yəni qumarborcu olduğu üçün ondan qızıl boyunbağını götürmüşlər və satıb Mehdinin qumarborcunu ödəmişlər. Razılığa görə daha sonra pulunu Bekaya qaytarmalı olmuşlar.“Pota Əli” bir müddət sonra Bekaya Mehdinin həmin qızılı satıb qumar borcunu ödəmədiyini,öz kefi üçün xərclədiyini bildirmişdir. Beka Mehdiyə zəng edib bu barədə dedikdəsonuncu həqiqətən qumar borcunu ödədiyini bildirmişdir. Mehdi Bekaya bu sözüona kimin deməsi barədə soruşduqda “Pota Əli”nin demiş olmasını bildirmişdir.Mehdi Əli ilə danışsa da, Əli belə söz dediyini boynuna almamışdır. Bu söhbətMehdi iləƏlinin aralarını vuran bir məsələ kimi ortaya çıxmış, Kamran Baxşıyevməsələyə qarışmış, hətta Bekaya zəng edib onu danlamışdır. “Beka”nın Mehdinitanıdığını bilməmişdir. Bu şəxslər “İnstagram” şəbəkəsindən tanışdırlar. Bekə ağlaya-ağlayaona bu sözləri dediyi üçün Mehdinin nömrəsini ondan alaraq 14.06.2019-cu iltarixdə, gecə saatlarında Mehdiyə baş verənlərin nə məsələ olduğunu soruşmaq üçünzəng etmişdir. Mehdi onunla aqressiv formada danışmış və saat 18:00-da “HəziAslanov” metrosunun yaxınlığında görüşəçağırmışdır. Mehdi onun Bekanı da gətirməsinibildirmişdir. Lakin qızın “söhbət”ə gəlməsinin düzgün olmamasını Mehdiyə demişdir.“Vatsap”-da onunla yazışdıqda artıq münasibətləri gərginləşmişdir. HəmçininMehdi “Beka”ya bu söhbətə heç kəsin qarışa bilməyəcəyini deyərək qarışan oğlanınağzını-üzünü söymüşdür. Həmin yazışmanı da Beka onun telefonuna göndərmişdir.Bu səbəbdən Mehdinin özünü belə apardığına görə qəzəblənmişdir. 14.06.2019-cuil yuxudan oyandıqdan sonra onda olan sadə bir ucuz telefonu 12 manata “Xalqlardostuğu” metrosunun yaxınlığında dostu Raufa satmışdır. 5 manata Cavanşir küçəsindəyerləşən qaçqın bazarında olan 4-cü mağazadan tutacağı qara-göy rəngli dəmirdən,tiyəsi də göyqara rəngli olan düymə ilə açılıb-bağlanan bıçaq almış və cibinəqoymuşdur. Bıçağı almaqda məqsədi özünü müdafiə etmək olmuşdur. Çünki, axşama görüşəçağırılmışdır.Mehdi ona Kamranın da gələcəyini bildirmişdir. Kamran bir dəfə onu başqaları ilətəkləyib döydüyüüçün etibarını gözləmişdir. 14.06.2019-cu il tarixdə saat 20radələrində Xətai rayonu, Sadıqcan küçəsində olan kafelərdən birinə getmiş,oturub orada çay içmişdir. “İnstagram”dan 5 ay olar ki, tanıdığı 16-17 yaşlıSeyidrzanı və dostu Seymuru çağırmışdır. Seyidrzanı və Seymuru Mehdigillə görüşəcəyiüçün tək olmamaqdan ötrüçağırmışdır. Kafedə bu barədə müzakirə etmiş və birlikdə“Xalqda dostluğu” tərəfdə olan parka getmişlər. “Xalqlar dostluğu” tərəfdə olanparka çatdıqda Seymur iki nəfər tanımadığı cavan oğlan çağırmışdır. Gələnlər isədaha iki nəfər çağırmışlar. Gələnlərdən birinin adı Ayxan olmuşdur. Qalanlarınınadını bilməmiş, əvvəllər onları görməmişdir. Orada Mehdi zəng edib gəlib-gəlməyəcəyiniondan soruşduqda Mehdini olduğu yerəçağırmışdır. Mehdi isə onları “H.Aslanov”metrosu tərəfəçağırmışdır. Kamran, Mehdinin telefonu ilə onunla danışmış vəMehdi ilə işi olan haqqında “var-yox” söyüşü işlətmişdir. Kamran ona “gəlirsəngəl, gəlmirsən gəlmə, daha vacib işlərim var” demişdir. 14.06.2019-cu il tarixdəsaat 23:30 radələrində 51 nömrəli marşrut avtobuzuyla Seyidrza, Seymur vəSeymurun çağırdığı 4 nəfərlə birlikdə “Həzi Aslanov” metrosu tərəfə getmişlər.Ora çatdıqda Xəyyam, Mehdi, Heydər, Murad və tanımadığı başqa bir bəstəboy oğlanıgörmüşdür. Xəyyama aradan çəkilməsini, bu məsələyə qarışmamasını bildirmişdir.Kamran həmin vaxt orada olmamış, x21 bu məsələdə düzgünolmasını dediyini bildirmişdir. Həmin vaxt üzərində göy rəngli cins şalvar,qara rəngli makasin tipli ayaqqabı, ağüzərində qara xətləri olan mayka və cinsgödəkcə olmuşdur. Bıçağışalvarının kəmərinə keçirmiş, Mehdi ona niyə saat 18-dəngözləməsi barədə irad tutmuşdur. Mehdi ona bura fahişəyə yəni “Beka”ya görə söhbətetməyə gəlməsi barədə yenə irad tutmuşdur. Bu da onu qəzəbləndirmişdir. Yaxınlıqdaolan çayxanaya gedib orada söhbət etmək qərarına gəlmişlər. “Həzi Aslanov”metrosunun qarşısından Məhəmməd Hadi küçəsi 91 ünvanda yerləşən yaşayış binasınınarxasında olan fərdi yaşayış evlərinin qarşısında olan boş sahəyə gəlmişlər.Yol boyu ifadəsində göstərdiyi məsələ iləəlaqədar Mehdi ilə mübahisə etmişlər.Yol ilə gəldikdə Seyidrza onun qulağına Xəyyamda silah, yəni tapanca olduğunudemişdir. Hadisə baş verən yerəçatdıqdan sonra Mehdi onunla qışqıra-qışqıra danışaraqaqressiv reaksiya göstərmişdir. Mehdiyə niyə uca səslə danışdığını soruşduqdasonuncu ona danışıq tonunun belə olduğunu uca səslə bildirmişdir. Mehdiyə axıraqədər belə danışa biləcəyi barədə soruşduqda “belədir, axıra qədər belə danışacam”demişdir. Həmin vaxt Seyidrza və Seymur ondan arxada, Heydər və MuradSeyidrzadan bir qədər aralı olmuşlar. Xəyyam isə Mehdinin yaxınlığında dayanmışdır.Mehdi isə onun sol tərəfində dayanmışdır. Bu zaman sağəli ilə cibində olan bıçağışalvarınınkəmərindən çıxararaq düyməsini basaraq açmış, sol əli ilə isə Mehdinin sağqolundan tutmuşdur. Bıçağıəlində bir-ikisaniyə saxladıqdan sonra ilk zərbəni bıçaqla Mehdinin qarın nahiyəsinə vurmuşdur.Bu zaman Mehdi bir qədər əyilmiş və ikinci zərbəni vurduqda bıçaq onun solqolunun altına girmişdir. Bundan sonra Mehdi ondan bir neçə addım aralaşaraqdayanmış, o isə Mehdiyə tərəf getmişdir. Mehdi onun ayaqlarından yapışaraq qaldırmış,Mehdi onu qaldırdıqdan sonra əlindəki bıçaqla Mehdinin kürək nahiyəsinə ardıcıl5-6 xəsarət yetirmişdir. Həmin vaxt Xəyyam tapancanıçıxararaq hazır vəziyyətə gətirmiş,ona tərəfə uzatmış, lakin atmamışdır. Mehdi onu qaldırdıqda, həm də yerə yıxdıqdansonra dayanmadan onu bıçaqla vurmuşdur. Seyidrza, Heydər, Murad köməkləşərəkMehdini onun üzərindən qaldırmışlar. Bu zaman Mehdi ona halsız şəkildə “sən mənibıçaqladın” sözlərini demişdir. Mehdinin köynəyinin qarın nahiyəsinin qanın içindəolduğunu görmüş, Seyidrza ilə birlikdə yaxınlıqda olan qəbiristanlıq istiqamətindəqaçmışdır. 10 dəqiqə qəbiristanlıqda gizləndikdən sonra tanımadığı “Mercedes”markalı taksiyə minmiş, Gəncə prospektində taksidən düşmüş, Seyidrza isə yaşadığıSuraxanı qəsəbəsinə getmişdir. “SOS” uşaq kəndinə getmiş, evəçatdıqda mənəvianası Tamara yatmışdır. Evdə hadisə barədə Tamaraya heç bir söz deməmiş, yeməkyemiş, paltarlarını dəyişmişdir. Tamara oyandıqda sonuncudan 20 manat pul vəmobil telefon götürmüşdür. Öz telefonunu söndürmüş, tanımadığı “Opel” markalıtaksiyə minərək, avtovağzala getmişdir. Orada tanımadığı başqa bir taksiyə minərəkGəncəşəhərinə getmişdir. Gəncəyə səhər-səhər çatmış, oradan “Sevinc” qəsəbəsinəgedərək anası Laləzarla görüşmüşdür. Gəncədə istifadəsində olan nömrəni qırmış,“İnstagram” sosial şəbəkəsinə daxil olaraq məlumatlarla tanış olduqda Mehdinin öldüyünüöyrənmişdir.Yadigar adlı tanışıyla əlaqə saxlamış, Yadigar ona Gəncədə olduğunu dediyi üçünsonuncuyla görüşmüşdür. Hadisə törətdiyini Yadigara danışaraq hadisəni törətdiyibıçağı atmasıüçün sonuncuya vermişdir. Bildiyinə görə, Yadigar Bakışəhəri Nərimanovrayonunda yaşayır. Yadigarın telefon nömrəsini bilmir. “Huavey” markalıtelefonunu Gəncəşəhərində tanımadığı adama qırx manata satmışdır. Əvvəldən tanıdığıpolis əməliyyat müvəkkili Seymurla danışaraq Mehdinin ölüb-ölmədiyini soruşmuş,Seymur ona Mehdinin öldüyünü bildirmişdir. Yaxınlıqda olan parka getmiş, axşamtərəfitəslim olmaq qərarına gəlmiş və Bakışəhərinə qayıtmışdır. Bakışəhərinə gələrəkKeşlə qəsəbəsinə getmiş, arvadı Hökümə və uşağı ilə görüşmüşdür. Höküməyəbildirmişdirki, tanıdığıəməliyyat müvəkkili Seymura yerini desin ki, polislər gəlib onu götürsünlər.Höküməyə Hövsan qəsəbəsinə getdiyini bildirmişdir. Hövsan qəsəbəsindəçatdıqdaevə deyil, orada olan internet kluba getmişdir. Polislər gəlib onu oradan götürübpolis idarəsinə aparmışlar. Məqsədi Mehdini öldürmək yox, onu qorxutmaq vəözünü qorumaq olmuşdur. Əməlindən səmimi peşmandır.Mehdiyə yalnız bıçaqla xəsarət yetirmiş, ona yumruq və təpiklə, hansısa başqaalətlə zərbə vurmamışdır. Mehdinin əlində və ya üzərində hər hansı alət, silahvə s. olmamışdır. Mehdini ondan başqa heç kəs vurmamışdır. Seyidrza hündürboy, idmançı, Suraxanıda yaşayanoğlandır. Hadisə vaxtı başında papaq olmuşdur. Onunla “instagram”da tanış olmuşdur.Seymur əslən Qəbələ rayonundan olan hündür oğlandır. Zığ qəsəbəsində yaşayır,19 yaşı var. Xəyyam hündürboy, uzunsaçlı, göygözlüoğlandır. “SOS” uşaq kəndində qeydiyyatdadır. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş x22 ifadəsində göstərdi ki,1996-cı il tarixdəŞahid1 ilə ailə qurmuş, birgə nikahlarından 1996-cı il təvəllüdlü Leyla Əliyeva,1998-ci il təvəllüdlü Zeynəb Əliyeva, 1999-cu il təvəllüdlü Zəhra Əliyeva və2001-ci il təvəllüdlü Zərərçəkmiş şəxs adlıövladları vardır. Zəhra və Zeynəb adlıqızları ailə qurmuşlar, Bakışəhərində yaşayırlar. Leyla ruhi xəstədir, onlarlabirlikdə yaşayır, ailə qurmamışdır. 2017-ci ilə qədər Bakışəhəri, Yasamalrayonu, A.Şaiq küçəsində (keçmiş Sovetskidə) yaşamışlar. Yaşadıqları ev plana düşdüyündənsökülmüş, buna görə məvacib almış, 1-ci Zabrat qəsəbəsində həyət evi alaraq oraköçmüşlər. Məhdi uşaqlıqdan dəcəl olsa da, sözə qulaq asan olmuşdur. 2019-cuilin fevral ayından bəri Məhdi hansısa bir dərman atdığını, həmin dərmanıatanda özünü yaxşı hiss etdiyini demişdir. Lakin onun dərman atmasını görməmişdir.Son vaxtlar Məhdinin əsəbləri pozulmuş, gecələr yatmayıb telefonla vaxt keçirmiş,əksər hallarda evdə olmuş, bir neçə saat küçədə olduqdan sonra evə qayıtdığıvaxtlar olmuşdur. 10.06.2019-cu il tarixdə qızı Leyla ilə birlikdəİran İslamRespublikasının Məşəd şəhərinə ziyarətə getmişdir. Ziyarətə getməkdə niyyəti Məhdiüçün yəni, onun düzgün yola qayıtmasıüçün dua etmək olmuşdur. Ziyarətə getdikdədə, Məhdiyə ağıllı olmasını, atasını inçitməməsini bildirmişdir. 16.06.2019-cuil tarixdə ziyarətdən qayıtdıqda Məhdinin öldürüldüyünü eşitmişdir. Bu barədəmaraqlandıqda Məhdinin 14.06.2019-cu il tarixdə saat 24 radələrədində Xətairayonu, Məhəmməd Hadi küçəsində yerləşən 91 nömrəli binanın arxasında olan boşsahədə Təqsirləndirilən şəxs tərəfindən bıçaqlandığını, aldığı xəsarətlərdəntəcili yardım avtomobilindəöldüyünüöyrənmişdir. Həmçinin məlum olmuşdur ki, MəhdiCavidlə telefonda yazışarkən birbirinin ünvanına nəlayiq sözlər işlətmiş və görüştəyin etmişlər. Həmin görüşə həm Məhdi, həm də Cavid öz həmyaşıd olan tanışlarıilə getmişlər. Hadisənin hansışəraitdə baş verməsi barədə dəqiq məlumatıyoxdur. Mehdinin “Samsung” markalı qızılı rəngli telefonu olmuşdur. Mehdinin“Poti” deyilən Ümid adlı dostu vardır. Ümid hündürboy, uzunsaçlı, arıq oğlandır.Onunla hərzaman yaxşı münasibəti olmuşdur. Ümidin uşaq evində böyüdüyünü eşitmişdir.Təqsirləndirilən şəxs tanımır, oğlu Mehdi öləndən sonra onun adını eşitmişdir.Mehdinin Elməddin adlı “Əlişka” deyilən Zabrat qəsəbəsində yaşayan tanışı vardır,onların münasibətləri yaxşı olmuşdur. Bu barədə Mehdidən eşitmişdir.Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 şahid x22 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 13 ildir ki, saç və qaşlarının tökülməsi xəstəliyindən əziyyət çəkir.2015-ci il tarixdə “İnstagram” sosial şəbəkəsi vasitəsiləx25oğlu adlışəxslə tanış olmuşdur. Mehdi ilə dostluq münasibəti yaranmış, Mehdiyəgörə onunla Zabrat qəsəbəsində yaşayan “Əlişka” kimi tanınan Elməddin adlı və“Poti” kimi tanınan Ümid adlı dostları ilə tanışlığı olmuşdur. Bu tanışlıq təqribən2016-cı ildən bəri başlamışdır. Adı Bəstixanım olsa da, yaxınları və tanışlarıona qısa olaraq “Beka” deyə müraciət edirlər. “İnstagram” sosial şəbəkəsindəhazırda ünvanı “Baxısaliyevaaa”-dır. Mehdi və onun göstərdiyi tanışları ilə Bakışəhərininmərkəzində müxtəlif vaxtlarda görüşmüş, deyib-gülüb birlikdə vaxt keçirmişlər.Mehdi bir neçə dəfə ondan 10-15 manat borc pul istəmiş, dost kimi onun xətriniistədiyi üçün həmin pulu tapıb ona vermişdir. Ad günündə bacısı ona qızılboyunbağı hədiyyə etmiş, həmin boyunbağı hər zaman onun üzərində olmuşdur.2018-ci ilin avqust ayında Mehdi ona 100 manat “tavan”, yəni təcili kiməsəçatmalıolan pul borcunun olduğunu, bir neçə saat ərzindəödəməli olduğunu bildirmişdir.Mehdiyə 100 manat pulunun olmadığını, lakin qızıl boyunbağının olmasını, onusata biləcəyini təklif etmişdir. Buna səbəb yenə onunla arasında olan səmimidostluq münasibəti olmuşdur. 2018-ci ilin avqust ayının ortalarında Mehdi, Elməddin,Ümidlə “28 may” metrosunun yaxınlığında görüşmüş və orada boyunbağını boğazındançıxardaraq Mehdiyə vermişdir. Mehdi ona öz təşəkkürünü bildirərək gedib boyunbağınısatıb borcunu ödəyəcəyini demişdir. Lakin Mehdinin kimə borclu olduğunu bilməmiş,heç bu barədə ona sual da verməmişdir. Həmin gün Mehdi ona qızıl boyunbağını 20manata satdığını və pulu itirdiyini bildirmişdir. Bu söhbətəəhəmiyyət verməmiş,sadəcə olaraq Mehdiyəöz köməkliyini etdiyini düşünmüşdür. Mehdi və onun dostlarıilə münasibəti yenə də, davam etmişdir. Aralarında həmin vaxt heç bir soyuqluqolmamışdır. 2018-ci ilin təxminən oktyabr ayında Mehdi ona “vatsap”da yazaraq özünəşalvaralmaq istədiyini, pulunun olmadığını bildirmişdir. 20 manat olduğundan ona verəbiləcəyini demişdir. Elməddinə Mehdi ilə görüşəcəyini, ona 20 manat pul verəcəyinibildirdikdə, Elməddin həmin vaxt Mehdiyə pul verməməsini, belə ki, 2018-ci ilinavqust ayında da, Mehdinin ondan qızıl boyunbağını borcuna görə yox öz kefinə xərcləməküçün aldığını, lakin boyunbağını satdıqdan sonra pulun ona qismət olmadığını,itirdiyini bildirmişdir. Mehdinin bu hərəkəti ona pis təsir etsə də, ona heç nədeməmiş, lakin görüşüb 20 manat pul da verməmişdir. 2019-cu ilin yanvar ayındaMehdinin dostu Ümid də Elməddinin boyunbağı barədə dediklərini bir daha təsdiqetmişdir. Bundan sonra Mehdi, Ümid və Elməddinlə münasibətlərində soyuqluqyaranmış, onlarla danışıb görüşəmişdir. Sadəcə olaraq “İnstagram” sosial şəbəkəsiilə onlar barədə məlumatı olmuşdur. Əvvəllər istifadəsində bir sıra nömrələrolmuş, hazırda onları xatırlamır. 2019-cu ilin may ayından etibarən isə***-***-**-** saylı nömrəni istifadə etmişdir. 2019-cu ilin aprel ayında“vatsap” şəbəkəsində Təqsirləndirilən şəxs ilə tanış olmuş, Cavidin “insragram”daadı “_Cavid_qara”dir, onunla səmimi ünsiyyəti tutaraq dostluq münasibəti yaranmışdır.Lakin Cavidlə heç bir zaman görüşməmiş, onunla yalnız internet vasitəsiləəlaqəsaxlamış, yalnız şəklini görmüşdür. Cavidlə “vatsap” vasitəsilə yazışmışlar. Cavidona dostlarının kim olması, kimlərlə oturub-durması barədə bir söz deməmişdir.Cavidi müsbət insan kimi tanımış, özünü hər zaman düzgün həyat tərzi sürəninsan kimi tanıtmışdır. 13.06.2019-cu il tarixdə “instagram”da statusda rusdilində “sən məni sevmirsənsə, mənim vecimə də deyil” sözləri yazılmışşəkilpaylaşmışdır. Bundan sonra Mehdi ona “instagram”da söyüş yazmışdır. Aralarındadialoq olmuş, Mehdi onunla olduqca kobud və söyüşlə danışaraq hədələmişdir. Həminvaxt Mehdiyə boyunbağını kefə satdığını, bu sözləri ona Ümid və Elməddinin demişolduğunu bildirmişdir. Mehdi Ümid və Elməddinlə danışdıqda onlar belə söz demişolmalarını boyunlarına almadıqlarıüçün pis vəziyyətdə qalmışdır. Mehdi onu “HəziAslanov” metrosunun yaxınlığında görüşəçağırmış, orada bu məsələyə izah verəcəyini,əks halda onu hətta vuracağı ilə hədələmişdir. Bu barədə “vatsap” vasitəsiləCavidə məlumat vermişdir. İlk əvvəl Caviddən başına belə iş gələrsə, nə edəcəyini,vəziyyətdən neçəçıxacağını soruşmuşdur. Daha sonra isə Cavidə Mehdigilin onu görüşəçağıracağınıdemişdir. Həmin vaxt Cavidin Mehdi ilə tanışlığını bilməmişdir. Cavid Mehdininnömrəsini istəmiş, Mehdinin nömrəsini Cavidə demişdir. 14.06.2019-cu il tarixdəgecə saatlarında onlar “vatsap”-la danışmışlar və bu məsələni müzakirə etmişlər.Cavid Mehdiylə danışdıqdan sonra onunla təklikdə görüşəcəyini, onun görüşə getməməsinibildirmişdir. Cavidə bu məsələyə qarışmamasını, Mehdi ilə görüşməməsinibildirmişdir. Cavid isəəksinə onun bu işə qarışmamasını və görüşə getməməsini demişdir.Bundan sonra evdə olmuş, evdən çöləçıxmamışdır. Cavid ona Mehdi iləəvvəldən tanışolduqlarını, Mehdinin dostları iləəvvəllər mübahisəsinin olduğunu və görüşə uşaqlarlayəni tanışları ilə gedəcəyini bildirmişdir. Mehdi 14.06.2019-cu il tarixdə saat19 radələrində zəng edərək harada olduğunu, niyə görüşə gəlmədiyini soruşmuşdur.Cavidə bir daha görüşə getməməsini dedikdə, Cavid ona Mehdi ilə söhbətinin olduğunudemişdir. 15.06.2019-cu il tarixdə gecə saatlarında Cavid ona Mehdini bıçaqlavurduğunu demişdir. Cavidə Mehdini niyə bıçaqladığı barədə soruşduqda onunlakobud danışdığını, uca səslə danışdığını demişdir. Bundan sonra Cavidlə heç birəlaqəsi olmamış, Cavid “vatsap”dan da yoxa çıxmışdır. “İnstagram” sosial şəbəkəsiniizlədikdə Mehdinin bıçaqla vurulduqdan sonra öldüyünüöyrənmişdir. Elməddin-ə “Əlişka” deyirlər Zabrat qəsəbəsində yaşadığını bilir.Təqribən 17-18 yaşlarında, hündür, qarayanız oğlandır. Eşitdiyinə görə bərbər işləyir.Ümid də 16-17 yaşlarında cavan, hündür, qarayanız oğlandır. Yaşadığı yeribilmir, zənnincə avtomobil yuyucusunda işləyir. İstifadəsində “i-phone 8”markalı mobil telefon olmuşdur. Hadisədən sonra bacısı Kubraya bu barədə danışdıqdasonuncu əsəbləşərək telefonunu ondan götürmüşdür. Hazırda mobil telefonu yoxdur. Cavid Mehdini öldürəcəyi barədəona heç bir söz deməmişdir. x32 ilə görüşə getməyinin əlehinəolmuşdur. Özü həmin gün Mehdi ilə görüşə getmək istəsə də, Cavid onu getməyəqoymamışdır. Mehdinin Cavidlə görüşə kimlə gəlməsi barədə məlumatı yoxdur.Cavid ona uşaqlarla gedəcəyini dedikdə tanışları ilə gedəcəyini nəzərdə tutmuşdur.Lakin konkret olaraq neçə nəfər olmalarını bilməmişdir. Cavidlə “Həzi Aslanov”metrosunun yaxınlığında görüşəcəklərini ona Mehdi demişdir.Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, təxminən 2019-cu ilin mart ayında yaşadığıevin yaxınlığında yerləşən internet klubda Xətai rayonu, Sadıqcan küçəsi 27A ünvandayerləşən “SOS” uşaq kəndində yaşamış Xəyyam Mehdiyev adlışəxslə tanış olmuşdur.Xəyyamla həmin internet klublarda tez-tez rastlaşmış və münasibəti yaranmışdır.Xəyyamla tanış olduqdan sonra teztez onun yanında olan Zərərçəkmiş şəxs adlışəxslətanış olmuşdur. Məhdi ilə yaxın münasibəti olmasa da, onunla da həmçinininternet oyunları oynayarkən görüşmüş, tanışlığı olmuşdur. Ümumiyyətlə nə Xəyyamla,nə də onun tanış Məhdi ilə yaxın dost olmamışdır. Onunla eyni məhəllədə yaşayan,həm də dostluq etdiyi Şahid5 adlışəxs vardır. 14.06.2019-cu il tarixdə,saat 21 radələrində Kamal ilə görüşüb “Nərimanov” metrosunun yanına gedib,orada Namiq adlı tanışı ilə görüşmüşdür. Namiqlə görüşməsinə səbəb ona 15 manatpul borcunu qaytarması olmuşdur. Borcunu qaytardıqdan sonra Kamal ilə birlikdəmetroya minib yaşadığı məhəlləyə yaxın yerləşən “Həzi Aslanov” metrosu tərəfə gəlmişlər.“Həzi Aslanov” metrosunun çıxışına çatıqda orada qardaşı Heydər (ona Sərxandeyirlər), Xəyyam Mehdiyev və Zərərçəkmiş şəxs görüb salamlaşmışlar. Həmin vaxtaqədər nəözü, nə də Kamal onlarla zəngləşməmiş, görüşəcəkləri barədə danışmamışlar.Metrodan çıxdıqda onları gördükdə saat təxminən 23:30 radələri olmuşdur. Məhdidənvə onun yanında olan şəxslərdən orada hansı səbəbdə dayandıqlarını soruşduqda MəhdiCavid adlışəxslə “vatsap” şəbəkəsində sözüçəpləşdiyini, Cavidin onun yanına gəldiyini,görüş təyin olunduğunu, Cavidi gözlədiklərini demişdir. Nə məsələ olduğunu soruşduqdaMəhdi ona “Beka” adlı tanışından qızıl boyunbağı götürüb 110 manata sataraq birdostunun borcuna ödədiyini, daha sonra həmin “Beka” adlı qızın Məhdiyə həminboyunbağını satıb öz kefinə xərclədiyini deməsini, buna görə qızla aralarındatelefonda mübahisə düşdüyünü, qızın da Cavid adlı tanışının bu məsələyə müdaxiləetdiyini bildirmişdir. Cavidin Məhdi ilə görüşə tək gəlmədiyi ehtimalı olduğundanMəhdi qardaşı Heydərə və Xəyyama onun yanında olmasını demişdir. Belə olanhalda o və Kamal da onları tək qoymamaq üçün “Həzi Aslanov” metrosunun çıxışındadayanaraq Cavidin gəlməsini gözləmişlər. Cavidi və həmin qızı tanımamış, onlarbarəsindəəvvəllər də heç bir məlumatı olmamışdır. O, Məhdi, Heydər, Xəyyam vəKamal metronun çıxışında gözlədiyi zaman saat 23:30 radələrində Cavid təqribən9-10 nəfər cavan oğlanlarla birlikdə gəlib çıxmışdır. Cavid onlarla görüşüb özünütəqdim etdikdən sonra Cavidlə gələn cavan oğlanlar da onlarla salamlaşmışlar.Onların çox olduqlarını görmüş və dava-dalaş olmasından ehtiyat edərək Məhdininqulağına evə getmələrini bildirmişdir. Məhdi isə ona təkidlə yox deyərək, bu günsöhbəti etməli olduğunu demişdir. Xəyyam Cavidə “gedək çayxanada söhbət edək” sözünüdemişdir. Cavid isə yaxınlıqda olan qəbiristanlıq istiqamətində getmələrini təklifetmişdir. Məhdi də onunla razılaşmışdır. Nə Cavidi, nə də onunla gələn şəxslərinheç birini tanımamışdır. Həmçinin Cavid və onunla gələn şəxslər də onları tanımamışlar.Həmçinin, Məhdi də nə Cavid, nə də onunla gələn şəxslərlə tanış olmamışdır. Beləcə,Cavidlə gələn şəxslərlə birləşdikdən sonra təqribən 15 nəfər olmuşlar və “HəziAslanov” metrosunun çıxışından MəhəmmədHadi küçəsi ilə həmin yaxınlıqda olan binaların arxasına tərəf getmişlər. Məhdivə Cavid irəlidə yanaşı getmişlər, uca səslə mübahisə etmişlər. Onlar isə Cavidvə Məhdinin arxasınca getmişlər. Yaxınlığında Xəyyam və Heydər olmuşdur. Cavidləgələn oğlanlar isə arxada qalmışlar. Yalnız başında papaq olan tanımadığı cavanbir oğlan onlara yaxın olmuşdur. Həmin küçədə yerləşən 91 nömrəli binanın arxasına,orada olan həyət evlərinin qarşısına çatmışlar. Arxadan baxdıqda Cavid Məhdininsağ tərəfində olmaqla Məhdinin sağ qoluna girmişdir. Bu zaman Məhdi və Caviduca səslə danışmışlar. Onlar bir-birinə narazılıqlarını bildirmişlər. Cavid Məhdininəvvəlcə qarın, daha sonra sol qolunun alt hissəsisə zərbələr vurmuşdur. İlk əvvəlCavidin Məhdini yumruqla vurduğunu zənn etmişdir. Məhdi Caviddən bir qədər təqribən5-6 metr aralanmışdır. Cavidin Məhdini bıçaqla vurduğunu həmin vaxt başa düşmüşdür.Əlamətlərini görməsə də, Cavidin əlində bıçaq olduğunu görmüşdür. Bu vaxt üzünüarxaya çevirmiş, üzünü təkrar qarşıya çevirəndə Məhdi Cavidi qaldıraraq yerəçırpmışdır.Bu zaman başında papaq olan Cavidlə gələn oğlan arxadan Məhdiyə tərəf əyilmişdir.Məhdi belini və qarnını tutaraq ayaq üstə qalxmışdır. Bundan sonra Cavid vəonunla gələn oğlanların hamısı qaçmışlar. Xəyyam, Heydər, Kamalla birlikdə Məhdiyəyaxınlaşmışdır. Məhdinin paltarları qanın içində olmuşdur. Məhdi onlara “Cavid,sən məni bıçaqladığın üçün bunun cavabınıverəcəksən” sözünü demişdir. Heydərlə köməkləşib Məhdini bınanın arxasına doğruyaxınlaşdırmışdır. Lakin Məhdi daha danışa bilməmiş və huşunu itirmişdir.Sakinləri köməyəçağırmış və təcili yardım xidmətinə məlumat verilməsini xahişetmişdir. Onlara yaxınlaşan sakinlərdənbiri təcili yardım xidmətinə zəng etmiş, həmçinin “102” xidmətinə də bu barədəməlumat verilmişdir. Təcili yardım avtomobili gələnə qədər həmin məhəllədə olmuşlar.Təcili yardım avtomobili gəldikdən sonra yaşadığı evə getmişdir. Hadisədənsonra yaşadığı evə piyada getmişdir. Kamal onlarla qonşuluqda yaşayır. Xəyyamlahadisə baş verən məhəllədən çıxdıqda sağollaşmış, Xəyyamın hara getməsini görməmişdir.Cavid Məhdini bıçaqla vurduqdan sonra Məhdinin Cavidi qaldırıb yerəçırpdığını görmüşdür.Məhdinin ayağa qalxıb belini qarnını tutduğunu görmüşdür. Bu zaman Cavid vəonunla gələn şəxslər qaçmışlar. Cavidin Məhdini vurduğu bıçağın əlamətlərinitam görə bilməmişdir. Lakin bıçaq olduğunu görmüşdür. Hadisə yerində Caviddənbaşqa heç kəsin bıçağı olmamışdır. Cavid və Məhdidən başqa heç kəs dalaşmamış,heç kəsin arasında münaqişə olmamış, başqa xəsarət alan olmamışdır. Həmçinin özüdə heç bir xəsarət almamışdır. Həmin binanın sakinləri təcili yardıma və “102”xidmətinə məlumat verdikdən sonra polisin məsələyə qarışacağını başa düşmüş vəbu səbəbdən özü polisə məlumat verməmişdir. Həmin gün bərk qorxu keçirdiyi üçünyaşadığı evə getmişdir. Səhər saat 10 radələrində polislər yaşadığı evə gələrəkonu ifadə verməyə dəvət etdikdə Məhdinin öldüyünüöyrənmişdir. Cavid Məhdiyə bıçaqlailkin xəsarətləri yetirdikdən sonra Məhdi bir qədər irəli qaçmış, Cavid də onunarxasınca getmişdir. Həmin vaxt bir anlıq üzünü arxaya çevirmişdir. Baxıdıqda görmüşdürki, Məhdi Cavidi yerəçırpır. Bu səbəbdən həmin məqami tam görə bilməmişdir.Lakin Məhdinin kürəyində yaraları olmuş, qan gəlmişdir. Məhdi hadisədən sonraCavidi söymüş, onu bıçaqladığına görə cavab verəcəyini demişdir. Məhdiyə Cavidvə başında papaq olan oğlandan başqa heç kəs yaxınlaşmamış, hamı kənarda dayanmışdır.Bir qədər yaxınlıqda o və Xəyyam olmuşdur. x12 üzərindətapanca-odlu silah olmamışdır. Çünki bu barədə ona bir söz deməmiş, nə də ki, Xəyyamdahər hansı silah görməmişdir. Hadisə yerində Xəyyam Mehdiyevin üzərində və ya əlindəhər hansı tapanca, odlu silah və ya başqa bir alət görməmişdir. Xəyyamı hadisədənsonra görməmiş, harada olması ona məlum deyildir.Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki,14.06.2019-cu il tarixdə gecə saat 23 radələrində “H.Aslanov” metrosunun yaxınlığındayerləşən internet klubda oturub oyun oyamışdır. Hər axşam orada oyun oynayır.Bu zaman tanışı Xəyyam və onun tanışı Mehdi içəri daxil olmuşlar. Onlar ona “Sərxan”deyirlər. Sərxan gəl söhbət var demişlər. Bundan sonra “H.Aslanov” metrosununyanına getmiş və ora qardaşı Murad Kamal adlı tanışı ilə gəlib çıxmışdır. Ora çatdıqdasaat təqribən 23:30 radələri olmuşdur. Mehdini son bir həftəərzində bir neçə dəfəgörmüş, oturub çay içmişdir. Mehdi orada danışmışdır ki, onun hansısa birdostunun kiməsə 100 manat məbləğində qumar borcu olduğundan tanıdığı “Beka” ləqəbliqızdan gümüş sep götürmüş, onu 110 manata satmış, həmin dostunun qumar borcunuqaytarmışdır. Bu məsələdən 5-6 ay sonra, yəni bu yaxın günlərdə “Beka” ləqəbliqız Təqsirləndirilən şəxs demişdir ki, Mehdi gümüşün pulunu alıb özünə xərcləmiş,qumar borcunu verməmişdir. Cavid “Beka” ləqəbli qızın tanışı olduğundan bu məsələilə maraqlanmış və Mehdi ilə aralarında “vatsap”da mübahisə baş vermiş, mübahisənihəll etmək üçün 14.06.2019-cu il tarixdə “Həzi Aslanov” metrosunun yanında görüştəyin edilmişdir. Saat 24 radələrində Cavid, yanında təqribən 9-10 nəfər cavanyaşlı oğlanlarla birlikdə “Həzi Aslanov” metrosunun yanına gəlmişlər. Onlarınsayca çox olduqlarını görmüşdür. Metronun yanında Cavid Xəyyamla birlikdə “SOS”uşaq evində böyüdükləri üçün ondan kimin tərəfində olmasını soruşmuşdur. Xəyyamisə düzgünlüyün tərəfində olacağını bildirmişdir. Xəyyam və Murad CavidləMehdiyə gedib bir yerdəçay içib mehriban söhbət etməyi təklif etmişlər. Cavidisəçayxanaya yox “H.Aslanov” metrosunun yaxınlığında olan kombinat qəbristanlığınagetmələrinin lazım olduğunu bildirmişdir. Bu səbəbdən birlikdə həmin qəbristanlıqtərəfə getmişlər. Mehdi və Cavid yanaşı getmişlər. Cavid Məhdiyə “telefonda mənimlə danışdığınkimi üz-üzə danışa biləcəksənmi?” sualını verməsini eşitmişdir. Mehdi isə sonaqədər bu tonda danışacağını bildirmişdir. Yol boyu piyada gedə-gedə Cavid vəMehdi mübahisə etmişlər. M.Hadi küçəsi 91 ünvanda yerləşən yaşayış binasınınarxasında olan həyətdən bir qədər içəridə olan fərdi yaşayış evlərin darvazalarınınqarşısına çatmışlar. Həmin yer sakitçilik olmuş, onlardan başqa orada heç kəsolmamışdır. Həmin yerə getməyi Cavid özü təklif etmişdi. Məhti ilə Cavid sözləmübahisə etmişlər, Cavid Mehdiyə “mənimlə uca tonla danışma” sözünü demişdir.Mehdi isə uca səslə danışmışdır Mübahisənin məzmunu “vatsap”dakı danışıqları iləəlaqədarolmuşdur. Mehdiyə Kamalın tələbə olduğunu, adının dava-dalaşda hallanmamasınıbildirmişdir.Bundan sonra Mehdi Kamalı kənara çəkərək “sən tələbəsən, sənburada olma, mən burada lazım olsa ölümə gedəcəm” sözlərini demişdir. Kamal isəqardaşı Murada və ona görə gəldiyini demişdir. Bu zaman Cavid Məhdinin qolunagirərək onlardan bir qədər irəlidə getmişlər. Həmin vaxt Cavid aşağı səsləMehdiyə söz demişdir. Onlar orada olan evlərin qarşısında olan boş sahənin deməkolar ki, qarşısına qədər getmişlər. Onların arxasınca da bir neçəşəxs və onlargedirmişlər. Murad onların yaxınlığında olduğundan Cavidin bıçaq çıxararaqMehdinin qarın nahiyəsinə zərbə vurduğunu görərək arxaya dönmüş, onları səsləmişdir.Həmin vaxt bir qədər kənarda olmuşdur. Məhdinin yanında çatdıqda Cavid vəonunla gələn şəxslər qaçmışlar. Murad ona Məhdini Cavidin bıçaqla vurduğunudemişdir. Hadisə yerində Məhdi, o, Kamal, Murad və Xəyyam qalmışdır. Mehdininqoluna girərək onu bir qədər irəli, 91 nömrəli bina istiqamətində aparmışlar. Məhdidənxeyli qan gəlmış, sızıldamış, onlara “Cavid, sən məni bıçaqladığın üçün bunun cavabını verəcəksən”sözünü demişdir. Mehdini binanın arxasındakıdaşlı yolun kənarında uzandıraraq uca səslə qışqırıb qonşuların təcili yardım çağırmalarınıxahiş etmişlər. Bir nəfər bina sakini olan kişi gəlmiş və təcili yardıma zəngedərək məlumat vermişdir. Bundan sonra həmin şəxs polisə də məlumat vermişdir.Təcili yardım avtomobili gələnəqədər orada gözləmişlər. Təcili yardımavtomobili gəldikdən sonra evə getmişlər. Səhər-səhər polis əməkdaşları gələrəkonu və qardaşı Muradı polis idarəsinə gətirmişlər. Cavid təqribən 20 yaşlarında,orta boylu, arıq bədən quruluşlu, qarayanız, saqqallı oğlan olmuşdur. Harada yaşamasıkimlərlə təmasda olması barədə məlumatı yoxdur. Mehdinin Cavid vurmasını Muradgörərək onlarıçağırmışdır. Gəldikdə Cavid və onunla gələn şəxslər qaçmışlar.Cavidin Məhdini bıçaqla vurmasını bilsə də, bıçağı görə bilməmişdir. Cavidinyanında olan şəxslərdən heç birini tanımamışdır. Muradın deməsinə görə CavidMehdini bıçaqla vurmuş, Mehdi Cavidi qaldırıb yerəçırpdıqdan sonra onlarıbir-birindən aralamışlar. Hadisə yerində bina sakinləri təcili yardımda və“102” xidmətinə zəng etmişlər. Ona görə polisin məsələdən xəbərdar olduğunubilmişlər. x12 üzərində tapança-odlu silah görməmiş,bundan başqa Xəyyam onda silah olması barədə bir söz deməmişdir. Hadisə yerindəXəyyam Mehdiyevin üzərində və ya əlində hər hansı tapança, odlu silah və ya başqabir alət görməmişdir.Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Şahid3 ilə uşaq yaşlarındandostluq münasibəti vardır. 14.06.2019-cu il tarixdə gecə saat 21 radələrindəMuradla “Nərimanov” metrostansiyası yaxınlığına getmişdir. Muradla “Nərimanov”metrostansiyasının yanına getməsinə səbəb Muradın Namiq adlı tanışına pulborcunu qaytarması olmuşdur. Murad Namiq adlı tanışı ilə görüşərək ona 15 manatpul borcunu qaytarmışdır. Namiqlə sağollaşdıqdan sonra yəni təxminən saat 23radələrində Muradla “Nərimanov” metrosuna minmiş və “Həzi Aslanov” metrosunagetmişlər. “Həzi Aslanova” çatdıqda saat artıq təqribən 23:30 radələri olmuşdur.Metrodan çıxdıqdan sonra Mehdi, Xəyyam adlı tanışları və Muradın qardaşı Heydəri(ona öz aramızda Sərxan deyirik) görmüşlər. Mehdi onlarla danışmışdır ki, onunhansısa bir dostunun kiməsə 100 manat məbləğində qumar borcu olduğundan, tanıdığı“Beka” ləqəbli qızdan gümüş sep götürmüş, onu 110 manata satmış, həmin dostununqumar borcunu qaytarmışdır. Bu məsələdən 5-6 ay sonra, yəni bu yaxın günlərdə“Beka” ləqəbli qız Təqsirləndirilən şəxs demişdir ki, Mehdi gümüşünpulunu alıb özünə xərcləmiş, qumar borcunu verməmişdir. Cavid “Beka” ləqəbli qızıntanışı olduğundan bu məsələ ilə maraqlanmış və aralarında “VVatsap”da mübahisə baş vermiş, mübahisəni həll etmək üçün14.06.2019-cu il tarixdə axşam saat 21 radələrində “Həzi Aslanov” metrosunun yanındagörüş təyin edilmişdir. Mehdi həmin söhbəti həll etmək üçün Heydər və Xəyyamla əlaqəsaxlamış və birlikdə getmək qərarına gəlmişlər. Bu məsələyə agah olduqdan sonraHeydəri və Xəyyamı tək qoymamaq üçün onlarla birlikdə Təqsirləndirilən şəxsla olan görüşəgetmək qərarına gəlmişdir. Saat 24 radələrində Cavid və onun yanında olan təqribən10 nəfər cavan oğlanlarla birlikdə “Həzi Aslanov” metrosunun yanına gəlmişlər.Onların sayca çox olduqlarını görərək həm təəcüblənmiş, həm də məsələnin ciddiolduğunu anlamışlar. Metronun yanında Cavid Xəyyama birlikdə “SOS” uşaq evindəböyüdüklərini, bu səbəbdən Xəyyamdan onun kimin tərəfində olmasını soruşmuşdur.Xəyyam isə düzgünlüyün tərəfində olacağını bildirmişdir. Xəyyam və Murad gedibbir yerdəçay içib mehriban söhbət etməyi təklif etmişdir. Cavid isəçayxanayayox “H.Aslanov” metrosunun yaxınlığında olan kombinat qəbristanlığına getmələrinibildirmişdir. Bu səbəbdən birlikdə həmin qəbristanlıq tərəfə yol almışlar.Mehdi və Cavid yanaşı getmiş, Cavid Mehdiyə “telefonda mənimlə danışdığın kimi üz-üzədanışa biləcəksənmi?” sualını vermiş, Mehdi isə sona qədər belə danışacağınıbildirmişdir. Yol boyu piyada gedəgedə mübahisə etmişlər. Məhəmməd Hadi küçəsi91 ünvanda yerləşən yaşayış binasının arxasında olan həyətindən bir qədər içəridəolan fərdi yaşayış evlərin darvazalarının qarşısına çatmışlar. Heydər (Sərxan)Mehdiyə onun tələbə olduğunu, adının dava-dalaşda hallanmamasını bildirmiş,bundan sonra Mehdi onu kənara çəkərək “sən tələbəsən, sən burada olma, mən buradalazım olsa ölümə gedəcəm” sözlərini demişdir. Mehdiyə onu tanımadığını, Murad vəHeydəri tək qoymadığıüçün burada olduğunu demişdir. Mehdini bir neçə dəfə görsədə, onunla yaxın təması olmamışdır. Bu zaman Cavid Mehdinin qoluna girərəkonlardan bir qədər irəlidə mübahisə edə-edə getmişlər. Cavid və Mehdi oradaolan evlərin qarşısında olan boş sahənin demək olar ki, ortasına qədər getdilər.Onların arxasıyca da bir neçəşəxsin getdiyini görmüşdür. Bundan sonra Cavid bıçaqçıxararaq Mehdinin qarın nahiyəsinə zərbə vurmuşdur. Bundan sonra Mehdi bir qədərirəliyə doğru getmiş, sonra Mehdi Cavidi qaldıraraq yerəçırpmış və hər ikisiyerə sərilmişlər. Mehdi Cavidin üzərində olmuş, onları bir-birindən aralaşdırmışlar.Mehdi ayağa qalxıqda “Cavid sən bunun cavabını verəcəksən” sözünü demişdir. Buvaxt Mehdi və onunla gələn şəxslər “Həzi Aslanov” metrosu istiqamətində qaçmışlar.Hadisə yerində Mehdi, o, Heydər, Murad və Xəyyam qalmışdır. Heydər Mehdininqoluna girərək onu bir qədər irəli 91 nömrəli bina istiqamətində aparmışdır.Mehdidən xeyli qan gəlmiş, sızıldamışdır. Mehdini binanın arxasındakı daşlıyolun kənarında uzandırmış və uca səslə qışqıraraq qonşuların təcili yardım çağırmalarınıxahiş etmişlər. Bir nəfər bina sakini gəlmiş və təcili yardıma zəng edərək məlumatvermişdir. Bundan sonra həmin şəxs polisə də məlumat vermişdir. Bir nəfər binasakini olan kişi gəlmiş və təcili yardıma zəng edərək məlumat vermişdir. Bundansonra həmin şəxs polisə də məlumat vermişdir. Təcili yardım avtomobili gələnə qədərorada gözləmişlər. Təcili yardım avtomobili gəldikdən sonra evə getmişlər. HüseynovCavid Novruz oğlunun “Qara” ləqəbli olduğunu, cinayətə meyilli olduğunu bilir.Onu əvvəllər görməmiş, münasibəti olmamışdır. Mehdi Cavidi qaldırıb yerəçırpdıqdansonra onları bir-birindən aralamışlar. Daha sonra Cavid və onunla gələnlər qaçmışlar.Cavidin yanında olan şəxslərdən heç birini tanımamışdır. Hadisə yerində qonşularpolisin “102” xidmətinə və təcili yardıma məlumat verdikləri üçün əlavə olaraqhüquq mühafizə orqanlarına məlumat verməmişdir. x12 üzərindətapança-odlu silah görməmişdir. Bundan başqa Xəyyam onda silah olması barədəbir söz deməmişdir. Xəyyamla yaxın münasibətim yoxdur. Həmin gün Murad və Heydərəgörə həmin yerə getmişdir. Hadisə yerində Xəyyam Mehdiyevin üzərində və ya əlindəhər hansı silah və ya başqa bir alət görməmişdir. Hadisədən sonra Xəyyamı görməmiş,onun harada olması ona məlum deyildir. Təqsirləndirilən şəxsla gələn şəxslərin heçbirini tanımamışdır.Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Sabunçu rayonunda yerləşən “Neft ÜzrəEmal Akademiyası”nda 1-ci kursda oxuyur. Heç bir yerdə işləmir, hər hansı işləməşğul deyildir. Bir ildən çoxdur ki, Əhmədli qəsəbəsində yaşadığına görə HüseynovCavid Novruz oğlu ilə tanış olmuşdur. Cavidlə ayda təqribən bir dəfə görüşüboturub çay içib söhbət etmişdir. Bir neçə dəfə idmana getməyə görə pulu olmadığınagörə Cavid ona köməklik edərək pul tapıb vermişdir. Bu səbəbdən onunla münasibətləriyaxşı olmuşdur. 14.06.2019-cu il tarixdə saat 19 radələrində yaşadığı evdə olduğuzaman Cavid ona istifadəsində olan ***-***-**-** saylı nömrəyə “vatsap”dayazaraq Xətai rayonu, Əhmədli qəsəbəsinə, “Xəzər” adlanan yerdə oturub çay içməyitəklif etmişdir. Bu səbəbdən avtobuza minərək həmin yerəçay içməyə getmişdir.Adını xatırlamadığıçay evində, çöldə Cavidin tanımadığı cavan oğlanla oturub çayiçdiyini görmüşdür. Yaxınlaşıb onlarla görüşmüş və birlikdə oturub çay içmişlər.Cavidin yanında olan oğlan saçı az, orta boylu, orta bədən quruluşlu olmuşdur.Cavid həmin vaxt telefonla kimləsə danışmışdır. Həmin çayxanada bir qədəroturduqdan sonra Cavid bir söhbət var onu aydınlaşdırmağa gedəcəklərini demişdir.Avtobusa minərək “Xalqlar Dostluğu” metrosunun yaxınlığında olan parka getmişlər.Cavidin başı həmin vaxt telefona qarışmış, kiminləsə telefonla danışmışdır.Parkda daşın üzərində oturmuş, həmin parkda bir qədər gözlədikdən sonra 7-8 nəfərcavan oğlanlar gəlimiş və onlarla görüşmüşlər. Gələn 7-8 nəfər cavan oğlanlarolmuş, onların heç birini tanımamış, adlarını bilməmiş, artıq hava qaraldığıüçünüzlərini də tam olaraq yadda saxlaya bilməmişdir. Cavid ona Mehdini tanıyıb-tanımadığınısoruşduqda hansı Mehdi barədə söhbət getdiyini maraqlandıqda “instagram” adınıdedikdə həmin Mehdini instagramda çox izləyicisi olduğu üçün tanıdığını demişdir.Cavid ona söhbətinin Mehdi ilə olduğunu dedikdə nə söhbət olduğunu soruşmuş,Cavid isə ona “Həzi Aslanov” metrosunun yaxınlığında görüşüb aydınlaşdıracaqlarınıbildirmişdir. Artıq təqribən 10 nəfər olmuşlar. Söhbətin nə olduğunu, məzmununubilməmişdir. Saat 23:30 radələrində “Xalqlar dostluğu” metrosunun yanından 51 nömrəliavtobusa minərək “Həzi Aslanov” metrosunun yaxınlığında düşmüşlər. Başında qara rəngli kepka papaq olmuşdur.Metronun çıxışında Mehdi və onunla gələn təqribən 4 nəfər şəxslə görüşmüşdür. Görüşdükdənsonra Məhəmməd Hadi küçəsi ilə piyada yol getmişlər. Mehdi “mən danışanda heç kəssözümü kəsməsin” sözünü işlətmişdir. Daha sonra Cavidlə Mehdi bir qədər qarşıdagetmişlər. Onlar isə arxada gəlmişlər. Bir qədər qaranlıq yerə orada olan binanınarxasına çatdıqda səs-küy düşdüyünü eşitmişdir. Baxdıqda görmüşdür ki, Mehdi həminyerdə olan evlərin qarşısına doğru qaçmış, Cavid də onun arxasınca qaçmışdır.Cavidin əlində bıçaq olmuş, Mehdi Caviddən yapışıb onu qaldırdıqda Cavid əlindəkibıçaqla Mehdinin qoluna, kürəyinə bıçaqla zərbələr vurmuşdur. Mehdi Cavidi yerəyıxmış, Cavid də həmin vaxt bıçaqla onu vurmağa davam etmişdir. Bu məqamda qaçmışvə Mehdini arxadan qucaqlayaraq ayağa qaldırmışdır. Bu vaxt Mehdi köynəyiniqaldırmış və qarnını tuturaq “ay bla..” sözünü işlətmişdir. Cavid ayağaqalxaraq qaçmışdır. Onlarla gələn şəxslərin qaçdığını gördükdə, o da Cavidinarxasınca qaçmışdır. Orada olan qəbiristanlığa qaçmış, Cavidin üst-başıqanın içindəolmuşdur. Lakin bıçağı Cavidin əlində görməmişdir. Cavidlə gələn şəxslərin haraqaçdıqlarını görməmiş, qəbiristanlıqda Cavidlə birləşmişdir. Daha sonra markasıvə nömrəsini xatırlamadığı taksiyə minmiş, Cavid Əhmədli qəsəbəsində “Xəzər”deyilən yerdə düşmüş, o isə Suraxanı rayonuna öz yaşadığı evə getmişdir. İki gündənsonra “İnstagram”da Mehdinin öldüyünüöyrənmişdir. Cavidin hara getdiyini bilməmiş,bir neçə gündən sonra tutulduğunu eşitmişdir. hadisə yerinə getdikdə onun üzərindəheç bir silah və ya bıçaq olmamışdır. Cavidin üzərində bıçaq olduğunu bilməmişdir.Hadisə yerinə getdikdə Mehdigilin yanında gələn saçını qarşıya darayan cavan oğlanlardanbirinin tez-tez əlini belinə tərəf apardığını görüb Cavidə demişdir. Mehdivurulduqdan sonra qaçdıqda, həmin oğlan odlu silahıçıxarıb əlində saxlamış,lakin atmamışdır. Silahı sağa-sola tərəf fırlamışdır. Onlar qaçdıqda Mehdi iləgələn şəxslərin qaçmadıqlarını, Mehdinin yanında dayandıqlarını görmüşdür.Mehdini vurmamış, ona heç bir alətlə, əllə, ayaqla xəsarət yetirməmişdir. Həqiqətəndə hadisə zamanı Mehdiyə arxadan yaxınlaşıb onu arxadan tuturaq arxaya doğru çəkmişdir.Mehdi arxaya çəkilərək ayağa qalxmış və qarnını, belini tutmuşdur. Həmin vaxtMehdidən qan gəldiyini də görmüşdür. Hadisə vaxtı Mehdini yalnız Cavid bıçaqlavurmuş, onu orada olan şəxslərdən heç biri vurmamışdır. Həmin vaxt yalnız Cavidvə Mehdinin aralarında münaqişə baş vermişdir. Hadisə günü onunla birlikdəçay içənvə daha sonra “Xalqlar Dostluğu” metrosunun yaxınlığında olan adını sonradan öyrəndiyiŞahid10 tanımır, adını bilmir. Həmin şəxsləəvvəllər münasibətiolmamışdır. Hadisə günü yalnız Cavidin Mehdi ilə aralarında olan məsələni müzakirəedəcəklərini bilmiş, orada dava-dalaş düşəcəyindən əvvəlcədən məlumatı olmamışdır.Hadisə vaxtı başında qara rəngli papaq, mavi rəngli cins şalvar və ağ rəngli qısaqolköynək olmuşdur. Mehdinin hadisə yerindəölüb-ölmədiyini bilməmiş, Cavid taksidəndüşdükdə ona polisə təslim olacağını demişdir. Bundan bir gün sonra“instagram”-da Mehdinin öldüyünü, Cavidin polis tərəfindən tutulduğunu öyrəndiyiüçün bu səbəbdən polisəəlavə məlumat verməmişdir.Məhkəmədə şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərdi ki, 2000-ci ildən hazırki vaxta qədər “SOS”uşaq kəndləri birliyinin Xətai rayon filialında tərbiyəçi-ana işləmişdir. Tərbiyəçi-anakimi vəzifəsi valideynlik himayəsindən mərhum olmuş uşaqlarla yaşayıb onları böyütməkdənibarətdir. Təqsirləndirilən şəxs 2000-ci ildən anası müəssisəyə yerləşdirmiş,Cavidi 15 yaşına qədər böyütmüş, sonra Cavid gənclər evinə getmiş, 18 yaşındanisə müstəqil həyata başlamışdır. Buna baxmayaraq Cavid vaxtaşırı yanına gəlmiş,ona başçəkmişdir. Cavid hərbi xidmətə getməzdən əvvəl Höküməxanım adlı qızlaailə qurmuş, hazırda onun azyaşlı qızı vardır. 15.06.2019cu il tarixdə gecəsaatlarında yatdığı zaman Cavid “SOS” uşaq mərkəzində olan evə gəlmiş və onuyuxudan oyatmışdır. Həmin vaxt onun üzərində qırmızı rəngli idman paltarı olmuş,çirkli paltarlarını soyunaraq paltaryuyan maşına qoyduğunu, həmin paltarlarıyumağımı bildirmişdir. Bundan sonra aç olduğunu, yemək istədiyini demişdir. Yeməkhazırlasa da, Cavid az yemiş, gec saatda gəldiyinə görə ona acıqlanmışdır.Cavid sakit və kefsiz olmuşdur. Daha sonra ondan pul götürərək evdən getmişdir.Cavid həmin vaxt evdə cəmi 10 dəqiqə olmuşdur. Hara getdiyini bilməmişdir. Səhər-səhərpolis əməkdaşları gələrək Cavidin dava-dalaş etdiyini, harada olduğunu maraqlanmışlar.Onlara Cavidin gecə gəldiyini, lakin hazırda harada olduğunu bilmədiyini demişdir.Polis əməkdaşları Cavidin bıçaqla adam vurduğunu demişlər. Həmin gün yəni,15.06.2019-cu il tarixdə Cavidlə telefon əlaqəsi saxlayaraq harada olduğunusoruşmuş, Cavid Gəncəşəhərində anası ilə görüşüb gələcəyini demişdir. Mehdi adlışəxsəbıçaq xəsarətləri yetirdiyini, Mehdinin hazırda sağ olub-olmadığını soruşmuşdur.Bu barədə məlumatsız olduğunu, əgər kimisə vurubdursa gəlib polisə təslim olmasını,polisin onu axtardığını bildirmişdir. Cavid 16.06.2019-cu il tarixdə gəlib təslimolacağını bildirmişdir. 16.06.2019-cu il tarixdə Cavid Bakışəhərinə gəlmiş vədaha sonra öyrəndiyinə görə arvadı və uşağı ilə görüşdükdən sonra Hövsan qəsəbəsindəkirayədə yaşadığı evə gedib orada polisə təslim olmuşdur. Cavid bıçaq barədəona heç nə deməmiş, bundan başqa onun bıçağı olubolmadığını bilməmişdir. Cavidhəmin gecə evə gəldikdə belə bir hadisə törətməsini deməmişdir. Daha sonrapolislər gəldikdə Cavidin bıçaqla adam vurduğunu öyrənmişdir. Həmçinininternetdə bu barədə yazılar getmişdir. “SOS”uşaq kəndində Xəyyam Mehdiyev adlışəxsböyümüşdür. Onun tərbiyəçisi olmamış, o da yaşı tamam olduğu üçün müəssisədənayrılmışdır. Xəyyamı uzun müddətdir ki görmür. Səhər açıldıqdan sonra sadəfunksiyalı mobil telefonunun olmadığını görmüşdür. Daha sonra Cavid telefonugedərkən özü ilə apardığını demişdir. Həmin telefonu işlətmədiyi üçün içərisindənömrə olmamışdır. Cavidin Xəyyamla əvvəllər münasibətinin olduğunu bilmişdir. Cavidinbaşqa kimlərlə oturub-durduğunu bilməmişdir. Cavidin tanışı olan “Beka” adlı qızınsepini Məhdi götürüb satmış, daha sonra həmin qız Cavidə bu barədə bildirmiş,Cavid isə Məhdidən bunun səbəbini telefonla soruşduqda aralarında mübasihə olmuşdur.Bu səbəbdən onlar görüşmüşlər və həmin vaxt Cavid Məhdini bıçaqla vurmuşdur.Onda olan məlumata görə Xəyyam orada olmuşdur. Başqa kimlərin olub-olmaması barədəməlumatı yoxdur.Məhkəmədə şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərdi ki, 2014-cü ildə 2 saylı Bakı Peşalitseyində oxuduğu zaman Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Cavid həminvaxt dülgərlik sənətini, o isə mühasibatlığıöyrənmişdir. Cavidin “SOS” uşaq kəndindəmənəvi anası Tamaranın yanında böyüdüyünüöyrənmişdir. 2015-ci ilin oktyabr ayındaisə toyları olmuş, Cavid hərbi xidmətə getmişdir. 2016-cı ildə qızları Emiliyadoğulmuşdur. 2017-ci ilin aprel ayında isə Cavid əsgərlikdən təxlis olunaraq evəgəlmişdir. Cavid əsgərlikdən gəldikdən sonra müxtəlif restoranlarda xidmətçikimi işləmişdir. Cavidlə aralarında ailə məişət zəminində mübahisələr olmuş, busəbəbdən küsmüşlər. 2018-ci ilin iyun ayında Cavidlə demək olar ki ayrılmışlar.Cavid arada gəlib onu və uşağını görüb getmişdir. Əksər hallarda küçələrdə,dost-tanışı ilə olmuş və ya “SOS”-da qalmışdır. Cavidlə telefonla əlaqə saxlamışlar.07.06.2019-cu il tarixdə də Cavid yaşadığı evə gəlmiş, görüşüb getmişdir.15.06.2019-cu il tarixdə günorta saatlarında 36-cı polis bölməsindən polis əməkdaşızəng edərək Cavidin harada olmasını soruşmuşlar. Maraqlandıqda Cavidin adamvurmasını bildirmişlər. “Vatsap” şəbəkəsi ilə Cavidləəlaqə saxlamış, Cavid onabıçaqla adam vurduğunu gəlib polisə təslim olacağını bildirmişdir. Bir neçəsaat sonra telefonunu satdığıüçün “vatsap”la daha əlaqə saxlaya bilməyəcəyinidemişdir. 16.06.2019-cu il tarixdə səhər saat 10 radələrində Cavid Keşlə qəsəbəsinəgəlmiş və tanımadığı nömrədən zəng edərək Emiliyanı gətirməsini bildirmişdir.Cavid onunla və uşaqla görüşmüş, vurduğu adamın ona söyüş söydüyünü, aqressivdavrandığını, bu səbəbdən bıçaqla qarnına, qoltuğaltına və kürəyinə zərbələrvurduğunu demişdir. Hadisənin 14.06.2019-cu il tarixdə saat 24 radələrində Xətairayonunda, Həzi Aslanov metrosunun yaxınlığında olan binaların arxasında başverdiyini bildirmişdir. Cavid həmçinin əməlindən peşman olduğunu demişdir.Cavid ona Hövsan qəsəbəsinə getdiyini, 36-cı polis bölməsinin əməliyyat müvəkkiliSeymura zəng etməsini və Hövsanda olmasını deməyini tapşıraraq Hövsan qəsəbəsinəgetmişdir. Seymura Cavidin Hövsan qəsəbəsinə gedib və təslim olmağa hazır olduğunudemişdir. Daha sonra polislər Hövsan qəsəbəsinə gedərək Cavidi götürmüşlər.Cavidin öldürdüyüşəxsin Zərərçəkmiş şəxs olmasını, onların sözlərinindüz gəlmədiyini, mübahisə etdiklərini və həmin vaxt Cavidin bıçaqla onu vurmasınıöyrənmişdir.Cavidin hadisə yerinə kimlərlə getməsini bilməmişdir.Məhkəmədə şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərdi ki, Xətai rayonu, Cavanşir küçəsində yerləşən20 saylı alqı-satqı müəssisəsində işləyir. Həmin müəssisəyə camaat arasında “qaçqınbazarı” deyirlər. Həmin bazarda əsasən meyvə-tərəfəz, xırdavat, tikinti vəpaltarlar satılır. Bazarda təqribən 40-a yaxın piştaxta fəaliyyət göstərir. İşlədiyipiştaxta bazara girişdən sayca 4-cü yerdə yerləşir. Piştaxtalar bir-birindənaralıdır. Satış etdiyi yerin bir tərəfi açıq otaq kimidir. Sağ və sol tərəfdəmalların qoyulmasıüçün rəflər vardır. Oturub satış etdiyimiz yerin qarşısındaisə mallar düzülmüş piştaxta olur. “Vöen” sahibi kimi qeydiyyatdan keçmiş,vergiləri sadələşmiş qaydada ödəyir. İşlədiyi piştaxtada xırdavat malları yəni əsasənhər növ lampalar, məişətdə, mətbəxtə istifadə olunan əşyalar, bıçaqlar,qapaqlar, çəngəllər, paltar şpilkaları, kəndirlər satır. Açılıb-bağlanan tipli çibbıçaqları satılır. Həmin bıçaqları da Sədərək Ticarət mərkəzindən alır. Bıçaqlarınqiyməti 3-5 manat arası dəyişir. Həmin bıçaqlar kiçik ölçüdə olur, adətən onuova, balığa gedənlər, evdə iş görənlər alıb işlədirlər. Həmin bıçaqları meyvədoğramaq üçün də istifadə edirlər. 18 iyun 2019-cu il tarixdə işdə olduğumzaman bazarda ifadənin yerində yoxlanması istintaq hərəkəti keçirildikdə ona məlumolmuşdur ki, Təqsirləndirilən şəxs adlışəxs ondan aldığı açılıb-bağlanancib bıçağı ilə 14.06.2019-cu il tarixdə Xətai rayon ərazisində adam öldürmüşdür.Təqsirləndirilən şəxs tanımır, onun yaşında bir neçəşəxs həmin ərəfədə gəlibcib bıçaqları almışlar. Təqsirləndirilən şəxs da həmin ərəfədə bıçaqalmasını istisna etmir. Lakin yaddaş problemi olduğu üçün dəqiq xatırlamır.Qeyd edim ki, bu tip açılıbbağlanan bıçaqlar bazarda və hər yerdə açıq satışdadır.Düymə ilə açılıb bağlanan göy-qara rəngli bıçaq həmin vaxt satışda olmuşdur. Həminbıçağın qiyməti həqiqətən də 5 manata olmuşdur. Həmin bıçağın tiyəsinin uzunluğutəqribən 5 sm olmuşdur. Həmin bıçaqlardan hazırda yoxdur, hər maldan demək olarki, bir və ya iki ədəd gətirib satır. 10 gündən bir mal gətirməyə getdiyi üçünhər hansı maldan sayca artıq gətirməyə ehtiyac yoxdur.Məhkəmədə şahid qismində dindirilmiş Şahid14 ifadəsində göstərdi ki, ünvan 7 saylıünvanda ailəüzvləri ilə birlikdə yaşamışdır.14.06.2019-cu il tarixdə gecə saat 24 radələrində yaşadığı binanın həyətindəolan “Əsmər” marketin həyətin qarşı tərəfinəbaxan hissəsində dayanıb siqaret çəkmişdir. Bu zaman təqribən üç nəfər cavan oğlanlarınbinanın arxasında olan həyətdən qaçaraq gəldiklərini və arkadan çıxaraq qaçdıqlarınıgörmüşdür. Onlardan birinin saçı uzun olmuşdur. Qaçanlardan saçı uzun olan oğlanınhəyətdə olan ağacın üzərindən qara rəngli əl çantası götürərək qaçdığını da görmüşdür.Bundan sonra isə həmin oğlanların qaçdığı arkadan binanın arxasında olan həyətəkeçmişdir. Həmin vaxt onlarla eyni məhəllədə yaşayan Rəşadı da görmüşdür. Nə başverdiyi soruşduqda Rəşad cavan bir oğlanın vurulduğunu demişdir. Bir qədər irəligetdikdə binanın arxasına gedən avtomobil yolu kimi istifadə olunan çığırın kənarında,yəni binanın arxasında cavan bir oğlanın yerdə uzandığını, paltarları qanın içindəolduğunu görmüşdür. Həmin vaxt orada Rəşad və ondan başqa da qonşular toplaşmışdı.Həmin cavan oğlanın üzünə baxsa da kim olduğunu bilməmiş, əvvəllər onu binanınhəyətində görməmişdir. Bundan sonra qonşular təcili yardım xidmətinə və polisəzəng edərək hadisə barədə məlumat vermişlər. Cavan oğlan yerdə uzanmış, tərpənməmiş,zarıyaraq can verirmiş. Bir neçə dəqiqədən sonra təcili yardım xidmətinin əməkdaşlarıgəlmiş və qonşularla köməkləşib həmin cavan oğlanı təcili yardım maşınınamindirmişlər. DİN-nin “102” xidmətinə zəng edildiyini və hadisə barədə məlumatverildiyini bilmişdir. Bundan sonra isə yaşadığı evə qalxmışdır.İbtidai istintaq zaman şahid qismində dindirilmiş və məhkəmə iclasında tədqiq edilmiş Şahid17 Fərhad oğlunun ifadəsindən görnür ki, 14.06.2019-cu il tarixdə Xətai rayonu, Məhəmməd Hadiküçəsi 91 ünvanında yerləşən fərdi yaşayış evlərinin arxasında olan boş sahədə2001-ci il təvəllüdlü Zərərçəkmiş şəxs üzərindəçoxsaylı kəsici-deşicialətlə yetirilməyə xarakterik xəsarətlərlə aşkar edilməsi və xəstəxanaya aparılarkəntəcili yardım avtomobilində ölməsi faktına görə Xətai RPİ-də və 36-cı polis bölməsindəəməliyyataxtarış tədbirləri keçirilmişdir. Bunun nəticəsində qısa zaman ərzindəcinayət əməlini törətmişşəxs, Xətai rayonu, Sadıqcan küçəsi 27A ünvanındaqeydiyyatda olan xx.xx.1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olmasımüəyyən edilmişdir. Təqsirləndirilən şəxs uşaq yaşlarından tanımış, belə ki, onun böyüdüyünü“SOS” uşaq kəndlərinin həyətində olan stadionda əvvəllər futbol oyunu oynamışdır.Həmçinin Xətai RPİ-də onun döyülməsi iləəlaqədar cinayət işinin istintaqı aparılmışdır.15.06.2019-cu il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxs istifadəsində olantelefonla əlaqə saxlamış, onun harada olması barədə soruşduqda yerini deməmiş,telefonda yalnız uzaqda olduğunu bildirmişdir. Həmçinin Məhdini bıçaqla vuraraqöldürdüyünə görə peşman olduğunu, vicdan əzabıçəkdiyini, cinayət əməlini törədərəköz həyatını da məhv etdiyini bildirmişdir. Cavidlə profilaktik söhbətlərapararaq təslim olmasının onun üçün daha yaxşı olacağını bildirmişdir. Bundansonra Cavid telefonunu söndürmüş və daha sonra telefonunu açmamışdır.15.06.2019-cu il tarixdə “SOS” uşaq kəndinə getmiş, orada Cavidi böyüdən tərbiyəçiTamara ilə görüşmüş, ona hadisə barədə məlumat vermişdir. Cavidin yerini ondansoruşmuşdur. Tamara Cavidin gecə evə gəldiyini, yemək yeyib, üzərindəkipaltarları dəyişib getdiyini bildirmişdir. Cavid Tamaraya hadisə iləəlaqədər heçbir söz deməmişdir. Tamara Cavidləəlaqə saxlamağa çalışacağını, onu polis bölməsinəgəlməsini deyəcəyini bildirmişdir. Bundan sonra Tamara zəng edərək Cavidlə danışdığını,polis tərəfindən axtarılması barədə Cavidə bildirdiyini, Cavidin ona əlaqəsaxlayacağını dediyini bildirmişdir. 15.06.2019-cu il tarixdə Cavidin arvadı Höküməxanımlatelefonla danışdıqda da, hadisə iləəlaqədar məlumatı olmadığını bilmişdir. HöküməxanımaCavidin adam vurduğunu, tərəfindən axtarıldığını demişdir. Bundan bir müddətsonra Höküməxanım zəng edərək Cavidin ona zəng etdiyini, Gəncəşəhərində olduğunu,bir gün sonra gəlib uşağı ilə görüşdükdən sonra polisə təslim olacağınıbildirmişdir. 16.06.2019-cu il tarixdə Höküməxanım zəng edərək məlumat vermişdirki, Cavid Keşlə qəsəbəsinə gəlmiş, azyaşlı uşağı ilə görüşmüş və Hövsan qəsəbəsinədəniz kənarına getmişdir. Cavid Höküməxanıma həmçinin olduğu yerin zəng edibdeyilməsini, təslim olmağa hazır olduğunu, Hövsan qəsəbəsindən kənara getməyəcəyini,eləcə də məhz onun gelərək götürməsini istədiyini bildirmişdir. Bundan sonra əməliyyatqrupu ilə birlikdə Hövsan qəsəbəsinə getmişlər. Cavidi həqiqətən də Hövsan qəsəbəsində,dəniz kənarına yaxın yerləşən internet klubda aşkar etmiş və polis əməkdaşlarıilə birlikdə Cavidi götürərək Xətai rayon polis idarəsinə gətirərək istintaqa təqdimetmişdir.İbtidai istintaq zaman şahid qismində dindirilmiş və məhkəmə iclasında tədqiq edilmiş Şahid7 ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs Xətairayonu ərazisində yaşadığı və tez-tez Xətai rayonunda olan çayxanalarda olduğu üçüntanımışdır. Cavidlə adətən tez-tez görüşməmiş, bir neçə dəfə Xətai rayonundayerləşən çayxanalarda qardaşı Fuadla birlikdə oturmuş, oturub söhbət etmişlər.Cavidi həmçinin qardaşı Fuad da tanımışdır. Cavidi təxminən 2018-ci ilin sonlarındanetibarən tanımışdır. Cavidlə indiyə qədər aralarında heç bir narazılıq olmamışdır.2019-cu ilin iyun ayının 14-də, saat təqribən saat 23 radələrində yaşadığı evdəolduğu zaman Cavid onun istifadəsində olan mobil telefonun “vatsap” proqramınayazaraq “Xalqlar Dostluğu” metrosusunun yaxınlığında olan parka gəlməsinibildirmişdir. Qardaşı Fuadla birlikdə yaşadığı evdən çıxaraq Cavidin dediyikimi “Xalqlar Dostluğu” metrosunun yaxınlığında olan parka getmişdir. Evdən çıxdıqdantəxminən 15 dəqiqə sonra qardaşı Fuadla birlikdə həmin parka çatmışlar. Parka çatdıqdaCavid və yanında olan təxminən 5-6 nəfər tanımadığı cavan oğlanlar olmuşdur.Onların kim olduqlarını bilməmiş, əvvəllər həmin şəxsləri heç bir yerdə görməmişdir.Cavid orada ona və qardaşı Fuada “Həzi Aslanov” metrosunun yaxınlığına gedəcəklərini,orada bir nəfər şəxslə görüşəcəklərini, onunla aralarında olan məsələni həll edəcəklərinibildirmişdir. Cavidin kiminlə görüşəcəyini, Cavidin görüşəcəyi adamla aralarındahansı məsələni müzakirə edəcəklərini ora getdikdə bilməmişdir. Parkda olduqdaCaviddən soruşduqda, sonuncu ona ilk əvvəl “müsəlmançılıq tapdalanmışdır” sözünüdemişdir. Daha sonra isə Cavid ona tanıdığı Məhdi adışəxsin xəstə bir qızınsepini götürüb satdığını, bununla əlaqədar olaraq aralarında sözsöhbət olduğunudemişdir. Bundan sonra saat təxminən 23:30 radələrində Cavid, parkda olan tanımadığı5-6 nəfər cavan oğlanlar və qardaşı Fuadla birlikdə avtobusa minərək “HəziAslanov” metrosunun yaxınlığına getmişlər. “Həzi Aslanov” metrosunun yaxınlığındaavtobusdan düşüb birlikdə avtomobil yolunun qarşı tərəfinə keçmişlər. Oradametronun girişin qarşısında xeyli tanımadığı adam olmuşdur. Orada onları gözləyənşəxslərin heç birini tanımamış, lakin tanımasa da, həmin cavan oğlanlarlasalamlaşmışdır. Onlar da cavan oğlanlar olmuşdur. Bu vaxt qardaşı Fuadlabirlikdə siqaret almaq üçün bir qədər kənara çəkilmişdir. Yaxınlıqda olansiqaret satan şəxsə yaxınlaşmış, ondan hərəsinə bir ədəd siqaret almışlar.Fuadla siqaret aldıqdan sonra onlarla gələn şəxslər və görüşdüyü cavan oğlanlardayandıqları yerdən gəzə-gəzə getmişlər. Həmin şəxslər ondan və qardaşı Fuaddanxeyli, təqribən 30-40 metr irəlidə getmişlər. Bundan sonra qabağa gedərəkonlara çatmış, lakin Fuad arxada qalmışdır. Xətai rayonu, Məhəmməd Hadi küçəsi91 ünvanında yerləşən binanın arxasında olan boş sahəyə yaxınlaşdıqda Cavid Məhdiyəyumruq zərbəsi vurmuş, həmin vaxt orada dava-dalaş düşmüşdür. Bu zaman kimsəuca səslə “qaçın” sözünü demişdir. Qardaşı Fərhadın harada olduğunu görməsə də,qaçmağa başlamışdır. Onlarla gələn şəxslərin və Cavidin qaçdığını görmüş, özü dəqaçmışdır. Bir qədər qaçdıqdan sonra xatırlamadığı taksiyə minərək yaşadığı evəgetmişdir. Taksiylə gəlib yaşadığı məhəlləyəçatmış, ondan bir neçə dəqiqə sonraFuad da gəlib çıxmışdır. Qardaşı Fuad ona məhəllədə nə baş verdiyini soruşduqdaCavid Məhdini yumruqla vurduğunu, orada səs-küy düşdüyünü, bu səbəbdən qaçdığınıbildirmişdir. Bundan bir gün sonra Cavidin tutulduğunu eşitmişdir. Cavid həminvaxt ona “müsəlmançılıq tapdalanıbdır” sözünü demişdir. Lakin konkret olaraq nəolduğunu telefonda deməmişdir. “Xalqlar dostluğu” metrosunun yaxınlığında olanparka çatdıqda orada olan şəxslərdən yalnız Cavidin özünüəvvəlcədən tanımışdır.Caviddən başqa orada 5-6 nəfər cavan oğlanlar olmuş, onlardan heç birini tanımamış,əvvəllər görməmişdir. Hazırda da həmin şəxsləri görsə tanıya bilməz. “HəziAslanov” metrosunun yaxınlığına çatdıqda orada olan şəxslərdən heç birini tanımamışdır.Lakin salamlaşarkən görmüşdür ki, onlar da cavan oğlanlardır. Salamlaşdıqdansonra qardaşı ilə siqaret almaq üçün bir qədər kənara çəkilmiş və buna görəonlardan geriyə qalmışdır. Onlarla gələn şəxslər “Həzi Aslanov” metrosunun yaxınlığındaolan şəxslərlə görüşdükdən sonra gəzə-gəzə getməyə başlamışlar. Qardaşı ilə birqədər arxadan gəlmişdir. Cavidin yumruqla Məhdini vurmasını görmüş, bundansonra heç nə görə bilməmişdir. Cavidin və onlarla gələn oğlanların qaçdığını,kiminsə “qaçın” deyə qışqırdığını eşidib qaçmışdır. Qardaşı Fuad bir qədərarxada olmuş və Cavidin Məhdini yumruqla vurduğunu görməmişdir. Həmin vaxt heçkəsdə bıçaq, tapanca və ya başqa bir silah olduğunu görməmişdir. Zərərçəkmiş şəxs və onunla həmin gün gələn şəxslərin heç birini tanımamışdır. Məhdinin şəklinidaha sonra sosial şəbəkədə görmüşdür. Hadisədən sonra Cavid ona zəng etdiyinə görəCavidə zəng etmişdir. Telefonda Cavid ona pul lazım olduğunu demişdir. O isəpulunun olmadığını bildirmişdir. Həmin telefon danışığında Cavid ona hadisə barədəbir söz deməmiş, hadisədən sonra Cavidi görməmiş, onun hara getdiyi barədə məlumatıolmamışdır. Hadisədən bir gün sonra Cavidin tutulduğunu öyrəndiyi üçün polisə məlumatverməmişdir (Cild 2, i.v. 115-118).İbtidai istintaq zaman şahid qismində dindirilmiş və məhkəmə iclasında tədqiq edilmiş Şahid8 ifadəsindən görünür ki,o, qardaşıŞahid7 ilə oxşar məzmunlu ifadə vermişdir (Cild 2, i.v. 110-114). İbtidai istintaq zaman şahid qismində dindirilmiş və məhkəmə iclasında tədqiq edilmiş x9ifadəsindən görünür ki, təxminən iki ilə qədər olar ki, x18 ilə tanışlığı olmuşdur. Təqsirləndirilən şəxs “SOS” uşaqlar evindəyaşamış uşaq kimi tanımış, onunla heç bir zaman yaxın münasibətləri olmamışdır.Cavid və Mehdinin salam-sağol münasibətləri olması ona məlum olmuşdur. Onlarınarasında əvvəllər hər hansı münaqişə, söz-söhbət olmasını eşitməmişdir.14.06.2019-cu il tarixdə Mehdi ona “vatsap” proqramında yazaraq Təqsirləndirilən şəxsgələcəyini, onunla söhbətinin olacağını, onun də iştirak etməsini deyərək bu səbəbdəngörüşmək istədiyini bildirmişdir. Saat təqribən 18 radələrində “Həzi Aslanov”metrosunun yaxınlığında Mehdi ilə görüşmüş və “Şamon” çay evindəçay içmişdir.Cavid saat 18 radələrində “Həzi Aslanov” metrosunun yaxınlığına gələcəyini vədetmişdir. Mehdi həmin çay evində “vatsap”da ona danışdığı söhbəti açmış vəbildirmişdir ki, hansısa bir dostunun kiməsə 100 manat məbləğində qumar borcuolduğundan tanıdığı “Beka” ləqəbli qızdan gümüş sep götürmüş, onu 110 manatasatmış, həmin dostunun qumar borcunu qaytarmışdır. Həmin dostunun kim olduğunu,sepin kimə satıldığını bilmir. Bu məsələdən5-6 ay sonra, yaxın günlərdə “Beka” ləqəbli qız Təqsirləndirilən şəxsdemişdir ki, Mehdi gümüşün pulunu alıb özünə xərcləmiş, dostunun qumar borcunuverməmişdir. Cavid “Beka” ləqəbli qızın tanışı olduğundan bu məsələ iləmaraqlanmış və Mehdi ilə aralarında “vatsap”da mübahisə baş vermiş, mübahisənihəll etmək üçün 14.06.2019-cu il tarixdə “Həzi Aslanov” metrosunun yanında görüştəyin edilmişdir. Başqa işlərin olduğundan həmin gün bir neçə dəfəçayxanaya gedib-gəlmişdir.Bundan sonra Xəyyam adlı tanışı gəlmiş, birlikdə bir qədər gəzmişlər. Saat təqrirən22:30 radələrində qril vəçörək alaraq evə getmişdir. Evə getdikdə Mehdiyəbildirmişdir ki, gecdir, daha Cavidlə görüşməsin, lazım gələrsə sabah birlikdəgörüşərlər. Bundan sonra evə getmiş və evdən çöləçıxmamışdır. Bundan sonraMehdi ona yazmışdır Cavidgilin gəldiyini yazmışdır. Mehdiyə yenə evə getmələrinibildirmişdir. Həmçinin Xəyyam da onların gəldiklərini bildirmişdir. Daha sonraMurad ona həmin gün saat 24 radələrində Cavid və onun yanında olan təqribən 10nəfər cavan yaşlı oğlanlarla birlikdə Həzi Aslanov metrosunun yanına gəldiklərini,Murad, Kamal, Heydər, Xəyyam və Mehdi M.Hadi küçəsi 91 ünvanda yerləşən yaşayışbinasının arxasında olan həyətindən bir qədər içəridə olan fərdi yaşayış evlərindarvazalarının qarşısına getdiklərini, orada baş verən mübahisə nəticəsindəCavidin bıçaq çıxararaq Mehdini vurduğunu vəözü ilə gələn şəxslərlə birlikdə qaçdıqlarınıbildirmişdir. Mehdidən xeyli qan gəlmiş, lakin heç bir söz deməmişdir. Mehdialdığı xəsarətlərdən ölmüşdür. Həmin gün Mehdinin telefonu ilə Cavidlətelefonla danışmış, Cavid Məhdini və onu “Xalqlar Dosltuğu” tərəfəçağırmışdır.O isə ora gələ bilməyəcəklərini, “Həzi Aslanov” metrosu tərəfə gələ biləcəklərinidemişdir. Saat təqrirən 22:30 radələrində qril vəçörək alaraq evə getmişdir. Evə getdikdə Məhdiyə bildirmişdir ki,gecdir, daha Cavidlə görüşməsin. Evə gec vaxtda gəldikdən sonra gecə küçəyəçıxmır.Həmçinin həmin gün də saat 22:30 radələrində evə gəlmiş, bu səbəb evdən çöləçıxmamışdır.Həmçinin Xəyyama və Məhdiyə də bildirdim ki, evə getsinlər, heçkəslə görüşməsinlər.Daha sonra öyrənmişdir ki, onlar sözünə qulaq asmayaraq Cavidlə görüşməyə getmişlər.Hadisədən əvvəl Xəyyam Mehdiyevlə görüşmüşdür. Onun tapançası və ya hansısaodlu silahının olması ona məlum olmamış, bu barədə heç bir məlumatı yoxdur. Xəyyamınharada olması, harada yaşaması barədə məlumat yoxdur. Xəyyamla hadisədən sonragörüşməmişdir. Xəyyam Mehdiyev də yaşadığı evlə qonşuluqda yerləşən “SOS” uşaqkəndində böyümüşdür. Bu səbəbdən onu tanımışdır. Xəyyamla Cavid hər ikisi “SOS”uşaq kəndində yaşamışlar. Evə getdikdə Məhdi Xəyyamla birlikdə olmuş, evəgetdikdən sonra onlar Murad, Heydər və Kamal ilə görüşüb hadisə yerinə getmişlər.Bu barədə Murad və Heydərdən eşitmişdir. Kamalı isəümumiyyətlə tanımamışdır. Həqiqətəndə həmin gün, hadisədən əvvəl Təqsirləndirilən şəxsla telefonla danışmışdır. Cavidə gəlirsəgəlsin, gəlmirsə daha vacib işləri var demişdir. Həmin telefon danışığında heçkəsin ünvanına var-yox söyüşü söyməmişdir. Cavid həmin vaxt onların “XalqlarDostluğu” metrosu tərəfə gəlmələrini bildirmişdir. O isə ora gələ bilmədiklərini,“Həzi Aslanov” metrosunun yaxınlığında olduqlarını demişdir. Həmin telefon danışığındansonra toyuq qrili vəçörək alıb evə getmişdir. Cavidin həmin gün kimlərlə hadisəyerinə gəlməsi ona məlum olmamışdır. Lakin Muradgilin deməsinə görə onlar təxminən10 nəfər olmuşlar. Cavid Məhdini aralarında “vatsap”da baş verən mübahisə həmçiningörüşdükdən sonra hadisə yerində sözlərinin çəp gəldiyi üçün bıçaqla vurub öldürmüşdür.Təqsirləndirilən şəxs 2018-ci ilin oktyabr ayında qardaşı Cəlal haqqında xoşagəlməz sözişlətdiyi üçün tanışı Məğrurla birlikdə Cavidlə aralarında dava-dalaş olmuşdur.Həmin vaxt orada Elşən, Əli və Hüseyn adlı tanışları da olmuşdur. x6 dalaşmışdır. Həmin işə görə istintaq aparılıb və Cavidləistintaqda barışdıqlarıüçün həmin iş xitam olunmuşdur. Hazırda Cavidlə heç bir ədavəti,düşmənçiliyi yoxdur(Cild 1 i.v. 65-67, cild 2 i.v. 181-183).İbtidai istintaq zaman şahid qismində dindirilmiş və məhkəmə iclasında tədqiq edilmiş Şahid10 Hüseyn oğlunun ifadəsindən görünür ki, Bakışəhərindəkollecdə təhsil alır, ailəüzvləri Qəbələ rayonunda yaşayır. Təqsirləndirilən şəxsNovruz oğlu ilə 2019-cu ilin təxminən mart-aprel aylarında Xətai rayonu, Əhmədliqəsəbəsində olan kafelərdən birində tanış olmuşdur. Belə ki, əyləşdiyi masadaboş yer olduğu üçün gəlib onunla bir masada oturmuşdur. Cavidlə həftəərzində təxminənbir dəfə görüşüb kafedə oturub çay içib, məişət zəminində söhbət etmişdir.Cavidlə yaxın dostluq münasibəti olmasa da, onunla yoldaşlıq etmişdir.14.06.2019-cu il tarixdə saat 19 radələrində yaşadığı evdə olduğu zaman Cavidistifadəsində olan telefonun “vatsap” proqramında yazaraq Xətai rayonu, Əhmədliqəsəbəsinə, “Xəzər” adlanan yerdə oturub birlikdəçay içməyi təklif etmişdir. Busəbəbdən avtobusa minərək evdən həmin yerəçay içməyə getmişdir. Adını xatırlamadığılakin əvvəllər də bir neçə dəfə oturduqlarıüçün yerini bildiyi çayxanaya getmişdir.Həmin çayxananın həyətində olan stolda Cavidlə oturub çay içmişdir. Həmin çayxanayaçatdıqdan bir neçə dəqiqə sonra daha bir tanımadığı, adını bilmədiyi cavan oğlanda gəlmişdir. Həmin oğlan da olarlabirlikdəçay içmişdir. Həmin oğlanın başında kepka-papaq olmuş, arıq, cavan yaşdaoğlan olmuş, əvvəllər onu görməmişdir. Cavid telefonu ilə kiminləsə “vatsap”ladanışırmış, bir neçə dəfə stuldan durub kənada danışıb yenə də gəlib oturmuşdur.Həmin çayxanada 10-15 dəqiqə oturduqdan sonra Cavid bir tanışı ilə görüşəcəyini,onunla söhbət edəcəyini birlikdə görüşə getmələrini bildirmişdir. Lakin söhbətinməzmununun nədən ibarət olması barədə heç bir şey deməmişdir. Cavid onlara“Xalqlar dosltuğu” metrosunun yaxınlığında olan parka getmələrini bildirmişdir.Birlikdə avtobusla həmin parka getmişlər. Parkda bir qədər daşın üstündə oturmuşlar.Həmin parkda olarkən Cavidin daha iki tanışı gəlib çıxmışdır. Gələnlərin ikiqardaş olduqlarını başa düşmüşdür. Bu zaman “Xəzər” adlanan yerdə olan kafelərdəbir neçə dəfə gördüyü, üzdən tanıdığı bir oğlanı görmüşdür. Həmin oğlanlasalamlaşmış, üzdən tanıdığı həmin oğlanın yanında da üç nəfər cavan oğlanlarolmuşdur. Həmin üç nəfər cavan oğlanlarıümumiyyətlə tanımamış, əvvəllər görməmişdir.Həmçinin Cavid də onları tanımamışdır. Yalnız onunla salamlaşan oğlanıüzdən tanısada, adını bilməmişdir. Üzdən tanıdığışəxs, onun yanında olan üç nəfərlə birlikdəartıq parkda təxminən on nəfər olmuşlar. Parkda dayandıqda Cavidin orada kiminləsəgörüşəcəyini düşünmüşdür. Lakin hansı səbəbə görüşəcəyini, söhbətin məzmunununnə olduğunu bilməmişdir. Saat 23:30 radələrində Cavid dayandıqları yerdə görüşəcəyişəxsin “Həzi Aslanov” metrosu tərəfdə olduğunu və ora getməli olduqlarınıbildirmişdir. Üzdən tanıdığı cavan oğlan və onun yanında olan üç nəfər şəxs dəonlarla birlikdə getmişlər. “Xalqlar dostluğu” metrosunun yanından 51 nömrəliavtobusa minmiş və “Həzi Aslanov” metrosunun yaxınlığında düşmüşlər. Metronun çıxışında beş nəfər şəxsəyaxınlaşmışlar, onlarla salamlaşıb-görüşmüşlər. Görüşdükdən sonra Məhəmməd Hadiküçəsi ilə piyada yol ilə getmişlər. Cavid orada görüşdüyüşəxslərdən biri iləirəlidə getmişdir. Daha sonra həmin şəxsin adının Mehdi olduğunu öyrənmişdir.Cavidlə Mehdi qarşıda, onlardan arxada isə həmin Mehdi adlışəxsin yanında olanaz öncə görüşdüyü cavan oğlanlar getmişlər. Mehdini və onun yanında olan şəxslərinheç birini əvvəllər görməmişdir. Bir qədər qaranlıq yerə orada olan binanınarxasına çatdıqda səs-küy düşdüyünü eşitmişdir. Həmin vaxt qışqırıq səsi eşitmişvə dava düşdüyünü başa düşmüşdür. Dalaşan şəxsin Cavid olduğunu görsə də,qaranlıq olduğu üçün onun nə etdiyini, kiminlə dalaşdığını tam görə bilməmişdir.Bu məqamda yaxınlıqda olan qəbristanlıq istiqamətində qaçmışdır. Cavidin dəçayxanadaoturan başında papaq olan oğlanın da qaçdıqlarını görmüş və başqa istiqamətdəqaçmışdır. Həmçinin üzdən tanıdığı oğlan və sonuncunun üç nəfər tanışı da qaçmışlar.Bir qədər qaçdıqdan sonra yorulub surətiniazaltmışdır. Bundan sonra Cavidin hara getdiyini bilməmişdir. Həmin vaxt oradanə baş verdiyini də anlamamış, yalnız dava düşdüyünü bilib qaçmışdır. Hadisədənbir gün sonra yəni 16.06.2019-cu il tarixdə “İnstagram” sosial şəbəkəsindəCavidin həmin vaxt Mehdi adlışəxsi bıçaqlayaraq öldürdüyünü və polis tərəfindəntutulduğunu öyrənmişdir. Hadisə yerinə getdikdə onun üzərində heç bir silah vəya bıçaq olmamışdır. Cavidin üzərində bıçaq olduğunu bilməmişdir. Həmçinin oorada olan şəxslərin heç birində bıçaq görməmişdir. Dava düşməzdən əvvəl CavidləMehdi qarşıda onların ardınca başında papaq olan oğlan və Mehdi ilə gələn cavanoğlanlar getmişlər, həmin oğlanlardan 5-10 metr arxada olmuşdur. Həmçininqaranlıq olmuş, işıq düşən yer olmadığından hadisəni aydın görə bilməmişdir. Heçbir xəsarət almamış, heçkəsləəlbəyaxa olmamışdır. Təqsirləndirilən şəxs onu “vatsap”proqramı vasitəsiləçağırmışdır. Təqsirləndirilən şəxs onun üzdən tanıdığışəxsi və onunyanında olanları tanımamışdır. Hadisədən sonra nə Cavidlə, nə də ki həmin şəxslərləgörüşməmiş, ünsiyyəti olmamışdır. Orada dava düşdüyünü görsə də, nə başverdiyini bilməmişdir. Hadisədən bir gün sonra 16.06.2019-cu il tarixdə oradaTəqsirləndirilən şəxs bıçaqla Məhdi adlışəxsi vurub öldürdüyünü və polis tərəfindəntutulduğunu “instagram” sosial şəbəkəsində olan yazılardan oxuduqda polisin məsələdənxəbərdar olduğunu bildiyini üçün polisəəlavə məlumat verməmişdir. Təsadüfən orada üzdən tanıdığı bir şəxsi vəsonuncunun yanında olan üç tanışı ilə rastlaşmışdır. Ola bilsin ki, onlardanhansınınsa adı Ayxandır, bunu Caviddən eşitmişdir. Təqsirləndirilən şəxs ona Mehdi Əlizadəniöldürəcəyi barədə, ümumiyyətlə məsələnin mahiyyəti barədə heç bir söz deməmişdir(Cild 1, i.v.172-176).İbtidai istintaq zaman şahid qismində dindirilmiş və məhkəmə iclasında tədqiq edilmiş Şahid15 ifadəsindən görünür ki, ünvan 8 saylıünvanda ailəüzvləri ilə birlikdə yaşayır. 14.06.2019-cuil tarixdə gecə saat 24 radələrində yaşadığı binanın aşağısında olan binanınarxasına keçmək üçün olan arkada dayanmışdır. Bu zaman binanın arxasında olan həyətinaxırında olan ağacların arxasında, orada olan həyət evlərinin qarşısından qışqırtıvə dava-dalaş səslərinin gəldiyini görərək həmin tərəfə doğru bir qədər getmişvə uzaqdan görmüşdür ki, bir qrup təqribən 5-6 nəfər şəxs həmin yerdən sağ tərəfə,yəni “Həzi Aslanov” metrosu istiqamətində qaçmışlar. Bundan sonra dava-dalaşolan yerdən üç-dörd nəfər cavan oğlanın onun dayandığı “Əsmər” market tərəfə gəldiklərinigörmüşdür. Onlardan biri ona çatmamış, avtomobil yolu kimi istifadə olunantorpaq yolun kənarında, qamışlığın qarşısında yerə yıxılmışdır. Bu vaxt yıxılanoğlanın yanında olan şəxslər üzlərini onlara tərəf tutaraq “skoru çağırın, bunuqan apardı, bu yıxıldı, bu öldü” sözlərini uca səslə demişlər. Yaxınlaşdıqda həmincavan oğlanın can verdiyini, köynəyi qanın içərisində olduğunu görmüşdür. Lakinheç nə danışmamış, xırıldamışdır. Həmin vaxt dərhal “103” təcili yardım xidmətinəzəng edərək məlumat vermişdir. Bu vaxt qonşusu Elşən də yanında olmuşdur. Təciliyardım avtomobili gəldikdə xəsarət alan oğlanın bayaq yanında olan oğlanlar daoradadırlar. Köməkləşib birlikdə xəsarət alan oğlanı təcili yardım avtomobilinəmindirmişlər. Təcili yardım getdikdən sonra xəsarət alan şəxsin yanında gördüyüşəxslərigörməmişdir (Cild 1, i.v. 31-34).İbtidai istintaq zaman şahid qismində dindirilmiş və məhkəmə iclasında tədqiq edilmiş Şahid16 ifadəsindən görünür ki, o, Şahid15 ilə oxşar məzmunlu ifadə vermişdir. (Cild 1, i.v. 121-123).Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq edilmiş mobiltelefona baxış keçirilməsi haqqında 20 iyun 2019-cu il tarixli protokoldan görünür ki,Təqsirləndirilən şəxs 14.06.2019-cu il tarixdə saat 01:55-dənetibarən fasilələrlə saat 22:10 radələrinədək Zərərçəkmiş şəxs istifadəsinda olan telefona “vatsap” proqramı ilə yazaraq ona BaxışovaBəstixanım Ceyhun qızının boyunbağını götürüb satdığını, borcunu ödədiyini deyərəkZərərçəkmiş şəxs ilə uzun-uzadı söhbət apararaq onun özündən çıxmasına, əsəbləşməsinəsəbəb olmuş, bundan başqa “vatsap” danışığı zamanı onu bu məsələni həll etmək üçüntəklikdə görüşə çağırmış,ona bu danışığı ilə çox getməyəcəyini, səbrini daşırdığını dəfələrləbildirmişdir. Həmçinin hadisədəni törətdikdən sonra Təqsirləndirilən şəxs “vatsap”proqramında Zərərçəkmiş şəxs “Me itdereverenin oğlanlığını s... buda sene ders olarki birde tanmadigin adamlarlaaqresyayla danismadar xesdeni yetimin uşağın puluynanda tavan vasdanavitolunmaz get si... indi. Heyifki olmedin qandon bilet aldılar elimnen seni”yazması da bir daha Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsölümcül xəsarətlər yetirməsini vəhadisə yerində olan şəxslərin Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs aralamalarını təsdiqedir (Cild 1, i.v. 196-201).Cinayət işininmateriallarında olan və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 12 iyul2019-cu il tarixli 48 nömrəli rəyindəngörünür ki, M.Şahid1 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmişxəsarətlər döş qəfəsinin sol yan səthindən, sol orta qoltuqaltıxətt üzrə, sol İV-V qabırğalararası sahədən daxilə - döş boşluğuna keçib, ətrafyumşaq toxumaları, sol ağcıyəri dəlib keçən, ürəyin pərdəsini vəürəyin solqulaqcığı zədələyən bir ədəd deşilmiş-kəsilmiş yara, qarın nahiyəsinin ön səthininsağ yarısından daxilə - qarın boşluğuna nüfuz edib, ətraf yumuşaq toxumaları, böyükpiyliyi və nazik bağırsağı zədələyən bir ədəd deşilmiş-kəsilmiş yara, bel nahiyəsininsağ yarısından daxilə keçib - ətraf yumuşaq toxumaları zədələyən, lakin daxiliorqanları zədələməyən bir ədəd deşilmiş-kəsilmiş yara, daxili üzvlərin azqanlığıilə qeyd olunan və kəskin qanitirmə ilə müşayiət olunan, cəmi üçədəd daxilə keçəndeşilmiş-kəsilmiş yaralar, sol çiyin qurşağı nahiyəsinin arxa səthində iki ədəd, bel nahiyəsinin sağ yarısında bir ədəd və bel nahiyəsinin sol yarısında iki ədəd,daxilə keçməyən cəmi beşədəd kəsilmiş yaralar deşici-kəsici və ya kəsici əşyanın(əşyaların), sağ almacıq nahiyəsindəki sıyrıq isə küt əşyanın təsirindən törənmişlər,həyati olub ölüm baş verməmişdən az əvvəl (dəqiqələrləölçülən vaxt vahidi ilə)yetirilmişdir, qərarın təsviri hissəsində göstərilən tarixdə vəşəraitdə, yəni kənarşəxs tərəfindən deşici-kəsici alətin və ya kəsici alətin (alətlərin) ola bilsinbıçağı, sıyrıq isə küt əşyanın təsirindən törənmişdir. M.Şahid1 meyitinin döşqəfəsinin sol yan səthindən, qarın nahiyəsinin ön səthinin sağ yarısından, sol çiyinqurşağının arxa səthindən və bel nahiyəsinin sağ yarısından götürülmüş dörd ədəddəri parçasının hər birində bir ədəd dəlib-keçən yara aşkar olundu. Həminyaralar deşilmişkəsilmiş yaralar olub, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsicialətin (alətlərin) təsirindən əmələ gəlmişdilər. Bu yaraların eyni və ya müxtəlifalətlərin təsirindən əmələ gəlməsi barəsində konkret fikir söyləmək üçün mərhumunhadisə zamanıəynində olmuş paltarların (əgər olmuşdursa) müayinəyə təqdim edilməsivacibdir. Təqdim edilmiş dörd ədəd dəri parçasıüzərində olan yaraların kənarlarındavəətrafında 3 valentli dəmir ionları aşkar olundu. Dərəcəsinə görə M.Şahid1bədənində aşkar olunmuş xəsarətlərdən döş qəfəsinin sol yan səthindən, sol ortaqoltuğaltı xətt üzrə, sol İV-V qabırğalararası sahədən daxilə - döş boşluğunakeçib, ətraf yumuşaq toxumaları, sol ağciyəri dəlib keçən, ürəyin pərdəsini vəürəyinsol qulaqcığını zədələyən bir ədəd deşilmiş – kəsilmiş yara, qarın nahiyəsinin önsəthinin sağ yarısından daxilə - qarın boşluğuna nüfuz edib, ətraf yumuşaqtoxumaları, böyük piyliyi və nazik bağırsağı zədələyən bir ədəd deşilmiş-kəsilmişyara, bel nahiyəsinin sağ yarısından daxilə keçib - ətraf yumuşaq toxumaları zədələyən,lakin daxili orqanları zədələməyən bir ədəd deşilmiş-kəsilmiş yara, daxili üzvlərinazqanlığı ilə nəticələnən və kəskin qanitirmə ilə müşayiət olunan, cəmi üçədəddaxilə keçən yaralar, canlışəxslərdə götürüldüyü kimi, həyat üçün təhlükəliolan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər və mərhumun ölümüilə birbaşa səbəbli əlaqəlidir, sol çiyin qurşağı nahiyəsinin arxa səthində ikiədəd, bel nahiyəsinin sağ yarısında bir ədəd və bel nahiyəsinin sol yarısındaiki ədəd daxilə keçməyən cəmi beşədəd kəsilmiş yaralar canlışəxslərdə götürüldüyükimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığayüngün zərərvurmanın əlamətlərinə və sağ almacıq nahiyəsindəki sıyrıq isə sağlamlığazərər vurmana xəsarətlərin əlamətlərin malikdirlər vəölümlə səbəbli əlaqəsiyoxdur. M.Şahid1 ölümünə səbəb – almış olduğu daxilə nüfuz edən deşilmiş –kəsilmiş yaralar nəticəsində baş vermiş kəskin qanitirmə olmuşdur. Mərhumun ölümününbaş vermə müddəti meyit əlamətlərinin inkişaf dərəcəsinəəsasən, meyitinmeyitxanada müayinə olunduğu vaxtdan təxminən 3-6 saat əvvələ uyğun gəlir. Qarşılıqlımübarizə məfhumu hüquqi məfhum olub məhkəmə-tibb ekspertin səlahiyətinə aiddeyildir. M.Şahid1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsindəmetil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri,alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazolon 1,4 – benzodiazepintörəmələri və salisilatlar aşkar edilməmişdir. M.Şahid1 ağız boşluğu vəarxa keçəcək möhtəviyyatları olan iki ədəd tamponun məhkəmə-tibbi tədqiqi zamanıspermatozoidlər aşkar olunmadı. M.Şahid1 meyitinin sol said nahiyəsindəkicox saylı (iyirmi iki ədəd) qrup şəkilli çapıq toxumaları kəsilmiş yaraların sağalmışyerləri olub kəsici kənarlıəşyanın (əşyaların) təsirindən törənmişlər, müddətimeyitin meyitxanada məhkəmə-tibbi ekspertizasının keçirildiyi vaxtdan(15.06.2019-cu il) təxminən 1,5 ildən əvvələ uyğun gəlir və canlışəxslərdə götürüldüyükimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığayüngün zərər vurmanın əlamətlərinə malikdirlər vəölümlə səbəbli əlaqəsi yoxdur(Cild 2, i.v. 7-12).Cinayət işinin materiallarında olan və məhkəmədəelan edilərək tədqiq edilmiş məhkəmətibbiekspertizasının19 iyun2019-cu il tarixli 519 nömrəli rəyindəngörünür ki, Təqsirləndirilən şəxs sağ bazunun orta 1/3-nin ön-iç səthininqançırı, sağ budun orta 1/3-nin arxa və iç səthinin, sağ ayaqarxası nahiyənin sıyrıqlarımüəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir,müddəti qərarda göstərilmiş 14.06.2019-cu il tarixə uyğun gəlir, sağlamlığa zərərvurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir. Xarakterinə vəlokalizasiyasına görə, qeyd edilən xəsarətlərin yıxılma nəticəsində alınması,eləcədəözünün-özünə yetirməsi nəticəsindəəmələ gəlməsi inkar olunur (Cil 2, i.v.15-17).Cinayət işinin materiallarında olan və məhkəmədəelan edilərək tədqiq edilmiş tibbi-biolojiekspertizasının 01 avqust 2019-cu il tarixli 19/306R nömrəli rəyindən görünür ki, ekspertiza nəticəsindəhadisə yerinə baxış keçirilərkən Bakışəhəri, Xətai rayonu, M.Hadi küçəsindəyerləşən 91 nömrəli binanın arxasından müvafiq olaraq “1”, “2”, “4” və “5” rəqəmləriilə nömrələnərək götürülmüşüzərində qanabənzər ləkələr olan torpaqdaş nümunələriüzərində olan qanabənzər ləkələrin insan qanı olduğu vəZərərçəkmiş şəxsməxsus olduğu müəyyən edildi. Tədqiqata təqdim edilmişZərərçəkmiş şəxsmeyitinə baxış keçirildikdən sonra hadisə vaxtıüzərində olmuşüzərində qırmızımtılrəngli qanabənzər ləkələr olar 01 ədəd mavi rəngli qısaqol köynək, 01 ədəd göyrəngli cins şalvar və 01 cüt qara rəngli ayaqqabıüzərində tündü qırmızımtıl rəngliqanabənzər ləkələrin insan qanı olduğu vəZərərçəkmiş şəxs məxsusolduğu müəyyən edildi. Zərərçəkmiş şəxs əynində olmuş 01 cüt qararəngli corab və 01 ədəd tuman üzərində keçirilmiş makroskopik tədqiqat nəticəsindəhər hansı qanaşübhəli ləkə aşkar edilmədi. Ekspertiza nəticəsində müəyyənedildi ki, tədqiqata təqdim edilmişZərərçəkmiş şəxs sağ və sol əllərindəngötürülmüş dırnaq nümunələrinin altında olan bioloji mənşəli materiallar özünəməxsusdur. Bundan əlavə ekspertiza nəticəsində müəyyən edildi ki, tədqiqata təqdimedilmiş Təqsirləndirilən şəxs hadisə vaxtıüzərində olmuş 01 cüt qara rəngliayaqqabının sol tayının sol kənarında, tikişlərin arasında aşkar edilmiş qanabənzərləkə insan qanıdır vəZərərçəkmiş şəxs məxsusdur. Təqsirləndirilən şəxsNovruz oğlunun hadisə vaxtıüzərində olmuş 01 (bir) ədəd ağüzərində qara naxışlarıolan qısaqol köynək, 01 ədəd göy rəngli cins şalvar və 01 ədəd göy rəngli cinsgödəkcəüzərində keçirilmiş makroskopik tədqiqat nəticəsində hər hansı qanaşübhəliləkə aşkar edilmədi. Ekspertiza nəticəsində müəyyən edildi ki, işüzrəşahidqismində dindirilmiş Şahid5, Şahid4vəŞahid3 üzərində olmuş paltarlar, həmçinin hadisə yerindəgötürülmüş“Ayla” ticarət markası qeyd edilmiş bir ədəd pambıq qutusu üzərindəkeçirilmiş makroskopik tədqiqat nəticəsində hər hansı qanaşübhəli ləkə aşkaredilmədi. Bundan əlavə ekspertiza nəticəsində müəyyən edildi ki, tədqiqata təqdimedilmiş“4” və “5” rəqəmiləşərti nömrələnmiş qanabənzər ləkələrin ətrafından götürülmüş01 ədəd “vant”, 01 ədəd “kent”, 01 ədəd “NZ gold”, 01 ədəd “parlament”, 01 ədəd“LD club”, 01 ədəd “vinçester”, 01 ədəd “vinston”, “01 ədəd imperial Classik” və01 ədəd “Pallmall” ticarət markalı siqaret kötükləri üzərində müqayisəli molekulyargenetiktədqiqatın keçirilməsi üçün kifadət qədər bioloji mənşəli material mövcuddeyildir. Bu səbəbdən həmin obyektlər üzərində müqayisəli tədqiqatın keçirilməsimümkün olmadı (Cild 2, i.v. 60-70). Cinayət işinin materiallarında olan və məhkəmədəelan edilərək tədqiq edilmiş ambulator məhkəməpsixiatrikekspertizasının 27.08.2019-cu il tarixli 1606 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansıbir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətipsixopatik cizgiləri müəyyən edilir. Cinayət işi materiallarından və hal-hazırkipsixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxshəmçinin ona ittiham olunan əməl dövründə hər hansı xroniki psixi xəstəlik,psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəliyin əlamətləriaşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini vəictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur.Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsindəanlaqlı hesab olunmalıdır. Onun hərəkətləri AR CM-nin 21-ci maddəsinin təsirialtına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək vəonları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyəehtiyacı yoxdur. Təqsirləndirilən şəxs istintaq hərəkətlərində iştirak etməkqabiliyyətinə malikdir (Cild 2, i.v. 135-136).Cinayət işinin materiallarında olan və məhkəmədə elanedilərək tədqiq edilmiş məhkəmə-psixolojiekspertizasının 10 sentyabr 2019-cu il tarixli 21861 nömrəli rəyindən görünür ki,Təqsirləndirilən şəxsNovruz oğlunun fərdi-psixi xüsusiyyətlərindəözündən uydurmaya meyillilik əlamətlərimüşahidə olunmur. Təqsirləndirilən şəxs əqli inkişafında psixi xəstəlikləəlaqədarolmayan gerilik əlamətləri müşahidə olunmur. Təqsirləndirilən şəxscinayət əməlini törədərkən emosional halında işüçün əhəmiyyət kəsb edə biləcəkdəyişikliklər baş verməmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkənaffekt (qəflətən baş vermiş güclü ruhi həyəcan) halında olmamışdır (Cild 2, i.v.137-141). Cinayət işinin materiallarında olan və məhkəmədəelan edilərək tədqiq edilmiş məhkəmə-tibbiekspertizasının 22.08.2019-cu il tarixli 517/2019-MTBŞ saylı rəyindən görünür ki, zərərçəkmiş ƏlizadəMəhdi Əlimurad oğlunun ABO sistemi üzrə qan qrupu Abeta (H)/İİ/. Təqsirləndirilən şəxstəqdim olunan şəxsiyyət vəsiqəsinin kserosurətinəəsasən qan qrupu A/İİ/.Ekspertizaya təqdim olunan Zərərçəkmiş şəxs məxsus köynək, şalvar, trusik, 01 cütayaqqabı, corabın bir tayıüzərində insan qanı aşkar olundu. Tədqiq olunan qan ləkələrindəqrp antigenləri ABO sistemi üzrə təyin olunduqda “A” və “H” antigenləri, bəzi ləkələrdəhəmçinin beta aqqlyutinunu alındı. Bu qan ləkələri Abeta (H)/İİ/ qruplu şəxsə,o cümlədən Zərərçəkmiş şəxs və ya Təqsirləndirilən şəxs məxsusola bilər/əgər sonuncunun qanında müşayiətçi “H” antigeni varsa və hadisə zamanıqanaxma ilə müşayiət olunan xəsarət olmuşdursa/ Tədqiqata təqdim olunan ƏlizadəMəhdi Əlimurad oğluna məxsus corabın digər tayı, Təqsirləndirilən şəxs məxsuköynək, şalvar, gödəkcə və 01 cüt ayaqqabıüzərində qana şübhəli ləkələr aşkarolunmadı. (Cild 2, i.v. 142-147). Cinayət işinin materiallarında olan və məhkəmədəelan edilərək tədqiq edilmiş məhkəmətibbiekspertizasının 04 sentyabr 2019-cu il tarixli 351-MTKŞ/2019 saylırəyindən görünür ki, ekspertizaya təqdimedilmiş x10 məxsus köynəyin ön hissəsinin orta nahiyəsindəbir ədəd, köynəyin ön hissəsinin sol qoltuqaltı nahiyəsində bir ədəd, köynəyin arxahissəsinin sağ-aşağı nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş, köynəyin arxanahiyəsinin sol kürək nahiyəsində iki ədəd, köynəyin arxa hissəsinin sol-aşağınahiyəsində bir ədəd və köynəyin arxa hissəsinin sağ-aşağı nahiyəsində bir ədədkəsilmiş zədələr aşkar edildi. Bu zədələr iti, ucu, iti ülgücü və küpü yastıtiyə tipli deşici – kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişlər və buzədələrin eyni alətin və ya oxşar konstruktiv xüsusiyyətlərə malik alətlərlə törənməsiinkar olunmur. Ekspertizaya təqdim edilmişZərərçəkmiş şəxs məxsusköynəyin ön hissəsinin sol qoltuqaltı nahisəində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin döş qəfəsinin sol-yan səthindəolan; köynəyin ön hissəsinin orta nahiyəsində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmişzədə onun bədəninin qarın nahiyəsinin ön səthində olan; köynəyin arxa hissəsininsağ-aşağı nahiyəsində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin bel nahiyəsinin sağ yarısında olan; köynəyin arxa hissəsinin solkürək nahiyəsində aşkar edilmiş iki ədəd kəsilmiş zədə onun bədəninin sol çiyinqurşağı nahiyəsində olan iki ədəd; köynəyin arxa hissəsinin sol-aşağı nahiyəsindəaşkar edilmiş bir ədəd kəsilmiş zədə onun bədəninin bel nahiyəsinin sol yarısındaolan eyni xarakterli xəsarətlərləüst-üstə düşürlər. M.Şahid1 bədənində olandigər xəsarət-bel nahiyəsinin sol yarısının bir ədəd kəsilmiş yarası ona məxsusolan paltarlarda öz əksini tapmamışdır. Bu da zədə yetirilən zaman köynəyinyerdəyişməsi ilə izah oluna bilər. Ekspertizaya təqdim edilmişZərərçəkmiş şəxsna məxsus bir cüt ayaqqabı, bir cüt corab, tuman vəşalvar üzərində hər hansıbir əhəmiyyət kəsb edən zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmişƏlizadəMəhdi Əlimurad oğluna məxsus paltarların məhkəmə-tibbi bioloji tədqiqatı zamanıaşkar edilmiş qan ləkələrinin mexanizmini aşağıdakı kimi qiymətləndirmək olar:köynəyin demək olar ki, bütün səthi boyu geniş yayılmış, şalvarın yuxarı hissəsində,tumanın arxa nahiyəsində, corabın bir tayının daban nahiyəsində fasilələrləyerləşən, qeyrimüəyyən formalı, kənarları və konturları qeyri-düz olan qan ləkələriqan mənbəyi ilə (qanlı səth ilə) statik (hərəkətsiz) və az dinamik (hərəkətli)kontrakt nəticəsindəəmələ gəlmiş, sonra isə fiziki kapilyarlıq faktoru üzrə səthəhopmuşlar. Şalvarın, tumanın, ayaqqabıların hər iki tayının üzərində fasilələrləyerləşən qan ləkələri yaxma xarakterli olub, qan mənbəyi ilə (qanlı səthlə)denamik (hərəkətli) kontrakt nəticəsində əmələ gəlmişlər. Ekspertizaya təqdimedilmiş Təqsirləndirilən şəxs məxsus bir cüt ayaqqabı, gödəkçə, şalvar vəköynək üzərində hər hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmadı. HüseynovCavid Novruz oğlunun bədənində olan xəsarətlər – sağ bazunun orta 1/3-nin ön-içsəthinin qançırı, sağ budun orta 1/3-nin arxa və iç səthinin, sağ ayaqarxasınahiyənin sıyrıqları ona məxsus olan paltarlarda öz əksini tapmamışdır (Cild 2,i.v. 148-152).Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 29 oktyabr 2019-cu il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs məxsus “Samsung”markalı mobil telefon, hadisə yerində götürülmüşüzərində qanabənzər ləkələrolan daş-kəsək nümunələri, x10 məxsus mavi rəngli qısaqolköynək, göy rəngli cins şalvar, qara rəngli bir çüt ayaqqabı, qara rəngli bir çütcorab, x2 və sol əllərindən götürülmüş dırnaq nümunələri,Zərərçəkmiş şəxs qan nümunəsi, Təqsirləndirilən şəxs məxsusağüzərində qara naxışları olan qısaqol köynək, göy rəngli cins şalvar, göy rənglicins gödəkcə, qara rəngli bir cüt ayaqqabı maddi sübut kimi tanınmış və Xətairayon prokurorluğunda saxlanılır (Cild-1, i.v. 1-54).Cinayət işinin materiallarında olan və məhkəmədəelan edilərək tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BaşƏməliyyat və x4 30 avqust 2019-cu il tarixli tələbnaməsindəngörünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (c-2, i.v.106- 107).Təqsirləndirilən Təqsirləndirilən şəxsona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyib, Zərərçəkmiş şəxsölümünə səbəb olduğunu, onu öldürmək məqsədi ilə deyil, qorxutmaq məqsədi ilə xəsarətyetirdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı hadisədən öncə Təqsirləndirilən şəxsZərərçəkmiş şəxs «votsap» proqramı vasitəsi ilə uzun söhbətlər aparmış, məsələni həlletmək üçün onu görüşə çağırmışdır. Danışıqlar zamanı Zərərçəkmiş şəxs «bu danışığıilə çox getməyəcəyini», «səbrini daşırdığını» kimi ifadələrin işlədilməsi, görüşdənəvvəl açılıb-bağlanan bıçaq götürməsi və ətrafına çoxsaylı insanları toplaması onunniyyətinin qorxutmaq yox, öldürməyə yönəlik olduğu qənaətinə gəlməyə əsas verir.İlkin hazırlıq hərəkətlərinin davamı olaraq Zərərçəkmiş şəxs bıçaqla vurduqdan sonra,sonuncunun qaçıb uzaqlaşmasına baxmayaraq, Təqsirləndirilən şəxs əlindəki bıçaqla onutəqib etməsi, Zərərçəkmiş şəxs əliyalın olduğunu bilməsinə baxmayaraq onun kürəknahiyyəsindən ardıcıl bıçaq zərbələri yetirməsi onun qorxutmaq məqsədi ilə deyilöldürmək məqsədi ilə hərəkət etməsini təsdiq edən işin faktik halları qismində çıxışedir. Bu hallar təqsirləndirilən şəxsin özünün ifadəsinin faktiki məzmunu ilə yanaşı,şahid ifadələri və həmin ifadələrin ekspertizanın nəticəsi ilə eynilik təşkil edənrəylərlə də təsdiq olunur. Göstərilənləri nəzərə alaraq,qanuna və sübutların məcmusuna əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi öldürmək istəməməsi ilə bağlı göstərdiyi xüsusatlar faktiki olaraq cinayəti törətməsi barədə verdiyi etirafedici ifadəsinin məzmunu ilə, məhkəmə baxışında dindirilmiş və tədqiq edilmiş şahidlərin ifadələri ilə, baxış istintaq hərəkətinin protokolu ilə, məhkəmə ekspertizalarının rəyləri ilə, tədqiq olunmuş digər sənədlərlə təkzib olunduğundan, onun irəli sürdüyü dəlillər subyektiv xarakterli mülahizəsi olmaqla, yalnız onun özünü müdafiə etmə üsülü, müdafiə taktikası və məsuliyyəti yüngülləşdirməyə cəhd etmə kimi qiymətləndirilməlidir.Beləliklə, məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144- 145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış, yuxarıda sadalanan sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, həmin subutların məcmusuna qiymət verməklə, belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmüş, yəni digərşəxsi qəsdən həyatdan məhrum etmə cinayətini törətməsi tam sübut olunmuşdur. Onun həmin əməli Azərbaycan Respublikası CM-nin 120.2.2-ci maddəsi ilə tövsif edilməli və ona həmin maddə ilə cəza təyin edilməlidir.Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən hər bir şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cinayətin törədilməsində rolunu və iştirakçılıq dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, təyin olunan cəzanın onun islah edilməsinə və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən, cinayəti törətmiş şəxslər haqqında tətbiq olunan cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və cinayətin törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.Cinayət işinin materiallarında olan doğum haqqında şahadətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində nikahda olduğu Hüseynova Höküməxanm Eldar qızı ilə birgə 28 aprel 2016-cı il doğum tarixli x13 adlı azyaşlı uşağı vardır (c-1, i.v. 121).Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 59-cu maddəsinin tələblərinə əsasən himayəsində bir nəfər azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə göstərilənləri və Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində nəzərdə tutulan cəzanın məqsədlərinə nail olmaq məqsədilə ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 120.2.2ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs15 iyun 2019-cu il tarixdə ittiham elan etmək üçün tutulmuş və Bakı şəhər Xətai rayon Məhkəməsinin 16 iyun 2019-cu il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 15 iyun 2019-cu il tarixdən hesablanmışdır (Cild 1, i.v. 68, 80-81, 142-143). Təqsirləndirilən şəxszadlıqdan məhrum etmə ilə bağlı cəza təyin edildiyindən onun cəzaçəkmə müddətinin balanğıcı 15 iyun 2019-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə xüsusilə ağırcinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərüçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrumetmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlarüçün ciddi rejimli cəzaçəkmə müəssisələrindəcəza çəkilməsi müəyyən edilmişdir.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs xüsusilə ağır cinayət törətdiyi üçün ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.Məhkəmə, hazırkı işüzrəxüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesabedir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinəəsasən, məhkəmə hər bircinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirəedilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin99-1.1.1-ci və 99-1.1.2-ci maddələrindəisə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanunisahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumuncinayət yolu iləəldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada vəəvəzsizolaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsizolaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. İş üzrə maddi sübut kimi tanınmış və Xətai rayon Prokurorluğunda saxlanılan Zərərçəkmiş şəxs məxsus“Samsung” markalı mobil telefon, hadisə yerində götürülmüş üzərində qanabənzər ləkələr olan daş-kəsək nümunələri,x10 məxsus mavi rəngli qısaqol köynək, göy rənglicins şalvar, qara rəngli bir çüt ayaqqabı, qara rəngli bir çüt corab, ƏlizadəMehdi Əlimurad oğlunun sağ və sol əllərindən götürülmüş dırnaq nümunələri, ƏlizadəMəhdi Əlimurad oğlunun qan nümunəsi, Təqsirləndirilən şəxs məxsus ağüzərindəqara naxışları olan qısaqol köynək, göy rəngli cins şalvar, göy rəngli cins gödəkcə,qara rəngli bir cüt ayaqqabı yaxın qohumlarına təhvil verilməlidir.İş üzrə məhkəmə xərcini təşkil edən ekspertiza xərci 199(yüz doxsan doqquz) manat 16 (on altı) qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: AZ34CTRE********************,VÖEN: **********) ödənilməlidir. Cinayət işi üzrə maddi ziyanın, mülki iddianın olmaması və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınmalıdır. Cinayət işi üzrə məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili x11 tərəfindənhəyata keçirilmişdir. Hüquqi yardımla bağlı Azərbaycan RespublikasıCinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4cü maddələrinin tələbləri nəzərəalınmaqla hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 2 saylı Vəkil Bürosunun nəfinə müdafiəçi Nardanə Fərzəliyevaya ödənilməsi üçün 342 manat (üç yüz qırx iki) manat pulödənilməlidir.Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353,356-cı maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi:Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə 17 (on yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 15 iyun 2019-cu il tarixdən hesablansın.Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin.İş üzrə maddi sübut kimi tanınmış və Xətai rayon Prokurorluğunda saxlanılan Zərərçəkmiş şəxs məxsus“Samsung” markalı mobil telefon, hadisə yerində götürülmüşüzərində qanabənzər ləkələrolan daş-kəsək nümunələri, Zərərçəkmiş şəxs məxsus mavi rəngli qısaqolköynək, göy rəngli cins şalvar, qara rəngli bir cüt ayaqqabı, qara rəngli bir cütcorab, Zərərçəkmiş şəxs sağ və sol əllərindən götürülmüş dırnaq nümunələri,Zərərçəkmiş şəxs qan nümunəsi, Təqsirləndirilən şəxs məxsusağ üzərində qara naxışları olan qısaqol köynək, göy rəngli cins şalvar, göy rənglicins gödəkçə, qara rəngli bir cüt ayaqqabı yaxın qohumlarına təhvil verilsin.İş üzrə məhkəmə xərcini təşkil edən ekspertiza xərci 199 (yüz doxsan doqquz) manat 16 (on altı) qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: AZ34CTRE********************,VÖEN: **********) ödənilsin.Cinayət işi üzrə maddi ziyanın, mülki iddianın olmaması və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınsın.Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kolleqiyası Bakı şəhər 2 saylı Vəkil Bürosunun vəkili Nardanə Fərzəliyevaya 342 (üç yüz qırx iki) manat pul ödənilsin.Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. BakıAğırCinayətlərMəhkəməsininhakimləri: AllahverdiyevaRamellaAllahverdiqızı (sədrlikedən), KərimovNovruzAğakərimoğluvəSadıxovRasimƏkrəmoğlundanibarəttərkibdə; məhkəməiclasınınkatibi: AbbasovaXəyaləZahidqızı; dövlətittihamçısı: AzərbaycanRespublikasıBaşProkurorluğuDövlətİttihamınınMüdafiəsiÜzrəİdarə ninAğırcinayətlərməhkəmələrindədövlətittihamınınmüdafiəsiüzrəşöbəninböyük prokuror-metodistiQuliyevVüqarElbrusoğlu; zərərçəkmişşəxsinhüquqivarisi – ƏliyevaAygünRafiqqızı; müdafiəçi: AzərbaycanRespublikasıVəkillərKollegiyasıBakışəhər 2 saylıVəkilBürosunun vəkiliFərzəliyevaNardanəSədiqızınıniştiraklarıilə Təqsirləndirilən şəxs, xx.xx.1997-ci ildə Xanlar (Göygöl) rayonunun Əzizbəyov qəsəbəsində anadan olmuş, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkumolunmamış, işləməyən, evli, ünvan 10A ünvanında qeydiyyatda olan və həbs edilənədək Bakışəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən fərdi yaşayış evində kirayədə yaşamış, barəsindəhəbsqətimkantədbiriseçilmiş AzərbaycanRespublikasıCM-nin 120.2.2cimaddəsiilətəqsirləndirilməsinədaircinayətişinəaçıqməhkəməiclasındabaxara qməhkəmə Müəyyənetdi: HüseynovCavidNovruzoğlu xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, HüseynovCavidNovruzoğlu tanışı Şahid2 mobil telefon vasitəsi ilə təhqir edib hədələyən digər tanışıZərərçəkmiş şəxs 14.06.2019-cu il tarixdə saat 01:55-dən etibarən fasilələrləsaat 22:10 radələrinədək “votsap” sosial şəbəkəsi vasitəsilə təhdid etməklə səsli və yazılı mesajlar göndərib, Şahid2 təhqir etməsinin səbəbini izah etməsini tələb etmiş və bununnəticəsində aralarında yaranmış mübahisənin həll edilməsi üçün sonuncudan axşam saatlarında Bakışəhəri, Xətai rayonu, “Həzi Aslanov” metrostansiyasınin yaxınlığında görüşmələri üçün həmin yerə gəlməsini tələb etmiş, həminvaxt Şahid2 Zərərçəkmiş şəxs təhqir etməsini cüzi səbəb kimi bəhanə edərək onu xuliqanlıq niyyəti ilə qəsdən öldürmək qərarınagələrəkbu məqsədlə həmingün ünvan 3 ünvanında yerləşən “qaçqın bazarı” kimi tanınan 20 saylı alqı-satqı müəssisəsinəməxsus piştaxtadan istintaqa məlum olmayan bıçaq alaraq şalvarının kəmərinə keçirib gizlətmiş, MəhdiƏlizadəninbugörüşətəkgəlməyəcəyiniehtimaletdiyindən həmin gün saat 20-22 radələrində əvvəlcə ünvan 10 ünvanında yerləşən çayxanada, sonraisə “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında olan parkda tanışları Şahid6, Şahid10, Şahid7, Şahid8 və şəxsiyyətləriistintaqaməlumolmayan qeyriləri (4 nəfər) ilə görüşüb Zərərçəkmiş şəxs ilə aralarında telefon danışığı zamanı baş vermiş mübahisəni müzakirə etdikdən sonra birlikdə 14.06.2019cu il tarixdə saat 23:30 radələrində “Həzi Aslanov” metrostansiyasının yaxınlığına gələrək Zərərçəkmiş şəxs və sonuncunun yanında olan Şahid5 vəqeyriləriilə görüşmüş, MəhdiƏlizadənin yaranmış mübahisəni həll etməkdən ötrüçayxanaya getməsi təklifini cinayətkarniyyətinihəyatakeçirməkistədiyindən rədd edərək yaxınlıqda olan qəbiristanlıq istiqamətində getməyi təkid etmiş, ətrafda olanlarla birlikdə 15.06.2019-cu il tarixdə, saat 01 radələrində ünvan 5 ünvanda yerləşən binanın arxasından keçərkən Zərərçəkmiş şəxs Şahid2 təhqir etməsini, habelə onunla aqressiv formada danışmasını cüzi səbəb kimi bəhanə edərək öz üstünlüyünü sonuncuya nümayiş etdirməklə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuşəxlaq normalarına açıq etinasızlıq göstərməklə xuliqanlıq niyyəti ilə qəsdən öldürmək məqsədi iləüzərində gəzdirdiyi istintaqa məlum olmayan bıçağışalvarının kəmərindən çıxardaraq sağəlində tutmaqla sol əli ilə Zərərçəkmiş şəxs sağ qolundan tutub özünə tərəf çəkib, sonuncunun qarın, daha sonra isə sol qoltuqaltı nahiyələrinə iki zərbə endirmiş, Zərərçəkmiş şəxs onamüqavimətgöstəribzərbələrdənyayınıb qaçdıqda o, öz cinayətkar niyyətini başa çatdırmaq məqsədi ilə sonuncuya çataraq təpikvə bıçaqla MəhdiƏlizadənin bədəninin müxtəlif nahiyələrinə ardıcıl zərbələr vuraraq sonuncuya ümumilikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik sağ almacıq nahiyəsinin sıyrığı, sağlamlığa yüngül zərərvurmanın əlamətlərinə aid sol çiyin qurşağı nahiyəsinin arxa səthində iki ədəd, bel nahiyəsinin sağ yarısında bir ədəd, bel nahiyəsinin sol yarısında iki ədəd daxilə keçməyən cəmi beşədəd kəsilmiş yaralar, sağlamlığa Ağır zərərvurmanın əlamətlərinə malik və mərhumun ölümü ilə birbaşa səbəbli əlaqədə olan canlışəxslərdə həyat üçün təhlükəli olan döş qəfəsinin sol yan səthindən, sol orta qoltuqaltı xətt üzrə, sol İV-V qabırğalararası sahədən daxilə - döş boşluğuna keçib, ətraf yumşaq toxumaları, sol ağciyəri dəlib keçən, ürəyin pərdəsini vəürəyin sol qulaqcığını zədələyən bir ədəd deşilmiş–kəsilmiş yara, qarın nahiyəsinin ön səthinin sağ yarısından daxilə - qarın boşluğuna nüfuz edib, ətraf yumşaq toxumaları, böyük piyliyi və nazik bağırsağı zədələyən bir ədəd deşilmiş-kəsilmiş yara, bel nahiyəsinin sağ yarısından daxilə keçib - ətraf yumşaq toxumaları zədələyən, lakin daxili orqanları zədələməyən bir ədəd deşilmiş-kəsilmiş yara, daxili üzvlərin azqanlığı ilə nəticələnən və kəskin qanitirmə ilə müşayiət olunan, cəmi üçədəd daxilə keçən deşilmiş-kəsilmiş xəsarətlər yetirərək Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə qəsdən öldürmüş, yəni qəsdən onu həyatdan məhrum etmişdir. MəhkəmədətəqsirləndirilənşəxsqismindədindirilmişTəqsirləndirilən şəxselanedilmişittihamüzrəözünütəqsirlibilərəkifadəsində göstərdi ki, Xanlar, yəni indiki Göygöl rayonunda anadan olmuş, 3 yaşına qədər həmin rayonda yaşamışdır. Atası x14, anası x7r. Doğma bacı və ya qardaşı yoxdur. 3 yaşından sonra ünvan 10A ünvanda yerləşən “SOS” uşaq kəndində yerləşdirilmiş və orada böyümüşdür. Orada işləyən Şahid11 onun mənəvi anası olmuş və onu böyütmüşdür. 16 yaşına qədər orada daimi olaraq yaşamış, 16-18 yaşlarında Bakışəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən gənclər evində yaşadıqdan sonra Kürdəmir rayonunda hərbi xidmət keçmişdir. 257 nömrəli məkdəbdə oxumuş, daha sonra Bakışəhəri, Xətai rayonunda yerləşən 2 saylı peşə litseyində təhsil almışdır. 2015-ci ildə Şahid12 ilə ailə qurmuş, 2016-cı il təvəllüdlü Emiliya adlı azyaşlı qızı var, başqa övladı yoxdur. Hərbi xidmətdən sonra müxtəlif restoranlarda xidmətçi, bundan başqa Sabunçu rayonunda yerləşən qaz təsərrüfatı ilə məşğul olan şirkətdəçilingər işləmişdir. Şahid9 adlışəxsi uşaq yaşlarından tanımış, onunla əvvəllər normal münasibəti olmuş, 2018-ci ilin oktyabr ayında Kamran digərləri ilə birlikdə onu vuraraq döydüyüüçün münasibəti olmamışdır. Bu barədə Xətai RPİ-də istintaq aparılmışdır. 2019-cu ilin fevral ayında Şahid9 və onunla “SOS”-da böyüyən Xəyyam Mehdiyevin tanışı olan x17 ilə tanış olmuş, onunla yaxınlığı olmamışdır. Bir neçə dəfə rastlaşmışdır. Heç bir zaman onunla mübahisəsi olmamışdır. 2019-cu ilin aprel ayında “İnstagram” sosial şəbəkəsi vasitəsilə “Baxşaliyeva” loginli, “Beka” ləqəbli qızla tanış olmuş, onunla “vatsap” vasitəsiləəlaqə saxlamış, lakin heç bir zaman görüşməmişdir. “Beka”-nın 15 yaşlı olduğunu, Yasamal rayonunda yaşadığını, xərçəng xəstəsi olduğunu bilmişdir. “Beka”-nin Mehdini və onun əhatəsini tanımasını bilməmişdir. “Beka” xəstə olduğundan onunla danışmasının əsas səbəbi ona mənəvi dəstək olmaq istəyi olmuşdur. 13.06.2019-cu il tarixdə Beka ***-***-**-** saylı nömrədən istifadəsində olan ***-***-**-** saylı nömrəyə “vatsap” proqramında yazaraq bildirmişdir ki, təxminən iki ay öncə Mehdi, onun “Zabrat Əli” və “Pota Əli” kimi tanınan dostları ilə görüşərək Mehdinin kiməsə “tavan”, yəni qumar borcu olduğu üçün ondan qızıl boyunbağını götürmüşlər və satıb Mehdinin qumar borcunu ödəmişlər. Razılığa görə daha sonra pulunu Bekaya qaytarmalı olmuşlar. “Pota Əli” bir müddət sonra Bekaya Mehdinin həmin qızılı satıb qumar borcunu ödəmədiyini, öz kefi üçün xərclədiyini bildirmişdir. Beka Mehdiyə zəng edib bu barədə dedikdə sonuncu həqiqətən qumar borcunu ödədiyini bildirmişdir. Mehdi Bekaya bu sözü ona kimin deməsi barədə soruşduqda “Pota Əli”nin demiş olmasını bildirmişdir. Mehdi Əli ilə danışsa da, Əli belə söz dediyini boynuna almamışdır. Bu söhbət Mehdi iləƏlinin aralarını vuran bir məsələ kimi ortaya çıxmış, Kamran Baxşıyev məsələyə qarışmış, hətta Bekaya zəng edib onu danlamışdır. “Beka”nın Mehdini tanıdığını bilməmişdir. Bu şəxslər “İnstagram” şəbəkəsindən tanışdırlar. Bekə ağlaya-ağlaya ona bu sözləri dediyi üçün Mehdinin nömrəsini ondan alaraq 14.06.2019-cu il tarixdə, gecə saatlarında Mehdiyə baş verənlərin nə məsələ olduğunu soruşmaq üçün zəng etmişdir. Mehdi onunla aqressiv formada danışmış və saat 18:00-da “Həzi Aslanov” metrosunun yaxınlığında görüşəçağırmışdır. Mehdi onun Bekanı da gətirməsini bildirmişdir. Lakin qızın “söhbət”ə gəlməsinin düzgün olmamasını Mehdiyə demişdir. “Vatsap”-da onunla yazışdıqda artıq münasibətləri gərginləşmişdir. Həmçinin Mehdi “Beka”ya bu söhbətə heç kəsin qarışa bilməyəcəyini deyərək qarışan oğlanın ağzını-üzünü söymüşdür. Həmin yazışmanı da Beka onun telefonuna göndərmişdir. Bu səbəbdən Mehdinin özünü belə apardığına görə qəzəblənmişdir. 14.06.2019-cu il yuxudan oyandıqdan sonra onda olan sadə bir ucuz telefonu 12 manata “Xalqlar dostuğu” metrosunun yaxınlığında dostu Raufa satmışdır. 5 manata Cavanşir küçəsində yerləşən qaçqın bazarında olan 4-cü mağazadan tutacağı qara-göy rəngli dəmirdən, tiyəsi də göy-qara rəngli olan düymə ilə açılıb-bağlanan bıçaq almış və cibinə qoymuşdur. Bıçağı almaqda məqsədi özünü müdafiə etmək olmuşdur. Çünki, axşama görüşəçağırılmışdır. Mehdi ona Kamranın da gələcəyini bildirmişdir. Kamran bir dəfə onu başqaları ilə təkləyib döydüyüüçün etibarını gözləmişdir. 14.06.2019-cu il tarixdə saat 20 radələrində Xətai rayonu, Sadıqcan küçəsində olan kafelərdən birinə getmiş, oturub orada çay içmişdir. “İnstagram”dan 5 ay olar ki, tanıdığı 16-17 yaşlı Seyidrzanı və dostu Seymuru çağırmışdır. Seyidrzanı və Seymuru Mehdigillə görüşəcəyi üçün tək olmamaqdan ötrüçağırmışdır. Kafedə bu barədə müzakirə etmiş və birlikdə “Xalqda dostluğu” tərəfdə olan parka getmişlər. “Xalqlar dostluğu” tərəfdə olan parka çatdıqda Seymur iki nəfər tanımadığı cavan oğlan çağırmışdır. Gələnlər isə daha iki nəfər çağırmışlar. Gələnlərdən birinin adı Ayxan olmuşdur. Qalanlarının adını bilməmiş, əvvəllər onları görməmişdir. Orada Mehdi zəng edib gəlib-gəlməyəcəyini ondan soruşduqda Mehdini olduğu yerəçağırmışdır. Mehdi isə onları “H.Aslanov” metrosu tərəfəçağırmışdır. Kamran, Mehdinin telefonu ilə onunla danışmış və Mehdi ilə işi olan haqqında “var-yox” söyüşü işlətmişdir. Kamran ona “gəlirsən gəl, gəlmirsən gəlmə, daha vacib işlərim var” demişdir. 14.06.2019-cu il tarixdə saat 23:30 radələrində 51 nömrəli marşrut avtobuzuyla Seyidrza, Seymur və Seymurun çağırdığı 4 nəfərlə birlikdə “Həzi Aslanov” metrosu tərəfə getmişlər. Ora çatdıqda Xəyyam, Mehdi, Heydər, Murad və tanımadığı başqa bir bəstəboy oğlanı görmüşdür. Xəyyama aradan çəkilməsini, bu məsələyə qarışmamasını bildirmişdir. Kamran həmin vaxt orada olmamış, x21 bu məsələdə düzgün olmasını dediyini bildirmişdir. Həmin vaxt üzərində göy rəngli cins şalvar, qara rəngli makasin tipli ayaqqabı, ağüzərində qara xətləri olan mayka və cins gödəkcə olmuşdur. Bıçağışalvarının kəmərinə keçirmiş, Mehdi ona niyə saat 18-dən gözləməsi barədə irad tutmuşdur. Mehdi ona bura fahişəyə yəni “Beka”ya görə söhbət etməyə gəlməsi barədə yenə irad tutmuşdur. Bu da onu qəzəbləndirmişdir. Yaxınlıqda olan çayxanaya gedib orada söhbət etmək qərarına gəlmişlər. “Həzi Aslanov” metrosunun qarşısından Məhəmməd Hadi küçəsi 91 ünvanda yerləşən yaşayış binasının arxasında olan fərdi yaşayış evlərinin qarşısında olan boş sahəyə gəlmişlər. Yol boyu ifadəsində göstərdiyi məsələ iləəlaqədar Mehdi ilə mübahisə etmişlər. Yol ilə gəldikdə Seyidrza onun qulağına Xəyyamda silah, yəni tapanca olduğunu demişdir. Hadisə baş verən yerəçatdıqdan sonra Mehdi onunla qışqıra-qışqıra danışaraq aqressiv reaksiya göstərmişdir. Mehdiyə niyə uca səslə danışdığını soruşduqda sonuncu ona danışıq tonunun belə olduğunu uca səslə bildirmişdir. Mehdiyə axıra qədər belə danışa biləcəyi barədə soruşduqda “belədir, axıra qədər belə danışacam” demişdir. Həmin vaxt Seyidrza və Seymur ondan arxada, Heydər və Murad Seyidrzadan bir qədər aralı olmuşlar. Xəyyam isə Mehdinin yaxınlığında dayanmışdır. Mehdi isə onun sol tərəfində dayanmışdır. Bu zaman sağəli ilə cibində olan bıçağışalvarının kəmərindən çıxararaq düyməsini basaraq açmış, sol əli ilə isə Mehdinin sağ qolundan tutmuşdur. Bıçağıəlində bir-iki saniyə saxladıqdan sonra ilk zərbəni bıçaqla Mehdinin qarın nahiyəsinə vurmuşdur. Bu zaman Mehdi bir qədər əyilmiş və ikinci zərbəni vurduqda bıçaq onun sol qolunun altına girmişdir. Bundan sonra Mehdi ondan bir neçə addım aralaşaraq dayanmış, o isə Mehdiyə tərəf getmişdir. Mehdi onun ayaqlarından yapışaraq qaldırmış, Mehdi onu qaldırdıqdan sonra əlindəki bıçaqla Mehdinin kürək nahiyəsinə ardıcıl 5-6 xəsarət yetirmişdir. Həmin vaxt Xəyyam tapancanıçıxararaq hazır vəziyyətə gətirmiş, ona tərəfə uzatmış, lakin atmamışdır. Mehdi onu qaldırdıqda, həm də yerə yıxdıqdan sonra dayanmadan onu bıçaqla vurmuşdur. Seyidrza, Heydər, Murad köməkləşərək Mehdini onun üzərindən qaldırmışlar. Bu zaman Mehdi ona halsız şəkildə “sən məni bıçaqladın” sözlərini demişdir. Mehdinin köynəyinin qarın nahiyəsinin qanın içində olduğunu görmüş, Seyidrza ilə birlikdə yaxınlıqda olan qəbiristanlıq istiqamətində qaçmışdır. 10 dəqiqə qəbiristanlıqda gizləndikdən sonra tanımadığı “Mercedes” markalı taksiyə minmiş, Gəncə prospektində taksidən düşmüş, Seyidrza isə yaşadığı Suraxanı qəsəbəsinə getmişdir. “SOS” uşaq kəndinə getmiş, evəçatdıqda mənəvi anası Tamara yatmışdır. Evdə hadisə barədə Tamaraya heç bir söz deməmiş, yemək yemiş, paltarlarını dəyişmişdir. Tamara oyandıqda sonuncudan 20 manat pul və mobil telefon götürmüşdür. Öz telefonunu söndürmüş, tanımadığı “Opel” markalı taksiyə minərək, avtovağzala getmişdir. Orada tanımadığı başqa bir taksiyə minərək Gəncəşəhərinə getmişdir. Gəncəyə səhər-səhər çatmış, oradan “Sevinc” qəsəbəsinə gedərək anası Laləzarla görüşmüşdür. Gəncədə istifadəsində olan nömrəni qırmış, “İnstagram” sosial şəbəkəsinə daxil olaraq məlumatlarla tanış olduqda Mehdinin öldüyünüöyrənmişdir. Yadigar adlı tanışıyla əlaqə saxlamış, Yadigar ona Gəncədə olduğunu dediyi üçün sonuncuyla görüşmüşdür. Hadisə törətdiyini Yadigara danışaraq hadisəni törətdiyi bıçağı atmasıüçün sonuncuya vermişdir. Bildiyinə görə, Yadigar Bakışəhəri Nərimanov rayonunda yaşayır. Yadigarın telefon nömrəsini bilmir. “Huavey” markalı telefonunu Gəncəşəhərində tanımadığı adama qırx manata satmışdır. Əvvəldən tanıdığı polis əməliyyat müvəkkili Seymurla danışaraq Mehdinin ölüb-ölmədiyini soruşmuş, Seymur ona Mehdinin öldüyünü bildirmişdir. Yaxınlıqda olan parka getmiş, axşamtərəfi təslim olmaq qərarına gəlmiş və Bakışəhərinə qayıtmışdır. Bakışəhərinə gələrək Keşlə qəsəbəsinə getmiş, arvadı Hökümə və uşağı ilə görüşmüşdür. Höküməyəbildirmişdir ki, tanıdığıəməliyyat müvəkkili Seymura yerini desin ki, polislər gəlib onu götürsünlər. Höküməyə Hövsan qəsəbəsinə getdiyini bildirmişdir. Hövsan qəsəbəsindəçatdıqda evə deyil, orada olan internet kluba getmişdir. Polislər gəlib onu oradan götürüb polis idarəsinə aparmışlar. Məqsədi Mehdini öldürmək yox, onu qorxutmaq vəözünü qorumaq olmuşdur. Əməlindən səmimi peşmandır. Mehdiyə yalnız bıçaqla xəsarət yetirmiş, ona yumruq və təpiklə, hansısa başqa alətlə zərbə vurmamışdır. Mehdinin əlində və ya üzərində hər hansı alət, silah və s. olmamışdır. Mehdini ondan başqa heç kəs vurmamışdır. Seyidrza hündürboy, idmançı, Suraxanıda yaşayan oğlandır. Hadisə vaxtı başında papaq olmuşdur. Onunla “instagram”da tanış olmuşdur. Seymur əslən Qəbələ rayonundan olan hündür oğlandır. Zığ qəsəbəsində yaşayır, 19 yaşı var. Xəyyam hündürboy, uzunsaçlı, göygözlü oğlandır. “SOS” uşaq kəndində qeydiyyatdadır. MəhkəmədəzərərçəkmişşəxsinhüquqivarisiqismindədindirilmişƏliyevaA ygünRafiqqızıifadəsindəgöstərdiki,1996-cı il tarixdəŞahid1 ilə ailə qurmuş, birgə nikahlarından 1996-cı il təvəllüdlü Leyla Əliyeva, 1998-ci il təvəllüdlü Zeynəb Əliyeva, 1999-cu il təvəllüdlü Zəhra Əliyeva və 2001-ci il təvəllüdlü Zərərçəkmiş şəxs adlıövladları vardır. Zəhra və Zeynəb adlı qızları ailə qurmuşlar, Bakışəhərində yaşayırlar. Leyla ruhi xəstədir, onlarla birlikdə yaşayır, ailə qurmamışdır. 2017-ci ilə qədər Bakışəhəri, Yasamal rayonu, A.Şaiq küçəsində (keçmiş Sovetskidə) yaşamışlar. Yaşadıqları ev plana düşdüyündən sökülmüş, buna görə məvacib almış, 1-ci Zabrat qəsəbəsində həyət evi alaraq ora köçmüşlər. Məhdi uşaqlıqdan dəcəl olsa da, sözə qulaq asan olmuşdur. 2019-cu ilin fevral ayından bəri Məhdi hansısa bir dərman atdığını, həmin dərmanı atanda özünü yaxşı hiss etdiyini demişdir. Lakin onun dərman atmasını görməmişdir. Son vaxtlar Məhdinin əsəbləri pozulmuş, gecələr yatmayıb telefonla vaxt keçirmiş, əksər hallarda evdə olmuş, bir neçə saat küçədə olduqdan sonra evə qayıtdığı vaxtlar olmuşdur. 10.06.2019-cu il tarixdə qızı Leyla ilə birlikdəİran İslam Respublikasının Məşəd şəhərinə ziyarətə getmişdir. Ziyarətə getməkdə niyyəti Məhdi üçün yəni, onun düzgün yola qayıtmasıüçün dua etmək olmuşdur. Ziyarətə getdikdə də, Məhdiyə ağıllı olmasını, atasını inçitməməsini bildirmişdir. 16.06.2019-cu il tarixdə ziyarətdən qayıtdıqda Məhdinin öldürüldüyünü eşitmişdir. Bu barədə maraqlandıqda Məhdinin 14.06.2019-cu il tarixdə saat 24 radələrədində Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 91 nömrəli binanın arxasında olan boş sahədə Təqsirləndirilən şəxs tərəfindən bıçaqlandığını, aldığı xəsarətlərdən təcili yardım avtomobilindəöldüyünüöyrənmişdir. Həmçinin məlum olmuşdur ki, Məhdi Cavidlə telefonda yazışarkən bir-birinin ünvanına nəlayiq sözlər işlətmiş və görüş təyin etmişlər. Həmin görüşə həm Məhdi, həm də Cavid öz həmyaşıd olan tanışları ilə getmişlər. Hadisənin hansışəraitdə baş verməsi barədə dəqiq məlumatı yoxdur. Mehdinin “Samsung” markalı qızılı rəngli telefonu olmuşdur. Mehdinin “Poti” deyilən Ümid adlı dostu vardır. Ümid hündürboy, uzunsaçlı, arıq oğlandır. Onunla hərzaman yaxşı münasibəti olmuşdur. Ümidin uşaq evində böyüdüyünü eşitmişdir. Təqsirləndirilən şəxs tanımır, oğlu Mehdi öləndən sonra onun adını eşitmişdir. Mehdinin Elməddin adlı “Əlişka” deyilən Zabrat qəsəbəsində yaşayan tanışı vardır, onların münasibətləri yaxşı olmuşdur. Bu barədə Mehdidən eşitmişdir. MəhkəmədəşahidqismindədindirilmişƏliyevƏlimuradFərhadoğluşahidƏ liyevaAygünRafiqqızıiləeyniməzmunluifadəverdi. MəhkəmədəşahidqismindədindirilmişBaxışovaBəstixanımCeyhunqızıif adəsindəgöstərdiki, 13 ildir ki, saç və qaşlarının tökülməsi xəstəliyindən əziyyət çəkir. 2015-ci il tarixdə “İnstagram” sosial şəbəkəsi vasitəsiləx25 oğlu adlışəxslə tanış olmuşdur. Mehdi ilə dostluq münasibəti yaranmış, Mehdiyə görə onunla Zabrat qəsəbəsində yaşayan “Əlişka” kimi tanınan Elməddin adlı və “Poti” kimi tanınan Ümid adlı dostları ilə tanışlığı olmuşdur. Bu tanışlıq təqribən 2016-cı ildən bəri başlamışdır. Adı Bəstixanım olsa da, yaxınları və tanışları ona qısa olaraq “Beka” deyə müraciət edirlər. “İnstagram” sosial şəbəkəsində hazırda ünvanı “Baxısaliyevaaa”-dır. Mehdi və onun göstərdiyi tanışları ilə Bakışəhərinin mərkəzində müxtəlif vaxtlarda görüşmüş, deyibgülüb birlikdə vaxt keçirmişlər. Mehdi bir neçə dəfə ondan 10-15 manat borc pul istəmiş, dost kimi onun xətrini istədiyi üçün həmin pulu tapıb ona vermişdir. Ad günündə bacısı ona qızıl boyunbağı hədiyyə etmiş, həmin boyunbağı hər zaman onun üzərində olmuşdur. 2018-ci ilin avqust ayında Mehdi ona 100 manat “tavan”, yəni təcili kiməsəçatmalı olan pul borcunun olduğunu, bir neçə saat ərzindəödəməli olduğunu bildirmişdir. Mehdiyə 100 manat pulunun olmadığını, lakin qızıl boyunbağının olmasını, onu sata biləcəyini təklif etmişdir. Buna səbəb yenə onunla arasında olan səmimi dostluq münasibəti olmuşdur. 2018-ci ilin avqust ayının ortalarında Mehdi, Elməddin, Ümidlə “28 may” metrosunun yaxınlığında görüşmüş və orada boyunbağını boğazından çıxardaraq Mehdiyə vermişdir. Mehdi ona öz təşəkkürünü bildirərək gedib boyunbağını satıb borcunu ödəyəcəyini demişdir. Lakin Mehdinin kimə borclu olduğunu bilməmiş, heç bu barədə ona sual da verməmişdir. Həmin gün Mehdi ona qızıl boyunbağını 20 manata satdığını və pulu itirdiyini bildirmişdir. Bu söhbətəəhəmiyyət verməmiş, sadəcə olaraq Mehdiyəöz köməkliyini etdiyini düşünmüşdür. Mehdi və onun dostları ilə münasibəti yenə də, davam etmişdir. Aralarında həmin vaxt heç bir soyuqluq olmamışdır. 2018-ci ilin təxminən oktyabr ayında Mehdi ona “vatsap”da yazaraq özünəşalvar almaq istədiyini, pulunun olmadığını bildirmişdir. 20 manat olduğundan ona verə biləcəyini demişdir. Elməddinə Mehdi ilə görüşəcəyini, ona 20 manat pul verəcəyini bildirdikdə, Elməddin həmin vaxt Mehdiyə pul verməməsini, belə ki, 2018-ci ilin avqust ayında da, Mehdinin ondan qızıl boyunbağını borcuna görə yox öz kefinə xərcləmək üçün aldığını, lakin boyunbağını satdıqdan sonra pulun ona qismət olmadığını, itirdiyini bildirmişdir. Mehdinin bu hərəkəti ona pis təsir etsə də, ona heç nə deməmiş, lakin görüşüb 20 manat pul da verməmişdir. 2019-cu ilin yanvar ayında Mehdinin dostu Ümid də Elməddinin boyunbağı barədə dediklərini bir daha təsdiq etmişdir. Bundan sonra Mehdi, Ümid və Elməddinlə münasibətlərində soyuqluq yaranmış, onlarla danışıb görüşəmişdir. Sadəcə olaraq “İnstagram” sosial şəbəkəsi ilə onlar barədə məlumatı olmuşdur. Əvvəllər istifadəsində bir sıra nömrələr olmuş, hazırda onları xatırlamır. 2019-cu ilin may ayından etibarən isə ***-***-**-** saylı nömrəni istifadə etmişdir. 2019-cu ilin aprel ayında “vatsap” şəbəkəsində Təqsirləndirilən şəxs ilə tanış olmuş, Cavidin “insragram”da adı “_Cavid_qara”dir, onunla səmimi ünsiyyəti tutaraq dostluq münasibəti yaranmışdır. Lakin Cavidlə heç bir zaman görüşməmiş, onunla yalnız internet vasitəsiləəlaqə saxlamış, yalnız şəklini görmüşdür. Cavidlə “vatsap” vasitəsilə yazışmışlar. Cavid ona dostlarının kim olması, kimlərlə oturub-durması barədə bir söz deməmişdir. Cavidi müsbət insan kimi tanımış, özünü hər zaman düzgün həyat tərzi sürən insan kimi tanıtmışdır. 13.06.2019-cu il tarixdə “instagram”da statusda rus dilində “sən məni sevmirsənsə, mənim vecimə də deyil” sözləri yazılmışşəkil paylaşmışdır. Bundan sonra Mehdi ona “instagram”da söyüş yazmışdır. Aralarında dialoq olmuş, Mehdi onunla olduqca kobud və söyüşlə danışaraq hədələmişdir. Həmin vaxt Mehdiyə boyunbağını kefə satdığını, bu sözləri ona Ümid və Elməddinin demiş olduğunu bildirmişdir. Mehdi Ümid və Elməddinlə danışdıqda onlar belə söz demiş olmalarını boyunlarına almadıqlarıüçün pis vəziyyətdə qalmışdır. Mehdi onu “Həzi Aslanov” metrosunun yaxınlığında görüşəçağırmış, orada bu məsələyə izah verəcəyini, əks halda onu hətta vuracağı ilə hədələmişdir. Bu barədə “vatsap” vasitəsilə Cavidə məlumat vermişdir. İlk əvvəl Caviddən başına belə iş gələrsə, nə edəcəyini, vəziyyətdən neçəçıxacağını soruşmuşdur. Daha sonra isə Cavidə Mehdigilin onu görüşəçağıracağını demişdir. Həmin vaxt Cavidin Mehdi ilə tanışlığını bilməmişdir. Cavid Mehdinin nömrəsini istəmiş, Mehdinin nömrəsini Cavidə demişdir. 14.06.2019-cu il tarixdə gecə saatlarında onlar “vatsap”-la danışmışlar və bu məsələni müzakirə etmişlər. Cavid Mehdiylə danışdıqdan sonra onunla təklikdə görüşəcəyini, onun görüşə getməməsini bildirmişdir. Cavidə bu məsələyə qarışmamasını, Mehdi ilə görüşməməsini bildirmişdir. Cavid isəəksinə onun bu işə qarışmamasını və görüşə getməməsini demişdir. Bundan sonra evdə olmuş, evdən çöləçıxmamışdır. Cavid ona Mehdi iləəvvəldən tanış olduqlarını, Mehdinin dostları iləəvvəllər mübahisəsinin olduğunu və görüşə uşaqlarla yəni tanışları ilə gedəcəyini bildirmişdir. Mehdi 14.06.2019-cu il tarixdə saat 19 radələrində zəng edərək harada olduğunu, niyə görüşə gəlmədiyini soruşmuşdur. Cavidə bir daha görüşə getməməsini dedikdə, Cavid ona Mehdi ilə söhbətinin olduğunu demişdir. 15.06.2019-cu il tarixdə gecə saatlarında Cavid ona Mehdini bıçaqla vurduğunu demişdir. Cavidə Mehdini niyə bıçaqladığı barədə soruşduqda onunla kobud danışdığını, uca səslə danışdığını demişdir. Bundan sonra Cavidlə heç bir əlaqəsi olmamış, Cavid “vatsap”dan da yoxa çıxmışdır. “İnstagram” sosial şəbəkəsini izlədikdə Mehdinin bıçaqla vurulduqdan sonra öldüyünüöyrənmişdir. Elməddin-ə “Əlişka” deyirlər Zabrat qəsəbəsində yaşadığını bilir. Təqribən 17-18 yaşlarında, hündür, qarayanız oğlandır. Eşitdiyinə görə bərbər işləyir. Ümid də 16-17 yaşlarında cavan, hündür, qarayanız oğlandır. Yaşadığı yeri bilmir, zənnincə avtomobil yuyucusunda işləyir. İstifadəsində “i-phone 8” markalı mobil telefon olmuşdur. Hadisədən sonra bacısı Kubraya bu barədə danışdıqda sonuncu əsəbləşərək telefonunu ondan götürmüşdür. Hazırda mobil telefonu yoxdur. Cavid Mehdini öldürəcəyi barədə ona heç bir söz deməmişdir. x32 ilə görüşə getməyinin əlehinə olmuşdur. Özü həmin gün Mehdi ilə görüşə getmək istəsə də, Cavid onu getməyə qoymamışdır. Mehdinin Cavidlə görüşə kimlə gəlməsi barədə məlumatı yoxdur. Cavid ona uşaqlarla gedəcəyini dedikdə tanışları ilə gedəcəyini nəzərdə tutmuşdur. Lakin konkret olaraq neçə nəfər olmalarını bilməmişdir. Cavidlə “Həzi Aslanov” metrosunun yaxınlığında görüşəcəklərini ona Mehdi demişdir. MəhkəmədəşahidqismindədindirilmişİmanovMuradElxanoğluifadəsində göstərdiki, təxminən 2019-cu ilin mart ayında yaşadığı evin yaxınlığında yerləşən internet klubda Xətai rayonu, Sadıqcan küçəsi 27A ünvanda yerləşən “SOS” uşaq kəndində yaşamış Xəyyam Mehdiyev adlışəxslə tanış olmuşdur. Xəyyamla həmin internet klublarda tez-tez rastlaşmış və münasibəti yaranmışdır. Xəyyamla tanış olduqdan sonra tez-tez onun yanında olan Zərərçəkmiş şəxs adlışəxslə tanış olmuşdur. Məhdi ilə yaxın münasibəti olmasa da, onunla da həmçinin internet oyunları oynayarkən görüşmüş, tanışlığı olmuşdur. Ümumiyyətlə nə Xəyyamla, nə də onun tanış Məhdi ilə yaxın dost olmamışdır. Onunla eyni məhəllədə yaşayan, həm də dostluq etdiyi Şahid5 adlışəxs vardır. 14.06.2019-cu il tarixdə, saat 21 radələrində Kamal ilə görüşüb “Nərimanov” metrosunun yanına gedib, orada Namiq adlı tanışı ilə görüşmüşdür. Namiqlə görüşməsinə səbəb ona 15 manat pul borcunu qaytarması olmuşdur. Borcunu qaytardıqdan sonra Kamal ilə birlikdə metroya minib yaşadığı məhəlləyə yaxın yerləşən “Həzi Aslanov” metrosu tərəfə gəlmişlər. “Həzi Aslanov” metrosunun çıxışına çatıqda orada qardaşı Heydər (ona Sərxan deyirlər), Xəyyam Mehdiyev və Zərərçəkmiş şəxs görüb salamlaşmışlar. Həmin vaxta qədər nəözü, nə də Kamal onlarla zəngləşməmiş, görüşəcəkləri barədə danışmamışlar. Metrodan çıxdıqda onları gördükdə saat təxminən 23:30 radələri olmuşdur. Məhdidən və onun yanında olan şəxslərdən orada hansı səbəbdə dayandıqlarını soruşduqda Məhdi Cavid adlışəxslə “vatsap” şəbəkəsində sözüçəpləşdiyini, Cavidin onun yanına gəldiyini, görüş təyin olunduğunu, Cavidi gözlədiklərini demişdir. Nə məsələ olduğunu soruşduqda Məhdi ona “Beka” adlı tanışından qızıl boyunbağı götürüb 110 manata sataraq bir dostunun borcuna ödədiyini, daha sonra həmin “Beka” adlı qızın Məhdiyə həmin boyunbağını satıb öz kefinə xərclədiyini deməsini, buna görə qızla aralarında telefonda mübahisə düşdüyünü, qızın da Cavid adlı tanışının bu məsələyə müdaxilə etdiyini bildirmişdir. Cavidin Məhdi ilə görüşə tək gəlmədiyi ehtimalı olduğundan Məhdi qardaşı Heydərə və Xəyyama onun yanında olmasını demişdir. Belə olan halda o və Kamal da onları tək qoymamaq üçün “Həzi Aslanov” metrosunun çıxışında dayanaraq Cavidin gəlməsini gözləmişlər. Cavidi və həmin qızı tanımamış, onlar barəsindəəvvəllər də heç bir məlumatı olmamışdır. O, Məhdi, Heydər, Xəyyam və Kamal metronun çıxışında gözlədiyi zaman saat 23:30 radələrində Cavid təqribən 9-10 nəfər cavan oğlanlarla birlikdə gəlib çıxmışdır. Cavid onlarla görüşüb özünü təqdim etdikdən sonra Cavidlə gələn cavan oğlanlar da onlarla salamlaşmışlar. Onların çox olduqlarını görmüş və davadalaş olmasından ehtiyat edərək Məhdinin qulağına evə getmələrini bildirmişdir. Məhdi isə ona təkidlə yox deyərək, bu gün söhbəti etməli olduğunu demişdir. Xəyyam Cavidə “gedək çayxanada söhbət edək” sözünü demişdir. Cavid isə yaxınlıqda olan qəbiristanlıq istiqamətində getmələrini təklif etmişdir. Məhdi də onunla razılaşmışdır. Nə Cavidi, nə də onunla gələn şəxslərin heç birini tanımamışdır. Həmçinin Cavid və onunla gələn şəxslər də onları tanımamışlar. Həmçinin, Məhdi də nə Cavid, nə də onunla gələn şəxslərlə tanış olmamışdır. Beləcə, Cavidlə gələn şəxslərlə birləşdikdən sonra təqribən 15 nəfər olmuşlar və “Həzi Aslanov” metrosunun çıxışından Məhəmməd Hadi küçəsi ilə həmin yaxınlıqda olan binaların arxasına tərəf getmişlər. Məhdi və Cavid irəlidə yanaşı getmişlər, uca səslə mübahisə etmişlər. Onlar isə Cavid və Məhdinin arxasınca getmişlər. Yaxınlığında Xəyyam və Heydər olmuşdur. Cavidlə gələn oğlanlar isə arxada qalmışlar. Yalnız başında papaq olan tanımadığı cavan bir oğlan onlara yaxın olmuşdur. Həmin küçədə yerləşən 91 nömrəli binanın arxasına, orada olan həyət evlərinin qarşısına çatmışlar. Arxadan baxdıqda Cavid Məhdinin sağ tərəfində olmaqla Məhdinin sağ qoluna girmişdir. Bu zaman Məhdi və Cavid uca səslə danışmışlar. Onlar bir-birinə narazılıqlarını bildirmişlər. Cavid Məhdinin əvvəlcə qarın, daha sonra sol qolunun alt hissəsisə zərbələr vurmuşdur. İlk əvvəl Cavidin Məhdini yumruqla vurduğunu zənn etmişdir. Məhdi Caviddən bir qədər təqribən 5-6 metr aralanmışdır. Cavidin Məhdini bıçaqla vurduğunu həmin vaxt başa düşmüşdür. Əlamətlərini görməsə də, Cavidin əlində bıçaq olduğunu görmüşdür. Bu vaxt üzünü arxaya çevirmiş, üzünü təkrar qarşıya çevirəndə Məhdi Cavidi qaldıraraq yerəçırpmışdır. Bu zaman başında papaq olan Cavidlə gələn oğlan arxadan Məhdiyə tərəf əyilmişdir. Məhdi belini və qarnını tutaraq ayaq üstə qalxmışdır. Bundan sonra Cavid və onunla gələn oğlanların hamısı qaçmışlar. Xəyyam, Heydər, Kamalla birlikdə Məhdiyə yaxınlaşmışdır. Məhdinin paltarları qanın içində olmuşdur. Məhdi onlara “Cavid, sən məni bıçaqladığın üçün bunun cavabını verəcəksən” sözünü demişdir. Heydərlə köməkləşib Məhdini bınanın arxasına doğru yaxınlaşdırmışdır. Lakin Məhdi daha danışa bilməmiş və huşunu itirmişdir. Sakinləri köməyəçağırmış və təcili yardım xidmətinə məlumat verilməsini xahiş etmişdir. Onlara yaxınlaşan sakinlərdən biri təcili yardım xidmətinə zəng etmiş, həmçinin “102” xidmətinə də bu barədə məlumat verilmişdir. Təcili yardım avtomobili gələnə qədər həmin məhəllədə olmuşlar. Təcili yardım avtomobili gəldikdən sonra yaşadığı evə getmişdir. Hadisədən sonra yaşadığı evə piyada getmişdir. Kamal onlarla qonşuluqda yaşayır. Xəyyamla hadisə baş verən məhəllədən çıxdıqda sağollaşmış, Xəyyamın hara getməsini görməmişdir. Cavid Məhdini bıçaqla vurduqdan sonra Məhdinin Cavidi qaldırıb yerəçırpdığını görmüşdür. Məhdinin ayağa qalxıb belini qarnını tutduğunu görmüşdür. Bu zaman Cavid və onunla gələn şəxslər qaçmışlar. Cavidin Məhdini vurduğu bıçağın əlamətlərini tam görə bilməmişdir. Lakin bıçaq olduğunu görmüşdür. Hadisə yerində Caviddən başqa heç kəsin bıçağı olmamışdır. Cavid və Məhdidən başqa heç kəs dalaşmamış, heç kəsin arasında münaqişə olmamış, başqa xəsarət alan olmamışdır. Həmçinin özü də heç bir xəsarət almamışdır. Həmin binanın sakinləri təcili yardıma və “102” xidmətinə məlumat verdikdən sonra polisin məsələyə qarışacağını başa düşmüş və bu səbəbdən özü polisə məlumat verməmişdir. Həmin gün bərk qorxu keçirdiyi üçün yaşadığı evə getmişdir. Səhər saat 10 radələrində polislər yaşadığı evə gələrək onu ifadə verməyə dəvət etdikdə Məhdinin öldüyünüöyrənmişdir. Cavid Məhdiyə bıçaqla ilkin xəsarətləri yetirdikdən sonra Məhdi bir qədər irəli qaçmış, Cavid də onun arxasınca getmişdir. Həmin vaxt bir anlıq üzünü arxaya çevirmişdir. Baxıdıqda görmüşdür ki, Məhdi Cavidi yerəçırpır. Bu səbəbdən həmin məqami tam görə bilməmişdir. Lakin Məhdinin kürəyində yaraları olmuş, qan gəlmişdir. Məhdi hadisədən sonra Cavidi söymüş, onu bıçaqladığına görə cavab verəcəyini demişdir. Məhdiyə Cavid və başında papaq olan oğlandan başqa heç kəs yaxınlaşmamış, hamı kənarda dayanmışdır. Bir qədər yaxınlıqda o və Xəyyam olmuşdur. x12 üzərində tapanca-odlu silah olmamışdır. Çünki bu barədə ona bir söz deməmiş, nə də ki, Xəyyamda hər hansı silah görməmişdir. Hadisə yerində Xəyyam Mehdiyevin üzərində və ya əlində hər hansı tapanca, odlu silah və ya başqa bir alət görməmişdir. Xəyyamı hadisədən sonra görməmiş, harada olması ona məlum deyildir. MəhkəmədəşahidqismindədindirilmişİmanovHeydərElxanoğlu ifadəsindəgöstərdiki, 14.06.2019-cu il tarixdə gecə saat 23 radələrində “H.Aslanov” metrosunun yaxınlığında yerləşən internet klubda oturub oyun oyamışdır. Hər axşam orada oyun oynayır. Bu zaman tanışı Xəyyam və onun tanışı Mehdi içəri daxil olmuşlar. Onlar ona “Sərxan” deyirlər. Sərxan gəl söhbət var demişlər. Bundan sonra “H.Aslanov” metrosunun yanına getmiş və ora qardaşı Murad Kamal adlı tanışı ilə gəlib çıxmışdır. Ora çatdıqda saat təqribən 23:30 radələri olmuşdur. Mehdini son bir həftəərzində bir neçə dəfə görmüş, oturub çay içmişdir. Mehdi orada danışmışdır ki, onun hansısa bir dostunun kiməsə 100 manat məbləğində qumar borcu olduğundan tanıdığı “Beka” ləqəbli qızdan gümüş sep götürmüş, onu 110 manata satmış, həmin dostunun qumar borcunu qaytarmışdır. Bu məsələdən 5-6 ay sonra, yəni bu yaxın günlərdə “Beka” ləqəbli qız Təqsirləndirilən şəxs demişdir ki, Mehdi gümüşün pulunu alıb özünə xərcləmiş, qumar borcunu verməmişdir. Cavid “Beka” ləqəbli qızın tanışı olduğundan bu məsələ ilə maraqlanmış və Mehdi ilə aralarında “vatsap”da mübahisə baş vermiş, mübahisəni həll etmək üçün 14.06.2019-cu il tarixdə “Həzi Aslanov” metrosunun yanında görüş təyin edilmişdir. Saat 24 radələrində Cavid, yanında təqribən 9-10 nəfər cavan yaşlı oğlanlarla birlikdə “Həzi Aslanov” metrosunun yanına gəlmişlər. Onların sayca çox olduqlarını görmüşdür. Metronun yanında Cavid Xəyyamla birlikdə “SOS” uşaq evində böyüdükləri üçün ondan kimin tərəfində olmasını soruşmuşdur. Xəyyam isə düzgünlüyün tərəfində olacağını bildirmişdir. Xəyyam və x30 gedib bir yerdəçay içib mehriban söhbət etməyi təklif etmişlər. Cavid isəçayxanaya yox “H.Aslanov” metrosunun yaxınlığında olan kombinat qəbristanlığına getmələrinin lazım olduğunu bildirmişdir. Bu səbəbdən birlikdə həmin qəbristanlıq tərəfə getmişlər. Mehdi və Cavid yanaşı getmişlər. Cavid Məhdiyə “telefonda mənimlə danışdığın kimi üz-üzə danışa biləcəksənmi?” sualını verməsini eşitmişdir. Mehdi isə sona qədər bu tonda danışacağını bildirmişdir. Yol boyu piyada gedə-gedə Cavid və Mehdi mübahisə etmişlər. M.Hadi küçəsi 91 ünvanda yerləşən yaşayış binasının arxasında olan həyətdən bir qədər içəridə olan fərdi yaşayış evlərin darvazalarının qarşısına çatmışlar. Həmin yer sakitçilik olmuş, onlardan başqa orada heç kəs olmamışdır. Həmin yerə getməyi Cavid özü təklif etmişdi. Məhti ilə Cavid sözlə mübahisə etmişlər, Cavid Mehdiyə “mənimlə uca tonla danışma” sözünü demişdir. Mehdi isə uca səslə danışmışdır Mübahisənin məzmunu “vatsap”dakı danışıqları iləəlaqədar olmuşdur. Mehdiyə Kamalın tələbə olduğunu, adının dava-dalaşda hallanmamasını bildirmişdir.Bundan sonra Mehdi Kamalı kənara çəkərək “sən tələbəsən, sən burada olma, mən burada lazım olsa ölümə gedəcəm” sözlərini demişdir. Kamal isə qardaşı Murada və ona görə gəldiyini demişdir. Bu zaman Cavid Məhdinin qoluna girərək onlardan bir qədər irəlidə getmişlər. Həmin vaxt Cavid aşağı səslə Mehdiyə söz demişdir. Onlar orada olan evlərin qarşısında olan boş sahənin demək olar ki, qarşısına qədər getmişlər. Onların arxasınca da bir neçəşəxs və onlar gedirmişlər. Murad onların yaxınlığında olduğundan Cavidin bıçaq çıxararaq Mehdinin qarın nahiyəsinə zərbə vurduğunu görərək arxaya dönmüş, onları səsləmişdir. Həmin vaxt bir qədər kənarda olmuşdur. Məhdinin yanında çatdıqda Cavid və onunla gələn şəxslər qaçmışlar. Murad ona Məhdini Cavidin bıçaqla vurduğunu demişdir. Hadisə yerində Məhdi, o, Kamal, Murad və Xəyyam qalmışdır. Mehdinin qoluna girərək onu bir qədər irəli, 91 nömrəli bina istiqamətində aparmışlar. Məhdidən xeyli qan gəlmış, sızıldamış, onlara “Cavid, sən məni bıçaqladığın üçün bunun cavabını verəcəksən” sözünü demişdir. Mehdini binanın arxasındakı daşlı yolun kənarında uzandıraraq uca səslə qışqırıb qonşuların təcili yardım çağırmalarını xahiş etmişlər. Bir nəfər bina sakini olan kişi gəlmiş və təcili yardıma zəng edərək məlumat vermişdir. Bundan sonra həmin şəxs polisə də məlumat vermişdir. Təcili yardım avtomobili gələnəqədər orada gözləmişlər. Təcili yardım avtomobili gəldikdən sonra evə getmişlər. Səhər-səhər polis əməkdaşları gələrək onu və qardaşı Muradı polis idarəsinə gətirmişlər. Cavid təqribən 20 yaşlarında, orta boylu, arıq bədən quruluşlu, qarayanız, saqqallı oğlan olmuşdur. Harada yaşaması kimlərlə təmasda olması barədə məlumatı yoxdur. Mehdinin Cavid vurmasını Murad görərək onlarıçağırmışdır. Gəldikdə Cavid və onunla gələn şəxslər qaçmışlar. Cavidin Məhdini bıçaqla vurmasını bilsə də, bıçağı görə bilməmişdir. Cavidin yanında olan şəxslərdən heç birini tanımamışdır. Muradın deməsinə görə Cavid Mehdini bıçaqla vurmuş, Mehdi Cavidi qaldırıb yerəçırpdıqdan sonra onları bir-birindən aralamışlar. Hadisə yerində bina sakinləri təcili yardımda və “102” xidmətinə zəng etmişlər. Ona görə polisin məsələdən xəbərdar olduğunu bilmişlər. x12 üzərində tapançaodlu silah görməmiş, bundan başqa Xəyyam onda silah olması barədə bir söz deməmişdir. Hadisə yerində Xəyyam Mehdiyevin üzərində və ya əlində hər hansı tapança, odlu silah və ya başqa bir alət görməmişdir. MəhkəmədəşahidqismindədindirilmişAllahyarovKamalElxanoğluifadəsi ndəgöstərdiki, Şahid3 ilə uşaq yaşlarından dostluq münasibəti vardır. 14.06.2019-cu il tarixdə gecə saat 21 radələrində Muradla “Nərimanov” metrostansiyası yaxınlığına getmişdir. Muradla “Nərimanov” metrostansiyasının yanına getməsinə səbəb Muradın Namiq adlı tanışına pul borcunu qaytarması olmuşdur. Murad Namiq adlı tanışı ilə görüşərək ona 15 manat pul borcunu qaytarmışdır. Namiqlə sağollaşdıqdan sonra yəni təxminən saat 23 radələrində Muradla “Nərimanov” metrosuna minmiş və “Həzi Aslanov” metrosuna getmişlər. “Həzi Aslanova” çatdıqda saat artıq təqribən 23:30 radələri olmuşdur. Metrodan çıxdıqdan sonra Mehdi, Xəyyam adlı tanışları və Muradın qardaşı Heydəri (ona öz aramızda Sərxan deyirik) görmüşlər. Mehdi onlarla danışmışdır ki, onun hansısa bir dostunun kiməsə 100 manat məbləğində qumar borcu olduğundan, tanıdığı “Beka” ləqəbli qızdan gümüş sep götürmüş, onu 110 manata satmış, həmin dostunun qumar borcunu qaytarmışdır. Bu məsələdən 5-6 ay sonra, yəni bu yaxın günlərdə “Beka” ləqəbli qız Təqsirləndirilən şəxs demişdir ki, Mehdi gümüşün pulunu alıb özünə xərcləmiş, qumar borcunu verməmişdir. Cavid “Beka” ləqəbli qızın tanışı olduğundan bu məsələ ilə maraqlanmış və aralarında “VVatsap”da mübahisə baş vermiş, mübahisəni həll etmək üçün 14.06.2019-cu il tarixdə axşam saat 21 radələrində “Həzi Aslanov” metrosunun yanında görüş təyin edilmişdir. Mehdi həmin söhbəti həll etmək üçün Heydər və Xəyyamla əlaqə saxlamış və birlikdə getmək qərarına gəlmişlər. Bu məsələyə agah olduqdan sonra Heydəri və Xəyyamı tək qoymamaq üçün onlarla birlikdə Təqsirləndirilən şəxsla olan görüşə getmək qərarına gəlmişdir. Saat 24 radələrində Cavid və onun yanında olan təqribən 10 nəfər cavan oğlanlarla birlikdə “Həzi Aslanov” metrosunun yanına gəlmişlər. Onların sayca çox olduqlarını görərək həm təəcüblənmiş, həm də məsələnin ciddi olduğunu anlamışlar. Metronun yanında Cavid Xəyyama birlikdə “SOS” uşaq evində böyüdüklərini, bu səbəbdən Xəyyamdan onun kimin tərəfində olmasını soruşmuşdur. Xəyyam isə düzgünlüyün tərəfində olacağını bildirmişdir. Xəyyam və Murad gedib bir yerdəçay içib mehriban söhbət etməyi təklif etmişdir. Cavid isəçayxanaya yox “H.Aslanov” metrosunun yaxınlığında olan kombinat qəbristanlığına getmələrini bildirmişdir. Bu səbəbdən birlikdə həmin qəbristanlıq tərəfə yol almışlar. Mehdi və Cavid yanaşı getmiş, Cavid Mehdiyə “telefonda mənimlə danışdığın kimi üz-üzə danışa biləcəksənmi?” sualını vermiş, Mehdi isə sona qədər belə danışacağını bildirmişdir. Yol boyu piyada gedə-gedə mübahisə etmişlər. Məhəmməd Hadi küçəsi 91 ünvanda yerləşən yaşayış binasının arxasında olan həyətindən bir qədər içəridə olan fərdi yaşayış evlərin darvazalarının qarşısına çatmışlar. Heydər (Sərxan) Mehdiyə onun tələbə olduğunu, adının dava-dalaşda hallanmamasını bildirmiş, bundan sonra Mehdi onu kənara çəkərək “sən tələbəsən, sən burada olma, mən burada lazım olsa ölümə gedəcəm” sözlərini demişdir. Mehdiyə onu tanımadığını, Murad və Heydəri tək qoymadığıüçün burada olduğunu demişdir. Mehdini bir neçə dəfə görsə də, onunla yaxın təması olmamışdır. Bu zaman Cavid Mehdinin qoluna girərək onlardan bir qədər irəlidə mübahisə edə-edə getmişlər. Cavid və Mehdi orada olan evlərin qarşısında olan boş sahənin demək olar ki, ortasına qədər getdilər. Onların arxasıyca da bir neçəşəxsin getdiyini görmüşdür. Bundan sonra Cavid bıçaq çıxararaq Mehdinin qarın nahiyəsinə zərbə vurmuşdur. Bundan sonra Mehdi bir qədər irəliyə doğru getmiş, sonra Mehdi Cavidi qaldıraraq yerəçırpmış və hər ikisi yerə sərilmişlər. Mehdi Cavidin üzərində olmuş, onları bir-birindən aralaşdırmışlar. Mehdi ayağa qalxıqda “Cavid sən bunun cavabını verəcəksən” sözünü demişdir. Bu vaxt Mehdi və onunla gələn şəxslər “Həzi Aslanov” metrosu istiqamətində qaçmışlar. Hadisə yerində Mehdi, o, Heydər, Murad və Xəyyam qalmışdır. Heydər Mehdinin qoluna girərək onu bir qədər irəli 91 nömrəli bina istiqamətində aparmışdır. Mehdidən xeyli qan gəlmiş, sızıldamışdır. Mehdini binanın arxasındakı daşlı yolun kənarında uzandırmış və uca səslə qışqıraraq qonşuların təcili yardım çağırmalarını xahiş etmişlər. Bir nəfər bina sakini gəlmiş və təcili yardıma zəng edərək məlumat vermişdir. Bundan sonra həmin şəxs polisə də məlumat vermişdir. Bir nəfər bina sakini olan kişi gəlmiş və təcili yardıma zəng edərək məlumat vermişdir. Bundan sonra həmin şəxs polisə də məlumat vermişdir. Təcili yardım avtomobili gələnə qədər orada gözləmişlər. Təcili yardım avtomobili gəldikdən sonra evə getmişlər. Təqsirləndirilən şəxs “Qara” ləqəbli olduğunu, cinayətə meyilli olduğunu bilir. Onu əvvəllər görməmiş, münasibəti olmamışdır. Mehdi Cavidi qaldırıb yerəçırpdıqdan sonra onları bir-birindən aralamışlar. Daha sonra Cavid və onunla gələnlər qaçmışlar. Cavidin yanında olan şəxslərdən heç birini tanımamışdır. Hadisə yerində qonşular polisin “102” xidmətinə və təcili yardıma məlumat verdikləri üçün əlavə olaraq hüquq mühafizə orqanlarına məlumat verməmişdir. x12 üzərində tapança-odlu silah görməmişdir. Bundan başqa Xəyyam onda silah olması barədə bir söz deməmişdir. Xəyyamla yaxın münasibətim yoxdur. Həmin gün Murad və Heydərə görə həmin yerə getmişdir. Hadisə yerində Xəyyam Mehdiyevin üzərində və ya əlində hər hansı silah və ya başqa bir alət görməmişdir. Hadisədən sonra Xəyyamı görməmiş, onun harada olması ona məlum deyildir. Təqsirləndirilən şəxsla gələn şəxslərin heç birini tanımamışdır. MəhkəmədəşahidqismindədindirilmişHüseynovSeyidrzaKamiloğluifad əsindəgöstərdiki, Sabunçu rayonunda yerləşən “x35 Akademiyası”nda 1-ci kursda oxuyur. Heç bir yerdə işləmir, hər hansı işlə məşğul deyildir. Bir ildən çoxdur ki, Əhmədli qəsəbəsində yaşadığına görə Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Cavidlə ayda təqribən bir dəfə görüşüb oturub çay içib söhbət etmişdir. Bir neçə dəfə idmana getməyə görə pulu olmadığına görə Cavid ona köməklik edərək pul tapıb vermişdir. Bu səbəbdən onunla münasibətləri yaxşı olmuşdur. 14.06.2019-cu il tarixdə saat 19 radələrində yaşadığı evdə olduğu zaman Cavid ona istifadəsində olan ***-***-**-** saylı nömrəyə “vatsap”da yazaraq Xətai rayonu, Əhmədli qəsəbəsinə, “Xəzər” adlanan yerdə oturub çay içməyi təklif etmişdir. Bu səbəbdən avtobuza minərək həmin yerəçay içməyə getmişdir. Adını xatırlamadığıçay evində, çöldə Cavidin tanımadığı cavan oğlanla oturub çay içdiyini görmüşdür. Yaxınlaşıb onlarla görüşmüş və birlikdə oturub çay içmişlər. Cavidin yanında olan oğlan saçı az, orta boylu, orta bədən quruluşlu olmuşdur. Cavid həmin vaxt telefonla kimləsə danışmışdır. Həmin çayxanada bir qədər oturduqdan sonra Cavid bir söhbət var onu aydınlaşdırmağa gedəcəklərini demişdir. Avtobusa minərək “Xalqlar Dostluğu” metrosunun yaxınlığında olan parka getmişlər. Cavidin başı həmin vaxt telefona qarışmış, kiminləsə telefonla danışmışdır. Parkda daşın üzərində oturmuş, həmin parkda bir qədər gözlədikdən sonra 7-8 nəfər cavan oğlanlar gəlimiş və onlarla görüşmüşlər. Gələn 7-8 nəfər cavan oğlanlar olmuş, onların heç birini tanımamış, adlarını bilməmiş, artıq hava qaraldığıüçün üzlərini də tam olaraq yadda saxlaya bilməmişdir. Cavid ona Mehdini tanıyıb-tanımadığını soruşduqda hansı Mehdi barədə söhbət getdiyini maraqlandıqda “instagram” adını dedikdə həmin Mehdini instagramda çox izləyicisi olduğu üçün tanıdığını demişdir. Cavid ona söhbətinin Mehdi ilə olduğunu dedikdə nə söhbət olduğunu soruşmuş, Cavid isə ona “Həzi Aslanov” metrosunun yaxınlığında görüşüb aydınlaşdıracaqlarını bildirmişdir. Artıq təqribən 10 nəfər olmuşlar. Söhbətin nə olduğunu, məzmununu bilməmişdir. Saat 23:30 radələrində “Xalqlar dostluğu” metrosunun yanından 51 nömrəli avtobusa minərək “Həzi Aslanov” metrosunun yaxınlığında düşmüşlər. Başında qara rəngli kepka papaq olmuşdur. Metronun çıxışında Mehdi və onunla gələn təqribən 4 nəfər şəxslə görüşmüşdür. Görüşdükdən sonra Məhəmməd Hadi küçəsi ilə piyada yol getmişlər. Mehdi “mən danışanda heç kəs sözümü kəsməsin” sözünü işlətmişdir. Daha sonra Cavidlə Mehdi bir qədər qarşıda getmişlər. Onlar isə arxada gəlmişlər. Bir qədər qaranlıq yerə orada olan binanın arxasına çatdıqda səs-küy düşdüyünü eşitmişdir. Baxdıqda görmüşdür ki, Mehdi həmin yerdə olan evlərin qarşısına doğru qaçmış, Cavid də onun arxasınca qaçmışdır. Cavidin əlində bıçaq olmuş, Mehdi Caviddən yapışıb onu qaldırdıqda Cavid əlindəki bıçaqla Mehdinin qoluna, kürəyinə bıçaqla zərbələr vurmuşdur. Mehdi Cavidi yerə yıxmış, Cavid də həmin vaxt bıçaqla onu vurmağa davam etmişdir. Bu məqamda qaçmış və Mehdini arxadan qucaqlayaraq ayağa qaldırmışdır. Bu vaxt Mehdi köynəyini qaldırmış və qarnını tuturaq “ay bla..” sözünü işlətmişdir. Cavid ayağa qalxaraq qaçmışdır. Onlarla gələn şəxslərin qaçdığını gördükdə, o da Cavidin arxasınca qaçmışdır. Orada olan qəbiristanlığa qaçmış, Cavidin üst-başıqanın içində olmuşdur. Lakin bıçağı Cavidin əlində görməmişdir. Cavidlə gələn şəxslərin hara qaçdıqlarını görməmiş, qəbiristanlıqda Cavidlə birləşmişdir. Daha sonra markası və nömrəsini xatırlamadığı taksiyə minmiş, Cavid Əhmədli qəsəbəsində “Xəzər” deyilən yerdə düşmüş, o isə Suraxanı rayonuna öz yaşadığı evə getmişdir. İki gündən sonra “İnstagram”da Mehdinin öldüyünüöyrənmişdir. Cavidin hara getdiyini bilməmiş, bir neçə gündən sonra tutulduğunu eşitmişdir. hadisə yerinə getdikdə onun üzərində heç bir silah və ya bıçaq olmamışdır. Cavidin üzərində bıçaq olduğunu bilməmişdir. Hadisə yerinə getdikdə Mehdigilin yanında gələn saçını qarşıya darayan cavan oğlanlardan birinin tez-tez əlini belinə tərəf apardığını görüb Cavidə demişdir. Mehdi vurulduqdan sonra qaçdıqda, həmin oğlan odlu silahıçıxarıb əlində saxlamış, lakin atmamışdır. Silahı sağa-sola tərəf fırlamışdır. Onlar qaçdıqda Mehdi ilə gələn şəxslərin qaçmadıqlarını, Mehdinin yanında dayandıqlarını görmüşdür. Mehdini vurmamış, ona heç bir alətlə, əllə, ayaqla xəsarət yetirməmişdir. Həqiqətən də hadisə zamanı Mehdiyə arxadan yaxınlaşıb onu arxadan tuturaq arxaya doğru çəkmişdir. Mehdi arxaya çəkilərək ayağa qalxmış və qarnını, belini tutmuşdur. Həmin vaxt Mehdidən qan gəldiyini də görmüşdür. Hadisə vaxtı Mehdini yalnız Cavid bıçaqla vurmuş, onu orada olan şəxslərdən heç biri vurmamışdır. Həmin vaxt yalnız Cavid və Mehdinin aralarında münaqişə baş vermişdir. Hadisə günü onunla birlikdəçay içən və daha sonra “Xalqlar Dostluğu” metrosunun yaxınlığında olan adını sonradan öyrəndiyi Şahid10 tanımır, adını bilmir. Həmin şəxsləəvvəllər münasibəti olmamışdır. Hadisə günü yalnız Cavidin Mehdi ilə aralarında olan məsələni müzakirə edəcəklərini bilmiş, orada davadalaş düşəcəyindən əvvəlcədən məlumatı olmamışdır. Hadisə vaxtı başında qara rəngli papaq, mavi rəngli cins şalvar və ağ rəngli qısaqol köynək olmuşdur. Mehdinin hadisə yerindəölüb-ölmədiyini bilməmiş, Cavid taksidən düşdükdə ona polisə təslim olacağını demişdir. Bundan bir gün sonra “instagram”-da Mehdinin öldüyünü, Cavidin polis tərəfindən tutulduğunu öyrəndiyi üçün bu səbəbdən polisəəlavə məlumat verməmişdir. MəhkəmədəşahidqismindədindirilmişMəmmədovaTamaraRəşidqızıifad əsindəgöstərdiki, 2000-ci ildən hazırki vaxta qədər “SOS” uşaq kəndləri birliyinin Xətai rayon filialında tərbiyəçi-ana işləmişdir. Tərbiyəçi-ana kimi vəzifəsi valideynlik himayəsindən mərhum olmuş uşaqlarla yaşayıb onları böyütməkdən ibarətdir. Təqsirləndirilən şəxs 2000-ci ildən anası müəssisəyə yerləşdirmiş, Cavidi 15 yaşına qədər böyütmüş, sonra Cavid gənclər evinə getmiş, 18 yaşından isə müstəqil həyata başlamışdır. Buna baxmayaraq Cavid vaxtaşırı yanına gəlmiş, ona başçəkmişdir. Cavid hərbi xidmətə getməzdən əvvəl Höküməxanım adlı qızla ailə qurmuş, hazırda onun azyaşlı qızı vardır. 15.06.2019-cu il tarixdə gecə saatlarında yatdığı zaman Cavid “SOS” uşaq mərkəzində olan evə gəlmiş və onu yuxudan oyatmışdır. Həmin vaxt onun üzərində qırmızı rəngli idman paltarı olmuş, çirkli paltarlarını soyunaraq paltaryuyan maşına qoyduğunu, həmin paltarları yumağımı bildirmişdir. Bundan sonra aç olduğunu, yemək istədiyini demişdir. Yemək hazırlasa da, Cavid az yemiş, gec saatda gəldiyinə görə ona acıqlanmışdır. Cavid sakit və kefsiz olmuşdur. Daha sonra ondan pul götürərək evdən getmişdir. Cavid həmin vaxt evdə cəmi 10 dəqiqə olmuşdur. Hara getdiyini bilməmişdir. Səhərsəhər polis əməkdaşları gələrək Cavidin dava-dalaş etdiyini, harada olduğunu maraqlanmışlar. Onlara Cavidin gecə gəldiyini, lakin hazırda harada olduğunu bilmədiyini demişdir. Polis əməkdaşları Cavidin bıçaqla adam vurduğunu demişlər. Həmin gün yəni, 15.06.2019-cu il tarixdə Cavidlə telefon əlaqəsi saxlayaraq harada olduğunu soruşmuş, Cavid Gəncəşəhərində anası ilə görüşüb gələcəyini demişdir. Mehdi adlışəxsə bıçaq xəsarətləri yetirdiyini, Mehdinin hazırda sağ olub-olmadığını soruşmuşdur. Bu barədə məlumatsız olduğunu, əgər kimisə vurubdursa gəlib polisə təslim olmasını, polisin onu axtardığını bildirmişdir. Cavid 16.06.2019-cu il tarixdə gəlib təslim olacağını bildirmişdir. 16.06.2019-cu il tarixdə Cavid Bakışəhərinə gəlmiş və daha sonra öyrəndiyinə görə arvadı və uşağı ilə görüşdükdən sonra Hövsan qəsəbəsində kirayədə yaşadığı evə gedib orada polisə təslim olmuşdur. Cavid bıçaq barədə ona heç nə deməmiş, bundan başqa onun bıçağı olub-olmadığını bilməmişdir. Cavid həmin gecə evə gəldikdə belə bir hadisə törətməsini deməmişdir. Daha sonra polislər gəldikdə Cavidin bıçaqla adam vurduğunu öyrənmişdir. Həmçinin internetdə bu barədə yazılar getmişdir. “SOS”uşaq kəndində Xəyyam Mehdiyev adlışəxs böyümüşdür. Onun tərbiyəçisi olmamış, o da yaşı tamam olduğu üçün müəssisədən ayrılmışdır. Xəyyamı uzun müddətdir ki görmür. Səhər açıldıqdan sonra sadə funksiyalı mobil telefonunun olmadığını görmüşdür. Daha sonra Cavid telefonu gedərkən özü ilə apardığını demişdir. Həmin telefonu işlətmədiyi üçün içərisində nömrə olmamışdır. Cavidin Xəyyamla əvvəllər münasibətinin olduğunu bilmişdir. Cavidin başqa kimlərlə oturub-durduğunu bilməmişdir. Cavidin tanışı olan “Beka” adlı qızın sepini Məhdi götürüb satmış, daha sonra həmin qız Cavidə bu barədə bildirmiş, Cavid isə Məhdidən bunun səbəbini telefonla soruşduqda aralarında mübasihə olmuşdur. Bu səbəbdən onlar görüşmüşlər və həmin vaxt Cavid Məhdini bıçaqla vurmuşdur. Onda olan məlumata görə Xəyyam orada olmuşdur. Başqa kimlərin olub-olmaması barədə məlumatı yoxdur. MəhkəmədəşahidqismindədindirilmişHüseynovaHöküməxanımEldarqı zıifadəsindəgöstərdiki, 2014-cü ildə 2 saylı Bakı Peşa litseyində oxuduğu zaman Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Cavid həmin vaxt dülgərlik sənətini, o isə mühasibatlığıöyrənmişdir. Cavidin “SOS” uşaq kəndində mənəvi anası Tamaranın yanında böyüdüyünüöyrənmişdir. 2015-ci ilin oktyabr ayında isə toyları olmuş, Cavid hərbi xidmətə getmişdir. 2016-cı ildə qızları Emiliya doğulmuşdur. 2017-ci ilin aprel ayında isə Cavid əsgərlikdən təxlis olunaraq evə gəlmişdir. Cavid əsgərlikdən gəldikdən sonra müxtəlif restoranlarda xidmətçi kimi işləmişdir. Cavidlə aralarında ailə məişət zəminində mübahisələr olmuş, bu səbəbdən küsmüşlər. 2018-ci ilin iyun ayında Cavidlə demək olar ki ayrılmışlar. Cavid arada gəlib onu və uşağını görüb getmişdir. Əksər hallarda küçələrdə, dost-tanışı ilə olmuş və ya “SOS”-da qalmışdır. Cavidlə telefonla əlaqə saxlamışlar. 07.06.2019-cu il tarixdə də Cavid yaşadığı evə gəlmiş, görüşüb getmişdir. 15.06.2019-cu il tarixdə günorta saatlarında 36-cı polis bölməsindən polis əməkdaşı zəng edərək Cavidin harada olmasını soruşmuşlar. Maraqlandıqda Cavidin adam vurmasını bildirmişlər. “Vatsap” şəbəkəsi ilə Cavidləəlaqə saxlamış, Cavid ona bıçaqla adam vurduğunu gəlib polisə təslim olacağını bildirmişdir. Bir neçə saat sonra telefonunu satdığıüçün “vatsap”la daha əlaqə saxlaya bilməyəcəyini demişdir. 16.06.2019-cu il tarixdə səhər saat 10 radələrində Cavid Keşlə qəsəbəsinə gəlmiş və tanımadığı nömrədən zəng edərək Emiliyanı gətirməsini bildirmişdir. Cavid onunla və uşaqla görüşmüş, vurduğu adamın ona söyüş söydüyünü, aqressiv davrandığını, bu səbəbdən bıçaqla qarnına, qoltuğaltına və kürəyinə zərbələr vurduğunu demişdir. Hadisənin 14.06.2019-cu il tarixdə saat 24 radələrində Xətai rayonunda, Həzi Aslanov metrosunun yaxınlığında olan binaların arxasında baş verdiyini bildirmişdir. Cavid həmçinin əməlindən peşman olduğunu demişdir. Cavid ona Hövsan qəsəbəsinə getdiyini, 36-cı polis bölməsinin əməliyyat müvəkkili Seymura zəng etməsini və Hövsanda olmasını deməyini tapşıraraq Hövsan qəsəbəsinə getmişdir. Seymura Cavidin Hövsan qəsəbəsinə gedib və təslim olmağa hazır olduğunu demişdir. Daha sonra polislər Hövsan qəsəbəsinə gedərək Cavidi götürmüşlər. Cavidin öldürdüyüşəxsin Zərərçəkmiş şəxs olmasını, onların sözlərinin düz gəlmədiyini, mübahisə etdiklərini və həmin vaxt Cavidin bıçaqla onu vurmasınıöyrənmişdir. Cavidin hadisə yerinə kimlərlə getməsini bilməmişdir. MəhkəmədəşahidqismindədindirilmişMusayevTarerƏzimoğluifadəsində göstərdiki, Xətai rayonu, Cavanşir küçəsində yerləşən 20 saylı alqı-satqı müəssisəsində işləyir. Həmin müəssisəyə camaat arasında “qaçqın bazarı” deyirlər. Həmin bazarda əsasən meyvə-tərəfəz, xırdavat, tikinti və paltarlar satılır. Bazarda təqribən 40-a yaxın piştaxta fəaliyyət göstərir. İşlədiyi piştaxta bazara girişdən sayca 4-cü yerdə yerləşir. Piştaxtalar bir-birindən aralıdır. Satış etdiyi yerin bir tərəfi açıq otaq kimidir. Sağ və sol tərəfdə malların qoyulmasıüçün rəflər vardır. Oturub satış etdiyimiz yerin qarşısında isə mallar düzülmüş piştaxta olur. “Vöen” sahibi kimi qeydiyyatdan keçmiş, vergiləri sadələşmiş qaydada ödəyir. İşlədiyi piştaxtada xırdavat malları yəni əsasən hər növ lampalar, məişətdə, mətbəxtə istifadə olunan əşyalar, bıçaqlar, qapaqlar, çəngəllər, paltar şpilkaları, kəndirlər satır. Açılıb-bağlanan tipli çib bıçaqları satılır. Həmin bıçaqları da Sədərək Ticarət mərkəzindən alır. Bıçaqların qiyməti 3-5 manat arası dəyişir. Həmin bıçaqlar kiçik ölçüdə olur, adətən onu ova, balığa gedənlər, evdə iş görənlər alıb işlədirlər. Həmin bıçaqları meyvə doğramaq üçün də istifadə edirlər. 18 iyun 2019-cu il tarixdə işdə olduğum zaman bazarda ifadənin yerində yoxlanması istintaq hərəkəti keçirildikdə ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs adlışəxs ondan aldığı açılıb-bağlanan cib bıçağı ilə 14.06.2019-cu il tarixdə Xətai rayon ərazisində adam öldürmüşdür. Təqsirləndirilən şəxs tanımır, onun yaşında bir neçəşəxs həmin ərəfədə gəlib cib bıçaqları almışlar. Təqsirləndirilən şəxs da həmin ərəfədə bıçaq almasını istisna etmir. Lakin yaddaş problemi olduğu üçün dəqiq xatırlamır. Qeyd edim ki, bu tip açılıb-bağlanan bıçaqlar bazarda və hər yerdə açıq satışdadır. Düymə ilə açılıb bağlanan göy-qara rəngli bıçaq həmin vaxt satışda olmuşdur. Həmin bıçağın qiyməti həqiqətən də 5 manata olmuşdur. Həmin bıçağın tiyəsinin uzunluğu təqribən 5 sm olmuşdur. Həmin bıçaqlardan hazırda yoxdur, hər maldan demək olar ki, bir və ya iki ədəd gətirib satır. 10 gündən bir mal gətirməyə getdiyi üçün hər hansı maldan sayca artıq gətirməyə ehtiyac yoxdur. MəhkəmədəşahidqismindədindirilmişMəmmədovElşənQüdrətoğluifadə sindəgöstərdiki, ünvan 12 saylıünvanda ailəüzvləri ilə birlikdə yaşamışdır. 14.06.2019-cu il tarixdə gecə saat 24 radələrində yaşadığı binanın həyətində olan “Əsmər” marketin həyətin qarşı tərəfinə baxan hissəsində dayanıb siqaret çəkmişdir. Bu zaman təqribən üç nəfər cavan oğlanların binanın arxasında olan həyətdən qaçaraq gəldiklərini və arkadan çıxaraq qaçdıqlarını görmüşdür. Onlardan birinin saçı uzun olmuşdur. Qaçanlardan saçı uzun olan oğlanın həyətdə olan ağacın üzərindən qara rəngli əl çantası götürərək qaçdığını da görmüşdür. Bundan sonra isə həmin oğlanların qaçdığı arkadan binanın arxasında olan həyətə keçmişdir. Həmin vaxt onlarla eyni məhəllədə yaşayan Rəşadı da görmüşdür. Nə baş verdiyi soruşduqda Rəşad cavan bir oğlanın vurulduğunu demişdir. Bir qədər irəli getdikdə binanın arxasına gedən avtomobil yolu kimi istifadə olunan çığırın kənarında, yəni binanın arxasında cavan bir oğlanın yerdə uzandığını, paltarları qanın içində olduğunu görmüşdür. Həmin vaxt orada Rəşad və ondan başqa da qonşular toplaşmışdı. Həmin cavan oğlanın üzünə baxsa da kim olduğunu bilməmiş, əvvəllər onu binanın həyətində görməmişdir. Bundan sonra qonşular təcili yardım xidmətinə və polisə zəng edərək hadisə barədə məlumat vermişlər. Cavan oğlan yerdə uzanmış, tərpənməmiş, zarıyaraq can verirmiş. Bir neçə dəqiqədən sonra təcili yardım xidmətinin əməkdaşları gəlmiş və qonşularla köməkləşib həmin cavan oğlanı təcili yardım maşınına mindirmişlər. DİN-nin “102” xidmətinə zəng edildiyini və hadisə barədə məlumat verildiyini bilmişdir. Bundan sonra isə yaşadığı evə qalxmışdır. İbtidaiistintaqzamanşahidqismindədindirilmişvəməhkəməiclasındatədqiq edilmiş QarayevSeymurFərhadoğlununifadəsindəngörnürki, 14.06.2019-cu il tarixdə Xətai rayonu, Məhəmməd Hadi küçəsi 91 ünvanında yerləşən fərdi yaşayış evlərinin arxasında olan boş sahədə 2001-ci il təvəllüdlü Zərərçəkmiş şəxs üzərindəçoxsaylı kəsici-deşici alətlə yetirilməyə xarakterik xəsarətlərlə aşkar edilməsi və xəstəxanaya aparılarkən təcili yardım avtomobilində ölməsi faktına görə Xətai RPİ-də və 36-cı polis bölməsində əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Bunun nəticəsində qısa zaman ərzində cinayət əməlini törətmişşəxs, Xətai rayonu, Sadıqcan küçəsi 27A ünvanında qeydiyyatda olan xx.xx.1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs uşaq yaşlarından tanımış, belə ki, onun böyüdüyünü “SOS” uşaq kəndlərinin həyətində olan stadionda əvvəllər futbol oyunu oynamışdır. Həmçinin Xətai RPİ-də onun döyülməsi iləəlaqədar cinayət işinin istintaqı aparılmışdır. 15.06.2019-cu il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxs istifadəsində olan telefonla əlaqə saxlamış, onun harada olması barədə soruşduqda yerini deməmiş, telefonda yalnız uzaqda olduğunu bildirmişdir. Həmçinin Məhdini bıçaqla vuraraq öldürdüyünə görə peşman olduğunu, vicdan əzabıçəkdiyini, cinayət əməlini törədərək öz həyatını da məhv etdiyini bildirmişdir. Cavidlə profilaktik söhbətlər apararaq təslim olmasının onun üçün daha yaxşı olacağını bildirmişdir. Bundan sonra Cavid telefonunu söndürmüş və daha sonra telefonunu açmamışdır. 15.06.2019-cu il tarixdə “SOS” uşaq kəndinə getmiş, orada Cavidi böyüdən tərbiyəçi Tamara ilə görüşmüş, ona hadisə barədə məlumat vermişdir. Cavidin yerini ondan soruşmuşdur. Tamara Cavidin gecə evə gəldiyini, yemək yeyib, üzərindəki paltarları dəyişib getdiyini bildirmişdir. Cavid Tamaraya hadisə iləəlaqədər heç bir söz deməmişdir. Tamara Cavidləəlaqə saxlamağa çalışacağını, onu polis bölməsinə gəlməsini deyəcəyini bildirmişdir. Bundan sonra Tamara zəng edərək Cavidlə danışdığını, polis tərəfindən axtarılması barədə Cavidə bildirdiyini, Cavidin ona əlaqə saxlayacağını dediyini bildirmişdir. 15.06.2019cu il tarixdə Cavidin arvadı Höküməxanımla telefonla danışdıqda da, hadisə iləəlaqədar məlumatı olmadığını bilmişdir. Höküməxanıma Cavidin adam vurduğunu, tərəfindən axtarıldığını demişdir. Bundan bir müddət sonra Höküməxanım zəng edərək Cavidin ona zəng etdiyini, Gəncəşəhərində olduğunu, bir gün sonra gəlib uşağı ilə görüşdükdən sonra polisə təslim olacağını bildirmişdir. 16.06.2019-cu il tarixdə Höküməxanım zəng edərək məlumat vermişdir ki, Cavid Keşlə qəsəbəsinə gəlmiş, azyaşlı uşağı ilə görüşmüş və Hövsan qəsəbəsinə dəniz kənarına getmişdir. Cavid Höküməxanıma həmçinin olduğu yerin zəng edib deyilməsini, təslim olmağa hazır olduğunu, Hövsan qəsəbəsindən kənara getməyəcəyini, eləcə də məhz onun gelərək götürməsini istədiyini bildirmişdir. Bundan sonra əməliyyat qrupu ilə birlikdə Hövsan qəsəbəsinə getmişlər. Cavidi həqiqətən də Hövsan qəsəbəsində, dəniz kənarına yaxın yerləşən internet klubda aşkar etmiş və polis əməkdaşları ilə birlikdə Cavidi götürərək Xətai rayon polis idarəsinə gətirərək istintaqa təqdim etmişdir. İbtidaiistintaqzamanşahidqismindədindirilmişvəməhkəməiclasındatədqiq edilmişBağırovFərhadƏliquluoğlununifadəsindəngörünürki, Təqsirləndirilən şəxs Xətai rayonu ərazisində yaşadığı və tez-tez Xətai rayonunda olan çayxanalarda olduğu üçün tanımışdır. Cavidlə adətən tez-tez görüşməmiş, bir neçə dəfə Xətai rayonunda yerləşən çayxanalarda qardaşı Fuadla birlikdə oturmuş, oturub söhbət etmişlər. Cavidi həmçinin qardaşı Fuad da tanımışdır. Cavidi təxminən 2018-ci ilin sonlarından etibarən tanımışdır. Cavidlə indiyə qədər aralarında heç bir narazılıq olmamışdır. 2019-cu ilin iyun ayının 14-də, saat təqribən saat 23 radələrində yaşadığı evdə olduğu zaman Cavid onun istifadəsində olan mobil telefonun “vatsap” proqramına yazaraq “Xalqlar Dostluğu” metrosusunun yaxınlığında olan parka gəlməsini bildirmişdir. Qardaşı Fuadla birlikdə yaşadığı evdən çıxaraq Cavidin dediyi kimi “Xalqlar Dostluğu” metrosunun yaxınlığında olan parka getmişdir. Evdən çıxdıqdan təxminən 15 dəqiqə sonra qardaşı Fuadla birlikdə həmin parka çatmışlar. Parka çatdıqda Cavid və yanında olan təxminən 5-6 nəfər tanımadığı cavan oğlanlar olmuşdur. Onların kim olduqlarını bilməmiş, əvvəllər həmin şəxsləri heç bir yerdə görməmişdir. Cavid orada ona və qardaşı Fuada “Həzi Aslanov” metrosunun yaxınlığına gedəcəklərini, orada bir nəfər şəxslə görüşəcəklərini, onunla aralarında olan məsələni həll edəcəklərini bildirmişdir. Cavidin kiminlə görüşəcəyini, Cavidin görüşəcəyi adamla aralarında hansı məsələni müzakirə edəcəklərini ora getdikdə bilməmişdir. Parkda olduqda Caviddən soruşduqda, sonuncu ona ilk əvvəl “müsəlmançılıq tapdalanmışdır” sözünü demişdir. Daha sonra isə Cavid ona tanıdığı Məhdi adışəxsin xəstə bir qızın sepini götürüb satdığını, bununla əlaqədar olaraq aralarında söz-söhbət olduğunu demişdir. Bundan sonra saat təxminən 23:30 radələrində Cavid, parkda olan tanımadığı 5-6 nəfər cavan oğlanlar və qardaşı Fuadla birlikdə avtobusa minərək “Həzi Aslanov” metrosunun yaxınlığına getmişlər. “Həzi Aslanov” metrosunun yaxınlığında avtobusdan düşüb birlikdə avtomobil yolunun qarşı tərəfinə keçmişlər. Orada metronun girişin qarşısında xeyli tanımadığı adam olmuşdur. Orada onları gözləyən şəxslərin heç birini tanımamış, lakin tanımasa da, həmin cavan oğlanlarla salamlaşmışdır. Onlar da cavan oğlanlar olmuşdur. Bu vaxt qardaşı Fuadla birlikdə siqaret almaq üçün bir qədər kənara çəkilmişdir. Yaxınlıqda olan siqaret satan şəxsə yaxınlaşmış, ondan hərəsinə bir ədəd siqaret almışlar. Fuadla siqaret aldıqdan sonra onlarla gələn şəxslər və görüşdüyü cavan oğlanlar dayandıqları yerdən gəzə-gəzə getmişlər. Həmin şəxslər ondan və qardaşı Fuaddan xeyli, təqribən 30-40 metr irəlidə getmişlər. Bundan sonra qabağa gedərək onlara çatmış, lakin Fuad arxada qalmışdır. Xətai rayonu, Məhəmməd Hadi küçəsi 91 ünvanında yerləşən binanın arxasında olan boş sahəyə yaxınlaşdıqda Cavid Məhdiyə yumruq zərbəsi vurmuş, həmin vaxt orada dava-dalaş düşmüşdür. Bu zaman kimsə uca səslə “qaçın” sözünü demişdir. Qardaşı Fərhadın harada olduğunu görməsə də, qaçmağa başlamışdır. Onlarla gələn şəxslərin və Cavidin qaçdığını görmüş, özü də qaçmışdır. Bir qədər qaçdıqdan sonra xatırlamadığı taksiyə minərək yaşadığı evə getmişdir. Taksiylə gəlib yaşadığı məhəlləyəçatmış, ondan bir neçə dəqiqə sonra Fuad da gəlib çıxmışdır. Qardaşı Fuad ona məhəllədə nə baş verdiyini soruşduqda Cavid Məhdini yumruqla vurduğunu, orada səs-küy düşdüyünü, bu səbəbdən qaçdığını bildirmişdir. Bundan bir gün sonra Cavidin tutulduğunu eşitmişdir. Cavid həmin vaxt ona “müsəlmançılıq tapdalanıbdır” sözünü demişdir. Lakin konkret olaraq nə olduğunu telefonda deməmişdir. “Xalqlar dostluğu” metrosunun yaxınlığında olan parka çatdıqda orada olan şəxslərdən yalnız Cavidin özünüəvvəlcədən tanımışdır. Caviddən başqa orada 5-6 nəfər cavan oğlanlar olmuş, onlardan heç birini tanımamış, əvvəllər görməmişdir. Hazırda da həmin şəxsləri görsə tanıya bilməz. “Həzi Aslanov” metrosunun yaxınlığına çatdıqda orada olan şəxslərdən heç birini tanımamışdır. Lakin salamlaşarkən görmüşdür ki, onlar da cavan oğlanlardır. Salamlaşdıqdan sonra qardaşı ilə siqaret almaq üçün bir qədər kənara çəkilmiş və buna görə onlardan geriyə qalmışdır. Onlarla gələn şəxslər “Həzi Aslanov” metrosunun yaxınlığında olan şəxslərlə görüşdükdən sonra gəzəgəzə getməyə başlamışlar. Qardaşı ilə bir qədər arxadan gəlmişdir. Cavidin yumruqla Məhdini vurmasını görmüş, bundan sonra heç nə görə bilməmişdir. Cavidin və onlarla gələn oğlanların qaçdığını, kiminsə “qaçın” deyə qışqırdığını eşidib qaçmışdır. Qardaşı Fuad bir qədər arxada olmuş və Cavidin Məhdini yumruqla vurduğunu görməmişdir. Həmin vaxt heç kəsdə bıçaq, tapanca və ya başqa bir silah olduğunu görməmişdir. Zərərçəkmiş şəxs və onunla həmin gün gələn şəxslərin heç birini tanımamışdır. Məhdinin şəklini daha sonra sosial şəbəkədə görmüşdür. Hadisədən sonra Cavid ona zəng etdiyinə görə Cavidə zəng etmişdir. Telefonda Cavid ona pul lazım olduğunu demişdir. O isə pulunun olmadığını bildirmişdir. Həmin telefon danışığında Cavid ona hadisə barədə bir söz deməmiş, hadisədən sonra Cavidi görməmiş, onun hara getdiyi barədə məlumatı olmamışdır. Hadisədən bir gün sonra Cavidin tutulduğunu öyrəndiyi üçün polisə məlumat verməmişdir (Cild 2, i.v. 115-118). İbtidaiistintaqzamanşahidqismindədindirilmişvəməhkəməiclasındatədqiq edilmişBağırovFuadƏliquluoğlununifadəsindəngörünürki,o, qardaşı Şahid7 ilə oxşar məzmunlu ifadə vermişdir (Cild 2, i.v. 110-114). İbtidaiistintaqzamanşahidqismindədindirilmişvəməhkəməiclasındatədqiq edilmişBaxşıyevKamranTofiqoğlununifadəsindəngörünürki, təxminən iki ilə qədər olar ki, x17 ilə tanışlığı olmuşdur. Təqsirləndirilən şəxs “SOS” uşaqlar evində yaşamış uşaq kimi tanımış, onunla heç bir zaman yaxın münasibətləri olmamışdır. Cavid və Mehdinin salam-sağol münasibətləri olması ona məlum olmuşdur. Onların arasında əvvəllər hər hansı münaqişə, söz-söhbət olmasını eşitməmişdir. 14.06.2019-cu il tarixdə Mehdi ona “vatsap” proqramında yazaraq Təqsirləndirilən şəxs gələcəyini, onunla söhbətinin olacağını, onun də iştirak etməsini deyərək bu səbəbdən görüşmək istədiyini bildirmişdir. Saat təqribən 18 radələrində “Həzi Aslanov” metrosunun yaxınlığında Mehdi ilə görüşmüş və “Şamon” çay evindəçay içmişdir. Cavid saat 18 radələrində “Həzi Aslanov” metrosunun yaxınlığına gələcəyini vəd etmişdir. Mehdi həmin çay evində “vatsap”da ona danışdığı söhbəti açmış və bildirmişdir ki, hansısa bir dostunun kiməsə 100 manat məbləğində qumar borcu olduğundan tanıdığı “Beka” ləqəbli qızdan gümüş sep götürmüş, onu 110 manata satmış, həmin dostunun qumar borcunu qaytarmışdır. Həmin dostunun kim olduğunu, sepin kimə satıldığını bilmir. Bu məsələdən 5-6 ay sonra, yaxın günlərdə “Beka” ləqəbli qız Təqsirləndirilən şəxs demişdir ki, Mehdi gümüşün pulunu alıb özünə xərcləmiş, dostunun qumar borcunu verməmişdir. Cavid “Beka” ləqəbli qızın tanışı olduğundan bu məsələ ilə maraqlanmış və Mehdi ilə aralarında “vatsap”da mübahisə baş vermiş, mübahisəni həll etmək üçün 14.06.2019-cu il tarixdə “Həzi Aslanov” metrosunun yanında görüş təyin edilmişdir. Başqa işlərin olduğundan həmin gün bir neçə dəfəçayxanaya gedib-gəlmişdir. Bundan sonra Xəyyam adlı tanışı gəlmiş, birlikdə bir qədər gəzmişlər. Saat təqrirən 22:30 radələrində qril vəçörək alaraq evə getmişdir. Evə getdikdə Mehdiyə bildirmişdir ki, gecdir, daha Cavidlə görüşməsin, lazım gələrsə sabah birlikdə görüşərlər. Bundan sonra evə getmiş və evdən çöləçıxmamışdır. Bundan sonra Mehdi ona yazmışdır Cavidgilin gəldiyini yazmışdır. Mehdiyə yenə evə getmələrini bildirmişdir. Həmçinin Xəyyam da onların gəldiklərini bildirmişdir. Daha sonra Murad ona həmin gün saat 24 radələrində Cavid və onun yanında olan təqribən 10 nəfər cavan yaşlı oğlanlarla birlikdə Həzi Aslanov metrosunun yanına gəldiklərini, Murad, Kamal, Heydər, Xəyyam və Mehdi M.Hadi küçəsi 91 ünvanda yerləşən yaşayış binasının arxasında olan həyətindən bir qədər içəridə olan fərdi yaşayış evlərin darvazalarının qarşısına getdiklərini, orada baş verən mübahisə nəticəsində Cavidin bıçaq çıxararaq Mehdini vurduğunu vəözü ilə gələn şəxslərlə birlikdə qaçdıqlarını bildirmişdir. Mehdidən xeyli qan gəlmiş, lakin heç bir söz deməmişdir. Mehdi aldığı xəsarətlərdən ölmüşdür. Həmin gün Mehdinin telefonu ilə Cavidlə telefonla danışmış, Cavid Məhdini və onu “Xalqlar Dosltuğu” tərəfəçağırmışdır. O isə ora gələ bilməyəcəklərini, “Həzi Aslanov” metrosu tərəfə gələ biləcəklərini demişdir. Saat təqrirən 22:30 radələrində qril vəçörək alaraq evə getmişdir. Evə getdikdə Məhdiyə bildirmişdir ki, gecdir, daha Cavidlə görüşməsin. Evə gec vaxtda gəldikdən sonra gecə küçəyəçıxmır. Həmçinin həmin gün də saat 22:30 radələrində evə gəlmiş, bu səbəb evdən çöləçıxmamışdır. Həmçinin Xəyyama və Məhdiyə də bildirdim ki, evə getsinlər, heçkəslə görüşməsinlər. Daha sonra öyrənmişdir ki, onlar sözünə qulaq asmayaraq Cavidlə görüşməyə getmişlər. Hadisədən əvvəl Xəyyam Mehdiyevlə görüşmüşdür. Onun tapançası və ya hansısa odlu silahının olması ona məlum olmamış, bu barədə heç bir məlumatı yoxdur. Xəyyamın harada olması, harada yaşaması barədə məlumat yoxdur. Xəyyamla hadisədən sonra görüşməmişdir. Xəyyam Mehdiyev də yaşadığı evlə qonşuluqda yerləşən “SOS” uşaq kəndində böyümüşdür. Bu səbəbdən onu tanımışdır. Xəyyamla Cavid hər ikisi “SOS” uşaq kəndində yaşamışlar. Evə getdikdə Məhdi Xəyyamla birlikdə olmuş, evə getdikdən sonra onlar Murad, Heydər və Kamal ilə görüşüb hadisə yerinə getmişlər. Bu barədə Murad və Heydərdən eşitmişdir. Kamalı isəümumiyyətlə tanımamışdır. Həqiqətən də həmin gün, hadisədən əvvəl Təqsirləndirilən şəxsla telefonla danışmışdır. Cavidə gəlirsə gəlsin, gəlmirsə daha vacib işləri var demişdir. Həmin telefon danışığında heç kəsin ünvanına var-yox söyüşü söyməmişdir. Cavid həmin vaxt onların “Xalqlar Dostluğu” metrosu tərəfə gəlmələrini bildirmişdir. O isə ora gələ bilmədiklərini, “Həzi Aslanov” metrosunun yaxınlığında olduqlarını demişdir. Həmin telefon danışığından sonra toyuq qrili vəçörək alıb evə getmişdir. Cavidin həmin gün kimlərlə hadisə yerinə gəlməsi ona məlum olmamışdır. Lakin Muradgilin deməsinə görə onlar təxminən 10 nəfər olmuşlar. Cavid Məhdini aralarında “vatsap”da baş verən mübahisə həmçinin görüşdükdən sonra hadisə yerində sözlərinin çəp gəldiyi üçün bıçaqla vurub öldürmüşdür. Təqsirləndirilən şəxs 2018-ci ilin oktyabr ayında qardaşı Cəlal haqqında xoşagəlməz söz işlətdiyi üçün tanışı Məğrurla birlikdə Cavidlə aralarında dava-dalaş olmuşdur. Həmin vaxt orada Elşən, Əli və Hüseyn adlı tanışları da olmuşdur. Lakin Məğrurla birlikdə Cavidlə dalaşmışdır. Həmin işə görə istintaq aparılıb və Cavidlə istintaqda barışdıqlarıüçün həmin iş xitam olunmuşdur. Hazırda Cavidlə heç bir ədavəti, düşmənçiliyi yoxdur(Cild 1 i.v. 65-67, cild 2 i.v. 181-183). İbtidaiistintaqzamanşahidqismindədindirilmişvəməhkəməiclasındatədqiq edilmişEyvazovSeymurHüseynoğlununifadəsindəngörünürki, Bakışəhərində kollecdə təhsil alır, ailəüzvləri Qəbələ rayonunda yaşayır. Təqsirləndirilən şəxs ilə 2019-cu ilin təxminən mart-aprel aylarında Xətai rayonu, Əhmədli qəsəbəsində olan kafelərdən birində tanış olmuşdur. Belə ki, əyləşdiyi masada boş yer olduğu üçün gəlib onunla bir masada oturmuşdur. Cavidlə həftəərzində təxminən bir dəfə görüşüb kafedə oturub çay içib, məişət zəminində söhbət etmişdir. Cavidlə yaxın dostluq münasibəti olmasa da, onunla yoldaşlıq etmişdir. 14.06.2019-cu il tarixdə saat 19 radələrində yaşadığı evdə olduğu zaman Cavid istifadəsində olan telefonun “vatsap” proqramında yazaraq Xətai rayonu, Əhmədli qəsəbəsinə, “Xəzər” adlanan yerdə oturub birlikdəçay içməyi təklif etmişdir. Bu səbəbdən avtobusa minərək evdən həmin yerəçay içməyə getmişdir. Adını xatırlamadığı lakin əvvəllər də bir neçə dəfə oturduqlarıüçün yerini bildiyi çayxanaya getmişdir. Həmin çayxananın həyətində olan stolda Cavidlə oturub çay içmişdir. Həmin çayxanaya çatdıqdan bir neçə dəqiqə sonra daha bir tanımadığı, adını bilmədiyi cavan oğlan da gəlmişdir. Həmin oğlan da olarla birlikdəçay içmişdir. Həmin oğlanın başında kepka-papaq olmuş, arıq, cavan yaşda oğlan olmuş, əvvəllər onu görməmişdir. Cavid telefonu ilə kiminləsə “vatsap”la danışırmış, bir neçə dəfə stuldan durub kənada danışıb yenə də gəlib oturmuşdur. Həmin çayxanada 10-15 dəqiqə oturduqdan sonra Cavid bir tanışı ilə görüşəcəyini, onunla söhbət edəcəyini birlikdə görüşə getmələrini bildirmişdir. Lakin söhbətin məzmununun nədən ibarət olması barədə heç bir şey deməmişdir. Cavid onlara “Xalqlar dosltuğu” metrosunun yaxınlığında olan parka getmələrini bildirmişdir. Birlikdə avtobusla həmin parka getmişlər. Parkda bir qədər daşın üstündə oturmuşlar. Həmin parkda olarkən Cavidin daha iki tanışı gəlib çıxmışdır. Gələnlərin iki qardaş olduqlarını başa düşmüşdür. Bu zaman “Xəzər” adlanan yerdə olan kafelərdə bir neçə dəfə gördüyü, üzdən tanıdığı bir oğlanı görmüşdür. Həmin oğlanla salamlaşmış, üzdən tanıdığı həmin oğlanın yanında da üç nəfər cavan oğlanlar olmuşdur. Həmin üç nəfər cavan oğlanlarıümumiyyətlə tanımamış, əvvəllər görməmişdir. Həmçinin Cavid də onları tanımamışdır. Yalnız onunla salamlaşan oğlanıüzdən tanısa da, adını bilməmişdir. Üzdən tanıdığışəxs, onun yanında olan üç nəfərlə birlikdə artıq parkda təxminən on nəfər olmuşlar. Parkda dayandıqda Cavidin orada kiminləsə görüşəcəyini düşünmüşdür. Lakin hansı səbəbə görüşəcəyini, söhbətin məzmununun nə olduğunu bilməmişdir. Saat 23:30 radələrində Cavid dayandıqları yerdə görüşəcəyi şəxsin “Həzi Aslanov” metrosu tərəfdə olduğunu və ora getməli olduqlarını bildirmişdir. Üzdən tanıdığı cavan oğlan və onun yanında olan üç nəfər şəxs də onlarla birlikdə getmişlər. “Xalqlar dostluğu” metrosunun yanından 51 nömrəli avtobusa minmiş və “Həzi Aslanov” metrosunun yaxınlığında düşmüşlər. Metronun çıxışında beş nəfər şəxsə yaxınlaşmışlar, onlarla salamlaşıb-görüşmüşlər. Görüşdükdən sonra Məhəmməd Hadi küçəsi ilə piyada yol ilə getmişlər. Cavid orada görüşdüyüşəxslərdən biri ilə irəlidə getmişdir. Daha sonra həmin şəxsin adının Mehdi olduğunu öyrənmişdir. Cavidlə Mehdi qarşıda, onlardan arxada isə həmin Mehdi adlışəxsin yanında olan az öncə görüşdüyü cavan oğlanlar getmişlər. Mehdini və onun yanında olan şəxslərin heç birini əvvəllər görməmişdir. Bir qədər qaranlıq yerə orada olan binanın arxasına çatdıqda səs-küy düşdüyünü eşitmişdir. Həmin vaxt qışqırıq səsi eşitmiş və dava düşdüyünü başa düşmüşdür. Dalaşan şəxsin Cavid olduğunu görsə də, qaranlıq olduğu üçün onun nə etdiyini, kiminlə dalaşdığını tam görə bilməmişdir. Bu məqamda yaxınlıqda olan qəbristanlıq istiqamətində qaçmışdır. Cavidin dəçayxanada oturan başında papaq olan oğlanın da qaçdıqlarını görmüş və başqa istiqamətdə qaçmışdır. Həmçinin üzdən tanıdığı oğlan və sonuncunun üç nəfər tanışı da qaçmışlar. Bir qədər qaçdıqdan sonra yorulub surətini azaltmışdır. Bundan sonra Cavidin hara getdiyini bilməmişdir. Həmin vaxt orada nə baş verdiyini də anlamamış, yalnız dava düşdüyünü bilib qaçmışdır. Hadisədən bir gün sonra yəni 16.06.2019-cu il tarixdə “İnstagram” sosial şəbəkəsində Cavidin həmin vaxt Mehdi adlışəxsi bıçaqlayaraq öldürdüyünü və polis tərəfindən tutulduğunu öyrənmişdir. Hadisə yerinə getdikdə onun üzərində heç bir silah və ya bıçaq olmamışdır. Cavidin üzərində bıçaq olduğunu bilməmişdir. Həmçinin o orada olan şəxslərin heç birində bıçaq görməmişdir. Dava düşməzdən əvvəl Cavidlə Mehdi qarşıda onların ardınca başında papaq olan oğlan və Mehdi ilə gələn cavan oğlanlar getmişlər, həmin oğlanlardan 5-10 metr arxada olmuşdur. Həmçinin qaranlıq olmuş, işıq düşən yer olmadığından hadisəni aydın görə bilməmişdir. Heç bir xəsarət almamış, heçkəsləəlbəyaxa olmamışdır. Təqsirləndirilən şəxs onu “vatsap” proqramı vasitəsiləçağırmışdır. Təqsirləndirilən şəxs onun üzdən tanıdığışəxsi və onun yanında olanları tanımamışdır. Hadisədən sonra nə Cavidlə, nə də ki həmin şəxslərlə görüşməmiş, ünsiyyəti olmamışdır. Orada dava düşdüyünü görsə də, nə baş verdiyini bilməmişdir. Hadisədən bir gün sonra 16.06.2019-cu il tarixdə orada Təqsirləndirilən şəxs bıçaqla Məhdi adlışəxsi vurub öldürdüyünü və polis tərəfindən tutulduğunu “instagram” sosial şəbəkəsində olan yazılardan oxuduqda polisin məsələdən xəbərdar olduğunu bildiyini üçün polisəəlavə məlumat verməmişdir. Təsadüfən orada üzdən tanıdığı bir şəxsi və sonuncunun yanında olan üç tanışı ilə rastlaşmışdır. Ola bilsin ki, onlardan hansınınsa adı Ayxandır, bunu Caviddən eşitmişdir. Təqsirləndirilən şəxs ona Mehdi Əlizadəni öldürəcəyi barədə, ümumiyyətlə məsələnin mahiyyəti barədə heç bir söz deməmişdir (Cild 1, i.v. 172-176). İbtidaiistintaqzamanşahidqismindədindirilmişvəməhkəməiclasındatədqiq edilmişRəhimovRəşadRəhimoğlununifadəsindəngörünürki, ünvan 13 saylıünvanda ailəüzvləri ilə birlikdə yaşayır. 14.06.2019-cu il tarixdə gecə saat 24 radələrində yaşadığı binanın aşağısında olan binanın arxasına keçmək üçün olan arkada dayanmışdır. Bu zaman binanın arxasında olan həyətin axırında olan ağacların arxasında, orada olan həyət evlərinin qarşısından qışqırtı və dava-dalaş səslərinin gəldiyini görərək həmin tərəfə doğru bir qədər getmiş və uzaqdan görmüşdür ki, bir qrup təqribən 5-6 nəfər şəxs həmin yerdən sağ tərəfə, yəni “Həzi Aslanov” metrosu istiqamətində qaçmışlar. Bundan sonra dava-dalaş olan yerdən üç-dörd nəfər cavan oğlanın onun dayandığı “Əsmər” market tərəfə gəldiklərini görmüşdür. Onlardan biri ona çatmamış, avtomobil yolu kimi istifadə olunan torpaq yolun kənarında, qamışlığın qarşısında yerə yıxılmışdır. Bu vaxt yıxılan oğlanın yanında olan şəxslər üzlərini onlara tərəf tutaraq “skoru çağırın, bunu qan apardı, bu yıxıldı, bu öldü” sözlərini uca səslə demişlər. Yaxınlaşdıqda həmin cavan oğlanın can verdiyini, köynəyi qanın içərisində olduğunu görmüşdür. Lakin heç nə danışmamış, xırıldamışdır. Həmin vaxt dərhal “103” təcili yardım xidmətinə zəng edərək məlumat vermişdir. Bu vaxt qonşusu Elşən də yanında olmuşdur. Təcili yardım avtomobili gəldikdə xəsarət alan oğlanın bayaq yanında olan oğlanlar da oradadırlar. Köməkləşib birlikdə xəsarət alan oğlanı təcili yardım avtomobilinə mindirmişlər. Təcili yardım getdikdən sonra xəsarət alan şəxsin yanında gördüyüşəxsləri görməmişdir (Cild 1, i.v. 31-34). İbtidaiistintaqzamanşahidqismindədindirilmişvəməhkəməiclasındatədqiq edilmişRzazadəNuranVüqaroğlununifadəsindəngörünürki, o, Şahid15 ilə oxşar məzmunlu ifadə vermişdir. (Cild 1, i.v. 121-123). Cinayətişininmateriallarındaolanvəməhkəmədəelanedilərəktədqiqedilmiş mobil telefona baxış keçirilməsi haqqında20 iyun2019-cu il tarixli protokoldangörünürki,Təqsirləndirilən şəxs 14.06.2019-cu il tarixdə saat 01:55dən etibarən fasilələrlə saat 22:10 radələrinədək Zərərçəkmiş şəxs istifadəsinda olan telefona “vatsap” proqramı ilə yazaraq ona Şahid2 boyunbağını götürüb satdığını, borcunu ödədiyini deyərək Zərərçəkmiş şəxs ilə uzun-uzadı söhbət apararaq onun özündən çıxmasına, əsəbləşməsinə səbəb olmuş, bundan başqa “vatsap” danışığı zamanı onu bu məsələni həll etmək üçün təklikdə görüşəçağırmış, ona bu danışığı iləçox getməyəcəyini, səbrini daşırdığını dəfələrlə bildirmişdir. Həmçinin hadisədəni törətdikdən sonra Təqsirləndirilən şəxs “vatsap” proqramında Zərərçəkmiş şəxs “Me itdere verenin oğlanlığını s... buda sene ders olarki birde tanmadigin adamlarla aqresyayla danismadar xesdeni yetimin uşağın puluynanda tavan vasdanavit olunmaz get si... indi. Heyifki olmedin qandon bilet aldılar elimnen seni” yazması da bir daha Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsölümcül xəsarətlər yetirməsini və hadisə yerində olan şəxslərin Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs aralamalarını təsdiq edir (Cild 1, i.v. 196-201). Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 12 iyul 2019-cu il tarixli 48 nömrəli rəyindən görünür ki, M.Şahid1 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər döş qəfəsinin sol yan səthindən, sol orta qoltuqaltı xətt üzrə, sol İV-V qabırğalararası sahədən daxilə - döş boşluğuna keçib, ətraf yumşaq toxumaları, sol ağcıyəri dəlib keçən, ürəyin pərdəsini vəürəyin sol qulaqcığı zədələyən bir ədəd deşilmiş-kəsilmiş yara, qarın nahiyəsinin ön səthinin sağ yarısından daxilə - qarın boşluğuna nüfuz edib, ətraf yumuşaq toxumaları, böyük piyliyi və nazik bağırsağı zədələyən bir ədəd deşilmişkəsilmiş yara, bel nahiyəsinin sağ yarısından daxilə keçib - ətraf yumuşaq toxumaları zədələyən, lakin daxili orqanları zədələməyən bir ədəd deşilmişkəsilmiş yara, daxili üzvlərin azqanlığı ilə qeyd olunan və kəskin qanitirmə ilə müşayiət olunan, cəmi üçədəd daxilə keçən deşilmiş-kəsilmiş yaralar, sol çiyin qurşağı nahiyəsinin arxa səthində iki ədəd , bel nahiyəsinin sağ yarısında bir ədəd və bel nahiyəsinin sol yarısında iki ədəd, daxilə keçməyən cəmi beşədəd kəsilmiş yaralar deşici-kəsici və ya kəsici əşyanın (əşyaların), sağ almacıq nahiyəsindəki sıyrıq isə küt əşyanın təsirindən törənmişlər, həyati olub ölüm baş verməmişdən az əvvəl (dəqiqələrləölçülən vaxt vahidi ilə) yetirilmişdir, qərarın təsviri hissəsində göstərilən tarixdə vəşəraitdə, yəni kənar şəxs tərəfindən deşici-kəsici alətin və ya kəsici alətin (alətlərin) ola bilsin bıçağı, sıyrıq isə küt əşyanın təsirindən törənmişdir. M.Şahid1 meyitinin döş qəfəsinin sol yan səthindən, qarın nahiyəsinin ön səthinin sağ yarısından, sol çiyin qurşağının arxa səthindən və bel nahiyəsinin sağ yarısından götürülmüş dörd ədəd dəri parçasının hər birində bir ədəd dəlib-keçən yara aşkar olundu. Həmin yaralar deşilmiş-kəsilmiş yaralar olub, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdilər. Bu yaraların eyni və ya müxtəlif alətlərin təsirindən əmələ gəlməsi barəsində konkret fikir söyləmək üçün mərhumun hadisə zamanıəynində olmuş paltarların (əgər olmuşdursa) müayinəyə təqdim edilməsi vacibdir. Təqdim edilmiş dörd ədəd dəri parçasıüzərində olan yaraların kənarlarında vəətrafında 3 valentli dəmir ionları aşkar olundu. Dərəcəsinə görə M.Şahid1 bədənində aşkar olunmuş xəsarətlərdən döş qəfəsinin sol yan səthindən, sol orta qoltuğaltı xətt üzrə, sol İV-V qabırğalararası sahədən daxilə - döş boşluğuna keçib, ətraf yumuşaq toxumaları, sol ağciyəri dəlib keçən, ürəyin pərdəsini vəürəyin sol qulaqcığını zədələyən bir ədəd deşilmiş – kəsilmiş yara, qarın nahiyəsinin ön səthinin sağ yarısından daxilə - qarın boşluğuna nüfuz edib, ətraf yumuşaq toxumaları, böyük piyliyi və nazik bağırsağı zədələyən bir ədəd deşilmiş-kəsilmiş yara, bel nahiyəsinin sağ yarısından daxilə keçib - ətraf yumuşaq toxumaları zədələyən, lakin daxili orqanları zədələməyən bir ədəd deşilmiş-kəsilmiş yara, daxili üzvlərin azqanlığı ilə nəticələnən və kəskin qanitirmə ilə müşayiət olunan, cəmi üçədəd daxilə keçən yaralar, canlışəxslərdə götürüldüyü kimi, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər və mərhumun ölümü ilə birbaşa səbəbli əlaqəlidir, sol çiyin qurşağı nahiyəsinin arxa səthində iki ədəd, bel nahiyəsinin sağ yarısında bir ədəd və bel nahiyəsinin sol yarısında iki ədəd daxilə keçməyən cəmi beşədəd kəsilmiş yaralar canlışəxslərdə götürüldüyü kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngün zərərvurmanın əlamətlərinə və sağ almacıq nahiyəsindəki sıyrıq isə sağlamlığa zərər vurmana xəsarətlərin əlamətlərin malikdirlər vəölümlə səbəbli əlaqəsi yoxdur. M.Şahid1 ölümünə səbəb – almış olduğu daxilə nüfuz edən deşilmiş – kəsilmiş yaralar nəticəsində baş vermiş kəskin qanitirmə olmuşdur. Mərhumun ölümünün baş vermə müddəti meyit əlamətlərinin inkişaf dərəcəsinəəsasən, meyitin meyitxanada müayinə olunduğu vaxtdan təxminən 3-6 saat əvvələ uyğun gəlir. Qarşılıqlı mübarizə məfhumu hüquqi məfhum olub məhkəmə-tibb ekspertin səlahiyətinə aid deyildir. M.Şahid1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazolon 1,4 – benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. M.Şahid1 ağız boşluğu və arxa keçəcək möhtəviyyatları olan iki ədəd tamponun məhkəmə-tibbi tədqiqi zamanı spermatozoidlər aşkar olunmadı. M.Şahid1 meyitinin sol said nahiyəsindəki cox saylı (iyirmi iki ədəd) qrup şəkilli çapıq toxumaları kəsilmiş yaraların sağalmış yerləri olub kəsici kənarlıəşyanın (əşyaların) təsirindən törənmişlər, müddəti meyitin meyitxanada məhkəmətibbi ekspertizasının keçirildiyi vaxtdan (15.06.2019-cu il) təxminən 1,5 ildən əvvələ uyğun gəlir və canlışəxslərdə götürüldüyü kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngün zərər vurmanın əlamətlərinə malikdirlər vəölümlə səbəbli əlaqəsi yoxdur (Cild 2, i.v. 7-12). Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının19 iyun 2019-cu il tarixli 519 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs sağ bazunun orta 1/3-nin ön-iç səthinin qançırı, sağ budun orta 1/3-nin arxa və iç səthinin, sağ ayaqarxası nahiyənin sıyrıqları müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda göstərilmiş 14.06.2019-cu il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir. Xarakterinə və lokalizasiyasına görə, qeyd edilən xəsarətlərin yıxılma nəticəsində alınması, eləcədəözünün-özünə yetirməsi nəticəsindəəmələ gəlməsi inkar olunur (Cil 2, i.v. 15-17). Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq edilmiş tibbi-bioloji ekspertizasının 01 avqust 2019-cu il tarixli 19/306R nömrəli rəyindən görünür ki, ekspertiza nəticəsində hadisə yerinə baxış keçirilərkən Bakışəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən 91 nömrəli binanın arxasından müvafiq olaraq “1”, “2”, “4” və “5” rəqəmləri ilə nömrələnərək götürülmüşüzərində qanabənzər ləkələr olan torpaq-daş nümunələri üzərində olan qanabənzər ləkələrin insan qanı olduğu vəZərərçəkmiş şəxs məxsus olduğu müəyyən edildi. Tədqiqata təqdim edilmişZərərçəkmiş şəxs meyitinə baxış keçirildikdən sonra hadisə vaxtıüzərində olmuşüzərində qırmızımtıl rəngli qanabənzər ləkələr olar 01 ədəd mavi rəngli qısaqol köynək, 01 ədəd göy rəngli cins şalvar və 01 cüt qara rəngli ayaqqabıüzərində tündü qırmızımtıl rəngli qanabənzər ləkələrin insan qanı olduğu vəZərərçəkmiş şəxs məxsus olduğu müəyyən edildi. Zərərçəkmiş şəxs əynində olmuş 01 cüt qara rəngli corab və 01 ədəd tuman üzərində keçirilmiş makroskopik tədqiqat nəticəsində hər hansı qanaşübhəli ləkə aşkar edilmədi. Ekspertiza nəticəsində müəyyən edildi ki, tədqiqata təqdim edilmişZərərçəkmiş şəxs sağ və sol əllərindən götürülmüş dırnaq nümunələrinin altında olan bioloji mənşəli materiallar özünə məxsusdur. Bundan əlavə ekspertiza nəticəsində müəyyən edildi ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs hadisə vaxtıüzərində olmuş 01 cüt qara rəngli ayaqqabının sol tayının sol kənarında, tikişlərin arasında aşkar edilmiş qanabənzər ləkə insan qanıdır vəZərərçəkmiş şəxs məxsusdur. Təqsirləndirilən şəxs hadisə vaxtıüzərində olmuş 01 (bir) ədəd ağüzərində qara naxışları olan qısaqol köynək, 01 ədəd göy rəngli cins şalvar və 01 ədəd göy rəngli cins gödəkcəüzərində keçirilmiş makroskopik tədqiqat nəticəsində hər hansı qanaşübhəli ləkə aşkar edilmədi. Ekspertiza nəticəsində müəyyən edildi ki, işüzrəşahid qismində dindirilmiş Şahid5, Şahid4 vəŞahid3 üzərində olmuş paltarlar, həmçinin hadisə yerində götürülmüş“Ayla” ticarət markası qeyd edilmiş bir ədəd pambıq qutusu üzərində keçirilmiş makroskopik tədqiqat nəticəsində hər hansı qanaşübhəli ləkə aşkar edilmədi. Bundan əlavə ekspertiza nəticəsində müəyyən edildi ki, tədqiqata təqdim edilmiş“4” və “5” rəqəmiləşərti nömrələnmiş qanabənzər ləkələrin ətrafından götürülmüş 01 ədəd “vant”, 01 ədəd “kent”, 01 ədəd “NZ gold”, 01 ədəd “parlament”, 01 ədəd “LD club”, 01 ədəd “vinçester”, 01 ədəd “vinston”, “01 ədəd imperial Classik” və 01 ədəd “Pallmall” ticarət markalı siqaret kötükləri üzərində müqayisəli molekulyar-genetik tədqiqatın keçirilməsi üçün kifadət qədər bioloji mənşəli material mövcud deyildir. Bu səbəbdən həmin obyektlər üzərində müqayisəli tədqiqatın keçirilməsi mümkün olmadı (Cild 2, i.v. 60-70). Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 27.08.2019-cu il tarixli 1606 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyəti psixopatik cizgiləri müəyyən edilir. Cinayət işi materiallarından və halhazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəliyin əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri AR CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir (Cild 2, i.v. 135-136). Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə-psixoloji ekspertizasının 10 sentyabr 2019-cu il tarixli 21861 nömrəli rəyindən görünür ki,Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərindəözündən uydurmaya meyillilik əlamətləri müşahidə olunmur. Təqsirləndirilən şəxs əqli inkişafında psixi xəstəlikləəlaqədar olmayan gerilik əlamətləri müşahidə olunmur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən emosional halında işüçün əhəmiyyət kəsb edə biləcək dəyişikliklər baş verməmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən affekt (qəflətən baş vermiş güclü ruhi həyəcan) halında olmamışdır (Cild 2, i.v. 137-141). Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 22.08.2019-cu il tarixli 517/2019- MTBŞ saylı rəyindən görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu Abeta (H)/İİ/. Təqsirləndirilən şəxs təqdim olunan şəxsiyyət vəsiqəsinin kserosurətinəəsasən qan qrupu A/İİ/. Ekspertizaya təqdim olunan Zərərçəkmiş şəxs məxsus köynək, şalvar, trusik, 01 cüt ayaqqabı, corabın bir tayıüzərində insan qanı aşkar olundu. Tədqiq olunan qan ləkələrində qrp antigenləri ABO sistemi üzrə təyin olunduqda “A” və “H” antigenləri, bəzi ləkələrdə həmçinin beta aqqlyutinunu alındı. Bu qan ləkələri Abeta (H)/İİ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs və ya Təqsirləndirilən şəxs məxsus ola bilər/əgər sonuncunun qanında müşayiətçi “H” antigeni varsa və hadisə zamanı qanaxma ilə müşayiət olunan xəsarət olmuşdursa/ Tədqiqata təqdim olunan Zərərçəkmiş şəxs məxsus corabın digər tayı, Təqsirləndirilən şəxs məxsu köynək, şalvar, gödəkcə və 01 cüt ayaqqabıüzərində qana şübhəli ləkələr aşkar olunmadı. (Cild 2, i.v. 142-147). Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 04 sentyabr 2019-cu il tarixli 351- MTKŞ/2019 saylırəyindən görünür ki, ekspertizaya təqdim edilmiş x10 məxsus köynəyin ön hissəsinin orta nahiyəsində bir ədəd, köynəyin ön hissəsinin sol qoltuqaltı nahiyəsində bir ədəd, köynəyin arxa hissəsinin sağaşağı nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş, köynəyin arxa nahiyəsinin sol kürək nahiyəsində iki ədəd, köynəyin arxa hissəsinin sol-aşağı nahiyəsində bir ədəd və köynəyin arxa hissəsinin sağ-aşağı nahiyəsində bir ədəd kəsilmiş zədələr aşkar edildi. Bu zədələr iti, ucu, iti ülgücü və küpü yastı tiyə tipli deşici – kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişlər və bu zədələrin eyni alətin və ya oxşar konstruktiv xüsusiyyətlərə malik alətlərlə törənməsi inkar olunmur. Ekspertizaya təqdim edilmişZərərçəkmiş şəxs məxsus köynəyin ön hissəsinin sol qoltuqaltı nahisəində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin döş qəfəsinin sol-yan səthində olan; köynəyin ön hissəsinin orta nahiyəsində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin qarın nahiyəsinin ön səthində olan; köynəyin arxa hissəsinin sağ-aşağı nahiyəsində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin bel nahiyəsinin sağ yarısında olan; köynəyin arxa hissəsinin sol kürək nahiyəsində aşkar edilmiş iki ədəd kəsilmiş zədə onun bədəninin sol çiyin qurşağı nahiyəsində olan iki ədəd; köynəyin arxa hissəsinin sol-aşağı nahiyəsində aşkar edilmiş bir ədəd kəsilmiş zədə onun bədəninin bel nahiyəsinin sol yarısında olan eyni xarakterli xəsarətlərləüst-üstə düşürlər. M.Şahid1 bədənində olan digər xəsarət-bel nahiyəsinin sol yarısının bir ədəd kəsilmiş yarası ona məxsus olan paltarlarda öz əksini tapmamışdır. Bu da zədə yetirilən zaman köynəyin yerdəyişməsi ilə izah oluna bilər. Ekspertizaya təqdim edilmişZərərçəkmiş şəxs məxsus bir cüt ayaqqabı, bir cüt corab, tuman vəşalvar üzərində hər hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmişZərərçəkmiş şəxs məxsus paltarların məhkəmətibbi bioloji tədqiqatı zamanı aşkar edilmiş qan ləkələrinin mexanizmini aşağıdakı kimi qiymətləndirmək olar: köynəyin demək olar ki, bütün səthi boyu geniş yayılmış, şalvarın yuxarı hissəsində, tumanın arxa nahiyəsində, corabın bir tayının daban nahiyəsində fasilələrlə yerləşən, qeyri-müəyyən formalı, kənarları və konturları qeyri-düz olan qan ləkələri qan mənbəyi ilə (qanlı səth ilə) statik (hərəkətsiz) və az dinamik (hərəkətli) kontrakt nəticəsindəəmələ gəlmiş, sonra isə fiziki kapilyarlıq faktoru üzrə səthə hopmuşlar. Şalvarın, tumanın, ayaqqabıların hər iki tayının üzərində fasilələrlə yerləşən qan ləkələri yaxma xarakterli olub, qan mənbəyi ilə (qanlı səthlə) denamik (hərəkətli) kontrakt nəticəsində əmələ gəlmişlər. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus bir cüt ayaqqabı, gödəkçə, şalvar və köynək üzərində hər hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmadı. Təqsirləndirilən şəxs bədənində olan xəsarətlər – sağ bazunun orta 1/3-nin öniç səthinin qançırı, sağ budun orta 1/3-nin arxa və iç səthinin, sağ ayaqarxası nahiyənin sıyrıqları ona məxsus olan paltarlarda öz əksini tapmamışdır (Cild 2, i.v. 148-152). Cinayətişininmateriallarındaolanvəməhkəmədəelanedilərəktədqiqedilmiş sübutlarınqiymətləndirilməsihaqqında 29 oktyabr2019cuiltarixliqərarındangörünürki, Zərərçəkmiş şəxs məxsus “Samsung” markalı mobil telefon, hadisə yerində götürülmüşüzərində qanabənzər ləkələr olan daş-kəsək nümunələri, x10 məxsus mavi rəngli qısaqol köynək, göy rəngli cins şalvar, qara rəngli bir çüt ayaqqabı, qara rəngli bir çüt corab, x2 və sol əllərindən götürülmüş dırnaq nümunələri, Zərərçəkmiş şəxs qan nümunəsi, Təqsirləndirilən şəxs məxsus ağüzərində qara naxışları olan qısaqol köynək, göy rəngli cins şalvar, göy rəngli cins gödəkcə, qara rəngli bir cüt ayaqqabı maddi sübut kimi tanınmış və Xətai rayon prokurorluğunda saxlanılır (Cild-1, i.v. 1-54). Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və x4 30 avqust 2019-cu il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (c-2, i.v. 106-107). Təqsirləndirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyib, Zərərçəkmiş şəxs ölümünə səbəb olduğunu, onu öldürmək məqsədi ilə deyil, qorxutmaq məqsədi ilə xəsarət yetirdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı hadisədən öncə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs «votsap» proqramı vasitəsi ilə uzun söhbətlər aparmış, məsələni həll etmək üçün onu görüşə çağırmışdır. Danışıqlar zamanı Zərərçəkmiş şəxs «bu danışığı ilə çox getməyəcəyini», «səbrini daşırdığını» kimi ifadələrin işlədilməsi, görüşdən əvvəl açılıb-bağlanan bıçaq götürməsi və ətrafına çoxsaylı insanları toplaması onun niyyətinin qorxutmaq yox, öldürməyə yönəlik olduğu qənaətinə gəlməyə əsas verir. İlkin hazırlıq hərəkətlərinin davamı olaraq Zərərçəkmiş şəxs bıçaqla vurduqdan sonra, sonuncunun qaçıb uzaqlaşmasına baxmayaraq, Təqsirləndirilən şəxs əlindəki bıçaqla onu təqib etməsi, Zərərçəkmiş şəxs əliyalın olduğunu bilməsinə baxmayaraq onun kürək nahiyyəsindən ardıcıl bıçaq zərbələri yetirməsi onun qorxutmaq məqsədi ilə deyil öldürmək məqsədi ilə hərəkət etməsini təsdiq edən işin faktik halları qismində çıxış edir. Bu hallar təqsirləndirilən şəxsin özünün ifadəsinin faktiki məzmunu ilə yanaşı, şahid ifadələri və həmin ifadələrin ekspertizanın nəticəsi ilə eynilik təşkil edən rəylərlə də təsdiq olunur. Göstərilənlərinəzərəalaraq, qanunavəsübutlarınməcmusunaəsaslanaraqməhkəməhesabedirki, təqsirləndirilənşəxsHüseynovCavidNovruzoğlununzərərçəkmişşəxsiöldürməkis təməməsiiləbağlıgöstərdiyixüsusatlarfaktikiolaraqcinayətitörətməsibarədəverdi yietirafediciifadəsininməzmunuilə, məhkəməbaxışındadindirilmişvətədqiqedilmişşahidlərinifadələriilə, baxışistintaqhərəkətininprotokoluilə, məhkəməekspertizalarınınrəyləriilə, tədqiqolunmuşdigərsənədlərlətəkzibolunduğundan, onunirəlisürdüyüdəlillərsubyektivxarakterlimülahizəsiolmaqla, yalnızonunözünümüdafiəetməüsülü, müdafiətaktikasıvəməsuliyyətiyüngülləşdirməyəcəhdetməkimiqiymətləndirilməl idir. Beləliklə, məhkəmə,AzərbaycanRespublikasıCinayətProsessualMəcəlləsinin 144-145cimaddələrinəəsasəncinayəttəqibiüzrətoplanmış, yuxarıdasadalanansübutlarıtam, hərtərəflivəobyektivyoxlamış, həminsubutlarınməcmusunaqiymətverməklə, belənəticəyəgəlmişdirki, təqsirləndirilənşəxsTəqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməcinayətinitörətməsitamsübutolunmuşdur. OnunhəminəməliAzərbaycanRespublikasıCM-nin 120.2.2cimaddəsiilətövsifedilməlivəonahəminmaddəiləcəzatəyinedilməlidir. MəhkəmədətəqsirləndirilənşəxsCavidHüseynovunəməlinincinayətolması nıaradanqaldıranhallar, onuncinayətməsuliyətindənvəcəzadanazadedilməsiüçünəsaslarmüəyyənedilm əmişdir. AzərbaycanRespublikasıCinayətMəcəlləsinin 58.1cimaddəsindəgöstərilirki, cinayəttörətməkdətəqsirlibilinənhərbirşəxsəhəminMəcəlləninÜmumihissəsinin müddəalarınəzərəalınmaqla, buMəcəlləninXüsusihissəsininmüvafiqmaddələrindənəzərdətutulmuşhədlərdə ədalətlicəzatəyinedilməlidir. HəminMəcəllənin 58.3-cümaddəsinəəsasən, məhkəməcəzatəyinedərkən, törədilmişcinayətinxarakterinivəictimaitəhlükəlilikdərəcəsini, təqsirkarınşəxsiyyətini, cinayətintörədilməsindərolunuvəiştirakçılıqdərəcəsini, cəzasınıyüngülləşdirənvəağırlaşdıranhalları, təyinolunancəzanınonunislahedilməsinəvəailəsininhəyatşəraitinətəsirininəzər əalır. CinayətMəcəlləsinin 8-cimaddəsinəəsasən, cinayətitörətmişşəxslərhaqqındatətbiqolunancəzavədigərcinayəthüquqixarakterlitədbirlərədalətli, yənicinayətinxarakterinə, ictimaitəhlükəlilikdərəcəsinə, cinayətintörədilməsihallarınavəcinayətintörədilməsindətəqsirlibilinənşəxsinşə xsiyyətinəuyğunolmalıdır. Cinayətişininmateriallarındaolandoğumhaqqındaşahadətnamədəngörün ürki, HüseynovCavidNovruzoğlununhimayəsindənikahdaolduğuHüseynovaHöküm əxanmEldarqızıiləbirgə28 aprel 2016cıildoğumtarixliHüseynovaEmilyaCavidqızıadlıazyaşlıuşağıvardır (c-1, i.v. 121). MəhkəmətəqsirləndirilənşəxsHüseynovCavidNovruzoğlununAzərbaycan RespublikasıCM-nin 59cumaddəsinintələblərinəəsasənhimayəsindəbirnəfərazyaşlıuşağınınolmasınıo nuncəzasınıyüngülləşdirənhallarkiminəzərəalır. MəhkəmədətəqsirləndirilənşəxsCavidHüseynovunAzərbaycanRespublika sıCM-nin 61cimaddəsindənəzərdətutulancəzasınıağırlaşdıranhallarmüəyyənedilməmişdir. Məhkəmə göstərilənləri və Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində nəzərdə tutulan cəzanın məqsədlərinə nail olmaq məqsədilə ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 120.2.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. TəqsirləndirilənşəxsCavidHüseynov15 iyun2019cuiltarixdəittihamelanetməküçüntutulmuşvəBakışəhərXətairayon Məhkəməsinin 16 iyun2019cuiltarixliqərarıiləbarəsindəhəbsqətimkantədbiriseçilmiş, həbsetməninəvvəli 15 iyun2019-cuiltarixdənhesablanmışdır (Cild 1, i.v. 68, 80-81, 142-143). TəqsirləndirilənşəxsCavidHüseynovazadlıqdanməhrumetməiləbağlıcəzatəyine dildiyindənonuncəzaçəkməmüddətininbalanğıcı 15 iyun 2019ciiltarixdənhesablanmalıvəbarəsindəseçilmişhəbsqətimkantədbirihökmqanuniq üvvəsinialanadəkdəyişdirilməməlidir. AzərbaycanRespublikasıCinayətMəcəlləsinin 56.1.3-cümaddəsinə xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzaçəkilməsimüəyyənedilmişdir. AzərbaycanRespublikasıCinayətMəcəlləsinin 56.1.3cümaddəsinintələbinəəsasəntəqsirləndirilənşəxsCavidHüseynov xüsusilə ağır cinayət törətdiyi üçün ona təyinolunacaqazadlıqdanməhrumetməcəzasıciddirejimlicəzaçəkməmüəssisəsi ndəçəkməlidir. Məhkəmə, hazırkı işüzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinəəsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu iləəldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada vəəvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyənedilmədi. İşüzrəmaddisübutkimitanınmışvəXətairayonProkurorluğundasaxlanılanZ ərərçəkmiş şəxs məxsus “Samsung” markalı mobil telefon, hadisə yerində götürülmüşüzərində qanabənzər ləkələr olan daş-kəsək nümunələri, x10 məxsus mavi rəngli qısaqol köynək, göy rəngli cins şalvar, qara rəngli bir çüt ayaqqabı, qara rəngli bir çüt corab, x2 və sol əllərindən götürülmüş dırnaq nümunələri, Zərərçəkmiş şəxs qan nümunəsi, Təqsirləndirilən şəxs məxsus ağüzərində qara naxışları olan qısaqol köynək, göy rəngli cins şalvar, göy rəngli cins gödəkcə, qara rəngli bir cüt ayaqqabıyaxınqohumlarınatəhvilverilməlidir. İşüzrəməhkəməxərcinitəşkiledənekspertizaxərci 199(yüzdoxsandoqquz) manat 16 (onaltı) qəpikTəqsirləndirilən şəxsalınaraqAzərbaycanRespublikasıƏdliyyəNazirliyiMəhkəməEkspertizaMər kəzininhesabına (hesab: AZ34CTRE********************, VÖEN: **********) ödənilməlidir. Cinayətişiüzrəmaddiziyanın, mülkiiddianınolmamasıvəəmlaküzərinəhəbsqoyulmamasınəzərəalınmalıdır. Cinayət işi üzrə məhkəmədə təqsirləndirilənşəxsHüseynovCavidNovruz oğlununhüquqlarınınmüdafiəsiBakı şəhəri 2saylı VəkilBürosununvəkiliFərzəliyevaNardanəSədiqızıtərəfindən həyata keçirilmişdir.Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 2saylı VəkilBürosunun nəfinə müdafiəçiNardanəFərzəliyevayaödənilməsiüçün342 manat (üçyüzqırxiki) manat pul ödənilməlidir. YuxarıdakılaraəsasənvəAzərbaycanRespublikasıCPM-nin 344-349, 351- 353, 356-cımaddələrinirəhbərtutaraq, məhkəmə Hökmetdi: Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə 17 (onyeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 15 iyun 2019-cu il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadəkdəyişdirilməsin. İşüzrə maddi sübut kimi tanınmış və Xətai rayon Prokurorluğunda saxlanılan Zərərçəkmiş şəxs məxsus “Samsung” markalı mobil telefon, hadisə yerində götürülmüşüzərində qanabənzər ləkələr olan daş-kəsək nümunələri, Zərərçəkmiş şəxs məxsus mavi rəngli qısaqol köynək, göy rəngli cins şalvar, qara rəngli bir cüt ayaqqabı, qara rəngli bir cüt corab, Zərərçəkmiş şəxs sağ və sol əllərindən götürülmüş dırnaq nümunələri, Zərərçəkmiş şəxs qan nümunəsi, Təqsirləndirilən şəxs məxsus ağüzərində qara naxışları olan qısaqol köynək, göy rəngli cins şalvar, göy rəngli cins gödəkçə, qara rəngli bir cüt ayaqqabı мящв едилсин. İş üzrə məhkəmə xərcini təşkil edən ekspertiza xərci 199 (yüz doxsan doqquz) manat 16 (onaltı) qəpik Təqsirləndirilən şəxs alınaraq AzərbaycaRespublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: AZ34CTRE********************, VÖEN: **********) ödənilsin. Cinayət işi üzrə maddi ziyanın, mülki iddianın olmaması və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərdi yihüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kolleqiyası Bakı şəhər 2 saylı Vəkil Bürosunun vəkili Nardanə Fərzəliyevaya 342 (üçyüzqırxiki) manat pul ödənilsin. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəs ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar