Məhkəmə qərarları › İş №1(101)-202/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-202/2021

11.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-202/2021 11.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsi Sədrlik edən Xankişiyev Mirzə Aslan oğlu, hakimlər Mahmudov İlham Ağa oğlu və Qəniyev Faiq Əsəd oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X9, dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş prokurorluğunun Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi, zərərçəkmiş şəxslərin hüquqi varisləri X2, X7 və zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə iştirakları ilə, xx.xx.1984-cü ildə Abşeron rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, ailəli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan barəsində”başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 26 fevral 2020-cı il tarixdə saat 17 radələrində baş etibarnamə əsasında idarə etdiyi “BMW-X5” minik markalı **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xocahəsən- Lökbatan yolunun Bakı şəhəri, Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisindən keçən 7-ci kilometrliyində, həmin qəsəbədə fəaliyyət göstərən “X19 Mərkəzi”ndən 3 km məsafədə, Xocahəsən qəsəbəsi istiqamətində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə əsasən yaşayış məntəqəsində icazə verilən 60km\saatdan artıq sürətlə hərəkət etməməli olduğu halda, 70 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğun olaraq yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər iştirakçılara, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda bu qaydalara əməl etməyib, habelə həmin Qanunun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq üfüqi nişanlama xəttini (bütöv ağ xətti) kəsib əks hərəkət zolağına çıxmış, bu zaman idarə etdiyi avtomobilin qabaq sol tərəfi ilə qarşı tərəfdən öz hərəkət zolağı ilə hərəkətdə olub ötmə əməliyyatı edən Zərərçəkmiş şəxs3 etibarnamə ilə idarə etdiyi Zərərçəkmiş şəxs4 MMC-nə məxsus “DAEWOO GENTRA” minik markalı **-AK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol hissəsi ilə toqquşmuş, “DAEWOO GENTRA” minik markalı avtomobil zərbənin təsirindən onunla eyni istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs2 etibarnamə ilə idarə etdiyi “X23” minik markalı **-VU-*** dövlət qeydiyyat nişanlı avtomobilə onun hərəkət zolağında toqquşmuş, nəticədə ehtiyyatsızlıqdan “DAEWOO GENTRA” minik markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs3 Ölümünə səbəb olmuş baş beyinə qansızma, baş beyinin əzilməsi, sol bud sümüyünün qapalı, yerdəyişən sınığı, sol qulaq seyvanın əzilmiş-cırılmış yarası xəsarətlərdən ibarət dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərini özündə əks etdirən xəsarətlər, həmin avtomobildə sərnişin olmuş Zərərçəkmiş şəxs1 ölümünə səbəb olmuş sol İV-V-Vİ- Vİİ-Vİİİ-İX qabırğaların sınıqları, sol ağciyərin orta payının cırılması, alının sol yan səthinin əzilmiş-cırılmış yarası, sol bud və sağ baldır sümüklərinin qapalı, yerini dəyişmiş sınıqları xəsarətlərdən ibarət dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərini özündə əks etdirən xəsarətlər, “X23” minik markalı **-VU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 ölümünə səbəb olmuş baş beyinə qansızma, başın ənsə nahiyyəsinin dərialtı hematoması və boyunun ön səthinin əzilmiş-deşilmiş yarası xəsarətlərdən ibarət dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərini özündə əks etdirən xəsarətlər, habelə “DAEWOO GENTRA” minik markalı **-AK-*** dövlət qeydiyyat nişanlı avtomobilə 12350 manat zərər yetirməklə zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs4 MMC-nə 12350 manat məbləğində və “X23” minik markalı **-VU-*** dövlət qeydiyyat nişanlı avtomobilə 5700 manat zərər yetirməklə avtomobilin sahibi Zərərçəkmiş şəxs2 5700 manat məbləğində maddi ziyan yetirməklə üç şəxsin ölümü ilə nəticələnən yolnəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, “BMW-X5” minik markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsində mülkiyyətçi olaraq X3 adı qeyd olunmuşdur. Lakin, həmin avtomobili baş etibarnamə əsasında o idarə edir. 26 fevral 2020-ci il tarixdə təxminən saat 16 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən, “Sədərək” Ticarət Mərkəzinə getmiş, təxminən saat 16 radələrində “Sədərək” Ticarət Mərkəzindən çıxmış, Abşeron rayonu, Novxanı kəndi istiqamətində idarə etdiyi avtomobillə hərəkət etməyə başlamışdır. “Meyvəli” Ticarət Mərkəzin keçib Xocahəsən qəsəbəsi istiqamətində çöllük ərazidə təxminən saatda 70 km\saat sürətlə avtomobili idarə edərkən qəfildən avtomobilin hanısısa hissəsi qırılmış və o, idarə etməni itirmişdir. Avtomobil yolun sol tərəfinə istiqamətlənmiş, sükanı sağ tərəfə çevirsə də sükan sağ tərəfə fırlanmamış və qarşı tərəfdən gələn markasına diqqət etmədiyi avtomobil ilə toqquşmuşdur. Toqquşmadan sonra idarə etdiyi avtomobil fırlanıb Qaradağ rayonu, Lökbatan istiqamətində dayanmışdır. Baş vermiş yol nəqliyyat hadisəsindən sonra ətrafa tanımadığı kənar şəxslər topalanmış, bir qədər keçmişdir ki, təcili tibbi yardım avtomobili gələrək onu mərkəzi kilinki xəstəxanasına aparmışdır. Bundan sonra nə baş verdiyindən xəbəri olmamışdır. Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı dindirilmiş zərərəkmiş şəxslərin hüquqi varislərinin ifadələri, şahidlərin ifadələri, ekspert rəyləri və digər protokolarla sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, o, Abşeron rayonu, “Qarant” yaşayış massivində əri Zərərçəkmiş şəxs3 və atası X12 və iki az yaşlı övladları ilə birlikdə yaşayır. Pərvizin “Daewoo Gentra” minik markalı avtomobili var. 26 fevral 2020- ci il tarixdə təxminən saat 17 radələrində evdə olduğu zaman mobil telefonuna zəng gəlmişdir. Həmin vaxt bir nəfər şəxs polis işçisi olduğunu söyləyərək ondan, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 nəyi olduğunu soruşmuş, o da həmin şəxsə bildirmişdir ki, Zərərçəkmiş şəxs1 onun anasıdır, Zərərçəkmiş şəxs3 isə əridir. Həmin şəxsdən nə baş verdiyini soruşduqda bildirmişdir ki, əri Pərviz idarə etdiyi “Daewoo Gentra” minik markalı avtomobili ilə Qaradağ rayonu, ərazisində Xocəhəsən yolu istiqamətində baş vermiş yol nəqliyyat hadisəsi zamanı vəfat etmişdir. Bundan sonra əri Pərvizin və anası Fatmanı hansı xəstəxanaya aparacaqlarını soruşmuşdur. Həmin şəxs ona Pərvizlə anası Fatmanı Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Məhkəmə Tibbi Ekspertiza və pataloji anatomiya birliyinin Qaradağ rayon şöbəsinə aparacaqlarını söyləmişdir. O da, dərhal baş verənlərlə bağlı yaxınlarına, eləcə də qaynatası Yaşar Usubova məlumat vermişdir. Bundan sonra qaynatası Yaşar Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Məhkəmə Tibbi Ekspertiza və pataloji anatomiya birliyinin Qaradağ rayon şöbəsinə gedib Pərvizin və Fatmanın meyidinin orada olduğunu öyrənmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi həmçinin ifadəsində göstərmişdir ki, onun Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur, onunla barışmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs2 onun böyük oğludur. Hikmət onlardan ayrı öz ailəsi ilə Bakı şəhəri, Biləcəri qəsəbəsində yaşamışdır. 26 fevral 2020-ci il tarixdə təxminən saat 20 radələrində qohumlarından biri zəng edib oğlu Zərərçəkmiş şəxs2 idarə etdiyi “X23” avtomobili ilə yol nəqliyyat hadisəsi törətməsi barədə məlumat vermişdir. Səhəri gün, yəni 27 fevral 2020-ci il tarixdə səhər saatlarında kütləvi informasiya vasitəsindən ona məlum olmuşdur ki, Hikmət idarə etdiyi avtomobili ilə Bakı şəhəri, Qaradağ rayonu ərazisində yol nəqliyyat hadisəsi törədib və vəfat edib. O, da sonra Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Qaradağ rayon şöbəsinə getmişdir. Orada ona bildirmişlər ki, oğlu Hikmətin meyidi ekspertizadadır. O da oğlunun meyidini görüb tanımışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi həmçinin ifadəsində göstərmişdir ki, onun Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur, onunla barışmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərdi ki, o, "xxxx" MMC-də huqüqşünas vəzifəsində işləyir. 26 may 2016-ci il tarixdə “DAEWOO GENTRA” minik markalı avtomobil 48 ay müddətinə hər ayı 370 manat 23 qəpik olmaqla lizinqlə X4 müqavilə ilə verilmişdir. X1 “DAEWOO GENTRA” minik markalı avtomobilin idarə olunması üçün qardaşı Zərərçəkmiş şəxs3 etibarnamə vermişdir. Həmin avtomobillə əlaqədar olaraq işlədiyi Zərərçəkmiş şəxs4 MMC-in hesabına 16999 manat ödəniş olmuşdur. Hazırda “DAEWOO GENTRA” minik markalı avtomobilə görə işlədiyi şirkətə 1205 manat qalıq qalmışdır. Bir müddət həmin avtomobilə görə ödəniş olmamış və sonradan məlum olmuşdur ki, “DAEWOO GENTRA” minik markalı **-AK-*** dövlət qeydiyyat nişanlı etibarnamə əsasında idarə edən Zərərçəkmiş şəxs3 həmin avtomobillə yol nəqliyyat hadisəsi törətmiş, qeyd olunan avtomobil tam yararsız vəziyyətə düşmüşdür. Avtomobili idarə edən sürücü Zərərçəkmiş şəxs3 hadisə yerində dünyasını dəyişmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi həmçinin ifadəsində göstərmişdir ki, onun Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur, onunla barışmışdır. Cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınaraq dindirilmiş X12 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, “Qarant” yaşayış massivində kiçik oğlu Pərviz Yüsifzadə onunla eyni ünvanda öz həyat yoldaşı və iki az yaşlı övladları ilə birlikdə yaşayırlar. Oğlu Pərviz “DAEWOO GENTRA” minik markalı **-AK- *** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Pərviz fərdi əməklə məşğul olmuşdur. 26.02.2020-ci il tarixdə təxminən saat 18 radələrində Pərvizin arvadı ona zəng edib söyləmişdir ki, Pərviz idarə etdiyi “DAEWOO GENTRA” minik markalı **-AK-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Qaradağ rayonu, ərazisində Xocəhəsən yolunda yol nəqliyyat hadisəsi törətmiş və Pərvizi Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Məhkəmə Tibbi Ekspertiza və pataloji anatomiya birliyinin Qaradağ rayon şöbəsinə aparmışlar. Elə bu vaxt o evdən çıxıb Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Məhkəmə Tibbi Ekspertiza və pataloji anatomiya birliyi istiqamətində yola düşmüşdür. Yolda öyrənmişdir ki, oğlu Pərviz baş vermiş yol nəqliyyat hadisəsi zamanı dünyasım dəyişmiş və Pərvizin meyidi meyitxanaya aparmışlar. O da, meyitxanaya gələndə orada Pərvizin meyitini tanımışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 26 fevral 2019-cu il tarixdə günün ikinci yarısında dostu Pərvizin avtomaşını ilə Lökbatan Xacasən yolu ilə Meyvəli tərəfə getmişlər. Təqribən Meyvəliyə çatmağa 3 kilometr qalmış qarşıda gedən “Daevoo Centra” markalı avtomaşınla qarşıdan gələn BMVV X5” markalı avtomaşının toqquşduğunu görmüşlər. Onlar da maşını tez saxlayıb düşüb kömək etmək istəmişlər. Həmin vaxt maşında ağır yaralanmış adamlar olduğunu görmüşlər. Sonra polis əməkdaşları gəlmiş və hadisə yerini mayinə edəndən sonra onları Qaradağ rayon Pİ-nə gördükləri barədə izahat verməyə dəvət etmişlər. Onlar da polis əməkdaşları ilə bölməyə getmişlər və orada hadisə ilə əlaqədar gördüklərini danışmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 26 fevral 2019-cu il tarixdə, saat 17 radələrində dostu Şahid1 ilə birlikdə idarə etdiyi “VAZ 2107” markalı avtomobillə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində Lökbatan-Xocasən yolunun 7-ci km-də, Xocahəsən qəsəbəsindən üzü “X19 Mərkəzi”nə doğru hərəkətdə olarkən, “Meyvəli” ticarət mərkəzinə çatmağa təqribən 3 kilometr qalmış qarşıda, təxminən 20-30 metr məsafədə sağ tərəfdə açıq mavi rəngli, dövlət qeydiyyat nişanını xatırlamadığı “Fiat“ markalı minik avtomobili, onun arxasında isə qara rəngli “Daewoo Centra” markalı minik avtomobili hərəkət etmişdir. Elə həmin vaxt avtomobildən qarşıdan hərəkətdə olan qara rəngli “Daewoo Centra” markalı minik avtomobili dönmə nişanını yandıraraq, öz hərəkət zolağında qarşısında hərəkətdə olan açıq mavi rəngli, dövlət qeydiyyat nişanını xatırlamadığı “Fiat“ markalı minik avtomobili keçmək istəyərkən qarşı hərəkət zolağında hərəkətdə olan ağ rəngli “BMW X 5” markalı minik avtomobili yüksək surətlə hərəkət etdiyi yola çıxaraq “Daewoo Centra” markalı minik avtomobilinə çırpılmışdır. Bundan sonra “Daewoo Centra” markalı minik avtomobili zərbənin təsirindən sağ tərəfə hərəkət edərək paralel getdiyi açıq mavi rəngli, dövlət qeydiyyat nişanını xatırlamadığı “Fiat“ markalı minik avtomobilinin sol tərəfindən dəymiş, bundan sonra hər iki avtomobil yolun hərəkət hissəsinin kənarındakı qamışlığa aşmışdır. Ara qarşıqlıq olduğu üçün “BMW X 5” markalı minik avtomobilinin dövlət qeydiyyat nişanını və həmin avtomobili idarə edən şəxsi görə bilməmişdir. Bundan sonra yolun hərəkət hissəsindən çıxdmış, avtomobillərdəki şəxslərə yardım etmək üçün avtomobili saxlayıb, avtomobildən düşmüşdür. Sonra isə gördükləri hadisə barəsində məlumat vermək üçün Bakı şəhəri, Qaradağ rayon polis idarəsinə gəlmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərdi ki, Lökbatan ərazisində baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar olaraqa müstəntiq tərəfindən, 2020-ci ilin mayın 06-da baxış keçirmiş. Ümumiyyətlə maşın nasaz vəziyyətdə idarə edilməməlidir. Lakin maşında olan hər hansı bir nasazlığın hadisə ilə səbəbli əlaqəsi olmamışdır. Hadisə yaşayış məntəqəsində baş vermişdir. Sürücü demişdir ki, maşından taqqıltı səsi gəlmiş, maşın yoldan çıxıb qarşı yola keçmişdir. O sükan idarəetmə sxeminə baxış keçirmiş, detallar sökülmüş, nasazlıq müəyyən edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində göstərdi ki, Avtomaşında düz yolla hərəkət edərkən sükandan başqa təkərdə, sükan çarxında nasazlıq olsa maşın yoldan çıxa bilər. Baxış keçirilmiş, lakin, sükan sxemində nasazlıq aşkar olunmamışdır. Remenin qırılmasını onlar orada görməmişlər. Şaravoy maşın getdiyi yerdə də qırıla bilər, lakin bu hadisə ilə bağlı şaravoyun əlaqəsi yoxdur, çünki şaravoyda yeyilmə əlaməti olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, o, uzun müddətdir ki, avtomobillərin təmiri sexində işləyir. Baş vermiş məlum yol nəqliyyat hadisəsindən sonra təqsirləndirilən şəxsə məxsus «BMW X5» markalı ** SJ *** dövlət qeydiyyat nişanlı avtomaşın onun işlədiyi avomaşın təmiri sexinə gətirilmişdir. Hadisədən bir neçə ay sonra bir nəfər özünü təqdim edərək ekspert olduğunu və avtomaşına baxış keçirəcəyini bildirmişdir. O, dərhal avtomaşına baxış keçirilməsi üçün avtomaşını qaldırıcı kranla yuxarı qaldırmış, ekspert kənarda dayanaraq avtomaşında qopmuş və sallaq vəziyyətdə olan sükan mexanizminin sükan dartqısının ona verməsini xahiş etmiş, o da öz növbəsində, avtomaşında qopmuş və sallaq vəziyyətdə olan sükan mexanizminin sükan dartqısını qopararaq ekspertə vermişdir. Ekspert tərəfindən nə avtomaşın yuxarı qaldırılanadək, nə də sonra ekspert avtomaşına tam yaxınlaşmamış, yalnız kənardan avtomaşına baxmaqla kifayətlənmişdir. Ümumiyyətlə, ekspert tərəfindən nəqliyyat vasitəsinə kənardan səthi baxış keçirilmişdir. Baş vermiş yol nəqliyyat hadisəsindən sonra avtomaşın işlədiyi təmir sexinə gətirildiyindən, bir usta olaraq, avtomaşına tam ətraflı baxış keçirmişdir, avtomaşında qopmuş və sallaq vəziyyətdə olan sükan mexanizminin sükan dartqısından başqa, yol nəqliyyat hadisəsinin baş verməsinə səbəb ola bilən bir sıra qüsur və nöqsanların olduğunu görmüşdür. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-tibb ekspertizasının 13 mart 2020-ci il tarixli 22 saylı rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs2 meyitində baş beyinə qansızma, başın ənsə nahiyyəsinin dərialtı hematoması və boyunun ön səthinin əzilmiş- deşilmiş yarası müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya (əşyaların) təsirindən törənmişlər və qərarın təsviri hissəsində göstərildiyi kimi 26.02.2020-ci il tarixdə sürücüsü olduğu avtomaşında baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər və bu da canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər və Zərərçəkmiş şəxs2 ölümü ilə bir-başa səbəbli əlaqəlidirlər. Mərhum Zərərçəkmiş şəxs2 ölümünə səbəb başın küt travması nəticəsində baş beyin qansızma olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən güman etmək olar ki, mərhum Zərərçəkmiş şəxs2 ölümü onun meyitinin meyitxanada müayinə olunduğu vaxtdan 6-8 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs2 meyitindən götürülmüş qanda məhkəməkimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. (05.03.2020- ci il tarixli 718/k saylı akt). Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-tibb ekspertizasının 13 mart 2020-ci il tarixli 23 saylı rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs3 meyitində baş beyinə qansızma, baş beyinin əzilməsi, sol bud sümüyünün qapalı, yerdəyişən sınığı, sol qulaq seyvanın əzilmiş-cırılmış yarası bərk küt əşya (əşyalar) təsirindən törənmişlər və qərarın təsviri hissəsində göstərildiyi kimi 26.02.2020-ci il tarixdə sürücüsü olduğu avtomaşında baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər və bu da canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər və Zərərçəkmiş şəxs3 ölümü ilə bir-başa səbəbli əlaqəlidirlər. Mərhum Zərərçəkmiş şəxs3 ölümünə səbəb başın küt travması nəticəsində baş beyin qansızma olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən güman etmək olar ki, mərhum Zərərçəkmiş şəxs3 ölümü onun meyitinin meyitxanada müayinə olunduğu vaxtdan 6-8 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs3 meyitindən götürülmüş qanda məhkəmə- kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. (06.03.2020-ci il tarixli 719/k saylı akt). Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-tibb ekspertizasının 18 mart 2020-ci il tarixli 21 saylı rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs1nun meyitində sol İV-V-Vİ-Vİİ- Vİİİ-İX qabırğaların sınıqları, sol ağciyərin orta payının cırılması, almın sol yan səthinin əzilmiş - cırılmış yarası, sol bud və sağ baldır sümüklərinin qapalı, yerini dəyişmiş sıınıqları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişlər və qərarın təsviri hissəsində göstərildiyi kimi 26.02.2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı sərnişin qismində əmələ gələ bilərdilər və bu da canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər və Zərərçəkmiş şəxs1 Ölümü ilə bir-başa səbəbli əlaqəlidirlər. Mərhum Zərərçəkmiş şəxs1nun ölümünə səbəb sol ağciyərin orta payının cırılması və İV-V-Vİ-Vİİ-Vİİİ-İX qabırğaların sınıqları nəticəsində daxili qanaxma olmuşdur. Ölüm meyitinin meyitxanada müayinə olunduğu vaxtdan 6-8 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs1nun meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. (06.03.2020-ci il tarixli 717/k saylı akt). Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə- əmtəəşünaslıq ekspertizasının 01 iyun 2020-ci il tarixli 9/503 № rəyindən görünür ki, Nəzəri hesablama yolu, təqdim edilmiş “Avtotəmir Avtombillərə Texniki Xidmət Stansiyası” servis müəssisəsinin 18 mart 2020-ci il tarixli qüsür aktı məlumatlarına əsasən, 2001ci buraxılışlı, ** SJ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri bərpa xərci təxminən 5725,00 manat müəyyən edilir. Nəzəri hesablama yolu, təqdim edilmiş “Avtotəmir Avtombillərə Texniki Xidmət Stansiyası” servis müəssisəsinin 18 mart 2020-ci il tarixli qüsür aktı məlumatlarına əsasən, 2007-ci buraxılışlı, “X23” minik markalı, **-VU-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri bərpa xərci təxminən 5700,00 manat müəyyən edilir. Nəzəri hesablama yolu, təqdim edilmiş “Avtotəmir Avtomobillərə Texniki Xidmət Stansiyası” servis müəssisəsinin 18 mart 2020-ci il tarixli qüsür aktı məlumatlarına əsasən, 2013-cü buraxılışlı, “DAEWOO GENTRA” minik markalı **- AK-*** dövlət qeydiyyat qeydiyyat nişanlı avtomobilin zədələnməsindən (tam deformasiyaya uğramasından ) dəymiş ziyanın məbləği təxminən 12350,00 manat müəyyən edilir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş kompleks məhkəmə yol-nəqliyyat hadisəsi və trasaloji ekspertizasının 9 iyun 2020-ci il tarixli 9/512 № rəyində rəyindən görünür ki, ”BMW X5” markalı, ** SJ *** dövlət qeydiyyat nişanlı avtomobilin ön sol sükan dartqısının kürəvi başlıqlı oynaqlı barmağın sükan mexanizminə birləşən yuva hissədən ayrılması toqquşma zamanı həmin sahəyə təsir edən xarici güclü dinamiki qüvvə nəticəsində baş vermişdir. “BMW X5” markalı, ** SJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sükan idarəetmə sisteminin texniki vəziyyəti ilə avtomobilin sola istiqamətlənərək qarşı sol hərəkət hissəsinə çıxması arasında səbəbli əlaqə yoxdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “BMW X5” markalı, ** SJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs tədqiq olunan şəraitdə hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən: hərəkət üçün təhlükə yaranan anda “DAEWOO GENTRA” minik markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 82,7 metrdən kiçik məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində, sürücü Zərərçəkmiş şəxs3 hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hadisənin qarşısını alınması ilə əlaqədar hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Hərəkət üçün təhlükə yaranan anda “DAEWOO GENTRA” minik markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 82,7 metrdən böyük məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində, sürücü Zərərçəkmiş şəxs3 hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən: hərəkət üçün təhlükə yaranan anda “X23” markalı, **-VU-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 83,3 metrdən kiçik məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində, sürücü Zərərçəkmiş şəxs2 hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hadisənin qarşısını alınması ilə əlaqədar hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. hərəkət üçün təhlükə yaranan anda “X23” markalı, **-VU-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 83,3 metrdən böyük məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində, sürücü Zərərçəkmiş şəxs2 hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 07.03.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs özünün müdafiəsi üçün hadisənin yaranma səbəbi hadisə anında avtomobildə texniki nasazlığın yaranmasını göstərmişdir ki, bu da iş üzrə toplanmış sübutlarla öz təsdiqini tapmayaraq özünü müdafiə xarakterli olduğundan təkzib edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ibtidai istintaq zamanı məhkəmə tibbi ekspertizasının 13 mart 2020-ci il tarixli 22 № li, 13 mart 2020-ci il tarixli 23 № li, 18 mart 2020-ci il tarixli 21 № li, 25 mart 2020-ci il tarixli 239 №li rəyləri, 01 iyun 2020-ci il tarixli 9/503 №li məhkəmə - əmtəəşünaslıq ekspertizasının və 09 iyun 2020-ci il tarixli 9/512 № li kompleks məhkəmə yol nəqliyyat hadisəsi və trasaloji ekspertizasının rəyləri, iş üzrə zərərçəkmiş şəxslərin huquq varislərinin ifadələri, şahidlərin ifadələri, yol nəqliyyat hadisəsi yerinə və nəqliyyat vasitələrinə baxış keçirilməsi haqqında tərtib edilmiş protokollar, ifadələrinin yerində yoxlanması istintaq hərəkətləri və iş üzrə toplanmış digər sübutlarla öz təsdiqini tapmışdır. Zərərçəkmiş şəxslərin hüquqi varislərinin və nümayəndənin vermiş olduqları ifadələr və ərizələrdən görünür ki, onlar Təqsirləndirilən şəxs ilə barışmışlar, onların Təqsirləndirilən şəxs qarşı şikayət və tələbləri yoxdur. Beləliklə, məhkəmə baxışında kifayət qədər tədqiq edilmiş zərərçəkmiş şəxslərin hüquqi varislərinin ifadələri, məhkəmədə tədqiq edilmiş ekspert rəyiləri və protokollar, habelə, cinayət işinin materialları üzrə toplanmış sübutların məcmusu Təqsirləndirilən şəxs elan olunmuş ittihamın əsasını təşkil etdiyinə ğörə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi sübut olunmuş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cinayət əməlinin hüquqi tövsüf məsələsini müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə tövsif edilməsi əsaslıdır və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakderini və ictimai təhlükəliliyini, təqsirkarın şəxsiyyətini, törədilmiş cinayətin ehtiyatsızlıq nəticəsində baş verməsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.4-cü maddələrinə əsasən zərərçəkmiş şəxslərin hüquqi varisləri ilə barışıq əldə edilməsini, himayəsində 3 azyaşlı övladının olması onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən başqa hallar kimi onun ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, özünün xəsarət alıb hazırda həmin xəsarətdən əziyyət çəkməsini və yaşayış yerindən müsbət xarakterizə olunmasını nəzərə alır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən əməlində ağırlaşdırıcı halların olması müəyyən olunmadı. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İş üzrə maddi sübut olan və Qaradağ RPİ-ndə saxlanılan BMW- X5 minik markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə məxsus 01 ədəd sol sükan dartqısı və sükan mexanzimi məhv edilməlidir. İş üzrə məhkəmə xərcləri 450 manat Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilməlidir. Məhkəmə Azərbaycan Respublikasi Cinayət Məcəlləsinin 99.1.2-ci maddəsinin tələbinə əsasən həmin Məcəllənin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakın olub-olmaması məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin belə bir əmlakı yoxdur . Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli müəssisəyə daxil olduğu gündən hesablansın. İş üzrə maddi sübut olan və Qaradağ RPİ-ndə saxlanılan BMW- X5 minik markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə məxsus 01 ədəd sol sükan dartqısı və sükan mexanzimi məhv edilsin. İş üzrə məhkəmə xərcləri 450 manat Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilsin. Hökmdən, elan olunduğu andan, 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar