Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-202/2022 10.01.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Hüseynova Aytac Faiq qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi: Müdafiəçi2 iştirakı ilə xx xxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda və barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq nəqliyyat vasitəsini idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi olmadan, texniki cəhətdən saz vəziyyətdə olan, etibarnamə əsasında idarə etdiyi Kia Soul markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobili 16 may 2021-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Kürdəxanı-Pirşağı yolu ilə Zabrat qəsəbəsi istiqamətindən, Pirşağı qəsəbəsi istiqamətinə saatda 60-70 km sürətlə idarə edərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq yaşayış məntəqələri daxilində saatda 60 kilometrdən çox olmayan sürətlə hərəkət etməsi şəraitində, Kürdəxanı qəsəbəsi, Əjdər Məlİkov küçəsi 10 ünvanında yerləşən avtoyuma məntəqəsinin qarşısında yolu soldan-sağa keçmək üçün piyadanın hərəkət hissəsinə daxil olması ilə hərəkət üçün təhlükə yaransa da, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, avtomobilin dayanması üçün heç bir tədbir görməyib həmin yol-hərəkət qaydalarını pozması, ehtiyatsızlıqdan idarə etdiyi avtomobilin qabaq sağ hissəsi ilə piyada Zərərçəkmiş şəxs vurulmasına, nəticədə Zərərçəkmiş şəxs ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərərvurmaya aid baş-beyin maddəsinin əzilməsi, baş-beyin maddəsinə və yumşaq qişalarına qansızma, sağ təpə-gicgah sümüyünün kəllə əsasına keçən açıq xətti sınığı, İV və V bel fəqərələrinin, sağ qalça və sağ bud sümüklərinin qapalı, sağ baldır sümüklərinin açıq, sol bud və sol baldır sümüklərinin sol diz oynağıdaxili açıq, yerini dəyişən qəlpəli sınıqları, ağciyərlərə və hər iki böyrəkətrafı yumşaq toxumalara qansızma, başın, sifətin, boyunun, gövdənin, hər iki yuxarı və aşağı ətrafların çoxsaylı əzilmiş-cırılmış yaraları, qançır və sıyrıqları ilə müşayiət olunan həyat üçün təhlükəli olan xəsarətlər yetirilməsinə və aldığı xəsarətlərdən 16 may 2021-ci il tarixdə 3 saylı şəhər Klinik Xəstəxanasında ölməsinə səbəb olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxsona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 16 may 2021-ci il idarə etdiyi avtomobil həyat yoldaşına məxsusdur və o etibarnamə əsasında sürücülük vəsiqəsi olmadan onu sürürdü. Hadisədən 8 gün sonra 24 may 2021-ci il tarixdə “Bİ В Cl C” kateqoriyalı sürücülük vəsiqəsini almışdır. O yolda hərəkət edən zaman qabağında Şagman markalı yük avtomobili hərəkət edirdi və o onun arxasınca hərəkət edirdi. Sağ tərəfində isə bir avtomobil nasaz vəziyyətdə olmaqla kənarda dayanmışdı. O döngədən dönəndə bir qadın qəflətən qabağına çıxdı və o da ehtiyatsızlıqdan onu vurdu. Qarşında Şagman markalı yük maşını olduğu üçün qadını görə bilməmişdi, əgər görsəydi, hadisənin baş verməsinin qarşısını ala bilərdi. Bundan sonra özünü itirdi. Bundan sonra tez təcili yardım çağırdı və qadını xəstəxanaya apardı. Orada həkimlər həmin şəxsin öldüyünü ona bildirdilər. Zərərçəkmiş şəxsin ailəsinə dəymiş maddi ziyanı ödədi, mərhumun dəfn xərclərini ödədi və onlarla barışdı. O, hadisə baş verən gün, hadisədən əvvəl spirtli içki qəbul etməmiş və hadisə günü tam olaraq ayıq olmuşdur. O, həmin yol nəqliyyat hadisəsini öz diqqətsizliyindən və ehtiyatsızlığından törətmiş, əməlinə görə peşmandır. Barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini dinləyib, iş materiallarını araşdıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxsAzərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsəi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi X11 məhkəməyə telefon vasitəsilə əlaqə saxlayaraq Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını və gələcəkdə də olmayacağını, hal-hazırda uzaqda, Cəlilabad rayonu Seyidbazar kəndində yaşadığını, maddi cəhətdən çətinlik çəkdiyi üçün məhkəmə prosesinə gələ bilməyəcəyini bildirərək, məhkəmə proseslərinin onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçıların fikirini nəzərə alıb zərərçəkmiş şəxsin hüquqi varisi X4 iştirakı olmadan məhkəmə baxışını keçirilməsini mümkün hesab etmişdir. İbtidai istintaqda iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınaraq dindirilmiş X11 ifadəsində göstərmişdir ki, xx.xx.1980-cı il təvəllüdlü Zərərçəkmiş şəxs onun doğma bacısıdır. 1998-ci ildə atası X6, 2012-ci ildə isə anası X3 ölmüşdür. Bacısı Zərərçəkmiş şəxs 2019-cu ilin noyabr ayına qədər onunla birlikdə eyni ünvanda yaşamışdır. 15 noyabr 2019-cu ildə Hədiyyə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yaşayan Vilayət adlı şəxslə qeyri rəsmi nigaha girib evlənmişdir. Həmin vaxtdanda Kürdəxanı qəsəbəsi ərazisində Vilayət adlı şəxslə birlikdə yaşamışdır. 16 may 2021-ci ildə axşam saatlarında yaşadığı evdə olan zaman, Hədiyyənin qeyri rəsmi nigahda yaşadığı Vilayətin dəqiq adı yadında qalmayan qohumu onun istifadə etdiyi mobil telefonuna zəng vuraraq, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində Hədiyyənin öldüyünü deyərək, meyitinin Sabunçu rayon MTE-nın meyitxanasında olduğunu bildirmişdir. O, həmin vaxt yaşadığı Cəlilabad rayonu, Seyidbazar kəndində olduğu üçün Bakı şəhərinə gələ bilməmişdir. Bundan sonra qardaşı X7 və oğlu X12 ilə əlaqə saxlayaraq Hədiyyənin yol-nəqliyyat hadisəsi nəticəsində ölməsi barədə məlumat vermiş və Sabunçu MTE-nın meyitxanasına getmələrini bildirmişdir. Sabunçu rayon MTE-nın meyitxanasında bacısı Hədiyyənin meyiti müayinə oldunduqdan sonra qardaşı Qamətə təhvil verilmişdir. Yol-nəqliyyat hadisəsini törədən sürücü Təqsirləndirilən şəxs qarşı heç bir tələbinin və iddiasının olmadığını bildirmişdir. İş materiallarında olan zərərçəkmiş şəxsin hüquqi varisi X4, notarial qaydada təstiq edilmiş ərizəsindən görünür ki, o Təqsirləndirilən şəxs qızı ilə barışmış, ona qarşı hər hansı şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan DİN-in BDYPİ-nin 06.07.2021-ci il tarixli, 016-79960-1221 nömrəli məktubundan görünür ki, DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs 24.05.2021-ci il tarixdə (24.05.2031-ci il tarixədək müddətə etibarlı olan) BA 406728 nömrəli “Bİ В Cl C” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. Cinayət işində olan məhkəmə-tibb ekspertizasının 05.06.2021-ci il tarixli, 83 №-li rəyindən müəyyən olunur ki, mərhum Zərərçəkmiş şəxs meyitində aşağıdakı xəsarətlər müəyyən edilmişdir: Baş-beyin maddəsinin əzilməsi, baş-beyin maddəsinə və yumşaq qişalarına qansızma, sağ təpəgicgah sümüyünün kəllə əsasına keçən açıq xətti sınığı, İV və V bel fəqərələrinin, sağ qalça və sağ bud sümüklərinin qapalı, sağ baldır sümüklərinin açıq, sol bud və sol baldır sümüklərinin sol diz oynağıdaxili açıq, yerini dəyişən qəlpəli sınıqları, ağciyərlərə və hər iki böyrəkətrafı yumşaq toxumalara qansızma, başm, sifətin, boyunun, gövdənin, hər iki yuxarı və aşağı ətrafların çoxsaylı əzilmiş-cırılmış yaralan, qançır və sıyrıqları. Xəsarətlər həyati olub, bərk-küt əşya (əşyalar) təsirindən mərhumun ölümündən az əvvəl törənmişlər, qərarın təsviri hissəsində göstərilən 16.05.2021-ci il tarixdə və şəraitdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı avtomaşın vurması nəticəsində törənəbilər və dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa AĞİR zərərvurmanm əlamətlərinə malik olmaqla onun ölümü ilə səbəbli əlaqəlidir. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb sağ təpə-gicgah sümüyünün kəllə əsasına keçən açıq xətti sınığı ilə əlaqədar baş-beyin maddəsinin əzilməsi, baş-beyinin yumşaq qişalarına və maddəsinə qansızma olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 3-5 saat əvvələ uyğun gəlir. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər, (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4- benzodiazepin törəmələri və salisatlar aşkar edilməmişdir. Cinayət işində olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 12 avqust 2021-ci il tarixli 8/1729 №-li rəyindən müəyyən olunur ki, Kia Soul markalı, 22BN825 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini yaşayış məntəqəsində 60 km/saat sürətdən daha artıq sürətlə idarə etdiyi şəraitində onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işində olan doğum haqqında şəhadətnamələrin sürətindən görünür ki, Təqsirləndirilən şəxs 16.06.2011-ci il təvəllüdlü X2, 21.12.2012-ci il təvəllüdlü X8, 24.02.2016-cı il təvəllüdlü X9 adında uşaqları vardır. Cinayət işində olan 228 nömrəli hərbi hisə komandiri tərəfindən verilmiş 26.12.2020 və 29.12.2020-ci İl tarixli fəxri fərmanlarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması ilə bağlı aparılan döyüş əməliyyatlarında iştirak etməsinə görə təltif edilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 14.06.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 244.1- ci maddəsi ilə təqsirli bilinib 01 il 03 ay 03 gün islah işləri cəzasına məhkum edilmişdir. Cinayət işində olan Bakı şəhəri Probasiya İdarəsinin 15.11.2021-ci il tarixli 21-1\510127 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs “8” noyabr” Zəfər günü münasibəti ilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 2.8-ci bəndinə əsasən cəzadan azad edilmişdir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübüta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin məcələnnin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin məcəllənin ümumi hissələrinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növü təyini məsələsini müzakirə edərək, hesab edir ki, onun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə ilə əlaqədar cəza növünün seçilməsi məqsədə müvafiqdir, cinayəti etiraf edib səmimi peşman olmasını, cinayətin törədilməsində rolunu, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayətinin və tələbin olmamasını, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışını və eyni zamanda cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələblərini də nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti etiraf edib səmimi peşman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayətinin və tələbin olmamasını, himayəsində 3 azyaşlı uşağın olması, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması ilə bağlı aparılan döyüş əməliyyatlarında iştirak etməsi və buna görə təltif edilməsi cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirilr. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197,198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” 07.03.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə məsrəflərini təşkil edən 100 (yüz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs oğlundan tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 12.08.2021-ci il tarixli 8\1729 saylı, məktubdan görünür ki, məhkəmə ekspertizasının rəyinin verilməsi üçün aparılmış tədqiqatın dəyəri 100 (yüz) manat təşkil edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə maddi sübut yoxdur, mülki iddia verilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirli bilinərək, nəqliyyat vasitələrini idarə etmək hüququndan 2 (iki) il müddətinə məhrum edilməklə, 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tətbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə məhkəmə məsrəflərini təşkil edən 100 (yüz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Cavid Hüseynov Eldar İsmayılov
Məhkəmə qərarları › İş №1(101)-202/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-202/2022
10.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver