Məhkəmə qərarları › İş №1(101)-202/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-202/2023

18.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-202/2023 18.01.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxxxx 2001-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Bahar qəsəbəsində nömrəsiz evdə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensİar Xidməti 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamaqla təkrarən oğurluq etmiş, həmçinin satış məqsədilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə edərək üzərində saxlamış və daşımışdır: belə ki, o, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 28 iyul 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3, 29, 177.2.2, 29,177.2.3-cü maddələri ilə təqsirli bilinərək təyin edilmiş 2 il azadlıqdan məhrum etmə cəzasından Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin 05 oktyabr 2021-ci tarixli qərarı ilə 02 ay 20 gün vaxtından əvvəl şərti azad olunmasına baxmayaraq məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda 30 yanvar 2022-ci il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs1 məxsus ünvan 3 ünvanında yerləşən mənzilinə qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs1 məxsus 1000 manat nağd pulu, bir ədəd istifadədə olmuş 10 manat dəyərində səs gücləndiricini, bir cüt 30 manat dəyərində gümüş sırğaları, bir dəst sırğa, biləzik və boyunbağıdan ibarət 20 manat dəyərində bujiteriyanı, bir ədəd istifadədə olmuş 30 manat dəyərində bənövşəyi rəngli qadın əl çantasını, 1 ədəd dəyəri 15 manat olan elektron kişi qol saatı, 3 ədəd hər birinin dəyəri 10 manat olan ümumilikdə 30 manat təşkil edən kişi qol saatlarını, həyətdəki əl damından 5 litr tutumlu ağ metaldan hazırlanmış 150 manat dəyərində od samovarını gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 1285 manat zərər vurmaqla oğurluq etmişdir; bundan başqa o, təkrarən xx.xx.2022-ci il tarixdə 10:00-dan 14:00-dək olan müddət ərzində ünvan 4 ünvanında yerləşən Zərərçəkmiş şəxs2 məxsus mənzilə qanunsuz daxil olaraq oradan ümumi dəyəri 800 manat olan bir ədəd qızıl sırğa və bir ədəd qızıl üzüyü, bir ədəd 40 manat dəyərində üzərində “X5” yazıları olan kişi qol saatını, bir ədəd 140 manat dəyərində “Tissot” markalı kişi qol saatını, bir ədəd 80 manat dəyərində “Samsung” markalı “J3” modelli mobil telefon cihazını gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 1060 manat zərər vurmaqla oğurluq etmişdir; bundan başqa o, satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən külli miqdarda təmiz çəkisi 7,897 qram psixotrop maddə metamfetamin əldə edərək üzərində saxlamaqla daşımış, ünvan 4 üvnanında baş vermiş oğurluq cinayətini törətməkdə şübhəli bilindiyi üçün Suraxanı RPİ-nin 32-ci Polis bölməsinin əməkdaşı tərəfindən xx.xx.2022-ci il tarixdə saat 13:50-də Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İ.Musayev küçəsində yerləşən qəbiristanlığın yaxınlığında piyada hərəkətdə olarkən saxlanılıb Suraxanı RPİ-nin 32-ci Polis bölməsinə aparılaraq həmin tarixdə üzərində şəxsi axtarış həyata keçirilən zaman əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən bir ədəd sellofan bükümdə təmiz çəkisi 7,897 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.4.3-cü maddələri ilə ittiham verilmişdir. Məhkəmə zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələr ilə elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək, həmin Məcəllənin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, o, 12 fevral 2022-ci il tarixdə ünvan 4 ünvanında yerləşən Zərərçəkmiş şəxs2 məxsus mənzilə qanunsuz daxil olaraq oradan 800 manat dəyərində bir ədəd qızıl sırğa və bir ədəd qızıl üzüyü, bir ədəd 40 manat dəyərində üzərində “X5” yazıları olan kişi qol saatını, bir ədəd 140 manat dəyərində “Tissot” markalı kişi qol saatını, bir ədəd 80 manat dəyərində “Samsung” markalı “J3” modelli mobil telefonu oğlurlamışdır; Zərərçəkmiş şəxs1 məxsus ünvan 3 ünvanındakı evə o daxil olmamış, oradan oğurluq etməmiş, Suraxanı RPİ-nin 32-ci Polis bölməsinin əməkdaşlarının təzyiqi nəticəsində həmin evdən oğurluq etməsi barədə etirafedici ifadə vermiş, polis əməkdaşlarırın ona əvvəlcədən başa saldığı formada hadisə yerini göstərmişdir; xx.xx.2022-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılarkən onda psixotrop maddə olmamış, Suraxanı RPİ-nin 32-ci Polis bölməsinin əməkdaşları tərəfindən edilən təsir və təzyiq nəticəsində əvvəlcən polis əməkdaşları tərəfindən üzərinə qoyulmuş bir bükümdə psixotrop maddəni videoçəkiliş zamanı çıxararaq təqdim etmiş və etiraf edici ifadələr vermişdir. O. polis əməkdaşları tərəfindən saat 13:50-də deyil, həmin günün erkən səhər satlarından tutulmuşdur. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamlarda özünü qismən təqsirli bilərək göstərmişdir ki, 2019-cu il tarixdə Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsindən mənzildən oğurluq hadisəsi törətdiyi üçün iki İl müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 05 oktyabr 2021ci il tarixdə Suraxanı rayon məhkəməsinin qərarına əsasən cəzadan 2 ay 20 gün vaxtından əvvəl şərti olaraq azad edilmiş, azadlığa çıxdıqdan sonra psixotrop maddə olan metamfetamindən istifadə etməyə başlamış, işləmədiyinə görə istifadə etdiyi psixotrop maddələri almaq üçün həyət evlərindən oğurluq etmiş, 30 yanvar 2022-ci il tarixdə saat 15 radələrində oğurluq etmək məqsədilə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq küçəsində gəzərkən bir həyət evinin qapısını döymüş, cavab verən olmadığını görüb hasardan keçməklə həyətə daxil olmuş, evin giriş qapısını yoxladıqda bağlı olduğunu görmüş, özündə olan vintaçanla pəncərəni sıxıb açaraq içəri daxil olmuş, evi axtardıqda yataq otağında olan paltar dolabındakı pencəyin cibindən 1.000 manat pul görüb götürmüş, evi axtarmağa davam edərək evdə olan bir ədəd balaca səsgücləndiricini, bir cüt gümüşü rəngli sırğaları, bujiteriyadan olan bir cüt sırğa, bir ədəd bilərzik və bir ədəd boyunbağını, dörd ədəd qol saatlarını götürmüş, həmin əşyaları evdən götürdüyü bənövşəyi rəngli qadın əl çantasına qoyub həyətə çıxmış, sonra isə həyətdəki əl damına baxdıqda bir ədəd təxminən beş litr tutumlu, ağ metaldan olan od samovarını görüb onu da götürmüş, oğurladığı əşyaları özü ilə götürüb yola çıxaraq yoldan keçən taksiyə minib Sabunçu rayonunda ərazisində yerləşən “tolkuçkaya” aparmış, orada tanımadığı şəxsə samovarı 60 manata satmış, qol saatlarını, bujiteriyaları, gümüşü rəngli sırğaları və səsgücləndiricini alan olmadığından hazırda xatrılamadığı yerdə zibil qutusuna atmış, həmin evdən oğurladığı pulu, samovarının satışından əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmiş, həmin oğurluqdan əldə etdiyi pulları xərclədikdən sonra yenidən oğurluq etmək qərarına gəlmiş, bu səbəbdən 12 fevral 2022-ci il tarixdə saat 12 radələrində Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şimal yaşayış sahəsi, döngə 16 ünvanında piyada gəzərkən qarşısına çıxan həyət qapısını döydükdə qapını açan olmadığından, evdə kimsənin olmadığını başa düşüb həmin evdən oğurluq etmək qərarına gəlmiş, bu məqsədlə hasarın üstünə çıxıb, hasarın üzəri ilə gedib, iki mərtəbəli evin ikinci mərtəbəsinin eyvanına düşmüş, sonra isə evyandakı açıq qapıdan ikinci mərtəbəyə daxil olmuş, ikinci mərtəbədəki yataq otağındakı dolabın içindəki paltonun cibindən 800 manat nağd pulu, digər yataq otağında pəncərənin qarşısında olan bir ədəd “Samsung” markalı mobil telefonu götürdükdən sonra daxildəki pilləkənlə evin birinci mərtəbəsinə enmiş, dəhlizdə olan dolabın içərisindən iki ədəd kişi qol saatını, qonaq otağında olan dolabdakı qabların içində olan bir cüt qızıl sırğa və bir ədəd qadın üçün qızıl üzüyü götürdükdən sonra başqa qiymətli əşya tapa bilməyərək birinci mərtəbənin giriş-çıxış qapısının dəhlizdəki dolabda olan açarını götürüb qapını açaraq evdən çıxmış, həyətin giriş qapısını açaraq küçəyə çıxıb oradan uzaqlaşmış, oğurladığı qızıl üzüyü və qızıl sırğanı bir gün sonra “Neftçilər” metrostansiyasının yaxınlığında tanımadığı bir nəfər kişiyə cəmi 300 manata, üzərində “Tissot" yazısı olan kişi qol saatını 70 manata satmış, digər yəni, üzərində “X5” yazısı olan kişi qol saatı və mobil telefonu isə özündə saxlamış, sonrakı günlərdə, yəni 14 fevral 2022ci il tarixdə polis əməkdaşları tərəfindən saxlandıqda həmin kişi qol saatı və “Samsung” markalı mobil telefon ondan götürülmüşdür; psixotrop maddə olan metamfetamindən istifadə edir, həmin maddəni əsasən internet vasitəsilə tanış olduğu İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı adını bilmədiyi şəxsdən onlayn şəkildə əldə etmiş, psixotrop maddə əldə etmək üçün həmin şəxsin ona verdiyi bank hesabına ödəniş terminalları vasitəsilə müəyyən məbləğdə pul köçürdükdən sonra həmin şəxs sifariş edilmiş maddəni Bakı şəhərinin müxtəlif yerlərinə ataraq həmin yerin şəklini ona “WhatsApp” mobil tətbiqi vasitəsilə göndərmiş, o, göstərilən yerə gedərək sifariş etdiyi maddəni götürmüş, sonuncu dəfə 13 fevral 2022-ci il tarixdə günorta saatlarında şəxsi istifadəsi üçün psixotrop maddə əldə etməkdən ötrü həmin şəxsin onda olan bank hesabına onlayn şəkildə 80 manat pul köçürmüş, bundan sonra həmin şəxsin ona bildirməsi ilə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Səməd Vurğun” adına parka getmiş, parkın yaxınlığında yerə qoyduğu bir ədəd bükümdə olan metamfetamini götürərək əynində olan gödəkçənin cibinə qoymuş, əldə etdiyi çəkisi təxminən 8 qram olan metamfetamindən bir qədərini həmin gün axşam saatlarında istifadə etmiş və qalan hissəsini üzərində saxlamış, 14 fevral 2022-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İ.Musayev küçəsində yerləşən qəbiristanlığın yaxınlığında piyada hərəkətdə olarkən ona mülki geyimdə bir nəfər şəxs yaxınlaşaraq özünü təqdim edərək polis əməkdaşı olduğunu bildirmişdir; Bundan sonra həmin şəxs onun 12 fevral 2022-ci il tarixdə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şimal yaşayış sahəsində baş vermiş oğurluq cinayətini törətməyində şübhəli olduğunu bildirib onu Suraxanı RPİ-nin 32-ci polis bölməsinə dəvət etmiş, o, həmin şəxsə etiraz etmədən birlikdə polis bölməsinə getmiş, Polis bölməsinin inzibati binasına daxil olduqdan sonra o, üzərində psixotrop maddə metamfetamin olduğunu polis əməkdaşlarına bildirmiş, bundan sonra polis bölməsinin inzibati binasında xidməti otaqların birində təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri izah edilməklə buna dair bildiriş təqdim edilmiş, hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət edilərək ona təqdim edilmiş, o, narkotik vasitələrin istifadəsində şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, o, üzərində vəkilin iştirakı olmadan şəxsi axtarış keçirilməsinə etiraz etmədiyini bildirmiş və buna dair ərizə verdikdən sonra üzərində polis əməkdaşları tərəfindən videoçəkilişlə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilməyə başlanılmış, şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olan hər hansı əşya olduğu təqdirdə təqdim etməsi təklif edilmiş, əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən şəxsi istifadəsi üçün əldə edərək saxladığı bir ədəd şəffaf sellofana bükülmüş metamfetamini çıxarıb masanın üzərinə qoymuş, üzərinə şəxsi axtarış keçirilmiş, lakin başqa əşya, maddə aşkar edilməmiş, təqdim etdiyi sellofan bükümə polis əməkdaşı tərəfindən baxış keçirilmiş, həmin maddənin nə olması, onu haradan əldə etməsi barədə soruşulduqda o, həmin maddənin psixotrop maddə metamfetamin olduğunu, onu İran İslam Respublikası vətəndaşı kimi tanıdığı şəxsdən onlayn şəkildə şəxsi istifadəsi üçün əldə etdiyini bildirmiş, təhqiqatçı tərəfindən həmin büküm zərfdə qoyularaq qablaşdırılmış, zərfin üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra möhürlənmişdir. Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir; cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadə verərək göstərmişdir ki, 28 yanvar 2022-ci il tarixdə saat 17:30-da ailə üzvləri ilə birlikdə yaşadığı həyət evindən çıxıb Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yaşayan anasının evinə qonaq getmişlər, 30 yanvar 2022-ci il tarixdə saat 15:10-da oğlu Eltac Bayraməliyev dərs hazırlığından qayıdıb evə daxil olduqda evin pəncərəsinin açıq olduğunu, içəri daxil olduqda isə evin dağınıq olduğunu görmüş, evdən oğurluq olduğunu başa düşərək DİN-in 102 xidmətinə məlumat vermiş, sonra isə ona zəng edərək bu barədə bildirmiş, o, evə gəlib baxdıqda evdəki yataq otağında olan paltar dolabındakı pencəyin cibində saxladığı 1.000 manat nağd pulun oğurlandığını aşkar etmiş, bir qədər sonra polis əməkdaşları evə gəldikdə, o, evindən 1.000 manat pul oğurlandığını bildirmiş və bu barədə izahat vermis, ancaq polis əməkdaşları getdikdən sonra evi daha ətraflı yoxladıqda bir ədəd istifadədə olmuş, təxminən 10 manat dəyərində səs gücləndiricinin, bir cüt təxminən 30 manat dəyərində gümüş sırğaların, bir dəst sırğa, bilərzik və boyunbağıdan ibarət olan təxminən 20 manat dəyərində bujiteriyanın, bir ədəd istifadədə olmuş 30 manat dəyərində bənövşəyi rəngli qadın əl çantasının, 1 ədəd dəyəri təxminən 15 manat olan elektron kişi qol saatı, 3 ədəd hər birinin dəyəri təxminən 10 manat olmaqla ümumilikdə 30 manat təşkil edən kişi qol saatlarının, həyətdəki əl damından 5 litr tutumlu ağ metaldan hazırlanmış, təxminən 150 manat dəyərində od samovarının oğurlandığını aşkar etmiş, oğurluq nəticəsində ona təxminən 1.285 manat ziyan dəymişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs müstəntiq tərəfndən onun yaşadığı evə ifadəsinin yerində yoxlanılması üçün gətirilərkən, sonuncu evə daxil olma üsulunu və yerini, oğurlanmış əyşaların götürüldüyü yerləri tamamilə səhv göstərmiş, bu səbəbdən onun evinə daxil olaraq oğurluq etmiş şəxs Təqsirləndirilən şəxs olmasına inanmamışdır. Onun şəxsi fikrinə görə evindən oğurluğu Təqsirləndirilən şəxs deyil, həmin vaxt qonşu evdə təmir işləri ilə məşğul olan ustalar etmişlər. Məhkəmə zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadə verərək göstərmişdir ki, 12 fevral 2022-ci il tarixdə saat 10 radələrində həyat yoldaşı və anası ilə birlikdə bazarlıq etmək üçün evdən çıxmış, həmin gün saat 14 radələrində evə qayıtdıqda giriş qapısının açıq olduğunu görmüş, içəri daxil olduqda evin dağınıq olduğunu, birinci mərtəbədəki qonaq otağında dolabın içərisindəki qabların içində olan anasına məxsus ümumi dəyəri 800 manat olan bir ədəd qızıl sırğa və bir ədəd qızıl üzüyün, ikinci mərtəbədəki yataq otağındakı dolabın içindəki paltonun cibindən özünə məxsus 800 manat nağd pulun oğurlandığını görüb DİN-in 102 xidmətinə zəng edərək məlumat vermis, bir qədər sonra polis əməkdaşları evinə gəlmiş, o, evindən 800 manat pulun və 800 manat dəyərində qızıl zinət əşyalarının oğurlandığını bildirmiş, bu barədə izahat vermis, lakin polis əməkdaşları getdikdən sonra evi daha ətraflı yoxladıqda, bir ədəd dəyəri təxminən 40 manat olan sarı metaldan hazırlanmış üzərində “X6” yazıları olan kişi qol saatının, “Tissot” markalı təxminən dəyəri 140 manat olan kişi qol saatının və dəyəri təxminən 80 manat olan bir ədəd “Samsung” markalı, “J3” modelli mobil telefon cihazının da, oğurlandığını aşkar etmiş, belə ki, hadisə nəticəsində oğurlanmış anasına məxsus ümumi dəyəri 800 manat olan bir ədəd qızıl sırğa və bir ədəd qızıl üzük özünün şəxsi vəsaiti hesabına alındığından oğurluq nəticəsində ona ümumilikdə 1.060 manat dəyərində maddi ziyan dəymişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, ünvan 6 ünvanında anası Zərərçəkmiş şəxs1 və bacısı ilə birlikdə yaşayır; 28 yanvar 2022-ci il tarixdə saat 17:30-da ailə üzvləri ilə birlikdə yaşadıqları evdən çıxıb Bakı şəhəri Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yaşayan nənəsinin evinə qonaq getmişlər, o, 30 yanvar 2022-ci il tarixdə saat 15:10-da dərs hazırlığından qayıdıb, həyətə daxil olduqda evin pəncərəsinin açıq olduğunu, içəri girdikdə isə evdə dağınıqlıq olduğunu görüb evdən oğurluq olduğunu başa düşərək DİN-nin 102 xidmətinə bu barədə məlumat vermis, sonra isə anasına zəng edərək bu barədə bildirmiş, bundan sonra anası evə gəlib baxdıqda evdəki yataq otağında olan paltar dolabındakı pencəyin cibində saxladığı 1.000 manat nağd pulun oğurlandığını aşkar etmiş, bir qədər sonra polis əməkdaşları evə gəldikdə anası evdən 1.000 manat pul oğurlandığını bildirmiş və bu barədə izahat vermis, polis əməkdaşları getdikdən sonra evi daha ətraflı yoxladıqda, bir ədəd istifadə olunan təxminən 10 manat dəyərində səs gücləndiricinin, bir cüt təxminən 30 manat dəyərində gümüş sırğaların, bir dəst sırğa, bilərzik və boyunbağıdan ibarət, təxminən 20 manat dəyərində bujiteriyanın, bir ədəd istifadədə olmuş 30 manat dəyərində bənövşəyi rəngli qadın əl çantasının, 1 ədəd dəyəri təxminən 15 manat olan elektron kişi qol saatı, 3 ədəd hər birinin dəyəri təxminən 10 manat olmaqla ümumilikdə 30 manat təşkil edən kişi qol saatlarının, həyətdəki əl damından 5 litr tutumlu ağ metaldan hazırlanmış təxminən 150 manat dəyərində od samovarının oğurlandığını aşkar etmişlər, oğurluq hadisəsi nəticəsində anası Zərərçəkmiş şəxs1 təxminən 1285 manat ziyan dəymişdir. O da evlərindən oğurluq edən şəxsin Təqsirləndirilən şəxs olmamasını düşünür və oğurluq etmiş şəxslərin qonşuluqda usta kimi işləyən şəxslər olduğundan şübhələnir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, hazırda Suraxanı RPİ-nin 32-ci Polis bölməsinin CA üzrə əməliyyat müvəkkili vəzifəsində çalışır və polis kapitanı xüsusi rütbəsini daşıyır; 14 fevral 2022-ci il tarixdə saat 13 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İ.Musayev küçəsində yerləşən qəbirstanlığın yaxınlığında xidmətdə olarkən 12 fevral 2022-ci il tarixdə ünvan 7 ünvanında yerləşən evindən oğurluq edilməsində şübhəli bilinən xarici əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özünü təqdim etdikdən sonra həmin şəxsin həqiqətən də qeyd olunan oğurluq hadisəsini törətmiş Təqsirləndirilən şəxs olduğunu müəyyənləşdirdikdən sonra Təqsirləndirilən şəxs Suraxanı RPİ-nin 32-ci Polis bölməsinə aparılmış, Təqsirləndirilən şəxs polis bölməsinin Növbətçi hissəsinə təhvil verilərkən üzərində narkotik vasitə olduğunu bildirdiyindən onun Suraxanı RPİ-nin 32-ci Polis bölməsinə gətirilməsi və üzərində narkotik vasitə olması barədə Polis bölməsinin rəhbərliyinə raportla məruzə edilmiş, müvafiq prosessual hərəkətlər aparılması üçün Təqsirləndirilən şəxs Suraxanı RPİ-nin 32-ci Polis bölməsinin təhqiqatçısı polis kapitanı X3 xidməti otağına aparılmış, Təqsirləndirilən şəxs törətdiyi oğurluq hadisəsi nəticəsində əldə etdiyi üzərində “X6” yazıları olan bir ədəd kişi qol saatını, bir ədəd “Samsung” markalı “J3” modelli mobil telefonu təqdim etdiyindən təhqiqatçı tərəfindən götürülmüş, daha sonra təhqiqatçısı Ayaz Meydanov tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilmiş və müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçiriləcəyi zaman müdafiəçisinin iştirakının olmamasına dair heç bir etirazının olmadığını bildirmiş və bununla bağlı ərizə verdikdən sonra onun və Suraxanı RPİ-nin 32ci Polis bölməsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili polis kapitanı Şahid3 işitakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilməyə başlanılmış, əvvəlcə təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq əldə edilmiş hər hansı bir narkotik vasitə olduğu təqdirdə təqdim etməsini təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkcəsinin sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümünü çıxarıb təqdim etmiş, sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, həmin metamfetamini adını bilmədiyi İran İslam Respublikası vətəndaşı kimi tanıdığı şəxsdən onlayn şəkildə əldə etdiyini və sifariş əsasında həmin maddəni Bakı şəhəri, “28 May” metrostansiyasının yaxınlığında yerləşən Səməd Vurğun adına parkın yaxınlığında yerdən götürdüyünü və üzərində saxlayaraq daşıdığını bildirmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin büküm zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri Təqsirləndirilən şəxs və polis əməkdaşları tərəfindən imzalandıqdan sonra möhürlənmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş, qanunla qadağan olunmuş hər hansı başqa əşya aşkar edilməmiş, Təqsirləndirilən şəxs yaşadığı evə sonuncunun anası X1 iştirakı və razılığı ilə birlikdə baxış keçirilmiş, hər hansı bir qanunsuz olaraq əldə edilmiş, narkotik vasitə, psixotrop maddə və digər əşya aşkar edilməmiş, Təqsirləndirilən şəxs saxlanılarkən və Suraxanı RPİ-nin 32-ci Polis bölməsində olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Təqsirləndirilən şəxs psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumatı olmamış, Təqsirləndirilən şəxs ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində, o cümlədən Təqsirləndirilən şəxs istifadə etdiyi SMS məlumatlarının yoxlanılması və digər əməliyyat və istintaq tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşgul olması təsdiqini tapmamış, bu barədə heç bir məlumat müəyyən olunmamışdır. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid3 Şahid2 ifadəsinə və işin faktiki hallarına uyğun ifadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş və tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut kimi qəbul edir. İşdə olan məhkəmə-kimyəvi ekspertizası üzrə 6/934 saylı 15 fevral 2022-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün №196” möhür əksi və “şübhəli şəxs Təqsirləndirilən şəxs...” və s. yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 7,897 qram açıq ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (1-ci cild iş vərəqi 125-130). İşdə olan ambulator məhkəmə-narkoloji ekspertizası üzrə 2412 saylı 12 may 2022-ci il tarixli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan Aslılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır; ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (1-ci cild iş vərəqi 226-227). İşdə olan kompleks məhkəmə-psixoloji və ambulator-psixiatrik ekspertizası üzrə 1102 saylı 30 aprel 2022-ci il tarixli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansi bir psixi xəstəlikdən əziyyət çəkmir; onda xasiyyətin psoxopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansi bir psixi xəstəlik və ya psixi fəaliyyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb; həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur; buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunur; Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür; yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır; Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur; Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyətdə iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamışdır (1-ci cild iş vərəqi 228-231). İşdə olan məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə 9/2714 saylı 16 may 2022-ci il tarixli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd sarı metaldan hazırlanmış, üzərində “X5” yazıları olan, qolbağı qara rəngli süni dəri materialdan hazırlanmış kişi qol saatının 2022-ci ilin fevral ayına olan orta bazar qiyməti təxminən 40,00 manat müəyyən edilir (1-ci cild iş vərəqi 41-42), İşdə olan məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə 9/4147 saylı 04 iyul 2022-ci il tarixli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd “Samsung J3 Duos” markalı, aksessuarları olmayan mobil telefonun istifadədə olması nəzərə alınmaqla, hazırkı vəziyyətdə 12 fevral 2022-ci il tarixə orta bazar qiyməti təxminən 80,00 manat müəyyən edilir (2-ci cild iş vərəqi 95-97). İşdə olan 14 fevral 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilmiş, əvvəlcə Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq əldə edilmiş hər hansı bir əşya və ya maddə olduğu təqdirdə təqdim etməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkcəsinin sağ yan cibindən içərisində ağ rəngli kristalşəkilli maddə olan bir ədəd bükümü təqdim edərək həmin bükümün içərisində olan kütlənin psixotrop maddə metamfetamin olduğunu, Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən Səməd Vurğun adına parkının yaxınlığında yerdən götürdüyünü və onlayn şəkildə İran İslam Respublikası vətəndaşından aldığını bildirmişdir (1-ci cild iş vərəqi 110). İstintaq zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən bir ədəd DVD diskinə baxış keçirilməsi barədə protokoldan görünür ki, əvvəlcə Təqsirləndirilən şəxs üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet olduğu təqdirdə təqdim etməsi təklif edilir; bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli uzunqol qış gödəkçəsinin sağ yan cibindən içərisində ağ rəngli kristalşəkilli kütlə olan bir ədəd ağ rəngli sellofan bükümü çıxarıb təqdim edir; ondan təqdim etdiyi bükümdəki kütlənin nə olması, nə vaxt, kimdən, hansı yolla və nə məqsədlə əldə etməsi barədə soruşulduqda Təqsirləndirilən şəxs bükümdəki kütlənin psixotrop maddə metamfetamin olduğunu, onu Bakı şəhəri “28 May” metrostansiyasının yaxınlığında yerləşən Səməd Vurğun adına parkının yanından yerdən götürdüyünü, onlayn şəkildə İran İslam Respublikasının vərəndaşı kimi tanıdığı şəxsdən özünün istifadəsi üçün əldə etdiyini və üzərində saxladığını bildirir; Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirildikdə başqa hər hansı bir əşya, predmet aşkar edilmir; Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd büküm götürülərək zərfə qoyulub qablaşdırılır, həmin zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalandıqdan sonra möhürlənmtşdir (1-ci cild iş vərəqi 111, 155) İşdə olan 04 iyul 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntünü özündə əks etdirən həmin bir ədəd DVD diski iş üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün sübut qismində tanınmışdır; Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman aşkar edilərək götürülmüş və barəsində məhkəmə-kimyəvi ekspertizası təyin edilərək müvafiq rəy alınmış, bir ədəd bükümdə təmiz çəkisi 7,897 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin iş üçün mühüm əhəmiyyət kəsb etdiyi üçün maddi sübut qismində tanınmış, ekspertiza tədqiqatına sərf edilən miqdar 0,05 qram olmaqla qalıq 7,847 qram psixotrop maddə metamfetamin zəruri istintaq hərəkətləri yekunlaşdırıldıqdan sonra məhkəmə baxışınadək saxlanılması üçün Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir; Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd sarı metaldan hazırlanmış, üzərində “X5” yazıları olan, qolbağı qara rəngli süni dəri materialdan hazırlanmış kişi qol saatı, bir ədəd “Samsung J3 Duos” markalı mobil telefon cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab olunmuş, zəruri istintaq hərəkətləri yekunlaşdırıldıqdan sonra Zərərçəkmiş şəxs2 saxlancına verilmişdir (2-ci cild iş vərəqi 102-119). İşdə olan 14 fevral 2022-ci il tarixli təqdim edilmiş əşyalara baxış keçirilməsi haqqında protkoldan və fotocədvəldən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs ünvan 4 ünvanından oğurluq yolu ilə əldə etdiyi bir ədəd “Samsung J3 Duos” markalı mobil telefon və üzərində “X6” yazıları olan kişi qol saatını təqdim etdiyindən Suraxanı RPİ-nin 32-ci PBnin təhqiqatçısı, polis mayoru Məmməd Əliyev tərəfindən götürülmüş, bununla bağlı müvafiq protokollar və foto cədvəl tərtib edilərək cinayət işinə əlavə edilmişdir (1-ci cild iş vərəqi 17-18). İşdə olan 01 aprel 2022-ci il tarixli əşyanın tanınmaya təqdim edilməsi haqqında 01 aprel 2022-ci il tarixli protkoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd “Samsung J3 Duos” markalı mobil telefon və üzərində “X6” yazıları olan kişi qol saatı Zərərçəkmiş şəxs2 tanımaya təqdim edilmiş, Zərərçəkmiş şəxs2 həmin əşyanı tanıyaraq qeyd olunan mobil telefon və qol saatının məhz özünə məxsus olduğunu bildirmiş, bununla bağlı müvafiq protokol və foto cədvəl tərtib edilərək cinayət işinə əlavə olunmuşdur (1-ci cild iş vərəqi 29, 31) İşdə olan 12 fevral 2022-ci il tarixli baxış protokolundan görünür ki, oğurluq hadisəsinin baş verdiyi Zərərçəkmiş şəxs2 məxsus fərdi tikilmiş yaşayış evi ünvan 4 ünvanında yerləşir (1-ci cild iş vərəqi 10-13). İşdə olan 30 yanvar 2022-ci il tarixli baxış protokolundan görünür ki, oğurluq hadisəsinin baş verdiyi Zərərçəkmiş şəxs1 məxsus fərdi tikilmiş yaşayış evi ünvan 3 ünvanında yerləşir (2-ci cild iş vərəqi 1-10). İşdə olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış 11 mart 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3, 29,177.2.2, və 29,177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin 5 oktyabr 2021-ci tarixli qərarı ilə 2 ay 20 gün vaxtından əvvəl şərti azad olunmuşdur (1-ci cild iş vərəqi 192-193). İşdə olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 28 iyul 2020-ci il tarixli 1(010)- 77/2020 saylı hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3, 29, 177.2.2, 29,177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşdə olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli 7(010)-499/2021 saylı qərarın surətindən görünür ki, məhkum Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzasının çəkilməmiş 2 (iki) ay 20 (iyirmi) günlük hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir (1-ci cild iş vərəqi 207-209). İşdə olan tutma haqqında 14 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cld iş vərəqi 88-89, 106). İşdə olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 fevral 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsin əvvəli 14 fevral 2022-ci il tarixdən hesablanmışdır (1-ci cild iş vərəqi 144-145, 164- 168). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə zamanı - Zərərçəkmiş şəxs1 məxsus ünvan 3 ünvanında yerləşən mənzilinə daxil olmaması, oradan oğurluq etməməsi, 14 fevral 2022-ci il tarixdə saxlanılarkən üzərində psixotrop maddə olmaması, polis əməkdaşlarının təsiri və təzyiqi ilə etirafedici ifadələr verməsi barədə verdiyi ifadəsini özünü müdafiə xarakterli hesab edir, onun ibtidai istintaq zamanı verdiyi ifadəsinin cinayət işinin materiallarına və işin faktiki hallarına daha uyğun hesab edir. Bununla yanaşı məhkəmə kollegiyası, Təqsirləndirilən şəxs Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Şöbəsində üzərinə şəxsi axtarış aparılarkən əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən bir ədəd sellofan bükümdə təmiz çəkisi 7,897 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhz satış məqsədi ilə əldə edib, saxlamasına və daşımasına dair istintaq orqanının gəldiyi nəticə ilə razılaşmır, iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilən Sabir Abdullayevə elan edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsi təsdiq edilmədiyindən onun əməli həmin Məcəllənin 234.1-ci maddəsi ilə tövsif edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspert rəyləri və iş üzrə toplanmış digər sənədlərlə tam təsdiq olunmuşdur. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş 14 fevral 2022-ci il tarixli raportda Təqsirləndirilən şəxs ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evindən oğurluq hadisəsi ilə bağlı şübhəli qismində saxlanılaraq Suraxanı RPİ-nin 32-ci Polis Bölməsinə təhvil verilərkən üzərində narkotik maddə olmasını etiraf etməsi göstərilmiş, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olması barədə polis əməkdaşlarında məlumat olmamış, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı təqsirləndirilən şəxsin barəsində əməliyyat məlumatı olması barədə polis əməkdaşlarının raportla rəhbərliyə müraciəti olunmamış, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən, həmçinin ibtidai istintaq zamanı verdiyi izahat və ifadələrində üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə etməsi barədə bildirməmiş, üzərindən aşkar edilmiş psixotrop maddənin hazırlanması, bölünməsi, çəkisinin müəyən edilməsi və satışa hazırlanması üçün istifadə edilən hər hansı bir əşya, predmet (o cümlədən miqdarın ölçülüb bölünməsi üçün tərəzi) aşkar edilməmiş, cinayət işi üzrə təyin edilmiş ambulator məhkəmə-narkoloji ekspertizası üzrə 12 may 2022-ci il tarixli 2412 saylı ekspert rəyində Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğu göstərilmiş, Təqsirləndirilən şəxs tərəfindən istifadəsində olan mobil telefon vasitəsi ilə narkotik vasitələrin alışı, satışı və istifadəsini təsdiq edən hər hansı bir danışıqların və SMS yazışmalarının aparılması müəyyən edilməmiş, məhkəmə zamanı dindirilən şahidlər tərəfindən Təqsirləndirilən şəxs üzərindən akşar edilmiş psixotrop maddənin satılması ilə bağlı heç bir ifadə verilməmiş, əksinə polis əməkdaşları Təqsirləndirilən şəxs psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumatın olmamasını bildirərək göstərmişlər ki, Təqsirləndirilən şəxs ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində, o cümlədən Təqsirləndirilən şəxs istifadə etdiyi SMS məlumatlarının yoxlanılması və digər əməliyyat və istintaq tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik və psixotrop vasitələrin satışı ilə məşgul olması təsdiqini tapmamış, bu barədə heç bir məlumat müəyyən olunmamışdır; aşkar edilmiş psixotrop maddə metamfetamin 7,897 qram çəkidə olmaqla cəmi bir bükümdə olmuş, istintaq orqanı tərəfindən və məhkəmə zamanı Təqsirləndirilən şəxs narkotik vasitələr almış şəxs, yəni istehlakçı müəyyən edilməmiş, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, hansı miqdarda psixotrop maddə satması, hansı qiymətə satması müəyyən edilməmiş, onunla əlbir olaraq psixotrop maddələri satış məqsədi ilə əldə etmiş və satmış şəxslər də müəyyən edilməmiş, məhkəmə zamanı Təqsirləndirilən şəxs psixotrop maddələrin satışı ilə məşğul olmasını təsdiq edən hər hansı bir məlumat, sübut müəyyən edilməmişdir. Qeyd edilən hallar Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddəni satış məqsədi ilə əldə etdiyini təsdiq etmir. Belə olan halda, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs aşkar olunub götürülmüş psixotrop maddəni satış məqsədilə əldə etməsi, saxlaması və daşıması sübuta yetirilmir, ona istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə verilmiş ittiham isə yalnız ehtimallara əsaslanmışdır. Bu səbəbdən Təqsirləndirilən şəxs əməli satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi, saxlaması və daşıması cinayətini nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə tövsif edilməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəktələrdir. Qanunun bu tələbinə görə, satış dedikdə yalnız qeyd olunan 3 əsas amil əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış məqsədilə əldə edib gəzdirməsi haqda nəticəyə gəlmək üçün sadalanan 3 məqsəddən heç olmasa birinin mövcud olması (əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması) sübut edilməlidir. Qərarda qeyd olunan 3 amildən heç biri hazırki cinayət işi ilə bağlı araşdırılan fakt üzrə müəyyən edilməsə də, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitəni və psixotrop maddəni satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamasına dair ittiham elan edilmiş, həmin ittihamda narkotik vasitənin və psixotrop maddənin əvəzli verilməsinin, qazanc eldə etməyin, yaxud digər şəxsi marağın nədən ibarət olması qeyd edilməmiş və təsdiqini tapmamışdir. Bundan əlavə «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci tarixli № 961-İİQ №-li Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarına (2-ci siyahı, psixotrop maddələr)» əsasən, metamfetamin psixotrop maddənin külli miqdarının aşağı həddi 2 qram müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə ümumi təmiz çəkisi külli miqdar təşkil edən 7,897 qram metamfetamin olmuş, qeyd edilən tövsiyyələrə və cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsndən aşkar edilib götürülmüş külli miqdar hesab edilməsi üçün ən aşağı həddən çox psixotrop maddənin yalnız miqdarı, onun psixotrop maddəni satış məqsədilə əldə edib gəzdirməsi barədə nəticəyə gəlmək üçün kifayət etmir və əsas vermir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymətin verilməsidir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qararda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət töərtməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Van de Hark Niderlanda qarşı işində məhkəmə 51(b)-ci bəndində qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş, yəni satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir: belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istfiadəsi üçün şəxsi istehlak miqdarından artıq olan istintaqa məlum olmayan mənbədən külli miqdarda təmiz çəkisi 7,897 qram psixotrop maddə metamfetamin əldə edərək üzərində saxlamaqla daşımış, ünvan 4 üvnanında baş vermiş oğurluq cinayətini törətməkdə şübhəli bilindiyi üçün Suraxanı RPİ-nin 32-ci Polis bölməsinin əməkdaşı tərəfindən xx.xx.2022-ci il tarixdə saat 13:50-də Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İ.Musayev küçəsində yerləşən qəbiristanlığın yaxınlığında piyada hərəkət edərkən saxlanılıb Suraxanı RPİ-nin 32-ci Polis bölməsinə aparılaraq həmin tarixdə üzərində şəxsi axtarış həyata keçirilən zaman əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən bir ədəd sellofan bükümdə təmiz çəkisi 7,897 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə kollegiyası toplanmış və tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək qeyd edir ki, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs oğurluq faktları ilə bağlı cinayət əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il tarixli qərarının 18-ci bəndinə əsasən Şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, CM-in 16.2-ci maddəsinə müvafiq olaraq, CM-in 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş «təkrar» törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud CM-in 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayələrin “təkrarlığı” əlaməti ilə tövsif edilməlidir. “Əgər şəxs Cinayət Məcəlləsinin müvafiq olaraq, 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 177.3.1, 177.3.2, 177.4 və ya 180.2.1, 180.2.2, 180.2.3, 180.2.4, 180.2.5, 180.3.1, 180.3.2, 180.4 yaxud da 181.2.1, 181.2.2, 181.2.3, 181.2.4, 181.2.5, 181.3.1, 181.3.2, 181.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin real məcmusunu yaratmayan, ağırlaşdırıcı hallarda oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmişsə, o zaman onun əməli CM-in daha ağır cəza nəzərdə tutan müvafiq maddəsi ilə tövsif edilməli, hökmün təsviri-əsaslandırıcı hissəsində isə bütün tövsifedici əlamətlər sadalanmalıdır. Həmin qərarın 19-cu bəndinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Həmin qərarın 20-ci bəndinə əsasən yaşayış sahəsi dedikdə yaşayış və qeyri yaşayış sahələri də daxil olmaqla mülkiyyət formasından asılı olmayaraq mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Bina dedikdə istehsalat və ya digər xidməti məqsədlər üçün müvəqqəti olaraq insanların və ya maddi nemətlərin yerləşdirilməsi məqsədilə nəzərdə tutulmuş, mülkiyyət formasından asılı olmayan tikililər, qurğular başa düşülür. Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri və digər qurğular aiddir. Həmin qərarın 21-ci maddəsinə əsasən Oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmiş şəxsin əməlinin “yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olmaq» əlaməti ilə tövsif edilməsi məsələsi həll edilərkən, məhkəmələr təqsirli şəxsin həmin yerlərdə hansı məqsədlə olmasını, həmçinin onun özgə əmlakına yiyələnmək qəsdinin hansı anda meydana gəlməsini aydınlaşdırmalıdır. Şəxs cinayət niyyəti olmadan oraya hüquqamüvafiq qaydada daxil olmuşsa, lakin sonra o, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törətmişsə, o zaman onun əməlində “daxil olma” əlaməti yoxdur. Şəxsin yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə qohumluğa və ya tanışlığa görə, zərərçəkmişin və ya əmlakı mühafizə edən şəxsin razılığı ilə daxil olması, yaxud onun vətəndaşların azad girib-çıxa biləcəyi mağazanın ticarət zalında, ofisdə və digər yerlərdə olması qeyd edilən tövsifedici əlamətlərin mövcudluğunu istisna edir. Şəxs “daxil olmaq” əlamətilə özgə əmlakının talanması əməlində təqsirli bilinmişsə, onun hərəkətlərini əlavə olaraq CM-in 157-ci maddəsi ilə də tövsif etməyə ehtiyac yoxdur. Belə ki, bu cür qanunsuz hərəkət oğurluq, soyğunçuluq və ya quldurluq cinayətlərinin tövsifedici əlamətidir. Həmin qərarən 22-ci maddəsinə əsasən Şəxs, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törədərkən, qapıları, qıfılları, gözlükləri və s. qırmaqla, sındırmaqla yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olursa, o zaman əməl, müvafiq olaraq, CM-in 177.2.3, 180.2.3 və ya 181.2.3-cü maddəsi ilə tövsif edilməli, əməlin əlavə olaraq CM-in 186-cı maddəsi ilə də tövsif edilməsinə ehtiyac qalmır. Belə ki, bu halda zərərçəkmişin qeyd edilən əmlakının qəsdən məhv edilməsi ağırlaşdırıcı halda talama cinayətinin törədilməsi üsuludur. Oğurluq, soyğunçuluq və ya quldurluq cinayətləri törədilərkən, talamanın predmeti olmayan zərərçəkmişin əmlakı (məsələn, mebel, məişət texnikası və digər şeylər) qəsdən məhv edilərsə və ya zədələnərsə, bu zaman əməl, buna əsaslar olarsa, əlavə olaraq CMin 186-cı maddəsi ilə də tövsif edilməlidir. Həmin qərarın 26-cı bəndinə əsasən Məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd”inin 1-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş oğurluğa görə cinayət məsuliyyətinin yaranması üçün əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı (lakin beş min manatdan artıq olmayan) məbləğdə ziyanın vurulması tələb olunduğu halda, Cinayət Məcəlləsinin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə görə cinayət məsuliyyəti vurulmuş ziyan yüz manatdan yuxarı məbləğdə olduqda yaranır. Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3 və 234.1-ci maddələri az ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.3-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur.http://eqanun.az/alpidata/code/data/0/c_c_11.htm Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Cinayətlərin təsnifatına görə Təqsirləndirilən şəxs sonuncu məhkumluğu üzrə təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3, 29, 177.2.2, 29,177.2.3-cü maddələri - az ağır cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluqları ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Təqsirləndirilən şəxs məhkumluğu 5 oktyabr 2023-cü il tarixdə ödənilməli olduğu halda, Təqsirləndirilən şəxs 30 yanvar 2022-ci il, 12 fevral 2022-ci il və 14 fevral 2022-ci il tarixlərdə, yəni Cinayət Məcəlləsinin 83.3.3 və 83.4-cü maddələri ilə nəzərdə tutulmuş 2 il müddət keçmədiyi halda yeni cinayət əməlləri törətmiş, bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 83.3.3 və 83.4-cü maddələrinə əsasən məhkumluğu ödənilməmiş şəxs hesab edilir. Təqsirləndirilən şəxs qəsdən az ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğundan, məhkumluğu ödənilmədən onun tərəfindən yenidən qəsdən ağır cinayət törədilməsi cinayətin residivini yaradır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.3.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Bununla da Təqsirləndirilən şəxs cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutumuş azadlıqdan məhrum etmə cəzasının son həddinin, yəni 5 il müddətə azadlıqdan məhrum etmə cəzasının yarısınıdan - 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasından, həmin Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutumuş azadlıqdan məhrum etmə cəzasının son həddinin, yəni 3 il müddətə azadlıqdan məhrum etmə cəzasının yarısınıdan – 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasından az ola bilməz. Məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs2 dəymiş ziyanın qismən ödənilməsi Azərbaycan Respublikası CM-in 59.1.14-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halın olması səbəbindən Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələblərinin tətbiq edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Belə ki, həmin Məcəllənin 8.1-ci maddəsinin tələbinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət - hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası işin hallarına əsasən, Azərbaycan Respublikası CM-in tələblərinə riayət etməklə, ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsinə və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqla preventiv rol oynamasını və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, qanuni əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir. Məhkumun islah edilməsi - cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumun yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyillərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-in 8 və 9-cü maddələrinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza ədalət və humanizm prinsiplərinə əsaslanaraq, hər bir halda zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Təsadüfi deyil ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə kollegiyası istinad edilən qanunvericilik nomalarını əsas tutaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, təqsirləndirilən şəxslərin cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və ailələrinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədlərinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi az ağır cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən və həmin Məcəllənin 61.1-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmasını, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün saymır, törətdiyi cinayətləri nəzərdə tutan Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3, 234.1-ci maddələrinin sanksiyalarında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2ci maddəsinin tələbləri nəzərə alınmaqla) təyin edilməsini cəza siyasətinin məqsədlərinə uyğun hesab edir. Cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsini təsbit edən Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə həmin Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsini əsas tutaraq hesab edir ki Təqsirləndirilən şəxs həbs müddətinin başlanğıcı 14 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinin tələblərinə əsasən cinayətlərin residivi zamanı ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi az ağır cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmasını, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün saymır, törətdiyi cinayətləri nəzərdə tutan Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3, 234.1-ci maddələrinin sanksiyalarında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla) təyin edilməsini, CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməsini, həbs müddətinin başlanğıcının 14 fevral 2022-ci il tarixdən hesablanmasını, cəza təyin edilərkən həmin müddətin nəzərə alınmasını və Cinayət Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzanı ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. İşdə olan ambulator məhkəmə-narkoloji ekspertiza üzrə 12 may 2022-ci il tarixli 2412 saylı ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan, narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görüdüyündən Təqsirləndirilən şəxs narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə kollegiyası hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının CPM-in 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 30cu bəndinə əsasən Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlar, güclü təsir edən və zəhərli maddələr üzrə cinayət işlərində maddi sübutların məsələsi həll edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 oktyabr 2005-ci il tarixli 181 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası” və “Qanunsuz dövriyyədən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş, lakin dərman preparatları şəklində olduğuna və tibbi məqsədlərlə istifadə oluna biləcəyinə görə məhv edilməsi mədsədə uyğun olmayan narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi üçün təhvil verilməsi Qaydası”na uyğun olaraq məhkəmələr onların məhv edilməsini və ya tibb məqsədləri üçün istifadəyə yararlı olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə verilməsini hökmdə mütləq göstərməli və bu işlər üzrə hökmlərin icrası haqqında sənədlərin işə əlavə olunması təmin edilməlidir. İşdə olan məhkəmə-kimyəvi ekspertizası üzrə 6/934 saylı 15 fevral 2022-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, təqsirləndirilən şəcs Təqsirləndirilən şəxs götürülərək tədqiqata təqdim edilmiş 7,897 qram psixotrop maddə metamfetamin kustar üsulla hazırlanmışdır. Qeyd olunanlara əsasən iş üzrə maddi sübutlar - Təqsirləndirilən şəxs üzərindən götürülmüş saxlanılması üçün Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 7,847 qram psixotrop maddə metamfetamin məhv edilməli; bir ədəd sarı metaldan hazırlanmış üzərində “X6” yazıları olan kişi qol saatı və bir ədəd “Samsung J3 Duos” markalı mobil telefon Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalı; Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətlərinin keçirilməsinə dair görüntülər əks olunmuş bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının CPM-in 346.1.21 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizaları və məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatların dəyəri, cəmi dəyəri 270 (iki yüz yetmiş) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə 3 (üç) il müddətə azadlıqdan məhruem etmə cəzası, həmin Məcəllənin 234.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 14 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2- ci maddəsinə əsasən narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - Təqsirləndirilən şəxs üzərindən götürülmüş saxlanılması üçün Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 7,847 qram psixotrop maddə metamfetamin məhv edilsin; bir ədəd sarı metaldan hazırlanmış üzərində “X6” yazıları olan kişi qol saatı və bir ədəd “Samsung J3 Duos” markalı mobil telefon Zərərçəkmiş şəxs2 saxlancına verilməsi nəzərə alınsın; Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətlərinin keçirilməsinə dair görüntülər əks olunmuş bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri - məhkəmə-əmtəəşünaslıq ekspertizaları və məhkəməkimyəvi ekspertiza üzrə tədqiqatların dəyəri, cəmi 270 (iki yüz yetmiş) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Rahib Salmanov Məhəmməd Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar