Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-202/2024 31.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Əliyeva Aytən Heydər qızı və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə 3 iyul 1976-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 2,704 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 14 noyabr 2022-ci il tarixdə saat 15:00-da Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi jstixana kombinatı massivi ünvanın qarşısında saxlanılaraq 15-ci PB-yə aparılıb xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olmuş qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 2,704 qram psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür; Bundan başqa o, təkrarən məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə ümumi təmiz çəkisi 71,215 qram narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımış, Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 17 noyabr 2022-ci il tarixdə saat 18:45-də ünvan 3 ünvanın yaxınlığında saxlanılıb, 15-ci PB-yə aparılıb xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilən zaman əlində olmuş göy rəngli sellofan paketdə 01 ədəd şəffaf sellofan kəsiyi bükümündə tərkiblərinə görə fərqli olan təmiz çəkisi 21,317 qram və tərkiblərinə görə eyni olan, 01 ədəd şəffaf sellofan kəsiyi bükümündə 25,490 qram, 08 ədəd kibrit qutusunda hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 2,700 qram, 2,690 qram, 3,280 qram, 2,580 qram, 2,768 qram, 3,06 qram, 2,840 qram və 4,490 qram oian ümumi təmiz çəkisi 71,215 qram bitki mənşəli kütlələr çətənə (kanabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd 12*7 sm ölçüdə üzərində narkotik vasitə marixuana hissəcikləri olan gümüşü rəngli elektron tərəzi aşkar edilib götürülmüşdür. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 13 noyabr 2022-ci il tarixdə evdə yatdığı zaman oğlu Elmir qorxmuş vəziyyətdə qaca-qaca evə gələrək əməliyyat müvəkkili Ağakərimin və başqa polis əməkdaşlarının gəldiyini demiş, o, həmin vaxt polis əməkdaşları evə daxil olmasın deyə evdən bıçaq götürərək özünə xəsarət yetirmək istəmiş, qəflətən evə 8 nəfər polis əməkdaşı daxil olmuş, polis əməkdaşı tutaraq bıçağı əlindən almış, qardaşı polis əməkdaşlarına irad tutaraq sonunculara niyə evə daxil odduqlarını və onun (Elmanın) narkotik qəbul etdiyini, başqa heç nə etmədiyini bildirmiş, onu «Chevrolet Niva» markalı avtomobilə mindirmiş, bir nəfər polis əməkdaşı onun yanında əyləşmişdir, gəlinləri mağazadan qayıtdıqdan sonra iki əkiz oğlunun da polis əməkdaşları tərəfindən polis bölməsinə aparıldığını görmüşdür; ümumiyyətlə həmin gün Zabrat ərazisindən polis bölməsinə 5 nəfər aparmışdılar və hər birimizə eyni çəkidə, eyni növdə narkotik vasitə «yükləmişlər»; polis əməkdaşları nə deyibsə polis bölməsində onu təkrarlamışdır; əvvəlcə heç nəyi boynuna götürməsə də onun əməlini Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə rəsmiləşdirəcəklərini bildirmişlər, daha sonra azadlığa buraxmışlar; o, 16 noyabr 2022-ci il tarixdə evə gəlmiş, gəlinləri polis əməkdaşlarının onun əkiz uşaqlarını buraxmadıqlarını demişdir, sabahısı gün çölə çıxdıqda polis əməkdaşları Rafael, Ağakərim, Sadiq və adını bilmədiyi 4 nəfər evlərinə gəlmişdir; polis əməkdaşlarının tələbi ilə sonuncularla bilrikdə avtomobilə minərək polis bölməsinə getmişlər, onu uşaqlarının da tutulacaqları ilə hədələyərək narkotik vasitə və psixotrop maddələri boynuna götürməsini tələb etmişlər, polis əməkdaşı ağ sellofan paket gətirmiş, bir ədəd göy rəngdə sellofan paket də gətirib birinci paketin icinə qoymuşlar, həmin paketləri qapının yaninda ona vermşilər və təhqiqatçının otağına daxil olmuşdur, videoçəkiliş zamanı polis əməkdaşları nə demişlərləsə onu da təkrarlamış, uşaqlarının tutulmaması üçün razılaşaraq narkotik vasitəni boynuna götürmşdür. Oğullarını dəfələrlə məhkəməyə dəvət etsə də onlar məhkəməyə gəlməkdən imtina etmişdir. Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda (belə halda təqsirləndirilən şəxsin ifadələrinin elan edilməsi yalnız onun sərbəst ifadə verməsindən və verilmiş suallara cavab verməsindən sonra mümkündür) təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə baxşı zamanı elan olunaraq tədqiq olunmuş ifadəsində Azərbaycan Respublikası CM-in 234.4.2 və 234.4.3cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, 2 dəfə məhkumluq həyatı yaşayıb. İlk dəfə 2006- cı ildə Rusiya Federasiyasında narkotik vasitələrin qanunsuz dövriyəsi ilə məşğul olduğu üçün 10 il müddətinə azadlıqdan məhrum edilmiş, 2011-ci ildə Rusiya Federasiyasından Azərbaycan Respublikasına ekstradisiya edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 2014-cü ildə azadlığa buraxılmış, ikinci dəfə 2018-ci ildə Bakı şəhər Xəzər rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nın 234.1-ci ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 2020-ci ilin avqust ayında 40 gün olmaqla şərti olaraq azadlığa buraxılmışdır. 2022-ci ilin əvvələrində Sabunçu rayonu ərazisində oğurluq cinayət hadisəsi törətdiyinə görə hazırda Sabunçu rayon məhkəməsində barəsində Azərbaycan Respublikası CM-nin 177-ci maddəsi ilə cinayət işinin məhkəmə istintaqı aparılır. Uzun müddətdir ki, narkotik vasitələr və psixotrop maddələrdən istifadə edir. Narkotik vasitələri və psixotrop maddələri adlarını və anket | məlumatlarını bilmədiyi şəxslərdən öz istifadəsi üçün alıb istifadə etmiş, satışı ilə məşğul olmamışdır. 14 noyabr 2022-ci il tarixdə saat 13 radələrində Sabunçu rayonu Balaxanı qəsəbəsində olarkən adını və anket məlumatlarım bilmədiyi şəxsdən 25 manata öz istifadəsi üçün 01 büküm psixotrop maddə metamfetamin alıb üzərində saxlayıb daşımışdır. 14 noyabr 2022-ci il tarixdə saat 15:00-da ünvan 4 ünvanın yaxınlığında olarkən iki nəfər şəxs ona yaxınlaşıb, xidməti vəsiqələrini təqdim edib polis əməkdaşları olduqlarını, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, birlikdə Sabunçu RPİ-nin 15-ci PB-yə getməyi təklif etmişdirlər. Etiraz etməyib onlarla birlikdə 15ci PB-yə getmiş, polis bölməsində təhqiqatçı tərəfindən ona polis bölməsinə gətirilməsinin səbəbləri, hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra hüquqlarını müdafiə etməsi üçün dövlət hesabına vəkil dəvət olunacağı bildirilib, bununla əlaqədar ona Bakı şəhər 7 saylı Vəkil Bürosunun vəkillərin siyahısı təqdim edilmişdir. Siyahıdan vəkil X2, hüquqlarının onun tərəfindən müdafiə olunmasını istəmişdir. Vəkil İlqar Qədirov ona təqdim olunaraq, şübhəli şəxs qismində hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra təhqiqatçı tərəfindən barəsində şübhəli şəxs qismində tutma haqqında qərar və protokol tərtib olunmuşdur. Vəkilin ona olan etibar və inamını itirməməkdən ötrü üzərində marixuana olduğundan vəkilinin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilməsini istədiyini deyib, bu barədə ərizə yazmışdır. Təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış aparılacağı bildirilib, üzərində qanunla dövriyyəsi qadağan olunan hər hansı bir əşya və predmetin olubolmaması soruşulmuş, müsbət təqdirdə təqdim etmək təklif edilmişdir. O, da əynində olmuş qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə olmuş metamfetamini çıxarıb təqdim edərək metamfetamini öz istifadəsi üçün 14 noyabr 2022-ci il tarixdə saat 13 radələrində Sabunçu rayonu Balaxanı qəsəbəsində olarkən adını və anket məlumatlarını bilmədiyi şəxsdən 25 manata alıb üzərində saxlayıb daşıdığını demişdir. Təhqiqatçı tərəfindən təqdim olunmuş bükümə baxış keçirildikdən sonra, müvafiq qaydada qablaşdırılaraq götürülmüş, bu barədə protokol tərtib olunmuş, doğruluğu onun və şəxsi axtarışda iştirak etmiş şəxslər tərəfindən imzalarla təsdiq edilmişdir. Barəsində təhqiqatçı Zaur Quliyev tərəfindən ********* nömrəli cinayət işi başlanıb, istintaq aidiyyəti üzrə Sabunçu RPİ-nin İstintaq şöbəsinə göndərilmişdir. İstintaq şöbəsində müstəntiq Kənan Kərimli tərəfindən 16 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş, barəsində «həbs» qətimkan tədbirinin seçilməsindən ötrü rayon prokurorluğu qarşısında vəsatət qaldırılmış, lakin Sabunçu rayon prokuroru, baş ədliyyə müşaviri İbrahim Ləmbəranskinin qərarı ilə vəsatətin müdafiə edilməsindən imtina edilərək, saxlanıldığı X12 azadlığa buraxılmışdır. Həmin tarixdə barəsində müstəntiq Kənan Kərimli tərəfindən «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir.Bundan başqa 17 noyabr 2022-ci il tarixdə saat 18:45də ünvan 4 ünvanın yaxınlığında olarkən iki nəfər şəxs ona yaxınlaşıb, polis əməkdaşları olduqlarını bildirib, xidməti vəsiqələrini təqdim edib, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirdirib birlikdə Sabunçu RPİ-nin 15-ci PB-yə getməyi təklif etmişdirlər. Etiraz etməyib 15-ci PB-yə gəlmiş, polis bölməsində təhqiqatçı tərəfindən ona polis bölməsinə gətirilməsinin səbəbləri, hüquq və vəzifələri, hüquqlarını müdafiə etməsi üçün dövlət hesabına vəkil dəvət olunacağı izah edilib, Bakı şəhər 7 saylı Vəkil Bürosunun vəkillərin siyahısı ona təqdim edilmişdir. Siyahıdan vəkil X1, hüquqlarının onun tərəfindən müdafiə olunmasını istəmişdir. Vəkil Təyyar Talıbov ona təqdim olunmuş və şübhəli şəxs qismində hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra təhqiqatçı tərəfindən barəsində şübhəli şəxs qismində tutma haqqında qərar və protokol tərtib olunmuşdur. Vəkilin ona olan etibar və inamını itirməməkdən ötrü üzərində narkotik vasitə marixuana olduğundan vəkilinin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilməsini istədiyini deyib, bu barədə ərizə yazmışdır. Təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış aparılacağı bildirilib, üzərində qanunla dövriyyəsi qadağan olunan hər hansı bir əşya və predmetin olub-olmaması soruşulmuş, müsbət təqdirdə təqdim etmək təklif edilmişdir. Bu səbəbdən də əlində olmuş içərisində marixuana, 08 ədəd kibrit qutusu, 01 ədəd sellofan büküm və 01 ədəd gümüşü rəngli elektron tərəzi olan sellofan torbanı təqdim edib, torbanın, kibrit qutularının və ayrıca sellofan bükümün içərisində narkotik vasitə marixuana olduğunu, 2022-ci ilin yay aylarında Saatlı rayonunda adını və anket məlumatlarını bilmədiyi şəxsdən 200 (iki yüz) manata şəxsi istifadəsi üçün alıb Zabrat qəsəbəsi, İstixana kombinatında olan qəbiritsanlıqda gizlətdiyini, istədikdə gedib oradan götürüb istifadə etdiyini, üzərindən aşkar edilib götürülmüş marixuananı da qəbirstanlıqdan göütürüb evinə apardığını etiraf etmişdir. Təhqiqatçı tərəfindən təqdim olunmuş bükümlər, elektron tərəzi və kibrit qutulara baxış keçirildikdən sonra, müvafiq qaydada qablaşdırılaraq götürülmüş, bu barədə protokol tərtib olunmuş, doğruluğu onun və şəxsi axtarışda iştirak etmiş şəxslər tərəfindən imzalarla təsdiq edilmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən və polis bölməsində olduğu müddət ərzində hər hansı şəxs tərəfindən fiziki və ya psixi təzyiq və təsirlərə məruz qalmamışdır. Başqa hər hansı bir ünvanda narkotik vasitə və ya psixotrop maddə saxlamır (cild 1, iş vərəqi 79-81). Məhkəmə zamanı şahid qismində dindirilmiş Sabunçu RPİ-in 15-ci PB-in baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edərək üzərində saxlayıb daşıması barədə məlumat əldə olunmuşdur. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 14 noyabr 2022-ci il tarixdə saat 15:00-da ünvan 3 ünvanın yaxınlığında tərəflərindən saxlanılıb Sabunçu RPİ-nin 15-ci polis bölməsinə gətirilmişdir. Təqsirləndirilən şəxs üzərinə vəkilin iştirakı olmadan şəxsi axtarışın keçirilməsini istəyib, bununla bağlı ərizə yazmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmıış və əynində olmuş qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim edərək içərisində psixotrop maddə metamfetamin olduğunu, öz istifadəsi üçün alıb üzərində saxlayıb daşıdığını bildirmişdir.; 17 noyabr 2022-ci il tarixdə yenidən Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edərək üzərində saxlayıb daşıması barədə məlumat əldə olunmuşdur. Həmin tarixdə saat 18:45-də ünvan 3 ünvanın yaxınlığında tərəflərindən saxlanılıb 15-ci PB-yə gətirilmişdir. Şəxsi axtarış aparılarkən əlində saxladığı 01 ədəd sellofan torbanı təqdim edib içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu, öz istifadəsi üçün 2022- ci ilin yay aylarında Saatlı rayonunda olarkən adını və anket məlumatlarını bilmədiyi şəxsdən 200 manata alıb, Zabrat qəbirstanlığı kimi adlanan ərazidə gizlətdiyini, lazım olduqda oradan götürüb istifadə etdiyini bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan torbanın içərisinə baxış keçirilmiş, torbanın içərisindən 01 ədəd gümüşü rəngli elektron tərəzi, 08 ədəd kibrit qutuları və 02 ədəd ayrı-ayrılıqda seollofan bükümlər aşkar edilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və polis şöbəsində olduğu müddət ərzində hər hansı bir şəxs tərəfindən fiziki və ya psixi təzyiq və ya təsirlərə məruz qalmamışdır. O, səmimi olaraq törətmiş olduğu cinayət əməlini etiraf etmişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Sabunçu RPİ-in 15-ci PB-in sahə inspektoru, polis kapitanı X11 Şahid1 ifadəsinə və işin faktiki hallarına uyğun ifadə vermişdir. Məhkəmə zamanı əlavə şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs qardaşıdır, 13 noyabr 2022-ci il tarixdə evdə olarkən polis əməkdaşları gələrək evdən marixuana aşkar edildiyi üçün Elmanı və iki əkiz oğullarını polis bölməsinə aparmışlar. Həmin gün yalnız Elman buraxılmış, lakin uşaqlarını həmin gün polis idarəsində saxlamışlar. Elman evə gəldikdən sonra cəmi 1 gün sonra polis əməkdaşları qardaşı Elmanı yenidən evdən götürərək polis idarəsinə aparmış və həmin tarixdə də əkiz oğullarını polis bölməsindən evə buraxmışlar. Elmanı birinci dəfə evdən aparılarkən, üzərindən marixuana aşkar olunmuş, marixuana Elmanın cibindən çıxmışdır. Onun həyat yoldaşı da həmin gün evdə olmuşdur. Elmanın əkiz oğullarının narkotik vasitədən istifadə edib-etmədiklərini bilməmişdir, o sonuncuların arxasınca polis bölməsinə getmiş, polis əməkdaşları onların izahatlarının alındığını bildirmişlər. Elmanın oğullarını dəfələrlə məhkəməyə dəvət etsə də onlar məhkəməyə gəlməkdən imtina etmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, şübhəli şəxsin tutulması haqqında 14 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqi 145-146). 16 noyabr 2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (iş vərəqi 212). Şübhəli şəxsin tutulması haqqında 17 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqi 21-22). Sabunçu Rayon Məhkəməsinin 19 noyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqi 99-102). Şəxsi axtarış və götürmə aparılması haqqında 14 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs Sabunçu RPİ-in 15-ci PB-in baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 və sahə inspektoru, polis kapitanı X5 iştirakları ilə hüquq və vəzifələri izah olunduqdan sonra, üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş, üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşyaların olubolmaması soruşulmuş, müsbət təqdirdə təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olmuş qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etmiş, bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, öz istifadəsi üçün 14 noyabr 2022- ci i! tarixdə saat 13 radələrində Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsində adını və anket məlumatlarını bilmədiyi şəxsdən 25 manata alıb üzərində saxlayıb daşıdığını bildirmişdir. Daha sonra polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, təqdim olunmuş metamfetamindən başqa üzərindən qanunla dövriyyəsi qadağan olunan əşya və predmet aşkar edilməmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisinə baxış keçirilmiş, müvafiq qaydada qablaşdırılaraq götürülmüş, bununla bağlı tərtib olunmuş sənədlərin doğruluğu Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir (cild 1, iş vərəiq 156-157). Şəxsi axtarış və götürmə aparılması haqqında 17 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs Sabunçu RPİ-in 15-ci PB-in baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 və sahə inspektoru, polis kapitanı X5 iştirakları ilə hüquq və vəzifələri izah olunduqdan sonra, üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş, üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşyaların olubolmaması soruşulmuş, müsbət təqdirdə təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əlində saxladığı 01 ədəd sellofan torbanı təqdim edib içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu, özü istifadə etməsi üçün 2022-ci ilin yay aylarında Saatlı rayonunda olarkən adını və anket məlumatlarını bilmədiyi şəxsdən 200 manata alıb, Zabrat qəbirstanlığı kimi adlanan ərazidə gizlətdiyini, lazım olduqda oradan götürüb istifadə etdiyini bildirmişdir. Daha sonra polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, təqdim olunmuş narkotik vasitə marixuanadan başqa üzərindən qanunla dövriyyəsi qadağan olunan əşya və predmetin aşkar edilməmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan torbanın içərisinə baxış keçirilmiş, torbanın içərisində yaşıl rəngli ot tərkibli maddə, 01 ədəd gümüşü rəngli elektron tərəzi, 08 ədəd kibrit qutular və 01 ədəd sellofan büküm aşkar edilmiş, Təqsirləndirilən şəxs sellofan bükümlərin və kibrit qutularının içərisində və ayrıca sellofan bükümün içərisində narkotik vasitə qurudulmuş marixuana, elektron tərəzi də marixuananı alarkən həmin sellofan torbanın içərisində olduğunu qeyd etmişdir. Təhqiqatçı tərəfindən təqdim olunmuş bükümlər, elektron tərəzi və kibrit qutuları müvafiq qaydada qablaşdırılaraq götürülmüş, bununla bağlı tərtib olunmuş sənədlərin doğruluğu Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir (cild 1, iş vərəiq 33-34). Məhkəmə-kimyəvi ekspertizası üzrə 15 noyabr 2022-ci il tarixli 6/6544 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN «Zərflər üçün № 161» möhür əksi, «Vət. Təqsirləndirilən şəxs...» və s.sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə çəkisi 2,704 qram ağ rəngli, kristarşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (cild 1, iş vərəiq 166-167). Məhkəmə-bioloji ekspertizası üzrə 18 noyabr 2022-ci il tarixli 7/1318 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, «Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik maddə ...» yazılan zərfdə 1 ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 21,317 qram bitki mənşəli kütlə, 1 ədəd şəffaf sellofan kəsiyi bükümündə 25,490 qram bitki mənşəli kütlə və 08 ədəd kibrit qutusunda hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 2,700 qram, 2,690 qram, 3,280 qram, 2,580 qram, 2,768 qram, 3,06 qram, 2,840 qram və 4,490 qram olan bitki mənşəli kütlələr çətənə (kannabjs) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulumuş marixunadır, marixuananın ümumi çəkisi 71,215 qramdır. Təqdim edilmiş təmiz çəkisi 25,490 qram olan marixuana ilə 8 ədəd kibrit qutusunda olan marixunalar tərkiblərinə görə eyni olub, təmiz çəkisi 21,317 qram çəkidə olan marixuanadan tərkibinə görə fərqlənir (cild 1, iş vərəiq 43-44). Məhkəmə-bioloji ekspertizası üzrə 02 dekabr 2022-ci il tarixli 7/1351 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, «Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik maddə...» yazılan zərfdə 1 ədəd 12*7 sm ölçüdə gümüşü rəngli elektron tərəzinin üzərində narkotik vasitə olan marixuana hissəcikləri vardır, marixuana hissəcikləri cüzi miqdar olduğu üçün onun çəkisini müəyyən etmək və müqayisəli tədqiqat aparmaq mümkün deyildir (cild 1, iş vərəqi 236). Məhkəmə-narkoloji ekspertizası üzrə 01 dekabr 2022-ci il tarixli 7263A nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 232-233). Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 19 dekabr 2007-ci ildə Rusiya Federasiyasının Sankt Peterburq şəhəri Viborsk rayon məhkəməsinin hökmü ilə Rusiya Federasiyasının 30-cü maddəsinin 3-cü hissəsi, 228.1 maddənin 3-cü hissəsinin «Q» bəndi ilə təqsirli bilinərək 09 il müddətinə azadlıqdan məhrum edilmiş, Azərbaycan Respublikasına ekstradisiya olunduqdan sonra Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 oktyabr 2011-ci ii tarixli qərarı ilə hökmü Azərbaycan Respublikası ərazisində icraya qəbul olunmaqla Azərbaycan Respublikası CM-nin 29,234.4.3-cü maddəsinə tövsif olunub 09 il müddətinə azadlıqdan məhrum etmə cəzası qüvvədə saxlanılmış, 21 dekabr 2015-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. 01 noyabr 2018-ci ildə Xəzər rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsi ilə təqsirli bilinib 01 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 06 avqust 2020-ci ildə Bakı şəhəri Nizami rayon məhkəməsinin qərarı ilə 01 ay 16 gün vaxtından əvvəl şərti azad edilmiş, 22 sentyabr 2020-ci ildə cəza müddəti başa çatmışdır (cild 1, iş vərəqi 223-225). Sabunçu rayon Məhkəməsinin 06 iyun 2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 04 (dörd) il müddətə azdalıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə olduğu müddət nəzərə alınmaqla üzərində 3 (üç) il 6 (altı) ay 14 (on dörd) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən yaşadığı mənzildən 2 əkiz övladı ilə birlikdə polis bölməsinə aparılması, polis bölməsində ona polis əməkdaşları tərəfindən övladlarının tutulacağı ilə hədə qorxu gəlinərək psixoloji təzyiqlər göstərilməsi, saxlanılarkən üzərində 71,215 qram deyil, təqribi 50 qrama yaxın marixuana olması, üzərində ittihamda qeyd edilə çəkidə və növdə narkotik vasitə və ya psixotrop maddə olmaması, polis əməkdaşlarının təsiri və təzyiqi ilə əvvəlcədən üzərinə qoyulmuş narkotik vasitəni videoçəkiliş aparılarkən çıxararaq təqdim etməsi və polis əməkdaşlarının təzyiqi nəticəsində etirafedici ifadələr verməsi barədə göstərdikləri məhkəmə zamanə təsdiqini tapmamışdır. Məhkəmədə əlavə şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs qardaşı Şahid2 ifadələrində Təqsirləndirilən şəxs məhz yaşadığı evdən iki gkiz oğlu ilə birlikdə polis əməkdaşları tərəfindən saxlanılaraq aparılmasını göstərmişlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Van de Hark Niderlanda qarşı işində məhkəmə 51(b)-ci bəndində qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Sabunçu Rayon Məhkəməsinin 19 noyabr 2022-ci il tarixli qərarından görünür ki, məhkəmə nəzarəti qaydasında Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi məsələsinə baxılarkən məhkəmədə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən yaşadığı mənzildə əkiz övladları ilə saxlanılaraq aparılması, polis bölməsində ona övladlarının tutulacağı ilə hədə qorxu gəlinməsi, polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması barədə məlumat verməmişdir. Təqsirləndirilən şəxs ilkin izahat və ifadələrində, o cümlədən üzərinə baxış və götürmə aparılarkən aşkar edilmiş narkotik vasitələrin ona məxsus olmasını etiraf etmişdir. Həmin protokolun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən təsir və təzyiqlərə məruz qalması, polis əməkdaşları tərəfindən yaşadığı mənzildən iki övladı ilə birlikdə götürələrək aparılması barədə heç bir qeydi olmamış, həmin istintaq hərəkətlərinin qeydə alındığı videoçəkiliş məhkəmə zamanı nümayiş etdirilib tədqiq olunarkən Təqsirləndirilən şəxs sərbəst şəkildə üzərindən aşkar edilən qanunsuz əşya və predmetləri polis əməkdaşlarına könüllü təqdim etməsi öz əksini tapmışdır. Bundan başqa, təqsirləndirilən şəxsin tutulmasında, üzərinə şəxsi axtarış keçirilməsində bilavasitə iştirak etmiş şahid qismində dindirilmiş polis əməkdaşları məhkəmədə dindirilərkən Təqsirləndirilən şəxs 14 noyabr 2022-ci il tarixdə ilk dəfə və 17 noyabr 2022-ci il tarixdə təkrarən ittihamda qeyd edilən ünvanda saxladıqlarını, sonuncuya qarşı hər hansı polis əməkdaşı tərəfindən istər saxlanılan zaman, istərsə də idarədə heç bir fiziki və ya psixi təsir edilmədiyini bildirmişlər. Təqsirləndirilən şəxs övladları - X3 və X4 onunla eyni gündə - 14 noyabr 2022-ci il və 17 noyabr 2022-ci il tarixlərində polis bölməsinə onunla birlikdə gətirilmələri barədə dedikləri məhkəmə tərəfindən araşdırılması üçün müdafiə tərəfinin vəsatəti əsasında, təqsirləndirilə şəxsin özünün telefon vasitəsilə, müdafiəçi tərəfindən, həmçinin bilavasitə təqsirləndirilən şəxsin qardaşı tərəfindən məhkəməyə çağırılmalarına, eyni zamanda məhkəmə tərəfindən telefonla əlaqə saxlanılıb dəfələrlə məhkəməyə dəvət edilmələrinə baxmayaraq X7 və X8 məhkəməyə gəlməkdən imtina etmişlər; yaxın qohumu olan atalarının barəsində ifadə verməkdən imtina hüququnun olması səbəbindən onların şahid qismində ifadə vermələri üçün məhkəməyə məcburi qaydada gətirilməsi barədə qərar qəbul edilməmişdir. Məhkəmə qanunla nəzərdə tutulmuş prossesual imkanlardan istifadə edərək Təqsirləndirilən şəxs övladları - X3 və X4 14 noyabr 2022-ci il və 18 noyabr 2022-ci il tarixlərdə Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinə gətirilib-gətirilməmələrini araşdırılması üçün, Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinə qeyd edilən tarixlər üzrə qeydiyyat kitabından çıxarışın məhkəməyə təqdim edilməsi üçün sorğu göndərilmişdir. Sabunçu RPİ-nin 15-ci Polis Bölməsindən daxil olmuş qeydiyyat kitabından çıxarışından görünür ki, Təqsirləndirilən şəxs 14 noyabr 2022-ci il və 17 noyabr 2022-ci il tarixlərdə Sabunçu RPİ-nin 15-ci Polis bölməsinə gətirilsə də övladları - X3 və X4 qeyd olunan tarixlərdə polis bölməsinə gətirilmələri barədə qeyd yoxdur. Göründüyü kimi Təqsirləndirilən şəxs övladları - X3 və X4 Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinə gətirilməsi barədə dedikləri məhkəmə zamanı öz təsdiqini tapmamışdır. Beləkilə cinayət işinin yuxarıda qeyd edilən tədqiq edilmiş materiallarını müqayisəli qaydada analiz edərkən, 14 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə aparıılan şəxsi axatrış zamanı üzərindən 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 2,704 qram psixotrop maddə metamfetamin, 17 noyabr 2022-ci il tarixdə üzərindən ümumi təmiz çəkisi 71,215 qram bitki mənşəli kütlələr çətənə (kanabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd 12*7 sm ölçüdə üzərində narkotik vasitə marixuana hissəcikləri olan gümüşü rəngli elektron tərəzi aşkar edilməsini və həmin narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə etməsini işin faktiki hallarına və elan edilmiş ittihama uyğun hesab edir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəktələrdir. Qanunun bu tələbinə görə, satış dedikdə yalnız qeyd olunan 3 əsas amil əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış məqsədilə əldə edib gəzdirməsi haqda nəticəyə gəlmək üçün sadalanan 3 məqsəddən heç olmasa birinin mövcud olması (əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması) sübut edilməlidir. «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci tarixli № 961-İİQ №-li Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarına (1-ci siyahı narkotik vasitələr, 2-ci siyahı psixotrop maddələr)» əsasən narkotik vasitə marixuananın qurudulmuş halda külli miqdarının aşağı həddi 500 qram, və psixotrop maddə metamfetaminin külli miqdarının aşağı həddi 2 qram müəyyən edilmişdir; Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd şəffaf sellofan bükümdə ümumi təmiz çəkisi 2,704 qram psixotrop maddə metamfetamin külli miqdar və ümumi təmiz çəkisi 71,215 qram bitki mənşəli kütlələr çətənə (kanabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq miqdar təşkil edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etməsi, saxlaması və daşıması işin materialları ilə sübut olunmuşdur. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 234.4.2 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən CM-in 234.4.2 və 234.4.3-cü maddələri ağır cinayətlər kateqoriyasına daxildir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları o cümlədən şəxsiyyətini səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində xx.xx.2017-ci il təvəllüdlü bir azyaşlı uşağının olması cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinin tələbinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət - hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 45-ci bəndinin tövsiyyəsinə görə, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə kollegiyası işin hallarına əsasən, Azərbaycan Respublikası CM-in tələblərinə riayət etməklə, ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsinə və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqla preventiv rol oynamasını və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Həmçinin,Sabunçu rayon Məhkəməsinin 06 iyun 2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan RespublikasıCM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə olduğu müddət nəzərə alınmaqla üzərində 3 (üç) il 6 (altı) ay 14 (on dörd) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəzasını çəkməsi üçün ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halın olmasını, cəzanı ağırlaşdıran halın olmamasını, işin digər hallarını nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.2 və 234.4.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, CM-in 66.5ci maddəsinə əsasən Sabunçu Rayon Məhkəməsinin 06 iyun 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 04 (dörd) il müddətə azdalıqdan məhrum etmə cəzasının hazırki hökm üzrə təyin edilmiş 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə ona azadlıqdan məhrum etmə cəzası təyin edilməsini, Təqsirləndirilən şəxs 01 iyul 2021-ci il tarixdən 17 dekabr 2021-ci il tarixə kimi 05 (beş) ay, 16 (on altı) gün həbsdə olması və 14 noyabr 2022-ci il tarixdən 16 noyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanılması Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə nəzərə alınmalı, həmin müddət təyin olunmuş cəzadan çıxılmaqla qəti olaraq üzərində azadlıqdan məhrumetmə cəzası saxlanılmasını, cəza çəkməsinin başlanğıcı 06 iyun 2023cü il tarixdən hesablanmasını, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını qanunvericiliyin tələblərinə uyğun hesab edir.. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Məhkəmə-narkoloji ekspertizası üzrə 01 dekabr 2022-ci il tarixli 7263A nömrəli ekspert rəyinə əsasən müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğundan, narkomaniyadan məcburi müalicə təyin edilməli, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Şəhər X13 Hüquqi Şəxsində qeydiyyatda olması nəzərə alınmalıdır. Məhkəmə kollegiyası hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının CPM-in 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 30cu bəndinə əsasən Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlar, güclü təsir edən və zəhərli maddələr üzrə cinayət işlərində maddi sübutların məsələsi həll edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 oktyabr 2005-ci il tarixli 181 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası” və “Qanunsuz dövriyyədən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş, lakin dərman preparatları şəklində olduğuna və tibbi məqsədlərlə istifadə oluna biləcəyinə görə məhv edilməsi mədsədə uyğun olmayan narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi üçün təhvil verilməsi Qaydası”na uyğun olaraq məhkəmələr onların məhv edilməsini və ya tibb məqsədləri üçün istifadəyə yararlı olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə verilməsini hökmdə mütləq göstərməli və bu işlər üzrə hökmlərin icrası haqqında sənədlərin işə əlavə olunması təmin edilməlidir. Məhkəmə-kimyəvi ekspertizası üzrə 15 noyabr 2022-ci il tarixli 6/6544 nömrəli və məhkəmə-bioloji ekspertizası üzrə 18 noyabr 2022-ci il tarixli 7/1318 nömrəli və 02 dekabr 2022-ci il tarixli 7/1351 nömrəli ekspert rəylərinə əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələr kustar üsulla hazırlanmışdır. Qeyd olunanlara əsasən hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - Sabunçu RPİ-in maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatına sonra qalıq qalan 2,604 qram metamfetamin, 70,715 qram marixuana və 01 ədəd eletron tərəzi məhv edilməli, 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının CPM-in 346.1.2 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə məsrəfləri - məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatın dəyəri 285 (iki yüz səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddianın və müsadirə edilməli digər əmlakın olmaması nəzərə alınmalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə. . hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən Sabunçu Rayon Məhkəməsinin 06 iyun 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 04 (dörd) il müddətə azdalıqdan məhrum etmə cəzası hazırki hökm üzrə təyin edilmiş 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə ona 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 01 iyul 2021-ci il tarixdən 17 dekabr 2021-ci il tarixə kimi 05 (beş) ay, 16 (on altı) gün həbsdə olması və 14 noyabr 2022-ci il tarixdən 16 noyabr 2022ci il tarixədək şübhəli şəxs qismində tutulması Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə nəzərə alınsın, həmin müddət təyin olunmuş cəzadan çıxılmaqla qəti olaraq üzərində 06 (altı) il 06 (altı) ay 12 (on iki) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 06 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Şəhər X13 Hüquqi Şəxsində qeydiyyatda olması nəzərə alınsın. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - Sabunçu RPİ-in maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatına sonra qalıq qalan 2,604 qram metamfetamin, 70,715 qram marixuana və 01 ədəd eletron tərəzi,məhv edilsin, 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri məhkəmə-bioloji və materialların məhkəmə ekspertizası üzrə tədqiqatlarının dəyəri ümumilikdə 285 (iki yüz səksən beş) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddianın və cinayət işi üzrə müsadirə edilməli olan digər əmlakın olmaması nəzərə alınsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Aytən Əliyeva Vüqar Quliyev
Məhkəmə qərarları › İş №1(101)-202/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-202/2024
31.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver