Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2024/2022 29.12.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Əhməd Qəhrəman oğlu Quliyevdən və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı zərər çəkmiş şəxsin övladı olan hüquqi varisi X3 müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə 1994-cü il dekabrın 05-də Gürcüstanın Bolnisi rayonunun Darvaz kəndində anadan olmuş, Gürcüstan vətəndaşı, natamam orta təhsilli, evli, əvvəllər məhkum edilməmiş, taksi fəaliyyəti və fəhləlik ilə məşğul olmuş, Gürcüstanın Bolnisi rayonunun Darvaz kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, nömrəsiz evdə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263-1.3.-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən ittiham irəli sürülmüşdür ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozub ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümü ilə nəticələnən yolnəqliyyat hadisəsi törətmişdir. Belə ki, istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 2022-ci il yanvarın 11də saat 20 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, yəni «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 35-1-ci maddəsinin İİ bəndində göstərildiyi kimi ölkə ərazisində nəqliyyat vasitəsi idarə etmək üçün verilmiş bir ay müddət bitərək texniki cəhətdən saz olan «Mercedes Benz minik» markalı LL-884-OO dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı-Mərdəkan şosesi ilə Mərdəkan qəsəbəsi istiqamətində 110 km/saat sürətlə hərəkətdə olan zaman yolun Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisinə düşən hissəsində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmaqla onun hərəkəti üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görüb hadisənin qarşısını almağa texniki imkanı olduğu halda buna əməl etməyərək mövcud şəraitdə ehtiyatsızlıqdan yolu sağdan sola adi qaçışla keçən piyada 1962-ci il 20 noyabr təvəllüdlü Zərərçəkmiş şəxs idarə etdiyi avtomaşının qabaq sağ hissəsi ilə vurmaqla sonuncuya ənsə nahiyəsinin, sağ və sol dizin geniş ölçülü əzilmiş yaraları, alın nahiyəsinin, burun belinin, sağ bazunun, sol bazunun yuxarı üçdə birindən sol kürək nahiyəsinə doğru davam edən sol körpücük nahiyəsinin, sağ və sol süd vəzisinin, qarının ön divarının sol yarısının, qarının ön divarının aşağı üçdə birinin, sağ əlin arxa səthinin sıyrıqları, sağ baldırın orta üçdə birinin ön-bayır səthinin qançırları, başın yumşaq toxumalarının iç səthinə, beyin toxumasına və beynin yumşaq qişasına geniş qansızmaları, ənsə sümüyünün basılmış, qəlpəli sınığı, sol İİ, İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ və sağ İİ, İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ qabırğaların orta körpücük xətt üzrə qapalı, yerdəyişən sınıqları, sağ və sol bazu sümüyünün qapalı yerdəyişən sınığı, sağ və sol baldır sümüklərinin qapalı, yerdəyişən sınıqları ilə nəticələnən insan həyatı üçün təhlükəli olan sağlamlığına ağır zərərvurmaya aid xəsarətlər yetirmiş, bununla da zərər çəkmiş şəxsin hadisə yerində ölməsinə səbəb olan yol hərəkəti qaydalarını pozmuşdur. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263-1.3.-cü maddəsi ilə ona elan olunan ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərdi ki, Gürcüstan vətəndaşı olsa da 6-cı sinifdən etibarən Azərbaycanda yaşamışdır. Milliyyətcə azərbaycanlıdır və təhsilini də Azərbaycan dilində almışdır. Öz ana dilində sərbəst danışaraq yaza bilir və başa düşür. Üç ildir qardaşı X7 Gürcüstanda «Mercedes Benz» markalı LL-884-OO markalı avtomobili Temuri Novruzovdan almaqla sonuncu tərəfindən ona ümumi etibarnamə verilmiş, o isə qardaşının təsdiqlədiyi müvəqqəti etibarnamə əsasında avtomaşını idarə edib arada bir taksiçilik fəaliyyəti ilə məşğul olmuş, Bakı Metropoliteninin «Koroğlu» stansiyasından Bakı şəhəri Pirallahı rayonunun Pirallahı qəsəbəsinə adam aparmışdır. 2022-ci il yanvarın 11də Elvarla birlikdə Pirallahı qəsəbəsində yaşayan bibilərigilə getmək istəmiş, bu məqsədlə həm benzin pulunu çıxarmaq üçün, həm də yolunun üstü olduğundan saat 20 radələrində «Koroğlu» metrostansiyasında Pirallahıya aparmaqdan ötrü adam yığaraq üç nəfər qadını müştəri kimi avtomobilə mindirməklə üzü Bakı şəhəri Xəzər rayonunun ərazisindən keçən Mərdəkan şosesi istiqamətində 100-110 km/saat sürətlə hərəkət etmişdir. Yol iki istiqamətli olmuş, ortadan səki və dəmir səd ilə ayrılmış, yolun hərəkət hissəsi dörd zolaqdan ibarət olmuşdur. O, dəmir səddə yaxın olan zolaqda göstərilən sürətlə Mərdəkan şosesi ilə hərəkət edərkən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisinə çatanda «Grandmarket»in yaxınlığında yolu piyada keçidi olmayan yerdə sağdan sola iti yerişlərlə keçmək istəyən bir nəfər orta yaşlı qadın, adını sonradan bildiyi Zərərçəkmiş şəxs bir-iki metr məsafədə qəfil qarşına çıxmış, onun başı irəlidə hərəkət edən avtomaşına qarışdığına görə sağ tərəfindən gələn həmin piyadanı görməmişdir. O, dərhal ayağını əyləcə basıb avtomobili dayandırmağa çalışsa da xeyri olmamış və adı çəkilən qadını avtomaşının qabaq sağ hissəsi ilə vuraraq nəqliyyat vasitəsini sağa çəkməklə 20-25 metr hərəkət edib saxlamış, onunla yanında oturan Elvar və qadın sərnişinlər avtomobildən düşmüşlər. O, yerdə uzanan qadına yaxınlaşan vaxt sonuncu sağ olmuş, təxirəsalınmadan zəng etdiyi təcili tibbi yardım bir neçə dəqiqə ötmüş hadisə yerinə gəlsə də qadın artıq vəfat etmişdir. Bir neçə dəqiqə keçmiş polis gəlmiş, hadisə yeri müayinə olunduqdan sonra o, polis əməkdaşları ilə bərabər Bakı şəhərinin Xəzər Rayon Polis İdarəsinə getmişdir. Axırıncı dəfə onun Azərbaycan Respublikasında müvəqqəti olma müddəti 2020-ci il iyulun 12-dək uzadılmış və o, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda qeydiyyata alınmış, Covid-19 pandemiyası səbəbindən ölkə ərazisində xüsusi karantin rejmi olduğu üçün onun təkrarən qeydiyyatdan keçməyi mümkün olmamış, məhz hadisə baş verən müddətdə o, qeydiyyat müddətini təzələyə bilmişdir. Əməlindən həddindən artıq peşmandır. Zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etmişdir. İş üzrə şahid qismində dindirilən zərər çəkmiş şəxsin hüquqi varisi olan X10 ifadəsində göstərdi ki, anası Zərərçəkmiş şəxs Ağcabədi rayonu, Minəxorlu kəndində qeydiyyatda olaraq Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivi, nömrəsiz evdə onunla birgə yaşamışdır. 2022-ci il yanvarın 11-də axşam saatlarında anası evə gəlmədiyindən sonuncuya nə qədər zəng etsə də cavab verən olmamışdır. Daha sonra ona Zərərçəkmiş şəxs yol keçərkən adını sonradan bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi avtomaşın vurması barədə xəbər verildikdə yollandığı 26 saylı xəstəxananın morq hissəsində anasının yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etdiyini öyrənmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır. İş üzrə şahid qismində dindirilən X11 təqsirləndirilən şəxs olan qardaşı Təqsirləndirilən şəxs ilə eyni ifadə verməklə yanaşı göstərdi ki, o, 2019-cu il 17 oktyabr tarixli notariat aktına əsasən Temuri Novruzovdan aldığı «Mercedes Benz» markalı LL- 884-OO markalı avtomobili müvəqqəti etibarnamə əsasında idarə etməyi qardaşı Təqsirləndirilən şəxs 2021-ci il dekabrın 31-dək həvalə etmişdir. Sonuncu etibarnamənin müddətini 11 gün ötürüb piyada keçidi olmayan yerdə Zərərçəkmiş şəxs adlı piyadanın ölümünə səbəb olan ehtiyatsızlıqdan yol-nəqliyyat hadisəsi törətmişdir. Renat zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edərək mərhumun ailəsinə vurulan maddi ziyanı ödəmişdir. İş materiallarındakı Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2022-ci il 11 yanvar tarixli protokoldan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisinə düşən hissəsində olan piyada keçidi olmayan hadisə yerinə baxış vaxtı «Mercedes Benz» markalı LL-884-OO dövlət qeydiyyat nişanlı avtomobilin dəmir səkiyə paralel, sağ tərəf hissəsi əzilmiş vəziyyətdə, üzü hərəkət hissəsinin axını istiqamətində dayanma halında olması, meyitin yolun hərəkət hissəsinin sol tərəfindəki dəmir səddən 1,5 metr məsafədə yerləşməsi aşkarlanmış, avtomaşınla meyit arasındakı məsafə 25 metrdir, sürücünün sürücülük vasitəsi vardır, icazə verilən surət həddi 110 km/saatdır, hadisə yerinin sxemi və fotoşəkillər protokola əlavə edilmişdir (1-ci cild, iş vərəqi 4-16). İş materiallarında olan GEO seriyalı **********6 №-li və GEO seriyalı **********2 №-li şəxsiyyət, AH seriyalı ******* №-li və AH seriyalı ******* №-li sürücülük vəsiqələrinin, AM seriyalı ******* №-li qeydiyyat sertifikatının, GEO seriyalı 11AB00401 №-li pasportun kserosurətlərindən görünür ki, 1994-cü il 05 dekabr təvəllüdlü Təqsirləndirilən şəxs «B» kateqoriyalı və 1992-ci il 01 avqust təvəllüdlü X8 «BD» kateqoriyalı sürücülük vəsiqələri olmaqla LL-884-OO dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Temuri Novruzovdur (1-ci cild, iş vərəqi 19-22 və 77-78). İş materiallarında olan 2019-cu il 17 oktyabr tarixli notariat aktının və 2021-ci il 24 sentyabr tarixli ƏN-V seriyalı 782674 №-li nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamənin kserosurətlərindən görünür ki, «Mercedes Benz» markalı LL-884- OO dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Temuri Novruzov tərəfindən Elvar Nabievə verdiyi notariat aktı əsasında sonuncu həmin avtomaşını idarə etməyi 2021-ci il sentyabrın 21-dən 2021-ci il dekabrın 31-dək Təqsirləndirilən şəxs etibar etmişdir (1-ci cild, iş vərəqi 24-24 «a»). İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyinin A seriyalı 980555 №-li əsas təhsil haqqında şəhadətnaməsinin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan dilində oxuyub 2010-cu ildə Bakı şəhəri Rəşid Baxışov adına 218 №-li orta məktəbini bitirmişdir (1-ci cild, iş vərəqi 25-26). İş materiallarındakı Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2022-ci il 11 yanvar tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs göstərilən tarixdə saat 23:05-də Azərbaycan Respublikasının CM-nin 263.2.-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş, heç bir etiraz daxil olmamışdır (1-ci cild, iş vərəqi 40-41). İş materiallarında olan 2022-ci il 11 yanvar tarixli 1/166 №-li Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs ayıq olaraq sonuncuda alkoqol sərxoşluğu vəziyyəti olmamışdır (1-ci cild, iş vərəqi 50). İş materiallarındakı Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2022-ci il 12 yanvar tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilmişdir (1-ci cild, iş vərəqi 54-55). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 2022-ci il yanvarın 28-də tərtib etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (1-ci cild, iş vərəqi 83). İş materiallarındakı Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2022-ci il 29 yanvar və 2022-ci il 30 yanvar tarixli protokollardan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 2022-ci il 29 yanvar tarixli 003-1781-1222 №-li məktubu ilə daxil olan iki ədəd DVD diskinə baxış keçirilərkən «N112-002-2022-01-11_20h00min00s000ms» və «N113-001-2022-01- 11_ 20h00min00s000ms» adlı videogörüntülərdə bir qadının yolu sağdan sola adi qaçışla keçməsi, dəmir səddə yaxın sonuncu, yəni dördüncü zolağa çatanda həmin zolaqda hərəkət edən «Mercedes Benz» markalı avtomomaşının qabaq hissəsi ilə qadını vurmaqla yerə yıxması, avtomobilin bir qədər irəlilədikdən sonra dayanıb bir neçə nəfərin həyəcanlı şəkildə düşərək yerdə uzanan qadına baxması müəyyənləşdirilmişdir (1-ci cild, iş vərəqi 86-89). İş materiallarında olan 2022-ci il 01 fevral tarixli ərizədən və eyni tarixli aktdan görünür ki, vurulmuş zərər tam həcmdə, yəni 6.000 manat ödənildiyindən zərər çəkmiş şəxsin hüquqi varisi Səbinə Zaman qızı X2 Nabievə qarşı heç bir tələbi və şikayəti yoxdur (1-ci cild, iş vərəqi 98-99). İş materiallarındakı Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2022-ci il 07 fevral tarixli protokoldan görünür ki, baxış zamanı tam yararsız vəziyyətdə olan «Mercedes Benz minik» markalı LL-884-OO dövlət qeydiyyat nişanlı avtomobildə heç bir qanunsuz predmet aşkarlanmamış, fotocədvəl protokola əlavə edilmişdir (1-ci cild, iş vərəqi 100-108). İş materiallarında olan 2022-ci il 07 fevral tarixli ərizədən və qəbzdən görünür ki, Təqsirləndirilən şəxs «Mercedes Benz minik» markalı LL-884-OO dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhərinin Xəzər Rayon Polis İdarəsindən təhvil almışdır, heç bir şikayəti, tələbi və vəsatəti yoxdur (1-ci cild, iş vərəqi 109-110). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə- Tibbi Ekspertiza və X13» publik hüquqi şəxsinin meyitin ekspertizasına dair 2022-ci il 22 fevral tarixli 8 №-li ekspert rəyindən görünür ki, 1962-ci il 20 noyabr təvəllüdlü Zərərçəkmiş şəxs meyitinin bədəni üzərində aşkar olunan xəsarətlər – ənsə nahiyəsinin, sağ və sol dizin genişölçülü əzilmiş yaraları, alın nahiyəsinin, burun belinin, sağ bazunun, sol bazunun yuxarı üçdə birindən sol kürək nahiyəsinə doğru davam edən sol körpücük nahiyəsinin, sağ və sol süd vəzisinin, qarının ön divarının sol yarısının, qarının ön divarının aşağı üçdə birinin, sağ əlin arxa səthinin sıyrıqları, sağ baldırın orta üçdə birinin ön-bayır səthinin qançırları, başın yumşaq toxumalarının iç səthinə, beyin toxumasına və beynin yumşaq qişasına geniş qansızmalar, ənsə sümüyünün basılmış, qəlpəli sınığı, sol İİ, İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ və sağ İİ, İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ qabırğaların orta körpücük xətt üzrə qapalı, yerdəyişən sınıqları, sağ və sol bazu sümüyünün qapalı yerdəyişən sınığı, sağ və sol baldır sümüklərinin qapalı, yerdəyişən sınıqları küt əşyanın (əşyaların) təsirindən törənməklə müddəti 2022-ci il yanvarın 11-nə uyğundur, baş verən yol-nəqliyyat hadisəsi vaxtı hərəkətdə olan avtomaşının qabarıq hissələri ilə vurulması nəticəsində əmələ gələ bilərdi, insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmanın əlamətlərinə malik olub ölümlə birbaşa səbəbli əlaqəlidir, sonuncunun ölümünə səbəb yolnəqliyyat hadisəsi zamanı almış olduğu travma kompleksi nəticəsində baş-beyin toxumasına və beynin yumşaq qişasına geniş qansızmalar olmuş, Zərərçəkmiş şəxs meyitindən götürülən qanda etil spirti, narkotik maddələr və güclü təsiredicilər aşkar edilməmiş, fotocədvəl rəyə əlavə olunmuşdur (1-ci cild, iş vərəqi 112-117). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasına dair 2022-ci il 11 fevral tarixli 8/170 nömrəli ekspert rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilən məlumatlara əsasən «Mercedes Benz» markalı LL-884-OO dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş, sonuncunun bu maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur; ekspertiza tədqiqatının dəyəri 100 manatdır (1ci cild, iş vərəqi 119-121). İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2022-ci il 09 mart tarixli sübutların qiymətləndirilməsi haqqında, habelə 2022-ci il 12 mart tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 263.2.-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş, maddi sübut kimi tanınan «Mercedes Benz» markalı LL-884-OO dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün sonuncuya verilməsi nəzərə alınmışdır (1ci cild, iş vərəqi 122-127 və 129-130). İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2022-ci il 12 mart tarixli qərarından və iltizamdan görünür ki, Azərbaycan Respublikasının CM-nin 263.2.-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri seçilmişdir (1-ci cild, iş vərəqi 143- 144 və 146). İş materiallarında olan AZ-İİ seriyalı 488393 №-li nikah haqqında şəhadətnamənin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs 2022-ci il mayın 01-də X4 ilə nikah bağlamışdır (1-ci cild, iş vərəqi 212). İş materiallarında olan zərər çəkmiş şəxsin hüquqi varisi olan X3 Bakı şəhərinin Xəzər Rayon Məhkəməsinə ünvanladığı ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, ona dəymiş ziyan ödənilmişdir (1-ci cild, iş vərəqi 228). İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin 2022-ci il 19 may tarixli 33/1821 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə 2020-ci il il fevralın 13-də, yəni pandemiya ərəfəsində Azərbaycan Respublikasının ərazisinə daxil olmuşdur (1-ci cild, iş vərəqi 235). İş materiallarında olan Əcnəbilərin və X6 Azərbaycan Respublikasında Olduğu Yer üzrə Qeydiyyata Alınması barədə 80755427 №-li bildirişin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, nömrəsiz evdə 2020-ci il il mayın 13-dək qeydiyyatdadır (2-ci cild, iş vərəqi 7 «a»). İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2022-ci il 14 iyul tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.2.-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxılmasına xitam verilməklə cinayət işinin təqsirləndirilən şəxsə daha ağır ittihamın irəli sürülməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilmişdir (2-ci cild, iş vərəqi 9-11). İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2022-ci il 09 oktyabr tarixli qərarından görünür ki, iş üzrə əməl Azərbaycan Respublikasının CM-nin 263.2.-ci maddəsindən həmin Məcəllənin 263-1.3.-cü maddəsinə tövsif edilmişdir (2-ci cild, iş vərəqi 28-30). İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2022-ci il 25 oktyabr tarixli sübutların qiymətləndirilməsi haqqında, habelə 2022-ci il 26 oktyabr tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərarlarından görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263-1.3.-cü maddəsi ilə yenidən ittiham elan olunmuş, sonuncu barəsində Azərbaycan Respublikasının CM-nin 264-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir (2-ci cild, iş vərəqi 35-45 və 48-50). Məhkəməyə təqdim olunan notariat qaydasında təsdiqlənmiş 2022-ci il 19 dekabr tarixli ərizədən görünür ki, zərər çəkmiş şəxsin övladı olan hüquqi varisi X10 Təqsirləndirilən şəxs tərəfindən vurulan maddi ziyan ödənildiyindən sonuncu ilə barışmaqla Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263-1.3.-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, əməlində cinayət tərkibinin olması, bununla da onun təqsirliliyi tam sübuta yetirilmişdir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 263-1.3.-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 21.1.-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar (bu barədə ölkəyə daxil olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə dövlət sərhədinin buraxılış məntəqələrində Azərbaycan, rus və ingilis dillərində olan müvafiq bildiriş verilir). Həmin Məcəllənin 21.2.-ci maddəsinə görə, bunun üçün əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qaldığı yerin (mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və ya digər belə ictimai yerlər) müdiriyyəti və ya mənzilin, digər yaşayış sahəsinin sahibi (bundan sonra – «qəbul edən tərəf») əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin ölkəyə gəldiyi vaxtdan 15 gün ərzində həmin şəxsin olduğu yer üzrə qeydiyyata alınması haqqında ərizə-anketi və onun pasportunun (digər sərhədkeçmə sənədinin) surətini müvafiq icra hakimiyyəti orqanının internet informasiya ehtiyatı, elektron poçt vasitəsi ilə və ya şəxsən müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 35-1.-ci maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşı yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini ölkə ərazisinə daxil olduğu gündən bir ay ərzində idarə etmək hüququna malikdir. Azərbaycan Respublikasının vətəndaşı ölkə ərazisində nəqliyyat vasitələrini həmin müddətdən artıq idarə etmək üçün sürücülük vəsiqəsini bu Qanunun 35ci maddəsinin Vİ-Vİİİ hissələrində müəyyən edilmiş qaydada dəyişdirməlidir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 35-1.-ci maddəsinin 2-ci hissəsinə müvafiq olaraq, Azərbaycan Respublikasında müvəqqəti olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə aldıqda ölkə ərazisində nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsini həmin icazəni aldığı gündən bir ay müddətində bu Qanunun 35-ci maddəsinin Vİ-Vİİİ hissələrində müəyyən edilmiş qaydada dəyişdirməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazisinə daxil olduğu 2020-ci il il fevralın 13-dən 15 gün ərzində olduğu yer üzrə qeydiyyata alınması, habelə sonuncunun Gürcüstanın səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlılıq müddəti qurtarmamış sürücülük vəqisəsini ölkə ərazisinə daxil olduğu gündən bir ay ərzində dəyişdirməsi barədə məlumat yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmış, özünün etirafedici, zərər çəkmiş şəxsin hüquqi varisinin və şahidin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, eləcə də iş üzrə başqa mötəbər sübutlarla tam təsdiq olunur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsinin işdə cəzanı yüngülləşdirən hal olduğunu nəzərə almaqla ilk məhkumluğunu, əməlindən səmimi peşman olmasını işdə cəzanı yüngülləşdirən hal kimi qəbul edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsinə əsasən, bu Məcəllənin 59.1.8.-ci, 59.1.10.-59.1.13.-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2012-ci il 2 aprel tarixli qərarının 3-cü maddəsi Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsində qeyd olunan «bu Məcəllənin 59.1.9 və 59.1.10cu maddələrində» müddəası bu maddələrdə nəzərdə tutulan halların həm məcmu şəklində, həm də təqsirin formasından, cinayətin xarakterindən asılı olaraq müstəqil tətbiqini nəzərdə tutur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2013-cü il 15 noyabr tarixli 5 nömrəli qərarının 21-ci bəndinə görə, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədibtörətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.1.-56.1.2.-ci maddələrində ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində, beş ildən artıq müddətə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının CM-nin 45.1.-ci maddəsində göstərilir ki, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmçinin «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2013-cü il 15 noyabr tarixli 5 nömrəli qərarının 22-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, CM-nin 45-ci maddəsinin mənasına görə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarına, əsas cəzanın şərti olaraq tətbiq edilib-edilməməsindən asılı olmayaraq, əlavə cəza kimi bir ildən beş ilədək müddətə təyin olunur. Habelə Azərbaycan Respublikasının CM-nin 263-cü, 263-1.-ci, 264-cü və 351-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilən şəxslərin sürücülük hüququnun olmaması və ya yetkinlik yaşına çatmaması onun barəsində nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə növündə əlavə cəzanın tətbiq olunmasına maneə deyildir. Məhkəmə qeyd edilən halları nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 263-1.3.-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə cəzası təyin olunmaqla yanaşı onun nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum olunmasını məqsədəuyğun sayır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs yanvarın 11-dən 2022-ci il yanvarın 12-dək tutulduğu 01 (bir) gün Azərbaycan Respublikasının CPM-nin 158.2.1.-ci maddəsinin tələblərinə müvafiq olaraq təyin ediləcək cəzadan çıxılmalıdır. İş üzrə üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə zərər çəkmiş şəxsin hüquqi varisinin təqsirləndirilən şəxslə barışıb sonuncuya qarşı şikayətinin və ya tələbinin olmamasını nəzərə alır. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut kimi tanınan «Mercedes Benz» markalı LL-884-OO dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 100 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X9 tərəfindən 10 iş saatı müddətində həyata keçirilmişdir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından X5 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 60 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan cəza müddətinə ibtidai həbs müddətindən başqa təqsirləndirilən şəxsin azadlığı faktiki məhdudlaşdırıldığı zaman da daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarına əsasən prosessual məcburiyyət tədbirlərinin tətbiqi qaydasında tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlanıldığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək davam edən müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Azərbaycan Respublikasının CM-nin 45.2.-ci maddəsi əsasında, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə cəza növü azadlıqdan məhrumetmə cəzasına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 157.2.-ci maddəsinə görə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə növündə cəza müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzalara əlavə olaraq təyin edildiyi hallarda əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2013-cü il 15 noyabr tarixli 5 nömrəli qərarının 23-cü bəndində göstərilir ki, məhkəmələr nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmənin əlavə cəza kimi tətbiq edildiyi hallarda hökmlərin icrasına xüsusi diqqət yetirməlidirlər. Bu halda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının CİM-nin 157.2ci maddəsinə əsasən həmin cəza intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə olaraq təyin edildiyi hallarda əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza üçün müəyyən edilmiş müddətə şamil olunur. Nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə cəza intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzalara əlavə olaraq təyin edildikdə, cəzanı icra edən müəssisə və ya orqan əsas cəza müddəti qurtardıqdan sonra, yaxud məhkum şərti olaraq vaxtından əvvəl əsas cəzadan azad edilərsə və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza ilə əvəz edilərsə, hökmün surətini və nəqliyyat vasitəsini idarəetmə hüququ verən sənədi onun yaşadığı yerin icra məmuruna göndərir (Azərbaycan Respublikasının CİM-nin 154.3-cü maddəsi). İcra məmuru tərəfindən göstərilən sənədlər icra olunması üçün qəbul edildiyi vaxtdan şəxsə təyin olunmuş nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə növündə əlavə cəza üçün müəyyən edilmiş müddətin axımı başlayır. Belə olan halda Təqsirləndirilən şəxs əlavə cəza qismində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə cəzası əsas cəzanın çəkildiyi bütün müddətə və o, əsas cəzanı çəkib qurtardıqdan sonrakı müddətə təyin edilməli, müddətin axımı hökmün surəti onun yaşadığı yerin icra məmuruna göndəriləndən sonra icra məmuru tərəfindən göstərilən sənəd icra olunması üçün qəbul edildiyi vaxtdan başlanılmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 354-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263-1.3.-cü maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətinə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun, onun 2022-ci il yanvarın 11-dən 2022-ci il yanvarın 12-dək tutulduğu 01 (bir) gün təyin edilmiş cəzadan çıxılmaqla üzərində 04 (dörd) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs əsas cəza kimi təyin edilən azadlıqdan məhrumetmə cəzasının müddətinin başlanğıcı onun cəza çəkməli olduğu məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın, əlavə cəza qismində nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrumetmə cəzası o, əsas cəzanı çəkib qurtardıqdan sonrakı müddətə təyin edilsin və müddətin axımı hökmün surəti onun yaşadığı yerin icra məmuruna göndəriləndən sonra icra məmuru tərəfindən göstərilən sənədin icra olunması üçün qəbul edildiyi vaxtdan başlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 100 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla əlaqədar Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından X5 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 60 manat köçürülsün. İş üzrə maddi sübut kimi tanınan maddi sübut kimi tanınan «Mercedes Benz» markalı LL-884-OO dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilən başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Əhməd Quliyev Azər Paşayev
Məhkəmə qərarları › İş №1(101)-2024/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2024/2022
29.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver