Məhkəmə qərarları › İş №1(101)-2024/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2024/2024

28.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2024/2024 28.12.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X10-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibləri, X1, X6, dövlət ittihamçıları, Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, X7, Zərərçəkmiş şəxs, müdafiəçi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkilləri X17 və Müdafiəçi iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1983-cü ildə Bakı şəhərində anadan olmuş, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, işləməyən, evli, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “Polisin nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə qeyri-rəsmi münasibətdə olduğu Zərərçəkmiş şəxs ona olan inam və etibarından sui-istifadə edərək Zərərçəkmiş şəxs sonuncunun dörd övladı ilə birlikdə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, "xxxx" MTK-da yerləşən mənzilin şəraitinin ailə üzvlərinin sayına görə əlverişsiz olmasını bildirib guya daha yaxşı şəraitə malik yaşayış sahəsi almaqda köməklik göstərəcəyinə dair yalan vəd verib etibarından sui-istifadə etməklə aldadaraq, Zərərçəkmiş şəxs onun yalan vədlərinə inanaraq mənzilini 85000 manata satdıqdan sonra sonuncuya 100.000 manata satışa çıxarılmış tanışı Şahid3 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, DSK-yolu, döngə 8 ünvanında yerləşən 4 sot torpaq sahəsinin içərisində inşa edilmiş 5 otaqdan ibarət təmirli həyət evini göstərib Zərərçəkmiş şəxs evi bəyənməsindən istifadə edərək 2020-ci ilin may ayının əvvəllərində ünvan 3 ünvanında ilkin ödəniş etmək adı ilə Zərərçəkmiş şəxs aldığı 15.000 (on beş min) manat məbləğində pulu Şahid3 verməyərək ələ keçirib Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə qeyri-rəsmi münasibətdə olduğu Zərərçəkmiş şəxs ona olan inam və etibarından sui-istifadə edərək sonuncuya 100.000 manata satışa çıxarılmış tanışı Şahid3 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, DSK-yolu, döngə 8 ünvanında yerləşən 4 sot torpaq sahəsinin içərisində inşa edilmiş 5 otaqdan ibarət təmirli həyət evini göstərib Zərərçəkmiş şəxs evi bəyənməsindən istifadə edərək 2020-ci ilin may ayının sonlarında ünvan 4 ünvanında Zərərçəkmiş şəxs aldığı 60.000 manat məbləğində pulu Şahid3 verib geri qalan məbləği hissə-hissə verəcəyi ilə bağlı Şahid3lə razılıq əldə etdikdən sonra Zərərçəkmiş şəxs sözügedən evi aldığına inandıraraq həmin evə köçürmüş, sonradan isə məbləğin qalan hissəsini ödəmədiyinə görə verdiyi pulu Şahid3 geri götürüb Zərərçəkmiş şəxs başqa ev alacağına inandıraraq həmin evdən çıxarıb vahid niyyətlə əhatə olunan qəsdlə hissə-hissə olmaqla 2020-ci ilin oktyabr ayında Bakı şəhəri, 8-ci mikrorayonda əvvəllər işlədiyi iş yerində 7000 manat, 2020-ci ilin dekabr ayında Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində 10.000 manat, 2022-ci ilin aprel ayında yaşadığı Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava küçəsi 28/28 qarşısında 17.000 manat və sonuncu dəfə 2022-ci ilin oktyabr ayının sonlarında Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 60 ünvanında 26.000 manat olmaqla mənzilin dəyəri kimi ödənilmiş Zərərçəkmiş şəxs məxsus 60.000 manat məbləğində pulu Şahid3 alıb Zərərçəkmiş şəxs verməyərək ələ keçirməklə Zərərçəkmiş şəxs ümumilikdə 60.000 (altmış min) manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs ifadələrində göstərdi ki, zərərçəkmiş şəxslə qeyri-rəsmi ailə münasibətləri olub, özü ailəlidir iki övladı var. Ülkərlə 2020-ci ildə məhkəmə mübahisəsi ilə bağlı tanış olublar. Sonra Ülkərgil evlərini satmışdılar və ev almaq istəyirdilər. Həmin vaxt dostu Binəqədi rayonunda yerləşən həyət evini 100 min manata satırdı. O, Ülkərə təklif etdi ki, dostu evini 100 min manata satır, əgər istiyirsə, onları tanış eləsin və həmin evi alsınlar. Sonra birlikdə gedib evə baxdılar. Evə baxış zamanı Aydınla danışdılar, Ülkər bildirdi ki, 60 min manat pulu var, qalan 40 min manat pulu avqust ayına kimi ödəyəcək, Aydın da razılaşdı və ona bildirdi ki, Şahini tanıyır, gəlib evdə qala bilərlər. Evə baxdıqdan sonra evi bəyəndilər. Sonra Ülkərgildən 60 min manat pulu alıb, aparıb Aydına vermiş və evin açarlarını Aydından almışdır. Üç-beş gün sonra Ülkərgili həmin evə köçürdülər. Ülkər avqust ayında ona əlli 0 min manat pul gələcəyini bildirmişdi. Avqust ayında həmin vəsait gəlmədi, Aydın da ondan qırx min manat pulu soruşurdu. Ülkər bir az da gözləmələrini bildirdi. Oktyabr ayında Aydınla mübahisələri oldu, Aydın dedi ki, ya qırx min manat pulu verin, ya da evdən çıxın. O da Aydına bildirdi ki, onda pulu geri qaytarmaq lazımdı. Aydın ona vəd verdi ki, altımış min manat pulu qısa zamanda qaytaracaq. Bundan sonra o, Ülkərgili Aydının evindən çıxardıb, Yasamal rayonunda kirayə ev tapıb, ora köçürmüşdür. Yasamal rayonunda kirayədə yaşadığı müddətdə Aydından 9500 manat pul alıb Ülkərə vermişdir. Ülkərlə aralarında yaxın münasibət olduğuna görə, pulu hər hansı sənədlə verməyə ehtiyac yox idi. Aydından pulu tam ala bilmirdi, hissə-hissə alırdı, sonra Aydından yeddi min manat almışdır. Sonra özünə bir yerdən pul gəlmişdi, həmin puldan doqquz min dollar Ülkərə vermişdir. O şikayət olunmamışdan əvvəl Ülkərə ümumilikdə qırx min manat civarında pul vermiş, ibtidai istintaq zamanı isə iyirmi min manat vermişdir. Sonuncu dəfə ona yeddi min dollar qaytaranda, dostu Şahid4 yanında olub, xanım dedi ki, başı ağrıyır, uşağı göndərir, bu səbəbdən pulu qızına vermişdir. Aydının evi həyət evi idi, Biləcəri qəsəbəsində yerləşirdi. Ev kupçalı deyildi, müqavilə ilə satılacaqdı. O, DİN-nin Maddi-Texniki Təminat Baş İdarəsində inspektor işləmişdir. Maaşı 650 manat olmuşdur. O, Ülkərin kirayə pulunu, kommunal xərclərini vermişdir. O, ülkərlə tanış olandan bir ay sonra bu məsələ olub. Hazırda ona dəymiş zərəri tam ödəyib. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilməyərək bildirmişdir ki, 2020-ci ilin fevral ayında Zərərçəkmiş şəxs ilə tanış olmuş, Ülkərlə aralarında yaxın münasibət yaranmışdır. Rəsmi olmasa da, Ülkərlə qeyri rəsmi olaraq ailə münasibəti olmuş, o, Ülkəri istəmişdir. Həmin ərəfədə Ülkər Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən "xxxx" MTK-nın inşa etdiyi binada üç otaqlı evdə kirayədə qalırmış. Ülkər Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən Ülkərə məxsus olan evi, dediyinə görə 85.000 manata satmışdır. Ülkərin evi satmaqda məqsədi köçüb Bakı şəhəri, Yasamal rayonu ərazisində ev alıb yaşamaq istəyi olmuşdur. Ülkər həmin ərəfədə almaq üçün ev axtarırmış. O, da Ülkərə kömək məqəsədi ilə Ülkər üçün almağa ev axtarmışdır. Həmin ərəfədə dostu Aydın Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən həyət evini 100.000 manata satırmış. O, bu barədə Ülkərə demişdir. Ülkər də həmin evi almaq istədiyini, lakin pulunun az olduğunu bildirmişdir. Ülkər də ona demişdir ki, Aydın razılaşsa ilkin olaraq evi almaq üçün 60.000 manat verər, 4 ay ərzində Türkiyə Respublikasından göndəriləcək qalan 40.000 manatı da hissə-hissə ödəyər. O, da Ülkərə demişdir ki, gedib evə baxsınlar xoşuna gəlsə, yəni fikri qəti olsa Aydınla bu barədə danışar. 2020-ci ilin may ayında o, Ülkərlə birlikdə Aydının satdığı Biləcəri qəsəbəsində yerləşən DSK-da yerləşən 4 sot torpaqda yerləşən 5 otaqlı evə baxmağa getmişlər. Həmin vaxtı Aydın da orada olmuşdur. Ülkər evə baxmış və evi bəyənmişdir. Orada da Ülkər Aydına demişdir ki, 60.000 manatı var, qalan 40.000 manatı da hissə-hissə verə bilər. O, da Aydından xahiş etmişdir ki, cavabdehdir Aydın Ülkərlə razılaşsın. Aydın da Ülkərlə razılaşmışdır. 2020-ci ilin may ayında Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən "xxxx" MTK-da evdə 60.000 manat pulu Ülkərdən almış, aparıb Bakı şəhəri, Səbail rayonunda yerləşən “Həyat” çay evində Aydınla görüşmüş, selofan torbada 60.000 manat pulu Aydına vermişdir. Aydın da evin açarlarını Ülkərə vermək üçün ona təqdim etmişdir. O, da evin açarlarını Ülkərə vermiş, Ülkər də bir neçə gündən sonra Aydının satdığı evə köçmüşdür. Ülkər həmin evdə yaşadğı dövr ərzində demək olar ki, hər gün o, ora gedib gəlirmiş. Ülkərin ərzaq, geyim, komunal və digər bütün xərclərini o, ödəyirmiş. Təxminən 5 aydan sonra Ülkər pulu ödəyə bilməyəcəyini ona bildirmiş və Aydına verdiyi 60.000 manatı Aydından geri istəmişdir. O, da bu barədə Aydına demişdir. Aydın da pulu xərclədiyini və 60.000 manatı hissə-hissə qaytaracağını ona söyləmişdir. O, da Aydının dediklərini Ülkərə demiş və Ülkər razılaşmışdır. Sonra Ülkərlə evdən çıxmağı qərarlaşdırmışlar. O, Yasamal rayonu Şərifzadə küçəsində «Ağ çiçəyim» şadlıq sarayının yanındakı binada 3 otaqlı evi kirayə olaraq Ülkərin yaşaması üçün ev sahibi X19 ilə xx.xx.2020-ci ildə hər ay 550 manat ödəmək şərti ilə müqavilə bağlamışdır. Ülvi üç aydan sonra evin kirayə pulunu 600 manata qaldırmışdır. Ülkər həmin mənzildə 1 il 9 ay yaşamışdır. Yaşadığı dövr ərzində evin kirayə pulunu onun adına olan “Bank of Baku” bankında olan hesabından ödəyirmiş. Bunu Ümid özü təsdiq edə bilər. Ülkər kirayə yaşadığı dövr ərzində Ülkərin bütün xərclərini Ülkərin qızı Şahid2 “Nömrə 1” hazırlıq kursunun hər ay 180 manat ödənişlərini o, ödəyirmiş. “Bank of Baku” bankında olan hesabından Ülkərin adına “Kapital Bank” hesabına təxminən 8000 manata yaxın pul göndərmişdir. Ülkərin kiçik qızı Şahid1 fərdi hazırlıq kurslarını, oğlu Nadir Məmmədzadənin məktəbəqədər hazırlıq ödənişlərini etmişdir. Ülkərin özünün və uşaqlarının ad günlərini “Moon Crovn”, Bayıl qəsəbəsində yerləşən balıq evlərində keçirmiş, bir neçə dəfə Quba rayonuna gedib gəzib bütün xərcləri o, ödəmişdir. Hər ay 2000-3000 manat Ülkərin xərclərini qarşılamaq üçün pul xərcləmişdir. Bunu bildirməkdə məqsədi odur ki, rəsmi olmasa da bir ailə olaraq yaşamışlar. O, Ülkərə qarşı heç bir dələduzluq niyyəti və yaxud da ki, əmlakını hansısa yolla əldə etmək niyyəti olmamış, əgər olsaydı qeyd etdiyi pulları Ülkər və sonuncunun övladlarına xərcləməzdi. Həmçinin bildirmişdir ki, Ülkər Aydının evindən çıxdıqdan sonra o, evin pulundan Aydından 9500 manat alıb Ülkərə vermiş, Aydın ona hissə-hissə pulu verdikcə o, da Ülkərə Aydından aldığı pulları verirmiş. Bu minvalla Ülkərlə yaşadıqları dövrdə 40.000 manat vermişdir. Həmin ərəfədə Ülkər ona xəyanət etdiyinə görə aralarında mübahisə olmuşdur. Aydın Ülkərə veriləsi 20.000 manatı gecikdirdiyinə görə Ülkərlə aralarında münasibət daha da gərginləşmiş və Ülkərə demişdir ki, «bizim münasibətimiz davam edə bilməz». Ülkər ondan şikayət etdikdən sonra o, Aydına demişdir ki, Ülkər ondan şikayət edir. Aydın da 20.000 manatı ona vermişdir. O, Yasamal Rayon Polis İdarəsində müstəntiq Kamran Əliyevin yanında 20000 manatı Ülkərə təklif etmiş, lakin Ülkər 20.000 manatı qəbul etməmiş, yalan olaraq bildirmişdir ki, guya onun 75.000 manat pul verəcəyi vardır. Bununla bağlı Yasamal rayon Polis İdarəsinin sabiq müstəntiqi Kamran Əliyev tərəfindən «cinayət işinin başlanması rədd edilməsi haqqında» qərar qəbul edilmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, Ülkərlə qeyrirəsmi olsa da, ər-arvad münasibətim olmuşdur. Ülkərin və övladlarının maddi təminatını münasibətdə olduğu dövr ərzində ödəmişdir. Həmin məsələ ilə bağlı ifadəsində tam açıqlama vermişdir. Ülkər ev almaq istəmiş, əlində 60.000 manat pul olmuş, o, da kömək etmək məqsədilə tanışı Aydının 100.000 manat qiymətləndirdiyi Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən DSK-da yerləşən 4 sot torpaqda yerləşən 5 otaqlı evi Aydınla danışıb ilkin olaraq 60.000 manat vermək şərti ilə, qalan 40.000 manatı hissə-hissə verəcəklərinə dair razılaşma olmuşdur. Bu razılaşmada Ülkər özü şəxsən iştirak etmiş, yəni Aydınla danışmışdır. Ona görə də o, 60.000 manat pulu Ülkərdən alıb Aydına vermiş, bunu Aydın özü də təsdiq edə bilər. Ülkər vəd etdiyi 40.000 manatı Aydına vermədiyinə görə Aydınla olan razılaşma pozulmuş və həmin evdən, yəni Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən DSK-da yerləşən 4 sot torpaqda yerləşən 5 otaqlı evdən çıxıb Yasamal rayonu Şərifzadə küçıəsində «Ağ çiçəyim» şadlıq sarayının yanındakı binada 3 otaqlı evdə kirayədə yaşamağa başlamışlar. Ülkərdən alıb Aydına verdiyi 60.000 manat pulu Aydın geri qaytarmaq istəmirmiş. Buna görə Aydınla dəfələrlə mübahisə olub, çətinliklə də olsa da Aydın 40.000 manat pulu hissə-hissə ona verib, o, da Ülkərə vermişdir. Həmçinin Ülkər ona qarşı xəyanət etdiyinə görə əlaqələr kəsilmişdir. Bu səbəblərdən Ülkər gedib onun barəsində polisə şikayət etmişdir. Aydın Ülkərin polisə şikayət etməsindən məlumatı olduqda qalan 20.000 manatı ona vermiş və o, həmin 20.000 manatı Ülkərə qaytarmışdır. Hal-hazırda Ülkərdən aldığı 60.000 manat pulu tam şəkildə qaytarmışdır. Heç bir əsas və sübut olmadan Ülkər guya onun əlavə 15.000 manat pul almağını, ərizə və izahatında göstərmişdir. Ülkərdən 15.000 manat pul almağı yalandır. Bununla bağlı Ülkərin heç bir sübutu yoxdur. 15.000 manat pulu qeyd etməkdə səbəb Ülkərin ona qarşı qərəzli münasibətdə olmasıdır. Zərərçəkmiş şəxs ifadələrində göstərdi ki, o, 2020-ci ildə Bakıxanov qəsəbəsindəki evini satmışdır. Həmin ərəfədə Şahinlə tanış olmuş, sonra aralarında şəxsi münasibət yaranmışdır. Şahin ona dostu Aydının evini satdığını bildirdi. O, Şahinə inanıb, satdığı evin pulunu Şahinə vermişdir. Şahin ona Aydının Biləcəri qəsəbəsində yerləşən beş otaqlı həyət evini göstərdi. O həmin evə köçmüş, dörd ay orada yaşadıqdan sonra onu evdən çıxarmaq üçün Şahin ona müxtəlif yalanlar demişdir. Şahin ağlayaraq ona and içdi ki, evdən çıx bir ay müddətinə ya sənə ev veriləcək, ya da pul veriləcək. Şahin onu həmin evdən çıxardıb, İnşaatçılar metrosu yaxınlığında başqa evə kirayə köçürdü. İki-üç ay sonra Şahin ona Yeni Yasamalda ev göstərdi və həmin evi ona alacağını bildirdi. Bundan bir ay keçdikdən sonra o, həmin evə gedib, qapını döymüş, evdə olan şəxslər ona evi təzə aldıqlarını bildirmişdilər. O, Şahinin onu aldatdığını başa düşmüşdür. O, Şahinə ümumilikdə 75 min manat pul vermişdi, Şahin ibtidai istintaq zamanı ona iyiri min manat pulu qaytardı. Hazırda qırx səkkiz min min manat pulu Şahində qalıb. Aydını tanıyırdı, onu iki dəfə görmüşdür. Şahin ona hədə-qorxu gəldiyinə görə Biləcəri qəsəbəsindəki evdən çıxmışdır. Özünün Şahinlə şəxsi münasibətləri var idi. Şahin Aydının onun dostu olduğunu bildirmişdi. O, Şahinə əvvəlcə on beş min manat, sonra isə 60 min manat pul vermişdir. Öz evini 2020-ci ildə 87 min manata satmışdır. Şahin ona Aydınla danışmağa icazə vermirdi. O, Aydınla danışmamışdır. Şahin Aydının evini doxsan min manata satdığını və pulun qalan hissəsini özünün verəcəyini bildirmişdi. Şahin onu aldadaraq, evdən çıxarmışdır. Şahin şikayət etməmişdən əvvəl ona pul qaytarmayıb. Qızı Fatiməyə yeddi min manat qaytarıb. Şahinlə ər-arvad münasibətləri olmayıb. Şahin kirayə pulunu hərdən verirdi. Evin ərzağını Şahin özü alırdı. Lombarda qızılları girov qoyduğu zaman Şahin kömək etməyib. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir.İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, 2004-cü ildə rəhmətlik X12 ilə ailə həyatı qurmuşdur. Həmin nigahdan dörd övladı var. 2017-ci ildə əri rəhmətə getmiş, həmin vaxt onlar evsiz qalmışlar. Ərinin dostları uşaqları çöldə qalmasın deyə onlara Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, "xxxx" MTK-da 120 kvadrat sahəsi olan mənzil hədiyyə etmişlər. Həmin mənzil rəhmətlik ərinin dostu X8 adına sənədləşdirilmişdir. Təxminən 2020-ci ilin fevral ayında o, evini satmaq istəyirmiş. Lakin sata bilmirmiş. Həmin ərəfədə qaynanasıgil onu evdən çıxardaraq onun paltarlarını və qızıllarını vermirmişlər. Buna görə o, Sabunçu rayon məhkəməsinə müraciət etmişdir. İşləri yaxşı getmədiyi üçün o, rəhmətlik falçı Elmiranın yanına gedirmiş. Elmira ona Təqsirləndirilən şəxs mobil nömrəsini verib bildirmişdir ki, X32 Nazirliyində maddi texniki təminat şöbəsində inspektor vəzifəsində işləyir, ona köməklik edə bilər ki, qaynanasıgildən əşyalarını alsın. Bir neçə gün sonra istifadəsində olan mobil telefona Təqsirləndirilən şəxs zəng vurub demişdir ki, onun telefon nömrəsini Elmira verib və görüşməyi təklif etmişdir. Həmçinin hansı sənədləri varsa aparıb verməyini bildirmişdir. Təxminən 2-3 gün sonra o, Təqsirləndirilən şəxslə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən çay evində görüşmüşdür. Görüş zamanı Təqsirləndirilən şəxs ondan məhkəmə sənədlərini istəmiş və işin nə yerdə olmasını soruşmuşdur. Şahin sənədlərə baxandan sonra ona demişdir ki, haqlı ola-ola məhkəməni udmağa köməklik edəcəkdir. Həmin vaxt Şahin sənədlərə baxıb onda evə dair digər sənədlərin olub-olmadığını soruşmuşdur. O da demişdir ki, evin digər sənədləri evdədir. Bundan sonra Şahin ona kömək edəcəyi adı ilə tez-tez zəng vururmuş. O, Şahinlə görüşməyə başlamışdır. Həmin ərəfədə o, evini qaynanasıgildən almış, lakin ev boş olmuşdur. O, fikirləşmişdir ki, daha da yaxşı ev alıb oraya köçsün. Həmin ərəfədə Şahin ona demişdir ki, tanışı Şahid3 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən həyət evi satır, həmin ev təmirlidir və yaxşı şəraiti vardır. O, Şahinə inandığı üçün evini satmaq qərarına gəlmişdir. 2020-ci ilin mart ayında o, evi 85.000 manata satmışdır. O, evi satandan sonra Şahin xx.xx.2020-ci il tarixdə ona demişdir ki, qonaq gəlmək istəyir. Həmin gün Şahin qonaq gəlmiş və o, Şahini öz uşaqları ilə tanış etmişdir. Həmin vaxt Şahin uşaqlarının yanında dostu Aydının evini tərifləyib oranı almağı məsləhət görmüşdür. Təxminən 2020- ci ilin may ayında qızları Nigar, Fatimə, oğlanları Emil və Nadir onunla birlikdə Şahinlə Aydının satmaq istədiyi evinə baxmağa getmişlər. Aydın onları qarşılayıb evi göstərmişdir. Həmin ev onun və uşaqlarının çox xoşuna gəlmiş və onlar həmin evi almaq qərarına gəlmişlər. O, həmin vaxt Şahinə demişdir ki, «evi almaq istəyirəm». Şahin əvəlcədən ona demişdir ki, Aydın evi 100.000 manata satır. Rəhməlik ərinin dostları ona söz vermişdilər ki, əgər başqa ev alsa ona ayba-ay köməklik edəcəklər. Təxminən 2020-ci ilin may ayında o, Şahinə kirayə yaşadığı Bakı şəhəri, Yasamal rayonunda yerləşən "xxxx" MTK-nın binasında yerləşən mənzildə uşaqlarının yanında 15.000 manat pulu Şahinə vermişdir. Şahin də pulu Aydına verəcəyinə dair ona söz vermişdir. 2020-ci ilin may ayının sonunda Şahin yaşadığı ünvan 4 ünvanına gəlmiş və uşaqlarının yanında o, Şahinə əlbə-əl 60.000 manat pul vermişdir. Şahin də ona demişdir ki, həmin pulları aparıb Aydına verəcəkdir. Təxminən 13 iyun 2020-ci il tarixdə o, uşaqları ilə birlikdə Aydına məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, DSKyolu, döngə 8 ünvanında yerləşən 4 sot torpaq sahəsinin içərisində olan 5 otaqdan ibarət təmirli fərdi yaşayış evinə köçmüşdür. Onlar oraya köçəndən sonra o, Şahindən evin sənədlərini tələb etmişdir. Şahin də müxtəlif bəhanələr gətirib, demişdir ki, guya ev Aydının atasının adınadır, atası da xəstədir. Həmin ərəfədə korona xəstəliyi çoxlu yayılmışdır. Şahin gah demişdir ki, guya Aydın xaricdədir, gələndən sonra evin sənədlərini onun adına keçirəcəkdir. Təxminən 4 ay Aydının ona satdığı evdə yaşadıqdan sonra xx.xx.2020-ci il tarixdə Şahin onu və uşaqlarını məcbur etmişdir ki, onlar həmin evdən çıxsınlar. Şahin ona demişdir ki, guya Aydının kriminal aləmdə olan tanışları Şahini məcbur edir ki, Aydına qalan 35.000 manata borcunu qısa müddətdə ödəsin, əks təqdirdə Şahini öldürəcəklər. Həmin vaxt o, Şahinə demişdir ki, verdiyi 75.000 manat pulu onun özünə versin, o, evdən çıxsın. Şahin ona söz vermişdir ki, 15 gün vaxt versin onun pulunu tam şəkildə qaytaracaq və ya daha yaxşı evlə təmin edəcək. Şahin ona yalvardığı üçün o, Şahinə inanıb evdən çıxmağa razılıq vermişdir. Bundan sonra Şahin demişdir ki, Aydının tanışları onun üçün Bakı şəhəri, Yasamal rayonu, ərazisində kirayə ev tutublar, evin pulunu qaytarana kimi Aydın onun kirayə pulunu ödəyəcəkdir. O, da Şahinə inanıb Şahinin onlar üçün kirayə tutduğu ünvan 7 ünvanına köçmüşdür. Təxminən 2022-ci ilin iyul ayına kimi o, 4 nəfər övladı ilə birlikdə orada qalmışdır. Kirayə qaldıqları müddət ərzində o, dəfələrlə Şahindən pulunu tələb etmişdir. X26 telefon nömrəsini istədikdə isə Şahin müxtəlif bəhanələr gətirmişdir. Hətta o, bir neçə dəfə Şahinlə birlikdə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən bina evlərinə baxmışdır. Hətta Şahin bir dəfə onun yanında evi satan şəxslə evi almasından ötrü behləşmiş və evi satan şəxsə 500 (beş yüz) manat beh pul vermişdir.Belə ki, təxminən xx.xx.2022-ci il tarixdə o və Şahin Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən 3 otaqlı evə baxmış, Şahin ona demişdir ki, Aydından pulunu alıb və onun yerinə ev sahibinə 500 manat beh vermiş, evin 100.000 manata satıdıldığını demiş, hətta demişdir ki, onun pulunun üstünə çatışmayan məbləği də özü qoyacaqdır. O, isə Şahinə demişdir ki, «sən mənim öz pulumu qaytar». Onlar behləşib gələndən sonra o, Şahinə demişdir ki, neçə günə yeni evə köçə bilər. Şahin də demişdir ki, 15- 20 günə köçə bilər. Bundan sonra o və uşaqları bütün əşyaları yığıb köçməyi gözləmişlər. Təxminən 1 ay keçsə də Şahin bugün-sabah köçəcəklərini demişdir. Axırda o, dözməyib uşaqları ilə birlikdə beh verdiyi evə getmiş, tanımadığı şəxslər onu qarşılamışdır. O, demişdir ki, bu evin behini verib, qapını açan şəxslər isə demişlər ki, onlar təxminən 1 ay bundan əvvəl həmin evi alıblar. Bundan sonra o, istifadəsində olan mobil telefondan Şahinə zəng vurub nəyə görə onu aldatdığını soruşmuşdur. Şahin isə ona demişdir ki, həmin evin sahibi tələsdiyi üçün ona daha da yaxşı evə görə Bakı şəhəri, Nəsimi rayonu ərazisində ev almaq üçün digər evə 1000 manat beh verib, hətta onu video görüntü ilə yığıb evi göstərmişdir. O, görmüşdür ki, Şahin onu aldadır və başa düşmüşdür ki, pullarını dələduzluq yolu ilə ələ keçirmişdir. Şahindən pulunu tələb edəndə ona demişdir ki, münasibətləri barədə qardaşına deyəcək. Şahin onu hədələməyə başlamış və demişdir ki, polis əməkdaşıdır, heç kim heç bir şey edə bilməz. Bundan sonra o, məcbur qalaraq polisə şikayət etmişdir. Şahin onun əvvəlki yaşadığı ünvan 7 ünvanına gizli olaraq telefonunu qoymuşdur ki, onun danışıqlarına qulaq assın. O, bu halı 2022-ci ilin iyun ayında aşkar etmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, o, Şahinə 15.000 manat və 60.000 manat olmaqla ümumilikdə 75.000 manat pul vermişdir. Şahin 75.000 manat puldan 2022-ci ilin iyun ayında onun qızı Fatiməyə 7.000 manat pul qaytarmışdır. Lakin qalan 68.000 manat pulu hazırki vaxta kimi ona qaytarmamışdır. Şahin və Aydın onun kirayədə yaşadığı mənzilin aylıq kirayə haqqını ödəməmişdir. Elmira adlı qadın baxıcı olmuş, sonradan «Covid-19» xəstəliyindən rəhmətə getmişdir. Elmiranın anket məlumatları və əlaqə nömrəsini bilmir. Həmin vaxtı o, istifadəsində olan ***-***-**-** və 055- 227-28- 23 saylı mobil nömrə ilə Şahinin istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlamışdır. O, həmin pulları Şahinə verən zaman uşaqları yanında olmuşdur. Lakin başqa bir şəxs olmamışdır. Lakin tanışı vəkil X2 ona qarşı dələduzluq etməsindən sonradan məlumatlı olmuş və Şahinin ona hər-hansı bir məbləğdə pul verməyəcəyini demişdir. Həmçinin rəfiqəsi Fərqanə adlı qadına o, Şahinə pul verməyi barədə məlumat vermişdir. X27 tərəfindən ona hədiyyə olunmuş, Təranənin adına olan mənzilə görə Fərqanəyə etibarnamə verilmişdir. Sonradan o, həmin mənzili satmışdır. Fərqanə adlı qadının anket məlumatlarını bilmir, ***-***- **-** saylı mobil nömrə Fərqanənin istifadəsindədir. Mərhum əri Elşən Məmmədov «Lotu Quli» kimi tanınan Nadir Səlifovun yaxın tanışı olmuş, yoldaşı öldürüləndən sonra Nadir Səlifov onlara müəyyən köməkliklər etmişdir. Belə ki, ona Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən mənzili hədiyyə etmiş və o, həmin evi də satıb 75.000 manat pulunu da Şahinə vermişdir.Cinayət işinin materiallarına əlavə edilmiş əlyazmalar və «Whatsapp» tətbiqində olan yazışmalar qaynı X13 və onun tərəfindən yazılmış və səbəbi Şahinin ona pulları qaytarmaması olmuşdur. Ətraflı məlumatı baxış protokolda qeyd edə bilər. Əjdər Məmmədovun əlaqə nömrəsini bilmir. Belə ki, Əjdər hazırda Rusiya Federasiyası Moskva şəhərində yaşayır. 4169-73**-****-4395 nömrəli bank hesabı ona aiddir. Təqsirləndirilən şəxs ona müxtəlif məbləğlərdə qeyd olunan pulları göndərsə də, həmin pullar ondan ev almaq məqsədilə aldığı pulları qaytarmaq məqsədilə ona göndərilməmişdir. Qeyd olunan pulların ev üçün verdiyi pula heç bir aidiyyəti yoxdur. Belə ki, həmin müddət ərzində Təqsirləndirilən şəxs onunla birləkdə yaşadığı üçün onun ehtiyaclarını ödəmək məqsədilə göndərdiyi pullar olmuşdur. O, Şahinə ilk dəfə 2020-ci ilin may ayının əvvəlində əvvəllər kirayədə yaşadığı ünvan 8 ünvanında övladlarının yanında əlbə-əl 15.000 manat pul vermiş, sonuncu dəfə isə 2020-ci ilin may ayının sonunda əvvəllər kirayədə yaşadığı ünvan 8 ünvanında övladlarının yanında Şahinə əlbə-əl 60.000 manat pul vermişdir. Bununla da Şahid3 evini almaq məqsədilə o, Şahinə ümumilikdə 75.000 manat pul vermişdir. Şahin qızı Fatiməyə cəmi 7.000 manat pul qaytarıb. Bu məbləğ dollarla olmayıb. Həmçinin Şahinin ifadəsində göstərdiyi kimi onun övladlarına hər-hansı bir məbləğdə pul xərcləməmiş və yaşadığı mənzilin kirayə haqqını ödəməmişdir. Şahin qəsdən mobil telefonu onun danışıqlarını qeydə almaq üçün yaşadığı evdə qoymuşdur. Qeyd olunan evin həqiqətdə kimə məxsus olmasını bilmir. Şahinin deməsinə görə həmin ev Şahid3 məxsus olmuşdur. Lakin o, evin sənədlərini görməmiş, Şahin ona həmin evin sənədlərinin qaydasında olmasını, qısa müddət ərzində həmin evin onun adına rəsmiləşdiriləcəyini bildirmişdi. Onunla heç kim arasında alqı-satqı müqaviləsi bağlanmamışdır. Şahin ona həmin evin real dəyərinin 100.000 manat olmasını və Aydınla olan münasibətlərinə görə həmin evi 75.000 manata razılaşdırdığını demişdir. Həmçinin bildirmişdir ki, evin sənədləri qaydasındadır və yaxın müddət ərzində ev onun adına rəsmiləşəcəkdir. Ona görə də o, həmin evi almaq üçün 75.000 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Alqı-satqı və digər sənədləşmə işlərini Təqsirləndirilən şəxs etməli idi. O, Aydın tərəfindən evdən çıxarıldıqdan sonra bilmişdir ki, həmin evin ümumiyyətlə sənədləri olmamış və Aydın həmin evi 100.000 manata satmağa razılaşmış, Şahin 75.000 manat həmin evə görə Aydına vermiş, qalan 25000 pulu isə hissə-hissə ödəməyə razılaşmış, aylıq ödənişlər ödənmədikdə Aydın 75.000 manatı Şahinə qaytarıb bir müddət sonra onu evdən çıxartmışdır, Şahin isə həmin pulu ona verməyərək onu aldatmışdır.Həmin mənzilin satışı ilə bağlı Şahid3 ilə arasında heç bir danışıq olmamışdır. Bütün danışıqları Təqsirləndirilən şəxslə olmuşdur. Şahinin deməsinə görə həmin ev 100.000 manata satılırdı. Lakin Şahin ona demişdi ki, 75.000 manata həll edəcək. Qalıq pulu ya özünün verəcəyini, ya da evin qiymətini aşağı salacağını demişdir. Həmin hissə onu maraqlandırmadığı üçün o, 75.000 manatı Şahinə vermişdir ki, qalıq pul məsələsin özü həll etsin. Şahin də ona qeyd edilən evi 75.000 manata satın aldığını bildirmişdi. Həmin vaxt, yəni Şahin onu evdən çıxmağa məcbur edəndə o, artıq başa düşmüşdür ki, Şahin nə qalıq pulu özü vermiş, nə də evin qiymətini aşağı salmışdır. Onu bu formada aldadaraq evə yerləşdirmiş və qalıq pulu da verəcəyini Aydına söz vermişdir. Qalıq pul da verilmədiyi üçün belə vəziyyət yaranmış və nəticədə o və övladları evi tərk etmək məcburiyyətində qalmışlar. O, bunu həmin vaxt bilmişdir.Nadir Səlifovun qətlə yetirilməsinin bu məsələyə heç bir aidiyyəti yoxdur. Qalıq pulu o, ödəməli deyildi. Qalıq pul məsələsini Təqsirləndirilən şəxs özü həll edəcəyini ona söz vermişdi. O, Şahinə 75.000 manat verməklə kifayətlənmişdir. Onun Təqsirləndirilən şəxs verdiyi 75.000 manat pulu sonuncunun Şahid3 həqiqətən də verib verməməsindən məlumatı yoxdur. Ümumiyyətlə bu məlumat onu o qədər də maraqlandırmır, çünki o, Şahinlə olan münasibətlərinə görə Şahinə tam olaraq güvənmiş, heç vaxt düşünməzmiş ki, Şahin onu aldadar. Ona görə də, onun Şahid3lə bu barədə heç bir söhbəti olmamışdır. O, pulu Təqsirləndirilən şəxs vermiş və bütün işləri də Şahin görməli idi. Şahid1 ifadələrində göstərdi ki, anası ilə Şahin bir işlə bağlı tanış olmuşdular, sonra elə oldu ki, bunların münasibətləri yarandı. Onlar evlərini satmışdılar və ev almaq istəyirdilər. Şahin anasına bildirdi ki, dostu ucuz ev satır, evin pulunu hissə-hissə verə bilər. Şahin əvvəlcə 15 min manat aldı, sonra 60 min manat aldı ki, ev almaq üçün pulu həmin dostuna verəcək. Sonra onlar Şahinin dostunun evinə köçdülər və bir neçə ay həmin evdə yaşadılar. Sonra Şahin evin pulunu tam vermədiklərinə görə, həmin evdən çıxmalı olduqlarını bildirdi. Sonra Şahin onlara Yasamal rayonunda başqa ev tapdı. Şahin oğlunun canına and içdi ki, o, evi alacaq və ya pulu geri qaytaracaq. Şahin Yasamal rayonunda yerləşən ev üçün beh verdiyini və həmin evi alacağını bildirmişdi. Şahin pulu qaytarmamaq üçün çox yalanlar danışırdı. Bir gün gecə saat on iki radələrində Şahin ona bildirdi ki, pul verəcək aparıb anasına versin. Şahin ona zərf verdi, zərfdə yeddi min manat pul var idi. Şahin həmin pulu anasına xərcləməsi üçün verdiyini bildirdi. Sonra Şahin həmin pulun ona lazım olduğunu bildirdi və pulu geri aldı. O, Şahini iş adamı kimi tanımışdır, məhkəmə mübahisələrində onlara kömək etməli idi. Nənəsigil ilə məhkəmə mübahisələri olub. Qızılları nənəsigildən ala bilmədilər. Biləcəridə yerləşən evə baxmaq üçün hamısı getmişdilər. Qardaşları, bacısı, anası getmişdir. Şahinə əvvəlcə on beş min manat vermişdilər. Şahinin dostuna beh verməyini görməmişdir. Evə baxmaq üçün gedəndə ev sahibi evdə yox idi, evin açar Şahində idi. Şahinin dostunu polis şöbəsində görmüşdür. Şahinin dostunun evinin qiyməti yadında deyil. Altımış min manatı yaşadıqları mənzildə anası sayıb Şahinə vermişdir. Pulu verərkən anası, bacısı və qaradaşları orada idi. Şahin pulun qalanını özünün verəcəyini demişdi. Şahinin özünü ailəsi var idi. Şahinin ailəsini görməmişdir. Şahin hansısa nazirlikdə vəzifəli şəxs olduğunu demişdi. Yol polisi saxlayanda Şahin xidməti vəsiqəsini göstərirdi. Onun yanında yol polisi Şahini saxlayıb. Şahinin xidməti vəsiqəsi qırmızı rəngdə və açılıb-bağlanan idi. Şahin «Galenvagen» və «Land Cruiser» markalı maşınlar sürürdü. Yol polisi saxlayanda «Land Cruiser» markalı maşınla idilər. Şahin onun vasitəsi ilə 7 min manat pul qaytarıb, sonra həmin pulu geri almışdır. 7 min dollar deyildi, 7 min manat idi. Şahin həmin pulu xərcləmək üçün verdiyini demişdi, lakin sonra pulu geri aldı. Anası 15 min manat pulu Şahinə verəndə görmüşdür. 60 min manat pulu anası neçə gün sonra verdiyi yadında deyil. Şahin yeddi min manat pulu verəndə İnşaatçılarda kirayədə yaşayırdılar. Şahin onun anası ilə dalaşırdı, həmin pulu barışmaq məqsədi ilə vermişdi. Şahinin həmin vaxt 75 min manat borcu var idi. Şahin evi özü alacağını bildirdiyinə görə, yeddi min manatı ona geri qaytardılar. Şahin Yasamal rayonunda yerləşən ev üçün beh verdiyini bildirmişdi. Şahin dedi ki, borcları var, yeddi min manatı geri qaytar. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, 2017-ci ildə atası X12 rəhmətə gedib, hazırda ailədə beş nəfərdirlər. Atası rəhmətə getdikdən sonra onlar evsiz qalmış və atasının dostları onlar çöldə qalmasın deyə onlara Bakı şəhəri, Suraxan rayonu, Bakıxanov qəsəbəsi, Qaraxan MTK-da 120 kvadrat metr sahəsi olan mənzil hədiyyə etmişlər. Həmin mənzil rəhmətlik atasının dostu X8 adına sənədləşdirilmişdir. Təxminən 2020-ci ilin fevral ayında anası evlərini satmaq istəmiş, lakin sata bilməmiş, həmin ərəfədə nənəsigil onları evdən çıxardaraq paltarlarını və anasının qızıllarını verməmişlər. Buna görə anası Suraxanı rayon məhkəməsinə müraciət etmişdir. Həmin ərəfədə anası onlara demişdir ki, Təqsirləndirilən şəxs ilə tanış olub. Şahin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində yüksək vəzifədə işləyir. Şahin anasına məhkəmə işlərində kömək edəcəyinə söz vermişdir. Təxminən 2020-ci ilin mart ayında Şahin onların yaşadığı evə gəlib gedərək anası ilə dostluq etmişdir. 2020-ci ilin mart ayında anası Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən 120 kvadrat metr sahəsi olan mənzili 85.000 manata satmışdır. Bundan sonra Şahin tez-tez onların mənzilinə gəlməyə başlamış, lakin bir gün də olsun evdə qalmamışdır. Şahin gələn vaxt söhbət əsnasında demişdir ki, yaxın dostu Şahid3 evini satır, həmin evi almağı anasına məsləhət görmüşdür. Təxminən 2020-ci ilin may ayında o, bacısı Nigar, qardaşları Emil və Nadir Şahinlə birlikdə Aydının satmaq istədiyi evə baxmağa getmişlər. Aydın onları qarşılayıb evini göstərmiş, ev anasının və onların xoşuna gəlmişdir. Buna görə anası evi almaq qərarına gəlmişdir. Şahin əvəlcədən anasına demişdir ki, Aydın evi 100.000 manata satır, anası fikirləşmişdir ki, əgər evi alsa rəhməlik atasının dostları yerdə qalan məbləği ödəməyə köməklik göstərəcəklər. Təxminən 2020-ci ilin may ayında anası Şahinə kirayə yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Şərur MTK-nın binasında onların yanında 15.000 manat pul vermişdir. Şahin anasından pulu götürüb Aydına verəcəyinə dair söz vermişdir. Bir neçə gün sonra Şahin yaşadıqları evə gəlmişdir. Anası onların yanında evə görə Şahinə əlbə-əl 60.000 manat pul vermişdir. Şahin həmin pulları da aparıb Aydına verəcəyinə söz vermişdir. Təxminən 2020-ci ilin iyun ayında anası, bacısı və qardaşları ilə birlikdə Aydına məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, DSK-yolu döngə 8 ünvanında yerləşən 4 sot torpaq sahəsinin içərisində olan tikilmiş 5 otaqdan ibarət təmirli fərdi yaşayış evinə köçmüşlər. Oraya köçəndən sonra anası dəfələrlə Şahindən evin sənədlərini tələb edirmiş. Şahin isə müxtəlif bəhanələr gətirib demişdir ki, guya ev Aydının atasının adınadır, atası da xəstədir. Həmin ərəfədə korona xəstəliyi çoxlu yayılmışdı. Şahin gah demişdir ki, guya Aydın xaricidədir, guya gələndən sonra evin sənədlərini anasının adına keçirəcəkdir. Təxminən 4 ay onlar həmin evdə qalandan sonra təxminən xx.xx.2020-ci il tarixdə Şahin məcbur etmişdir ki, həmin evdən çıxsınlar. Şahin anasına demişdir ki, guya Aydının kriminal aləmdə olan tanışları Şahini məcbur edirlər Aydına qalan 35000 manatı qısa müddət ödəsin, əks təqdirdə Şahini öldürəcəklər. Şahin onları aldadandan sonra onlar məcbur qalaraq həmin evdən çıxmışlar. Şahin söz vermişdir ki, Aydına verdiyi 75000 manat pulu qısa müddət ərzində qaytaracaqdır və kömək edəcəkdir ki, ev alsınlar.Bundan sonra Şahin demişdir ki, Aydının tanışları onlar üçün Bakı şəhəri, Yasamal rayonu ərazisində kirayə ev tutublar, evin pulunu qaytarana kimi Aydın onların kirayə pulunu ödəyəcəkdir. Anası da Şahinə inanıb guya Aydının onlar üçün kirayə tutduğu ünvan 10 ünvanında yerləşən evə köçmüşlər. Təxminən 2022-ci ilin iyul ayına kimi onlar həmin mənzildə qalmışlar. Kirayə qaldıqları müddət ərzində onlar dəfələrlə pulu Şahindən tələb etmişlər, lakin Şahin müxtəlif bəhanələr gətirmişdir. Hətta bir neçə dəfə Şahinlə anası müxtəlif ünvanlara gedib evlərə baxmışdır. Anası onlara demişdir ki, behləşiblər bir neçə günə köçəcəklər. Onlar əşyalarını yığıb həmin vaxtı gözləmişlər. Təxminən 1 ay keçsə də, Şahin bugün sabah köçəcəklərini onlara demişdir. Axırda anası dözməyib onlarla birlikdə beh verdiyi evə getmiş, tanımadıqları şəxslər onları qarşılamışdır. Anası həmin şəxslərə demişdir ki, evin behini verib. Qapını açan şəxslər isə demişlər ki, onlar təxminən 1 ay bundan əvvəl evi alıblar. Verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs ona cəmi 7000 manat pul vermiş, o, da həmin pulu anasına vermişdir. Bundan başqa Şahin ona hər hansı məbləğdə pul verməmişdir. Onun hazırlıq pulları və kommunal xərcləri anası tərəfindən ödənilmişdir. Şahid2 ifadələrində göstərdi ki, Şahin onların ailəsinə daxil olandan sonra problemləri yarandı. 2020-ci ildə anası ilə Şahinin münasibətləri başladı, həmin vaxt evlərini təzə satmışdılar. Evi səksən min neçəyəsə manata satmışdılar. Şahin əvvəlcə anasından borc pul almışdı, sonra Şahin dostu Aydının evini satdığını və o evi almaqlarını bildirdi. Onlar həmin evə köçdülər, lakin rəsmi olaraq heç bir sənəd yox idi. Şahin anasından yetmiş neçəsə min manat pul götürdü ki, evi almaq üçün dostu Aydına verəcək. Onlar üç-dgrd ay həmin evdə yaşadılar, sonra Şahin həmin evə görə problemlərinin yarandığını bildirdi. Onlar həmin evdən çıxmaq məcburiyyətində qaldılar və yenidən kirayə evə köçdülər. Anası Şahindən pul istəyəndə Şahin pulun Aydında olduğunu bildirirdi. Hazırda Şahinin onun anasına qırx neçə minsə manat borcu var. Şahin onun anasının həyatında olan bir şəxs idi. Satdıqları ev Bakıxanov qəsəbəsində yerləşirdi. Satdıqları evdə yaşamamışdılar. Şahin anasına dedi ki, pulu ver o, ev alsın. Şahin Aydının evinin qiymətinin 100 min manat dəyərində olduğunu bildirdi. Onlarda 80 neçə minsə manat pul var idi. Pulun çatışmayan hissəsini Şahin kömək edəcəkdi və anası hissə-hissə ödəyəcəkdi. İlkin ödəniş kimi 85 min manat vermişlər, qalanını anası hissə-hissə ödəyəcəkdi. Ev alması üçün pulu anası əlbəəl Şahinə verib. Şahin pul almışdı ki, Aydına versin. Şahin onun vasitəsi ilə pul qaytarmayıb. Şahin onun anasından 80 neçə min pul alıb. Şahin əvvəlcə 10 min manat civarında anasından borc almışdı. Qalan pulu Şahin Aydına vermək üçün almışdı. Evlərini 80 neçə minə satmışdılar, anası həmin puldan 1000-2000 manat xərcləyərdi. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 dediklərini təsdiq edərək eyni mzmunlu ifadə vermişdir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, Təqsirləndirilən şəxs təxminən 4 ildir ki, tanıyır. Aralarında şəxsi məsələrlə bağlı Şahinin ona 20.000 (iyirmi min) manat borcu olmuşdur. Hətta deyərdi ki, 25.000 (iyirmi beş min) manat borcu var. Ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində ünvansız fərdi tikili evi var. Evi satmaq istəmişdir. Bu barədə Şahinin məlumatı olmuşdur. Şahin 2020-ci ilin əvvəllərində evin satılmasını eşitmişdir. Ondan xahiş etmişdir ki, evi Şahinin qeyri-rəsmi münasibətdə olduğu Ülkər adlı qadına satsın. O, da demişdir ki, evin yerini bilir, özü məşğul olsun. Onun Ülkər adlı qadınla evin alqı- satqısına dair hər hansısa bir razılaşması olmamışdır. O, evi 100.000 (yüz min) manata satmışdır. Şahin xahiş etmişdir ki, Ülkərin əlində pulu yoxdur, ilkin olaraq 60.000 (altmış min) manat versin və qalan pulu hissəhissə olmaqla 2 aya bağlasınlar. O, etiraz etməmişdir. İlkin olaraq 2020- ci ilin iyun ayında 60.000 ( altmış min ) manat pul vermişdir. Ona pulu Şahin verib. 2020-ci ilin avqust ayı gələndə o, Şahindən yerdə qalan pulu istəmişdir. Şahin ona bildirmişdir ki, bir az müddət versin. Təxminən 6 ay gözləmişdir. Pulu vermədiyinə görə evi boşaltmalarını istəmişdir. Bundan sonra o, hissə-hissə Şahinə ümumilikdə 60.000 manat pul qaytarmışdır. O, evi Şahinin vasitəsilə Ülkərə satan ərəfədə əldə etdiyi pul ilə atasına ev alıb atasını həmin evə köçürməli imiş. Lakin sonradan Ülkər və Şahin pulu ödəmədikləri üçün o, onları evdən çıxartmış və sonradan həmin evə atasını köçürmüşdür. O, ilkin izahatında pulu borcuna çıxmağını bildirsə də sonradan Şahin ilə qarşılıqlı razılaşma əsasında Şahinə ümumilikdə əlbə-əl 60.000 manat pul qaytarmışdır. Şahin onu arxayın etmişdir ki, Ülkər evə köçdükdən sonra 3 ay ərzində evin pulunu tam şəkildə ödəyəcəkdir. Lakin Ülkər evin qalıq pulunu ödəmədiyi üçün o, Şahinə Ülkərin evdən çıxmasını bildirib, hissə-hissə olmaqla Şahinə ümumilikdə əlbə-əl 60.000 manat pul qaytarmışdır. O, həmin evi satmamış, hazırda həmin evdə atası yaşayır. 60.000 manat pulu Təqsirləndirilən şəxs hissə-hissə olmaqla ilk dəfə 2020ci ilin oktyabr ayında Bakı şəhəri, 8-ci mikrorayonda Şahinin əvvəllər işlədiyi iş yerində 7000 manat, 2020-ci ilin dekabr ayında Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində 10.000 manat, 2022-ci ilin aprel ayında Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava küçəsi 28/28 qarşısında 17.000 manat və sonuncu dəfə 2022-ci ilin Oktyabr ayında Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 60 ünvanında Kofe kafedə vermişdir. Şahindən evin pulunu aldıqdan sonra öz ehtiyaclarına xərcləmişdir. Çünki, o bilmirdi ki, evi qaytaracaqlar. Şahin yerdə qalan pulu verə bilmədiyi üçün evin pulunu qaytarmaq məcburiyyətində qalmışdır. Həmin zaman isə COVİD 19 və daha sonra Qarabağ müharibəsi ilə əlaqədar Respublikada İqtisadi böhran yaranmışdır. Bu səbəbdən də evə görə aldığı 60.000 manat pulu hissə-hissə olmaqla qaytarmışdır. Alqı-satqı baş tutmadıqda Təqsirləndirilən şəxs o, 60.000 manat pulu qaytardıqdan sonra Şahin ondan əlavə olaraq səbəbini demədən 6500 manat borc istəmişdir. O, da ona həmin 6500 manat pulu vermişdir. Hansı ki, həmin 6500 manat borc məsələsi Şahin ilə öz aralarında həll olunmuşdur. Şahinin ona heç bir borcu yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 bildirmişdir ki, Təqsirləndirilən şəxs onun tanışıdır və təxminən 6-7 ildir ki, tanıyır. Rzayeva X15 tanışıdır. Şahinin ona deməsinə görə əvvəllər Ülkər ilə aralarında yaxın münasibətləri olmuşdur. Belə ki, sonradan Polis Bölməsində ona məlum olmuşdur ki, Ülkər Şahinə ev almaq məqsədilə pul vermiş, lakin o, pulun məbləğini bilmir. Həmçinin 2022-ci ilin aprel ayında Şahin ondan xahiş etmişdir ki, birlikdə gedib Ülkərə pul versinlər. O, buna etiraz etməmişdir. Şahinlə telefonla danışdıqdan sonra Ülkərin qızı Şahid2 Bakı şəhəri, Yasamal rayonu Şərifzadə küçəsində «Ağ Çiçəyim» restoranının yaxınlığında yerləşən nömrəsini xatırlamadığı hündürmərtəbəli 1 bloklu yaşayış binasının qarşısına düşmüş və orada Şahin onun yanında Ülkərin qızı Fatiməyə əlbə-əl 7.000 manat və ya ABŞ dollar pul vermişdir ki, anası Ülkərə versin. Fatimə həmin pulu Şahindən götürüb yaşadıqları evinə getmişdir. Bundan başqa o, bu məsələ ilə əlaqədar heç bir pul alış-verişində iştirak etməmişdir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 göstərmişdir ki, Vüqar Kərimov onun uşaqlıq dostudur. O, V.Kərimovun əvvəl yaşadığı ünvan 12 ünvanında qonşusu olmuşdur. O, 2022-ci ilin dəqiq xatırlamadığı ayında öz mənzilini indiki Bakı şəhəri, Yasamal rayonu X23 366 mənzil 2 ünvanını satışa çıxarmışdır. Ondan da bir tanışı kimi həmin mənzilə müştəri tapmağını xahiş etmişdir. O, əvvəl satış üzrə rəsmi VÖEN olmaqla işlədiyi üçün bu işlərdən az-çox məlumatlı olmuşdur. Adını xatırlamadığı bir nəfər ona demişdir ki, Şahin adlı şəxs sonradan soyadını Mehdiyev kimi bildiyi şəxs qeyd olunan ərazidən mənzil satın almaq istəyir. O, bunu eşitdikdə ilk əvvəl elə Vüqarın satdığı ev yadına düşmüşdür, həmin adını xatırlamadığı şəxsdən Şahinə mobil nömrəsini verməyini xahiş etmişdir. Təqsirləndirilən şəxs adlı şəxs onunla telefon əlaqəsi saxlayaraq mənzilə baxmaq istədiyini bildirmişdir. O, onunla görüşmüş, bu zaman onun yanında sarışın bir qadında var imiş. O, onlara Bakı şəhəri, Yasamal rayonu Əsəd Əhmədzadə 3 mənzil 3 (indiki X23 366 ev 2) ünvanında yerləşən mənzili göstərmişdir. Həmin mənzil 2 otaqlı mənzil olmaqla, Vüqar Kərimova məxsus imiş. Təqsirləndirilən şəxs evə tam baxış keçirmədən mənzili bəyəndiyini bildirərək onu digər otağa çəkərək təklikdə həmin mənzili yanındakı sarışın xanıma alacağını hədiyyə edəcəyini bildirmişdir. Hətta ona demişdir ki, sarışın xanımın yanında sənə 500 manat pul verəcək. O, xanımın yanında olan zaman ona 500 manat beh pul vermiş və bundan sonra evdən çıxıb getmişdirlər. Bir müddət sonra Təqsirləndirilən şəxs zəng edib 500 manatını qaytarılmasını, evi alası olmadığını və 500 manatı almışdır. Bundan sonra onunla heç bir əlaqələri olmamışdır. Hazırda Təqsirləndirilən şəxs barəsində cinayət işi olduğu üçün O, Şahinin həmin vaxt tərəddüd etdiyini anlamış. Çünki, necə deyərlər Təqsirləndirilən şəxs elə bir qiymətlərdən danışırmış ki, sanki heç evi almaq istəmirmiş. Beh olaraq ondan daha az məbləğ istənilsə də o gözlənilmədən qadının yanında 500 manat beh qoyub getmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş: Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi ədəd CD diskdə olan səs yazılarına keçirilmiş xx.xx.2022-ci il tarixli baxış protokolundan görünür ki: Təqsirləndirilən şəxs: Aydının verdiyi pulu qoyuram qırağa, onu Aydın verib, 9500 manatı Aydın verib, düzdümü ? əlimə pul gəldi, 19000 ( on doqquz min) dollar, verdim sənə, ordan üstündən bir manat da götürmədim. Zərərçəkmiş şəxs: Niyə götürdün, orda 7000-dən başqa yox idi, sən özün ordan götürüb şeylərə pul verirdin, Anana, şeylərə. Təqsirləndirilən şəxs: 1500 manat pul götürmüşəm. Düzdü ? Zərərçəkmiş şəxs: Götürmüsən sən ordan, pullar götürmüsən Təqsirləndirilən şəxs: Götürüb axır sənə vermişəm də? Zərərçəkmiş şəxs: Heç onu saymırdım da, yadımda qalmayıb, ama bilirəm 7000 qalmışdı, o, yeddi mindən xərcləyirdim. Təqsirləndirilən şəxs: dollardan ? Zərərçəkmiş şəxs: bilmədim daha dollarla idi, nə idi. Təqsirləndirilən şəxs: 7000 dollar deyil, 9000 dollar idi, o gün 7000 dollar gəldi, onu gətirib verdim sənə Zərərçəkmiş şəxs: nəyə deyirsən sən ind bunları, mənə nəyə görə danışırsan ? İbtidai istintaq zamanı cinayət işinin materiallarında olan sənədlərə Zərərçəkmiş şəxs iştirakı ilə baxış keçirilmiş və aşağıdakılar müəyyən olunmuşdur: « Ağlınızı yığın başınıza və uşaqların evinin pulunu 75.000 manatı qaytarın. Şahin» Sənin arvadın Afaq bu pulu ödəyəcək! Yadda saxla. Dedin ki, şərəfsiz deyilsən, qaytaracaqsan, amma vermək istəmirsən. Bu pulları sən ödəyəcəksən və arvadın Afaq. Sizdən əl çəkən deyilik! İki balan qalsın küçələrdə ki, 4 uşaq qalıb evsiz. 4 uşağın bəlası sənin başına düşsün. Afaq! Ərin oğraş Şahin 75.000 manat və 4.500 pensiyadan çıxan kredit pulu ödəməlidi! Bil! Həbs olsa o, sən ödəyəcəksən! Pulu qaytarın! Allah sizi pis günə qoyar! ». Zərərçəkmiş şəxs həmin yazı ilə tanış oluqdan sonra həmin yazı özü tərəfindən Şahinin ailəsinə ünvanlanmış məktub olduğunu və həmin məktubu poçt vasitəsilə Şahinin yaşadığı ünvana göndərdiyini bildirdi. 1.« Birdə ki, yadda saxlayın! Elşənin balalarına sataşan və ailəsinə göz tikənin nəslini ................... edərlər! Elşənin ruhu da o dünyadan hamınızı məhv edər! Elşənin balasının pulunu yeyənin evi yıxılsın! Elşənin balasını evsiz qoyanın Allah bəlasını versin! Elşənin ruhu da sağdı, özü kimi adı yaşayırda! Elşənin balalarının heyfini qanunla sizdən çıxacağıq! Elşənin ailəsinə sataşanın, hüquqlarını pozanın, həyatını məhv edənin şərəfli! Qeyrətli! Namuslu! X4 cəzalandıracaq! Tezliklə! xx.xx.2022 Ülkər. Şahinin bədbəxt anası və Afaq. O da bədbəxt bədbəxt arvadı! Bizə danışığa özünüz gəlin, heç kimi göndərməyin! Şərəfsiz alçaq Şahin bütün bu etdikləri pozğun hərəkətlərinə, dələduzluğuna görə cavab verəcək polis qarşısında, Qanun qarşısında. Bütün Respublikada onu biabır edəcəyik evin pulunu qaytarmasa. 75.000 manat pulu yeyəndə bilməliyindinki bunun axırı nə olacaq. O elə bilirdiki 4 uşağın yiyəsi yoxdu? Amma gördüyü kimi 4 uşağın yiyəsi var. Həmişə durub kənardan baxırdı ki, Şahin nə edir! Bilin! Şahinnən əl çəkən deyilik! 75.000 manat pulu qaytarsın! Əks halda həbs olunacağ və ölənə kimi ödəməli olacağ. Əsas onun arvadına Afaqa bu pulları ödətdirəcəyik. Nətər ki, bu 4 uşağ evsiz qalıb, Şahin 2 balasını da çöldə qoyacağ DÖVLƏLİMİZ! Qeyrətli Polis oğullarımız Şahinin arxasında dura bilməz buna arxayın olun. Şahin hamıya deyirəm ki, 5 ildi ki, bu uşaqlara baxıb. Ay alçağ hər ay uşaqların pensiyasını yeyirdin, onlara yardım pul gəlirdi onu yeyirdin, qan pulu yeyən alcağ. Qeyrətsiz, şərəfsiz, namussuz, kişilikdən xəbəri olmayan alçağ Şahini bütün Saatlı tanıyacağ. 15 gün ərzində 75.000 manat pulu qaytarın.Sizə yedizdirib, xəstə dıbış oğluna xərcləyib. Ərizələrimiz qüvvədə olacaq və pul ödənilməsə həbsxanaya həyatına hazır olsun və inanmıram ki, onun kimi biqeyrət türmədə dözüb yaşaya bilə. Türməyə gedəndə ona şalvar yox! Yubka, on, yaylıq hazırlayıb qoyarsız çantasına. Kraska, pudra, pomada mən yollayacam arxayın olun! » Zərərçəkmiş şəxs həmin yazı ilə tanış oluqdan sonra həmin yazı özü tərəfindən Şahinin ailəsinə ünvanlanmış məktub olduğunu və həmin məktubu poçt vasitəsilə Şahinin yaşadığı ünvana göndərdiyini bildirdi. 1.« Şahin ALLAH səni yaman dərdə salsın! Pulu ödəməsən arvadın ödəyəcək. Tüpürüm sənin pozğun üzünə! Uşaqların yiyələri sənnən əl çəkən deyil! Afaq! Şahin 4 uşağı qoyub küçədə evsiz. 75.000 manat pulu ödəsin ödəməsə 10 il həbsə gedəcək və hər ay ona 5 min manat pul xərcləyərsiz! Uşaqların pulunu qaytarsın! Onun iki oğlu çöldə qalacaq, evinizi satdıracam. Evin pulunu verməsəniz 15 gündən sonra Şahin gedəcək həbsxanaya. Allah bilir orda onunla nə edəcəklər. Pulu daha da tez qaytaracaq. Körpə uşaqlara sataşdığına görə onun özünü arvad edəcəklər. Onun başını bütün polislər qoysun dizlərinin üstünə. Özü biləcək bu nə deməkdi. Qan pulu hər ay yeyən şahini Allah bəlasını versin! 4 balanı evsiz, ac, susuz qoyan Şahinin də 2 balası ac qalsın. Bilin ki, Şahin şərəfsizdi! Qadının puluna göz tikən alçaq. Heçnədən qorxmuram! Məhkəməyə verəcəm, sübutları, şəkilləri, səs yazılarını, qoy gedib yatsın türmədə və balaları bilsin atasız qalmaq nə deməkdi. Allah sizə səbr versin! Əsas 75.000 manat pulu 15 günə çatdırın. Şahin mesaj yazıb ki, onuda məhkəməyə verəcəm! 4 uşağın atasının qohumları pulu heç kimə bağışlamayacaq! Dərhal bəlanı Şahinə versin Allah!» Zərərçəkmiş şəxs həmin yazı ilə tanış oluqdan sonra həmin yazı özü tərəfindən Şahinin ailəsinə ünvanlanmış məktub olduğunu və həmin məktubu poçt vasitəsilə Şahinin yaşadığı ünvana göndərdiyini bildirdi. 1.«Ağaxəlil «kişi»! Yazıb sizə bildirmək istəyirəm ki, Təqsirləndirilən şəxs Bakıda 4 uşağı qoyub küçədə və 75.000 manat pulun dalına keçib! Hal hazırda iş polisdə 29 Bölmədədi. 15 gün ərzində Şahin pulu ödəməsə nəvələrin qalaq atasız və Şahin türmədə. Məndə 4 uşaqla gəlib oturacam onun evində. Mənim adıma bankdan 4.500 manat pul götürüb və pensiya kartdan pul çıxılır. Uşaqlar ac, susuz, evsiz qalıb. Ona deyin ki, ağıllı olsun, borcunu ödəsin. Sizin xəbəriniz olsun ki, Şahin nətər şərəfsiz və alçağdı. Şahinin 2 oğlu bizim 4 uşağın gününə düşsün. Birləşin və Şahinin borcunu ödəyin. Nəslinizin adını batırıb alcaq! 10 il ona iş veriləcək pulu ödəməsə! Ülkər 20 sentyabr 2022 ». Zərərçəkmiş şəxs həmin yazı ilə tanış oluqdan sonra həmin yazı özü tərəfindən Şahinin ailəsinə ünvanlanmış məktub olduğunu və həmin məktubu poçt vasitəsilə Şahinin qayınatası Ağaxəlil adlı şəxsin yaşadığı ünvana göndərdiyini bildirdi. 1.«Məlahət! Yazıb sizə bildirirəm ki, Şahin alçağ 75.000 manat pulu evi sataraq 4 uşağı qoyub çöldə! 15 gün ərində pulu ödəməsə məhkəmə olub ona 10 il həbs veriləcək. Bilin ki, Şahin alçağ, şərəfsiz bir gədədi! 4 uşağın qan pulusunu yeyib və qaytarmır. Allah qoysa şərəfli Polisimiz onun dərsini verəcək! Bilin! Şahin ödəməsə qızınız Afaq ödəyəcək 75.000 manat pulu! Allah sizə səbr versin! Şahinin də Allah başına daş salsın və ömr versin ki, həbsxanada dözə bilsin əzablara! Ülkər » Zərərçəkmiş şəxs həmin yazı ilə tanış oluqdan sonra həmin yazı özü tərəfindən Şahinin ailəsinə ünvanlanmış məktub olduğunu və həmin məktubu poçt vasitəsilə Şahinin qayınanası Məlahət adlı şəxsin yaşadığı ünvana göndərdiyini bildirdi. «Whatsapp» tətbiqində mobil nömrə və ya ad yerinə « ((())) » işarəsi qoyulmuş dialoqda « Sənin dostların gohumlarin nömrələrinə sənin videolarını atıram səs yazılarını, Şəhriyara, Nicata, Səbuhiyə, Cəlil Hüseynova, Mahura, Azikə... Peysər indi bildin ki, elimiz hara çatır! Gündə bir tema sənə soxacam. Petuxsan. Get Afaqın dalına kamera qoş yoxla gör harda kimlədi» Zərərçəkmiş şəxs həmin yazının qaynı X13 tərəfindən Təqsirləndirilən şəxs yazıldığını bildirdi. Bir nəfər qadın və bir nəfər kişinin birlikdə olan foto şəklinin Təqsirləndirilən şəxs ilə özünün olmasını bildirdi. Zərərçəkmiş şəxs “+994-77-563-85-44” saylı nömrə ilə dialoqunun qaynı X13 tərəfindən Təqsirləndirilən şəxs onun evində danışıqları qeydə almaq üçün saxladığı telefondan Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəsinin «Whatsapp» tətbiqinə göndərmiş mesaj olduğunu bildirdi. Zərərçəkmiş şəxs «Whatsapp» tətbiqində «+49-***-***-**-**» saylı mobil nömrənin qaynı X9 məxsus olmasını bildirdi. Zərərçəkmiş şəxs «Nar 2» yazısı və kişi cinsli şəxsin foto şəklinin Təqsirləndirilən şəxs aid olduğunu, «Whatsapp» tətbiqində mobil nömrə və ya ad yerinə « V V» hərfləri qeyd olunmuş iki səhifədən ibarət dilaoqun Təqsirləndirilən şəxs ilə öz arasında aparılan dialoq olmasını bildirdi. Üzərində lent olan bir nəfər kişi cinsli şəxsin və bir nəfər uşağın foto şəklinin Təqsirləndirilən şəxs ilə oğlunun foto şəklinin olmasını bildirdi. Vhatsapp» tətbiqində «+380-63- 386-78-46» saylı mobil nömrənin qaynı X9 məxsus olduğunu bildirdi. «Whatsapp» tətbiqində mobil nömrə və ya ad yerinə « ((())) » işarəsi qoyulmuş dialoqda olan yazışmaların qaynı X13 tərəfindən Təqsirləndirilən şəxs yazıldığını bildirdi. «Nar 2» yazısı və «+994-77-563-85-44» saylı mobil nömrənin Təqsirləndirilən şəxs məxsus olduğunu. Zərərçəkmiş şəxs «Whatsapp» tətbiqində «+994-51-777-10-14» saylı mobil nömrənin qızı Şahid1 məxsus olduğunu bildirdi və «Sabax gedirəm Binəqədiyə, Texniki Təchizat İdarəsinə Elçin Həsənovun qəbuluna. Nətər onu şantaj edəcəysən və bütün sənədlərin kopyasın etmisən. Sənin səs yazıların var onun haqqında bütün materiallar fleş kartda yazduğun. Ayın 18 bütün sosial şəbəkədəvə KİV lə bu məsələni qoyacam ortaya. Nazirin qəbuluna gedib bu səsləri qoyacam qabağına. Mənim evimin pulunu qaytar. Nə olursan olsun bu pulu qaytaracaqsan. Əl çəkən deyiləm» yazılarının qızı Şahid1 tərəfindən yazıldığını bildirdi. Zərərçəkmiş şəxs «Whatsapp» tətbiqində «+994-55-227-28-23» saylı mobil nömrənin özünə məxsus olduğunu və 05 vərəqdən ibarət həmin qeyri etik yazışmaların Təqsirləndirilən şəxs ilə özünün arasında aparılmış dialoq olduğunu bildirdi. İş materiallarına əlavə edilmiş uşaq foto şəklinin özünün övladının foto şəklinin olmasını bildirdi. İş materiallarına əlavə edilmiş 2021 və 2022-ci il tarixlərdə Təqsirləndirilən şəxs istifadəsində olan 5315-99**-****-4598 nömrəli bank hesabından onun istifadəsində olan 4169- 73**-****-4395 nömrəli bank hesabına göndərilmiş 61 ədəd qəbzin surəti olmaqla ümumilikdə 2.922 manat pulun qəbzlərinin surəti olmasını bildirdi. Təqsirləndirilən şəxs ona müxtəlif məbləğlərdə qeyd olunan pulları göndərsə də, həmin pullar ondan ev almaq məqsədilə aldığı pulları qaytarmaq məqsədilə ona göndərilməmişdir. Qeyd olunan pulların ev üçün verdiyi pula heç bir aidiyyəti yoxdur. Belə ki, həmin müddət ərzində Təqsirləndirilən şəxs onunla birlikdə yaşadığına və onun ehtiyaclarını ödəmək məqsədilə göndərdiyi pullar olmuşdur. “Sənədlərə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokol tərtib olunaraq iş materiallarına əlavə edilmişdir. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs ifadəsi yerində yoxlanılmış, bu barədə protokol tərtib olunaraq iş materiallarına əlavə edilmişdir. İbtidai istintaq zamanı xx.xx.2023-cü il tarixli “Götürmə haqqında” protokolla Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi içərisində səs yazısı olan 01 ədəd yaddaş kartı sonuncudan götürülmüş, həmin yaddaş kartına Təqsirləndirilən şəxs və Şahid1 iştirakı ilə ayrı-ayrılıqda baxış keçirilmişdir. Həmin yaddaş kartına baxış keçirilən zaman yaddaş kartının 4 Gb həcmli olması, içrisində 3,80 Mb həcmli, «VİD-20230927-WA0001» adlı, «(MP4) (.mp4)» formatlı 01 ədəd faylın olması aşkar edilmişdir. «VİD-20230927-WA0001» adlı fayl açıldıqda həmin faylın 1 dəqiqə 36 saniyə müddətində səs yazısı müəyyən edildi və Təqsirləndirilən şəxs həmin səs yazısını dinlədikdən sonra Zərərçəkmiş şəxs qızı Şahid1 ilə onun arasında olan səs yazısı olmasını bildirdi. Həmin dialoq aşağıdakı kimidir: Təqsirləndirilən şəxs: Deyirsən, nəzərdə tutursan, evdi fatoş, bilirəm, onun ən böyük problemi evdi, maman özü də bu işin içindədi, özü də bilir ki, pul kimdədi, nədi, necədi. Hamısını gözəl bilir. Amma ona baxmayaraq mən öz evimi satışa qoymuşam, özünə də demişəm ki, makler səni tanımır ki? Get maklerin yanına get denə mənə belə bir ev lazımdı, aparıb birinci bizim evi göstərəcək. Mən maklerə demişəm ki yaxşı hörmət edəcəm mənim evimi sat. Yetər ki, mamava görə yox ha, sizə görə, 4 dənə uşağı var, sizə görə ki, bu insanın 4 dənə yetimi var. Heç kim sizi haqqıvızı yeyə bilməz. Nə də ona mən yol vermərəm. Uzana bilər, bir ay da uzana bilər, iki ay da uzana bilər, bir il də uzanır, il yarım də uzanır. Amma bu o demək deyil ki, sizin eviniz alınmayacaq, evinizin pulu verilməyəcək, bu o demək deyil. Şahid1: Mən bilirəm onu. Mən sizə inanıram. Təqsirləndirilən şəxs: İnanmaq söhbəti deyile, yəni mənim Allahım var, vijdanım var, balam var, mənim iki dənə balam var. Mənim balamın qabağına çıxar o. Mən bunları düşünən insanam, vijdanım var, vijdansız deyiləm. Maman onu bilmirəm necə dəyərləndirir. Əlli min dəfə demişəm mamava, davalarımızda ki, Ülkər gedək natariusa mən sənə dilimnən kağız verim, 6 ay içində sənə o evi alıb verə bilməsəm get mənim evidə propiskaya dur, demişəm gedib sənədi keçirim sənin adıva, səni propiskaya salım, mən sənə özümü necə sübut eliyim? Mən sənə özümü necə doğruldum? Bunların hamısı olub fatoş. “Yaddaş kartına baxış keçirilməsi haqqında” xx.xx.2023 və xx.xx.2023-cü il tarixli protokollar tərtib olunaraq iş materiallarına əlavə edilmişdir. İbtidai istintaq zamanı Şahid1 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə protokolundan görünür ki, tərəflər istintaqa verdikləri ifadələri bir-birlərinin üzünə qarşı bildirmişlər. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə protokolundan görünür ki, tərəflər istintaqa verdikləri ifadələri bir-birlərinin üzünə qarşı bildirmişlər. İş materiallarında olan xx.xx.2023, xx.xx.2023, xx.xx.2023 və 13.11,2023-cü il tarixli “Vurulmuş ziyanın ödənilməsi haqqında” protokollardan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurulmuş maddi ziyanın ödənilməsi üçün 20.000 manat pulu istintaqa təqdim etmiş, xx.xx.2023 və 13.11,2023-cü il tarixli “Maddi ziyanın təqdim olunması haqqında” protokollarla 20.000 manat pul Zərərçəkmiş şəxs təqdim edilmişdir. Azercell Telekom MMC-nin xx.xx.2023-cü il tarixli 24837 saylı məktubuna əlavə edilmiş 01 ədəd CD diskə baxış zamanı müəyyən edildi ki, diskin içərisində 22 ədəd olmaqla «502107876_SMS-APREL2022», «502107876_SMSFEVRALMAY2021»,«502107876_SMSNOYABR2020»,«502151501_S MS- APREL2022»,«502151501 SMSFEVRALMAY2021», «502151501SMS NOYABR2020», «517771014_SMS-APREL2022», «517771014SMS FEVRAL MAY2021», «517771014_SMS- NOYABR2020», «**********76 APREL2022», «**********76 FEVRAL-MAY2021», «**********76 NOYABR2020», «**********01-APREL 2022», «**********0FEVRAL MAY2021», «**********01 NOYABR2020», «**********14-APREL2022», «**********14 -FEVRAL-MAY 2021», «**********14- NOYABR 2020», «abuneciler», «APREL 2022», «fevral-may 2021», və «NOYABR- 2020» adlı faylların olması aşkar edildi. «abuneciler» adlı fayla baxış keçirilən zaman ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrin Təqsirləndirilən şəxs, ***-***-**-** saylı mobil nömrənin isə Zərərçəkmiş şəxs adına qeydiyyata alınması müəyyən olundu. «fevralmay2021 adlı fayla baxış keçirilən zaman 2021-ci ili aprel və may aylarında Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrə ilə Zərərçəkmiş şəxs istifadəsində olan ***-***- **-** saylı nömrə arasında çoxlu sayda danışıqların aparılması müəyyən olundu. Diskdə olan digər fayllarda iş üçün əhəmiyyət kəsb edən məlumat aşkar olunmadı. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş 01 ədəd CD diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, diskin içərisində 03 ədəd olmaqla «SMS Tarixcesi **********5749 552272823», «Zenglerin Detallasmasi********************823 42022» və «X5 **********3200 ********* BKC 42022» «pdf» formatlı faylların olması aşkar edildi. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs təqdim etdiyi içərisində səs danışıq qeydləri olan 01 ədəd “Toshiba” markalı yaddaş kartı və Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində səs danışıq qeydləri olan 01 ədəd disk, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 24837 nömrəli məktubuna qoşma şəklində əlavə edilmiş 01 ədəd CD disk və "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli V KS/LG L-15042/23 nömrəli məktubuna qoşma şəklində əlavə edilmiş 01 ədəd CD disk maddi sübut kimi tanınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi şəxsin xx.xx.2023-cü il tarixli 6169 saylı məktubuna əlavə edilmiş 3104 saylı rəydə qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəlik aşkar olunmur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə və həmin tarixdən sonrakı tarixlərdə qərarda qeyd edilən əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Məhkəmənin hüquqi qiymətləndirməsi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilməyərək göstərdi ki, zərərçəkmiş şəxslə qeyri-rəsmi ailə münasibətləri olub, özü ailəlidir iki övladı var. Ülkərlə 2020-ci ildə məhkəmə mübahisəsi ilə bağlı tanış olublar. Sonra Ülkərgil evlərini satmışdılar və ev almaq istəyirdilər. Həmin vaxt dostu Binəqədi rayonunda yerləşən həyət evini 100 min manata satırdı. O, Ülkərə təklif etdi ki, dostu evini 100 min manata satır, əgər istiyirsə, onları tanış eləsin və həmin evi alsınlar. Sonra birlikdə getdilər, evə baxdılar. Evə baxış zamanı Aydınla danışdılar, Ülkər bildirdi ki, 60 min manat pulu var, qalan 40 min manat pulu avqust ayına kimi ödəyəcək, Aydın da razılaşdı və bildirdi ki, Şahini tanıyır, gəlib evdə qala bilərlər. Evə baxdıqdan sonra evi bəyəndilər. Sonra Ülkərgildən 60 min manat pulu alıb, aparıb Aydına vermiş və evin açarlarını Aydından almışdır. 3-5 gün sonra Ülkərgili həmin evə köçürdülər. Ülkər avqust ayında ona 50 min manat pul gələcəyini bildirmişdi. Avqust ayında həmin vəsait gəlmədi, Aydın da ondan 40 min manat pulu soruşurdu. Ülkər bir az da gözləmələrini bildirdi. Oktyabr ayında Aydınla mübahisələri oldu, Aydın dedi ki, ya 40 min manat pulu verin, ya da evdən çıxın. O isə Aydına bildirdi ki, onda pulu geri qaytarmaq lazımdı. Aydın ona vəd verdi ki, 60 min manat pulu qısa zamanda qaytaracaq. X24 evindən çıxardıb, Yasamal rayonunda kirayə ev tapıb, ora köçürmüşdür. Yasamal rayonunda kirayədə yaşadığı müddətdə Aydından 9500 manat pul alıb, Ülkərə vermişdir. Ülkərlə aralarında yaxın münasibət olduğuna görə, pulu hər hansı sənədlə verməyə ehtiyac yox idi. Aydından pulu tam ala bilmirdi, hissə-hissə alırdı, sonra Aydından 7 min manat almışdır. Sonra özünə bir yerdən pul gəlmişdi, həmin puldan 9 min dollar Ülkərə vermişdir. O şikayət olunmamışdan əvvəl Ülkərə ümumilikdə 40 min manat civarında pul vermiş, ibtidai istintaq zamanı isə 20 min manat vermişdir. Sonuncu dəfə 7 min dollar qaytaranda, dostu Şahid4 yanında olub, xanım dedi ki, başı ağrıyır, uşağı göndərir, bu səbəbdən pulu qızına vermişdir. Aydının evi həyət evi idi, Biləcəri qəsəbəsində yerləşirdi. Ev kupçalı deyildi, müqavilə ilə satılacaqdı. Əvvəl Din-nin Maddi-Texniki Təminat Baş İdarəsində inspektor işləmişdir. 650 manat maaş alırdı. O, Ülkərin kirayə pulunu, kommunal xərclərini verirdi. Tanış olandan 1 ay sonra bu məsələ olub. Məhkəmədə onun bu ifadələri araşdırılarkən öz təsdiqini tapmadı. Belə ki, məhkəmənin gəldiyi bu qənaət iş üzrə dindirilmiş zərərçəkmiş şəxs və şahid ifadələri, üzləşdirmə protokolları, “Sənədlərə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokol, “Yaddaş kartına baxış keçirilməsi haqqında” xx.xx.2023 və xx.xx.2023-cü il tarixli protokollar, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixli “Vurulmuş ziyanın ödənilməsi haqqında”, xx.xx.2023 və xx.xx.2023-cü il tarixli “Maddi ziyanın təqdim olunması haqqında” protokollar, diskə baxış protokolları və digər məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materialları və işin faktiki halları baxımından da əsaslıdır. Məhkəmə, yuxarıda təsvir olunan sübutlar əsasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməlini törətdiyi qənaətinə gəlir. O, bu əməli qəsdən və anlaqlı vəziyyətdə törətmişir. Çünki məhkəmədə bunan əksi müəyyən olunmadı. Məhkəmədə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməsi, zərərçəkmiş şəxslə barışması müəyyən olundu. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-in 73-1.3-cü maddəsinə əsasən, həmin məcəllənin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və dəymiş zərəri tam ödədikdə, həmçinin cinayət nəticəsində vurulmuş ziyanın əlli faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad oluna bilər. Məhkəməyə müdafiə tərəfindən təqdim olunmuş 03 dekabr 2024-cü il tarixli ödəniş qəbzlərindən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-in 73-1.3-cü maddəsində göstərilən tələblər baxımından dəymiş ziyanın əlli faizi olaraq 37.500 ( otuz yeddi min beş yüz) manat dövlət büdcəsinə ödənilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs himayəsində 02 yetkinlik yaşına çatmayan övladının olması, əvvəllər məhkum olunmaması, zərərçəkmiş şəxsə dəymiş ziyanın bir hissəsini ibtidai istintaq zamanı, bir hissəsini isə məhkəmə baxışı zamanı ödəməsi müəyyən olundu. Məhkəmə həmin halları Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən hallar kimi nəzərə alır. Məhkəmə həmin hal üzrə cinayət qanununun tələblərini, həmçinin Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən halları nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 73-1.3-cü maddəsində göstərilən əsaslarla təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsinə münasibətdə cinayət məsuliyyətindən azad edilməsini əsaslı sayır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir və məhkəmə xərci yoxdur. Məhkəmə iş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs təqdim etdiyi içərisində səs danışıq qeydləri olan 01 ədəd “Toshiba” markalı yaddaş kartı və Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində səs danışıq qeydləri olan 01 ədəd disk, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 24837 nömrəli məktubuna qoşma şəklində əlavə edilmiş 01 ədəd CD disk və "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli V KS/LG L-15042/23 nömrəli məktubuna qoşma şəklində əlavə edilmiş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və cinayət işinin icraatına xitam verilməsi qənaətinə gəldiyindən onun barəsində qətimkan tədbiri qismində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin ləğv edilməsini əsaslı sayır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, Azərbaycan Respublikası CM-nin 73-1.3-cü maddəsində göstərilən əsaslarla cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv olunsun. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs təqdim etdiyi içərisində səs danışıq qeydləri olan 01 ədəd “Toshiba” markalı yaddaş kartı və Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində səs danışıq qeydləri olan 01 ədəd disk, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 24837 nömrəli məktubuna qoşma şəklində əlavə edilmiş 01 ədəd CD disk və "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli V KS/LG L-15042/23 nömrəli məktubuna qoşma şəklində əlavə edilmiş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı andan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar