Məhkəmə qərarları › İş №1(101)-2026/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-2026/2024

05.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-2026/2024 05.08.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ (cinayət işinin baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə) Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, müdafiəçilər - Bakı şəhəri, 20 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi3, Müdafiəçi1 və Müdafiəçi2 iştirakı ilə, xx xxxx 1994-cü ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum edilməmiş, Naxçıvan MR, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4, 178.4 və 193-1.3.2-ci maddələri, xx xxxxxx 1990-cı ildə Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, himayəsində 1 azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum edilməmiş, ünvan 2 ünvanında qeydiyyatda olan, ünvan 3a yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4 və 193-1.3.2-ci maddələri, xx xxxxxxxx 1982-ci ildə Ermənistan Respublikası, Krasnoselo rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum edilməmiş, "xxxx" MMC-də mühasib vəzifəsində işləyən, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Kamil Abdulla küçəsi, “Hövsan südçülük sovxozu” yaşayış massivi, ev 18 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4 və 193-1.3.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Məhkəmənin icraatına Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4, 178.4 və 193-1.3.2-ci maddələri, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4 və 193-1.3.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi daxil olmuşdur. Məhkəmə cinayət işində irəli sürülmüş ittihamların mahiyyəti üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünü cinayət prosesi tərəflərinin iştirakı ilə ilkin dinləmələr vasitəsi ilə yoxlayıb belə nəticəyə gəlir ki, qeyd edilən cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 298.5-ci maddəsinə əsasən, cinayət işinin materialları məhkəmə tərəfindən öyrənilərkən məlum olmuşdur ki, ittiham aktına əsasən Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Şahid3, Şahid1, Şahid2 və qeyriləri ilə vahid niyyətlə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma yolu ilə xüsusilə külli miqdarda ziyan vurmaqla dövlət əmlakını ələ keçirmək, cinayət yolu ilə əldə edildiyini bilə-bilə əmlakın əldə edilməsinin həqiqi mənbəyini gizlətmək məqsədilə belə əmlakı köçürməklə, habelə həmin məqsədlə cinayət yolu ilə əldə edilmiş əmlakdan istifadə etməklə maliyyə əməliyyatlarını və ya digər əqdləri həyata keçirərək xeyli miqdarda cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmaq barədə razılığa gəlib qabaqcadan əlbir olan bir qrup şəxs halında hərəkət edərək, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət, ictimai iaşə və tibb fəaliyyəti göstərən, o cümlədən özəl tibbi praktika ilə məşğul olan şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla) və xidmətlərə, eləcə də işğaldan azad edilmiş ərazilər daxilində yerləşmə vasitələri hesab edilən mehmanxanalar (hotellər) tərəfindən göstərilən gecələmə və qalma xidmətlərinə görə ödənilmiş ƏDV-nin qaytarılması” Qaydasının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli Fərmanının 3.1-ci bəndinə əsasən istehlakçı tərəfindən ödənilmiş ƏDV-nin həmin Qaydanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin xətti ilə dövlət büdcəsinə daxil olan ƏDV üzrə faktiki mədaxilin həmin məbləğ həddində azaldılması hesabına geri qaytarılmasının təmin edilməsi öhdəliyi üzərinə qoyulmuş Azərbaycan Respublikasının Maliyyə Nazirliyini aldadaraq razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq hər hansı kommersiya əməliyyatları həyata keçirmək niyyəti olmadığı halda fiziki şəxslər Şahid6 (VÖEN:**********), Şahid5 (VÖEN:**********), Şahid7 (VÖEN: **********), Şahid8 (VÖEN: **********), Şahid11 (VÖEN: **********), Şahid10 (VÖEN: **********), Şahid9 (VÖEN: **********) adlarına VÖEN-lərin açılmasının təmin edilərək əlavə dəyər vergisinin ödəyicisi kimi qeydiyyata alınmasına nail olduqdan sonra 2022-ci il ərzində Bakı şəhərində, habelə respublika ərazisinin müxtəlif ərazilərində istintaqla müəyyən edilməyən ünvanlarda hər hansı real kommersiya əməliyyatları həyata keçirmədən qeyd edilən vergi ödəyicilərinin eyniləşdirmə nömrələri əsasında rəsmi olaraq Dövlət Vergi Xidmətinin Elektron İnformasiya sisteminə qoşulmuş yeni nəsil nəzarət-kassa aparatlarından istifadə edib cinayətkar qrupun üzvləri ilə birgə, istintaqla müəyyən edilməmiş üsulla reallıqda mövcud olmayan müxtəlif çeşidli malları həmin VÖEN-lər əsasında quraşdırılmış nəzarət-kassa aparatlarına mədaxil əməliyyatı kimi göstərməklə daxil etmiş və real əməliyyatlar aparılıb mallar təqdim olunmadan nəzarət-kassa aparatı vasitəsilə nağd satış əməliyyatları etməklə üzərində müxtəlif məbləğlərdə rəqəmlər olan və ödənilmiş ƏDV məbləğlərinin qaytarılması hüququ verən qeyd olunan “QR-kodlu” nəzarət-kassa aparatı çeklərinin təşkil etdiyi xüsusi proqram vasitəsi ilə və qrup üzvləri tərəfindən bilavasitə çap edilməsini təşkil etdikdən sonra aldatma yolu ilə Azərbaycan Respublikası dövlət büdcəsinə məxsus əmlakı ələ keçirmək və cinayət yolu ilə əldə edildiyini bilə-bilə əmlakın əldə edilməsinin həqiqi mənbəyini gizlətmək məqsədilə qanunsuz çap etdikləri ƏDV məbləğlərini qaytarılması hüququ verən həmin nəzarət-kassa aparatı çekləri barədə məlumatları “ödənilmiş ƏDV məbləğinin qaytarılması ilə bağlı” müraciət kimi cinayətin törədilməsindən xəbəri olmayan minlərlə şəxsin adlarına açılmış “ƏDV geri al” portallarına daxil edərək, həmin əməliyyatların nəticəsində Təqsirləndirilən şəxs2, Şahid3, Şahid1, Şahid2 oğlu, Təqsirləndirilən şəxs3 və qeyriləri ilə qabaqcadan əlbir olaraq Şahid6 VÖEN-i üzrə 606357,66 manat, Şahid5 VÖEN-i üzrə 669265,24 manat, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və qeyriləri ilə qabaqcadan əlbir olaraq Şahid11 VÖEN-i üzrə 769588,22 manat, Şahid9 VÖEN-i üzrə 849132,72 manat, Şahid10 VÖEN-i üzrə 493205,41 manat, Təqsirləndirilən şəxs3 və qeyriləri ilə qabaqcadan əlbir olaraq Şahid7 VÖEN-i üzrə 321202,16 manat, Şahid8 VÖEN-i üzrə 317373,31 manat olmaqla, ümumilikdə xüsusilə külli miqdar təşkil edən 4026124,72 manat məbləğində pul vəsaitini müvəkkil banklardan qeyd edilən portallara, həmin portallardan isə özünün yaxın qohumlarının və ya cinayətkar qrupun üzvlərinin və digər şəxslərin (və ya onlarla əlaqəli digər şəxslərin) bank kartlarına köçürülməklə ələ keçirilməsinə və cinayət yolu ilə əldə olunmuş qeyd edilən pul vəsaitinin qanuni görkəm almasına nail olmuş və bununla da, qabaqcadan əlbir olan bir qrup şəxs halında dövlət büdcəsi vəsaitindən istifadə sahəsində dövlət nəzarətini həyata keçilməsini təmin edən Azərbaycan Respublikası Maliyyə Nazirliyinə xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş və xeyli miqdarda cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmışdır. Bundan başqa, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 2022-ci ilin iyul ayı ərzində Abşeron rayonu, Novxanı qəsəbəsində yaşayan tanışları Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 Bakı şəhəri, Qaradağ rayonunda yerləşən “Sədərək” ticarət mərkəzində fəaliyyət göstərən istintaqla müəyyən edilməyən şəxsə məxsus anbarların birində satılmış malların qarşılığında müştərilərə yeni nəsil nəzarət-kassa aparatlarından istifadə etməklə çap edilib verilməli olan, üzərilərində müxtəlif məbləğlərdə rəqəmlər qeyd edilən rulon şəklində satış çeklərində qeyd edilən “QR” kodun “edvgerial.az” portalına daxil edilməklə alış-verişin dəyərinin müəyyən faizinin 2021-2022-ci illər ərzində Azərbaycan Respublikası ərazisində müxtəlif şəxslərə dövlət büdcəsindən qaytarılması nəzərdə tutulmuş məbləğlərin müəyyən faizi şəklində geri qayıdacağını vəd verib inandıraraq Zərərçəkmiş şəxs2 məxsus 18600 manat, Zərərçəkmiş şəxs4 məxsus 6800 manat və Zərərçəkmiş şəxs3 məxsus 10000 manat pul vəsaitini tanışı Şahid20 vasitəsilə Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində qanunsuz ələ keçirməklə zərərçəkmiş şəxslərə vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə xeyli miqdar təşkil edən 35400 manat ziyan vurmaqla dələduzluq etmişdir. Həmçinin ittiham aktına əsasən, Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ona görə ki, o, tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Şahid3, Şahid1, Şahid2 və qeyriləri ilə vahid niyyətlə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma yolu ilə xüsusilə külli miqdarda ziyan vurmaqla dövlət əmlakını ələ keçirmək, cinayət yolu ilə əldə edildiyini bilə-bilə əmlakın əldə edilməsinin həqiqi mənbəyini gizlətmək məqsədilə belə əmlakı köçürməklə, habelə həmin məqsədlə cinayət yolu ilə əldə edilmiş əmlakdan istifadə etməklə maliyyə əməliyyatlarını və ya digər əqdləri həyata keçirərək xeyli miqdarda cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmaq barədə razılığa gəlib qabaqcadan əlbir olan bir qrup şəxs halında hərəkət edərək “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət, ictimai iaşə və tibb fəaliyyəti göstərən, o cümlədən özəl tibbi praktika ilə məşğul olan şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla) və xidmətlərə, eləcə də işğaldan azad edilmiş ərazilər daxilində yerləşmə vasitələri hesab edilən mehmanxanalar (hotellər) tərəfindən göstərilən gecələmə və qalma xidmətlərinə görə ödənilmiş ƏDV-nin qaytarılması” Qaydasının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli Fərmanının 3.1-ci bəndinə əsasən istehlakçı tərəfindən ödənilmiş ƏDV-nin həmin Qaydanın tələblərinə uyğun olaraq, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin xətti ilə dövlət büdcəsinə daxil olan ƏDV üzrə faktiki mədaxilin həmin məbləğ həddində azaldılması hesabına geri qaytarılmasının təmin edilməsi öhdəliyi üzərinə qoyulmuş Azərbaycan Respublikasının Maliyyə Nazirliyini aldadaraq razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq hər hansı kommersiya əməliyyatları həyata keçirmək niyyəti olmadığı halda fiziki şəxslər Şahid6 (VÖEN:**********), Şahid5 (VÖEN:**********), Şahid11 (VÖEN: **********), Şahid10 (VÖEN: **********), Şahid9 (VÖEN: **********) adlarına VOEN-lərin açılmasının təmin edilərək əlavə dəyər vergisinin ödəyicisi kimi qeydiyyata alınmasına nail olduqdan sonra 2022-ci il ərzində Bakı şəhərində, habelə respublika ərazisinin müxtəlif ərazilərində istintaqla müəyyən edilməyən ünvanlarda hər hansı real kommersiya əməliyyatları həyata keçirmədən qeyd edilən vergi ödəyicilərinin eyniləşdirmə nömrələri əsasında rəsmi olaraq Dövlət Vergi Xidmətinin Elektron İnformasiya sisteminə qoşulmuş yeni nəsil nəzarət-kassa aparatlarından istifadə edib cinayətkar qrupun üzvləri ilə birgə istintaqla müəyyən edilməmiş üsulla reallıqda mövcud olmayan müxtəlif çeşidli malları həmin VÖEN-lər əsasında quraşdırılmış nəzarət-kassa aparatlarına mədaxil əməliyyatı kimi göstərməklə daxil etmiş və real əməliyyatlar aparılıb mallar təqdim olunmadan nəzarət-kassa aparatı vasitəsilə nağd satış əməliyyatları etməklə üzərində müxtəlif məbləğlərdə rəqəmlər olan və ödənilmiş ƏDV məbləğlərinin qaytarılması hüququ verən qeyd olunan “QR-kodlu” nəzarət-kassa aparatı çeklərinin təşkil etdiyi xüsusi proqram vasitəsi ilə və qrup üzvləri tərəfindən bilavasitə çap edilməsini təşkil etdikdən sonra aldatma yolu ilə Azərbaycan Respublikası dövlət büdcəsinə məxsus əmlakı ələ keçirmək və cinayət yolu ilə əldə edildiyini bilə-bilə əmlakın əldə edilməsinin həqiqi mənbəyini gizlətmək məqsədilə qanunsuz çap etdikləri ƏDV məbləğlərinin qaytarılması hüququnu verən həmin nəzarət- kassa aparatı çekləri barədə məlumatları “ödənilmiş ƏDV məbləğinin qaytarılması ilə bağlı” müraciət kimi cinayətin törədilməsindən xəbəri olmayan minlərlə şəxsin adlarına açılmış “ƏDV geri al” portallarına daxil edərək həmin əməliyyatların nəticəsində Təqsirləndirilən şəxs1, Şahid3, Şahid1, Şahid2 oğlu, Təqsirləndirilən şəxs3 və qeyriləri ilə qabaqcadan əlbir olaraq Şahid6 VÖEN-i üzrə 606357,66 manat, Şahid5 VÖEN-i üzrə 669265,24 manat, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və qeyriləri ilə qabaqcadan əlbir olaraq Şahid11 VÖEN-i üzrə 769588,22 manat, Şahid9 VÖEN-i üzrə 849132,72 manat, Şahid10 VÖEN-i üzrə 493205,41 manat olmaqla, ümumilikdə xüsusilə külli miqdar təşkil edən 3387549,25 manat məbləğində pul vəsaitini müvəkkil banklardan qeyd edilən portallara, həmin portallardan isə özünün yaxın qohumlarının və ya cinayətkar qrupun üzvlərinin və digər şəxslərin (və ya onlarla əlaqəli digər şəxslərin) bank kartlarına köçürülməklə ələ keçirilməsinə və cinayət yolu ilə əldə olunmuş qeyd edilən pul vəsaitinin qanuni görkəm almasına nail olmuş və bununla da, qabaqcadan əlbir olan bir qrup şəxs halında dövlət büdcəsi vəsaitindən istifadə sahəsində dövlət nəzarətinin həyata keçilməsini təmin edən Azərbaycan Respublikası Maliyyə Nazirliyinə xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş və xeyli miqdarda cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmışdır. Həmçinin ittiham aktına əsasən, Təqsirləndirilən şəxs3 təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ona görə ki, o, tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Şahid3, Şahid1, Şahid2 və qeyriləri ilə vahid niyyətlə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma yolu ilə xüsusilə külli miqdarda ziyan vurmaqla dövlət əmlakını ələ keçirmək, cinayət yolu ilə əldə edildiyini bilə-bilə əmlakın əldə edilməsinin həqiqi mənbəyini gizlətmək məqsədilə belə əmlakı köçürməklə, habelə həmin məqsədlə cinayət yolu ilə əldə edilmiş əmlakdan istifadə etməklə maliyyə əməliyyatlarını və ya digər əqdləri həyata keçirərək xeyli miqdarda cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmaq barədə razılığa gəlib qabaqcadan əlbir olan bir qrup şəxs halında hərəkət edərək “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət, ictimai iaşə və tibb fəaliyyəti göstərən, o cümlədən özəl tibbi praktika ilə məşğul olan şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla) və xidmətlərə, eləcə də işğaldan azad edilmiş ərazilər daxilində yerləşmə vasitələri hesab edilən mehmanxanalar (hotellər) tərəfindən göstərilən gecələmə və qalma xidmətlərinə görə ödənilmiş ƏDV-nin qaytarılması” Qaydasının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli Fərmanının 3.1-ci bəndinə əsasən istehlakçı tərəfindən ödənilmiş ƏDV-nin həmin Qaydanın tələblərinə uyğun olaraq, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin xətti ilə dövlət büdcəsinə daxil olan ƏDV üzrə faktiki mədaxilin həmin məbləğ həddində azaldılması hesabına geri qaytarılmasının təmin edilməsi öhdəliyi üzərinə qoyulmuş Azərbaycan Respublikasının Maliyyə Nazirliyini aldadaraq razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq hər hansı kommersiya əməliyyatları həyata keçirmək niyyəti olmadığı halda fiziki şəxslər Şahid6 (VÖEN:**********), Şahid5 (VÖEN:**********), Şahid7 (VÖEN: **********), Şahid8 (VÖEN: **********), Şahid11 (VÖEN: **********), Şahid10 (VÖEN: **********), Şahid9 (VÖEN: **********) adlarına VÖEN-lərin açılmasının təmin edilərək əlavə dəyər vergisinin ödəyicisi kimi qeydiyyata alınmasına nail olduqdan sonra 2022-ci il ərzində Bakı şəhərində, habelə respublika ərazisinin müxtəlif ərazilərində istintaqla müəyyən edilməyən ünvanlarda hər hansı real kommersiya əməliyyatları həyata keçirmədən qeyd edilən vergi ödəyicilərinin eyniləşdirmə nömrələri əsasında rəsmi olaraq Dövlət Vergi Xidmətinin Elektron İnformasiya sisteminə qoşulmuş yeni nəsil nəzarət-kassa aparatlarından istifadə edib cinayətkar qrupun üzvləri ilə birgə istintaqla müəyyən edilməmiş üsulla reallıqda mövcud olmayan müxtəlif çeşidli malları həmin VÖEN-lər əsasında quraşdırılmış nəzarət-kassa aparatlarına mədaxil əməliyyatı kimi göstərməklə daxil etmiş və real əməliyyatlar aparılıb mallar təqdim olunmadan nəzarət-kassa aparatı vasitəsilə nağd satış əməliyyatları etməklə üzərində müxtəlif məbləğlərdə rəqəmlər olan və ödənilmiş ƏDV məbləğlərinin qaytarılması hüququ verən qeyd olunan “QR-kodlu” nəzarət-kassa aparatı çeklərinin təşkil etdiyi xüsusi proqram vasitəsi ilə və qrup üzvləri tərəfindən bilavasitə çap edilməsini təşkil etdikdən sonra aldatma yolu ilə Azərbaycan Respublikası dövlət büdcəsinə məxsus əmlakı ələ keçirmək və cinayət yolu ilə əldə edildiyini bilə-bilə əmlakın əldə edilməsinin həqiqi mənbəyini gizlətmək məqsədilə qanunsuz çap etdikləri ƏDV məbləğlərinin qaytarılması hüququ verən həmin nəzarət-kassa aparatı çekləri barədə məlumatları “ödənilmiş ƏDV məbləğinin qaytarılması ilə bağlı” müraciət kimi cinayətin törədilməsindən xəbəri olmayan minlərlə şəxsin adlarına açılmış “ƏDV geri al” portallarına daxil edərək həmin əməliyyatların nəticəsində Təqsirləndirilən şəxs2, Şahid3, Şahid1, Şahid2 oğlu, Təqsirləndirilən şəxs3 və qeyriləri ilə qabaqcadan əlbir olaraq Şahid6 VÖEN-i üzrə 606357,66 manat, Şahid5 VÖEN-i üzrə 669265,24 manat, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və qeyriləri ilə qabaqcadan əlbir olaraq Şahid11 VÖEN-i üzrə 769588,22 manat, Şahid9 VÖEN-i üzrə 849132,72 manat, Şahid10 VÖEN-i üzrə 493205,41 manat, Təqsirləndirilən şəxs1 və qeyriləri ilə qabaqcadan əlbir olaraq Şahid7 VÖEN-i üzrə 321202,16 manat, Şahid8 VÖEN-i üzrə 317373,31 manat olmaqla, ümumilikdə xüsusilə külli miqdar təşkil edən 4026124,72 manat məbləğində pul vəsaitini müvəkkil banklardan qeyd edilən portallara, həmin portallardan isə özünün yaxın qohumlarının və ya cinayətkar qrupun üzvlərinin və digər şəxslərin (və ya onlarla əlaqəli digər şəxslərin) bank kartlarına köçürülməklə ələ keçirilməsinə və cinayət yolu ilə əldə olunmuş qeyd edilən pul vəsaitinin qanuni görkəm almasına nail olmuş və bununla da, qabaqcadan əlbir olan bir qrup şəxs halında dövlət büdcəsi vəsaitindən istifadə sahəsində dövlət nəzarətinin həyata keçilməsini təmin edən Azərbaycan Respublikası Maliyyə Nazirliyinə xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş və xeyli miqdarda cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmışdır. Məhkəmə kollegiyası cinayət işi üzrə tərtib edilmiş ittiham aktını cinayət işinin materialları əsasında yoxlayıb belə nəticəyə gəlir ki, ittiham aktı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 289-cu maddəsinin tələblərinə cavab vermir. Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyində cinayət işi üzrə tərtib edilməli olan ittiham aktında hansı məsələlərin dəqiq və konkret şəkildə göstərilməsinə dair tələblər nəzərdə tutulduğu halda, hazırkı iş üzrə tərtib olunmuş ittiham aktında prosessual qanunvericiliyin bir sıra tələblərinə riayət edilməmişdir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 289.3.1-ci maddəsinə əsasən, ittiham aktının təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər məlumatlar göstərilməsinə dair konkret tələb olduğu halda, hər üç təqsirləndirilən şəxsə münasibətdə cinayətin törədilmə vaxtı və yeri dəqiq göstərilməmişdir. Əksinə, ittiham aktında cinayətin törədilmə vaxtı və yeri barədə məlumat «2022-ci il ərzində Bakı şəhərində, habelə respublika ərazisinin müxtəlif ərazilərində istintaqla müəyyən edilməyən ünvanlarda» kimi ifadə olunmuşdur. Cinayətin törədilmə vaxtı ittiham aktında ümumi şəkildə 2022-ci il kimi göstərilsə də, müdafiə hüququnun təmin edilməsi baxımından məhkəmə hesab edir ki, bu vaxt qeyri-müəyyən olmaqla təqsirləndirilən şəxslərin özlərini müdafiə etmək hüquqlarını məhdudlaşdırır. Belə ki, ibtidai istintaq orqanı cinayətin törədilmə üsulu və mexanizmini müəyyən etdiyi halda, sübutetmə zamanı əldə etdiyi mötəbər sübutlara əsaslanmaqla cinayətlərin törədilməsinin başlandığı və bitdiyi vaxtı mümkün qədər dəqiq müəyyən etməlidir. Digər məsələ ondan ibarətdir ki, ittiham aktında cinayətlərin törədildiyi yer də dəqiq göstərilməmiş, nəticədə hazırkı mərhələdə cinayət işinin məhkəmə aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasında törədilib-törədilməməsi nəticəsinə gəlmək mümkün deyildir. Belə ki, ittiham aktında hər üç təqsirləndirilən şəxsin törətdikləri cinayətlərin yeri kimi Bakı şəhəri, habelə respublika ərazisinin müxtəlif əraziləri göstərilmişdir. Həmçinin, cinayət işinin materiallarından (dindirmə protokolları, disklər və sair prosessual sənədlər) məlum olur ki, təqsirləndirilən şəxslərə verilmiş ittihamlar üzrə bəzi cinayət epizodları Abşeron rayonu ərazisində baş vermişdir. Cinayət əməllərinin harada törədilməsi və həmin cinayət əməllərinin harada başa çatması ciddi şəkildə yoxlanılmalı və müəyyən edilməli olan məsələ olmaqla yanaşı, məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün olduqca əhəmiyyətlidir. Göstərilən məsələ ilə əlaqədar həmçinin qeyd edilməlidir ki, ibtidai istintaq orqanı tərəfindən cinayətlərin törədildiyi və başa çatdığı yer dəqiq şəkildə müəyyən edilməmiş, göstərilən məsələlərin məhkəmə hazırlıq iclasında müəyyən edilməsi mümkün deyildir. Bu səbəbdən məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4 və 193-1.3.2-ci maddələri ilə ittihamlar verərkən iş üzrə cinayətlərin törədilməsi vaxtı və yeri kimi əhəmiyyət kəsb edən halları tam araşdırmamış və nəticədə göstərilən iki məsələ ilə bağlı təqsirləndirilən şəxslərə qeyri-müəyyən xarakter daşıyan ittihamlar irəli sürmüşdür. Bu isə bilavasitə Azərbaycan Respublikası CPM-nin 303.3.1 (müdafiə hüququnun pozulması) və 303.3.6-cı maddələrinin pozuntusunu təşkil edir. İttiham aktında yol verilmiş digər qeyri-müəyyənlik isə ondan ibarətdir ki, Təqsirləndirilən şəxs1 Şahid6 VÖEN-i üzrə 606357,66 manat, Şahid5 VÖEN-i üzrə 669265,24 manata münasibətdə Təqsirləndirilən şəxs2, Şahid3, Şahid1, Şahid2 oğlu, Təqsirləndirilən şəxs3 və qeyriləri ilə qabaqcadan əlbir olmaqla cinayətlərin törədilməsi ilə bağlı ittiham verildiyi halda, digər Təqsirləndirilən şəxs3 da eyni epizod üzrə ittiham irəli sürülməsinə baxmayaraq, sonuncunun qabaqcadan əlbir olduğu şəxslərin dairəsinə Təqsirləndirilən şəxs1 daxil edilməmişdir. Bu hal isə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 irəli sürülmüş ittihamların bir hissəsinin natamam və qeyri-müəyyən olmasını göstərir. Bundan başqa, ittiham aktının tərtibi ilə bağlı Azərbaycan Respublikası CPM-nin 289.3.1 və 289.4-cü maddələrinin tələbləri də kobud şəkildə pozulmuşdur. Bu pozuntu həm ittiham aktının təsviri-əsaslandırıcı, həm də nəticəvi hissəsinə aiddir. Həmin Məcəllənin 289.4-cü maddəsinə əsasən, ittiham aktının nəticəvi hissəsində təqsərləndirilən şəxs haqqında məlumatlar və cinayət qanunun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilir. İttiham aktının təsviri-əsaslandırıcı və nəticəvi hissəsində göstərilmiş natamamlıq isə təqsirləndirilən şəxslərə irəli sürülmüş ittihamların başa düşülən olmaması, başqa sözlə, qeyrimüəyyən olmasında ifadə olunmaqla yanaşı, həmçinin məhkəmə aidiyyətinin müəyyən edilməsini istisna edir. Bütün qeyd olunan qeyri-müəyyənliklər və natamamlıqlar isə nəticə etibarı ilə CPM-nin 303.3.1 və 303.3.6-cı maddələrinin pozuntusu kimi qəbul edilməlidir. Eyni zamanda qeyd edilməlidir ki, ittiham aktında qeyd edilən prosessual sənədin xx.xx.2024cü il tarixdə tərtib edilməyə başlanıldığı göstərilsə də, ittiham aktının tərtib edilməsinin başa çatması tarixi kimi «xx.xx.2023-cü il» göstərilmişdir. Müdafiə hüququnun səmərəli şəkildə həyata keçirilməsinin əsas şərtlərindən biri irəli sürülmüş ittihamın təqsirləndirilən şəxsə aydın olmasıdır. İttiham aydın olmadığı halda, həmin ittihamdan müdafiə olunmaq heç bir halda səmərəli və real ola bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 139.0.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları yalnız sübutlara əsasən müəyyən edilir. Bundan başqa, CPM-in 91.5.1-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin nədə təqsirləndirildiyini bilmək (ittihamın məzmunu, verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi) kimi hüququ var. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinə görə təqsirkar şəxsin təmin edilən minimal müdafiə hüquqları arasında şəxsin nədə ittiham olunduğunu bilməsi hüququ var. Bu hüquq cinayət qanununda nəzərdə tutulan cinayəti törətməsi barədə elan edilən ittihamın xarakteri və məzmununun ona aydın olmasını ehtiva edir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin “a” yarımbəndinə əsasən, “cinayət törətməkdə ittiham olunan hər kəs ən azı digər hüquqlarla yanaşı ona qarşı irəli sürülmüş ittihamın “xarakteri və əsasları” haqqında bildiyi dildə dərhal və ətraflı məlumatlandırılmaq hüququna malikdir”. İttihamın mahiyyətinin aydın olması və ümumilikdə Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən qeyd edilən hüquqlar bilavasitə mütləq hüquqlar sırasına daxildir, onların təmin edilməsi ittiham olunan şəxsin bu hüquqdan istifadə etmək istəyindən və məhkəmə baxışı nəticələrinin onu qane etməsindən asılı deyildir. Qeyd edilənlər konkret işin tələbi olmayıb, bütün cinayət işlərində nəzərə alınmalı olan və yanaşma tərzinin ümumi təcrübə yaratdığı prinsipial tələbdir (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Ozerov Rusiyaya qarşı” iş üzrə 18 may 2010-cu il , “Pfayfer və Plankl Avstriyaya qarşı” iş üzrə 25 fevral 1992-ci il, “Bulut Avstriyaya qarşı” iş üzrə 22 fevral 1996-cı il, “Kolozza İtaliyaya qarşı” iş üzrə 12 fevral 1985-ci il tarixli qərarları). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına əsasən cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayəthüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət qanununun müvafiq maddəsi üzrə ittihamın mahiyyətinin nədən ibarət olmasının aydın olmaması və ya dəqiq müəyyən edilməməsitəqsirləndirilən şəxsin “nədə ittiham olunduğunu”, “nədən müdafiə olunmalı olduğunu” bilməməsinə və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığıpresedent üzrə belə olan halda müdafiə hüququnun pozulmasına səbəb olur. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi üzrə təmin edilən minimal müdafiə hüquqları sırasında şəxsin nədə ittiham olunduğunu bilməsi cinayət qanununda nəzərdə tutulan cinayəti törətməsi barədə elan edilən ittihamın xarakteri və məzmununun ona aydın olmasını ehtiva edir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4 və 193-1.3.2-ci maddələri verilmiş ittihamların cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olmaması onların özlərini müdafiə etmək üsul və vasitələri seçməsinin, yəni müdafiə hüququnun pozulmasına səbəb olur. Cinayət-prosessual qanunvericiliyin və Avropa Konvensiyasının qeyd olunanlarla bağlı tələblərinə əməl edilməməsi təqsirləndirilən şəxsin müdafiə hüququnu pozur. Azərbaycan Respublikası CPM-in 21.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. İrəli sürülmüş ittihamın mahiyyətinin nədən ibarət olmasının aydın olmaması və ya dəqiq müəyyən edilməməsi, təqsirləndirilən şəxsin nədə ittiham olunduğunu, nədən müdafiə olunmalı olduğunu bilməməsi, təqsirləndirilən şəxsin öz müdafiəsi üçün düzgün dəlillər irəli sürməsini çətinləşdirir ki, bu da onun müdafiə hüququnun pozulmasına səbəb olur. Qanunla qeyd edilən hallar mövcud olduqda, CPM-in 303-cü maddəsində nəzərdə tutulmuş qərarın qəbul edilməsi zəruridir. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsinə əsasən hər bir şəxs Konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ və İİ hissələrinə görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə əsasən, bu Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 13-cü maddəsinə görə, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir. İstər daxili qanunvericilikdə, istərsə də beynəlxalq müqavilələrdə şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının qorunması önəmli yer tutur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 289.4-cü maddəsinə əsasən, ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri göstərilməlidir. Həmin Məcəllənin 223.3.2-ci maddəsinin tələbinə görə, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti, 223.4-cü maddəyə əsasən həmin qərarın nəticə hissəsində şəxsin cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar və törədilmiş cinayətə görə məsuliyyət nəzərdə tutan cinayət qanununun maddəsi göstərilməlidir. Qeyd olunan səbəblərə görə məhkəmə kollegiyası ittiham aktının təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamlar üzrə cinayət əməllərinin törədildiyi dəqiq vaxtın və törədildiyi yerlərin dəqiq göstərilməməsini, eləcə də ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamlarda da cinayətlərin törədildiyi vaxtın və yerlərin dəqiq göstərilməməsini, Təqsirləndirilən şəxs1 bir epizod üzrə Təqsirləndirilən şəxs3 və digərləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayətin törədilməsi barədə ittiham elan edildiyi halda, eyni epizod üzrə Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayətin tötədilməsi ilə bağlı ittiham elan edilməməsini kobud qanun pozuntusu kimi qəbul edir və hesab edir ki, iş üzrə tərtib edilmiş ittiham aktı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə cavab vermədiyindən qanunsuz və əsassızdır. Azərbaycan Respublikası CPM-nin 303.1-ci maddəsinin tələbinə görə, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin Məcəllənin 303.3.1 və 303.3.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması və cinayət işi üzrə ittiham aktının bu Məcəllənin 289-cu maddəsinin tələblərinə uyğun olmaması kobud pozuntu kimi müəyyən edilmişdir. Xüsusilə qeyd olunmalıdır ki, məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsin müdafiə hüququnun təmin edilməməsi (külli miqdarda törədilmiş dələduzluqla bağlı vurulmuş ziyanın hər bir təqsirləndirilən şəxsə münasibətdə müəyyən edilməməsi) məhkəmə tərəfindən CPM-nin 303.3.1-ci maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması kimi qiymətləndirilərək, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.3.1-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) və həmin Məcəllənin 303.3.6-cı maddəsinə əsasən, cinayət işi üzrə ittiham aktının müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması kobud qanun pozuntuları hesab edilir və bu qanun pozuntusuna yol verildikdə cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CPM-in 306.2-ci maddəsinə əsasən, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərar qəbul etdikdən sonra məhkəmə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə məsələyə də baxmışdır. Hazırkı cinayət işinin baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul olunduğundan və təqsirləndirilən şəxsin həbsdə saxlanılması üçün əsaslar aradan qalxmadığından məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlama müddəti uzadılmalıdır. Azərbaycan Respublikası CPM-nin 306.2.1-ci maddəsinə əsasən, ibtidai araşdırma zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti cinayət işinin baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarın çıxarıldığı andan 7 (yeddi) gün müddətində qurtardıqda və həmin Məcəllənin 306.2.2-ci maddəsinə əsasən isə cinayət işi üzrə dövlət ittihamçısı təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə vəsatətlə müraciət etdikdə məhkəmə həbsdə saxlama müddətinin uzadılması barədə məsələyə baxmalıdır. Göstərilən qanun pozuntularının aradan qaldırılması üçün müəyyən müddət tələb olunur. Ona görə də, məhkəmə cinayət işinin mürəkkəbliyini, Təqsirləndirilən şəxs1 ağır cinayət törətməkdə ittiham olunmasını, onun azadlıqda qalacağı halda istintaqdan gizlənməsinə və cinayət prosesində iştirak edən şəxslərə qanunsuz təsir göstərməklə ibtidai istintaqın normal gedişinə mane olmasına dair kifayət qədər əsaslar qaldığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 05 avqust 2024-cü il tarixdən 1 (bir) ay müddətə, yəni 05 sentyabr 2024-cü il tarixədək uzadılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 298- 300, 303.3.1, 303.3.6, 159 və 306-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə R A R A A L D İ:

1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4,178.4 və 193-1.3.2-ci maddələri, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4 və 193-1.3.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxslərin müdafiə hüququnun pozulması, həmçinin ittiham aktının düzgün tərtib edilməməsi kimi kobud qanun pozuntularına yol verildiyindən, bu pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilsin və həmin cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın.

2. Barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 həbsdə saxlama müddəti 1 (bir) ay müddətinə, yəni 05 avqust 2024-cü il tarixdən 05 sentyabr 2024-cü il tarixədək uzadılsın.

3. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirləri dəyişdirilmədən saxlanılsın.

4. Qərarın surəti cinayət prosesinin iştirakçılarına, habelə Təqsirləndirilən şəxs1 şəxsi işinə əlavə edilməsi üçün onun saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına göndərilsin.

Sədrlik edən hakim, Eldar İsmayılov Hakimlər Cavid Hüseynov, Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar