Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2029/2022 26.12.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Mahmudov İlham Ağa oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxx 1965-ci il tarixdə Astara rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci, 29, 206.3.1-ci, 29, 206.3.2-ci, 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımış, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirilməsinə və satılmasına əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etmiş, həmçinin təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla Qazaxıstan Respublikasının ərazisinə keçirilməsinə və satılmasına cəhd etmiş, lakin iradəsindən asılı olmayaraq qaçaqmalçılıq cinayətini başa çatdıra bilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma, eyni zamanda satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirilməsi və satılması barədə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Əkrəm” adlı şəxs, Qazaxıstan Respublikasının naməlum vətəndaşı və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən İran İslam Respublikası vətəndaşı və qeyriləri tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla külli miqdarda narkotik vasitənin İran İslam Respublikasından Azərbaycan Respublikasının ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi və satışının təşkil edilməsinə əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etmiş, bu məqsədlə İran İslam Respublikası vətəndaşı “Əkrəm” adlı şəxs və qeyrilərinin naməlum vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirdikləri külli miqdarda - 1513,7 qram çəkidə narkotik vasitə tiryəki istintaqa məlum olmayan vaxtda, yerdə və şəraitdə əldə etdikdən sonra qeyd edilən çəkidə narkotik vasitə tiryəki təkrarən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla Qazaxıstan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı “Əkrəm” adlı şəxs, Qazaxıstan Respublikasının naməlum vətəndaşı və qeyriləri ilə razılığa gələrək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə Bakı şəhərindən Qazaxıstan Respublikasının Aktau şəhərinə ucuş vaxtı 21 avqust 2022-ci il tarixdə saat 23:50-də olan “Buta Airways” Azərbaycan Hava Yollarından **********563 nömrəli uçuş biletini almaqla əldə etdiyi narkotik vasitəni 196 ədəd sellofan kəsiklərində qablaşdırıb udaraq daxili orqanlarında saxlayıb daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 21 avqust 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 22:15-də Bakı şəhəri, Xəzər rayonu ərazisində yerləşən Heydər Əliyev adına X2rşısında yerləşən avtodayanacaqda saxlanıldığından iradəsindən asılı olmayaraq qaçaqmalçılıq cinayətini başa çatdıra bilməmiş, Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilərək orada həmin gün saat 23:45-dən etibarən üzərində şəxsi axtarış aparılan zaman daxili orqanlarında saxladığı külli miqdarda 196 ədəd sellofan bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri 7,515 qr, 7,517 qr, 7,514 qr, 7,492 qr, 7,511 qr, 7,542 qr, 7,518 qr, 7,528 qr, 7,548 qr, 7,561 qr, 7,551 qr, 7,523 qr, 7,563 qr, 7,552 qr, 7,568 qr, 7,545 qr, 7,453 qr, 7,515 qr, 7,527 qr, 7,548 qr, 7,583 qr, 7,562 qr, 7,555 qr, 7,519 qr, 7,548 qr, 7,583 qr, 7,571 qr, 7,514 qr, 7,523 qr, 7,506 qr, 7,512 qr, 7,569 qr, 7,557 qr, 7,452 qr, 7,524 qr, 7,513 qr, 7,579 qr, 7,504 qr, 7,512 qr, 7,536 qr, 7,524 qr, 7,505 qr, 7,585 qr, 7,527 qr, 7,564 qr, 7,504 qr, 7,511 qr, 7,534 qr, 7,541 qr, 7,548 qr, 7,564 qr, 7,517 qr, 7,523 qr, 7,564 qr, 7,503 qr, 7,511 qr, 7,545 qr, 7,555 qr, 7,523 qr, 7,514 qr, 7,572 qr, 7,404 qr, 7,521 qr, 7,495 qr, 7,536 qr, 7,524 qr, 7,565 qr, 7,721 qr, 7,557 qr, 7,539 qr, 7,441 qr, 7,326 qr, 7,522 qr, 7,534 qr, 7,519 qr, 7,469 qr, 7,511 qr, 7,534 qr, 7,549 qr, 7,572 qr, 7,469 qr, 7,514 qr, 7,523 qr, 7,498 qr, 7,461 qr, 7,539 qr, 7,471 qr, 7,546 qr, 7,583 qr, 7,547 qr, 7,516 qr, 7,528 qr, 7,531 qr, 7,569 qr, 7,547 qr, 7,538 qr, 7,582 qr, 7,511 qr, 7,524 qr, 7,401 qr, 7,564 qr, 7,582 qr, 7,546 qr, 7,537 qr, 7,543 qr, 7,522 qr, 7,539 qr, 7,514 qr, 7,551 qr, 7,536 qr, 7,553 qr, 7,524 qr, 7,522 qr, 7,545 qr, 7,538 qr, 7,543 qr, 7,516 qr, 7,528 qr, 7,587 qr, 7,519 qr, 8,524 qr, 7,533 qr, 7,527 qr, 7,511 qr, 8,324 qr, 7,534 qr, 7,418 qr, 8,544 qr, 7,556 qr, 7,525 qr, 7,539 qr, 8,542 qr, 7,527 qr, 8,516 qr, 7,527 qr, 7,532 qr, 8,546 qr, 7,598 qr, 7,501 qr, 8,527 qr, 7,548 qr, 8,523 qr, 7,539 qr, 7,987 qr, 7,539 qr, 7,524 qr, 7,911 qr, 8,566 qr, 7,584 qr, 7,535 qr, 8,511 qr, 7,519 qr, 7,522 qr, 7,965 qr, 8,514 qr, 7,537 qr, 7,584 qr, 8,534 qr, 7,556 qr, 8,524 qr, 8,521 qr, 7,536 qr, 7,598 qr, 8,984 qr, 7,567 qr, 7,987 qr, 8,996 qr, 7,963 qr, 8,868 qr, 7,968 qr, 8,945 qr, 7,542 qr, 8,949 qr, 7,514 qr, 8,543 qr, 7,822 qr, 8,506 qr, 7,781 qr, 8,997 qr, 7,551 qr, 8,984 qr, 7,978 qr, 8,522 qr, 7,545 qr, 7,532 qr, 8,548 qr, 7,941 qr, 8,916 qr, 8,517 qr, 7,552 qr, 8,687 qr, 7,581 qr, 7,984 qr, 8,873 qr, 7,674 qr və 7,986 qr olmaqla ümumi təmiz çəkisi 1513,7 qram təşkil edən xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan narkotik vasitə tiryək təbii yolla xaric edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, o, uzun müddətdir narkotik vasitələrin və psixotrop maddələrin müxtəlif növlərindən istifadə etmişdir. Təxminən 3 il əvvəl yaşadığı Astara şəhərində Əkrəm adlı İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuş, sonuncunun İranda yaşadığını və Azərbaycan Respublikasına yük gətirilməsi ilə məşğul olduğunu bilmişdir. Tutlmamışdan təxminən 5 ay əvvəl Əkrəm ona narkotik vasitələrin satışı ilə məşğul olduğunu və bu işdə yaxşı qazanc olduğunu deyərək ona da bu işə qoşulmasını təklif etmişdir. O, Əkrəmdən hansı formada qazanc əldə də biləcəyini soruşanda sonuncu ona verəcəyi narkotik vasitəni Qazaxıstan Respublikasına keçirə bilərsə yaxşı pul qazanacağını bildirmişdir. 20 avqust 2022-ci il tarixdə Əkrəm onunla əlaqə saxlayaraq narkotik vasitə gətirdiyini bildirmiş və ondan həmin narkotik vasitəni Qazaxıstan Respublikasına aparmasını istəmişdir. O, Əkrəmlə razılaşaraq sonuncunu dediyi kimi Ələt qəsəbəsi ərazisinə gələrək orada bir yerdə qoyulan narkotik vasitəni itapmış və dəniz kənarına aparıb orada hissə-hissə bükümləri bir neçə saat ərzində bir neçə litr su içib udmaqla mədəsinə udmuşdur. Həmin udduğu narkotik vasitələri daxili orqanlarında Qazaxıstan Respublikasına keçirmək məqsədilə hava limanına getmişdir. Lakin hava limanına girmək istəyərkən 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşmış, həmin şəxslər xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını bildirmişlər və ondan özünü təqdim etməsini xahiş etmişlər. Onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. O, etirz etməyərək polis əməkdaşları ilə birlikdə həmin idarəyə gəlmişdir. Baş İdarədə hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra hüquq və vəzifələri izah olunaraq üzərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində narkotik vasitə və ya psixotrop maddə varsa təqdim etməsi təklif olunmuş, o da sağ əlində saxladığı sellofan torbanı təqdim edərək üzərində narkotik vasitə olmadığını, lakin gömrük sərhədindən keçirmək üçün udmaq yolu ilə daxili orqanına 196 ədəd sellofan bükümdə tiryək qəbul etdiyini və həmin maddələri təbii yolla ifraz edə biləcəyini bildirmişdir. Onun təqdim etdiyi torbaya baxış keçirildikdə içərisindən geyim əşyaları aşkar edilmişdir. Bundan sonra videoçəkiliş dayandırılmış və ona daxili orqanlarında olan narkotik vasitələri ifraz etməyi üçün şərait yaradılmışdır. Təxminən 3 saat ərzində həmin narkotik vasitələri ifraz etdikdən sonra videoçəkiliş bərpa edilmişdir. O, 196 ədəd bükümdə narkotik vasitə tiryəki ifraz etdiyini deyərək əlindəki sellofan paketi yerə qoyaraq təqdim etmişdir. Həmçinin əynindəki boz rəngli cins şalvarının sağ yan cibindən 100 manat pulu, Samsung” markalı mobil telefonu, şalvarının sol arxa cibindən pasportunu, sol yan cibindən 01 ədəd alışqanı çıxarıb masanının üzərinə qoymaqla təqdim etmişdir. Təqdim etdiyi sellofan bükümlər sayılaraq baxış keçirilmiş və bükümlərdən narkotik vasitə tiryək aşkar edilmişdir. Həmin bükümlər bir ədəd sellofan paketdə qablaşdırılmış, qablaşdırmanın üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. 100 manat pul, bir ədəd alışqan və geyim əşyaları ona qaytarılmışdır. Aşkar edilmiş mobil telefon və pasportu isə təhqiqatçı tərəfindən götürülmüşdür. Şifahi sorğu zamanı polis əməkdaşlarına daxili orqanlarından təbii yolla xaric etdiyi 196 ədəd sellofan bükümdə narkotik vasitə tiryəki iki gün əvvəl İran İslam Respublikasının vətəndaşı Əkrəm adlı şəxsdən Astara rayonu ərazisində təhvil aldığını, onun göstərişi ilə 196 ədəd sellofan bükümdə tiryəki Azərbaycan Respublikasının gömrük nəzarətindən kənar Qazaxıstan Respublikasına keçirmək məqsədi ilə 5 saat ərzində udaraq daxili orqanlarına qəbul etdiyini, həmin narkotik vasitəni Qazaxıstan Respublikasına təhvil verdikdən sonra 2000 ABŞ dolları pul alacağını bildirmişdir. Ağır maddi vəziyyətinə görə bu əməli törətdiyinin, ailə vəziyyətinin, yaşını nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqında elan olunaraq tədqiq edilmiş ifadələrində özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci, 29, 206.3.1-ci, 29, 206.3.2-ci, 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirli bilərək eyni hallar üzrə oxşar məzmunlu məqamları tam təsdiq etməklə bərabər daha ətraflı şəkildə göstərmişdir ki, o, uzun müddətdir ki, narkotik vasitənin və psixotrop maddənin müxtəlif növlərindən istifadə edir. Təxminən 3 il bundan əvvəl yaşadığı Astara şəhərində Əkrəm adlı İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuşdur. X5 Respublikasında yaşadığını və Azərbaycana yük gətirdiyini bilmişdir. Bundan sonra onunla tanışlıq münasibəti yaranmışdır. Əkrəm hələ də İran İslam Respublikasından Azərbaycan Respublikasına yükün gətirilməsi ilə məşğul olur. Əkrəm adlı şəxsin anket məlumatları barədə başqa heçnə bilmir. Sürdüyü yük maşının nömrəsini də bilmir. Son 5 aydır ki, Əkrəm adlı şəxslə söhbət edən zaman o bildirmişdir ki, narkotik vasitənin satışı ilə məşğul olur və bu işdə yaxşı qazanc vardır. Hansı formada qazanc əldə də biləcəyini soruşanda Əkrəm adlı şəxs ona bildirmişdir ki, narkotik vasitəni verəcəkdir, həmin narkotik vasitəni Qazaxıstan Respublikasına keçirə bilərsə pul verəcəkdir. Maddi imkanı zəif olduğu üçün razılaşmışdır. Bundan sonra Əkrəm adlı şəxs təxminən 2022-ci ilin aprel ayında ona narkotik vasitə gətirdiyini bildirmişdir. Onunla Astara şəhəri, S.Vurğun küçəsində yerləşən Köhnə Avtovzağzal adlanan yerin qarşısında görüşmüşdür. Bir ədəd sellofan torbada narkotik vasitəni verib Qazaxıstan Respublikasına aparmağını bildirmişdir. Həmin sellofan torbam götürüb evə gəlmişdir. Evdə tək olduğu zaman həmin narkotik vasitəni bükümlərə bükmüş və onları udmuşdur. Həmin udduğu narkotik vasitələri daxili orqanlarında Qazaxıstan Respublikasına keçirmişdir. Qazaxıstan Respublikasına keçdikdən sonra həmin narkotik vasitəni təbii yolla çıxardıb iranlı Əkrəm adlı şəxsin dediyi şəxsə vermişdir. Bundan sonra həmin şəxs ona 1500 manat pul vermişdir. Pulu götürüb Azərbaycan Respublikasına qayıtmış və öz xərcləri üçün istifadə etmişdir. Çünki iranlı Əkrəm adlı şəxs ona demişdir ki, 1500 manat pulu götürüb xərcləyərsən. Bundan sonra 20 avqust 2022-ci il tarixdə Əkrəm adlı şəxs yenidən onunla əlaqə saxlayaraq narkotik vasitə gətirdiyini və Qazaxıstan Respublikasına aparmağını bildirmişdir. Əkrəm adlı şəxslə razılaşmışdır. Daha sonra onunla Astara şəhəri, S.Vurğun küçəsində yerləşən Köhnə Avtovzağzal adlanan yerin qarşısında görüşmüşdür. Əkrəm adlı şəxs ona bir ədəd sellofan torbada narkotik vasitəni əlbəəl verib, Qazaxıstan Respublikasına aparmağını bildirmişdir. Həmin sellofan torbanı götürüb evə gəlmişdir. Evdə tək olduğu zaman həmin narkotik vasitəni bükümlərə bükmüş və onları udmuşdur. Həmin udduğu narkotik vasitələri daxili orqanlarında Qazaxıstan Respublikasına keçirmək üçün Beynəlxalq hava limanına getmişdir. Çünki Qazaxıstana təyyarə ilə gedəcəkdir. Lakin hava limanının qarşısında hava limanına girmək istəyərkən 3 nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib, xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını bildirmişdir. Polis əməkdaşları təqdim etməyi xahiş etmiş, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq satışı ilə məşğul olmaqda şübhəli olduğunu bildirib, barəsində qəbul edilmiş qərarla tanış etmişdir. Bundan sonra polis əməkdaşları onu Baş İdarəyə dəvət etmişdir. Buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gəlmişdir. Baş İdarədə hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Hüquq və vəzifələri izah olunmuşdur. Sonra üzərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Üzərində narkotik vasitə psixotrop maddə varsa təqdim etmək təklif edilmişdir. Bu təklifdən sonra üzərində narkotik vasitə olmasa da gömrük sərhədindən keçirmək üçün daxili orqanında udmaq yolu ilə 196 ədəd sellofan bükümdə tiryək qəbul etdiyini və həmin maddələri təbii yolla daxili orqanından ifraz edə biləcəyini bildirərək sağ əlində saxladığı sellofan torbanı təqdim etmişdir. Həmin torbanın içərisindən geyim əşyaları aşkar edilmişdir. Bundan sonra videoçəkiliş dayandırılmış və ona daxili orqanlarında olan narkotik vasitələri ifraz etməyi üçün şərait yaradılmışdır. Təxminən 3 saat ərzində həmin narkotik vasitələri daxili orqanlarından ifraz etdiyindən sonra videoçəkiliş bərpa edilmişdir. 196 ədəd bükümdə narkotik vasitə tiryəki ifraz etdiyini bildirib əlindəki sellofan paketi yerə qoyaraq təqdim etmişdir. Həmçinin əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 100 manat pulu və Samsung markalı mobil telefonu, əynində olan şalvarının sol arxa cibindən pasportunu, sol yan cibindən 01 ədəd alışqanı masanının üzərinə qoymaqla təqdim etmişdir. Təqdim etdiyi sellofan bükümlər sayılaraq baxış keçirilmişdir. Bükümlərdən narkotik vasitə tiryək aşkar edilmişdir. Həmin bükümlər bir ədəd sellofan paketdə qablaşdırılmış, üzəri möhürlənmiş, qablaşdırmanın üzəri iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. 100 manat pul, bir ədəd alışqan və geyim əşyalan ona qaytarılmışdır. Aşkar edilmiş mobil telefon və pasportu isə təhqiqatçı tərəfindən götürülmüşdür. Şifahi sorğu zamanı polis əməkdaşlarına bildirmişdir ki, daxili orqanlarından təbii yolla xaric etdiyi 196 ədəd sellofan bükümdə narkotik vasitə tiryəki İran İslam Respublikasının vətəndaşı Əkrəm adlı şəxsdən Astara rayonu ərazisində 2 gün əvvəl təhvil alaraq onun göstərişi ilə 196 ədəd sellofan bükümdə narkotik vasitə tiryəki Azərbaycan Respublikasının gömrük nəzarətindən kənar Qazaxıstan Respublikasına daşımaq məqsədi ilə 5 saat ərzində udaraq daxili orqanlarına qəbul etmiş, həmin narkotik vasitə tiryəki Qazaxıstan Respublikasına təhvil verdikdən sonra 2000 ABŞ dolları pul alacaqdır, əvvəllər də bir dəfə də bu formada narkotik vasitə daşıyaraq 1500 manat pul əldə etmişdir (cild 1, iş vərəqə 74-77, 178-179). Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı qismən etirafını iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Məhkəmədə şahid qismində dindirilmiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 göstərdi ki, 21 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə əməliyyat-axtarış tədbirləri keçirilmiş və bu tədbirlər nəticəsində Təqsirləndirilən şəxs Heydər Əliyev adına X2rşısında olduğunu müəyyən edərək 21 avqust 2022-ci il tarixdə saat 22:15-də hava limanına getmişlər. Hava limanına çatanda orada Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsin piyada hərəkət etdiyini görüb ona yaxınlaşmışlar, xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını bildirmişlər və ondan özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etdikdən sonra həmin şəxsə qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmaqda şübhəli olduğu üçün onlarla birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə getməli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə Baş İdarəyə gəlmişdir. Baş idarədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə təmin olunmuş və şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində hər hansı narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan edilmiş digər əşyalar varsa könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs sağ əlində saxladığı sellofan torbanı təqdim edərək üzərində narkotik vasitə olmadığını, lakin gömrük sərhədindən keçirmək üçün daxili orqanında udmaq yolu ilə 196 ədəd sellofan bükümdə tiryək qəbul etdiyini və həmin maddələri təbii yolla ifraz edə biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi torbaya baxış keçirildikdə içərisindən geyim əşyaları aşkar edilmişdir. Bundan sonra videoçəkiliş dayandırılmış və Təqsirləndirilən şəxs daxili orqanlarında olan narkotik vasitələri ifraz etməsi üçün şərait yaradılmışdır. Təqsirləndirilən şəxs təxminən 3 saat ərzində həmin narkotik vasitələri daxili orqanlarından ifraz etdikdən sonra videoçəkiliş bərpa edilmişdir. Təqsirləndirilən şəxs 196 ədəd bükümdə narkotik vasitə tiryəki ifraz etdiyini deyərək əlindəki sellofan paketi yerə qoyaraq təqdim etmişdir. O, həmçinin əynindəki boz rəngli cins şalvarının sağ yan cibindən 100 manat pul, “Samsung” markalı mobil telefonunu, şalvarının sol arxa cibindən pasportunu, sol yan cibindən 01 ədəd alışqanı çıxarıb masanının üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümlər sayılaraq baxış keçirilmiş və bükümlərdən narkotik vasitə tiryəkə bənzər maddə aşkar edilmişdir. Həmin bükümlər bir ədəd sellofan paketdə qablaşdırılmış, qablaşdırmanın üzəri üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. 100 manat pul, bir ədəd alışqan və geyim əşyaları Təqsirləndirilən şəxs qaytarılmış, mobil telefon və pasport isə təhqiqatçı tərəfindən götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs daxili orqanlarından təbii yolla xaric etdiyi 196 ədəd sellofan bükümdə narkotik vasitə tiryəki iki gün əvvəl Astara rayonu ərazisində İran İslam Respublikasının vətəndaşı Əkrəm adlı şəxsdən təhvil aldığını, sonuncunun göstərişi ilə 196 ədəd sellofan bükümdə tiryəki Azərbaycan Respublikasının gömrük nəzarətindən kənar Qazaxıstan Respublikasına daşımaq məqsədi ilə 5 saat ərzində udaraq daxili orqanlarına qəbul etdiyini, həmin tiryəki Qazaxıstan Respublikasına təhvil verdikdən sonra 2000 ABŞ dolları pul alacağını, əvvəllər də bir dəfə də bu formada narkotik vasitə daşıyaraq 1500 manat pul əldə etdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Şahid2 və Şahid3 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadələr verərək onun göstərdiyi halları təsdiq etdilər. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Məhkəmə-kimyəvi ekspertizasının 22 avqust 2022-ci il tarixli, 6/4448 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №6” dairəvi möhür əksi və Təqsirləndirilən şəxs daxili orqanından ifraz etdiyi 196 ədəd sellofan bükümdə narkotik vasitəyə oxşar maddə.., şübhəli şəxs: Təqsirləndirilən şəxsimza, müdafiəçi: S.Mənsurova - imza; üç-imzalar, qablaşdırıldı: B.Haqverdiyev - imza..” yazı əlavəsi qeyd edilmiş bir ədəd polietilen bağlamada 196 (yüz doxsan altı) ədəd bükümlərdəki ümumi təmiz çəkisi 1513,7 qram olan tünd qəhvəyi rəngli qətranabənzər, spesifik iyə malik maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir (196 ədəd polietilen bükümlərin ayrı-ayrılıqda çəkisi cədvəl №1-də verilmişdir). Tiryək 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in Siyahısına (Siyahı İ) daxildir. Ekspert tədqiqatından sonra tiryəkin qalıq çəkisi 1511,8 qram təşkil etmişdir (cild 1, iş vərəqə 44-49). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 19 sentyabr 2022-ci il tarixli 5327 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etmə halı olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 147-148). Cinayət işinin materiallarına əlavə edilmiş 28 sentyabr 2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs 2021-2022-ci illər ərzində dəfələrlə İran İslam Respublikasına və Qazaxıstan Respublikasına gedib-gəldiyi müəyyən edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2020-ci il ərzində 8 dəfə İran İslam Respublikasına, 12 dəfə Qazaxıstan Respublikasına, 4 dəfə isə Rusiya Federasiyasına gediş-gəliş etmişdir (cild 1, iş vərəqə 138-140). Şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 21 avqust 2022-ci il tarixdə saat 22:15-də Bakı şəhəri, Xəzər rayonu, Heydər Əliyev adına X2rşısında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunub şəxsi axtarış keçirilərkən ondan sellofan kəsiklərinə bükülmüş vəziyyətdə udmaq yolu ilə daxili orqanlarında saxladığı təbii yolla xaric etdiyi 196 ədəd sellofan bükümdə narkotik vasitə tiryəkə bənzər maddə aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə olunmuş və müvafiq disk cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 30- 33). İbtidai istintaq orqanının 14 oktyabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə tiryəki əldə etdiyi mənbə barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci, 234.4.1-ci və 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır (cild 1, iş vərəqə 159-161). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 128-129). Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmişdir, təsnifata görə ağır cinayətlərdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş müvafiq siyahıya əsasən təmiz halda 50 qramdan artıq çəkidə narkotik vasitə tiryək külli miqdar təşkil edir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci, 29, 206.3.1-ci, 29,206.3.2-ci, 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci, 29, 206.3.1-ci, 29,206.3.2-ci, 234.4.1-ci və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 21 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 avqust 2022-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 21 avqust 2022-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 19, 93-97). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 21 avqust 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 1511,8 qram təşkil edən tiryək məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 92 (doxsan iki) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 42). Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci, 29, 206.3.1-ci, 29, 206.3.2-ci, 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci, 29, 206.3.1-ci və 29, 206.3.2-ci maddələri ilə 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci, 234.4.3-cü maddələri ilə 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 21 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübutlar: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 1511,8 qram təşkil edən tiryək məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 92 (doxsan iki) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-2029/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2029/2022
26.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver