Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2029/2025 19.02.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri Tağıyev Azər Heydər oğlunun sədrliyi, X11 və Ələkbərli Roman Nəriman oğlundan ibarət tərkibdə, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, tərcüməçilər X2 və X5, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Qusar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM-in) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin faktiki halları:
1. Cinayət işinin ibtidai istintaq materiallarına görə Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla ünvan 2 ünvanın yaxınlığına daşımış, daha sonra Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 19 avqust 2025-ci il tarixdə saat 16:55-də həmin ərazidə saxlanılmışdır. Saxlanıldıqdan sonra həmin idarənin inzibati binasına gətirilmiş və orada eyni gün saat 19:11-dən keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə təmiz çəkisi 2,320 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlamış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür.
Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:
2. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikasının DİN BMCMİ-nin baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, daxil olmuş məlumat əsasında xx.xx.2025-ci ildə saat 16:55-də Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Yenikənd küçəsi 119 ünvanının yaxınlığında olan Təqsirləndirilən şəxs yaxılaşaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək sonuncunu BMCMİ-nin inzibati binasına dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən onlarla birlikdə gəlmiş, sonuncuya müdafiəçinin və tərcüməçinin iştirakı ilə hüquq və vəzifələri izah edildikdən sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmiş və Təqsirləndirilən şəxs üzərində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş digər əşyaları könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində “şüşə” kimi tanıdığı maddənin olduğunu bildirib, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümii, sol yan cibindən isə mobil telefonunu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs çiynindən asdığı çanta ilə əlində saxladığı sellofan torbanı da təqdim etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən əlavə əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra saxlanılmış şəxsin təqdim etdiyi sellofan bükümə baxış keçirilmişdir. Həmin büküm açıldıqda içərisində bir ədəd kağız büküm aşkar edilmiş, həmin sellofan içərisində əlavə bir ədəd kağız bükümdə qablaşdırılmış ağ rəngli, kristal formalı, zahirən psixotrop maddə metamfetaminə bənzər kütlənin olması müəyyən edilmişdir. Daha sonra həmin kütlə kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs şifahi suallara cavab olaraq bükümdə aşkar edilən kütlənin “şüşə” kimi tanıdığı maddə olduğunu, həmin maddəni də saxlanıldığı gün Bakı şəhərinin Nərimanov rayonu ərazisində tanımadığı şəxsdən 50 manat müqabilində şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi mobil telefon da əhəmiyyət kəsb edə biləcəyi ehtimalından götürülmüşdür. Daha sonra sonuncunun təqdim etdiyi çantaya baxış keçirilmişdir. Baxış zamanı həmin çantanın içərisindən şüşə qablar, pul qabı və telefon nömrələri olan qeydiyyat kitabçası ilə yara bandları aşkar edilmişdir. Pul qabının içərisindən isə iki ədəd bank kartı, ictimai nəqliyyatdan istifadə etmək üçün nəzərdə tutulmuş kart, kağız kartlar, qəbzlər və telefonun nömrə yerini açmaq üçün nəzərdə tutulmuş dəmir parçası aşkar edilmiş, qeyd edilən bank kartları da iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Qalan əşyalar isə çanta ilə birlikdə Təqsirləndirilən şəxs geri qaytarılmış, bundan sonra sonuncunun təqdim etdiyi sellofan torbaya baxış keçirilmişdir. Baxış zamanı həmin torbanın içərisində geyim əşyaları aşkar edildiyi üçiin Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Qeyd olunanlar barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında Şahid2 verilmiş suallara cavab olaraq bildirmişdir ki, Daxil olan məlumat şəxsin narkotik vasitəni daşıması, gəzdirməsi ilə bağlı olmuş, lakin kiməsə satması barədə məlumat əldə etməmişdirlər. Təqsirləndirilən şəxs metamfetamini Nərimanov rayonu ərazisindən aldığını bildirmişdir. Şərait yol vermədiyinə görə saxladıqları yerdə çəkiliş etməmişlər. Belə ki, həmin yer məhlələrin içi olmuş, orada hamı bir-birini tanıdığından kənardakılar tərəfindən onlara problem yaradıla bilərdi. Təqsirləndirilən şəxs narkotik vasitənin gəzdirilməsinə görə şübhələnildiyi bildiriləndə sonuncu etiraz etmədən onlarla gəlmiş, çəkiliş zamanı narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs üstündən bıçaq götürmələrini xatırlamır.
3. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikasının DİN BMCMİ-nin baş əməliyyat müvəkkili Şahid1 və əməliyyat müvəkkili Şahid3 məhkəmə iclasında onlardan əvvəl şahid qismində dindirilmiş Şahid2 ifadəsinə oxşar, eyni məzmunlu ifadələr verərək bildirmişlər ki, Təqsirləndirilən şəxs üzərində “şüşə” kimi tanıdığı maddənin olduğunu bildirib, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümii, sol yan cibindən isə mobil telefonunu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs çiynindən asdığı çanta ilə əlində saxladığı sellofan torbanı da təqdim etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən əlavə əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra saxlanılmış şəxsin təqdim etdiyi sellofan bükümə baxış keçirilmişdir. Həmin büküm açıldıqda içərisində bir ədəd kağız büküm aşkar edilmiş, həmin sellofan içərisində əlavə bir ədəd kağız bükümdə qablaşdırılmış ağ rəngli, kristal formalı, zahirən psixotrop maddə metamfetaminə bənzər kütlənin olması müəyyən edilmişdir. Daha sonra həmin kütlə kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs şifahi suallara cavab olaraq bükümdə aşkar edilən kütlənin “şüşə” kimi tanıdığı maddə olduğunu, həmin maddəni də saxlanıldığı gün Bakı şəhərinin Nərimanov rayonu ərazisində tanımadığı şəxsdən 50 manat müqabilində şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Məhkəmə iclasında Şahid1 və Şahid3 verilmiş suallara cavab olaraq bildirmişlər ki, Təqsirləndirilən şəxs qarşı tərəflərindən heç bir fiziki və ya psixi təsir olmamış, sonuncu narkotik vasitə istifadəçi olduğunu bildirmiş, onlarda satışla bağlı məlumat olsa da, bu fakt öz təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs saxlanılan zaman insanların gedişgəliş yeri olduğuna görə və əlverişli şərait olmadığına görə həmin yerdə çəkiliş aparılmamışdır.
4. xx.xx.2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild i\v 32).
5. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2025-ci il tarixdən hesablanmaqla 04 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir (İ cild i/v 108-113).
6. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır (İİ cild i/v 17-18).
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 6/2819 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş...” yazıları olan zərfin içərisindən 1 (bir) ədəd polietilen paketdə təmiz çəkisi 2,320 qram maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Qeyd: Metamfetaminin təmiz çəkisi – 2,320 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 2,270 qramdır (İ cild i/v 55-58). Ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 80 (səksən) manat müəyyən edilmişdir (İ cild i\v 56).
8. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi X12 Ambulator X1 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 5152 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlər və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür (İ cild i/v 180-182).
9. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X8” X12 canlı şəxsin ekspertizasının xx.xx.2025-ci il tarixli, 414/MEŞ saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində 19-xx.xx.2025ci il tarixlərdə yetirilməyə uyğun gələn xəsarət aşkar edilmədi (İ cild i/v 177-180).
10. Şəxsi axtarış və götürmə aparılmasının gedişatını əks etdirən DVD diskə və xx.xx.2025ci ildə tərtib olunmuş protokola məhkəmə iclasında baxış keçirilərək müəyyən edilmişdir ki, həmin görüntülər xx.xx.2025-ci ildə, saat 19:35-dən 19:59-dək Azərbaycan Respublikası DİN-in BMCMİ-in Təhqiqat Şöbəsində qeydə alınmışdır. X3 özünü, müdafiəçini və iştirakçılar özlərini təqdim etdikdən sonra saxlanılan şəxs özünü təqdim edir, bundan sonra təhqiqatçı şəxsin hansı səbəbdən saxlanılması barədə məlumat verir. Daha sonra təhqiqatçı şübhəli şəxsə hüquqlarını izah edir və üzərində hər hansı qanunsuz əşya varsa könüllü şəkildə təqdim etməsini bildirir, bundan sonra Təqsirləndirilən şəxs üstündə “şüşə” olduğunu bildirib, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümü, sol yan cibindən isə mobil telefonunu, eləcə də çiynindən asdığı çanta ilə əlində saxladığı sellofan torbanı çıxardıb masanın üzərinə qoymaqla təqdim edir. Sonuncunun təqdim etdiyi 01 ədəd bükümə baxış zamanı bir ədəd kağız büküm, həmin bükümün içərisində əlavə bir ədəd kağız bükümdə qablaşdırılmış ağ rəngli, kristal formalı, zahirən psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilir. Daha sonra həmin kütlə kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülür və qablaşmanın üzəri iştirakçılar tərəfindən imzalanır. Təqsirləndirilən şəxs məxsus 01 ədəd mobil telefon iş üzrə əhəmiyyət kəsb edə biləcəyi ehtimalından təhqiqatçı tərəfindən götürülür. Daha sonra sonuncnun təqdim etdiyi çantaya baxış keçirilir və baxış zamanı həmin çantanın içərisindən şüşə qablar, pul qabı və telefon nömrələri olan qeydiyyat kitabçası ilə yara bandları, pul qabının içərisindən isə iki ədəd bank kartı, ictimai nəqliyyatdan istifadə etmək üçün nəzərdə tutulmuş kart, kağız kartlar, qəbzlər və telefonun nömrə yerini açmaq üçün nəzərdə tutulmuş dəmir parçası aşkar edilir. Qeyd edilən bank kartları da iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülür, qalan əşyalar isə çanta ilə birlikdə Təqsirləndirilən şəxs geri qaytarılır. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan torbaya baxış keçirilir, baxış zamanı həmin torbanın içərisində geyim əşyaları aşkar edildiyi üçün sonuncunun özünə qaytarılır. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümdə aşkar edilən kütlənin “şüşə” kimi tanıdığı maddə olduğunu, həmin maddəni də saxlanıldığı gün Bakı şəhərinin Nərimanov rayonu ərazisində tanımadığı şəxsdən 50 manat müqabilində şəxsi istifadəsi üçün əldə etdiyini bildirir. Qeyd olunanlar barədə protokol tərtib edilir və protokol iştirakçılar tərəfindən imzalanır (İ cild i/v 45-48).
11. 26.09.2025-ci il tarixli telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinin anten məlumatları 19 avqust 2025-ci il tarixdə saat 16:53-də ünvan 3 ünvanında olmuşdur (İ cild i/v 160-161).
12. 22.08.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üstündən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalmış 2,270 qram olan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınaraq saxlanılmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilmişdir (İ cild i/v 133).
13. 22.08.2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 01 ədəd DVD disk, eləcə də telefon danışıq məlumatlarının əks olunduğu 01 ədəd CD disk maddi sübut kimi tanınmış və cinayət işinin materallarına əlavə edilmişdir (İ cild i/v 186-197).
14. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs: 1) Qusar Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək ona 3000 manat cərimə cəzası təyin edilmiş; 2) Qusar Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.2 və 237.1-ci maddələri ilə təqsirli bilinərək ona 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına və 3000 manat cərimə cəzasına məhkum edilmiş; 3) Xəzər Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 317.2ci maddəsi ilə təqsirli bilinərək ona 06 il 02 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına və 3000 manat cərimə cəzasına məhkum edilmiş; 4) Qaradağ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 317- 2.1-ci maddəsi ilə təqsirli bilinərək ona 02 il 07 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına və 3000 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə cəzasını çəkmiş hesab edilməklə azad olunmuşdur (İ cild i/v 143-144).
15. Cinayət işinin İİ cildinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının xx.xx.2025-ci il tarixli məktubundan və məhkumun tibbi kitabçasının surətindən görünür ki, müayinə zamanı həbs edilmiş şəxs Təqsirləndirilən şəxs həbs olunan zaman xəsarət aldığını bildirir, sol bazun və sol döşün ön səthində qançır, sol saidin və qolunun üstündə çapıq var. Təqsirləndirilən şəxs ara-sıra marixuana istifadə etdiyini bildirir.
16. Cinayət işinin İİ cildinə əlavə edilmiş Azərbaycan Respublikasının DİN BMCMİ-nin xx.xx.2026-cı il tarixli məktubundan görünür ki, baş idarədə istintaq olunmuş ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilən Təqsirləndirilən şəxs bədənində xəsarət aşkar edilməmiş, istintaq zamanı onun barəsində məhkəmə-tibbi ekspertizası təyin edilərək 21 avqust 2025-ci il tarixli 414/MEŞ nömrəli rəyi alınıb iş materiallarına əlavə edilmiş və qeyd olunan xüsusata istintaqın gedişində hüquqi qiymət verilmişdir.
17. Qusar rayon icra hakimiyyəti başçısının Qusar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Qusar şəhərində anadan olmuş, 1996-2008-ci illərdə Qusar şəhər 2 saylı tam orta məktəbdə təhsil almış, 2008-2010-cu illərdə Həqiqi Hərbi Xidmətdə olmuş, ünvan 4 ünvanında qeydiyyatdadır. Qusar rayon icra hakimiyyəti başçısının Qusar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə Təqsirləndirilən şəxs və sonuncunun ailəsi barədə heç bir şikayət və ərizə daxil olmamışdır (İ cild i/v 142).
Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır:
18. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, istintaq zamanı verdiyi ifadələri təsdiq etmir, həmin ifadələri təzyiq altında vermişdir. Belə ki, onun barəsində həbs qətimkan tədbiri seçilərkən məhkəmə iclasında də istifadəçi olduğunu bildirmiş, lakin həmin mərhələdə etiraz etməli olduğunu bilməmişdir. O, Qusardan Bakıya gəlrək tanış bir ustaya kafelmetlax işinin olduğunu bildirərək, işi birlikdə görməyi təklif etmiş, sonuncu da razılaşmışdır. Daha sonra çantasını götürərək həmin yerdən 15 metr gedəndən sonra polis əməkdaşları ona yaxınlaşmış, salam verdikdən sonra onu tutub maşına mindirərək idarəyə aparmış və orada döymüşlər. Polislər axşama qədər onu döydükdən sonra su vermiş, həmin suyu içdikdən sonra onun bədəni keyimişdir. Daha sonra ona “ittihamı üzərinə götür şəxsi istifadəsi kimi 3 il cəza alacaqsan” deyə bildirilmiş, o da təzyiqlərə dözməyib polislərin dediklərini etmiş, sənədləri imzalamışdır. Bundan sonra polislər metamfetamini onun üstünə qoyaraq çəkilişdə çıxardıb təqdim etməsini və ona aid olduğunu bildirməsini qeyd etmişlər. O narkotik vasitəni istifadə etməsi ilə razılaşsa da, sonradan ittiham aktı ilə tanış olanda məhz narkotik vasitənin satışı ilə ittiham olunduğunu anlamışdır. Buna baxmayaraq onun kiməsə narkotik vasitə və ya psixotrop maddə satması barədə bir sübut yoxdur.
19. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində bildirmişdir ki, faktiki olaraq Qusar şəhərində yaşamasına baxmayaraq saxlanılmamışdan bir gün əvvəl şəxsi işləri ilə bağlı Bakı şəhərinə gəlmişdir. Bakı şəhərinə gəlməkdə məqsədi həm burada yaşayan bacısıgili görmək, həm də Bakı şəhərində usta işinə ehtiyac duyularsa burada müvəqqəti olaraq işlə bağlı qalmaq olmuşdur. O, saxlanıldığı gün Bakı şəhərinin Nərimanov rayonu ərazisində olan zaman tanımadığı şəxsdən öz istifadəsi üçün 50 manat müqabilində bir ədəd bükümdə olan “şüşə” adlanan alaraq üstündə saxlamış, bir neçə saat sonra, təxminən saat 17:00 radələrində o, şəxsi işləri ilə bağlı Bakı şəhərinin Keşlə qəsəbəsində olan zaman mülki geyimdə olan bir neçə nəfər şəxs yaxınlaşıb polis olduqlarını bildirmişlər. O, özünü təqdim etdikdən sonra polis əməkdaşları qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması ilə bağlı şübhələnildiyini bildirərək onu BMCMİ-nin inzibati binasına aparmışlar. İdarəyə çatdıqdan sonra o, orta təhsili rus dilində aldığına görə ona rus dilindən tərcüməçi dəvət edilərək təqdim edilmişdir. Hüquqlarının müdafiə edilməsi məqsədi ilə dövlət hesabına vəkillə təmin olunduqdan sonra onun üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir, o da buna etiraz etməmişdir. Beləliklə də o, saxlanılan zaman orada iştirak etmiş polis əməkdaşlarının, tərcüməçinin və dəvət edilmiş vəkilinin iştirakı ilə videoçəkiliş tətbiq edilməklə onun üzərinə baxış keçirilmiş və bu vaxt ona təklif edilmişdir ki, üzərində qanunsuz əşya və predmet varsa təqdim etsin. O da həmin vaxt səmimi olaraq üzərində “şüşə” adlı narkotik maddə var olduğunu bildirərək masaya yaxınlaşıb əynində olan şalvarın sağ yan cibində olan həmin bir ədəd bükümü çıxarıb təqdim etmişdir. Bundan başqa, həmin vaxt üzərində olan “Redmi” markalı mobil telefonu, eləcə də çiynindən asdığı çantası ilə əlində tutduğu sellofan torbanı da polis əməkdaşlarına təqdim etmişdir. Onun üstünü yoxlamışlar, əlavə heç bir şübhəli əşya və predmet aşkar edilməmişdir. Bundan sonra təqdim etdiyi sellofan bükümə baxış keçirilmişdir. Büküm açıldıqda içərisindən ağ rəngli kristal şəkilli maddə kütləsi aşkar olunmuşdur. Bundan sonra həmin bükümdə olan kütlə zərfə qoyularaq qablaşdırılmış, həmin zərfin üzərində müvafiq qeydiyyat aparılmış və onlar tərəfindən imzalanmışdır. Bundan başqa ona məxsus mobil telefon özünə izah verilməklə götürülmüş, daha sonra təqdim etdiyi çanta ilə sellofan torbaya baxış keçirilmiş, çanta ilə torbanın içərisindən özünə məxsus müxtəlif şəxsi əşyaları ilə geyim paltarları, o cümlədən də istifadəsində olan iki ədəd bank kartı aşkar olunmuşdur. Həmin kartlar da özünə izah verilməklə polis əməkdaşları tərəfindən götürülmüşdür, şəxsi əşyaları da özünə geri qaytarılmışdır. Qeyd olunanlar barədə müvafiq qaydada protokol tərtib edilmiş və onlar həmin protokolu imzalamışlar. Məhkəmə iclasında Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, saxlanıldığı yerdə onun üstünə baxmaları üçün şərait olsa da, şəxsi axtarış həyata keçirilməmiş, polis əməkdaşları ona tutulması barədə heç nə bildirilmədən saxlamış, maşına mindiriləndən sonra polislər vəsiqələtini ona göstərmişlər. Polis əməkdaşları istintaq dövründə ona etiraf etməyi və“sənin üstünə bunu qoyuruq və deyəcəksən ki, mənimdir, istifadə edirəm” deyə bildirmişlər, o da deyiləni yerinə yetirmişdir. O, üzərində həmişə bıçaq gəzdirmiş, saxlanılan zaman da üzərində narkotik vasitə deyil, məhz bıçaq olmuşdur. Onun bədənində xəsarət izləri, göyərtilər olmuş, dişləri tökülmüş, Bakı İstintaq Təcridxanasına gedəndə bu barədə bildirmişdir. Daha sonra barəsində ədalətli qərarın çıxarılmasını məhkəmədən xahiş etmişdir.
HÜQUQİ MƏSƏLƏLƏR:
Azərbaycan Respublikasının Cinayət Məcəlləsi:
20. Maddə 234.1-1. Bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə – üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
21. Maddə 234.4.3. Bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
22. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
23. Maddə 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.
24. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.
25. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
26. Maddə 56.1.2. Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir.
27. Maddə 93.1.2. cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir.
28. Maddə 99-1.2. Məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər.
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi:
29. Maddə 21.2. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır.
30. Maddə 21.3. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.
31. Maddə 28.5. Şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.
32. Maddə 33.2. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir.
33. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
34. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir. 35.Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.
36. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir. 37.Maddə 144. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. 38.Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 39.Maddə 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 40.Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı, həmçinin ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.
41. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. 42.Maddə 179.1. Cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 43.Maddə 193.2. Şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir). 44.Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.
45. Maddə 318.1. Məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir.
46. Maddə 351.2 və 351.3.4. İttiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu:
47. Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir.
48. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir.
49. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür.
50. Maddə 1.0.11. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər kimi təsbit edildiyindən, narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması dedikdə onun yaymaq məqsədi ilə əldə edilməsi, saxlanılması başa düşülməlidir.
51. Maddə 21.1. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur.
“Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu:
52. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə” İİ siyahıya əsasən metamfetaminin kütləsi 0,15 qram təşkil etdikdə - xeyli miqdarından artıq miqdarda, 2 qram olduqda isə külli miqdarda psixotrop maddə hesab olunur.
Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli Qərarı:
53. Qərarın 9-cu bəndi. Məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarı:
54. Məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı:
55. Qərarın 1-ci bəndi. Məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər.
“Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarı:
56. Həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı:
57. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarı:
58. Törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər.
Avropa Məhkəməsinin Presedent Hüququ:
59. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri).
Məhkəmənin hüquqi dəyərləndirməsi:
60. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə etmiş, saxlamış və daşımışdır. Amma Təqsirləndirilən şəxs metamfetamini satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən ibtidai istintaq orqanının iş materiallarında olan istinad etdiyi sübutların hər hansı biri bu qənaəti təsdiq etmir.
61. Həmçinin məhkəmə baxışında da Təqsirləndirilən şəxs üzərindən aşkar edilən metamfetamini satış məqsədi ilə əldə etməsi, saxlaması və daşımasını təsdiq edən heç bir sübut müəyyən olunmadı. İbtidai istintaq orqanı tərəfindən sonuncunun metamfetamini məhz satış məqsədi ilə əldə etməsi və saxlaması ilə bağlı ittihamın əsaslandırılması üçün hər hansı mötəbər sübut təqdim edilməmişdir. Təqsirləndirilən şəxsin metamfetamini satmaq niyyətinin olub-olmaması ilə bağlı qənaətə gəlmək üçün mühüm əhəmiyyət kəsb edən məqamlardan biri də onun hər hansı istehlakçı ilə əvvəlcədən razılıq əldə edib-etməməsinin müəyyənləşdirilməsidir. Bu məqamla bağlı isə ibtidai istintaq orqanı tərəfindən hər hansı yanakı sübut belə əldə olunmamışdır.
62. Məhkəmə ibtidai istintaq orqanının sübutları qiymətləndirilməsinə dair mövqeyi ilə bağlı qeyd edir ki, ibtidai istintaq orqanı sübutları qiymətləndirərkən müvafiq qərarda, “… aşkar olunmuş metamfetaminin külli miqdarda olması və bir ədəd bükümdə qablaşdırılmış halda olması Təqsirləndirilən şəxs həmin metamfetamini satış məqsədilə əldə edib saxladığına dəlalət edir” kimi əsassız qənaətə gəlmişdir. Məhkəmə ibtidai istintaq orqanının bu qənaətini əsassız hesab edərək qeyd edir ki, Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş həmin maddənin külli miqdarda olması digər mötəbər sübutların olmadığı bir halda əməlin satış məqsədilə əldə edilmə kimi qiymətləndirilməsi üçün əsas vermir. Digər tərəfdən, artıq qanunvericilikdə edilmiş müvafiq dəyişikliklərdən sonra CM-in “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər”ə dair XXVİ fəslinə daxil edilmiş satış məqsədi olmadan belə əməl törədilməsi ilə bağlı yeni cinayət tərkibində məhz “külli miqdar” dispozitiv əlamət kimi müəyyənləşdirilmişdir.
63. Ona görə də məhkəmə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəalarının tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilib götürülmüş metamfetaminin yalnız çəkisinin külli miqdar təşkil etməsi xüsusatı Təqsirləndirilən şəxs ittiham edildiyi Azərbaycan Respublikasının CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsini təsdiq edən mötəbər dəlil kimi qəbul oluna bilməz.
64. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, şəxsi axtarış və götürmə haqqında protokolu, aşkar edilmiş psixotrop maddə metamfetaminin növünün və çəkisinin müəyyən edilməsinə dair məhkəmə-kimyəvi ekspertizasının rəyini sübut növləri kimi qəbul edir və onları qiymətləndirərək qeyd edir ki, bu sübutlar təqsirləndirilən şəxsə elan edilmiş satış məqsədi ilə qanunsuz olaraq metamfetamini əldə etməsi, saxlaması və daşıması barədə ittihamı təsdiq etmir. Bununla bərabər, həmin sübutlar iş üzrə məhkəmə istintaqında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə təqsirləndirilən şəxsin yalnız satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini əldə etmə, saxlama və daşıma cinayətini törətməsi ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə imkan verir.
65. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə istintaqı dövründə ifadə vermiş şahidlər Təqsirləndirilən şəxs barəsində külli miqdarda psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olsa da, onlar tərəfindən sonuncunun narkotik vasitələrinin satışı ilə məşğul olması faktı müəyyən olunmamış, həmçinin məhkəmə baxışı zamanı araşdırılmış sübutlarda və bütövlükdə işin materiallarında Təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş metamfetaminin əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə satılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut aşkar olunmamışdır.
66. Həmçinin hazırkı cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən psixotrop maddə metamfetaminin satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi barədə ümumiyyətlə heç bir sübut mövcud deyildir. Mövcud sübutların məcmusu əsasında təqsirləndirilən şəxsə qarşı satış məqsədilə metamfetaminin qanunsuz əldə etmə ittihamının irəli sürülməsi halını isə məhkəmə həm də ədalətsiz qənaət hesab edir.
67. Məhkəmə hesab edir ki, digər mötəbər sübutların mövcud olmadığı psixotrop maddə metamfetaminin külli miqdarda olması şəxsin ağır cinayət törətməkdə - satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini qanunsuz əldə etməkdə, saxlamaqda və daşımaqda təqsirli bilinməsinə əsas verə bilməz. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddə metamfetaminin yalnız bir bükümdə və külli miqdarda olması kriteriyasından yanaşılıb onun əməlinin satış kimi qiymətləndirilməsi üçün hüquqi əsas olmadığı qənaətinə gəlir. Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə etməsinə dair fikir ibtidai istintaq orqanının mülahizəsidir. Yaranmış şübhələr isə toplanmış sübutların məcmusu nəzərə alınmaqla Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir.
68. Həmçinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi X12 Ambulator X1 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 5152 saylı rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlər və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür (İ cild i/v 181-182).
69. Məhkəmə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskdə olan videogörüntüləri, ekspert rəyləri, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə və digər iş materiallarını tədqiq edib belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə olan əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikasının CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edir.
70. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmişdir, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir.
71. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur.
72. Məhkəmə, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə olan metamfetaminin ona heç bir aidiyyatının olmamasına, həmin maddənin polis əməkdaşları tərəfindən onun üstünə qoyulmasına, polis əməkdaşları tərəfindən ona qarşı fiziki təzyiq göstərilməsinə dair ifadələrini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə hesab edilən metamfetamini əldə etməsi, saxlaması və daşımasını sübuta yetirilmiş hesab edir.
73. Belə ki, şəxsi axtarış və götürmə aparılması (İ cild i/v 45-47), şübhəli şəxsi və təqsirləndirilən şəxsin dindirmə (İ cild i/v 72-74, 93-95) protokollarından və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından (İ cild, i/v 108-113) görünür ki, təqsirləndirilən şəxs məhkəməyədək istintaq dövründə dəfələrlə, istərsə də məhkəmə iclasında törətdiyi əməli qismən etiraf etmiş, daimi olaraq narkotik vasitə və ya psixotrop maddə istifadəçisi olmasa da, üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini şəxsi istifadəsi üçün 40 manata tanımadığı şəxsən aldığını, eləcə də saxlanılan zaman polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki təsir və ya təzyiq göstərilmədiyini bildirmiş, məhkəməyədək istintaq dövründə heç bir vəsatət vermədən protokolları və digər sənədləri könüllü surətdə imzalamışdır.
74. Həmçinin məhkəmə iclasında baxış keçirilmiş şəxsi axtarışın gedişatını özündə əks etdirən DVD diskdə olan videogörüntülərdə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı üzərində “şüşə” olduğunu, həmin maddəni də saxlanıldığı gün Bakı şəhərinin Nərimanov rayonu ərazisində tanımadığı şəxsdən 50 manat müqabilində şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir (İ cild i/v 45-48).
75. Bundan başqa məhkəmə iclasında dildirilmiş Təqsirləndirilən şəxs saxlanılarkən polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qaldığını bildirsə də, bununla əlaqədar hər hansı bir orqana şikayət və ya vəsatət verməmişdir.
76. Azərbaycan Respublikasının DİN BMCMİ-nin xx.xx.2026-cı il tarixli məktubundan və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X8” X12 canlı şəxsin ekspertizasının xx.xx.2025-ci il tarixli, 414/MEŞ saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində 19xx.xx.2025-ci il tarixlərdə yetirilməyə uyğun gələn xəsarət aşkar edilməmişdir (İ cild i/v 177-180).
77. Bundan başqa iş materiallarında olan Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxsin dindirmə protokollarından görünür ki, o ifadəsində polis şöbəsinə gətirilən zaman və şöbədə olarkən heç bir fiziki təzyiqə və zorakılığa məruz qalmadığını bildirir (İ cild i/v 72-74, 93-95).
78. Həmçinin Baş Prokurorluğun Xidməti Araşdırmalar İdarəsinin prokuroru X6 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 2-2-110/3-169271/2025 qeydiyyat nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs bədənində olan dərəcəsi təyin edilməyən xəsarətlərlə bağlı toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət-Prosseual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir.
79. Bununla da, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi bu ifadələr cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün verilmişdir. 80.Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır (hökmün 20 və 22-ci bəndləri).
81. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır.
82. Azərbaycan Respublikasının CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində verilmiş müsbət xasiyyətnaməni cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir.
83. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır.
84. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halı, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-in 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur.
85. Yuxarıdakılara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-in 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir.
86. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir (hökmün 26-cı bəndi).
87. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci ildə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2025-ci ildə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində xx.xx.2025-ci ildən hesablanmaqla barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (İ cild i/v 32, 108-113).
88. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu xx.xx.2025-ci ildən hesablanmalı və həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidir (hökmün 4 və 40-cı bəndləri).
89. Məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır (İ cild i/v 180-182, hökmün 8-ci bəndi).
90. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk, telefon danışıq məlumatlarının əks olunduğu 01 ədəd CD disk cinayət işinin materialarında saxlanmalı və Azərbaycan Respublikası DİN-in BMCMİ-in Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 2,270 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir (hökmün 36-cı bəndi).
91. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertiza xərci 80 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir.
92. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir (hökmün 44-cü bəndi).
93. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir (hökmün 28 və 42-ci bəndləri).
94. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.
95. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKMETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 19 avqust 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk və 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası DİN-in BMCMİ-in Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 2,270 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 80 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 saata görə 330 (üç yüz otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 3 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı və elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakim (sədrlik edən): Azər Tağıyev Elnur Nuriyev Roman Ələkbərli