Məhkəmə qərarları › İş №1(101)-203/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-203/2024

15.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-203/2024 15.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Əli İrfan oğlu və Məcidov X35 ibarət tərkibdə, X9, X7 qızı və Əhmədzadə Rəhim Təxəyyül oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs3 və onun nümayəndəsi - Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun vəkili Nümayəndə1, Zərərçəkmiş şəxslər (mülki iddiaçılar) Zərərçəkmiş şəxs1 və Genc X2 nümayəndəsi – fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə2, Müdafiəçi – Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 qızının və “Kaspian” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-241/2023 nömrəli xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.4, 312.2 və 178.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Verilmiş ittihama görə, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib ayrı-ayrı zərərçəkmiş şəxslərə öz qulluq mövqeyindən istifadə etməklə külli və xüsusilə külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq törətmiş, həmçinin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə ona birbaşa yolla özü vasitəsi ilə maddi nemətin rüşvət qismində verilməsinə şəxsi digər üsullarla təkrarən təhrik etmişdir. Belə ki, istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs tamah niyyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xüsusilə külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Türkiyə Respublikası vətəndaşları Zərərçəkmiş şəxs1 və bacısı Genc X4 yalandan özünü etibarlı biznes tərəfdaşı kimi təqdim edib, həmin ərəfədə Azərbaycan Respublikası Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri vəzifəsində çalışan qayınatası Arif Novruzovun vasitəsi ilə Bakı şəhəri, Nizami rayonunda yerləşən köhnə zavod ərazisini ucuz qiymətə alıb baha satacağı, alqı-satqıdan sonra ana məbləği özlərinə geri qaytarıb əldə olunan həmin gəlirlə suni ot örtüklü futbol meydançası tikdirib istifadəyə verməklə gəlir əldə edəcəklərinə dair yalan vəd verməklə onların inam və etibarını qazanmış, bu məqsədlə Türkiyə Respublikası vətəndaşları Hakan Doygun və X36 məxsus Azərbaycan Respublikasının milli pul vahidi ilə həmin dövrün məzənnəsinə uyğun olaraq 2.100.746,4 manat təşkil edən 2.003.000 (iki milyon üç min) ABŞ dolları məbləğində pul vəsaitini 2015-ci ilin avqust ayı ərzində hissə-hissə olmaqla Bakı şəhəri, Nəsimi rayonu, metronun «28 May» stansiyası yaxınlığında nağd şəkildə qəbul etməklə vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirmiş, əldə etdiyi özgənin xüsusilə külli miqdarda əmlakını təyinatı üzrə xərcləməyərək qeyd olunan məbləğin həmin dövrün məzənnəsinə uyğun olaraq 1.471.820 (bir milyon dörd yüz yetmiş bir min səkkiz yüz iyirmi) manat təşkil edən 1.400.000 (bir milyon dörd yüz min) ABŞ dolları məbləğində olan hissəsini 01 dekabr 2015-ci il tarixdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan tanışları Şahid5 və Şahid1 aylıq faiz ödəmək şərti ilə borca vermiş, sonuncular bir müddət ödəniş edib sonrakı dövr ərzində faiz borclarını və əsas məbləği ödəyə bilmədikdə isə Ağdam rayonu, Əfətli kəndi ərazisində yerləşən «X48 təsərrüfatı» MMC-nin nizamnamə kapitalındakı 50 faizlik pay hüququnu Təqsirləndirilən şəxs 10 yanvar 2019-cu il tarixli müqavilə əsasında öz adına rəsmiləşdirməklə etibardan suiistifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxslər Hakan Doygun və X36 xüsusilə külli miqdarda 2.100,746,4 manat (iki milyon yüz min yeddi yüz qırx altı manat 4 qəpik) məbləğində maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Türkiyə Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs1 yalandan özünü etibarlı biznes tərəfdaşı kimi təqdim edib həmin ərəfədə Azərbaycan Respublikası Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri vəzifəsində çalışan qayınatası Arif Novruzovun vasitəsi ilə ölkə ərazisində yetişdirilən pambıq məhsullarının emalı üçün fabrik quracağına dair yalan vəd verib Hakan Doygunu, həmçinin sonuncunun birgə biznes fəaliyyəti həyata keçirmək üçün dəvət etdiyi Türkiyə Respublikasının iş adamları X39 və Kozuva Süleymanı nizamnamə kapitalında müvafiq olaraq 19 faiz, 43 faiz və 19 faizlik pay hüququna malik təsisçi kimi xx.xx.2019-cu il tarixdə qeydiyyatdan keçirməklə direktoru olduğu "xxxx" Qapalı Səhmdar Cəmiyyətini təsis etmiş, dövlət qeydiyyatından keçməsinə baxmayaraq faktiki fəaliyyəti mövcud olmayan, nizamnamə kapitalında özünün də 19 faizlik pay hüququna malik olduğu şirkətin fəaliyyətə başlaması üçün ilkin kapital kimi vəsait lazım olması adı ilə 2019-cu ilin noyabr ayının əvvəllərində ünvan 2 ünvanında həmin dövrün məzənnəsi ilə 170.000 (yüz yetmiş min) manat təşkil edən 100.000 (yüz min) ABŞ dolları məbləğində pul vəsaitini öz qulluq mövqeyindən istifadə etməklə Hakan Doygundan alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək zərərçəkmiş şəxs Hakan Doyguna külli miqdarda 170.0 (yüz yetmiş min) manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə özünü Zərərçəkmiş şəxs3 vəzifəli şəxslərlə yaxın əlaqəsi olan şəxs kimi təqdim edərək sonuncuya məxsus ünvan 3 ünvanında yerləşən torpaq sahəsindəki anbar tikintisinin başa çatdırılmasına və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın alınmasına həmin ərəfədə Azərbaycan Respublikası Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri vəzifəsində çalışan qayınatası Arif Novruzovun vasitəsi ilə nail olacağına, aidiyyəti vəzifəli şəxslərə birbaşa yolla şəxsən maddi nemət olan 120.000 manat pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olduğunu bildirib yalan vəd verməklə aldadaraq inam və etibar qazandıqdan sonra bu adla Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, S.Cəfərov küçəsində yerləşən «5 qardaş» adlı kafedə 2020-ci ilin may ayının sonlarında istintaqla müəyyən edilməyən gündə 120.0 manat pulu aldatma və etibardan sui-istifadə etmə yolu ilə nağd şəkildə alıb ələ keçirərək Zərərçəkmiş şəxs3 külli miqdarda 120.000 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmiş, həmçinin vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar Zərərçəkmiş şəxs3 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətin müqabilində birbaşa yolla özü vasitəsi ilə maddi nemət olan 120.000 manat pul vəsaitinin rüşvət qismində verilməsinə Zərərçəkmiş şəxs3 digər üsullarla təhrik etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə özünü Zərərçəkmiş şəxs3 vəzifəli şəxslərlə yaxın əlaqəsi olan şəxs kimi təqdim edərək sonuncuya məxsus Qaraçuxur bələdiyyəsinin xx.xx.2009-cu İl tarixli müqaviləsi və Suraxanı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə istifadə hüququ əldə edilmiş Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi «AB» yaşayış sahəsində yerləşən 3.000 (üç min) kv.metr torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın alınmasına həmin ərəfədə Azərbaycan Respublikası Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri vəzifəsində çalışan qayınatası Arif Novruzovun vasitəsi ilə nail olacağına, aidiyyəti vəzifəli şəxslərə birbaşa yolla şəxsən maddi nemət olan 200.000 manat pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olduğunu bildirib yalan vəd verməklə aldadaraq inam və etibar qazandıqdan sonra bu adla Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, S.Cəfərov küçəsində yerləşən «5 qardaş» adlı kafedə 2020-ci ilin iyun ayının ortalarından həmin ilin iyul ayının ortalarınadək olan müddət ərzində 200.000 manat pulu hissə-hissə olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə aldatma və etibardan sui-istifadə etmə yolu ilə nağd şəkildə alıb ələ keçirərək Zərərçəkmiş şəxs3 külli miqdarda 200.000 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmiş, həmçinin vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar Zərərçəkmiş şəxs3 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsi ilə maddi nemət olan 200.000 manat pul vəsaitinin rüşvət qismində verilməsinə Zərərçəkmiş şəxs3 digər üsullarla təkrarən təhrik etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ona qarşı irəli sürülən dələduzluq ittihamı ilə razılaşmır. Belə ki, onun zərərçəkmiş şəxslər Hakan Doygun və X38 ilə tanışlığı 2014-cü ildən yaranmış, aralarında iş birliyi olmuşdur. Bu işbirliyi təxminən 7-8 il davam etmiş, Doygun Hakanla dostluq münasibətləri olmuşdur. O, həmin türk vətəndaşlarının fabrikindən mal almış, Hakan da ona Türkiyədən iş təklifi etmişdir. Onlar Bakı şəhərində “Qara Qarayev” prospektində yerləşən ərazidəki torpaq sahəsinin alınması ilə bağlı razılığa gəlmişlər, torpaq sahəsi alınmış, lakin torpaq sahəsini sənədləşdirmək mümkün olmamışdır. Sənədləşmə baş tutmadığı üçün verilən pul vəsaiti onlara geri qaytarılmışdır. O, həmin pul vəsaiti ilə tanıdığı iş adamları ilə birgə iş görmüş, bunu Hakan Doygunun özünə də bildirmişdir. Onun qurduğu iş sayəsində 6-7 il ərzində gəlir əldə olunmuşdur. Daha sonra tanıdığı həmin iş adamları o pulu qaytara bilmədiyi üçün o, onlara məxsus təsərrüfatı götürmüşdür. Bütün bunlar şifahi danışıq şəklində olmuş, aralarında heç bir rəsmi sənədləşmə olmamışdır. Həmin şəxslərin pula ehtiyacı olduğu üçün o, müəyyən miqdarda borc pul alaraq onlara vermişdir. Bir müddət sonra aralarında müəyyən problemlər yaranmağa başlamış, buna görə də ondan şikayət etmişlər. O, həmin müddətdə aldığı təsərrüfatı türk vətəndaşlarına vermək istəməsinə baxmayaraq onlar razılaşmamışlar. O, istintaq zamanı 1 milyon 562 min manat məbləğində olan borcundan 700 min manatını geri ödəmişdir. O, Füzuli Hüseynov adlı şəxsdən ümumiyyətlə pul almamışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, ona birlikdə iş qurmağı türk vətəndaşları özləri təklif etmişlər. Həmin şəxslər Türkiyədə fəaliyyət göstərmiş, o da həmin şəxslərdən mal alıb burada satışını həyata keçirmişdir. O, Hakan Doygun və X28 1 milyon 562 min 800 manat məbləğində pul alıb Nizami rayonu ərazisində 1 hektar 30 sot həcmində torpaq sahəsi almış, həmin torpaq sahəsinin alınıb-satılmasını o təklif etmişdir. Belə ki, həmin ərazi boş bir ərazi olmuşdur. Türk vətəndaşları hansı işi görəcəklərini qabaqcadan bilmədən ona 1 milyon 562 min manat məbləğində pul göndərmişlər. Torpağı aldıqdan sonra onun sənədləşməsini təşkil etmək mümkün olmamış, buna görə də torpaq sahəsi geri qaytarılmış, lakin onun verdiyi məbləğ tam həcmdə qaytarılmamışdır. O, bu alqı-satqıdan 300 min manat məbləğində pul itirmişdir. Pandemiya dövrünə qədər zərərçəkmiş şəxslərə təsərrüfatdan əldə etdiyi gəlir hesabına 600 min manat məbləğində pul qaytarmışdır. Pul məsələsi uzandığı üçün aralarında soyuqluq yaranmış, pandemiya ərəfəsində o, yenidən həmin şəxslərə 200 min manata yaxın məbləğdə pul ödəmişdir. Nizami rayonundakı torpaq ərazisinin alınıbsatılması məsələsinin həlli ilə bağlı qayınatasının vasitəçiliyi ilə məsələnin icra olunmasına dair vəd verməmiş, o, Füzuli Hüseynovu 2 dəfə görmüş, həmin şəxs özü ondan həmin boş ərazidə tikinti aparmağı xahiş etmişdir. O, Füzuli Hüseynov adlı şəxsdən pul almamış, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsindəki torpaq sahəsinin sənədləşdirilməsi olmamışdır. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq həmçinin bildirmişdir ki, 1 milyon 562 min manat məbləğində vəsait ona 2014-cü ildə göndərilmiş, təqribən 3 ay sonra həmin ərazinin sənədləşdirilməsinin mümkün olmadığı bəlli olmuşdur. Müəyyən problemlər olduğuna görə onlar səhmləri ala bilməmiş, buna görə də həmin pul vəsaitini Savadxan və Mehman adlı tanışlarına vermişdir. Qardaşı onun mağazasında satıcı işləmiş, bu müddət ərzində qardaşı da türk vətəndaşlarını tanımışdır. O, əldə etdiyi qazanc və şəxsi vəsaiti hesabına mağazalar şəbəkəsi qurmuş, türk vətəndaşları ilə birgə iş qurduğu dönəmdə onun pula ehtiyacı olmamışdır. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq həmçinin bildirmişdir ki, o, X23 adlı şəxs vasitəsilə tanımış, X29 iş danışığı olmamış, Nurlan adlı şəxs ondan birgə iş qurmaq barədə xahiş etmiş, o da həmin təklifi qəbul etmişdir. X29 heç bir danışığı olmamış, o, Zərərçəkmiş şəxs3la cəmi 3 dəfə görüşmüşdür. Şiraslan adlı şəxsi 1-2 dəfə görmüş, Tahir və Ziya adlı şəxsləri isə tanımır. O, Yeni Günəşlidə yerləşən tikilidə olmuş, həmin tikiliyə Nurlanla getmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 Möhsüm oğlu ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxsi 2020-ci ildə tanımış, Təqsirləndirilən şəxs ona məxsus torpaq sahələrinin sənədləşdirilib çıxarışın verilməsinə dair söz vermiş, o da bu məqsədlə Azərə Nurlan vasitəsilə 320 min manat məbləğində pul vermişdir. Buna baxmayaraq Azər nə vəd etdiyi işi görməmiş, nə də onun pulunu geri qaytarmamışdır. Zərərçəkmiş şəxs3 məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, o, Azərlə ilk dəfə tanış olan zaman Azər özünü ona sənədləşdirmə işləri ilə məşğul olan şəxs kimi təqdim etmişdir. O, Azərə ilk olaraq Suraxanı və Nərimanov rayonunda mövcud olan şəxsi torpaq sahəsində tikinti aparıb çıxarış almaq məqsədilə müraciət etmiş, Azər də qayınatası vasitəsilə bu işi həll edəcəyini bildirmişdir. O, ilk dəfə Təqsirləndirilən şəxs 120.000 manat pul vermiş, daha sonra isə 60.000 və 70.000 manat məbləğlərində pul vermişdir. Təqsirləndirilən şəxs ona Nərimanov rayonundakı tikilini başa çatdırıb çıxarış verməyi və Suraxanı rayonundakı torpaq sahəsinə çıxarış verməyi vəd etmişdir. O, Təqsirləndirilən şəxsla bu məsələni sülh yolu ilə həll etmək üçün çox çalışmış, Azər müxtəlif şəxslər vasitəsilə ondan iki dəfə 15 gün, bir dəfə 1 ay vaxt istəmişdir. O, Təqsirləndirilən şəxs qayınatası ilə dəfələrlə görüşmüş, hətta Azər ona Mərdəkanda ev göstərmiş, ümumiyyətlə borcunun qarşılığında ona müxtəlif əmlaklar təklif etmişdir. Azər ona Qaradağ rayonu ərazisində 50-yə yaxın çıxarış göstərmiş, Azərin qayınatası da evlərinin çıxarışını göstərmiş, o, həmin evə girmək istəyəndə oğlu buna icazə verməmişdir. Binəqədi rayonunda Azərə məxsus evin qiymətləri təxminən 600.000 manat təşkil etmiş, onlar notariusa gedib alqı-satqı edən zaman zaman Azərin həyat yoldaşının qardaşı evlərin satılmağına razı olmamışdır. Pulların Azərə verilməsində o və Nurlan iştirak etmişdir. Təqsirləndirilən şəxsla barışmamış, ondan şikayətçidir və 320 min manat pulunu qaytarmağını tələb edir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəməyə müvafiq ərizə ilə müraciət edərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş Türkiyə Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs1 ifadəsindən görünür ki, o, Türkiyə Respublikasının İstanbul şəhərində daimi yaşayır, ünvan 4 ünvanında kirayədə yaşayır, İstanbul şəhərində bacısı X40 ilə birlikdə «Vizyon» şirkətini təsis etmişlər, həmin şirkət corab istehsalı ilə məşğuldur, şirkətin Türkiyədə və İran İslam Respublikasında fabrikləri vardır. O, 2014-cü ildə Bakı şəhərinə gəlmiş, Bakı şəhərində əvvəldən corab satan şəxs kimi tandığı Təqsirləndirilən şəxsla görüşmüş, Azərlə qiyabi tanış olmuşlar, belə ki, Azər onun şirkətinə məxsus corabları “Binə” ticarət mərkəzində satmış, Azərin qardaşı Bəhruz corab satışı ilə bağlı İstanbula bir neçə dəfə gedib-gəlmiş, Bəhruzun vasitəsi ilə də Azəri tanımışdır. O, 2014-cü ilin mart ayında Bakı şəhərində Binə ticarət mərkəzində onun şirkətinin istehsal etdiyi corabları satan şəxslərlə görüşmək üçün gəlmiş, daha sonra 2014cü ilin sentyabr və noyabr aylarında da Bakı şəhərinə gəlmiş və Azərlə görüşü olmuşdur. Yəni Bakıya gələndə məqsədi yalnız Azərlə deyil, bir neçə müştəri ilə görüşmək olmuşdur. Müştərilərindən biri də Azər olmuşdur. Beləcə Azərlə daha sıx tanışlıqları yaranmışdır. Həmin görüşlər zamanı Azər özünü etibarlı biznes tərəfdaşı kimi təqdim etmiş, qayınatası Arif Novruzovun yüksək vəzifə tutduğunu demişdir. 2015-ci ildə Azər onu Bakı şəhərinə dəvət etmiş, dəvət etməkdə məqsədi iş birliyi qurmaq olmuşdur. Azərin dəvəti əsasında 2015-ci ilin iyul ayında Bakı şəhərinə həmin vaxtı Türkiyədə iş ortağı olan Ali Ərdal Başaranla birlikdə gəlmiş, 22-23 iyul 2015-ci il tarixlərində Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən «Şəki» restoranında Azər onu və iş ortağını öz qayınatası Arif Novruzovla tanış etmişdir. X41 böyük səlahiyyətə malik biri kimi təqdim edərək bildirmişdir ki, X24 Aparatında çalışmaqla ölkə başçısının müşaviridir, ölkədə sözü keçən adamdır, ölkə üzrə 10 adamdan biridir. Azər ona Azərbaycana investisiya yatırıb pul qazanmağı təklif etmişdir. Azər həmin görüşdən əvvəl də ona iş birliyi qurmağı, yatırım etməyi təklif etmişdir. Görüş zamanı isə həmin işləri qayınatası Arif Novruzovun vasitəsi ilə görəcəyini demişdir. Azərin bütün danışdıqlarını da qayınatası Arif eşitmiş, çünki onlarla bir masada əyləşmişdir. Danışıq zamanı Arif Novruzov da özünü ona və iş ortağı Ali Ərdal Başarana səlahiyyətli biri kimi təqdim edərək Azərbaycanda biznes qurmaqda, torpaq sahələrinin alınmasında və sənədləşmə işlərində ona yardımçı olacağını demişdir. Arif öz vəzifəsindən və əlaqələrindən istifadə edərək onun Azərlə quracağı biznesi himayə edəcəyinə, biznesin genişlənməsinə şərait yaradacağına onu əmin etmişdir. Görüşdən sonra o, əmin olmaq üçün Arif Novruzov barədə Bakı şəhərində yaşayan tanışlarından maraqlanarkən müəyyən olunmuşdur ki, Arif həqiqətən də Prezident Administrasiyasında çalışır və mühüm vəzifə tutur, sözü keçən adamdır. Ona görə də Azərin biznes quracağına, Arifin isə bu işlərə nəzarət edib, onları himayə edəcəyinə inanmışdır. Hətta Azər ona ilk əvvəl süni futbol meydançası hazırlayıb həmin meydançanı icarəyə verməyi də təklif etmiş, Bakıda süni futbol meydançasına tələbatın artdığını, futbol oynayanların sayının çoxaldığını, futbol meydançası hazır etmək üçün cüzi məsrəf tələb olunduğunu, lakin rahat gəlir götürmək olduğunu demiş, hətta onu inandırmaq üçün inşa edəcəyi futbol meydançasının maketinin şəkillərini də təqdim etmişdir. Azər ona 2014 və 2015-ci illərdə görüşlərində 2 milyon ABŞ dolları yatırım edəcəyi təqdirdə Bakı şəhəri, Nizami rayonu ərazisində torpaq sahəsi alacağını demiş, Azərin deməsinə əsasən həmin torpaq sahəsi hərraca çıxarılmış köhnə və lazımsız zavod ərazisidir, 2 milyon 400 min ABŞ dollarına satılır, razılaşmaya əsasən guya yerdə qalan 400.000 ABŞ dollarını ona ortaq kimi Azərgil, yəni Azər və Arif təqdim edəcəkdir. Həmin torpaq sahəsini özəlləşdirdikdən sonra ana məbləğ olan 2 milyondan əlavə 300.000 ABŞ dolları gəlir əldə olunacaqdır, əldə olunan gəlirin 250.000 ABŞ dolları ona, 50.000 ABŞ dolları Azərgilə qalacaqdır. Razılaşmaya əsasən torpağın alqı-satqısı baş tutduqdan sonra ana məbləğ, yəni 2 milyon ABŞ dolları Türkiyəyə ona geri qaytarılmalı, əldə olunan gəlirə isə Azərbaycanda yeni bir ticarət işi başlamalı, əsas da planlarında süni ot örtüyü olan stadion inşa etdirmək və işlətmək olmuşdur. O, bu təkliflə razılaşmış, çünki Azər özü də inandırıcı danışmış, qayınatası Arif də “mən sizin arxanızdayam, narahat olmayın” deyərək onu bu işə əmin etmişdir. Bundan əlavə Azər corab satan biri olduğu üçün Azərə 2 milyon ABŞ dollarını verməyə etibar etməsə də, aralarında qayınatası Arif zamin olduğuna görə o, etibar edərək həmin pulu Azərbaycana göndərməyə razı olmuşdur. Bundan əlavə Bakıdakı tanışlarından öyrənmişdir ki, Arif Novruzov həqiqətən də Prezident Aparatında vəzifəli şəxsdir, Arif də ona izah etmişdir ki, vəzifəli şəxs olduğuna görə üzdə olmayacaq, bütün işləri Azər görəcəkdir. Yəni onun Azər və Ariflə olan ortaq biznes fəaliyyətində Azər üzdə görünən fiqur olacaq, Arif isə vəzifəsinə görə adı hallanmasın deyə kölgədə qalacaqdır. Hətta Arif vəzifəli şəxs olduğuna görə ona birbaşa zəng etməməsini, sözü olduqda Azərə deməsini, Azərin də sözünü ona çatdıracağını demişdir. Arif izah etmişdir ki, dövlət işçisi olduğuna görə onun telefon danışıqlarına qulaq asıla bilər, ona görə də ondan xahiş etdiyi nəsə bir problemi və ya sözü olsa Azərə deməsini, Azərin də axşam evdə onunla görüşəndə sözünü Arifə çatdıracağını demişdir. Bakı şəhərində təxminən bir neçə gün qalıb 2015-ci ilin iyul ayında Azər və Ariflə görüşdən sonra İstanbul şəhərinə qayıtmış, Azər və Arifin Bakıda biznes fəaliyyəti ilə məşğul olmaq təklifi barədə bacısı Hümeyraya danışmış, bacısı özü də Azərlə «Whatsapp» proqramı vasitəsi ilə danışıb dəqiqləşdirmələr aparmış, Arifin həqiqətən də vəzifəli şəxs olmasını dəqiqləşdirmişlər və sonra pulu verməyə razılaşmışlar. Sahibkar olaraq biznes fəaliyyətlərini genişləndirmək, Azərbaycanda iş qurmaq fikrində olduqlarına görə Arif və Azərin vədləri inandırıcı olduğuna görə özü və bacısı pulu ödəmək qərarına gəlmişlər. O, yerli sakin olmadığına görə ona Arif kimi vəzifəli şəxsin arxa durmağı onda əminlik yaratmışdır. 2015-ci ilin avqust ayında Türkiyədən bir ay ərzində 3-4 dəfəyə olmaqla Azərbaycana, yəni Azərə 2 milyon 3 min ABŞ dolları pul göndərmiş, həmin pulu İstanbuldan Bakıya bankdan kənar yolla pul köçürmə işi ilə məşğul olan şəxslərin vasitəsi ilə göndərmişdir. Azər və Ariflə də pulun bankdan kənar yolla göndərəcəyi barədə razılaşmışdır, belə ki, həmin şəxslərlə tanışlığı yoxdur, adlarını bilmir, lakin İstanbulda «Kapalı çarşı» deyilən yerdə valyuta mübadiləsi ilə məşğul olan şəxslər var, həmin şəxslərin vasitəsi ilə, yəni onların dilində «dövüzçü»lərin vasitəsi ilə pulu Bakıya -Azərə göndərmişdir, Azər də hər dəfə ya «Whatsapp» proqramı vasitəsi ilə mesaj yazmaqla, ya da zənglə pulun çatmasını təsdiqləmişdir. Azərə pulun göndərilməsi ilə bağlı bacısı Zahidə Hümeyranın istifadəsində olan 0***-***-**-** nömrəli telefon vasitəsi ilə «Whatsapp» proqramında Azərlə yazışma vardır. Həmin yazışmanı kağız formatında türk dilindən azərbaycan dilinə tərcümə olunmuş vəziyyətdə ifadəsinə əlavə etmişdir. O və bacısı Hümeyra 2 milyon pulun bir hissəsini kreditlə İstanbulda bankdan alıb Azərə göndərmişlər, kreditlə bağlı İstanbul şəhərində «Halk bank» bankındakı tərəfdaşlarına görüləcək işlər barədə məlumat vermiş, hətta ona dair «Whatsapp» danışıqları da vardır. Həmin vaxt əlində nağd pul olmamış, lakin Azər və Arifin biznes qurmaq təklifləri o qədər inandırıcı olmuşdur ki, o, ətraf tanışlarından borc pul da almışdır. Ondan əlavə Azərlə razılaşma belə olmuşdur ki, 2 milyon 3 min ABŞ dolları müqabilində alınacaq torpaq sahəsini bir neçə aya satıb ana məbləği qaytaracaqdır. O da fikirləşmişdir ki, ana məbləğ qayıdan zaman borc və kreditlərini qaytara bilər. O, Bakı şəhərində 2 milyon ABŞ dolları pulun əvəzində alınacaq torpaq sahəsinə baxmış, ünvanını dəqiq bilmir, lakin səhv etmirsə həmin torpaq sahəsi «Koroğlu» metrostansiyasının yaxınlığında hazırda «Bravo» marketin yerləşdiyi ərazinin ətrafında yerləşmişdir. O, torpaq sahəsinə baxmış, həmin torpaq sahəsinin xəritə-sxemini Təqsirləndirilən şəxs «Whatsapp» proqramı vasitəsi ilə ona və bacısına göndərmişdir. Onlar isə öz növbələrində həmin topraq sahəsinin sxemini «Whatsapp»la Türkiyə bankı olan «Halk Bank»ın əməkdaşı Elif Bayata göndərmişlər, yəni banka həmin sənədləri ona görə təqdim etmişlər ki, bankdan kredit götürməsinin səbəbini bank da bilsin, yəni biznes planla tanış olsunlar. Pulu tam şəkildə qəbul etdikdən bir müddət sonra Azər torpaq sahəsini aldığını, lakin sənədləşdirə bilmədiyini demiş, o da buna görə verdiyi 2 milyon 3 min ABŞ dolları pulu geri istəmişdir. Lakin Azər pulu torpaq sahəsini aldığı adamlardan geri qaytara bilməyəcəklərini əvəzində həmin torpaq sahəsinin mülkiyyətçisinin barter şəklində bir toyuq, bir inək ferması və Xəzər dənizi sahilində boş torpaq sahəsi təklif etdiyini, ferma işinin daha gəlirli olduğunu bildirmişdir. Azər həmçinin ferma aldıqdan sonra əldə olunan gəlirdə onların da payları olacağını, aylıq fermadan 15- 18 min ABŞ dolları arası gəlir əldə edəcəyini bildirmişdir. Ondan əlavə Azər demişdir ki, fermaları aldıqdan sonra vaxt keçdikdə həmin əmlakların dəyəri daha da artacaqdır, bir müddət sonra həmin fermaları daha baha qiymətə satıb gəlir götürə biləcəkdir. Özü də, bacısı Hümeyra da xarici vətəndaş olduqları üçün əmlakları öz adlarına deyil firmanın adına rəsmiləşdirmək istəmişlər, həmin məqsədlə 2015-ci ilin noyabr ayında "xxxx" şirkətini təsis etmişlər, şirkətin adındakı iki «H» hərfi özünün və bacısı Hümeyranın adının baş hərfləridir. O və bacısı Zahidə həmin şirkətin rəsmi təsisçiləri olmuşlar, şirkəti yaradanda Arif Novruzov da onlara köməklik etmiş və Arif öz adına olan evi şirkətin hüquqi ünvanı kimi göstərmişdir. Azər də həmin şirkətə icraçı direktor təyin olunmaq istədiyinə görə onlar bununla razılaşmışlar, çünki həmin ərəfədə hələ aldadıldıqlarını başa düşməmişlər. O, şirkəti təsis etməklə Bakı şəhərində tekstil məhsulları satan mağazalar açmaq istəmişdir. Azər özünü onlara etibarlı biznes tərəfdaşı kimi təqdim etmiş, üstəlik Arif Novruzov amili də olmuş, yəni Arif kimi vəzifəli bir şəxs onların biznes fəaliyyətlərini himayə etmişdir. Bütün bu hallar düz yolda olduqlarına onu və bacısını əmin etmişdir. Arif öz mənzilini şirkətin hüquqi ünvanı kimi göstərmək üçün onlara notarial ərizə təqdim etmiş, şirkətin sənədləşmə işlərində onlara yaxından köməklik göstərmiş, Arifin həmin hərəkətləri də onda əminlik yaratmışdır. 2015-ci ilin dekabr ayında Azərbaycana gələndə X42 kəndində ona və bacısı Zahidəyə inək fermasını göstərərək demişdir ki, inək fermasını onun puluna almışdır, lakin sənədləşmə işləri hələ qalmışdır. Onun puluna deyəndə, yəni pulunun müqabilində ona həmin əmlaklar barter kimi təqdim edilmişdir. Razılaşmaya əsasən Ağdam rayonu, Əfətli kəndindəki mal-qara fermasının 82 faizi onun, 18 faizi isə qayınatası Arifin olacaqmış. Məlum hadisələrdən, yəni aldadıldıqlarını başa düşdükdən sonra o, həmin fermanın yarısının Şahid2, yarı hissəsinin isə Azərin adına rəsmiləşdirildiyini bilmişdir. Həmin ərəfədə isə o, bu haqda məlumatsız olmuşdur. O və bacısı Hümeyra fermaya baxmışlar, pulları batmasın deyə almağa razılaşmışlar. Çünki Azər həmin fermanı bir neçə il sonra aldıqları qiymətdən iki dəfə artıq baha qiymətə sata biləcəklərini, həm də fermanın süd və ət istehsalından aylıq gəlir də verəcəyini demişdir. Ona görə də o, iqtisadi cəhətdən özü üçün faydalı olduğunu düşünmüş, fermaya baxış keçirəndə orada yüzlərlə baş mal-qara, tikililər, sağım və digər avandanlıqlar olduğunu görmüşdür. Həmin inək fermasından əlavə Azər təxminən 2016-cı ilin yanvar ayında bacısı Zahidəyə Abşeron rayonu ərazisində yerləşən toyuq ferması göstərmiş, Azər ona verilmiş 2 milyon 3 min ABŞ dolları müqabilində həmin toyuq fermasını da barter müqabilində aldığını, lakin sənədləşdirmə işlərini başa çatdırmadığını, yəni fermaları təsis olunmuş firmanın adına keçirmək işini başa çatdırmadığını demişdir. Lakin həmin ərəfədə Azərlə, Ariflə aralarında etibar münasibətləri mövcud olduğuna görə inanmışlar ki, əmlaklar onların firmasının balansına keçəcəkdir. Onun biznes planları daha geniş olmuş, o, Bakı şəhərində mağazalar açmaq fikrində olmuş, mağazalar üçün icarəyə verilən qeyriyaşayış sahələri tapmaqda Azər ona köməklik etmiş, Arif isə onları himayə etdiyini bildirmişdir. Onlar fermalarda şəkil çəkdirmişlər, həmin şəkilləri də təqdim etmişdir. Fermalara baxandan sonra Təqsirləndirilən şəxs onu və bacısını əmin etmişdir ki, həmin fermanı bir müddət sonra daha yüksək qiymətə satacaqlar. Azərin danışığından belə başa düşülmüşdür ki, 2 milyon ABŞ dolları müqabilində fermalar və torpaq sahələri barter kimi verilmişdir. O da pulu batmasın deyə həmin əmlakları qəbul etməyə razılaşmışdır. Ondan əlavə Azər ona Xəzər dənizi sahilində səhv etmirsə Hövsan qəsəbəsində hasara alınmış boş torpaq sahəsi də göstərmişdir ki, guya həmin torpaq sahəsi də barter kimi verilir və şirkətin mülkiyyətinə keçəcəkdir. Lakin hazırki vaxtadək müxtəlif bəhanələrlə ferma və torpaq sahəsi onların şirkətinin adına keçməmişdir. Azər əvvəlcə şirkətin möhürü hazır olmadığı üçün sənədləşmə apara bilmədiyini bəhanə etmiş, son iki ildə isə həmin fermaları satacağını və pullarını geri qaytaracağını demişdir. 2016-cı ilin oktyabr ayında Türkiyədə ona borclu olan şəxs borcun əvəzinə bir neçə dükan vermiş, yəni artıq corab və alt paltarları istehsalı ilə deyil, həm də satışı ilə məşğul olmağa başlamışdır. O, əvvəllər yalnız istehsalla məşğul olmuş, satışdan başı çıxmamış, həmin mağazaları borcun əvəzində qəbul edib işlətməyə başladıqdan sonra satış işindən anlayışı olmuşdur. Bakıda alt paltarı və corab biznesi ilə məşğul olan mağazalar şəbəkəsi olmadığına görə o, Bakıda şəbəkə mağazaları açmaq qərarına gəlmişdir. «İnwool» brendini Türkiyədə və Azərbaycanda rəsmiləşdirmiş, təsis edilmiş «Vizyon HH» şikrətinin balansında «İnwool» brendi altında alt paltarı və corab satışı ilə məşğul olan mağazalar şəbəkəsi qurmuş, həmin mağazaların qurulmasına lazım olan vəsaiti öz şəxsi pulundan ödəmişdir. Yəni Azərə verilmiş 2 milyon 3 min ABŞ dolları pulun həmin mağazalarla heç bir əlaqəsi olmamış, çünki ilk mağazanı 2016-cı ilin dekabr ayının sonu 2017-ci ilin yanvar ayında Bakı şəhəri Səbail rayonu, Nizami küçəsində açmış, 2015-ci ilin avqust-sentyabr aylarında isə artıq 2 milyon 3 min ABŞ dollarını Azərə vermişdir, Azər isə ondan xəbərsiz 2015-ci ilin dekabr ayında həmin pulun 1 milyon 400 min ABŞ dollarını Savadxangilə sələmə vermişdir. Dükanlar şirkətin mülkiyyətində olmamış, yəni mağazanın yerləşdiyi əmlak icarə müqaviləsi əsasında şirkətə istifadəyə verilmişdir. Həmin ərəfədə aldadıldığını başa düşmədiyinə görə mağazanın işlərinə Təqsirləndirilən şəxs nəzarət etmiş, çünki şirkətə rəsmi direktor da Azəri təyin etmişlər. 2016, 2017, 2018, 2019-cu illər ərzində və 2020-ci ilin avqust ayına kimi Azər onlara aylıq 6-8 min ABŞ dolları arası pul göndərmiş, həmin pulu da Azər onlara bankdan kənar yollarla göndərmiş və o, İstanbul şəhərində həmin işlə məşğul olan, yəni valyuta alqı-satqısı ilə məşğul olan adını bilmədiyi şəxslərdən həmin pulu qəbul etmişdir. Həmin illər ərzində Azərin ona göndərdiyi pulun ümumi həcmi 350.000 ABŞ dolları təşkil etmişdir. Azər həmin pulları guya fermadan əldə olunmuş gəlirin pulu adı ilə göndərmişdir. Lakin sonradan öyrənmişdir ki, Azər ondan aldığı 2 milyon ABŞ dolları pulun 1 milyon 400 min ABŞ dollarını faizə borca vermişdir. Son iki il ərzində Azər və Arif ona fermanı satacaqlarını demişlər. Fermanın pulu torpaq sahəsi şəklində alınacaqmış, yəni fermanı alan şəxs nağd pul əvəzinə torpaq sahələri alacaqmış və həmin torpaq sahələri satılıb onun pulu nağd şəkildə qaytarılacaqmış, lakin Arif və Azər dedikləri kimi pulunu geri qaytarmamışlar. 2020-ci ilin avqust ayından başlayaraq isə Azər aylıq pul göndərməyi dayandırmışdır. O, 2020-ci ilin oktyabr ayında bacısı ilə birlikdə Azərbaycana gəlmiş, gəlməkdə məqsədləri fermanı satıb pulu almaq və geri qayıtmaq olmuşdur. Həmin ərəfədə elə bilmişdir ki, fermaların 82 faiz səhmləri onun və bacısınındır. Azər və Arif onları müxtətlif bəhanələrlə aldatmışlar ki, ferma 1-2 günə satılacaqdır. O, həmin bəhanələrdən bezmiş, ona görə gəlmişdir ki, konkretləşdirib fermanı satıb pulunu alıb getsin. 2020-ci ilin noyabr ayının sonlarında Ağdamda fermada Fuadla görüşmüş, Fuad fermanın 50 faizinin özünün olduğunu demiş, o da təəccüblənmiş, Azər fermanın 50 faizinin Fuadın olmasını etiraf etməmişdir. Azər və Arif söz vermişdir ki, 1-2 günə Ağdamın icra başçısı Vaqif Həsənova həmin fermanı 7 milyon 800 min manata satıb onun pulunu ödəyəcəkdir. O, Azərin dediklərinə inanmamış, lakin Arif Novruzov onların «Tarqovu» adlanan ərazidə kirayə yaşadığı evdə görüşüb bu məsələyə müdaxilə etmiş, Arif Novruzov əmin etmişdir ki, qısa müddət ərzində həqiqətən də Ağdamın icra başçısı olan Vaqif Həsənov həmin fermanı 7 milyon 800 min manata alacaqdır, əldə olunmuş puldan onun borcunu qaytaracaqdır. Arif öz vəzifəsindən istifadə edərək Ağdam rayon icra başçısı ilə belə bir razılığa gəldiyini demiş, o da Arifin sözünə inanmış, razılaşıb Türkiyəyə qayıtmışlar. 2021ci ilin yanvar ayında Arifgildən xəbər çıxmadığını görüb Bakı şəhərinə yenidən qayıtmışlar, qayıtmaqda məqsədləri pulu almaq olmuşdur. 2021-ci ilin yanvar ayında Azər və Arif onlarla görüşməkdən qaçmışlar və telefon zənglərinə cavab verməmişlər. 2021-ci ilin yanvar ayında Fuadın vasitəsi ilə Mehman və Savadxanla tanış olmuşlar, onlarla Bakıda görüşmüşlər. Mehman və Savadxan söhbət zamanı etiraf etmişlər ki, Azər onlara 1 milyon 400 min ABŞ dolları sələmə pul vermişdir. O, həmin söhbətdən sonra bilmişdir ki, Azər və Arif onları aldadıb 2 milyon ABŞ dolları pullarını ələ keçirmişdir. Ona görə də o, Azər və Arifin barəsində şikayət etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, Ariflə aralarında etibar münasibətləri formalaşdığına görə, Arif özünü Bakıda quracaqları biznesin himayədarı kimi təqdim etdiyinə görə özü və ailəsinin Türkiyədə istirahət xərclərini ödəməsini xahiş etmişdir. Çünki gələcəkdə Azərbaycanda iplik zavodu qurmaq niyyətində olmuşlar, hətta Arif həmin iş üçün əlaqələrindən və vəzifəsindən istifadə edəcəyini, sahibkarlığa kömək milli fondundan əlavə pul alacağını və sərmayə kimi həmin işə yatıracağını bildirmişdir. 2018-ci ilin iyul ayının 9-19-u tarixlərində Arifin özünün, ikinci arvadı Səadətin, həmin nikahdan olan qızı Şəhanənin Antalya şəhərində yerləşən “X33 Resort and Spa" otelində tətil xərclərini o, bacısı Hümeyranın bank hesabından ödəmişdir. Həmin xərclər türk lirəsi ilə ödənmişdir, Azərbaycan manatına çevirəndə Arif, Səadət və Şahanənin tətil xərcləri 11.350 manat təşkil etmişdir. Ondan başqa 12-20 avqust 2018-ci il tarixlərində Arifin oğlu Kamranın həmin oteldə tətil xərclərini də eyni qaydada o ödəmiş və həmin xərclər 6708 manat təşkil etmişdir. Ödənişə dair bank məlumatlarını və otelin təqdim etdiyi arayışı təqdim etmişdir. Lakin Arifin onları aldatmağı onunla kifayət etməmiş, 2019-cu ilin əvvəllərində Arif müalicə almaq üçün İstanbula getmiş, Arifi yüksək səviyyədə qarşılayıb müalicəsini təşkil etmiş, lakin Arifə həmin pulları qonaq kimi xərclədiyinə görə hesaba almır, ona baxmayaraq 29 yanvar və 18 fevral 2019-cu il tarixlərində Arifin müalicəsi ilə əlaqədar 1958 manatlıq dərman xərclərini də Arif ona ödətdirmişdir. Həmin xərclər də Hümeyranın bank hesabından ödənmişdir. Həmin ərəfədə yəni 2018-ci ilin iyun ayından başlayaraq pambıq və iplik işi ilə məşğul olmaq fikrində olmuşlar, ona görə də Arifin tətil xərcləri və dərman xərclərini ödəməyə razı olmuşdur. Belə ki, tekstil işi ilə məşğul olduğuna görə xammal olaraq iplik işi ilə məşğul olmaq istəmiş, Azərə bu barədə dedikdə Azər həmin işlə məşğul olmaq üçün qayınatası Arifə müraciət etmək lazım olduğunu demiş, ona görə də 7-ci mikrorayon ərazisində yerləşən, yəni Arifin yaşadığı yerin yaxınlığında yerləşən «Şəhrizad» adlı restoranda Ariflə görüşmüşlər. Ariflə görüşəndə Azər də orada olmuş, Arif öz əlaqələrindən istifadə etməklə iplik, yəni sap işi qurmaq üçün onlara köməklik edəcəyinə onu əmin etmişdir. Arif həmin işin böyük həcmli bir proyekt olduğuna görə ən yüksək səviyyədə himayə olunmaq üçün Prezident Administrasiyasında öz şöbə müdirini də həmin işə cəlb edəcəyini bildirmişdir. O da vəzifəli şəxs olaraq Arifin dediklərinə inanıb Türkiyədə iş ortaqlarına həmin biznes planla bağlı müraciət etmişdir. Türkiyədə iri sahibkarlar olan Süleyman Kozuva və Mehmet Erdoğana müraciət etmiş, çünki həmin iş çox maliyyə tələb etmişdir. Süleyman və Mehmet də ona sözünə düz olan iş adamı kimi inandıqlarına görə həmin işə razılıq vermişdir. Beləcə həmin ərəfədə Süleyman və Mehmet Erdoğan Bakı şəhərinə gəlmişlər, Ariflə «Şəhrizad» restoranında görüşmüşlər. Həmin görüşdə Arifdən əlavə Azər də iştirak etmişdir. Ondan başqa Ariflə eyni tərkibdə Gəncə şəhərində də görüşmüşlər, Arifin tapşırığı ilə o, türk iş ortaqları ilə birlikdə Kamran və Bəhruz adlı "xxxx" ASC-nin müdiri ilə görüşmüş, Arif demişdir ki, ASC müdiri olan Kamran onun şöbə müdirinin qohumudur. Arifin köməkliyi ilə o, Süleyman Kozuva və X25, Bərdə, Goranboy rayonlarında və Şəki şəhərində pambıq sahələrində və pambıq fabriklərində olmuşlar. Azərbaycanda pambıqçılıq işi ilə məşğul olan şəxslərlə görüşüb şəraitlə tanış olmuşlar. Onları həmin rayonlara Azər aparmışdır. Ariflə razılaşmaları belə olmuşdur ki, Azərbaycanda pambıq fabriki qurmaq üçün 40 milyon ABŞ dolları lazımdır. Arif Novruzov söz vermişdir ki, 30 milyon ABŞ dollarını öz şöbə müdirinin himayəsi ilə sahibkarlığa inkişaf milli fondundan alacaqdır, yerdə qalan 10 milyon ABŞ dollarını isə o və digər iş ortaqları yatırım etməli olmuşlar. Ona görə də 2019-cu ilin sentyabr ayında "xxxx" QSC-ni təsis etmişlər, Təqsirləndirilən şəxs 19 faiz, Erdoğan Mehmet 43 faiz, Süleyman Kozuva 19 faiz, o da 19 faiz pay hüququna sahib olmuşlar. Fabrik qurmaq üçün Sumqayıt şəhərində və Gəncə şəhəri ətrafında torpaq sahələrinə baxmışlar, şirkət təsis olunduqdan sonra Təqsirləndirilən şəxs ona demişdir ki, şirkətin ilkin kapitalı üçün 100.0 ABŞ dolları pul lazımdır. Həmin ərəfədə Azər və Arifə inandıqları üçün pulu verməyə razılaşmışlar, 60.000 ABŞ dollarını Süleyman ödəmiş, qalan 40.000 ABŞ dollarını isə özü ödəmişdir. Süleymanı da həmin işə özü qoşduğu üçün daha sonra aldadıldığını başa düşdükdən sonra Süleymanın yanında biyabır olduğu üçün 60.000 ABŞ dollarını ona şəxsi vəsaitindən geri qaytarmışdır. Buna görə də iplik fabriki qurulması epizodunda Azər 100.000 ABŞ dolları pulunu dələduzluq yolu ilə ələ keçirmiş və həmin hadisə nəticəsində maddi ziyan ona dəymişdir. Həmin pulu eyni qaydada İstanbuldan qeyri-rəsmi valyuta mübadiləsi ilə məşğul olan tanımadığı şəxslərin vasitəsi ilə Bakı şəhərinə gətirilməsini təmin etmişdir. 100.0 ABŞ dollarını Azərə nağd şəkildə kirayə yaşadığı ünvan 2 ünvanında 2019-cu ilin noyabr ayının əvvəllərində vermişdir. Azər ondan pulu almışdır ki, şirkət yeni qurulduğundan müəyyən işlərin görülməsi üçün pul lazımdır. Azər izah etmişdir ki, yeni qurulacaq fabrikə dəzgahlar alınmalı imiş, həmin dəzgahlar xarici ölkələrdən alındığına görə firmanın bankda açılmış hesabında pul vəsaiti olmalıdır. İlkin sərmayə kimi Azər ondan 500.000 (bez yüz min) ABŞ dolları istəmiş, lakin o, o qədər pul verə bilməyəcəyini demişdir. Buna görə də Azər demişdir ki, heç olmasa ən azı 100.000 ABŞ dolları pul versin ki, ilkin sərmayə kimi şirkətin bank hesabında pul olsun. Azər demişdir ki, guya şirkətin hesabında pul olmalıdır ki, xaricdən dəzgah alanda gömrük rüsumları da az olsun. Lakin sonrakı vaxtlarda pandemiya başlamış, daha sonra isə Arif Novruzov və Təqsirləndirilən şəxs tərəfindən aldadıldıqlarını, 2 milyon 3 min ABŞ dolları məbləğində pullarının alınaraq şəxsi məqsədlər üçün xərcləndiyini bilmiş, ona görə də iplik fabriki işi yarımçıq qalmışdır. O, həmçinin ərizəsindəki 2 milyon 3 min ABŞ dolları məbləğində vəsaitinin məhz Arif Novruzov tərəfindən ələ keçirilməsi ilə bağlı məlumatların bir qədər qeyri-dəqiq göstərildiyini, ifadəsində daha ətraflı, daha dəqiq qeyd etdiyini bildirərək ifadəsinin əsas tutulmasını xahiş etmişdir. Ondan iş görmək adı ilə pul vəsaitini Təqsirləndirilən şəxs istəmiş və qəbul etmişdir. (cild İ, i/v: 74-83) Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəməyə müvafiq ərizə ilə müraciət edərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş Türkiyə Respublikasının vətəndaşı Genc X5 qardaşı Zərərçəkmiş şəxs1 ilə eyni məzmunda ifadəsində verdiyi müəyyən edilmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 ifadəsində bildirmişdir ki, o, 2008-ci ildə şəxsi təsərrüfatını yaratmış, 2010-cu ildə Şahid5 və Şahid1 adlı şəxslər əlavə vəsait qoymuş və onlar şərik olmuşlar. Savadxan onların Azər adlı şəxsə borclarının olduğunu bildirmiş, 2018-ci ilin sonunda aralarında olan razılaşmaya əsasən onlar öz paylarını Azərə vermişlər. Onlar birlikdə müəssisədəki hər şeyi qiymətləndirmiş və sənədləşdirmə vasitəsilə hər şeyi Azərin adına keçirmişlər. O, Azərlə də tanış olmuş, bir müddət sonra Azərin müəssisəyə qoyduğu pulların türk vətəndaşına məxsus olduğunu eşitmişdir. O, Azərlə şərik olduqdan sonra söhbət əsnasında Azrədən öyrənmişdir ki, Azər türk vətəndaşlarının pulunu ödəmişdir. Bir gün bir adam “Whatsapp” mobil tətbiqi vasitəsilə ona yazaraq adının Hakan Doygun olduğunu, Azərin onu aldatdığını bildirmişdir. O da bu barədə Azərə demiş, Azər ona bu məsələnin onluq olmadığını demişdir. Bir müddət sonra Azər ona həmin türk vətəndaşının gəlməsinə icazə verməsini istəmiş, o da icazə vermişdir. Bir müddət keçdikdən sonra Azər də gəlmiş, türklərlə söhbət etmişlər və aralarında mübahisə yaranmış, daha sonra birlikdə çıxıb getmişlər. Şəhərə gəldikdə onlar yenidən görüşmüş, X27 adına olan bütün payların onun pulu ilə alındığını demiş, Azər də bununla razılaşmışdır. Azər söhbət əsnasında fermanın 82 %-ni Hakanın, qalan 18 %-ni də öz vəsaiti hesabına aldığını demiş, öz adına olan payları Hakanın adına keçirəcəyinə söz vermiş, lakin bu, alınmamışdır. Daha sonra o, Hakanın hüquq mühafizə orqanlarına Azərdən şikayət etdiyini eşitmiş, daha sonra isə Azərin femadakı 50 % paylarının 10 %-ni borcu olduğu başqa bir adamın adına keçirdiyini, qalan 40%-i də Şahid1 adına keçirdiyini öyrənmişdir. Şahid2 məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, onun Azərlə şərlikli işlədiyi dövrdə qazanc az olmuş, Azər ilə 2019-cu ilin yanvar ayından etibarən şərik olmuşdur. Həmin müəssisədən az miqdarda gəlir əldə etmiş, əldə etdikləri qazancı isə ortaq bölməmişlər. Bir neçə dəfə Azər ondan pul istəmiş və o da bunu müəssisənin ümumi vəsaiti hesabına təmin etmişdir. Azər ondan 100.000 manat pul istəmiş, lakin o, verməmişdir. Birgə çalışdığı dövrdə Azər heç vaxt müəssisədən 600-700 min manat kimi qazanc əldə etməmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid5 ifadəsində bildirmişdir ki, o, kommersiya işi ilə məşğul olur, müxtəlif müəssisələr işlədir, misal üçün maldarlıqla və ya sement satışı ilə və s. məşğul olur. Azər torpaq sahəsi almaqla bağlı ona müraciət etmiş, onun da məsləhət gördüyü torpaq sahələrinə nəzər yetirmiş, lakin torpaqların alqı-satqısı alınmamışdır. Sonradan Azərin əlində 1 milyon 400.000 dollar pul olduğundan xəbər tutmuş, onun və şərikinin pula ehtiyacı olmuş, onlar razılaşmışlar ki, həmin pulu sement satışında və yumurta sənayesində istifadə etsinlər. Əvvəlcə Azərlə şərik olmaq fikrinə gəlmişlər, lakin bu məsələ alınmadığına görə məbləğin faizində razılaşmışlar. Razılığa əsasən hər ay üçün Azərə 25.000 dollar verməli olmuşlar. Onlar 7-8 ay razılaşdıqları faiz məbləğini Azərə vermişlər. Qiymətlərin aşağı düşməsi ilə əlaqədar onlar müslifləşmiş, lakin onlar müflisləşənə qədər imkan daxilində müəyyən məbləğlər ödəmişlər. Onlar cəmi 54.000 dollar faiz ödəmiş, lakin əsas məbləğ qalmış, onlar həmin məbləği ödəyə bilməmişlər. Onlar bu proseslər olan zaman yalnız Azər və Arif Novruzovla əlaqə saxlamışılar. Onların Ağdamda “X48 təsərrüfatı” MMC-də 600 baş cins heyvanları olmuş, Azərin də bundan xəbəri olmuşdur. Həmin MMC-də 50% pay ona və Şahid1 məxsus olmuş, qalan 50% pay isə Fuad Əlizadəyə məxsus olmuşdur. Onlar özlərinə məxsus payı Azərin adına keçirmiş və Azərə 500.000 dollar borclu qalmışlar. Azər pulun Türkiyə vətəndaşı Hakana məxsus olduğunu bildirmiş, onlar qalan 500.000 dollardan 350.000 dolları Hakana ödəmiş, geri qalan məbləği isə onlara bağışlamışdır. Şahid5 ona verilən suallara cavab olaraq bildirmişdir ki, onun Azərin Türkiyə vətəndaşı Hakanla işləməsindən və pulun də həmin şəxsə məxsus olmasından məlumatı olmuşdur. Onlar Hakanla görüşən zaman Hakan pulunun onlara verilməsindən məlumatsız olduğunu bildirmişdir. Onlar verilən məbləğə görə faiz ödənilməsi məsələsini Azərlə müəyyənləşdirmişlər. “X48 təsərrüfatı” MMC-də ona və Şahid1 məxsus 50% payı Azərin adına 2019-cu ildə keçirmişlər. “X48 təsərrüfatı” MMC-nin 50% payı onlara məxsus olan dövrdə onlar həmin müəssisədən əldə etdikləri gəlirləri kreditlərə və müəssisənin inkişafına sərf etmişlər, yəni onlar faktiki olaraq bu müəssisədən gəlir götürməmişlər. Lakin müəssisənin lazımı tələbatlarını həyata keçirdikdən sonra kifayət qədər gəlir əldə etmək mümkün olmuşdur. O, özünə məxsus payı Azərə verdikdən sonra həmin müəssisənin fəaliyyəti barədə məlumatlı olmuş, lakin bu fəaliyyətə müdaxilə etməmişdir. O, öz payını satdıqdan sonra müəssisəyə getməmişdir. O, pulun Türkiyə vətəndaşları Hakan və Humeyraya məxsus olduğunu sonradan bilmişdir. O, ferma üçün kredit götürülən zaman 2 evini girov qoymuş, müəssisə özü girovda olmamışdır. O, həmin ferma üçün 1 milyon manat dəyərində kredit götürmüşdür. “X48 təsərrüfatı” MMC-də 50% pay Azərin adına rəsmiləşdirilərkən həmin ferma qiymətləndirilmiş, Azərin ona verdiyi məlumata görə fermaya 6 milyon 500.000 manat qiymət qoyulmuşdur. O, Mehmanla birlikdə Azərə ümumilikdə 354.000 dollar faiz ödəmişdir. Hakanın onlara verdiyi məlumata görə, onların verdiyi pulların çox hissəsi ona çatmışdır. Onun bildiyinə görə Azər stadion tikmək məqsədi ilə torpaq axtarmış, o da bildiyim boş torpaq sahələri barədə Azərə məlumat vermiş, lakin həmin torpaq almaq məsələsi alınmamışdır. Ona Azər tərəfindən verilən pulun Türkiyə vətəndaşlarına məxsus olması barədə Azər özü ona məlumat vermişdir. Azər həmin türk vətəndaşları olan Hakan və Humeyra ilə biznes apardığını bildirmişdir. “X48 təsərrüfatı” MMC-də olan 50% pay Azərin adına rəsmiləşdirilərkən Türkiyə vətəndaşları həmin proseslərdə iştirak etməmiş, yəni həmin şəxslərin razılığı olmamışdır. “X48 təsərrüfatı” MMC 2006-cı ildən onlara məxsus olmuşdur. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 ifadəsində bildirmişdir ki, o, mebel sexində işləmiş, daha sonra Zərərçəkmiş şəxs3 yanında sürücü kimi işləmişdir. Həmin vaxt Azərin mağazalarına mebel yığmış və ona pulunu vaxtında vermişdir. X37 yerləşən “5 qardaş” adlı kafedə oturarkən Zərərçəkmiş şəxs3 Nərimanov rayonu və Yeni Günəşli qəsəbəsində yerləşən torpaq sahələrinin sənədləşmə işi ilə bağlı söhbət düşmüş və Azər onun qayınatasının Prezident Aparatında işlədiyini və onun bu işləri yoluna qoya biləcəyini demişdir. Azər torpaq sahələrinin sənədlərini istəmiş və özü də gedib həmin torpaq sahəsinə baxmışdır. Azər onlara bu məsələ ilə bağlı xəbər edəcəyini bildirmiş və bir neçə gündən sonra onlar görüşmüşlər. Həmin torpaq sahəsində həm tikinti olmalı, həm də torpaq sahəsinə çıxarış alınmalı olmuşdur. Azər ona həmin məsələnin həlli üçün tələb olunan müddət və məbləğ barədə məlumat vermişdir. Onlar yenidən görüşən zaman o, pulun bir hissəsini Azərə vermiş, Azərin dediyi müddətdən 15-20 gün keçmiş, Azər ona müəyyən işlərin vaxt aldığını demişdir. Azər bir gün zəng edərək tikintiyə başlaya biləcəklərini, icra hakimiyyətindən adamlar gələcəyini, bundan xəbərdar olmaq üçün bir nəfərin həmin sahədə dayanmalı olduğunu demişdir. Zərərçəkmiş şəxs3 da, Azər də həmin torpaq sahəsində onun qalmasını məsləhət görmüş, o, hər gün səhər saat 9-dan axşama qədər orada olmuşdur. Tikinti başlayandan bir müddət keçəndən sonra 2-3 dəfə gəlib işi dayandırmışlar. Həmin vaxt Yeni Günəşlidə yerləşən torpaq sahəsinə çıxarış alınması məsələsi də söhbəti getmişdir. Tikinti bir neçə dəfə dayandırılsa da, sonradan yenidən bərpa edilmişdir. Belə ki, müxtəlif idarələrdən gələrək işi dayandırmağa çalışsalar da, işin davam etdiyinin şahidi olmuş, ona görə də Yeni Günəşlidə yerləşən torpaq sahəsinə çıxarış alınması üçün Azərə hissə-hissə pul vermişlər. Həmin pul verilən zaman yenidən tikinti dayandırılmış, 10-15 gün sonra onlar İçərişəhərdə icra hakimiyyətinin yaxınlığında yerləşən bir quruma getmişlər, orada müəyyən danışıqlar getmiş və o, həmin zaman danışıqlarda iştirak etməmiş, yəni danışılanlardan xəbərsiz olmuşdur. Otaqdan çıxandan sonra Azər ona 3 gündən sonra yenidən tikintiyə başlamalarını demişdir. Azərin dediyi kimi 3 gündən sonra onlar yenidən işə davam etmiş, çıxarışın alınması məsələsinin həlli çox uzanmış, həmin vaxt müharibə başlamış və Azər müharibə zamanı kimdənsə nə isə xahiş etməyin alınmayacağını demişdir. Daha sonra müharibə bitmiş, lakin yenə də çıxarış məsələsi alınmamışdır. O, Azərin qayınatası ilə görüşmüş, Azərin qayınatası ona səbirli olmalarını, hər şeyin həll olacağını demişdir. Azər onlara Ağdamda yeri olduğunu bildirmiş və onlar birlikdə oraya getmişlər. Onlar rayona getdikdən sonra Azər Bərdədə ona otel otağı tutmuş, o, təxminən 1 ay yarım Bərdə rayonunda qalmış və oarda qaldığı müddətdə, Azər əvvəlcə fermada olan malları satmaq istəmiş, lakin bu, alınmamış, buna görə də Azər150.000 manat pulu olduğunu və onu aparıb Zərərçəkmiş şəxs3 verməyini istəmişdir. Azər özü Ağdam rayonunda qalmış, o isə Bərdə rayonunda qalmışdır. O, hər gün Bərdədən Ağdama gedib- gəlmiş, lakin Azərin dediyi 150.000 manatı da Zərərçəkmiş şəxs3 vermək alınmamışdır. Bundan sonra Azər Mərdəkanda torpaq sahəsi olduğunu demiş və onlar birlikdə həmin yerə getmişlər. Lakin sonradan məlum olmuşdur ki, həmin torpaq sahəsi onun özünə məxsus deyildir. Həmin torpaq sahəsinin də Füzuli Hüseynova verilməsi alınmamışdır. Azər qalan 320.000 manat pulu verməkdən boyun qaçırmışdır. Şahid3 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, Azəri biznes adamı kimi tanımış, Azər onlara torpaq məsələlərini qayınatasının vasitəsilə həll edəcəyinə söz vermişdir. Azərə verilən pul sadəcə olaraq həmin ərazidə anbarın tikilməsi üçün icazə alınması və torpaq sahəsinə çıxarışın əldə olunması məqsədi ilə verilmişdir. Zərərçəkmiş şəxs3 tərəfindən AzərƏsgərova pulların verilməsində şəxsən iştirak etmiş, Azərə ümumilikdə 320.000 manat pul verilmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində bildirmişdir ki, o, Şahid5lə şərik olmuş və onunla birlikdə Azərdən 1 milyon 400.000 dollar borc pul götürmüşlər. Həmin borcun qarşılığında onlar aylıq 25.000 dollar ödəniş etmişlər. Bir müddət sonra baş verən devalvasiya nəticəsində onların gəlirləri kəsilmiş və ödənişi etməkdə çətinlik çəkmişlər. Onlar həmin vaxt sement satışı ilə məşğul olmuşlar, həmçinin “X48 Təsərrüfatı” MMC də onlara məxsus olmuşdur. Pulu əldə etdikdən sonra onların məqsədi sementin topdan satışını həyata keçirmək olmuşdur. Onlar “Norm” sement zavodundan sement alıb, digər beton zavodlarına satmaqla məşğul olmuşlar, lakin sonradan işlər qaydasında getmədiyi üçün Azərə ödəməli olan pulu ödəyə bilməmişlər. Buna görə də Azərin istəyi ilə “X48 Təsərrüfatı”dakı 50% paylarını Azərin adına keçirmişlər. Şahid1 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, Azəri Savadxanın vasitəsilə tanımış, o, bəzən ofisə gəlmiş, bu zaman Savadxan Azər adlı qohumu olduğunu, onun sərbəst pullarının mövcud olduğunu bildirmiş və birlikdə həmin pulu işə xərcləməyi təklif etmişdir. Onlar sonradan pulların Türk vətəndaşlarına məxsus olduğunu öyrənmişlər. Onlar öz aralarında Azərin əlində olan pulu işə yatırmaq və bunun qarşılığında Azərə həmin pulu faizi ilə qaytarmaq barədə razılaşmışlar. Onların arasındakı bu razılaşma şifahi olmuş, lakin hər dəfə pul veriləndə o, Savadxanla birlikdə hesabat aparmışdır. Daha sonralar onlar Türkiyə vətəndaşı Hakanla görüşmüşlər. Hakanın onun pulunun faizlə verilməsindən xəbəri olmamışdır. “Qara inək” fermasının payları onda və Savadxanda olduğu müddətdə onlar həmin fermadan gəlir götürməmişlər. 2019-cu ildə fermanı təhvil verərkən ordan gəlir əldə etməmişdir, lakin ferma düzgün işlədilsə gəlir əldə etmək olardı. O, fermadakı payını təhvil verdikdən sonra ferma barədə məlumatı olmamışdır. Azər onlara 1 milyon 400.000 ABŞ dolları verəndə ABŞ dollarının manata münasibətdə məzənnəsi 1.05 manat olmuşdur. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid4 ifadəsində bildirmişdir ki, o, sadəcə X30 Əsgərova pul verməsi prosesində iştirak etmiş, həmin zaman Nurlan da orada olmuşdur. O, tərəflər arasındakı heç bir danışıqda iştirak etməmiş, yalnız pulun verilməsi prosesində iştirak etmişdir. Müdafiə tərəfinin vəsatətinə əsasən məhkəmə iclasında şahid qismində dindirilmiş X19 ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, Azəri Nurlan vasitəsilə tanımış, onlar birlikdə Ağdama gedib orada fermaya baxmışlar, belə ki, Azər həmin fermada olan payından onlara satmaq istəmişdir. Azərin fermadakı payının dəyəri 200.000 manat olmuşdur. Azərə 200.000 manat pulu o ödəmiş, daha sonra Azərin hər kəsi aldatdığını öyrənmişdir. O, Füzulini də Nurlan vasitəsilə tanımış, Füzuli ilə aralarında heç bir münasibət yoxdur. Füzuli ilə Azər arasında hansısa bir iş olmağından xəbərim olmamışdır. O, 200.000 manatı Azərə Hövsanda ödəmişdir. Onun ödəniş etməsinə dair sənədi və sübutu da var. 200.000 manat pul Azərdə qalmışdır. Onun hal-hazırda Laçın rayonunda ferması var. O, Azərə verdiyi 200 min manatla bağlı müxtəlif yerlərə şikayət etmişdir. Bu məsələdən sonra o, Azərlə görüşə bilməmiş, onun telefonuna zəng çatmamışdır. Azərlə onun arasında alqı-satqı işinin rəsmiləşdirilməsində Şirbala da iştirak etmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: - «Könüllü təqdim edilən əşyaya baxış keçirilməsi haqqında» 03 aprel 2021-ci il tarixli protokoldan görünür ki, cinayət işi üzrə zərərçəkmiş şəxs Genc X3 təqdim etdiyi «İPhone» markalı mobil telefon aparatına xidməti otaqda onun və tərcüməçinin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, «İPhone» markalı mobil telefon aparatı işlək vəziyyətdə olub istifadə üçün yararlıdır, mobil telefon aparatının foto və videoçəkilişlər üçün nəzərdə tutulmuş kamerası, «SMS» bölməsi, «Whatsapp» ani mesajlaşma mübadilə proqramı vardır. «Whatsapp» ani mesajlaşma mübadilə proqramında «Azer Baku» adı ilə qeydə alınmış Təqsirləndirilən şəxs ilə aparılan yazışmalara baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, yazışmada Təqsirləndirilən şəxs qayınatası Arif Novruzovu «cumhurbaşkanı müşaviri», yəni prezidentin müşaviri kimi təqdim edir. Yazışmanın tarixi 17 avqust 2015-ci il saat 13.14-ə təsadüf edir. Təqsirləndirilən şəxs Humeyra Genc-dən 1 milyon 400 min ABŞ dolları məbləğində kiməsə verməsi üçün pul istəyir, danışığın məzmunundan başa düşülür ki, tərəflər arasında iş birliyi haqqında söhbət gedir. 25 avqust 2015-ci il tarixdə baş tutmuş yazışma zamanı Təqsirləndirilən şəxs ona 620, 780, 570 və 50 min ABŞ dolları məbləğində pulun (hissə-hissə) göndərilməsini təsdiqləyir. «Whatsapp» ani mesajlaşma mübadilə proqramında «Elif (Halk MDR) Bayat» adı ilə qeydə alınmış abonentlə aparılan yazışmalara baxış keçirilmişdir. Humeyra Genc bildirdi ki, həmin abonent Türkiyədə «Halk Bank» bankının əməkdaşıdır, Təqsirləndirilən şəxs iş birliyi qurmaq adı altında tələb etdiyi 2 milyon ABŞ dolları pulun bir hissəsini bankdan kredit götürüb ona göndərdiyini, bu istiqamətdə onunla danışıqlar apardığını bildirdi. Yazışmanın tarixi 17 avqust 2015-ci il tarixinə təsadüf edir, yazışmanın məzmunundan görünür ki, Humeyra Genc 2 milyon ABŞ dollarına alacağını vəd etdiyi torpaq sahəsinin xəritə-sxemini və sənədlərin fotoşəklini «Elif (Halk MDR) Bayat» adı altında qeyd olunmuş abonentə göndərir. Humeyra Genc bildirdi ki, Təqsirləndirilən şəxs onu inandırmaq məqsədi ilə torpaq sahəsinə dair xəritə-sxem və sənədlərin fotoşəklini «Whatsapp» vasitəsi ilə ona göndərmiş, o, da öz növbəsində həmin fotoşəkilləri kreditin alınması ilə əlaqədar bankın əməkdaşına göndərmişdir. Qeyd olunan mobil telefonda «Whatsapp» ani mesajlaşma mübadilə proqramında olan məlumatların bir qismi iş üzrə əhəmiyyət kəsb etdiyindən ekran görüntüsünün fotoşəkilləri çəkilmiş və protokola əlavə edilmişdir. Bundan əlavə “Whatsapp” ani mesajlaşma mübadilə proqramında Təqsirləndirilən şəxsla Humeyra Genc arasında aparılan yazışmalara dair stenoqram azərbaycan dilinə tərcümə olunmuş, A4 formatlı vərəqə çap edilmiş vəziyyətdə protokola əlavə edilmişdir. Mobil telefon aparatı sahibi Humeyra Genc-ə istifadəyə yararlı vəziyyətdə qaytarılmış, bununla bağlı etiraz və ya şikayət daxil olmamışdır. (cild İ, i/v: 95-112) - «Sənəd və fotoşəkillərə baxış keçirilməsi haqqında» 03 aprel 2021-ci il tarixli protokoldan görünür ki, istintaq materiallarına əlavə edilmiş Şahid5, Şahid1 ilə Təqsirləndirilən şəxs arasında bağlanmış 10 yanvar 2019-cu il tarixli razılaşmaya əsasən Təqsirləndirilən şəxs, Şahid5 və Şahid1 01 dekabr 2015-ci il tarixdə 1.400.000 (bir milyon dörd yüz min) ABŞ dolları məbləğində borc vermişdir. 10 yanvar 2019-cu il tarixinə qədər həmin borc üçün 671.000 ABŞ dolları məbləğində faiz hesablanmış, Şahid5 və Şahid1 həmin məbləğin 354.635 ABŞ dolları məbləğində olan hissəsini Təqsirləndirilən şəxs ödəmiş, hesablanmış faiz üzrə 316.365 ABŞ dolları məbləğində ödənilməmiş məbləğ qalmışdır. 10 yanvar 2019-cu il tarixinə borc əsas məbləğ də daxil cəmi 2.917.820 manat təşkil edir. Borc müqabilində Şahid5 və Şahid1 «X48 Təsərrüfatı» MMC-nin nizamnamə kapitalındakı onlara məxsus 50 faizlik payı 2.377.305 manat borcun əvəzinə Təqsirləndirilən şəxs mülkiyyətinə vermişlər. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya qurumunun Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli çıxarışından görünür ki, «X48 Təsərrüfatı» MMC-nin nizamnamə kapitalındakı paylar əvvəl Şahid2 50 pay, Şahid5 10 pay, Şahid1 40 pay şəklində olmuş, sonradan paylar Təqsirləndirilən şəxs 50 pay və Şahid2 50 pay şəklində rəsmiləşdirilmişdir. Şahid5 və Təqsirləndirilən şəxs iştirakları ilə tərtib olunmuş faiz borclarının ödənməsinə dair qeyri-rəsmi sənəd surətlərindən görünür ki, Şahid5 Təqsirləndirilən şəxs 2015-2016-cı illər ərzində aylıq 25.000 ABŞ dolları olmaqla cəmi 125.000 ABŞ dolları faiz pulu ödəmiş, Təqsirləndirilən şəxs faiz dərəcəsini aşağı saldığından xx.xx.2018-ci il tarixdən etibarən aylıq 21.000 ABŞ dolları faiz ödənişləri qəbul etmişdir. Qeyd olunan sənəd surətləri Təqsirləndirilən şəxs Türkiyə Respublikası vətəndaşlarına məxsus pul vəsaitini ələ keçirdikdən sonra pulun sahibinin icazəsi və məlumatı olmadan gəlir əldə etmək məqsədi ilə Şahid5 və Şahid1 1 milyon 400 min ABŞ dolları pul verməsini bir daha təsdiq etmiş olur. Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsindən verilmiş xx.xx.2019-cu il tarixli çıxarışdan görünür ki, "xxxx" QSC-nin nizamnamə kapitalındakı mayaların miqdarı Təqsirləndirilən şəxs 19 %, X39 (Türkiyə Respublikası) 43 %, Kozuva Süleyman (Türkiyə Respublikası) 19 %, Doygun Hakan (Türkiyə Respublikası) 19% şəklində müəyyən olunmuşdur. Təqdim olunmuş fotoşəkillərdən görünür ki, iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Humeyra Genc quşçuluq təsərrüfatında, Hakan Doygun isə maldarlıq fermasında fotoşəkil çəkdirmişdir, Hakan Doygun olan şəklin fonunda fermanın hasarı, Təqsirləndirilən şəxs və istintaqa aidiyyəti olmayan şəxslər vardır. Humeyra Genc-in olduğu fotoşəkildə fonda toyuqlar və istehsalla əlaqəli dəzgahlar vardır. İstintaq zamanı ifadələrdən görünür ki, Təqsirləndirilən şəxs türk vətəndaşlardan dələduzluq yolu ilə ələ keçirdiyi 2 milyon 3 min ABŞ dolları pulun müqabilində fermer təsərrüfatları alacağını vədini verib inam formalaşdırmaq üçün onları həmin fermalara aparmışdır. (cild İ, i/v: 128-131) - «Sənəd və fotoşəkillərə baxış keçirilməsi haqqında» 24 iyun 2021-ci il tarixli protokoldan görünür ki, zərərçəkmiş Hakan Doygunun təqdim etdiyi sənəd surətlərinə və fotoşəkillərə, həmçinin məhkəmə qətnaməsinə xidməti otaqda baxış keçirilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs ilə Novruzova (Əsgərova) Şəhla Arif qızı arasında xx.xx.2011-ci il tarixdə bağlanmış nikah pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X20 və xx.xx.2020-ci il təvəllüdlü X21 analarının yanında saxlanmışdır. Əmək müqaviləsinə dair sənəd surətlərinə əsasən Təqsirləndirilən şəxs ilə xx.xx.2016-cı il tarixdə əmək müqaviləsinə əsasən o, "xxxx" şirkətinə direktor vəzifəsinə təyin olunmuş, xx.xx.2021-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışa əsasən, "xxxx" MMC xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmış, təsisçiləri Türkiyə Respublikası vətəndaşları Doygun Hakan (50%) və X38 (50%) olmaqla qanuni təmsilçiləri Təqsirləndirilən şəxsdur. Təqdim olunmuş fotoşəkillərdən görünür ki, şəkillərdə futbol stadionunun maketinin yanlardan və üst tərəfdən fotoları rəngli printer vasitəsi ilə çap edilmişdir. İstintaq zamanı toplanmış materiallardan görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş Hakan Doyguna suni ot örtüklü stadion inşa etdirib icarəyə verməklə pul qazanmağı təklif etmiş etibar formalaşdırmaq üçün stadion maketinin şəkillərini ona təqdim etmişdir. Fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs «Maseratti» markalı **- CB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sükanı arxasındadır, digər şəkillərdə isə Təqsirləndirilən şəxs «Mercedes GL» markalı **-AS-***, «Maseratti» markalı **-CB-*** və «Mercedes G dass» markalı dövlət qeydiyyat nişanı fotoşəkildə olmayan nəqliyyat vasitələrinin fonunda əks olunmuşdur. İstintaq materiallarından görünür ki, Təqsirləndirilən şəxs həmişə bahalı avtomobillər idarə etmiş və bununla da zərərçəkmişlərdə imkanlı sahibkar və etibarlı biznes tərəfdaşı görüntüsü yaratmışdır. DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən əldə edilmiş məlumatlardan görünür ki, “Maseratti Granturismo” markalı **- CB-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz GL 550” markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı 10 mart 2017-ci il tarixdə və 26 oktyabr 2017-ci il tarixdə Təqsirləndirilən şəxs həyat yoldaşının qardaşı Kamran Novruzovun adına rəsmiləşdirilmiş və etibarnamə əsasında Təqsirləndirilən şəxs etibar edilmişdir. Sənəd surətləri və fotoşəkillər iş üzrə əhəmiyyət kəsb edən məlumatları özündə əks etdirdiyindən baxış protokoluna əlavə edilmişdir. (cild İİ, i/v: 139-167) - «Cinayət işi materiallarında olan CD diskə baxış keçirilməsi haqqında» 23 iyul 2021-ci il tarixli protokoldan görünür ki, cinayət işi materiallarından olan CD diskə iş üzrə şahid qismində dindirilmiş Şahid3 iştirakı ilə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, kompakt diskin yaddaşında 02 ədəd videofayl vardır. Fayllar «Mp4» formatlı olmaqla VİD-20210315-WA0039 və VİD-20210315-WA0040 adı ilə qeydə alınmışdır.

1. VİD-20210315-WA0039 adlı videogörüntüyə baxış zamanı müşahidə olunur ki, görüntü avtomaşının salonunda çəkilmişdir. Videogörüntü də zahiri görünüşündən, səsindən və danışıq tərzindən Təqsirləndirilən şəxs bənzər şəxs sükan arxasında əyləşib siqaret çəkir. Şahid3 bildirdi ki, həmin videogörüntünü təxminən 2020-ci ilin noyabr-dekabr aylarında Təqsirləndirilən şəxs xəbərsiz mobil telefonun kamerasından istifadə etməklə sonuncunun idarə etdiyi avtomaşında çəkmişdir. Həmin videogörüntü zamanı Təqsirləndirilən şəxs həftənin birinci günü torpaq sahələrinin sənədləşmə işlərinin başa çatacağına söz verir. Söhbət zamanı Şahid3 Təqsirləndirilən şəxs söz verdiyi kimi həftənin birinci günü sənədlərin hazır olmasına əminlik məqsədi ilə «var yox söyüşü» ifadə edir, Təqsirləndirilən şəxs da həmin söyüşü təkrarlayaraq söz verir ki, həftənin birinci günü heç bir gecikmə olmadan topaq sahəsi ilə bağlı sənədlər hazır olacaqdır. Videogörüntü 01 dəqiqə 19 saniyə davam edir.

2. VİD-20210315-WA0040 adlı videogörüntüyə baxış zamanı müşahidə olunur ki, görüntü kafedə çəkilmişdir. Videogörüntü də zahiri görünüşündən, səsindən və danışıq tərzindən Təqsirləndirilən şəxs bənzər şəxs masa arxasında təsbeh oynadır. Şahid3 bildirdi ki, həmin videogörüntünü təxminən 2020-ci ilin noyabr-dekabr aylarında Təqsirləndirilən şəxs xəbərsiz mobil telefonun kamerasından istifadə etməklə kafedə baş tutmuş görüş zamanı çəkmişdir. Təqsirləndirilən şəxs tərəfindən aldadıldığını başa düşdüyü üçün gələcəkdə öz təqsirsizliyini, Azərin isə təqsirliliyini sübut etmək məqsədi ilə həmin videogörüntünü qeydə almışdır. Həmin videogörüntü zamanı Təqsirləndirilən şəxs həftənin dördüncü günü torpaq sahələrinin sənədləşmə işlərinin başa çatacağına Şahid3 söz verir. Söhbət zamanı Şahid3 Təqsirləndirilən şəxs torpaq sahələrinin sənədləşməsi adı ilə ondan qəbul etdiyi məbləğ barədə soruşur, Təqsirləndirilən şəxs da təsdiq edir ki, torpaq sahələrinin sənədləşməsi üçün qəbul etdiyi pulun məbləği 320.000 manatdır. Daha sonra söhbət zamanı Şahid3 200 min manat 30 sot torpaq sahəsinin sənədləşdirilməsi, 120 min manat isə Nərimanov rayonu ərazisində yerləşən anbarın sənədləşdirilməsi üçün Təqsirləndirilən şəxs təqdim etməsini bildirir, sonuncu da həmin məbləğləri və pulu qəbul etməsini təsdiqləyir. Videogörüntü 02 dəqiqə 17 saniyə davam edir. (cild İİİ, i/v: 190-191) - Məhkəmə-psİxoloji ekspertizasının 03 may 2021-ci il tarixli 11/114 nömrəli rəyindən görünür ki, təqdim edilmiş 01 ədəd «CD» diskdə olan «VİD-20210315-WA 0039» və «VİD- 20210315-WA 0040» adlı videogörüntüfərdə Təqsirləndirilən şəxs danışıq və davranışında kənar psixi təsir əlamətləri müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs videoçəkiliş zamanı emosional halında ekstremal dəyişikliklərin baş verməsi müşahidə olunmur. (cild İİİ, i/v: 76-79) - 17 avqust 2020-ci il tarixli “etirafnamə”nin əslindən görünür ki, Təqsirləndirilən şəxs torpaq sahələrinin sənədləşməsi üçün Şahid3 320.000 manat almasını etiraf etməklə yanaşı, sənədləri xx.xx.2020-ci il tarixinədək həll edəcəyini, əks halda 3 gün müddətində pulu geri qaytaracağına namusu və qeyrəti ilə and içməsi ilə bağlı və etirafnaməni kənar təsir olmadan yazması barədə qeydiyyat aparmışdır. (cild İİİ, i/v: 18) Məhkəmə təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərkən ən əvvəl qeyd edir ki, dövlət ittihamçısı yekun nitqində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə verilmiş ittihamdan və aparılan cinayət təqibindən imtina etdiyini bildirmişdir. Dövlət ittihamçısının verilmiş ittihamdan qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə imtina etməsinə görə Təqsirləndirilən şəxs barəsində həmin maddə ilə aparılan cinayət təqibinə xitam verilməsi ilə bağlı ayrıca akt şəklində qərar qəbul edilmişdir. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 1-ci bəndində qeyd olunur ki, Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə, yaxud da əmlak hüquqlarının əldə etməsinə yönəlmiş olsun. Həmin qərarın 5-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Beləliklə, məhkəmə təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidləri dinləyərək iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgələrin əmlakını ələ keçirərək külli və xüsusilə külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etməsi təqsirləndirilən şəxsin özünün, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, maddi sübutlar və məhkəmə iclasında elan edilmiş digər sənəd və iş materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməllərində təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilmədi. Bununla yanaşı məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı Türkiyə Respublikasının vətəndaşları Hakan Genc və X31 həqiqətən də ittihamda qeyd olunan məbləğdə pul alması, lakin həmin pulu ABŞ dolları ilə qəbul etməsi, onun pulu aldığı dövrdə ABŞ dollarının manata olan məzənnəsinin 0,78 manat təşkil etməsi ilə bağlı ifadələrinə qiymət verərək qeyd edir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı Hakan Genc və X46 tərəfindən pulun ona 2014-cü ildə verildiyini, buna dair sübutlarının olduğu qeyd etsə də, təqsirləndirilən şəxs bu hissədə məhkəməyə heç bir sübut təqdim etməmiş, həmçinin cinayət işinin materiallarına əlavə edilmiş «Whatsapp» yazışmalarından çıxarışdan görünür ki, istinad olunan pul məbləği 2015-ci ilin avqust ayında göndərilmiş və həmin tarixdə ABŞ dollarının manata olan məzənnəsi 1.05 manat olmuşdur. Həmçinin məhkəmə iclasında şahid qismində dindirilmiş Mahman Ağayev və Şahid5 bildirmişdir ki, Təqsirləndirilən şəxs onlara faizə pul verdiyi dövrdə ABŞ dollarının manata olan məzənnəsi 1,05 manat olmuşdur. Təqsirləndirilən şəxs məhkəməyə qəbz təqdim edərək xx.xx.2025-ci il tarixdə “X16” MMC-yə "xxxx" ASC-nin səhmlərini almaq üçün pul ödədiyini və qeyd olunan sənədlə zərərçəkmiş şəxslər Hakan Genc və X46 tərəfindən ittihamda qeyd olunan məbləğin ona 2025-ci ilin iyul ayından əvvəl göndərildiyini sübuta yetirdiyini bildirsə də, “X16” MMC-nin və "xxxx" ASC-nin zərərçəkmiş şəxslər Hakan Genc və X34 hansı əlaqəsinin olmasını qeyd etməmişdir. Məhkəmə bu hissədə qeyd edir ki, təqsirləndirilən şəxsə “X16” MMC və ya "xxxx" ASC ilə bağlı ittiham irəli sürülməmiş, ümumiyyətlə cinayət işinin materiallarında qeyd olunan hüquqi şəxslərin adı keçməmişdir. Həmçinin Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində Hakan Doygunun 2025-ci ilin yay aylarında ona 3-4 dəfəyə ümumilikdə 2 milyon 3 min ABŞ dolları məbləğində pul göndərdiyini, Hakan Doygundan xəbərsiz olaraq pulun bir hissəsini Şahid5 və Şahid1 faizə verdiyini, bir hissəsini “Texnikabanka” depozitə qoyduğunu, bir hissəsini öz şəxsi ehtiyaclarına xərclədiyini, qalan hissəsini isə Hakan və Hümeyra Genc Bakıya gələn zaman onların özünə xərclədiyini bildirmişdir. Bundan başqa, təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində Hakan Genc və X46 tərəfindən ona həmin məbləğ konket iş üçün deyil, hər hansı bir yatırım etmək üçün vermiş, o da torpaq sahəsininin alqı-satqısı baş tutumadığından qeyd olunan pulu Hakan Gencin özünün razılığı ilə başqa bir işə yatırmaq qərarına gəlmiş, həmin pulla “X48 təsərrüfatı” MMC-yə yatırmış və bununla da Hakan Gəncə kifayət qədər qazanc vermişdir. Lakin məhkəmə iclasında dindirilmiş şəxslərin ifadələri və cinayət işinin materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə qeyd olunan pul vəsaitini “X48 təsərrüfatı” MMC-yə, həmçinin quşçuluq fabrikinə yatıracağını bildirsə də, bu məqsədlə zərərçəkmiş şəxslər tərəfindən "xxxx" şirkəti təsis edilsə də, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə bildirdiyi kimi pulu hər hansı təsərrüfata xərcləməmiş, əksinə Şahid5 və Şahid1 adlı şəxslər sələmə vermiş, bir müddətdən sonra Şahid5 və Şahid1 əvvəlcədən razılaşdıqları kimi borc və faiz məbləğini ödəməkdə çətinlik çəkdikləri üçün onlara məxsus olan təsərrüfatın 50 faiz paylarını "xxxx" şirkətinin deyil, öz adına almış, həmin dövrdə qeyd olunan təsərrüfat heç bir gəlir verməmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə məxsus olan pul vəsaitini heyvandarlıq və quşçuluq təsərrüfatına qoyub, onlara aylıq gəlir verəcəyi ilə bağlı vəd verib, bu məqsədlə onlara "xxxx" şirkətini təsis etdirmiş, lakin pul vəsaitini heç bir təsərrüfata yatırmadan bir hissəsini sələmə verib, bir hissəsini banka depozitə qoyub əldə etdiyi faiz məbləğlərindən zərərçəkmiş şəxslərə göndərməklə guya onlara qazanc verdiyi görüntüsünü yaratmış, qalan məbləği isə öz şəxsi ehtiyaclarına xərcləməklə faktiki olaraq zərərçəkmiş şəxslərə məxsus olan pul vəsaitini mənimsəmişdir. Zərərçəkmiş şəxslər pullarını geri tələb etməyə başladıqda isə heç bir gəlir verməyən fermer təsərrüfatının 50 faiz payını öz adına keçirib, guya zərərçəkmiş şəxslərə məxsus imiş kimi göstərməklə zərərçəkmiş şəxsləri Azərbaycan Respublikasında biznes qurmalarına inandırmağa çalışmışdır. Həmçinin təqsirləndirilən şəxs Füzuli Hüseynova aid epizod üzrə də ona verilən pul məbləğlərinin tikilinin çıxarışının alınması məqsədi ilə rüşvət kimi deyil, dövlət rüsumu qismində xərclədiyini, vəd etdiyi tikintiyə icazə sənədini və çıxarışı aldığını bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmiş, həmçinin məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri ilə Təqsirləndirilən şəxs vəd etdiyi kimi tikinti işlərinin aparılması üçün icazənin alınması və çıxarışın verilməsinin təmin edilməsini həyata keçirə bilməməsi, bununla bağlı Füzuli Hüseynovdan aldığı pulun geri qaytarılması ilə bağlı ona müxtəlif əmlaklar göstərməsi, həmin əmlakları zərərçəkmiş şəxsin adına keçirməklə aldığı pulu geri ödəyəcəyini bildirməsi, lakin yekun nəticədə heç bir əmlak verməməsi və ümumiyyətlə aldığı məbləği geri ödəmədiyi müəyyən edilmişdir. Bundan başqa təqsirləndirilən şəxs Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X8 Agentliyinin 0333 nömrəli Qərarını təqdim edərək ünvan 6 ünvanında yerləşən obyektin tikintisinə icazəni aldığını bildirmişdir. Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş həmin 07 iyul 2020-ci il tarixli 0333 nömrəli Qərardan görünür ki, həmin qərar obyektin tikintisinə icazənin verilməsi barədə deyil, “tikinti işlərinin dayandırılması” barədədir. Eyni zamanda həmin qərarın məzmununda da ünvan 6 ünvanında yerləşən tikilinin tikintiyə icazə sənədinin olmadığı qeyd olunmuşdur. Göründüyü kimi təqsirləndirilən şəxsin hazırki məhkəmə istintaqı zamanı özünün müdafiəsi üçün gətirdiyi dəlillər işin obyektiv müəyyən edilmiş halları ilə uzlaşmamaqla tədqiq edilmiş sübutlarla tam təkzib edilmişdir. Bu səbəbdən məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə əhatə olunan cinayət əməlini törətməməsi barədə məhkəmə istintaqı zamanı verdiyi ifadəsini məhkəmədə tədqiq olunmuş cinayət işində olan materialları və işin faktiki hallarını əsas götürərək həqiqətə uyğun olmayan ifadə kimi qiymətləndirməklə, həmin ifadəyə tənqidi yanaşır və ittihamı təkzib edən sübut kimi qəbul etmir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməllərinin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə tövsif edilmiş və o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə qeyd olunan Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.4-cü maddəsinin sanksiyasında əlavə cəza nəzərdə tutulmasa da təqsirləndirilən şəxsə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.2-ci maddəsində nəzərdə tutulmuş qaydada müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməsi zəruridir. Belə ki, məhkəmə, təqsirləndirilən şəxsin qəsdinin yönəldiyi ictimai münasibətlərin xarakterini, Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsinin faktiki hallarını da nəzərə alaraq hesab edir ki, bu əlavə cəzanın yaradacağı digər məhdudiyyətlərlə bərabər həm də mənəvi-psixoloji təsiri cəzanın tənbeh təsirinin gücləndirilməsinə, təqsirləndirilən şəxsin təkrar cinayət törətməsinin qarşısını almağa, bununla da cəzanın Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərinə nail olunmasına xidmət edəcəkdir. Məhkəmə gəldiyi bu qənaəti Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair» 14 noyabr 2011-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqe baxımından da əsaslı hesab edir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.4-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza, həmçinin müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşaqlarının olmasını, həmçinin CM-nin 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində BƏSİİ-nin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Bununla da Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Bununla belə, cinayət işinin materiallarına əlavə olunmuş Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-241/2023 nömrəli xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin olunmuş cəzaya Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-241/2023 nömrəli xx.xx.2023-cü il tarixli hökmü ilə təyin olunmuş 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası birləşdirilməli və ona qəti cəza təyin edilməlidir. Məhkəmə, eyni zamanda Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinin tələblərinə əsasən ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 04 aprel 2021-ci il tarixdən hesablanmalı, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, Zərərçəkmiş şəxs3 məxsus ümumilikdə 320 min manat vəsaiti qəbul etməsinə dair Təqsirləndirilən şəxs tərtib etdiyi etirafnamə, həmçinin Təqsirləndirilən şəxs tərəfindən 320 min manatın torpaq sahələrinin sənədləşməsi üçün alınmasına dair etirafedici 02 ədəd videogörüntünün köçürüldüyü 01 ədəd kompakt disk, Təqsirləndirilən şəxsla Şahid5 və Şahid1 arasında bağlanmış 1 milyon 400 min ABŞ dolları müqabilində “X48 Təsərrüfatı” MMC-dəki 50 faizlik pay hüququnun əldə edilməsinə dair xx.xx.2019-cu il tarixli razılaşmasının surəti, zərərçəkmiş G.Z.Humeyranın mobil telefonuna baxış zamanı götürülmüş Təqsirləndirilən şəxsla “Whatsapp” ani mesajlaşma mübadilə proqramında zavod ərazisini almaq adı ilə qəbul edilmiş pul vəsaitlərinə dair 2015-ci ilin avqust ayında aparılmış yazışmanın çıxarışı, inam formalaşdırmaq üçün Təqsirləndirilən şəxs türk vətəndaşlarını quşçuluq və inək fermasına aparmasına dair həmin ərazidə çəkilmiş 02 ədəd fotoşəkil cinayət işi materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı iş üzrə müəyyən olunmuş məhkəmə məsrəfləri – 80 (səksən) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə Zərərçəkmiş şəxs3 məhkəməyə mülki iddia ərizəsi ilə müraciət edərək 320 000 manat məbləğində maddi zərərin və 611 manat ödənilmiş dövlət rüsumunun Təqsirləndirilən şəxs Ələsgər oğundan onun xeyrinə tutulmasını xahiş etmişdir. Həmçinin iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Genc X6 birgə iddiaçı qismində məhkəməyə mülki iddia ərizəsi ilə müraciət edərək, 2.270.746,4 manat məbləğində maddi ziyanın, həmçinin 1926 manat məbləğində dövlət rüsumunun Təqsirləndirilən şəxs Ələsgər oğundan onların xeyrinə tutulmasını xahiş etmişlər. Məhkəmə zərərçəkmiş şəxslər tərəfindən təqdim olunmuş mülki iddia ərizələrinə münasibətdə qeyd edir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Genc X2 Təqsirləndirilən şəxs Ələsgər oğuna qarşı pul tələbi ilə bağlı iddiası Binəqədi rayon Məhkəməsində baxıldığından və elektron məhkəmə informasiya sisteminə sorğu verildikdə iddianın təmin olunması müəyyən olunduğundan məhkəmə hesab edir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Genc X2 mülki iddia ərizəsi baxılmamış saxlanılmalı, Zərərçəkmiş şəxs3 mülki iddia ərizəsi isə təmin olunmalı və 320 000 manat məbləğində maddi zərər və 611 manat ödənilmiş dövlət rüsumu Təqsirləndirilən şəxs Ələsgər oğundan tutularaq Zərərçəkmiş şəxs3 ödənilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli qərarı ilə “X48 Təsərrüfatı” MMC-nin nizamnamə kapitalında Təqsirləndirilən şəxs məxsus 50 faiz payın üzərinə həbs qoyulsa da, müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi 3m/570 nömrəli notariat işinin və xx.xx.2020-ci il tarixli “X48 Təsərrüfatı” MMC-nin nizamnamə kapitalındakı payın alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, Təqsirləndirilən şəxs “X48 Təsərrüfatı” MMC-nin nizamnamə kapitalındakı 50 faiz payının 10 faizini X1. Başqa sözlə, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli qərarı ilə “X48 Təsərrüfatı” MMC-nin nizamnamə kapitalında Təqsirləndirilən şəxs məxsus 50 faiz payın üzərinə həbs qoyulanadək artıq həmin payların 10 faizi özgəninkiləşdirilmiş, təqsirləndirilən şəxs məhkəmə iclasında digər 40 faizi də özgəninkiləşdirdiyini bildirmiş, həmin təsərrüfatda ona məxsus payın mövcud olmadığını bildirmişdir. Məhkəmə hesab edir ki, üzərinə həbs qoyulmuş əmlakın həbs qoyulmazdan əvvəl 10 faizinin özgəninkiləşdirilməsi ilə bağlı məhkəməyə müvafiq sübut təqdim olunduğundan, həmin əmlakın xususi müsadirə edilməsi gələcəkdə müxtəlif şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəyindən üzərinə həbs qoyulmuş əmlak xüsusi müsadirə edilməməli, lakin zərərçəkmiş şəxslərin mülki iddia üzrə tələblərinin olması və həmin tələblərin gələcəkdə təmin olunması məqsədi ilə həmin əmlakın üzərinə qoyulmuş həbs götürülməməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli, 31 nömrəli qərara və həmin qərara dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin 02 may 2018-ci il tarixli, 202 №-li qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına göstərilmiş 30 saat hüquqi yardımla əlaqədar dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 qızına 180 (bir yüz səksən) manat məbləğində pul ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

hökm etdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə 2 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin olunmuş cəzaya Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-241/2023 nömrəli xx.xx.2023-cü il tarixli hökmü ilə təyin olunmuş 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası qismən birləşdirilməklə ona qəti olaraq 3 (üç) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs ona təyin edilən cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 04 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut hesab edilmiş Zərərçəkmiş şəxs3 məxsus ümumilikdə 320 min manat vəsaiti qəbul etməsinə dair Təqsirləndirilən şəxs tərtib etdiyi etirafnamə, həmçinin Təqsirləndirilən şəxs tərəfindən 320 min manatın torpaq sahələrinin sənədləşməsi üçün alınmasına dair etirafedici 02 ədəd videogörüntünün köçürüldüyü 01 ədəd kompakt disk, Təqsirləndirilən şəxsla Şahid5 və Şahid1 arasında bağlanmış 1 milyon 400 min ABŞ dolları müqabilində “X48 Təsərrüfatı” MMC-dəki 50 faizlik pay hüququnun əldə edilməsinə dair xx.xx.2019-cu il tarixli razılaşmasının surəti, zərərçəkmiş G.Z.Humeyranın mobil telefonuna baxış zamanı götürülmüş Təqsirləndirilən şəxsla “whatsapp” ani mesajlaşma mübadilə proqramında zavod ərazisini almaq adı ilə qəbul edilmiş pul vəsaitlərinə dair 2015-ci ilin avqust ayında aparılmış yazışmanın çıxarışı, inam formalaşdırmaq üçün Təqsirləndirilən şəxs türk vətəndaşlarını quşçuluq və inək fermasına aparmasına dair həmin ərazidə çəkilmiş 02 ədəd fotoşəkil cinayət işi materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri - 80 (səksən) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Genc X2 mülki iddia ərizəsi baxılmamış saxlanılsın. Zərərçəkmiş şəxs3 mülki iddia ərizəsi təmin olunsun, 320.000 (üç yüz iyirmi min) manat məbləğində maddi ziyan və 611 (altı yüz on bir) manat ödənilmiş dövlət rüsumu cavabdeh Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs3 ödənilsin. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli qərarı ilə “X48 Təsərrüfatı” MMCnin nizamnamə kapitalında Təqsirləndirilən şəxs məxsus olmuş 50 faiz payın üzərinə qoyulmuş həbs götürülməsin. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Sədrlik edən: Səbinə Məmmədzadə Hakimlər Əli Məmmədov Azad Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar