Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-203/2025 26.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X7-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1, X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, X4, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 5 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1, Bakı şəhəri 12 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 Əsgər oğlunun iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxsov Vahid oğlunun, xx xxxxxxx 1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olub, həmin ünvanda da yaşayan və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş , Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxsov Vahid oğlu naməlum mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 1360,74 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana əldə edib, həmin narkotik vasitənin 30,74 qram çəkidə olan hissəsini üzərində saxlamaqla Bakı şəhəri, ünvan 2 ünvanının yaxınlığına, digər 1330,0 qram çəkidə olan hissəsini Bakı şəhəri, ünvan 2, mənzil 33 ünvanında yerləşən zirzəmiyə daşımışdır. Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 31 avqust 2023-cü il tarixdə saat 22:30-da yuxarıda qeyd edilən ünvanda saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş və orada 01 sentyabr 2023-cü il tarixdə saat 00:45-dən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman onun əynindəki şalvarın cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıdığı 30,74 qram olan narkotik vasitə qurudulmuş marixuana 01 ədəd sellofan bükümdə aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq 01 sentyabr 2023-cü il tarixdə saat 02:10-dan etibarən Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, A.Abbaszadə küçəsi, ev 21, mənzil 33 ünvanına baxış keçirilən zaman evin zirzəmi hissəsində olan 01 ədəd qara rəngli çantanın içərisindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı 04 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 420,0 qram, 395,0 qram, 400,0 qram və 115,0 qram olmaqla ümumi təmiz çəkisi 1330,0 qram çəkidə olan narkotik vasitə qurudulmuş marixuana və iki ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxsov Vahid oğlu ona elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü qismən təqsirli bilərək ifadələrində göstərdi ki, 2023-cü ilin avqust-sentyabr aylarında başı ağrıdığına görə bəzi dərmanlardan istifadə edir. Onda daimi baş ağrıları olur. O, anasıyla mübahisə etdikdən sonra evdən çıxmışdır, lakin həmin vaxtdan sonrasını xatırlamır. Daha sonra Bakı İstintaq Təcridxanasında ona vurulan iynələr vasitəsilə daha yaxşı olduğunu xatırlayır. Polis əməkdaşları tərəfindən harada və nə vaxt saxlanıldığını xatırlamır. Bakı İstintaq Təcridxanasına nə vaxt aparıldığını xatırlamır. Badamdar qəsəbəsində yaşayır, deyilənə görə polis əməkdaşları tərəfindən yaşadığı evin məhəlləsində saxlanılmışdır. O, bəzən İmam Mehdinin bədəninə daxil olduğunu hiss edir, lakin həmin vaxt baş verənləri daha sonra xatırlamır. İlk dəfə idi ki, narkotik vasitə olan marixuana istifadə edəsi idi, həmin vaxtda polis əməkdaşları tərəfindən saxlanıldı. Vətən müharibəsi iştirakçısıdır, İki medalı var: “Laçının azad edilməsinə görə” medalı, digəri isə “Vətən mühaibəsi iştirakçısı” medalıdır. Hərbi xidmətdə olarkən ixtisası kəşfiyyatçı olduğuna və ailəsi hərbçi ailəsi olduğuna görə döyüşdə iştirak etmişdir. Ailə üzvülərinin ümumilikdə təxminən 104 ədəd medalı mövcuddur. Məhkəməyə gəlməmişdən əvvəl “sikladol” adlı dərman atmışdır. Bir çox müxtəlif psixotrop tərkibli dərmanlardan istifadə edir. Bayıl qəsəbəsindəki psixiatrik xəstəxanada qeydiyyatdadır. Hərbi xidmətdə olarkən bir neçə dəfə yaralanmışdır. Qardaşlarının ikisi də hərbçidir, biri qazidir, lakin hər ikisidə hal-hazırda işləyir. Valideynlərinin hər ikisi də Qarabağ Müharibəsi veteranlarıdır, atası hal-hazırda “Alzheimer” xəstəsidir. İbtidai istintaqda verdiyi ifadəsini xatırlamır. İranlı bir dəfə narkotik vasitəni Baş Narkotiklərlə Mübarizə İdarəsinin yaxınlığına yerləşdirmişdi, elə həmin vaxt polis əməkdaşları tərəfinən saxlanımışdır. Baş Narkotiklərlə Mübarizə İdarəsinin yaxınlığından götürdüyü narkotik vasitə bir büküm idi. İbidai istintaq zamanı xəstəxanada yatmış, bir ay stasionar müalicə almışdır. İbtidai istintaq zamanı ifadəsindəki məlumatlar ona aid deyil. Narkotik vasitəyə heç bir tələbi yoxdur, səhvliklə belə bir hadisə baş verdi. Narkotik vasitəni 10 manata almışdı. Bakı İstintaq Təcridxanasında olarkən həkim müayinəsində olmuşdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Təqsirləndirilən şəxsov Vahid oğlu ibtidai istintaq zamanı ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadələrində göstərmişdir ki, ruhi-əsəb xəstəliyi vardır, bununla bağlı Respublika Psixiatrik Xəstəxanasında müalicə almışdır, baş nahiyəsində olan xəstəliklə əlaqədar olaraq, həkim resepti əsasında psixotrop maddələr qəbul etmişdir. Subaydır, rəsmi olaraq heç bir yerdə işləmir, 2021-ci ilin avqust ayından etibarən narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmişdir, narkotik vasitəni hər dəfə adı və anket məlumatlarını bilmədiyi şəxslərdən almışdır. O, tutulmamışdan təxminən 01 ay əvvəl özünü İran İslam Respublikası vətəndaşı olan “Meysəm” kimi təqdim edən şəxslə “WhatsApp” mobil tətbiqi vasitəsi ilə tanış olmuş, sonuncu ona narkotik vasitə “nəşə” təklif etdikdə, o razılaşmış və bu yolla «Meysəm» adlı şəxsdən 03 dəfə az miqdarda narkotik vasitə “nəşə” almışdır. Sonuncu dəfə o, İran İslam Respublikası vətəndaşı olan “Meysəm” adlı şəxsdən “nəşə” istəyəndə, həmin şəxs ona razılıq vermiş və narkotik vasitəni saxlanılan gün Bakı şəhəri Suraxanı rayonunda naməlum bir əraziyə əvvəlcədən təyin edilmiş yerə göndərmişdir. O, həmin ünvana gedərək, narkotik vasitəni götürmüş və az miqdarda hissəsini üzərində saxlamaqla, yerdə qalan narkotik vasitəni yaşadığı Bakı şəhəri ünvan 4 ünvanın zirzəmisinə qoymuşdur. O, narkotik vasitəni 400 manata almış, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamış, şəxsi istifadəsi üçün əldə edərək üzərində daşımışdır. O, törətdiyi əməldən səmimi peşman olmuşdur. O, 31 avqust 2023-cü il tarixdə təxminən saat 22:30 radələrində yaşadığı Bakı şəhəri ünvan 5 ünvanın yaxınlığında olarkən, ona mülki geyimli 02 nəfər şəxs yaxınlaşıb özlərini təqdim etmiş, xidməti vəsiqələrini göstərib Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan özünü təqdim etməsini xahiş etmişlər və o, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq satışı ilə məşğul olmaqda şübhəli olduğunu bildirib barəsində olan “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. O, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üzərində “nəşə” vardır. Bundan sonra polis əməkdaşları onu baş polis idarəsinə dəvət etmişlər. O, buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə getmişdir. Polis idarəsində o, hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur, hüquq və vəzifələri izah olunmuşdur. Sonra onun üzərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı o, əynində olan göy rəngli şalvarın sağ yan cibində “nəşə” olduğunu bildirmiş, cibindən 01 ədəd sellofan bükümdə narkotik vasitə “nəşə”-ni təqdim etmişdir. Sonra onun üzərinə şəxsi axtarış keçirilmiş və şalvarının sol yan cibindən 01 ədəd “Google” markalı mobil telefon və 01 ədəd açar aşkar edilmişdir. Daha sonra onun təqdim etdiyi sellofan büküm açıldıqda, içərisində yaşıl rəngli, ot formasında, spesifik qoxuya malik olan “nəşə” aşkar olunmuşdur. Bundan sonra “nəşə” polis əməkdaşı tərəfindən qablaşdırılaraq, möhürlənmiş və imzalanıb götürülmüşdür. Şəxsi axtarış davam etdirilərkən, üzərindən digər əşya və ya predmet aşkar edilməmişdir. Sonra onun üzərinə şəxsi axtarış keçirilmiş, lakin qanunsuz əşya və predmet aşkar edilməmişdir. Bundan sonra o, şifahi sorğu zamanı səmimi etiraf edərək bildirmişdir ki, yaşadığı evin zirzəmisində “nəşə” vardır. O, evinə baxış keçirilməsinə heç br etirazının olmaması barədə ərizə yazmış, bundan sonra polis əməkdaşları ilə birlikdə yaşadığı ünvana getmişlər. Baxış videoçəkiliş vasitəsi ilə həyata keçirilmiş və əvvəlcə təklif olunmuşdur ki, evdə narkotik vasitələr və ya psixotrop maddələr varsa, könüllü surətdə təqdim etsin. O, evin zirzəmi hissəsini təqdim edərək, orada olan 01 ədəd qara rəngli çantam və 02 ədəd elektron tərəzini təqdim etmiş, qara rəngli çantaya baxış keçirilərkən, içərisində 04 ədəd bağlama aşkar olunmuş, qablaşdırılaraq möhürlənmiş və imzalanıb götürülmüşdür. Sonra zirzəminin digər hissələrinə baxış keçirilmiş, lakin cinayət işi üzrə sübut əhəmiyyəti kəsb edəcək heç bir əşya və ya premet aşkar edilməmişdir. O, üzərindən və yaşadığı evin hirzəmisindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı şəxsi istifadəsi üçün əldə etmişdir. Onun narkotik vasitəni aldığı İran İslam Respublikası vətəndaşı “Meysəm” adlı şəxslə tanışlığı olmadığı və heç bir zaman görüşmədiyi üçün, sonuncunun xarici görünüşü və anket məlumatları barədə tam məlumatsız olmuşdur. O, narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmamış, üzərində və evinin zirzəmisində narkotik vasitələr olmasından heç kimin xəbəri olmamışdır. O, yalnız üzərində və yaşadığı evinin zirzəmisində narkotik vasitə qurudulmuş marixuana saxlamış, başqa heç yerdə saxlamamışdır. O, "xxxx" MMC mobil operatora aid və özünə məxsus ***-***-**-** mobil telefon nömrəsindən istifadə etmişdir. O, polis əməkdaşları tərəfindən saxlanılan zaman və ya üzərinə şəxsi axtarış keçirilən zaman heç bir fiziki və ya psixi təzyiqə məruz qalmamış, saxlanılan zaman polis əməkdaşlarına heç bir müqavimət göstərməmişdir. Şahid1 ifadələrində göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olması absurd bir fikirdir, daim onunla yaxın olmuş, özü də Vətən müharibəsi qazisidir. İbtidai istintaq zamanı da polis əməkdaşları tərəfindən bölməyə dəvət olunub ifadə verən zaman xəstəxanadan getmişdi. Həmçinin özündə də belə yerlərdə ifadə vermə narahatçılığı var idi. Buna görə də istintaqda verdiyi ifadəni xatırlamadığı üçün təsdiq edə bilmir. İbtidai istintaq zamanı Rüstəmlə birlikdə pul qoyub narkotik vasitə aldıqları barədə ifadə verdiyi qeyd olunub, lakin həmin ifadəni təsdiq etmir. 10-11-ci sinifdə oxuyan zaman bir-iki dəfə narkotik vasitə istifadə etmişdir. Bu məsələnin Rüstəmlə heç bir əlaqəsi yoxdur. Əvvəllər məhkumluğu olmayıb. İbtidai istintaq zamanı narkotik vasitə olan marixuananı pul verib Rüstəmdən satın almağı barədə verdiyi ifadə anlaqsız vəziyyətdə verdiyinə görə doğru deyil. Narkotik vasitənin istifadəsi ilə heç vaxt məşğul olmamışdır. Həmin ifadəni təsdiq etmir, lakin imza ona məxsusdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid1 oğlu ibtidai istintaq zamanı göstərmişdir ki, Təqsirləndirilən şəxs uşaqlıqdan tanımış, qonşu olmuşlar, sonuncunun tutularaq, barəsində cinayət işi başlanıldığından məlumatı olmuşdur. O, Təqsirləndirilən şəxs narkotik vasitələrinin qanunsuz satışı ilə məşğul olması barədə son vaxtlar məlumatı olmuş, sonuncudan bu yolla 6-7 dəfə «nəşə» götürmüşdür. Təqsirləndirilən şəxs əvvəllər ona «nəşə»-ni hədiyyə kimi vermiş, son 3-4 dəfədə isə, 10 manatdan almışdır. O, narkotik vasitələrin qanunsuz dövriyyəsinin cinayət məsuliyyəti yaratması barədə məlumatlı olmuş, narkotik vasitələrin satışı ilə məşğul olmamış, yalnız istifadə etmişdir. Şahid3 ifadələrində göstərdi ki, daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs tərəflərindən saxlanıldı və Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirildi. Baş İdarədə üzərinə baxış keçirildi və Rüstəmin üzərindən narkotik vasitə olan marixuana aşkar edildi. Rüstəm həmin narkotik vasitəni İran İslam Respublikasının vətəndaşından Suraxanı rayonu ərazisində əldə etdiyini bildirdi. Həmçinin Rüstəmin yaşadığı evin zirzəmisinə də baxış keçirildi və orada da narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər maddə aşkar edildi. Rüstəm ilkin izahatlarında iranlı ilə sosial şəbəkə vasitəsilə tanış olduğunu bildirmişdir. Hadisə 2023-cü ilin avqust ayında axşam saat 10-11 radələrində baş verib. Təqsirləndirilən şəxs Baş İdarəsinin yaxınlığında saxlamışdılar. Rüstəmin narkotik vasitənin satışı ilə məşğul olması barədə onda sübut yoxdur, lakin özü şifahi sorğu zamanı iranlıdan əldə etdiyi narkotik vasitəni kuryer kimi müəyyən bir yerə qoyacağını etiraf etmişdi. Təqsirləndirilən şəxs ilkin izahatlarında etdiyi əməldən peşman olduğunu bildirmişdi. Narkotik vasitə olan bağlmanı Rüstəmin yaşadığı evin zirzəmisindən götürmüşlər. Həmin zirzəminin açarını Rüstəm özü təqdim etmişdi. Rüstəm onların suallarına əsasən zirzəmidə də narkotik vasitə saxladığını etiraf etmişdi. Şahid2 ifadələrində göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında onu saxlayıb Baş İdarəyə dəvət etmişlər. Onun üzərinə və yaşadığı evin zirzəmisinə baxış keçirilən zaman narkotik vasitə olan marixuana aşkar edildi. Hadisə 31 avqust 2023-cü il tarixdə axşam saat 10-11 radələrində baş verib. Aşkar olunan narkotik vasitə olan marixuananın çəkisi təxminən bir kilo yarım idi. Həmin narkotik vasitəni iranlıdan əldə etdiyini bildirmişdi. Rüstəmin yaşadığı evin zirzəmisinin açarı özündə idi, həmin yerin qapısını özü açmışdı. Həmin zirzəmidə özlərinə aid əşyalar da mövcud idi. Rüstəm evində narkotik vasitə olub-olmadığı barəsində sorğu edildikdə evində deyil, yaşıdığı evin yerləşdiyi binanın zirzəmsində narkotik vasitə olduğunu etiraf etdi. Rüstəm saxlanılanda narkotik vasitədən həm özünün istifadə etdiyini, həm də iranlıdan əldə etdiyi narkotik vasitəni başqa yerlərə yerləşdirmək üçün əldə etdiyini bildirdi. Zirzəmiyə Rüstəmi saxladıqları gün baxış keçirildi. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid2 oğlu ibtidai istintaq zamanı ifadələrində göstərmişdir ki, 31 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, o cümlədən satışı barədə əməliyyat məlumatı daxil olmuş, məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə bağlı onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmış, qrupa Baş İdarənin əməliyyat müvəkkili Şahid3 və o daxil edilmişlər. 31 avqust 2023-cü il tarixdə saat 22:30 radələrində Təqsirləndirilən şəxs ünvan 6 ünvanın yaxınlığında olacağı müəyyən edilmişdir. Bu məqsədlə onlar həmin yerə getmişlər, həmin saat və eyni ünvanda Təqsirləndirilən şəxs bənzər bir nəfər şəxsin olduğunu müşahidə etmişlər. Həmin vaxtı onlar Təqsirləndirilən şəxs bənzər şəxsə yaxınlaşmış, özlərini təqdim edərək, həmin şəxsin də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək, Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş qərarla tanış etmişlər və saxlanılarkən, üzərində şəxsi axtarış keçirilməsinə yerində şərait olmadığından, sonuncunu DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən onlarla birlikdə Baş İdarəyə getmişdir. Baş İdarənin inzibati binasının xidməti otaqlarının birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmiş, əvvəlcə Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş əşyaları könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində «nəşə» olduğunu bildirmiş, əynində olan göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd bükümdə açıq yaşıl rəngli spesifik iyə malik olan, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni masanın üzərinə qoyaraq təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, həmin şalvarının cibindən 01 ədəd mobil telefon və yaşadığı evin açarı aşkar edilərək götürülmüşdür. Sonra aşkar edilib götürülmüş 01 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuanaya oxşar maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, təhqiqatçı tərəfindən bir ədəd zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd mobil telefon gələcəkdə cinayət təqibi üzrə sübut əhəmiyyəti kəsb edə biləcəyindən götürülmüş və yaşadığı evin açarı Təqsirləndirilən şəxs özünə geri qaytarılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən digər qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı, üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə «nəşə»nin özünə məxsus olduğunu, onu İran İslam Respublikasının vətəndaşı olan «Meysəm» adlı şəxsin vasitəsi ilə saxlanılmazdan 01 gün əvvəl Bakı şəhəri Suraxanı rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən istifadə etmək məqsədilə 400 manata aldığını, heç kimə narkotik vasitə satmadığını, «Meysəm» adlı şəxsi 01 ay əvvəl tanıdığını, həmçinin Bakı şəhəri Səbail rayonu ərazisində yaşadığı ünvanın zirzəmisində «nəşə» olduğunu, zirzəmiyə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Daha sonra şəxsi axtarış və götürmənin aparılması ilə bağlı protokol tərtib olunmuş, düzgün tərtib olunduğundan, bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək, evə baxış keçirilməsinə heç bir etiraz etmədiyini bildirdikdən sonra onlar Bakı şəhəri ünvan 8 ünvana getmişlər. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs evdə narkotik vasitələr və ya psixotrop maddələr varsa könüllü surətdə təqdim etməsi təklif edilmiş və bu təklifdən sonra Təqsirləndirilən şəxs onları evin zirzəmi hissəsinə dəvət edərək, 01 ədəd qara rəngli çantanı təqdim etmişdir. Həmin çantaya baxış keçirilən zaman içərisində 04 ədəd bağlamada narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə və 02 ədəd elektron tərəzi aşkar edilmişdir. Tədqiqatçı tərəfindən həmin kütlələr qablaşdırılıb möhürlənmiş, üzəri imzalanmışdır, daha sonra zirzəminin digər sahələrinə baxış keçirilmiş, lakin sübut əhəmiyyəti kəsb edəcək heç bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra şifahi sorğu zamanı Təqsirləndirilən şəxs, şəxsi axtarış və götürmə zamanı bildirdiyi fikirləri bir daha təsdiqləmişdir. Sonra baxış keçirilməsi və əşyaların götürülməsi ilə bağlı protokol tərtib olunmuş, düzgün tərtib olunduğundan, bütün iştirakçılar tərəfindən imzalanmışdır. Əməliyyat-axtarış tədbiri zamanı saxlanılan şəxs Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və ya psixoloji təzyiq olunmamış, Təqsirləndirilən şəxs müqavimət göstərməmiş və onlara heç bir xəsarət yetirməmişdir. Şahid Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili polis mayoru Şahid3 da Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi hallara təsdiq etmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş: 01 sentyabr 2023-cü il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, həmin tarixdə gecə saat 00:45-dən 00:54- dək olan müddət ərzində şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, həmin vaxtı Təqsirləndirilən şəxs əynində olmuş göy rəngli şalvarın sağ yan cibindən 01 (bir) ədəd bükümdə açıq yaşıl rəngli, spesifik qoxuya malik, narkotik vasitə olan qurudumuş marixuanaya bənzər kütləni təqdim edərək, masanın üzərinə qoymuş, sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi davam etdirilmiş, həmin vaxtı Təqsirləndirilən şəxs əynində olmuş eyni şalvarın sol yan cibindən 01 (öir) ədəd içərisində 051 *** ** ** nömrə sim kartı olan «Google» markalı mobil telefon aparatı və 01 (bir) ədəd açar aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs təqdim etdiyi qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş, həmin kütlənin qablaşdırılması ilə birlikdə çəkisinin 37 (otuz yeddi) qram olması müəyyən edilmişdir. Bundan sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfdə qablaşdırılmış, Azərbaycan Respublikası DİN-in «7» saylı möhürü ilə möhürlənmiş, zərfin üzərinə şübhəli şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. Daha sonra iş üçün sübut əhəmiyyəti kəsb etdiyi üçün şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş «Google» markalı mobil telefon aparatı sonuncuya izahı verilib götürülmüş, 01 ədəd açar isə sahibinə geri qaytarılmışdır. Şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs şifahi sorğu-sual zamanı bildirmişdir ki, üzərindən aşkar olunaraq götürülmüş kütlə özünə məxsus olmuş, həmin kütləni İran İslam Respublikasının vətəndaşı olan «Meysəm» adlı şəxsin vasitəsi ilə tutulmuşdan 01 (bir) gün əvvəl Bakı şəhəri Suraxanı rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən istifadə etmək məqsədi ilə 400 (dörd yüz) manata əldə etmiş, heç kimə narkotik vasitə satmamış, «Meysəm» adlı şəxsi 01 ay əvvəl tanımış, həmçinin Bakı şəhəri Səbail rayonunda yaşadığı ünvanın həyətində özünə məxsus zirzəmidə narkotik vasitə olmuş, zirzəmiyə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etməmiş, verilən sualları tam başa düşmüş, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və ya psixi zor tətbiq edilməmişdir. Sonda şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması başa çatmışdır. 01 sentyabr 2023-cü il tarixli «ünvana baxış keçirilməsi və götürmə haqqında» protokoldan görünür ki, həmin tarixdə gecə saat 02:10-dan 02:22-dək olan müddət ərzində şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri ünvan 10 ünvanda yerləşən zirzəmiyə baxış keçirilmiş, baxış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs zirzəmidə 01 (bir) ədəd qara rəngli çantanın içərisindən 04 (dörd) ədəd bağlamada açıq yaşıl rəngli, spesifik qoxuya malik, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələri və 02 (iki) ədəd elektron tərəzini təqdim etmişdir. Sonra kütlələr elektron tərəzidə çəkilmiş, qurudulmuş marixuanaya bənzər kütlələrin ümumilikdə çəkisi 01 (bir) kiloqram 360 (üç yüz altmış) qram olmuşdur. Sonra həmin kütlələr təhqiqatçı tərəfindən qablaşdırılmış, Azərbaycan Respublikası DİN-in «7» saylı möhürü ilə möhürlənmiş və üzəri şübhəli şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. Sonra zirzəminin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola bilən digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, aşkar olunmuş kütlələrin və elektron tərəzilərin özünə məxsus olduğunu, həmin kütlələri tanıdığı İran İslam Respublikası vətəndaşı olan «Meysəm» adlı şəxs vasitəsilə 01 (bir) gün əvvəl Bakı şəhəri Suraxanı rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən, sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, «Meysəm» adlı şəxsi 01 (bir) ay əvvəl tanıdığını bildirmiş, ünvana baxış və götürmə həmin vaxtı başa çatmışdır. DVD formatlı diskə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, diskin yaddaşında «**********3142», «01.09.23» adlı fayl vardır. Həmin fayl açıldıqda, təhqiqatçının xidməti otağında Azərbaycan Respublikası DİN-in BNMİ-nin Təhqiqat Qrupunun təhqiqatçı polis mayoru Yelmar Vahabov, Bakı şəhəri 38 saylı Vəkil bürosunun vəkili X5, BNMİ-nin əməliyyat müvəkkili Şahid2, BNMİ-nin baş əməliyyat müvəkkili Şahid3 və şübhəli şəxs Təqsirləndirilən şəxs iştirakları ilə təhqiqatçı Yelmar Vahabov BNMİ-nin əməkdaşları tərəfindən inzibati binaya aparılmış Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasını izah edir və şəxsi axtarış-götürmə aparılması barədə xx.xx.2023-cü il tarixli qərarını imza etdirdikdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 19, 20, 26 və 90-cı maddələri ilə nəzərdə tutulan hüquq və vəzifələrini izah edir. Sonra təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs, paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları ya sənədləri könüllü təqdim etməsi təklif olunur. Təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ yan cibindən qara rəngli selofana bükülmüş bükümü çıxarıb masanın üzərinə qoyur, həmin büküm təhqiqatçı tərəfindən üst tərəfindən kiçik ölçüdə açılır, üst tərəfində yaşıl rəngli, qurudulmuş marixuanaya bənzər iki bükümdə kütlə görünür (büküm təhqiqatçı tərəfindən tam açılmadığından, bükümün altında nə olması görünmür). Sonra şübhəli şəxs R.V. Ələkbərovun üst geyim paltarlarına, ayaqqabısına, corabına baxış keçirilir və əynində olan şalvarının sol yan cibindən 01 ədəd «Google» markalı mobil telefon və 01 ədəd açar təhqiqatçı tərəfindən götürülür, şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi, içərisində narkotik vasitə-qurudulmuş marixuanaya bənzər kütlə olan büküm yapışqanlı lentlə sarılır, həmin narkotik vasitəyə bənzər kütlə olan büküm elektron tərəzidə çəkilir və qablaşdırması ilə birlikdə, çəkisinin 37 qram olması məlum olur. Həmin büküm təhqiqatçı tərəfindən içərisi boş zərfə qablaşdırılaraq, zərf şübhəli şəxs Təqsirləndirilən şəxs, vəkil Ramiz Mirzəyev və təhqiqatçı tərəfindən imzalanmaqla, zərflər üçün möhürlə möhürlənib təhqiqatçı tərəfindən götürülür, mobil telefon cihazı istintaq marağı kəsb etdiyindən, təhqiqatçıda qalır, açar isə şübhəli şəxs Təqsirləndirilən şəxs qaytarılır. Sonra şübhəli şəxs Təqsirləndirilən şəxs verilən sualları cavablandıraraq, aşkar edilmiş kütlənin narkotik vasitə-qurudulmuş marixuana olmasını, ona məxsus olmasını, həmin kütləni İran İslam Respublikası vətəndaşı olan «Meysəm» adlı şəxsin vasitəsilə tutulmamışdan 01 gün əvvəl Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi ərazisindən «Meysəm» adlı şəxslə əvvəlcədən danışılıb təyin edilmiş yerdən özü qəbul etmək üçün 400 manat ödəniş edib əldə etdiyini, heç kimə narkotik vasitə satmadığını, «Meysəm» adlı İran İslam Respublikası vətəndaşını 01 ay əvvəldən tanıdığını bildirir və həmçinin həmin narkotik vasitədən yaşadığı Bakı şəhəri Səbail rayonu A.Abbaszadə küçəsində olan 21 nömrəli evin həyətində olan ona məxsus zirzəmidə saxladığını, həmin narkotik vasitəni götürmək üçün polis əməkdaşlarına etiraz etmədiyini və polis əməkdaşları tərəfindən ona fiziki və psixi zor tətbiq edilmədiyini bildirir. Bundan sonra təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarış istintaq hərəkətinin sona çatdığını elan edir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasının videogörüntüləri 08:21 dəqiqə davam edir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasının videogörüntüsü 01 sentyabr 2023-cü il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokolda qeyd olunanlarla eynilik təşkil edir, protokolda qeyd edilənlərlə videogörüntülərlə, səs yazıları arasında heç bir ziddiyyət aşkar edilməmiş, videogörüntüyə baxış keçirdikdən və səslər dinlənildikdən sonra, cinayət işi üzrə sübut əhəmiyyəti kəsb etdiyi üçün həmin DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir. «Ünvana baxış keçirilməsi və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli qərarla iş üzrə Təqsirləndirilən şəxs yaşadığı ünvan 6 ünvanda yerləşən zirzəmidə keçirilmiş və baxış və götürmə hərəkətinin lentə alındığı 01 ədəd DVD-yə baxış keçirilmiş, baxış zamanı müəyən edilmişdir ki, DVD-də «**********0628.MTS» adlı fayl yerləşdirilmişdir. Həmin fayl açıldıqda, hündürmərtəbəli yaşayış binasının giriş dəhlizinin qarşısında DİN-in BNMİ-nin TQ-nun təhqiqatçısı polis mayoru X10, şübhəli şəxs Təqsirləndirilən şəxs, vəkil X11, BNMİnin əməliyyat müvəkkili polis kapitanı Şahid2 görünmüşdür. Həmin videogörüntünün başlanğıcında təhqiqatçı Y.Vahabov tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitə saxladığı, yaşadığı ünvan 6 ünvanda olan ona məxsus zirzəmidə baxış və götürmə aparılması barədə ərizəsi və bu əsasdan öz qərarı ilə həmin zirzəmiyə videoçəkilişlə baxış keçirilərək götürmə aparılması barədə məlumat verilir. Baxış başlamazdan əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs baxış və götürmə aparılması barədə qərar elan edilir və ona təklif olunur ki, sözügedən zirzəmidə olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələi, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sənədləri könüllü təqdim etsin. Bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs özündə olan açarla zirzəminin giriş qapısını açır və içəri daxil olub zirzəmidə olan rəfin üstündən 01 ədəd qara rəngli məktəbli çantasını təqdim edib həmin çantanın içərisində 04 ədəd bükümdə narkotik vasitə-anaşa və 02 ədəd elektron tərəzi olmasını bildirir. Həmin çanta təhqiqatçı tərəfindən açılır, içərisində olan şəffaf selofan torbada qablaşdırılmış və üst hissəsi xüsusi formada bağlanmış 03 ədəd torbalar və 01 ədəd isə nisbətən kiçik həcmli qara rəngli sellofan büküm çıxarılır, həmin torbalar və büküm açıldıqda, içərisində açıq yaşıl rəngli, yumrulanmış formada, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr olması görünür. Təhqiqatçı tərəfindən hər bir torbaya ayrılıqda baxılır və sonra hər bir torba və büküm ayrılıqda yapışqanlı lentlə sarılır, 04 torba birlikdə elektron tərəzi ilə çəkilir və ümumi çəkisinin 1 kq 360 qram olması müəyyən olunur. Sonra 02 ədəd elektron tərəzi və 04 ədəd sellofan torbalarda olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr şəffaf rəngli torbaya qablaşdırılıb yapışqanlı lentlə sarılır, üzərinə qeydlər edilməklə şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçi Ramiz Mirzəyev və təhqiqatçı Yelmar Vahabov tərəfindən imzalanır. Baxış və götürmə zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs təhqiqatçının və müdafiəçinin suallarını cavablandıraraq bildirir ki, təhvil verdiyi çantada olan 04 bükümdə olan kütlə narkotik vasitə «nəşə»dir, elektron tərəzi və nəşə onun özünə məxsusdur, narkotik vasitəni 01 ay əvvəldən tanıdığı İran İslan Respublikasının vətəndaşı «Meysəm» adlı şəxsin vasitəsi ilə tutlmamışdan 01 gün əvvəl Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi ərazisindən əvvəldən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs göstərdiyi ünvana baxış keçirilməsi və götürmə aparılması həmin anda başa çatmışdır. Ünvana baxış keçirilməsi və götürmə aparılması hərəkətinin videogörüntüsü 11:48 dəqiqə ərzində davam etmişdir. Baxış keçirilməsi və götürmə aparılması videogörüntüsü Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə idarəsinin Təhqiqat qrupunun təhqiqatçısı Yelmar Vahabov tərəfindən tərtib edilmiş «ünvana baxış keçirilməsi və götürmə aparılması barədə» 01 sentyabr 2023-cü il tarixli protokolda qeyd olunanlarla eynilik təşkil etmiş, protokolda qeyd edilənlərlə videogörüntülərdə olan görüntülər və səs yazıları arasında heç bir ziddiyyət aşkar edilməmişdir. Təqsirləndirilən şəxs məxsus olmuş və şəxsi axtarış zamanı onun üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd «Google» markalı mobil telefon aparatına baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, telefonun «WhatsApp» bölməsində İran İslam Respublikasına məxsus olan adı «Meysəm» deyə qeyd edilmiş +98 938 *** **** və adı kontaktlar siyahısında qeyd edilməmiş +98 936 *** **** mobil telefon nömrələrinin olması müəyyən edilmiş, telefonun «WhatsApp» bölməsində 28 avqust 2023-cü il tarixdə adı «Binnet» deyə qeyd edilmiş +994 70 *** ** ** mobil telefon nömrə istifadəçisinin Təqsirləndirilən şəxs məxsus +994 51 *** ** ** mobil telefon nömrəsinə “Məni nəzərə alardın də, buralara dərmə-deşiyə bir şey yerləşdirərdim” mətnli səsli mesajın göndərilməsi müəyyən edilmişdir. Qeyd edilən səs yazısı elektron daşıyıcıya köçürülərək, protokola əlavə olunmuşdur. "xxxx" MMC-dən 22 sentyabr 2023-cü il tarixli, 21259 saylı məktubla cinayət işinin materiallarına daxil edilmiş bir ədəd CD-yə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, həmin CD-də ********** saylı mobil telefon nömrəsi ilə aparılmış danışıqlara aid 01 ədəd faylın içərisində 04 ədəd qovluq olmuş, həmin nömrə ilə müxtəlif mobil telefon nömrələri arasında SMS yazışmaların aparılmış, lakin cinayət işi üzrə sübut əhəmiyyəti kəsb edə biləcək məlumatlar aşkar olunmamışdır. "xxxx" MMC-dən daxil olmuş CD-yə əlavə baxış keçirilərkən, müəyyən edilmişdir ki, həmin diskin yaddaşında «517251571-SMS Bloknot», «**********71», «abunəçilər 16683», «antena 16683-2022» və «antena 16683-2023» adlı fayllar yerləşdirilmişdir. Həmin fayllardan ilk «SMS bloknot»unda xx.xx.2022-ci ildən xx.xx.2023-cü il tarixədək olan dövr üçün siyahıda istintaq marağı kəsb edən məlumat aşkar edilməmiş; «**********71- Bloknot» adlı faylda həmin mobil telefon nömrəsinin Təqsirləndirilən şəxs adma olması və xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində siyahıda istintaq marağı kəsb edən məlumatlar müəyyən edilməmiş; «Abunəçilər 16683» və «Antena 16683-2022» adlı fayllarda istintaq marağı kəsb edən məlumat əldə edilməmişdir; «Anten 16683-2023» adlı faylda Təqsirləndirilən şəxs istifadəsində olmuş +99451 *** ** ** mobil telefon nömrəsinin xx.xx.2023-cü il tarixdə saat ll:26:37-dən xx.xx.2023-cü il tarixdə saat ll:26:38-dək Bakı şəhəri Suraxanı rayonu Zığ qəsəbəsi «Qum adası» kimi tanınan ərazidə quraşdırılmış "xxxx" MMCyə aid əhatə dairəsində, xx.xx.2023-cü il tarixdə saat 09:15:51-dən xx.xx.2023-cü il tarixdə saat 10:17:52-dək Gədəbəy rayonu ərazisində, sonra Ağdaş rayonu Ləki kəndi, sonra Hacıqabul rayonu Nəvahi kəndində, daha sonra Qaradağ rayonu Ələt qəsəbəsi ərazisində quraşdırılmış "xxxx" MMC-yə aid antenn əhatəsi dairələrində olması, xx.xx.2023-cü il tarixdə saat 12:01:52-dən xx.xx.2023-cü il tarixdə saat ll:20:34-dək «SKA» stadionu, H.Cavid prospektində quraşdırılmış "xxxx" MMC-yə aid anten dairəsində olması müəyyən edilmişdir. Məhkəmə-bioloji ekspertizanın 3-16-16/2-7/1232 saylı, 01 sentyabr 2023-cü il tarixli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində «Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə» yazılar və imzalar olan kağız paketdə 1 (bir) ədəd üzəri skoçla bağlanmış qara rəngli sellofan bükülüdə təmiz çəkisi - 30,74 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən küstar üsulla hazırlamış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş ağ kağız üzərndə «Təqsirləndirilən şəxs zirzəmidən təqdim etdiyi kütlələr» yazılar və imzalar olan üzəri skoçla bağlanmış ağ rəngli polietilen bağlamadakı 4 (dörd) ədəd üzərləri skoçla bağlanmış sellofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri - 420,0qram, 395,0 qram, 400,0 qram; 115,0 qram, ümumi çəkisi 1330,0 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanalardır. Tədqiqata təqdim olinmuş marixuanaların ümumi çəkisi - 1360,74 qramdır. Həmin marixuanalar tərkiblərinə görə eynidir. Təqdim olunmuş ağ rəngli polietilen bağlamada olan 2 ədəd elektron tərəzinin üzərində bitki mənşəli narkotik vasitənin hissəcikləri yoxdur. Bitki mənşəli narkotik vasitənin hissəcikləri olmadığı üçün onunla müqayisəli tədqiqat aparılmadı. Stasionar məhkəmə-psixiatrik ekspertizanın 24 yanvar 2024-cü il tarixli, 03 saylı rəyində göstərilmişdir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törətdiyi dövrdə və hazırda paranoid şizofreniya psixi xəstəliyindən əziyyət çəkdiyi müəyyən olunur. Həmin psixi xəstəliyin gedişində natamam remissiya vəziyyəti olduğu müəyyən edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əziyyət çəkdiyi paranoid şizofreniya psixi xəstəliyinin gedişində natamam remissiya vəziyyəti olduğundan o, cinayət hadisəsini törətdiyi dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə idarə etmək iqtidarında olmamışdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək iqtidarında olmuşdur. R.V. Ələkbərov təqsirləndirildiyi cinayət əməlinə görə anlaqlı hesab edilməlidir. Buna görə də R.V. Ələkbərovun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Odur ki, Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.3-cü maddəsinin təsiri altına düşmür. Həmçinin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs aşkarlanan paranoid şizofreniya psixi xəstəliyi natamam remissmya vəziyyəti olduğundan cinayət hadisəsini törətdiyi dövrdə onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarından məhrum etmişdir. Buna görə də anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs kimi Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs düçar olduğu həmin psixi patologiya hazırda natamam remissiya vəziyyətindədir və buna görə də Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyətinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22.2-ci maddəsinin təsiri altına düşür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür. Lakin Təqsirləndirilən şəxs hal-hazırki psixi vəziyyəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22.2-ci maddəsinin təsiri altına düşür. Buna görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.1-ci maddəsinə uyğun olaraq məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 17.1-ci maddəsinə əsasən məhkuma anlaqlılığı istisna etməyən psixi pozuntuya görə məhkəmə tərəfindən tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərsə, bu tədbirlər cəza müddəti ərzində cəzanı icra edən müəssisə və ya orqan tərəfindən həyata keçirilir. Bundan əlavə, Təqsirləndirilən şəxs barəsində olan təkrar stasionar məhkəməpsixiatrik ekspertizanın 26 oktyabr 2024-cü il tarixli, 184 saylı rəyində göstərilmişdir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-haazırda “Şizofreniya paranoid forma natamam remissiya vəziyyəti” aşkar olunur. O, cinayət hadisəsini törətdiyi dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini idarə etmək iqtidarında olmuşdur. Buna görə də o, ittiham olunduğu əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.1-ci maddəsinə uyğun olaraq məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs kimi hal-hazırki psixi vəziyyəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs düçar olduğu həmin psixi patologiya hazırda natamam remissiya vəziyyətindədir və buna görə də Təqsirləndirilən şəxs hal-hazırki vəziyyətinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22.2-ci maddəsinin təsiri altına düşür. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 17.1-ci maddəsinə əsasən məhkuma anlaqlılığı istisna etməyən psixi pozuntuya görə məhkəmə tərəfindən tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərsə, bu tədbirlər cəza müddəti ərzində cəzanı icra edən müəssisə və ya orqan tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Psixiatriya Xəstəxanası» PHŞ-dən daxil olmuş 21 sentyabr 2023-cü il tarixli, 11861 saylı məktubda qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə xx.xx.2021-xx.xx.2021-ci il tarixdə adı göstərilən xəstəxanada gündüz stasionarı şöbəsində ambulator müalicədə olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 33 nömrəli şəhər poliklinikasının Psixiatriya Kabinetindən alınmış 04 dekabr 2023-cü il tarixli, 1064 saylı məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs 2021-ci ildən «Şizofreniya. Paranoid Forma F.20.0» diaqnozu ilə poliklinikanın tibbi xidmət ərazisi üzrə ruhi-əsəb xəstələrinin siyahısında qeydiyyatdadır. Cinayət işi üzrə sübut əhəmiyyətinə malik olduğuna görə, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evin mənzilindən aşkar olunub götürülmüş ümumi təmiz çəkisi 1360,74 qram olan narkotik vasitə qurudulmuş marixuana və 02 ədəd elektron tərəzi iş üzrə maddi sübut kimi tanınmış, tədqiqatdan sonra qalıq çəkisi 1360,49 qram narkotik vasitə qurudulmuş marixuana və 02 ədəd elektron tərəzi saxlanılması üçün məhkəmənin qanuni qüvvəyə minəcək hökmünün icrasmadək Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutların saxlama yerinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd “Google” markalı mobil telefon aparatı iş üzrə maddi sübut kimi tanınmış və cinayət işi üzrə məhkəmənin qanuni qüvvəsini alacaq hökmünün icrasınadək, saxlanılması üçün qablaşdırılmış vəziyyətdə Bakı şəhəri Səbail RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən təqdim olunmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxsov Vahid oğlu ifadələrində narkotik vasitə istifadəçisi olduğunu, lakin ittihamda göstərilən narkotik vasitənin ona aid olmadığını, narkotik vasitənin satışı ilə məşğul olmadığını, ilk dəfə idi ki, narkotik vasitə əldə etdiyini, bunu şəxsi istifadə məqsədi ilə etdiyini, ağır psixoloji xəstə olduğunu və bu xəstəliklərinin Vətən müharibəsi zamanı yarandığını göstərdi. Məhkəmə, Təqsirləndirilən şəxsov Vahid oğlunun həmin ifadələrini onun özünün ibtidai istintaq zamanı təqsiləndirildiyi ittihamın mahiyyəti üzrə verdiyi qismən etirafedici ifadələri, onun üzərinə keçirilmiş baxışı özündə əks etdirən videoçəklişdə əks olunan təsvirlərdə onun sərbəst şəkildə müdafiəçisinin iştirakı ilə cinayət əməlinin predmetini təşkil edən narkotik vasitəni təqdim edib özünə məxsus olmasını təsdiq etdiyi görüntülərlə, onun tərəfindən təqdim olunan narkotik vasitənin ondan götürülməsini təsdiq edən qeyd və iradsız təsdiq etdiyi protokolun məzmunu ilə, onun təqdim etdiyi narkotik vasitəninin qurudulmuş marixuana olmasını təsdiq edən məhkəmə ekspertizasının rəyi, “mobil telefona baxış keçirilməsi” haqqında protokol, iş üzrə maddi sübut kimi tanınmış əşyalarla, habelə işin faktiki halları ilə müqayisəli təhlil edib onun bu iddialarını həqiqətə uyğun olmayan özünün məsuliyyətini yüngülləşdirməyə yönələn cəhd kimi qiymətləndirir. Çünki onun bu iddialarını təsdiq edən sübut müəyyən olunmadı. O da belə sübut təqdim etmədi. Məhkəmənin bu qənaəti Təqsirləndirilən şəxsov Vahid oğlunun mobil telefonuna baxış keçirilməsi zamanı müəyyən olunmuş səsli mesaj mətnlərinin məzmunu baxımından da əsaslıdır. Belə ki, 28 avqust 2023-cü il tarixdə adı «Binnet» deyə qeyd edilmiş +994 70 *** ** ** mobil telefon nömrə istifadəçisi Təqsirləndirilən şəxs məxsus +994 51 *** ** ** mobil telefon nömrəsinə “Məni nəzərə alardın də, buralara dərmə-deşiyə bir şey yerləşdirərdim” məzmunlu səsli mesaj göndərmişdir. Beləliklə məhkəmədə onun məhkəmədə verdiyi ifadələri araşdırılarkən öz təsdiqini tapmadı. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsov Vahid oğlu külli miqdarda narkotik vasitəni satış məqsədiylə əldə etmə, saxlama, daşımada təqsirli bilinməlidir. Belə ki, məhkəmə bu hallarla bağlı qeyd edir ki, təqsirləndirilən şəxs sərbəst ifadə vermək hüquna malikdir. O, bilə-bilə yalan xəbərçilik etməkdən başqa özünün müdafiəsi üçün göstərdiyi hallara görə məsuliyyət daşımır. O, xəbərçilik etdikdə isə bunu təsdiq edən sübutları da təqdim etməlidir. Əks halda özündə dəqiq faktı nəzərdə tutmayan məlumatın əsassız olaraq yoxlanılması hüquq müstəvisinə çıxarılardı. Bu da hüququ müəyyənlikdən “in abstrakto”-ya, yəni mücərəddiyə, qeyri-müəyyənliyə çevirərdi. Buna isə qanunla yol verilmir. Beləliklə də, məhkəmə, yuxarıda təsvir olunan sübutlar əsasında Təqsirləndirilən şəxsov Vahid oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsinin sübuta yetirildiyi qənaətinə gəlir və Təqsirləndirilən şəxsov Vahid oğlunun təqsirli bilini onun əməlinin həmin maddə ilə tövsüf olunmasını əsaslı sayır. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməllərinin xarakterini və Təqsirləndirilən şəxsov Vahid oğlunun şəxsiyyətini xarakterizə edən məlumatları nəzərə alıb ona azadlıqdan məhrumetmə cəzası təyin edilməsini əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməlin cinayət olmasını aradan qaldıran hal, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxsov Vahid oğluna məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmədə məhkəmə kimyəvi ekspertizasının keçirilməsinə dövlət büdcəsi hesabına 72 (yetmiş iki) manat vəsait sərf olunması və həmin məbləğin Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə qaytarılmalı olması, həmçinin Təqsirləndirilən şəxs göstərmiş olduğu hüquqi yardıma görə Bakı şəhəri 12 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 Əsgər oğluna ödənilməsi üçün 180 ( yüz səksən) manat Azərbaycan Respublikası Vəkillər X6 və Tədris Mərkəzinin hesabına ödənilməli olması müəyyən olundu. Məhkəmə ekspertizanın keçirilməsinə sərf olunmuş məbləğin Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə qaytarılmasını, onun məhkəmə xərcindən azad olunmasını əsaslı sayır. Məhkəmə, iş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün DİN BMCMİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxsov Vahid oğlunun üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq çəkisi 1360,49 qram olan narkotik vasitə qurudulmuş marixuana və 02 ədəd elektron tərəzinin məhv edilməsini, Bakı şəhəri Səbail RPİ-nin saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd “Google” markalı mobil telefon aparatı Təqsirləndirilən şəxs iradəsinə uyğun olaraq yaxın qohumlarına qaytarılmasını, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürməni, yaşadığı evin ünvanına baxış keçirilməsini özündə əks etdirən 02 ədəd DVD, həmçinin Təqsirləndirilən şəxs məxsus "xxxx" MMC mobil operatordan çıxarışları özündə əks etdilən 01 ədəd CD və sonuncuya məxsus mobil telefona baxış keçirilərkən, müəyyən edilmiş səs yazıları köçürülən 01 ədəd CD (kompakt disk) cinayət işinin materiallarında saxlanılmasını əsaslı sayır. Məhkəmə, cinayət işinin predmetini təşkil edən və iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitənin miqdarları arasında yaranmış fərqi onların ekspertiza tədqiqatı zamanı istifadə edilib aşınmasının nəticəsi kimi qəbul edir. Məhkəmə, narkotik xassəli vasitələrin məhv edilməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq, yaradılmış komissiya tərəfindən həyata keçirilməsini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, hazırkı iş üzrə Təqsirləndirilən şəxs 01 sentyabr 2023-cü il tarixdə saat 00:15-də Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. 02 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri Nərimanov rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə «həbs» qətimkan tədbiri seçilmişdir. 08 dekabr 2023-cü il tarixdə Bakı şəhəri Səbail rayon Məhkəməsi tərəfindən iş üzrə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxsov Vahid oğluna cəza təyin edərkən həmin halları nəzərə alır. Məhkəmədə elan edilib araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxsov Vahid oğlunun cəzasını yüngülləşdirən hallar kimi həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı təqsirli bilindiyi əməlin törədilməsi halları barəsində qismən etirafedici ifadələr verməsi, ikinci qrup (əmək funksiyalarının 61-80 % itirilməsinə görə) müharibə əlili olması, “Laçının azad ounmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunması, barəsində verilmiş 24 yanvar 2024-cü il tarixli və 26 oktyabr 2024-cü il tarixli məhkəmə-psixiatrik ekspertizasının rəylərinə əsasən onda paranoid şizofreniya psixi xəstəliyi aşakrlandığı, həmin xəstəliyiyn natamam remissiya vəziyyəti olduğundan cinayət hadisəsini törətdiyi dövrdə onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarından məhrum etdiyi müəyyən olunması, onun düçar olduğu həmin psixi patologiya hazırda natamam remissiya vəziyyətində olduğu Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyətinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22.2ci maddəsinin təsiri altına düşdüyünü də nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxsov Vahid oğlunun ailə vəziyyəti araşdırılarkən müəyyən olundu ki, onun qardaşları Vətən müharibəsi iştirakçıları olub, qardaşı X9 “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə, X12 “Cəsur döyüşçü”, “Vətən müharibəsi iştirakçısı”, “Cəbrayılın azad olunmasına görə”, “ Qubadlının azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşlar. Məhkəmə, bu halları da Təqsirləndirilən şəxsov Vahid oğluna təyin ediləcək cəzaya təsir edən ailə şəraitini xarakterizə edən yüngülləşdirici hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxsov Vahid oğlunun narkotik vasitəni əldə etməsinin səbəb və məqsədləri, həmçinin hal və şəraiti araşdırılarkən onun Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Psixiatriya Xəstəxanası» PHŞ-də xx.xx.2021-xx.xx.2021-ci il tarixdə adı göstərilən xəstəxanada gündüz stasionarı şöbəsində ambulator müalicədə olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 33 nömrəli şəhər poliklinikasında 2021-ci ildən «Şizofreniya. Paranoid Forma F.20.0» diaqnozu ilə poliklinikanın tibbi xidmət ərazisi üzrə ruhi-əsəb xəstələrinin siyahısında qeydiyyatda olması, bu səbəblərdən həkim resepti əsasında psixatrik tərkibli dərman pereparatlarından istifadə etməsi və bunların arzuolunmaz nəticəsi olaraq onun narkotik vasitələrə meyl etməsi müəyyən olundu. Məhkəmə bu halı nəzərə alır. Məhkəmədə elan edilib araşdırılmış, cinayət işinin materiallarından görünü ki, bu iş üzrə Təqsirləndirilən şəxs 01 sentyabr 2023-cü il tarixdə saat 00:15-də Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. 02 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri barəsində 04 ay müddətinə «həbs» qətimkan tədbiri seçilmiş, 08 dekabr 2023-cü il tarixdə Bakı şəhəri Səbail rayon Məhkəməsi tərəfindən iş üzrə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Təqsirləndirilən şəxs ev dustaqlığında olduğu müddət ərzində onun tərəfindən qətimkan tədbirinin şərtələri pozulmamış, istintaq və məhkəmə orqanlarının çağırışlarına riayət etmiş və başqa hüquqa zidd hərəkət törətməmişdir. Məhkəmə, bu halı da cəza təyin edərkən Təqsirləndirilən şəxsov Vahid oğlunun sərəbəst qaydada kənar müdaxilə olmadan islah olunmağa meyilli şəxs kimi xarakterizə edən və onun cəzəasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxsov Vahid oğlunun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxsov Vahid oğluna cəza təyin edərkən, yuxarıda göstərilən hallarla bərabər onun Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi uğrunda gedən döyüşlərdə yaralandığını, əmək qabiliyyəti olmayan şəxs olaraq xx.xx.2021-ci il tarixdə ikinci qrup (əmək funksiyalarının 61-80 % itirilməsinə görə) əlillik təyin edildiyini, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 iyun tarixli sərəncamı ilə “Laçının azad ounmasına görə”, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunduğunu, barəsində verilmiş 24 yanvar 2024-cü il tarixli və 26 oktyabr 2024-cü il tarixli məhkəmə-psixiatrik ekspertizasının rəylərinə əsasən onda paranoid şizofreniya psixi xəstəliyi aşakrlandığı, həmin xəstəliyiyn natamam remissmya vəziyyəti olduğundan cinayət hadisəsini törətdiyi dövrdə onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarından məhrum etdiyiyn müəyyən olunması, hazırda da onun düçar olduğu həmin psixi patologiya hazırda natamam remissiya vəziyyətində olduğunu nəzrə alıb onun barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsini tətbiq etməklə ona təyin ediləcək azıdlıqdan məhrum etmə cəzasını daha az müddətə təyin etməklə təyin ediləcək cəzanın məqsədinə nail olmağa imkan verdiyi qənaətinə gəlir. Əks halda həddindən artıq cəza təyin olunması cəzaya qənaət prinsipinə və cəza təyininin tələbinə zidd olardı. Məhkəmə, Təqsirləndirilən şəxsov Vahid oğluna təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının müddətini onun iş üzrə 01 sentyabr 2023-cü il tarixdən hazırkı vaxta qədər 01 (bir) il 05 (beş) ay 25 (iyirmi beş) gün müddətə həbsdə və həbsə bərabər ev dustaqlığında olmasını nəzərə alır və ona həmin həddə cəza təyin edilməsinin mümkün olduğu qənaətinə gəlir. Məhkəmə, yuxarıda təsvir olunan məhkəmə-psixiatrik ekspertiza rəyləri ilə Təqsirləndirilən şəxsov Vahid oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22.2-ci maddəsinin təsiri altına düşdüyünü, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.1-ci maddəsinə uyğun olaraq məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi tövsiyyə edildiyini müzakirə edərəkən onun Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Psixiatriya Xəstəxanası» PHŞ-də xx.xx.2021-xx.xx.2021-ci il tarixdə adı göstərilən xəstəxanada gündüz stasionarı şöbəsində ambulator müalicədə olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 33 nömrəli şəhər poliklinikasında 2021-ci ildən «Şizofreniya. Paranoid Forma F.20.0» diaqnozu ilə poliklinikanın tibbi xidmət ərazisi üzrə ruhi-əsəb xəstələrinin siyahısında qeydiyyatda olması, bu səbəblərdən həkim resepti əsasında psixatrik tərkibli dərman pereparatlarından istifadə edib onun həmin xəstəliyi ilə ambulator və stasionar müalicə aldığı müəyyən olundu. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən həmin halları nəzərə alır və ona eyni növlü məcburi müalicə təyin olunması üçün əsaslar olmadığı qənaətinə gəlir. Məhkəmə, Təqsirləndirilən şəxsov Vahid oğlunun cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının hazırkı vaxtda başa çatdığını nəzərə alıb onun barəsində seçilmiş ev dustaqlığının ləğv edilməsini və barəsində qətimkan tədbiri qismində başqa yerə getməmək haqqında iltizam almaq seçilməsini və hökm qanuni qüvvəyə minənə qədər bu qətimkan tədbirinin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş Məhkəmə-narkoloji ekspertizanın 25 sentyabr 2023-cü il tarixli, 6099 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxsov Vahid oğlunun narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxsov Vahid oğluna təyin ediləcək cəzanın müddətini müəyyən edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olmasını, ağırlaşdıran halın olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına, həyat və ailə şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, onun barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq olunsun və ona 01 (bir) il 05 (beş) ay 25 (iyirmi beş) gün müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 01 sentyabr 2023-cü il tarixdən hazırkı vaxta qədər həbsdə və ev dustaqlığında saxlanıldığı 01 (bir) il 05 (beş) ay 25 (iyirmi beş) gün müddət ona təyin edilmiş cəza müddətinə daxil edilsin və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası çəkilmiş hesab olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin və onun barəsində qətimkan tədbiri qismində başqa yerə getməmək haqqında iltizam almaq seçilsin və qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Dövlət büdcəsi hesabına məhkəmə kimyəvi ekspertizasının keçirilməsinə sərf olunmuş 72 (yetmiş iki) manat vəsait Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə qaytarılsın. Məhkəmədə Təqsirləndirilən şəxs göstərmiş olduğu hüquqi yardıma görə Bakı şəhəri 12 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 Əsgər oğluna ödənilməsi üçün üçün 180 (yüz səksən) manat manat Azərbaycan Respublikası Vəkillər X6 və Tədris Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs həmin məbləği ödəməkdən azad olunsun. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün DİN BMCMİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1360,49 qram olan narkotik vasitə qurudulmuş marixuana və 02 ədəd elektron tərəzi məhv edilsin. Bakı şəhəri Səbail RPİ-nin saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd “Google” markalı mobil telefon aparatı Təqsirləndirilən şəxs iradəsinə uyğun olaraq yaxın qohumlarına qaytarılsın. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürməni, yaşadığı evin ünvanına baxış keçirilməsini özündə əks etdirən 02 ədəd DVD, həmçinin Təqsirləndirilən şəxs məxsus "xxxx" MMC mobil operatordan çıxarışları özündə əks etdilən 01 ədəd CD və sonuncuya məxsus mobil telefona baxış keçirilərkən, müəyyən edilmiş səs yazıları köçürülən 01 ədəd CD (kompakt disk) cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova
Məhkəmə qərarları › İş №1(101)-203/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-203/2025
26.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver