Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2033/2024 06.11.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclas katibi – X3 və X8, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, tərcüməçilər – X20 və X1, müdafiəçilər – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakı ilə, 4 iyun 1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 1(bir) azyaşlı uşağı olan, orta təhsilli, fərdi qaydada taksi sürücülüyü ilə məşğul olmuş, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 (Fin:xxxxxxx) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə və 6 yanvar 1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi qaydada əməklə məşğul olmuş, sonuncu dəfə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 9 fevral 2022-ci il tarixli, 1(011)- 51/2022 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1(bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 1 oktyabr 2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, lakin məhkumluğu ödənilməmiş və üzərindən götürülməmiş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 (Fin:xxxxxxx) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə 6 noyabr 2024-cü il tarixdə, saat 11:55-də Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:
1. Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq məlum olmayan mənbədən və məlum olmayan tarix, vaxt və şəraitdə 0,530 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla ünvan 3 ünvanında yerləşən "xxxx" ASC-nin Həzi Aslanov filialının yaxınlığına qanunsuz daşımış, bu barədə daxil olmuş məlumat əsasında Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsinin (bundan sonra mətndə-Xətai RPİ-nin 36-cı PŞ) əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs1 16 fevral 2024cü il tarixdə, saat 16:30-da ünvan 3 ünvanında yerləşən "xxxx" ASC-in Həzi Aslanov filialının yaxınlığında saxlanılaraq ünvan 4 ünvanında yerləşən Xətai RPİ-nin 36-cı PŞ-yə gətirilmiş, orada həmin tarixdə, saat 17:25-dən etibarən üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı əynindəki cins şalvarın sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşımaqla saxladığı 1(bir) ədəd bükümdə 0,530 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür.
2. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlama, daşıma və satma barədə tanışı Təqsirləndirilən şəxs2 və qeyrisi ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən qeyrisi tərəfindən məlum olmayan ünvanlarda gizlədilmiş narkotik vasitəni əldə edib kiçik ölçülü ayrı-ayrı hissələrə bölüb eyni məqsədlə Bakı şəhəri ərazisində müxtəlif ünvanlarda gizlədib həmin yerin fotoşəkillərini çəkərək “whatsapp” ani mesajlaşma proqramı vasitəsilə qeyrilərinə göndərməklə narkotik vasitələrin satışını həyata keçirmiş, eyni qaydada qrup üzvü olan qeyrisinin göndərdiyi “Methadone 40” markalanma göstəricisi olan, üzərilərində “F/M40” yazısı həkk olunmuş 6(altı) ədəd konvalyutda 59(əlli doqquz) həbdən ibarət olan təsiredici maddəsinin ümumi çəkisi külli miqdar 2,36 qram təşkil edən narkotik vasitə metadonu məlum olmayan tarix, vaxt və şəraitdə qanunsuz olaraq satış məqsədi ilə əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Xətai rayonu, Oqtay Vəliyev küçəsində fəaliyyət göstərən “Ramin Nur” şadlıq sarayının qarşısına qanunsuz daşımış, həmin ünvanda üzərində qanunsuz saxlamaqla daşıdığı 6(altı) ədəd konvalyutda narkotik vasitə metadonun təsiredici maddəsinin ümumi çəkisi 0,76 qramdan ibarət 2(iki) ədəd konvalyutda 19(on doqquz) həbini satıb əldə edəcəkləri gəliri gələcəkdə aralarında bölmək məqsədi ilə qrupun digər üzvü Təqsirləndirilən şəxs2 vermiş, 4(dörd) ədəd konvalyutda 40(qırx) həbdən ibarət olan təsiredici maddəsinin ümumi çəkisi külli miqdar 1,6 qram təşkil edən narkotik vasitə metadonu üzərində qanunsuz saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş idarəsinin (bundan sonra mətndə-KCMBİ) əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 8 aprel 2024-cü il tarixdə, saat 17:30-da Bakı şəhəri, Xətai rayonu, Oqtay Vəliyev küçəsində fəaliyyət göstərən “Ramin Nur” şadlıq sarayının qarşısında saxlanılaraq ünvan 7 ünvanında yerləşən KCMBİ-nin inzibati binasına gətirilmiş, orada həmin tarixdə, saat 21:10-dan etibarən üzərilərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs1 əynindəki gödəkçənin sol iç döş cibindən satış məqsədilə qanunsuz olaraq əldə edib daşımaqla saxladığı hər birində 10(on) həb olmaqla “Methadone 40” markalanma göstəricisi olan, üzərilərində “F/M40” yazısı həkk olunmuş 4(dörd) ədəd konvalyutda ümumilikdə 40(qırx) həbdən ibarət təsiredici maddəsinin ümumi çəkisi külli miqdar 1,6 qram təşkil edən narkotik vasitə metadon və Təqsirləndirilən şəxs2 əynindəki gödəkçənin sağ iç döş cibindən satış məqsədilə qanunsuz olaraq əldə edib saxladığı “Methadone 40” markalanma göstəricisi olan, üzərilərində “F/M40” yazısı həkk olunmuş 2(iki) ədəd konvalyutda ümumilikdə 19(on doqquz) həbdən ibarət təsiredici maddəsinin ümumi çəkisi 0,76 qram təşkil edən narkotik vasitə olan metadon aşkar edilərək götürülmüşdür.
3. Eyni zamanda, Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlama, daşıma və satma barədə tanışı Təqsirləndirilən şəxs1 və qeyrisi ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 qeyrisi tərəfindən məlum olmayan ünvanlarda gizlədilmiş narkotik vasitəni əldə edib kiçik ölçülü ayrı-ayrı hissələrə bölüb eyni məqsədlə Bakı şəhəri ərazisində müxtəlif ünvanlarda gizlədib həmin yerin fotoşəkillərini çəkərək “whatsapp” ani mesajlaşma proqramı vasitəsilə qeyrilərinə göndərməklə narkotik vasitələrin satışını həyata keçirmiş, eyni qaydada qrup üzvü olan qeyrisinin göndərdiyi “Methadone 40” markalanma göstəricisi olan, üzərilərində “F/M40” yazısı həkk olunmuş 6(altı) ədəd konvalyutda 59(əlli doqquz) həbdən ibarət olan təsiredici maddəsinin ümumi çəkisi külli miqdar 2,36 qram təşkil edən narkotik vasitə metadonu məlum olmayan tarix, vaxt və şəraitdə qanunsuz olaraq satış məqsədi ilə əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Xətai rayonu, Oqtay Vəliyev küçəsində fəaliyyət göstərən “Ramin Nur" şadlıq sarayının qarşısına qanunsuz daşımış, həmin ünvanda üzərində qanunsuz saxlamaqla daşıdığı 6(altı) ədəd konvalyutda narkotik vasitə metadonun təsiredici maddəsinin ümumi çəkisi 0,76 qramdan ibarət 2(iki) ədəd konvalyutda 19(on doqquz) həbini satıb əldə edəcəkləri gəliri gələcəkdə aralarında bölmək məqsədi ilə qrupun digər üzvü Təqsirləndirilən şəxs2 vermiş, 4(dörd) ədəd konvalyutda 40(qırx) həbdən ibarət olan təsiredici maddəsinin ümumi çəkisi külli miqdar 1,6 qram təşkil edən narkotik vasitə metadonu üzərində qanunsuz saxlamış, bu barədə daxil olmuş məlumat əsasında KCMBİ tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 8 aprel 2024-cü il tarixdə, saat 17:30-da Bakı şəhəri, Xətai rayonu, Oqtay Vəliyev küçəsində fəaliyyət göstərən “Ramin Nur” şadlıq sarayının qarşısında saxlanılaraq ünvan 7 ünvanında yerləşən KCMBİ-nin inzibati binasına gətirilmiş, orada həmin tarixdə, saat 21:10-dan etibarən üzərilərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs1 əynindəki gödəkçənin sol iç döş cibindən satış məqsədilə qanunsuz olaraq əldə edib daşımaqla saxladığı hər birində 10(on) həb olmaqla “Methadone 40” markalanma göstəricisi olan, üzərilərində “F/M40” yazısı həkk olunmuş 4(dörd) ədəd konvalyutda ümumilikdə 40(qırx) həbdən ibarət təsiredici maddəsinin ümumi çəkisi külli miqdar 1,6 qram təşkil edən narkotik vasitə metadon və Təqsirləndirilən şəxs2 əynindəki gödəkçənin sağ iç döş cibindən satış məqsədilə qanunsuz olaraq əldə edib saxladığı “Methadone 40” markalanma göstəricisi olan, üzərilərində “F/M40” yazısı həkk olunmuş 2(iki) ədəd konvalyutda ümumilikdə 19(on doqquz) həbdən ibarət təsiredici maddəsinin ümumi çəkisi 0,76 qram təşkil edən narkotik vasitə olan metadon aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri:
4. Məhkəmədə Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, narkotik vasitə istifadəçisi olmuşdur. 8 aprel 2024-cü il tarixdə saxlanılarkən üzərində saxlanılmazdan 6-7 gün əvvəl iranlı şəxsdən öz şəxsi istifadəsi üçün əldə etdiyi 4 list metadon həbi olmuşdur. İranlı ilə “Whatsapp” vasitəsilə əlaqə saxlayıb əvvəllər də 2-3 dəfə narkotik vasitə metadon həbi almışdır. İranlı şəxs ona narkotik vasitə metadonu hansısa ünvana aparıb qoymasını təklif etmiş, o da sonuncunun dediyi ilə razılaşıb narkotik vasitəni təxminən 2-3 dəfə olmaqla ona deyilən ünvanlara aparıb çatdırmış, lakin həmin ünvandan narkotik vasitəni sonradan kimlərin gəlib götürməsini bilməmiş, həmin şəxsləri ümumiyyətlə tanımamışdır. Təqsirləndirilən şəxs2 qardaşı onun Hövsanda yeni aldığı evinin mətbəx təmirində usta kimi işləmiş, Minirin də həmin evdə usta kimi işləyəcəyinə dair aralarında razılaşma olmuş, lakin Miniri şəxsən tanımamış, aralarında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar hər hansı əlbirlik münasibətləri, o cümlədən mobil telefonunda narkotik vasitələrin daşınması və ya gətirilməsi ilə bağlı danışıqlar olmamışdır. O, saxlanılmazdan 4-5 ay əvvəl də bir dəfə Minirlə görüşmüş, həmin vaxt narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair hər hansı danışıqları olmamış, Minirlə görüşərkən onun ağrıdığını görüb qəbul etməsi üçün üzərində olan bir ədəd metadon həbini ona vermişdir. 8 aprel 2024-cü il tarixdə Minirlə birlikdə olarkən polis əməkdaşları tərəfindən saxlanılaraq KCMBİ-yə aparılaraq orada döyülüb təzyiqlərə məruz qalmış, habelə üzərindəki narkotik vasitə metadon həbinin miqdarı artırılaraq külli miqdarda narkotik vasitənin ona məxsus olmasını boynuna alması tələb edilmişdir. Polis əməkdaşları onu aldadaraq dedikləri formada edəcəyi və deyəcəyi təqdirdə əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə sənədləşdirəcəklərini bildirmiş, o da sonuncularla razılaşıb külli miqdarda narkotik vasitənin ona məxsus olmasını boynuna götürmüşdür. Şəxsi axtarış və götürmə istintaq hərəkəti videoçəkilişlə aparılarkən polis əməkdaşları tərəfindən əvvəlcədən fiziki və psixi təzyiqlərə məruz qalıb hədələndiyindən sonuncular nəyi necə demişlərsə, həmin formada da bildirmiş, habelə ifadə verərkən müdafiəçisi iştirak etməmişdir. Hadisədən əvvəl anası onkoloji xəstəlikdən əziyyət çəkdiyindən anasının olduğu xəstəxanaya qardaşı ilə anasına baş çəkməyə getmək istəmişlər. Minirin narkotik vasitə istifadəçisi olduğunu bilmiş, lakin saxlanılarkən Minir ondan istifadə etmək üçün narkotik vasitə istəməmişdir. O, saxlanılarkən üzərində 4 list olmaqla 39 ədəd metadon həbi olmuş, həmin həblərdən birini Təqsirləndirilən şəxs2 vermiş, aşkar olunmuş əlavə 2 list metadon həbləri isə polis əməkdaşları tərəfindən ona verilmiş, habelə 1ci epizod üzrə üzərindən guya aşkar edilmiş 0,530 qram narkotik vasitə heroin də Xətai RPİ-nin 36-cı PŞ-nin əməkdaşları tərəfindən üzərinə qoyulmuşdur.
5. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs1 ifadəsinə davam edərək göstərdi ki, o və Minir həqiqətən də ittihamda qeyd edilən ünvanda saxlanılmışdır. Məhkəməyədək icraat zamanı ona məxsus ifadələrin sonundakı imzalar və yazılar özü tərəfindən icra edilmiş, lakin həmin ifadələri fiziki və psixi təzyiq altına vermişdir. Narkotik vasitə metadon həblərini həqiqətən də məhkəməyədək icraat zamanı ifadəsində göstərdiyi ünvandan əldə etmişdir. Təqsirləndirilən şəxs2lə aralarında üzləşdirmə istintaq hərəkəti keçirilməmişdir. Sonu 05-06 və 98-48-lə bitən mobil telefon nömrələri onun özünə məxsus olmuşdur. O, 2-ci epizod üzrə saxlanılarkən üzərində metadon dərman vasitəsi olduğundan həmin epizod üzrə ona verilmiş ittihamı qismən qəbul edir. Lakin o, narkotik vasitələrin heç vaxt satışı ilə məşğul olmamış, sadəcə öz şəxsi istifadəsi üçün alıb istifadə etmiş, eyni zamanda narkotik vasitələri ona deyilən ünvanlara aparıb qoymuşdur. Mobil telefonundan aşkar olunmuş mesajlarda qeyd edilən “daş” və “patı” sözləri psixotrop maddə metamfetamin, “kola” sözü isə narkotik vasitə heroin mənalarında istifadə olunmuşdur. Saxlanılarkən üzərilərinə yerində baxış keçirilməmişdir. Polis əməkdaşları Minirlə onun əməlini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə sənədləşdirəcəklərini bildirərək onları aldatmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş polis əməkdaşları İltifat Bayramov, Roman Namazov və Şahid2 onun saxlanılmasında iştirak etməmiş, sonuncular tərəfindən ona qarşı hər hansı fiziki və ya psixi təzyiq göstərilməmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs1 himayəsində bir azyaşlı uşağının olduğunu, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, anasının onkoloji xəstəlikdən əziyyət çəkdiyini, narkomaniya xəstəliyindən müalicə olunaraq tam sağalmaq istədiyini, ailədə ondan başqa qazanc gətirən şəxsin olmadığını bildirərək ona ədalətli cəza təyin edilməsini xahiş etdi.
6. Təqsirləndirilən şəxs1 məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi 9 aprel 2024 və 25 iyun 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs1 həmin ifadələrdə göstərmişdir ki, 2024-cü ilin aprel ayının əvvəlləri istifadəsində olan ***-***-**-** mobil nömrəsinin “whatsapp” tətbiqinə xarici mobil operatora aid dəqiq xatırlamadığı mobil nömrə ilə bir şəxs yazaraq əlində narkotik vasitə “metadon”, “ot” (marixuana), psixotrop maddə “patı” (metamfetamin) olduğunu, pul müqabilində birlikdə həmin maddələrin satışını həyata keçirməyi ona təklif etmiş, o da həmin şəxsdən necə işləyəcəklərini soruşduqda həmin şəxs səsli mesajla Azərbaycan dilində danışaraq İran vətəndaşı olduğunu deyib, pul qarşılığında qeyd edilən narkotik vasitə və psixotrop maddələri ona çatdıra biləcəyini demişdir. O həmin şəxsin təklifi ilə razılaşsa da, pulunun olmadığını bildirdikdə həmin şəxs ona nisyə narkotik vasitələr verə biləcəyini demişdir. O özü də narkotik vasitə və ya psixotrop maddələrin hər növündən istifadə etmişdir. İranlı şəxs adını demədiyinə görə həmin şəxsin adını telefonuna “day-day” deyə qeyd etmişdir. Beləcə o həmin şəxsin narkotik vasitələrin satışını həyata keçirib pul qazanmaq təklifini qəbul etmişdir. 6 aprel 2024cü il tarixdə İranlı şəxs ona “whatsapp” tətbiqində məkan bildirişi göndərərək həmin yerdə narkotik vasitə M40, yəni metadon olan 7 list dərman qoyduğunu bildirmişdir. O da həmin gecə metronun Dərnəgül stansiyası yaxınlığında Azərbaycan Beynəlxalq Universitetinin qarşısında dəmir köşkün sökülmüş pəncərəsinin altında qoyulmuş 7 list narkotik vasitə olan metadonu götürmüşdür. Həmin konvolyutlardan bir listini özünün istifadəsi üçün götürüb arada bir həb içib istifadə etmişdir. Metadon bədənində olan ağrılarına xoş təsir edir, narkotik vasitə tələbatına müsbət təsir göstərmişdir. Qalan 6 list metadonu da üzərində satış məqsədi ilə gəzdirmişdir ki, həmin narkotik vasitələri istəyən şəxslərə satsın. 8 aprel 2024-cü il tarixdə günorta saatlarında tanışı Təqsirləndirilən şəxs2 adlı şəxslə danışaraq onda narkotik vasitə metadon tərkibli dərmanlar olduğunu demişdir. Minirin həmin dərman vasitələrindən istifadə etdiyini, habelə satışını həyata keçirdiyini bilmişdir. Həmin həblərin bir listini, yəni 10 ədədini 100 manat qarşılığında Minirə sata biləcəyini demişdir. Minir də onunla razılaşmışdır. Belə ki, razılaşmalarına görə, Minir həmin dərman vasitələrini ondan alıb satışını həyata keçirəcək, satılan hər listə görə o, əldə olunan 100 manatdan 15 manatını Minirə pay verməyi planlaşdırmışdır. Hətta əlavə olaraq da Minirə hər listdən 1 həb narkotik vasitə metadon istifadə edə biləcəyini bildirmişdir. 8 aprel 2024-cü il tarixdə narkotik vasitə metadon tərkibli dərman vasitələrini Minirə vermək üçün razılaşmalarına əsasən Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsinə gəlmişdir. Həmin zaman üzərində 6 list metadon olmuş, NZS qəsəbəsində yerləşən “Ramin Nur” şadlıq sarayının qarşısında təxminən saat 17 radələrində Minirlə görüşmüşdür. Minir ondan satması üçün ilkin olaraq 2 list metadon istəmiş, o da Minirə satışını həyata keçirməsi üçün 2 list 20 ədəd metadon vermiş və bildirmişdir ki, “həmin dərmanları satdıqdan sonra mənə 200 manat pul verəcəksən”. Minir ona demişdir ki, 20 ədəd metadon həblərindən birini özü istifadə edəcək. O da Minirə mane olmamış və demişdir ki, “mənə həmin dərmanların satışından 200 manat lazımdır, neçəyə satırsan sat”. Qalan 4 list 40 ədəd metadon həblərini isə satış məqsədi ilə cibində saxlamışdır. Sonra qardaşı Qurban Qasımov ona zəng edib anasının yanına xəstəxanaya getməli olduqlarını bildirmişdir. O da qardaşına “Ramin Nur” şadlıq evi tərəfə gəlməsini bildirmişdir. 8 aprel 2024-cü il tarixdə, saat 17 radələrində “Ramin Nur” şadlıq evinin yaxınlığında polis əməkdaşları yaxınlaşmış, narkotik vasitələrin istifadəsi və satışında şübhəli olduqlarını bildirərək onları polis idarəsinə dəvət etmişlər. Baş İdarədə şübhəli şəxs qismində saxlanılan zaman müdafiəçi ilə təmin edilmiş, şəxsi axtarış zamanı üzərində olan 4 (dörd) ədəd konvolyutda metadon narkotik vasitəsini əynindəki gödəkçədən çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. O həmin dərman vasitələrinin satışını müştəri tapa bilmədiyi üçün həyata keçirməmişdir. Minirin həmin tərkibli dərman vasitələrini həm istifadə etdiyini, həm də satışını həyata keçirdiyini bildiyindən Minirlə narkotik tərkibli maddələrin birgə satışını həyata keçirə biləcəklərini düşünmüşdür. Əvvəllər Minirə satışını həyata keçirməsi, habelə istifadə etməsi üçün dövriyyəsi qanunla qadağan edilmiş maddə verməmişdir. Narkotik vasitə metadonu əldə etdiyi İran vətəndaşına hər hansı ödəniş etməmiş, nisyə şəkildə həmin narkotik vasitəni almışdır. Minirə həmin metadon tərkibli dərman vasitələrini satması üçün verdiyi zaman həmin dərman vasitəsinin tərkibi, qanunla qadağan olunması barədə məlumat vermiş, habelə Minir özü də belə tərkibli dərmanları yaxşı tanımışdır. Xətai RPİdən daxil olmuş cinayət işində göstərilən və üzərindən aşkar olunmuş ümumi çəkisi 0,530 qram təşkil edən narkotik vasitə heroini 16 fevral 2024-cü il tarixdə, təxminən saat 16 radələrində Xətai rayonu ərazisində "xxxx" ASC-nin Həzi Aslanov filialının yaxınlığında anket məlumatlarını bilmədiyi şəxsdən satış məqsədi ilə 15 manat müqabilində almışdır. Lakin həmin heroini kiməsə satmağa fürsəti olmamış, polis əməkdaşları tərəfindən saxlanılmışdır. Xətai RPİ-də verdiyi ifadəsində həmin çəkidə narkotik vasitə heroini məsuliyyətinin yüngülləşməsindən ötrü şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. İstifadəsində olan mobil telefonda aparılan mesajlar ona məxsus olmuş, danışıqlar onun tərəfindən həyata keçirilmişdir (Cild 1, iş vərəqi (bundan sonra mətndə - i.v.) i.v. 70-71; 99-103; Cild 2, i.v. 223-227;).
7. Eyni zamanda Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı verdiyi 17 fevral 2024-cü il tarixli şübhəli və 18 fevral 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində ifadələri elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs1 həmin ifadələrdə ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 16 fevral 2024-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu ərazisində "xxxx" ASC-nin Həzi Aslanov filialının yaxınlığında anket məlumatlarını bilmədiyi şəxslə qarşılaşmış, əvvəllər həmin şəxsdən bir neçə dəfə narkotik vasitə aldığından rahatlıqla həmin şəxsdən narkotik vasitə tapa biləcəyini düşünmüşdür. Həmin şəxsdən üzərində narkotik vasitə olubolmadığını soruşduqda həmin şəxs ona müsbət cavab vermiş, bundan sonra onlar bir qədər kənara çəkilmiş və o həmin şəxsdən 15 manata bir ədəd şəffaf sellofan kəsiyi bükümündə narkotik vasitə heroin almışdır. Həmin bükümü əynində olan boz rəngli cins şalvarın sağ yan cibinə qoyub həmin şəxslə sağollaşmışdır. Bu zaman həmin tarixdə, saat 16:30 radələrində iki nəfər mülki geyimli şəxs yaxınlaşaraq xidməti vəsiqələrini göstərib onu polis şöbəsinə dəvət etmişlər. Xətai RPİ-nin 36-cı PŞ-də üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan cins şalvarın sağ yan cibindən içərisində narkotik maddə olan bir ədəd bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Polis əməkdaşı ondan həmin bir ədəd büküm barədə sual etdikdə o həmin maddənin narkotik vasitə heroin olduğunu və həmin narkotik vasitəni tanımadığı şəxsdən 15 manat müqabilində əldə etdiyini bildirmişdir (Cild 2, i.v. 60, 80-82; 91-93; 223-227;)
8. Məhkəmədə Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs1 ümumilikdə iki dəfə görmüş, ilk dəfə Hövsan qəsəbəsində yerləşən evində qardaşı Qurbanın xahişi ilə təmir işləri aparması ilə əlaqədar görmüş, sonuncu dəfə isə 8 aprel 2024-cü il tarixdə görmüşdür. Belə ki, qardaşı Qurban ona zəng edib gördüyü təmir işlərinin yekunlaşdırılmasında ona kömək etməyi xahiş etmiş, o da 8 aprel 2024-cü il tarixdə, təxminən saat 11-13 radələrində Qurbanla görüşmüşdür. Qonşuluqda yaşayan Vüqar adlı taksi sürücüsündən onları Hövsan qəsəbəsinə aparmasını xahiş etmiş, həmin vaxt Qurbanın qardaşı Fəqan da sonuncu ilə birlikdə olmuş, Fəqan onun narkotik vasitə istifadə edib-etməməsi barədə soruşduqda sonuncuya müsbət cavab vermiş, Qurban ondan ağrısının olub-olmadığını soruşmuş, o da ağrıdığını demiş, bu zaman Fəqan cibindən 2 list çıxarıb listlərin birindən ona 1(bir) ədəd həb verdikdən sonra polis əməkdaşları tərəfindən təxminən saat 12 radələrində saxlanılaraq üzərilərində bıçaq olub-olmaması yoxlanılmış, mobil telefonları götürülmüşdür. O, saxlanılarkən üzərində ümumiyyətlə hər hansı narkotik vasitə olmamış, əvvəllər Fəqanla birlikdə narkotik vasitə qəbul etməmiş, ondan heç vaxt qəbul etmək üçün narkotik vasitə almamışdır. Ona narkotik vasitə tapmaq, habelə narkotik vasitələrin harasa qoyulması barədə təkliflər edilməmiş, özü də narkotik vasitələrin qanunsuz dövriyyəsi, habelə satışı ilə məşğul olmamışdır. O, ibtidai istintaq zamanı videoçəkiliş aparılarkən polis əməkdaşları ondan nəyi necə tələb etmişlərsə, elə də demiş və etmişdir. İbtidai istintaq zamanı polislər onun ağzını yapışdırıcı lentlə bağlayıb fiziki təzyiq göstərməklə döymüş, təxminən saat 1-dən axşam saat 5-dək işgəncələrə məruz qalmış, yalnız axşam saat 22 radələrində videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Bakı İstintaq Təcridxanasında müayinədən keçirilərkən orada döyülməsi barədə məlumat vermiş, lakin barəsində qətimkan tədbiri seçilməsi məsələsi həll edilərkən nə hakimə, nə də hər hansı digər şəxsə təzyiq altında olduğundan hər hansı məlumat verməmişdir. Hadisə günü o, Fəqanla deyil, qardaşı ilə əlaqə saxladığından görüşə Fəqanın da gələcəyini bilməmişdir. Onun istifadəsində ***-***-**-** mobil telefon nömrəsi olmuşdur. Onlar polis əməkdaşları tərəfindən 4 nəfər, yəni Qurban, Fəqan və taksi sürücüsü Vüqarla birlikdə saxlanılmış, hadisə yerində saxlanılarkən üzərində hər hansı qeyri-qanuni predmet aşkar edilməmiş, KCMBİ-də hüquq və vəzifələri izah edilməmiş, ona dərhal deyil, yalnız bir neçə saat sonra, təxminən gecə saat 2-3 radələrində vəkil təqdim edilmişdir. Videoçəkilişdən əvvəl polislər ona Fəqanın verdiyi dərmanı təqdim edib kameranın qarşısında stolun üzərinə qoymasını tələb etmiş, həmin predmetin nə olduğunu soruşduqda narkotik vasitə olduğunu bildirmişlər. O, əvvəllər məhkum olunduğundan polislər onların tələb etdiklərini etmədiyi halda evindən də narkotik vasitə çıxaracaqlarını bildirməklə onun ailəsini də tutacaqlarına dair hədə-qorxu gəlmiş, bu səbəbdən polislərin dedikləri ilə razılaşmışdır. O, Fəqandan satış məqsədilə hər hansı dərman preparatı almamış, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır.
9. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs2 ifadəsinə əlavə edərək göstərdi ki, o, travma alması ilə əlaqədar hərbi xidmətdə olmamışdır. O, narkoman kimi narkotik vasitə almaq üçün digər narkomanlarla razılaşıb pul topladıqdan sonra gedib narkotik vasitə əldə etmiş, lakin heç kimə narkotik vasitə satmamışlar. Belə ki, “Pul ver, gedib alım, sən axtardığından məndə var, sən də o birisini tapa bilərsən? Sən hansını istəyirsən?” mesajlarında o, qarşı tərəfə narkotik vasitə təklif etmiş, habelə bəzi vaxtlarda ona da narkotik vasitə təklif etmişlər. Müstəntiq ona imzalaması üçün boş kağız verdiyindən imzalamaqdan imtina etmişdir. Lakin ibtidai araşdırmanın ilkin mərhləsində ona təqdim edilmiş boş kağızları müstəntiqin ona kömək ediləcəyi vədinə inanaraq imzalamışdır Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 onun saxlanılmasında iştirak etməmişdir. Ona tanışları arasında Mişa deyə də müraciət edilmiş, eyni zamanda o, NZS qəsəbəsində “Mişa” ləqəbli 4 nəfər şəxs tanımış, həmin qəsəbədə Minir adında ondan başqa şəxsi tanımamışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs2 milli azlığın (tatar) nümayəndəsi olmasını, narkotik vasitələrdən istifadə etsə də, satışı ilə məşğul olmadığını, narkomaniya xəstəliyindən müalicə olunaraq tam sağalmaq istədiyini bildirərək məhkəmədən həmin halların nəzərə alınaraq ədalətli qərar qəbul edilməsini xahiş etdi.
10. Təqsirləndirilən şəxs2 məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr elan edilərək tədqiq edilmiş və həmin ifadələrdə o, məhkəməyədək icraat zamanı dindirilmiş Təqsirləndirilən şəxs1la əsasən eyni məzmunlu ifadələr verərək göstərmişdir ki, 8 aprel 2024-cü il tarixdə tanışı Fəqan adlı şəxslə telefonda danışan zaman sonuncu onda narkotik vasitə olan metadon tərkibli dərman həblərinin olduğunu və həmin narkotik tərkibli dərmanın satışını həyata keçirdiyini bildirmişdir. Özü narkotik vasitə istifadəçisi olduğu üçün Fəqandan belə tərkibli dərman vasitələrini həm özünün istifadəsi üçün əldə etməyi, həm də qalan narkotik vasitənin satışını həyata keçirib gəlir əldə etməyi düşünmüşdür. O, Fəqanla razılaşaraq sonuncudan satış məqsədi ilə metadon tərkibli dərman vasitələrindən əldə etməyi qərara almışdır. Fəqanla görüş yeri təyin etmiş, sonuncu ona Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsinə gələcəyini demişdir. O, Fəqanla NZS qəsəbəsində yerləşən “Ramin Nur” şadlıq evinin qarşısında 8 aprel 2024-cü il tarixdə, təxminən saat 17 radələrində görüşmüşdür. Pulu olmadığından Fəqandan nisyə şəkildə həmin metadon tərkibli dərmanlardan ona verməsini xahiş etmişdir. Belə ki, həmin dərmanları satdıqdan sonra Fəqana pulunu qaytaracağını bildirmişdir. Fəqan onunla razılaşmış və o, Fəqandan ilkin olaraq 2 list 20 həb metadon istəmişdir. Metadonu götürərkən Fəqana həmin 20 həbdən bir ədədini özünün istifadə edəcəyini bildirmişdir. Fəqan isə etiraz etməmiş və həmin 2 list 20 həb metadona görə ondan 200 manat pul alacağını bildirmişdir. O həmin metadonları 200 manata satdıqdan sonra Fəqan həmin puldan onun da payını ayıracağını bildirmişdir. 2 list 20 həb metadonu ona verdikdən sonra Fəqanda 4 list 40 həb metadon qalmışdır. Fəqandan aldığı 20 həb metadonun bir həbini istifadə etmək üçün çıxarıb dərman kimi qəbul etmişdir. Sonra onların olduqları yerə Fəqanın qardaşı Qurban gəlmiş, Fəqan anasının səhhəti ilə əlaqədar xəstəxanaya gedəcəklərini ona bildirmişdir. Bu zaman “Ramin Nur” şadlıq evinin qabağında mülki geyimli polis əməkdaşları özlərini təqdim edərək narkotik tərkibli dərman vasitələrinin satışının həyata keçirilməsində şübhəli olduqlarını onlara bildirmişlər. Baş İdarəyə dəvət edildikdən sonra o, şübhəli şəxs qismində saxlanılaraq müdafiəçi və tərcüməçi ilə təmin edilmiş, şəxsi axtarış zamanı əynindəki gödəkçənin sağ iç döş cibindən 2 listdə 19 həb metadon narkotik vasitəsini çıxarıb masanın üzərinə qoyaraq həmin metadonu satışını həyata keçirmək üçün üzərində saxladığını bildirmişdir. Ondan həmin metadonu kimdən əldə etməsi soruşulduqda həmin dərman vasitəsini tanışı Fəqan adlı şəxsdən əldə etdiyini, həmin dərmanları satdıqdan sonra Fəqana 200 manat verməli olduğunu bildirmişdir. Fəqandan əldə etdiyi narkotik vasitə metadona görə hər hansı ödəniş etməmişdir. Metadonu satdıqdan sonra Fəqana ümumilikdə 200 manat verəcəyinə, satılan hər listə görə 15 manat pul əldə edəcəyinə dair razılaşmışlar. Həmin narkotik vasitə metadonu narkotik vasitə istifadəçisi olan tanışlarına satmağı düşünmüş, lakin satışını həyata keçirməyə fürsəti olmamış, polis əməkdaşları tərəfindən saxlanılmışdır. Bundan əvvəl Fəqandan satış məqsədi ilə narkotik vasitə metadon və ya digər narkotik vasitələr əldə etməmiş, belə bir hal baş verməmişdir. Fəqanın həmin narkotik vasitə metadonu kimdən və nə zaman əldə etməsi barədə məlumatı olmamışdır. Fəqan ona həmin metadon tərkibli dərman vasitələrini satmaq üçün verdiyi zaman həmin dərman vasitəsinin tərkibi, qanunla qadağan olunması barədə məlumat vermiş, habelə özü də belə tərkibli dərmanları yaxşı tanımışdır. İstifadəsində olmuş mobil telefonda apardığı mesaj və danışıqlar ona məxsus olmuş və onun tərəfindən həyata keçirilmişdir (Cild 1, i.v. 72-79; 123-127; Cild 3, i.v. 4-7;).
11. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.
12. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir.
13. Məhkəmədə şahid qismində dindirilmiş KCMBİ-nin baş əməliyyat müvəkkili, polis mayoru X33 ifadəsində göstərdi ki, 8 aprel 2024-cü il tarixdə “Minir” və “Fəqan” adlı şəxslərin qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması, istifadəsi və satışı ilə məşğul olmaları barədə daxil olmuş əməliyyat məlumatı əsasında Şahid1 rəhbərliyi ilə Şahid2 və özündən ibarət əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat tədbiri nəticəsində qrup üzvləri ilə birgə Keşlə qəsəbəsində yerləşən “Ramin Nur” şadlıq sarayının qarşısına getmiş, orada təxminən saat 17:00 radələrində Minir, Fəqan, sonuncunun qardaşı və taksi sürücüsünə yaxınlaşıb özlərini təqdim edərək sonuncuları Baş İdarəyə dəvət etmiş, orada vəkillərin iştirakı təmin edilməklə təhqiqatçı tərəfindən videoçəkilişlə üzərilərinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs2 üzərindən 2 list olmaqla 19 ədəd narkotik vasitə metadon həbi, Təqsirləndirilən şəxs1 üzərindən isə 4 list narkotik vasitə metadon aşkar edilərək götürülmüşdür.
14. Məhkəmədə şahid qismində dindirilmiş KCMBİ-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 şahid Hacı Hacıyevlə oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək verilən suallara cavab olaraq əlavə olaraq göstərdi ki, 8 aprel 2024-cü il tarixdə o, Şahid2 və Hacı Hacıyevdən ibarət təşkil olunmuş əməliyyat qrupu tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı NZS qəsəbəsində “Ramin Nur” şadlıq sarayının qarşısında olarkən 4 nəfər şəxsin özünü şübhəli aparması ilə əlaqədar sonunculara yaxınlaşıb özlərini təqdim edərək Baş İdarəyə dəvət etmiş, orada videoçəkiliş vasitəsilə müdafiəçi və tərcüməçinin iştirakı ilə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılarkən Təqsirləndirilən şəxs2 üzərindən 19 ədəd, Təqsirləndirilən şəxs1 üzərindən isə 4 list narkotik vasitə metadon həbləri aşkar olunmuşdur. Təqsirləndirilən şəxslərə qarşı tərəflərindən hər hansı fiziki və ya psixi təzyiq göstərilməmiş, hər hansı pis rəftara məruz qalmamışlar.
15. Məhkəmədə şahid qismində dindirilmiş KCMBİ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 şahidlər Hacı Hacıyev və Şahid1la oxşar məzmunlu ifadə verərək sonuncuların ifadələrində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir.
16. Məhkəmədə şahid qismində dindirilmiş Xətai RPİ-nin 36-cı PŞ-nin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili, polis mayoru X12 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, 16 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 Xətai rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi, saxlanılması və istifadəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Xətai RPİ-nin 36-cı PŞ-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkli, polis baş leytenantı X27 ilə birlikdə əməliyat qrupu yaradılaraq əməliyyat tədbiri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbiri nəticəsində 16 fevral 2024-cü il tarixdə, saat 16:30-da Təqsirləndirilən şəxs1 ünvan 8 ünvanında yerləşən "xxxx" ASC-nin Həzi Aslanov filialının yaxınlığında olan zaman müəyyən olunmuş, ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edib polis əməkdaşı olduqlarını bildirməklə Xətati RPİ-nin 36-cı PŞ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs1 şöbədə olarkən üzərində şəxsi axtarış aparılana kimi olan müddət ərzində tərəflərindən müşahidə altında saxlanıldıqdan sonuncunun üzərindən sonradan aşkar olunmuş narkotik vasitəni hər hansı üsulla özündən kənarlaşdırmağa imkanı olmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 müdafiəçi ilə təmin olunaraq təhqiqatçı Faiq Şahverdiyev tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra videoçəkiliş aparılaraq müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilmiş və ona üzərində hər hansı qeyriqanuni əşya varsa təqdim etməsi bildirilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynindəki boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükülünü təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş bükülü elektron tərəzidə çəkilmiş, daha sonra isə qablaşdırılaraq möhürlənmiş, iştirakçılar tərəfindən heç bir etiraz olmadan imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs1 aşkar olunmuş bükülünün içərisindəki maddənin narkotik vasitə heroin olduğunu, həmin maddəni ünvan 8 ünvanında yerləşən "xxxx" ASC-nin Həzi Aslanov filialının yaxınlığında olan zaman tanımadığı şəxsdən 15 manat müqabilində şəxsi isifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs1 saxlanılarkən onlara qarşı hər hansı müqavimət göstərməmişdir.
17. Məhkəmədə şahid qismində dindirilmiş Xətai RPİ-nin 36-cı PŞ-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili, polis kapitanı X27 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu, şahid İltifat Bayramovla oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir.
18. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
19. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 9 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs qismində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etməsi, saxlaması və daşımaları faktına görə KCMBİ-nin İstintaq və Təhqiqat Şöbəsinin müstəntiqi, polis baş leytenantı X23 tərəfindən həmin tarixdə, saat 14:30-da fakta görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edilməklə istintaqı aparılmışdır (Cild 1, i.v.1;).
20. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 8 aprel 2024-cü il tarixli qərardan və bu barədə müvafiq materiallardan görünür ki, KCMBİ-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən “Minir” və “Fəqan” adlı şəxslərin qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması, istifadəsi və satışı ilə məşğul olmaları barədə daxil olmuş əməliyyat məlumatları və sosial şəbəkələrdə onlar barəsində ünvanlanmış müraciətlər əsasında onların ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi qərara alınmış, həmin qərar KCMBİ-nin rəisi, polis polkovniki Emil Mehdiyev tərəfindən təsdiq edilərək baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 rəhbərliyi ilə həmin idarənin baş əməliyyat müvəkkili, polis mayoru X33, əməliyyat müvvəkili, polis kapitanı Şahid2 və İstintaq və Tədqiqat Şöbəsinin xüsusilə mühüm işlər üzrə baş təhqiqatçısı, polis mayoru X4 ibarət əməliyyat qrupu təşkil edilmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 8 aprel 2024-cü il tarixdə, saat 17:30-da Bakı şəhəri, “Ramin Nur” Şadlıq evinin qarşısında saxlanılaraq Baş İdarənin inzibati binasına gətirilmişdir. Qeyd edilən əməliyyat tədbiri ilə bağlı əlavə edilmiş materiallardan görünür ki, “İnstagram” sosial şəbəkəsində “Polisazerbaycan” səhifəsində edilən paylaşımın şərh bölməsində müxtəlif şəxslər tərəfindən qeydə alınmış şərhlərdən (müraciətlərdən) bəzilərinin məzmunu aşağıdakı kimidir: “NZS-in Babek prospektində bariqalar metadon satirlar, milletin balasini kor edirler, xahish edirik Azerbaycan polisi buna bir tedbir gorsun”, ....."Bu narkamanlarin elinden olkede rahat yasamaq olmur. Cana yigilmisiq. Usaqlarimizi bu mundar seyden nece qoruyaq bilmiriy. Bizim bu hendereverde biri var. Minir, misa zad deyirler buna. Demeli bu binamus usaq, boyuk demeden metadon adinda bir pisxatrop derman satir. Bir iki defe sattigi yerde qutusuna rast gelinib. Bu serefsiz insan Babek tereflerde Nzs terefde olur.Orda satib edir. İnaniramki bir tedbir goreceysiniz Hormetli polis emekdaslari.”...., “...bu narkotik satisinin qabagin neqeder alinsada yenede davam edir. Demeli keçen defe bu Nzs deki pive zavodunun qabagindan kecirdim orda bir aralıq var orda. Birdene serefsiz cavanlara narkotik tipli derman zad satanda gordum. Hemin sexsi Feqan adiyla çagirirdilar. Bu cur serefsizlere gore cavan usaqlarin heyatini zulmete cevirib cehennem edirler. Xahis edirem bu adami tapib. Bir tedbir gorun...”, “.... NZS de Miwa leqebli Minir adli sexs metadon satisi ile mesgul olur. Xahiş edirik bu mesele ile bağlı bir iş göresiniz.” ve s. (Cild 1, i.v. 3-12;).
21. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 9 aprel 2024-cü il tarixli, 5(011)-313/2024 saylı qərarından görünür ki, KCMBİ-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən qəbul edilmiş və həmin baş idarənin rəisi, polis polkovniki Emil Mehdiyev tərəfindən təsdiq edilmiş 8 aprel 2024-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar məhkəmə nəzarəti qaydasında yoxlanılmaqla qanuna uyğun hesab edilmişdir (Cild 1, i.v.85-86;).
22. “Şübhəli şəxsin tutulması haqqında” 8 aprel 2024-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 müdafiəçisi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri, “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili X13 iştirakı ilə KCMBİ-nin xüsusilə mühüm işlər üzrə baş təhqiqatçı, polis mayoru X18 tərəfindən həmin tarixdə, saat 19:30-da Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Qərar və protokola əsasən Təqsirləndirilən şəxs1 azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 8 aprel 2024-cü il tarixdə, saat 17:30-dan tutulmuş hesab edilmişdir (Cild 1, i.v. 21-23;).
23. “Şübhəli şəxsin tutulması haqqında” 8 aprel 2024-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 müdafiəçisi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri, 25 saylı Vəkil Bürosunun vəkili X19 və tərcüməçinin iştirakı ilə KCMBİ-nin xüsusilə mühüm işlər üzrə baş təhqiqatçı, polis mayoru X18 tərəfindən həmin tarixdə, saat 20:15-də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Qərar və protokola əsasən Təqsirləndirilən şəxs2 azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 8 aprel 2024-cü il tarixdə, saat 17:30-dan tutulmuş hesab edilmişdir (Cild 1, i.v. 47-52;).
24. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 8 aprel 2024-cü il tarixli protokoldan görünür ki, qeyd edilən tarixdə qəbul edilməklə müdafiəçilər və tərcüməçinin iştirakı ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan edilmiş müvafiq qərarlar əsasında həmin gün, saat 21:10-dan 21:28-dək KCMBİ-nin İstintaq və Təhqiqat Şöbəsinin xüsusilə mühüm işlər üzrə baş təhqiqatçı, polis mayoru X18 tərəfindən həmin Baş İdarənin baş əməliyyat müvəkkilləri, polis mayoru X33, polis kapitanı Şahid1, əməliyyat müvəkkili, polis kapitanı Şahid2 iştirakı ilə KCMBİ-nin inzibati binasında xidməti iş otaqlarından birində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmiş, təklif X14 tərəfindən Təqsirləndirilən şəxs2 tərcümə edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 üzərindəki qara rəngli gödəkçənin sol içəri döş cibindən 4 (dörd) ədəd blisteri çıxarıb masanın üzərinə qoymuşdur. Həmin 4 (dörd) ədəd blisterin hər birinin arxa hissəsində “Metadon 40” yazısı, hər bir blisterdə 10 həb olmaqla ümumilikdə 40 (qırx) ədəd həb aşkar olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs2 əynindəki qara rəngli gödəkçənin sağ döş cibindən 2 (iki) ədəd həb blisterini çıxardıb masanın üzərinə qoymuşdur. Həmin blisterlərdən birində 9 (doqquz) ədəd həb, digərində isə 10 (on) ədəd həb aşkar olunmuşdur. Həmin blisterlərin arxa hissəsində metadon 40 yazısı vardır. Bundan sonra Təqsirləndirilən şəxs2 əynindəki qara rəngli gödəkçənin sol döş cibindən “RedMi” markalı 1 (bir) ədəd mobil telefonu təqdim etmiş və Təqsirləndirilən şəxs1 isə üzərindəki qara rəngli gödəkçənin sağ yan cibindən 1 (bir) ədəd “XioMi” markalı mobil telefonunu aşkar edilmişdir. Onların üzərinə ətraflı şəxsi axtarış keçirilsə də digər heç bir əşya aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 4 (dörd) ədəd blisterdə metadon 40 yazılı həbləri haradan əldə etməsi sual edildikdə o, 6 (altı) ədəd list həbləri tanımadığı İran vətəndaşından pul qarşılığında bir blisteri 70 manat olmaqla əldə etdiyini, 6 (altı) ədəd blister metadon həblərindən 2 (iki) blisterikonvolyotu Təqsirləndirilən şəxs2 satmaq üçün vermiş olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 həmin 2 (iki) konvolyut metadon 40 yazılı 19 (on doqquz) ədəd həbi Təqsirləndirilən şəxs1 satmaq üçün əldə etdiyini bildirmişdir. Bundan sonra Vüqar Balabəyov özünü təqdim edərək taksi sürücüsü olduğunu, Təqsirləndirilən şəxs2 onun avtomobilinə minərək “Ramin Nur” şadlıq evinin yanına aparmasını xahiş etdiyini, buna görə də Təqsirləndirilən şəxs2 həmin ünvana apardığını bildirmişdir. Təqsirləndirilən şəxs2 Vüqar Balabəyovun dediklərini təsdiq edərək sonuncuya heç bir qanunla qadağan olunmuş əşya və ya narkotik vasitə vermədiyini bildirmişdir. X9 isə həmin ünvana qardaşı Təqsirləndirilən şəxs1 ilə görüşmək üçün getdiyini, oradan onunla birlikdə anasının yanına xəstəxanaya getmək niyyətlərinin olduğunu bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 təqdim etdiyi 4 (dörd) ədəd konvolyutda metadon 40 yazılı narkotik vasitə olması ehtimal edilən əşyalar tərəfindən götürülərək 1 (bir) ədəd boş zərfdə qablaşdırılmış, üzəri DİN-in 248 nömrəli möhürü ilə möhürlənmişdir. Bundan dərhal sonra Təqsirləndirilən şəxs2 təqdim etdiyi metadon 40 yazısı və 19 ədəd həb olan 2 (iki) ədəd konvolyut 1 (bir) ədəd boş zərfdə qablaşdırılmış və üzəri DİN-in 248 nömrəli möhürü ilə möhürlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçi X10 ünvanlayaraq onlara hər hansı fiziki və psixi zor tədbiq edilib-edilmədiyini soruşduqda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xeyr deyərək cavab vermişlər. Şəxsi axtarış və götürmə Baş İdarədə yerləşən xidməti iş otaqlarından birində, süni işıqlandırma şəraitində keçirilmişdir. İstintaq hərəkəti zamanı videoyazı aparılması qeyd edilmişdir. Qeyd edilən istintaq hərəkəti başa çatdıqdan sonra bu barədə həmin tarixdə, saat 21:35-dən saat 22:15-dək protokol tərtib edilərək doğruluğu imzalarla iştirakçılar tərəfindən təsdiq edilmişdir (Cild 1 i.v. 29; 62; 65-69;).
25. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 8 aprel 2024-cü il tarixli protokolda əks olunan istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd “DVD” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən müddəti 17 dəqiqə 18 saniyə olan həmin videoçəkilişin əks olunduğu bir ədəd diskdəki videogörüntüyə məhkəmədə təqsirləndirilən şəxslərin və digər proses iştirakçılarının iştirakı ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxslərin üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz əksini tapmışdır. Videogörüntüdən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçilərinin iştirakı ilə üzərilərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı onlara hüquq və vəzifələrinin ətraflı izah edilməsi, xarici görkəmlərinin səliqəli olması və sərbəst olmaqla suallara rahat şəkildə cavab vermələri müəyyən edilmiş, lakin onların hər hansı fiziki, psixi və sair təsirə məruz qalması isə müəyyən edilməmişdir. Baxış zamanı habelə müdafiəçinin sualına cavab olaraq təqsirəndirilən şəxslər onlara qarşı hər hansı fiziki və ya psixi təzyiqinin olmadığını fəal şəkildə göstərmişlər (Cild 1, i.v. 69;).
26. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş “Məhkəmə fiziki-kimyəvi ekspertizasının” 9 aprel 2024-cü il tarixli, 6/1943 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №248” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs1 şəxsi axtarış zamanı təqdim etdiyi...” yazısı və imzalar olan kağız paketdəki, üzərində “Methadone 40” markalanma göstəricisi olan 4 ədəd konvalyutda, ümumilikdə 40 ədəd üzərilərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli həblərdir və 40 ədəd həbdə metadon təsiredici maddəsinin ümumi miqdarı 1,6 qram təşkil edir (üzərində qeyd olunmuş göstəriciyə əsasən bir həbdə 0,04 qram metadon olmaqla). Tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №248” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs2 Minoroviçin şəxsi axtarış zamanı 02 ədəd konvolyutda” yazısı və imzalar olan kağız paketdəki üzərində “Methadone 40” markalanma göstəricisi olan 2 ədəd konvolyutda ümumilikdə 19 ədəd üzərilərində “F/M40”yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli həblərdir və 19 ədəd həbdə metadon təsiredici maddəsinin ümumi miqdarı 0,76 qram təşkil edir (üzərində qeyd olunmuş göstəriciyə əsasən bir həbdə 0,04 qram metadon olmaqla). Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyəsi məhdudlaşdırılan narkotik vasitələrin” siyahısına İİ Siyahısına daxildir. Təqsirləndirilən şəxs1: metadon həbləri: 40 həb, tədqiqata sərf edildi: 3 həb, qalıq 37 həb. Təqsirləndirilən şəxs2: metadon həbləri: 19 həb, tədqiqata sərf edildi: 3 həb, qalıq: 16 həb. Aparılmış tədqiqatın dəyərinin 114 (yüz on dörd) manat olması müəyyən edilmişdir (Cild 1, i.v. 79-84;).
27. “Üzləşdirmə haqqında” 9 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında hər ikisinin müdafiəçilərinin, eləcə də tərcüməçinin iştirakı ilə keçirilən üzləşdirmə istintaq hərəkəti zamanı hər ikisi məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs qismində verdikləri ifadələrində göstərdikləri xüsusatları bir-birilərinin üzlərinə demişlər. Üzləşdirmə zamanı Akçurin X5 əlaqə saxlayaraq əldə etdiyi narkotik vasitənin satışından gəlir əldə etməyi ona təklif etdiyini, onun da sonuncunun təklifini qəbul etdiyini bildirmişdir. Razılaşmalarına görə həmin işin müqabilində 200 manat pulu Fəqana verməli olmuş, Fəqan da həmin puldan onun payını ayıracağını vəd etmişdir. Təqsirləndirilən şəxs1 aşkar olunmuş narkotik vasitələri (dərmanları) satış məqsədilə üzərində gəzdirdiyini bildirmişdir (Cild 1, i.v.128-130;).
28. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 aprel 2024-cü il tarixli, 4(005)- 486/2024 və 4(005)-485/2024 saylı qərarları ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində əvvəli 8 aprel 2024-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (Cild 1, i.v.151-160;).
29. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsi tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 22 aprel 2024-cü il tarixli cavabından, müvafiq hökm və qərarın surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər bir neçə dəfə oğurluq, narkotik vasitələrin qanunsuz dövriyyəsi və xuliqanlıq cinayət əməllərini törətməkdə təqsirli bilinərək müxtəlif cəzalara məhkum edilmiş, həmin cinayət əməllərinə görə məhkumluqları ödənilmişdir. Təqsirləndirilən şəxs2 sonuncu dəfə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 9 fevral 2022-ci il tarixli, 1(011)-51/2022 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 1 noyabr 2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Eyni zamanda, Təqsirləndirilən şəxs1 əvvəllər cinayət məsuliyyətinə cəlb edildiyi, hazırda isə məhkumluğu olmayan şəxs olması müəyyən edilmişdir (Cild 1, i.v. 193-197; Cild 2, i.v.1-16; 115-116; 163-165;).
30. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X31 baş direktoru tərəfindən verilmiş 26 aprel 2024-cü il tarixli məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 arxiv məlumatlarına görə qeyd edilən xəstəxanada müalicədə olamamışdır (Cild 1, i.v. 206;).
31. “Cinayət işinin icraata qəbul edilməsi və bir icraatda birləşdirilməsi haqqında” 20 may 2024-cü il tarixli qərardan görünür ki, müstəntiq E.İ.Babayev tərəfindən Xətai RPİ-nin İsintaq şöbəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi icraata qəbul edilərək ********* nömrəli cinayət işinə birləşdirilməklə bir icraatda ********* nömrə altında ibtidai istintaq davam etdirilmişdir (Cild 2, i.v. 25-26;).
32. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 17 fevral 2024-cü il tarixli qərarda görünür ki, Xətai RPİ-nin İstintaq şöbəsinin baş müstəntiqi, polis kapitanı X11 tərəfindən Təqsirləndirilən şəxs1 üzərində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,530 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin aşkar edilərək götürülməsi faktı əsasında Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmaqla icraata qəbul edilmişdir (Cild 2, i.v. 30;).
33. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 16 fevral 2024-cü il tarixli qərardan görünür ki, Xətai RPİ-nin 36-cı PŞ-nin baş əməliyyat müvəkkili, polis mayoru İltifat Bayramov tərəfindən Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında sonuncunun ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi qərara alınmış, həmin qərar Xətai RPİ-nin 36-cı PŞ-nin rəisi, polis polkovnik-leytenantı Rza Əliyev tərəfindən təsdiq edilərək baş əməliyyat müvəkkili, polis mayoru X6 rəhbərliyi ilə həmin şöbənin əməliyyat müvəkkili, polis kapitanı X15 ibarət əməliyyat qrupu təşkil edilmiş, Təqsirləndirilən şəxs1 16 fevral 2024-cü il tarixdə, saat 16:30-da ünvan 3 ünvanında yerləşən “Kapital Bankın” Həzi Aslanov filialının yaxınlığında saxlanılaraq həmin şöbənin inzibati binasına gətirilmişdir (Cild 2, i.v. 33-41;).
34. “Şübhəli şəxsin tutulması haqqında” 16 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 müdafiəçisi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri, 13 saylı Vəkil Bürosunun vəkili X7 iştirakı ilə Xətai RPİ-nin 36-cı PŞ-nin təhqiqatçısı, polis kapitanı Faiq Şahverdiyev tərəfindən həmin tarixdə, saat 17:10-da Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Protokola əsasən Təqsirləndirilən şəxs1 azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 16 fevral 2024cü il tarixdə, saat 16:30-dan tutulmuş hesab edilmişdir (Cild 2, i.v. 52;).
35. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 16 fevral 2024-cü il tarixli protokoldan görünür ki, qeyd edilən tarixdə qəbul edilməklə müdafiəçi X7 iştirakı ilə Təqsirləndirilən şəxs1 elan edilmiş qərar əsasında həmin gün, saat 17:25-dən 17:34-dək Xətai RPİ-nin 36-cı PŞ-nin təhqiqatçısı, polis kapitanı Faiq Şahverdiyev tərəfindən həmin şöbənin baş əməliyyat müvəkkili, polis mayoru X12, əməliyyat müvəkkili, polis kapitanı X27 və Xətai RPİ-nin inspektor-kriminalisti, polis baş leytenantı X16 iştirakı ilə Xətai RPİnin 36-cı PŞ-nin inzibati binasında xidməti iş otaqlarından birində süni işıqlandırma şəraitində Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübəli şəxs Təqsirləndirilən şəxs1 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynindəki boz rəngli cins şalvarının sağ yan cibindən 1(bir) ədəd şəffaf sellofan bükümdə palçıq rəngli kütlə çıxarıb təqdim edərək onun “heroin” maddəsi olduğunu, həmin maddəni “Kapital Bankın” H.Aslanov filialının yaxınlığında tanımadığı şəxsdən 15 manat müqabilində şəxsi istifdəsi üçün əldə edib üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi bir bükümdəki heroinə bənzər maddə bükümlə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisinin 0,69 qram olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs1 təqdim etdiyi 1(bir) ədəd bükümdəki maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 151 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Bundan başqa onun üzərində qanunla dövriyyəsi qadağan olunan hər hansı əşya və ya predmet aşkar olunmamışdır. İstintaq hərəkəti xidməti otaqların birində, süni işıqlandırma şəraitində aparılmışdır. İstintaq hərəkəti zamanı Xətai RPİ-nin inspektor-kriminalisti, polis baş leytenantı X24 tərəfindən “İphone” markalı mobil telefondan istifadə edilməklə videoyazı aparılması və videoyazının əks olunduğu məlumat daşıyıcısının protokala əlavə edilməsi qeyd edilmişdir. Qeyd edilən istintaq hərəkəti başa çatdıqdan sonra bu barədə həmin tarixdə protokol tərtib edilmişdir. Protokol ucadan oxunmuş, iştirakçılara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş, sonuncular tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, doğruluğu imzalarla iştirakçılar tərəfindən təsdiq edilmişdir (Cild 2 i.v. 61-65;).
36. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 16 fevral 2024-cü il tarixli protokolda əks olunan istintaq hərəkəti videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd “DVD” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən müddəti 8 dəqiqə 27 saniyə olan həmin videoçəkilişin əks olunduğu bir ədəd diskdəki videogörüntüyə müstəntiq S.S.Qüdrətli tərəfindən təqsirləndirilən şəxs və müdafiəçinin iştirakı ilə “Video diskə baxış keçirilməsi barədə” 18 fevral 2024-cü il tarixli protokolla, eləcə də həmin diskdəki videogörüntüyə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakı ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntüdə öz əksini tapmışdır. Videogörüntüdən Təqsirləndirilən şəxs1 müdafiəçinin iştirakı ilə üzərilərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı xarici görkəminin səliqəli olması, sərbəst olmaqla suallara rahat şəkildə cavab verməsi, onun hər hansı fiziki, psixi və sair təsirə məruz qalması müəyyən edilməmişdir (Cild 2, i.v. 94;).
37. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzi tərəfindən “Məhkəmə fiziki-kimyəvi” ekspertizasının 17 fevral 2024-cü il tarixli, 6/961 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 151...” darəvi möhür əksi və “...Təqsirləndirilən şəxs1 – imza, üçimza...Faiq Şahverdiyev-imza” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 1 (bir) ədəd bükümdəki təmiz çəkisi 0,530 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 25 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin” siyahısına (Siyahı İ) daxildir. Heroinin təmiz çəkisi – 0,530 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 0,480 qram. Aparılmış tədqiqatın dəyəri 92 (doxsan iki) manatdır (Cild 2, i.v. 71-75;).
38. ”Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında” 18 fevral 2024-cü il tarixli qərar və iltizamdan görünür ki, müstəntiq X11 tərəfindən Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir (Cild 2, i.v. 103-105;).
39. “Ambulator məcburi komisyon məhkəmə-narkoloji ekspertizasının” 18 mart 2024-cü il tarixli, 1866 nömrəli və 29 aprel 2024-cü il tarixli, 2774 nömrəli ekspert rəylərindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkotloji dispanserində qeydiyyata alınması məsləhət görülür (Cild 2, i.v. 119-120; 181-182;).
40. “Cinayət işinin istintaq aidiyyəti üzrə göndərilməsi barədə” 1 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələri ilə olan ********* saylı cinayət işinə birləşdirilməsi üçün istintaq aidiyyəti üzrə prokurorluq vasitəsilə KCMBİ-nin İstintaq və Təhqiqat Şöbəsinə göndərilməsi, istintaq zamanı Təqsirləndirilən şəxs1 aşkar olunaraq götürülmüş 1 (bir) ədəd bükümdə ilkin təmiz çəkisi 0,530 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınmaqla qalıq qalmış 0,480 qram çəkidə narkotik vasitə heroinin saxlanış üçün Xətai RPİ-nin saxlanc yerinə təhvil verilməsi, iş üzrə Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini əks etdirən 1 (bir) ədəd DVD formatlı diskin maddi sübut kimi tanınmaqla iş materiallarına əlavə edilməsinin nəzərə alınması qərara alınmışdır (Cild 2, i.v. 126-127;).
41. “Mobil telefona baxış keçirilməsi haqqında” 21 may 2024-cü il tarixli protokoldan və həmin protokola əlavə edilmiş fotocədvəldən görünür ki, müstəntiq E.İ.Babayev tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqdim etdiyi mobil telefonlara baxış keçirilmişdir. Protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus 1 ədəd qara rəngli “Xiaomi” markalı M1805D1SG model nömrəli mobil telefonun tətbiqlər bölməsindəki “whatsapp” tətbiqinə daxil olduqda Təqsirləndirilən şəxs1 ***-***-**-** mobil nömrə və Elektron ünvan mail adresi vasitəsilə “whatsapp” tətbiqindən qeydiyyatdan keçdiyi müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs1 həmin tətbiq vasitəsilə əlaqə saxladığı şəxslərə nəzər saldıqda sonuncunun +98 990 *** **** mobil nömrəli, adını “Day Day” deyə qeyd etdiyi şəxslə narkotik vasitələrə və psixotrop maddələrə aid olması ehtimal edilən dərman vasitələrinin alqı-satqısını həyata keçirdiyi, müxtəlif yerlərdə gizlətdiyi həmin maddələrə aid olması ehtimal edilən dərmanların koordinatlarını “Day Day” adlı şəxsə dediyi, həmin dərman vasitələrini götürdükdən sonra müxtəlif şəxslərə satışını həyata keçirdiyi və əldə etdiyi gəlir barədə “Day Day” adlı şəxsə məlumat verdiyi, habelə hər iki şəxsin narkotik vasitələrə aid olması ehtimal edilən dərman vasitələrinin şəkillərini bir-birilərinə göndərdikləri müəyyən olunur. Əlaqə üsulu kimi hər iki tərəf həm səs yazısı, həm də mesajlardan (yazı) istifadə etmişdir. Təqsirləndirilən şəxs1 +98 990 *** **** mobil nömrəli adını “Day Day” deyə qeyd etdiyi şəxslə həyata keçirdiyi yazışmalardan bir qisminin məzmunu aşağıdakı kimidir: +98 990 *** **** “Day Day” (səs yazısı 01 aprel 2024 saat 16.40) - “on list bir, üç list də bir, bu ünvan olacaq ha, bağlamasını ayıracam, bu ünvana qoyacaqsan”. Təqsirləndirilən şəxs1 (səs yazısı 1 aprel 2024 saat 16.40) - “yaxşı, day-day yaxşı”. Təqsirləndirilən şəxs1 (səs yazısı 1 aprel 2024 saat 18.52) - “sən mənə de mən neyniyim, nəyi, nə qədər, nə təhər” +98 990 *** **** “Day Day” (səs yazısı 1 aprel 2024 saat 18.53) - “üç list qoyacaqsan get çat evə dəqiq deyəcəm”. Təqsirləndirilən şəxs1 (foto 1 aprel 2024 saat 19.04) - "qəhvəyi rəngli narkotik vasitə olması ehtimal edilən çoxsaylı dərman üstlərinin şəkilləri” Təqsirləndirilən şəxs1 (səs yazısı 1 aprel 2024 saat 19.04) - “Dünən day-day on altısını vermişik, on dənə bir vermişik, iki bir qoymuşam, iki bir qoymuşam, iki də bir qoymuşam”. +98 990 *** **** “Day Day” (səs yazısı 1 aprel 2024 saat 19.05) - “Dünən on altısın vermisən, yerdə neçə dənə qalır”. Təqsirləndirilən şəxs1 (səs yazısı 1 aprel 2024 saat 19.06) - “on üç dənə list qalıb, altı dənə gilə, iki dənə taksiyə vermişdim, səkkiz gilə idi”. +98 990 *** **** “Day Day” (səs yazısı 01 aprel 2024 saat 19.07) - “Yaxşı başa düşdüm, onun üç listini də hara qoyursan qoy, götürsünlər”. Təqsirləndirilən şəxs1 (1 aprel 2024 saat 19.18) - “Qara turbanın icinde, elini salsın gotursun”. Təqsirləndirilən şəxs1 (səs yazısı 1 aprel 2024 saat 19.19) - “silirəm bu göndərdiyim mesajları” +98 990 *** **** “Day Day” (səs yazısı 1 aprel 2024 saat 19.19) - “Sil, özündən sil, məndən silmə, evdə ol, indi birazdan zakazlar gələcək”. Təqsirləndirilən şəxs1 (səs yazısı 1 aprel 2024 saat 19.20) - “evdə deyiləm amma götürmüşəm, üstümdədi, denən problem yoxdu”. +98 990 *** **** “Day Day” (səs yazısı 1 aprel 2024 saat 19.20) - “Hamısını götürdün?, xəbər edəcəm, mən dedikcə yerbəyer elə”. Təqsirləndirilən şəxs1 (səs yazısı 1 aprel 2024 saat 19.21) - “Yaxşı, yaxşı”. +98 990 *** **** “Day Day” (səs yazısı 1 aprel 2024 saat 21.23) - “dörd list bir bağla, bir list də bir ayırman olacaq, mən deyəndə çıxarsan çölə, hazır ol” Təqsirləndirilən şəxs1 (səs yazısı 1 aprel 2024 saat 21.25) - “Yaxşı, day-day yaxşı, baş üstə, xəbər eləyərsən”. +98 990 *** **** “Day Day" (səs yazısı 1 aprel 2024 saat 21.46) - “tez təcili, bir list bir yerə qoy, dörd list də bir yerə”. Təqsirləndirilən şəxs1 (səs yazısı 1 aprel 2024 saat 21.46) - “Yaxşı day-day, yaxşı”. Təqsirləndirilən şəxs1 (foto 1 aprel 2024 saat 21.49) - “5 list qəhvəyi rəngli narkotik vasitə olması ehtimal edilən dərman üstlərinin şəkili -4 üst yanaşı, 1 üst ayrı qoyulub” +98 990 *** **** “Day Day” (səs yazısı 1 aprel 2024 saat 21,49) - “O birində vermişdin o uşağa onu necə elədin, onun haqq-hesabın gördün?” Təqsirləndirilən şəxs1 (səs yazısı 1 aprel 2024 saat 21.50) - “Qardaşım almışam pulunu, dayan bunları bağlayım”. +98 990 *** **** “Day Day” (səs yazısı 1 aprel 2024 saat 21.50) - “Bunun dördün bir bağlayacaqsan, birin bir ha” Təqsirləndirilən şəxs1 (səs yazısı 1 aprel 2024 saat 21.51) - “Bildim dayı bildim başına dönərəm sənin”. Təqsirləndirilən şəxs1 (foto 01 aprel 2024 saat 21.58) - “işarə ilə yer göstərir” Təqsirləndirilən şəxs1 (konum 01 aprel 2024 saat 21.58) - “konum atır” Təqsirləndirilən şəxs1 (01 aprel 2024 saat 22.00) - “Vinvestir balasının içinde qara turbanin dibinde 1 list” +98 990 *** **** “Day Day” (səs yazısı 01 aprel 2024 saat 22.02) - “bir listdide he bu” Təqsirləndirilən şəxs1 (konum 1 aprel 2024 saat 22.03) - “konum atır” Təqsirləndirilən şəxs1 (foto 1 aprel 2024 saat 22.04) - “işarə ilə yer göstərir”. Təqsirləndirilən şəxs1 (1 aprel 2024 saat 22.04) - “İşığı şirinim üstünde 4 list” Təqsirləndirilən şəxs1 (səs yazısı 1 aprel 2024 saat 22.06) - “Birinci atdığım bir listdi, ikinci atdığım dört list qardaşım”. +98 990 *** **** “Day Day” (səs yazısı 1 aprel 2024 saat 22.06) - “Oldu başına dönərəm, keç evə özündən muğayat ol”. Təqsirləndirilən şəxs1 (foto 1 aprel 2024 saat 22.13) - “5 list 6 ədəd qəhvəyi rəngli narkotik vasitə olması ehtimal edilən dərman üstlərinin şəkili”. +98 990 *** **** “Day Day” (səs yazısı 1 aprel 2024 saat 22.13) - “Oda üstündə olsun qadan alım, birdən biri desə deyəcəm qoyarsan”. Təqsirləndirilən şəxs1 (səs yazısı 1 aprel 2024 saat 22.13) - “Yaxşı dayıcan 5 list 6 gilə qalıbda biləsən”. +98 990 *** **** “Day Day” (səs yazısı 1 aprel 2024 saat 22.13) - “6 giləni saxla üstündə 5 listi istəyən olarsa deyəcəm verərsən”. +98 990 *** **** “Day Day” (səs yazısı 1 aprel 2024 saat 22.43) - “Qaqa sən indi birazdan gedib 20 list götürəcəysən ha, o taksi ki var idi 6 gilədən bir dənə iki dənə verərsən gedib qayıdarsan”. Təqsirləndirilən şəxs1 (səs yazısı 1 aprel 2024 saat 22.44) - “Yaxşı day-day xəbər eləyərsən”. Təqsirləndirilən şəxs1 (səs yazısı 01 aprel 2024 saat 22.45) - “Mənə qabaqcadan xəbər elə, maşınla danışmışam yoxdu burda, bir dənə qadan alaram, qabaqcadan xəbər elə ki, bir dənə iki dənə kimə sata bilərəm taksi pulunu çıxardım”. +98 990 *** **** “Day Day” (səs yazısı 01 aprel 2024 saat 22.46) - “İndidən sat üstündə pul olsunda, bir dənə iki dənə ver birinə pul olsun üstündə”. Təqsirləndirilən şəxs1 (səs yazısı 1 aprel 2024 saat 22.46) - “Yaxşı day-day görüm neynirəm”. Təqsirləndirilən şəxs1 (səs yazısı 1 aprel 2024 saat 23.03) - “Day-day gör nə deyirəm, 100 manata iki dənə list istəyirlər, 50 manatdan, verim yoxsa yox?” +98 990 *** **** “Day Day” (səs yazısı 1 aprel 2024 saat 23.04) - “Hə, ver, ver təcili pul lazımdı”. +98 990 *** **** “Day Day” (səs yazısı 1 aprel 2024 saat 23.11) - “İki list də ondan qoy bir yerə qadan alım, onu da götürsünlər, üstündə qalacaq 1 list, 1 də tikə”. Təqsirləndirilən şəxs1 (səs yazısı 1 aprel 2024 saat 23.12) - “Yaxşı day-day, o tikəni rasxod edərikdə day-day başına dönərəm sənin, taksi pulu zad lazım olacaq”. Təqsirləndirilən şəxs1 (səs yazısı 1 aprel 2024 saat 23.18) - “Yaxşı qardaşım gedim çatım qoyuram iki dənə, yerim indi rahat deyil, qoya bilməyəcəm, adamlar var, görüb eləyərlər, yaxşı qardaşım” Təqsirləndirilən şəxs1 (foto 1 aprel 2024 saat 23.22) - “işarə ilə yer göstərir”. Təqsirləndirilən şəxs1 (konum 1 aprel 2024 saat 22.23) - “konum atır” Təqsirləndirilən şəxs1 (1 aprel 2024 saat 22.25) - “Pajarni su turbası var qırmızı onun arxasında su iştakani pilasamas, onun icindedi 2 dene”. Təqsirləndirilən şəxs1 (foto 02 aprel 2024 saat 14.25) - “işarə ilə yer göstərir” Təqsirləndirilən şəxs1 (02 aprel 2024 saat 14.26) - “Divarin küncünde siqaret packası vincestir icindedi, yuxari divarin” +98 990 *** **** “Day Day” (səs yazısı 5 aprel 2024 saat 19.01) - “Telefonunu zadını qəşəy zaryatkaya qoy yollayacam axşam gedərsən”. Təqsirləndirilən şəxs1 (səs yazısı 5 aprel 2024 saat 19.42) - “Yaxşı day-day yaxşı, m 40 atacaqsan?, kola zad yoxdu?" +98 990 *** **** “Day Day” (səs yazısı 05 aprel 2024 saat 19.43) - “Yox hələ koladan xəbər yoxdu, hə dərman da verəcəm, ola bilsin ot da verəcəm, otdan da payla”. Təqsirləndirilən şəxs1 (səs yazısı 5 aprel 2024 saat 19.45) - “Yaxşı day-day gözlürəm heç bir şey, yatmıram gözlürəm”. Təqsirləndirilən şəxs1 (səs yazısı 6 aprel 2024 saat 23.52) - “Day-day sən mənə nə vaxt atacaqsan konum, denən bilimdə". +98 990 *** **** “Day Day” (6 aprel 2024 saat 22.53) - “konum atır”. +98 990 *** **** “Day Day” (foto 6 aprel 2024 saat 22.53) - “işarələnmiş yeri göstərən şəkil atır”. +98 990 *** **** “Day Day” (7 aprel 2024 saat 00.53) - “7 list, 1 list, 1 list, 7 list”. +98 990 *** **** “Day Day” (səs yazısı 07 aprel 2024 saat 01.16) - “dediklərimi bağla, taz hazır elə, mənə de, iki dənə 1 list ayrı-ayrı bağla, bir dənə 3 list ayrı, bir dənə də 7 list”. Təqsirləndirilən şəxs1 (7 aprel 2024 saat 01.24) - “30”. Təqsirləndirilən şəxs1 (foto 7 aprel 2024 saat 01.44) - “tərkibində narkotik vasitə olması ehtimal edilən çoxsayda dərman üstlərinin olduğu şəkil göndərir”. Təqsirləndirilən şəxs1 (səs yazısı 7 aprel 2024 saat 01.44) - “Day-day 4 paçka idi, 1 paçkanın içində üç dənədi, o biri paçkaların içində on-ondur, 33 dənə listdi ümumi”. +98 990 *** **** “Day Day” (səs yazısı 7 aprel 2024 saat 01.46) - “dediklərimi tez hazır elə mənə de”. Təqsirləndirilən şəxs1 (foto 7 aprel 2024 saat 02.55) - “işarələnmiş yeri göstərən şəkil göndərir”. Təqsirləndirilən şəxs1 (konum 7 aprel 2024 saat 02.55) - “konum göndərir”. Təqsirləndirilən şəxs1 (7 aprel 2024 saat 03.00) - “pirojna siqaret packası, onun icindedi 3 list”. Təqsirləndirilən şəxs1 (foto 7 aprel 2024 saat 16.01) - “işarələnmiş yeri göstərən şəkil göndərir”. Təqsirləndirilən şəxs1 (konum 7 aprel 2024 saat 16.03) - “konum göndərir”. Təqsirləndirilən şəxs1 (7 aprel 2024 saat 16.03) - “15 list tez götürsün”. Təqsirləndirilən şəxs1 (7 aprel 2024 saat 16.03) - “sən Allah denən tez gedib götürsün təkərin içindədi”. +98 990 *** **** “Day Day” (səs yazısı 7 aprel 2024 saat 16.09) - “o 5 paçkanı qoyma, götür apan özünlə”. Təqsirləndirilən şəxs1 (səs yazısı 7 aprel 2024 saat 16.27) - “Day-day o 5 dənəni qayıdıb götürəndə telefonum düşdü, heç xoşuma gəlməyən adamlar var idi, qaçırdım, telefonum düşdü, indi zaryatkaya qoymuşam, bir balaca yığsın şəkil çəkə bilim, düşüm o iki dənəni də qoyum, bir dənəni də qoyum, 15 dənəni götürəndə də mənə denən”. Təqsirləndirilən şəxs1 (konum 7 aprel 2024 saat 17.24) - “konum göndərir”. Təqsirləndirilən şəxs1 (foto 7 aprel 2024 saat 17.24) - “işarələnmiş yeri göstərən şəkil göndərir”. Təqsirləndirilən şəxs1 (7 aprel 2024 saat 17.25) - “2 list Vest siqaret packasinin icinde, sabrayni siqaret packasinin icinde”. Bundan başqa mobil telefona baxışı davam etdirdikdə “zənglər” bölməsində Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrə vasitəsilə digər Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə 8 aprel 2024-cü il tarixdə, saat 16.26-da “8” saniyə, həmin tarixdə saat 16.27-də “9” saniyə, saat 16.28də “1 dəqiqə, 16 saniyə”, saat 16.36-da “9” saniyə, saat 16.40-da “43” saniyə, saat 17.11 -də “8” saniyə, saat 17.12-də “9” saniyə, saat 17.13-də “1 dəqiqə 17 saniyə” telefon zəngi vasitəsilə əlaqə saxladığı görünür. Bundan başqa, Təqsirləndirilən şəxs2 mobil telefonuna baxış keçirilməsini davam etdirdikdə görünür ki, qeyd edilən mobil telefon qara rənglidir, “Redmi 5” modellidir. Telefonun ana ekranına nəzər saldıqda qrafik sxemlə kodlaşdırılmış təhlükəsizlik parametrinin olduğu görünür. Həmin sxem üzrə 5-6-8-9 kodları ilə qrafik təsvirini yazdıqda telefonun kilidi deaktiv olur və ana səhifə açılır. Telefonun zənglər bölməsinə daxil olduqda görünür ki, Təqsirləndirilən şəxs2 iş üzrə digər Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** nömrə ilə 8 aprel 2024-cü il tarixdə saat 16.28-də “1 dəqiqə 16 saniyə”, həmin tarixdə saat 16.40-da “57 saniyə”, saat 17.13də “9” saniyə, yenidən saat 17.13-də “1 dəqiqə 27 saniyə” telefon zəngi vasitəsilə əlaqə saxlamışdır. Bundan başqa telefonlarda mövdu olan “№mesajılar”, “galereya”, “file manager”, “m10” və s. kimi tətbiqlərə baxış keçirilsə də, iş üzrə əhəmiyyət kəsb edən əlavə məlumat aşkar edilməmişdir (Cild 2, i.v. 130-157;).
42. “İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən daxil olmuş məktuba əlavə edilmiş diskə baxış keçirilməsi haqqında” 6 iyun 2024-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən məhkəmə qərarı ilə əldə edilərək ibtidai araşdırma orqanına daxil olmuş və özündə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istifadəsində olan mobil telefon nömrələri vasitəsilə həyata keçirdikləri SMS yazışmaları və zəng tarixçələri barədə məlumatları əks etdirən CD diskə baxış keçirilmişdir. Aşkar edilmiş mesajların məzmununa baxış zamanı görünür ki, 2 dekabr 2023-cü il tarixdə, saat 21:29-da ***-***-**- ** mobil nömrədən iş üzrə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrəyə “10 luq narmal alinar daw?, 20 lik daw 5 diy wey? Taksin caqirim? 40 azn? Daniw” məzmunda mesaj daxil olmuşdur. 14 dekabr 2023-cü il tarixdə, saat 00.06-da ***- ***-**-** mobil nömrədən iş üzrə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrəyə “Qaqa bele daw alinar qadan alaram hele torpağa catamirem bele daw ozumde daw vere bilerem lazimdisa cvb yaz ama rus dilinde yazma oxuyammirem))” məzmunda mesaj daxil olmuşdur. 31 dekabr 2023-cü il tarixdə, saat 02.26-da ***-***-**-** mobil nömrədən iş üzrə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrəyə “miwa yatmisan? yatmamisansa gor ne deyirem kola tapdin? mende pul var gor kola alinirsa goturek burdan 20 manat yest” məzmunda mesaj daxil olmuşdur. 8 yanvar 2024-cü il tarixdə, saat 19.33-də ***-***-**-** mobil nömrədən iş üzrə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrəyə “miwa 6 manat 50 qepiy var) gor neyniyirsen daw goturekde" məzmunda mesaj daxil olmuşdur. 13 yanvar 2024-cü il tarixdə, saat 06.22-də ***-***-**-** mobil nömrədən iş üzrə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrəyə “miwa kola goturmek alinirsa gel bizim arxa pencereye kuxna olan pencereye pulu oturum gotur gel” məzmunda mesaj daxil olmuşdur. 13 yanvar 2024-cü il tarixdə, saat 06:55-də ***-***-**-** mobil nömrədən iş üzrə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrəyə “miwa qardawimsan tez gelde yaxwi? ele arxa pencerede durmuwam seni goxduyirem” məzmunda mesaj daxil olmuşdur. 5 fevral 2024-cü il tarixdə, saat 18.25-də ***-***-**-** mobil nömrədən iş üzrə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrəyə “miwa telefonu ac uje hormetsizlik edirsen a senol pulu ya gelim goturum yada emaneti goturum” məzmunda mesaj daxil olmuşdur. 6 fevral 2024-cü il tarixdə, saat 09.38-də ***-***-**-** mobil nömrədən iş üzrə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***- ***-**-** mobil nömrəyə “miwa kola var ? tapmaq olarsa naxadu daniw mene vizif at bilim 15 diu” məzmunda mesaj daxil olmuşdur. 17 fevral 2024-cü il tarixdə, saat 03.28-də ***- ***-**-** saylı mobil nömrədən iş üzrə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “miwa goturub eve qayidanda menim ucun kagizda qoy bloka goturecem bide eve gedib gelme sene gore deyirem xarawo?” məzmunda mesaj daxil olmuşdur. 17 fevral 2024-cü il tarixdə saat 22.14-də ***-***-**-** saylı mobil nömrədən iş üzrə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “miwa sen niye bele edirsen? olmadiki miwa uje valla menim sene pisdiyim deyib hec? O vaxki vaxdim deyil e deyerdim ewi qalsin 4 manat senol zor belaynan 4 manat; duzeltmisem ki 20 gundu hesne elemirem hec olmasa azda olsa birsey edim..” məzmunda mesaj daxil olmuşdur. 14 mart 2024-cü il tarixdə saat 14.18-də ***-***-**-** saylı mobil nömrədən iş üzrə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “Qaqa deyir 30 manat versin yari tema balcada daş vererem deyir zamin 5 manat keciremde birdeki daşda verirem acaq bu cur eliye bilerem neyniyek qaqa alndra bilersense vzf at ylqlm qaqaş” məzmunda mesaj daxil olmuşdur. 18 mart 2024-cü il tarixdə saat 22.01-də ***-***-**-** saylı mobil nömrədən iş üzrə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***- **-** saylı mobil nömrəyə “Mişa seni gözdüyrem qalmlşam aqrda” məzmunda mesaj daxil olmuşdur. Bundan başqa 1 yanvar 2024-cü il tarixdə saat 21.19-da ***-***-**-** saylı mobil nömrədən iş üzrə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “Brat zeng catmir sene, yigirdim cox sagol deyim lezet eledi” məzmunda mesaj daxil olmuşdur. 3 yanvar 2024-cü il tarixdə saat 21.55-də ***-***-**-** saylı mobil nömrədən iş üzrə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “Brat no oldi qelib cixmadi? Qardasimsan mene he yoxi dinen alinir yoxsa yox iwimi bilim” məzmunda mesaj daxil olmuşdur. 4 yanvar 2024-cü il tarixdə saat 18.33-də ***-***-**-** saylı mobil nömrədən iş üzrə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***- **-** saylı mobil nömrəyə “Brat men evdekilernen getmeliyem meni gozdiyiler, 15 deq demisen 1 saat keçib gardawimsan diye bilersen gec alinacagsa gedim gelenen sonra goruwey” məzmunda mesaj daxil olmuşdur. 11 yanvar 2024-cü il tarixdə saat 19.52-də ***- ***-**-** saylı mobil nömrədən iş üzrə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “Abi baqisda narahat edirem 35 m buğun pul gedib cixa bilmemisem veziyetden aramizda qalsin aliq bilmesin, 15 ince verdim aliqe, bidamci pati kola verdi” məzmunda mesaj daxil olmuşdur. 1 fevral 2024-cü il tarixdə saat 02.22-də ***-***-**-** saylı mobil nömrədən iş üzrə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “Fəqan danış lap 35 verim amma yarı versində, Sən Allah yubanma, çıxanda xəbər elədə” məzmunda mesaj daxil olmuşdur. 13 fevral 2024-cü il tarixdə ***-***- **-** saylı mobil nömrədən iş üzrə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “Birdene sene inanirdim dunen mene nece nefer dedi ki, ona inanma men sene inandim sen meni pis veziyetde qoydun lomkada ayıb olsun sene” məzmunda mesaj daxil olmuşdur (Cild 2, i.v.173-174;).
43. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X26 daxil olmuş 12 iyun 2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeydiyyatda olduğu ünvan üzrə Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində olan tibb müəssisələrində ruhi-əsəb xəstəlikləri üzrə dispanser qeydiyyatında deyil (Cild 2, i.v. 178;).
44. “Ambulator məcburi komisyon məhkəmə-narkoloji ekspertizasının” 29 aprel 2024cü il tarixli, 2779 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 oğlunda opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məxburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (Cild 2, i.v. 183-184;).
45. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” 16 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrinə tövsif edilərək həmin maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilərək yeni məzmunlu ittiham, Təqsirləndirilən şəxs2 isə həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan edilməsi, bir ədəd bükümdə 0,530 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroinin və 6 ədəd konvalyutda 59 həbdən ibarət olan təsiredici maddəsinin ümumi çəkisi külli miqdar 2,36 qram təşkil edən narkotik vasitə metadonun əldə edilmə mənbəyinin müəyyən olunması və həmin şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsindən ötrü ********* nömrəli cinayət işi materiallarından Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə yeni cinayət işinin ayrılaraq ayrıca icraata qəbul edilməsi, “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokollara əlavə olunmuş 2 (iki) ədəd, "xxxx" MMC-dən daxil olmuş məktuba əlavə edilmiş 1 (bir) ədəd, ümumilikdə 3 (üç) ədəd disk, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş ekspert tədqiqatından sonra qalıq çəkidə 0,480 qram çəkidə narkotik vasitə heroin, habelə ekspert tədqiqatından sonra qalıq 4 list 37 həb sayda narkotik vasitə metadon, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş ekspert tədqiqatından sonra qalıq 2 list 16 həb sayda narkotik vasitə metadon, Təqsirləndirilən şəxs1 məxsus 1(bir) ədəd qara rəngli “Xiaomi” markalı, Təqsirləndirilən şəxs2 məxsus 1(bir) ədəd qara rəngli “Redmi 5” markalı mobil telefonlar iş üzrə maddi sübut hesab edilməklə narkotik vasitə və mobil telefonların KCMBİ-də maddi sübutları saxlama kamerasında saxlanılması, disklərin isə cinayət işi materiallarına əlavə edilməsi qərara alınmışdır (Cild 2, i.v. 185-199;).
46. “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 25 iyun 2024-cü il tarixli qərardan görünür ki, müstəntiq E.İ.Babayev tərəfindən cinayət işinin materiallarından Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli başqa cinayət işi ayrılmaqla icraata qəbul edilmiş, ********* nömrəli cinayət işinin materiallarından zəruri sənədlərin surəti çıxarılmaqla ayrılmış ********* nömrəli cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır (Cild 2, i.v. 202-203;).
47. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 25 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulan yeni məzmunlu ittiham elan edilmişdir (Cild 2, i.v. 210-212;).
48. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 25 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulan ittiham yenidən elan edilmişdir (Cild 2, i.v. 232-234;).
49. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq E.İ.Babayev tərəfindən 12 iyul 2024-cü il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, 13 iyul 2024-cü il tarixdə həmin ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayət Məhkəməsinə göndərilmişdir (Cild 3, i.v.49-59;).
50. Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 iyul 2024-cü il tarixli məhkəmə hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin edilmişdir (Cild 4;).
51. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından daxil olmuş 3436/2024 və 3435/2024 saylı tibb kitabçalarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 10 aprel 2024-cü il tarixdə həmin istintaq təcridxanasına daxil olmuş və təcridxananın tibb-sanitar hissəsində ilkin tibbi müayinədən keçirilərək adlarına tibbi kitabça açılmışdır. Həmin kitabçaların 12-ci bəndlərində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 zədə almadıqlarını bildirmişlər. 3436/2024 saylı kitabçanın 13-cü bəndində Təqsirləndirilən şəxs1 dəri səthinin müayinəsi zamanı sol saidin ön səthində, sağ biləyin ön səthində, boyunun arxa səthində köhnə çapıq toxuma, sağ qasıq nahiyəsində postinyeksion döyənək izləri aşkar edilmişdir. 3435/2024 saylı kitabçanın 13-cü bəndində isə Təqsirləndirilən şəxs2 dəri səthinin müayinəsi zamanı sol saidin ön səthində, dirsək nahiyəsində köhnə çapıq toxuma izləri aşkar edilmişdir (Cild 4;).
Əməlin tövsifi və digər hüquqi məsələlər:
52. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.
53. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsinatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.
54. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.
55. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.
56. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməlləri ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri və Təqsirləndirilən şəxs2 əməlləri isə ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün olaraq tövsif edilmişdir.
57. CM-in 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən təkrarən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyətini müəyyən edir. Həmin maddələrin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur.
58. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Siyahıların İ siyahısının 83-cü bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin xeyli miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi 2 qram və xüsusilə külli miqdar daxil olmaqla aşağı həddinin isə 800 qram olması müəyyən edilmiş, həmin Siyahının 111-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə metadonun xeyli miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,02 qram, külli miqdar daxil olmaqla aşağı həddi 1,6 qram və xüsusilə külli miqdar daxil olmaqla aşağı həddinin isə 160 qram olması müəyyən edilmişdir.
59. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 birinci epizod üzrə üzərində əldə edərək saxladığı və daşıdığı 0,530 qram narkotik vasitə heroinin miqdarının xeyli miqdarından təxminən 3,5 dəfədən artıq olması, o cümlədən sonuncunun Təqsirləndirilən şəxs2 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində əldə edərək üzərilərində saxlayaraq daşıdıqları ümumilikdə təsiredici miqdarı 2,36 qram, yəni külli miqdarda olan 59 ədəd narkotik vasitə metadon həbinin təsiredici miqdarının xeyli miqdarından təxminən 118 dəfə, külli miqdarından isə təxminən 1,475 dəfədən artıq olması, habelə bir-biriləri və qeyriləri ilə qabaqcadan əlbir olaraq narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmalarına dair istifadələrində olan mobil telefon nömrələrinə daxil olmuş və çıxmış çoxsaylı sms-mesaj, habelə vatsap yazışmaları, danışıqları və fotoşəkillərin müəyyən edilməsi, Təqsirləndirilən şəxs1 narkotik vasitələri iranlı şəxs tərəfindən ona bildirilmiş ünvanlara aparıb qoymasına dair, Təqsirləndirilən şəxs2 isə müxtəlif şəxslərə narkotik vasitələr təklif etməsinə dair həm məhkəməyədək, həm də məhkəmə icraatı dövründə verdiyi etirafedici ifadələri, hüquqmühafizə oqanlarına internet sosial şəbəkələri vasitəsi ilə təqsirləndirilən şəxslərin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmalarına dair çoxsaylı şəxslər tərəfindən daxil olmuş şikayətlər və iş materiallarında olan digər sübutlar onların məqsədinin məhz satışla bağlı olduğunun bilavasitə təzahürüdür.
60. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası 25 iyun 2005-ci il tarixli Qanunun tələblərini rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır.
61. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir.
62. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.
63. Hökmün 62-ci bəndində qeyd edilmiş qərar baxımından plenumun hüquqi mövqeyinə görə, özü-özlüyündə narkotik vasitənin külli miqdar təşkil etməsi təqsirkar şəxsin satış məqsədi ilə hərəkət etməsinə dəlalət edən hal kimi qiymətləndirilə bilməz. Belə nəticəyə gəlmək üçün bütün diqqətəlayiq halların məcmusundan çıxış etmək lazımdır. O cümlədən, külli miqdarda narkotik vasitəni əldə edib saxlayan, daşıyan şəxsin özünün narkotik istehlakçısı olmaması, başqa şəxslərlə (istehlakçılarla) razılığın mövcudluğu, satış üçün narkotik vasitənin çəkilib xırda bağlamalarda qablaşdırılması kimi hallar da müəyyən olunduqları təqdirdə, başqa sübutlarla birlikdə götürülməklə şəxsin məhz satış məqsədilə narkotik vasitəni əldə edib saxlamasına dəlalət edən əsaslar kimi nəzərdən keçirilə bilərlər.
64. Məhkəmə, Təqsirləndirilən şəxs1 saxlanılarkən üzərində 4 list olmaqla ümumilikdə 39 ədəd narkotik vasitə metadon həbinin olması, həmin narkotik vasitələri şəxsi istifadəsi üçün əldə etməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinin həyata keçirilməsi üçün Təqsirləndirilən şəxs2lə hər hansı əlbirlik münasibətlərində olmaması, ümumiyyətlə narkotik vasitələrin satışı ilə məşğul olmaması, birinci epizod üzrə üzərindən aşkar edilmiş 0,530 qram narkotik vasitə heroinin polis əməkdaşları tərəfindən üzərinə qoyulması və satış məqsədinin olmaması, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs2lə üzləşdirmə istintaq hərəkətinin keçirilməməsi, habelə ifadələri təzyiq altında deməsi ilə bağlı verdiyi ziddiyyətli ifadələrinə tənqidi yanaşaraq həmin ifadələrdə göstərilənlər işin faktiki halları ilə öz təsdiqini tapmadığından və sübuta yetirilmədiyindən onun və dostu Təqsirləndirilən şəxs2 məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu CM-in 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə olan cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir.
65. Eyni zamanda məhkəmə, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1la birgə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə, o cümlədən satışı ilə məşğul olmaması, ibtidai istintaq zamanı ona vəkil və tərcüməçinin təqdim edilməməsi, istifadəsində olan mobil telefonda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair smsmesajların olmaması, habelə məhkəməyədək icraat zamanı təzyiqlərə məruz qalması ilə əlaqədar etirafedici ifadələr verməsi ilə bağlı verdiyi ifadələrə tənqidi yanaşaraq həmin ifadələrdə göstərilənlər işin faktiki halları ilə öz təsdiqini tapmadığından və sübuta yetirilmədiyindən onun və dostu Təqsirləndirilən şəxs1 məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə olan cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir.
66. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının 24-cü bəndində göstərilmişdir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür.
67. Halbuki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanılarkən və bundan sonra hər hansı xəsarətinin olması və ya ona qarşı hər hansı fiziki, psixi və sair zorakılıq tətbiq edilməsinə dair hər hansı mötəbər sübut müəyyən edilməmişdir. Habelə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçilərinin iştirakı ilə məhkəməyədək icraat zamanı dindirilərkən və digər istintaq hərəkətləri həyata keçirilərkən, o cümlədən barələrində qətimkan tədbiri məsələsi həll edilərkən qapalı məhkəmə iclasında hər hansı bir fiziki təzyiqə və zorakılığa məruz qalmasını bildirməmişlər. Hökmün 24-25, 27-28, 35- 36 və 51-ci bəndlərində qeyd edilən mötəbərliyi şübhə altına alına bilinməyən məhkəmədə tədqiq edilmiş sənədlər və sübutlarla da Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanılarkən və ondan sonra hər hansı fiziki, psixi və sair təzyiq və təsirə məruz qalmaları öz təsdiqini tapmamışdır.
68. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, çoxsaylı şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur.
69. CPM-in 351.2 və 351.3.4-cü maddələrinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir.
70. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
71. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 əməllərinin CM-in 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri və Təqsirləndirilən şəxs2 əməllərinin isə CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməsi əsaslı, qanuni və ədalətlidir. Təqsirləndirilən şəxs1 CM-in 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri və Təqsirləndirilən şəxs2 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək cəzalanmalıdır.
72. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətdiyi əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir.
73. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 hərəkətlərində CM-in 234.4.1, 234.4.2 və 234.4.3-cü və Təqsirləndirilən şəxs2 hərəkətlərində CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin tərkibi vardır. Onlar tərəfindən həmin cinayətlərin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs1 CM-in 234.4.1, 234.4.2 və 234.4.3-cü və Təqsirləndirilən şəxs2 CMin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından onlara cəza təyin olunmalıdır. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:
74. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır.
75. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.
76. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.
77. Məhkəmə CM-in 59.1.4-cü maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs1 himayəsində 1 (bir) azyaşlı uşağının olmasını, habelə CM-in 59.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs1 38, Təqsirləndirilən şəxs2 42 yaşında olmaqla narkomaniya xəstəliyindən tam müalicə olunmaqla sağalmaq istəmələrini bildirmələrini, Təqsirləndirilən şəxs1 özünün təqsirli bildiyi əmələ münasibətdə peşman olmasını bildirməsini və ailədə ondan başqa qaznc gətirən şəxsin olmamasını onların cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.
78. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır.
79. CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır.
80. CM-in 83-cü maddəsinin tələbinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur.
81. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir (bax hökmün 29-cu bəndi). Həmin Məcəllənin 65.1 və 65.2-ci maddələrinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz.
82. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi CM-in 234.4.1, 234.4.2 və 234.4.3-cü və Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.
83. Məhkəmə həmçinin təqsirləndirilən şəxslərin cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir.
84. CM-in 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi əməl ağır cinayətlər kimi təsnif edilmişdir.
85. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.
86. CM-in 56.1.3-cü maddəsinin tələbinə görə azadlıqdan məhrum etmə növündə cəza cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.
87. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6).
88. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 8 aprel 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 10 aprel 2024-cü il tarixli qərarları ilə barələrində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduqları 8 aprel 2024-cü il tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxslərin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır
89. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən, ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 8 aprel 2024-cü il tarixdən hesablanmalı, eləcə də, Təqsirləndirilən şəxs1 16 fevral 2024-cü il tarixdən 18 fevral 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət ona təyin ediləcək cəzadan çıxılmaqla qəti cəza təyin edilməlidir.
90. Məhkəmə, CPM-in 99-1.2-ci maddəsinə əsasən, qeyd edir ki, hazırkı cinayət işi üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir.
91. Məhkəmə hökmün 39 və 44-cü bəndlərində qeyd edilən ekspertiza rəylərini və təqsirləndirilən şəxslərə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, CM-in 92.1.2 və 93-1-ci maddələrinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və onlar ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır.
92. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olmaqla KCMBİ-də saxlanılan tədqiqatlardan sonra qalıq qalmış 0,480 qram narkotik vasitə heroin və cəmi 6 list cəmi 53 ədəd narkotik vasitə metadon həbləri məhv edilməli, 16 fevral 2024 və 8 aprel 2024-cü il tarixli “Şəxsi axtarış və götürmə” istintaq hərəkətləri zamanı aparılmış videoçəkilişlər zamanı videogörüntülərin köçürüldüyü 2 (iki) ədəd disk və "xxxx" MMC-yə məxsus 1 (bir) ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs1 məxsus 1 (bir) ədəd “Xiomi” markalı və Təqsirləndirilən şəxs2 məxsus 1 (bir) ədəd “Redmi 5” markalı mobil telefonlar müvafiq olaraq təqsirləndirilən şəxslərin ailə üzvlərinə və ya onların digər qohumlarına qaytarılmalıdır.
93. CPM-ə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.
94. Məhkəmə hesab edir ki, CPM-in 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 149(bir yüz qırx doqquz) manat və Təqsirləndirilən şəxs2 isə 57 (əlli yeddi) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir.
95. İş üzrə mülki iddia verilməmiş və üzərinə həbs qoyulmuş əmlak yoxdur.
96. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.
97. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müəddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.
98. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 16 fevral 2024-cü il tarixdən 18 fevral 2024-cü il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanıldığı 2 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq üzərində qəti olaraq 5 (beş) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 8 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 8 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olmaqla Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində saxlanılan tədqiqatlardan sonra qalıq qalmış 0,480 qram narkotik vasitə heroin və cəmi 6 list cəmi 53 ədəd narkotik vasitə metadon həbləri məhv edilsin, Təqsirləndirilən şəxs1 məxsus 1 (bir) ədəd “Xiomi” markalı və Təqsirləndirilən şəxs2 məxsus 1 (bir) ədəd “Redmi 5” markalı mobil telefonlar müvafiq olaraq təqsirləndirilən şəxsin ailə üzvlərinə və ya onun digər qohumlarına qaytarılsın, 3(üç) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs1 149 (bir yüz qırx doqquz) manat və Təqsirləndirilən şəxs2 isə 57(əlli yeddi) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci onlardan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə xüsusi müsadirə edilməli və üzərinə həbs qoyulmuş əmlakın, habelə mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.