Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-2035/2024 30.07.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri X6 (sədrlik edən), Quliyev Vüqar Elbrus oğlu və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Rüstəmov Zaur Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti X3, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə müəyyən etdi: Bakı şəhəri, Xəzər rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi Məmməd Cəfərov tərəfındən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə 11 iyul 2024-cü il tarixdə ittiham aktı tərtib edilərək Xəzər Rayon Prokurorluğuna təqdim edilmiş, ittiham aktı Xəzər rayon prokuroru Fəxri Ələsgərov tərəfindən 15 iyul 2024-cü il tarixdə təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Məhkəmə hazırlıq iclasında dövlət ittihamçısı Vüsal Abdullayev vəsatətlə məhkəməyə müraciət edərək X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini, məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası CPM-nin tələblərinin kobud surətdə pozulmasına yol vermiş müstəntiq barədə xüsusi qərar çıxarılmasını xahiş etdi. Vəsatət onunla əsaslandırılmışdır ki, həmin cinayət işi 29 sentyabr 2023-cü il tarixdə Xəzər RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə fakta görə başlanmışdır.Cinayət işi üzrə başlanmasına səbəb Zərərçəkmiş şəxs 26 iyul 2023-cü il tarixdə Azarbaycan Respublikası Baş Prokurorluğuna ərizə ilə müraciət edərək 2018-ci il tarixdə özünə məxsus Bakı şəhəri, Xəzər rayonu Buzovna qəsəbəsi Albahlıq massivində yerləşən 2 hektar torpaq sahəsinə çıxarış alınması üçün Təqsirləndirilən şəxs 170000 manat pul vermiş, lakin sonuncu vədinə əməl etməyərək onun etibarından sui istifadə edib qeyd olunan məbləğdə pulu ələ keçirməsini bildirməsi faktına dair toplanmış material olmuşdur. 29 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, Xəzər Rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 04 dekabr 2023-cü il tarixli qərarı ilə onun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. İttiham aktına əsasən Təqsirləndirilən şəxs özgənin külli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə heç bir yerdə işləmədiyi halda tanışı Elçin Hidayətzadənin vasitəsilə 2018-ci ilin əvvəllərində Bakı şəhəri, Nərimanov rayonu, Azadluq prosekti 149 ünvanında yerləşən «Neftçi Baza» deyilən ərazidə görüşüb tanış olduğı Zərərçəkmiş şəxs özünü işgüzar insan kimi göstərib Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində yaxın tanışları və geniş əlaqələri olduğunu deyib inandıraraq onun faktiki istifadəsində olan X2 adına sənədlə olmaqla Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Albalılıq yeni yaşayış massivində yerləşən 2 ha torpaq sahəsini pulunu hissə-hissə ödəmək şərtilə ümumilikdə 170.000 manat verdiyi halda onun adına rəsmiləşdirtdirəcəyinə dair həmin Dövlət Reyestr Xidmətindən Çıxarış alıb qeydiyyata aldıracağı barədə yalan vədlər verib aldadaraq inandırıb razılaşdıqdan sonra, 2018-ci il ərzində həmin torpaq sahəsini Zərərçəkmiş şəxs adına sənədləşdirtmək adı ilə dəqiq tarixlərini xatırlamadığı vaxtlarda ondan 2018-ci il ərzində hissə-hissə olmaqla, Azərbaycan manatına məzənnəsi ilə 68000 manat təşkil edən 40.000 ABŞ dolları məbləğində pulu isə özü Türkiyə Respublikasında olduğu vaxtda oğlu, cinayətdən xəbərsiz Elmar Abdurahmanov vasitəsilə çatdırılmaqla və sonuncu dəfə 3.000 manat məbləğində pulu Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində şəxsən özü almaqla ümumilikdə 170.000 manat məbləğində külli miqdarda pulu Zərərçəkmiş şəxs vahid niyyətlə əhatə olunmuş qəsdlə alıb etibarından sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs ümumilikdə 170.000 manat məbləğində külli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Cinayət işinin ibitidai araşdırılması zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs verdiyi ifadəsində göstərmişdir ki, .... Zərərçəkmiş şəxs onunla razılaşmış və həmin ilin xatırlamadığı ayında və tarixində ilk öncə ona Bakı şəhəri, Nərimanov rayonu Neftçibaza kimi tanınan ərazidə, yəni yaşadığı evin yaxınlığında ona 25000 ABŞ dolları vermiş, o da həmin pulu Qurbana vermişdir ki, işə başlasın və sənədləri toplasın. Qeyd etmişdir ki, məlum hadisədən 6 il 6 ay müddəti keçdiyi üçün hansı tarixlərdə Zərərçəkmiş şəxs ona hissə-hissə nə qədər pul verdiyi yadında qalmamış, lakin bildirmişdir ki, o, bu işin görülməsi üçün Zərərçəkmiş şəxs cəmi hissə-hissə olaraq 2018-ci ildə yaşadığı Bakı şəhəri Nərimanov rayonu Neftçibaza kimi tanınan yerdə evinin yaxınlığında 170000 manat pulunu almışdır. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs isə verdiyi ifadəsində göstərmişdir ki, o, sözü gedən torpaq sahəsin sənədləşməsi üçün Təqsirləndirilən şəxs hissə-hissə olaraq 170000 manat pul vermişdir. Həmin pulun son 3000 manatını Buzovna qəsəbəsində 2018-ci ilin xatırlamadığı ayında Təqsirləndirilən şəxs vermişdir, lakin Elman ona verdiyi vədə əməl etməyərək onun pulunu etibarından sui istifadə edib ələ keçirmiş və bu günə kimi də qaytarmamışdır. Cinayət işi üzrə arayışdan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs 700000 manat maddi ziyan dəymişdir və maddi ziyandan 43500 manatını ödəmişdir. Cinayət işinin materiallarında olan Xəzər RPİ-nin 2-ci PŞ-nə ünvanlanmış xx.xx.2024-cü il tarixli təqdimatdan görünür ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 2018-ci ilin fevral ayında Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Xəzər rayonu Buzovna qəsəbəsi Albalılıq massivində yerləşən 2 hektar torpaq sahəsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xiidmətindən çıxarış alacağını inandırmaqla yalan vədlər verib aldadarq Bakı şəhəri Nərimanov rayonu Neftçibaza kimi tanınan yerdə evinin yaxınlığında hissə-hissə və vahid niyyətlə əhatə olunmuş qəsdlə Aıaz Askərov 167000 manat və 2018-ci ilin ilk ayında isə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində 3000 manat pulu torpaq sahəsinə dair çıxarış alacağı üçün köməklik edəcəyindən qazanmış etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zəzəçəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 170000 manat məbləğində külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Göründüyü kimi zərərçəkmiş tərəfindən hansı tarixlərdə, harada və hansı məbləğlərdə pul vəsaitlərinin təqsirləndirilən şəxsə verilməsi, bu hallara kimlərin şahid olması, təqsirləndirilən və zərərçəkmiş şəxslərin arasında hər hansı telefon danışıqlarının və mesajların olması dəqiq və ətraflı araşdırılmamış, ittiham aktında hər hansı məlumat və sübuta istinad əks etdirilməmişdir. Belə ki, ittiham aktının təsviri-əsaslandırıcı hissəsində zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə 68000 manat və 3000 manat olmaqla ümumilikdə 170000 manat pul vəsaiti verməsi, təqsirləndirilən şəxsin ifadəsində zərəçəkmiş şəxsin ona 25000 ABŞ dolları verməsi, zərərçəkmiş şəxsin ifadəsində onun təqsirləndirilən şəxsə son hissə 3000 manat olmaqla 170000 manat pul vəsaitini verməsi qısa olaraq qeyd edilmiş, 170000 manatın 68000 və 3000 manatdan (cəmi 71.000 manat edir) əlavə olan hissəsinin necə, harada, hansı məbləğlərdə verilməsi araşdırılmamışdır. Cinayət işi üzrə arayışda zərərçəkmiş şəxsə vurulmuş ziyan 170000 manat deyil, 700000 manat qeyd edilmiş, təqdimatda isə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə 167000 manat və 3000 manat verməsi qeyd edilmişdir. Beləliklə, cinayət işi üzrə ittiham aktı Azərbaycan Respublikası CPM-nin 289-cu maddəsinin tələblərinə uyğun deyildir və göstərilən hallar məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi qeyri-mümkündir. Qeyd olunanlara əsasən ittiham aktı düzgün tərtib olunmadığından, cinayət işinin halları araşdırılmadığından cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Məhkəmə hazırlıq iclasında Zərərçəkmiş şəxs cinayət işinə məhkəmənin hazırlıq iclasında baxılmasına xitam verilməsinə və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs cinayət işinə məhkəmənin hazırlıq iclasında baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə hazırlıq iclasında təqsirləndirilən şəxs Elman Abdurəhmanovun müdafiəçisi Müdafiəçi1 cinayət işinə məhkəmənin hazırlıq iclasında baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə cinayət prosesi iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, məhkəməyədək icraat zamanı ibtidai istintaq orqanı tərəfindən kobud qanun pozuntularına yol verildiyindən və məhkəməyədək icraat zamanı bu pozuntular aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmadığından dövlət ittihamçısı tərəfindən verilmiş vəsatət təmin edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: - 289.1-ci maddəsinə əsasən bu Məcəllənin 284-288-ci maddələrində nəzərdə tutulmuş tələblər yerinə yetirildikdən sonra müstəntiq ittiham aktı tərtib edir. - 289.3.1-ci maddəsinin tələbinə əsasən ittiham aktının təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar göstərilir. Hazırki cinayət işi üzrə tərtib edilmiş ittiham aktının təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və verilmiş ittihamın təsviri əks etdirilsə də, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar göstərilməmişdir. Belə ki, ittiham aktının təsviri-əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs özgənin külli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə heç bir yerdə işləmədiyi halda tanışı Elçin Hidayətzadənin vasitəsilə 2018-ci ilin əvvəllərində Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prosekti 149 ünvanında yerləşən «Neftçi Baza» deyilən ərazidə görüşüb tanış olduğı Zərərçəkmiş şəxs özünü işgüzar insan kimi göstərib Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində yaxın tanışları və geniş əlaqələri olduğunu deyib inandıraraq onun faktiki istifadəsində olan X2 adına sənədlə olmaqla Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Albalılıq yeni yaşayış massivində yerləşən 2 ha torpaq sahəsini pulunu hissə-hissə ödəmək şərtilə ümumilikdə 170.000 manat verdiyi halda onun adına rəsmiləşdirtdirəcəyinə dair həmin Dövlət Reyestr Xidmətindən Çıxarış alıb qeydiyyata aldıracağı barədə yalan vədlər verib aldadaraq inandırıb razılaşdıqdan sonra, 2018-ci il ərzində həmin torpaq sahəsini Zərərçəkmiş şəxs adına sənədləşdirtmək adı ilə dəqiq tarixlərini xatırlamadığı vaxtlarda ondan 2018-ci il ərzində hissə-hissə olmaqla, Azərbaycan manatına məzənnəsi ilə 68000 manat təşkil edən 40.000 ABŞ dolları məbləğində pulu isə özü Türkiyə Respublikasında olduğu vaxtdə oğlu, cinayətdən xəbərsiz Təqsirləndirilən şəxs vasitəsilə çatdırılmaqla və sonuncu dəfə 3.000 manat məbləğində pulu Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində şəxsən özü almaqla ümumilikdə 170.000 manat məbləğində külli miqdarda pulu Zərərçəkmiş şəxs vahid niyyətlə əhatə olunmuş qəsdlə alıb etibarından sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs ümumilikdə 170.000 manat məbləğində külli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Cinayət işinin ibitidai araşdırılması zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs verdiyi ifadəsində göstərmişdir ki, .... Zərərçəkmiş şəxs onunla razılaşmış və həmin ilin xatırlamadığı ayında və tarixində ilk öncə ona Bakı şəhəri, Nərimanov rayonu Neftçibaza kimi tanınan ərazidə, yəni yaşadığı evin yaxınlığında ona 25000 ABŞ dolları vermiş, o da həmin pulu Qurbana vermişdir ki, işə başlasın və sənədləri toplasın. Qeyd edmişdir ki, məlum hadisədən 6 il 6 ay müddəti keçdiyi üçün hansı tarixlərdə Zərərçəkmiş şəxs ona hissə-hissə nə qədər pul verdiyi yadında qalmamış, lakin bildirmişdir ki, o, bu işin görülməsi üçün Zərərçəkmiş şəxs cəmi hissə-hissə olaraq 2018-ci ildə yaşadığı Bakı şəhəri Nərimanov rayonu Neftçibaza kimi tanınan yerdə evinin yaxınlığında 170000 manat pulunu almışdır. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs isə verdiyi ifadəsində göstərmişdir ki, .... o, sözü gedən torpaq sahəsin sənədləşməsi üçün Təqsirləndirilən şəxs hissə-hissə olaraq 170000 manat pul vermişdir. Həmin pulun son 3000 manatını Buzovna qəsəbəsində 2018-ci ilin xatırlamadığı ayında Təqsirləndirilən şəxs vermişdir, lakin Elman ona verdiyi vədə əməl etməyərək onun pulunu etibarından sui istifadə edib ələ keçirmiş və bu günə kimi də qaytarmamışdır. Cinayət işi üzrə arayışdan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs 700000 manat maddi ziyan dəymişdir və maddi ziyandan 43500 manatını ödəmişdir. Cinayət işinin materiallarında olan Xəzər RPİ-nin 2-ci PŞ-nə ünvanlanmış xx.xx.2024-cü il tarixli təqdimatdan görünür ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 2018-ci ilin fevral ayında Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Xəzər rayonu Buzovna qəsəbəsi Albalılıq massivində yerləşən 2 hektar torpaq sahəsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xiidmətindən çıxarış alacağını inandırmaqla yalan vədlər verib aldadarq Bakı şəhəri Nərimanov rayonu Neftçibaza kimi tanınan yerdə evinin yaxınlığında hissə-hissə və vahid niyyətlə əhatə olunmuş qəsdlə Aıaz Askərov 167000 manat və 2018-ci ilin ilk ayında isə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində 3000 manat pulu torpaq sahəsinə dair çıxarış alacağı üçün köməklik edəcəyindən qazanmış etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 170000 manat məbləğində külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Göründüyü kimi zərərçəkmiş şəxs tərəfindən hansı tarixlərdə, harada və hansı məbləğlərdə pul vəsaitlərinin təqsirləndirilən şəxsə verilməsi, bu hallara kimlərin şahid olması, təqsirləndirilən və zərərçəkmiş şəxslərin arasında hər hansı telefon danışıqlarının və mesajların olması dəqiq və ətraflı araşdırılmamış, ittiham aktında hər hansı məlumat və sübuta istinad edilməmişdir. Belə ki, ittiham aktının təsviri-əsaslandırıcı hissəsində zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə 68000 manat və 3000 manat olmaqla ümumilikdə 170000 manat pul vəsaiti verməsi, təqsirləndirilən şəxsin ifadəsində zərəçəkmiş şəxsin ona 25000 ABŞ dolları verməsi, zərərçəkmiş şəxsin ifadəsində onun təqsirləndirilən şəxsə son hissə 3000 manat olmaqla 170000 manat pul vəsaitini verməsi qısa olaraq qeyd edilmiş, 170000 manatın 68000 və 3000 manatdan (cəmi 71.000 manat edir) əlavə olan hissəsinin necə, harada, hansı məbləğlərdə verilməsi araşdırılmamışdır. Cinayət işi üzrə arayışda zərərçəkmiş şəxsə vurulmuş ziyan 170000 manat deyil, 700000 manat qeyd edilmiş, təqdimatda isə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə 167000 manat və 3000 manat verməsi qeyd edilmişdir. Həmçinin məhkəmənin hazırlıq iclasında Təqsirləndirilən şəxs İİ qrup əlil olduğunu, bu əsasla təqaüd aldığını bildirmiş, lakin ibtidai istintaq orqanı tərəfindən bu hal araşdırılmamış və buna dair hər hansı sənəd cinayət işinin materiallarına əlavə edilməmişdir. Halbu ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 289.3.4-cü maddəsinə əsasən ittiham aktının təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsi səciyyələndirən hallar göstərilir. Məhkəmə eyni zamanda qeyd edir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri göstərilmədiyindən bu təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması kimi də qiymətləndirilməlidir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi üzrə təmin edilən minimal müdafiə hüquqları sırasında şəxsin nədə ittiham olunduğunu bilməsi cinayət qanununda nəzərdə tutulan cinayəti törətməsi barədə elan edilən ittihamın xarakteri və məzmununun ona aydın olmasını ehtiva edir. Bu baxımdan cinayət qanununun müvafiq maddəsi üzrə ittihamın mahiyyətinin nədən ibarət olmasının aydın olmaması və ya dəqiq müəyyən edilməməsi təqsirləndirilən şəxsin “nədə ittiham olunduğunu”, “nədən müdafiə olunmalı olduğunu” bilməməsinə və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı presedent üzrə belə olan halda müdafiə hüququnun pozulmasına səbəb olur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin “a” yarımbəndinə əsasən “cinayət törətməkdə ittiham olunan hər kəs ən azı digər hüquqlarla yanaşı, ona qarşı irəli sürülmüş ittihamın “xarakteri və əsasları” haqqında bildiyi dildə dərhal və ətraflı məlumatlandırılmaq hüququna malikdir”. Azərbaycan Respublikasının CPM-in 91.5.1-ci maddəsinə əsasən, “nədə təqsirləndiyini bilmək (ittihamın məzmunu, verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi)” təqsirləndirilən şəxsin hüququdur. İttihamın mahiyyətinin aydın olması və ümumilikdə Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən qeyd edilən hüquqlar bilavasitə mütləq hüquqlar olub, onların təmin edilməsi ittiham olunan şəxsin bu hüquqdan istifadə etmək istəyindən və məhkəmə baxışı nəticələrinin onu qane etməsindən asılı deyildir. Qeyd edilənlər konkret işin tələbi olmayıb, bütün cinayət işlərində nəzərə alınmalı olan və yanaşma tərzinin ümumi təcrübə yaratdığı prinsipial tələbdir (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Ozerov Rusiyaya qarşı” iş üzrə 18 may 2010-cu il , “Pfayfer və Plankl Avstriyaya qarşı” iş üzrə 25 fevral 1992-ci il, “Bulut Avstriyaya qarşı” iş üzrə 22 fevral 1996-cı il, “Kolozza İtaliyaya qarşı” iş üzrə 12 fevral 1985-ci il tarixli qərarları). İnsan hüquqları üzrə Avropa Məhkəməsi “X5 Federasiyasına qarşı” iş üzrə 18 fevral 2010-cu il tarixli qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası”nın 6-cı maddəsi, xüsusən də həmin maddənin 3-cü bəndi işlər birinci instansiya məhkəməsinə göndərilməzdən əvvəl o vaxt əhəmiyyət kəsb edə bilər ki, onun tələblərinin ilkin pozuntusu məhkəmə araşdırmasının ədalətliliyinə toxuna bilər. Həmin qərarda Avropa Məhkəməsi, həmçinin, qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsi şəxslərə cinayət işləri üzrə ittiham elan edildiyi andan tətbiq edilməyə başlayır. Beləliklə məhkəmə hazırlıq iclası zamanı müəyyən edildi ki, cinayət işi üzrə ittiham aktı Azərbaycan Respublikası CPM-nin 289-cu maddəsinin tələblərinə uyğun deyildir, həmçinin ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiə hüququnun pozuntusuna yol verilmişdir və göstərilən hallar məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi qeyri-mümkündir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ittiham aktı düzgün tərtib olunmadığından, cinayət işinin halları araşdırılmadığından, təqsirləndirilən şəxsin müdafiə hüququ pozulduğundan dövlət ittihamçısı tərəfindən verilmiş vəsatət təmin edilməli, cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: - 303.1-ci maddəsinin tələbinə görə məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. - 303.3.1-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün halında cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilir. - 303.3.6-cı maddəsinə əsasən cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilir. - 306.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə bu Məcəllənin 300.1.1, 300.1.5 və 300.1.6-cı maddələrində nəzərdə tutulmuş qərarlar çıxarmaqla yanaşı, həmçinin aşağıdakılara dair qərar çıxarır: 306.1.1. təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı; 306.1.2. qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığı; 306.1.3. təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsi. Cinayət işinin materiallarından görünür ki, 03 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə hazırki mərhələdə təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı əsasları müəyyən etmədiyindən Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin qüvvəsində saxlanılması nəticəsinə gəlir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla dövlət büdcəsinin hesabından Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-2035/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, xx.xx.2023-cü il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri, 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 12 (on iki) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri, 20 saylı Vəkil Bürosunun hesabına 72 (yetmiş iki) manat məbləğində pul köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300.1.5. 300.4, 303.3.1 və 303.3.6-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Dövlət ittihamçısı Vüsal Abdullayev tərəfindən verilmiş vəsatət təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qüvvəsində saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri, 20 saylı Vəkil Bürosunun hesabına 72 (yetmiş iki) manat məbləğində pul köçürülsün. Qərarın surəti 3 gün müddətində cinayət prosesi tərəflərinə verilməsi və ya poçtla göndərilməsi təmin edilsin. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz. Hakimlər: Şəlalə Həsənova (sədrlik edən) Vüqar Quliyev Aytən Əliyeva
Məhkəmə qərarları › İş №1(101)-2035/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-2035/2024
30.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver