Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2035/2025 23.02.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Kamranov Hafiz Eldar oğlu (sədrlik edən), Pənahov Babək Əkbər oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 2007-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, hazırda barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini və külli miqdarda psixotrop maddə olan metafetamini əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama və daşıma niyyəti ilə “whatsapp” ani mesajlaşma mobil tətbiqi vasitəsilə tanış olduğu İran İslam Respublikası vətəndaşı olan “Sultan” adlı şəxs və “Fatimə” adlı qadın cinsindən olan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında sonuncu ilə əvvəlcədən əldə edilən razılaşmaya əsasən onun bildirdiyi ünvana gələrək 01 ədəd ağ rəngli salfet kağızın içərisində 24 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,728 qram, 0,764 qram, 0,748 qram, 0,640 qram, 0,771 qram, 0,610 qram, 0,744 qram, 0,697 qram, 0,825 qram, 0,732 qram, 0,800 qram, 1,714 qram, 0,722 qram, 0,732 qram, 0,671 qram, 0,818 qram, 0,709 qram, 0,817 qram, 0,669 qram, 0,813 qram, 0,784 qram, 0,690 qram, 0,673 qram, 0,727 qram ümumi təmiz çəkisi 18,598 qram ağ rəngli kristallik maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və 7 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,072 qram, 0,696 qram, 0,625 qram, 0,648 qram, 0,625 qram, 0,606 qram, 0,999 qram ümumi təmiz çəkisi 5,271 qram qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2025-ci il tarixdə saat 15:00 radələrində Yasamal RPİ NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin saxlanılmasında şübhəli bilinərək Bakı şəhəri, Yasamal rayonu, 7-ci Sallaqxana 7 ünvanında saxlanıldıqdan sonra polis əməkdaşlarının təklifi ilə təqdim etdiyi 24 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,728 qram, 0,764 qram, 0,748 qram, 0,640qram, 0,771 qram, 0,610 qram, 0,744qram, 0,697 qram, 0,825 qram, 0,732 qram, 0,800 qram, 1,714 qram, 0,722 qram, 0,732 qram, 0,671 qram, 0,818 qram, 0,709 qram, 0,817 qram, 0,669 qram, 0,813 qram, 0,784 qram, 0,690 qram, 0,673 qram, 0,727 qram ümumi təmiz çəkisi 18,598 qram ağ rəngli kristallik maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin və 7 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,072 qram, 0,696 qram, 0,625 qram, 0,648 qram, 0,625 qram, 0,606 qram, 0,999 qram ümumi təmiz çəkisi 5,271 qram qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikasının CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, iki ildir ki narkotik vasitələrdən istifadə edir. Onun və ailəsinin maddi vəziyyəti ağır olmuşdur. Yaşının az olması və iş stajının olmaması səbəbindən heç bir yerdə işə qəbul edilməmişdir. Atası həbsdə olduğundan və evdə iki azyaşlı bacısı olduğundan ailəsini dolandırmaq və atasına həbsxanaya sovqat göndərmək məqsədilə işləmək istəmiş, lakin iş tapa bilməmişdir. Rəfiqəsi Ləman ona narkotik vasitələri müəyyən yerə qoymaqla pul qazana biləcəyini təklif etmiş və özünün də artıq üç aydır bu işlə məşğul olduğunu etiraf etmişdir. O, əvvəlcə razılaşmamış, lakin sonradan müvəqqəti olaraq bu işlə məşğul olmaq qərarına gəlmişdir. İran İslam Respublikası vətəndaşı ilə əlaqə saxlamış və ondan bir dəfə narkotik vasitə götürmüş, daha sonra polis əməkdaşları tərəfindən saxlanılmışdır. xx.xx.2025-ci il tarixdə günorta saatlarında polis əməkdaşları tərəfindən Yasamal rayonunun ərazisində saxlanılmışdır. O, üzərində gəzdirdiyi 31 ədəd narkotik vasitəni polis əməkdaşlarına təqdim etmişdir. Narkotik vasitələri tanımadığı İran vətəndaşı ona “Whatsap” vasitəsi ilə göndərmiş, o, şəhərin müxtəlif ünvanlarına gedərək narkotik vasitələri götürmüşdür və həmin şəxsin dediyi ünvanlara qoyacaqdır, bunun müqabilində İran vətəndaşı ona 200 manat pul verməli idi. Lakin polis əməkdaşları tərəfindən saxlanıldığı üçün İran Respublikasının vətəndaşının dediklərini edə bilməmişdir. Rəfiqəsi Ləman səhv etmirsə hazırda Türkiyəyə və ya İrana getmişdir. Polis əməkdaşları ona qarşı fiziki təzyiq göstərməmişlər. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, polis bölməsinə Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin əldə etməsi və istifadə etməsində şübhəli olması barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat rəhbərliyə məruzə edildikdən sonra əməliyyat qrupu yaradılmış, əməliyyat tədbirində o, polis əməkdaşları Yılmaz Həsənov və Şahid3 iştirak etmişdir. Təqsirləndirilən şəxs xx.xx.2025ci il tarixdə ünvan 3 ünvanı yaxınlığında saxlanılmışdır. Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etdikdən sonra ona barəsində əməliyyat məlumatı daxil olduğu bildirilmişlər və üzərində olan qanunsuz əşyaları könüllü qaydada təqdim etməsi təklif olunmuşdur. Şübhəli şəxs qadın olduğu üçün onun üzərində axtarış aparılmamış, Təqsirləndirilən şəxs öz üzərində olan metamfetamini və heroini könüllü olaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələri “Sultan” adlı İran İslam Respublikası vətəndaşından əldə etdiyini və həmin vasitələri müəyyən ünvanlara yerləşdirməsi müqabilində 50–100 manat pul aldığını etiraf etmişdir. Daha sonra Xədicə polis idarəsinə aparılmış, orada Fərqanə adlı polis əməkdaşının iştirakı ilə təhqiqatçıya təhvil verilmişdir. Əməliyyat-axtarış tədbiri zamanı götürülmüş maddi sübutlar təhqiqatçı tərəfindən protokollaşdırılaraq götürülmüşdür. Polis əməkdaşları tərəfindən təqsirləndirilən şəxsə qarşı fiziki və psixi təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin kiçik inspektoru X6 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə polis bölməsinə Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə etməsi və istifadə etməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat rəhbərliyə raportla məruzə edildikdən sonra əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə ünvan 3 ünvanı yaxınlığında Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmışdır. Şəxsə yaxınlaşaraq özlərini təqdim etdikdən sonra üzərində qanunsuz əşyalar olub-olmaması barədə soruşulmuş və olduğu təqdirdə könüllü qaydada təqdim etməsi təklif edilmişdir. Şübhəli şəxs qadın olduğu üçün onun üzərində axtarış aparılmamış, o, öz üzərində olan metamfetamin və heroin maddələrini könüllü olaraq təqdim etmişdir. Həmin narkotik vasitələr salfet kağızına bükülmüş vəziyyətdə olmuşdur. Ümumilikdə 31 ədəd büküm aşkar edilmişdir. Onlardan 24 ədədinin metamfetaminə, 7 ədədinin isə heroinə bənzər maddə olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələri “Sultan” adlı İran İslam Respublikası vətəndaşından əldə etdiyini etiraf etmişdir. Bundan sonra o, polis idarəsinə aparılmış və Fərqanə adlı polis əməkdaşının iştirakı ilə təhqiqatçıya təhvil verilmişdir. Təqsirləndirilən şəxsə qarşı fiziki və psixi təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yasamal Rayon Polis İdarəsinin YYÇPİTB-nin inspektoru Şahid4 da şahidlər Şahid1 və X3 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində çağırılmış Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili Şahid3 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Şahid3 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə xidmət etdiyi polis idarəsinə Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin əldə edilməsi və istifadə edilməsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında Yasamal RPİ-nin NMB-nin rəisi tərəfindən rəhbərliyə məruzə edilmiş, bundan sonra müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi məqsədilə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupu baş əməliyyat müvəkkili Şahid1 rəhbərliyi ilə ondan və kiçik inspektor X1 ibarət olmuşdur. xx.xx.2025-ci il tarixdə saat 15:00 radələrində ünvan 3 ünvanı yaxınlığında əməliyyat məlumatında qeyd edilən zahiri əlamətlərə uyğun olan Təqsirləndirilən şəxs saxlanılmışdır. Saxlanılan şəxsə özlərini təqdim etdikdən sonra ona hüquq və vəzifələri izah edilmiş, üzərində və ya əşyalarında qanunsuz əşyaların könüllü təqdim edilməsi təklif olunmuşdur. Şübhəli şəxs qadın olduğu üçün üzərində şəxsi axtarış aparılmamış, Təqsirləndirilən şəxs özü üzərində olan ağ rəngli salfet kağızı təqdim etmiş və həmin salfetin içərisində narkotik vasitə heroinə və psixotrop maddə metamfetaminə bənzər maddələrin olduğunu bildirmişdir. Daha sonra onun şalvarının sağ yan cibindən “Honor” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin maddələri “Sultan” adlı İran İslam Respublikası vətəndaşından onlayn vasitə ilə əldə etdiyini və bunun müqabilində 300 manat pul aldığını bildirmişdir. Götürülmüş maddələr protokollaşdırılaraq qablaşdırılmış, möhürlənmiş və aidiyyəti üzrə istintaqa təqdim olunmuşdur. Keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və ya psixoloji təzyiq göstərilməmişdir. Saxlanılma və sonrakı prosessual hərəkətlər qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirilmişdir. Əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri istehlak və satış məqsədilə qanunsuz olaraq əldə edib saxlaması müəyyən edilmişdir. Lakin aşkar olunmuş narkotik vasitələrin mənşəyi ilə bağlı aparılan əlavə əməliyyat-axtarış tədbirləri nəticə verməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 14 avqust 2025-ci il tarixli raportdan görünür ki, 14 avqust 2025-ci il tarixdə Yasamal RPİnin NMB-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri əldə etməsi və istifadəsində əsaslı şübhələr olan xx.xx.2007-ci ildə ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Yasamal Rayonu, 7-ci Sallaqxana 7 ünvanının qarşısında saat 15:00 radələrində saxlanılaraq 15:35 radələrində Yasamal RPİ-nə gətirilmişdir (cild 01, i/v 03). “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” 14 avqust 2025-ci il tarixli protokola əlavə edilmiş 01 ədəd DVD diskə baxış keçirilən zaman müəyyən olunur ki, xx.xx.2025-ci il tarixdə saat 15:00-da əməliyyat-axtarış tədbiri zamanı polis əməkdaşları tərəfindən Yasamal rayonu, 7-ci Sallaqxana küçəsi 7 ünvanın yaxınlığında narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olan Təqsirləndirilən şəxs videoçəkiliş aparılmaqla saxlanılmışdır. Təqsirləndirilən şəxs üstü yoxlanılarkən əynindəki ağ rəngli şalvarının sol yan cibində saxladığı ağ rəngli salfet kağızın içərisində 31 ədəd xırda bükümlər olan bükülünü və sol yan cibində 01 ədəd üzərində “Honor” markalı mobil telefonu çıxararaq təqdim edərək narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olmasını bildirmişdir. Həmin bükülünün içərisinə keçirilən baxış zamanı 31 ədəd şəffaf sellofana bükülmüş bükümlər, həmin bükümlərdən 24 ədədinin içərisində ağ rəngli kristal şəkilli psixotop maddə olan metamfetaminə bənzər maddə, 7 ədədinin içərilərində isə qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə aşkar olunmuşdur. Aşkar olunmuş əşyalar qablaşdırılaraq möhürlənmiş və götürülmüşdür (cild 01, i/v 13-14). “Əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi, götürülməsi və saxlanılan şəxsin üzərinin yoxlanılması haqqında” 14 avqust 2025-ci il tarixli protokola əlavə edilmiş 01 ədəd DVD diskə baxış keçirilən zaman müəyyən olunur ki, xx.xx.2025-ci il tarixdə saat 15:00-da əməliyyat-axtarış tədbiri zamanı polis əməkdaşları tərəfindən Yasamal rayonu, 7-ci Sallaqxana küçəsi 7 ünvanın yaxınlığında Təqsirləndirilən şəxs iştirakları ilə videoçəkiliş aparmaqla üstü yoxlanılarkən Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ağ rəngli salfet kağız büklünün içərisində 24 ədəd şəffaf sellofana bükülmüş bükümlərin içərisində ağ rəngli kristal şəkilli psixotop maddə olan metamfetaminə bənzər maddə, 7 ədəd şəffaf sellofana bükülmüş bükümlərin içərilərində isə qəhvəyi rəngli narkotik vastə heroinə bənzər kütlə və “Honor ” markalı mobil telefonun zərflərə qablaşdırılaraq möhürlənmiş vəziyyətdə olmuşdur. Əməliyyat-axtarış tədbiri zamanı aparılmış videoçəkiliş köçürülmüş disk və əməliyyat axtarış tədbiri zamanı toplanmış materialın baş əməliyyat müvəkkili Şahid1 tərəfindən 2 nəfər polis əməkdaşlarının, 1 nəfər qadın polis əməkdaşının, şübhəli şəxs Təqsirləndirilən şəxs iştirakı ilə videoçəkilişlə təqdim edilməsi, təqdim olunan DVD diskə baxış keçirilməsi, daha sonra qadın polis əməkdaşı tərəfindən Təqsirləndirilən şəxsnm üstünün yoxlanılması, onun üstündən heç bir əşya aşkar olunmaması barədə müvafiq protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır (cild 01, i/v 16-18). “Şübhəli şəxsin tutulması haqqında” 14 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 avqust 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, i/v 29). Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 15 avqust 2025-ci il tarixli, 6/2783 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar olunub-götürülmüş 24 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,728 qram, 0,764 qram, 0,748 qram, 0,640qram, 0,771 qram, 0,610 qram, 0,744qram, 0,697 qram, 0,825 qram, 0,732 qram, 0,800 qram, 1,714 qram, 0,722 qram, 0,732 qram, 0,671 qram, 0,818 qram, 0,709 qram, 0,817 qram, 0,669 qram, 0,813 qram, 0,784 qram, 0,690 qram, 0,673 qram, 0,727 qram ümumi təmiz çəkisi 18,598 qram ağ rəngli kristallik maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminidir. Digər 7 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,072 qram, 0,696 qram, 0,625 qram, 0,648 qram, 0,625 qram, 0,606 qram, 0,999 qram ümumi təmiz çəkisi 5,271 qram qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Ekspertiza tədqiqatına narkotik vasitə heroinin 0,14 qram çəkidə hissəsi sərf edilmiş, 5,131 qram çəkidə hissəsi qalıq qalmış, psixotrop maddəmetamfetaminin isə 0,24 qram çəkidə hissəsi sərf edilmiş, 18,358 qram çəkidə hissəsi isə qalıq qalmışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 65,0 manat təşkil edir (cild 01, i/v 43-47). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-639/2025 nömrəli, 16 avqust 2025-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 14 avqust 2025-ci il tarixdən hesablanmaqla 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 01, i/v 76- 80). Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, i/v 108). “Azercell MMC-dən ələ keçirilərək götürülmüş elektron məlumat daşıyıcısı olan CD formatlı diskin yaddaşına baxış keçirmə haqqında” 03 oktyabr 2025-ci il tarixli protokoldan görünür ki, CD formatlı diskdə olan 3 ədəd «SMS detallashmasi MSİSDN 709211606», «Mushteri zenglerinin detallashmasi MSİSDN 709211606» və «Zenglerin mexsusluq tarixcheleri MSİSDN ********* » adlanan fayllara baxış keçirlərkən ********* simkart nömrəsindən xx.xx.2025-ci il tarix saat 10:58:04-dən xx.xx.2025-ci il tarix saat 08:57:12-yə kimi olan müddət ərzində çıxan və daxil olan SMS məlumatlarına aid qeydlər alınması, ********* simkart nömrəsi istifadəçisi Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu ərazisində olması müəyyən olunmuşdur (cild 01, i/v 132). “Mobil telefona baxış keçirilməsi barədə” 27 oktyabr 2025-ci il tarixli protokola əlavə eilmiş 01 ədəd DVD diskə baxış keçirilən zaman müəyyən olunur ki, əməliyyat axtarış tərbiri zamanı xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs Elburus qızından götürülmüş 1 ədəd “Honor 400 Lite” markalı “**********96314” və “**********21030” İMEİ kodlu mobil telefon aparatına baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs Elburus qızının “Whatsapp” mobil tətbiqlərində istifadə etməsi və həmin tətbiqlərdə olan yazışmaların olması müəyyən edilmişdir. (+**********04), Fatimə bacı (+**********57), Sultan emi (+**********51), GSM nömrələri ilə narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması yəni narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq əldə olunması, alınması, satılması, saxlanılması, daşınması məqsədilə ünvan göndərməsi, eləcə də ünvan qəbul etməsi müşahidə olunur. Danışıqlarda Təqsirləndirilən şəxs tərəfindən ona göndərilmiş narkotik vasitə və psixotrop maddələrin bükümlər halında bölüb və məkanlara yerləşdirməsi ilə bağlı Fatimə bacı adlı və Sultan Emi adlı şəxslərə məlumat verilməsi, +99 499 *** ** ** və +99 *** *** ** **, GSM nömrələrinin istifadəçiləri ilə də narkotik vasitə və psixotrop maddələrin alqı- satqısı ilə məşğul olduğu müşahidə olunur (cild 01, i/v 133-134). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 şəxsin xx.xx.2025-ci il tarixli 6508 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür (cild 01, i/v 135-136). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Məhkəmə X4 X12 xx.xx.2025ci il tarixli 3648 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur, xroniki xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılq və ya sait xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs xasiyyətin isterik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs qərarda qeyd edilən əməli törədən zaman öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham elan olunun əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür (cild 01, i/v 137- 140). “Sübutların qiymətləndirilməsi və törədilmiş əməlin tövsif edilməsi haqqında” 18 noyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilmişdir. Eyni zamanda Yasamal RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbiri zamanı xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs saxlanılaraq üstü yoxlanılarkən aşkar olunaraq götürülmüş "Honor" markalı mobil telefonun yaddaşında narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı iş üçün əhəmiyyət kəsb edən məlumatlar olduğundan maddi sübut kimi tanınmış və saxlanılması üçün Yasamal Rayon Polis İdarəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirinin keçirilərkən saxlanılıb üstünün yoxlanılması və onlardan aşkar edilib götürülmüş əşyalara baxış keçirilməsi və onların götürülməsi zamanı aparılmış videogörüntüləri özündə əks etdirən 2 ədəd "DVD" formatlı disk, Təqsirləndirilən şəxsn üzərindən aşkar edilmiş mobil telfona baxış eçirlən zaman qeydə alınmış videogörüntüləri özündə əks etdirən "DVD" formatlı disk obyektiv həqiqəti əks etdirməklə iş üçün mühüm əhəmiyyət kəbs etdiyindən maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmışdır. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş üzərindən götürülmüş 24 ədəd bükümlərdə ayrı- ayrılıqda təmiz çəkiləri 0,728 qram, 0,764 qram, 0,748 qram, 0,640qram, 0,771 qram, 0,610 qram, 0,744qram, 0,697 qram, 0,825 qram, 0,732 qram, 0,800 qram, 1,714 qram, 0,722 qram, 0,732 qram, 0,671 qram, 0,818 qram, 0,709 qram, 0,817 qram, 0,669 qram, 0,813 qram, 0,784 qram, 0,690 qram, 0,673 qram, 0,727 qram ümumi təmiz çəkisi 18,598 qram psixotrop maddə metamfetamin və 7 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,072 qram, 0,696 qram, 0,625 qram, 0,648 qram, 0,625 qram, 0,606 qram, 0,999 qram ümumi təmiz çəkisi 5,271 qram narkotik vasitə heroin aşkar olunduğu yerə, vaxtına və digər xüsusiyyətlərinə görə iş üzrə maddi sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış, məhkəmə kimyəvi ekspertizası tədqiqatına psixotrop maddə-metamfetamin 0,24 qram çəkidə hissəsi sərf edildikdən sonra qalıq çəkisi 18,358 qram, narkotik vasitə heroinin 0,14 qram çəkidə hissəsi sərf edildikdən sonra qalıq çəkisi 5,131 qram çəkidə hissələri saxlanılması üçün Yasamal Rayon Polis İdarəsinin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. "Azərcell” MMC-dən istintaqa daxil olmuş, 1 ədəd CD disk elektron məlumat daşıyıcısında heç bir sübut əhəmiyyətli heç bir məlumat müəyyən olunmadığından iş üzrə maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarında saxlanılmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə psixotrop maddələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və psixotrop maddələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Qərarın 12-ci bəndində göstərilmişdir ki, CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi, külli miqdarda törədilməsi, habelə mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi nəzərdə tutulmuşdur. Cinayətin qeyd olunan tövsifedici əlamətlərlə törədilib-törədilməməsi məsələsi həll olunarkən “cinayətin təkrar törədilməsi”, “qabaqcadan əlbir olan bir qrup şəxs” və “mütəşəkkil dəstə” anlayışlarını təsbit edən CM-in 16, 34.2 və 34.3-cü maddələri ilə yanaşı, həmin cinayət-hüquqi kateqoriyaların, habelə cinayətin mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiyatelekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi əlamətinin təfsirinə həsr olunmuş, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (bundan sonra – Konstitusiya Məhkəməsi) müvafiq olaraq “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2021-ci il 25 yanvar tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 15 mart tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 6 may tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan “mütəşəkkil dəstə” anlayışının şərh edilməsi haqqında” 1999-cu il 20 aprel tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4 və 236-cı maddələrinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 14 iyul tarixli qərarlarında ifadə olunmuş hüquqi mövqelər rəhbər tutulmalıdır. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CMin 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3- 1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Yalnız CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroin təmiz halda 0,15 qramı xeyli miqdar, 2 qramı külli miqdar, 800 qramı xüsusilə külli miqdar, metamfetamin təmiz halda 0,15 qramı xeyli miqdar, 2 qramı külli miqdar, 400 qramı xüsusilə külli miqdar hesab olunur. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş narkotik vasitə heroinin ümumi təmiz çəkisi 5,271 qram, metamfetamin psixotrop maddəsinin ümumi təmiz çəkisi ilə 18,598 qram olmaqla «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin miqdarı külli miqdar həddindən dəfələrlə artıq miqdarda olmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini və külli miqdarda psixotrop maddə olan metafetamini əldə edib üzərində saxlayaraq daşıması ilə bağlı qeyd edir ki, təqsirləndirilən şəxsin əvvəlcədən İran İslam Respublikasının vətəndaşları ilə əlaqə saxlamaqla ona göndərilmiş ünvandan qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əldə edərək daşıması, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı mobil əlaqələri, qeyd olunan məzmunda kifayət qədər aydın sms yazışmaları, səsli mesajları, həmçinin yaşadığı binanın qarşısında saxlanılarkən üzərindən 24 büküm metamfetaminin və 7 büküm psixotrop maddənin aşkar edilməsi təqsirləndirilən şəxsin həmin narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə etməsinə, saxlamasına və daşımasına dəlalət edir. Məhkəmə Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət törətməsi ilə bağlı ittihamla əlaqədar qeyd edir ki, təqsirləndirilən şəxsin narkotik vasitəni və psixotrop maddəni İran İslam Respublikasının vətəndaşı olan “Sultan” adlı şəxs və “Fatimə” adlı qadın cinsindən olan şəxslə əvvəlcədən razılaşmaqla və onların vasitəsi ilə əldə etməsi, götürdüyü narkotik vasitələrin və psixotrop maddələrin Bakı şəhərinin ərazisində satışını həyata keçirməsi, başqa sözlə onlarla hərəkətinin ortaq nəticəyə yönəlməsi onların cinayəti qabaqcadan əlbir olan bir qrup şəxs halında törətmələrinə dəlalət edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli istintaq orqanı tərəfindən düzgün olaraq iştirakçılığa, yəni qabaqcadan əlbir olan bir qrup şəxs əlamətinə görə tövsif olunmuşdur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsinin, şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllər Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinə əsasən bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən və külli miqdarda törədilkdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.1 və 58.3-cü maddələrini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri rəhbər tutur. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, əməlindən peşman olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən, məhkəmə Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları, həmçinin aşkar edilmiş narkotik vasitənin və psixotrop maddənin növünü, çəkisini (miqdarını), cəzanı yüngülləşdirən halların olmasını və cəzanı ağırlaşdıran halın olmamasını, cəza təyini zamanı cəzanın fərdiləşdiriləşdirilməsini və cəza təyin edilmənin ümumi prinsiplərini, eləcə də Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən olunur. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 14 avqust 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 avqust 2025-ci il tarixli qərarı ilə barəsində həbsetmənin əvvəli 14 avqust 2025-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmə icraatı zamanı dəyişdirilməmişdir. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs kimi tutulduğu 14 avqust 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən salxanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs üzərindən götürülərək Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan 18,358 qram psixotrop maddə metamfetamin və 5,131 qram narkotik vasitə heroin məhv edilməli, 04 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə digər maddi sübut – Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Honor” markalı mobil telefon təqsirləndirilən şəxsə təhvil verilməsi məqsədilə onun yaxın qohumlarına qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyatına alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 65,0 manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 28 iş saatına görə 308 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 05 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 05 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli şübhəli şəxs kimi tutulduğu andan, yəni 14 avqust 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyatına alınsın. Cinayət işi üzrə maddi sübut – Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan 18,358 qram psixotrop maddə metamfetamin və 5,131 qram narkotik vasitə heroin məhv edilsin. Cinayət işi üzrə maddi sübut – Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Honor” markalı mobil telefon təqsirləndirilən şəxsə təhvil verilməsi məqsədilə onun yaxın qohumlarına qaytarılsın. Cinayət işi üzrə maddi sübut- 04 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 65,0 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 28 iş saatına görə 308 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 05 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Hafiz Kamranov Hakimlər Babək Pənahov Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(101)-2035/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2035/2025
23.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver