Məhkəmə qərarları › İş №1(101)-2037/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2037/2023

06.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2037/2023 06.11.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), X5 və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 3 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, 7 avqust 1970-ci il tarixdə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib daşımış və üzərində saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin satışını təşkil etmək məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan “Nadir” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında sonuncunun onun istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonun “WhatsApp” ani mesajlaşma proqramına edilmiş zənglərə uyğun olaraq Bakı şəhəri, Xəzər rayonu ərazisində müvafiq yerə qoyulmuş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan külli miqdarda, ümumilikdə tərkibində 8,8 qram narkotik vasitə olan ümumilikdə 220 ədəd “Methadone 40...Faran” əmtəə göstəricili tabletləri əldə edib daşıyaraq bir qismini üzərində, bir qismini isə kirayə yaşadığı mənzildə saxlamış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Azərbaycan Respublikası DİN-in Baş Narkotikiərlə Mübarizə İdarəsinə daxil olmuş əməliyyat məlumatı əsasında 15 may 2023-cü il tarixdə saat 20:20-də keçrilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Xətai rayonu, Babək prospekti ev 2345 ünvanın yaxınlığında saxlanılaraq ünvan 2erləşən DİN-in Baş Narkotikiərlə Mübarizə İdarəsinə gətirilək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində keçirilmiş şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli şalvarının sol yan cibindən Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan tərkibində külli miqdarda ümumilikdə 0,8 qram narkotik vasitə metadon olan 20 tablet və “Samsung” markalı “Galaxy A 21S+” modelli mobil telefon aşkar edilərək götürülmüş, bunun davamı olaraq həmin gün saat 23:45-də onun yaşadığı Xətai rayonu, Babək prospekti, ev 2345, mənzil 122 ünvanına müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə baxış keçirilərkən mənzilin mətbəxindəki taxta konstruksiyalı dolabda sellofan torbanın içərisindən tərkibində külli miqdarda ümumilikdə 8 qram narkotik vasitə metadon olan cəmi 200 tablet, ümumilikdə külli miqdarda tərkibində 8,8 qram (təqdim etdiyi 20 tabletin tərkibində ümumilikdə 0,8 qram, yaşadığı ünvanda aşkar olunmuş 200 tabletin tərkibində 8 qram) narkotik vasitə xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan “Methadone 40...Faran” əmtəə göstəricili 220 ədəd tabletlər və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 15 may 2023-cü il tarixdə saat 20:30 radələrində yaşadığı Bakı şəhəri, Xətai rayonu, Babək prospekti ev 2345-də olarkən qapı döyülmüş və qapını açdıqda 4 nəfər mülki geyimli şəxslər üstünə hücum çəkərək onu yerə yıxıb döyməyə başlamışlar. Sonra da yaşadığı evi axtarsalar da, qanunsuz əşya aşkar edilməmişdir. Həmin şəxslər ondan narkotik vasitələri təqdim etməyini tələb etmiş, o isə nə üzərində, nə də evində narkotik vasitə olmadığını bildirmişdir. Daha sonra evə qızı gəlmiş və polis əməkdaşları onların dedikləri ilə razılaşmasa, qızını da cinayət məsuliyyətinə cəlb edəcəklərini demişlər. O da məcbur olub üzərində narkotik vasitə olmasa da, polis əməkdaşları ilə razılaşmışdır. Bundan sonra onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirmişlər. Orada barəsində olan araşdırmaya xitam verilməsi üçün ondan 30.000 manat pul istəmişlər, o isə pulunun olmadığını bildirmişdir. Həmin gecə saat 1:00 radələrində onu yenidən yaşadığı evə gətirib baxış keçirmişlər. Onun qızını da cinayət məsuliyyətinə cəlb edəcəkləri ilə hədələdiklərindən polis əməkdaşlarının evinə yerləşdirdikləri narkotik vasitələrin ona məxsus olduğunu bildirmişdir. Müstəntiqə ifadə verərkən həqiqətləri danışsa da, müstəntiq onun dediklərini ifadəsinə yazmamışdır. Onu küçədə yox, yaşadığı evin içərisində saxlamışlar. İttiham aktında adı keçən “Nadir” adlı şəxsi tanımır. Polis əməkdaşları qızı ilə onu təhdid etdiklərindən məcbur olub onların dedikləri ilə razılaşmışdır. Əvvəllər narkotik vasitələrə görə məhkum olunmuşdur. Narkotik vasitələrdən əvvəllər istifadə etmişdir. Ona psixoloji və fiziki zor tətbiq etmişlər. Bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklə xəsarət yetirmişlər. Bakı İstintaq Təcridxanasına daxil olarkən üzərində xəsarət aşkar olunmuş, lakin o, saxlanılarkən döyülmədiyini bildirmişdir. İbtidai istintaq zamanı yazılan ifadəni oxumadan imzalamışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, əvvəllər Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə məhkum olunmuşdur. Uzun müddətdir ki, narkotik vasitə metadondan istifadə edir. Təxminən 6 aya yaxın müddətdir ki, narkotik vasitə metadonun satışı ilə məşğul olur. Narkotik vasitə metadonu tanımadığı İran İslam Respublikasının vətəndaşı Nadir adlı Arman təxəllüslü şəxsdən alır. 15 may 2023-cü il tarixdə saat 20:20-də Bakı şəhəri, Xətai rayonu, ünvan 3 ünvanın yaxınlığında piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim edərək qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirib xidməti vəsiqələrini göstərərək barəsində əməliyyat tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onu BNMİ-nin inzibati binasına dəvət etmişlər. Orada dəvət olunmuş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılmağa başlanmış, şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşya varsa təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra o, əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 20 ədəd narkotik vasitə metadonu təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış aparılarkən əynində olan həmin şalvarının sol yan cibindən 1 ədəd içərisində ***-***-**-** nar kart nömrəsi olan “Samsung” markalı “Galaxy A 21S” modelli mobil telefon və 2 manat pul aşkar olunaraq götürülmüşdür. Təqdim etdiyi narkotik vasitə metadon içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri o, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 ədəd “Samsung” markalı “Galaxy A 21S” modelli mobil telefon və 1 ədəd özünə aid şəxsiyyət vəsiqəsi izah verildikdən sonra götürülmüş, 2 manat pul isə ona geri qaytarılmışdır. Üzərindən başqa yaşadığı Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 2345, mənzil 122 ünvanında narkotik vasitə metadon olduğunu bildirmiş və həmin mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etməmişdir. Bundan sonra o, müdafiəçi və polis əməkdaşları ilə kirayə yaşadığı Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 2345, mənzil 122 ünvanında yerləşən mənzilinə getmişlər. O, müdafiəçi və polis əməkdaşları ilə birlikdə mənzilə daxil olduqdan sonra baxış keçirilməsinə başlanılmışdır. Mənzilə baxış zamanı o, yaşadığı mənzilin mətbəxindəki taxta konstruksiyalı dolabdan 1 ədəd sellofan torbanı onlara təqdim etmişdir. Həmin 1 ədəd torbanın içərisindən 1 ədəd elektron tərəzini və 200 ədəd narkotik vasitə olan metadonu təqdim etmişdir. Sonra həmin narkotik vasitə metadon və 1 ədəd elektron tərəzi qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri o, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. Üzərindən və yaşadığı ünvandan aşkar olunmuş narkotik vasitə metadonun özünə məxsus olduğunu bildirmişdir. Həmin narkotik vasitə metadonu hadisədən təxminən 10 gün əvvəl İran İslam Respublikasının vətəndaşı “Nadir” adlı Arman təxəllüslü şəxs Xəzər rayonu ərazisində tanımadığı əraziyə əvvəlcədən təyin edilmiş yerə qoyduraraq ona “WhatsApp” ani mesajlaşma proqramı vasitəsi ilə həmin məkanı göndərib orada sellofan torbada narkotik maddə metadon və elektron tərəzi olduğunu bildirmişdir. O, həmin qeyd olunan ünvana getdikdə həqiqətən də sellofan torbanın olduğunu görmüşdür. Həmin sellofan torbanı götürdükdən sonra onu yaşadığı evə gətirərək ailəsinin xəbəri olmadan mətbəxdəki dolabın içərisində gizlətmiş, 20 ədədini isə narkotik vasitələrdən müalicə olunan tanımadığı şəxslərə satmaq məqsədi ilə üzərində gəzdirmişdir. Bu qayda ilə Nadir adlı şəxslə bir neçə ay işləyib ona pulları göndərmişdir. Həmin pulların müqabilində ona müəyyən məbləğlərdə pullar qalmış, həmin pulları da öz şəxsi ehtiyaclarına xərcləmişdir. Başqa heç bir yerdə narkotik vasitə metadon saxlamamış, verilən sualları tam başa düşmüş, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilməmiş, yaşadığı mənzilə daha əvvəl baxış keçirilməmişdir (cild 1, iş vərəqə 142- 144). Həmin ifadənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini tam etiraf etmiş və işin faktiki hallarına uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsini mötəbər hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması ibtidai istintaq zamanı etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 15 may 2023-cü il tarixdə 7 avqust 1970-ci ildə Salyan rayonunda anadan olmuş, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 2345, mənzil 122 ünvanında kirayədə yaşayan Təqsirləndirilən şəxs mütəmadi olaraq Bakı şəhəri, Xətai rayonu ərazisində külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə əməliyyat tədbirlərinin keçirilməsi barədə onun tərəfindən qərar qəbul olunmuş və əməliyyat qrupu yaradılmışdır. Bundan sonra o, əməliyyat qrupunun üzvü Şahid2 ilə birlikdə məlumat əsasında 15 may 2023-cü il tarixdə saat 20:00 radələrində Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 2345 ünvanının yaxınlığına gəlmişlər. Həmin vaxt xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin orada olmasını görüb həmin şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs də Təqsirləndirilən şəxs kimi özünü təqdim etmişdir. Onlar Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu saxlamışlar və barəsində əməliyyat tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onu ünvan 2erləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirmişlər. Təqsirləndirilən şəxs barəsində araşdırma aparılması üçün Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısına təhvil vermişlər. X9 Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə onu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qeyri-qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sol yan cibindən 20 ədəd narkotik vasitə metadonu çıxarıb təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkcəsinin sol yan cibindən 2 manat pul və 1 ədəd mənzil açarı, əynindəki qara rəngli cins şalvarının sol yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefon aşkar olunaraq götürülmüş, daha sonra təqdim etdiyi narkotik vasitə metadon içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılıb DİN-in 7 saylı möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs üzərindən başqa yaşadığı Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 2345, mənzil 122 ünvanında da narkotik vasitə metadon olduğunu bildirmiş və həmin mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etməyərək ərizə ilə müraciət etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs, müdafiəçi və onlar onun kirayə yaşadığı Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 2345, mənzil 122 ünvanında yerləşən mənzilinə getmişlər. Təqsirləndirilən şəxs, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə mənzilə daxil olduqdan sonra baxış keçirilməsinə başlanılmış, mənzilə baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı mənzilin mətbəxindəki taxta konstruksiyalı dolabdan 1 ədəd sellofan torbanı çıxarıb təqdim etmişdir. Həmin 1 ədəd torbanın içərisindən 1 ədəd elektron tərəzi və 20 ədəd narkotik vasitə olan metadon aşkar olunmuşdur. Sonra həmin narkotik vasitə metadon və 1 ədəd elektron tərəzi qablaşdırılmış, möhürlənib imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitə metadonu təxminən 10 gün bundan əvvəl İran İslam Respublikasının vətəndaşı “Nadir” adlı şəxsdən “zakladka” vasitəsilə əldə etdiyini və satış məqsədilə saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs Xətai rayonu, Babək prospektində hərəkət edərkən saxlamışlar. Təqsirləndirilən şəxs BNMİ-nin inzibati binasına gətirərək üzərinə baxış keçirib sonra onun yaşadığı evə getmişlər. Oqtay Ağayevin yaşadığı evə baxış keçirilərkən ailə üzvləri evdə olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələri satarkən saxlaya bilməmişlər. Təqsirləndirilən şəxs barədə əməliyyat məlumatı narkotik vasitələrin satış məqsədilə üzərində gəzdirilməsi ilə bağlı olmuşdur. Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında saxlamışlar. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və psixoloji təsir göstərilməmişdir. Təqsirləndirilən şəxs qızını heç bir yerə çağırmamış, lakin sonuncu, Baş İdarəyə gəlib atasının saxlanılması ilə bağlı məlumat almaq istədikdə ona məlumat vermişdir. Təqsirləndirilən şəxs qızı həmin evdə yaşamaqdan qorxduğunu, tanımadığı şəxslərin onların yaşadığı evə yaxınlaşıb onlardan narkotik istəməyindən qorxduğunu bildirdikdə o, həmin şəxsə öz mobil nömrəsini vermiş, narkotik vasitə ilə bağlı kimsə həmin evə yaxınlaşsa, ona zəng edə biləcəyini bildirmişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmunundan görünür ki, o, Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir (cild 1, iş vərəqə 105-107). Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, hadisə baş verən gün saat 19:40 radələrində evə gələrkən yaşadığı mənzildən səs-küy gəldiyini eşitmiş və atasının evə dostlarını dəvət etdiyini zənn edib əsəbi halda evə daxil olduqda içəridə 3-4 nəfərin olduğunu və atasını mətbəxdə saxladıqlarını görmüşdür. Həmin şəxslərdən biri ona vəsiqəsini göstərib polis əməkdaşı olduğunu demiş və həmin an həyəcanlandığı üçün nə edəcəyini bilməmişdir. Bundan sonra üzərində olan mobil telefonu polis əməkdaşları götürmüşdürlər. Daha sonra isə polis əməkdaşlarından biri ona dərman vasitəsinə oxşayan həbləri göstərib yaşadıqları evdən aşkar olunduğunu bildirmişdir. O da polis əməkdaşına həmin həblərdən məlumatının olmadığını demişdir. Atası isə mətbəxdən yüksək səslə qorxmamağını bildirmişdir. Bütün polis əməkdaşları anidən onunla yüksək səslə danışdıqda o donub qalmışdır. Lakin Elmir adlı polis əməkdaşı digər polis əməkdaşlarına onunla nəzakətli davranmalarını demişdir. O həmin şəxslərə işə səhər gedib axşam gəldiyini bildirib həmin dərman həblərindən xəbəri olmadığını demişdir. Bundan sonra onlar atasını evdən apararkən qolunu qandalla bağladıqları üçün ayaqqabısını geyinərkən yıxılmış və bu vaxt o digər otaqdan gəlib heç olmasa ayaqqabısını geyinməyə icazə vermələrini polis əməkdaşlarından xahiş etmişdir. Elmir adlı polis əməkdaşı öz telefon nömrəsini ona vermişdir. Daha sonra o qardaşıyla birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə gəlmiş, oradan isə rəfiqəsigilin evinə getmişdir, çünki öz yaşadıqları evə getməyə qorxmuşdur. Ona görə ki, Polis əməkdaşları evə başqa şəxslərin də gələ biləciyini bildirmişdilər. Səhəri gün o rəfiqəsiylə evə gəldikdə evin daha dağınıq olduğunu və əşyaların yerinin dəyişdiyini görmüşdür. Bundan sonra o, Elmir adlı polis əməkdaşına zəng etdikdə onlar yaşadıqları evə yenidən baxış keçirdiklərini bildirmişdirlər.O evi səhmana salanda heç vaxt dərman həbləri tapmamışdır. O, işdən evə axşam saat 20:30 radələrində gəldiyi üçün atası axşamları onunla birlikdə evdə olurdu, lakin işdə olduğu müddətdə evdə olub-olmadığını bilmir. Atasının narkotik vasitələrdən istifadə etdiyindən xəbəri olmamışdır. O həyəcanlandığından polislərə etiraz etməyi fikirləşə bilməmişdir. Atası tutulandan bəri onunla danışmamışdır.O atası tutulduqdan sonra onun qanunsuz cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı heç bir dövlət orqanına şikayət etməmişdir. Polis əməkdaşlarının evlərinə gəlməklə qanunsuzluq edib-etmədiyini bilmədiyindən dövlət orqanlarına bu barədə şikayət etməyi fikirləşməmişdir. Polis əməkdaşları yaşadıqları evə gələn ağ rəngli “BMW” markalı avtomobilin sürücüsünün kim olduğunu soruşmuşlar, o da həmin şəxsi tanımadığını dedikdə onlar daha da hirslənmişdirlər. Polis əməkdaşları evdə olarkən heç bir sənəd tərtib etməmişdirlər. Yəqin ki, həmin şəxslər DİN-in BNMİ-nin əməkdaşları idi. Elmir adlı polis əməkdaşı ilə atasının məsuliyyətdən azad olması ilə bağlı danışmışlar, lakin razılaşa bilməmişdirlər. Elmir adlı polis əməkdaşı 20000 manatdan artıq məbləğin müqabilində atasının azad ediləcəyini bildirmişdir. Elmir adlı polis əməkdaşının ***-***-**-** saylı nömrəsinə zəng etmişdi. O Elmirlə 2 həftə yalnız “WhatsApp” vasitəsilə əlaqə saxlamışdır. Atası ilə polis əməkdaşlarının mətbəxdə nə danışdıqlarını eşitməmişdir. O “Elmir” adlı polis əməkdaşına atasının azad olunması üçün 5000 manat verə biləcəklərini demişdir. BNMİ-də atasını görməyinə şərait yaratmamışdılar. Dərman həblərinin atasına məxsus olub-olmadığını bilmir. Məhkəmə şahid qismində dindirilmiş Şahid3 məhkəmə istintaqı zamanı verdiyi ifadəsini atası olan Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadəsində polis əməkdaşlarının dedikləri ilə razılaşmasa, qızı Şahid3 də cinayət məsuliyyətinə cəlb edəcəklərini və yaşadığı evdə olarkən polis əməkdaşları tərəfindən tutulmasını təsdiq etmədiyindən, həmçinin şahid qismində dindirilmiş Şahid1 ifadəsi ilə təkzib edildiyindən və işin faktiki hallarına uyğun olmadığından mötəbər hesab etmir. Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə aparılması” haqqında 15 may 2023-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olmas, ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir.Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən 20 ədəd narkotik vasitə olan metadon həblərinə bənzər kütlələri təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan həmin qara rəngli şalvarın sol yan cibindən 1 içərisində ***-***-**-** simkart nömrəsi olan “Samsung” markalı mobil telefon, əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 2 manat pul və 1 ədəd açar aşkar olunmuşdur. Sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra aşkar olunmuş həmin kütlələr içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 ədəd “Samsung” markalı mobil telefon bu barədə sonuncuya izah verildikdən sonra götürülmüş,1 ədəd açar və 2 manat pul isə Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Nadir” adlı Arman təxəllüslü şəxsin vasitəsi ilə 10 gün əvvəl Bakı şəhəri Xəzər rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən satmaq və istifadə etmək məqsədi ilə 1700 manata əldə etdiyini, 1 ədədini 10 manata satdığını, həmçinin Bakı, şəhəri, Xətai rayonunda yaşadığı mənzildə narkotik maddə olduğunu, həmin mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir (cild 1, iş vərəqə 31-33). Cinayət işinin materiallarında olan “diskə baxış keçirilməsi haqqında” 17 may 2023cü il protokoldan görünür ki, həmin disk “DVD” formatlıdır, diskin üzərində “Verbatim markasına dair yazı və göstərici işarələri olan, disk açıldıqda içərisində 1 ədəd “mp4” formatlı görüntü vardır, həmin görüntüdə ünvan 2erləşən BNMİ-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması müəyyən edilir, belə ki, Təqsirləndirilən şəxs özünü təqdim etdi, onun yanında iki nəfər mülkü geyimli şəxs vardır, həmin şəxslərdən biri Baş Narkotiklərlə Mübarizə İdarəsini əməliyyat müvəkkili X7r, qarşı stulda isə 38 saylı vəkil Bürosunun vəkili X8 əyləşmişdir. Təqsirləndirilən şəxs Baş Narkotiklərlə Mübarizə idarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı Yelmar Vahabov əməliyyat tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edir. X9 Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə onu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah edir. Bundan sonra videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirməmişdən əvvəl üzərində qeyri-qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 2 list, yəni 20 ədəd narkotik vasitə üzərinə metadon 40 sözü yazılmış vasitəni təqdim edərək masanın üzərinə qoyur. Sonra üzərinə təhqiqatçı tərəfindən şəxsi axtarış aparılır, şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 2 manat pul və 1 ədəd mənzil açarı, əynində ki, qara rəngli cins şalvarının sol yan cibindən 1 ədəd içərisində ***- ***-**-** nar kart nömrəsi olan “Samsung” markalı mobil telefon aşkar olunaraq götürülür. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilmir. Daha sonra təqdim etdiyi narkotik vasitə metadon içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılır, DİN-in 7 saylı möhürü ilə möhürlənir və Təqsirləndirilən şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 ədəd “Samsung” markalı mobil telefon və 1 ədəd Təqsirləndirilən şəxs aid şəxsiyyət vəsiqəsi bu barədə izah verildikdən sonar götürülür. 2 manat pul isə geri qaytarılır. Üzərindən aşkar olunmuş narkotik vasitə metadonun özünə məxsus olduğunu bildirdi. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitə metadonu təxminən 10 gün bundan əvvəl İran İslam Respublikasının vətəndaşı “Nadir” adlı Arman təxəllüslü şəxsdən Xəzər rayonunda tanımadığı əraziyə əvvəlcədən təyin edilmiş yerə atdırmasını, həmin şəxsin onunla istifadəsində olan mobil telefonun “WhatsApp” ani mesajlaşma proqramı vasitəsi ilə həmin məkanı göndərib orada sellofan torbada narkotik vasitə metadon götürməsini, həmin metadonların bir ədədini 8 manat 50 qəpikdən aldığını ümumilkdə həmin narkotik vasitə metadon 1700 manat pul verdiyini bildirdi. Həmin narkotik vasitə metadonu həmin özü istifadə etdiyini həmdən narkotik vasitələrdən əziyyət çəkən şəxslərə 10 manata 1 ədədini satdığım bildirdi. Təqsirləndirilən şəxs üzərindən başqa yaşadığı Bakı şəhəri, Xətai rayonu, Babək prospekti ev 2345, mənzil 122 ünvanda narkotik vasitə metadon olduğunu bildirir. Həmin mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədi.Baxış zamanı bir ədəd “DVD” diskdə olan fayıla baxıldıqdan sonra qablaşdırılaraq möhürü ilə möhürlənmiş və iş üzrə mühüm sübut əhəmiyyəti kəsb etdiyindən cinayət işinə əlavə olunmuşdur (cild 1, iş vərəqə 55-56 ). Cinayət işinin materiallarında olan “mənzilə baxış keçirilməsi və götürmə haqqında” haqqında 15 may 2023-cü il tarixli protokoldan görünür ki, baxış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək sözü gedən mənzildə olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs mənzildə mətbəxdə olan taxta konstruksiyalı dolabın içərisindən 200 ədəd narkotik vasitə olan metadon həblərinə bənzər kütlələri və 1 ədəd elektron tərənizi təqdim etmişdir. Daha sonra həmin kütlələr və elektron tərəzi qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmişdir və üzəri şübhəli şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs yaşadığı mənzilin digər hissələrinə baxış keçirilmiş, narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq aşkar olunmuş kütlələrin və elektron tərəzinin özünə məxsus olduğunu, həmin kütlələri tanıdığı İran İslam Respublikasının vətəndaşı olan “Nadir” adlı, Arman təxəllüslü şəxsin vasitəsi ilə 10 gün əvvəl Bakı şəhəri, Xəzər rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən satmaq və istifadə etmək məqsədi ilə 1700 manata əldə etdiyini, və 1 ədədini 10 manata satdığını bildirmişdir (cild 1, iş vərəqə 37-38). Cinayət işinin materiallarında olan “diskə baxış keçirilməsi haqqında” 17 may 2023-cü il protokoldan görünür ki, baxış zamanı müəyyən edildi ki, həmin disk “DVD” formatlıdır, diskin üzərində “Verbatim markasına dair yazı və göstərici işarələri olan, disk açıldıqda içərisində bir ədəd “mp4” formatlı görüntü vardır, həmin görüntü Təqsirləndirilən şəxs kirayə yaşadığı Bakı şəhəri, Xətai rayonu, ünvan 5 ünvanda Təqsirləndirilən şəxs yanında müdafiəçisi 38 saylı vəkil Bürosunun vəkili X8 və bir nəfər mülkü geyimli şəxs vardır, həmin şəxs Baş Narkotiklərlə Mübarizə idarəsini əməliyyat müvəkkilidir. Təqsirləndirilən şəxs Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı, polis mayoru Yelmar Vahabovun sorğusundan sonra Təqsirləndirilən şəxs müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə mənzilin mətbəxtindəki taxta konstruksiyalı dolabdan 1 ədəd sellofan torbam təqdim etdi. Həmin 1 ədəd torbanın içərisindən 1 ədəd elektron tərəzi və 200 ədəd yəni 20 list narkotik vasitə olan metadonu aşkar olundu. Sonra həmin narkotik vasitə metadon və 1 ədəd elektron tərəzi qablaşdırıldı, DİN-in 7 saylı möhürü ilə möhürləndi və üzəri iştirakçılar, müdafiəçi, təhqiqatçı və Təqsirləndirilən şəxs tərəfində imzalandı. Sorğu zamanı yaşadığı ünvandan aşkar olunmuş narkotik vasitə metadonun özünə məxsus olduğunu, həmin narkotik vasitə metamdonu təxminən 10 gün bundan əvvəl İran İslam Respublikasının vətəndaşı Nadir adlı Arman təxəllüslü şəxsdən Xəzər rayonunda tanımadığı əraziyə əvvəlcədən təyin edilmiş yerə atdırmasını, həmin şəxsin onunla istifadəsində olan mobil telefonun “WhatsApp” ani mesajlaşma proqramı vasitəsi ilə həmin məkanı göndərib orada sellofan torbada narkotik vasitə metadonu götürməsini, həmin metadonların bir ədədini 8 manat 50 qəpikdən aldığım ümumilkdə həmin narkotik vasitə metadonlara 1700 manat pul verdiyini bildirdi. Həmin narkotik vasitə metadonu həm özü istifadə etdiyini həmdə narkotik vasitələrdən əziyyət çəkən şəxslərə 10 manata 1 ədədini satdığım bildirdi. Təqsirləndirilən şəxs kirayə yaşadığı yaşadığı Bakı şəhəri, Xətai rayonu, ünvan 6 ünvanın digər otaqlarına baxış keçirildi və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilmədi. Baxış zamanı bir ədəd “DVD” diskdə olan fayıla baxıldıqdan sonra qablaşdırılaraq möhürü ilə möhürləndi və iş üzrə mühüm sübut əhəmiyyəti kəsb etdiyindən qablaşdırılaraq cinayət işinə əlavə olundu (cild 1, iş vərəqə 57-58). Cinayət işinin materiallarında olan “mobil telefonda olan məlumatlara baxış keçirilməsi haqqında” 17 may 2023-cü il tarixli protokoldan görünür ki, İstintaqa təqdim olunan 1 ədəd “Samsung" markalı Galaxy A 21S modelli sensorlu telefonlardır. “Samsung” markalı Galaxy A 21S modelli mobil telefonun korpusunun arxa hissəsinin ümumi rəngi qara, Samsung sözü yazılmış, ekran hissəsi qara rənglidir, ekran hissədə ön kamera və qulaqlıq yerləşir, telefonun arxa hissəsinin kamera qurğusu vardır, telefonun istehsal bütövlüyünün pozulması müşahidə olunmur, telefonun arxa hissəsində olan boyanın yeyilməsi müşahidə olunur. Mobil telefon yaşıl rəngli qobura keçdimişdir.Baxış zamanı “Samsung” markalı Galaxy A 21S modelli mobil telefon aparatının sağ hissəsində yerləşən düyməcik vasitəsi ilə onu işlək vəziyyətə gətirib telefona baxış zamanı mobil telefonun üzərində olan ***-***-**-** mobil nömrə ilə +98 903 *** **** mobil nömrə arasında 15 may 2023-cü il tarixindən 15 may 2023-cü il tarixədək “WhatsApp” mobil tətbiqində istifadə edilən sms və səs yazılarını, “Galereya” bölməsində olan şəkillər baxış keçrilən zaman müəyyən edildi ki, onların arasında sms və səs yazışmaları vardır. Həmin səs və sms yazışmaların foto şəkilləri 1 ədəd CD diskə köçrülərək protokola əlavə edilmişdir.Həmin şəxslərin arasında olan səs yazılarında +98 903 *** **** mobil nömrənin sahibi Təqsirləndirilən şəxs 3 iyul 2023-cü il tarixdə saat 23:52-də səs ismarıcı göndərərək bildirir ki, salam ürəyim, qardaşım necəsən, yaxşısan qadan alaram sənin dayı, dayı mənə bir cavab veree salamatçılıqdı ürəyim qurban. Bundan başqa +98 903 *** **** mobil nömrənin sahibi ilə Təqsirləndirilən şəxs arasında 15 may 2023-cü il tarixdə saat 19:37-də sms yazışmaları vardır ki, Arman adı ilə qeyd olunmuş şəxs Təqsirləndirilən şəxs salam qardaş necəsən salamatçılıqdı yazıb, Təqsirləndirilən şəxs ona sağol qardaş emim oğlu rəhmətə ketdi sabah yığacam səni yazır. Arman allah rəhmət eləsin, yaxşı dayı yazır. Həmin günü saat 20:18-də Arman yenidən qadan alım, sən nətərsən, danışa danışa bilsən yığım deyir, qarşı tərəf şükür yazır.Baxış zamanı Təqsirləndirilən şəxs ***-***-**-** mobil nömrənin ona məxsus olduğunu, həmin mobil nömrənin “WhatsApp” ani mesajlaşma proqramı vasitəsi ilə +98 903 *** **** mobil nömrə ilə danışarkən həmin səs yazısının Nadir kimi tanıdığı Arman təxəllüslü şəxs olduğunu və narkotik vasitə metadon alması məzmunda əlaqə saxladığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs mobil telefonuna baxış keçrilən zaman Abzər adı ilə qeyd olunmuş +98 930 899 2929, Cavid adı ilə qeyd olunmuş +98 938 *** **** və +98 938 *** **** mobil nömrələr aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin mobil nömrələrin sahibi ilə narkotik vasitə metadona görə əlaqə saxladığını bildirdi (cild 1, iş vərəqə 60-62). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 may 2023-cü il tarixli, 6/2821 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi və yaşadığı ünvandan aşkar edilmiş ümumilikdə 220 ədəd tabletin tərkibində ümumilikdə 8,8 qram (təqdim etdiyi 20 tabletin tərkibində ümumilikdə 0,8 qram, yaşadığı ünvandan aşkar olunmuş 200 tabletin tərkibində ümumilikdə 8 qram) narkotik vasitə metadon maddəsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi və yaşadığı ünvanda aşkar edilmiş “Methadone 40... Faran” əmtəə göstəricili tabletlər kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edir. X3 yaşadığı ünvandan aşkar edilmiş elektron tərəzinin üzərində nəzarətdə olan maddələrə məxsus izlər müəyyən edilməmişdir. (Qeyd: metadon ümumi 220 tablet, tədqiqata sərf edildi 15 tablet, qalıq 205 tablet, cild 1, iş vərəqə 45-49). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X14 Şəxsi Ambulator X1 25 iyul 2023-cü il tarixli 4716 nömrəli rəyində göstərilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqə 114-115). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının 6 oktyabr 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 18 may 2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmiş və ilkin tibbi müayinədən keçirilərkən bədəninə baxış keçirən zaman xəsarət aşkar olunmamışdır (cild 2). Cinayət işinin materiallarında olan “sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” 19 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 220 tabletdə tərkibində təmiz çəkisi 8,8 qram olan narkotik vasitə metadon və “Samsung” markalı “Galaxy A 21S+” modelli mobil telefon maddi sübut kimi tanınmış, tədqiqatlardan sonra qalan narkotik vasitə metadon 205 tablet saxlanılmasından ötrü Bakı şəhəri Xətai RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir (cild 1, iş vərəqə 116-124). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən və hökmü surətindən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs 14 dekabr 2007-ci il tarixdə Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 32.5,318.1, 32.5,206.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli Aminstiya qərarına əsasən cəzasının qalan hissəsindən azad edilmişdir (cild 1, iş vərəqə 92-100). Cinayət işinin materiallarında olan Bakı şəhəri Xətai rayon məhkəməsinin 15 may 2023-cü il tarixli 5(011)-322/2023 nömrəli qərarı ilə əməliyyat-axtarış tədbirlərinin aparılması barədə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş və Daxili işlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi İslam Hümbətov tərəfindən təsdiq edilmiş 15 may 2023-cü il tarixli qərar qanuni hesab edilmişdir (cild 1, iş vərəqə 109-111). Təqsirləndirilən şəxs törətdiyi həmin cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2, 15.3 və 15.4-cü maddələrinin tələblərinə görə “böyük ictimai təhlükə törətməyən”, “az ağır” və “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinin tələbinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 6 il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin tələbinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər ağır cinayət törətməyə görə məhkum olunmuş və vaxtından əvvəl cəza çəkməkdən azad edildikdən 6 il keçdikdən sonra hazırkı cinayəti törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4 və 83.4-cü maddələrinin tələblərinə əsasən məhkumluğu ödənilmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X14 Şəxsi Ambulator X1 25 iyul 2023-cü il tarixli 4716 nömrəli rəyində görünür ki, Təqsirləndirilən şəxs İİ dərəcəli əlildir (cild 1, iş vərəqə 114-115). Məhkəmə Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən digər hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15 may 2023-cü il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 22). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Həmin normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 15 may 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 110 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhər Xətai RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra qalıq qalmış 205 tablet narkotik vasitə metadon və 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, -2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 15 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 110 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhər Xətai RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra qalıq qalmış 205 tablet narkotik vasitə metadon və 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, -2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar