Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-204/2020 30.01.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin böyük prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Allahmanov Şöhrət Nəbi oğlunun iştirakları ilə xx xxx 1979-cu il tarixdə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmayan, İİ qrup əlil, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmə barədə 2019-cu ilin mart ayında Salyan rayonunda şəxsiyyətləri istintaqla müəyyən edilməmiş bir qrup şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq xx xxxxx 2019-cu il tarixdə istintaqla müəyyən edilməmiş nəqliyyat vasitəsi ilə Biləsuvar rayonuna gedərək qabaqcadan əlbir olduğu cinayətkar qrupun istintaqla müəyyən edilməmiş üzvü tərəfindən İran İslam Respublikası istiqamətindən Azərbaycan Respublikasına istintaqla müəyyən edilməmiş şəraitdə qaçaqmalçılıq yolu ilə keçirilərək İran İslam Respublikası ilə Azərbaycan Respublikasının sərhəd xəttinin yaxınlığında yerləşən Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunun yaxınlığında, həmin posta gedən yolun sağ hissəsində olan üçbucaq şəkilli yol nişanın altında gizlədilmiş yerdən 01 ədəd polietilen bağlamada, külli miqdar təşkil edən təmiz çəkisi 1050,2 qram kustar üsulla hazırlanmış narkotik vasitə - heroini həmin tarixdə satış məqsədi ilə qəsdən qanunsuz olaraq əldə etmiş, istintaqla müəyyən edilməmiş nəqliyyat vasitəsi ilə daşıyaraq yaşadığı Salyan rayonu, Stansiya qəsəbəsində su kanalının yaxınlığında olan ağacların arasında gizlətməklə saxlamış, cinayətkar qrupun şəxsiyyəti istintaqla müəyyən edilməmiş üzvündən əldə edəcəyi 1000 manat məbləğində pul müqabilində xx xxxxx 2019-cu il tarixdə həmin narkotik vasitəni gizlətdiyi yerdən götürərək istintaqla müəyyən edilməmiş nəqliyyat vasitəsi ilə daşıyaraq Bakı şəhərinə gətirmiş, həmin gün sat 20:10 radələrində Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi küçəsində yerləşən “Baku Mail” ticarət mərkəzinin qarşısında şərti alıcı qismində cəlb edilmiş gömrük əməkdaşına satmaq istəyərkən saxlanılmış və Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin inzibati binasında keçirilmiş baxış zamanı üzərində “Effulgence” sözləri yazılmış 01 ədəd sellofan torbanın daxilindən 01 ədəd şəffaf rəngli sellofan torbada həmin narkotik vasitə aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 5-x xxxx 2019-cu il tarixdə Salyan şəhərində yerləşən “Ay İşığı” marketində təsadüfən İlyas adlı İran İslam Respublikası vətəndaşı ilə tanış olaraq onunla bir neçə dəqiqə söhbət etmişlər. Sonra İlyas onun mobil telefon nömrəsini istəmiş və o, İlyasa öz mobil nömrəsini vermişdir. Bundan bir həftədən sonra İlyas onun şəxsi istifadəsində olan +**********20 nömrəyə zəng etmiş və onlar yenidən söhbətləşmiş, söhbət zamanı İlyas ondan maddi vəziyyəti barədə soruşmuşdur. Həmin söhbətdən sonra İlyas onunla bir neçə dəfə yenə də telefonla əlaqə saxlamış və ondan pul qazanmaq istədiyini soruşmuş, onun da maddi vəziyyəti yaxşı olmadığından o da İlyasa pul qazanmaq istəyini bildirmişdir. Bundan sonra İlyas ona qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycan Respublikası gömrük sərhədindən narkotik vasitə olan heroin keçiriləndən sonra, onunla əlaqə saxlayacağını və o həmin narkotik vasitə olan heroini təyin edilmiş yerdən götürüb başqa şəxsə çatdıracağını və bunun müqabilində ona İlyas pul verəcəyini bildirmişdir. Bu söhbətdən sonra İlyas onunla mütəmadi olaraq əlaqə saxlamış və xx xxxxx 2019-cu il tarixdə yenidən onunla əlaqə saxlayaraq, sabah ona yenidən zəng edəcəyini və iş barədə bütün məlumatları ona verəcəyini bildirmişdir. xx xxxxx 2019- cu il tarixdə səhər saat 10 radələrində İlyas yenidən onunla əlaqə saxlamış və təxminən bir saatdan sonra İran İslam Respublikasından ona məlum olmayan bir şəxsin vasitəsi ilə gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik vasitə olan heroini keçirilərək, müəyyən etdiyi yerdə onu qoyacağını və o, həmin narkotik vasitə heroini oradan götürüb ona məlum olmayan şəxsə çatdıracağını, bunun müqabilində ona 1000 manat pul verəcəyini bildirmişdir. Aradan bir saat keçdikdən sonra İlyas onunla yenə əlaqə saxlamış, onun gömrük postuna çatıb-çatmadığını soruşmuş, narkotik vasitə olan heroini Biləsuvar gömrük postuna çatmamış yolun sağında yerləşən üçbucaq şəklində olan yol nişanın altına qoyulduğunu bildirmişdir. Bundan sonra o, həmin deyilən yerə getmiş, orada İlyasın dediyi bir ədəd sellofan paketə qoyulmuş bir kiloqram çəkidə olan narkotik vasitə heroini oradan götürmüşdür. O, həmin heroini oradan götürdükdən sonra İlyasla əlaqə saxlamış, İlyas ona həmin sellafon paketdə olan heroini özündə saxlamasını və özü ona zəng edəcəyini bildirmişdir. Bundan sonra o, taksiyə oturub Salyan rayonuna qayıtmış, həmin bir ədəd sellofan paketin içində olan heroini Salyan rayonu, Stansiya qəsəbəsində yerləşən su kanalının yanında ağacların arasında gizlədib evinə getmişdir. xx xxxxx 2019-cu il tarixdə, səhər saat 09:30 radələrində İlyas onunla yenə əlaqə saxlamış, +**********20 mobil nömrəsinə heroini ondan alan şəxsin bu gün ona zəng edəcəyini və o, həmin şəxslə Bakı şəhərində görüşərək narkotiki ona verəcəyini bildirmişdir. O, İlyasla razılaşmış, bu zəngdən 30 dəqiqə keçdikdən sonra narkotiki ondan almaq istəyən Rəşad adlı şəxs onunla əlaqə saxlamış, Salyandan Bakı şəhərinə çatmamışdan onunla telefon əlaqəsi saxlamasını bildirmişdir. xx xxxxx 2019-cu il tarixdə günorta saat 13 radələrində o, ailəsi ilə birgə Salyan şəhərində yerləşən Avtovoqzala gəlmiş, oradan taksiyə oturaraq Bakı şəhərinə yola düşmüşdür. O, Bakı şəhərinə çatmağına az qalmış Rəşad adlı şəxslə telefon əlaqəsi saxlamış, o da ona 20 yanvar metrosunun yaxınlığında bir yerdə görüşməsini bildirmişdir. Bundan sonra o, ailə üzvlərini Həzi Aslanov metrosu yaxınlığında yaşayan bacısının evinə düşürüb, Rəşadla yenidən telefon əlaqəsi saxlamışdır. Bu dəfə Rəşad ona təyin edilmiş həmin yerə yox, “Qələbə” dairəsinin yaxınlığında yerləşən “Baku Mail” ticarət mərkəzinin qarşısına gəlməsini bildirmişdir. O, axşam saat 20 radələrində “Qələbə” dairəsinin yaxınlığında yerləşən “Baku Mail” ticarət mərkəzinin qarşısına getmiş, “Baku Mall”-un qarşısında olarkən o yenə Rəşada mobil nömrəsindən zəng edərək deyilən ərazidə olduğunu bildirmişdir. Rəşadda nömrə nişanın son rəqəmi “901” olan “Mitsubishi” markalı minik avtomobilinə yaxınlaşmağını və qapını açaraq avtomobilə əyləşməsini bildirmiş, o da həmin avtomobilə yaxınlaşaraq qapını açaraq avtomobildə əyləşmişdir. O, avtomobildə Rəşadla görüşərək əynində olan gödəkcəsinin sol qolunun içərisində gizlədərək gətirdiyi tünd rəngli sellofan torbanın içərisində təqribən çəkisi 1 kiloqram olan narkotik vasitə heroini ona Bu zaman həmin minik avtomobilində olan mülki geyimli şəxslər özlərini təqdim edərək onu araşdırma aparmaq məqsədilə Əməliyyat-İstintaq Baş İdarəsinin inzibati binasına aparmışlar. Bundan sonra ondan aşkar edilərək götürülmüş tünd rəngli sellofan torbada olan narkotik vasitə heroin elektron tərəzidə çəkilərək çəkisinin 1063 qram olduğu məlum olmuşdur. Bununla bağlı protokol tərtib edilmiş, iştirakçılar tərəfindən həmin protokol imzalanmışdır. Hazırda törətdiyi cinayət əməlindən çox peşmandır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, xx xxxxx 2019cu il tarixdə, saat 20:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospektində olduğu vaxt adını xatırlamadığı gömrük xidməti əməkdaşı ona yaxınlaşaraq keçiriləcək baxışda hal şahidi qismində iştirak etməyi ona təklif etmişdir. O da vətəndaşlıq borcunu yerinə yetirərək keçiriləcək baxışda hal şahidi qismində iştirak etməyə öz razılığını vermişdir. Bundan sonra onun, digər hal şahidi, gömrük xidməti əməkdaşlarının və əvvəllər tanımadığı, anket məlumatları ona sonradan bəlli olan Təqsirləndirilən şəxs iştirakı ilə sonuncudan aşkar edilərək götürülmüş 1 ədəd sellofan torbaya baxış keçirilmişdir. Baxış zamanı üzərində “Effulgence Roses” sözləri yazılmış 1 ədəd sellofan torbanın içərisində olan 1 ədəd şəffaf rəngli sellofan torbanın daxilində spesifik qoxuya malik, açıq qəhvəyi rəngli narkotik vasitə heroinə oxşar maddənin olduğu müəyyən edilmişdir. Daha sonra aşkar edilmiş narkotik vasitə heroinə oxşar maddə “QuickS” markalı elektron tərəzi ilə çəkildikdən sonra qablaşdırma ilə birlikdə ümumi təqribi çəkisinin 1063 (bir min altmış üç) qram olduğu müəyyən edilmişdir. Bununla bağlı protokol tərtib edilmiş, sonra qeyd edilən protokolla tanış olub düzgün tərtib edilməsini öz imzaları ilə təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 da Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiklərini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi Əməliyyat idarəsinin narkotiklərlə mübarizə şöbəsinin baş əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərdi ki, Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin X2 İslam Respublikasından Azərbaycan Respublikasına “İlyas” adlı şəxs tərəfindən qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gətirilməsi, saxlanılması, daşınması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. 2019-cu ilin aprel ayın əvvəllərində İran İslam Respublikası vətəndaşı “İlyas” adlı şəxs əməliyyat imkanlarından istifadə etməklə onunla əlaqə saxlayaraq onda satmaq üçün 1 kiloqram heroin narkotik vasitəsinin olduğunu demiş və həmin narkotik vasitəni 22000 manat müqabilində almağı ona təklif etmişdir. Danışıqları zamanı İlyas adlı şəxs qeyd edilən narkotik vasitənin onun tərəfindən qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçiriləcəyini və həmin narkotik vasitəni almaq istədiyi təqdirdə Azərbaycan Respublikasının ərazisində “Rüfət” adlı şəxs vasitəsi ilə ona satılacağını demişdir. O da “İlyas” adlı şəxsə onun bu təklifi ilə razı olduğunu demiş, lakin “İlyas” adlı şəxs İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə dəqiq olaraq hansı tarixdə narkotik vasitənin keçiriləcəyi barədə ona bir söz deməmişdir. Eləcə də həmin narkotik vasitənin dəqiq olaraq nə vaxt Azərbaycan Respublikasının ərazisinə keçiriləcəyi barədə onlarda da əməliyyat məlumatı olmamışıdır. “İlyas” adlı şəxs bu barədə məlumatı “Rüfət” adlı şəxsin özünün ona məlumat verəcəyini demişdir. Bundan sonra “İlyas” adlı şəxs qeyd edilən narkotik vasitəni götürmək üçün ya “Rüfət” adlı şəxslə əlaqə saxlamalı olacağını, ya da “Rüfət” adlı şəxsin özünün onunla əlaqə saxlayacağını və “Rüfət” adlı şəxsin +**********20 mobil nömrədən istifadə etdiyini ona demişdir. Daha sonra x xxxxx 2019-cu il tarixdən istifadəsində olan +**********47 mobil nömrə ilə narkotik vasitəni ona satacaq, tam anket məlumatları ona sonradan bəlli olan Təqsirləndirilən şəxs istifadəsində olan +**********20 mobil nömrə ilə bir-biriləri ilə əlaqə saxlamağa başlamışlar. xx xxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs onunla əlaqə saxlamış və bildirmişdir ki, sözügedən narkotik vasitə olan heroin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına artıq keçirilmiş və hal hazırda həmin narkotik vasitə ondadır. xx xxxxx 2019-cu il tarixdə Rüfət yenidən onunla əlaqə saxlayaraq bildirmişdir ki, sabah yəni xx xxxxx 2019-cu il tarixdə Salyan şəhərindən Bakı şəhərinə gələcək və onda olan narkotik vasitə - heroini ona təhvil verəcəkdir. xx xxxxx 2019-cu il tarixdə saat 16 radələrində Rüfət onunla əlaqə saxlayaraq bildirmişdir ki, Salyan şəhərindən Bakıya yola düşmüşdür. Bununla bağlı qeydə alınmış əməliyyat işi üzrə xx xxxxx 2019-cu il tarixdə əməliyyat qrupunun yaradılması və əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərara əsasən qeyd edilən narkotik vasitənin “Rüfət” adlı şəxsdən alınmasında “Rəşad” adı ilə şərti alıcı qismində çıxış etməyi qərara alınmışdır. xx xxxxx 2019-cu il tarixdə “Rüfət” adlı şəxs Bakıya çatarkən ona yenə zəng etmişdir. Onlar görüş yerini ilk öncə “20 Yanvar” metrostansiyası yaxınlığında təyin etsələr də, daha sonra “Qələbə” dairəsinin yaxınlığında yerləşən “Baku Mail” ticarət mərkəzinin qarşısına təyin etmişlər. xx xxxxx 2019-cu il tarixdə, saat 20:10 radələrində Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində yerləşən “Baku Mail” ticarət mərkəzinin qarşısında idarə etdiyi **- XX-*** dövlət nömrə nişanlı “Mitsubishi” markalı minik avtomobilini saxlamış və şəxsiyyəti sonradan ona bəlli olan Təqsirləndirilən şəxs ilə orada görüşmüşdür. Təqsirləndirilən şəxs onun idarə etdiyi nəqliyyat vasitəsinin qabaq oturacağına əyləşmiş və üzərində olan gödəkcəsinin sol qolundan bir ədəd sellofan paketdə narkotik vasitə olan heroini ona göstərmişdir. Həmin anda o, əl ilə işarə vermiş və əməliyyat qrupunun digər üzvləri Şahid4 və Şahid2 Xaliq oğlu Təqsirləndirilən şəxs yaxınlaşıb xidməti vəsiqələrini göstərərək özlərini təqdim etmişlər. Daha sonra Təqsirləndirilən şəxs bir ədəd sellofan torbada olan predmetə baxış keçirilməsi üçün Dövlət Gömrük Komitəsinin Əməliyyat İdarəsinə dəvət edilmişdir. Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin inzibati binasında bir ədəd sellofan torbanın daxilinə hal şahidlərinin iştirakı ilə baxış keçirilmiş və baxış zamanı üzərində “Effulgence Roses” sözləri yazılmış bir ədəd sellofan torbanın içərisində olan bir ədəd şəffaf rəngli sellofan torbanın daxilində spesifik qoxuya malik, açıq qəhvəyi rəngli narkotik vasitə heroinə oxşar maddənin olduğu müəyyən edilmişdir. Sonra aşkar edilmiş narkotik vasitə heroinə oxşar maddə «QuickS» markalı elektron tərəzi ilə çəkildikdən sonra qablaşdırma ilə birlikdə ümumi təqribi çəkisinin 1063 (bir min altmış üç) qram olduğu müəyyən edilmişdir. Bununla bağlı protokol tərtib edilmiş, sonra iştirakçılar qeyd edilən protokolla tanış olub düzgün tərtib edilməsini öz imzaları ilə təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Dövlət Gömrük Komitəsinin Əməliyyatistintaq Baş İdarəsinin narkotiklərlə mübarizə şöbəsinin əməliyyat müvəkkili Şahid4, Dövlət Gömrük Komitəsinin Əməliyyat-istintaq Baş İdarəsinin narkotiklərlə mübarizə şöbəsinin rəisi Şahid5 oğlu, Dövlət Gömrük Komitəsinin Əməliyyat-istintaq Baş İdarəsinin əməliyyat axtarış şöbəsinin böyük əməliyyat müvəkkili Şahid2 Xalıq oğlu da Şahid3 ilə eyni məzmunlu ifadələr verərək onun ifadəsində göstərdiklərini təsdiq etmişlər. İş materiallarında olan xx xxxxx 2019-cu il tarixli “Baxış keçirilməsi və götürülməyə dair” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində “Effulgence Roses” sözləri yazılmış bir ədəd sellofan torbanın daxilindən bir ədəd şəffaf rəngli sellofan torbada qablaşdırılmış spesifik qoxuya malik, açıq qəhvəyi rəngli narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. (iş vərəqə 10-11). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxx 2019-cu il tarixli 10579 saylı rəyində göstərilir ki, tədqiqata təqdim olunmuş üzərində DGK-ya məxsus 000138 N°-li polietilen paketdəki 01 ədəd polietilen bağlamadakı təmiz çəkisi 1050.2 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (iş vərəqə 41-43) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2019-cu il tarixli 1829 saylı məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Təqsirləndirilən şəxs İİ qrup əlil olması ilə əlaqədar olaraq ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyil. (iş vərəqə 156-157) İş materiallarında olan xx xxx 2019-cu il tarixli “Narkotik vasitənin maddi sübut kimi tanınması haqqında” qərardan görünür ki, xx xxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 1050,2 qram, aparılmış tədqiqatlardan sonra ümumi qalıq çəkisi 1050,1 qram olan heroin narkotik vasitəsi törədilmiş cinayətin predmeti olduğundan iş üzrə maddi sübut kimi tanınmışdır. (iş vərəqə 70-71) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2019-cu il tarixli, 5266 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən xəstəxanada müalicədə olmamışdır. (iş vərəqə 115) İş materiallarında olan xx xxxxx 2019-cu il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung” markalı, “Galaxy J2 Pro” modelli telefonun adlar bölməsinə baxış keçirilərkən əlifba sırası ilə bir neçə şəxsin adının və telefon nömrələrinin qeydə alındığı müəyyən edilmiş, Təqsirləndirilən şəxs izahatında qeyd etdiyi İran İslam Respublikası vətəndaşı İlyas adlı şəxsə aid olan **********8106, **********5903, +**********81 nömrələri aşkar edilmiş, telefonun “Whatsap Messenger” mesajlaşma proqramına baxış keçirilərkən, İran İslam Respublikası vətəndaşı İlyas adlı şəxsə aid +**********75 mobil nömrəsi ilə xx.xx.2019-cu il tarixdə 8 dəfə, xx.xx.2019-cu il tarixdə 2 dəfə, xx.xx.2019-cu il tarixdə 1 dəfə, xx.xx.2019-cu il tarixdə 4 dəfə danışdığı, həmçinin İlyasın ona xx.xx.2019-cu il tarixdə 1 ədəd fotoşəkil göndərdiyi, xx.xx.2019-cu il tarixdə “qaqa zang elə” yazdığı, xx.xx.2019-cu il tarixdə “Polad **********” Mehredad irani uz adın hajı vusal” yazdığı müəyyən edilmişdir. (iş vərəqə 37) Məhkəmə işdə toplanmış hüquqi sənədləri, ekspert rəylərini, təqsirləndirilən şəxsin, eləcə də şahidlərin ifadələrini tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun x xxxx 2016-cı il tarixli 10 nömrəli qərarının birinci bəndinin ikinci abzasında qeyd edilir ki, nəzərə alınmalıdır ki, malların və digər əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi qaydaları Azərbaycan Respublikasının Gömrük Məcəlləsi və bu sahəyə aid digər normativ-hüquqi aktlarla tənzimlənir. Buna görə, şəxs tərəfindən malların və ya digər əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi əməlləri o halda qaçaqmalçılıq cinayəti hesab edilir ki, təqsirkar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-ci maddəsində sadalanan, cinayətin obyektiv cəhətini təşkil edən və bu məcəllədə nəzərdə tutulmuş qaydalara zidd olan hərəkətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş olsun. X3 13-cü bəndinə əsasən, şəxs Azərbaycan Respublikasının gömrük sərhədindən CM-nin 206.2-ci maddəsində sadalanan əşyaların qeyri-qanuni yolla keçirilməsi ilə yanaşı narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən, zəhərli, zəhərləyici, partlayıcı maddələr və qurğular, radioaktiv maddələr, odlu silah, döyüş sursatı (yivsiz ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, onların hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların qeyri-qanuni dövriyyəsi ilə bağlı cinayət əməlləri törətdiyi halda, bunun üçün əsasların olması şərti ilə təqsirkar şəxsin hərəkətləri cinayətlərin məcmusu ilə - CMnin 206-cı maddəsi və həmin Məcəllədə qeyd olunmuş əşyaların qanunsuz dövriyyəsinə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə (məsələn, CM-nin 228, 234, 240-cı və sair) tövsif olunmalıdır. Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilmiş narkotik vasitələrin və psixotrop maddələrin miqdarı şəxsi istehlak miqdarından az miqdarda olduqda da təqsirkarın əməli CM-nin 206.2-ci maddəsi ilə tövsif edilməlidir ona görə ki, ümumiyyətlə gömrük sərhədindən qanunsuz keçirilən, CM-nin 206.2-ci maddəsində sadalanan əşyaların həcmi, miqdarı və dəyəri bu cinayət tərkibinin mütləq əlaməti deyil. X3 19-cu bəndinə əsasən, məhkəmələrə tövsiyə edilmişdir ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Qeyd edilən Plenum Qərarının 26-cı bəndinin 4-cü abzasına əsasən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.2-ci maddəsində sadalanan dövriyyəsi qadağan olunmuş əşyalar (narkotik vasitələr, psixotrop maddələr, odlu silah, döyüş sursatı və sair), CPM-nin 132.0.1-ci maddəsinin tələblərinə müvafiq olaraq müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, yaxud da məhv edilməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunun izah tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, həmin Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər – narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarının 9-cu abzasında izah edilir ki, “narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır”. X3 11-ci bəndinin 2-ci abzasına əsasən, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. X3 11-ci bəndinin 3-cü abzasına əsasən, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) CM-in 234.2-ci maddəsi ilə tövsif edilməlidir. X3 6-cı bəndinin 4-cü abzasına əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədlərindən daşınmaqla və ya göndərməklə keçirilməsinin həm də qaçaqmalçılıq cinayətinin tərkibini yaratdığı müəyyən edildikdə, təqsirkarın əməli cinayətlərin məcmusu qaydasında, yəni həm narkotik vasitələri və psixotrop maddələri qanunsuz daşımağa və ya göndərməyə görə və həm də qaçaqmalçılığa görə tövsif olunmalıdır. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri əsasında təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş xx.xx.2018-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (iş vərəqə 105-106). İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2015-ci il, xx.xx.2016-cı il və xx.xx.2019-cu il təvəllüdlü üç azyaşlı övladı vardır. (iş vərəqə 101) Azərbaycan Dəmir Yolu QSC yük daşımaları Departamentinin cənub şöbəsinin xx xxxxxx 2019-cu il tarixli və Salyan rayon İHB-nın Salyan şəhər ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf edərək peşmançılıq çəkməsini, ilk dəfə olaraq cinayət əməli törətməsini, müsbət xarakterizə olunmasını, 2-ci qrup əlil olaraq himayəsində 3 azyaşlı övladının olmasını, cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır, işdə cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayətlərin məcmusuna ağır cinayətlər daxil olduğundan, təyin olunmuş cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3cü maddəsinə əsasən qismən toplanmalı və bu yolla təqsirləndirilən şəxsə qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cinayət əməlləri nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlaklar müəyyən edilmədiyindən, onun barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar – Yasamal RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş 1050,1 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq işi üzrə aparılmış ekspertiza xərcinin dəyərini təşkil edən 109 manat 90qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 4(004)-361/2019 saylı təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin əvvəli xx xxxxx 2019-cu il tarixdən hesablanmışdır. Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx xxxxx 2019-cu il tarixdən hesablanmalıdır. (iş vərəqə 69). Məhkəmə təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Allahmanov Şöhrət Nəbi oğluna Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx xxxxxx 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 20 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına 120 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 05 il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 08 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzalar qismən toplanılsın və Təqsirləndirilən şəxs qəti olaraq 08 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx xxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar – Yasamal RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş 1050,1 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə xərcləri – ekspertiza tədqiqatının dəyərini təşkil edən 109 manat 90qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Allahmanov Şöhrət Nəbi oğluna Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx xxxxxx 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 20 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına 120 manat miqdarında pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-204/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-204/2020
30.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver