Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-204/2023 20.04.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Məmmədov Əli İrfan oğlu və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1 və X2, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı, müdafiəçilər, “Sumqayıt” Regional Vəkil bürosunun vəkili Müdafiəçi2 və “Pro Bono” Vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxxxx 1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, himayəsində 2 azyaşlı uşağı olan, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2, 32.4,312.2, 320.1 və 320.2-ci maddələri ilə təqsirli bilinib qəti olaraq 2 il 6 ay dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 7 il 11 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Bakı şəhəri, Xətai rayonu, R.Quliyev küçəsi, ev 2-də qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 29,178.2.2, 29,178.2.4, 32.4,312.2 və 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə xeyli miqdarda ziyan vurmaqla özgə əmlakını ələ keçirərək təkrarən dələduzluq etmiş, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmiş, hüquq verən rəsmi sənədləri qanunsuz olaraq istifadə etmək məqsədilə vahid niyyətlə saxtalaşdırmaqla hazırlamış, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəyi hərəkətə və bilə-bilə qanunsuz hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi nemətin rüşvət qismində verilməsinə təkrarən qeyrilərini təhrik etmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2019-cu ilin sentyabr ayında Qazaxıstanın Əl-Fərabi adına Qazax Milli Universitetini Hüquqşünaslıq ixtisası üzrə bakalavr pilləsi üzrə bitirməsi ilə əlaqədar verilmiş xx.xx.2018-ci il tarixli, ЖБ-Б ******* nömrəli xarici ölkədə alınmış ali təhsil haqqında diplomun Azərbaycan Respublikasında tanınmasında köməklik göstərilməsi üçün özünə müraciət edən Şahid5 onu inandırmaq üçün guya Azərbaycan Respublikası Təhsil Nazirliyinin əməkdaşı olduğunu aldadaraq bildirməklə özünün Azərbaycan Respublikası Təhsil Nazirliyində geniş əlaqələrə malik olduğunu ona yalandan bildirib, 2019-cu ilin sentyabr ayında ünvan 1 ünvanda yerləşən “ParkPlyus” ticarət mərkəzindəki ofisdə Şahid5 və onun cinayətdən xəbərsiz tanışı Şahid6 ilə görüşü zamanı Şahid5 inam yaratmaq məqsədilə sonuncunun yuxarıda göstərilən ali təhsil haqqında diplomunu və digər sənədlərini götürərək ona Azərbaycan Respublikasının Təhsil Nazirliyində işləyən vəzifəli şəxslər vasitəsi ilə Təhsildə Keyfiyyət Təminatı Agentliyində keçiriləcək şifahi müsahibəyə getmədən ali təhsil haqqında diplomun Azərbaycan Respublikası ərazisində tanınmasını təmin edəcəyini yalandan bildirib, həmin məsələnin müsbət həlli üçün qeyd edilən Nazirliyin vəzifəli şəxslərinə xidməti vəzifələrinin icrası ilə əlaqədar Şahid5 xeyrinə edəcəkləri bilə-bilə qanunsuz hərəkətə görə maddi nemət olan 10000 (on min) manat məbləğində pul vəsaitinin birbaşa yolla özü vasitəsilə rüşvət qismində verilməsinin zəruri olmasını deyib, sonuncunun razılığını almaqla onunla sövdələşərək Şahid5 məxsus 10000 manat pul vəsaitini sonuncudan alıb həmin pul vəsaitini şəxsi ehtiyaclarına xərcləməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid5 məxsus 10000 (on min) manat məbləğində pul vəsaitini ona xeyli miqdarda ziyan vurmaqla ələ keçirib dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid5 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə sonuncunu təhrik etmiş, bundan sonra, 2019-cu ilin sentyabr ayında inandırmaq və barəsində şikayət olunmasının qarşısını almaq məqsədilə istintaqla müəyyən edilməyən şəraitdə əldə etdiyi Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Nazir” qrafasının qarşısında imzalanmış və həmin nazirliyin dairəvi möhürü ilə təsdiq edilmiş 015459 Qeydiyyat nömrəli Şəhadətnamə nümunəsinin boş qrafalarına Bakı şəhəri ərazisində istintaqla müəyyən edilməyən yerdə kompüterdə “Şahid5 qızının adına xx.xx.2018-ci ildə Əl-Fərabi Qazax Milli Universiteti, bakalavr diplomu ЖБ-Б 1328150, qeydiyyat “1491” 01 iyul 2018, 5B030100-Hüquqşünaslıq” yazılarını yazıb surət çıxaran qurğuda surətini çıxarıb həmin diplomun müvafiq diplom əsasında hüquqşünaslıq ixtisas dərəcəsi üzrə verilən diploma ekvivalent olması, eyni qaydada əldə etdiyi Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Nazir” qrafasının qarşısında imzalanmış və həmin nazirliyin dairəvi möhürü ilə təsdiq edilmiş 014624 Qeydiyyat nömrəli Şəhadətnamə nümunəsinin boş qrafalarına Bakı şəhəri ərazisində istintaqla müəyyən edilməyən yerdə kompüterdə “Şahid5 qızının adına xx.xx.2018-ci ildə Əl-Fərabi Qazax Milli Universiteti, bakalavr diplomu ЖБ-Б 1328150” yazılarını yazıb surət çıxaran qurğuda surətini çıxarmaqla həmin diplomun Azərbaycan Respublikasında tanınması və diplom sahibinin təhsilin növbəti pilləsinə qəbul olunmaq hüququnun verilməsi görüntüsü yaradan saxta rəsmi sənədləri vahid niyyətlə bilə-bilə yalan məlumatlar daxil edib təkrarən saxtalaşdırmaqla qanunsuz olaraq hazırlamış və 2019-cu ilin sentyabr ayında ünvan 1 ünvanda yerləşən “ParkPlyus” ticarət mərkəzindəki ofisdə xarici ali təhsil diplomunu Azərbaycan Respublikasında tanıtdırdığını bildirərək Şahid5 vermişdir. İttiham aktından həmçinin görünür ki, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2021-ci ilin noyabr ayının əvvəllərində Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən məktəblərdə vakant direktor vəzifəsinə keçirilən imtahanlardan uğurla keçmiş Cəlilabad şəhəri 4 saylı tam orta məktəbin kimya müəllimi Şahid4 işlədiyi məktəbə direktor təyin edilməsi barədə sonuncunun cinayətdən xəbərsiz tanışı Şahid1 və Şahid3 istifadəsində olan ***-***-**-** nömrəli mobil telefondan özünün istifadəsində olan ***-***-**-** nömrəli mobil telefona zəng edərək etdiyi müraciəti ilə bağlı onları inandırmaq üçün guya özünün Azərbaycan Respublikası Təhsil Nazirliyinin əməkdaşı olduğunu aldadaraq bildirməklə özünün Azərbaycan Respublikası Təhsil Nazirliyində geniş əlaqələrə malik olduğunu Şahid3 və sonuncu vasitəsilə Şahid4 və Şahid1 yalandan bildirib, həmin məsələnin müsbət həlli üçün qeyd edilən Nazirliyin vəzifəli şəxslərinə xidməti vəzifələrinin icrası ilə əlaqədar Şahid4 xeyrinə edəcəkləri hərəkətə görə maddi nemət olan 20000 (iyirmi min) manat məbləğində pul vəsaitinin birbaşa yolla özü vasitəsilə rüşvət qismində verilməsinin zəruri olmasını deyib, Şahid3 vasitəsilə Şahid4 və Şahid1 razılığını almaqla onlarla sövdələşərək, həmin niyyətlə 2021-ci ilin noyabr ayının əvvəllərində ünvan 2 ünvanı yaxınlığında Şahid3 ilə görüşərək Şahid4 Cəlilabad şəhəri 4 saylı tam orta məktəbə direktor təyin edilməsi üçün Şahid1 tərəfindən verilmiş 10000 manat pulu Şahid3 alıb, guya Şahid4 3 gün ərzində direktor təyin ediləcəyini bildirərək qalan 10000 manat pulu sonra alacağını bildirib, əldə etdiyi 10000 (on min) manat pul vəsaitini şəxsi ehtiyaclarına xərcləməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid1 məxsus 10000 (on min) manat məbləğində pul vəsaitini ona xeyli miqdarda ziyan vurmaqla ələ keçirib təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid4 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə Şahid1 və Şahid4 təkrarən təhrik etmiş, Şahid1 və Şahid4 aldadılmasını müəyyən edib qalan pul vəsaitini verməkdən imtina etdiyindən, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək, həmin pul vəsaitini ondan ala bilməyib, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid1 məxsus 20000 (iyirmi min) manat məbləğində pul vəsaitini ona vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 29,178.2.2, 29,178.2.4, 32.4,312.2 və 320.1-ci maddələri maddələri ilə elan edilmiş ittiham üzrə qismən təqsirli bildi və ifadəsində göstərdi ki, o, 2013-cü ildən 2018-ci ilə qədər “X9”də sahə rəisi vəzifəsində işləmişdir. Təxminən 2021-ci ilin oktyabr ayının axırlarında Xətai rayon Polis İdarəsində işləyən Samir adlı tanışı vasitəsi ilə tanıdığı Şahid3 Aydın qızı ona zəng edərək tanışı Cəlilabad rayon sakini, Cəlilabad rayonu 4 saylı orta məktəbin müəllimi Şahid4 həmin məktəbə direktor vəzifəsinə təyin olunmasına köməklik etməyi xahiş etmişdir. O, Şahid3 20000 manat müqabilində Şahid4 həmin məktəbə direktor təyin olunmasına köməklik edə biləcəyini bildirmiş, bundan sonra Şahid3 ona ilkin olaraq 10000 manat, Şahid4 həmin məktəbə direktor təyin olunmasi ilə bağlı əmr verildikdən sonra isə 10000 manat əlavə verəcəyini bildirmiş, o da razılaşmışdır. Təxminən 2021-ci ilin noyabr ayının əvvəlində o, Şahid3 Fəxri Məmmədovun qeyd olunan məktəbə direktor təyin olunması müqabilində 10000 manat pul vəsaitini Bakı şəhəri, Xətai rayonu, Əhmədli adlanan ərazidə almışdır. Daha sonra o, nə qədər çalışsa da bu işi həll edə bilməmişdir. Təxminən 2022-ci ilin yanvar ayında Şahid3 ona zəng edərək, Şahid4 işi ilə bağlı 10000 manatı sonuncunun qohumu Şahid1 alaraq ona verdiyini, Şahid1 onunla danışmaq istədiyini bildirmiş, o, razılaşdıqdan sonra Şahid1 onun mobil telefon nömrə zəng edərək işin nə yerdə olduğunu soruşmuş və o da Şahid4 qeyd olunan məktəbə direktor təyin olunması ilə bağlı Şahid3 ona 10000 manat pul vəsaiti verdiyini bildirmişdir. Təxminən 2021-ci ilin dekabr ayında Şahid3 istəyi ilə 1000 manat pul vəsaitini Şahid1 bank kart hesabına göndərmişdir. 2022-ci ilin mart ayında Şahid4 ona zəng edərək, direktor olmaq istəmədiyini, bu işlə bağlı verilən pulu geri tələb etmişdir. Bundan sonra o, 9000 manat pulu Şahid1 geri qaytarmışdır. Belə ki, 6000 manat pulu Şahid1 bank kart hesabına "emanat" vasitəsi ilə gödərmiş və qəbzlərin sürətini izahatına əlavə etmişdir. 3000 manat pulu isə “20 Yanvar” metrostansiyasının yaxınlığında nağd qaydada əlbəǝl Şahid1 vermişdir. Yuxarıda göstərdiyi kimi işin həll olunması üçün Şahid3 20000 manat pul lazım olduğunu bildirmişdir. Tünzalə Aqilovna və Şahid6 o, ailəvi münasibəti olan Rahilə xanım vasitəsi ilə tanımışdır. Təxminən 2019-cu ilin avqust-sentyabr aylarında Rahilə xanım ona zəng edərək tanışı olan Şahid6 yaxını Tünzalə Aqilovnanın diplomunun tanıtdırılması üçün köməklik göstərilməli olduğunu bildirmiş, o, razılıq verəndən sonra Rahilənin yönləndirməsi ilə o, 252 saylı tam orta məktəbin direktoru Xədicə xanımın yanına getmişdir. Çünki, Rahilə sənədlərin Xədicə xanımda olduğunu ona bildirmişdir. O, Xədicə xanımın yanına gedəndə sonuncu ona diplomun və digər sənədlərin surətlərini vermiş, sənədlərin əslinin isə itdiyini bildirmişdir. O, Sabunçu rayonunda Əvəz və Tünzalə ilə görüşmüş, Tünzalə Nərimanovda yerləşən bir notariusda Qazaxıstanda tapdığı, hazırda xatırlamadığı bir şəxsin adına etibarnamə vermişdir. O, 2019-cu ilin sentyabr ayında Sabunçu rayonunda yerləşən ofisdə Şahid6 diplomun dublikatının çıxarılıb gətirilməsinə görə 3000 manat pul almış, və bir neçə gün ərzində diplomun dublikatının çıxarılaraq Bakı şəhərinə gətirilməsini təmin edərək Sabunçudaki ofisdə Tünzalə və Əvəzə vermişdir. O, Tünzalənin diplomunun təsdiq edilməsi üçün sənədlərin Təhsil Nazirliyinin saytına yüklənməsi ilə bağlı Tünzalə və Əvəzə kömək etmişdir. Bunun müqabilində onlardan heç bir məbləğdə pul almamışdır. Diplomun tanıtdırılması üçün Əvəz və Tünzalə ilə aralarında heç bir razılaşma olmamışdır. Bu səbəbə görə onlardan 10000 manat və ya başqa bir məbləğdə pul almamış və pul almaq barədə sövdələşməmişdir. Bu barədə Əvəz və Tünzalənin ifadəsində göstərilən xüsusatlar tamamilə yalandır. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, o, Tünzalə və Əvəzə diplomu tanıtdırmaq üçün söz verməmiş, Tünzalədən diplomunu Qazaxıstandan gətirmək üçün 4500 manat pul istəmiş, aldığı pulu vəzifəli şəxsə verəcəyini heç kimə deməmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2021-ci ildə qohumu Şahid4 2021-ci ildə Təhsil Nazirliyi tərəfindən məktəblərdə vakant direktor vəzifəsinə keçirilən imtahanlardan uğurla keçdiyinə görə, o Cəlilabad rayonu, Prişib kənd orta məktəbinə direktor vəzifəsinə təyin olunmuş, lakin o, müxtəlif səbəblərdən həmin məktəbə direktor vəzifəsinə getməkdən imtina etmişdir. Bundan sonra Fəxri müəllim Cəlilabad rayonu 4 saylı orta məktəbin direktor vəzifəsinə təyin olunması üçün ondan köməklik etməsini xahiş etmişdir. O, bu barədə tanışı Cəlilabad rayonu İcra Hakimiyyətində hazırda da işləyən Münasib adlı şəxslə danışmış, sonuncu ona Bakı şəhərində yaşayan Şahid3 Fəxri müəllimi Cəlilabad rayonu 4 saylı orta məktəbin direktoru vəzifəsinə təyin edilməsinə köməklik edə biləcəyini bildirmiş və Çinarə ilə bu barədə danışdıqdan sonra sonuncunun mobil telefon nömrəsini ona vermişdir. O, 2021-ci ilin sentyabr ayında Çinarə adlı qadınla telefonla bu barədə danışdıqda Çinarə Cəlilabad rayonu 4 saylı orta məktəbin direktoru vəzifəsinə qohumu Fəxri müəllimi təyin etdirəcəyi müqabilində 20000 manat pul lazım olduğunu bildirmiş, o, bu barədə Fəxri müəllimə demiş, sonuncu da hazırda 20000 manat pulunun olmadığını, öz əvəzinə həmin məbləği Çinarəyə onun verməyini, daha sonra həmin pulu hissə-hissə ona qaytaracağını bildirmişdir. O, həmin ərəfədə şəxsi evinin təmiri ilə bağlı "Kapital Bank"dan kredit pul götürdüyündən Fəxri müəllimə direktor təyin olunması üçün Çinarə adlı qadına 20000 manat pul verə biləcəyini bildirmiş, Fəxri müəllim də razılaşdıqdan sonra yenidən o, Çinarə adlı xanımla danışmışdır. Çinarə ona 20000 manat pul vəsaitini götürüb Bakı şəhərinə gələrək özü ilə görüşməyini bildirmiş, 2021-ci ilin sentyabr ayının 23-də o, Bakı şəhəri, Xətai rayonu, “Ukrayna meydanı” yaxınlığında yerləşən “Araz” marketin qarşısında Çinarə adlı qadınla görüşərək sonuncuya 10000 ABŞ dolları və 3000 manat pul vəsaiti vermişdir. Bu zaman övladı Şahid2 da yanında olmuşdur. Çinarə ona Ədliyyə Nazirliyində işlədiyini, rütbəsinin baş leytenant olduğunu, 1 həftə ərzində Fəxri müəllimin həmin məktəbə direktor təyin olunacağını bildirmişdir. O, 1 həftə sonra Çinarə adlı qadınla əlaqə saxlayaraq işin nə yerdə olduğunu soruşduqda, sonuncu, yaxın günlərdə Fəxri müəllimin həmin məktəbə təyin olunması ilə bağlı əmr veriləcəyini demiş və müxtəlif bəhanələr deməyə başlamışdır. Bundan sonra Çinarə ona verdiyi pul vəsaitindən 10000 manat pulu Təqsirləndirilən şəxs verdiyini, Turalın Təhsil Nazirliyinin rəhbər şəxsi ilə yaxın qohum olduğunu və Fəxri müəllimin direktorluq məsələsini Turalın həll edəcəyini bildirmişdir. Daha sonra Çinarə Tural adlı şəxsin telefon nömrəsini ona verərək Turalla bu barədə danışmağını demiş, o, Təqsirləndirilən şəxs mobil telefon vasitəsi ilə zəng edərək bu barədə danışmışdır. Tural ona yaxın günlərdə qohumumun qeyd edilən məktəbə direktor vəzifəsinə təyin olunacağını bildirsə də, üstündən bir müddət keçməsinə baxmayaraq əmr verilmədiyindən o, Bakı şəhərinə gələrək Tural adlı şəxslə Bakı şəhəri, Nərimanov rayonu ərazisində görüşmüş, görüş zamanı Tural ona Təhsil Nazirliyində işlədiyini, diplom məsələlərinə baxdığını, Çinarənin ona bu iş üçün ümumilikdə 10000 manat pul vəsaiti verdiyini, yaxın günlərdə Təhsil Nazirliyindəki yüksək vəzifəli tanışlarının köməyi ilə qohumu Fəxrinin qeyd edilən məktəbə direktor təyin ediləcəyini bildirmişdir. Bir müddət sonra o, Təqsirləndirilən şəxs ilə Bakı şəhərində 3-4 dəfə də görüşüb bu işin nə yerdə olduğunu öyrənməyə çalışsa da Tural hər dəfə müxtəlif bəhanələr gətirərək yaxın günlərdə məsələnin öz həllini tapacağını bildirmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid1 bildirdi ki, o, Tural ona 6 min manat qaytarmış, hazırda 4 min manat borcludur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 2021-ci ilin sentyabr ayının 23-də atası Şahid1 ilə birlikdə Bakı şəhərinə gələrək, Bakı şəhəri, Xətai rayonu, “Ukrayna meydanı” yaxınlığında yerləşən “Araz” marketin qarşısında Şahid3 ilə görüşmüş və atası Çinarəyə Şahid4 Cəlilabad rayonu 4 saylı orta məktəbin direktoru vəzifəsinə təyin edilməsinə köməklik etməsi müqabilində 10000 ABŞ dolları və 3000 manat pul vəsaitini onun yanında vermişdir. Həmin görüş zamanı Cinarə Nəsibova pulu Təhsil Nazirliyində işləyən hansısa yüksək vəzifəli şəxsə verəcəyini demişdir. Daha sonra Çinarə onları Təqsirləndirilən şəxs ilə tanış edib işi düzəldəcək adamın Tural olduğunu bildirmişdir. Şahid3 Şahid4 direktor təyin olunmasına köməklik etməsi müqabilində atası Şahid1 aldığı 20000 manat pul vəsaitindən 10000 manatını Təqsirləndirilən şəxs vermişdir. Onlar Turalla Təhsil Nazirliyinin yanında görüşərkən sonuncu 10000 manatın onda olduğunu və işi düzəldəcəyini bildirmişdir. Lakin, Şahid3 Şahid4 işi ilə bağlı aldığı pul vəsaitindən heç bir məbləğdə pulu ona nə nağd, nə də ki, ona məxsus hər hansısa bank hesabına göndərməmişdir. Daha sonra Turalın işi görmədiyini görüb, Turaldan şikayət etmişlər. Bundan sonra Tural pulun 6000 manatını qaytarmış, amma hələ də 4000 manat pul borcludur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, təxminən 2021-ci ilin noyabr ayının əvvəlində iş yoldaşı Bəhruz adlı şəxs onu Şahid1lə tanış etmişdir. Belə ki, Bəhruz ona həmkəndilisi Əfqan adlı şəxsin tanışı Cəlilabad rayonu 4 saylı orta məktəbin müəllimi Şahid4 2021-ci ildə Təhsil Nazirliyi tərəfindən məktəblərdə vakant direktor vəzifəsinə keçirilən imtahanlardan uğurla keçdiyinə görə işlədiyi məktəbə direktor təyin etdirmək istədiyini, bu işdə onlara köməklik etməyini xahiş etmişdir. O, bu barədə tanışı Samir adlı şəxsə demiş, Samir ona Təhsil Nazirliyində işləyən Təqsirləndirilən şəxs bu işdə köməklik edə biləcəyini bildirmiş və Turalın mobil telefon nömrəsini ona vermişdir. O, Təqsirləndirilən şəxs zəng edərək Cəlilabad rayonu 4 saylı orta məktəbin müəllimi Şahid4 həmin məktəbə direktor təyin olunmasına köməklik etməyini xahiş etmiş, Təqsirləndirilən şəxs ona Təhsil Nazirliyində işlədiyini, 20000 manat müqabilində Şahid4 həmin məktəbə direktor təyin etdirə biləcəyini bildirmişdir. O, bu barədə Şahid1 demiş, Şahid1 də Şahid4 razılığını aldığından sonra ona zəng edərək Fəxridən 20000 manat pulu aldığını bildirmişdir. Daha sonra 2021-ci ilin noyabr ayının 2-si və ya 4-ü tarixində Şahid1 ilə Bakı şəhəri, Xətai rayonu, “Ukrayna dairəsi”nin yaxınlığında yerləşən marketin yanında görüşərək sonuncudan 10 min dollar və 3 min manat pulu almışdır. Bu zaman Şahid1 oğlu Şahid2 də orada olmuşdur. Həmin vaxt Şahid1 öz telefonu ilə Şahid4 zəng etmiş və o, Əfqanın telefonu ilə Fəxri ilə danışaraq Əfqandan ümumilikdə 20000 manat aldığımı bildirmişdir. Bundan sonra Şahid1 ona Fəxri Məmmədova bu işin 45000 manata həll olunacağını bildirdiyini demişdir. Həmin gün axşam Təqsirləndirilən şəxs yaşadığı ünvanın yaxınlığına çağıraraq sonuncuya 10000 manat pul vermiş, Turala qalan 10000 manatı Fəxri Məmmədovun direktor vəzifəsinə əmri veriləcəyindən sonra verəcəyini bildirmiş, Tural da razılaşmışdır. Təqsirləndirilən şəxs ona 3 günə əmrin veriləcəyini bildirmiş, lakin üstündən 1 ay keçdikdən sonra əmr verilmədiyindən Şahid1 Fəxri Məmmədovun direktor təyin olunmasından ötəri 10000 manatı Təqsirləndirilən şəxs verdiyini, qalan 10000 manatın isə onda olduğunu bildirmişdir. Sonra 2021-ci ilin dekabr ayının 11-i o, 3000 manat pulu Şahid1 əlbəǝl qaytarmışdır. Bundan sonra Şahid1 Fəxrinin işi ilə əlaqədar Təqsirləndirilən şəxs ilə danışmalı olduğunu bildirmiş, bildiyi qədərilə Təqsirləndirilən şəxs Şahid4 direktor təyin olunması ilə bağlı bu günə qədər yalan vədlər versə də, heç bir iş görməmişdir. Bildiyi qədərilə 10000 manat pulu Tural Əfqana qaytarmışdır. 2022-ci ilin yanvar ayının 21-də Tural ona zəng edərək 9000 manat pulu Əfqana verdiyini, eyni zamanda Əfqan da ona zəng edərək Turaldan 9000 manat pul aldığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 2011-ci ildən 4 saylı Cəlilabad şəhər məktəbində kimya müəllimi işləyir. 2019-cu ildə o, Təhsil Nazirliyi tərəfindən direktor vəzifəsinə keçirilən imtahanları uğurla başa vurmuş, 2020-ci ilin sentyabr ayında Təhsil Nazirliyinə dəvət olunaraq, ona Cəlilabad rayonu Göytəpə şəhər orta məktəbə direktor vəzifəsi təklif olunmuş, lakin yaşadığı ev ilə həmin məktəb uzaq olduğundan bu vəzifədən imtina etmişdir. Bundan sonra Nazirliyə ərizə yazaraq ehtiyatda qalmağını xahiş etmişdir. Bu barədə rayonda olan tanış və qohumlarının xəbəri olmuşdur. Təxminən 2021-ci ilin sentyabr ayının əvvəllərində yaxın tanışı, Cəlilabad rayon sakini Şahid1 ona 4 saylı Cəlilabad şəhər məktəbinə direktor vəzifəsinə keçməyinə köməklik edə biləcəyini bildirmiş, bundan bir ay sonra Şahid1 onun 4 saylı məktəbə direktor təyin edilməyindən ötrü Tural və Çinarə adlı şəxslərə 20000 manat pul verdiyini, həmin şəxslərin göstərilən məbləği alaraq onu aldatdıqlarını bildirmişdir. O, Əfqana onun xəbəri olmadan direktor təyin edilməyi üçün başqa şəxslərə pul verdiyinə görə irad tutaraq bir neçə dəfə Tural və Çinarə ilə Əfqanın telefonu ilə danışaraq onlardan pulu qaytarmalarını tələb etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, 2005-ci ildə Qazaxstan Respublikasının Alma-Ata şəhərində yerləşən Əl-Fərabi adına Qazaxstan Milli Uneverstitetinin modelyerlik orta dizaynerlik ixtisasına daxil olaraq oranı 2009-cu iİdə bitirmişdir. 2006-2018-ci illərdə həmin universtitetdə ikinci ixtisas olaraq hüquqşünaslıq təhsili almışdır. 2019-cu və ildə o, hüquqşünaslıq ixtisası üzrə diplomunu təsdiq etdirmək üçün tanışı olan Şahid6 müracət etmiş, Şahid6 da bu məsələ ilə bağlı Nizami rayon Sukanal idarəsinin müdiri Fərmayıla müraciət etmişdir. Əvəz onun diplomunu Fərmayıla vermiş, Fərmayıl da onun telefon nömrəsini 252 saylı tam orta məktəbin direktoru Xədicə xanıma verǝrǝk sonuncudan ona kömək etməsini istəmişdir. Təxminən 2019-cu ilin avqust ayında Xədicə xanım ona zəng edərək Fərmayılın xahişi ilə ona kömək edəcəyini, Təhsil Nazirliyində işləyən adamdan xahiş edəcəyini, onun həmin şəxsə pul verəcəyini, həmin şəxsin onun diplomunu tanıtdırıb verəcəyini bildirmişdir. Xədicə onu Rahilə adlı qadınla calaşdırmış və ona Rahilənin Təhsil Nazirliyində işlədiyini bildirmişdir. O, Rahilə xanımın mobil telefon nömrəsinə zəng edərək Xədicə xanımın onu yönləndirdiyini bildirmiş, Rahilə onu diplom, apostil və digər sənədlərlə Təhsil Nazirliyinin qarşısına çağırmışdır. O, nazirliyin qarşısında Rahilə ilə görüşəndə guya təsadüfən adının Arif olduğunu sonradan öyrəndiyi şəxs də onlara yaxınlaşaraq Rahilə ilə görüşmüş, Rahilə ona Arifin də Təhsil Nazirliyinin əməkdaşı olduğunu, diplomların təsdiqi məsələsinə baxdığını bildirmişdir. Rahilə ona Təhsil Nazirliyinə gəlməyinə ehtiyac olmadan diplomunu təsdiqlədəcəyini demiş və diplomlarını ondan almışdır. O, Fərmayılla danışanda Fərmayıl narahat olmamağını, bu işi həll edəcəyini ona demişdir. Həmin ərəfələrdə o, Təhsil Nazirliyinin yanında beş mərtəbəli binanın altında yerləşən ofisə Arif adlı şəxsin yanına bir neçə dəfə getmiş, bir neçə dəfə get-gələ düşdüyü üçün Fərmayıla zəng edib etiraz etmişdir. Fərmayıl ondan diplomunu istəmiş, o, diplomunu Rahilədən alıb Fərmayıl müəllimə Sabunçu Sukanal idarəsinə göndərmişdir. Sonra onun diplomu yoxa çıxmışdır. Fərmayıla zəng edib maraqlananda sonuncu ona diplomunu Xədicə xanıma verdiyini bildirmiş, o, Xədicə ilə danışanda sonuncu ona diplomumun onda olmadığını bildirmiş, Fərmayıl da diplomu direktora aparması üçün Xədicənin oğluna verdiyini demişdir. Daha sonra Şahid6 diplom məsələsini araşdırmağa başlamış, Fərmayıl Tural adlı şəxsin nömrəsini Əvəz müəllimə vermişdir ki, o, Turala etibarnamə versin və Tural Qazaxstana gedib diplomu çıxartdırsın. O, Turala Əvəz müəllimin yanında Nərimanovda yerləşən notariat kontorunda etibarnamə vermiş, Tural da etibarnamə əsasında Alma-Ataya gedib diplomu çıxarıb gətirmişdir. O, Bakıxanov qəsəbəsində yerləşən ofisdə Əvəz müəllimin iştirakı ilə Turalla görüşmüş, Tural da Təhsil Nazirliyində işlədiyini, diplomların təsdiqi məsələlərinə baxdığını ona bildirmişdir. Tural onlardan Qazaxıstana diplomu çıxarmaq üçün getdiyinə görə 3000 manat, diplomumun təsdiqinə görə 10000 manat pul istəmişdir. Onlar da razılaşmışlar. Tural pulu tanınma barədə şəhadətnaməni verəndə alacağını bildirmişdir. Danışıqlarından 15-20 gün sonra taxminən 2019-cu ilin sentyabr ayında Tural diplomun təsdiq edilməsi barədə şəhadətnməni gətirərək Bakıxanovda “Park Plyus” ticarət mərkəzində yerləşən ofisdə ona vermişdir. Əvəz müəllim Turala 13 min manat pul verdiyini bildirmiş, amma o, pul verilərkən orada iştirak etməmişdir. O, yaşadığı evdə diploma baxıb kod olmadığını Əvəz müəllimə demiş, Əvəz müəllim Turalı yenidən ofisə çağırmış və şəhadətnamənin kodunun olmadığını demişdir. Tural qızların yadından çıxıb kodu şəhadətaməyə yazmadığını demiş və bir neçə gün sonra yeni, üzərində qeydiyyat kodu olan şəhadətnaməni ona vermişdir. O da həmin şəhadətnamənin həqiqi olduğuna inanmışdır. Daha sonra 2022-ci ilin qış aylarında dövlət qulluğuna sənəd vermək üçün qeydiyyatdan keçəndə sənədi qəbul edilməmiş və Turalın verdiyi şəhadətnamənin saxta olduğu müəyyənləşmişdir. O, şəhadətnaməni Qara Qarayevdə yerləşən Təhsil Nazirliyinin Nostrifikasiya idarəsinə aparmış, orada ona şəhadətnamənin saxta olduğunu bildirib ərizəsini almışlar. Daha sonra onu Dövlət Təhlükəsizlik Xidmətindən çağırıb izahatını almışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 Rəşid qızı ifadəsində göstərdi ki, o, 2017-ci ilə kimi Təhsil Nazirliyinin Bakı şəhər Baş Təhsil İdarəsinin ümumi şöbəsində böyük məsləhətçi vəzifəsində işləmişdir. Xədicə Eminovanı işlədiyi müddətdə tanımışdır. Xədicə Sabunçu rayonu 252 saylı tam orta məktəbin direktoru vəzifəsində işləmişdir. 2019-cu ilin avqust ayında Xədicə onun mobil telefonuna zəng edərək nömrəsini Tünzalə adlı qadına verdiyini, diplomun tanıtdırılması üçün sonuncuya köməklik göstərmək lazım olduğunu bildirmişdir. O, Təhsil Nazirliyinin yanında Tünzalə ilə görüşmüş və diplomunu tanıtdırmaq məqsədilə sənədlərin toplanılması və qeydiyyatdan keçmək məqsədilə Tünzaləni Təhsil Nazirliyinin yanında ofisi olan və göstərdiyi məsələlərlə məşğul olan Arif adlı şəxslə tanış etmişdir. Arif Tünzaləyə diplomunu tanıtdırma üçün sənədlərin toplanması və qeydiyyatdan keçmək üçün kömək göstərməli idi. O, Tünzalə ilə bir dəfə görüşmüş və bir neçə dəfə telefonda danışmışdır. Şahid6 o, Tünzalədən əvvəl şagird olan övladının yerdəyişməsi ilə əlaqədar tanımışdır. Tünzalənin diplomunun tanıtdırılması ilə bağlı Şahid6 ona zəng etməmiş və onunla görüşməmişdir. Tünzalənin diplomunun tanıtdırılması ilə bağlı prosedur gecikdiyindən o, Tünzaləyə kömək etmək üçün Tural adlı şəxsə Tünzalənin nömrəsini vermiş və sonuncunun diplomunun təsdiq etdirilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Turalla onu mərhum iş yoldaşı Südabə xanım tanış etmişdir. Bildiyi qədərilə Tural da diplom tanıtdırılması üçün sənədlərin toplanılması və qeydiyyatdan keçirilməsi ilə məşğul olmuşdur. Turalla Tünzalədən başqa diplomunu təsdiq etdirmək istəyən heç bir şəxsi tanış etməmişdir. O, Turala Tünzalənin nömrəsini verdikdən sonra onların nə iş gördüklərindən məlumatlı olmamışdır. İbtidai istintaq zamanı şahid qismində verdiyi və tərəflərin razılığı ilə məhkəmədə elan olunmuş ifadəsində Şahid6 göstərmişdir ki, tanışı Şahid5 15 il olar ki tanıyır. Tünzalə 2018-ci ildə Qazaxstanda Əl-Fərabi adına Qazax Milli Universtitetini Hüquqşünaslıq ixtisası üzrə bitirmişdir. O, Tünzalənin diplomunu Azərbaycan Respublikasında tanıtmaqdan ötrü tanışı olan Sabunçu Sukanal İdarəsinin rəisi Fərmayıla müraciət etmiş, Fərmayıl ona bu işlə məşğul olan tanışlarının olduğunu bildirərək köməklik edəcəyini demişdir. Təxminən 2019-cu ilin avqust ayında Fərmayıl onu 252 saylı tam orta məktəbin direktoru Xədicə xanımla tanış etmiş və işi Xədicə xanım vasitəsiylə düzəldəcəyini bildirmişdir. Xədicə onu Tural adlı şəxslə tanış etmişdir. Xədicə ona Turalın Təhsil Nazirliyində işlədiyini və diplomların təsdiq edilməsi məsələsinə baxdığını bildirmişdir. Bu ərəfədə Xədicə və Fərmayıl Tünzalə xanımın diplomunu itirmişlər. O, Tural adlı şəxslə 2019-cu ilin sentyabr ayında Sabunçu rayonunda “Park Plyus” adlı ticarət mərkəzində yerləşən ofisində görüşmüş, həmin görüşdə Tünzalə xanım da olmuşdur. Tural onlardan diplomun dublikatının Qazaxstanda universtitetdən çıxarılıb gətirilməsi üçün 3000 manat, tanıtdırılması üçün də 10000 manat pul istəmişdir. Tünzalə xanım həmin pulu onun yanında Turala vermişdir. Pul Turala veriləndən bir həftə sonra Tural onlara bir şəhadətnamə gətirmişdir. Tünzalə xanım şəhadətnamənin qeydiyyat nömrəsinin olmadığını bildirəndən bir neçə gün sonra Tural onlara qeydiyyat nömrəsi olan başqa bir şəhadətnamə də gətirmişdir. Onlar da həmin şəhadətnamələrin qanuni olduğunu düşünmüşlər. Üzərindən 3 il keçdikdən sonra Tünzalə dövlət qulluğuna sənəd verərkən onlara həmin şəhadətnamələrin saxta olduğu məlum olmuşdur (cild 1, iş vərəqi 191-193). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi üzrə növbətçisinin xx.xx.2022-ci il tarixli təqririndən görünür ki, həmin Baş idarəsinin “161 Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciətə əsasən qohumu Fəxri adlı şəxsin Təhsil Nazirliyində işləyən Tural adlı şəxs özü vasitəsilə həmin nazirlikdə rəhbər vəzifədə vəzifədə işləyən şəxslərə 35000 (otuz beş min) manat məbləğində vəsaitin verilməli olduğunu bildirmiş və Fəxri adlı şəxsin direktor vəzifəsinə təyin olunması üçün atası Xəzərxan Abiyev ilə birlikdə 2019-cu ilin sonlarında “20 Yanvar” metrostansiyasının yaxınlığında 15000 manat, sonra isə 2022-ci ilin fevral ayında yenidən 20000 manat pulu Tural adlı şəxsə vermiş, lakin sonuncu vədinə əməl etməyərək Fəxri adlı şəxsi direktor vəzifəsinə təyin etməmişdir (cild 1, iş vərəqi 8). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş elektron daşıcıya baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şahid1 və Şahid3 tərəfindən təqdim edilməklə cinayət işinin materiallarına əlavə edilmiş danışıq səslərinin və “WhatsApp” proqram təminatı ilə göndərilmiş səsli mesajların audio yazılarına baxış keçirilmiş və Təqsirləndirilən şəxs Şahid4 və Şahid1 Şahid3 vasitəsi ilə Şahid4 Cəlilabad şəhər 4 saylı tam orta məktəbin direktoru təyin edilməsi üçün 10000 manat məbləğində pul alması və təyinatdan sonra daha 10000 manat alacağı barədə göstərilən şəxslərlə sövdələşməsi müəyyən edilmişdir (cild 1, iş vərəqi 96). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli, 11548 nömrəli qəbzdən X3 Şahid1 kart hesabına 1500 manat, xx.xx.2022-ci il tarixli, 9873 nömrəli qəbzdən X3 Şahid1 kart hesabına 1500 manat, xx.xx.2022-ci il tarixli, 7674 nömrəli qəbzdən X3 Şahid1 kart hesabına 3000 manat məbləğində vəsait köçürdüyü müəyyən edilir (cild 1, iş vərəqi 82-84). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2020-ci il tarixli, 09-09-89/20 saylı məktubunun surətindən görünür ki, Şahid4 2019-cu ilin iyul ayında elan olunmuş ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin bütün mərhələlərini uğurla başa vurmuşdur (cild 1, iş vərəqi 112). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, zərəçəkmiş şəxs Şahid1 ilə Şahid3 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı Şahid1 ibtidai istintaqa verdiyi ifadəsini, yəni Şahid4 Cəlilabad rayonu 4 saylı orta məktəbin direktoru vəzifəsinə təyin edilməsinə köməklik etməsi müqabilində 10000 ABŞ dolları və 3000 manat pul vəsaitini Şahid3 verməsini sonuncunun üzünə qarşı deyərək ifadəsini bir daha təsdiq etmişdir (cild 1, iş vərəqi 122- 125). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid2 ilə Şahid3 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı Şahid2 ibtidai istintaqa verdiyi ifadəsini, yəni Şahid4 Cəlilabad rayonu 4 saylı orta məktəbin direktoru vəzifəsinə təyin edilməsinə köməklik etməsi müqabilində atası Əfqanın onun yanında 10000 ABŞ dolları və 3000 manat pul vəsaitini Şahid3 verməsini sonuncunun üzünə qarşı deyərək ifadəsini bir daha təsdiq etmişdir (cild 1, iş vərəqi 179-180). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə şahid X10 oölu arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı Təqsirləndirilən şəxs Şahid4 Cəlilabad rayonu 4 saylı orta məktəbin direktoru vəzifəsinə təyin olunmasına köməklik etməsi müqabilində 20000 manata razılaşması, həmin pulun 10000 manatını Şahid3 alması, məqsədinin həmin pul ilə bəzi problemlərini həll etməsi, pulu heç kimə verməməsini etiraf etmişdir (cild 2, iş vərəqi 179-180). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2018-ci il tarixli, ЖБ-Б ******* qeydiyatlı diplomun surətindən görünür ki, Şahid5 2016-2018-ci illərdə Əl-Fərabi adına Qazax Milli Universitetində hüquqşünaslıq ixtisası üzrə ikinci ali təhsil almışdır (cild 1, iş vərəqi 175-176). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə Keyfiyyət Təminatı Agentliyinin xx.xx.2022-ci il tarixli, 00-03- 412/TKTA nömrəli məktubundan görünür ki, Şahid5 Təhsil Nazirliyi tərəfindən 015459 və 014624 nömrəli şəhadətnamələr təqdim edilməmişdir (cild 1, iş vərəqi 186-187). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarın məzmunundan görünür ki, Şahid3 və Şahid1 tərəfindən istintaqa təqdim edilmiş içərisində audio yazıların olduğu 2 ədəd elektron daşıyıcı (yaddaş kartı və disk), 015459 və 014624 qeydiyyat nömrəli saxta şəhadətnamələr iş üzrə maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 2, iş vərəqi 76-99). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Bakı şəhəri Xətai rayon İcra hakimiyyəti Mənzil-kommunal təsərrüfatı birliyinin təqdim etdiyi arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanda yaşadığı müddət ərzində MKİS-ə nə qonşular, nə də inzibati orqanlar tərəfindən heç bir şikayət daxil olmamışdır, himayəsində 2015-ci il təvəllüdlü Sadıxzadə Cavad adlı bir övladı vardır (cild 2, iş vərəqi 14-16). Dövlət ittihamçısı məhkəmə çıxışında Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamdan Azərbaycan Respublikası CM-nin 29,178.2.2 və 29,178.2.4, maddələrinin xaric edilməsini, Təqsirləndirilən şəxs əməllərinin CM-nin 178.2.2, 178.2.4, 32.4,312.2 və 320.1-ci maddələri ilə tövsif edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.2, 29,178.2.4, 178.2.2, 178.2.4, 32.4,312.2 və 320.1-ci maddələri ilə tövsif edərkən iş üçün əhəmiyyət kəsb edən bütün halları tam araşdırmamış, ziddiyyətli məqamları nəzərə almamış və nəticədə onların əməllərinin tövsifində səhvə yol vermişdir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2021-ci ilin noyabr ayının əvvəllərində Cəlilabad şəhəri 4 saylı tam orta məktəbin kimya müəllimi Şahid4 işlədiyi məktəbə direktor təyin edilməsi ilə əlaqədar Şahid4 xeyrinə edəcəkləri hərəkətə görə maddi nemət olan 20.000 (iyirmi min) manat məbləğində pul vəsaitinin birbaşa yolla özü vasitəsilə rüşvət qismində verilməsinin zəruri olmasını deyib, Şahid3 vasitəsilə Şahid4 və Şahid1 razılığını almaqla onlarla sövdələşərək, həmin niyyətlə 2021-ci ilin noyabr ayının əvvəllərində ünvan 2 ünvanı yaxınlığında Şahid3 ilə görüşərək Şahid4 Cəlilabad şəhəri 4 saylı tam orta məktəbə direktor təyin edilməsi üçün Şahid1 tərəfindən verilmiş 10.000 manat pulu Şahid3 alıb, guya Şahid4 3 gün ərzində direktor təyin ediləcəyini bildirərək qalan 10000 manat pulu sonra alacağını bildirib, əldə etdiyi 10000 (on min) manat pul vəsaitini şəxsi ehtiyaclarına xərcləməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid1 məxsus 10000 (on min) manat məbləğində pul vəsaitini ona xeyli miqdarda ziyan vurmaqla ələ keçirib təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid4 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə Şahid1 və Şahid4 təkrarən təhrik etmiş, Şahid1 və Şahid4 aldadılmasını müəyyən edib qalan pul vəsaitini verməkdən imtina etdiyindən, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək, həmin pul vəsaitini ondan ala bilməyib, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid1 məxsus 20000 (iyirmi min) manat məbləğində pul vəsaitini ona vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin Qeyd hissəsinin 1-ci bəndinə görə, bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Qeyd hissənin 2-ci bəndinə görə, bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 15 iyun 2015-ci il tarixli Qərarının 32-ci bəndində qeyd edilmişdir ki, CM-nin 17.1-ci maddəsinə əsasən, CM-nin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Qanunun bu tələbi baxımından, şəxs CM-nin eyni maddəsi ilə nəzərdə tutulmuş həm başa çatmış, həm də başa çatmamış dələduzluq cinayətləri törətdikdə o, həmin əməllərə görə CM-nin müvafiq maddələri ilə təqsirli bilinir və cinayətlərin məcmusu üzrə deyil, başa çatmış cinayətə görə vahid cəza təyin edilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs sonuncu epizod üzrə Şahid1 məxsus 20000 (iyirmi min) manat məbləğində pul ələ keçirməyə cəhd etsə də, lakin onun tərəfindən həmin dövrün rəsmi məzənnəsi ilə 10000 (on min) manat məbləğində pul vəsaitini ələ keçirməklə burada cinayət əməli başa çatmışdır (CM 178.2.2 və 178.2.4), yəni onun əməlində CM-nin 29,178.2.2 və 29,178.2.4-cü maddələri müəyyən edilmir. Belə olan təqdirdə ona verilmiş ümumi ittihamdan CM-nin 29,178.2.2 və 29.178.2.4-cü maddələri xaric edilməli və Təqsirləndirilən şəxs əməli CM-nin 178.2.2, 178.2.4, 32.4,312.2 və 320.1ci maddələri ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən - məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs qısa və ya uzun müddətdən sonra həmin əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən, buna nail ola bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Həmin Məcəllənin 16.2-ci maddəsinə əsasən bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, yalnız həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda cinayətin təkrar törədilməsi hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinə görə, bu Məcəllənin 177-183-cü, habelə 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 177-183-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin hər hansı birinin yenidən törədilməsi (bu Məcəllənin 16.3-cü maddəsində göstərilən hallar istisna olunmaqla) onların təkrar törədilməsi hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs Şahid5 qarşı dələduzluq epizoduna münasibətdə sonuncunun diplomunun təsdiq edilməsi üçün sənədlərin Təhsil Nazirliyinin saytına yüklənməsi ilə bağlı Tünzaləyə və Şahid6 kömək etməsi, bunun müqabilində onlardan heç bir məbləğdə pul almaması, diplomun tanıtdırılması üçün Əvəz və Tünzalə ilə aralarında heç bir razılaşma olmaması, bu səbəbdən onlardan 10000 manat və ya başqa bir məbləğdə pul almaması və pul almaq barədə sövdələşməməsi barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadələri özünü müdafiə xarakteri daşımaqla ağır cinayət törətməyə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan yayınmaq və cəzasını yüngülləşdirmək məqsədi daşıyır və özünün ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. Əksinə, iş üzrə şahidlər Şahid5, Şahid7 Rəşid qızının məhkəmədə verdikləri, Şahid6 isə tədqiq olunmuş ifadələri ilə təqsirləndirilən şəxsin həmin ifadələri tamamilə təkzib olunur və həmin ifadələrdən onun Şahid5 məxsus 10000 manat məbləğində pul vəsaitini ona xeyli miqdarda ziyan vurmaqla ələ keçirib dələduzluq etməsi, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid5 pul vəsaitinin rüşvət qismində verilməsinə sonuncunu təhrik etməsi tam təsdiq olunur. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs 178.2.2, 178.2.4, 32.4,312.2 və 320.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməsi tam sübut olunur, həmin əməllər qəsdən törədilmişdir, təqsirləndirilən şəxs həmin cinayətləri törətməkdə təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsinə əsasən, cinayət hadisəsinin baş vermə faktı və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və əməlin törədilməsində təqsirliliyinə dair yuxarıda göstərilən sübutları geniş şəkildə təhlil edib bir-biri ilə müqayisə edərək mənbəyinin mötəbərliliyini müəyyənləşdirdiyi sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutlar üzrə tam, hərtərəfli və obyektiv araşdırma apararaq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində qeyd edilən cinayət əməllərini törətməsi cinayət işi üzə olan sübutların məcmusu, həmçinin işin faktiki halları ilə tam sübuta yetirilir, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 32.4,312.2 və 320.1-ci maddələri törətdiyi cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş və Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 32.4,312.2 və 320.1-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinməli, lakin ona cəza yalınız CM-nin 178.2.2, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə təyin edilməlidir. Belə ki, CM-nin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs CM-in 320.1-ci maddəsi ilə olan cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət hesab olunduğundan, həmin Məcəllənin 75.1.1-ci maddəsinə müvafiq olaraq bu cinayət törədilən gündən iki il keçdiyindən, eyni zamanda, Təqsirləndirilən şəxs özünü təqsirli bilmədiyindən və Azərbaycan Respublikası CPM-in 39.1.3-cü maddəsi belə halda cinayət təqibini istisna etdiyindən Məcəllənin 44.2.1-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs CM-in 320.1-ci maddəsi ilə təqsirli bilinsə də ona bu maddə ilə cəza təyin edilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən və məhkəmə hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2, 32.4,312.2, 320.1 və 320.2-ci maddələri ilə təqsirli bilinib qəti olaraq 2 (iki) il 6 (altı) ay dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 7 (yeddi) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəlinin həbsə alındığı xx.xx.2022-ci il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmışdır (cild 2, iş vərəqi 9). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin tələbinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə ona təyin edilmiş cəzanı çəkib qurtarmadığından qüvvədə olan cinayət qanunvericiliyinə görə, o, məhkumluğu olan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Göründüyü kimi, Təqsirləndirilən şəxs bu iş üzrə ittiham edildiyi cinayətlər Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü elan ediləndən əvvəl törədildiyindən məhkəmə hesab edir ki, onun əməlində cinayətlərin residivi mövcud deyildir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağın olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, dəymiş ziyanı qismən ödəməsini Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hal məhkəmədə müəyyən edilmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətlərin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, cəza təyin edilməsinin ümumi əsaslarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndiriyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-ci maddələrin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, 312.2-ci maddəsinin sanksiyasında səkkiz min manatdan on iki min manatadək miqdarda cərimə və ya dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-ci maddələri ilə nəzərdə tutulan əməllər az ağır, CM-in 312.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməl ağır cinayətlər kimi təsnif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci maddəsinin tələblərinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələblərinə görə cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Məhkəmə iclasında müəyyən edildi ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs 2020-ci il ilin iyul ayından 2021-ci ilin may ayınadək törətdiyi cinayətlərə görə Azərbaycan Respublikası CM-nin 178.3.2, 32.4,312.2, 320.1 və 320.2-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 2 il 6 ay dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 7 il 11 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmiş, cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 32.4,312.2 və 320.1-ci maddələri ilə ittiham olunduğu hazırkı cinayət əməli isə 2019-cu ilin sentyabr ayında və 2021-ci ilin noyabr ayının əvvəllərində, yəni Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü elan edilməmişdən əvvəl törədilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona cinayətlərin məcmusu üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs hazırkı hökm üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsi 178.2.2, 178.2.4 və 32.4,312.2 maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, həmin cəzalar Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplanılmalı, toplanmış cəza Cinayət Məcəlləsinin 66.4 və 66.5-ci maddələrində göstərilən qaydalar üzrə ona Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2, 32.4,312.2, 320.1 və 320.2-ci maddələri ilə təyin 2 (iki) il 6 (altı) ay dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 7 (yeddi) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə ona qəti cəza təyin olunmalı, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş əsas cəzanın çəkilmiş 4 (dörd) ay 5 (beş) gün hissəsi bu hökmlə təyin ediləcək əsas cəzadan çıxılmalı, cəzaçəkmə müddətinin əvvəli onun bu iş üzrə həbs olunduğu 18 avqust 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 avqust 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə qeyd edilən qanunvericiliyin tələblərini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut olan və cinayət işinə əlavə edilmiş Şahid3 və Şahid1 tərəfindən istintaqa təqdim edilmiş içərisində audio yazıların olduğu 2 ədəd elektron daşıyıcı (yaddaş kartı və disk), 015459 və 014624 qeydiyyat nömrəli saxta şəhadətnamələr cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş üzrə mülki iddia verilməmişdir, ekspertiza xərci və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 32.4,312.2 və 320.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı hökm üzrə təyin edilmiş cəza ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 aprel 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il 6 (altı) ay dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 7 (yeddi) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrum etmə cəzasını qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il 6 (altı) ay dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 aprel 2022-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilmiş 4 (dörd) ay 5 (beş) gün hissəsi bu iş üzrə təyin edilmiş əsas cəzadan çıxılsın, onun üzərində 2 (iki) il 6 (altı) ay dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 8 (səkkiz) il 7 (yeddi) ay 25 (iyirmi beş) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəçaçəkmə müddətinə daxi edilməklə cəzaçəkmə müddətinin əvvəli onun həbsə alındığı 18 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.2 və 29,178.2.4-cü maddələri Təqsirləndirilən şəxs verilmiş ittihamdan xaric edilsin. Azərbaycan Respublikası CM-nin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Azərbaycan Respublikası CPM-nin 44.2.1-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə cəza təyin edilməsin. İş üzrə maddi sübutlar - Şahid3 və Şahid1 tərəfindən istintaqa təqdim edilmiş, içərisində audio yazıların olduğu 2 ədəd elektron daşıyıcı (yaddaş kartı və disk), 015459 və 014624 qeydiyyat nömrəli saxta şəhadətnamələr cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Telman Hüseynov Hakimlər Əli Məmmədov Səbinə Məmmədzadə
Məhkəmə qərarları › İş №1(101)-204/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-204/2023
20.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver