Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-204/2024 15.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 11:40-da Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçiləri Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx xxxxxx 1981-ci il tarixdə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda nömrəsiz fərdi evdə qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 13,171 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda 13,373 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla ünvan 1 ünvanının yaxınlığına daşımış, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 03 noyabr 2022-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs həmin tarixdə, saat 21:40-da ünvan 2 ünvanının yaxınlığında saxlanılmaqla qeyd olunan Baş İdarəyə gətirilmiş və orada saat 23:20-dən etibarən üzərinə şəxsi axtarış keçirilərkən əynində göy rəngli gödəkcənin sol iç cibindən bir ədəd sellofan bükümdə 13,171 qram çəkidə narkotik vasitə heroin, 01 ədəd sarı rəngli plastik qutuda 11,528 qram və 01 ədəd sellofan bükümdə 1,845 qram olmaqla ümumilikdə 13.373 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, fərdi şəkildə taksi fəaliyyəti ilə məşğul olmuş, əvvəllər narkotik vasitə istifadəçisi olsa da, saxlanılmamışdan 4 ay əvvəl narkotik vasitə istifadəsini dayandırmışdır. 03 noyabr 2022-ci il tarixdə Bakıxanov qəsəbəsinə getməli olmuş, lakin həmin gün Tofiq Bəhrəmov adına Respublika stadionunda futbol oyunu olduğundan yollar bağlı olmuş və o, Nərimanov rayonu ərazisindən keçməli olmuşdur. O, Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən "Nənəmin təndiri” restoranından un məmulatları almaq üçün avtomobildən düşmüş, bu zaman saat təxminən 21:30 radələri olmuşdur. Həmin vaxtı ona 6 nəfər yaxınlaşaraq, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları xidməti vəsiqələrini göstərdikdən sonra o, özünü onlara təqdim etmişdir. Polis əməkdaşları ondan dostunun harada olduğunu soruşduqda, o, tək olduğunu, onların kimi nəzərdə tutduqlarını bilmədiyini demişdir. Əməliyyat müvəkkillərindən biri bir az kənarda yerdə olan bağlamanı götürmüş və ona aid olub-olmadığını soruşmuşdur. O da həmin bağlamadan məlumatsız olduğunu və ona aid olmadığını bildirmişdir. Polis əməkdaşlarının avtomobili ilə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmiş, öz şəxsi avtomobili isə Nərimanov rayonu ərazisində qalmışdır. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində polis əməkdaşları ona müxtəlif zərbələrlə döyərək zor tətbiq etmiş və onun ayaq barmağında olan dırnağını çıxararaq, elektrik cərəyanına məruz qoyaraq işgəncə vermişlər. Təzyiq altında onun üzərinə narkotik vasitə və psixotrop maddə olan bağlamanı yerləşdirdikdən sonra, müdafiəçi gəlmiş və çəkiliş başlamışdır. O, polis əməkdaşlarının təzyiqinə dözə bilmədiyindən, məcbur qalıb onların dedikləri ilə razılaşmışdır. İttiham aktında yazılanların yanlış olduğunu, çəkiliş zamanı təxminən 15 qram narkotik vasitə və psixotrop maddənin onun üzərinə yerləşdirildiyi halda, ittiham aktında 26 qram narkotik vasitə və psixotrop maddə olduğunu, həmin gün ağ rəngli şalvar geyindiyini, lakin ittiham aktında əynində olan şalvarın göy rəng olduğu qeyd edilmişdir. O, tutulan zaman üzərində narkotik vasitə olmamış, polis əməkdaşları tərəfindən onun avtomobilinə və yaşadığı mənzilə baxış keçirilməmişdir. O, "Əmir” adlı şəxsi tanımamış, polis əməkdaşlarının axtardığı şəxs o, olmamış, təsadüfən həmin ərazidə olduğu üçün saxlanılmışdır. Qohumlarından da heç kim narkotik vasitə istifadəçisi olmamış, dostlarından bəzilərinin sadəcə narkotik vasitə istifadəçisi olmuşlar. O, narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Qətimkan tədbirinin seçilməsi ilə bağlı keçirilən məhkəmə iclasında polis əməkdaşlarının onun ayaq dırnağını çıxarmaqları ilə bağlı hakimə məlumat verməmişdir. İstintaq təcridxanasında heç bir müalicə almamış, müalicəsi ilə özü şəxsən məşğul olmuşdur. İstintaq təcridxanasına daxil olan zaman müayinə olunmamış, AR Baş Prokurorluğuna polis əməkdaşları tərəfindən zor tətbiqinə məruz qalmağı ilə bağlı şikayəti əsasında araşdırılma aparılmış, lakin araşdırılmanın nəticəsindən məlumatsız olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkilli Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs sonradan tanımaqla onunla əvvəllər hər hansı münasibəti olmamışdır. Ona ''Seymur’' adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə məlumat daxil olmuş, həmin şəxsin xx xxxxxx 1981-ci ildə Ağdaş şəhərində doğulmuş, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanması Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin, psixotrop maddələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi İlə əməliyyat qrupunun yaradılmasına və təxirəsalınmaz tədbirlər görülməklə müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsi üçün müraciət edilmişdir. xx.xx.2022-ci il tarixdə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş və həmin tarixdə verilən əmrlə Daxili İşlər Nazirliyinin BMCMİ-nin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır. Özü qrupun rəhbəri təyin edilməklə idarənin əməliyyat müvəkkilləri, polis kapitanı Şahid3 və polis kapitanı Şahid2 da qrupun üzvü təyin edilmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə Teymur Seymurovun olduğu yer müəyyən edilərək həmin gün saat 21:40-da ünvan 3 ünvanının yaxınlığında olduğu zaman Teymur Seymurov saxlanılmış, saxlanılarkən yerində üzərinə şəxsi axtarış aparılmasına şərait olmadığına görə tərəfindən müşayiətləri altında saxlandığı yerdən Baş İdarəyə gətirilmişdir. Təqsirləndirilən şəxs narazılıq etmədən və hər hansı etiraz bildirmədən onlarla birlikdə və müşayiətləri altında Baş İdarəyə gəlmişdir. Bununla bağlı müvafiq raport yazılandan sonra araşdırmanın aparılması təhqiqatçı, polis baş leytenantı Babək Haqverdiyevə həvalə edildiyindən müşayiətləri ilə Təqsirləndirilən şəxs təhqiqatçı Babək Haqverdiyevin xidməti otağına aparmış, 10-15 dəqiqə keçəndən sonra təhqiqatçının dəvəti ilə vəkil gələndən sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuşdur. Videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində olan əşyaları çıxarıb stolun üstünə qoyması təklif ediləndə, o, üzərində narkotik vasitə heroin olduğunu bildirib əynindəki göy rəngli gödəkcənin sol iç cibindən bir ədəd yapışqan lentlə bağlanmış bağlamanı, həmin gödəkcənin sol yan cibindən “Redmi” markalı mobil telefonu, göy rəngli cins şalvarının sol arxa cibindən 10 manat pulu çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi yapışqan lentlə bağlanmış bağlama açılarkən bağlamanın içərisində bir ədəd sarı rəngli plastik qutu və iki ədəd sellofan büküm aşkar edilmişdir. İki ədəd sellofan bükümə baxış keçirilərkən bükümlərdən birinin içərisində narkotik vasitə heroinə oxşar maddə, digər sellofan bükümün içərisində isə psixotrop maddə metamfetaminə oxşar maddə aşkar olunmuşdur. Bir ədəd sarı rəngli plastik qutuya baxış keçirilərkən qutunun içərisində də psixotrop maddə metamfetaminə oxşar maddə aşkar edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd sarı rəngli plastik qutuda və bir ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə oxşar maddə və bir ədəd sellofan bükümdə narkotik vasitə heroinə oxşar maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılaraq DİN-in "Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılsa da digər hər hansı əşya, predmet və ya alət aşkar olunmamış, 10 manat da özünə geri qaytarılmışdır. Aşkar edilən "Redmi” markalı mobil telefon isə təhqiqatçı tərəfindən götürülmüş, təhqiqatçı orada iştirak edən şəxslərin iştirakı ilə protokol tərtib etmiş, bükümlərdə olmaqla həmin maddələri və həbləri ekspertizaya göndərmək məqsədilə qablaşdırmış və orada olan şəxslərlə yanaşı o da protokolun düzgünlüyünü və zərfin üstünü imzası ilə təsdiq etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş heroini və metamfetamini konkret haradan əldə etməsi haqqında hər hansı məlumatı olmamışdır. Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə zamanı üzərindən aşkar olunaraq götürülmüş heroini və metamfetamini "Əmir” adlı şəxsdən 50 manat kart hesabına köçürməklə online formada aldığını və xx.xx.2022-ci il tarixdə saat 21:30 radələrində Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən "Nənəmin təndiri” restoranının arxasında yerdən götürdüyünü və üzərində gəzdirdiyini bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs qarşı heç kim zor tətbiq etməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkilli Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs sonradan tanımaqla onunla əvvəllər hər hansı münasibəti olmamışdır. Şahid1 ''Seymur’' adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə məlumat daxil olmuş, həmin şəxsin xx.xx.1981-ci ildə Ağdaş şəhərində doğulmuş, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanması Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin, psixotrop maddələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi İlə əməliyyat qrupunun yaradılmasına və təxirəsalınmaz tədbirlər görülməklə müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsi üçün müraciət edilmişdir. xx.xx.2022-ci il tarixdə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş və həmin tarixdə verilən əmrlə Daxili İşlər Nazirliyinin BMCMİ-nin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır. Şahid1 qrupun rəhbəri təyin edilməklə idarənin əməliyyat müvəkkilləri, Şahid3 və o da qrupun üzvü təyin edilmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə Teymur Seymurovun olduğu yer müəyyən edilərək həmin gün saat 21:40-da ünvan 3 ünvanının yaxınlığında olduğu zaman saxlanılmış, saxlanılarkən yerində üzərinə şəxsi axtarış aparılmasına şərait olmadığına görə tərəflərindən müşayiətləri altında saxlandığı yerdən Baş İdarəyə gətirilmişdir. Təqsirləndirilən şəxs narazılıq etmədən və hər hansı etiraz bildirmədən onlarla birlikdə və müşayiətləri altında Baş İdarəyə gəlmişdir. Bununla bağlı müvafiq raport yazılandan sonra araşdırmanın aparılması təhqiqatçı, polis baş leytenantı Babək Haqverdiyevə həvalə edildiyindən müşayiətləri ilə Təqsirləndirilən şəxs təhqiqatçı Babək Haqverdiyevin xidməti otağına aparmış, 10-15 dəqiqə keçəndən sonra təhqiqatçının dəvəti ilə vəkil gələndən sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində olan əşyaları çıxarıb stolun üstünə qoyması təklif ediləndə, o, üzərində narkotik vasitə heroin olduğunu bildirib əynindəki göy rəngli gödəkcənin sol iç cibindən bir ədəd yapışqan lentlə bağlanmış bağlamanı, həmin gödəkcənin sol yan cibindən “Redmi” markalı mobil telefonu, göy rəngli cins şalvarının sol arxa cibindən 10 manat pulu çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi yapışqan lentlə bağlanmış bağlama açılarkən bağlamanın içərisində bir ədəd sarı rəngli plastik qutu və iki ədəd sellofan büküm aşkar edilmişdir. İki ədəd sellofan bükümə baxış keçirilərkən bükümlərdən birinin içərisində narkotik vasitə heroinə oxşar maddə, digər sellofan bükümün içərisində isə psixotrop maddə metamfetaminə oxşar maddə aşkar olunmuşdur. Bir ədəd sarı rəngli plastik qutuya baxış keçirilərkən qutunun içərisində də psixotrop maddə metamfetaminə oxşar maddə aşkar edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd sarı rəngli plastik qutuda və bir ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə oxşar maddə və bir ədəd sellofan bükümdə narkotik vasitə heroinə oxşar maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılaraq DİN-in "Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılsa da digər hər hansı əşya, predmet və ya alət aşkar olunmamış, 10 manat da özünə geri qaytarılmışdır. Aşkar edilən "Redmi” markalı mobil telefon isə təhqiqatçı tərəfindən götürülmüş, təhqiqatçı orada iştirak edən şəxslərin iştirakı ilə protokol tərtib etmiş, bükümlərdə olmaqla həmin maddələri və həbləri ekspertizaya göndərmək məqsədilə qablaşdırmış və orada olan şəxslərlə yanaşı o da protokolun düzgünlüyünü və zərfin üstünü imzası ilə təsdiq etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş heroini və metamfetamini konkret haradan əldə etməsi haqqında hər hansı məlumatı yoxdur. Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə zamanı üzərindən aşkar olunaraq götürülmüş heroini və metamfetamini "Əmir” adlı şəxsdən 50 manat kart hesabına köçürməklə online formada aldığını və xx.xx.2022-ci il tarixdə saat 21:30 radələrində Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən "Nənəmin təndiri” restoranının arxasında yerdən götürdüyünü və üzərində gəzdirdiyini bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs qarşı heç kim zor tətbiq etməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkilli Şahid3 ifadəsində göstərdi ki, DİN BMCMİ əməliyyat müvəkkili Şahid1 ''Seymur’' adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə məlumat daxil olmuşdur, həmin şəxsin xx.xx.1981-ci ildə Ağdaş şəhərində doğulmuş, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanması, Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin, psixotrop maddələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə əməliyyat qrupunun yaradılmasına və təxirəsalınmaz tədbirlər görülməklə müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsi üçün müraciət edilmişdir. xx.xx.2022-ci il tarixdə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş və həmin tarixdə verilən əmrlə Daxili İşlər Nazirliyinin BMCMİ-nin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır. Şahid1 qrupun rəhbəri təyin edilməklə idarənin baş əməliyyat müvəkkili Şahid2 və o qrupun üzvü təyin edilmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə Teymur Seymurovun olduğu yer müəyyən edilərək həmin gün saat 21:40-da ünvan 4 ünvanının yaxınlığında olduğu zaman saxlanılmış, saxlanılarkən yerində üzərinə şəxsi axtarış aparılmasına şərait olmadığına görə tərəflərindən müşayiətləri altında saxlandığı yerdən Baş İdarəyə gətirilmişdir. Təqsirləndirilən şəxs narazılıq etmədən və hər hansı etiraz bildirmədən bizimlə birlikdə və müşayiətimiz altında Baş İdarəyə gəlmişdir. Bununla bağlı müvafiq raport yazılandan sonra araşdırmanın aparılması təhqiqatçı, polis baş leytenantı Babək Haqverdiyevə həvalə edildiyindən müşayiəti ilə Təqsirləndirilən şəxs təhqiqatçı Babək Haqverdiyevin xidməti otağına aparılmış, 10-15 dəqiqə keçəndən sonra təhqiqatçının dəvəti ilə vəkil gələndən sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində olan əşyaları çıxarıb stolun üstünə qoyması təklif edilmişdir. O, üzərində olan narkotik vasitə heroin və psixotrop maddə metamfetaminə oxşar maddəni masanın üzərinə qoymuşdur. Aşkar olunmuş narkotik vasitələr və psixotrop maddə DİN-in "Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalandı. Təhqiqatçı orada iştirak edən şəxslərin iştirakı ilə protokol tərtib etdi, bükümlərdə olmaqla həmin maddələri və həbləri ekspertizaya göndərmək məqsədilə qablaşdırılmış və orada olan şəxslərlə yanaşı o da protokolun düzgünlüyünü və zərfin üstünü imzası ilə təsdiq etmişlər. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş heroini və melamfetamini konkret haradan əldə etməsi haqqında hər hansı məlumatım yoxdur. Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə zamanı üzərindən aşkar olunaraq götürülmüş heroini və melamfetamini "Əmir” adlı şəxsdən online formada aldığını bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs qarşı heç kim zor tətbiq etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/0399 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş bir ədəd zərfdəki bir ədəd sellofan bükümdə təmiz çəkisi 13,171 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. 1 ədəd bükümdə təmiz çəkisi 1,345 qram və bir ədəd plastik qutuda təmiz çəkisi 11,528 qram, ümumi təmiz çəkisi 13,373 qram olan ağ rəngli kristallik maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Təqdim olunmuş bir ədəd bükümdə və bir ədəd plastik qutuda olan metamfetamin xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin və psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin və psixotrop maddələr"in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin ümumi təmiz çəkisi: 13,171 qram, tədqiqata sərf edildi: 0,050 qram, qalıq: 13,121 qram. Metamfetaminin ümumi təmiz çəkisi: 13,373 qram, tədqiqata sərf edildi: 0,100 qram, qalıq: 13, 273 qram. (iş vərəqə 41-46) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X14 X10-narkoloji X3 xx.xx.2023-cü il tarixli, 509 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı var, məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş vərəqə 158-159) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X11 xx.xx.2023-cü il tarixli, 544 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu əlamətləri müəyyən edilir. Təqsirləndirilən şəxs aşkar edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, törətdiyi əməl dövründə onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etsin. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək, ifadə vermək, baş verənləri düzgün qavrayıb təsvir etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə prosessual fəaliyyət qabiliyyətlidir. (iş vərəqə 160-162) İş materiallarında olan xx.xx.2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, 03 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sol yan cibindən bir ədəd sellofan bükümdə 13,171 qram çəkidə narkotik vasitə heroinin 01 ədəd sarı rəngli plastik qutuda 13,373 qram və 01 ədəd sellofan bükümdə 1,845 qram olmaqla ümumilikdə 13,373 qram çəkidə psixotrop maddə metamfetaminin aşkar olunması məlum olur. (iş vərəqə 91-92) İş materiallarında olan xx.xx.2023-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 03 noyabr 2022-ci il tarixdə saat 21:40-da Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılmış Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman videoçəkilişdən istifadə olunmuş və həmin videogörüntü 1 ədəd DVD-R formatlı diskə köçürülərək şəxsi axtarış və götürmənin aparılması haqqında protokola əlavə edilmişdir. İş üzrə obyektiv həqiqətin müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmaq məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat 15:00 dəqiqədə protokola əlavə edilmiş 1 ədəd diskin yerləşdirildiyi qablaşdırmanı sökərək baxışı aparılmağa başlanılmışdır. Həmin disk dairəvi formasında olmaqla bir üzü ağ rəngindədir, üzərində heç bir yazı və ya rəqəm yoxdur. "HP" markalı noutbuk diskdə olan videogörüntüyə baxılarkən aydın oldu ki, təhqiqatçı tərəfindən özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsin üzərində müdafiəçisinin və polis əməkdaşlarının iştirakları ilə şəxsi axtarış aparılan zaman o, təhqiqatçının təklifi ilə üzərində olan əşyaları çıxarıb stolun üstünə qoymazdan əvvəl üzərində narkotik vasitə heroin olduğunu bildirib əynində olan göy rəngli gödəkcənin sol iç cibindən bir ədəd yapışqan lentlə bağlanmış bağlamanı, həmin gödəkcənin sol yan cibindən "Redmi" markalı mobil telefonu, göy rəngli cins şalvarının sol arxa cibindən 10 manat pulu çıxarıb masanın üzərinə qoymaqla təqdim edir. Təqsirləndirilən şəxs təqdim etdiyi yapışqan lentlə bağlanmış bağlama açılarkən bağlamanın içərisində bir ədəd sarı rəngli plastik qutu və iki ədəd sellofan büküm aşkar edilir. İki ədəd sellofan bükümə baxış keçirilərkən bükümlərdən birinin içərisində narkotik vasitə heroinə oxşar maddə, digər sellofan bükümün içərisində psixotrop maddə metamfetaminə oxşar maddə aşkar edilir. Bir ədəd sarı rəngli plastik qutuya baxış keçirilərkən isə qutunun içərisində psixotrop maddə metamfetaminə oxşar maddə aşkar edilir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd sarı rəngli plastik qutuda və bir ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə oxşar maddə və bir ədəd sellofan bükümdə narkotik vasitə heroinə oxşar maddə bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanır. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilsə də, digər hər hansı əşya, predmet və ya alət aşkar olunmamışdır. 10 manat isə özünə geri qaytarılaraq aşkar edilən "Redmi" markalı mobil telefon təhqiqatçı tərəfindən götürülür. Təhqiqatçı orada iştirak edən şəxslərin iştirakı ilə protokol tərtib edir və protokol imzalarla təsdiq edilir. (iş vərəqə 146) İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 5(002)-1437/2023 saylı qərarından görünür ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkilli Tural Yusubov tərəfindən qəbul edilmiş və həmin idarənin rəisi Əbülfət Rzayev tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə” qərar qanuni hesab edilmişdir. (iş vərəqə 5- 6; 94-95) Bakı Ağır Cinayətlər Məhkəməsinə təqdim edilən Bakı şəhəri Nərimanov rayon prokurorunun köməkçisi Rafiq Şıxəliyev tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs AR Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması barədə məlumat yoxlama zamanı öz təsdiqini tapmadığından, AR CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinə təqdim edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli, 3-16- 17/38/2-2223/2023 saylı məktubundan görünür ki, həbs edilmiş Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmiş və ilkin müayinədən keçirilərək onun adına tibbi kitabça açılmışdır. Bədəninə baxış keçirilən zaman xəsarət aşkar olunmamışdır. Sol qarın, sol said nahiyəsində və sol əlin ovuc səthində çapıq toxuma müşahidə olunmuşdur. Habelə, xx.xx.2022-ci il tarixli “şübhəli şəxsin dindirilməsi haqqında” protokoldan görünür ki, müdafiəçi Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili X4 iştirakı ilə keçirilən dindirmə istintaq hərəkətləri zamanı Təqsirləndirilən şəxs saxlanılan zaman Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən döyülməsi və ya hansısa formada zor tətbiqinə məruz qalması barədə ifadə verməmişdir. (iş vərəqə 55-58) Müdafiə tərəfinin vəsatəti əsasında dindirilmə istintaq hərəkəti protokollarının qeydiyyatının aparıldığı, “Cinayət işinin ərazi aidiyyatı üzrə göndərilməsi haqqında” qərarın qeydiyyatının aparıldığı qeydiyyat kitablarından çıxarışların əldə edilməsi ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə və Nərimanov rayon Polis İdarəsinə sorğular göndərilsə də, müsbət nəticələr əldə olunmamışdır. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təsvir edilmiş cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə özünü təqsirli bilməyərək, saxlanılan zaman üzərində narkotik vasitə və ya psixotrop maddə olmaması, həmin maddələrin satışını həyata keçirməməsi, üzərindən aşkar olunan narkotik vasitə və ya psixotrop maddələrin polis əməkdaşları tərəfindən ona məcburi şəkildə verilməsi, polis əməkdaşlarının ona zor tətbiqi və işgəncə vermələri ilə bağlı verdiyi ifadəsinə hüquqi qiymət verərək belə hesab edir ki, onun məhkəmədə verdiyi ifadəsi işin faktiki hallarına uyğun olmamaqla məsuliyyətdən boyun qaçırmağa yönəlmişdir. Onun özünü müdafiə üçün irəli sürdüyü fikirlər xx.xx.2022-ci il tarixli “şübhəli şəxsin dindirilməsi haqqında” protokol, ibtidai istintaq zamanı özünün təqsirləndirilən şəxs qismində qismən etiraf edici ifadəsi, iş üzrə dindirilmiş şahidlərin həm ibtidai istintaq, həm də məhkəmə baxışı zamanı verdikləri ifadələri, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/0399 saylı ekspert rəyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X14 X10-narkoloji X3 xx.xx.2023-cü il tarixli, 509 saylı ekspert rəyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X11 xx.xx.2023-cü il tarixli, 544 saylı rəyi, xx.xx.2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol, xx.xx.2023-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokol, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 5(002)- 1437/2023 saylı “əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə” qərarın qanuni hesab edilməsinə dair qərarı, Bakı şəhəri Nərimanov rayon prokurorunun köməkçisi Rafiq Şıxəliyev tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar, həmçinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli, 3-16-17/38/2-2223/2023 saylı məktubu və digər mötəbər sübutlarla tam təkzib olunur. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, saxlanmazdan təxminən 5 ay əvvəldən narkotik vasitə heroin və psixotrop maddə metamfetamini təsadüfi şəxslərdən əldə edib çəkmə yolu ilə qəbul etmişdir. Təxminən 2022-ci ilin sentyabr ayında İran İslam Respublikası vətəndaşı "Əmir" adlı şəxslə "İnstagram" sosial şəbəkəsində tanış olmuş, daha sonra "Vatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə danışmağa başlamışdır. Danışıqlar zamanı həmin "Əmir” adlı şəxsin Azərbaycana İrandan keçirdiyi narkotik vasitələrin satışı ilə məşğul olduğunu öyrənmişdir. Bundan sonra o da həmin şəxsdən öz istifadəsi üçün narkotik vasitə heroin və psixotrop maddə metamfetamin alıb istifadə etməyə başlamışdır. Onun şəklini göndərdiyi, xatırlamadığı bank kartı hesabına pul göndərmiş, daha sonra onun izah etdiyi ərazilərdə gizlədilmiş narkotik vasitələri götürüb istifadə etmişdir. xx.xx.2022-ci il tarixdə yenidən eyni üsulla "Əmir” adlı şəxsdən bir bükümdə narkotik vasitə heroin, bir büküm və plastik "kinder yumurtası” qabında psixotrop maddə əldə edib öz istifadəsi üçün üzərində gəzdirmişdir. xx.xx.2022-ci il tarixdə axşam saat 21:40-da ünvan 3 ünvanının yaxınlığında olduğu zaman ona üç nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edərək Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları xidməti vəsiqələrini göstərdikdən sonra özünü onlara təqdim etmişdir. Polis əməkdaşları ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq satışı ilə məşğul olmaqda şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş "Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərarı ona göstərmişlər. Yalan danışmağın əhəmiyyətsiz olduğunu görüb üzərində narkotik vasitə heroin olduğunu etiraf etmişdir. Polis əməkdaşlarının dəvəti ilə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gələrək müdafiəçi ilə təmin edilməklə şübhəli şəxs qismində tutulmuş, daha sonra videoçəkiliş edilməklə üzərində şəxsi axtarış aparılmışdır. Üzərində narkotik vasitə və ya psixotrop maddə olduğu halda təqdim etmək təklif edildikdən sonra əynində olan göy rəngli gödəkcəsinin sol iç cibindən bir ədəd yapışqan lentə bağlanmış bağlamanı, gödəkcənin sol yan cibindən "Redmi” markalı mobil telefonu, göy rəngli cins şalvarının sol arxa cibindən 10 manat pulu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Yapışqan lentlə bağlanmış bağlama açılarkən bağlamanın içərisində bir ədəd sarı rəngli plastik qutu və iki ədəd sellofan büküm aşkar edilmişdir. İki ədəd sellofan bükümə baxış keçirilərkən bükümlərdən birinin içərisində narkotik vasitə heroin, digər sellofan bükümün içərisində psixotrop maddə metamfetamin aşkar edilmişdir. Bir ədəd sarı rəngli plastik qutuya baxış keçirilərkən qutunun içərisində psixotrop maddə metamfetamin aşkar edilmişdir. Bundan sonra həmin narkotik vasitə və psixotrop maddə qablaşdırılmışdır. Şəxsi axtarış davam etdirilərkən üzərində digər əşya və ya predmet aşkar edilməmişdir. Üzərindən aşkar edilən 10 manat pul özünə geri qaytarılmış, “Redmi” markalı mobil telefon isə götürülmüşdür. Şifahi sorğu zamanı üzərindən aşkar edilən narkotik vasitə heroin və psixotrop maddə metamfetamini İran İslam Respublikasının vətəndaşı "Əmir" adlı şəxsdən 50 manat kart hesabına köçürməklə online formada aldığını və həmin narkotik vasitələri şəxsi istifadə etmək məqsədi ilə xx.xx.2022-ci il tarixdə axşam vaxtlarında Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən "Nənəmin təndiri” restoranının arxasında yerdən götürdüyünü və üzərində gəzdirdiyini bildirmişdir. Həmin narkotik vasitə və psixotrop maddələri yalnız şəxsi istehlak məqsədi ilə əldə etmiş, heç vaxt narkotik vasitələrin alqısatqısı ilə məşğul olmamışdır. "Əmir" adlı şəxsin anket məlumatlarını bilməməklə yanaşı telefon nömrəsi də mobil telefonundan silinmişdir. Üzərinə baxış keçirilən zaman ona heç bir fiziki və ya psixi zor göstərilməmişdir. (iş vərəqə 55-58) Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunun izah tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, həmin Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər–narkotik müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarının 9-cu abzasında izah edilir ki, “narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır”. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) CM-in 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd sellofan bükümdə 13,171 qram çəkidə narkotik vasitə heroin, 01 ədəd sarı rəngli plastik qutuda 11,528 qram və 01 ədəd sellofan bükümdə 1,845 qram olmaqla ümumilikdə 13,373 qram çəkidə psixotrop maddə metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları»na əsasən şəxsi istehlak miqdarından artıq olmaqla, külli miqdar təşkil edir, habelə narkotik vasitələrin və psixotrop maddələrin bir neçə bağlamada olması, digər tərəfdən, narkotikin bir yerdən başqa yerə daşınması da təsdiq edir ki, o, qeyd olunan miqdarda olan narkotik vasitələri qanunsuz olaraq məhz satış məqsədi ilə əldə edib özündə saxlamış və daşımışdır. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(010)-268/2021 saylı hökmündən, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 7(010)-340/2022 saylı qərarından, Ağdaş rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)-131/2022 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(010)-268/2021 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdən həbsdə saxlanıldığı 4 ay 24 gün nəzərə alınaraq ona qəti olaraq 01 il 02 ay 12 gün müddətə azadlığın məhdudlaşdırlması cəzası təyin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 7(010)-340/2022 saylı qərarı ilə barəsində "8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci hissəsi tətbiq edilərək təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının xx.xx.2021-ci il tarixədək çəkilməmiş 01 il 2 ay 12 gün hissəsi. Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1ci maddəsi ilə təqsirli bilinib, 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həbsdə saxlanıldığı 01 gün nəzərə alınaraq üzərində qəti olaraq 01 il 05 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2023-cü il tarixli, 21-1/3-15048/13 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixində cəza müddətinin başa çalması ilə əlaqədar Bakı şəhəri Probasiya İdarəsinin qeydiyyatından çıxarılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmadığından, Təqsirləndirilən şəxs əməlində hazırkı iş üzrə cinayətlərin residivi halı müəyyən edilmir. İş materiallarında olan Ağdaş şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 43 saylı məktubuna əlavə edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdaş şəhəri ərazisində yaşadığı müddət ərzində barəsində nümayəndəliyinə heç bir yazılı və ya şifahi olaraq ərizə şikayət daxil olmamışdır. (iş vərəqə 168) İş materiallarında olan elektron məhkəmə informasiya sistemindən əldə olunmuş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2008-ci il təvəllüdlü X5, xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X6 olmaqla 3 azyaşlı uşağı vardır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və AR CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. AR CM-in 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarına əsasən, birinci hökm çıxarılanadək şəxsə başqa cinayətə görə CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr CM-in 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə ona təyin edilmiş cəza ilə qismən toplanmalıdır. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə üzrə Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı 01 gün müddət ona təyin edilmiş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan və Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli 4(005)-1190/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 03 noyabr 2022-ci il tarixdən hesablanmışdır. (iş vərəqə 18, 77-81) Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 03 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 509 saylı №-li rəyinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq işi üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 65 (altmış beş) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübutlar – AR Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlama yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs aşkarlanan bir ədəd kağız paketdə qablaşdırılan 13,171 qram çəkidə narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalıq qalan hissəsi 13,121 qram narkotik vasitə heroin və 13,373 qram çəkidə psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonra qalıq qalan hissəsi 13,273 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətlərinin görüntülərini özündə əks etdirən 01 ədəd DVD disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi X2 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 25 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına 150 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə ona təyin edilmiş cəza ilə qismən toplanılsın və Təqsirləndirilən şəxs 07 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü üzrə Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı 01 gün ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 06 il 11 ay 29 gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 03 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – AR Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlama yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs aşkarlanan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 13,121 qram olan narkotik vasitə heroin və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 13,273 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətlərinin görüntülərini özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci - ekspertiza tədqiqatının dəyərini təşkil edən 65 (altmış beş) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi X2 təqsirləndirilən şəxsə göstərilmiş 25 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına 150 manat miqdarında pul ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim edildiyi gündən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev hakimlər: Telman Hüseynov Fərid Namazov
Məhkəmə qərarları › İş №1(101)-204/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-204/2024
15.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver