Məhkəmə qərarları › İş №1(101)-2041/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2041/2024

12.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2041/2024 12.12.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyeva Aytən Heydər qızı (sədrlik edən), X4 və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxxxx 1987-ci il tarixdə Lənkəran rayonu, Nərimanabad qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, Lənkəran rayonu, Nərimanabad qəsəbəsində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, 2-ci Mədən küçəsində nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evində müvəqqəti yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 181.1ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə saat 10:45-də açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttihamın mahiyyəti: 1.Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə hücuma məruz qalmış şəxsin sağlamlığı üçün təhlükəli zorakılıqla basqın edərək quldurluq etmiş və özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə qanunsuz daxil olaraq təkrarən oğurluq etmişdir. 2.Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx.xx.2024cü il tarixdə saat 21 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi Şəhər Yolu şosesində yerləşən “Al Market’’-dən əvvəllər tanımadığı Zərərçəkmiş şəxs1 alış veriş etdiyini və əl çantasına pul kisəsini qoyduğunu görüb həmin kisənin içərisində pul olmasını guman edərək sonuncunu təqib edib ünvan 2 ünvanda yerləşən evin qarşısında sağlamlığı üçün təhlükəli zorakılıqla basqın edib yumruğu ilə qəsdən üz nahiyəsindən zərbələr vuraraq hücuma məruz qalmış Zərərçəkmiş şəxs1 burun sümüyünün yerdəyişməyən qapalı sınığı, burun, hər iki gözyuvasıaltı və alın nahiyələrinin qançırları ilə nəticələnən, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərərvurmaya aid xəsarət yetirərək yerə yıxmış, əl çantasından içərisində 70 manat pul olan 15 manat dəyərində pul kisəsini ələ keçirərək Zərərçəkmiş şəxs1 ümumilikdə 85 manat məbləğində maddi ziyan vurmaqla quldurluq etmişdir. 3.Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2024-cü il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs2 məxsus, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Bağlar massivində nömrəsiz ünvanda yerləşən yaşayış sahəsi olan bağ evinin həyətinə hasarın üzərindən qanunsuz daxil olaraq həyətdəki söhbətkahda yerləşən 510 manat dəyərində 1 ədəd “Karpat” markalı, KT19SP modelli otbiçən maşını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs2 510 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. 4.Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə, şəxsiyyəti istintaqa məlum olmayan “Nayib” adlı şəxslə razılığa gəlib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında, xx.xx.2024-cü il tarixdə saat 06 radələrində Zərərçəkmiş şəxs2 məxsus, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Bağlar massivində nömrəsiz ünvanda yerləşən yaşayış sahəsi olan bağ evinin həyətinə hasarın üzərindən qanunsuz daxil olaraq həyətdəki evin zirzəmisinin pəncərəsindəki dəmir barmaqlıqları dəmir parçası ilə fiziki təsir edib qopararaq həmin dəmir parçası ilə pəncərəni sıxıb açmaqla zirzəmidən 800 manat dəyərində 2000 metr uzunluğunda “Kat6" internet kabelini, 90 manat dəyərində su nasosunun 90 metr uzunluğunda elektrik naqillərini, 1800 manat dəyərində 16X4 ölçüdə 120 metr uzunluğunda və 1600 manat dəyərində 2X8 ölçüdə 200 metr uzunluğunda elektrik kabellərini gizli olaraq talayıb, Zərərçəkmiş şəxs2 4290 manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Sübutların tədqiqi: 5.Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 181.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində qeyd etmişdir ki, quldurluq olarkən xanıma zərbə endirməsini, pul kisəsini götürüb götürməməsini xatırlamır. O, ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Nayibin kim olmasını bilmir. O, Sabunçu ərazisində olan evə iki dəfə girmişdir. Otbiçən maşın və kabel xəttləri götürmüş, oğurladıqlarını tanımadığı şəxslərə satmışdır. Əməlindən peşmandır. Zərərçəkmiş şəxsələrə hansısa ödəniş etməmişdir. O, arada narkotik istifadə edir, istifadə zamanı özünü yaxşı hiss edir və özündə olur. Sanksiya məhkəməsində əvvəlcə hakimə öz xəsarətlərini göstərmiş, daha sonra özünü təqsirli bildiyini demişdir. Xəsarətləri ona polislər yetirmişdir. O, Lənkəranda evdə olan zaman Sabunçu polisi tərəfindən saxlanılmışdır. 31 oktyabr tarixində saat 20 radələrində harada olmasını bilmir. Telefon işlədir, amma telefonunun nömrəsi yadında deyil. Həmin vaxt marketdə nəsə alarkən kameraya düşdüyündən polislər onu saxlamışlar. Hadisə vaxtı Zabrat ərazisində olmuşdur. “Al Market”də eyni vaxtda olub-olmamasını xatırlamır. 6.Məhkəmə iclas zalında verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər yarandığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, bildirmişdir ki, xx.xx.1987-ci il tarixdə Lənkəran rayonu, Nərimanabad qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşıdır, orta təhsillidir, subaydır, işləmir, əvvəllər Azərbaycan Respublikası CM-in 177, 185 və 234.1-ci maddələri ilə 4 dəfə məhkum olunmuş, sonuncu dəfə 2022-ci ildə Nizami rayon məhkəməsinin qərarına əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum edilmiş, Bakı Apellyasiya məhkəməsinin qərarı ilə cəzası 1 il 6 ay azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Hadisə baş verən günədək Zərərçəkmiş şəxs1 görməmiş, tanımamış, Zərərçəkmiş şəxs1 və ya onun ailəsi ilə heç bir ədavəti və ya düşmənçiliyi olmamışdır. Evindən oğurluq etdiyi X3 da tanımırmış, onunla heç bir münasibəti olmamışdır. 2023-cü ilin sentyabr ayında cəza çəkdiyi Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 14 saylı cəzaçəkmə müəssisəsindən azad edilmiş, həmin gündən də narkotik vasitə olan heroindən ineksiya yolu ilə istifadəsini davam etdirmişdir. Qısa müddətdə yenidən alüdəçiliyi yarandığından gündəlik heroindən istifadəsi artmış, istifadə etmədikdə ağrıları artırmış. Onun gündəlik heroin istifadəsinə 20 manat, aylıq istifadəsinə isə 600 manat pul tələb olunurmuş, lakin heç bir yerdə işləmədiyindən heroinə pul tapa bilmirmiş. Onun daimi yaşayış yeri Lənkəran şəhəri olsa da, narkotik Bakı şəhəri ərazisində asan tapıldığından tez-tez yaşadığı Lənkəran şəhərindən Bakı şəhərinə gəlirmiş. Sonuncu dəfə Bakı şəhərinə 2024-cü ilin yanvar ayının sonlarında gəlmiş, Bakı şəhərində qalmağa yeri olmadığından müvəqqəti olaraq türmə yoldaşının adını xatırlamadığı dostunun Sabunçu rayonu, Zabrat qəsəbəsi, 2-ci Mədəndə nömrəsiz ünvanda yerləşən evində təkcə pulsuz qalırmış. xx.xx.2024-cü il tarixdə saat 20 radələrində kəskin ağrıları başlanmış, özündə 21 manat pulu olmuş, düşünmüşdür ki, heroin alaraq ağrılarını dayandırsın. O, müvəqqəti yaşadığı Zabrat qəsəbəsindən çıxaraq piyada Sabunçu qəsəbəsinə, Şəhər Yolu Şosesində yerləşən “Al Market”ə tərəf gəlmişdir ki, oradan 1 manat 40 qəpiyə olan energetik içki alaraq 1 manatlıq taksi ilə narkotiki alacağı Bakıxanov qəsəbəsində yerləşən “Akordun” binaları deyilən evlərin qarşısına getsin. O, saat 21 radələrində “Al Market”ə girərkən sonradan adını bildiyi Zərərçəkmiş şəxs1m marketdən alış- veriş edərək əl çantasından pul kisəsini çıxarmasını, daha sonra pul kisəsini çantasına qoymasını görmüşdür. Həmin anda qərar vermişdir ki, Zərərçəkmiş şəxs1 pul kisəsini əlindən alsın. Odur ki, Zərərçəkmiş şəxs1 “Al Market”dən çıxdıqdan sonra onu təxminən 100 metr, yəni ünvan 5 ünvanda yerləşən evin qarşısında ətrafda heç kimin olmadığını görüb qəfildən arxadan Zərərçəkmiş şəxs1 qollarını bədəninə sıxaraq qucaqlamış və Xəyaləni qarşıya tərəf yerə yıxmışdır. Həmin anda özü də yerə çönbəlmiş, Xəyalənin müqavimətinin qarşısını alması üçün yumruğu ilə onun sifətindən zərbələr vurmuşdur. Zərərçəkmiş şəxs1 müqavimət göstərmədiyini görüb Xəyalənin əlindəki çantasının ipindən tutaraq özünə tərəf dartmış, lakin çantasının ipi qoluna keçdiyindən çantasını qolundan çıxara bilməmişdir. Çantanı qolundan çıxara bilmədiyini görüb əlini Xəyalənin çantasına salaraq “Al Market”də çantasına qoyarkən gördüyü pul kisəsini çantasından götürmüş, dərhal Xəyalədən uzaqlaşmış və gəldiyi yolla “Al Market”ə tərəf qaçaraq oradan getmişdir. O, qaçaraq müvəqqəti yaşadığı Zabrat qəsəbəsi, 2- ci Mədəndəki evə qayıtmışdır. Yolda pul kisəsini açarkən içərisində Zərərçəkmiş şəxs1 şəxsiyyət vəsiqəsini, 1 ədəd “Paşa Bank”a aid, 1 ədəd “Kapital Bank”a aid, 1 ədəd “ABB Bank”a aid kartları və 3 manat nağd pul görmüşdür. Onun niyyəti yalnız pul kisəsindəki pulu oğurlamaq olduğundan, yəni karta və ya kartda ola biləcək pula ehtiyacı olmadığından, yəni həmin anda yalnız pula ehtiyacı olduğundan kartları, şəxsiyyət vəsiqəsini və pul kisəsini Zabrat qəsəbəsi, 2-ci Mədən küçəsi ilə yol gedərkən yol kənarına tullamış, özündə yalnız pul kisəsində olan 3 manatı saxlamışdır. O, Zabrat qəsəbəsi, 2-ci Mədən küçəsindəki evdə 10-15 dəqiyqə özünə gəldikdən sonra evdən çıxmış, Zabrat qəsəbəsindəki “Rahat Markef’in qarşısına gələrək oradan 1 manatlıq taksiyə minib Bakıxanov qəsəbəsinə, Akordun binalarının qarşısına gəlmişdir. Həmin ərazidə, tanımadığı, görsə belə tanıya bilməyəcəyi şəxsdən 19 manatlıq heroin alaraq Bakıxanov qəsəbəsində Dəmiryol stansiyasının yaxınlığında ineksiya yolu ilə istifadə etmişdir. Oradan bir başa yaşadığı Zabrat qəsəbəsi, 2-ci Mədən küçəsində yerləşən evə qayıtmışdır. Bundan başqa xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixlərdə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Bağlar massivində yerləşən sonradan adını bildiyi Zərərçəkmiş şəxs2 bağ evindən oğurluq etmişdir. Belə ki, atası X12 rayonu, Nardaran qəsəbəsi, Bağlar massivində yerləşən bağ evinin həyətində bağbanlıq edir və evi mühafizə etməsi üçün evin həyətindəki gözətçi evində yaşayırmış. xx.xx.2024-cü il tarixdə saat 11 radələrində atasına baş çəkməsi üçün həmin bağ evinə getmişdir. Atasının yanında olarkən müşahidə etmişdir ki, atasının gözətçisi olduğu evin qonşuluğunda sonradan adını bildiyi Zərərçəkmiş şəxs2 məxsus bahalı bağ evi var, həmin evin həyətində it, evin daxilində isə yaşayış yoxdur. Onun ağrıları olduğundan lakin pulu olmadığından qərara gəlmişdir ki, Zərərçəkmiş şəxs2 evinə girərək oğurluq etsin. Evin ətrafında gəzişərkən görmüşdür ki, atasının qaldığı evlə Zərərçəkmiş şəxs2 evi arasında boş torpaq sahəsi var, Zərərçəkmiş şəxs2 evinin hasarının dibinə taxta parçaları tullanılıb, həmin taxtaların üstünə çıxmaqla hasardan həyətə keçmək olar. Saat 14 radələrində atası ilə sağollaşaraq atasının qaldığı evdən uzaqlaşmış, saat 15 radələrində həmin küçəyə gələrək Zərərçəkmiş şəxs2 bağ evinin hasarının taxtalar yığılmış hissəsindən həyətə keçmişdir. Həyətdəki evin piləkənləri ilə evə qalxsa da, evə giriş qapısı seyfdən olduğundan evə girə bilməmiş və həyətə düşmüşdür. Həyəti gəzərkən söhbətkahda 2 ədəd otbiçən görmüş, onlardan təzə olanını, yəni “Karpat” markalı təkərli otbiçəni söhbətkahdan çıxartmış və sürərək həyətdəki bağa, bağdan isə həyətə girdiyi yerdən küçəyə keçirtmişdir. Otbiçəni hasarın dibində qoyaraq xatırlamadığı şirkətdən taksi sifariş vermiş, oğurluq etdiyi bağ evinin qarşısına gələn dövlət qeydiyyat nişanını xatırlamadığı “Toyota” markalı, “Prius” modelli avtomobilin yük yerinə otbiçəni yerləşdirərək Bilgəh qəsəbəsində otbiçən satılan mağazaya aparmışdır. Orada bildirmişdir ki, otbiçən özünündür, bağını satdığından otbiçəni də satır. Satıcı ilə 200 manata razılaşmış, satıcı ondan şəxsiyyət vəsiqəsinin surətini aldıqdan sonra ona 200 manat pul vermiş, həmin 200 manatdan 8 manat taksiyə pulunu ödəmiş, qalan 192 manatı narkotik almasına və gündəlik xərclərinə sərf etmişdir. Növbəti gün Sabunçu rayonu, Zabrat qəsəbəsində, 2019-2021-ci illərdə onunla birgə Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 1 saylı Cəzaçəkmə müəssisəsində məhkumluq həyatı yaşamış, ineksiya yolu ilə narkotikdən istifadə edən, heç bir anket məlumatını bilmədiyi X2 tanıdığı şəxslə görüşmüşdür. Hər ikisinin ağrıları olduğundan, lakin narkotik almağa pulları olmadığından çıxış yolu axtarmışlar. O, Nayibə Zərərçəkmiş şəxs2 evi barədə bildirmiş, demişdir ki, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Bağlar massivində yaşayış olmayan bağ evi var, həmin evdən asanlıqla metal əşyaları oğurlayıb metal qəbulu yerinə satmaqla qısa müddətdə narkotikin pulunu əldə edə bilərlər. Nayib onunla razılaşmışdır. xx.xx.2024-cü il tarixdə saat 06 radələrində Nayiblə birgə, taksidə, Zərərçəkmiş şəxs2 Sabunçu rayonu, Nardaran qəsəbəsi, Bağlar massivində yerləşən evinin qarşısına gəlmişlər. Tanınmamaları üçün hər ikisi özləri ilə qara rəngli “Çeçenka” adlanan yun papaq götürmüşlər, onun əynində qara şalvar və qara köynək, Nayibin əynində isə göy rəngli cins şalvar və qara rəngli köynək olmuşdur. xx.xx.2024-cü il tarixdə oğurluq edərkən həyətə girdiyi hasarın həmin yerindən həyətə keçmişlər. Evin həyətindən götürdükləri dəmir parçası ilə evin zirzəmisinin dəmir barmaqlıqlarını qopartmış, həmin dəmir parçası ilə zirzəminin pəncərəsini açmışlar. O, pəncərədən təxminən 1,50 metr dərinliyi olan zirzəmiyə tullanmış, Nayib isə pəncərənin qarşısında dayanmışdır. O, zirzəmidən istifadə edilməmiş qalın elektrik kabellərini, “Kat6” adlanan internet kabellərini və zirzəminin küncündə qutuda qoyulmuş su nasosunun naqillərini götürərək pəncərədən Nayibə vermiş, Nayib isə həyətə girdikləri hasarın həmin yerindən küçəyə daşımışdır. Sonda özü də qalan kabelləri belinə keçirərək hasarın həmin yerindən küçəyə daşımış, pəncərəni açdıqları dəmir parçasını həyətdəki hovuza tullamışlar. Küçədə kabellərin üzərində olan örtüklərini soymuş, yoldan ötən “Toyota” markalı, “Prius” modelli, nömrəsini xatırlamadığı taksini dayandıraraq kabelləri həmin avtomobilə yükləmişlər. Kabelləri Dərnəgül qəsəbəsində xatırlamadığı yerdə yerləşən metal qəbulu məntəqəsinə apararaq metal kimi 400 manata satmışlar. 400 manatdan 10 manatını taksiyə vermiş, 100 manatına heroin almış, qalan 290 manatı hər kəsə 145 manat olmaqla bölmüşlər. Əməllərindən peşmandır, cinayətləri narkotik istifadəçisi olduğuna görə ağrılarını kəsməsi üçün törətmişdir (İ cild, səh. 151-155). 7.Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, hava limanında xadimə işləyir, hadisə günü xalasıgilə qonaq getmişdir. Avtobusdan düşüb Sabunçu Zabrat yolunda yerləşən “Al Market”ə girmiş, bəzi şeylər almış, əlində telefonu olmuş, digər əlində çantası olmuş, çantasının ağzını bağlamamışdır. Yolu keçəndən sonra ara yola girmiş, kiminsə arxası ilə tez-tez gəldiyini hiss etmişdir. Hadisə təxminən gecə saat 9-a qalmış baş vermişdir. Həmin şəxs arxadan qolundan tutmuş, onu ancaq vurmuş, qışqıra bilməmişdir. Arxadan tutan şəxsin Təqsirləndirilən şəxs olub-olmamasını görməmişdir. Müstəntiq onu Təqsirləndirilən şəxs təqdim etməmiş və Təqsirləndirilən şəxs görməmişdir. Onu arxadan qucaqlayan hündür adam olmamış, Təqsirləndirilən şəxs olub-olmamasını bilmir, səsini də eşitməmişdir. Boy baxımdan təqsirləndirilən şəxsin boyunda olardı. Həmin şəxs onu vurmuş, çantasını dartmış, telefonu da əlində olmuş, qışqıra bilməmişdir. Çantasından pul qabı və aldığı şeylər yerə düşmüşdür. Pul qabını da götürüb qaçmışdır. Daha sonra qışqırmağa başlamış, qonşular çıxmış, polisə və təcili yardıma məlumat vermişlər. Pul qabında da üç yox, yetmiş manat pul olmuş, ona heç bir məbləğ qaytarılmamışdır. Hadisə nəticəsində çox ağır stress yaşamış, qorxmuş, neçə vaxtdır ki, gözü arxada gedir, burnundan da zədələr almışdır. Zədələr sınıqlar yox, əziklər olmuşdur. Anasının pensiya kartını, maaş kartını, passportunun hər birini özü bərpa etmişdir. O, hal-hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. 8.Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Qazax rayonunda qeydiyyatda olsa da, 2015-ci ildən Bakı şəhərində yaşayır. xx.xx.2024-cü il tarixdə saat 20 radələrində işlədiyi Hava limanından çıxaraq avtobusda qohumlarının Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən evlərinə getmişdir. O, avtobusdan Sabunçu qəsəbəsində, Şəhər Yolu Şosesindəki “Al Markefin yaxınlığında düşərək qohumunun məhəlləsinə doğru irəliləmiş, saat 21 radələrində “Al Market”ə girərək qohumları üçün 1 qutu günəbaxan tumu, 4 ədəd kökə və 6 ədəd yumurta almışdır. Daha sonra əl çantasının zamokunu açaraq çantasındakı pul kisəsini, pul kisəsinin içərisindən isə pulunu çıxarmışdır. O, həmin pulla ödəniş etdikdən sonra qalan 70 manat pulunu pul kisəsinə, pul kisəsini isə çantasına qoymuş, lakin çantasının zamokunu bağlamamışdır. Həmin vaxt marketdə heç kimə fikir verməmiş, ödənişi etdikdən sonra marketdən çıxaraq yoluna davam etmişdir. O, təxminən 100 metr məhəllələrin içərisinə doğru irəliləyərkən Sabunçu qəsəbəsi, Əmir Bağırov küçəsi 22 ünvanda qəfildən arxadan onun qollarını bədəninə sıxaraq qucaqlayan şəxs qarşıya tərəf onu yerə yıxmış və həmin anda həmin şəxs özüdə yerə çönbəlmişdir. Həmin şəxs yumruğu ilə sifətinin sağ tərəfinə yumruq zərbəsi vurmuş, kişi cinsindən olan şəxs tək olmuş, onu vurarkən əlindəki çantasının ipindən tutaraq özünə doğru dartmışdır. Çantasının ipi qoluna keçdiyindən çantasını əlindən ala bilməmiş, həmin şəxs əlini çantasına salaraq 15 manat dəyərində pul kisəsini götürmüşdür. Pul kisəsinin içərisində şəxsiyyət vəsiqəsi, heç bir dəyəri olmayan, pulsuz aldığı, içərisində vəsait olmayan “Paşa Bank”a aid əmək haqqı kartı, heç bir dəyəri olmayan, pulsuz aldığı, içərisində vəsait olmayan “Kapital Bank”a aid kartı, heç bir dəyəri olmayan, pulsuz aldığı, içərisində vəsait olmayan “ABB Bank”a aid kartı və 70 manat nağd pulu olmuşdur. Hadisə nəticəsində ona 85 manat ziyan dəymişdir. Kartlarında pul olmasa da, dərhal bağlatmışdır ki, istifadə edilməsin (İ cild, səh. 17-21). 9.Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxsin atasını tanıyır və may ayında bağa baxış keçirəndə oğurluq hadisəsinin olduğunu müşahidə etmiş, bu barədə polisə məlumat vermişdir. Polisə məlumat veriləndən sonra, nələrin oğurlanmasını araşdırmışdır. Bağın müşahidə kamerasından müəyyənləşdirilmiş, həm də əvvəldən də qonşunun oğlu ola biləcəyindən şübhələnmişdir. Sifəti bağlı görüntülərindən həmin şəxs olduğunu müşahidə etmişdir. Məbləğ olaraq təxminən 5-7 min arası ziyan dəymişdir. Oğurlananlardan ancaq otbiçən maşın qaytarılmış, həmin otbiçən maşın bağda qarajda saxlanılmışdır. Həmin yerin üstü bağlı olsa da, girişi açıqdır. Videogörüntüləri istintaq orqanına özü təqdim etmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. 10.Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, xx.xx.1971-ci ildə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşıdır, ali təhsillidir, evlidir, həkim işləyir, məhkum olunmamışdır, ünvan 6 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Təqsirləndirilən şəxs tanımır, heç bir münasibəti, ədavəti və ya düşmənçiliyi olmayıb. Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Bağlar massivində nömrəsiz ünvanda yerləşən bağ evi var, həmin evində yaşamasa da, hərdən baş çəkir, yay mövsümündə isə evinə tez-tez gedir və yaşayır. xx.xx.2024-cü il tarixdə növbəti dəfə evinə gələrkən müəyyən etmişdir ki, həyətindən və evinin zirzəmisindən oğurluq olmuşdur. O, həyətində quraşdırılmış videomüşahidə kameraları vasitəsi ilə videogörüntülərə baxarkən müəyyən etmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 15 radələrində, sonradan adını bildiyi Təqsirləndirilən şəxs təkcə evinin həyətinə keçmiş, həyətində yerləşən söhbətkahdan (besedkadan) “Karpat” markalı, KT19SP modelli, benzinlə işləyən, 2022-ci il buraxılışlı, 2023- cü ildə mağazadan təzəliyini 510 manata alaraq həyətində işlətdiyi otbiçən maşınını götürmüş və sürərək həyətin bağ tərəfinə aparmışdır. Daha sonra videomüşahidə kameralarının yaddaşından növbəti günlərin videogörüntüsünə baxarkən görmüşdür ki, xx.xx.2024-cü il tarixdə saat 06 radələrində Təqsirləndirilən şəxs tanımadığı kişi cinsindən olan şəxslə həyətinə girmiş, evinin zirzəmisinin dəmir barmaqlıqlarını yerindən qopararaq zirzəminin pəncərəsini sıxıb açmaqla pəncərədən zirzəmiyə daxil olmuşdur. Təqsirləndirilən şəxs yanındakı şəxslə birgə evinin zirzəmisindən 1 metrəsi 15 manata olan 1800 manat dəyərində 16X4 ölçüdə 120 metr elektrik kabelini, 1 metrəsi 8 manata olan 1600 manat dəyərində ağ rəngli 2X8 ölçüdə 200 metr elektrik kabelini, 1 metrəsi 0,4 manata olan 800 manat dəyərində 2000 metr uzunluğunda “Kat6” internet kabelini və 1 metrəsi 1 manata olan 90 manat dəyərində su nasosunun 90 metr uzunluğunda elektrik naqilini götürərək zirzəmidən həyətindəki bağına, oradan isə küçəyə daşımışlar. xx.xx.2024-cü il tarixdə baş vermiş oğurluq nəticəsində ona 510 manat, xx.xx.2024-cü il tarixdə baş vermiş oğurluq nəticəsində 4290 manat, ümumilikdə isə 4800 manat ziyan dəymişdir. O, bu barədə Sabunçu RPİ 42-ci PByə müraciət etmişdir. O, evində quraşdırdığı videomüşahidə kamerasının yaddaşında xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə baş vermiş oğurluq hadisələrinin 4 ədəd videogörüntülərini və Təqsirləndirilən şəxs fotoşəkilini könüllü olaraq təqdm etməklə ifadəsinə əlavə etmişdir (İ cild, səh. 102-106). 11.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, Bilgəhdə generator ustası işləyir, təqsirləndirilən şəxs ona otbiçən maşın satmışdır. Maşının hansı tarixdə satılmasını xatırlamır, lakin həmin maşın ona iki yüz manata satılmışdır. Otbiçən maşının təxminən 50-60 manat xərci olduğundan satılmasına razılıq vermişdir. Otbiçən maşını alarkən şəxsin şəxsiyyət vəsiqəsinin surətini və imzasını almışdır. Satarkən özünə məxsus olduğunu bildirmiş, 700-800 manata aldığını demişdir. Hansı səbəblə satmasını isə soruşmamışdır. 12.Məhkəmə iclasında Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Təqsirləndirilən şəxs cəmi 1 dəfə sonuncudan otbiçən maşın alarkən görüb tanımış, Zərərçəkmiş şəxs2 isə ümumiyyətlə görməmiş, Təqsirləndirilən şəxs və ya Zərərçəkmiş şəxs2lə heç bir ədavəti və ya düşmənçiliyi yoxdur. Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Nardaran-Bilgəh yolunda yerləşən mühərrik sarğısı, ikinci əl otbiçən və su nasoslarının satışı sexində mühərrik ustası, həmçinin satıcı işləyir. xx.xx.2024-cü il tarixdə saat 17 radələrində şəxsiyyət vəsiqəsinin surəti onda olduğundan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi və ilk dəfə görüb tanıdığı Təqsirləndirilən şəxs “Toyota” markalı, “Prius” modelli, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobildə sexə gəlmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, otbiçən maşını var, satmaq istəyir. O, Rəmalın gəldiyi avtomobilin yük yerində olan otbiçən maşınına baxarkən görmüşdür ki, az işlənmiş, “Karpat” markalı, KT19SP modelli, benzinlə işləyən, 2022-ci ilin buraxılışı olan otbiçən maşınıdır. Rəmaldan qiymətini, nə səbəbdən satmasını və kimə məxsus olmasını soruşarkən Rəmal bildirmişdir ki, otbiçən maşın özünə məxsusdur, bağ evini satışa çıxarmışdır deyə otbiçənə ehtiyac qalmadığından 250 manata satır. O, 200 manat verə biləcəyini dedikdə Rəmal onunla razılaşmış, o, Rəmaldan şəxsiyyət vəsiqəsinin surətini alaraq otbiçən maşını qəbul etmiş, Rəmala 200 manat pul vermişdir. xx.xx.2024-cü il tarixdə iş yerinə gələn polis əməkdaşları ondan həmin otbiçən maşın barədə maraqlanarkən otbiçən maşınını polis əməkdaşlarına qaytarmış, Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin surətini təqdim edərək hadisə barəsində ətraflı məlumat vermişdir. O, otbiçən maşının oğurluq olmasını bilməmişdir (İ cild, səh. 109-111). 13.Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, şöbəyə “102” xidməti vasitəsilə soyğunçuluq hadisəsi barədə məlumat daxil olmuşdur. Hadisə yerinə yaxınlaşıb kamera görüntülərinə baxaraq eyniləşdirmə apaılmışdır. Eyniləşdirmə zamanı Zərərçəkmiş şəxs1 şəxsi tanıdığını söyləmişdir. Həmin şəxsin şəxsiyyəti üztanıma və digər tədbirlərlə müəyyən edilmişdir. Şəxsin saxlanılması əməliyyat tədbiri Lənkəran rayonu ərazisində olmuşdur. Şəxsin şəxsiyyətini 20 günə müəyyən etmişlər. Əməliyyat tədbirləri ilə yeri müəyyən edilib Lənkəran Rayon Polis Şöbəsi ilə keçirilmiş birgə tədbirlə şəxs saxlanılmışdır. Saxlanılmasında ərazi üzrə sahə inspektoru Mirağa Talıbov, o və başqa sahə inspektoru iştirak etmişdir. Saxlanılması zaman şəxsə qarşı heç bir təzyiq olmamışdır. 14.Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 706 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 burun sümüyünün yerdəyişməyən qapalı sınığı, burun-hər iki gözyuvasıaltı və alın nahiyələrinin qançırı müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda göstərilən və şəxsin qeyd etdiyi xx.xx.2024-cü il tarixə və şəraitə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir (İ cild, səh. 44-45). 15.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/3893 nömrəli ekspert rəyindən görünür ki ekspertiza təyini haqqında qərarda və fotocədvəllərdə göstərilən 01 ədəd Karpat markalı, KT19SP model, benzinlə işləyən otbiçən aparatının orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2024-cü ilin mart ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 270,00 manat müəyyən edilir (İ cild, səh. 127-129). 16.«DVD diskdə olan video götüntüyə baxış keçirilməsi haqqında» 16 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə Zərərçəkmiş şəxs2 Sabunçu rayonu, Nardaran qəsəbəsi, Bağlar massivində nömrəsiz ünvanda yerləşən bağ evinin həyətindən oğurluq edilməsini özündə əks etdirən 01 ədəd “DVD” diskə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, “DVD” diskdə 4 videogörüntü var, 2 ədədi xx.xx.2024-cü il tarixdə baş vermiş oğurluq hadisəsini, 2 ədədi isə xx.xx.2024-cü il tarixdə baş vermiş oğurluq hadisəsini əks etdirir. 1-ci videogörüntüdə müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 15:00:24-də Təqsirləndirilən şəxs təkcə, əynində qara şalvar və qara köynək, başında isə qara rəngli “Çeçenka” adlanan papaqda Zərərçəkmiş şəxs2 həyətində gəzişir, evinin piləkənləri ilə 2-ci mərtəbəyə qalxır, evin qapısının qarşısında dayanır və qalxdığı piləkənlərlə də həyətə düşür. Saat 15:01:38də görüntü sona çatır. 2-ci videogörüntüdə müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 15:05:28-də Təqsirləndirilən şəxs evin həyətindəki söhbətkag istiqamətində təkcə hərəkət edir. Saat 15:06:40-da həmin söhbətkahdan otbiçən maşınını çıxararaq evin digər tərəfinə sürür, evin həyətində quraşdırılmış videomüşahidə kameraları vasitəsi ilə otbiçən maşının təkərlərinin səsi də eşidilir və saat 15:06:59-da görüntü sona çatır. 3-cü videogörüntüdə müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 06:00:39-da Təqsirləndirilən şəxs qara şalvar və qara köynəkdə, başında qara rəngli “Çeçenka” adlanan papaqda kişi cinsindən olan qara köynək və göy cins şalvarda, başında qara rəngli “Çeçenka” adlanan papaqdakı istintaqa məlum olmayan şəxslə Zərərçəkmiş şəxs2 evinin həyətində söhbət edərək ev tərəfdən həyət tərəfə gedirlər, saat 06:01:10-da Təqsirləndirilən şəxs həyət tərəfdən ev tərəfə gəlir, daha sonra həmin istiqamətdə istintaqa məlum olmayan digər şəxs də keçir. Saat 06:01:58-də yenidən Təqsirləndirilən şəxs istintaqa məlum olmayan şəxslə ev tərəfdən həyət tərəfə gedirlər, saat 06:02:46-da hər ikisi həyətdən evin zirzəmisi tərəfə gəlirlər. Saat 06:04:06-da hər ikisi evin zirzəmisi tərəfdən həyət tərəfə gedirlər. Saat 06:13:57-də görüntü sona çatır. 4-cü videogörüntüdə müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 06:14:00-da Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs2 həyətində görüntüyə düşmədən kiminləsə söhbət edir, bundan aydın olur ki, Təqsirləndirilən şəxs oğurluğu başqa bir şəxslə qabaqcadan əlbir olaraq törədir. Saat 06:17:13-də istintaqa məlum olmayan şəxs əynində qara köynək və göy cins şalvar, başında “Çeçenka” adlanan papaqda, əlində isə elektrik naqilləri ilə evin zirzəmisi tərəfdən çıxaraq iti yerişlə həyətdəki bağ tərəfə gedir. Saat 06:17:41-də istintaqa məlum olmayan şəxs asta qaçışla, əli boş həyətdəki bağ tərəfdən evin zirzəmisi tərəfə qayıdır. Saat 06:17;53-də yenidən istintaqa məlum olmayan şəxs əlindəki elektrik naqilləri ilə zirzəmi tərəfdən çıxaraq asta qaçışla həyətdəki bağa tərəf gedir. Saat 06:18:20-də istintaqa məlum olmayan şəxs iti yerişlə, əli boş həyət tərəfdən zirzəmi tərəfə qayıdır. Saat 06:20:57-də istintaqa məlum olmayan şəxs kürəyində daşıdığı elektrik naqilləri ilə evin zirzəmisi tərəfdən çıxaraq asta qaçışla həyətdəki bağa tərəf hərəkət edir. Saat 06:21:27də istintaqa məlum olmayan şəxs iti yerişlə, yüksüz, həyətdəki bağ tərəfdən zirzəmi tərəfə qayıdır. Saat 06:22:41-də istintaqa məlum olmayan şəxs kürəyində daşıdığı elektrik naqilləri ilə zirzəmi tərəfdən asta qaçışla həyətdəki bağ tərəfə hərəkət edir. Saat 06:23:01də Təqsirləndirilən şəxs əynində qara şalvar və qara köynək, başında “Çeçenka" adlanan papaqda, kürəyində daşıdığı elektrik naqilləri ilə evin zirzəmisi tərəfdən çıxaraq asta qaçışla həyətdəki bağ tərəfə hərəkət edir. Saat 06:23:15-də istintaqa məlum olmayan şəxs iti yerişlə, yüksüz, həyətdəki bağ tərəfdən evin zirzəmisi tərəfə qayıdır. Saat 06:23:28-də istintaqa məlum olmayan şəxs kürəyində daşıdığı elektrik naqilləri ilə zirzəmi tərəfdən çıxaraq asta qaçışla həyətdəki bağ tərəfə hərəkət edir. Saat 06:23:47-də Təqsirləndirilən şəxs iti yerişlə bağ tərəfdən zirzəmi tərəfə qayıdır. Saat 06:24:45-də Təqsirləndirilən şəxs əlindəki elektik naqilləri ilə zirzəmi tərəfdən asta qaçışla bağ tərəfə hərəkət edir və saat 06:27:36-da görüntü sona çatır (İ cild, səh. 113-114). 17.«Maddi sübut kimi tanıma haqqında» 16 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən oğurlanan 1 ədəd “Karpat” markalı, “KT19SP” modelli, benzinlə işləyən, 2022-ci il buraxılışlı və istifadə edilmiş otbiçən maşın iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, saxlanılması üçün Zərərçəkmiş şəxs2 qaytarılmışdır. xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 evindən oğurluq etməsini özündə əks etdirən 01 ədəd “DVD” disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (İ cild, səh. 116- 117). 18.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş Təqsirləndirilən şəxs adına açılmış tibbi kitabçanın surətindən görünür ki, sol döş nahiyəsində, sağ döş nahiyəsində, sol saidin ön səthində, sağ əlin arxa səthində, sol dizdə köhnə çapıq toxuması, sol kürəkaltı nahiyyədə, döş qəfəsinin sağ yan səthinin yuxarı 1/3-də sarımtılqırmızımtıl rəngli qançır aşkar edilmişdir. 19.«Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 aprel 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, səh. 32). 20.Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 aprel 2024-cü il tarixli, 4(008)- 204/2024 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində əvvəli 13 aprel 2024-cü il tarixdən hesablamaqla 03 ay 18 gün müddətinə “həbs" növündə qətimkan tədbiri seçilmişdir (İ cild, səh. 68-70). 21.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli, 1(007)-289/2022 nömrəli hökmündən və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 noyabr 2022-ci il tarixli, 1(103)-2198/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 noyabr 2022-ci il tarixli qərarına əsasən təyin edilmiş 02 il müddətə azadlıqdan məhrum etmə cəzası 01 il 06 aya endirilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: 22.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.1 və 125.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur və məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 23.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 24.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 25.Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarının tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahid ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib və məhkəmə iclasında tam, hərtərəfli, obyektiv araşdırılmış sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə birgə hüquqi qiymət verib, həmin sübutlara əsaslanaraq, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 181.1-ci maddələrində nəzərdə tutulmuş cinayət tərkibi vardır. 26.Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarına görə tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. 27.Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə hücuma məruz qalmış şəxsin sağlamlığı üçün təhlükəli zorakılıqla basqın edərək quldurluq etməsi və özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə qanunsuz daxil olaraq təkrarən oğurluq etməsi tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun törətmiş olduğu ictimai təhlükəli əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 181.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. 28.Məhkəmə, təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən azad olunmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməllərini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, təqiq edilmiş ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. 29.Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı ifadəsində göstərdiyi xüsusatlarla əlaqədar qeyd edir ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə fiziki təqzyiqə məruz qalması halı öz təsdiqini tapmamışdır. 30.İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, konvensiyanın 6-cı maddəsi ədalətli məhkəmə araşdırması hüququna təminat verir və məhkəmənin vəzifəsi bütövlükdə məhkəmə araşdırmasının, o cümlədən sübutların əldə edilməsinin, qiymətləndirilməsinin ədalətliliyini, müdafiə və ittiham tərəflərinin hüquq bərabərliyi təmin edilməklə çəkişmə prinsipinə əməl edilməsinin, təqsirləndirilən şəxsin sübutları mübahisə etmək, onlara etiraz etmək hüququnun təmin edilməsini araşdırmaqdır. (Bikkov v. Rusiya [GC], 4378/02, §§ 88- 90, xx.xx.2009 və Rowe və X5rşı [GC], 28901/95, § 60, AİHM 2000 İİ) 31.Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 181.1-ci maddələri ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməlləri törətməsində təqsirliliyinin sübuta yetirildiyini müəyyən edərək hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. 32.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs törətmiş olduğu ictimai təhlükəli əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. 33.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanı bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası olmasını, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsi olmasını qeyd etmişdir. Bundan başqa məlumdur ki, sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. 34.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 35.Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 36.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 37.Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. 38.Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə müvafiq olaraq cinayətin residivini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. 39.Belə ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli, 1(007)-289/2022 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 noyabr 2022-ci il tarixli qərarına əsasən təyin edilmiş 02 il müddətə azadlıqdan məhrum etmə cəzası 01 il 06 aya endirilmiş, məhkumluğu götürülmədiyi və ya ödənilmədiyi dövrdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 181.1-ci maddələrində nəzərdə tutulmuş hazırki cinayət əməllərini törətmiş və bununla da onun əməlində cinayətlərin residivi müəyyən olunmuşdur. 40.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. 41.“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. 42.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsində göstərilmişdir ki, az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. 43.“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 may 2009-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. 44.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 45.Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanı yüngüləşdirən və ağırlaşdıran halları, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyini qanuni, ədalətli və cəzanın tətbiqi məqsədinə uyğundur. 46.Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarı ilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxslərə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. 47.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. 48.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, Cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir. 49.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin ediləcək cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti cəza təyin olunmalıdır. 50.Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. 51.Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə görə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə həmin şəxslər üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. 52.Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. 53.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. 54.Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu - 13 aprel 2024-cü il tarixdən hesablanmalıdır. 55.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. 56.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. 57.Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.6 və 353.4.11-ci maddələrinə əsasən iş üzrə maddi sübut kimi tanınmış disklərin cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.5-ci maddəsinə əsasən, iş üzrə maddi sübut - bir ədəd «Karpat» markalı, «KT19SP» modelli otbiçən maşının Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalıdır. 58.İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. 59.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. 60.Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 64 (altmış dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. 61.Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxsin məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. 62.Müdafiəçi Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət hesabına göstərdiyi hüquqi yardım üzrə iş saatları 60 saat, iş saatları üzrə vəkilə ödənilməli haqq 360 (üç yüz altmış) manat təşkil edir. 63.Beləliklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərara əsasən Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə icraatı dövründə göstərilən hüquqi yardımla bağlı 360 (üç yüz altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Bakı şəhəri 38 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. 64.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 181.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı 13 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 64 (altmış dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsin. Məhkəmə icraatı dövründə göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsindən 360 (üç yüz altmış) manat Bakı şəhəri 38 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış disklər cinayət işinin materiallarında saxlanılsın, bir ədəd «Karpat» markalı, «KT19SP» modelli otbiçən maşının Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Aytən Əliyeva

2. Elmin Rüstəmov

3. Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar