Məhkəmə qərarları › İş №1(101)-2041/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2041/2025

03.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2041/2025 03.03.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, X6 və X2 ibarət tərkibdə, Qılıcova Səltənət Yaşar qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Kəngərli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx xxxxx 1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, Yardımlı rayonu, Alar kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib daşımaqla saxlamışdır. Belə ki, o, məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 15 ədəd sellofan bağlamalarda ümumilikdə 16145,0 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz olaraq əldə edib Qaradağ rayonu ərazisində daşımaqla saxlamış, Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin və 38-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 07 avqust 2025-ci il tarixdə, saat 03:16-dan 03:44ə qədər olan müddət ərzində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Şahlar Əsgərov küçəsi 1 saylı yataqxananın qarşısında saxlanılıb üzərində yoxlama aparılan zaman qanunsuz olaraq əldə edib saxladığı 15 ədəd üzərləri yapışqan lentlə bağlanmış ayrı-ayrılıqda təmiz çəkiləri 1040,0 qram, 1015,0 qram, 1230,0 qram, 1050,0 qram, 1045,0 qram, 1135,0 qram, 1060,0 qram, 1110,0 qram, 1105,0 qram, 1075,0 qram, 990,0 qram, 1070,0 qram, 1015,0 qram, 1135,0 qram və 1070,0 qram olmaqla, ümumilikdə külli miqdarda, yəni 16145,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə ittiham ona görə irəli sürülmüşdür ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib daşımaqla saxlamışdır. Cinayət işi üzrə məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxs tərəfindən ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham mübahisələndirilərək, onun tərəfindən həmin ittiham qəbul edilməmişdir. Məhkəmədə ittiham tərəfini təmsil edən dövlət ittihamçısı ittiham tərəfinin təqdim etdiyi sübutların qanuniliyini, həmçinin təqsirləndirilən şəxsin cinayət əməlinin Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə tövsif edilməsini müdafiə etmişdir. Cinayət prosesi tərəflərinin dəlilləri, sübutların təsviri: İşdə iştirak edən şəxslərin hüquq və qanuni mənafelərinin müdafiəsi üçün əhəmiyyətli olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiqinin aparılmasından və iş üzrə həqiqətin müəyyən edilməsindən ötrü, həmçinin məhkəmə araşdırması zamanı proses tərəflərinin birini digəri qarşısında zəif duruma salmayacaq şərtlər daxilində hər bir tərəfin (həm ittiham, həm müdafiə tərəfinin) sübutlarını və mövqeyini təqdim etməsi şəraitində keçirilmiş məhkəmə araşdırmasında cinayət prosesi tərəflərinin dəlilləri, sübutların təsviri aşağıdakılardan ibarət olmuşdur. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 06 avqust 2025-ci il tarixdə o, qonaqlıqda məclisdə işdirak etmişdir. O, həmin məclisdən içkili vəziyyətdə çıxıb Sahil qəsəbəsində yerləşən yataqxananın qabağında dayanarkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Onu polis əməkdaşları polis bölməsinə aparmışlar və təzyiqlər nəticəsində məcbur olub narkotik vasitənin onun olduğunu etiraf etmişdir. Polis bölməsində onun şəxsiyyətini alçaltmışlar və döymüşlər. Təqsirləndirilən şəxs daha sonra verilən suallara cavab olaraq göstərmişdir ki, polis əməkdaşları tərəfindən saxlanılarkən onun üzərində narkotik vasitə olmamışdır. O, ibtidai istintaq zamanı verilən bütün sənədlərə oxumadan imza etmişdir. Polis əməkdaşları tərəfindən tutulduğu zaman tək olmuşdur. Videoçəkilişlə üstü yoxlanılarkən təzyiqlərin nəticəsində narkotik vasitənin özünə aid olmasını etiraf etmişdir. Bütün imzaladığı sənədləri oxumadan imzalamışdır. Təqsirləndirilən şəxs məhkəmənin sonrakı iclaslarında verilən suallara cavab olaraq göstərmişdir ki, polis əməkdaşları onu saxladıqdan dərhal sonra polis idarəsinə aparmışlar, orada ona təzyiq göstərərək məcbur etmişlər ki, yenidən onu saxladıqları ünvana qayıdıb narkotik vasitənin ona məxsus olduğunu etiraf etsin. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu izahatı və ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq mərhələsində verdiyi izahatı, şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsinə dair protokollar elan olunmaqla tədqiq edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 07 avqust 2025-ci il tarixdə şübhəli şəxs qismində və 08 avqust 2025-ci il tarixdə təqsirləndirilən şəxs qismində müdafiəçisinin iştirakı ilə verdiyi və şəxsən özünün imzaları ilə təsdiq etdiyi ifadələrində məhkəmə iclasındakı ifadəsindən fərqli olaraq ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Elşən adlı dostu ilə təxminən 3 ay bundan əvvəl Xırdalan şəhərində parkda tanış olmuşdur. Elşənin anket məlumatlarını bilmir, Elşənin sadəcə mobil nömrəsini bilir. Elşən ***-***-**-** saylı mobil nömrəni işlədir. Elşən bildiyi qədəri ilə 9-cu Mikrorayonda “Tərlan” şadlıq sarayının yaxınlığında yaşayır. O, “yeraz” olduğundan, həmçinin Elşənin də “yeraz” olmasını bildiyindən Elşənlə münasibəti yaranmışdır. Həmin vaxtdan hazırki, vaxta qədər Elşənlə ümumilikdə 4-5 dəfə görüşmüşdür. 06 avqust 2025-ci il tarixdə anasının doğum günü məclisi təşkil edilmişdir. O da evdə ailə üzvləri ilə birlikdə doğum gününü qeyd etmişdir. Bu zaman Elşən ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlayaraq “tema var, 20 yanvara gəl” demişdir. 20 yanvar metrostansiyasının yaxınlığında Elşənlə görüşüb manatlıq taksi ilə Lökbatan qəsəbəsinə doğru yola düşmüşdür. Yolda gələn zaman Elşən öz mobil telefonuna quraşdırılmış whatsapp ani mesajlaşma sistemində İran vətəndaşı ilə danışığını göstərmiş və 15 kiloqram narkotik vasitə götürməyə getdiklərini demişdir. Həmçinin Elşən onun 4200 manat faiz borcu olduğunu bilmişdir. Ona da həmin külli miqdarda narkotik vasitəni birlikdə götürmək üçün 5000 manat pul təklif eləmişdir. O da pula ehtiyacı olduğundan Elşənlə razılaşmışdır. 07 avqust 2025-ci il tarixdə, saat 02 radələrində Qaradağ rayonu, Sahil qəsəbəsinə gəlmişdir. Oraya çatdıqda iranlının Elşənə göndərdiyi məkan işarəsinin yaxınlığına gəlmişdir. O, Elşənin telefonunda iranlının göndərdiyi narkotik vasitənin şəklinə baxdığından iranlının narkotik vasitəni “Lada” markalı 840 nömrəli avtomobilin yaxınlığında gizlətdiyini yaddaşında saxlamışdır. Ona görə də Elşən dayanacaqda dayanıb şəkilə baxan zaman o, irəli gedib narkotik vasitəni axtarıb tapmışdır. Narıncı rəngli torbada narkotik vasitəni götürüb oradan uzaqlaşmaq istəyən zaman polis əməkdaşları ona yaxınlaşıb saxlamışlar. Sorğu zamanı o, narkotik vasitəni tanışı Elşən adlı şəxsin təklifinə əsasən gəlib götürdüyünü demişdir. Bundan sonra götürdüyü torbanın içərisinə baxış keçirilmiş və içərisindən 15 ədəd bağlamada narkotik vasitə aşkarlanmışdır. Həmin narkotik vasitələr elektron tərəzidə çəkilib qablaşdırılmışdır. Sonra isə onu Qaradağ Rayon Polis İdarəsinə gətirmişlər. Qaradağ Rayon Polis İdarəsində hüquqlarının müdafiə olunması üçün vəkillə təmin olunmuş və vəkilin də iştirakı ilə aşkar edilərək götürülmüş narkotik vasitəyə baxış keçirilmiş və qablaşdırılmışdır (iş vərəqə: cild İ, səh.42-43, 49-51, 62-64). Bundan başqa, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 01 dekabr 2025ci il tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadə verməkdən və protokola imza etməkdən imtina etmişdir (iş vərəqə: cild İ, səh.174-175). Məhkəmə baxışı zamanı elan olunan ifadələrinə və müəyyən olunan ziddiyyətlərə münasibət bildirməsi Təqsirləndirilən şəxs təklif edilərkən o, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmədiyini, məruz qaldığı təzyiqlərin nəticəsində oxumadan imzaladığını bildirmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, daxil olmuş əməliyyat məlumatı nəticəsində əməliyyat tədbiri keçirilmiş və Təqsirləndirilən şəxs 07 avqust 2025-ci il tarixdə, saat 03 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisində əlində çanta ilə tərəflərindən saxlanılmışdır. Videoçəkiliş ilə Təqsirləndirilən şəxs əlində olan çantaya baxış keçirilərkən içərisindən 15 ədəd bükümdə narkotik maddə marixuanaya bənzər kütlə aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təhqiqatçıya təhvil verilmişdir. Təqsirləndirilən şəxs borcu olduğuna görə Elşən adlı şəxs tərəfindən göndərilmiş konum vasitəsi ilə bir çanta narkotik vasitəni əldə etdiyini, həmin çantada olan bağlamaları müvafiq ünvanlara yerləşdirdikdən sonra isə 4000 manat məbləğində pul vəsaiti alacağını bildirmişdir. Şahid1 daha sonra verilən suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs tərəflərindən saxlanılarkən tək olmuşdur. Təqsirləndirilən şəxs videoçəkilişlə saxlanılmış, videoçəkiliş fasiləsiz bir dəfə çəkilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən məclisdən gəldiyini söyləmişdir. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir fiziki, psixoloji və digər qanunsuz hərəkətlərə yol verilməmişdir. Eyni zamanda bildirir ki, ibtidai istintaq zamanı daha da təfərrüatlı verdiyi ifadəsini təsdiq edir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 07 avqust 2025-ci il tarixdə, saat 03 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Şahlar Əsgərov küçəsi 1 saylı yataqxananın qarşısında tərəflərindən saxlanılmışdır. Saxlanılan zaman Təqsirləndirilən şəxs üzərində olan çantada 15 ədəd büküm aşkar edilmişdir. Təqsirləndirilən şəxs aşkar olan narkotik vasitəyə bənzər həmin maddələri “Eliş” ləqəbli Elşən adlı şəxsin söylədiyi konumdan götürdüyünü etiraf etmişdir. Şahid2 daha sonra verilən suallara cavab olaraq göstərmişdir ki, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir fiziki, psixoloji və ya digər qanunsuz hərəkətlərə yol verilməmişdir. İbtidai istintaq zamanı daha da təfərrüatlı verdiyi ifadəsini təsdiq edir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 07 avqust 2025-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində Qaradağ Rayon Polis İdarəsinə əməliyyat məlumatı daxil olmuşdur. Tərəflərindən əməliyyat qrupu yaradılmış, Qaradağ rayonu, Sahil qəsəbəsində əməliyyat tədbiri keçirən zaman Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmışdır. Təqsirləndirilən şəxs İran İslam Respublikası vətəndaşının göstərişi ilə onu saxladıqları yerdən, narkotik vasitəni götürüb digər ünvana 4000 manat pul vəsaiti qarşılığında aparacağını bildirmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman yerində videoçəkiliş edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilmiş maddələr idarədə təqdim edilərkən bununla əlaqədar videoçəkiliş təhqiqatçının otağında aparılmışdır. Şahid3 daha sonra verilən suallara cavab olaraq göstərmişdir ki, təqsirləndirilən şəxsin üzərində 15 ədəd bükümdə narkotik vasitə marixuanaya oxşar maddələr aşkar edilmişdir. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir fiziki, psixoloji və ya digər qanunsuz hərəkətlərə yol verilməmişdir. Həmçinin bildirir ki, ibtidai istintaq zamanı daha da təfərrüatlı verdiyi ifadəsini təsdiq edir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 07 avqust 2025-ci il tarixdə, saat 03 radələrində Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq külli miqdarda narkotik vasitələr saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olduğu üçün Təqsirləndirilən şəxs Qaradağ rayonu, Sahil qəsəbəsi, Şahlar Əsgərov küçəsi 1 saylı yataqxananın qarşısında tərəflərindən şübhəli şəxs qismində saxlanılmış və yerindəcə videoçəkilişlə Təqsirləndirilən şəxs üstü yoxlanılmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs narkotik maddəyə bənzər maddələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs “Eliş” ləqəbli Elşan adlı şəxsin göstərişi ilə pul müqabilində narkotik vasitəni götürüb digər ünvana aparacağını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs polis idarəsinə aparılmışdır. Şahid4 daha sonra verilən suallara cavab olaraq göstərmişdir ki, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir fiziki, psixoloji və ya digər qanunsuz hərəkətlərə yol verilməmişdir. Təqsirləndirilən şəxs tərəflərindən saxlanılarkən tək olmuşdur. Təqsirləndirilən şəxs üzərinin videoçəkilişlə yoxlanılması bir dəfə keçirilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan: _07 avqust 2025-ci il tarixli “əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında protokol”dan və 08 avqust 2025-ci il tarixli "xxxx"dan görünür ki, 07 avqust 2025-ci il tarixdə, saat 03:16-da başlanılaraq videoçəkilişlə qeydə alınmış əməliyyat-axtarış tədbiri zamanı “Konfrans” üsulu ilə mobil telefon vasitəsilə mövqelərlə əlaqə yaradılan zaman NMB-nin əməliyyat müvəkkili Şahid2 şübhəli şəxsin yaxınlaşması barədə məlumat vermiş, NMB-nin baş əməliyyat müvəkkili Şahid3 şübhəli şəxsin nəsə axtarması barədə məlumat vermiş, həmin şəxsin əlindəki mobil telefonun işığını qoşaraq hasar dibini gəzməsini bildirmiş, Şahid2 həmin şəxsin səsinin gəlməsini, Şahid3 həmin şəxsin hasar dibindən nəsə götürməsini demişdir. Həmin şəxsin həmin əşyanı çətinliklə götürməsi, daha sonra ərazini tərk etməsi bildirilmişdir. Əməliyyat-axtarış tədbirində iştirak edən polis əməkdaşları həmin şəxsin əlindəki əşya ilə sürətlə ərazini tərk etməsini, həmin şəxsə anidən “dayan” komandası verilərək ərazidə maskalanmış şəkildə gizlənən polis əməkdaşları tərəfindən saxlanılması, Əməliyyataxtarış tədbirində iştirak edən bütün iştirakçıların yaxınlaşıb özlərini ona təqdim etməsi, həmin şəxsin özünün Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Əməliyyat-axtarış tədbiri zamanı həmin ərazinin Sahil qəsəbəsi, Şahlar Əliyev küçəsi olması, 1 saylı yataqxananın qarşısındakı ərazi olması müəyyən edilmişdir. Ondan əldə etdiyi predmetlərin nə olması soruşulduqda o, narkotik vasitə olan “marixuana” olmasını qeyd etmişdir. Təqsirləndirilən şəxs evdə anasının ad günü məclisində olan zaman Elşən adlı tanışının ona zəng edərək Sahil qəsəbəsində narkotik vasitə götürülməsinin zərurliyini qeyd etmiş, özünün də faiz borcu olduğundan bu işə razılıq verdiyini, 20 Yanvar deyilən ərazidə Elşənlə görüşərək ora getdiyini, Elşənin yaxınlıqdakı ərazidə gözlədiyini bildirmişdir. Təqsirləndirilən şəxs həmin əraziyə mobil telefona atılan “konum”la gəlmələrini bildirmişdir. Şübhəli şəxsin üstünün yoxlanılması zamanı üzərindən heç bir predmet aşkar olunmamışdır. O, Elşənin anket məlumatlarını bilmədiyi, onunla parkda tanış olmasını bildirmişdir. Mobil telefona baxış zamanı Elşən adlı şəxsin mobil telefon nömrəsinin ***-***-**-** olması, adının “Eliş” kimi qeyd edilməsi, Təqsirləndirilən şəxslə “Eliş” arasında olan son zəngin 02:08-də olması göstərilmişdir. X10 Respublikası vətəndaşı ilə danışması, onların necə əlaqə saxlamasını bilmədiyini qeyd etmişdir. O, torbada 15 kiloqram çəkidə marixuana olduğunu, həmin marixuananı Elşənə verəcəyini, qarşılığında Elşənin ona 4200 faiz borcunun bağlanmasında köməklik göstərməsini bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmədiyini bildirmiş, bundan sonra portağal rəngli torba açıldıqda içərisindən şəffaf rəngli, üzəri yapışqan lentlə yapışdırılmış bağlamalar aşkar olunmuşdur. Həmin bağlamalar ümumilikdə 15 sayda olmuşdur. Bundan sonra bağlamalar bir-bir açılmış, həmin bağlamalarda narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olması aşkar olunmuşdur. Təqsirləndirilən şəxs bağlamalarda marixuana olmasını bildirmiş, bağlamaların çəkisi müvafiq olaraq 1092 qram, 1111 qram, 1101 qram, 1134 qram, 1055 qram, 1292 qram, 1169 qram, 1170 qram, 1162 qram, 1137 qram, 1077 qram, 1079 qram, 1123 qram, 1079 qram və 1158 qram olmuşdur. Təqsirləndirilən şəxs sorğu zamanı hər hansı şikayətinin olmadığını bildirmişdir (iş vərəqə: cild İ, səh.8-11, 86). _07 avqust 2025-ci il tarixli “əməliyyat-axtarış tədbirləri nəticəsində götürülmüş predmetlərə baxış keçirilməsi və onların götürülməsi haqqında” protokoldan və 08 avqust 2025-ci il tarixli "xxxx"dan görünür ki, 07 avqust 2025-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs aşkar edilərək qablaşdırılmış narıncı rəngli torbaya baxış keçirilmiş, baxış keçirilməzdən əvvəl əməliyyat müvəkkili tərəfindən saxlanılan şəxs Təqsirləndirilən şəxs məxsus “M-Horse” markalı düyməli mobil telefon da təqdim edilmişdir. Təqsirləndirilən şəxs sorğu zamanı mobil telefonun özünə məxsus olduğunu və içərisində ***-***-**-** saylı mobil nömrənin olduğunu qeyd etmişdir. Narıncı rəngli torba açıldıqda onun içərisindən 15 ədəd şəffaf sellofanda bükülmüş bağlamalar aşkar edilmiş, bağlamalar kəsilib içərilərinə baxıldığı zaman hər bir bağlamanın içərisində yaşıl rəngli, spesifik qoxuya malik, ot şəkilli kütlə aşkar edilmişdir. Hər bir bağlama elektron tərəzidə çəkilmiş və içərisində yaşıl rəngli, spesifik qoxuya malik, ot şəkilli kütlə olan 1-ci bağlamanın çəkisi 1102 qram, 2-ci bağlamanın çəkisi 1123 qram, 3-cü bağlamanın çəkisi 1078 qram, 4-cü bağlamanın çəkisi 1105 qram, 5-ci bağlamanın çəkisi 1199 qram, 6-cı bağlamanın çəkisi 1196 qram, 7-ci bağlamanın çəkisi 1134 qram, 8ci bağlamanın çəkisi 1290 qram, 9-cu bağlamanın çəkisi 1180 qram, 10-cu bağlamanın çəkisi 1077 qram, 11-ci bağlamanın çəkisi 1170 qram, 12-ci bağlamanın çəkisi 1053 qram, 13-cü bağlamamn çəkisi 1111 qram, 14-cü bağlamanın çəkisi 1133 qram, 15-ci bağlamanın çəkisi 1131 qram olduğu müəyyən edilmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs 06 avqust 2025-ci il tarixdə əvvəllər tanıdığı Elşən adlı tanışının ona zəng edərək Sahil qəsəbəsindən narkotik vasitə götürəcəyini, ona bunun üçün kömək etməsini xahiş etdiyini, işin müqabilində ona 5000 manat verəcəyini söylədiyini bildirmişdir. O, Elşənlə birlikdə Qaradağ rayonu, Sahil qəsəbəsində boş bir əraziyə getmiş, Elşənin ona göndərilən konuma və kütlələrin olduğu şəkilə baxdığı zaman Elşəndən öncə narıncı rəngli torbanı tapmışdır. İstifadəçi olmadığını, digər şəxslərə borcu olduğu üçün Elşənlə birlikdə bu əməli etməsini, sadəcə Elşənin polis əməkdaşları olan zaman artıq orada olmamasını bildirmişdir (iş vərəqə: cild İ, səh. 30-32, 87). _Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 avqust 2025-ci il tarixli, 7/1047 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs məxsus narkotik vasitə marixuanaya bənzər 15 ədəd sellofan bağlama olan 01 ədəd narıncı rəngli torba” yazılar və imzalar olan böyük ölçülü narıncı rəngli sintetik torbada ümumi sayı 15 ədəd üzərləri yapışqan lentlə bağlanmış ağ rəngli sellofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri-1040,0 qram; 1015,0 qram; 1230,0 qram; 1050,0 qram; 1045,0 qram; 1135,0 qram; 1060,0 qram; 1110,0 qram; 1105,0 qram; 1075,0 qram; 990,0 qram; 1070,0 qram; 1015,0 qram; 1135,0 qram; 1070,0 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlamış narkotik vasitə qurudulmuş - marixuanadır. Tədqiqata təqdim olunmuş 15 ədəd ağ rəngli sellofan bağlamalarda olan marixuanaların ümumi çəkisi 16145,0 qramdır (iş vərəqə: cild İ, səh. 35-38). _26 avqust 2025-ci il tarixli “maddi sübut kimi tanınmaq haqqında qərar”dan görünür ki, ekspert rəyindən sonra qalıq qalmış 15 ədəd bağlamada 16143,5 qram narkotik vasitə marixuana maddi sübut kimi tanınaraq saxlanması üçün Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsində saxlanca təhvil verilmişdir (iş vərəqə: cild İ, səh. 96). _05 sentyabr 2025-ci il tarixli “əşyaya baxış keçirilməsi haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan “M-Hore M215” markalı mobil telefona baxış keçirilmiş, telefonun zəng siyahısına daxil olduqda “Eliş” adı ilə qeydiyyata alınan +**********86 saylı mobil nömrənin sahibi ilə sonuncu arasında danışıqların olduğu müəyyən edilmişdir (iş vərəqə: cild İ, səh. 104-107). _Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının 01 sentyabr 2025-ci il tarixli, 2901 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir, əqli-intellektual imkanlarının normal olması, fərdi-psixi xüsusiyyətlərində emosional qeyri-sabitlik, hövsələsizlik, qıcığa qarşı həssaslıq aşkar olunmaqla xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsidə anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21, 22-ci maddələrinin təsiri altına düşmür. O, hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları (yadddaş, diqqət, qavrama, dərketmə və.) normaya uyğundur (iş vərəqə: cild İ, səh. 128-131). _Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi X7 məhkəmə-narkoloji ekspertizasının 20 oktyabr 2025-ci il tarixli, 6503 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (nakomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması msələhət görülür (iş vərəqə: cild İ, səh.132-133). _Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X7 18 avqust 2025-ci il tarixli, 577 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizası zamanı bədən səthində hər hansı xəsarət aşkar edilməmişdir (iş vərəqə: cild İ, səh.134-136). _01 dekabr 2025-ci il tarixli "xxxx"dan görünür ki, zerfon MMC-dən daxil olmuş 01 ədəd diskə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs tutulmazdan əvvəl sonuncu olduğu yerin Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi 2/4/Garadagh anten dairəsində olması müəyyən edilmişdir (iş vərəqə: cild İ, səh.146). _01 dekabr 2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında qərar”dan görünür ki, Təqsirləndirilən şəxs saxlanılıb üzərinin yoxlanılması və əşyaların götürülməsi istintaq hərəkətinin görüntüləri əks olumuş 02 ədəd dvd disk, "xxxx" MMC-dən əldə olunmuş 01 ədəd cd disk maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə olunmuş, aşkar edilmiş narkotik maddənin mənbəyinin müəyyən edilmsəindən ötrü hazırki cinayət işinin materiallarından başqa cinayət işi ayrıca icraata ayrılmışdır (iş vərəqə: cild İ, səh.152-159, 161-162). _07 avqust 2025-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs 07 avqust 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqə: cild İ, səh.21-22). _Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 08 avqust 2025-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli 07 avqust 2025-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir, həmin qərardan həmçinin görünür ki, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi izahatında həmin narkotik vasitəni hadisə yerindən təsadüfən tapdığını, ona bu işi yerinə yetirməsi ilə bağlı 5000 manat məbləğində pul vəd edildiyini göstərmişdir (iş vərəqə: cild İ, səh.79-81). _Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 20 oktyabr 2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Salyan rayon Məhkəməsinin 21 may 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (iş vərəqə: cild İ, səh.114). _Salyan rayon icra və probasiya şöbəsinin 16 fevral 2026-cı il tarixli “Amnistiya aktının tətbiq edilməsi barədə qərarı”ndan görünür ki, Təqsirləndirilən şəxs “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 2.6-cı bəndinə əsasən cəzasının çəkilməmiş 06 ay 14 gün hissəsindən azad edilmişdir (cinayət işinin materialları). _”Azemis” X1 sorğu edilərək əldə olunmuş qohumluq məlumatlarını əks etdirən sənədin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağı var (cinayət işinin materialları). Hüquqi məsələlər. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə hazırki cinayət işi üzrə təqdim edilmiş sübutların qəbuledilən olubolmamasını, onların çəkisini və kifayət qədərliyini tənzimləyən qayda və prinsiplərə istinad etməklə, işin faktiki hallarını yalnız həqiqiliyinə və əldə edilməsi hallarına heç bir şübhələr olmayan sübutları əsas götürmək yolu ilə müəyyən etməklə, tam, hərtərəfli və obyektiv araşdırmaya əsaslanan yekun qərarın qəbul edilməsi və məhkəmənin ittiham olunan şəxsin təqsirli və ya təqsirsizliyinə dair hökmünü formalaşdırmaq üçün yalnız qanunun istifadə etməyə icazə verdiyi hüquqi vasitələrə əsaslanmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının: 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; 127-ci maddəsinin İV hissəsinə əsasən ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. Avropa İnsan Hüquqları Məhkəməsinin qəbul etdiyi çoxsaylı qərarlarında sərgilədiyi mövqeyə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasında müəyyən edilmiş ədalətli məhkəmə araşdırması hüququnun təmin edilib-edilməməsi ilk öncə məhkəmə prosesləri zamanı çəkişmə prinsipinə riayət edilibedilməməsi, tərəflərin bərabərliyi prinsipinin təmin edilib-edilməməsi ilə, məhkəmə iclasında şəxsən iştirak etmək hüququnun, sübutların bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməsi ilə birbaşa əlaqədardır. Avropa Məhkəməsi çəkişmə prinsipinə riayət edilib-edilmədiyini müəyyənləşdirmək üçün adətən daxili məhkəmələrdəki araşdırmaların keyfiyyətini təhlil edərək müdafiə tərəfinin istər birinci instansiyada, istərsə də apellyasiya instansiyasında ərizəçiyə qarşı sübut qismində istifadə edilən materialları təkzib etmək imkanına malik olub-olmadığını (Rouv və Devisin işi), habelə daxili məhkəmələrin qərar çıxararkən müvafiq maraqları nə dərəcədə balanslaşdırdıqlarını müəyyənləşdirir. Tərəflərin bərabərliyi prinsipi tərəflərin hər birinə onu digər tərəfin qarşısında əlverişsiz vəziyyətə salmayan şərtlərlə öz mövqeyini əsaslandırması üçün ağlabatan imkanların yaradılmasını nəzərdə tutur (Brandştetter Avstriyaya qarşı). Açıq məhkəmə prosesində şəxsən iştirak etmək isə cinayət törətməkdə ittiham olunan şəxsin bu cür məhkəmə iclasında özünün xüsusi hüquqlarını şəxsən icra etmə imkanının tanınmasını nəzərdə tutur. Beləliklə də, məhkəmə, şərh edilən prinsiplər və əlamətlərlə səciyyələndirilən ədalətli məhkəmə araşdırması hüququnun hazırki cinayət işi üzrə məhkəmə araşdırması zamanı təmin edilməsi baxımından qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxs iş üzrə keçirilmiş açıq məhkəmə iclaslarında özünü şəxsən və vəkili vasitəsilə müdafiə etmiş, şahidlərin dindirilməsində, onun əleyhinə olan sübutların tədqiqində şəxsən iştirak etmiş, ona qarşı təqdim edilmiş sübutlarla bağlı öz dəlillərini bildirmişdir. Məhkəmə xüsusilə qeyd edir ki, cinayət işinin araşdırılması və məhkəmədə baxılıb həll edilməsinə münasibətdə istinad edilən əməlin törədilməsi, həmin əməldə cinayət tərkibinin və onu cinayət kimi xarakterizə edən bütün əlamətlərin olub-olmaması sübutların köməyilə müəyyən edilir. Cinayət işi və bununla bağlı materiallar üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi üçün kifayət edən sübutların cəmi sübutetmə həddini xarakterizə edir. Beləliklə, təqdim edilmiş obyektiv sübutların məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, həqiqətən də cinayət hadisəsi baş vermiş və təqsirləndirilən şəxslə əlaqəsi, onun əməlində cinayətin əlamətlərinin olması kifayət qədər sübutlarla təsdiq olunmuşdur. Məhkəmə kollegiyası tərəfindən məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında araşdırılıb tədqiq edilmiş, sübutlar toplusuna məcmu halında qiymət verilərək müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib daşımaqla saxlamışdır. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə ittiham ona görə irəli sürülmüşdür ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə edib daşımaqla saxlamışdır. Belə ki, o, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaq məqsədilə şəxsiyyəti istintaqa məlum olmayan tanışı “Elşən” adlı şəxslə habelə İran İslam Respublikası vətəndaşı ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, narkotik vasitələri sonuncunun telefon vasitəsilə onlara bildirdiyi ünvanlardan götürüb tapşırılan yerlərə daşıyıb çatdırılması barədə razılaşaraq, istintaqa məlum olmayan tarixdə İran İslam Respublikası vətəndaşının göndərdiyi külli miqdarda 15 ədəd sellofan bağlamalarda ümumilikdə 16145,0 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz olaraq əldə edib Qaradağ rayonu ərazisində daşımaqla saxlamış, Qaradağ Rayon Polis İdarəsinin NMB-nin və 38-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 07 avqust 2025-ci il tarixdə saat 03:16-dan saat 03:44-ə qədər olan müddət ərzində Qaradağ rayonu, Sahil qəsəbəsi, Şahlar Əsgərov küçəsi, 1 saylı yataqxananın qarşısında saxlanılıb üzərində yoxlama aparılan zaman qanunsuz olaraq əldə edib saxladığı 15 ədəd üzərləri yapışqanlı lentlə bağlanmış ayrı-ayrılıqda təmiz çəkiləri 1040,0 qram, 1015,0 qram, 1230,0 qram, 1050,0 qram, 1045,0 qram, 1135,0 qram, 1060,0 qram, 1110,0 qram, 1105,0 qram, 1075,0 qram, 990,0 qram, 1070,0 qram, 1015,0 qram, 1135,0 qram və 1070,0 qram olmaqla ümumilikdə külli miqdarda, yəni 16145,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə həyata keçirilən mühakimə fəaliyyəti nəticəsində heç bir şübhəyə yer verməyən mütləq həqiqətin aşkarlanmasından ötrü ittiham tərəfinin təqdim etdiyi sübutları, təqsirləndirilən şəxsin özünün müdafiəsi ilə bağlı göstərdiyi dəlilləri cinayət işinin materialları ilə qarşılıqlı şəkildə araşdırmış və məhkəmə araşdırmasının nəticələrinə uyğun olaraq Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin həm 234.4.1, həm də 234.4.3-cü maddələrinə münasibətdə onun əməlinə hüquqi qiymət verilməsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməsi, saxlaması və daşıması təsdiq edilsə də, həmin cinayət əməlində “qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə” tövsifedici əlamətinin, yəni Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin tərkib əlamətlərinin mövcud olması hər hansı sübutlarla təsdiq olunmamışdır. Belə ki, hər bir cinayət əməlinin araşdırılmasında onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi əmələ hüquqi qiymət verilməsində mühüm əhəmiyyət kəsb edir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıya”nın konkret müddəalarını, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıya” əsasən “qurudulmuş marixuana” narkotik vasitəsinin xeyli miqdar daxil olmaqla aşağı həddi 5 qram, külli miqdar daxil olmaqla aşağı həddi 500 qram, xüsusilə külli miqdar daxil olmaqla aşağı həddi 50.000 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edilmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş “qurudulmuş marixuana” narkotik vasitəsinin miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıya”da müəyyən edilmiş həmin narkotik vasitənin külli miqdar həddindən dəfələrlə artıq miqdarda olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun: 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir; 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir; 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Cinayət işi üzrə məhkəmə araşdırması zamanı təqdim edilmiş sübutların tədqiq edilməsi və həmin sübutlara əsaslanan cinayət işinin faktiki halları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs daxil olmuş əməliyyat məlumatı əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin NMB-nin əməliyyat müvəkkilləri tərəfindən saxlanılmış, videoçəkilişdən istifadə edilməklə üstünün yoxlanılması zamanı 15 (on beş) ədəd bağlamada narkotik vasitə qurudulmuş marixuana aşkar edilmiş, həmin vaxt Təqsirləndirilən şəxs aşkar edilmiş həmin narkotik maddəni götürüb tanışı Elşən adlı şəxsə verməsi qarşılığında 4200 manat əldə edəcəyini bildirmişdir. Cinayət işinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib saxlamaqla üzərində daşıma cinayət əməlini qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsinə dair istintaq orqanının gəldiyi nəticə cinayət işinin materiallarına uyğun deyil. Belə ki, Təqsirləndirilən şəxs həmin cinayət əməlini qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsi elan edilmiş ittihamda ümumi şəkildə, formal göstərilsə də, onun həmin əməli qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsinə dair hər hansı sübut təqdim olunmamış və işin məhkəmə baxışı zamanı da belə sübut müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Cinayət işinin materiallarında elan edilmiş ittihama diqqət yetirilərkən orada ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs, sonuncunun əlbir olduğu göstərilən şəxsiyyəti istintaqa məlum olmayan «Elşən» adlı şəxslə, habelə İran İslam Respublikasının vətəndaşı ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, narkotik vasitələri onlara bildirdiyi ünvanlardan götürüb tapşırılan yerlərə daşıyıb çatdırılması barədə razılaşdıqları formal olaraq göstərilsə də, qeyd edilən bu halların hansı sübutlarla müəyyən edilməsi, ibtidai istintaq orqanının ittihamda göstərdiyi bu qənaətinin hansı nəticələrdən irəli gəldiyi naməlum olduğu kimi, yalnız ehtimal əsasında göstərilən şəxsin (“Elşən” adlı) mövcudluğu fərziyyələrə əsaslanmağına baxmayaraq, eyni zamanda ehtimal əsasında xəyali göstərilən şəxsin heç bir sübutlarla təsdiqini tapmayan hərəkətlərinə istinad etməklə (təqsirləndirilən şəxsin “Elşən” adlı şəxslə və qeyriləri ilə cinayət əlaqəsinə girməsi) təqsirləndirilən şəxsə “qabaqcadan əlbir olan bir qrup şəxs halında” cinayətin törədilməsi ilə bağlı ittiham elan edilməsi ümumiyyətlə anlaşılan olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadələrində Təqsirləndirilən şəxs narkotik vasitəni tanışı Elşənin whatsapp ani mesajlaşma tətbiqində İran vətəndaşı ilə danışığına əsasən atdığı konumdan götürdüyünü göstərsə də, cinayət işinin materiallarında Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı olması ehtimal olunan, şəxsiyyəti istintaqla araşdırılan şəxslə və ya “Elşən” adlı şəxslə narkotik vasitələrin satışına dair qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girməsi ilə bağlı hər hansı sübut mövcud olmamış, bununla bağlı cinayət təqibi orqanı hər hansı mötəbər dəlil toplamamışdır. Məhkəmə kollegiyası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsini rəhbər tutaraq hesab edir ki, hər hansı bir sübutun olmadığı və sübutların məcmusu ilə təsdiq edilmədiyi bir vəziyyətdə, sadəcə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı belə bir şəxsin atdığı konuma əsasən narkotik vasitəni götürməsinə dair verdiyi ifadələrə əsaslanmaqla cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi ittihamın irəli sürülməsi əsassız olmuşdur. Göründüyü kimi, ibtidai araşdırma orqanı tərəfindən cinayətin obyektiv tərəfinin bilavasitə qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməsinə dair sübutlar əldə olunub iş materiallarına əlavə edilməmiş, həmçinin müvafiq istintaq hərəkətləri həyata keçirilməmiş, ümumiyyətlə Təqsirləndirilən şəxslə qabaqcadan əlbir olduğu iddia edilən İran İslam Respublikasının vətəndaşının və ya “Elşən” adlı şəxsin cinayətin subyekti sayılıb-sayılmaması (yaş və anlaqlılıq baxımından) müəyyən edilmədən sadəcə olaraq Təqsirləndirilən şəxs həmin şəxslə və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək sonuncu tərəfindən göndərilmiş narkotik vasitəni satış məqsədi ilə əldə edərək üzərində daşıdığı qeyd edilməklə kifayətlənilmişdir. Ümumiyyətlə, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik maddələri əldə edib saxlamaqla üzərində daşıyarkən onun hansısa konkret şəxslə qabaqcadan əlbir olması və ya cinayətkar niyyətinin həyata keçirilməsi üçün kiminləsə razılıq əldə edilməsi müəyyən edilməsə də və buna dair hər hansı sübutlar olmasa da, təqsirləndirilən şəxsə tamamilə əsassız olaraq Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Cinayət işinin materialları tədqiq edilərkən iş materiallarına əlavə edilmiş 01 dekabr 2025-ci il tarixli “cinayət işinin materiallarından ayrıca cinayət işinin ayrılması haqqında qərar”dan da görünür ki, ibtidai istintaq orqanının özünün gəldiyi qənaət nəticəsində hazırki cinayət işinin materiallarından Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi mənbə barəsində ayrıca icraata cinayət işi ayrılmışdır (iş vərəqə: cild İ, səh.161-162), yəni Təqsirləndirilən şəxs aşkar edilmiş 16145,0 qram narkotik maddə qurudulmuş marixuananı əldə etdiyi mənbə ibtidai istintaq orqanına da naməlum olduğunun onun özünün qəbul etdiyi göstərilən qərarı ilə təsdiq edilməsi də, Təqsirləndirilən şəxs həmin cinayətin “qabaqcadan əlbir olan bir qrup şəxs halında” törədilməsi ilə bağlı ittiham elan edilməsini birmənalı şəkildə istisna etmişdir. Göstərilən səbəblərə görə ehtimallara əsaslanmaqla cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi ittihamın verilməsi əsassız olmuşdur. Beləliklə də, işin faktiki hallarına əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs istintaqla müəyyən olunmamış və ya şəxsiyyəti araşdırılan (şəxsiyyəti ehtimal olunan) şəxslə aralarında cinayətkar razılaşma olması, təqsirləndirilən şəxs ilə narkotik vasitələrin qrup şəklində satışı, satış məqsədi ilə bağlı qabaqcadan razılıq əldə edilməsinə dair heç bir mötəbər sübut mövcud olmamış, ibtidai istintaq orqanı bu hallara düzgün hüquqi qiymət verməmişdir. Belə olan halda, əməlin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilməsi qanuni olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının 12-ci bəndində göstərilmişdir ki, “... CM-in 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir”. Bununla bağlı məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, cinayət və cinayətprosessual qanunvericiliyin əsas prinsiplərinə əsasən şəxsə irəli sürülən ittiham ehtimal və fərziyyədən ibarət ola bilməz, şəxsin təqsirləndirildiyi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyasında nəzərdə tutulmuş bütün əlamətlərin mövcudluğu hansı konkret faktda əks olunması irəli sürülmüş ittihamda göstərilməli və onların konkret olaraq hansı sübutlarla təsdiq olunması müəyyən edilməlidir. Beləliklə də, nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət əməlini qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsini, cinayətkar niyyətinin həyata keçirilməsi üçün kiminləsə razılıq əldə edilməsini təsdiq edən real məlumatlar və faktlar, qabaqcadan əlbirliyin mövcudluğu barədə də heç bir sübut müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 37-ci bəndində göstərilmişdir ki, “CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır”. Beləliklə də, göstərilənlərə əsasən, məhkəmə Təqsirləndirilən şəxs elan edilmiş satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlayıb daşıma cinayət əməli üzrə onun əməlində “qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə” tövsifedici əlamətinin mövcud olması hər hansı sübutlarla təsdiq olunmadığından Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsini Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan çıxarır. Bundan başqa, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs verdiyi ifadəsində polis əməkdaşları tərəfindən saxlanılarkən onda narkotik vasitə olmadığını, polis əməkdaşları tərəfindən fiziki və psixoloji təzyiqlərə məruz qalaraq narkotik vasitələrin ona məxsus olmasını etiraf etməsinə məcbur edildiyini göstərmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində göstərilmişdir ki, “Hökmün təsviriəsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir.” Məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə ifadəsində göstərdiyi xüsusatları cinayət işinin materialları ilə qarşılıqlı şəkildə tədqiq edərək müəyyən etmişdir ki, ibtidai araşdırmanın ilkin mərhələsində Təqsirləndirilən şəxs üstünün yoxlanılması istintaq hərəkəti videoçəkilişdən istifadə edilməklə keçirilmiş, həmin istintaq hərəkətinin keçirilməsinin videogörüntüləri məhkəmə istintaqı zamanı nümayiş etdirilərkən həmin istintaq hərəkəti keçirilərkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki, psixoloji və ya digər qanunsuz hərəkətlərə yol verilməsi müəyyən edilməmiş, üstünün yoxlanılması istintaq hərəkəti zamanı həqiqətən də ittihamda göstərilən narkotik vasitənin aşkar edildiyi təsdiq edilmişdir, həmçinin o, sorğu-sual zamanı həmin maddəni X11 Respublikası vətəndaşının atdığı konumdan əldə etdyini, həmin torbada 15 kiloqram çəkidə marixuana olduğunu, həmin marixuananı Elşənə verəcəyini, qarşılığında Elşənin ona 4200 faiz borcunun bağlanmasında köməklik göstərəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı etirafedici ifadələrini ona qarşı göstərilən fiziki və psixoloji təzyiqlər nəticəsində verməsi barədə dəlillər irəli sürsə də, bu dəlillər əsaslı görünməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin Qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3 cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı”işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Bununla bağlı qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs ifadəsində polis əməkdaşları tərəfindən ona fiziki və psixi təzyiqlərin göstərilməsinə dair bildirdiklərinin araşdırılmasından ötrü məhkəmənin sorğusu əsasında Təqsirləndirilən şəxs saxlanıldığı İstintaq Təcridxanasına daxil olarkən üzərində xəsarətlərin olub-olmamasının müəyyən edilməsi üçün İstintaq Təcridxanasından məhkəməyə göndərilmiş Təqsirləndirilən şəxs barəsində olan tibbi kitabçada göstərilmiş hər iki saidin ön səthində və döş qəfəsinin sağ yan nahiyəsində çoxsaylı köhnə çapıq toxumaları aşkar edilmiş, göründüyü kimi, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldığı tarixə aid onun bədən səthində hər hansı xəsarət aşkar edilməmişdir. Həmçinin, məhkəmənin sorğusu əsasında Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə daxil olarkən bədənində xəsarətlərin olub-olmamasının müəyyən edilməsi ilə əlaqədar X4 məhkəməyə göndərilmiş “tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsi ilə bağlı tibbi kitabça”nın surətindən görünür ki, Təqsirləndirilən şəxs Müvəqqəti Saxlama Yerinə qəbul edilərkən onda müayinə olunduğu vaxta aid hər hansı xəsarətlər müəyyən edilməmişdir (cinayət işinin materialları). Eyni zamanda Təqsirləndirilən şəxs barəsində məhkəmə tibbi ekspertizası keçirilərək müvafiq rəy alınmış, həmin rəyə əsasən Təqsirləndirilən şəxs bədən səthində hər hansı xəsarət aşkar edilmədiyi müəyyənləşdirilmişdir (iş vərəqə: cild İ, səh.134-136). Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə ifadəsində həmin göstərdiyi xüsusatları cinayət işinin materialları ilə qarşılıqlı şəkildə tədqiq edərək müəyyən etmişdir ki, cinayət işinin materiallarına əsasən Təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə ibtidai araşdırmanın başlandığı ilkin mərhələdən sonunadək o, hər hansı fiziki, psixoloji və ya digər təzyiqlərə məruz qalması barədə hər hansı bir halı bildirməmiş, ilkin araşdırma zamanı onun video çəkilişlə üstünün yoxlanılması istintaq hərəkəti keçirilərkən sorğu-sual zamanı, həmçinin şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadələrində Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananı Elşən adlı tanışına whatsapp ani mesajlaşma sistemində iran vətəndaşı tərəfindən göndərilmiş konumdan götürdüyünü, həmin külli miqdarda narkotik vasitəni birlikdə götürmək üçün Elşənin ona 5000 manat pul təklif etdiyini, pula ehtiyacı olduğundan Elşənlə razılaşdığını, ona polis əməkdaşları tərəfindən hər hansı fiziki və digər təzyiqlər göstərilmədiyini bildirmişdir (iş vərəqə: cild İ, səh.42-43, 49-51, 62-64). Təqsirləndirilən şəxs tərəfindən məhkəmə istintaqı zamanı qeyd etdiyi kimi polis əməkdaşları tərəfindən həmin narkotik vasitənin ona məxsus olmadığı, polis əməkdaşları tərəfindən etirafedici ifadələr verməyə məcbur edildiyinə dair və digər göstərdiyi hallar cinayət işinin materialları əsasında araşdırılarkən onun həmin narkotik vasitənin həqiqətən də ondan aşkar edildiyi və onun özünə məxsus olduğunu etiraf etməsi, həm üstünün yoxlanılması zamanı sorğu-sual edilərkən, həm sonradan müstəntiqə şübhəli və təqsirləndirilən şəxs qismində ifadə verərkən, bundan sonra da barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata məhkəmədə baxılarkən hakimə verdiyi izahatında dəfələrlə təsdiq olunmuşdur. Hətta qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs ibtidai istintaqın sonunda müdafiəçisinin iştirakı ilə cinayət işinin materialları ilə tanış olarkən də bu barədə heç bir fikir söyləməmişdir (cild 1, iş vərəqə: 187). Bundan başqa, həmçinin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini fiziki və psixoloji təzyiqlərin təsiri altında alınması ilə əlaqələndirsə də, təqsirləndirilən şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət etməmişlər. Həmçinin məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə verdiyi və şəxsən öz imzaları ilə təsdiq etdiyi ifadələrində polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki və psixi təzyiq edilmədiyini bildirmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı barəsində həbs qətimkan tədbiri seçilərkən məhkəmədə də həmin narkotik vasitəni hadisə yerindən təsadüfən tapdığını, narkotik vasitəni götürən zaman Elşən adlı şəxs yanına olduğunu, ona bu işi yerinə yetirməsi ilə bağlı 5000 manat məbləğində pul vəd etdiyini göstərmişdir (iş vərəqə: cild İ, səh.79-81). Təqsirləndirilən şəxs həmin ifadələrini verərkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı qanunsuz hərəkətlərə yol verilməsini və ya hər hansı başqa etirazını bildirməmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadələrində qeyd etdiyi həmin “qanunsuz hərəkətlər” barədə, yəni ibtidai araşdırma zamanı polis əməkdaşları tərəfindən ona edilən fiziki və psixoloji təzyiqlər nəticəsində etirafedici ifadələr verməsini göstərsə də, onun ibtidai istintaq zamanı bu barədə ümumiyyətlə bildirməməsi də həmin ifadələrinin inandırıcı olmadığını və yalan olduğunu bir daha təsdiq etmişdir. Beləliklə də, təqsirləndirilən şəxsin özünü müdafiə ilə bağlı gətirdiyi dəlillərin məhkəmədə araşdırması nəticəsində onun məhkəməyədək icraat zamanı hər hansı fiziki və ya digər təzyiqlərə məruz qalması öz təsdiqini tapmamış, onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsini təsdiq edən yuxarıda sadalanan mötəbər sübutların qanuniliyini şübhə altına alacaq hər hansı hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs həmin etirafedici ifadələri cinayət işi üzrə hər hansı mötəbər sübutlarla təkzib edilmədiyindən və işin faktiki halları ilə təsdiq edildiyindən onun həmin etirafedici ifadələri mötəbər sübut növü kimi qəbul olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, “ ... Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır”. Məhkəmə Təqsirləndirilən şəxs aşkar edilmiş həmin narkotik maddələri məhz satış məqsədilə əldə edib saxlayıb daşıması qənaətinə gələrkən ondan aşkar edilmiş külli miqdarda narkotik vasitə qurudulmuş marixuananın ayrı-ayrı 15 (on beş) ədəd bağlamalarda qablaşdırılmasını, aşkar edilmiş həmin maddənin külli miqdar həddindən dəfələrlə artıq miqdarda olmasını (16 kiloqram 145 qram), habelə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs həmin maddələri əldə etməkdə məqsədinin maddi qazanc əldə etmək olmasına dair etirafedici ifadələr verməsi kimi işin faktiki hallarını nəzərə alır. Cinayət işinin göstərilən faktiki halları və yuxarıda təsvir edilən mötəbər sübutların məcmusu Təqsirləndirilən şəxs həmin 15 (on beş) ədəd bağlamada olan 16 kiloqram 145 qram narkotik vasitə qurudulmuş marixuananı məhz satış məqsədilə əldə edib daşımasından başqa nəticəyə gəlinməsini mümkünsüz edir. Odur ki, göstərilənlərə əsasən Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi inkaredici ifadələri cinayət işinin məhkəmə araşdırması zamanı tədqiq edilən sübutları ilə tamamilə təkzib edildiyindən və onun ifadəsində həmin göstərdikləri cinayət məsuliyyətindən yayınmaq üçün verilmiş həqiqətə uyğun olmayan, heç bir faktla təsdiq olunmayan, yalan və uydurma məlumatlar olduğu təsdiq edildiyindən məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi inkaredici ifadələrini sübut növü kimi qəbul etmir, onun məhkəməyədək icraat zamanı verdiyi etirafedici ifadələri cinayət işinin faktiki halları ilə və iş üzrə yuxarıda göstərilən digər sübutlarla təsdiq edildiyindən və bununla da həmin ifadələrin sübut növü kimi mötəbərliyi müəyyən edildiyindən onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri mötəbər sübut növü kimi qəbul olunur. Beləliklə də, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib daşımaqla saxlaması təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri, “əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında haqqında” protokol, həmin prosessual hərəkətin videoçəkilişini əks etdirən disk, “əməliyyat-axtarış tədbirləri nəticəsində götürülmüş predmetlərə baxış keçirilməsi və onların götürülməsi haqqında” protokol, həmin prosessual hərəkətin videoçəkilişini əks etdirən disk, maddi sübutlar, ekspert rəyləri, şahid ifadələri, həmçinin cinayət işinin obyektiv halları ilə tam olaraq sübuta yetirildiyindən məhkəmə onun məhkəmədə verdiyi ifadəsində göstərdiyi inkaredici halları həqiqi olmayan məlumatlar olmaqla, cinayət törətməyə görə daha ağır cinayət məsuliyyətindən və cəzadan yayına bilmək məqsədilə verilmiş, onun tərəfindən seçilmiş müdafiə üsulu (taktikası) və onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi kimi qiymətləndirir. Odur ki, Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onları cinayət məsuliyyətindən azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Salyan rayon Məhkəməsinin 21 may 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə 01 il 11 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, daha sonra Salyan rayon icra və probasiya şöbəsinin 16 fevral 2026-cı il tarixli Amnistiya aktının tətbiq edilməsi barədə qərarı ilə “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 2.6-cı bəndinə əsasən cəzadan azad edilməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, onun Salyan rayon Məhkəməsinin 21 may 2024-cü il tarixli hökmü ilə olan məhkumluğu ödənilməsə də, Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən onun əməlində cinayətlərin residivi müəyyən edilmir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağının olması Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilir. Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, həmçinin təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi, həm sosial ədalətin bərpası, həm də onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin edilməsini məqsədə uyğun hesab edir. Məhkəmə, eyni zamanda Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxslərə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin başlanğıcı ilə əlaqədar məsələni müzakirə edib qeyd edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onların şübhəli şəxs qismində tutulduğu 07 avqust 2025-ci il tarixdən hesablanmalıdır. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs 07 avqust 2025ci il tarixdə şübhəli şəxs qismində tutularaq, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 08 avqust 2025-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildikdən hazırki məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışlar. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxslərin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizalarının 20 oktyabr 2025-ci il tarixli, 6503 nömrəli rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicəyə cəlb edilməli və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut qismində tanınmış və Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsində saxlanca verilmiş ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 16143,5 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş üç ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iş üzrə 72 (yetmiş iki) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan bu məbləğ hökm qanuni qüvvəyə mindikdən sonra məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 07 avqust 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsində saxlanca verilmiş ekspertiza tədqiqatından sonra ümumi çəkisi 16143,5 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş üç ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 72 (yetmiş iki) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Elnur Nuriyev Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar