Məhkəmə qərarları › İş №1(101)-2042/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2042/2024

24.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2042/2024 24.12.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X5 ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, müdafiəçi: «Pro bono» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında xx xxxx 1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2şamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,120.2.3, 29,120.2.6, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 və 277-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs başqa cinayətin törədilməsini yüngülləşdirmək məqsədilə zərərçəkmiş şəxsin xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar onu öldürməyə, dini ədavət niyyətilə terrorçuluqla əlaqədar iki və daha çox şəxsi öldürməyə cəhd etmiş, eləcə də ictimai xadimin xidməti fəaliyyətinə son qoymaq və bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2023-cü ilin avqust ayının sonunda öz dini baxışları hesab etdiyi fikirlərini təlqin etmək məqsədilə ünvan 3 ünvanında yerləşən “Məşədi Dadaş” məscidinə daxil olaraq, həmin məscidin imamı olan və din sahəsində ictimai xadim hesab edilən Zərərçəkmiş şəxs1 ilə görüşmüş, lakin həmin fikirlərini sonuncuya təlqin edə bilməmiş, qeyd olunan məscidə növbəti səfərlərində də buna cəhd edib nail ola bilmədiyindən, Zərərçəkmiş şəxs1 məsciddəki ictimai və xidməti fəaliyyətinə son qoymaq, bu fəaliyyətə görə qisas almaq üçün dini ədavət niyyətilə onun həyatına sui-qəsd etmək qərarına gəlmişdir. Bu məqsədlə o, üzərində götürüb daşıdığı bıçaqla 30 dekabr 2023-cü il tarixdə, saat 15:32-də qeyd olunan məscidə gələrək Zərərçəkmiş şəxs1 iş otağına daxil olmaq istəyərkən, xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar onun qarşısını alan, məscidin xidmətçisi Zərərçəkmiş şəxs2 digər cinayətin, yəni ictimai xadimin həyatına suiqəsd etmə cinayətinin törədilməsini yüngülləşdirmək məqsədilə üzərində götürdüyü həmin bıçaqla qəsdən öldürmək niyyətilə zərbələr endirərək sağ qulaq nahiyəsinin kəsilmiş yarası və gicgah sümüyünün məməyəbənzər çıxıntısının qəlpəli yerdəyişən sınığı, qarının ön divarının epiqastral nahiyəsinin qarın boşluğuna nüfuz edən mədənin və qaraciyərin deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan xəsarətlər yetirməklə qəsdən öldürməyə, bu hərəkətləri ilə dini ədavət niyyətilə terrorçuluqla əlaqədar iki və daha çox şəxsi öldürməyə cəhd etmiş, lakin Zərərçəkmiş şəxs2 onun Zərərçəkmiş şəxs1 xidməti iş otağına daxil olmasına mane olub qarşısını aldığından, eləcə də Zərərçəkmiş şəxs2 almış olduğu xəsarətlərlə bağlı vaxtında tibbi yardım göstərildiyindən Təqsirləndirilən şəxs öz iradəsindən asılı olmayan səbəblərdən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 öldürməyə yönələn niyyətini başa çatdıra bilməmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2020-ci ilin mart ayının 15-i yaxud 17-də gündüz vaxtı ona səs gəlmişdir ki, onun günahları bağışlanmış, o, İmam təyin edilmiş, daha doğrusu İmam Mehdi kimi Allah tərəfindən imam təyin olunmuşdur. Ona olan bu vəhdlə əlaqədar o, 2023-cü ilin yay ayında “Məşədi Dadaş” məscidinə getmiş, məscidin axundu olan Zərərçəkmiş şəxs1la görüşüb ona olmuş vəhdi danışmaq istəmişdir. O, axund Zərərçəkmiş şəxs1la görüşmüş, sonuncu onu dinləmiş, onu Dini Mərkəzə göndərmişdir. Bundan sonra o, yenə bir neçə dəfə “Məşədi Dadaş” məscidinə axund Zərərçəkmiş şəxs1la görüşmək üçün gəlsə də məsciddə qeyri-rəsmi işləyən Zərərçəkmiş şəxs2 onu axundun yanına buraxmamışdır. Gah demişdir ki, axund məsciddə yoxdur, gah demişdir ki, axund nahar edir. 2023-cü ilin dekabr ayının 27-də o, yenidən məscidə getmiş, qabağına əvvəllər görmədiyi şəxs çıxmış və ona axundun məsciddə olmadığını demiş, o, inanmadığından qapını özü açmaq istəmiş, lakin qapı bağlı olduğu üçün əsəbləşərək məscidi tərk etmişdir. 29 dekabr 2023-cü il tarixdə həftənin cümə günü o, axundla görüşmək üçün yenidən məscidə saat 15:30 radələrində getmiş, məscidə daxil olduqda axundun öz otağında qapısı açıq olduğuna görə çörək yediyini görmüşdür. Rəsul Həsənov otaqdan çıxaraq gəlişinin səbəbi ilə maraqlanmış, o isə axundla görüşəcəyini demişdir. Daha sonra Rəsul Həsənov gəlib bu gün axundun vaxtının olmadığını, sabah gəlməsini bildirmişdir. O da bundan sonra məsciddən çıxıb evə getmişdir. 30 dekabr 2023-cü ildə saat 15:30 radələrində o, yenidən “Məşədi Dadaş” məscidinə getmiş, qarşısına Rəsul Həsənov çıxmış və axundun məsciddə olmadığını demişdir. O isə Rəsul Həsənovun əvvəlki gün ona növbəti gün gəlməsini dediyini xatırladaraq yaxasından tutmuş, Rəsul Həsənov onun əlindən çıxaraq qaçmış, o, Rəsul Həsənovun arxasınca qaçmış və cibindən bıçağı cıxararaq Rəsul Həsənovun baş nahiyəsinə zərbə endirmiş, Rəsul Həsənov “ay qulağım” deyə qışqırmış və yaralı halda ondan aralanmışdır. O Rəsul Həsənovun arxasınca gedərək məsçidin həyətində ona çataraq bıçaqla qarnından vurmuşdur. Bundan sonra hadisə yerinə gələn polis əməkdaşları ona əlindəki bıçağı atmağı demiş və o polis əməkdaşlarına müqavimət göstərməyin mənasız olduğunu anlayaraq bıçağı təhvil vermək üçün sonunculara tərəf addımlamış, polislər onu həmin an yerə yıxaraq tərksilah etmiş və polis avtomobili ilə ərazidən aparmışlar. Hadisə günü ona əhəmiyyət verməyən axundu və onu axundun yanına buraxmayan Rəsul Həsənovu öldürmək niyyəti olmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Belə ki, o, 02 may 2023-cü il tarixdə X20 Üzrə Dövlət Komitəsinin əmri ilə Bakı şəhəri, Nəsimi rayonu, “Məşədi Dadaş” məscidinin imamı təyin edilmiş, hazıradək həmin vəzifədə çalışır. Məscidin imamı kimi əsas işi məsciddə dini ayinlərin icrasının təşkil edilməsi və icrasından ibarətdir. Digər Zərərçəkmiş şəxs2 məsciddə ictimai əsaslarla qeyri-rəsmi xidmətçi kimi fəaliyyət göstərir. O, məscidə kömək məqsədilə gəlib-getmiş, məscidin təmizliyinə, məişət məsələlərinə baxmış, rəsmi maaş almamışdır. Təxminən 2023-cü ilin avqust ayının sonu günorta saatlarında hal-hazırda məhkəmə zalında gördüyü Təqsirləndirilən şəxs məscidə onun xidməti otağına gələrək bildirmişdir ki, ona Allahdan vəhd gəlmişdir ki, o, 12-ci İmam Mehdidir. Təqsirləndirilən şəxs ondan tələb etmişdir ki, o, məscidə namaza toplaşan bütün dindarlara bunu elan etsin və onu 12-ci İmam Mehdi kimi təqdim etsin. O, sakitcə Təqsirləndirilən şəxs dediklərini dinləmiş, bundan sonra sonuncuya bir neçə sual vermiş, həmin şəxs özünü aqressiv apararaq suallara adekvat cavab verməmişdir. O, bir-iki sual verdikdən sonra Təqsirləndirilən şəxs aqressiv vəziyyətini görərək söhbəti bitirmiş və yekunda “sənin məsələnə baxacayıq, danışarıq, müzakirə edərik, araşdırarıq” deyib onu yola salmışdır. Həmin görüşdə Təqsirləndirilən şəxs ona qarşı hər hansı hədə-qorxu gəlməmişdir. O, Təqsirləndirilən şəxs ciddi şəxs kimi qəbul etmədiyi üçün aralarında olan söhbəti heç kimə bildirməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs bir neçə dəfə də məscidə gələrək onunla görüşməyə cəhd etmiş, lakin o, Elşənlə görüşməkdən yayınmışdır. Təqsirləndirilən şəxs 27 dekabr 2023-cü il tarixdə məscidə gəlmiş, həmin vaxt o, məsciddə olmamış, oradakı xidmətçilər ona Təqsirləndirilən şəxs gəldiyini demişlər. Xidmətçilər Təqsirləndirilən şəxs onun məsciddə olmadığını dedikdən sonra sonuncu əsəbiləşərək çıxıb getmişdir. 29 dekabr 2023-cü il tarixdə o, xidməti otağında dini suallar vermək üçün otağına gəlmiş 2-3 nəfəri qəbul edib söhbət edərkən Təqsirləndirilən şəxs onun otağının qarşısına yaxınlaşmış, bu zaman qapı açıq olmuşdur. Təqsirləndirilən şəxs onun otağına daxil olmaq istədiyini gördükdə yanında adamların olduğunu bildirib başqa vaxt gəlməsini demişdir. 30 dekabr 2023-cü il tarixdə o, qohumlarıgildə qonaq olmuş, saat təxminən 15 radələrində oradan məscidə gəlmək üçün yola düşmüş, bu zaman məscidin xidmətçisi Zərərçəkmiş şəxs2 ona zəng edərək Təqsirləndirilən şəxs onu bıçaqladığını, həkimə aparıldığını demişdir. O, Zərərçəkmiş şəxs2 yanına xəstəxanaya getmək istəmiş, lakin polis əməkdaşları ona zəng edib məscidə gəlməsini dedikləri üçün məscidə gəlmişdir. Orada polislərə otağı açıb təhlükəsizlik kameralarının yaddaş qurğusunu təqdim etmişdir. O, başa düşür ki, Təqsirləndirilən şəxs təkidləri və aqressiv davranışı barədə hüquq-mühafizə orqanlarına vaxtında məlumat verməli idi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, onunla heç bir ədavəti və ya düşmənçiliyi olmamışdır. Belə ki, o, bir neçə ildir ki, Bakı şəhərində “Məşədi Dadaş” məscidində qeyri-rəsmi olaraq könüllü qismində işləmiş, vəzifəsi məsciddə və onun həyətində təmizliyə riayət etmək, məscidin imamı olan Hacı Zərərçəkmiş şəxs1 tapşırıqlarını yerinə yetirməkdən ibarət olmuşdur. Təqsirləndirilən şəxs hadisədən 4-5 gün əvvəl məscidə gəldiyi vaxt görmüşdür. Elşən ona müraciət edərək məscidin imamı ilə görüşmək istədiyini ona bildirmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs1 qəbulunda başqa bir şəxs olduğu üçün bunu Təqsirləndirilən şəxs bildirmiş və gözləməyi təklif etmişdir. Hətta Elşən ona bildirmişdir ki, o, sonuncu imamdır, Zərərçəkmiş şəxs1la görüşüb onu ona bildirmək istəyir. Onun bu sözlərinə əhəmiyyət verməmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 qəbulunu gözləməyərək çıxıb getmişdir. Elşənin gəlişi və dediyi sözləri Zərərçəkmiş şəxs1 bildirmişdir. Bundan sonra 29 dekabr 2023-cü ildə saat təxminən 14:00 radələrində Təqsirləndirilən şəxs yenidən məscidə gələrək imamla görüşmək istədiyini ona bildirmişdir. O, həmin şəxsə gözləməsini deyərək imam Zərərçəkmiş şəxs1 olduğu otağa girərək Elşən adlı şəxsin onunla görüşmək istədiyini demiş, lakin imam vaxtının olmadığını, həmin şəxsi indi qəbul edə bilməyəcəyini, başqa vaxt gəlməsini demişdir. O, Təqsirləndirilən şəxs imamın dediklərini çatdırmış və sonuncu narazı şəkildə məsciddən getmişdir. Növbəti dəfə Təqsirləndirilən şəxs 30 dekabr 2023-cü ildə saat 15:30 radələrində yenidən məscidə gələrək bu dəfə aqressiv şəkildə imamla görüşmək istədiyini ona demiş, lakin imam həmin vaxt məsciddə olmadığı üçün Təqsirləndirilən şəxs bunu demişdir. Bundan sonra Təqsirləndirilən şəxs ona yaxınlaşaraq ani şəkildə cibindən nəsə çıxardıb qulağından vuraraq xəsarət yetirmişdir. O, qorxaraq geriyə məscidin həyətinə tərəf qaçmış, Təqsirləndirilən şəxs isə əlində olan bıçaqla onu təqib etmişdir. Bu zaman Təqsirləndirilən şəxs ona çataraq onun qarın nahiyyəsinə də bıçaqla xəsarət yetirmişdir. Artıq o, Təqsirləndirilən şəxs onu öldürmək istədiyini başa düşmüş və həyatını xilas etmək məqsədilə məscidin həyətindən qaçıb çölə çıxaraq məscidin qarşısında olan ətir mağazasına daxil olub satıcı xanımdan polis və təcili yardım çağırmasını xahiş etmiş, həmin satıcı qan axan qulağına parça kimi bir şey vermişdir ki, qanaxmasının qarşısı alınsın. Bu zaman onu yaralayan Təqsirləndirilən şəxs məscidin həyətində dayanaraq onu gözləmişdir. Satıcı xanım polisə və təcili yardıma zəng etdikdən sonra o, mağazadan çıxaraq küçədə dayanmış bir taksiyə minmişdir ki, xəstəxanaya getsin. Lakin bu zaman görmüşdür ki, məscidin qarşısına polis maşını gəlmiş, bu səbəbdən taksidən enərək ona xəsarət yetirən Təqsirləndirilən şəxs polislərə göstərmişdir. Bundan sonra Təqsirləndirilən şəxs tutulmasından əmin olaraq xəstəxanaya getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 istintaqa verdiyi ifadəsində göstərmişdir ki,Təqsirləndirilən şəxs hadisə günü “Məşədi Dadaş” məscidinin qarşısında olan və satıcısı olduğu dini “Furqan” mağazasında olduğu zaman görmüşdür. Belə ki, 30 dekabr 2023-cü il tarixdə saat 15:30 radələrində o, mağazada olarkən “Məşədi Dadaş” məscidinin önündən güclü səslər gəlmiş, mağazadan boylandıqda hal-hazırda məhkəmədə gördüyü, lakin əvvəllər görmədiyi Təqsirləndirilən şəxs əlində qanlı bıçağın olduğunu, məscidin işçisi olan Rəsulun isə yaralı və qan içərisində qaçaraq onun mağazasına daxil olduğunu görmüşdür. Rəsul mağazaya daxil olaraq ona kömək etməsini xahiş etmiş, o, dərhal şəxsi bir parça taparaq Rəsulun yaralanmış sağ qulağına tutmuşdur ki, qanın axmasını dayandırsın. Bundan sonra o, mobil telefonu ilə polis sahə müvəkkilinə və təcili tibbi yardım xidmətinə zəng etmişdir. Bundan sonra Rəsul mağazadan çıxaraq yolun kənarında dayanmış taksi maşınına minmişdir. Təxminən 10 dəqiqə ərzində təcili yardım və polis hadisə yerinə yaxınlaşmış, polis əməkdaşları Təqsirləndirilən şəxs saxlayaraq aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, onu hadisədən 3 gün əvvəl məsciddə görmüşdür. Həmin məsciddə könüllü olaraq işləyir. Digər könüllü işçi olan Zərərçəkmiş şəxs2 ona demişdir ki, bu şəxs, yəni Təqsirləndirilən şəxs hacı Zərərçəkmiş şəxs1la görüşmək istəyir. Sonradan eşitmişdir ki, Təqsirləndirilən şəxs özünü ətrafdakılara 12-ci imam kimi təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs hadisə günü görmüşdür. Belə ki, o, 30 dekabr 2023-cü il tarixdə saat 15:30 radələrində “Məşədi Dadaş” məscidinə namaz qılmaq üçün getmiş, dəstəmazxanaya yaxınlaşdıqda biri digərini qovan iki nəfərin qaçdığını görmüşdür. Qaçanı qovan şəxs isə hal-hazırda məhkəmədə gördüyü Təqsirləndirilən şəxs olmuş, Elşənin təqib etdiyi şəxs isə məscidin işçisi Rəsul adlı şəxs olmuşdur. Dəstəmazını aldıqdan sonra o, namaz otağına girmiş, oradan bir müddət sonra çıxdıqda iki polis əməkdaşını və Təqsirləndirilən şəxs namaz otağının qarşısında görmüşdür. Elşənin əlində bıçaq olmuşdur. Bu vaxt polis əməkdaşları həmin şəxsə bıçağı yerə atmasını və təslim olmasını bildirmişlər. Həmin şəxs isə əlindəki bıçağı nəzərdə tutaraq “gəlin götürün” deyib polis əməkdaşlarına tərəf addımlamış və bu zaman polis əməkdaşları həmin şəxsi bir anda yerə yıxıb tərksilah etmiş və daha sonra isə məsciddən çıxararaq polis maşınına mindirib aparmışlar. Təqsirləndirilən şəxs həmin tarixdən əvvəl “Məşədi Dadaş” məscidində görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımır və onu görmməmişdir. 30 dekabr 2023-cü ildə saat 15:30 radələrində «Məşədi Dadaş» məscidin yaxınlığından taksi kimi idarə etdiyi **-RU-*** dövlət qeydiyyat nişanlı “Kia Ceed” markalı avtomobillə bir nəfər sərnişin götürmüş, həmin sərnişin avtomobilə əyləşdikdən sonra yola düşmək istədikdə yolun kənarında qulaq nahiyəsinə ağ rəngli əski tutduğu tanımadığı cavan qarayanız orta boylu oğlanı görmüşdür. Həmin oğlanın qulağına tutduğu əskidə qan izləri olduğu üçün onun xəsarət aldığı ona aydın olmuşdur. Bundan sonra sərnişini ləngitməmək üçün o, avtomobili sürüb getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs hadisə baş verdiyi gün görmüşdür. Belə ki, o, həmin gün “Məşədi Dadaş” məscidə namaz qılmağa gəlmişdir. Saat 15:40 radələrində oradan çıxdıqdan sonra Təqsirləndirilən şəxs məscidin qarşısında olduğunu görmüş, həmçinin məscidin qarşısında yerdə damcı qan ləkələrini də görmüşdür. Təqsirləndirilən şəxs məscidin həyətində duraraq kiminsə ünvanına nalayiq ifadələr işlətmişdir. O, Təqsirləndirilən şəxs nə baş verdiyini soruşduqda, Elşən ona aidiyyatı olmadığını, avtomobili sürüb getməsini bildirmişdir. O da oradan uzaqlaşıb gəldiyi maşınla hadisə yerini tərk etmişdir. Zərərçəkmiş şəxs olan Rəsul adlı şəxsi həmin vaxt görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımır. Lakin 2023-cü ilin dekabr ayının 30-da saat 15:40 radələrində “Məşədi Dadaş” məscidə namaz qılmaq üçün gəlmiş, məscidin həyətinə daxil olduqda Təqsirləndirilən şəxs görmüş, o, namaz qılmamışdan əvvəl dəstəmaz almaq üçün dəstəmaz alınan yerə daxil olmuş, dəstəmazxanadan bayıra çıxdıqda Təqsirləndirilən şəxs arxası ona tərəf dayandığını və qarşısındakı iki polis əməkdaşı ilə danışdığını görmüşdür. Dəstəmaz alıb ibadət otağına getmək üçün məscidin həyətyanı sahəsinə keçdikdə Təqsirləndirilən şəxs əlində bıçaq kimisə söydüyünü eşitmişdir. Daha sonra o, məscidin ibadət otağına daxil olub qapısını bağlamışdır. Namazını qıldıqdan sonra təxminən 30 dəqiqə zikr etmiş, namaz otağından çıxdıqdan sonra isə Təqsirləndirilən şəxs orada olmamışlar. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərində təqsirliliyi özünün, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nəsimi RPİ-nin 21-ci PB-nin sahə inspektoru, polis leytenantı İlkin Alnağıyev tərəfindən xx.xx.2023-cü il tarixli raportdan müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Nəsimi rayonu Ağadadaş Qurbanov küçəsində yerləşən “Furqan” adlanan parfümeriya mağazasında işləyən Elvira adlı şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsindən ona zəng edərək mağaza ilə üzbəüz yerləşən “Məşədi Dadaş” məsçidində bıçaqlanma hadisəsi baş verdiyini bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış “hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, hadisə yeri Bakı şəhəri, Nəsimi rayonu, Ağadadaş Qurbanov və İbrahim Əbilov küçələrinin kəsişməsində yerləşən “Məşədi Dadaş” məscididir. “Məşədi Dadaş” məscidinin əsas girişi Ağadadaş Qurbanov küçəsi istiqamətində yerləşir. Giriş hissəsi dəmir materialdan hazırlanmış darvazadan və sol tərəfində yerləşən dəmir materialdan hazırlanmış qapıdan ibarətdir. Dəmir darvazadan içəri daxil olduqda məscidin həyəti yerləşir. Həyətin yer örtüyü tökmə betondur. Həyətin sol tərəfi boyunca ardıcıl olaraq, 1-ci mərtəbəsində kişilər üçün, 2-ci mərtəbəsində isə qadınlar üçün nəzərdə tutulmuş ibadət otaqları, köməkçi sahə, dəstəmazxana və sanitar qovşaqlar vardır. Darvaza ilə üzbəüz həyətin uzaq küncündə pilləkən vardır. Həmin pilləkənlərlə yuxarı qalxdıqda sağ tərəfdə köməkçi sahə, sol tərəfdə üzərində müdiriyyət yazısı olan məscidin axundunun xidməti otağı, qeyd olunan otağın girişinin sağ tərəfində isə mətbəx mövcuddur. Məscidin axundunun otağından həyətə baxan 1 ədəd pəncərəsi vardır. Otağın sağ tərəfində yazı stolu və ətrafında stullar yerləşir. Pəncərənin qarşısında TV və müşahidə kamerasının “DVR” vardır. Həmin “DVR”dan iş üçün əhəmiyyətli olan video görüntülər götürülərək protokola əlavə olunmuşdur. Otaqda qanabənzər izlər və iş üçün əhəmiyyətli olan digər hallar olmamışdır. Baxış zamanı iştirak edən Şahid3 hadisə barədə bildirmişdir ki, ibadət otağında olarkən həyətdən gələn səs-küyü eşitmiş və bununla bağlı həyətə çıxmış, həyətə çıxdıqda isə “Məşədi Dadaş” məscidinin xidmətçisi Zərərçəkmiş şəxs2 əvvəllər tanımadığı bir şəxslə məscidin həyətindəki pilləkənlərin qarşısında əlbəyaxa olduğunu görmüş, Zərərçəkmiş şəxs2 məscidin darvazasından küçəyə çıxaraq qarşı tərəfdəki “Furqan” dini aksessuarlar satılan dükana polisə zəng etmək məqsədilə daxil olmuşdur. Bundan sonra o, Ağadadaş Qurbanov küçəsi ilə Sübhi Salayev küçəsinin kəsişməsi istiqamətinə getmişdir. Hadisə yerinə baxış keçirilən zaman cinayət hadisəsinin baş verdiyi “Məşədi Dadaş” məscidinin həyətində Zərərçəkmiş şəxs2 ilə şəxsiyyəti məlum olmayan şəxslə əlbəyaxa olan hissəsinə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı qanabənzər və ya digər izlər aşkar olunmamışdır. Məscidin darvazasının qarşısında isə 01 metr radiusda beton örtüyün üzərində qanabənzər ləkələr aşkar olunmuşdur. Həmin ləkələrdən pambıq vasitəsilə nümunələr götürülərək müvafiq qaydada qablaşdırılıb protokola əlavə olunmuşdur. Daha sonra “Məşədi Dadaş” məscidinin darvazası ilə üzbəüz yerləşən “Furqan” dini aksessuarlar dükanının giriş qapısının qolunda qanabənzər ləkələr aşkar olunmuş, həmin ləkələrdən pambıq vasitəsilə nümunə götürülərək müvafiq qaydada qablaşdırılmış və protokola əlavə olunmuşdur. Həmçinin, həmin dükanın qarşısında asfalt örtüyün üzərində də qanabənzər ləkələr aşkar olunmuş və pambıq vasitəsilə nümunələr götürüldükdən sonra müvafiq qaydada qablaşdırılaraq protokola əlavə olunmuşdur. “Məşədi Dadaş” məscidindən təxminən beş metr yuxarı istiqamətdə asfalt yolun üzərində də qanabənzər ləkələr aşkar olunmuş. Həmin ləkələrdən pambıq vasitəsilə götürülmüş nümunələr müvafiq qaydada qablaşdırılaraq protokola əlavə olunmuşdur. Davam edən baxış zamanı Sübhi Salayev və Ağadadaş Qurbanov küçələrinin kəsişməsində asfalt örtüyün üzərində yerləşən kanalizasiya drenajına keçirilmiş baxış zamanı həmin drenajın içərisində üzərinə qanabənzər ləkələr olan kağız materialdan hazırlanmış dəsmal aşkar olunmuş. Həmin əşya maqqaş vasitəsilə götürülərək müvafiq qaydada qablaşdırılmış və protokola əlavə olunmuşdur. Baxış zamanı götürülmüş nümunələr sellofan torbaya qablaşdırılaraq və hadisə yerindən çəkilmiş şəkillərdən fotocədvəl hazırlanaraq protokola əlavə olunmuşdur. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2023-cü il tarixli axtarış protokolundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xətai rayonu, Kazımağa Kərimov küçəsi 17, ev 162 ünvanında axtarış X9 və hal şahidləri X11 və X2 iştirakı ilə keçirilmişdir. Həmin ünvan təxminən 1 sot həyətyanı sahədən və 100 kvadratmetr ərzini əhatə edən 4 otaqlı yaşayış sahəsindən ibarətdir. Keçirilən axtarış zamanı yaşayış sahəsinin giriş qapısından solda 2 yataq otağının yerləşdiyi müəyyən edilmişdir. Evə giriş qapısından solda yerləşən yataq otağına keçirilmiş axtarış zamanı iş üzrə əhəmiyyət kəsb edə biləcək əşya, predmet və sənəd aşkar edilməmişdir. Digər yataq otağında keçirilmiş axtarış zamanı dolabdan 01 ədəd “Nokia”, 01 ədəd “Samsung Duos” və 01 ədəd “Redmi 10A” markalı mobil telefonlar aşkar edilmişdir. Axtarışda iştirak edən Elnur Hüseynli həmin mobil telefonların özünə məxsus olduğunu bildirmişdir. Yaşayış sahəsinin giriş qapısı ilə üzbəüz yerləşən yataq otağında keçirilən axtarış zamanı yataq otağının giriş qapısından sağda yerləşən dolabdan 01 ədəd “Realme C 21-Y”, 01 ədəd “Redmi 10A” markalı mobil telefonlara məxsus qutuların, Təqsirləndirilən şəxs məxsus “P5092570” seria nömrəli pasportun və sonuncuya məxsus AZE******** seriya nömrəli şəxsiyyət vəsiqəsinin, "xxxx" ASC-dən Təqsirləndirilən şəxs adına verilmiş **********379282 nömrəli bank kartına, eləcədə “Bakcell” mobil operatoruna məxsus mobil nömrə yerləşdirilməsi üçün nəzərdə tutulan kart yuvasının və 01 ədəd yaddaş kartının olduğu müəyyən edilmişdir. İstintaq hərəkətində iştirak edən Elnur Hüseynli qeyd olunan otağın qardaşı Təqsirləndirilən şəxs aid olduğu bildirmişdir. Yaşayış sahəsinin zal hissəsində yerləşən masanının üzərində 01 ədəd kompyuter, kompyuterin sistem blokunun disk yuvasında 01 ədəd CD diskin olduğu aşkar edilmişdir. Axtarış zamanı qeyd olunan əşyalar müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs hadisədən sonra “Məşədi Dadaş” məsçidi ərazisinə gələn polis əməkdaşları tərəfindən saxlanılmaqla üzərində cinayət aləti olan bıçaq ondan götürülərək istintaqa təqdim edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış tutulma haqqında xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 15:40 dəqiqədə saxlanıldığı vaxtdan Azərbaycan Respublikası CM-nin 29, 120.2.3, 129.2.6 və 28, 277-ci maddələrində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli bilinərək müdafiəçisi X7 iştirakı ilə tutulmuşdur. Tutulma ilə əlaqədar tərtib olunmuş protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs bildirmişdir ki, “o adam ölməli idi, lakin ölmədi buna görə peşmanam” . Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Səbail rayon məhkəməsinin 4(009)- 882/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 30 dekabr 2023-cü il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2024-cü il tarixli “sənəd və əşyalara baxış keçirilməsi haqqında” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs yaşadığı ünvandan götürülmüş əşyalara baxış keçirilmiş, lakin iş üçün əhəmiyyət kəsb edə biləcək məlumat aşkar edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış “baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs DİN “Təhlükəsiz Şəhər” X1 kameraları vasitəsilə qeydə alınmış videogörüntülərdən görünür ki, Təqsirləndirilən şəxs “Məşədi Dadaş” məscidinə 27 dekabr 2023-cü il tarixdə saat 15:34 dəqiqədə getmiş və saat 15:41dəqiqədə həmin məsciddən çıxmış, 29 dekabr 2023-cü il tarixdə saat 15:12 dəqiqədə həmin məsçidə gəlmiş və saat 15:21 dəqiqədə həmin məsciddən getmiş, 30 dekabr 2023cü il tarixdə saat 15:32 dəqiqədə həmin məsçidə gəlmiş və saat 15:53 dəqiqədə polis tərəfindən saxlanılaraq xidməti avtomobillə saat 15:56 dəqiqədə aparılmışdır. Məhkəmədə elan edilib araşdırılmış Respublika Psixiatriya Xəstəxanası X19 439 nömrəli xx.xx.2024-cü il tarixli arayışından müəyyən olunur ki, Təqsirləndirilən şəxs qeyd edilən müəssisədə müalicədə olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış “mobil telefon əlaqələrinə baxış keçirilməsi barədə” xx.xx.2024-cü il tarixli protokoldan müəyyən olunur ki, "xxxx" MMC-dən istintaqa xx.xx.2024-cü il tarixli 3-39-9/1-232/2024 saylı məktubla diskdə daxil olmuş Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi ilə aparılmış telefon əlaqələrinə baxış zamanı Təqsirləndirilən şəxs “Məşədi Dadaş” məscidində cinayət hadisəsinin baş verdiyi zaman, yəni xx.xx.2023-cü il tarixdə saat 15:42 dəqiqədən saat 15:48 dəqiqəyədək “LBBK6253O2/LBBK6253 Teze-bazar/"Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küç, 368-ci kvartal"/Nasimi/ (40.38xx/xx.83855)” antena dairəsində olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış “Respublika Narkoloji Mərkəzi” X19in xx.xx.2024-cü il tarixli 3-39-9/1-144/24 saylı məktubundan müəyyən olunur ki, , xx.xx.1983cü il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən narkoloji (profilaktik – 1 illik) qeydiyyatdadır. Məhkəmədə elan edilib araşdırılmış “mobil telefona baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs məxsus «Samsung Galaxy J4 Plus» markalı mobil telefona baxış zamanı mobil telefona quraşdırılmış “Bolt” tətbiqi açıldıqda “Məşədi Dadaş məscidi” adı ilə axtarış verilmiş ünvana Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Kazımağa Kərimov küçəsi 43 kimi qeyd edilmiş ünvandan **-FD-*** dövlət qeydiyyat nişanlı “Opel Astra” markalı avtomobillə saat 14:26 dəqiqədə çıxaraq təyinat nöqtəsinə saat 15:12 dəqiqədə çatdığı; xx.xx.2023-cü il tarixdə Əbdüləzəl Dəmirçizadə küçəsi 13 kimi qeyd edilmiş ünvandan **-LE-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı avtomobillə saat 14:28 dəqiqədə çıxaraq təyinat nöqtəsinə saat 14:46 dəqiqədə çatdığı; xx.xx.2023-cü il tarixdə Kazımağa Kərimov küçəsi 78 kimi qeyd edilmiş ünvandan **-TC-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı avtomobillə saat 14:40 dəqiqədə çıxaraq təyinat nöqtəsinə saat 15:34 dəqiqədə çatdığı müəyyən edilmişdir. Həmçinin baxış zamanı mobil telefondakı “Facebook” sosial şəbəkə tətbiqinin quraşdırıldığı və Təqsirləndirilən şəxs həmin sosial şəbəkədə “Elsan Huseynov” adlı profildən istifadə etdiyi, paylaşımlarının əsasən dini məzmunlu fotoşəkillər, videoçıxışlar, moizələrdən ibarət olduğu müəyyən edilmişdir. Bundan başqa baxış zamanı mobil telefonda dini məzmunlu “Nehcül Belağa”, “İmam Mahdi”, “İncil”, “Ən gözəl dualar”, “Quran Azerbaycan” adlı elektron kitabların olması müəyyən edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2024-cü il tarixli protokoldan müəyyən olunur ki, Bakı şəhəri, Xətai rayonu, Kazımağa Kərimov küçəsi 17, ev 162 ünvanından götürülmüş 01 ədəd "Realme C21-Y" və 1 ədəd "Redmi 10A" markalı mobil telefonlarına aid qutular, 1 ədəd DVD disk, ******************** və ******************** İD kodları, həmçinin PİN va PUK kodlarının qeyd olunduğu mobil telefon nömrələrinin aid olduğu 2 ədəd kart, Təqsirləndirilən şəxs Faxrəddin oğluna məxsus AZE P5092570 nömrəli ümumvətəndaş pasportu, 01 ədəd Sony markalı 64 mb həcmli yaddaş kartı, 01 ədəd "Redmi 10A" markalı 220233L2G modelli **********08527 və **********08535 İMEi nömrəli ***-***-**-** nömrəli simkart quraşdırlmış mobil telefon, 01 ədəd "Nokia" markalı 206 modelli **********63684 və **********63692 İMEl nömrəli mobil telefon, 01 ədəd "Samsung" markalı SM-G530H modelli **********21656 və **********21652 İMEi nömrəli mobil telefon, 01 ədəd "HP" markalı qara rəngli sistem bloku qardaşı X8 qaytarılmışdır. Məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxs2 barəsində keçirilmiş 15 fevral 2024-cü il tarixli № T88/2024 nömrəli məhkəmə-tibbi ekspertiza rəyindən müəyyən olunur ki, vətəndaş Zərərçəkmiş şəxs2 mədənin ön divarının və qaraciyərin sol payının zədələnməsi ilə müşayiət olunan qarının ön divarının deşilmiş-kəsilmiş yarası, gicgah sümüyünün məməyəbənzər çıxıntısının qəlpəli yerdəyişən sınığı ilə müşayiət olunan, sağ qulaqarxasının kəsilmiş yarası olmuşdur. Qeyd olunan xəsarətlər iti uclu və ya kənarlı deşici-kəsici alətin təsirindən törənmiş, qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə kənar şəxs tərəfindən bıçaqla yetirilən zərbələr nəticəsində yarana bilərdilər, dərəcəsinə görə istər ümumilikdə, istərsə də ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Xəsarətlər birincili cərrahi işlənməyə məruz qaldığından onların ekspertizaya təqdim edilmiş bıçaqla yetirilib-yetirilməməsi, eləcə də eyni bıçağın təsirindən yaranması haqqında dəqiq fikir söyləmək mümkün deyildir. Lakin təqdim edilmiş 11/2024 MTKŞ saylı rəyə əsasən geyim əşyaları üzərindəki zədələrin formasına, quruluşuna, istiqamətinə, xarakterinə, ölçüsünə və sair əlamətlərinə görə onların iti uclu, ülgücü və küpü olan deşici-kəsici xassəyə malik predmetin (o cümlədən təqdim edilmiş bıçaq və ya ona bənzər hər hansı bir alətin təsirindən yaranması inkar edilməmişdir). Özünü müdafiə və müqavimət göstərmək zamanı yarana bilən xəsarətlərin təyini məhkəmə-tibb ekspertinin səlahiyyətinə aid deyildir. Xəsarət yetirilərkən həmlə edənlə zərərçəkmişin qarşılıqlı duruş vəziyyəti müxtəlif ola bilərdi. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs barəsində keçirilmiş 10 yanvar 2024-cü il tarixli № 98 nömrəli Ambulator X6 rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Kannabinoidlərin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış maddi sübutların məhkəmə bioloji tədqiqinə dair 24 yanvar 2024-cü il tarixli № 07/2024-MTBŞ nömrəli ekspertiza rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs2 qan qrupu AB0 sistemi üzrə A(İİ)-dir, ekspertizaya təqdim olunmuş bıçaq, 08 ədəd pambıq ucluqlu çubuq, 01 ədəd kağız salfet, Zərərçəkmiş şəxs2 məxsus köynək, qısaqol kofta, mayka, Təqsirləndirilən şəxs məxsus şalvar üzərində olan ləkələrdə insan qanı aşkar olunmuşdur. Bu qan ləkələrinin AB0 sistemi üzrə qrupu tədqiq olunduqda yalnız A antigeni alınmışdır. Beləliklə bu qan ləkələri AB0 sistemi üzrə A(İİ) qruplu bir şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs2 məxsus ola bilər. Ekspertizaya təqdim olunmuş Təqsirləndirilən şəxs məxsus sviter, kofta, şərf üzərində vizual baxış zamanı qana şübhəli hər hansı bir ləkə aşkar olunmamışdır. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs barəsində keçirilmiş 19 yanvar 2024-cü il tarixli № 526-MEŞ nömrəli məhkəmə-tibbi ekspertiza rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs sol əlin İV barmağında yayılmış qancır aşkar edilmiş, digər xarakterli və məhdudlaşdırıcı hər hansı bir xəsarət aşkar edilməmişdir. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən əmələ gəlmişdir, törənmə müddəti müayinədən 1-2 gün əvvələ uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi kriminalistik və kriminalistik tədqiqinə dair 09 fevral 2024-cü il tarixli № 11/2024-MTKŞ nömrəli ekspertiza rəyindən müəyyən olunur ki, ekspertiza zamanı Zərərçəkmiş şəxs2 məxsus qısaqol köynəyin və maykanın ön hissəsinin orta nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar edilmiş, bu zədə iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gəlmişdir. Bu zədənin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya oxşar konstruktiv xüsusiyyətlərə malik digər bıçağın tiyəsi ilə törənməsi inkar olunmur. Bu zədə müxtəlif şəraitdə, həmçinin qərarda göstərilən şəraitdə yarana bilərdi. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus maykanın və qısaqol köynəyin ön hissəsinin orta nahiyəsində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin qarının ön divarında olan eyni xarakterli xəsarətlə yerləşmə nahiyəsinə görə nisbi olaraq üst-üstə düşür. Zərərçəkmiş şəxs2 bədənində olan digər xəsarətlər - sağ qulaq nahiyəsinin kəsilmiş yarası və gicgah sümüyünün məməyəbənzər çıxıntısının qəlpəli yerdəyişən sınığı bədənin açıq nahiyələrində yerləşdiklərinə görə ona məxsus olan paltarlarda öz əksini tapmamışlar. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış deşici-kəsici xassəyə malik, məişət təyinatlı qatlanari tipli cib bıçağıdır və soyuq silah hesab olunmur. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs barəsində keçirilmiş 10 yanvar 2024-cü il tarixli № 32 nömrəli Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir, Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış 04 iyul 2024-cü il -cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan müəyyən olunur ki, maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq Baş İdarəsinin maddi sübutları saxlama otağına təhvil verilmiş Təqsirləndirilən şəxs cinayəti törədən zaman istifadə etdiyi 01 (bir) ədəd bıçaq, Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd mayka və iki ədəd köynək, Təqsirləndirilən şəxs məxsus 01 (bir) ədəd şarf, 01 ədəd sviter, 01 ədəd köynək, 01 ədəd şalvar məhv edilməli, Təqsirləndirilən şəxs cinayəti törətməsini təsdiq edən videogörüntülərin əks edildiyi hadisə yerinə baxış keçirilməsi haqqında 30 dekabr 2023-cü il tarixli protokola əlavə edilmiş DVD diskin və 01 ədəd «Samsung Galaxy J4 Plus» markalı mobil telefon və ona quraşdırılmış ***-***-**-** nömrəli sim-kart cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,120.2.3, 29,120.2.6, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 və 277-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, baxış və axtarış protokolları, ekspertiza rəyləri və işdə olan digər istintaq sənədləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi hesab edir ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs əməllərini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 29,120.2.3, 29,120.2.6, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 və 277-ci maddələri ilə tövsif etmiş, məhkəmə onun əməllərini bu maddələrlə tövsif edilməsini və cəza təyin edilməsini mümkün sayır. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlini törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Belə ki, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 dekabr 2002-ci il tarixli qərarın 21-ci maddəsinə əsasən qəsdən adam öldürməyə görə cəza təyin edilərkən cinayətin baş verməsinin bütün halları, qəsdin növü, motivi və məqsədi, üsulu, edilmə mərhələsi və şəraiti, həmçinin təqsirkarın şəxsiyyəti, törətdiyi əmələ münasibəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Eyni zamanda zərərçəkmişin şəxsiyyətinə aid məlumatlar, onun təqsirkarla qarşılıqlı münasibəti, həmçinin hadisəyə qədərki davranışı təhqiq olunmalıdır. Plenumunun qərarının 2-ci bəndinə əsasən qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Plenumunun 9-cu bəndinə əsasən CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulduğu hallarda başa çatmamış cinayətə görə belə cəza növü təyin edilə bilməz. Belə hallarda təqsirkara yalnız CM-nin 63.2 və 63.3-cü maddələrində göstərilən hədlər daxilində azadlıqdan məhrumetmə cəzası təyin edilə bilər. Cinayətə hazırlığa və cinayətə cəhdə görə cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, bu zaman təyin olunası cəza müddəti CM-nin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulan cəzanın aşağı həddindən də az ola bilər. Bu səbəbdən də belə hallarda Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinə istinad etməyə ehtiyac yoxdur. Cəzalar CM-nin 63.2 və 63.3-cü maddələrilə müəyyən edilən qaydalara əsasən təyin edildikdə bu, hökmün təsviri-əsaslandırıcı hissəsində əsaslandırılmalıdır. Beləliklə məhkəmə baxışında ibtidai araşdırma orqanının gəldiyi nəticə, yəni Təqsirləndirilən şəxs başqa cinayətin törədilməsini yüngülləşdirmək məqsədilə zərərçəkmiş şəxsin xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar onu öldürməyə, dini ədavət niyyətilə terrorçuluqla əlaqədar iki və daha çox şəxsi öldürməyə cəhd etməyi, eləcə də ictimai xadimin xidməti fəaliyyətinə son qoymaq və bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etməsi tam təsdiqini tapmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən hər bir şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cinayətin törədilməsində rolunu və iştirakçılıq dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, təyin olunan cəzanın onun islah edilməsinə və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməlin ictimai təhlükəliyini nəzərə alaraq hesab edir ki, onun islah olunması yalnız cəmiyyətdən təcrid olunması yolu ilə mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Vİ fəsilnin (başa çatmayan cinayətlər) 27-ci maddəsinə əsasən cinayətə hazırlıq və cinayət etməyə cəhd başa çatmayan cinayət hesab olunur, başa çatmayan cinayətlərə görə cinayət məsuliyyəti bu Məcəllənin 28 və 29cu maddələrinə istinad olunmaqla bu Məcəllənin başa çatmış cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələrinə uyğun olaraq müəyyən edilir. Həmin Məcəllənin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur.Həmin məcəllənin 63-cü maddəsinə əsasən başa çatmayan cinayətə görə cəza təyin edilərkən, cinayətin başa çatdırılmamasına səbəb olan hallar nəzərə alınır və cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 15.5-ci maddəsinə əsasən CM-nin 29,120.2.3, 29,120.2.6, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 və 277-cü maddələri xüsusilə ağır cinayətlərə aiddir. Azərbaycan Respublikası CM-nin CM-nin 56.1.3-cü maddəsinə əsasən qəsdən törədilmiş xüsusilə ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxs kimi Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Həmçinin, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini şübhəli şəxs qismində tutulduğu 30 dekabr 2023-cü il tarixdən hesablamalıdır. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda iş üzrə maddi sübut olan və DTX İstintaq baş idarəsinin maddi sübutlar otağına təhvil verilmiş Təqsirləndirilən şəxs cinayəti törədən zaman istifadə etdiyi 01 (bir) ədəd bıçaq, Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd mayka və iki ədəd köynək, Təqsirləndirilən şəxs məxsus 01 (bir) ədəd şarf, 01 ədəd sviter, 01 ədəd köynək, 01 ədəd şalvar məhv edilməli, Təqsirləndirilən şəxs cinayəti törətməsini təsdiq edən videogörüntüləri əks etdirən DVD diskin və bir ədəd «Samsung Galaxy J4 Plus» markalı mobil telefon və ona quraşdırılmış ***-***-**-** nömrəli sim-kartın cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 354, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,120.2.3, 29,120.2.6, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 və 277-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə, Azərbaycan Respublikası CM-nin 29,120.2.3, 29,120.2.6, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12-ci maddələri ilə 15 (on beş) il müddətə, CM-nin 277-ci maddəsi ilə 16 (on аltı) il müddətə azadlıqdan məhrum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 18 (on səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 30 dekabr 2023-cü il il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq Baş idarəsinin maddi sübutlar otağına təhvil verilmiş Təqsirləndirilən şəxs cinayəti törədən zaman istifadə etdiyi 01 (bir) ədəd bıçaq, Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd mayka və iki ədəd köynək, Təqsirləndirilən şəxs məxsus 01 (bir) ədəd şarf, 01 ədəd sviter, 01 ədəd köynək, 01 ədəd şalvar məhv edilsin, Təqsirləndirilən şəxs cinayəti törətməsini təsdiq edən videogörüntüləri əks etdirən DVD disk və Təqsirləndirilən şəxs istifadəsində olmuş 01 ədəd «Samsung Galaxy J4 Plus» markalı mobil telefon cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar