Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2043/2024 09.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi – X4 və X6, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri “De Fendo” Vəkil Bürosunun vəkili Müdafiəçi1, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1978-ci ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Cəlilkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, himayəsində 1 (bir) azyaşlı və 2 (iki) yetkinlik yaşına çatmayan uşağı olan, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2ında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs (Fin:xxxxxxx) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 9 oktyabr 2024-cü il tarixdə, saat 11:05-də Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:
1. Təqsirləndirilən şəxs özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə mənzil almaq istəyən Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək ünvan 3 ünvanında yerləşən 100 kvadrat metr sahəsi olan mənzili alqı-satqı ofisinin işçisi kimi göstərərək guya həmin mənzili 70.000 (yetmiş min) manata satacağı və müvafiq sənədləşmənin aparılmasında köməklik edəcəyi barədə yalan vəd verməklə mənzilin ümumi dəyərinin hissə-hissə ödənilməsi barədə razılaşıb aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadan, əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı işin görülməsi marağında olmadan bu məqsədlə 11 mart 2023-cü il tarixdə ünvan 4 ünvanında yerləşən “Saray-Əmlak” ofisində 3.000 (üç min) manat, 15 aprel 2023-cü il tarixdə həmin ünvanda sonuncunun qardaşı Şahid vasitəsilə 10.000 (on min) manat, 8 may 2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonunda yerləşən metronun “Memar Əcəmi” stansiyası yaxınlığında 4.000 (dörd min) manat, 14 iyun 2023cü il tarixdə ünvan 4 ünvanında yerləşən “Saray-Əmlak” ofisində 14.000 (on dörd min) manat, 18 iyul 2023-cü il tarixdə həmin ünvanda 2.000 (iki min) manat, 5 sentyabr 2023-cü il tarixdə həmin ünvanda 8.000 (səkkiz min) manat, 22 sentyabr 2023-cü il tarixdə həmin ünvanda 7.000 (yeddi min), 3 oktyabr 2023-cü il tarixdə həmin ünvanda 2.000 (iki min) manat, 11 oktyabr 2023-cü il tarixdə ünvan 5 ünvanında yerləşən “ASAN” xidmət mərkəzinin qarşısında 4.000 (dörd min) manat, 20 oktyabr 2023-cü il tarixdə ünvan 4 ünvanında yerləşən “Saray-Əmlak” ofisində 6.000 (altı min) manat, 14 noyabr 2023-cü il tarixdə həmin ünvanda 10.100 (on min yüz) manat olmaqla, cəmi 70.100 (yetmiş min bir yüz) manat nağd pul vəsaitini vahid qəsdlə əhatə olunan niyyətlə ələ keçirərək Zərərçəkmiş şəxs ümumilikdə 70.100 (yetmiş min bir yüz) manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. İşin halları və dəlilləri:
2. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadələri ilə əsasən eyni məzmunlu ifadə verərək ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, ünvan 4 ünvanında yerləşən “Saray-Əmlak” ofisində inzibatçı işləyərkən 2023-cü ilin mart ayında Zərərçəkmiş şəxs ona yaxınlaşaraq ipoteka şərtləri ilə ev almaq istədiyini bildirmişdir. O, Gülnara Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi Neapol dairəsinin yaxınlığında 100 kvadrat metr sahəsi olan mənzili göstərərək ümumi dəyərinin 70 000 manat olmasını bildirib ilkin olaraq beh kimi 3000 manat pul istəmişdir. İki gün sonra Gülnar onun ofisinə yaxınlaşaraq 3.000 manat pulu ona verib qalan məbləği hissə-hissə ödəyəcəyini bildirmişdir. O, Gülnarla beh müqaviləsi bağlamış, sonrakı müddət ərzində, yəni 15 aprel 2023-cü il tarixdə Gülnarın qardaşı Elvin ofisə gələrək ona 10.000 manat pul vermişdir. Daha sonra müxtəlif vaxtlarda yəni, 8 may 2023-cü il tarixdə Gülnarla Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “Memar Əcəmi” metrostansiyasının yaxınlığında görüşüb 4.000 manatı, 14 iyun 2023-cü il tarixdə öz ofisində 14.000 manatı, 18 iyul 2023-cü il tarixdə həmin yerdə 2.000 manatı, 5 sentyabr 2023-cü ildə həmin yerdə 8.000 manatı, 22 sentyabr 2023-cü il tarixdə həmin yerdə 7.000 manatı, 3 oktyabr 2023-cü il tarixdə həmin yerdə 2.000 manatı, 11 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsində yerləşən “ASAN xidmət” mərkəzinin qarşısında 4.000 manatı, 20 oktyabr 2023-cü il tarixdə ofisində 6.000 manatı, sonuncu dəfə 10.100 manatı da 14 noyabr 2023cü il tarixdə həmin yerdə Gülnardan almışdır. Gülnardan ümumilikdə 70.100 manat pul almış, mənzilin pulu tam olaraq ödənildiyindən Gülnara təxminən 10-15 gün ərzində sənədləşmənin aparılacağını bildirmiş, lakin həmin vaxt ərzində sənədləşmə işlərinin aparılması mümkün olmadığından Gülnar ondan verdiyi pulları geri tələb etmişdir. O həmin pulları öz şəxsi ehtiyaclarına xərclədiyi üçün qaytara bilməyərək zərərçəkmiş şəxsə maddi ziyan vurması ilə bağlı çox peşmandır.
3. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə əlavə edərək göstərdi ki, Zərərçəkmiş şəxs onun işlədiyi ofisə əvvəlcə zəng edib evlə maraqlanmış, sonuncunu ofisə dəvət edib danışıqlar aparmış, danışıq zamanı Zərərçəkmiş şəxs ev axtardığını, lakin əlində kifayət qədər pulu olmadığından hissə-hissə ödəniş edə biləcəyini bildirmişdir. Zərərçəkmiş şəxs ilə danışıq zamanı 3.000 (üç min) manat beh verib üç ay müddətində ödənişi tamamlayacağına dair aralarında razılığa gəlmişlər. Zərərçəkmiş şəxs evin pulundan 16.000 (on altı min) manat ödədikdən sonra qardaşı Elvin onun yanına gəlib ödəniş müddətini daha iki ay da uzatmağı xahiş etmiş, o da etiraz etməmişdir. Lakin Zərərçəkmiş şəxs almağı planlaşdırdığı evin sahibi isə pulun ödənişi gecikdirildiyindən evi satmaqdan imtina etmişdir. Zərərçəkmiş şəxs tərəfindən ona ümumilikdə 70.100 (yetmiş min bir yüz) manat pul ödənilmiş, sonuncunun verdiyi pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Gülnarla razılıqlarına əsasən ilkin olaraq evin sənədi müqavilə formasında hazırlanmalı, daha sonra isə evə çıxarış alınmalı olmuşdur. O, 2023-cü ilin iyun ayında Zərərçəkmiş şəxs almağı planlaşdırdığı evin sahibinin həmin evi satmaqdan imtina etdiyini bilmiş, lakin bu barədə Gülnara hər hansı məlumat verməmiş, həmin müddətədək sonuncu tərəfindən ona təxminən 55.000 manat məbləğində ödəniş edilmişdir. Zərərçəkmiş şəxs ofisinə ilk dəfə gəldikdə onun Gülnara qarşı dələduzluq etmək niyyəti olmamış, lakin Gülnar ödənişi gecikdirdiyi üçün mənzilin sahibi mənzili satmaqdan imtina etmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurulmuş ziyanın 45.000 manatını notarial qaydada sonuncunun depozit hesabına köçürməklə, qalan hissəsini isə sonradan əlbəəl verməklə tamamilə ödəyərək onunla barışıq əldə etdiyini, himayəsində bir azyaşlı, iki yetkinlik yaşına çatmayan uşağı, habelə yaşlı və xəstə anası olmaqla ailədə ondan başqa gəlir gətirən şəxsin olmadığını və əvvəllər məhkum olunmadığını bildirərək barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi.
4. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.
5. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir.
6. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, o, valideynləri ilə birlikdə kirayə yaşadığından kreditlə özünə ev almaq məqsədilə “İnstagram” sosial şəbəkəsində “Saray-Əmlak” ofisinin mənzilləri kreditlə satışını təşkil etdiyini görmüşdür. O həmin elektron ünvanda qeyd edilmiş ***-***-**-** mobil telefon nömrəsinə zəng edərək ünvan 4 ünvanında yerləşən “Saray-Əmlak” ofisinə yaxınlaşmışdır. Orada Təqsirləndirilən şəxslə tanış olmuş, sonuncu ona Bakı şəhəri, Xətai rayonu, Neapol dairəsinin yaxınlığında yerləşən yeni tikilmiş binanın ikinci mərtəbəsində olan 100 kvadrat metr sahəli təmirsiz mənzili göstərmişdir. O həmin mənzili bəyəndikdən sonra Mübariz mənzilin dəyərinin 70.000 manat olduğunu bildirmişdir. 11 mart 2023-cü il tarixdə o, Mübarizin işlədiyi ofisdə sonuncuya 3.000 manat beh olaraq pul vermiş, Mübarizlə onunla arasında beh müqaviləsi tərtib edilmiş, Mübariz hər dəfə mənzilə görə ödənişlər olunduqca həmin müqaviləyə əlavə olunacağını və mənzilin pulu tam olaraq ödənildikdən sonra isə sənədlərini təqdim edəcəyini bildirmişdir. 15 aprel 2023-cü il tarixdə o, qardaşı Elvin vasitəsilə Mübarizə 10.000 manat pul göndərmiş, Elvin həmin pulu Mübarizin ofisində sonuncuya vermişdir. 8 may 2023-cü il tarixdə o, Mübarizlə Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “Memar Əcəmi” metrostansiyasının yaxınlığında görüşüb 4.000 manat, 14 iyun 2023-cü il tarixdə Mübarizin ofisində 14.000 manat, 18 iyul 2023-cü il tarixdə həmin ofisdə 2.000 manat, 5 sentyabr 2023-cü il tarixdə həmin ofisdə 8.000 manat, 22 sentyabr 2023-cü il tarixdə həmin ofisdə 7.000 manat, 3 oktyabr 2023-cü il tarixdə həmin ofisdə 2000 manat, 11 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsində yerləşən “ASAN xidmət” mərkəzinin qarşısında 4.000 manat, 20 oktyabr 2023-cü il tarixdə Mübarizin ofisində ona 6.000 manat, sonuncu dəfə isə 10.100 manat pulu 14 noyabr 2023-cü il tarixdə Mübarizin ofisində vermişdir. Ümumilikdə Mübarizə 70.100 manat pul vermiş, ev üçün nəzərdə tutulmuş məbləği tam olaraq ödədikdən sonra Mübariz bir neçə günə zəng edib “Asan Xidmət” mərkəzinə dəvət edəcəyini və orada aldığı evin sənədlərini ona təqdim edəcəyini bildirmişdir. Bundan sonra o, dəfələrlə Mübarizə zəng edərək evin sənədləşməsi barədə soruşduqda sonuncu hər dəfə müxtəlif bəhanələr gətirərək müddəti uzatmağa başlamışdır. Sonradan Mübarizin ümumiyyətlə onun zənglərinə cavab vermədiyini görüb 2024-cü ilin yanvar ayında Mübarizin ofisinə getmiş, orada sonuncu ilə görüşərək ondan ya evin sənədlərini, ya da aldığı pulları geri qaytarmasını tələb etmişdir. Mübariz isə kobud formada ona cavab verərək oradan qovmuşdur.
7. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs ifadəsinə əlavə edərək göstərdi ki, o, kirayə evdə yaşadığından özünə ev almaq qərarına gəlmiş, Rusiya Federasiyasında işləyən atası ona ev tapmasını, pulunu isə özünün hissə-hissə göndərəcəyini bildirdikdə o, “İnstagram” sosial şəbəkəsində evlərə baxıb qiymətləri ilə maraqlanmış, həmin sosial şəbəkədə Təqsirləndirilən şəxs “səhifəsi” qarşısına çıxmış, “səhifədə” qeyd olunmuş əlaqə nömrəsi vasitəsilə Ruslan adlı işçi ilə (Mübarizin işçisi) danışmış, sonuncular onu Əhmədli qəsəbəsində Bakı kinoteatrının yanında yerləşən ofisə dəvət etmiş, orada Mübariz onu qarşılamış, birlikdə bir neçə evə gedib baxmış, bu zaman Mübariz ona ev almaqda tələsməməsini, habelə hissə-hissə ödənişlər edə biləcəyi ev tapmaqda köməklik göstərəcəyini bildirmişdir. Bundan sonra Mübariz ona Neapol dairəsində yerləşən binanın 2-ci mərtəbəsində olan 100 kvadrat metrlik “podmayak” evi məsləhət görüb həmin evi almağını tövsiyə etmiş, lakin ona binanın komendantı ilə əlaqə yaratmamasını, binanı tikən şəxsin onun qohumu olduğunu, sonuncu ilə bu barədə özünün danışıb ona xəbər edəcəyini bildirmiş, həmin vaxt o, Mübarizin onu aldadacağını düşünməmişdir. İki gün sonra Mübariz ona zəng edərək evi 70.000 manata razılaşdırdığını, habelə evin qiymətini 3 aya ödəyə biləcəyini demişdir. O, sonradan Mübarizdən ödənişi 6 ayadək müddətə uzadılmasını xahiş etmiş, sonuncu isə etiraz etməmişdir. O, ilk dəfə beh olaraq 3.000 manat pul ödəmiş, ödənişlərə dair aralarında sənəd tərtib olunmaqla Mübariz həmin sənədin notarial qaydada təsdiq edildiyini bildirmişdir. Bundan sonra hissə-hissə evin pulunu ödəməyə başlamış, həmçinin qardaşı Elvin də bir dəfə 10.000 manat pulu Mübarizə şəxsən çatdırmışdır. 2023-cü ilin noyabr ayınadək Mübarizə 70.100 manat pul verdikdən sonra bir neçə dəfə ona zəng edib kirayə evdə qaldığını, ya pulunu qaytarmasını, ya da aldığı evi ona təhvil verməyini tələb etmiş, lakin Mübariz onu hər dəfə arxayın edərək narahat olmamasını demişdir. 6 dekabr 2023-cü ildə Mübariz ona zəng edib 1 saylı “Asan Xidmət” mərkəzində görüşməyi təklif etmiş, orada isə tanımadığı bir nəfər şəxsi ev sahibi kimi ona təqdim etmiş, başqa bir şəxslə danışdıqdan sonra isə sənədləşmə işlərinin alınmadığını bildirmişdir. Təxminən iki həftə sonra Mübarizə zəng edib yenidən pulunu geri tələb etdikdə sonuncu ona narahat olmamasını, hər şeyi yoluna qoyub həll edəcəyini bildirmiş, habelə yanına getdikdə pulunu qaytaracağını bildirməklə vaxtı uzatmış, o da Mübarizin artıq onu aldatdığını başa düşüb şikayət etmişdir. O, Mübarizin ona ev sahibi kimi təqdim etdiyi şəxsi əvvəllər tanımamış, sonradan həmin şəxsin Mübarizin tanışı olan Şəhriyar adlı keçmiş polis əməkdaşı olduğunu öyrənmişdir. Evin pulunu hissə-hissə ödədiyi dövrdə Mübariz ödənişi gecikdirməyib təcili pulları gətirib çatdırması barədə onu tələsdirmiş, o da pulu tam şəkildə ödəyə bilmək üçün məcbur qalıb hətta azyaşlı uşağının qızıl-zinət əşyalarını da satıb pulunu ona vermişdir. Sonradan dəqiqləşdirmişdir ki, Mübarizin ona satmaq istədiyi ev heç kimə satılmamışdır. İfadəsinin sonunda G.X.Məmmədova notarial qaydada təsdiq edilməklə tərtib olunmuş barışıq sazişi ilə 45.000 manat məbləğində pulun Təqsirləndirilən şəxs tərəfindən notariusun depozit hesabı vasitəsi ilə, qalan 25.100 manat məbləğdə pulun isə nağd formada ona ödənildiyini, bununla da Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş 70.100 manat ziyanın tamamilə ödənilməklə sonuncu ilə barışdığını, Təqsirləndirilən şəxs qarşı heç bir tələbi və ya şikayətinin olmadığını bildirərək məhkəmədən sonuncunun barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi.
8. Məhkəmədə şahid qismində dindirilmiş Şahid məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, Zərərçəkmiş şəxs onun doğma bacısıdır. Gülnar valideynləri ilə birlikdə Sumqayıt şəhərində kirayədə yaşadığından Bakı şəhərində özünə ev almaq istəmiş, bu məqsədlə Təqsirləndirilən şəxs adlı maklerlə tanış olmuşdur. Mübariz Gülnara Bakı şəhəri, Xətai rayonu, Neapol dairəsi yaxınlığında yeni tikilmiş binada 100 kvadrat metr sahəsi olan mənzili göstərmiş, qiymətini də 70.000 manata razılaşmışlar. Razılığa əsasən Gülnar mənzilin pulunu hissə-hissə olmaqla tam olaraq ödədikdən sonra mənzilin sənədləşdirilməsi həyata keçirilməli olmuşdur. 2023-cü ilin mart ayında Gülnar Mübarizə 3.000 manat beh olaraq pul vermiş, 15 aprel 2023-cü il tarixdə Gülnarın səhhətində problemlər yarandığından o, Gülnardan 10.000 manat pulu götürərək Xətai rayonu, Sarayevo küçəsi 22a ünvanında yerləşən “Saray-Əmlak” ofisinə gələrək Mübarizlə görüşüb 10.000 manat pulu ona vermişdir. Mübariz özündə olan müqaviləyə imza edərək pulu qəbul etməsini təsdiqləmiş və müqavilənin bir nüsxəsini ona vermişdir. Ümumilikdə hissə-hissə olmaqla bacısı Gülnar Mübarizə cəmi 70.100 manat mənzilin pulunu tam olaraq ödəmişdir. Lakin Mübariz mənzilin sənədlərini bacısına təqdim etməmişdir. Gülnar dəfələrlə Mübarizdən verdiyi pulları geri tələb etsə də, sonuncu hər dəfə müxtəlif bəhanələr gətirərək nə mənzilin sənədlərini təqdim etmiş, nə də aldığı pulu geri qaytarmışdır. Evin pulunu atası Rusiya Federasiyasında işləməklə qarşılamış, ödəniş zamanı hər dəfə Mübariz müvafiq sənədlərə imza çəkmiş, lakin pul verildikdən sonra Mübariz onların telefon zənglərinə cavab verməmişdir.
9. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələrini, habelə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını və digər sənədləri də mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
10. “Cinayət işi başlanılması və aidiyyəti üzrə göndərilməsi haqqında” 5 mart 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Bakı şəhəri Xətai rayon prokuroru, baş ədliyyə müşaviri X11 tərəfindən Zərərçəkmiş şəxs ev almaq məqsədi ilə Təqsirləndirilən şəxs 2023-cü ilin mart ayından hissə-hissə olmaqla ümumilikdə 70.000 (yetmiş min) manat pul verməsi, lakin sonuncunun onu aldadaraq pulunun ələ keçirilməsi faktına görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanıb ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə (bundan sonra mətndə-Xətai RPİ-nin İŞ) göndərilmişdir (Cild 1, iş vərəqi (bundan sonra mətndə-i.v.) i.v 1;).
11. Zərərçəkmiş şəxs tərəfindən Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə ünvanlanmış 25 yanvar 2024-cü il tarixli ərizədən görünür ki, o, 2023-cü ilin aprel ayından etibarən ünvan 7 ünvanında yerləşən “Saray-Əmlak” ev alqı-satqısı ofisində hissə-hissə olmaqla ümumilikdə 70.000 manat pulu ev almaq məqsədi ilə Təqsirləndirilən şəxs verdiyini, sonradan aldanıldığını başa düşərək sonuncudan pulu geri tələb etməyə başladığını, lakin Təqsirləndirilən şəxs hər dəfə müxtəlif bəhanələr gətirərək pulu ödəməkdən yayındığını göstərərək verdiyi pulun qaytarılmasına köməklik göstərilməsini xahiş etmişdir (Cild 1, i.v. 7-8;).
12. “Beh” 11 mart 2023-cü il tarixli müqavilədən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ünvan 8 ünvanında yerləşən sahəsi 100 kvadrat metr olan mənzili satmaq üçün ümumilikdə 70.100 manat pul almışdır (Cild 1, i.v.12-13;)
13. “Cinayət işinin icraata qəbul olunması haqqında” 11 mart 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi Xətai RPİ-nin İŞ-nin baş müstəntiqi, polis polkovnikleytenantı X9 tərəfindən icraata qəbul edilmələ istintaqı davam etdirilmişdir (Cild 1, i.v. 45;).
14. “Zərərçəkmiş şəxs qismində tanımaq haqqında” 14 mart 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır (Cild 1, i.v. 47;).
15. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsi tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 3 aprel 2024-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış şəxsdir (Cild 1, i.v. 75-76;).
16. “İttiham elan etmək üçün şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında” və “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” 5 aprel 2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs olduğu yerin müəyyən edilib tutularaq cinayət təqibini həyata keçiriən orqanın sərəncamına verilməsi məqsədi ilə barəsində axtarış elan olunmaqla iş üzrə icraat dayandırılmışdır (Cild 1, i.v. 81; 83;).
17. “Axtarışda olan şəxsin tutulması haqqında” 23 aprel 2024-cü il tarixli protokoldan və həmin tarixli “Cinayət işinin icraatının təzələnməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 23 aprel 2024-cü il tarixdə, saat 17:00-da ünvan 9 ünvanın qarşısında saxlanılaraq Xətai RPİ-nin müvəqqəti saxlama yerinə təhvil verilmiş və ********* nömrəli cinayət işi üzrə icraat təzələnməklə istintaqı davam etdirilmişdir (Cild 1, i.v. 102- 104;).
18. Zərərçəkmiş şəxs tərəfindən Xətai RPİ-nin İŞ-nin rəisi, polis polkovnik-leytenantı Xıdır Xıdırova ünvanlanmış 25 aprel 2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən vurulmuş 70.100 (yetmiş min yüz) manat məbləğdə ziyandan 8.000 (səkkiz min) manat həmin tarixdə ona ödənilmişdir (Cild 1, i.v. 121;).
19. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 25 aprel 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir (Cild 1, i.v. 122-123;).
20. “Vəsatətin müdafiəsindən imtina edilməsi haqqında” və “Qətimkan tədbirinin seçilməsi haqqında” 25 aprel 2024-cü il tarixli qərarlardan və bu barədə iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən müstəntiqin vəsatətinin müdafiə edilməsindən imtina edilmiş və həmin tarixdə müstəntiq tərəfindən onun barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir (Cild 1, i.v. 134-138;).
21. “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 24 iyun 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs 24 iyun 2024-cü il tarixdə ifadəsi yerində yoxlanılarkən, sonuncu ifadələrini bir daha təsdiq edərək ünvan 12 ünvanında yerləşən yeni tikilmiş binanın ikinci mərtəbəsindəki yaşayış olmayan, təmirsiz, 100 kvadrat metr sahəsi olan mənzili göstərərək 2023-cü ildə Zərərçəkmiş şəxs həmin mənzili hissə-hissə olmaqla 70.000 manata satacağını və pul ödənildikdən sonra mənzilə dair sənədləri təqdim edəcəyini bildirmişdir (Cİld 1, i.v.152- 157;).
22. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Zabrat qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən təqdim olunmuş 4 iyul 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, 1978-ci il təvəllüdlü Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatda olmaqla ailəlidir. Təqsirləndirilən şəxs qeydiyyatda olduğu ünvanda yaşadığı müddət ərzində haqqında qəsəbə nümayəndəliyinə heç bir şikayət ərizəsi daxil olmamışdır (Cild 1, i.v. 161;).
23. “Sübutların qiymətləndirilməsi haqqında” 6 iyul 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs dəymiş 70.100 manat məbləğində maddi ziyanın bir hissəsinin, yəni 8.000 manatının Təqsirləndirilən şəxs tərəfindən ödənilməsinin nəzərə alınması, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 70.100 manat pul alması faktını təsdiq edən tərəflər arasında 11 mart 2023-cü il tarixdə imzalanmış “Beh” müqaviləsi cinayət işi üzrə maddi sübut kimi tanınması qərara alınmışdır (Cild 1, i.v.162-168;).
24. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq T.N.Məşədiyev tərəfindən 12 iyul 2024-cü il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, həmin ittiham aktı 17 iyul 2024-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayət Məhkəməsinə göndərilmişdir (Cild 1, i.v.174-178;).
25. Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 iyul 2024-cü il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkəməyə verilməklə ********* nömrəli cinayət işi məhkəmə baxışına təyin edilmişdir (Cild 2;).
26. “AZEMİS” elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlardan və AZE №12282959, AA0613670 və AA3888048 seriya nömrəli şəxsiyyət vəsiqələrindən görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi 17 may 2010-cu il təvəllüdlü oğlu Elşən Abdullayev, 13 may 2014-cü il təvəllüdlü oğlu Murad Abdullayev, 25 iyun 2008-ci il təvəllüdlü qızı Gülay Abdullayeva, 5 iyun 1985-ci il təvəllüdlü arvadı Bənövşə Əsgərova və 1 iyul 1945-ci il təvəllüdlü anası X2 ibarətdir (Cild 2;).
27. 18 sentyabr 2024-cü il tarixli “Barışıq sazişi”ndən görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında barışıq sazişi bağlanılmışdır. Həmin barışıq sazişinin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs keçmişdə aralarında baş vermiş hadisə ilə bağlı Zərərçəkmiş şəxs notariusun depozit hesabı vasitəsi ilə 45000 (qırx beş min) manat məbləğində pul ödəmiş, Zərərçəkmiş şəxs keçmişdə Mübariz Abullayev tərəfindən ona dəymiş maddi ziyanın tam şəkildə ödənildiyini bildirmiş, həmçinin tərəflər aralarında olan mübahisənin həll edildiyini, bir-birinə qarşı heç bir tələb, şikayət və iddialarının olmadığını, gələcəkdə də bu məsələ ilə bağlı heç bir tələb, şikayət və iddialarının olmayacaqlarını göstərmişlər (Cild 2;).
28. Zərərçəkmiş şəxs 2 oktyabr 2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş 70.100 (yetmiş min yüz) manat ziyan tam ödənilməklə Təqsirləndirilən şəxslə barışmış, sonuncuya qarşı heç bir şikayəti və ya tələbi yoxdur, ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edir (Cild 2;).
Əməlin tövsifi və digər hüquqi məsələlər:
29. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini eshtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.
31. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.
32. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.
33. CM-in 178.1-ci maddəsində dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməyə görə cinayət məsuliyyəti müəyyən edilir. Həmin məcəllənin 178.3.2-ci maddəsinə görə CM-in 178.1 və 178.2-ci maddələrində nəzərdə tutulmuş dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə cinayət məsuliyyəti müəyyən edilir və həmin maddənin sanksiyasında beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.
34. CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür.
35. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərini rəhbər tuturaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır.
36. Belə ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər.
37. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir.
38. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.
39. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
40. Məhkəmə Təqsirləndirilən şəxsnın törətdiyi CM-in 178.3.2-ci maddəsi ilə olan cinayət əməlinin tövsifi ilə əlaqədar qeyd edir ki, dələduzluq cinayətinin obyekti qismində mülkiyyət münasibətləri çıxış edir və subyektiv cəhətdən yalnız birbaşa qəsd formasında tamah məqsədilə törədilir. Dələduzluq cinayəti digər talama cinayətlərindən fərqli olaraq, məhz aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında, heç bir təzyiq və ya təsir, zor tətbiq etmə, yaxud zor tətbiq etmə hədəsi olmadan könüllü surətdə vermiş olur. Başqa sözlə, əmlak şəxsin sahibliyindən gizli yolla çıxmır, aldadılma və ya etibarından suiistifadə edilmə nəticəsində zərərçəkmiş şəxsin özü tərəfindən zahirən könüllü şəkildə təqsirkar şəxsə verilir. Təqsirkar şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur.
41. Ali Məhkəmənin Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, şəxs hər dəfə müstəqil yaranmış niyyətlə həm ayrı-ayrı şəxslərə, həm də eyni şəxsə qarşı bir neçə dələduzluq cinayəti törətdikdə, ələ keçirilmiş əmlakın dəyərinin toplanmasına yol verilmir və bu əməllər hər bir epizod üzrə ələ keçirilmiş əmlakın məbləğindən asılı olaraq müstəqil qiymətləndirilməlidir. Vahid qəsdlə əhatə olunan istər bir neçə şəxsə, istərsə də eyni şəxsə qarşı törədilən dələduzluq, ümumilikdə, vurulmuş zərərin miqdarına uyğun olaraq tövsif edilir (qərarın 31-ci bəndi).
42. Məhkəmə istintaqı ilə müəyyən edildi ki, alqı-satqı ofisinin işçisi kimi Təqsirləndirilən şəxs özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə mənzil almaq istəyən Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək ünvan 3 ünvanında yerləşən 100 kvadrat metr sahəsi olan mənzili göstərib guya mənzili 70.000 (yetmiş min) manata satacağı və müvafiq sənədləşmənin aparılmasında köməklik edəcəyi barədə yalan vəd verib, mənzilin ümumi dəyərinin hissə-hissə ödənilməsi barədə razılaşıb aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadan, əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı işin görülməsi marağında olmadan bu məqsədlə 11 mart 2023-cü il tarixdən 14 noyabr 2023-cü il tarixədək olan müddət ərzində Bakı şəhərində müxtəlif ünvanlarda cəmi 70.100 (yetmiş min yüz) manat nağd pul vəsaitini vahid qəsdlə əhatə olunan niyyətlə ələ keçirərək Zərərçəkmiş şəxs ümumilikdə 70.100 (yetmiş min yüz) manat külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir.
43. Məhkəmə Təqsirləndirilən şəxs CM-in 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi nəticəsinə gələrkən ilk növbədə ona istinad etmişdir ki, o, məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsində özünü ona ittiham elan edilmiş əməl üzrə təqsirli bilməsə də, həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi həmin ifadələrində faktiki olaraq törətmiş olduğu cinayət əməllərinin törədilmə üsulunu və mexanizmini açıqlamışdır.
44. Belə ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs qismində tanınmış X1 etibarından sui-istifadə edərək ucuz qiymətə ev almaqda köməklik göstərəcəyinə dair yalan vəd verib aldatmaqla sonuncudan 2023-cü ilin martnoyabr aylarında hissə-hissə olmaqla ümumilikdə 70.100 manat məbləğində pulunu ələ keçirərək ona maddi ziyan vurmuşdur.
45. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi və müdafiə tərəfinin qeyd etdiyi (zərərçəkmiş şəxsin guya ödənişi gecikdirməsi ilə əlaqədar mənzilin ona satılmasının mümkün olmaması) işin faktiki hallarına uyğun olmayan sair xüsusatlar onun özünün ziddiyyətli ifadəsindən başqa hər hansı mötəbər sübutla öz təsdiqini tapmadığından, əksinə cinayət təqibi üzrə toplanmış mötəbər sübutlarla tam inkar olunduğundan məhkəmə həmin ifadələrə tənqidi yanaşaraq onları Təqsirləndirilən şəxs ağır cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan və cəzalanmaqdan yayınmaq məqsədi daşıması kimi qiymətləndirir.
46. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün məhkəmədə və məhkəməyədək icraat zamanı verdiyi hadisənin törədilmə mexanizmini ətraflı şəkildə göstərən etirafedici ifadələri ilə yanaşı zərərçəkmiş şəxsin və şahidin ifadələri, eləcə də digər sənədlərlə kifayət qədər sübuta yetirilir.
47. Belə ki, CPM-in 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.
48. Məhkəmədə tədqiq edilən mötəbər və mümkün sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək külli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir.
49. Qeyd edilənlərə əsasən, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, məhkəmədə təqsirləndirilən şəxsin etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxsə külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsi tam sübuta yetirildiyindən onun əməli yuxarıda qeyd edilənlər nəzərə alınmaqla ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 178.3.2-ci maddələri ilə tövsif edilmiş və o həmin maddə ilə təqsirli bilinməklə ona cəza təyin edilməlidir.
50. Beləliklə, məhkəmə kollegiyası, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını bir daha qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində CM-in 178.3.2-ci maddələsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də, Təqsirləndirilən şəxs CM-in 178.3.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır.
Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:
51. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmə hökmü haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları da nəzərə alır.
52. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.
53. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarın 45-ci bəndinə göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir.
54. Məhkəmə CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində bir azyaşlı uşağının olmasını, CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini, CM-in 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməklə aradan qaldırılmasını, CM-in 59.2-ci maddəsinə əsasən himayəsində 2 (iki) yetkinlik yaşına çatmayan uşağı və 79 yaşında ahıl yaşında anasının olmasını, ailədə ondan başqa gəlir gətirən şəxsin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, 46 yaşında olmaqla əvvəllər məhkum olunmamasını və törətdiyi əməldən peşman olmasını bildirməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.
55. Məhkəmə CM-in 61.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cəzasını ağırlaşdıran halın olmasının müəyyən edilmədiyini qeyd edir.
56. CM-in 60.1-ci maddəsinə əsasən 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi CM-in Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz.
57. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 178.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.
58. CPM-in 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir.
59. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs hazırkı iş üzrə 23 aprel 2024-cü il tarixdən 25 aprel 2024-cü il tarixədək 2 (iki) gün müddətində tutulmuş, 25 aprel 2024-cü il tarixdə barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır.
60. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin CM-in 69.3cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb qeyd edir ki, Təqsirləndirilən şəxs 23 aprel 2024-cü il tarixdən 25 aprel 2024-cü il tarixədək tutulduğu 2 (iki) gün müddətin ona təyin ediləcək ümumi cəza müddətinə hesablanması nəzərə alınmalıdır.
61. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
62. Bununla əlaqədar CM-in 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz.
63. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
64. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər.
65. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında“ 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır.
66. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10.1-ci bəndində cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılmasından, 10.3-cü bəndində törədilən əməlin ictimai-təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsinin əsaslarının müəyyən olunmasından bəhs edilməklə, 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair CM-nin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin.
67. Məhkəmə yuxarıda şərh edilənlər baxımından törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla yanaşı, zərərçəkmiş şəxslə barışıq əldə edilməklə sonuncuya dəymiş ziyanın tam şəkildə ödənilməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, o cümlədən himayəsində 1 (bir) azyaşlı və 2 (iki) yetkinlik yaşına çatmayan uşağının olmasını, əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ailədə ondan başqa gətirən şəxsin olmamasını, habelə məhkəmə icraatı dövründə davranışı nəzərə alınmaqla məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını real surətdə çəkməsi cəzanın məqsədlərini təmin edə bilməz.
68. Belə ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın real surətdə çəkilməsi CM-in cinayət məsuliyyətinin ədalət və humanizm prinsiplərini nəzərdə tutan 8 və 9-cu maddələrinin tələblərinə ziddir və cəzanın bu cür çəkilməsi onu, eləcə də 1 (bir) azyaşlı və 2 (iki) yetkinlik yaşına çatmayan uşaqlarını və ümumilikdə ailəsini ciddi məhrumiyyətlərə düçar edər, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışları nəzərə alınmaqla onu cəmiyyətdən təcrid etmədən də islah etmək mümkündür, buna görə də məhkəmə təqsirləndirilən şəxs barəsində CM-in 70-ci maddəsinin tətbiqini mümkün hesab edir.
69. CM-in 70-ci maddəsinə əsasən, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq olunması barədə qərar çıxara bilər. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun islah olunmasına kömək edən vəzifələr qoya bilər.
70. Məhkəmə, təqsirləndirilən şəxsin üzərinə müəyyən vəzifələr qoyulması məsələsini də müzakirə edərək hesab edir ki, üzərində nəzarəti həyata keçirən orqanların çağırışına vaxtında gəlmək, üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini tərk etməmək, ailəsinə maddi yardım göstərmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır.
71. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181-ci maddəsinin tələbinə görə sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. Sınaq müddətinin qurtarması ilə məhkum üzərində nəzarət dayandırılır və o, qeydiyyatdan çıxarılır.
72. Məhkəmə, CM-in 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir və iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir.
73. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan hökmün 12-ci bəndində göstərilmiş 11 mart 2023-cü il tarixli “Beh” müqaviləsinin surətinin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır.
74. İş üzrə üzərinə həbs qoyulmuş əmlak, mülki iddia və məhkəmə məsrəfləri yoxdur.
75. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.
76. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.
77. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası şərti məhkum etmə sayılmaqla 1 (bir) il sınaq müddəti müəyyən edilsin və sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində üzərində nəzarəti həyata keçirən orqanların çağırışına vaxtında gəlmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini tərk etməmək, ailəsinə maddi yardım göstərmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan 11 mart 2023-cü il tarixli “Beh” müqaviləsinin surətinin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə xüsusi müsadirə edilməli və üzərinə həbs qoyulmuş əmlakın, habelə mülki iddianın və məhkəmə məsrəflərinin olmaması nəzərə alınsın. Hökmdən onun elan andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.