Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2045/2023 08.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, X2, Feyzi Günay Rasim qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxx 1998-ci ildə Bakı şəhərindən anadan olmuş, Azərbaycan Respublika vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsi, ev 11-də qeydiyyatda olan və Nəsimi rayonu, Vaqif prospekti, ev 3, mənzil 61-də yaşamış, 05 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 06 may 2023-cü il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin ölkə ərazisində satışını həyata keçirmək məqsədilə naməlum vaxtda və şəraitdə şəxsiyyəti müəyyənləşdirilməmiş «Nasir» adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək müəyyən edilməmiş vaxtda «Nasir» adlı şəxsdən satış məqsədilə qanunsuz olaraq 1080,725 qram çəkidə külli miqdarda narkotik vasitə heroini əldə edib yaşadığı ünvan 1 ünvanına daşıdıqdan sonra həmin narkotik vasitə heroinin 955 qram hissəsini mənzildə, 125,725 qram hissəsini isə üzərində saxlamış və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin (bundan sonra: RPİ-nin) 20-ci polis bölməsinin (PB-nin) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 04 may 2023-cü il tarixdə, saat 22:00-da Nəsimi rayonu, Vaqif prospekti 3 ünvanının qarşısında saxlanılıb ünvan 2şən 20-ci polis bölməsinə gətirilərək orada 05 may 2023-cü il tarixdə saat 01:10-da üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli gödəkçənin cibindən bir ədəd şəffaf sellofan bükümündə təmiz çəkisi 125,725 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin və əməliyyat tədbirinin davamı olaraq həmin gün saat 02:40-da yaşadığı ünvan 1 ünvanına keçirilmiş baxış zamanı mətbəxdə olan dolabın siyirməsindən ayrı-ayrılıqda təmiz çəkiləri 310 qram, 305 qram, 340 qram olmaqla, ümumi təmiz çəkisi 955 qram, kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə üzərindən aşkar edilmiş 125,725 qram heroinlə eynilik təşkil edən, kustar üsulla hazırlanmış külli miqdarda həmin narkotik vasitə heroin və narkotik vasitələrin satışında istifadə etmək məqsədilə saxladığı üzərində narkotik vasitə heroin izləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun qabaqcadan əlbir olan bir qrup şəxs kimi satış məqsədilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini və metamfetamin psixotrop maddəsini əldə etməsi, üzərində gəzdirməsi, daşıması, yəni Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq edilmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, hadisə günü, yəni 04 may 2023-cü il tarixdə o, yaşadığı evdə olmuş, evdə həyat yoldaşı, qardaşı və onun yoldaşı olmuşdur. O, mətbəxdə öz işləri ilə məşğul olarkən həmin vaxt qardaşı mağazaya getmək üçün qapını açıb çölə çıxdıqda üstünə polislər tökülmüş, onu və qardaşını yerdə uzadıb o vəziyyətdə saxlamış, ondan narkotik vasitənin harada olduğunu soruşdular. O, istifadə etdiyim narkotik vasitəni göstərmiş, lakin bu polisləri qane etməmiş, ondan kilolarla olan narkotiki göstərməyi tələb etmişlər. O, belə bir şey olmadığını bildirdikdə onu 20-ci polis bölməsinə aparmış, orada mütəşəkkilin (barada: Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi) işçiləri olduqlarını demişlər. Onun polioslərlə söhbətini ailə üzvləri eşitməmişdir. İdarədə stolun üstünə bir büküm qoyulmuş və onun evindən çıxdığını bildirmişlər. O, onlarla razılaşmamış, evimdən nə çıxdığını bildiyini demişdir. Bundan sonra o, döyülmüş və evimdən kilo çıxardacaqlarını bildirmişlər. Daha sonra o, hədələnmiş, razılaşmayacağı təqdirdə ailə üzvlərini də idarəyə gətirəcəklərini bildirmişlər. Hədələrdən sonra onların dedikləri ilə razılaşmış və polislərlə birlikdə yaşadığı ünvana gedib onların dedikləri bükümü mətbəxdə onlara təqdim etmişdir. Vəkillə təmin olunmuş və evdəki baxış vəkilin iştirakı ilə aparılmışdır. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, o, narkotik istifadəçisidir, narkotiki çəkmək yolu ilə qəbul etmişdir. Bir dəfəyə 2 qram yarım istifadə etmişdir və özünün istifadəsi üçün Kubinkadan 3 qram heroin narkotik vasitəsi almış, polislər onlara gələn gün evində öz istifadəsi üçün aldığı narkotik vasitə olmuşdur, ki, o, özünü 3 qramda təqsirli bilmişdir. Onun aylıq qazancı 500 azn olmuş, narkotik vasitəni 45 AZN-ə almışdır. O, narkotiki İran vətəndaşından aldığını polislərin diqtəsi ilə demişdir. O, evdə polis tərəfindən döyülsə də, Kürdəxanıya, yəni Bakı İstintaq Təcridxapnasına getdikdən sonra tibbi müayinə aparılmış, sənədləşdirilmiş, lakin polislər tərəfindən döyüldüyünü deməmişdir. Prokurorluğa şikayət etsə də, şikayəti rədd olunmuşdur. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə onun məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadələrində özünü Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, 2019-cu ildən etibarən narkotik vasitələrdən, əsasən də «kakos» kimi tanıdığı narkotik vasitə heroindən istifadə edir. 2023-cü ilin aprel ayında sosial şəbəkədə özünü «Nasir» kimi təqdim edən İran İslam Respublikasının (bundan sonra: İİR və ya İran) vətəndaşı ilə tanış olmuş, onunla əlaqə saxlayarkən narkotik vasitə olan heroindən istifadə etdiyini iranlı şəxsə bildirmişdir, sonuncu isə satmaq üçün ona narkotik vasitə təşkil edə biləcəyini təklif etmişdir. Bundan sonra onlar iranlı şəxsin ona narkotik vasitəni nisyə verəcəyi, onun isə həmin narkotik vasitədən satdıqca, pulunu kart vasitəsilə ona göndərəcəyi barədə razılaşmışlar. Həmin razılaşmaya əsasən o, 2023-cü ilin aprel ayının sonlarında iranlı şəxsin ona bildirdiyi və hazırda rəqəmlərini dəqiq olaraq yadında saxlamadığı karta ödəmə teriminalı vasitəsilə 200 manat pul göndərmişdir. Tutulmazdan təxminən 1 həftə əvvəl o, «Nasir» adlı şəxsin verdiyi istiqamət əsasında Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində «Yeni Ramana» deyilən yerə gedərək yolun kənarında olan atılmış köhnə və istifadəyə yararsız avtomobil təkərinin içərisindən bir ədəd sellofan bağlamada narkotik vasitə heroini tapıb götürərək yaşadığı ünvan 3 ünvanına gətirmişdir. Orada sellofan bağlamanı açıb içərisinə baxanda 3 ədəd ayrı-ayrı sellofan bağlama olmasını görmüşdür. Bağlamalardan birini açıb üsütndən bir qədər heroin götürərək qalan hissəni mətbəxdə olan siyirməyə qoyaraq gizlətmiş, götürdüyü heroini isə sellofan bükümündə gödəkçəsinin cibində saxlamışdır. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsinin davamında göstərmişdir ki, 04 may 2023-cü il tarixdə, saat 22:00 radələrində yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti 3 ünvanında yerləşən binanın qarşısına gəlmiş, bir qədər sonra 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb vəsiqələrini göstərərək özlərini polis əməkdaşları kimi təqdim etmiş və barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş məlumatın yoxlanılması ilə əlaqədar onu 20-ci polis bölməsinə dəvət etmişlər. Polis bölməsinə gəldikdən sonra xidməti otaqların birində ona hüquq və vəzifələri izah olunmuş, vəkil dəvət edilərək ona təqdim edilmişdir. O, dəvət olunmuş vəkil tərəfindən hüquqlarının müdafiə olunmasına etiraz etməmişdir. Ona üzərində videoçəkilişdən istifadə olunmaqla şəxsi axtarış keçiriləcəyi izah edilmişdir. O, etiraz etməyərək vəkilinin iştirakı olmadan üzərində şəxsi axtarış aparılmasını istəmişdir. Şəxsi axtarış zamanı ona üzərində olan əşyaları könüllü olaraq təqdim etmək təklif edildikdə, o, əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibində saxladığı, sellofan bükümündə olan narkotik vasitə heroini, əynində olan idman şalvarının sağ yan cibində olan «Honor» markalı mobil telefonunu, 6 manat pulu, həmin şalvarının sol yan cibində olan siqaret qutusunu çıxarıb masanın üstünə qoymuş və üzərində başqa əşyaların olmadığını bildirmişdir. Onun üzərinə şəxsi axtarış keçirilmiş və başqa əşya aşkar edilməmişdir. Ondan təqdim etdiyi bükülü barədə soruşulduqda içərsində narkotik vasitə heroin olmasını, «Nasir» kimi tanıdığı İran vətəndaşından 200 manata əldə etdiyini bildirmiş, həmçinin yaşadığı mənzlində də əlavə narkotik vasitə heroin olmasını və könüllü olaraq təqdim etmək istədiyini söyləmişdir. Onun təqdim etdiyi sellofan bükülü kağız zərfin içərisinə qoyulmuş və möhürlənərək götürülmüşdür. O, zərfin üzərinə imza etmişdir. Daha sonra şəxsi axtarış protokolu tərtib edilmiş, protokolla tanış olaraq imza etmişdir. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsinin davamında daha sonra göstərmişdir ki, bundan sonra o, yaşadığı mənzilə baxış keçirilməsinə dair özü könüllü olaraq ərizə vermiş, vəkilinin iştirakı ilə polis əməkdaşları ilə birlikdə yaşadığı Nəsimi rayonu, Vaqif prospekti, ev 3 mənzil 61 ünvanına gəlmişlər. Mənzilə baxış keçirilərkən mətbəx otağında dolabın siyirməsində gizlətdiyi 3 ədəd sellofan bükümlərində olan narkotik vasitə heroini və 1 ədəd elektron tərəzini götürüb polis əməkdaşlarına təqdim etmişdir. Baxış zamanı narkotik vasitə heroini təxminən 1 həftə əvvəl «Nasir» adlı İİR vətəndaşının bildirməsi əsasında Sabunçu rayonu, Ramana qəsəbəsi, «Yeni Ramana» qəsəbəsində yolun kənarına atılmış istifadəyə yararsız təkərin içərisindən tapıb götürdüyünü və gətirib mənzilimdə saxladığını, gələcəkdə narkotik vasitədən satdıqca pulundan iranlının kartına hissə-hissə göndərəcəyi barədə onunla razılığa gəldiyini bildirmişdir. Baxış zamanı onun təqdim etdiyi 3 bükümdə narkotik vasitə heroin zərfə qoyulub qablaşdırılaraq möhürlənib götürülmüşdür. Sonra o, baxış keçirilməsinə dair tərtib edilmiş protokolla tanış olaraq imza etmişdir (iş vərəqə: səh. 95-99). Cinayət işinə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs daha bir - 28 iyul 2023cü il tarixli ifadəsi elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsində məhkəmə baxışı zamanı verdiyi ifadəsinə uyğun ifadə vermiş, həmçinin göstərmişdir ki, polis əməkdaşları onu mənzilindən çıxarıb 20-ci polis bölməsinə apardıqdan sonra ona aid olmayan 125 qram çəkidə narkotik vasitə heroinin guya onun üzərindən aşkar edilməsi haqqında sənədləşmə aparılmış, sonra onu yaşadığı Nəsimi rayonu, Vaqif prospekti, ev 3, mənzil 61 ünvanına aparmış, orada polis əməkdaşları özləri ilə gətirdiyi 3 ədəd eyni ölçülü narkotik vasitə heroin bükümlərini mənzilin mətbəxində onun özünə aid olan dolaba qoyaraq guya həmin 3 bükümdə olan narkotik vasitə heroinin həmin dolabın içərisindən aşkar edilməsi barədə sənədləşmə aparmışlar. O, həmin vaxt polis əməkdaşları tərəfindən döyüləcəyindən və işgəncələrə məruz qalacağından ehtiyat edərək bunların heç birinə etiraz etməmişdir (iş vərəqə: səh. 193-196). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Nəsimi RPİnin 20-ci PB-nin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 04 may 2023-cü il tarixdə «Rövşən» adlı şəxsin Bakı şəhəri, Nəsimi rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, istifadə etməsi, saxlaması barədə məlumat daxil olduğuna görə bu barədə polis bölməsinin rəisinə məruzə edilərək müvafiq tədbirlərinin keçirilməsi üçün icazə alınmışdır. Daxil olmuş məlumatın yoxlanılması ilə əlaqədar əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmiş, onun rəhbərliyi ilə polis bölməsinin əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 04 may 2023-cü il tarixdə, saat 22:00 radələrində Nəsimi rayonu, Vaqif prospekti 3 ünvanında yerləşən yaşayış binasının qarşısında «Rövşən» adlı şəxsi müəyyən edib saxlayaraq ona xidməti vəsiqələrini göstərib özlərini təqdim etdikdən sonra keçirilən əməliyyat-axtarış tədbirinin mahiyyəti barədə ona qısa məlumat verməklə şəxsiyyəti ilə maraqlanmışlar. Həmin şəxs özünü xx xxxxx 1998-ci ildə Bakı şəhərində anadan olmuş, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsi, ev 11-də qeydiyyatda olan və Nəsimi rayonu, Vaqif prospekti, ev 3, mənzil 61-də yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə əlaqədar 20-ci polis bölməsinə getməsi təklif edilmiş, o, təkliflə razılaşaraq onlarla birlikdə 20-ci polis bölməsinə getmişdir. Bu barədə polis bölməsinin rəisinə məruzə edilmiş, sonra vəkil dəvət edilərək Təqsirləndirilən şəxs müdafiə hüquqları təmin olunmuş və o, şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək vəkilin iştirakı olmadan üzərinə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Həmçinin vəkil Qeybulla Cavadov da onun iştirakı olmadan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etmədiyi bildirərək bu barədə ərizə vermişdir. Polis bölməsinin otaqlarının birində videoçəkilişdən istifadə olunmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman şübhəli şəxs Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs masaya yaxınlaşaraq əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Həmin bükümə baxış keçirilərkən içərisində tünd qəhvəyi rəngli, kəskin iyi gələn, xarici görkəmindən narkotik vasitə heroinə oxşar tozşəkilli maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bükümdə olan maddə narkotik vasitə heroin olduğunu bildirmiş, həmin heroini o, «Nasir» adlı İran vətəndaşından 200 manata aldığını, həm özünün istifadəsi və həm də satmaq məqsədilə üzərində saxladığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının cibindən «Honor» markalı mobil telefonu və 6 manat pulu, bir qutu siqareti özü könüllü olaraq çıxarıb masanın üzərinə qoyaraq bunlardan başqa üzərində heç nə olmadığını bildirmişdir. Şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs üzərindən başqa əşya aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi, içərində narkotik vasitəyə bənzər maddə olan sellofan bükümü ekspertiza təqdiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və üzərinə imzalar edilmişdir. Şəxsi axtarış keçirilməsi haqqında protokol tərtib edilərək iştirakçılara oxunmuş və imzalarla təsdiq edilmişdir. Əməliyyat müvəkkili Şahid1 ifadəsinin davamında göstərdi ki, İran şəxsi axtarış başa çatdıqdan sonra Təqsirləndirilən şəxs İran vətəndaşından alıb əldə etdiyi narkotik vasitənin bir hissəsi özünün yaşadığı Nəsimi rayonu, Vaqif prospekti, ev 3, mənzil 61 ünvanda saxladığını bildirmiş, həmin narkotik vasitəni də könüllü olaraq təqdim etmək istədiyini demişdir. Təqsirləndirilən şəxs yaşadığı Nəsimi rayonu, Vaqif prospekti, ev 3, mənzil 61 ünvanına videoçəkilişlə baxış keçirilməsinə etirazının olmamasınına dair ərizə ilə müraciət etmişdir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Qeybulla Cavadovun iştirakı ilə ünvan 5 ünvanına gəlmişlər. Mənzilə baxış keçirilərkən Təqsirləndirilən şəxs məbtəx otağına keçərək dolabın 2-ci siyirməsindən 3 ədəd şəffaf sellofan bükümlərini və 1 ədəd elektron tərəzini götürərək təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükümlərdə olan maddə ilə bağlı soruşulduqda 3 bükümün hər birinin içərisində narkotik vasitə heroin olmasını bildirmiş və «Nasir» adlı İran vətəndaşı ilə əlaqə saxladıqdan sonra, təxminən 1 həftə əvvəl Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Yeni Ramana deyilən yerdə yolun kənarında olan istifadəyə yararsız avtomobil təkərinin içərisindən narkotik vasitə olan heroini götürüb əldə edərək saxlaması ilə izah etmişdir. Təqsirləndirilən şəxs deməsinə görə həmin iranlı ilə aralarında olan razılaşmaya əsasən o, narkotik vasitəni hissə-hissə sataraq əldə etdiyi pulu iranlının ona hesab nömrəsini deyəcəyi bank kartına köçürəcəkmiş. Mənzilə baxış zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi həmin 3 ədəd büküm və 1 ədəd elektron tərəzi qablaşdırılıb möhürlənərək götürülmüşdür. Daha sonra 20-ci polis bölməsinə gəlinmiş, orada baxış keçirilməsi haqqında haqqında protokol tərtib edilərək iştirakçılara oxunmuş və iştirakçılar tərəfindən imzarla təsdiq edilmişdir. Əməliyyat müvəkkili Şahid1 ifadəsinin davamında daha sonra göstərdi ki, təqsirləndirilən şəxs məsuliyyətdən boyun qaçırmaq üçün məhkəmədə düzgün olmayan ifadə vermişdir. Polis əməkdaşları tərəfindən onun evinə icazəsiz girilməmiş, təqsirləndirilən şəxsə qarşı hər hansı fiziki və ya psixi təsir göstərilməmişdir. Onlarda olan məlumatlara əsasən Təqsirləndirilən şəxs yaşadığı evə kənar şəxslərin çox tez-tez gəlibgetməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşbul olmaları da təsdiqini tapmışdır. Qonşular da bundan narazı qalmış, lakin qonşuluq münasibətinə görə üzə çıxıb rəsmi şikayət etməmişlər. Cinayət işinə məhkəmə baxışı zamanı şahid qismində dindirilən 20-ci polis bölməsinin əməliyyat müvəkkili Şahid2 məhkəmədə şahid qismində dindirilmiş həmkarı Şahid1 ilə oxşar məzmunlu ifadə verib, sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Bundan başqa, məhkəmə baxışı zamanı ayrı-ayrılıqda tədqiq edilmiş şahidlər Şahid1 və Şahid2 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşmədə dindirmə protokollarından görünür ki, hər iki şahid məhkəməyədək icraat mərhələsində sərbəst ifadələrində göstərdikləri işin halları ilə bağlı xüsusatları üzləşdirmə zamanı təqsirləndirilən şəxsin üzünə qarşı deməklə bir daha təsdiq etmişlər (iş vərəqə: səh. 197-203). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” 05 may 2023-cü il tarixli protokolun məzmunundan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş müşaiyəti altında polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış aparılarkən üzərində olan qanunsuz əşyaları könüllü olaraq təqdim etməsi təklif edilmiş, həmin vaxt o, əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb masanın üzərinə qoyaraq onun narkotik vasitə heroin olmasını bildirmişdir (iş vərəqə: səh. 50-55). Bundan başqa, məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan «mənzilə baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında» 05 may 2023-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs razılığı əsasında yaşadığı Nəsimi rayonu, Vaqif prospekti, ev 3, mənzil 61 ünvanına videoçəkiliş müşaiyəti altında baxış keçirilərkən Təqsirləndirilən şəxs mənzilin mətbəxt otağında quraşdırılmış dolabın 2ci siyirməsindən üç ədəd şəffaf sellofana bükülmüş bükümləri və bir ədəd elektron tərəzini götürərək təqdim etmiş, həmin üç bükümdə narkotik vasitə heroin olmasını və həmin narkotik vasitələri «Nasir» kimi tanıdığı İran İslam Respublikasının vətəndaşının tapşırığı əsasında təxminən 1 həftə əvvəl Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Yeni Ramana deyilən ərazidən yolun kənarında atılmış istifadəyə yararsız avtomobil təkərinin içərisindən götürüb əldə edərək mənzilinə gətirdiyini, «Nasir» adlı şəxslə aralarında olan razılaşmaya əsasən heroini satdıqdan sonra pulunu onun kart hesabına köçürəcəyini bildirmişdir (iş vərəqə: səh. 50-55). Cinayət işinə əlavə olunan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərinin yükləndiyi 1 ədəd DVD diskə baxış keçirilməsi haqqında 05 may 2023cü il tarixli protokoldan görünür ki, «Sony» markalı vidokamera vasitəsi ilə qeydə alnımış həmin görüntülərlə müəyyən olundu ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış aparılarkən üzərində olan qanunsuz əşyaları könüllü olaraq təqdim etməsi təklif edilmiş, həmin vaxt o, əynində olan gödəkçənin sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş və üzəri yapışqan lentlə sarınmış vəziyyətdə olan bükülünü çıxararaq masanın üzərinə qoymuş, bükümün içərisində narkotik vasitə heroin olmasını, «Nasir» adlı İran İslam Respublikasının vətəndaşından istifadə etmək və satmaq məqşsədilə əldə etdiyini, narkotik vasitə heroinin qalan hissəsinin yaşadığı Nəsimi rayonu, Vaqif prospekti, ev 3, mənzil 61 ünvanında saxladığını bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinə bənzər kütlə zərfə qoyularaq möhürlənərək götürülmüşdür. Tədqiq olunan 05 may 2023-cü il tarixli həmin protokolan, həmçinin görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Nəsimi rayonu, Vaqif prospekti, ev 3, mənzil 61 ünvanına baxış keçirilərkən «Sony» markalı vidokamera vasitəsi ilə qeydə alnımış və 1 ədəd DVD diskinə köçürülmüş video görüntüyə baxış keçirilərkən müəyyən olmuşdur ki, şübhəli şəxs Təqsirləndirilən şəxs Nəsimi rayonu, Vaqif prospekti, ev 3, mənzil 61 ünvanında yerləşən mənzilinə özünün və müdafiəçisinin iştirakı ilə baxış keçirilərkən Təqsirləndirilən şəxs mənzilin məbtəxində olan dolabın yuxarıdan aşağıya tərəf 2-ci siyirməsindən 03 ədəd müxtəlif ölçülü bükümləri və 01 ədəd gümüşü rəngli elektron tərəzini götürərək təqdim etmiş, həmin 03 ədəd bükümlərdə narkotik vasitə heroin olmasını, həmin narkotik vasitəni bir neçə gün əvvəl «Nasir» kimi tanıdığı İran İslam Respublikası vətəndaşının tapışırığı əsasında Ramana qəsəbəsində yolun kənarında atılmış avtomobil təkərinin içərisindən götürüb əldə edərək mənzilinə gətirdiyini bildirmişdir. Baxış zamanı aşkar edilmiş narkotik vasitə heroinə bənzər kütlələr və elektron tərəzi qablaşdırılaraq götürülmüşdür (iş vərəqə: səh. 100). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 15 aprel 2023-cü il tarixli, 6/2226 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: «Azərbaycan Respublikası DİN Zərflər üçün N188» dairəvi möhür əksi , «şübhəli şəxs: (imza) Ağayev» yazısı və imzalar 2 (iki) ədəd paketdəki, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 125,725 qram və 3 (üç) ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 310 qram, 305 qram, 340 qram olmaqla, ümumi təmiz çəkisi 955 qram qəhvəyi rəngli tozşəkilli maddələr kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş heroinlərin ümumi təmiz çəkisi 1080,725 qram təşkil edir və həmin heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər (iş vərəqə: səh. 68). Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan məhkəməkimyəvi ekspertizasının 26 may 2023-cü il tarixli, 6/2973 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş «Azərbaycan Respublikası DİN Zərflər üçün №186» dairəvi möhür əksi, «Təqsirləndirilən şəxs yaşadığı mənzildən götürülmüş 1 (bir) ədəd elektron tərəzi» yazısı və imzalar olan zərfdəki arxasında «500g/0.01g QC.Pass» yazısı olan «gümüşü» rəngli elektron tərəzinin üzərində narkotik vasitə olan heroinin izləri vardır. İz şəklində olduğu üçün heroinin təmiz çəkisini müəyyən etmək mümkün deyildir (iş vərəqə: səh. 178). Məhkəmə baxışı zamanı tədqiq olunan iş üzrə keçirilmiş əlavə məhkəmə-kimyəvi ekspertizasının 07 avqust 2023-cü il tarixli, 3-16-16/2-6/4090 nömrəli rəyindən görünür ki, vət.Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilərək götürülmüş arxasında «500g/0.01g QC.Pass» yazısı olan «gümüşü» rəngli elektron tərəzinin üzərində narkotik vasitə olan heroinə məxsus izlərin olması müəyyən edilmişdir (26 may 2023-cü il tarixli 6/2973 saylı ekspert rəyi). Heroin iz şəklində olduğu üçün, vət.Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar edilərək götürülmüş heroinlə (5 may 2023-cü il tarixli 6/2597 saylı ekspert rəyi) eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün olmamışdır (iş vərəqə: səh. 216). Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmənarkoloji ekspertizasının 17 iyul 2023-cü il tarixli, 4506 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimmulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: səh. 183-184). Daha sonra, cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan ambulator məhkəmə-psixiatrik ekspertizasının 24 iyul 2023-cü il tarixli, 2023 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs «şəxsiyyətin emosional-davamsız tip pozuntusu» müəyyən edilir. Təqsirləndirilən şəxs müəyyən edilən şəxsiyyət pozuntusu, o dərəcədə ifadə olunmamışdır ki, o, cinayəti törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs cinayəti törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Tədqiq olunan rəydən görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs «şəxsiyyətin emosional-davamsız tip pozuntusu» aşkar olunur. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur (iş vərəqə: səh. 185-187). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Nəsimi RPİ-nin 20-ci PB-dən daxil olmuş əməliyyat tapşırığına cavab məktubundan görünür ki, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə baxmayaraq Təqsirləndirilən şəxs ondan aşkar edilərək götürülmüş külli miqdarda 1080,725 qram çəkidə narkotik vasitə heroini əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşları ilə birlikdə Bakı şəhərində mütəmadi olaraq narkotik vasitələrin satışı ilə məşğul olması, 1080,725 qram narkotik vasitə heroini də satmaq məqsədilə əldə etməsi barədə məlumatlar daxil olmuşdur (iş vərəqə: səh. 136). Məhkəmə baxışı zamanı tədqiq olunan digər sənədlərlə müəyyən edildi ki, Təqsirləndirilən şəxs götürülmüş təmiz çəkisi 1080,725 qram narkotik vasitə heroin və arxasında «500g/0.01g QC.Pass» yazısı olan «gümüşü» rəngli elektron tərəzi cinayət işi üzrə maddi sübut kimi tanınmmış, tədqiqatdan sonra qalıq qalmış 1080,415 qram heroin və arxasında «500g/0.01g QC.Pass» yazısı olan «gümüşü» rəngli elektron tərəzi saxlanması üçün Nəsimi RPİ-nin saxlanc yerinə təhvil verilmişdir (iş vərəqə: səh. 223- 231). Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması, mənzilinə baxış keçirilməsi zamanı qeydə alınmış videogörüntülərin olduğu 2 ədəd DVD disk cinayət işi üzrə sübut növü kimi qiymətləndirilmiş və cinayət işinə əlavə edilmişdir (iş vərəqə: səh. 223-231). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş narkotik vasitənin mənbəyini müəyyənləşdirmək məqsədilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə ayrıca icraatda ********* saylı cinayət işi ayrılmışdır (iş vərəqə: 233, 234-235). Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 1080,725 qram heroin narkotik vasitəsinin çəkisi «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş heroin narkotik vasitəsinin start külli miqdar həddindən təqribən beş yüz qırx dəfə artıq olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edərək bir neçə bükümdə üzərində və yaşadığı mənzildə saxlaması, daşması, ondan, həmçinin üzərində heroinin izləri olan bir ədəd elektron tərəzinin aşkar edilib götürülməsi, barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əməliyyat orqanının məlumatları, ilkin məhkəməyədək icraat mərhələsində əməlini etiraf etməsi təqsirləndirilən şəxsin həmin narkotik vasitəni satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə etməsinə, saxlamasına, daşımasına və satmasına dəlalət edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəifndən satış məqsədilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini alıb əldə etməklə, daşımaqla və saxlamaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Məhkəmə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilməməsini, məhkəmə baxışı zamanı ifadələrində ondan aşkar edilib götürülən külli miqdarda narkotik vasitəni satış məqsədilə əldə etməsinə dair verdiyi inkaredici və ziddiyyətli ifadələri, barəsində olan sübutların qanun pozuntusu, o cümlədən ona qarşı fiziki və psixoloji təsirlər nəticəsində əldə olunması barədə göstərdikləri onun ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, hətta əksinə, onun təqsirliliyini təsdiq edir. Təqsirləndirilən şəxs qarşı məhkəməyədək icraat mərhələsində polis əməkdaşları tərəfindən fiziki və psixi təsirlər göstərilməsi barədə müraciətləri məhkəmə tərəfindən araşdırılmış, lakin öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə sorğusuna Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından verilmiş rəsmi cavablarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə BİT-ə gətirilmiş və ilkin tibbi müayinədən keçirilərək adına tibbi kitabça açılmışdır. İlkin tibği müayinə zamanı sağ budun orta 1/3-nin içəri səthində 7-8 sm ölçüdə sıyrılmış, üzəri qərtməkli yara müşahidə edilmişdir. Məhkəmə baxışı zamanı götürülməklə baxış keçirilmiş Təqsirləndirilən şəxs adına açılmış tibbi kitabçanın 12-ci bəndindəki qeydlərdən görünür ki, Təqsirləndirilən şəxs müəyyən olunan xəsarəti həbs olunmazdan əvvəl aldığını bildirmişdir. Məhkəmə sorğusu əsasında Nəsimi rayon prokurorluğundan daxil olmuş 20 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, prokurorluqda Təqsirləndirilən şəxs saxlanılarkən 20ci PB-nin əməkdaşları tərəfindən fiziki və psixi təsirlər göstərilməsi barədə müraciətinə baxılmış və fakt təstiqini tapmadığından toplanmış araşdırma materialları üzrə Nəsimi rayon prokurorluğunun 20 oktyabr 2023-cü il tarixli qərarına əsasən cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin əməliyyat arayışından və müvafiq məhkəmə hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 iyul 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 19 mart 2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinin tələblərinə əsasən həmin cinayət əməlinin törədilməsi ilə bağlı Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir və o, hazırda məhkumluğu olmayan şəxsdir. Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağı vardır və qeyd olunan bu hal Azərbaycan Respublikası CM-in 59.1.4cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 17 iyul 2023-cü il tarixli, 4506 nömrəli rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması nəzərə alınmalı, barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməli, həmçinin ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, eyni zamanda Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ilk dəfə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunacağı nəzərə alınmalı və Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun faktiki saxlanıldığı və azadlığının mədudlaşdırıldığı 04 may 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 04 may 2023-cü il tarixdə saat 22:00da faktiki saxlanılmış, yalnız növbəti gün, yəni 05 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra 06 may 2023-cü il tarixdə müvafiq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və məhkəmə hökmü çıxarılanadək Təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs Ramal Rəcəbovun 04 may 2023-cü il tarixdə başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 1080,415 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 ədəd elektron tərəzi məhv edilməlidir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə məhkəmə məsrəfləri olaraq 342 (üç yüz qırx iki) manat məbləğində ekspertiza xərci müəyyən edilmişdir ki, qeyd olunan həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 04 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 1080,415 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 ədəd elektron tərəzi məhv edilsin. İş üzrə məhkəmə məsrəfləri – 342 (üç yüz qırx iki) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-2045/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2045/2023
08.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver