Məhkəmə qərarları › İş №1(101)-2045/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2045/2024

09.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2045/2024 09.12.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əsgərova-X2 (sədrlik edən), Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Bakı şəhəri “Pro-Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1994-cü ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli,işləməyən, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi Bəşir Bünyadov küçəsi ev 17, mənzil 17-də qeydiyyatda olan, Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi, Lütfəli Abdullayev küçəsi nömrəsiz evdə yaşamış, barəsində Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 06 aprel 2024-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş və hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə etmiş, saxlamış, daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı olması ehtimal edilən “Seyid” adlı şəxslə cinayət əlaqəsinə girib, qabaqcadan əlbir olub bir qrup şəxs halında, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama, daşınma və satması barədə razılığa gəlib, həmin cinayəti həyata keçirilməsi üçün İran İslam Respublikası vətəndaşı olması ehtimal olunan “Seyid” adlı şəxsdən başqa şəxslərə satmaq məqsədi ilə qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 6050 qram narkotik vasitə qurudulmuş marixuananı, təsir maddəsi narkotik vasitə metadonun ümumi təmiz çəkisi 8,8 qram təşkil edən külli miqdarda hər birinin üzərində “Methadone” 40” marklanma göstəricisi olan 22 ədəd konvalyutda 220 ədəd hər birinin üzərində “F/M 40” yazılan həkk olunmuş həbləri əldə edib saxlayaraq daşımış, 05 aprel 2024-cü il tarixdə saat 00:15 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi 30 ünvanın yaxınlığında saxlanılaraq ünvan 1şən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əlində saxladığı bir ədəd qara rəngli polietilen paketində təmiz çəkisi 1045 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və əynində olan şalvarın sol yan cibindən təsir maddəsi narkotik vasitə metadonun ümumi təmiz çəkisi 0,8 qram təşkil edən xeyli miqdarda hər birinin üzərində “Methadone 40” markalanma göstəricisi olan 2 ədəd konvalyutda 20 ədəd, hər birinin üzərində «F/M 40» yazıları həkk olunmuş (üzərində qeyd olunmuş göstəriciyə əsasən bir həbdə 0,04 qram metodon olmaqla) həblər, həmin tarixdə saat 04:30 radələrində polis əməkdaşları tərəfindən əməliyyat axtarış tədbirləri davam olunaraq onun yaşadığı Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Lütfəli Abdullayev küçəsində yerləşən nömrəsiz evinə axtarış keçirilən zamanı evin ikinci mərtəbəsində 6 bükümdə 470 qram, 1035 qram, 1035 qram, 1030 qram, 530 qram, 905 qram olmaqla ümumi təmiz çəkisi 5005 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış tərkiblərinə görə eyni olan narkotik vasitə qurudulmuş marixuana və təsir maddəsi narkotik vasitə metadonun ümumi təmiz çəkisi 8 qram təşkil edən külli miqdarda hər birinin üzərində “Methadone 40” marklanma göstəricisi olan 20 ədəd konvalyutda 200 ədəd hər birinin üzərində “F/M 40” yazıları həkk olunmuş həbləri (üzərində qeyd olunmuş göstəriciyə əsasən bir həbdə 0,04 qram metodon olmaqla) aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, ibtidai istintaq dövründə verdiyi ifadəni təsdiq edir. Narkotik vasitə istifadəçisi deyildir, İran vətəndaşı ilə sosial şəbəkədə tanış olmuşdur. Həmin şəxs Hövsan ərazisində yerləşdirilən 6 kiloqram narkotik vasitənin götürülməsi müqabilində ona 3 000 manat məbləğində pul təklif etmişdir. Təklif üzrə götürdüyü narkotik vasitə ilə Zabrat ərazisinə gələn zaman polis əməkdaşları tərəfindən saxlanılmışdır. Marixuana ilə yanaşı sellofan paketin içində metadon həbləri də olmuşdur. Narkotik vasitəni ona deyilən yerə qoymağa görə pul almamışdır. Məhkəmə iclasında elan edilərək tədqiq edilən təqsirləndirilən şəxsin ibtidai istintaq dövründə verdiyi ifadəsindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu Lütfəli Abdullayev küçəsində yerləşən nömrəsiz evdə anası Rəna, arvadı Arzu, bacısı Ramilə və 16 yaşlı bacısı oğlu Fizuli ilə birlikdə yaşamış, narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi ilə heç vaxt məşğul olmamışdır. Rəsmi olaraq heç bir dövlət işində işləməmiş, “Honda inside” markalı avtomobili icarəyə götürüb həmin avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşdur. “Samsung” markalı mobil telefon aparatını işlətmiş, həmin telefon vasitəsilə 5 il istifadəsində olan ***-***-**-** saylı sim nömrə və 1 il işlətdiyi ***-***-**-** saylı sim nömrəsi olmuşdur. Telefona yüklədiyi votsap proqramını o, ***-***-**-** saylı nömrə ilə istifadə etmişdir. 4169 7377 0323 1692, 4169 7388 1904 6883, 4169 7388 6100 5290, 5522 0993 6495 2960, 4098 5844 6078 1683, 5167 5133 4793 7799 nömrəli bank kartları ona məxsus olmuş, 4098 5844 6738 8508 nömrəli bank kartı isə anası Rənanın adına olmuşdur. Amma həmin kartı da o, özü istifadə etmişdir. X3 onun doğma xalası oğlu olmuş, Gəncə şəhərində yaşamışdır. 03 aprel 2024-cü il tarixdə axşam saatlarında Gəncədən Bakıya qonaq gəlmişdir. Onun evində qalmışdır. Anası arvadı və bacısı oğlu ilə birlikdə Lənkəran şəhərinə qohumlarının yanına getmişdirlər. Evdə Kənanla o qalmışdır. O taksi fəaliyyəti ilə, Kənan isə öz şəxsi işləri ilə məşğul olmuşdur. 03 aprel 2024-cü il tarixdə sosial şəbəkələrində o, özünü ona İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən “Seyid” adlı şəxslə tanış olmuşdur. Həmin şəxs ona onunla birlikdə narkotik vasitələrin satışı ilə məşğul olmasını təklif etmişdir. O əvvəlcə razı olmamış, lakin Seyid adlı şəxs ona “votsap” vasitəsi ilə lokasiyanı atacaq, o həmin yerə gedib orada olan narkotik vasitəni götürüb üzərində saxlayacaq ifadəsini səsləndirmiş, sonra isə o, atdığı lokasiyalara həmin narkotik vasitələri hissə hissə paylayası olmuşdur. Buna görə də o, hər bir kiloqrama görə ona 500 manat məbləğində pulu kartına göndərəsi olmuşdur. Maddi vəziyyəti pis olduğuna görə o, razılaşmış və Seyid adlı şəxs ondan kart hesabını pul göndərməsi üçün istəmişdir. 04 aprel 2024-cü il tarixdə günorta saatlarında o Seyidlə yenədə votsap vasitəsi ilə əlaqə saxlamışdır və Seyid ondan kart nömrəsini ona 800 manat göndərməsi üçün istəmişdir. O da anası Rənanın adında olan 4098 5844 6738 8508 kartın nömrəsini Seyidə göndərmişdir. Seyiddə həmin karta iki dəfəyə arasında 5 dəqiqə aralıqla 300 manat bir və 500 manat bir, ümumi 800 manat məbləğində pulu göndərmişdir. O da həmin kartın hesabından 800 manatı 4169 7388 1904 6883 saylı kartına göndərmiş və 4169 7388 1904 6883 hesabına göndərdiyi 800 manatın 600 manatını bankomat vasitəsi ilə nağdlaşdırmış, 200 manatı isə avtomobilinin cərimələrini ödəmişdir. Seyid ona həmin günü axşam saat 18-19 radələrində Hövsan qəsəbəsinə gedib oradan yolun kənarına qoyulmuş torbada saxlanılan 7 kiloqram narkotik vasitə qurudulmuş marixuananı götürüb özündə saxlamalı olduğunu və həmin narkotik vasitəni hissə-hissə onun göndərdiyi yerlərə paylamasını bildirmişdir. Sonuncu razılaşmış və həmin günü 04 aprel 2024-cü il tarixdə saat 19 radələrində Seyidin ona votsap vasitə ilə göndərdiyi lokasiya üzrə göstərilən yerə gedib oradan narınci rəngli torbada 7 kiloqram çəkidə narkotik vasitə qurudulmuş marixuananı götürüb avtomobilinin yük hissəsinə qoymuşdur. Torbada olan narkotik vasitə quruludmuş marixuana 9 ədəd qara rəngli selofan paketlərində ayrı-ayrı bükülmüşdür. Həmçinin torbada qəhvəyi rəngli 22 ədəd listdə metodon həbləri olmuşdur. Seyidə votsap vasitəsi ilə zəng vurub narkotik vasitələri götürdüyü barədə məlumat verəndə Seyid ona torbadan iki ədəd bükümü götürüb Zabrat qəsəbəsində ayrı-ayrı ünvana qoymasını tapşırmışdır. Seyidin ona dediyi bükümlərin üzərində “600 qram” və “400 qram” yazıları yapışdırılmışdır. Seyid ona iki lokasiya göndərmiş və həmin bükümləri orada küçədə gizlətməsi barədə məlumat vermişdir. O da Seyidin dediyini etmiş, bükümləri Seyidin dediyi yerlərdə gizlədəndə bu barədə Seyidə məlumat vermişdir. Torbada 7 büküm, təxminən 6 kiloqram narkotik vasitə qurudulmuş marixuana və 22 list metodon həbləri (hər bir listdə 10 ədəd həb olan) qalmışdır. O da onları yaşadığı Bakı şəhəri Sabunçu rayonu Lütfəli Abdullayev küçəsində yerləşən nömrəsiz evinə aparıb evin ikinci mərtəbəsində gizlətmişdir. Evin ikinci mərtəbəsində yaşayış olmadığına görə həmçinin yaşayış üçün şərait olmadığı üçün o narkotik vasitələri orada evin digər əşyaların içərisində gizlətmişdir. Ailə üzvləri həmin vaxtı rayonda olmuşdurlar, evdə heç kim olmamışdır. Kənanda evdə olmamışdır. Evə o, 04 aprel 2024-cü il tarixdə saat 22 radələrində gəlib narkotik vasitələri orada gizlətmişdir. Həmin vaxtı Seyid yenədə ona “votsap” vasitəsi ilə zəng vurub gecə saatlarında saat 01 radələrində bir kiloqramlıq bükümü Zabrat qəsəbəsinə onun ona dediyi yerə qoymalı olduğunu bildirmişdir. O razılaşmış və həmin vaxtı evə Kənan qayıtmışdır. Kənana bu barədə heçnə deməmişdir. Kənan Seyidi tanımamış və evdə narkotik vasitələr saxlanıldığından xəbərdar olmamışdır. Saat 23.30 radələrində o bir kiloqramlıq bağlamada olan narkotik vasitə marixuananı və iki list (20 ədəd həbləri ) metodon həblərini götürüb Seyidin ona göndərdiyi Babək küçəsinə aparıb qoymağa hazırlaşmışdır. Həmin lokasiya evinə yaxın olduğu üçün o, oraya piyada getmək istəmişdir, evdən çıxmaq istəyəndə Kənan ondan hara getdiyini soruşmuş, o da Kənana yuxusu gəlmədiyini, hava almağa çıxdığını bildirmişdir. Kənan da həmin vaxtı ona Zabrat qəsəbəsində yaşayan xalasının yanına gedib ona baş çəkmək istədiyi baradə məlumat vermişdir. Onlar birlikdə evdən çıxıb piyada Babək küçəsi ilə gedəndə onlara 3 nəfər mülki geyimdə olan şəxslər yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edib onları Badamdar qəsəbəsində yerləşən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə Baş İdarəsinə gətirmişdirlər. Orada araşdırma zamanı Kənan İsmayılov sərbəst buraxılmışdır. Onun isə hüquqları izah olunub dövlət tərəfindən vəkillə təmin olunmuş və üzərinə şəxsi axtarış keçirilmişdir. Keçirilən şəxsi axtarış zamanı əlində saxladığı qara rəngli sellofan paketini masanın üzərinə qoyub həmin paketdə olan spesifik iyli maddə narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Həmçinin əynində olan şalvarının sol yan cibindən iki list metodon həbləri (20 ədəd) aşkar olunaraq götürülmüşdür, həmçinin şalvarının sağ yan cibindən ***-***-**-** və ***-***-**-** saylı sim nömrələrlə istifadə etdiyi özünə məxsus olan «Samsung» markalı mobil telefon aparatı və istifadəsində olan 4169 7377 0323 1692, 4169 7388 1904 6883, 4169 7388 6100 5290, 5522 0993 6495 2960, 4098 5844 6078 1683, 5167 5133 4793 7799, 4098 5844 6738 8508 nömrəli bank kartları aşkar olunaraq götürülmüşdür. Polis əməkdaşların suallarına cavab verib narkotik vasitələri ona Seyid adlı şəxs göndərdiyini etiraf etmişdir. Sonuncu onları kuryer kimi təqdim olunmuş məkanlara çatdırmalı olmuş, buna görə də Seyid adlı şəxs ona hər bir kiloqrama görə 500 manat məbləğində pulu ödəməyə söz vermişdir. Əlavə narkotik vasitələrin olub-olmaması barədə polis əməkdaşların ona verdiyi suallarına cavab olaraq bildirmişdir ki, yaşadığı evində narkotik vasitə qurudulmuş marixuananı və metodon həblərini gizlətmişdir. Bundan sonra o ərizəsi ilə müraciət edərək yaşayış evinə polis əməkdaşları tərəfindən baxışın keçirilməsinə etiraz etmədiyini bildirmiş, vəkili və polis əməkdaşları ilə birlikdə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Lütfəli Abdullayev küçəsi nömrəsiz evə gələrək, orada evin ikinci mərtəbəsində gizlətdiyi narıncı rəngli torbanı çıxarıb polis əməkdaşlarına təqdim edərək həmin torbada narkotik vasitə qurudulmuş marixuana və metodon həbləri saxlanıldığını qeyd etmiş, həmin narkotik vasitələri ona İran İslam Respublikasının vətəndaşı Seyid adlı şəxsin göndərdiyini, onları Seyidin dediyi məkanlara çatdırdığını, buna görə də Seyid hər bir kiloqrama görə ona 500 manat pul verməyə söz verdiyini etiraf etmişdir. Özü də həmin narkotik vasitələri digər şəxslərə satmış,Seyidə həmin narkotik vasitələrin satılmasında köməklik göstərmişdir. Əməllərindən peşmandır, maddi imkanı pis olduğu üçün o bu cinayəti törətmişdir. Özü narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi ilə heç vaxt məşğul olmamışdır. Evindən cəmi 20 list (200 ədəd) narkotik vasitə metodon həbləri və 6 büküm cəmi 5 kiloqram 310 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Narkotik vasitə heroini satan şəxsin anket məlumatların bilməmiş, o yalnız həmin şəxsi Seyid kimi tanımış, heç vaxt görməmişdir, Seyidin nömrəsi +989 11 383 75 50, +7985 *** ** ** olmuşdur. Kənan İsmayılovun isə ümumiyyətlə bu işlərdən məlumatı olmamış, Kənana narkotik vasitələrin satışı ilə məşğul olmağı barədə məlumat verməmişdir, Seyid adlı şəxsi tanımamış, onun Seyidlə aralarında olan söhbətlərdə iştirak etməmişdir. Kənan İsmayılovun həmin cinayət barədə xəbəri olmamışdır. Ailə üzvləri evdə narkotik vasitələrin saxlanıldığı barədə məlumatsız olmuşlar. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı verdiyi etirafedici ifadələrini, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən sübutların toplanması məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, 05 aprel 2024-cü il tarixdə ona daxil olmuş əməliyyat məlumatı əsasında təqsirləndirilən şəxsi saxlamış, sonuncunun üzərindən “marixuana” və “metadon” növündə narkotik vasitələr aşkar edilmiş, o, evində də narkotik vasitə olduğunu bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, təqsirləndirilən şəxs, narkotik vasitələrin satışı ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Sabunçu rayonu, Zabrat qəsəbəsində saxlanılmış, Baş İdarəyə dəvət edildikdən sonra idarədə üzərinə baxış keçirilmişdir. Baxış zamanı təqsirləndirilən şəxsin üzərindən narkotik vasitə aşkar edilərək götürülmüşdür. Sonuncu evində narkotik vasitə olmasını bildirmiş, əvvəllər təqsirləndirilən şəxsin narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı olmamış, təqsirləndirilən şəxs saxlanılarkən onlara qarşı müqavimət göstərməmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədlərini də sübut növləri kimi qəbul edir. 05 aprel 2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması” haqqında protokoldan və ona əlavə edilmiş həmin istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs sol əlində saxladığı 1 ədəd bağlamada, yaşıl rəngli,spesifik iyə malik qurudulmuş marixuanaya bənzər, əynində olan qara şalvarın sol yan cibindən isə 20 ədəd metadon həbinə bənzər kütlələri, təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və şalvarının sağ yan cibindən ***- ***-**-** və ***-***-**-** saylı sim nömrələrlə istifadə etdiyi özünə məxsus olan «Samsung» markalı mobil telefon aparatı və istifadəsində olan 4169 7377 0323 1692, 4169 7388 1904 6883, 4169 7388 6100 5290, 5522 0993 6495 2960, 4098 5844 6078 1683, 5167 5133 4793 7799, 4098 5844 6738 8508 nömrəli bank kartları aşkar olunaraq götürülmüşdür. Qurudulmuş marixuanaya bənzər kütlə qablaşdırma ilə birlikdə 1 kq 68 qram təşkil etmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunmuş narkotik vasitəni İran İslam Respublikası vətəndaşı “Seyid” adlı şəxsin vasitəsi 1(gün) gün əvvəl Suraxanı rayonu ərazisində gizlədilən yerdən müxtəlif yerlərə çatdırıb pul qazanmaq məqsədilə götürdüyünü, dövriyyəsini təşkil etdiyi narkotik maddələrin hər kq-na 500 manat pul aldığını bildirmişdir (Cild 1,iş vərəqə 32-34). Təqsirləndirilən şəxs 05 aprel 2024-cü il tarixli ərizəsinə əsasən yaşadığı evə baxış keçirilməsi və götürmə istintaq hərəkətinin məzmununa dair eyni tarixli protokoldan və ona əlavə edilmiş həmin istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən bir ədəd DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs həmin evin 2-ci mərtəbəsinə girişdən sağ tərəfdə yerləşən,təmirsiz,anbar kimi istifadə olunan,elektrik xətti çəkilmədiyi üçün işıqlandırma şəraiti olmayan otaqdakı döşəklərin arasında gizlətdiyi 01 (bir) ədəd narıncı rəngli,polietilen torbanı təqdim etmişdir. Həmin torbanın içində 6 (altı ) ədəd bağlamada,yaşıl rəngli, spesifik iyə malik qurudulmuş marixuanaya bənzər, 200 (iki yüz) ədəd metodan həbinə bənzər kütlələr aşkar olunmuşdur. Qurudulmuş marixunaya bənzər kütlələrin qablaşdırma ilə birlikdə ümumi çəkisi 5 (beş) kq 310 ( üç yüz on ) qram olmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, aşkar olunmuş narkotik vasitəni İran İslam Respublikası vətəndaşı “Seyid” adlı şəxsin vasitəsi ilə 1(bir) gün əvvəl Suraxanı rayonu ərazisində gizlədilən yerdən müxtəlif yerlərə çatdırıb pul qazanmaq məqsədilə götürdüyünü, dövriyyəsini təşkil etdiyi narkotik maddələrin hər 2 kq-na 500 AZN pul aldığını, burada narkotik maddə saxlamasında heç kimin məlumatı olmadığını bildirmişdir (Cild 1, iş vərəqə 37-38). 05 aprel 2024-cü il tarixli məhkəmə bioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən “ yazısı və imzalar olan 01 (bir) ədəd rəngli polietilen bağlamadakı təmiz çəkisi 1045 qram və ağ kağız üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evdən” yazısı və imzalar olan narıncı rəngli sintetik torbadakı 06(altı) polietilen bağlamalarda ayrı -ayrılıqda təmiz çəkiləri 470 qram, 1035 qram, 1035 qram, 1030 qram, 530 qram, 905 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın ümumi çəkisi 6050 qramdır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Ekspertiza tədqiqatından sonra qurudulmuş marixuananın qalıq çəkisi 6049,3 qram təşkil etmişdir (Cild 1,iş vərəqə 48-49). 05 aprel 2024-cü il tarixli məhkəmə kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş" yazısı və imzalar olan bağlamadakı üzərində “Methadone 40” markalanma göstəricisi olan 2 (iki) ədəd konvalyutda ümumilikdə 20 ədəd üzərlərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli həblərdir və 20 ədəd həbdə metadon təsiredici maddəsinin ümumi miqdarı 0,8 qram təşkil edir ( üzərində qeyd olunmuş göstəriciyə əsasən bir həbdə 0,04 qram metadon olmaqla). Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş” yazısı və imzalar olan torbadakı üzərində Methadone 40” markalanma göstəricisi olan 20 (iyirmi) ədəd konvalyutda ümumilikdə 200 ədəd üzərlərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli həblərdir və 200 ədəd həbdə metadon təsiredici maddəsinin ümumi miqdarı 8 qram təşkil edir (üzərində qeyd olunmuş göstəriciyə əsasən bir həbdə 0,04 qram metadon olmaqla).Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş ümumilikdə 220 ədəd həbdən ibarət metadon təsiredici maddəsinin ümumi miqdarı 8,8 qramdır və metadon tərkibli həblər xarici əlamətlərinə və tərkibindəki təsiredici maddəsinin miqdarına görə eynilik təşkil edirlər. Ekspertiza tədqiqatından sonra metodon tərkibli həblərin qalıq hissəsi ümumilikdə 205 ədəd olmaqla 15 həb və 190 həb təşkil etmişdir (Cild 1, iş vərəqə 51-56). 08 aprel 2024-cü il tarixli “maddi sübut kimi tanınma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 1 ədəd bağlamada təmiz çəkisi 1045 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və əynində olan şalvarın sol yan cibindən təsir maddəsi narkotik vasitə metadonun ümumi təmiz çəkisi 0,8 qram təşkil edən xeyli miqdarda hər birinin üzərində «Methadone 40» marklanma göstəricisi olan 2 ədəd konvalyutda 20 ədəd hər birinin üzərində «F/M 40» yazıları həkk olunmuş (üzərində qeyd olunmuş göstəriciyə əsasən bir həbdə 0,04 qram metodon olmaqla) həblər, həmçinin onun yaşadığı evindən götürülmüş 6 bükümdə 470 qram, 1035 qram, 1035 qram, 1030 qram, 530 qram, 905 qram olmaqla ümumi təmiz çəkisi 5005 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış tərkiblərinə görə eyni olan narkotik vasitə qurudulmuş marixuana və təsir maddəsi narkotik vasitə metadonun ümumi təmiz çəkisi 8 qram təşkil edən külli miqdarda hər birinin üzərində «Methadone 40» marklanma göstəricisi olan 20 ədəd konvalyutda 200 ədəd hər birinin üzərində «F/M 40» yazıları həkk olunmuş həblər (üzərində qeyd olunmuş göstəriciyə əsasən bir həbdə 0,04 qram metodon olmaqla) iş üzrə maddi sübut kimi tanınmışdır və ekspertizanının tədqiqatından sonra qalıq çəkisi 6049,3 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuananın, qalıq çəkisi 205 ədəd təşkil edən metadon həblərinin saxlanması üçün Sabunçu rayon Polis İdarəsinə təhvil verilməsi müəyyən edilmişdir (Cild 1, iş vərəqə 99-101). 10 aprel 2024-cü il tarixli “mobil telefon aparatlarına baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd “Samsung” markalı mobil telefon aparatına baxış keçirilərkən müəyyən olmuşdur ki, həmin mobil telefon aparatı ***-***-**-** və 050-477-57- 81 saylı sim nömrələrlə işlənilir. Telefona yüklənmiş votsap proqramı ***-***-**-** saylı nömrə ilə istifadə edilir, mobil telefon aparatının «kontaktlar» bölməsində İran İslam Respublikasına aid olan «+989 37 *** ** ** 14 İ Dost» nömrənin, həmçinin votsap proqramında olan çatda +989 11 383 75 50, +7985 *** ** ** saylı nömrələrlə danışıqlar müəyyən olunur. Həmin danışıqlar «Seyid» adlı şəxslə Təqsirləndirilən şəxs aralarında baş tutur, bir birlərinə göndərdikləri səs smsləridən görünür ki, onlar birlikdə narkotik vasitələrini satışı ilə məşğul olurlar. Mobil telefon aparatın votsap bölməsinə daxil olanda +989 11 383 75 50, +7985 *** ** ** danışıqlar, yazışmalar qeydə alınır. İşarə olunmuş fotoşəkillərin və «lokasiyalar» göndərilməsi və 800 manata məbləğində pulun Təqsirləndirilən şəxs ödənilməsi barədə 2 ədəd qəbzin (300 manat bir 500 manat bir) fotoşəkli müəyyən olunmuşdur (Cild 1,iş vərəqə 103-105). 20 iyun 2024-cü il tarixli “iş üzrə toplanmış sübutlara qiymət verilməsi haqqında” qərarla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsindən Təqsirləndirilən şəxs götürülmüş bir ədəd “Samsung” markalı mobil telefon aparatı və üzərində olan ***-***-**-** və ***-***-**-** saylı sim nömrələr, həmçinin **********231692, **********046883, **********005290, **********952960, **********781683, **********937799 nömrəli bank kartlarının Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin İstintaq Şöbəsində saxlanılması müəyyən edilmişdir (Cild 1, iş vərəqə 134-142). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 08 aprel 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkum edilməmişdir (cild 1, iş vərəqə 102). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Qanunun mənasına görə CM-nin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə cinayət tərkibinin zəruri əlaməti olmaqla Cinayət-Prosessual Məcəlləsinin 139.0.3-cü maddəsinə əsasən sübut edilməli olan hallardan biridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunda “satış” məqsədinin anlayışı verilməsə də, həmin Qanunun 1.0.11-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına aydınlıq gətirilmişdir. Belə ki, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər “satma” kimi başa düşülür. Bu kontektsdə “satış” məqsədi də narkotik vasitələrin və ya psixortop maddələrin “əvəzli, qazanc əldə etmək və ya sair şəxsi maraqdan yayılması” məqsədi kimi şərh edilə bilər. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 №-li Qərarına əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın 1-ci Siyahısının 109.1-ci bəndinə əsasən – qurudulmuş halda 500 (beş yüz) qram və 50000 qram aralığında marixuana külli miqdarda, 111-ci bəndinə əsasən təmiz halda 1,6-160 qram aralığında narkotik vasitə metadon külli miqdar təşkil edir. Məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. Qeyd olunan əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən təsnifatına əsasən ağır cinayətlər kateqoriyasına daxildir və Təqsirləndirilən şəxs tərəfindən qəsdən törədilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin əvvəllər məhkum edilməməsini həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə Təqsirləndirilən şəxs əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəzasını yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, törətdiyi cinayətin xarakteri və ictimai təlükəliliyini nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş sanksiyasının həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 05 aprel 2024-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş (cild 1, iş vərəqə 23), Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 06 aprel 2024-cü iİ tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 05 aprel 2024-cü il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 88-93). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 05 aprel 2024-cü il tarixdən hesablanmalıdır. 08 aprel 2024-cü il tarixli Məhkəmə-narkoloji ekspertizanın 2304 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (Cild 1,vərəq 96-98). Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməməlidir. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı şəhər Sabunçu rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6049,3 təşkil edən narkotik vasitə qurudulmuş marixuana, qalıq çəkisi 205 ədəd təşkil edən metadon həbləri məhv edilməli, Təqsirləndirilən şəxs barəsində keçirilmiş şəxsi axtarış və götürmə, habelə yaşadığı evə baxış və götürmə istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən 02 ədəd «DVD» disk cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bir ədəd “Samsung” markalı mobil telefon, ***-***-**-** və ***-***-**-** saylı sim nömrələr, həmçinin **********231692, **********046883, **********005290, **********952960, **********781683, **********937799 nömrəli bank kartları onun ailə üzvlərinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən 192 (bir yüz doxsan iki) manat məhkəmə xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. (Cild 1, vərəq 47, 52). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmənin hazırlıq iclası zamanı Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi üçün tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən, belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 48(qırx səkkiz) iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri “Pro Bono”Vəkil Bürosunun hesabına ödənilməsi üçün 288(iki yüz səksən səkkiz) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 05 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6049,3 təşkil edən narkotik vasitə qurudulmuş marixuana, qalıq hissəsi 205 ədəd təşkil edən metadon həbləri məhv edilsin; - Təqsirləndirilən şəxs barəsində keçirilmiş şəxsi axtarış və götürmə, habelə yaşadığı evə baxış və götürmə istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən 02 ədəd «DVD» disk cinayət işinin materiallarında saxlanılsın; -Barəsində şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçiirlməsi zamanı Təqsirləndirilən şəxs üzərindən götürülmüş bir ədəd “Samsung” markalı mobil telefon və ***-***-**-** və ***-***-**-** saylı sim nömrələr, həmçinin **********231692, **********046883, **********005290, **********952960, **********781683, **********937799 nömrəli bank kartları onun ailə üzvlərinə qaytarılsın. Təqsirləndirilən şəxs 192 (yüz doxsan iki) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş 48(qırx səkkiz) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun hesabına vəkil Müdafiəçi üçün 288(iki yüz səksən səkkiz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar