Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2049/2023 01.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, X2 və Feyzi Günay Rasim qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Böyükağa qızının iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxx 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, ev 1 inzibati binada qeydiyyatda olan və Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi 19, mənzil 23 ünvanında yaşamış, 28 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 02 mart 2023-cü il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, faktiki həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edərək, üzərində saxlamaqla daşımış və satmışdır. Belə ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib satmaq məqsədilə tanışı, şəxsiyyəti “Tofiq” adı ilə məlum olan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək mənfəət olaraq gəlir əldə etmək müqabilində qrup üzvü “Tofiq” adlı şəxsin naməlum vaxtda və mənbədən əldə etdiyi narkotik vasitə və psixotrop maddələri satmaq barədə razılaşıb bu məqsədlə xx.xx.2023-cü il tarixdə qrup üzvü “Tofiq” adlı şəxsdən təmiz çəkisi 1,684 qram narkotik vasitə heroini və təmiz çəkisi 0,196 qram psixotrop maddə metamfetamini götürüb qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, həmin tarixdə, saat 18 radələrində qrup üzvü “Tofiq” adlı şəxsin tapşırığı ilə narkotik vasitə heroinin 0,219 qram olan hissəsini Bakı şəhəri, Nizami rayonu, 8-ci km. bazarının yaxınlığında Şahid1 38 manat pul müqabilində satmış, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Bakı şəhəri, Nizami RPİ-nin 24-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 28 fevral 2023-cü il tarixdə, saat 18:30 radələrində ünvan 2 ünvanının yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 81B ünvanında yerləşən Bakı şəhəri, Nizami RPİ-nin 24-cü PŞ-nə gətirilib orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd kibrit qutusunun içərisindən üç ədəd şəffaf sellofan bükümdə xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eynilik təşkil edən, ayrı-ayrılıqda təmiz çəkiləri 0,623 qram, 0,513 qram və 0,329 qram, ümumi təmiz çəkisi qram 1,465 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,196 qram olan ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Əməliyyat tədbirinin davamı olaraq Nizami RPİ-nin 24-cü PŞ-nin əməkdaşları tərəfindən Şahid1 28 fevral 2023-cü il tarixdə, saat 22 radələrində Bakı şəhəri, Nizami rayonu Q.Qarayev prospekti 102 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 81B ünvanında yerləşən Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nə gətirilib orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan açıq göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümdə, Təqsirləndirilən şəxs satdığı xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə sonuncunun üzərindən aşkar edilmiş narkotik vasitə heroinlə eynilik təşkil edən, təmiz çəkisi 0,219 qram olan, kustar üsulla hazırlanmış qəhvəyi rəngli narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsindən nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərdi ki, əvvəllər də məhkum olunmuşdur. Narkotik istifadəçisidir, hər gün narkotikdən istifadə etmişdir. Ümumiyyətlə patıdan istifadə etmiş, arada bir heroin də istifadə etmişdir. Ona verilən ittiham üzrə özünü təqsirli bilmir, yalnız istifadəçi kimi özünü təqsirli bilir. Polislər tərəfindən saxlanıldığı zaman narkotik maddənin təsiri altında olmuşdur. Həmin vaxt üstündə 3 büküm metamfetamin, həmçinin heroin də olmuşdur. Polislər onu bölməyə gətirmiş, ona təsir və təzyiq göstərmişlər. İfadəni müstəntiq özü kompüterdən çıxarmış, o da təsir altında imzalamışdır. Vəkil gec gəlmiş, o, vəkilə baş verənləri danışmış, vəkil isə ona “sənin dilin çıxıb” demişdir. Daha sonra ondan videoçəkiliş zamanı narkotiki Tofiqdən aldığını və sonra satdığını deməsi tələb olunmuşdur. O, polislərin diktə etdiklərini deməyə etiraz etmiş, Tofiqdən aldığını deməmiş, üstündə 3 büküm olduğunu etiraf etmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, üstündən çıxan 3 bükümü «Nizami» metrosunun yanından almış, bundan başqa üstündə bir büküm kokos, 8 azn pul, telefon və Bakıkart olmuşdur. Onu narkolojidə yoxlamamış, qan analizi götürməmiş, sadəcə suallar vermişlər. İstintaq zamanı ifadə verməmiş, müstəntiqin verdiyi kağıza imza etmişdir. Videoçəkiliş zamanı üstündən çıxan narkotiki kimdən və nə məqsədlə aldığı soruşulmamışdır. Ona elan edilən ittiham üzrə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən cinayətdə ittiham olunsa da, ittihamda adı göstərilən Tofiqin şəxsiyyəti də məlum olduğu halda, sonuncunun istintaqa cəlb olunmaması onda sual yaratmışdır. İttiham aktında Kamran adlı şəxsə 38 AZN müqabilində narkotik vasitə satması qeyd olunsa da, saxlanıldığı zaman üstündə 38 AZN pul olmamışdır. Kamran adlı şəxsi Malış ləqəbi ilə tanımış, Kamran Nizami rayonunda polislə məxfi əməkdaşlıq edən şəxs olmuş, sonuncunu 2 gün MSY-də saxlayıb, istifadəçi kimi qeydiyyata alıb buraxmışlar. Sonuncu ilə bir yerdə narkotik istifadə etməmiş, Malışa nə mal vermiş, nə də mal satmışdır. İstifadə etdiyi ***-***-**-** nömrəsi öz adına olmamış, həmin nömrəni telefon qarışıq almış, tutulduğu gün bu nömrədən istifadə etməmişdir, nə də telefonla heç kimə narkotik barəsində mesaj göndərməmişdir. Ümumiyyətlə Kamranla hadisə günü ayaqüstü söhbət eləmiş, sonuncu ilə telefon əlaqələri olmamışdır. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə irəli sürülmüş ittihamla bağlı məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdar təşkil etməyən miqdarda - təmiz çəkisi 1,684 qram olan narkotik vasitə heroini və təmiz çəkisi 0,196 qram olan psixotrop maddə metamfetamini əldə edərək saxlaması və daşıması, yəni Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs ilə bağlı məhkəməyədək icraat mərhələsində tərtib edilmiş və məhkəmə baxışı zamanı tədqiq olunan sənədlərlə müəyyən edildi ki, iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməmiş və sərbəst şəkildə ifadə versə də, ifadələri imzalamaqdan imtina etmişdir (iş vərəqə: cild İ, səh.115-117). Lakin Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-də vermiş olduğu izahatında göstərmişdir ki, heç-bir yerdə işləmir, narkotik vasitələrin aludəçisidir. xx.xx.2023-cü il tarixdə, saat 16 radələrində “İçərişəhər” metrostansiyası yaxınlığında “Tofiq” adı ilə tanıdığı şəxsdən 01 ədəd kibrit qutusunda 04 ədəd bükümdə “kakos” olaraq tanıdığı maddə, 01 ədəd bükümdə “patı” olaraq tanıdığı psixotrop maddə almışdır. Həmin maddələri alarkən “Tofiq”ə heç bir məbləğdə pul verməmişdir. Həmin narkotik vasitəni “Tofiq” ona verərkən həmin maddənin 01 bükümünü sonuncunun «Neftçilər» metro stansiyası yaxınlığında gözləyən “Malış” olaraq adlanan tanışına verməsini, yerdə qalanını isə özünün istifadə etməsini tapşırmışdır. Bunun əvəzində “Malış” adlanan şəxs ona 38 manat pul verməli olmuşdur. Həmin 38 manatın 8 manatı onda qalmalı, yerdə qalan məbləği isə “Tofiq”lə növbəti görüşlərində sonuncunun özünə verməli olmuşdur. Bunun üçün Tofiq ona həmin “Malış” ləqəbli şəxsin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəni vermişdir. Bundan başqa Tofiq ona özünün istifadəsində olan “Nokia c3” markalı mobil telefonu da vermişdir ki, “Malış” ilə görüşərkən həmin telefon vasitəsi ilə əlaqə saxlaya bilsin. Çünki onun mobil telefonu olmamışdır. O, “Tofiq”lə sağollaşdıqdan sonra öz şəxsi işləri ilə əlaqədar olaraq bir qədər gəzdikdən sonra sonuncunun dediyi şəxs ilə görüşmək üçün metro ilə “Neftçilər” metrostansiyasına gəlmişdir. Sonradan ***-***-**-** saylı mobil nömrəyə zəng vurub, “Malış” adı ilə tanınan şəxslə əlaqə saxlamışdır. Həmin şəxslə həmin gün saat 18 radələrində 8-ci km bazarı yaxınlığında görüşmüşdür. Həmin şəxsə 01 ədəd bükümdə “kakos” olaraq tanıdığı narkotik maddə vermişdir. Lakin həmin şəxs sonradan “Tofiq” ilə özü hesablaşacağını deyərək ona pul verməmiş və qaçaraq yanından uzaqlaşmışdır. O, “Malış” adı ilə tanıdığı şəxsin yanından ayrıldıqdan sonra metrostansiya istiqamətində piyada gedərkən C.Naxçıvanski küçəsi 73 saylı yaşayış binasının qarşısından saat 18:30 radələrində keçərkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərinin polis əməkdaşları olmasını bildirmiş və onu Bakı şəhəri, Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə gətirmişlər. Polis Şöbəsində xidməti otaqların birində onun üçün dövlət hesabına vəkil çağırılmışdır. Vəkilin iştirakı ilə onun hüquq və vəzifələri izah olunmuş, bundan sonra onun xahişi ilə vəkili olduğu otaqdan çölə çıxarılmışdır. O, öz razılığı ilə şəxsi axtarış və götürmə aparılarkən vəkilinin iştirakından imtina etmişdir. Üzərində şəxsi axtarış aparılmadan öncə özü əynindəki qara rəngli gödəkcənin sol yan cibindən 01 ədəd qara rəngli korpusu olan **********107901 imei kodlu “Nokia C3” markalı mobil telefonu, həmin gödəkcənin sağ yan cibindən 01 ədəd “Bakı Kart” nəqliyyat kartını, əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd kibrit qutusunu, həmin şalvarın sol yan cibindən 01 ədəd 5 manatlıq, 03 ədəd 1 manatlıq pul əsginasları olmaqla ümumilikdə 8 manat pulu təhqiqata təqdim etmişdir. Kibrit qutusuna baxış zamanı həmin qutudan 03 ədəd bükümdə “kakos” olaraq tanıdığı maddə, 01 ədəd bükümdə “patı” olaraq tanıdığı maddə aşkar edilmişdir. O, həmin maddələrin narkotik maddə olduğunu etiraf etmişdir. “Tofiq” adlı şəxs ona həmin qutuda narkotik maddələri verərkən qutuda 04 ədəd bükümdə “kakos”, 01 ədəd bükümdə “patı” olaraq tanıdığı maddə olmuşdur. 01 ədəd bükümdə olan “kokos”-u “Malış” adlı şəxsə verdiyi üçün 03 ədəd bükümdə “kakos” olaraq tanıdığı maddə, 01 ədəd bükümdə “patı” olaraq tanıdığı maddələr özündə qalmışdır. X4 aşkar edilən maddələr zərfə qoyulmaq yolu ilə qablaşdırılmış, üzəri imzalar ilə təsdiq edilmişdir. Saxlanılarkən və ya polis orqanına gətirilərkən polis əməkdaşları tərəfindən ona hər-hansı fiziki zor və ya təzyiq olmamış, “Tofiq”i təxminən 4 aydır ki, tanımış, bu müddət ərzində sonuncu ilə “İçərişəhər” metrostansiyası yaxınlığında hosteldə qalmışdır. Onun üzərindən aşkar olunan mobil telefon “Tofiq” adlı şəxsə məxsus olmuşdur. “Malış” olaraq tanıdığı şəxsin isə anket məlumatlarını bilməmiş, sonuncunun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəni bilmişdir (iş vərəqə: cild İ, səh.37-38). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxslə şəxsən tanışlığı olmamış, sonuncu ilə ortaq Tofiq adlı narkotik satan şəxslə tanışlığı olmuşdur. O, Tofiqə narkotik vasitə almaq üçün zəng etmiş, Tofiq də ona hal-hazırda şəhərdə olmadığını demiş, İlkin adlı şəxsin nömrəsini vermiş, İlkinlə danışıb sonuncudan narkotik vasitəni almasını bildirmişdir. Tofiq ona verdiyi nömrəyə zəng etməsini, İlkin adlı şəxslə görüşüb istədiyi narkotik vasitəni sonuncudan əldə etməsini demişdir. Həmin gün üstündə 38 azn pul olmuş, narkotik vasitə “kakos” almaq niyyətində olmuşdur. Tofiqin ona göndərdiyi nömrəyə zəng etmiş, nə qədər pulunun olduğunu, kakos və patı lazım olduğunu demiş, həmin şəxslə Neftçilər ərazisində Nazlı sarayın yanında görüş təyin etmişlər. Görüş təyin etdikləri yerdə görüşüb narkotik vasitəni aldığı vaxt polis əməkdaşları onlara yaxınlaşmışlar. Onlar yaxınlaşan kimi o, qaçmış, 1 saat yarım sonra məni polislər saxlamış, üstündən narkotik çıxmışdır. Barəsində cinayət işi başlanmış və o, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Şahid1 ifadəsinin davamında göstərdi ki, əvvəllər də həmişə narkotik vasitəni Tofiqdən almış, lakin bu dəfə Tofiqlə narkotik vasitənin miqdarı miqdarı barədə danışıq aparmamışlar. 38 azn vermiş, İlkindən narkotik vasitəni götürmüşdür. Polislər birinci İlkini tutmuş, o, 1 saat sonra tutulmuşdur. Onu saxlayıb bölməyə gətirəndə narkotiki kimdən aldığını soruşmuşlar, o da İlkindən aldığını demişdir. Telefonunu alıb İlkinin nömrəsini ordan götürmüşlər. Belə ki, o, İlkinin nömrəsi ilə danışmışdır. Tofiqlə pul barəsində danışmamış, İlkinlə danışmışdır. İlkin Nərimanovda olduğunu demiş, taksiyə minib gəlməsini istəmiş, pulunu verəcəyini demişdir. İlkinin hansı nömrəsini yığdığı yadında qalmamış, nömrə telefonunun yaddaşında olmuşdur. Tofiq ona sadəcə İlkinin nömrəsini vermiş, başqa heç nə deməmişdir. Polislə heç bir əməkdaşlığı olmamış, belə bir şey olduğu təqdirdə, onun polis bölməyə aparılması ağlabatan bir şey deyildir. Şahid1 məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsi arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq olundu. Şahid1 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, narkotik vasitələrin aludəçisidir. Narkotik maddələri bəzən “Tofiq” adlı tanışından almışdır. xx.xx.2023-cü il tarixdə tanışı “Tofiq” ilə əlaqə saxlamış, sonuncudan öz şəxsi istifadəsi üçün bir bükümdə “kakos” kimi tanıdığı narkotik maddə istəmişdir. O, həmişə “Tofiq”ə bir büküm narkotik üçün 30 manat pul vermişdir. Sonuncu danışıqları zamanı “Tofiq” ona özünün işinin olmasını, həmin bir büküm narkotiki ona “İlkin” adlı şəxsin vasitəsi ilə göndərəcəyini demiş və əlavə etmişdir ki, həmişə olduğu kimi 30 manat deyil, əlavə 8 manat da, verməlidir. Belə ki, həmin pulun 30 manatı “Tofiq”in özünə çatmalı, 8 manatı isə İlkinə qazanc olaraq qalmalı olmuşdur. Tofiq əlavə etmişdir ki, “İlkin”in mobil telefonu olmadığı üçün, öz mobil telefonunu “İlkin”ə verəcəkdir ki, onunla görüşmək üçün “Neftçilər “ metro stansiyasının yaxınlığına gəldikdə İlkin onunla telefon əlaqəsi saxlaya bilsin. xx.xx.2023-cü il tarixdə saat 18 radələrində o, “İlkin” adlı şəxs ilə Nizami rayonu 8-ci km bazarının yaxınlığında görüşmüş və “İlkin” ona bir bükümdə narkotik maddə olan heroin vermişdir. Bundan sonra o, ətrafdan onları kiminsə görə biləcəyindən ehtiyat etdiyi üçün İlkinə 38 manat pul verib, tez bir zamanda qaçaraq oradan uzaqlaşmışdır. Həmin gün saat 22 radələrində Bakı şəhəri, Nizami rayonu Q.Qarayev prospekti 102 saylı yaşayış binasının qarşısından piyada keçərkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərinin polis əməkdaşları olmasını bildirmiş və onu 24-cü Polis Şöbəsinə gətirmişlər. Polis Şöbəsində xidməti otaqların birində onun üçün dövlət hesabına vəkil çağırılmışdır. Üzərində şəxsi axtarış aparılarkən o, əynimdəki açıq mavi rəngli cins şalvarın sağ yan cibində saxladığı 01 ədəd şəffaf sellofan bükümündə olan həmin narkotik vasitəni polis əməkdaşlarına təhvil vermişdir. X4 aşkar edilən narkotik vasitə zərfə qoyulmaq yolu ilə qablaşdırılmış, üzəri imzalar ilə təsdiq edilmişdir. Saxlanılarkən və ya polis orqanına gətirilərkən polis əməkdaşları tərəfindən ona hər-hansı fiziki zor və ya təzyiq olmamış, Tofiqi təxminən 3 aydır ki, tanımışdır. Sonuncu ilə “İçəri Şəhər” metro stansiyası yaxınlığında tanış olmuşdur. “İlkin”i bir neçə dəfə Tofiqin yanında görmüşdür (iş vərəqə: cild İ, səh.99-100). Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı əldə olunmaqla tədqiq olunan, Bakı şəhəri Nizami rayon Məhkəməsinin Şahid1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair xx.xx.2023-cü il tarixli, 1(007)-432/2023 nömrəli hökmündən görünür ki, həmin cinayət işi üzrə Şahid1 dindirilərkən baxılan iş üzrə şahid qismində verdiyi və məhkəmə baxışı zamanı tədqiq edilmiş iş vərəqə 99-100-də olan ifadəsi ilə eyni məzmunlu ifadələr vermişdir (iş materialları). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan, Şahid1 ilə Təqsirləndirilən şəxs arasında məhkəməyədək icraat mərhələsində keçirilmiş üzləşmədə dindirmə protokolundan görünür ki, üzləşmə zamanı Şahid1 sərbəst ifadələrində göstərmiş olduğu xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq etmişdir (iş vərəqə: cild İ, səh.129-131). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs və Şahid1 əvvəllər tanımamış, onlarla heç bir düşmənçiliyi, ədavəti və qohumluğu olmamışdır. 28 fevral 2023-cü il tarixdə “İlkin” adlı şəxsin qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma ilə məşğul olması barədə daxil olmuş məlumat rəhbərliyə məruzə olunaraq həmin şəxsin ifşa olunması məqsədi ilə əməliyyat tədbirlərinin keçirilməsinə dair razılıq əldə edilmişdir. Bundan sonra yaradılmış əməliyyat qrupu üzvləri tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin şəxsin ünvan 2 ünvanda olması müəyyən olunduqdan sonra həmin ünvana yollanmışlar. Həmin gün saat 18:30 radələrində qeyd olunan ünvanda bir nəfər şəxsin xarici əlamətlərinin “İlkin” adlı şəxsin xarici əlamətləri ilə üst-üstə düşməsini görüb həmin şəxsə yaxınlaraq özlərini təqdim etdikdən sonra, həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Həmin şəxsə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin dövriyyəsində şübhəli olması bildirilərək onlarla birlikdə Nizami RPİ-nin 24-cü PŞ-nə gəlməsi təklif olunmuşdur. PŞ-də həmin şəxsə hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət olunduqdan sonra üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları varsa təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkcənin sol yan cibindən 01 ədəd qara rəngli korpusu olan **********107901 imei kodlu «Nokia C3» markalı mobil telefonu, həmin gödəkcənin sağ yan cibindən 01 ədəd «Bakı Kart» nəqliyyat kartını, əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd kibrit qutusunu, həmin şalvarın sol yan cibindən 01 ədəd 5 manatlıq, 03 ədəd 1 manatlıq pul əskinasları olmaqla ümumilikdə 8 manat pulu təhqiqata təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi kibrit qutusuna baxış zamanı həmin kibrit qutusundan 01 ədəd şəffaf bükümdə ağ rəngli, kristal halında spesifik iyə malik olan maddə, 03 ədəd şəffaf bükümdə qəhvəyi rəngli toz halında spesifik iyə malik olan maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bir ədəd bükümdəkinin «patı» kimi tanıdığı maddə, 03 ədəd bükümdə isə «kakos» kimi tanıdığı narkotik maddələr olmasını bildirmişdir. Aşkar olunmuş 04 ədəd büküm qablaşdırılaraq götürülmüş, üzərindən aşkar edilmiş mobil telefon aparatı götürülmüş, 8 manat pul və 1 ədəd «Bakı Kart» Təqsirləndirilən şəxs qaytarılmışdır. Daha sonra Təqsirləndirilən şəxs bir bükümdə narkotik vasitəni vermiş olduğu «Malış» ləqəbli şəxsin müəyyən edilməsi məqsədilə keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin şəxsin Şahid1 olması müəyyən edilmiş və keçirilmiş tədbirlər nəticəsində Şahid1 28 fevral 2023cü il tarixdə, saat 22 radələrində ünvan 8 ünvanın qarşısında saxlanılaraq Nizami RPİ-nin 24-cü PŞ-nə gətirilmişdir. PŞ-də həmin şəxsə hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət olunduqdan sonra üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Şahid1 üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları varsa təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra Şahid1 açıq göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd «Bakı Kart» kartı, 1 manat pul, həmin şalvarın sağ yan cibindən 01 ədəd şəffaf bükümdə qəhvəyi rəngli, toz halında spesifik iyə malik olan maddəni təqdim etmiş, həmin bükümdəkinin «kakos» kimi tanıdığı narkotik vasitə olmasını, xx.xx.2023-cü il tarixdə “İlkin” adlı tanışından şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Nizami RPİ-nin 24-cü PŞnin əməliyyat müvəkkili Şahid2 məhkəmədə şahid kimi dindirilmiş Şahid3 ilə oxşar məzmunlu ifadə verib sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etdi. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan, «Şəxsi axtarış və götürmə haqqında» 28 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Nizami RPİ-nin 24-cü PŞ-nin baş təhqiqatçısı, polis mayoru Nəriman Əzizov tərəfindən barəsində şəxsi axtarış və götürmə aparılan Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya varsa təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkcənin sol yan cibindən 01 ədəd qara rəngli korpusu olan **********107901 imei kodlu «Nokia C3» markalı mobil telefonu, həmin gödəkcənin sağ yan cibindən 01 ədəd «Bakı Kart» nəqliyyat kartını, əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd kibrit qutusunu, həmin qşalvarın sol yan cibindən 01 ədəd 5 manatlıq, 03 ədəd 1 manatlıq pul əskinasları olmaqla ümumilikdə 8 manat pulu təhqiqata təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi kibrit qutusuna baxış zamanı həmin kibrit qutusundan 01 ədəd şəffaf bükümdə ağ rəngli, kristal halında spesifik iyə malik olan maddə, 03 ədəd şəffaf bükümdə qəhvəyi rəngli toz halında spesifik iyə malik olan maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bir ədəd bükümdəkinin «patı» kimi tanıdığı maddə, 03 ədəd bükümdə isə «kakos» kimi tanıdığı narkotik maddələr olmasını bildirmişdir. Aşkar olunmuş 04 ədəd büküm qablaşdırılaraq götürülmüş, üzərindən aşkar edilmiş mobil telefon aparatı götürülmüş, 8 manat pul və 1 ədəd «Bakı Kart» Təqsirləndirilən şəxs qaytarılmışdır (iş vərəqə: cild İ, səh.34-35). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan, «Şəxsi axtarış və götürmə haqqında» 28 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Nizami RPİ-nin 24-cü PŞ-nin baş təhqiqatçısı, polis mayoru Nəriman Əzizov tərəfindən barəsində şəxsi axtarış və götürmə aparılan Şahid1 üzərində hər hansı bir qanunsuz əşya varsa təqdim etməsi təklif edilmiş, Şahid1 açıq göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd «Bakı Kart» kartı, 1 manat pul, həmin şalvarın sağ yan cibindən 01 ədəd şəffaf bükümdə qəhvəyi rəngli, toz halında spesifik iyə malik olan maddəni təqdim etmiş, həmin bükümdəkinin «kakos» kimi tanıdığı narkotik maddələr olmasını, xx.xx.2023-cü il tarixdə İlkin adlı tanışından şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir (iş vərəqə: cild İ, səh.61-62). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan, «videogörüntüyə baxış keçirilməsi haqqında» 05 aprel 2023-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Nizami RPİ-nin 24-cü PŞ-nin baş təhqiqatçısı, polis mayoru Nəriman Əzizov tərəfindən barəsində şəxsi axtarış və götürmə aparılan Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya varsa təqdim etməsi təklif edilir, Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkcənin sol yan cibindən 01 ədəd qara rəngli korpusu olan **********107901 imei kodlu «Nokia C3» markalı mobil telefonu, həmin gödəkcənin sağ yan cibindən 01 ədəd «Bakı Kart» nəqliyyat kartını, əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd kibrit qutusunu, həmin qşalvarın sol yan cibindən 01 ədəd 5 manatlıq, 03 ədəd 1 manatlıq pul əskinasları olmaqla ümumilikdə 8 manat pulu təhqiqata təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi kibrit qutusuna baxış zamanı həmin kibrit qutusundan 01 ədəd şəffaf bükümdə ağ rəngli, kristal halında spesifik iyə malik olan maddə, 03 ədəd şəffaf bükümdə qəhvəyi rəngli toz halında spesifik iyə malik olan maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bir ədəd bükümdəkinin «patı» kimi tanıdığı maddə, 03 ədəd bükümdə isə «kakos» kimi tanıdığı narkotik maddələr olmasını bildirmişdir. Aşkar olunmuş 04 ədəd büküm qablaşdırılaraq götürülmüş, üzərindən aşkar edilmiş mobil telefon aparatı götürülmüş, 8 manat pul və 1 ədəd «Bakı Kart» Təqsirləndirilən şəxs qaytarılmışdır (iş vərəqə: cild İ, səh.164). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan, məhkəmə-kimyəvi ekspertizasının 01 mart 2023-cü il tarixli, 6/1221 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №164» dairəvi möhür əksi olan, «Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə…» sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,623 qram, 0,513 qram, 0,329 qram ümumi təmiz çəkisi 1,465 qram olan qəhvəyi rəngli maddə kütləsi xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd bükümdə təmiz çəkisi 0,196 qram olan ağ rəngli kristallik formada maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu itlə təsdiq edilmiş «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına daxildir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu itlə təsdiq edilmiş «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına daxildir (iş vərəqə: cild İ, səh.67-72). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan, məhkəmə-kimyəvi ekspertizasının 01 mart 2023-cü il tarixli, 6/1220 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №164» dairəvi möhür əksi olan, «Şahid1 üzərindən aşkar edilmiş maddə…» sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 01 ədəd bükümdə təmiz çəkisi 0,219 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Şahid1 aşkar olunmuş heroin kütləsi ilə Təqsirləndirilən şəxs aşkar olunmuş heroin kütləsi ilə (maddə barədə xx.xx.2023-cü il tarixli 1221 saylı ekspert rəyi verilmişdir) kimyəvi komponent tərkiblərinə görə bir-biri ilə eynilik təşkir edirlər. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu itlə təsdiq edilmiş «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına daxildir (iş vərəqə: cild İ, səh.73-75). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan, məhkəmə-narkoloji ekspertizasının 12 may 2023-cü il tarixli, 2861 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: cild İ, səh.198-199). Cinayət işinin ibtidai istintaqı zamanı iş üzrə götürülmüş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş təmiz çəkisi 1,465 qram olan narkotik vasitə heroin və təmiz çəkisi 0,196 qram olan psixotrop maddə metamfetamin, 1 ədəd qara rəngli korpusu olan **********107901 imei kodlu «Nokia C3» markalı mobil telefon aparatı iş üzrə maddi sübut kimi tanınmış, tədqiqatlar keçirildikdən sonra qalıq çəkisi 1,315 qram narkotik vasitə heroin, 0,146 qram psixotrop maddə metamfetamin və 1 ədəd qara rəngli korpusu olan **********107901 imei kodlu «Nokia C3» markalı mobil telefon aparatı saxlanması üçün Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir (iş vərəqə: cild İ, səh.213-223). Həmçinin məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs heroin narkotik vasitəsi və metamfetamin psixotrop maddəsi aşkar edilib götürülməsi prosesinin videogörüntülərinin yükləndiyi bir ədəd CD formatlı disk iş üzrə maddi sübüt kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur (iş vərəqə: cild İ, səh.213-223). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, ********* nömrəli cinayət işindən “Tofiq” adlı şəxs barəsində ayrıca icraatda ********* nömrəli cinayət işi ayrılmışdır (iş vərəqə: cild İ, səh.303-304). Məhkəmə təqsirləndirilən şəxsin əməllərinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin və «metafetamin» psixotrop maddəsinin hər birinin ayrılıqda şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş heroin narkotik vasitəsinin, həmçinin metamfetamin psixotrop maddəsinin çəkiləri «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»ya əsasən külli miqdar hədlərində deyildir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş heroin narkotik vasitəsinin, həmçinin metamfetamin psixotrop maddəsinin külli miqdar təşkil etməməsinə baxmayaraq, həm narkotik vasitələrin və həm də psixotrop maddənin çəkilib ayrı-ayrı bükümlərdə qablaşdırılması, aşkar edilib götürülmüş predmetlərin müxtəlif növlərdə olması, onun istehlakçı Şahid1 ilə əvvəlcədən razılıq əldə edib həmin narkotik vasitədən 01 ədəd bükümdə bükümdə təmiz çəkisi 0,219 qram Şahid1 satması, Təqsirləndirilən şəxs əməlini məhkəməyədək icraat mərhələsində etiraf etməsi, şahid ifadələri, üzləşmədə dindirmələr və işin ayrı-ayrı halları təqsirləndirilən şəxsin həm heroin, həm də metamfetamin psixotrop maddəsini satış məqsədilə qanunsuz olaraq əldə etməsinə, saxlamasına və daşımasına dəlalət edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclaslarında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib saxlaması və daşıması, yəni Azərbaycan Respublikasının CM-nin 234.4.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməsi məhkəmə baxışı nəticəsində təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır və ona görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin həmin maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı qeyri-etirafedici ifadələrini, onun üzərində olan narkotik vasitə və psixotrop maddəni satış məqsədilə deyil, şəxsi istifadə məqsədilə ilə əldə edib saxlaması, etirafedici ifadələr verməyə məcbur edilməsi ilə əlaqədar göstərdiklərini onun ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin əməliyyat-sorğu arayışından, müvafiq məhkəmə hökmündən və qərarından görünür ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs əvvəllər Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 mart 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.2 və 178.2.2-ci maddələri ilə təqsirli bilinib 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 aprel 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2 və 178.2.2-ci maddələri ilə təqsirli bilinib barəsində Cinayət Məcəlləsinin 66.2, 69.3 və 66.5-ci maddələri tətbiq edilməklə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 08 iyul 2022-ci il tarixli qərarına əsasən hökmlə təyin edilmiş 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 01 il 01 ay 05 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmişdir (iş vərəqə: cild İ, səh.153-154; 175- 188; iş materialları). Hazırkı işə məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 10 aprel 2019-cu il tarixli hökmü üzrə olan məhkumluğu ödənilməmiş və götürülməmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.4-cü maddələrinin tələbinə görə məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə nəzərədə tutulan cinayət əməlini törətməsi Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 10 aprel 2019-cu il tarixli hökmü üzrə təyin edilmiş 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 01 il 01 ay 05 gün hissəsindən Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 08 iyul 2022-ci il tarixli qərarına əsasən şərti olaraq vaxtından əvvəl azad edildiyi dövrə - 28 fevral 2023-cü il tarixə təsadüf etmişdir. Təqsirləndirilən şəxs ödənilməmiş məhkumluğu və bu məhkumluğun doğuracağı hüquqi nəticələrlə bağlı məhkəmə qeyd edir ki, onun Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 10 aprel 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 178.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum olunduğu əməl qəsdən törədilən və hökmün çıxarıldığı tarixdə qüvvədə olan Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə əsasən təsnifatına görə az ağır cinayətlər kateqoriyasına aid olmuşdur və həmin hökmlə Təqsirləndirilən şəxs az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli əvvəllər az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxs kimi Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinin tələblərinə əsasən cinayətlərin residivini yaradır. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən cinayət törətdikdə, cinayətlərin residivi sayılır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir, lakin əməlinin cinayətlərin residivini yaratması Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun barəsində cəzanı ağırlaşdıran hallar qismində nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 aprel 2019-cu il tarixli hökmü üzrə təyin olunan cəzadan vaxtından əvvəl şərti azad olunması və yeni cinayəti şərti məhkum etmə dövründə törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsinin sanksiyası daxilində, cinayətlərin residivinə görə cəza təyin etmənin prinsiplərinə əməl olunmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli, şəxsiyyətinə uyğun cəza təyin olunmalı, həmçinin Azərbaycan Respublikası CMnin 76.6.3-cü maddəsi tətbiq olunmaqla Binəqədi Rayon Məhkəməsinin 10 aprel 2019-cu il tarixli hökmünə əsasən ona təyin olunan azadlıqdan məhrum etmə cəzasının Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qərarına əsasən çəkilməmiş 01 il 01 ay 05 gün hissəsindən vaxtından əvvəl şərti azad etmə ləğv edilməli və Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yeni hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 aprel 2019-cu il tarixli hökmünə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi qismən birləşdirilməli və cəza çəkməsi üçün Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Həmin Məcəllənin 76.6 və 76.6.3-cü maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 12 may 2023-cü il tarixli, 2861 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunmaması və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmaması nəzərə alınmalı, onun barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməməli, lakin Təqsirləndirilən şəxs rəyin nəticələrinə uyğun olaraq ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını, onun əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkməsini, əməlinin cinayətlərin residivini yaratmasını qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün – ciddi rejimli cəzaçəkmə müəssisələri təyin olunur. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edərkən müəyyən olundu ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 28 fevral 2023-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 02 mart 2023-cü il tarixdə barəsində müvafiq məhkəmə qərarına əsasən “həbs” qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 28 fevral 2023-cü il tarixdən hesablanmış və bundan sonra o, məhkəmə hökmü çıxarılanadək qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəlinin onun şübhəli şəxs qismində tutulduğu 28 fevral 2023-ci il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 28 fevral 2023-cü il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: -Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin müvəqqəti saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 1,315 qram təşkil edən heroin narkotik vasitəsi və qalıq çəkisi 0,146 qram təşkil edən metamfetamin psixotrop maddəsi məhv edilməli; - Təqsirləndirilən şəxs məxsus 1 ədəd qara rəngli korpusu olan, **********107901 imei kodlu, «Nokia C3» markalı mobil telefon aparatı Təqsirləndirilən şəxs özünə qaytarılması üçün onun yaxın qohumlarına təhvil verilməli; - Təqsirləndirilən şəxs heroin narkotik vasitəsi və metamfetamin psixotrop maddəsi aşkar edilib götürülməsi prosesinin videogörüntülərinin yükləndiyi bir ədəd CD formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə 80,0 (səksən) manat məbləğində ekspertiza xərci mövcuddur ki, həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 10 aprel 2019-cu il tarixli hökmü üzrə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 178.2.2-ci maddələri ilə təqsirli bilinib barəsində Cinayət Məcəlləsinin 66.2, 69.3 və 66.5-ci maddələri tətbiq edilməklə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 08 iyul 2022-ci il tarixli qərarına əsasən hökmlə təyin edilmiş 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 01 (bir) il 01 (bir) ay 05 (beş) gün hissəsindən Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 08 iyul 2022ci il tarixli qərarına əsasən şərti olaraq vaxtından əvvəl azad edilməsi Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən ləğv edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yeni hökmlə təyin olunan 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 10 aprel 2019-cu il tarixli hökmü ilə təyin edilmiş 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 01 (bir) il 01 (bir) ay 05 (beş) gün hissəsi qismən birləşdirilsin və ona qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli baxılan iş üzrə şübhəli şəxs qismində tutulduğu 28 fevral 2023-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilməsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: -Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 1,315 qram təşkil edən heroin narkotik vasitəsi və qalıq çəkisi 0,146 qram təşkil edən metamfetamin psixotrop maddəsi məhv edilsin; - Təqsirləndirilən şəxs məxsus 1 ədəd qara rəngli korpusu olan, **********107901 imei kodlu, «Nokia C3» markalı mobil telefon aparatı Təqsirləndirilən şəxs özünə qaytarılması üçün onun yaxın qohumlarına təhvil verilsin; - Təqsirləndirilən şəxs heroin narkotik vasitəsi və metamfetamin psixotrop maddəsi aşkar edilib götürülməsi prosesinin videogörüntülərinin yükləndiyi bir ədəd CD formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfləri – 80,0 (səksən) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-2049/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2049/2023
01.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver