Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-205/2021 27.09.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Mikayılov Eldar Əli oğlu və Hacıyev Siyavuş Həbib oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1957-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmuş, işləməyən, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 160, mənzil 19-da qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 36, mənzil 36-da yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2 və 32.4, 312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını vahid niyyətlə ələ keçirərək külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətinin) icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə digər şəxsi təhrik etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakım vahid niyyətlə külli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə ələ keçirmək məqsədilə Salyan rayon polis şöbəsinin təhqiqat qrupunun təhqiqatçısı vəzifəsində işləyən, polis mayoru Şahid2 xahişi ilə cinayətdən xəbərsiz olan ortaq tanışları Şahid3 2015-ci ilin yanvar ayında sonuncuya Şahid2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında" Əsasnamənin tələblərinə zidd olaraq imtahandan kənar Azərbaycan Respublikası Prokurorluq orqanlarına qəbul etdirilməsinə köməklik göstərmək imkanına malik olmasını yalandan bildirib özünün cinayətkar niyyətindən xəbərsiz olan Şahid3 vasitəsilə Şahid2 aldadaraq özünə inam yaradıb sonuncunun əmlakını ələ keçirtmək məqsədi ilə özü barəsində yaratdığı inam və etibardan sui-istifadə edib qeyd edilən məsələnin müsbət həlli üçün Azərbaycan Respublikasının Baş prokurorluğunda işləyən səlahiyyətli vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətinin) icrası ilə əlaqədar Şahid2 xeyrinə edəcəyi qanunsuz hərəkətə, yəni, həmin Əsasnamənin tələblərinə zidd olaraq prokurorluq orqanlarına işə qəbul ixtisas imtahanları (test imtahanı və yazılı imtahan) və müsahibə aparılmaqla aşkarlıq şəraitində beynəlxalq tələblərə uyğun müsabiqə əsasında həyala keçirildiyi halda imtahan vermədən və ya müsabiqədən kənar prokurorluğa qəbul edilməsi üçün 100.000 manat pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını yalandan bildirib, Şahid2 razılığını almaqla onunla sövdələşib həmin adla 2015-ci ilin yanvar ayının istintaqla müəyyən edilməyən günündə tanışı cinayətdən xəbərsiz olan Şahid3 vasitəsilə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən Mərkəzi parkda Şahid2 götürülmüş sonuncuya məxsus 25000 manat pulu Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən «Qələbə» dairəsinin yaxınlığındakı «Baku Mall» adlanan ticarət mərkəzində, eyni niyyətlə, 2015-ci ilin fevral ayı ərzində istintaqla müəyyən edilməyən günlərdə tanışı cinayətdən xəbərsiz olan Şahid3 vasitəsilə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən Mərkəzi parkda Şahid2 götürülmüş sonuncuya məxsus 25000 manat pulu Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən «Qələbə» dairəsinin yaxınlığındakı «Baku Mall» adlanan ticarət mərkəzində, eyni niyyətlə, 2015-ci ilin may ayının istintaqla müəyyən edilməyən günündə şəxsən Şahid2 özündən şəxsən 15000 manat pulu Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən «Qələbə» dairəsinin yaxınlığındakı «Baku Mall» adlanan ticarət mərkəzində, eyni niyyətlə, 2015-ci ilin iyul ayının istintaqla müəyyən edilməyən günündə şəxsən Şahid2 özündən 15000 manat pulu Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən «Qələbə» dairəsinin yaxınlığındakı «Baku Mall» adlanan ticarət mərkəzində və sonuncu dəfə eyni niyyətlə 2015-ci ilin dekabr ayının istintaqla müəyyən edilməyən günündə şəxsən Şahid2 özündən 25000 manat pulu Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən «Qələbə» dairəsinin yaxınlığındakı «Baku Mall» adlanan ticarət mərkəzində, ümumilikdə 2015-ci ilin yanvar ayının istintaqla müəyyən edilməyən günündən 2015-cı ilin dekabr ayının istintaqla məlum olmayan gününə kimi olan müddət ərzində cəmi 105.000 manat məbləğində Şahid2 məxsus əmlakı külli miqdarda pul vəsaitini ələ keçirərək şəxsi ehtiyaclarına sərf etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda ziyan vurmaqla əmlakını dələduzluq yolu ilə ələ keçirmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətinin icrası ilə əlaqədar Şahid2 xeyrinə edəcəyi qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pııl vəsaitinin rüşvət qismində verilməsinə Şahid2 təhrik etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Şahid1 2015ci ilin yanvar ayından tanışı Şahid3 vasitəsilə tanımışdır. Şahid3lə isə 2012-ci ildə iş yoldaşı Azərin vasitəsi ilə tanış olmuşdur. 2015-ci il yanvar ayında Şahid3 Şahid1 keçmiş iş yoldaşı, hazırda Salyan RPŞ-nin təhqiqat qrupunun təhqiqatçısı vəzifəsində işləyən polis mayoru Şahid2 Azərbaycan Respublikası Daxili İşlər orqanlarından Azərbaycan Respublikasının Prokurorluq orqanlarına köçürmə vasitəsilə işə qəbul etdirmək üçün ona köməklik etməyi xahiş etmişdir. O fikrində tutmuşdur ki, həmin vaxt tanışı və elmi rəhbəri olmuş Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının o vaxtkı sədri vəzifəsində işləmiş (2015-ci ildə vəfat edibdir) X1 ilə danışıb sonuncunun vasitəsi ilə Zaura köməklik edər. Lakin həmin dövrlər Fikrət müəllim səhhəti ilə bağlı problemlər yaşadığından onunla söhbət etməyə imkan tapmamışdır. O həmin vaxta kimi bu və buna oxşar işlər ilə bağlı Fikrət müəllimə heç vaxt müraciət etməmişdir. O heç kimlə məsləhətləşmədən özü müstəqil olaraq qərar vermişdir ki, bu işə görə Şahid2 100000 manat alsın, sonra Fikrət müəllimə bu barədə fürsət tapan kimi söhbət edər. O Şahid3lə görüşərək Zauru prokurorluq orqanlarına işə qəbul etmək üçün 100000 manat lazım olacağını demişdir. Aydın onlarla pul mövzusunda danışdıqdan sonra deyilən məbləğlə razılaşdıqlarını, bir neçə günə ona həmin pulu çatdıracaqlarını demişdir. Bundan sonra, 2015-ci ilin yanvar ayının ortalarında Aydın ona Bakı şəhəri, Yasamal rayonu ərazisində “Qələbə” dairəsinin yaxınlığındakı «Baku Mall» adlanan ticarət mərkəzinin içində ona ilkin olaraq Zaurdan həmin iş üçün aldığı 25.000 manat pulu verərək yerdə qalan pulu yaxın müddət ərzində verəcəyini demişdir. Təxminən 20 gündən sonra, yəni 2015-ci ilin fevral ayı ərzində Şahid3 Zaurdan aldığı bir dəfə 15.000 manat, növbəti dəfə isə 10.000 manat, ümumlikdə aldığı 25.000 manat pulu elə pulu aldığı gündə Bakı şəhəri, Yasamal rayonu ərazisində “Qələbə” dairəsinin yaxınlığındakı «Baku Mall» adlanan ticarət mərkəzində ona vermişdir. Aydın ona sonuncu dəfə 10.000 manat pulu verdikdən sonra Şahid2 sözlərinə görə sonuncunun 100.000 manata gücü çatmadığını, verdiyi 50.000 manatdan əlavə 15.000 manat da verə biləcəyini bildirmiş, 65.000 manata işini həll etməsini xahiş etmişdir. 2015-ci ilin may ayında Şahid2, Şahid1 və Şahid3lə həmin ticarət mərkəzində görüşərək qalıq qalan 15.000 manat pulu onların iştirakı ilə Zaurdan götürmüşdür. Şahid2 15.000 manat pulu götürdükdən sonra ona işinin 5-6 ay müddətində həll olunacağını və xəbər gözləməsini demişdir. O ümid etmişdir ki, yaxın günlərdə Fikrət müəllimlə bu barədə görüşüb söhbət edər və sonuncunun bu işdə kömək edəcəyini hesab etmişdir, onun ümumiyyətlə Fikrət İsmayılovla bu iş barədə söhbət etmək fürsəti olmamış, 2015-ci ildə Fikrət İsmayılov ağır xəstəlik səbəbindən vəfat etmişdir. O istər Aydına, istər Zaura, istərsə də Vidadiyə işi kimin vasitəsi ilə həll edəcəyini deməmişdir. Fikrət İsmayılovun vəfatını eşitdikdən sonra Zaurun pulunu qaytarmaq istəmiş, lakin Zaur razılaşmamış, işlərinin həll olunmasını istəmişdir. Onun bu işə görə kimdənsə kömək istəmək şansı olmamış, çünki bu işi həll edə biləcək şəxs tapa bilməmişdir. Buna görə də əlacsız qalıb pulu bir müddət özündə saxlayası olmuşdur. Bir müddət sonra o israr edərək Şahid2la həmin ticarət mərkəzində görüşərək inadkarlıq etsə belə, pulu yəni, bu işə görə götürdüyü 65.000 manatı sonuncuya qaytarmışdır. Zaura pulu qaytararkən yanlarında heç kim olmamış, Zaur pulu ondan aldıqdan sonra bıı barədə Vidadiyə, ümumiyyətlə heç kimə heç nə deməməyi xahiş etmişdir. Təxminən, 2016-cı ilin avqust ayında artıq aralarında dostluq münasibəti yaranmış Zaurdan qızının toyu üçün 15.000 ABŞ dolları borc pul almış, pulu yaxın 1 ay ərzində ona geri qaytaracağını vəd versə də, deyilən vaxtda qaytara bilməmişdir. 2019-cu ilin mart ayının 29-da Yasamal rayonu ərazisində həmin ticarət mərkəzinin qarşısında 12.000 manat pulu, 2019-cu ilin noyabr ayında 3.500 ABŞ dolları pulu yenə də həmin ticarət mərkəzində tək Zaurla görüşərək sonuncuya olan borcundan qaytarmışdır. Zaurdan aldığı 15.000 ABŞ dolları puldan 4.500 ABŞ dolları pul borcu qalmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 2003-cü ildən Azərbaycan Respublikasının Daxili İşlər orqanlarında polis nəfəri kimi xidmətə başlamış, 2004-cü ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasına daxil olaraq 2009-cu ildə Polis Akademiyasını fərqlənmə diplomu ilə bitirmiş, həmin vaxtdan hazırkı vaxta kimi Salyan RPŞ-nin təhqiqat qrupunun təhqiqatçısı vəzifəsində işləyir, polis mayoru rütbəsindədir. 2014-cü ildə prokurorluğa işə qəbulla bağlı X6 tərəfindən keçirilən test imtahanında iştirak edərək 59 bal toplamış, lakin keçid balı 70 olduğundan növbəti mərhələyə keçə bilməmişdir. Hüquq mühafizə orqanlarında xidmətə başlamamışdan əvvəl həvəsi prokurorluq orqanlarında işləmək olmuş, lakin imtahandan keçid balını toplaya bilmədiyi üçün prokurorluqda işləmək qismət olmamışdır. Daxili işlər orqanlarından köçürmə yolu ilə prokurorluğa işə qəbulun mümkün olduğunu eşidib bu vasitə ilə prokurorluğa işə qəbul olunmaq istəyi olmuş, ən əsas da prokurorluğa imtahan yolu ilə qəbulun son yaş həddi keçdiyi üçün yalnız köçürülmə yolu ilə prokurorluğa işə qəbul oluna bilərdi. Keçmiş polis əməkdaşı, hazırda təqaüddə olan uzaq qohumu, əvvəllər Salyan RPŞ-də birgə işlədiyi Şahid1 də onun bu istəyindən xəbərdar olmuş və o da söz vermişdir ki, maraqlanıb elə bir şans düşən kimi ona təklif edəcəkdir. 2015-ci ilin yanvar ayında Vidadinin dostu Şahid3lə tanış olarkən Vidadi ona Aydının Təqsirləndirilən şəxs adında tanışı olduğunu, sonuncunun deməsinə görə həmin xanımın yuxan instansiyalarda çalışan vəzifəli şəxslərlə yaxın əlaqələrinin olduğunu demiş və ümid etmişdir ki, həmin xanım Azərbaycan Respublikası Daxili İşlər orqanlarından Azərbaycan Respublikası Prokurorluq orqanlarına köçürmə vasitəsi ilə qəbul etdirməyə ona köməklik edə bilər. O da Aydından öz işi ilə əlaqədar həmin xanımla bu mövzuda söhbət etməsini, Afət xanımın ona köməklik edə bilib-bilməməsini soruşmasını xahiş etmişdir. Aydın da bu barədə söhbət edib nəticəsi barədə ona məlumat verəcəyini demişdir. Bir müddət sonra Aydın Vidadi ilə əlaqə saxlayıb bu mövzuda Afətlə söhbət etdiyini və sonuncunun ona köməklik edə biləcəyini demişdir. X8 sözlərinə görə onun prokurorluq orqanlarına köçürülməsi üçün 1(30000 manat lazım olduğunu bildirmişdir. O bu barədə Vidadi ilə söhbət edərkən həmin məbləğlə razılaşdığını, lakin həmin pulu tədricən verəcəyini demişdir. 2015-ci ilin yanvar ayının ortalarında ilkin olaraq Vidadinin iştirakı ilə Afətə çatdırmaq üçün Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən köhnə «Sovctski» məhəlləsində tikilmiş X7 görüşüb 25000 manat pulu ona vermiş, o da elə həmin gün Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən "Qələbə" dairəsinin yaxınlığındakı «Baku Mall» adlanan ticarət mərkəzinin içində Afətlə görüşüb 25000 manat pulu ona vermişdir. Aydın ona və Vidadiyə təklif etmişdir ki, onlar özləri aparıb pulu Afətə versinlər, lakin Aydına böyük etibar olduğu üçün ehtiyac bilməmişlər. Təxminən, 20 gündən sonra, yəni 2015-ci ilin fevral ayı ərzində Aydın Vidadinin yanında ondan Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən köhnə «Sovetski» məhəlləsində tikilmiş Mərkəzi Parkda iki dəfəyə aldığı ümumilikdə 25000 manat pulu yenidən yuxarıda adını çəkdiyi məkanda Afətlə iki dəfəyə görüşüb 25000 manat pulu sonuncuya vermişdir. Təxminən 2 ay sonra, yəni 2015-ci ilin may ayında o, Vidadi, Şahid3 və Afətlə həmin ticarət mərkəzində görüşərək 15.000 manat pulu o cibindən çıxardıb onların yanında Afətə vermişdir. Elə oradaca bildirmişdir ki, bundan artıq pul verməyə gücü çatmır. Afət ondan 15.000 manat pulu götürdükdən sonra ona işinin 5-6 ay müddətində həll olunacağını və ondan xəbər gözləməklərini demişdir. Sonuncu görüşlərindən xeyli müddət keçsə də, işi ilə bağlı heç bir xəbər çıxmamış, Afətlə əlaqə saxlayıb işi ilə bağlı maraqlananda sonuncu hər dəfə sənədlərinin tam qaydasında olmadığı üçün işinin uzandığını bildirmişdir. 2015-ci ilin iyul ayında Afət ona zəng edərək işinin baş tutması üçün ondan verdiyi puldan əlavə 15000 manat da yenidən pul istəmişdir. 2015-ci ilin iyul ayında hər dəfə olduğu kimi yenə də onunla Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən "Qələbə" dairəsinin yaxınlığındakı «Baku Mall» adlanan ticarət mərkəzinin içində Afətlə görüşüb 15000 manat pulu ona vermiş, pulu ona verərkən yanlarında heç kim olmamış, pulu ona verməyini nə Vidadiyə, nə də ki Aydına demişdir. O artıq Afətlə kiminsə vasitəsi ilə yox, özü şəxsən əlaqə saxlamağa başlamışdır. 2015-ci ilin dekabr ayında Afət yenə də bildirmişdir ki, 80.000 manata onun işi alınmır, 105.000 manat pul verilməlidir, həmin puldan 5.000 manat da onun özünə çatacaqdır. Bir sözlə 2015-ci ilin dekabr ayında 105.000 manatı düzəltmək üçün 25.000 manat düzəldib yuxarıda qeyd olunmuş ticarət mərkəzində Afətlə ikilikdə görüşüb ona vermişdir. Təxminən 3 il əvvəl Afət ondan 30.000 ABŞ dolları borc pul götürmüş, həmin puldan ona 1.500 ABŞ dolları qaytarıbdır. Lakin o Azərbaycan Respublikası Daxili İşlər orqanlarından Azərbaycan Respublikası Prokurorluq orqanlarına köçürmə vasitəsi ilə qəbul olunmaq üçün ona 105.000 manat pul vermiş, həmin puldan ona heç nə qaytarmayıbdır. Aləti həqiqətən də əvvəllər həddindən artıq hörmətli bir xanım kimi tanımış, Afətə qarşı yaranmış inama görə borca 30.000 ABŞ dolları məbləğində pul vermişdir. Şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, onun iştirakı ilə 2015-ci ilin yanvar və fevral aylarında Şahid2 Daxili İşlər orqanlarından Prokurorluq orqanlarına köçürülmə yolu ilə qəbul etdirəcəyi məqsədi ilə Təqsirləndirilən şəxs çatdırmaq üçün Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən köhnə «Sovetski» məhəlləsində tikilmiş Mərkəzi Parkda dostu Aydına Zaurun özü tərəfindən onun Daxili İşlər orqanlarından Prokurorluq orqanlarına köçürülmə yolu ilə qəbul etdirəcəyi məqsədi ilə 50.000 manat pulu verilmişdir. 2015-ci ilin may ayında isə onun və dostu Aydının iştirakı ilə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən '‘Qələbə" dairəsinin yaxınlığındakı «Bakı Mall» adlanan ticarət mərkəzinin içində Afətə 15.000 manat pul verilmişdir. Afət özünü onlara hansısa orqanın əməkdaşı kimi təqdim etməmiş, sadəcə onun Milli Məclisdə və Prezident Aparatında işləyən tanışlarının olduğunu, Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevə və Baş Prokurorun sabiq müavini Rüstəm Usubova yaxın olan insanlarla əlaqəsi olduğunu, zərurət yarandığı halda həmin şəxslərə şəxsi işlə bağlı tanışlarının vasitəsi ilə müraciət edə biləcəyini demişdir. Təqsirləndirilən şəxs konkret olaraq kimin vasitəsi ilə X10 orqanlarından Prokurorluq orqanlarına köçürülmə yolu ilə qəbul etdirəcəyini, həmin işə görə aldığı pulu konkret olaraq kimə verməsi barədə bir söz deməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, əvvəllər Sabirabad rayonunda yerləşən Bulaqlı kənd orta məktəbində tarix fənni üzrə müəllim işləmişdir, 2009-cu ildən təqaüddədir. Təqsirləndirilən şəxs təxminən 2012-ci ildən tanıyır, həmin vaxt Afət Azərbaycan Milli X2 İnstitutunda elmi işçi işləmişdir. Yaxın dostu Azər vasitəsi ilə Afətlə tanış olmuş, belə ki, Azərlə Afət eyni şöbədə işləmişlər. Onun Afətlə münasibəti çox yaxşı olmuş, onu savadlı, dünyagörmüş və ziyalı insan kimi tanımışdır. Azərin özündən bir neçə dəfə eşitmişdir ki. Afətin yuxarı instansiyalarda çalışan vəzifəli şəxslərlə əlaqələri və çox geniş ətrafı var. Şahid1 onun yaxın dostudur, onunla 15 ildir ki, dostluq edir. 2015-ci ilin yanvar ayında Şahid1 onunla Salyan RPŞ- də birlikdə işləmiş, həmin vaxt Salyan RPŞ-nin təhqiqat qrupunda təhqiqatçı vəzifəsində işləyən, polis mayoru Şahid2 daxili işlər orqanlarından prokurorluq orqanlarına köçürmə yolu ilə düzəltmək istədiyini və ona bu barədə köməklik lazım olduğunu bildirmişdir. O Vidadiyə əvvəllər də bir neçə dəfə Alət haqqında danışmış. Afət barədə Vidadidə yaxşı fikir formalaşmış, ona görə də ondan xahiş etmişdir ki, qeyd olunan məsələ ilə bağlı Afətə müraciət etsin. O, Vidadinin xahişini yerə salmayıb qeyd olunan məsələ ilə bağlı Afətlə söhbət etmiş, sonuncu bu barədə maraqlanıb ona xəbər edəcəyini demişdir. Bir neçə gün sonra Afətin təşəbbüsü ilə sonuncu ilə görüşmüş, sonuncu söhbət zamanı Zaurun prokurorluq orqanlarına köçürülmə yolu ilə qəbul olması üçün 100.000 manat lazım olduğunu bildirmişdir. O bu barədə Vidadi ilə danışarkən Zaurla bu barədə söhbət edəcəyini və nəticəsi barədə ona məlumat verəcəyini demiş, bir müddət sonra Vidadi ona zəng edərək məbləğlə razılaşdıqlarını, lakin həmin pulu tədricən verəcəyini demişdir. 2015-ci ilin yanvar ayının ortalarında ilkin olaraq Zaur və Vidadi ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən köhnə «Sovetski» məhəlləsində tikilmiş Mərkəzi Parkda görüşüb Zaur Afətə çatdırmaq üçün Vidadinin yanında 25.000 manat pulu ona vermiş, o da elə həmin gün Bakı şəhəri, Yasamal rayonu ərazisində “Qələbə" dairəsinin yaxınlığındakı «Baku Mall» adlanan ticarət mərkəzinin içində Afətlə görüşüb 25.000 manat pulu sonuncuya verərək yerdə qalan pulu yaxın müddət ərzində verəcəyini demişdir. Həmin ərəfədə o Zaurla Vidadiyə dəfələrlə özlərinin Afətlə tanış olmağı təklif etsə də, onlar razılaşmamışlar, bir müddət sonra tanış olacaqlarını demişlər. Təxminən 20 gündən sonra, yəni, 2015-ci ilin fevral ayı ərzində Zaurdan iki dəfəyə aldığı ümumilikdə 25.000 manat pulu yenidən yuxarıda adı qeyd olunan ticarət mərkəzində Afətlə iki dəfəyə görüşüb ümumilikdə 25.000 manat pulu ona vermişdir. Hər dəfə Afətə pulu verərkən yanlarında heç kim olmamışdır. Afət bir dəfə də olsun bu işi kimin vasitəsi ilə edəcəyini deməmişdir. 2015-ci ilin təxminən may ayında Şahid2, Şahid1 və Afətlə həmin ticarət mərkəzində görüşərək 15.000 manat pulu Zaur cibindən çıxardıb Afətə vermişdir. Elə oradaca Zaur bildirmişdir ki, bundan artıq pul verməyə gücü çatmır. Afət Şahid2 15.000 manat pulu götürdükdən sonra ona işinin 5-6 ay müddətində həll olunacağını və ondan xəbər gözləməklərini demişdir. Afət Zauru işini həll edəcəyinə əmin etsə də, verdiyi vədə əməl etməmişdir. Cinayət işinin 1-ci cildinin 121-124-cü vərəqlərində olan protokoldan görünür ki, ibtidai istintaq zamanı ifadələri arasında ziddiyyətlər olduğu üçün Təqsirləndirilən şəxs ilə Şahid2 arasında aparılmış üzləşmə zamanı sonuncu ifadəsində göstərdiyi xüsıısatları, yəni 2015-ci il ərzində Azərbaycan Respublikası Daxili İşlər orqanlarından Azərbaycan Respublikasının Prokurorluq orqanlarına köçürmə vasitəsilə işə qəbul etdirmək üçün 105.000 manat almasını və bu günə kimi qaytarmadığını onun üzünə qarşı bildirməklə bir daha ifadəsini təsdiq etmişdir. Təqsirləndirilən şəxs ifadəsində Şahid2 105.000 manat yox, 65.000 manat pul almaqla həmin pulu qaytardığını göstərsə də, məhkəmə istintaqı zamanı həmin fakt iş üzrə əldə edilmiş sübutlarla və işin faktiki halları ilə öz təsdiqini tapmadığı üçün özünü müdafiə kimi qiymətləndirilir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 36-cı bəndində göstərilir ki, şəxs, o cümlədən müvafiq səlahiyyətləri olmayan vəzifəli şəxs rüşvətxorluqda vasitəçilik etmək adı altında hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsinə görə səlahiyyətli vəzifəli şəxsə vermək adı ilə digər şəxsi rüşvət verməyə təhrik etdikdə və vədinə əməl etmək niyyətində olmayaraq pul və ya sair nemətləri ondan alıb ələ keçirdikdə onun əməli həm dələduzluq (CM-nin 178-ci maddəsi), həm də rüşvət verməyə təhrik etmə (CM-nin 32.4,312-ci maddələri) kimi qiymətləndirilir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmiş və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 32.4,312.2-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddələr ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 1-ci cildinin 104, 82-94-cü vərəqlərində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən və Bakı şəhəri Xətai rayon məhkəməsinin 11 aprel 2019-cu il tarixli hökmündən görünür ki. Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayon məhkəməsinin 11 aprel 2019-cu il tarixli, 1 (011 )-42/2019 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə 01 il 09 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-599/2020 saylı, 10.09.2020-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Xətai rayon məhkəməsinin 11 aprel 2019-cu il tarixli hökmü dəyişdirilərək Təqsirləndirilən şəxs təyin edilmiş 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası dəyişdirilərək 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində 01 il 08 ay 19 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini göstərilən hökmdən əvvəl törətdiyindən cinayətlərin residivi zamanı nəzərə alınmır. Əməlindən səmimi peşman olması Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq hesab edir ki, o, yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Cəza çəkməsinin başlanğıcı 10 sentyabr 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönələnədək dəyişdirilməməli, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə mülki iddia, maddi sübut və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərdiyi hüquqi yardım üzrə vəkil X3 ödənilməli haqq 300 AZN (üç yüz manat) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun nəfinə, məhkəmədə təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi üçün 420 AZN (dörd yüz iyirmi manat) fəaliyyət göstərdiyi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 32.4,312.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-in 178.3.2-ci maddəsi ilə 06 (altı) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzasına, CM-nin 32.4,312,2-ci maddəsi ilə 05 (beş) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 07 (yeddi) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-599/2020 saylı, 10.09.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə təyin edilmiş və çəkilməmiş 01 il 08 ay 19 gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı 10 sentyabr 2020-ci il tarixdən hesablansın, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərdiyi hüquqi yardım üzrə vəkil X3 ödənilməli haqq 300 AZN (üç yüz manat) Bakı şəhəri 11 saylı vəkil bürosunun nəfinə, məhkəmədə təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi üçün 420 AZN (dörd yüz iyirmi manat) fəaliyyət göstərdiyi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov
2. Siyavuş Hacıyev
3. Eldar Mikayılov