Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-205/2023 01.05.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Əhməd Qəhrəman oğlu Quliyevdən və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X4 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı mülki iddiaçı olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və onun nümayəndəsi olan Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Nümayəndə müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə 1984-cü il iyunun 19-da Qazaxıstan SSR-in Quryev şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində bir azyaşlı uşağı olan, ali təhsilli, əvvəllər məhkum olunmamış, işləməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2.-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən ittiham irəli sürülmüşdür ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərər çəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə özünü «Azərsun Holdinq» məhdud məsuliyyətli cəmiyyətinin maliyyə idarəsinin rəis müavini, o cümlədən nüfuzlu və işgüzar şəxs kimi təqdim edib həmin müəssisənin rəhbər vəzifəli şəxsi tərəfindən dəftərxana ləvazimatlarının və tikinti materiallarının alqı-satqısı və təchizatının ona həvalə edilməsinə dair tanışı Zərərçəkmiş şəxs həqiqətə uyğun olmayan məlumatlar verməklə guya haqqında bəhs etdiyi işə sərmayə qoyacağı təqdirdə kommersiya işləri görərək qazanc əldə edəcəyinə, dəftərxana ləvazimatlarının alqısatqısına görə qoyduğu pulun müqabilində əldə olunacaq qazancın dörd faizini, ayrıca tikinti materiallarının alqı-satqısına görə isə qoyduğu pulun müqabilində əldə olunacaq qazancın beş faizini ona verəcəyinə, əgər lazım gələrsə, yatırım etdiyi əsas vəsaiti istənilən zaman tam şəkildə geri götürə biləcəyinə dair Zərərçəkmiş şəxs yalan vəd verib aldatmaqla iş görüntüsü yaradaraq inam və etibarını qazanmaq üçün aralarında pul vəsaitinin təyinatı və təhvil-təslimi ilə bağlı formal müqavilələr bağlamış, ayrı-ayrı vaxtlarda vahid niyyətlə əhatə olunan qəsdlə onun həqiqi niyyətindən xəbərsiz olub cinayətə aidiyyəti olmayan qohumu Şahid2 vasitəsi ilə 2014-cü il iyunun 11-də ünvan 3 ünvanının qarşısında Azərbaycan manatının göstərilən dövrə olan məzənnəsi ilə 31.368 manat təşkil edən 40.000 ABŞ dolları, 2014-cü il iyulun 11- də ünvan 4 ünvanında yerləşən Bakı Metropoliteninin «Elmlər Akademiyası» stansiyasının qarşısında Azərbaycan manatının həmin dövrə olan məzənnəsi ilə 31.376 manat təşkil edən 40.000 ABŞ dolları, 2014-cü il iyulun 17- də ünvan 6 ünvanının qarşısında Azərbaycan manatının göstərilən dövrə olan məzənnəsi ilə 54.908 manat təşkil edən 70.000 ABŞ dolları, daha sonra Bakı şəhərinin ərazisində istintaqa dəqiq məlum olmayan ünvanlarda nəticə etibarı ilə 2014-cü il avqustun 18-də Azərbaycan manatının həmin dövrə olan məzənnəsi ilə 39.210 manat təşkil edən 50.000 ABŞ dolları, 2014-cü il noyabrın 15-də Azərbaycan manatının göstərilən dövrə olan məzənnəsi ilə 39.215 manat təşkil edən 50.000 ABŞ dolları, 2014-cü il noyabrın 19-da Azərbaycan manatının həmin dövrə olan məzənnəsi ilə 39.225 manat təşkil edən 50.000 ABŞ dolları, 2015-ci il fevralın 01-də Azərbaycan manatının göstərilən dövrə olan məzənnəsi ilə 78.440 manat təşkil edən 100.000 ABŞ dolları, 2015-ci il iyulun 09-da Azərbaycan manatının həmin dövrə olan məzənnəsi ilə 104.880 manat təşkil edən 100.000 ABŞ dolları, 2015-ci il noyabrın 15-də Azərbaycan manatının göstərilən dövrə olan məzənnəsi ilə 42.024 manat təşkil edən 40.000 ABŞ dolları və 2016-cı il iyunun 15də Azərbaycan manatının həmin dövrə olan məzənnəsi ilə 90.720 manat təşkil edən 60.000 ABŞ dolları məbləğində Zərərçəkmiş şəxs məxsus pul vəsaitini alıb etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmiş, bundan sonra Təqsirləndirilən şəxs vahid cinayətkar niyyətini pərdələməklə ört-basdır edərək sonadək başa çatdırması üçün göstərilən müddət ərzində guya təklif etdiyi birgə kommersiya fəaliyyəti nəticəsində əldə olunan «qazanc»dan payına düşən gəlir adı ilə Zərərçəkmiş şəxs müxtəlif məbləğlərdə pul verib özü barədə sonuncunun nəzərində «etibarlı tərəfdaş» təəssüratı yaratmış, həmin ərəfədə ələ keçirdiyi növbəti fürsətdən öz cinayətkar maraqları naminə sui-istifadə etməklə guya artıq fəaliyyətə başlamış müştərək biznesini əlavə yatırım hesabına genişləndirəcəyinə və daha yüksək gəlir əldə ediləcəyinə dair Zərərçəkmiş şəxs yalan vəd verərkən sonuncunun tərəddüd etdiyini görərək bu məsələdə olan mövqeyini dəyişib qəti razılığına nail olmaq və nəticə etibarı ilə öz cinayət əməllərini davamlı surətdə həyata keçirmək üçün 2016-cı il sentyabrın 17-də 5 saylı Bakı «ASAN xidmət» mərkəzindəki notariat kontorunda Rusiya Federasiyasının vətəndaşı olan anası X6 məxsus ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evinin üzərində sərbəst sərəncam vermək hüququnun hər iki tərəfin tanıdığı Şahid2 etibar edilməsinə dair reyestrdə 7E-31485 nömrəsi ilə qeyd olunan etibarnamənin verilməsini təşkil etdikdən sonra 2016-cı il sentyabrın 21-də Azərbaycan manatının göstərilən dövrə olan məzənnəsi ilə 261.296 manat təşkil edən 160.000 ABŞ dollarını ünvan 9 ünvanının qarşısında onun həqiqi niyyətindən xəbərsiz olmaqla cinayətə aidiyyəti olmayan qohumu Şahid2 vasitəsi ilə almış, bununla da Zərərçəkmiş şəxs məxsus ümumilikdə 760.000 ABŞ dolları məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 812.662 manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.3.2.-ci maddəsi ilə ona elan edilən ittihamda özünü təqsirli bilməyib ifadəsində 2010-cu il fevralın 22-dən 2012-ci il yanvarın 04-dək «Azərsun Holdinq» məhdud məsuliyyətli cəmiyyətinin tərkibində olan «X29» məhdud məsuliyyətli cəmiyyətində mühasib vəzifəsində, 2012-ci il yanvarın 05-dən 2015-ci il fevralın 10-dək «X30» məhdud məsuliyyətli cəmiyyətində, 2015-ci il fevralın 11-dən 2016-cı il martın 03dək «Gümüş Plaza»da mühasib vəzifəsində işlədiyini, 2014-cü ilin may ayında əmisi qızı X16 əri Şahid2 zəng etməklə ümumi tanışları Şahid8 ilə danışdığını, faizə pul lazımdırsa, verə biləcək bir adam olduğunu dedikdə razılaşdığını və Cavanşirin onu Zərərçəkmiş şəxs adlı şəxslə tanış etdiyini, sonuncudan aldığı pul ilə qazanc əldə etmək məqsədi ilə beynəlxalq «Webmoney» proqramı vasitəsi ilə onlayn pul dövriyyəsinə yatırdığını, Bakı şəhəri, «Yeni Bulvar» adlanan ərazidəki «Dalğa Plaza»nın yanında «Coffee Time» kimi fəaliyyət göstərən yer, sonradan yeni iki yer də açdığını, Vasifdən alacağı pul müqabilində sonuncuya hər ayın 15-də aldığı pulun dörd faizini, Cavanşirin və Ülvinin hər birinə 1,33 faizini verəcəyini vəd etdiyini, Cavanşirin vasitəsi ilə 2014-cü il iyunun 11-dən 2016-cı il sentyabrın 21-dək Vasifdən tədricən cəmi 620.000 ABŞ dolları (məzənnə ilə 649.476 manat) alıb ümumilikdə həmin dövrün məzənnəsi ilə 724.074,79 manat təşkil edən 552.418 ABŞ dollarını iki il yarım ərzində faizlə ödəməsini, reallıqda Vasifin ona bundan da az pul verdiyini, çünki sonuncunun hər dəfə borc verdiyi pulun faizini əvvəlcədən götürdüyünü, onun vəd etdiyi aylıq qazanc faizini vaxtında ödəyə bilməkdən ötrü Vasifdən sonrakı müddətdə də pul götürmək məcburiyyətində qaldığını, sonuncunun tələbi ilə guya ona 760.000 ABŞ dolları məbləğində pulun dəftərxana ləvazimatlarının və tikinti materiallarının alqısı üçün hissə-hissə verilməsini təsdiq edən müqavilələri onun kompüter vasitəsi ilə çap edərək həm özünün, həm də Ülvi ilə Cavanşirin imza etməklə Vasifə ötürülməsi üçün sonuncuya təqdim etdiyini, bundan əlavə 2016-cı il 15 sentyabr tarixli zəmanət məktubunu, 2017-ci il 05 yanvar tarixli aktı və 2016-cı il 21 sentyabr tarixli müqaviləni sonradan Vasifin təkidi ilə yazıb verməyə məcbur olduğunu, sonuncu pulun artıq məbləğdə qaytarılmayacağı təqdirdə onu ölümlə hədələdiyi üçün onun ölkəni tərk edərək Ukraynanın Kiyev şəhərinə getməklə zülümlərə məruz qaldığını, ailəsinin dağıldığını, sonuncu dəfə Vasifdən müqavilədə qeyd edildiyi kimi 160.000 ABŞ dolları deyil, Cavanşirin vasitəsi ilə 132.000 ABŞ dolları alıb növbəti ayda Vasifə 35.000 ABŞ dollarının qaytardığını, adı çəkilən şəxsə axırıncı məbləğdən 34.000 ABŞ dollarının çatması ilə razı olmasını, heç bir qanunsuz əmələ yol verməyərək dələduzluq cinayətini törətməməsini, hərəkətlərinin mülki mübahisəli xarakter daşımasını, ittiham olunduğu əməllərin ona qarşı şər, böhtan olmasını, Vasifdən borc pul almaqla faizini ödəyə bilməməsini, götürdüyü vəsaitləri zərər çəkmiş şəxsə tamamilə qaytarmasını göstərdi. İş üzrə zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində Anar Namiq oğlu X11 Musayevin vasitəsi ilə tanıdığını, 2014-cü ilin may ayında Cavanşirin onunla görüşüb arvadının əmisi oğlu Anarın «Azərsun Holdinq» məhdud məsuliyyətli cəmiyyətində maliyyə idarəsinin rəis müavini vəzifəsində işlədiyini, Anarın Şahid8 ilə birlikdə şərikli olaraq lazım olan dəftərxana ləvazimatlarını və tikinti materiallarını almaqla 15 faizini əlavə edib göstərilən şirkətə satılması ilə məşğul olduğunu, bu işi Anara MMCnin rəhbərliyində işləyən bir nəfər türk həvalə etdiyindən hər ayın 15-də hesabat aparılaraq əldə olunmuş 15 faiz gəlirindən yeddi faizin sonuncuya verilərək qalan səkkiz faizi öz aralarında üç yerə böldüklərini dediyini, Cavanşir daha çox gəlir əldə edə bilmək üçün ondan maddi köməklik etməklə şərik olmasını və əldə edilən gəlirdən dəftərxana ləvazimatlarının və tikinti materiallarının alqı-satqısına görə müvafiq qaydada dörd faiz və beş faiz götürməsini təklif edəndə o, əvvəlcə Anarı tanımadığını söyləyib etiraz etsə də Cavanşirin onun verəcəyi pula zamin olduğunu, gələcəkdə alınan vəsaitinə görə qazancın verilməsini, lazım olduğu təqdirdə pulunun tam həcmdə geri götürülməsi ilə əlaqədar yaranacaq hər hansı bir problemin həll ediləcəyini, bundan ötrü zərurət yaranarsa, özünün əmlakını sataraq onun sərf etdiyi vəsaiti qaytaracağını bildirməklə onu razı saldığını, Cavanşirin vasitəsi ilə onun Anara çatdırması üçün sonuncunun özü tərəfindən tərtib etdiyi müqavilələr əsasında Bakı şəhərinin ərazisində 2014-cü il iyunun 11-də 40.000 ABŞ dolları, 2014-cü il iyulun 11-də 40.000 ABŞ dolları, 2014-cü il iyulun 17-də 70.000 ABŞ dolları, 2014-cü il avqustun 18-də 50.000 ABŞ dolları, 2014-cü il noyabrın 15-də 50.000 ABŞ dolları və 2014-cü il noyabrın 19-da 50.000 ABŞ dolları, 2015-ci il fevralın 01-də 100.000 ABŞ dolları, 2015-ci il iyulun 09-da 100.000 ABŞ dolları, 2015-ci il noyabrın 15-də 40.000 ABŞ dolları, 2016-cı il iyunun 15-də 60.000 ABŞ dolları, 2016-cı il sentyabrın 21-də 160.000 ABŞ dolları, ümumilikdə 760.000 ABŞ dolları verdiyini, bunun müqabilində Anardan 2014-cü il iyulun 15-də 1.600 ABŞ dolları, 2014-cü ilin avqust ayında 6.000 ABŞ dolları, 2014-cü ilin sentyabr ayında 8.000 ABŞ dolları, 2014-cü ilin oktyabr ayında 8.000 ABŞ dolları, 2014-cü ilin noyabr ayında 8.000 ABŞ dolları, 2014-cü ilin dekabr ayında 13.000 ABŞ dolları yox, 12.000 ABŞ dolları, 2015-ci ilin yanvar ayında 13.000 ABŞ dolları, 2015-ci ilin fevral ayında 13.000 ABŞ dolları, 2015-ci ilin mart ayında 13.000 ABŞ dolları, 2015-ci ilin aprel ayında 13.000 ABŞ dolları, 2015-ci ilin may ayında 13.000 ABŞ dolları, 2015-ci ilin iyun ayında 13.000 ABŞ dolları, 2015-ci ilin iyul ayında 13.000 ABŞ dolları, 2015-ci ilin avqust ayında 13.000 ABŞ dolları, 2015-ci ilin sentyabr ayında 13.000 ABŞ dolları, 2015-ci ilin oktyabr ayında 13.000 ABŞ dolları, 2015-ci ilin noyabr ayında 23.000 ABŞ dolları yox, 18.000 ABŞ dolları, 2015-ci ilin dekabr ayında 25.000 ABŞ dolları, 2016cı ilin yanvar ayında 25.000 ABŞ dolları, 2016-cı ilin fevral ayında 25.000 ABŞ dolları, 2016-cı ilin mart ayında 25.000 ABŞ dolları, 2016-cı ilin aprel ayında 25.000 ABŞ dolları, 2016-cı ilin may ayında 25.000 ABŞ dolları, 2016-cı ilin iyun ayında 25.000 ABŞ dolları, 2016-cı ilin iyul ayında 28.000 ABŞ dolları, 2016-cı ilin avqust ayında 28.000 ABŞ dolları, 2016-cı ilin sentyabr ayında 28.000 ABŞ dolları 2016-cı ilin oktyabr ayında 35.000 ABŞ dolları yox, 34.000 ABŞ dolları, ümumilikdə aylıq qazanc qismində 484.600 ABŞ dolları məbləğində pul aldığını, Anarın dələduzluq yolu, yəni şərikli iş qurmaq adı ilə ələ keçirib ona vurduğu 760.000 ABŞ dolları məbləğində maddi ziyanın bütövlüklə qaytarılmasını tələb etdiyini göstərdi. İş üzrə şahid qismində dindirilən Şahid2 zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə oxşar ifadə verməklə yanaşı mərhum atasının dostu olan sonuncu və arvadının əmisi oğlu Təqsirləndirilən şəxs ilə münasibətlərinin yaxşı olduğunu, sonuncu ona «Azərsun Holdinq» məhdud məsuliyyətli cəmiyyətinin vasitəsi ilə dəftərxana ləvazimatlarının və tikinti materiallarının ticarəti ilə məşğul olmaq üçün sərmayə lazım olduğunu söylədikdə onun tanışı Vasiflə söhbət edib cavab verəcəyini dediyini, sonuncu ilə danışanda Vasifin istəyi ilə sonuncunun Anarla görüşərək razılaşdığını, onun daha sonralar Şahid8 Anar ilə şərikli iş görməməklə sonuncunun Ülvi üçün mühasib işlədiyini, həmin şəxsin Anara «Azərsun» şirkətinə dəftərxana ləvazimatlarının və tikinti materiallarının almaq üçün borc verdiyini öyrəndiyini, sonuncunun Vasifdən pulu Bakı şəhəri, «Dənizkənarı Bulvar» ərazisində «Coffee time» yeri açmaqdan ötrü alması barədə məlumatının olmadığını, sonuncudan Anarın aylıq qazancdan ümumilikdə doqquz faiz məbləğində pul ödəyəcəyi vədi ilə pul götürdüyünü, onun sonuncuya Vasifdən aldığı pulu verərkən Anarın hər hansı bir qeydiyyat aparmasını görmədiyini, sonuncunun götürdüyü pulu hara xərcləməsindən xəbərsiz olduğunu, Anar Vasifdən 600.000 ABŞ dolları pulu aldıqdan sonra işi böyütmək üçün əlavə 160.000 ABŞ dolları pul istədikdə sonuncunun Anarın atası Şahid1 zamin durarsa, göstərilən məbləği verəcəyini bildirdiyini, sonuncu, Vasif və o, Bakı şəhəri, Yasamal rayonundakı «Edem» çay evində görüşəndə Namiqin Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 10-12 sot torpaq sahəsində inşa edilmiş üçmərtəbəli evinin üzərində sərəncam verilməsinə dair etibarnamə verə biləcəyini söylədiyini, 2016-cı il sentyabrın 21-də onun Vasifdən 160.000 ABŞ dolları deyil, 132.000 ABŞ dolları alıb Anara verdiyini, bir müddət keçmiş Anarın «Azərsun» şirkətinə «X62»ndan yoxlama gələrək pulları apardıqlarını bildirdiyini göstərdi. İş üzrə şahid qismində dindirilən Şahid8 ifadəsində Ukraynanın Kiyev şəhərində pərakəndə şəkildə kofe içkilərinin hazırlanması üçün topdan satış məntəqələrindən xammal almaqla kofe satan məntəqələrə paylayaraq qazanc əldə etdiyini, tanışı Təqsirləndirilən şəxs ilə 2010-cu ildə Bakı şəhərində söhbət zamanı sonuncunun «Azərsun Holdinq» məhdud məsuliyyətli cəmiyyətində dəftərxana ləvazimatlarının və tikinti materiallarının alqı-satqısı ilə məşğul olduğunu, şirkətin idarə heyətinin sədri olan X17 ilə yaxın olduğu üçün bütün işlərin ona həvalə edildiyini dediyini, Anar həmin ərəfədə «BMW» markalı avtomobil sürməsi, özünü işgüzar şəxs kimi göstərməsi ilə özünə qarşı inam yaratdığından onun şərik olmaqdan ötrü 2010-cu ilin yay aylarında sonuncuya üçdörd ay ərzində hissə-hissə ümumilikdə 70.000 manat pul verdiyini, 2010-2012-ci illərdə Anarın ona hər ay 500-600 manat pul ödədiyini, 2012-ci il ərzində tanışları X46 və Şahid9 ilə birlikdə şərik qismində ayaqüstü kofe içmək üçün «Coffee time», sonradan əlavə üç eyni adlı və bir «Venskiye vafli» adlı obyektlər açdığını, obyektlərin sayı çoxaldığından mühasib kimi Anarın köməyindən istifadə etdiyini, 2014-cü ilin may ayında sonuncu «Azərsun Holdinq» məhdud məsuliyyətli cəmiyyətində dəftərxana ləvazimatları və tikinti materiallarının alqı-satqısı ilə bağlı fəaliyyətini genişləndirməkdən ötrü Zərərçəkmiş şəxs adlı şəxsi şərik qismində işə cəlb etmək istədiyini bildirdikdə Anarın təklifi ilə özünün, sonuncunun qohumu Şahid2 və onun iştirakı ilə Bakı şəhəri Yasamal rayonunun ərazisində yerləşən «Manhetten» kafesində Vasif ilə görüşərək Anarın sonuncunu pulun batmayacağı barədə arxayın etdiyini, bu minvalla 2014-cü ilin may ayından etibarən Anar Vasifdən pullar almağa başlamaqla hər dəfə müqavilə tərtib edib və şahidlik etmək məqsədi ilə göstərilən sənədlərə imza atmasını ondan xahiş edəndə etiraz etmədiyini, 2016-cı ilin avqust ayında o, Anara verdiyi ümumilikdə 64.000 ABŞ dolları məbləğində pulu geri verməsini arzulaqdıqda sonuncunun ondan vaxt istədiyini, 2016-cı ilin noyabr ayında isə Vasifin pulunu verməyi bacarmadığını, «X62»ndan gələn adamların sistemə stop qoyduqları üçün pulu çıxara bilmədiyini söylədiyini, Vasif təcili şəkildə 35.000 ABŞ dolları məbləğində pulun verilməsini Anardan tələb edəndə sonuncunun atası Şahid1 müraciət etməklə ondan «Mercedes-Benz» markalı avtomobilini satıb pulunu Anara verməsini istəyərək əvəzində bir ay ötmüş ona daha yaxşı avtomaşın alacağını vəd etdiyini, onun da həmin nəqliyyat vasitəsini 15.000 ABŞ dollarına satmaqla pulu Anara verdiyini, sonuncunun onu aldadıb pulunu qaytarmayaraq 2017-ci ilin fevral ayında Ukraynaya qaçdığını göstərdi. İş üzrə şahid qismində dindirilən Şahid1 ifadəsində övladı Təqsirləndirilən şəxs «Azərsun Holdinq» məhdud məsuliyyətli cəmiyyətinin mühasibat işlədiyini, onun Zərərçəkmiş şəxs 2016-cı ilin sentyabr ayında tanıdığını, Anardan sonuncunun hansısa biznes əlaqəsi qurmaqla Vasifin göstərilən işə pul qoyduğunu eşitdiyini, buna görə sonuncu ilə tanış olmaq istədiyini, o, 2016-cı ilin sentyabr ayında Vasiflə Bakı şəhəri Yasamal rayonunun ərazisində yerləşən kafedə görüşdükdə orada Şahid2 də iştirak etdiyini, söhbət zamanı Vasifin Anarla bərabər iş görmək üçün 600.000 ABŞ dolları pul verib beş faiz qazanc əldə etdiyini, qalan qazancın Cavanşirin, Ülvinin və Anarın hər birinə 1 faizinin çatdığını, Anarın yenidən 160.000 ABŞ dolları pul istədiyini bildirdiyini, o, hər birinin öz pulunu götürərək ayrılmalarını təklif etsə də Vasifin ona qulaq asmadığını, sonradan onun oğlu ilə Vasifin arasında problem yaranmaqla sonuncunun Anardan 760.000 ABŞ dolları pulu tələb etdiyini öyrəndiyini, sonuncunun 2016-cı il oktyabrın 25-dək Vasifə 568.051 ABŞ dolları, Cavanşirə 109.509 ABŞ dolları, Şahid8 87.409 ABŞ dolları, ümumilikdə 764.969 ABŞ dolları qaytardığını ona söyləyib Vasifin hədələrindən bezdiyi üçün 2017-ci ilin fevral ayında Rusiya Federasiyasına getdiyini, 2016-cı ilin sentyabr ayında onun özünə məxsus bağ evini satmaqdan ötrü Cavanşirə notarial qaydada etibar edərək 2016-cı il noyabrın 24-də etibarnaməni ləğv etdiyini göstərdi. İş üzrə şahid qismində dindirilən Şahid10 ifadəsində uşaqlıq dostu Zərərçəkmiş şəxs 2014-cü ilin iyun ayında ona yeni bir işə başladığını, Təqsirləndirilən şəxs adlı şəxslə birgə «Azərsun Holdinq» məhdud məsuliyyətli cəmiyyətində tikinti materialları və dəftərxana ləvazimatlarının alqı-satqısı ilə məşğul olduğunu bildirdiyini, 2017-ci ilin mart ayında Vasifin əhvalının pis olduğunu görməklə maraqlananda sonuncunun Anarın onu aldadıb pulunu ələ keçirərək Ukraynaya qaçdığını dediyini, o, Vasiflə birlikdə Anarın atası Şahid1 ilə görüşməklə söhbət əsnasında Anarın yuxarıda qeyd etdiyi işi görmək adı ilə Vasifdən 760.000 ABŞ dolları məbləğində pul aldığını bildiyini, Namiqin də oğlunun Vasiflə böyük məbləğli iş görməsindən xəbəri olmadığını söylədiyini, lakin buna baxmayaraq Xaçmaz rayonunda və Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində olan torpaq sahələrini satmaqla Vasifə dəyən ziyanı ödəyəcəyinə söz versə də vədinə əməl etmədiyini göstərdi. İş üzrə şahid qismində dindirilən Şahid11 Zərərçəkmiş şəxs ilə uşaqlıq dostu olduğunu bildirib Şahid10 ilə uyğun ifadə verdi. İş üzrə şahid qismində dindirilən Şahid4 ifadəsində qohumu Şahid2 2016-cı il oktyabr ayının sonlarında ona zəng edib problemi olduğunu deyərək görüş vaxtı Zərərçəkmiş şəxs adlı dostunu Təqsirləndirilən şəxs ilə tanış etməklə sonuncuların bərabər şərikli iş görməyə başlayıb «Azərsun Holdinq» məhdud məsuliyyətli cəmiyyətinə dəftərxana ləvazimatlarının və tikinti mallarının satışı ilə məşğul olduqlarını, Vasifin Cavanşirin vasitəsi ilə Anara ümumilikdə 760.000 ABŞ dolları məbləğində pul verdiyini və sonuncunun həmin vəsaiti batırdığını, Anar ilə sonuncunun atası Şahid1 Vasifə pulun hamısını qaytarmağa söz verdiklərini, hətta Namiqin Xudat şəhərindəki torpaq sahəsini və Buzovna qəsəbəsindəki bağ evini sataraq pulu qaytaracağını vəd etdiyini bildiyini göstərdi. İş üzrə şahid qismində dindirilən Şahid14 ifadəsində onun ev və avtomobil alveri etdiyini, pul qazanmaq üçün 2015-ci ilin mart ayında əmisi oğlu Zərərçəkmiş şəxs 150.000 ABŞ dolları pul götürməklə 2016-cı ilin iyun ayında alver zəiflədiyinə görə aldığı pulu sonuncunun tapşırığı ilə Bakı şəhərinin Nəsimi rayonundakı «Çay fabriki» adlanan yerdə pulu tanımadığı şəxsin vasitəsi ilə Vasifə çatdırdığını göstərdi. İş üzrə şahid qismində dindirilən Şahid3 ifadəsində qardaşı Təqsirləndirilən şəxs 2010-cu ildən «Azərsun Holdinq» məhdud məsuliyyətli cəmiyyətində mühasib işləyib sonuncunun deməsinə görə Şahid8 və digər bir nəfər şəxs ilə birlikdə «Bakı Dənizkənarı Bulvarı» ərazisində kofe və dondurma satılan köşkləri işlətdiyini, başqa biznesindən xəbərinin olmadığını, 2016-cı ilin oktyabr ayında onun və atası Şahid1 iştirakı ilə ilk dəfə Zərərçəkmiş şəxsla çayxanada görüşərək Anarın sonuncudan aldığı pulun müqabilində müəyyən faiz ödəməsini, sonradan qardaşının artıq pul verməsinə imkanı olmadığını bildiyini, 2017-ci ilin fevral ayında Anarın Vasifin hədələrindən qorxmaqla Moskva şəhərinə uçduğunu göstərdi. İş üzrə şahid qismində dindirilən Şahid13 ifadəsində göstərdi ki, 2001-2017-ci illərdə dəftərxana ləvazimatlarının salqı-satqısı ilə məşğul olub arabir həmkəndlisi Zərərçəkmiş şəxs pul alaraq dəftərxana ləvazimatları və ofis malları almaqla satdığını, 2016-cı ilin sentyabr ayında onun sonuncudan 9.000 ABŞ dolları pul alıb əvəzində Vasifin tapşırığı ilə onun yanına gələcək Şahid2 adlı şəxsə 10.000 ABŞ dolları verməsini göstərdi. İş üzrə şahid qismində Şahid12 ifadəsində 2015-2017-ci illər ərzində onun internet şəbəkəsində www.webmoney.com saytında qeydiyyatdan keçməklə internet vasitəsilə elektron valyutanın alqı-satqısı ilə məşğul olduğunu, 2016-cı ildən etibarən tanıdığı Təqsirləndirilən şəxs göstərilən müddət ərzində xatırlamadığı tarixlərdə elektron valyutanın alışı və satışı ilə bağlı iki-üç dəfə ona müraciət edərək həmin dövrdə ondan təxminən 10.000 ABŞ dolları məbləğində elektron valyuta alqı-satqısını etdiyini göstərdi. İş üzrə şahid qismində dindirilən Şahid7 ifadəsində Təqsirləndirilən şəxs tanışı Şahid8 vasitəsi ilə 2014-cü ilin yay aylarından tanıdığını, sonuncunun «Azərsun Holdinq» şirkətində mühasib işlədiyini, dəftərxana ləvazimatlarının, pul qoyduğu təqdirdə ona qazancdan 4% ödəyəcəyini bildirməklə ondan ümumilikdə 157.000 ABŞ dolları alıb əvəzində 2015-ci il fevralın 15-dən 2015-ci ilin avqust ayınadək ona qazaqc kimi cəmi 17.700 ABŞ dolları ödədiyini, 2015-ci ilin sentyabr ayında isə Təqsirləndirilən şəxs hesabının dondurulduğunu dediyindən o, pulunu geri tələb etsə də nəticəsi olmadığını, 2016-ci il məcburiyyət qarşısında Təqsirləndirilən şəxs və sonuncunun atası Şahid1 təklifi ilə razılaşaraq 88.000 ABŞ dolları kimi qiymətləndirilən ünvan 10 ünvanındakı 12 №-li mənzili sonuncu ilə alqı-atqı-etdiklərini, 2017-ci il fevralın 6-da Təqsirləndirilən şəxs qaçıb getdiyindən Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə etdiyim şikayəti geri götürməsini xahiş edən Şahid1lə 2017-ci il aprelin 10-da 67.000 ABŞ dollarına borc müqaviləsi bağladığını, lakin ona heç bir ödəniş edilmədiyini, yenidən şikayət edəcəyini bildirdiyindən sonuncunun yalvararaq ona 2017-ci il dekabrın 28-də 3.000 ABŞ dolları, 2018-ci il fevralın 28-də 2.000 ABŞ dolları, 2018-ci il avqustun 05-də 2.500 ABŞ dolları, 2019-cu il fevralın 27-də 2.000 ABŞ dolları, 2019-cu il mayın 01-də 1.000 ABŞ dolları ödədiyini, sözü gedən hadisələr zamanı görüşüb-danışdığı Zərərçəkmiş şəxs, Cövdət və Şamil adlı şəxsləri Təqsirləndirilən şəxs aldatdığını, eyni vədlərlə sonunculara məxsus müvafiq qaydada 760.000 ABŞ dollarını, 200.000 ABŞ dollarını və 150.000 ABŞ dollarını ələ keçirməsini öyrəndiyini göstərdi. Məhkəmə iclasında ifadələri elan olunaraq tədqiq edilən Təqsirləndirilən şəxs ibtidai istintaqda Azərbaycan Respublikasının CM-nin 178.3.2.-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü təqsirli bilməməklə Zərərçəkmiş şəxs alıb-qaytardığı pul məbləğləri barədə bir-birinə zidd müxtəlif məzmunda ifadələr verərək mahiyyətinin istintaqı çaşdırmaq, özünü günahsız insan kimi qələmə verməsindən ibarət olmaqla zərər çəkmiş şəxsdən pulu faizlə götürüb sonradan tamamilə və yaxud da böyük bir hissəsini qaytarmasını göstərmişdir (2-ci cild, iş vərəqi 176-179; 3-cü cild, iş vərəqi 68-72, 121-126, 158-161 və 234-235; 4-cü cild, iş vərəqi 130-134; 5-ci cild, iş vərəqi 102-103 və 214-215). Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilən X17 ibtidai istintaqda şahid qismində dindirilərkən «Azərsun Holdinq» şirkətlər qrupunun «Gümüş Plaza» məhdud məsuliyyətli cəmiyyətinin direktoru işlədiyini, Şahid1 xahişi ilə sonuncunun övladı Təqsirləndirilən şəxs 2010-cu ildə «X29» şirkətinə mühasib-xəzinədar vəzifəsinə götürməklə sonradan «X30» şirkətinə, 2015-ci il fevralın 11-də «Gümüş Plaza» məhdud məsuliyyətli cəmiyyətinə eyni vəzifəyə, oradan da göstərilən şirkətin kadrlar üzrə mütəxəssis vəzifəsinə keçirtdiyini, 2017-ci il martın 17-də Namiq şirkətə gəlib Anarın ərizə yazaraq işdən çıxmaq istədiyini bildirdiyindən sonuncunun işdən çıxması barədə əmr verdiyini, 2017-ci il martın 18-də isə Zərərçəkmiş şəxs adlı şəxsin yanındakı bir nəfər qadınla bərabər gəlməklə Anar tərəfindən aldadılıb 760.000 ABŞ dolları məbləğində pul vəsaitinin dəftərxana ləvazimatları və tikinti materiallarının «Azərsun Holdinq» məhdud məsuliyyətli cəmiyyətinə satışı adı ilə ələ keçirilməsini bildirdiyini, onun isə qeyd olunan məsələ ilə şirkətin «Ticarət Dağıtım» qrupunun məşğul olduğunu dediyini göstərmişdir (1ci cild, iş vərəqi 141-143). Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilən Şahid6 ibtidai istintaqda şahid qismində dindirilərkən onun 2016-cı ilin fevral ayında Şahid2 vasitəsi ilə Zərərçəkmiş şəxs adlı şəxslə görüşməklə kürəkəni Təqsirləndirilən şəxs sonuncudan biznes qurmaq adı ilə 760.000 ABŞ dolları alıb pulunu tam qaytarmadığını öyrəndiyini, 2016-cı ilin dekabr ayında isə Şamil adlı şəxsdən də eyni bəhanə ilə 250.000 ABŞ dolları aldığını, əvəzində ünvan 11 ünvanında yerləşən 112 nömrəli mənzilin sonuncunun adına girov kimi keçirməyə məcbur qaldığını, indiyədək bu məsələ ilə bağlı Bakı Apellyasiya Məhkəməsində çəkişmə getdiyini, 2017-ci il fevralın 05-də Anarın bir həftəlik xaricə getmək adı ilə Rusiya Federasiyasına qaçdığını öyrəndiyini, Anarın belə hərəkətlərinə görə övladı X8 əri ilə boşatdırdığını göstərmişdir (1-ci cild, iş vərəqi 224-226). Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilən Şahid9 ibtidai istintaqda şahid qismində dindirilərkən 2012-ci ilin avqust ayında Dənizkənarı Bulvar» ərazisində tanışı Şahid8 «Coffee time» və «Venskiye vafli» adlı dörd yer açaraq işlətməyə başladığını, 2015-ci ildə Ülvinin vasitəsi ilə tanıdığı Təqsirləndirilən şəxs həmin obyektlərə şərikliyinin olmadığını, sonuncunun «Azərsun Holdinq» məhdud məsuliyyətli cəmiyyətində «Azərsun Holdinq» şirkətində işləməklə dəftərxana ləvazimatlarının və tikinti materiallarının alqısatqısı ilə məşğul olduğunu eşitdiyini, Anar böyük işlər görüb biznesinə vəsait qoymasını təklif etdikdə onun tərəddüd edərək pul vermədiyini göstərmişdir (2-ci cild, iş vərəqi 238- 240). Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilən Şahid15 ibtidai istintaqda şahid qismində dindirilərkən «www.forex4you.com» adlı saytda qiymətli kağızların alqısatqısı ilə məşğul olduğunu, Təqsirləndirilən şəxs 2013-cü ildə tanımaqla 2015-ci ilin əvvəllərinə kimi sonuncunun ona müxtəlif məbləğlərdə nağd pul verdiyini, onun da qeyd olunan vəsaiti Anarın hesabına oturtduğunu göstərmişdir (4-cü cild, iş vərəqi 19-20). Məhkəmə iclasında ifadəsi elan olunub tədqiq edilən Şahid3 ibtidai istintaqda şahid qismində dindirilərkən 2016-cı ilin oktyabr ayında qardaşı Təqsirləndirilən şəxs həyəcanlı vəziyyətdə ataları Şahid1 yanında Zərərçəkmiş şəxs aldığı 760.000 ABŞ dollarını batırdığını bildirdiyini göstərmişdir (1-ci cild, iş vərəqi 134-137). Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilən Şahid13 2020-ci il iyulun 29da ibtidai istintaqda şahid qismində dindirilərkən 2001-2017-ci illər ərzində ünvan 12 ünvanında dəftərxana ləvazimatlarının alış-satışı ilə məşğul olduğunu, işlədiyi müddətdə həmkəndlisi kimi tanıdığı Zərərçəkmiş şəxs borca aldığı 10.000 ABŞ dollarının qarşılığında sonuncuya 10.000 ABŞ dolları, qaytardığını, 9.000 ABŞ dollarının qarşılığında 10.000 ABŞ dolları verdiyini göstərsə də 2020-ci il dekabrın 27-də verdiyi ifadəni danmaqla borc götürdüyü pulu Zərərçəkmiş şəxs faizsiz qaytardığını bildirmişdir (3-cü cild, iş vərəqi 206-208; 4-cü cild, iş vərəqi 70-72). İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 2011-ci il 21 iyul tarixli MA seriyalı ******* №-li və 2016-cı il 08 noyabr tarixli RX seriyalı ******* №-li çıxarışların, 2016cı il 17 sentyabr tarixli AR-İ seriyalı 490993 №-li etibarnamənin, 2016-cı il 15 sentyabr tarixli zəmanət məktubunun 2016-cı il 21 sentyabr tarixli müqavilənin, 2017-ci il 05 yanvar tarixli aktın surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xüsusi mülkiyyətindəki ünvan 13 ünvanında yerləşən, sahəsi 1.050,2 m2 olan əmlak kompleksi 2016-cı il noyabrın 08-də Şahid1 xüsusi mülkiyyətinə verilmiş, sonuncu 2016-cı il sentyabrın 17-də Bakı şəhəri, Əzizbəyov rayonu, Buzovna qəsəbəsi, Xətai küçəsi, ev 8 ünvanındakı fərdi yaşayış evinə dair forma № 1 arayışı almağı, üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı və digər bütün hərəkətləri etməyi Şahid2 etibar etmiş; Təqsirləndirilən şəxs sonuncu ilə birlikdə Zərərçəkmiş şəxs 2014-cü il iyunun 11-dən 2016-cı il sentyabrın 15-dək olan müddətə 760.000 ABŞ dolları məbləğində pul alıb 2017-ci il yanvarın 10-dək 150.000 ABŞ dolları, 2017-ci il martın 20-dək 350.000 ABŞ dolları, qalan məbləği isə 2017-ci il mayın 01-dək tam ödəməyi öhdəsinə götürmüş, alınan nağd pul vəsaitinin kanselyar və tikinti mallarının alqı-satqısında istifadə olunmaqla hər növbəti ayın 15-dək (200.000 ABŞ dollarına görə 4%, 560.000 ABŞ dollarına görə 5%) gəlirin Zərərçəkmiş şəxs təqdim edilməsini üzərinə götürmüşdür, pul bütöv şəkildə onda olmaqla qoyulan sərmayadan qazancın vaxtında verlməsinə və işin aparılmasına tam məsuliyyətlə Təqsirləndirilən şəxs cavabdehdir, biznes işləri onun tərəfindən görülür, istənilən halda bir ay müddətində 760.000 ABŞ dollarını Zərərçəkmiş şəxs qaytarmağa hazırdır, həmin zəmanət məktubu Təqsirləndirilən şəxs özü, müqavilə sonuncu və Şahid2, akt Təqsirləndirilən şəxs, habelə Şahid2 və Şahid8 (onların şahidliyi ilə), həmçinin Zərərçəkmiş şəxs tərəfindən imzalanmışdır (1-ci cild, iş vərəqi 5-8 və 10-11). İş materiallarındakı Təqsirləndirilən şəxs tərtib etdiyi 2016-cı il 25 oktyabr tarixli cədvəlin kserosurətindən, özü, Şahid2 və Şahid8 tərəfindən imzalanan 2014-cü il 11 iyun, 2014-cü il 11 iyun, 2014-cü il 07 iyul, 2014-cü il 18 avqust, 2014-cü il 15 noyabr, 2014-cü il 19 noyabr, 2015-ci il 01 fevral, 2015-ci il 09 iyul, 2015-ci il 15 noyabr, 2016-cı il 15 iyun, 2016-cı il 21 iyun tarixli müqavilələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs 2014cü il iyunun 14-dən etibarən 2016-cı il iyun 20-dək olan müddət ərzində Zərərçəkmiş şəxs 568.051 ABŞ dolları, Şahid2 109.509 ABŞ dolları və Şahid8 87.409 ABŞ dolları ödəmişdir; 2014-cü il iyunun 11-də (əslində 2014-cü il iyunun 11-də və 2014-cü il iyulun 11-də) X9 və X10 hər biri 40.000 ABŞ dolları olmaqla 80.000 ABŞ dolları, Zərərçəkmiş şəxs 2014-cü il iyulun 07-də 70.000 ABŞ dolları, 2014-cü il avqustun 18-də 50.000 ABŞ dolları, 2014-cü il noyabrın 15-də 50.000 ABŞ dolları, 2014-cü il noyabrın 19-da 50.000 ABŞ dolları, 2015-ci il fevralın 01-də 200.000 ABŞ dolları (əslində 100.000 ABŞ dolları), 2015-ci il iyulun 09-da 100.000 ABŞ dolları, 2015-ci il noyabrın 15-də 40.000 ABŞ dolları, 2016-cı il iyunun 15-də 60.000 ABŞ dolları və 2016-cı il iyunun 21-də 160.000 ABŞ dolları Təqsirləndirilən şəxs, Şahid2 və Şahid8 vermişlər, alınmış nağd pul vəsaitinin kanselyar malların alqı-satqısında istifadə olunmaqla hər növbəti ayın 15-dək müvafiq qaydada X12 və X13 4% gəlirin, Zərərçəkmiş şəxs 2014-cü il 07 iyul, 2014-cü il 18 avqust və 2015-ci il 01 fevral tarixli müqavilələrə əsasən kanselyar malların alqı-satqısında istifadə olunmaqla 4%, qalan hallarla isə tikinti malların alqı-satqısında istifadə olunmaqla 5% gəlirin təqdim olunması barədə razılıq əldə edilmişdir (1-ci cild, iş vərəqi 37-49). İş materiallarında olan 2016-cı il 24 noyabr tarixli ərizənin surətindən görünür ki, Albina X1 Əfəndiyevə 2011-ci il iyunun 22-də verdiyi, reyestrdə 7E/14534 nömrə ilə qeyd olunan etibarnaməni ləğv etmişdir (1-ci cild, iş vərəqi 77). İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2018-ci il 19 iyul tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs qismində cəlb olunan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.3.2.-ci maddəsində nəzərdə tutulan ittiham elan olunması qərara alınmışdır (1-ci cild, iş vərəqi 82). İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2018-ci il 20 iyul tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə cinayət işi üzrə icraat dayandırılmışdır (1-ci cild, iş vərəqi 83 və 85). İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 2018-ci il 24 iyul tarixli ***-*******-1218 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında qərarına əsasən 2018-ci il iyulun 23-də 92317/18 №-li axtarış işi açılmışdır (1-ci cild, iş vərəqi 87). İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 2018-ci il 31 iyul tarixli 091-24367-1218 №-li məktubundan və sərhəd keçmə məlumatı haqqında çıxarışdan görünür ki, barəsində axtarış elan edilən Təqsirləndirilən şəxs 2017-ci il fevralın 06-da saat 05:25:48-də Heydər Əliyev adına X31 Rusiya Federasiyasının Moskva şəhərinə uçmuşdur (1-ci cild, iş vərəqi 94 və 96). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 2018-ci il avqustun 15-də tərtib etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (1-ci cild, iş vərəqi 97). İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2018-ci il 18 avqust tarixli qərarından görünür ki, cinayət işi üzrə icraat təzələnərək Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X26 tərəfindən icraata qəbul olunmuşdur (1-ci cild, iş vərəqi 99). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X65 İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin 2018-ci il 27 avqust tarixli 016-90097-1218 №-li məktubunun surətindən görünür ki, kompüter-uçot bazasına görə Təqsirləndirilən şəxs adında nəqliyyat vasitəsi keçmir (1-ci cild, iş vərəqi 124). İş materiallarında olan «Azərsun Holdinq» məhdud məsuliyyətli cəmiyyətinin 2018-ci il 03 sentyabr tarixli AH-321 №-li və AH-322 №-li məktublarından görünür ki, MMC ilə Şahid2 və Təqsirləndirilən şəxs arasında heç bir əmək münasibəti olmamaqla hər hansı əmək müqaviləsi bağlanmamış, habelə sonuncuya MMC-yə aid müəssisələrdə dəftərxana ləvazimatlarının və tikinti materiallarının alınması ilə bağlı heç bir iş həvalə olunmamışdır (1-ci cild, iş vərəqi 151-152). İş materiallarında olan «X30» məhdud məsuliyyətli cəmiyyətinin 2018-ci il 03 sentyabr tarixli 001 №-li, «X29» məhdud məsuliyyətli cəmiyyətinin 2018-ci il 03 sentyabr tarixli 07 №-li və "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin 2018-ci il 03 sentyabr tarixli 001 №-li məktublarından, «X63» məhdud məsuliyyətli cəmiyyətinin 2010-cu il 22 fevral tarixli 11K/7 №-li, «X29» məhdud məsuliyyətli cəmiyyətinin 2012-ci il 04 yanvar tarixli 2K №-li, «X30» məhdud məsuliyyətli cəmiyyətinin 2015-ci il 10 fevral tarixli 1 №-li, "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin 2015-ci il 11 fevral tarixli 1 №-li, 2016-cı il 03 mart tarixli 05 K №li və 2017-ci il 17 mart tarixli 02 K №-li əmrlərinin, habelə 2014-cü il 17 sentyabr tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs 2010-cu il fevralın 22-dən 2012-ci il yanvarın 04-dək «X29» MMC-də, 2012-ci il yanvarın 05-dən 2015-ci il fevralın 10-dək «X30» MMC-də və 2012-ci il yanvarın 05-dən 2013-cü il yanvarın 05-dək orada (vaxtamuzd kimi), 2015-ci il fevralın 11-dən 2016-cı il martın 03-dək "xxxx" MMC-də mühasib vəzifəsində işləməklə sonuncuya MMC-lərə aid müəssisələrdə dəftərxana ləvazimatlarının və tikinti materiallarının alınması ilə bağlı heç bir iş həvalə olunmamışdır (1-ci cild, iş vərəqi 153- 161 və 166-167). İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2018-ci il 05 sentyabr tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanmaqla cəmiyyətdən təcrid eilməsinə zərurət olmadığından barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunmuşdur (1-ci cild, iş vərəqi 173-175). İş materiallarındakı Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2018-ci il 05 sentyabr tarixli protokoldan görünür ki, iş üzrə şahidlər Şahid2 və Şahid1 üzləşdirilərkən birincisi ifadəsini təsdiqləmiş, sonuncu onun dedikləri ilə qismən razılaşıb Şahid2 və Zərərçəkmiş şəxs ilə övladı Təqsirləndirilən şəxs iştirakı ilə 2016-cı il sentyabrın 16-da Bakı şəhəri, Yasamal rayonu, X42 küçəsindəki çay evində və 2016-cı il oktyabrın 18-də ayında Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospektindəki çayxanada söhbət etdikdə birinci görüşdə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs birlkdə tikinti avadınlıqları və dəftərxana ləvazimatı biznesi ilə məşğul olmasını, bu işə ümümilikdə 600.000 ABŞ dolları sərf etdiyini, 160.000 ABŞ dolları da verməli olduğuqu bildirməsinə Şahid1 axırıncı məbləğə görə bağ evini girov kimi təklif etmədiyini söyləmiş, ikinci görüşdə isə Zərərçəkmiş şəxs hər ay ödənilməli olan 35.000 ABŞ dollarını tələb etməsinə və 760.000 ABŞ dollarının aqibətinin nə olduğu sualına Şahid1 gəlir olmadığı halda 35.000 ABŞ dollarının sonuncuya verilməsinin düzgün olmadığını demiş, Zərərçəkmiş şəxs bu işdən 55.000 ABŞ dolları xeyir götürdüyünü etiraf etməsinə Şahid1 xeyir götürdüyü pulun ümumi məbləğdən çıxılmaqla qalan məbləğin aralarında bölünməli olduğunu, Təqsirləndirilən şəxs payına düşən pulu evlərini, torpağı satıb ödəyəcəyini bildirmişdir (1-ci cild, iş vərəqi 176-181). İş materiallarındakı Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2018-ci il 12 sentyabr tarixli protokoldan görünür ki, Şahid1 təqdim etdiyi bir ədəd CD-R diskinə baxış zamanı Vasif Sabir oğlu X21 Əfəndiyev arasındakı pul mübahisəsinə dair qısa məzmunlu səs yazılarının olması müəyyənləşdirilmiş, iş üzrə əhəmiyyət kəsb edən hal aşkarlanmamışdır (1-ci cild, iş vərəqi 201). İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2018-ci il 20 sentyabr tarixli qərarından görünür ki, Şahid2 zərər çəkmiş qismində tanınmışdır (1-ci cild, iş vərəqi 206). İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2018-ci il 20 sentyabr tarixli **********84 №-li məktubundan görünür ki, Şahid2 və Təqsirləndirilən şəxs adlarına olan daşınmaz əmlak aşkarlanmamışdır (1-ci cild, iş vərəqi 219). İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2018-ci il 26 sentyabr tarixli sübutların qiymətləndirilməsi haqqında və eyni tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 760.000 ABŞ dolları, Şahid2 35.000 ABŞ dolları məbləğində pulun aldatma yolu ilə ələ keçirməsinə görə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Azərbaycan Respublikasının CM-nin 178.3.2.-ci maddəsi ilə yeni məzmunda ittiham elan olunması qərara alınmışdır (1-ci cild, iş vərəqi 228-229 və 231). İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2018-ci il 23 yanvar tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X18 və cavabdeh X47 arasında bağlanmış 2016-cı il 24 dekabr tarixli 53 saylı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş kredit müqaviləsi və həmin kreditin təminatı olaraq bağlanmış Bakı şəhəri, ünvan 14 ünvanında yerləşən mənzilin ipoteka ilə yüklü edilməsi barədə 2016-cı il 24 dekabr tarixli 53 saylı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş ipoteka müqaviləsi etibarsız hesab edilmişdir (1-ci cild, iş vərəqi 233-238). İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2018-ci il 28 sentyabr və 2019-cu il 14 oktyabr tarixli, habelə Bakı Apellyasiya Məhkəməsinin 2019-cu il 28 oktyabr tarixli qərarlarının surətlərindən görünür ki, Azərbaycan Respublikasının CMnin 178.3.2.-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində əvvəli tutulduğu vaxtdan hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilməsi qərara alınmış, verilmə müddəti berpa edilən apellyasiya şikayəti təmin olunmamışdır (2-ci cild, iş vərəqi 7-9, 114 və 116-120). İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2018-ci il 01 oktyabr tarixli qərarından görünür ki, barəsində 2018-ci il iyulun 23-də axtarış işi açılmış Təqsirləndirilən şəxs 2017-ci il fevralın 06-dan etibarən Azərbaycan Respublikasının hüdudlarından kənarda olduğu üçün cinayət işi üzrə icraat dayandırılmışdır (2-ci cild, iş vərəqi 11-12). İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2018-ci il 18 oktyabr tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs telefon danışqlarına dair mobil operatorlardan daxil olmuş məlumatlara baxış keçirilməklə təhlil edilməli, digər zəruri istintaq hərəkətlərinin aparılmalı olduğundan barəsində cinayət işi üzrə icraat təzələnmişdir (2-ci cild, iş vərəqi 18-19). İş materiallarındakı Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2019-cu il 18 oktyabr tarixli protokoldan görünür ki, «Azercell Telekom» məhdud məsuliyyətli cəmiyyətinin 2018-ci il 18 oktyabr tarixli 30971 №-li məktubu ilə daxil olan bir ədəd CD diskinə baxış zamanı istintaq əhəmiyyəti kəsb edən dövr ərzində Təqsirləndirilən şəxs ilə zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs və Şahid2, şahidlər Şahid3 və Şahid1 arasında mütəmadi telefon danışıqlarının baş tutması və müvafiq ötürücü anten şamlarının əhatə dairəsində olmaları öz təsdiqini tapmışdır, lakin şirkətin özünün bildirdiyinə görə MMC-də qısa nömrələrdən, xidmət nömrələrindən (internet üzərindən) göndərilən SMS mətnlərinin və cavab verilməmiş zənglərin qeydiyyatı aparılmır (2-ci cild, iş vərəqi 16 və 21-70). İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2018-ci il 18 oktyabr və 2019-cu il 07 yanvar tarixli qərarlarından görünür ki, təqsirləndirilən şəxs qismində cəlb edilməli olan Təqsirləndirilən şəxs istintaqdan gizləndiyindən və təqsirləndirilən şəxs olmadan həyata keçirilməsi mümkün olan bütün prosessual hərəkətlərin yerinə yetirldiyini nəzərə alaraq cinayət işi üzrə icraat dayandırılmış, sonradan cinayət işi üzrə icraat bir günlük təzələnib eyni əsaslarla dayandırılmışdır (2-ci cild, iş vərəqi 71-72, 105-106 və 110-111). İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 2019-cu il 21 may tarixli 091-20937-1119 №-li məktubundan görünür ki, barəsində axtarış elan edilən Təqsirləndirilən şəxs 2019-cu il mayın 20-də Ukraynanın Kiyev şəhərinin X52 saxlanmışdır (2-ci cild, iş vərəqi 74). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İNTERPOLun Milli Mərkəzi Bürosunun 2019-cu il 29 may tarixli 021-6499-1219 №-li məktubunun kserosurətindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 178.3.2.-ci maddəsi ilə təqsirləndirilərək beynəlxalq axtarışda olan Təqsirləndirilən şəxs 2019-cu il mayın 23-də 30 gün müddətinə ekstradisiya edilməsi məqsədi ilə həbs olunmuşdur (2-ci cild, iş vərəqi 89). İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2019-cu il 16 dekabr tarixli qərarından və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının 2019-cu il 17 dekabr tarixli xx/xx- 9601 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs 2019-cu il dekabrın 15-də Ukraynadan təhvil alınaraq 2019-cu il dekabrın 16-da Bakı İstintaq Təcridxanasına gətirilib istintaqa təqdim edildiyindən cinayət işi üzrə icraat təzələnmişdir (2-ci cild, iş vərəqi 124- 125 və 208). İş materiallarındakı 2017-ci il 10 aprel tarixli Bakı şəhərinin 5 saylı notariat kontorunda təsdiq edilən kredit müqaviləsinin surətindən görünür ki, Şahid7 Şahid1 2017ci il dekabrın 31-dək qaytarılması şərti ilə 67.000 ABŞ dolları məbləğində borc vermiş, müqavilənin arxasında 2017-ci il dekabrın 28-də 3.000 ABŞ dollarının, 2018-ci il fevralın 28-də 2.000 ABŞ dollarının, 2018-ci il avqustun 05-də 2.500 ABŞ dollarının, 2019-cu il fevralın 27-də 2.000 ABŞ dollarının, 2019-cu il mayın 01-də 1.000 ABŞ dollarının qaytarıldığı qeyd edilmişdir (2-ci cild, iş vərəqi 162). İş materiallarındakı Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2019-cu il 25 dekabr tarixli protokoldan görünür ki, iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs üzləşdirilərkən birincisi ifadəsini təsdiqləmiş, sonuncu onun dedikləri ilə qismən razılaşıb Zərərçəkmiş şəxsla görüşəndə zərər çəkmiş şəxsə «Azərsun Holdinq» məhdud məsuliyyətli cəmiyyətində işlədiyini söyləsə də orada iş görmək barədə danışmadığını, sonuncudan aldığı pulun müqabilində faiz ödədiyini, daha sonra Şahid2 və Şahid8 sözlərinə uyğun olaraq Zərərçəkmiş şəxsla MMC-də tikinki işləri haqda söhbət apardığını, atası Namiq Osman oğlu X7 Musayevə etibarnaməni girov qismində sonuncunun yaxın adamı olan Zərərçəkmiş şəxs təqdim edib 160.000 ABŞ dollarının sonuncudan götürmək üçün vermədiyini, ünvan 15 ünvandakı yeri satmağı həvalə etdiyini bildirmişdir (2-ci cild, iş vərəqi 182-187). İş materiallarındakı Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2019-cu il 27 dekabr tarixli protokoldan görünür ki, iş üzrə zərər çəkmiş şəxs Şahid2 və Təqsirləndirilən şəxs üzləşdirilərkən birincisi ifadəsini təsdiqləyərək 2014-cü ilin may ayından 2016-ci ilin sentyabr ayına qədər «Azərsun Holdinq» məhdud məsuliyyətli cəmiyyətində dəftərxana ləvazimatları satışı ilə Zərərçəkmiş şəxsla şərikli iş qurmaqla sonuncudan 600.000 ABŞ dolları, 2016-ci ilin sentyabr ayında MMC-də gedən tikinti işləri ilə əlaqədar Təqsirləndirilən şəxs əlavə 200.000 ABŞ dolları istəyib pul verilmədiyi təqdirdə bütün işlərin pozulacağını dedikdə Zərərçəkmiş şəxs onun adına Təqsirləndirilən şəxs atası Şahid1 tərəfindən ünvan 16 ünvandakı evi satmaq üçün etibarnamə verilməsinə nail olduqdan sonra 160.000 ABŞ dollarını Təqsirləndirilən şəxs onun vasitəsi ilə ötürdüyünü, onun da məcbiriyyət qarşısında sonuncuya özünün 35.000 ABŞ dollarını verdiyini, Təqsirləndirilən şəxs qaçıb gizləndiyinə görə qazanc kimi sonuncudan aldığı 23.000 manatı Zərərçəkmiş şəxs ödədiyini, Təqsirləndirilən şəxs yalan danışdığını, «Coffee Time» kafesini Şahid8 və X27 işlətdiklərini bildirmiş, Təqsirləndirilən şəxs onun dedikləri ilə qismən razılaşmaqla ilk dəfə Zərərçəkmiş şəxsla görüşəndə iş barədə heç nə danışmadığını, «Azərsun Holdinq» məhdud məsuliyyətli cəmiyyətində işlər getməsi haqqında sonradan dediyini, Şahid2 35.000 ABŞ dolları almadığını, Zərərçəkmiş şəxs aldığı pulu isə işlətdiyi «Coffee Time» kafesinə görə aldığını göstəirmişdir (2-ci cild, iş vərəqi 189-192). İş materiallarındakı Anar Namiq oğlu X20 şəhərindəki X3 saxlanarkən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə ünvanladığı, 2019-cu il avqustun 21-də daxil olan şikayətdən və əlavə edilməklə Təqsirləndirilən şəxs tərəfindən imza olunmuş cədvəldən görünür ki, 2014-cü il iyunun 14-dən etibarən 2016-ci il sentyabrın 22-dək Zərərçəkmiş şəxs aldığı 760.000 ABŞ dollarından sonuncuya 4-5 faizlə, axırıncı dəfə 2016-cı il oktyabrın 27-də 35.000 ABŞ dolları, cəmi 568.051 ABŞ dolları, Şahid2 və Şahid8in hər birinə 1,33 faizlə müvafiq qaydada 109.509 ABŞ dolları və 87.409 ABŞ dolları, ümumilikdə 764.969 ABŞ dolları ödədiyini göstərmişdir (2-ci cild, iş vərəqi 194-96). İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2020-ci il 25 yanvar tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 178.3.2.-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 2020-ci il martın 20-dək uzadılmışdır (2-ci cild, iş vərəqi 249-251). İş materiallarındakı Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2020-ci il 28 yanvar tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankının internet şəbəkəsində «www.cbar.az» rəsmi saytına baxış keçirilərkən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs pul vəsaitlərinin əldə etdiyi tarixlərdə Azərbaycan manatının X33 dollarına münasibətdə məzənnəsinin aşağakı kimi olduğu müəyyən edilmişdir: 2014-ci il iyulun 15-dən 2016-ci ilin oktyabr ayına kimi 1 ABŞ dollarının Azərbaycan manatına (AZN) qarşı Mərkəzi Bankının gündəlik məzənnələri aşağıdakı kimidir: 2014-cü il iyunun 11-də 0,7842, 2014-cü il iyulun 11-də 0,7844, 2014-cü il iyulun 17-də 0,7844, 2014-cü il avqustun 18-də 0,7842, 2014-cü il noyabrın 15-də 0,7843, 2014-cü il noyabrın 19-da 0,7845, 2015-ci il fevralın 01-də 0,7844, 2015-ci il iyulun 09-da 1,0488, 2015-ci il noyabrın 15-də 1,0506, 2016-cı il iyunun 15-də 1,5120, 2016-cı il sentyabrın 21-də 1,6331. İş materiallarındakı Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2020-ci il 28 yanvar tarixli protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs və Şahid8 üzləşdirilərkən birincisi ifadəsini təsdiqləyərək X27 təklifi ilə sonuncunun və Şahid8 ilə şərikliyi ilə Bakı şəhərindəki Yeni Bulvarda «Coffee Time» kafesini, daha sonra yeni iki yer açdığını, Şahid2 təşəbbüsü ilə Şahid8 yanında Şahid2 və Zərərçəkmiş şəxs ilə «Manhattan» kafesində görüşüb sonradan sonuncudan hissə-hissə faizlə 760.000 ABŞ dollarının aldığını, həmin pula görə onun Şahid8 ilkin olaraq 1,33% 200.000 ABŞ dollarından sonra 1% qazanc kimi pul verməyə başladığını, beləliklə 2016-cı ilin iyul ayına qədər sonuncuya 87.409 ABŞ dolları verdiyini, Şahid8 70.000 manat almadığını, sonuncunun «Beynəlxalq Bankı»nın Suraxanı filialından götürdüyü 20.000 manatı ona verdiyinə görə əvəzində 26.000 manat ödədiyini, Şahid8 məxsus avtomobili 15.000 ABŞ dollarına satdığını bildirmiş, sonuncu onun dediklərini təkzib etməklə Təqsirləndirilən şəxs yalan danışdığını, «X29» məhdud məsuliyyətli cəmiyyətində işləyib dəftərxana ləvazimatlarının satışı ilə məşğul olduğu, pul qoysa, qazancından ona da verə biləcəyi sözü ilə 2010-2011-ci illərdə sonuncuya tədricən 70.000 manat ötürdüyünü, Təqsirləndirilən şəxs də ona 500-600 manat qazanc ödədiyini, 2012-ci ildə onun Bakı şəhərindəki Yeni Bulvarda «Coffee Time» kafesini, bir azdan əlavə yeni iki yer açaraq mühasibatlığını apardığına görə hər obyektə sonuncuya ayda təxminən 500 manat verdiyini, Şahid2 və Zərərçəkmiş şəxs ilə «Manhattan» kafesində görüşdükdə onun da Təqsirləndirilən şəxs xahişi ilə iştirak etdiyini, sonuncunun «X29» məhdud məsuliyyətli cəmiyyətinin işçisi olmaqla dəftərxana ləvazimatlarının biznesinə Zərərçəkmiş şəxs cəlb olunmasını təklif etdiyini, sonuncunun razılaşıb iki övladının adından pul verəcəyini bildirərək uzaqlaşdığını, Zərərçəkmiş şəxs pulun verilməsi ilə bağlı tərtib edilən muqavilələri imzalasa da bunun müqabilində Təqsirləndirilən şəxs heç bir məbləğdə pul almadığını, bildiyinə görə sonuncunun Zərərçəkmiş şəxs cəmi 760.000 ABŞ dolları götürdüyünü, sonuncuya vəsait ödəmək üçün onun istifadəsində olan avtomobili 15.000 ABŞ dollarına satıb pulu 15 günlüyə Təqsirləndirilən şəxs verdiyini göstərmişdir (3-cü cild, iş vərəqi 64-67). İş materiallarında olan Dənizkənarı Bulvar İdarəsinin 2020-ci il 18 fevral tarixli 01- 20/51 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs, X46 və Şahid8 ilə 2013-201-cı illər üzrə heç bir əmək və ya xidmət müqaviləsi bağlanmamışdır (3-cü cild, iş vərəqi 104). İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2020-ci il 21 fevral tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs qismində cəlb olunan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.3.2.-ci maddəsində nəzərdə tutulan ittiham elan olunmuşdur (3-cü cild, iş vərəqi 108-111). İş materiallarındakı Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2020-ci il 21 fevral tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılmasından imtina etmişdir (3-cü cild, iş vərəqi 127). İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2020-ci il 20 mart tarixli qərarından və eyni tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs həbs müddətinin son vaxtı bitdiyinə görə sonuncu Bakı İstintaq Təcridxanasından buraxılmış, barəsində başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri seçilmişdir (3-cü cild, iş vərəqi 150-154). İş materiallarındakı Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2020-ci il 10 aprel tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi qeyd kitabçasından beş ədəd vərəqin kserosurətinə baxış zamanı sonuncunun Zərərçəkmiş şəxs 2014-cü il iyunun 11-də 80.000 ABŞ dolları, 2014-cü il iyulun 07-də 65.000 ABŞ dolları, 2014-cü il avqustun 18-də 50.000 ABŞ dolları, 2014-cü il noyabrın 15də 42.000 ABŞ dolları, 2014-cü il noyabrın 19-da 45.000 ABŞ dolları, 2015-ci il fevralın 01-də 74.000 ABŞ dolları, 2015-ci il iyulun 09-da 82.000 ABŞ dolları, 2015-ci il noyabrın 15-də 15.000 ABŞ dolları, 2015-ci il iyunun 15-də 35.000 ABŞ dolları, 2015-ci il sentyabrın 21-də 132.000 ABŞ dolları pul almasının; Təqsirləndirilən şəxs 2014-cü il iyulun 15-də Zərərçəkmiş şəxs 3.200 ABŞ dolları, Şahid2 və Şahid8 hər birinə 1.338 ABŞ dolları, 2014cü il avqustun 15-də Zərərçəkmiş şəxs 6.734 ABŞ dolları, Şahid2 və Şahid8 hər birinə 1.930 ABŞ dolları, 2014-cü il sentyabrın 15-də Zərərçəkmiş şəxs 8.000 ABŞ dolları, Şahid2 və Şahid8 hər birinə 2.590 ABŞ dolları, 2014-cü il oktyabrın 15-də Zərərçəkmiş şəxs 8.000 ABŞ dolları, Şahid2 və Şahid8 hər birinə 2.590 ABŞ dolları, 2014-cü il dekabrın 15-də Zərərçəkmiş şəxs 13.000 ABŞ dolları, Şahid2 və Şahid8 hər birinə 3.480 ABŞ dolları, 2015-ci il yanvarın 15-də Zərərçəkmiş şəxs 13.000 ABŞ dolları, Şahid2 və Şahid8 hər birinə 3.570 ABŞ dolları, 2015-ci il fevralın 15-də Zərərçəkmiş şəxs 15.500 ABŞ dolları, Şahid2 və Şahid8 hər birinə 3.980 ABŞ dolları, 2015-ci il martın 15-də Zərərçəkmiş şəxs 13.000 ABŞ dolları, Şahid2 və Şahid8 hər birinə 2.200 ABŞ dolları, 2015-ci il aprelin 15-də Zərərçəkmiş şəxs 13.000 ABŞ dolları, Şahid2 və Şahid8 hər birinə 2.200 ABŞ dolları, 2015-ci il mayın 15-də Zərərçəkmiş şəxs 13.000 ABŞ dolları, Şahid2 və Şahid8 hər birinə 2.383 ABŞ dolları, 2015-ci il iyunun 15-də Zərərçəkmiş şəxs 13.000 ABŞ dolları, Şahid2 və Şahid8 hər birinə 2.574 ABŞ dolları, 2015-ci il iyulun 15-də Zərərçəkmiş şəxs 13.984 ABŞ dolları, Şahid2 və Şahid8 hər birinə 2.780 ABŞ dolları, 2015-ci il avqustun 15-də Zərərçəkmiş şəxs 18.000 ABŞ dolları, Şahid2 və Şahid8 hər birinə 3.003 ABŞ dolları, 2015-ci il sentyabrın 15-də Zərərçəkmiş şəxs 18.000 ABŞ dolları, Şahid2 və Şahid8 hər birinə 3.323 ABŞ dolları, 2015-ci il oktyabrın 15-də Zərərçəkmiş şəxs 23.000 ABŞ dolları, Şahid2 və Şahid8 hər birinə 3.668 ABŞ dolları, 2015-ci il noyabrın 15-də Zərərçəkmiş şəxs 23.000 ABŞ dolları, Şahid2 3.500 ABŞ dolları və Şahid8 1.000 ABŞ dolları, 2015-ci il dekabrın 15-də Zərərçəkmiş şəxs 25.000 ABŞ dolları, Şahid2 3.900 ABŞ dolları və Şahid8 2.500 ABŞ dolları, 2016-cı il yanvarın 15-də Zərərçəkmiş şəxs 25.000 ABŞ dolları, Şahid2 5.000 ABŞ dolları və Şahid8 1.500 ABŞ dolları, 2016-cı il fevralın 15də Zərərçəkmiş şəxs 25.000 ABŞ dolları, Şahid2 5.000 ABŞ dolları və Şahid8 1.500 ABŞ dolları, 2016-cı il martın 15-də Zərərçəkmiş şəxs 25.000 ABŞ dolları, Şahid2 6.600 ABŞ dolları və Şahid8 5.000 ABŞ dolları, 2016-cı il aprelin 15-də Zərərçəkmiş şəxs 25.000 ABŞ dolları, Şahid2 6.600 ABŞ dolları və Şahid8 5.000 ABŞ dolları, 2016-cı il mayın 15-də Zərərçəkmiş şəxs 25.000 ABŞ dolları, Şahid2 6.600 ABŞ dolları və Şahid8 5.000 ABŞ dolları, 2016-cı il iyunun 15-də Zərərçəkmiş şəxs 25.000 ABŞ dolları, Şahid2 6.600 ABŞ dolları və Şahid8 5.000 ABŞ dolları, 2016-cı il iyulun 15-də Zərərçəkmiş şəxs 28.000 ABŞ dolları, Şahid2 7.200 ABŞ dolları və Şahid8 5.600 ABŞ dolları, 2016-cı il avqustun 15-də Zərərçəkmiş şəxs 28.000 ABŞ dolları, Şahid2 7.200 ABŞ dolları və Şahid8 5.600 ABŞ dolları, 2016-cı il oktyabrın 21-də Zərərçəkmiş şəxs 35.000 ABŞ dolları ödəməsinin qeyd olunması aşkarlanmışdır (3-cü cild, iş vərəqi 162-167). İş materiallarındakı Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2020-ci il 27 iyul tarixli protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs və zərər çəkmiş şəxs Şahid2 üzləşdirilərkən birincisi Zərərçəkmiş şəxs pulları çox halda əskik olmaqla aldığını, belə ki, 2014-cü il iyulun 17-də 70.000 ABŞ dolları yox, 65.000 ABŞ dolları, 2014-cü il noyabrın 15-də 50.000 ABŞ dolları yox, 42.000 ABŞ dolları, 2014-cü il noyabrın 19-da 45.000 ABŞ dolları, 2015-ci il fevralın 01-də 100.000 ABŞ dolları yox, 74.000 ABŞ dolları, 2015-ci il iyulun 09-da 100.000 ABŞ dolları yox, 82.000 ABŞ dolları, 2015-ci il noyabrın 15-də 40.000 ABŞ dolları yox, 15.000 ABŞ dolları, 2015-ci il iyunun 15də 60.000 ABŞ dolları yox, 35.000 ABŞ dolları, 2015-ci il sentyabrın 21-də 160.000 ABŞ dolları yox, 132.000 ABŞ dolları almasını bildirmiş, Şahid2 onun dediklərini təsdiq etmişdir (3-cü cild, iş vərəqi 170-171). İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2020-ci il 10 aprel və 2020-ci il 27 iyul tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs xəstəliyi ilə əlaqədar cinayət işi üzrə icraat dayandırılıb sağalandan sonra təzələnmişdir (3cü cild, iş vərəqi 175-178 və 189-192). İş materiallarındakı Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2020-ci il 27 iyul tarixli protokoldan görünür ki, iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs üzləşdirilərkən birincisi ifadəsini təsdiqləyib biznes adı ilə sonuncunun ondan 2014-cü il iyunun 11-dən 2016-cı il sentyabrın 21-dək alaraq qazanc kimi 456.000 ABŞ dolları verdiyini bildirmiş, Təqsirləndirilən şəxs ona pulları bir neçə dəfə əskik verdiyini bildirmiş, Zərərçəkmiş şəxs 760.000 ABŞ dollarının almadığını, kağızda sonuncunun təkidi ilə belə məbləğ yazdığıqı, Zərərçəkmiş şəxs 456.000 ABŞ dolları yox, 760.000 ABŞ dollarından bəlkə də artıq pul ödədiyini göstərmişdir (3-cü cild, iş vərəqi 196-200). İş materiallarındakı Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2020-ci il 27 iyul tarixli protokoldan görünür ki, iş üzrə zərər çəkmiş şəxslər Şahid2 və Zərərçəkmiş şəxs üzləşdirilərkən birincisi ifadəsini təsdiqləyib sonuncunun ona pulları onu vasitəsi ilə bir neçə dəfə əskik, belə ki 760.000 ABŞ dolları yox, 550.000 ABŞ dolları və ya 600.000 ABŞ dolları verdiyini bildirmiş, Zərərçəkmiş şəxs onun dediklərini təkzib edərək ola bilər ki, bir dəfə 5.000 ABŞ dolları, bir dəfə də 10.000 ABŞ dolları əskik versə də müqavilədə nəzərə alınmadığını, qazanc bölgüsünün onun pul verdiyi vaxt hesablanmadığını göstərmişdir (3-cü cild, iş vərəqi 201-202). İş materiallarındakı Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2020-ci il 29 iyul tarixli protokoldan görünür ki, iş üzrə zərər çəkmiş şəxs Şahid2 Şahid14 ilə üzləşdirilərkən birincisi ifadəsini təsdiqləyib sonuncunu tanımamaqla ilk dəfə gördüyünü, Şahid14 onun dediklərini təsdiq edərək Zərərçəkmiş şəxs çatası 150.000 ABŞ dollarını Şahid2 verməməsini bildirmişlər (3-cü cild, iş vərəqi 213-215). İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2020-ci il 29 iyul və 2020-ci il 07 avqust tarixli qərarlarından görünür ki, cinayət işi üzrə lüzumsuz vaxt axımının qarşısını almaq məqsədi ilə icraat dayandırılıb təzələnmişdir (3-cü cild, iş vərəqi 216-219 və 226-229). İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2020-ci il 16 avqust tarixli sübutların qiymətləndirilməsi və cinayət təqibinə xitam verilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs niyyəti Zərərçəkmiş şəxs əmlakını ələ keçirməyə deyil, ona olan borcun qaytarmağa yönəlmiş kimi həsab edilməklə ********* nömrəli cinayət işinin icraatına xitam verilmiş, Təqsirləndirilən şəxs etdiyi 2020-ci il fevralın 21-də elan edilmiş ittiham qüvvədən düşmüş hesab edilmiş və təqsirləndirilən şəxs qismində statusuna xitam verilmiş, Şahid2, Şahid8, Şahid1 və Zərərçəkmiş şəxs əməllərində cinayət tərkibi müəyyən edilmədiyndən barələrində cinayət təqibinin başlanması rədd olunmuş, Təqsirləndirilən şəxs tərəfindən qanunsuz olaraq Şahid7 hər hansı bir məbləğdə pul vəsaitinin ələ keçirilməsi ilə mötəbər sübutlar müəyyən edilmədiyndən həmin epizodla bağlı Təqsirləndirilən şəxs ittiham elan olunması rədd edilmiş, "xxxx" MMC-dən daxil olmuş, rabitə məlumatlarının əks olunduğu bir ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş, Zərərçəkmiş şəxs və Şahid2 mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur (3cü cild, iş vərəqi 236-261). İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Prokurorluğunun 2020-ci il 01 oktyabr tarixli qərarından görünür ki, istintaq zamanı Bakı Şəhər Prokurorluğunun 2020-ci il 08 avqust tarixli yazılı göstərişi icra edilmədiyindən Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 2020-ci il 16 avqust tarixli qərarı ləğv olunmuşdur (4-cü cild, iş vərəqi 2-4). İş materiallarındakı Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2020-ci il 05 oktyabr tarixli protokoldan görünür ki, Şahid1 təqdim etdiyi bir ədəd CD-R diskinə baxış, eləcə də məhkəmə iclasında baxış keçirilərkən «hadaqorhu-1» adlı birinci faylda Zərərçəkmiş şəxs «Anar mən bura müalicəyə gəlmişəm bəsdirində sənin ağsaqqalındı nədi o mənim əsəblərimlə oynamayan dünən gərək ikinizidə vurardım» məzmunlu, «hadaqorhu-2» adlı ikinci faylda Zərərçəkmiş şəxs «mənim başıma oyun açmayın elə etməyin ki, sizin ikinizdə gəlib orda başını kəssinlər» məzmunlu, «macburetma-1» adlı üçüncü faylda Zərərçəkmiş şəxs «Anar birdənə qarşılıqlı hesablama barədə akt yaz yaz ki 2014-cü ilin fevral ayından qarşılıqlı maraqlar əsasında işləmişik, Cavanşiridə məni də akta yaz, sonra yaz ki, mən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xx.xx.2016-cı ilə 760.000 ABŞ dolları borcum var, xx.xx.2017-ci ilə qədər ödəyəcəm əks təqdirdə hər aya qədər ödənilməmiş məbləğin 10 % cərimə kimi ödəniləcək day ayrı sözün yoxdur» məzmunlu və «macburetma-2» adlı dördüncü faylda Zərərçəkmiş şəxs «sənə dedim axı aktı əlavə et, bütün məsuliyyəti öz üzərinə götürürsən və vaxtı vaxtında qaytarmağa məcbursan nə üçün o sözü əlavə etməmisən» məzmunlu danışıqlar aşkarlanmışdır (4-cü cild, iş vərəqi 10). İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2020-ci il 06 oktyabr tarixli sübutların qiymətləndirilməsi və cinayət təqibinə xitam verilməsi haqqında qərarından görünür ki, ********* nömrəli cinayət işinin icraatına yenidən xitam verilmiş, maddi sübut kimi tanınan bir ədəd CD diskinin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır (4-cü cild, iş vərəqi 22-48). İş materiallarında olan Azərbaycan Respublikası Baş Prokurorluğunun 2020-ci il 26 noyabr tarixli qərarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 2020-ci il 06 oktyabr tarixli qərarı ləğv edilmişdir (4-cü cild, iş vərəqi 50-55). İş materiallarındakı Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2020-ci il 16 dekabr tarixli protokoldan görünür ki, «Azercell Telekom» məhdud məsuliyyətli cəmiyyətindən daxil olan bir ədəd CD-R diskinə baxış vaxtı Təqsirləndirilən şəxs istifadəsindəki ***-***-**-** ilə Zərərçəkmiş şəxs istifadəsindəki ***-***-**-** saylı mobil nömrələr arasında 2016-cı il sentyabrın 17-dən 2016-cı il sentyabrın 23-dək olan müddətdə danışıq olmaması aşkarlanmışdır (4-cü cild, iş vərəqi 66). İş materiallarındakı Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 03 yanvar tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 2014-cü il 12 iyun və 2014-cü il 15 sentyabr tarixli müqavilələrə baxış zamanı Şahid2 sementin realizasiyası ilə bağlı Zərərçəkmiş şəxs 15.000 ABŞ dolları nağd pul vəsaiti alması, hər ayın 10-dan 15-nə qədər verilən pula görə 1.000 ABŞ dolları qazancın veriləcəyi müəyyənləşdirilmişdir (4-cü cild, iş vərəqi 75-77). İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 09 yanvar tarixli sübutların qiymətləndirilməsi və cinayət təqibinə xitam verilməsi haqqında qərarından görünür ki, ********* nömrəli cinayət işinin icraatına bir daha xitam verilmişdir (4-cü cild, iş vərəqi 92-104). İş materiallarında olan Azərbaycan Respublikası Baş Prokurorluğunun 2021-ci il 22 fevral tarixli qərarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 2021-ci il 09 yanvar tarixli qərarı ləğv edilmiş, cinayət işi üzrə ibtidai istinqtaqın davam etdirilməsi Bakı Şəhər Baş Polis İdarəsinə tapşırılmışdır (4-cü cild, iş vərəqi 115-120). İş materiallarında olan Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı Şöbəsinin 2021-ci il 05 mart tarixli qərarından görünür ki, Şahid2 zərər çəkmiş şəxs qismində iştirakına xitam verilmişdir (4-cü cild, iş vərəqi 126). İş materiallarındakı Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı Şöbəsinin tərtib etdiyi 2021-ci il 08 mart tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi bir ədəd CD-R diskinə baxış, habelə məhkəmə iclasında baxış keçirilərkən həmin diskin 07 ədəd səs parçasından mövcud olmaqla 1 dəqiqə 11 saniyəlik səsli mesajda Təqsirləndirilən şəxs «Salam Vasif müəllim çoxsağol şükür Allaha yaxşıyam siz necəsiniz? Səsiniz biraz xırıltılı gəlir deyəsən naxoşalmısınız. İşlər yaxşıdı şükür Allaha iş biraz çoxdur, başım qarışıb işə, qaçıram o yana-bu yana ki, hamısını vaxtı-vaxtında çatdırım. Yox bizdə şükür Allaha dollarnan problem yoxdur, şirkətdə dollar var. Yəni ki, pulumu dollarnan kassadan götürürəm problemsiz zadsız. Səidə xanım getdi gəldi, görüşdüm onnan danışdım. Təklif elədiyi keçən səfər dediyim şeydi. O da bizlik deyil. Yenə bir dəfə demişəm ona ki, Səidə xanım, nəsə olsa srazu bizi nəzərdə tutun, siz onsuzda bilirsiz bizə nə lazımdı, nə cür şey axtarırıq. Siz dediyiniz biraz uyğun deyil. O da başa düşür prosta indi deyir də yəni ki, belə bir şey var. Qalan şeylər hər şey yaxşıdı. Başqa nəsə proyekt açığı elə bir şey yoxdu ki, sizə deyim. Sizlik olan bir şey. Elə işlədiyim şeydi, ən yaxşısı odu bu dəqiqə» məzmunlu, 19 saniyəlik səsli mesajda Zərərçəkmiş şəxs «Axşamınız xeyir Anar məllim, necəsiz? nə var nə yox? Cavanşir hər şeyi çatdırdı? 16 kilo, yəni hamısı ordadı da? O kağızı zəhmət olmasa bir yazasınız bu bir, problem zad yoxdur ki, işdə? Narahtçılıq zad yoxdu? Bu iki. Birdə uşaqların məsələsindən bir xəbər yoxdur? Necədi işlər nətərdi?» məzmunlu, 11 saniyə və 26 saniyəlik səsli mesajlarda Zərərçəkmiş şəxs «Salam Anar məllim mən dünənləri o kağızı aldım, Cavanşir gətirdi. Amma burda bilirsiniz hər şey yazılıb. 160000 verilib 5 % tikinti materialları zad. Amma burda məsələn sizin ya, Cavanşirin məsuiliyyəti, kimin üstünə düşür bu məsuliyyət, sabah bir şey olsa bu pula kim cavab verir. Onlar heç qeyd olunmuyub axı. Orda qeyd olunmalıdı ki, alınır hər şey 5 %-nən ödənilir. Görülən işlərin müqabilində gələn gəlirdən 5%-nən ödənilir. Amma bu pulun bütün gələcək məsuliyyəti düşür kimlərin üstünə, kim cavabdehdi, yəni Allah elməsin bir hadisə zad olsa, bunlar qeyd olunmalıdı axı» məzmunlu, 19 saniyəlik səsli mesajda Təqsirləndirilən şəxs «Bu kompüterdə yazılan kağız həmişə yazdığım kağızdan idi. Yəni həmişə sizə nə yazırdım, onu da yazdım 160000 üçün. O ki siz dediyiniz nüanslar, onları əldə yazmışdım Cavanşirdə. Əgər siz istəyirsinizsə kompüterdə də belə şey yazılsın, deyin nə yazaq, yazaram» məzmunlu, 12 saniyəlik səsli mesajda Zərərçəkmiş şəxs «Axşamın xeyir necəsən nə var nə yox? Anar, papan danışdı-elədi bu Nazimgilnən? Sabah neçədə görüşürlər, neynirlər, nə xəbər oldu? Gedirlərmi oformleniyaya ya yox?» məzmunlu, 04 dəqiqə 56 saniyəlik danışıqda Zərərçəkmiş şəxs «Çünki bu pul verilmişdi qazanca görə Anar düzdü?» məzmunlu, Təqsirləndirilən şəxs «Bəli, bəli» məzmunlu, Zərərçəkmiş şəxs «Qazanmışam, onları da sən vermisən, amma pulun kökü 760000 səndə qalıbdı və səndən bir neçə dəfə xahiş olunubdu, deyilib ki, zəhmət olmasa problem varsa bunu qaytar. Sən də demisən ki, ora zəlzələ olsa, əlim çatmasa, pul itirilə bilər və pulu istədiyiniz vaxt qaytara bilərəm amma ehtiyac yoxdur, problem yoxdur qoy qalsın. İndi də deyirik ki, qardaş olubdu, başına iş gəlibdi. Mən axı iki ay bundan qabaq dedim ki, oturduq, atan idi, sən idin danışdıq yadındadı. Dedik ki, dekabr ayında 150000-200000 mənə pul lazımdı yadındadı sənin?» məzmunlu, Təqsirləndirilən şəxs «Hə. (...daha sonra başa düşülməyən ifadələr)» məzmunlu, Zərərçəkmiş şəxs «Birinci, ikinci, üçüncüsü. İki ay bundan qabaq» məzmunlu, Təqsirləndirilən şəxs «Mənə demişdiniz 35-i verin mənə, sonra mən gözləyərəm» məzmunlu, Zərərçəkmiş şəxs «Nə qədər gözləyərəm, nə vaxta qədər? Demədim ki, dekabrda 150000-200000 verin qalanını da martda» məzmunlu, Təqsirləndirilən şəxs «Bir dəfə dediniz, dediniz Vasif müəllim» məzmunlu, Zərərçəkmiş şəxs «10 dəfə demişəm. Bir dəfə niyə demişəm 10 dəfə demişəm. Bəs nəyin söhbəti idi dekabrda mənim qapıma gələn var, 150000-200000, 2 ay əvvəl bu sözlər deyilməyib Anar? Bunlar hamısı danışdığımız kimi qüvvədə qalmır? Mən ayrı söz danışmıram ki. Aldığımı da təsdiq eləyirəm dillə. 150000-200000 də deyirəm dekabrda, qalanı da deyirəm ki, martın 20-sinə. Bunlar hamısı dəyişilir məndə, yoxsa elə həminki sözlərdi? Həminki sözlərdi?» məzmunlu, Təqsirləndirilən şəxs «Bəli» məzmunlu, Zərərçəkmiş şəxs «İndi bir dənə də kompromisə gedirəm. Ordan 100000-150000 çatdırmasan dekabrın 20-sinə ümumi summadan, borcdan. Onu da martda verərsən. Buna da gedirəm» məzmunlu, Təqsirləndirilən şəxs «Yaxşı» məzmunlu, Zərərçəkmiş şəxs «Day bundan artıq mən nə deyim? Hələ bu söz deyilməmişdi, indi deyirəm sənə» məzmunlu, Təqsirləndirilən şəxs «(başa düşülməyən ifadələr)» məzmunlu, Zərərçəkmiş şəxs «Deyirəm ki, 150000-200000 dekabrda, martın 20-sinəcən qalır ee 600000 onu bağlama. 600000 martın 20-sinəcən bağlaya bilməsən, 100000-150000 qalsa onu da apreldə verərsən. Ona da gedirəm. Hamısı yox aa, qalan 600000 yox. 100000-150000 qalsa onda apreldə. Buna da gedirəm. Day bundan yaxşı neyləyək, nə cür gedək, 8 ay çəkir e uje borcun bağlanması» məzmunlu, Təqsirləndirilən şəxs «Vasif müəllim, atam... (daha sonra başa düşülməyən ifadələr)» məzmunlu, Zərərçəkmiş şəxs «Ay qardaş atanın bura nə aidiyyəti var?! Mən niyə kiməsə lazım olmayan şeyi verim?! Heç kimə lazım olmayan şeyi, heç bir məna daşımayan kağızı. Mənim kişi sözüm kağızdan əskikdi?! Ayıbdı. Heç bizə yaraşan söz deyil, müsəlmançılığa. Mən heç o vaxt sizdən “zaloq” istəmirdim. O qədər pul sənə verəndə. Elə bir kəlmə danışırdıq-eləyirdik, bəli aparırsan verirsən. Kağızı heç sonra yazırdın, sonra dəyişirdin, amma ayıbdı heç bizə yaraşan söz deyil. Sən atana gərək deyəsən ki, ayıb deyil Vasif müəllim o qədər pul verdi heç məndən “zaloq” istədi?! Heç məndən bağ istədi, torpaq istədi?! Sən onu gərək deyəsən. Bunun kişi sözü bir dənə kağızdan əskikdi!? Aybdı, heç bu sözü təkrar eləməyə də ehtiyac yoxdur. Sabahları 160000 sabah danışılsın bax aformit oldu, birinci gün həll olundu, sənəd verildi, srazu bir dənə kağız imzayla yazıram ki, bəli Təqsirləndirilən şəxs ümumi 760000 borcundan 160000 aldım. Day bundan artıq nə» məzmunlu, Təqsirləndirilən şəxs «Yaxşı Vasif müəllim başa salaram» məzmunlu, Zərərçəkmiş şəxs «Buyurun, buyurun sabah 2-4 arası mütləq, zəngi gözləsin, hara dursun gəlsin otursun söhbət eləsin o yoldaşla, “padvadit” olmayaq adamın yanında day bağlamaq fikiri varsa, pis vəziyyətdəyəm qapıma adam gəlir. Özü də birinci gün mən gedirəm Allaha and olsun, özün bilirsən. Mən dünən axı sənə dedim ki, Allaha da and içdim ki, evin maşınını satdırıram. Mən gəzməyə getmirəm Anar, kefə getmirəm, həkimə gedirəm İrana» məzmunlu, Təqsirləndirilən şəxs «Allah şəfa versin sizə» məzmunlu, Zərərçəkmiş şəxs «Onun üçün niyə gərginləşdirək, bu söhbəti təzədən, niyə 2 aydan sonra təzə söhbət çıxsın, yanvarda bir söhbət çıxsın. İki ay bundan qabaq imza zad söhbəti yox idi. Oktyabrda söz danışdıq dekabrda təzə söz çıxdı ortalığa. Sabah 2-4 arasında denən ki, mütləq gəlsin görüşsün, nə suallar var həll eləyək bunu qurtaraq, yekunlaşdıraq, problem olmasın xahiş eləyirəm» məzmunlu, Təqsirləndirilən şəxs «Oldu yaxşı» məzmunlu və Zərərçəkmiş şəxs «Gözləyirəm zəngini danış mənə denən» məzmunlu danışıqları müəyyənləşdirilmiş, göstərilən disk protokola əlavə olunmuşdur (4cü cild, iş vərəqi 148-152). İş materiallarında olan Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı Şöbəsinin 2021-ci il 08 mart və 2021-ci il 02 avqust, 2021-ci il 02 noyabr və 2021-ci il 21 dekabr, 2021-ci il 21 dekabr və 2022-ci il 28 yanvar tarixli qərarlarından görünür ki, cinayət işi üzrə bir sıra zəruri istintaq hərəkətləri yerinə yetirilsə də cinayətin törədilməsinə aidiyyəti olan digər şəxslərin iştirakı olmadan icraata obyektiv baxılması mümkün olmadığından icraat üç dəfə eyni əsaslarla dayandırılıb zərurət aradan qalxdığından sonra üç dəfə də təzələnmişdir (4-cü cild, iş vərəqi 153; 5-ci cild, iş vərəqi 38, 51, 62, 65 və 82). İş materiallarında olan Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı Şöbəsinin 2021-ci il 19 mart tarixli ***-**** №-li bildirişdən görünür ki, «Giriş-çıxış və qeydiyyat» İAMASın «Sərhədkeçməyə məhdudiyyət» siyahısına Təqsirləndirilən şəxs «Saxla» statusu ilə daxil edilmişdir (4-cü cild, iş vərəqi 172). İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2021-ci il 09 aprel tarixli qətnaməsinin surətindən görünür ki, Orxan Ulfan oğlu X25 Əfəndiyevə qarşı pul tələbinə dair iddiası qismən təmin edilib sonuncudan Şahid7 xeyrinə 38.625 ABŞ dolları məbləğində pul vəsaiti tutulduğu anda Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə, həmçinin hüquqi xidmət xərci 110 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pul tutulması qət olunmuşdur (4-cü cild, iş vərəqi 178-181). İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2021-ci il 07 aprel tarixli qətnaməsinin surətindən görünür ki, Şahid7 Təqsirləndirilən şəxs qarşı kredit müqaviləsi üzrə 80.000 ABŞ dolları məbləğində pul vəsaiti tutulması tələbinə dair iddası, Şahid7 iddia etdiyi pul məbləğinin tam şəkildə ona qaytarıldığını bildirdiyindən, rədd edilərək iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun sonuncunun özünə aid edilməsi qət olunmuşdur (4-cü cild, iş vərəqi 182-183). İş materiallarındakı Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı Şöbəsinin tərtib etdiyi 2022-ci il 28 yanvar tarixli protokoldan görünür ki, «Bakcell» məhdud məsuliyyətli cəmiyyətindən 2022-ci il 18 yanvar tarixli BKC/LGL-1409/22 №-li məktubu ilə daxil olan bir ədəd CD diskinə baxış keçirilərkən Təqsirləndirilən şəxs istifadəsindəki ***-***-**-** saylı mobil nömrə ilə Şahid2 istifadəsindəki ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr arasında 2014-cü ildən başlayaraq tədqiq edilən dövr ərzində mütəmadi zəngli danışıq əlaqələrinin olması, Zərərçəkmiş şəxs tərəfindən Şahid2 pul vəsaitlərinin verildiyi 2014-cü il iyunun 11-də, 2014-cü il iyulun 11-də, 2015-ci il noyabrın 15-də, 2016-cı il iyunun 15-də, 2016-cı il sentyabrın 21-də sonuncunun Təqsirləndirilən şəxs zəng etməsi, sonuncu ilə Şahid2 arasındakı 2015-ci il noyabrın 15-də telefon danışığı zamanı Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, 44, daha sonra ünvan 17 ünvanlarda yerləşən ötürücü anten şamlarına, 2016-cı il iyunun 15-də olan danışıq vaxtı M.Quliyev küçəsi, 45 saylı ünvanda yerləşən ötürücü anten şamına, 2016-cı il sentyabrın 21-də Bakı şəhəri, Yasamal rayonu, İsmayıl Qutqaşınlı küçəsi, 29 və ünvan 18 ünvanlarda yerləşən anten şamına qoşulması; «Azercell Telekom» məhdud məsuliyyətli cəmiyyətindən 2022-ci il 19 yanvar tarixli 942 №-li məktubu ilə daxil olan bir ədəd CD diskinə baxış zamanı Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs istifadəsindəki ***-***-**-** və Şahid2 istifadəsindəki ***-***-**-**, ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr arasında mütəmadi telefon danışıqlarının olması, Zərərçəkmiş şəxs tərəfindən Şahid2 pul vəsaitlərinin verildiyi 2014-cü il iyunun 11-də, 2014-cü il iyulun 11-də, 2015-ci il noyabrın 15-də, 2016-cı il iyunun 15-də, 2016-cı il sentyabrın 21-də sonuncunun Təqsirləndirilən şəxs zəng etməsi, sonuncu ilə Şahid2 arasındakı 2014-cü il iyunun 11-də olan danışıq vaxtı Təqsirləndirilən şəxs ünvan 19 ünvandakı «MKT İK» firmasında yerləşən ötürücü anten şamının, 2014-cü il iyulun 11-də, 2014-cü il avqustun 18-də və 2014-cü il noyabrın 15-də olan danışıqlar zamanı Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsində yerləşən ötürücü anten şamının, 2014-cü il noyabrın 19-da olan danışıq vaxtı Bakı şəhəri, Yasamal rayonu, Əbdürrəhim Haqverdiyev, Bəsti Bağırova, Əbdülvahab Salamzadə küçələrində yerləşən ötürücü anten şamlarının, 2015-ci il iyulun 09-da olan danışıq zamanı Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən ötürücü anten şamının, 2016-cı il iyunun 15-də olan danışıq vaxtı Bakı Metropoliteninin «Elmlər Akademiyası» stansiyasının yaxınlığında yerləşən ötürücü anten şamının əhatə dairəsində qeydə alınması, 2014-cü ildən başlayaraq Təqsirləndirilən şəxs istifadəsindəki mobil nömrəyə əcnəbi indeksli müxtəlif telefon nömrələrindən tədqiq edilən bütün dövr ərzində davamlı olmaqla birja platformalarında ticarət olunan neft, dollar, rəqəmsal valyuta, habelə digər əmtəə nişanları haqqında olan məlumat xarakterli, eləcə də edilmiş yatırım, güzəştlər və bazarın vəziyyətinin analizi nəticəsində cari ticarət strategiyası barədə verilən tövsiyə səciyyəli mesajların daxil olması müəyyən edilmiş, göstərilən disklər cinayət işinə əlavə olunmuşdur (5-ci cild, iş vərəqi 76, 80 və 84-86). İş materiallarında olan Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı Şöbəsinin 2022-ci il 28 yanvar tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.3.2.-ci maddəsi ilə yenidən ittiham elan olunmuşdur (5-ci cild, iş vərəqi 92-94). İş materiallarında olan Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı Şöbəsinin 2022-ci il 28 yanvar tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qismində qətimkan tədbiri seçilmişdir (5-ci cild, iş vərəqi 114-116). İş materiallarında olan Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı Şöbəsinin 2022-ci il 14 iyul tarixli cinayət işi üzrə toplanmış sübutların məcmusuna qiymət vermə haqqında qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.3.2.-ci maddəsi ilə elan edilən ittihama əlavə və düzəlişlər edilməklə yenidən həmin maddə ilə ona ittihamın elan edilməsi və barəsində seçilmiş polisin nəzarəti altına vermə qismində qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılması; Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 308-ci, 178.2.3.-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilməsi; Şahid2 cinayət prosesində zərər çəkmiş şəxs hesab edilməməsi nəzərə alınmaqla Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin X5 Əfəndiyevin təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 2018-ci il 26 sentyabr tarixli qərarında göstərilən epizodun ittihamdan xaric edilməsi; Şahid8 münasibətdə Təqsirləndirilən şəxs ona istinad edilməklə qeyd olunan ictimai təhlükəli əməldə təqsirli olmasına dəlalət edən kifayət qədər sübutlar məcmusu olmadığından həmin xüsusiyyətlər üzrə sonuncu barəsində Azərbaycan Respublikasının CM-nin 178.3.2.-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilməsi; Şahid7 məxsus 157.000 ABŞ dolları məbləğində pul vəsaitinin X39 tərəfindən ələ keçirilməsi ittihamı üzrə cinayət təqibini qeyri-mümkün edən məhkəmənin qanuni qüvvəyə minmiş və ləğv edilməmiş qətnaməsi olduğundan sonuncu barəsində Azərbaycan Respublikasının CM-nin 178.3.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilməsi; X40 və Cövdət adlı şəxsə məxsus 250.000 ABŞ dolları məbləğində pul vəsaitinin Təqsirləndirilən şəxs tərəfindən ələ keçirilməsi epizodu üzrə sonuncu barəsində Azərbaycan Respublikasının CM-nin 178.3.2.-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilməsi; Şahid1 tamah niyyətindən irəli gəlməklə övladı Təqsirləndirilən şəxs ilə, eləcə də Şahid2 və Şahid8 sonuncu ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında Zərərçəkmiş şəxs məxsus külli miqdarda əmlakı etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmələrinə işarə edən kifayət qədər mötəbər sübutlar məcmusu olmadığından qeyd olunan üç nəfər barəsində Azərbaycan Respublikasının CM-nin 178.3.2.-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilməsi; Zərərçəkmiş şəxs 2016-cı ilin sentyabr ayından başlayaraq Təqsirləndirilən şəxs öldürməklə və ya sağlamlığına ağır zərər vurmaqla hədələməsi faktı sübuta yetirilmədiyi üçün barəsində Azərbaycan Respublikasının CM-nin 134-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilməsi; Şahid2 barəsində Azərbaycan Respublikasının CM-nin 297.1.-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilməsi; Şahid1 2018-ci il 04 sentyabr tarixli şahid qismindəki ifadəsində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsindəki bağ evini satmaq üçün Şahid2 notarial etibarnamə verməkdə məqsədinin özünə başqa ev almaq istəməsi barədə göstərdiyi xüsusiyyətlər işin faktiki hallarına uyğun olmamaqla öz təsdiqini tapmadığından sübut hesab edilməməsi; Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus pulların tikinti materialları və dəftərxana ləvazimatlarının alqı-satqısı üçün alınması, əslində isə kofe və vafli satışı ilə bağlı obyektlərə, habelə birja platformasındakı maliyyə əməliyyatlarına sərf olunmasına dair 2019-cu il 24 dekabr tarixli ifadəsinin ittihamın düzgün həllinə xidmət edən sübut növü kimi qəbul edilməsi; zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında 2019-cu il dekabrın 25-də keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı sonuncunun bəzən Zərərçəkmiş şəxs zəng edərək tikinti materialları üçün əlavə pul istəməklə yalan danışması, əsl həqiqətdə «Azərsun Holdinq» məhdud məsuliyyətli cəmiyyətində dəftərxana və tikinti materiallarının alqı-satqısı ilə məşğul olmaması və başqa işlər görməsi barədə göstərdiklərinin ittihamın düzgün həllinə xidmət edən sübut növü kimi qəbul edilməsi; Şahid8 ilə Təqsirləndirilən şəxs arasında 2020-ci il yanvarın 28-də keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı sonuncunun Zərərçəkmiş şəxs həqiqətən 760.000 ABŞ dolları məbləğində pul almasını etiraf etməsi barədə göstərdiyi xüsusiyyətlər işin faktiki hallarına uyğun gəldiyi üçün həmin üzləşdirmə protokolunun sübut hesab edilməsi; Təqsirləndirilən şəxs 2020-ci il yanvarın 31-də təqsirləndirilən şəxs və 2020-ci il oktyabrın 06-da şahid qismində guya «Azərsun Holdinq» məhdud məsuliyyətli cəmiyyətində maliyyə idarəsinin rəis müavini işləməsi, dəftərxana və tikinti mallarının alqısatqısının ona həvalə edilməsinə dair Zərərçəkmiş şəxs yalan danışması, müvafiq müqavilələr əsasında sonuncudan müxtəlif məbləğlərdə pul alması barədə verdiyi ifadələr ibtidai istintaq zamanı toplanmış digər mötəbər sübutlar məcmusu ilə öz təsdiqini tapdığından və obyektiv həqiqəti müəyyən etməyə imkan verdiyindən göstərilən dindirmə protokollarının sübut hesab edilməsi; Təqsirləndirilən şəxs yeni xüsusiyyətlərlə çıxış etdiyi 2020-ci il 21 fevral tarixli ifadəsinin «Azərsun Holdinq» məhdud məsuliyyətli cəmiyyətindəki işlər haqqında Şahid8 ilk dəfə 2014-cü ildə danışması, bu barədə Şahid2 məhz Şahid8 məlumat verməsi, bundan sonra Şahid2 Zərərçəkmiş şəxs adlı dostunun pul verməyə hazır olması, sonuncu ilə ilk görüşdə iş haqqında danışıq olmadığı üçün pul vermə məsələsi barədə Zərərçəkmiş şəxs ilə danışılmasını Şahid2 tapşırması, sonuncunun də Zərərçəkmiş şəxs ilə danışıb iki gün keçmiş razılıq əldə etməsi, aylıq 4% qazanc ödəniləcəyi sözünü də Şahid2 vasitəsi ilə Zərərçəkmiş şəxs dedizdirməsi, 2014-cü ildə ilk 40.000 ABŞ dolları alandan sonra «hər ehtimala qarşı» bulvarda 10 kvadrat metr sahəli kofe satışı köşkünü açması, bu haqda isə Zərərçəkmiş şəxs məlumatsız olması, sonuncudan pulu almağa başlayandan Şahid8 ilə Şahid2 də qazancdan hər ay 1,33 % verməyə başlaması, 2014-cü ilin avqust ayında bulvar ərazisində 20 kvadrat metr sahəli vafli satışı köşkünü açması, habelə 2014-cü ilin payızında bulvar ərazisində başqa yeni köşkləri istifadəsinə götürməsi, Şahid2 vasitəsi ilə Zərərçəkmiş şəxs 2014-cü il noyabrın 15-də və 2014-cü il noyabrın 19-da hər dəfə 50.000 deyil, faktiki 45.000 ABŞ dolları, 2015-ci il fevralın 01-də 100.000 deyil, faktiki 57.000 ABŞ dolları, 2015-ci il iyulun 09-da 100.000 deyil, faktiki 82.000 ABŞ dolları, 2015-ci il noyabrın 15-də 40.000 deyil, faktiki 13.000 ABŞ dolları, 2016-cı il iyunun 15-də 60.000 deyil, faktiki 35.000 ABŞ dolları, 2016-cı il sentyabrın 21-də 160.000 deyil, faktiki 132.000 ABŞ dolları pul alması, 2015-ci il iyulun 09-dan başlayaraq aldığı vəsaitlər də daxil olmaq şərti ilə 2016-cı il sentyabrın 21-də aldığı pulların hamısını müxtəlif birja platformalarında elektron valyuta şəklində dollar və avro alıb uğursuz maliyyə əməliyyatları edərək itirməsi, maliyyə idarəsinin rəis müavini vəzifəsində işləməsi barədə heç kimə yalan məlumat verməməsi, guya Zərərçəkmiş şəxs aldığı pulların əskiyini özünə məxsus kitabda qeyd etməsi ilə bağlı sadalanan xüsusiyyətlər özündə həqiqəti əks etdirməməklə cinayət işi üzrə toplanmış sübutlar məcmusu ilə tamamilə təkzib edildiyindən təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlillər hesab edilməsi və göstərilən hissələrdə sübut növü kimi qəbul edilməməsi; Təqsirləndirilən şəxsni həmin 2020-ci il 21 fevral tarixli ifadəsinin «Azərsun Holdinq» məhdud məsuliyyətli cəmiyyətində dəftərxana ləvazimatları və tikinti materiallarının alqısatqısının ona həvalə edilməsi barədə Zərərçəkmiş şəxs ilə söhbət etməsi, göstərilən adla sonuncudan həqiqətən də müxtəlif məbləğlərdə pullar alması, digər tanışı Şahid7 eyni bəhanə ilə 150.000 ABŞ dolları alması ilə bağlı xüsusiyyətlər işin faktiki hallarına uyğun olduğundan qeyd edilən hissələrdə sübut kimi qəbul edilməsi; Təqsirləndirilən şəxs 2020-ci il 10 aprel tarixli ifadəsində guya Şahid2 tərəfindən 2015-ci il noyabrın 15-də ona faktiki olaraq 15.000 ABŞ dolları verilməsi, ümumiyyətlə Zərərçəkmiş şəxs məxsus pulları aldığı və sonuncuya qaytardığı zaman öz kitabçasında qeydiyyatlar aparması, həmin kitabı Şahid2 də görməsi barədə göstərdikləri öncəki ifadələri ilə yanaşı sonuncunun 2021-ci il 01 noyabr (əslində 02) tarixli şahid qismindəki ifadəsi ilə tamamilə təkzib edildiyi, habelə Təqsirləndirilən şəxs axtarışda olarkən özünün elektron qaydada tərtib etməklə atası Şahid1 vasitəsi ilə istintaq orqanına təqdim etdiyi «ödəniş cədvəli»ndə zərər çəkmiş şəxsdən alınan və ona ödənilən məbləğlərə dair qeyd edilən rəqəmlər, istintaqın sonrakı mərhələsində qəfildən meydana çıxıb əvvəllər barəsində ümumiyyətlə söz açılmamış qeydiyyat kitabçasında göstərilən rəqəmlərlə tamamilə ziddiyyət təşkil etdiyindən, səbəbi təqsirləndirilən şəxs tərəfindən əsaslı dəlillərlə izah edilmədiyindən, kitabın əsli qərəzli şəkildə istintaq orqanına təqdim edilmədiyindən həmin hallar Təqsirləndirilən şəxs bu mövzuda qeyri-səmimi mövqe tutmasına, cinayət məsuliyyətindən yayınmağa və ictimai təhlükəli əməlini pərdələməyə görə düşünülmüş şəkildə uydurma məbləğlərdən ibarət yazılı sənədlərin hazırlanması və belə yolla cinayət prosesini həyata keçirən orqanın qarşısında əsassız şübhələr və maneələr yaratmaq məqsədi daşıdığı üçün qeyd edilən xüsusiyyətlərin təqsirləndirilən şəxsin öz müdafiəsi ötrü gətirdiyi dəlillər hesab edilməsi, Təqsirləndirilən şəxs dindirilməsinə dair 2020-ci il 10 aprel tarixli protokol və eyni tarixli götürmə protokolunun, eləcə də sonuncu protokola əlavə edilən 05 vərəqdən ibarət kserosurət sənədlərinin sübutların siyahısından xaric edilməsi; Şahid2 zərər çəkmiş şəxs qismindəki 2020-ci il 10 aprel tarixli ifadəsində, habelə sonuncunun həmin tarixdə Təqsirləndirilən şəxs ilə üzləşdirilmə protokolunda göstərilənlər özündə obyektiv həqiqəti və işin faktiki hallarını əks etdirməməklə yanaşı ibtidai istintaqın sonrakı mərhələlərində Şahid2 özü tərəfindən inkar edildiyindən qeyd edilən dindirmə və üzləşdirmə protokollarının ittihamın düzgün həllinə xidmət edən sübutların siyahısından xaric edilməsi; zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında 2020-ci il iyulun 27-də keçirilmiş əlavə üzləşdirmə istintaq hərəkəti zamanı sonuncunun Zərərçəkmiş şəxs pulu faizlə alması, «Azərsun Holdinq» məhdud məsuliyyətli cəmiyyətində görülən işlər haqqında Şahid8 və Şahid2 tərəfindən Zərərçəkmiş şəxs daha öncədən məlumat verildiyi üçün özünün də məcbur qalıb bu barədə Zərərçəkmiş şəxs danışmasını bildirsə də həmin ərəfədə Şahid8 Zərərçəkmiş şəxs ümumiyyətlə tanımaması müəyyən edildiyindən, həmçinin guya Zərərçəkmiş şəxs tərəfindən hədə-qorxulara məruz qaldığına görə 2016-cı ilin sentyabr ayında zəmanət məktubunu yazaraq zərər çəkmiş şəxsə göndərməsini bildirsə də qeyd edilən ərəfədə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə pul mövzusunda hər-hansı narazılığın olmaması və bu səbəbdən iş birliyinin qaydasında getdiyi halda hədələrin lüzumsuz olması məlum olduğundan Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi həmin xüsusiyyətlər öz müdafiəsi ötrü gətirdiyi dəlillər hesab edilməklə göstərilən üzləşdirmə protokolunun qeyd edilən hissələrdə sübut növü kimi qəbul edilməməsi; Şahid2 zərər çəkmiş şəxs qismində 2020-ci il iyulun 27-də zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə, 2020-ci il iyulun 29-da isə Şahid14 ilə üzləşdirilmə protokollarında Şahid2 tərəfindən göstərilən xüsusiyyətlər özündə obyektiv həqiqəti və işin faktiki hallarını əks etdirməməklə yanaşı ibtidai istintaqın sonrakı mərhələlərində Şahid2 özü tərəfindən tamamilə inkar edildiyindən həmin üzləşdirmə protokollarının ittihamın düzgün həllinə xidmət edən sübutların siyahısından xaric edilməsi; Təqsirləndirilən şəxs 2020-ci il avqustun 16-da əlavə dindirilməsi zamanı yeni xüsusiyyətlərlə çıxış edərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 500.000 ABŞ dolları pul aldığı halda əvəzində sonuncuya 600.000 ABŞ dolları məbləğində pulu qaytarması ilə bağlı göstərdiyi xüsusiyyətlər öz ifadəsindən savayı sair istintaq materialları ilə mötəbər təsdiqini tapmadığından Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlil hesab edilməklə qeyd olunan dindirmə protokolunun iş üzrə obyektiv həqiqətin müəyyən edilməsinə xidmət göstərən sübut növü kimi qəbul olunmaması; Şahid2 2020-ci il avqustun 16-da (əslində oktyabrın 06-da) və 2020-ci il dekabrın 25də dindirilməsi protokollarında göstərilənlər özündə obyektiv həqiqəti və işin faktiki hallarını əks etdirməməklə yanaşı ibtidai istintaqın sonrakı mərhələlərində Şahid2 özü tərəfindən tamamilə inkar edildiyindən həmin dindirmə protokollarının ittihamın düzgün həllinə xidmət edən sübutların siyahısından xaric edilməsi; Təqsirləndirilən şəxs 2020-ci il dekabrın 12-də əlavə dindirilməsi zamanı təkrarən yeni xüsusiyyətlərlə çıxış edərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs bu dəfə ümumilikdə 620.000 ABŞ dolları pul aldığı halda əvəzində sonuncuya 71.7000 ABŞ dolları məbləğində pulu qaytarması və bulvar ərazisində işlədilən köşklərə görə Şahid8 ilə şərikliyinin olması barədə göstərdiyi xüsusiyyətlər öz ifadəsindən savayı hər hansı digər istintaq materialları ilə təsdiqini tapmadığından Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlil hesab edilməklə qeyd olunan dindirmə protokolunun iş üzrə obyektiv həqiqətin müəyyən edilməsinə xidmət göstərən sübut növü kimi qəbul olunmaması; «Azercell Telekom» məhdud məsuliyyətli cəmiyyətindən götürülmüş CD-R diskinə 2020-ci il dekabrın 16-da Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin əlavə baxış keçirilərkən 2016-cı il sentyabrın 17-dən 2016-cı il sentyabrın 23-dək olan dövr ərzində Zərərçəkmiş şəxs istifadəsində olan +**********81 saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan +**********07 saylı mobil telefon nömrəsinin arasında danışıqların qeydə alınmaması barədə protokolda göstərilən xüsusiyyətlər dindirmə zamanı danışıqların mobil rabitə vasitəsi ilə deyil, internet üzərindən, yəni «WhatsApp» ani mesajlaşma və mübadilə sisteminin köməkliyi ilə aparılmasının mümkünlüyü ilə təkzib edildiyi üçün 2020-ci il 16 dekabr tarixli diskə baxış protokolunun ittihamın əsaslılığına dəlalət edən sübutların siyahısından xaric edilməsi; Təqsirləndirilən şəxs 2021-ci il yanvarın 03-də Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin təqdim etdiyi və sement məhsulunun realizasiyasına görə Şahid2 aylıq 1.000 ABŞ dolları məbləğində qazanc vermək şərti ilə 2014-cü il iyunun 12də 15.000 ABŞ dolları və 2014-cü il sentyabrın 15-də 15.000 ABŞ dolları Zərərçəkmiş şəxs cəmi 30.000 ABŞ dolları pul almasından bəhs edən iki ədəd müqavilə ilə bağlı keçirilmiş dindirmə istintaq hərəkətləri nəticəsində həmin sənədlərin formal məzmununun faktiki mahiyyətdən fərqli olması, yəni Şahid2 sahibkarlıq fəaliyyəti ilə əlaqədar həqiqətən də bir neçə dəfə Zərərçəkmiş şəxs sırf borc kimi, hər-hansı qazanc şərti və ya digər maddi öhdəlik olmadan pul alması, şəxsi təşəbbüsü ilə Təqsirləndirilən şəxs bununla bağlı müqavilələr yazdırıb zərər çəkmiş şəxsə təqdim etmək və nəticədə yazılı sənəd əsasında iş birliyi qurmaq istəsə də Zərərçəkmiş şəxs tərəfindən qəti etirazla qarşılanaraq sonuncu tərəfindən bu sənədlərin ümumiyyətlə götürülməməsi, habelə alınan borcun tarixinin unudulmaması üçün Şahid2 tərəfindən müqavilələrin atılmaması və Təqsirləndirilən şəxs saxlanılması müəyyən edildiyindən, eyni zamanda qeyd edilən iki ədəd müqavilə Təqsirləndirilən şəxs barəsində istintaq edilən cinayət işinə və ittihamına münasibətdə mötəbər hüquqi əhəmiyyət daşımadığından 2021-ci il 03 yanvar tarixli götürmə protokolunun və ona əlavə edilən iki ədəd müqavilənin iş üzrə obyektiv həqiqətin müəyyən edilməsinə xidmət göstərən sübutların siyahısından xaric edilməsi; Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 178.4-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilməsi; cinayət işi üzrə aparılmış istintaq zamanı 2016-cı il sentyabr 21-də Təqsirləndirilən şəxs tərəfindən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus 132.000 ABŞ dolları deyil, 160.000 ABŞ dolları məbləğində pul vəsaitinin etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirilməsi sübuta yetirildiyi üçün 2022-ci il yanvarın 28-də Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan «Azərbaycan manatının həmin dövrə olan məzənnəsi ilə 216.150 manat təşkil edən 132.000 ABŞ dolları məbləğində» kimi göstərilmiş qeydlərin xaric edilməsi; aparılmış istintaq nəticəsində Zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs 40.000 ABŞ dolları məbləğində pulun verilməsinə dair 2014-cü il 11 iyun tarixli, 70.000 ABŞ dolları pulun verilməsinə dair 2014-cü il 07 iyul tarixli, 40.000 ABŞ dolları pulun verilməsinə dair 2014-cü il 11 iyul tarixli, 50.000 ABŞ dolları pulun verilməsinə dair 2014cü il 18 avqust tarixli müqavilələrin; eyni şirkətdə tikinti materiallarının alqı-satqısı ilə bağlı iş birliyinin qurulması məqsədi ilə Zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs 50.000 ABŞ dolları pulun verilməsinə dair 2014-cü il 15 noyabr tarixli, 50.000 ABŞ dolları pulun verilməsinə dair 2014-cü il 19 noyabr tarixli, 400.000 ABŞ dolları pulun verilməsinə dair 2015-ci il 01 fevral tarixli, 100.000 ABŞ dolları pulun verilməsinə dair 2015-ci il 09 iyul tarixli, 40.000 ABŞ dolları pulun verilməsinə dair 2015-ci il 15 noyabr tarixli, 60.000 ABŞ dolları pulun verilməsinə dair 2016-cı il 15 iyun tarixli, 160.000 ABŞ dolları pulun verilməsinə dair 2016-cı il 21 sentyabr tarixli müqavilələrin, habelə 2016-cı il 05 yanvar tarixli aktın və 2016-cı il 15 sentyabr tarixli zəmanət məktubunun Təqsirləndirilən şəxs ona istinad edilən əməllərdə bilavasitə təqsirliliyini sübut etməklə yanaşı zərər çəkmiş şəxsə məxsus ümumilikdə 760.000 ABŞ dolları məbləğində pul vəsaitinin məhz «Azərsun Holdinq» məhdud məsuliyyətli cəmiyyətində dəftərxana ləvazimatlarının və tikinti materiallarının alqı-satqısı ilə bağlı iş birliyinin qurulacağı bəhanəsi ilə ələ keçirilməsini bir daha təsdiq etdiyi etdiyi üçün sadalanan həmin sənədlərin maddi sübut hesab edilib iş materiallarında saxlanılması nəzərə alınması; Təqsirləndirilən şəxs 2014-cü il iyulun 15-də 1.600 ABŞ dolları, 2014-cü ilin avqust ayında 6.000 ABŞ dolları, 2014-cü ilin sentyabr ayında 8.000 ABŞ dolları, 2014-cü ilin oktyabr ayında 8.000 ABŞ dolları, 2014-cü ilin noyabr ayında 8.000 ABŞ dolları, 2014-cü ilin dekabr ayında 13.000 ABŞ dolları, 2015-ci ilin yanvar ayında 13.000 ABŞ dolları, 2015-ci ilin fevral ayında 13.000 ABŞ dolları, 2015-ci ilin mart ayında 13.000 ABŞ dolları, 2015-ci ilin aprel ayında 13.000 ABŞ dolları, 2015-ci ilin may ayında 13.000 ABŞ dolları, 2015-ci ilin iyun ayında 13.000 ABŞ dolları, 2015-ci ilin iyul ayında 13.000 ABŞ dolları, 2015-ci ilin avqust ayında 13.000 ABŞ dolları, 2015-ci ilin sentyabr ayında 13.000 ABŞ dolları, 2015-ci ilin oktyabr ayında 13.000 ABŞ dolları, 2015-ci ilin noyabr ayında 23.000 ABŞ dolları, 2015-ci ilin dekabr ayında 25.000 ABŞ dolları, 2016-cı ilin yanvar ayında 25.000 ABŞ dolları, 2016-cı ilin fevral ayında 25.000 ABŞ dolları, 2016-cı ilin mart ayında 25.000 ABŞ dolları, 2016-cı ilin aprel ayında 25.000 ABŞ dolları, 2016-cı ilin may ayında 25.000 ABŞ dolları, 2016-cı ilin iyun ayında 25.000 ABŞ dolları, 2016-cı ilin iyul ayında 28.000 ABŞ dolları, 2016-cı ilin avqust ayında 28.000 ABŞ dolları, 2016-cı ilin sentyabr ayında 28.000 ABŞ dolları olmaqla ümumilikdə 456.600 ABŞ dolları məbləğində aylıq qazanc qismində zərər çəkmiş şəxsə ödədiyi pul məbləğləri Zərərçəkmiş şəxs qarşısında inam və etibar qazanmaq, onu «şirnikləndirmək», habelə törədilən cinayətin əsl mahiyyətini ört-basdır etmək, yəni ictimai təhlükəli əməli pərdələmək məqsədi ilə zərər çəkmiş şəxsə təqdim edildiyindən nəticə etibarı ilə həmin anda sadalanan pul vəsiatlərinin verilməsinin təqsirləndirilən şəxs tərəfindən aldatmanın üsulu kimi qiymətləndirilməsi; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarı əsasında «Azercell Telekom» və «Bakcell» məhdud məsuliyyətli cəmiyyətlərindən götürülmüş və yaddaşında tədqiq edilən dövr ərzində telefonla aparılan danışıqların və ötürülən məlumatların yerləşdiyi ümumilikdə üç ədəd disk yaddaşındakı məlumatlara görə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsirliliyini bir daha təsdiq etməklə istintaq orqanına özünü müdafiə etmək məqsədi ilə danışdığı yalanları müəyyən etməyə imkan verdiyindən və nəticə etibarı ilə mühüm sübutetmə əhəmiyyəti daşıdığından həmin disklərin maddi sübut hesab edilib iş materiallarında saxlanılması nəzərə alınması; zərər çəkmiş şəxs X19 istintaq orqanına təqdim etdiyi bir ədəd CD diski yaddaşındakı məlumatlara görə Təqsirləndirilən şəxs ona istinad edilən ictimai təhlükəli əməldə bilavasitə təqsirliliyini, zərər çəkmiş şəxsə verdiyi yalan vədləri, hədə-qorxulara məruz qaldığı üçün 760.000 ABŞ dolları məbləğində pul alması barədə sənədlər tərtib edərək zərər çəkmiş şəxsə verməsi və digər hallar haqqında ibtidai istintaq dövründə göstərdiyi xüsusiyyətlərin əslində yalan olmasını aşkar etməyə imkan verdiyindən həmin diskin maddi sübut hesab edilib iş materiallarında saxlanılması nəzərə alınması; Təqsirləndirilən şəxs və onun atası Şahid1 tərəfindən istintaq orqanına müxtəlif tarixlərdə təqdim edilmiş eyni məzmunlu yeddi ədəd CD diski Təqsirləndirilən şəxs həqiqətən də Zərərçəkmiş şəxs alınan və qaytarılmayan pul vəsaitləri ilə bağlı mövzuda söz mübahisələrində iştirak etməsini, zərər çəkmiş şəxsin ondan pul tələb etməsini, qarşılaşdığı qanunsuzluqlara görə Təqsirləndirilən şəxs qarşı əsəbi olmasını açıq-aşkar sezməyə imkan verdiyindən və qeyd edilən proseslər işin faktiki hallarına tam uyğun olduğundan həmin disklərin maddi sübut hesab edilib onların iş materiallarında saxlanılması nəzərə alınması; təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin ifadələrinin, üzləşdirmə, götürmə və baxış protokollarının və onlara əlavə edilmiş sənədlərin, həmçinin digər sənədlərin cinayət işi üzrə sübut növü kimi qəbul olunması nəzərə alınması qərara alınmışdır (5-ci cild, iş vərəqi 144-200). İş materiallarında olan Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı Şöbəsinin 2022-ci il 14 iyul tarixli şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi və yenidən ittiham elan edilməsi haqqında qərarından və cədvəllərin kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərər çəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla dələduzluq etdiyinə görə ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib ona yenidən həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuş, sonuncu ittiham üzrə özünü təqsirli bilməyib təqdim etdiyi cədvəllərdə Zərərçəkmiş şəxs verdiyi 620.000 ABŞ dolları (məzənnə ilə 649.478,5 manat) qarşılığında ona 517.418.000 ABŞ dolları və 23.000 manat (məzənnə ilə və cəmi 687.372,8 manat və ya 687.372,48 manat) qaytardığını əks etdirmişdir (5-ci cild, iş vərəqi 201-207). İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 2022-ci il 22 avqust tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbiri seçilmişdir. Məhkəməyə təqdim olunan Bakı şəhəri Yasamal Rayon Qeydiyyat Şöbəsinin 2021-ci il 08 aprel tarixli 05/Q-668/69 №-li çıxarışının, AZ-İİ seriyalı 736216 №-li doğum haqqında və AZ-İ seriyalı 269143 №-li nikahın pozulması haqqında şəhadətnamələrin kserosurətlərindən görünür ki, Anar Namiq oğlu X2 ilə nikahından 2011-ci il 10 may təvəllüdlü X48 adlı övladı vardır. Məhkəməyə təqdim olunan tarixsiz iddia ərizəsindən və 2022-ci il 31 oktyabr tarixli qəbzdən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs maddi ziyan kimi 760.000 ABŞ dolları, mənəvi ziyana görə 50.000 manat, əldən çıxmış faydaya görə 200.000 manat və 1.561 manat dövlət rüsumu nəzərə alınmaqla 760.000 ABŞ dolları və 251.561 manat məbləğində pulun onun xeyrinə Təqsirləndirilən şəxs tutulmasını xahiş etmişdir. Məhkəməyə təqdim olunan Azərbaycan Respublikası Mərkəzi Bankının 2023-cü il 19 yanvar tarixli 6-1-20/2-224/2023 nömrəli məktubundan görünür ki, 2014-ci il iyulun 15-dən 2016-ci ilin oktyabr ayına kimi 1 ABŞ dollarının Azərbaycan manatına (AZN) qarşı Mərkəzi Bankının orta aylıq məzənnələri aşağıdakı kimidir: 2014-cü il iyulun 15-də 0,7844, 2014-cü ilin avqust ayında 0,7843, 2014-cü ilin sentyabr ayında 0,7844, 2014-cü ilin oktyabr ayında 0,7843, 2014-cü ilin noyabr ayında 0,7844, 2014-cü ilin dekabr ayında 0,7844; 2015-ci ilin yanvar ayında 0,7844, 2015-ci ilin fevral ayında 0,8605, 2015-ci ilin mart ayında 1,0489, 2015-ci ilin aprel ayında 1,0503, 2015-ci ilin may ayında 1,0484, 2015-ci ilin iyun ayında 1,0481, 2015-ci ilin iyul ayında 1,0491, 2015-ci ilin avqust ayında 1,0486, 2015-ci ilin sentyabr ayında 1,0480, 2015-ci ilin oktyabr ayında 1,0481, 2015-ci ilin noyabr ayında 1,0504, 2015-ci ilin dekabr ayında 1,2290; 2016-cı ilin yanvar ayında 1,5814, 2016-cı ilin fevral ayında 1,5724, 2016-cı ilin mart ayında 1,6027, 2016-cı ilin aprel ayında 1,5159, 2016-cı ilin may ayında 1,5021, 2016-cı ilin iyun ayında 1,5157, 2016-cı ilin iyul ayında 1,5600, 2016-cı ilin avqust ayında 1,6121, 2016-cı ilin sentyabr ayında 1,6347, 2016-cı ilin oktyabr ayında 1,6116. Məhkəməyə təqdim olunan AFB Bankın Kreditlərin təhlili və təqibi strukturunun kreditlərin təqibi üzrə mütəxəssisi X23 imzaladığı 2023-cü il 30 yanvar tarixli rəyinə əsasən 2014-cü ilin iyul ayından 2016-cı ilin oktyabr ayına kimi 1 ABŞ dollarının Azərbaycan manatına (AZN) qarşı yuxarıda qeyd olunan məzənnələri ilə 2014-cü ilin iyul ayında 1.600 ABŞ dolları 1.255,04 manat, 2014-cü ilin avqust ayında 6.000 ABŞ dolları 4.705,8 manat, 2014-cü ilin sentyabr ayında 8.000 ABŞ dolları 6.275,2 manat, 2014-cü ilin oktyabr ayında 8.000 dolları 6.274,4 manat, 2014-cü ilin noyabr ayında 8.000 ABŞ dolları 6.275,2 manat, 2014-cü ilin dekabr ayında 13.000 ABŞ dolları 10.197,2 manat; 2015-ci ilin yanvar ayında 13.000 ABŞ dolları 10.197,2 manat, 2015-ci ilin fevral ayında 13.000 ABŞ dolları 11.186,5 manat, 2015-ci ilin mart ayında 13.000 ABŞ dolları 13.635,7 manat, 2015-ci ilin aprel ayında 13.000 ABŞ dolları 13.653,9 manat, 2015-ci ilin may ayında 13.000 ABŞ dolları 13.629,2 manat, 2015-ci ilin iyun ayında 13.000 ABŞ dolları 13.625,3 manat, 2015-ci ilin iyul ayında 13.000 ABŞ dolları 13.638,3 manat, 2015-ci ilin avqust ayında 13.000 ABŞ dolları 13.631,8 manat, 2015-ci ilin sentyabr ayında 13.000 ABŞ dolları 13.624 manat, 2015-ci ilin oktyabr ayında 13.000 ABŞ dolları 13.625,3 manat, 2015-ci ilin noyabr ayında 23.000 ABŞ dolları 24.159,2 manat, 2015-ci ilin dekabr ayında 25.000 ABŞ dolları 30.725 manat; 2016-cı ilin yanvar ayında 25.000 ABŞ dolları 39.535 manat, 2016-cı ilin fevral ayında 25.000 ABŞ dolları 39.310 manat, 2016-cı ilin mart ayında 25.000 ABŞ dolları 40.067,5 manat, 2016-cı ilin aprel ayında 25.000 ABŞ dolları 37.897,5 manat, 2016-cı ilin may ayında 25.000 ABŞ dolları 37.552,5 manat, 2016-cı ilin iyun ayında 25.000 ABŞ dolları 37.892,5 manat, 2016-cı ilin iyul ayında 28.000 ABŞ dolları 43.680 manat, 2016-cı ilin avqust ayında 28.000 ABŞ dolları 45.138,8 manat, 2016-cı ilin sentyabr ayında 28.000 ABŞ dolları 45.771,6 manat, 2016-cı ilin oktyabr ayında 34.000 ABŞ dolları 54.794,4 manat, cəmi 490.600 ABŞ dolları 641.954,04 manat təşkil edir. Həmin rəqəmlər məhkəmə istintaqı ilə müəyyən edilən, Anar Namiq oğlu X22 Məhərrəmova qaytardığı pul məbləğlərini nəzərdə tutur. Məhkəməyə təqdim olunan Təqsirləndirilən şəxs özü tərəfindən tərtib edilmiş, Zərərçəkmiş şəxs qaytardığı pul vəsaitlərinə dair tarixsiz cədvələ görə həmin məbləğlər aşağıdakı kimidir: 2014-cü il iyulun 15-də 3.200 ABŞ dolları 0,7844 məzənnəsi ilə 2.510,08 AZN, 2014-cü il avqustun 15-də 6.734 ABŞ dolları 0,7842 məzənnəsi ilə 5.280,80 AZN, 2014-cü il sentyabrın 15-də 8.000 ABŞ dolları 0,7843 məzənnəsi ilə 6.274,40 AZN, 2014-cü il oktyabrın 15-də 8.000 ABŞ dolları 0,7843 məzənnəsi ilə 6.274,40 AZN, 2014-cü il noyabrın 15-də 8.000 ABŞ dolları 0,7843 məzənnəsi ilə 6.274,40 AZN, 2014-cü il dekabrın 15-də 13.000 ABŞ dolları 0,7845 məzənnəsi ilə 10.198,50 AZN; 2015-ci il yanvarın 15-də 13.000 ABŞ dolları 0,7844 məzənnəsi ilə 10.197,20 AZN, 2015-ci il fevralın 15-də 15.500 ABŞ dolları 0,7844 məzənnəsi ilə 12.158,20 AZN, 2015-ci il martın 15-də 18.000 ABŞ dolları 1,0489 məzənnəsi ilə 18.880,20 AZN, 2015-ci il aprelin 15-də 18.000 ABŞ dolları 1,0511 məzənnəsi ilə 18.919,80 AZN, 2015-ci il mayın 15-də 18.000 ABŞ dolları 1,0472 məzənnəsi ilə 18.849,60 AZN, 2015-ci il iyunun 15-də 18.000 ABŞ dolları 1,0479 məzənnəsi ilə 18.862,20 AZN, 2015-ci il iyulun 15-də 18.984 ABŞ dolları 1,0492 məzənnəsi ilə 19.918,01 AZN, 2015-ci il avqustun 15-də 23.000 ABŞ dolları 1,0485 məzənnəsi ilə 24.115,50 AZN, 2015-ci il sentyabrın 15-də 23.000 ABŞ dolları 1,0476 məzənnəsi ilə 24.094,80 AZN, 2015-ci il oktyabrın 15-də 23.000 ABŞ dolları 1,0469 məzənnəsi ilə 24.078,70 AZN, 2015-ci il noyabrın 15-də 23.000 ABŞ dolları 1,0502 məzənnəsi ilə 24.154,60 AZN, 2015-ci il dekabrın 15-də 25.000 ABŞ dolları 1,0491 məzənnəsi ilə 26.227,50 AZN; 2016-cı il yanvarın 15-də 25.000 ABŞ dolları 1,5706 məzənnəsi ilə 39.265,00 AZN, 2016-cı il fevralın 15-də 25.000 ABŞ dolları 1,5711 məzənnəsi ilə 39.277,50 AZN, 2016-cı il martın 15-də 25.000 ABŞ dolları 1,6322 məzənnəsi ilə 40.805,00 AZN, 2016-cı il aprelin 15-də 25.000 ABŞ dolları 1,5218 məzənnəsi ilə 38.045,00 AZN, 2016-cı il mayın 15-də 25.000 ABŞ dolları 1,5093 məzənnəsi ilə 37.732,50 AZN, 2016-cı il iyunun 15-də 25.000 ABŞ dolları 1,5120 məzənnəsi ilə 37.800,00 AZN, 2016-cı il iyulun 15-də 28.000 ABŞ dolları 1,5581 məzənnəsi ilə 43.626,80 AZN, 2016-cı il avqustun 15-də 28.000 ABŞ dolları 1,6102 məzənnəsi ilə 45.085,60 AZN, 2016-cı il sentyabrın 15-də 28.000 ABŞ dolları 1,6375 məzənnəsi ilə 45.850,00 AZN, 2016-cı il oktyabrın 21-də 35.000 ABŞ dolları 1,6091 məzənnəsi ilə 56.318,08 AZN, 23.000 AZN, cəmi 552.418 ABŞ dolları 724.074,79 manat təşkil edir. Məhkəməyə təqdim olunan Azərbaycan Respublikası Mərkəzi Bankının 2023-cü il 08 fevral tarixli 6-1-20/2-594/2023 nömrəli məktubundan görünür ki, 2014-ci il iyulun 15-dən 2016-ci ilin oktyabr ayına kimi 1 ABŞ dollarının Azərbaycan manatına (AZN) qarşı Mərkəzi Bankının gündəlik məzənnələri aşağıdakı kimidir: 2014-cü il iyunun 11-də 0,7842, 2014-cü il iyulun 11-də 0,7844, 2014-cü il iyulun 17-də 0,7843, 2014-cü il avqustun 18-də 0,7842, 2014-cü il noyabrın 15-də 0,7843, 2014-cü il noyabrın 19-da 0,7845, 2015-ci il fevralın 01-də 0,7844, 2015-ci il iyulun 09-da 1,0488, 2015-ci il noyabrın 15-də 1,0502, 2016-cı il iyunun 15-də 1,5120, 2016-cı il sentyabrın 21-də 1,6331. Məhkəməyə təqdim olunan AFB Bankın Kreditlərin təhlili və təqibi strukturunun kreditlərin təqibi üzrə mütəxəssisi X23 imzaladığı 2023-cü il 10 fevral tarixli rəyinə əsasən 2014-cü il iyunun 11-dən 2016-cı il sentyabrın 21-dək 1 ABŞ dollarının Azərbaycan manatına (AZN) qarşı yuxarıda qeyd olunan məzənnələri ilə 2014-cü il iyunun 11-də 40.000 ABŞ dolları 31.368 manat, 2014-cü il iyulun 11-də 40.000 ABŞ dolları 31.376 manat, 2014-cü il iyulun 17-də 70.000 ABŞ dolları 54.901 manat, 2014-cü il avqustun 18-də 50.000 ABŞ dolları 39.210 manat, 2014-cü il noyabrın 15-də 50.000 ABŞ dolları 39.215 manat, 2014-cü il noyabrın 19-da 50.000 ABŞ dolları 39.225 manat, 2015-ci il fevralın 01-də 100.000 ABŞ dolları 78.440 manat, 2015-ci il iyulun 09-da 100.000 ABŞ dolları 104.880 manat, 2015-ci il noyabrın 15-də 40.000 ABŞ dolları 42.008 manat, 2016-cı il iyunun 15-də 60.000 ABŞ dolları 90.720 manat, 2016-cı il sentyabrın 21-də 160.000 ABŞ dolları 261.286 manat, cəmi 760.000 ABŞ dolları 812.639 manat təşkil edir. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.3.2.-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, əməlində cinayət tərkibinin olması, bununla da onun təqsirliliyi tam sübuta yetirilmişdir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 178.3.2.-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2015-ci il 11 iyun tarixli 7 №-li qərarının 27-ci bəndində göstərilir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, “Mülki və siyasi hüquqlar haqqında” Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 16 dekabr 1966-cı il tarixdə qəbul edilmiş Beynəlxalq Paktın 11-ci maddəsinə və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 4 saylı Protokolunun 1-ci maddəsinə əsasən, heç kəs hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Bu baxımdan əmlakın qaytarılmaması obyektiv hallarla, yəni müflisləşmə və ya uğursuz kommersiya fəaliyyəti nəticəsində, borclunun əmlakının oğurlanması və bu kimi sair hallarla əlaqədar olmuşdursa, kreditor və borclunun qarşılıqlı münasibətləri mülki qanunvericilik əsasında tənzimlənməlidir. Mülki münasibətlərdən irəli gələn (məsələn, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. Qalan hallarda belə öhdəliklərin yerinə yetirilməməsi məsələsinə mülki mühakimə icraatı qaydasında baxıla bilər. Qanuna müvafiq qaydada kredit, borc, girov, alqı-satqı və bu kimi başqa mülki münasibətlərdən irəli gələn müqavilə bağlandıqdan sonra şəxs digər şəxsin müqavilənin şərtlərinə zidd olan hərəkətləri nəticəsində əmlakından və ya əmlaka olan hüququndan məhrum olduqda və həmin əmlakın qaytarılması (əmlaka olan hüququnun bərpa edilməsi) iddiası ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etdikdə, məhkəmə bu xarakterli iddialara mülki-prossessual qanunvericiliyinin tələblərinə uyğun qaydada baxmalı, bu baxış zamanı əmlakı ələ keçirmiş və ya əmlak hüququnu əldə etmiş şəxsin əməllərində talama, o cümlədən dələduzluq cinayətinin əlamətlərinin olmasını müəyyən etdikdə isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 265.4-cü maddəsinin tələblərinə müvafiq olaraq bu haqda xüsusi qərardad çıxarmaqla prokurora xəbər verməlidir. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs «Azərsun Holdinq» məhdud məsuliyyətli cəmiyyətində maliyyə idarəsinin rəis müavini vəzifəsində işləməsi, Şahid8 ilə birlikdə şərikli olaraq dəftərxana ləvazimatlarını və tikinti materiallarını almaqla 15 faizini əlavə edib göstərilən şirkətə satılması ilə məşğul olması, bu işin Anara MMC-nin rəhbərliyində işləyən bir nəfər türkün həvalə etməsi, «Yeni Bulvar» adlanan ərazidəki «Dalğa Plaza»nın yanında «Coffee Time» kimi fəaliyyət göstərən yerin, sonradan əlavə olaraq iki yerin Anarın Əfəndiyevin adı ilə bağlılığı müəyyən edilməmişdir. Qeyd edilən hallar iş materiallarında olan yuxarıda şərh edilən sənədlər və ifadələrlə tam təsdiq edilmişdir. Obyektiv gerçəklik ondan ibarət olmuşdur ki, Təqsirləndirilən şəxs iş görüntüsü yaradaraq zərər çəkmiş şəxsin inam və etibarını qazanmaq, həqiqi niyyətini pərdələmək üçün aralarında pul vəsaitinin təyinatı və təhvil-təslimi ilə bağlı yalandan formal müqavilələr bağlamış, ayrı-ayrı vaxtlarda onun həqiqi niyyətindən xəbərsiz olub cinayətə aidiyyəti olmayan qohumu Şahid2 vasitəsi sanki görülmüş iş müqabilində əldə edilən gəlir kimi müəyyən hissəni (məsələn, 100 000 manat pul götürüb 10 000 manat pul qaytarmışdır) zərər çəkmiş şəxsə qaytarmaqla sonuncunun külli miqadarda pulunu ələ keçirmişdir. Həmçinin işin halları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsi aldadaraq ondan əldə etdiyi pullarla qısa vaxt ərzində yüksək gəlir əldə etmək üçün «Webmoney» proqramı vasitəsi ilə onlayn birjada iştirak etmiş, həmin pulları birjada uduzduğundan oyunu davam etmək məqsədi ilə zərə rçəkmiş şəxsdən növbəti pulları əldə etmək məqsədi ilə sanki ötən dövrdə əldə edilmiş gəlir kimi az miqdarda pul ödəmək qarşılığında növbəti dəfə yüksək məbləğdə pulları ələ keçirmişdir. Müəyyən müddət keçdikdən sonra zərər çəkmiş şəxsə gəlir adı ilə verməli olduğu məbləği tapa bilmədiyindən və onlayn birja oyununda iştirakını davam etdirkmək üçün əlavə mənbə axtarışına çıxmış, başqa tanışlarından da müxtəlif pullar əldə etmişdir. Gəlir kimi vəd verdiyi pulun qaytarılmasında çətinlik çəkdiyinə görə zərər çəkmiş şəxslə mübahisələri yarandığı anda çıxış yolu kimi Azərbaycan Respublikasını tərk etməyi qərara alıb ölkənin hüdudlarını tərk edib getmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxslə zərərçəkmçiş arasında mülki münasibətlərdən irəli gələn (məsələn, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin olması tamamilə istisna edilməlidir. Bununla da məhkəmə araşdırılmış sübutlara qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.3.2.-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməllərinin Azərbaycan Respublikasının CM-nin 178.3.2.-ci maddəsinin dispozisiyasında ehtiva olunmayan tamah niyyəti kimi qiymətləndirilməsi üçün heç bir hüquqi əsasın olmadığı qənaətindədir. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Bu maddənin İİ hissəsində isə müəyyənləşdirilmişdir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikasının Konstitusiyasının həmin normasını eynilə əks etdirən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsi həmçinin nəzərdə tutur ki, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Məhkəmə iş materiallarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus ümumilikdə 760.000 ABŞ dolları məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 812.662 manat yox, 812.639 manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsini, bu məbləğin 641.954,04 manatının Təqsirləndirilən şəxs tərəfindən ödənilməsini nəzərə alır. Məhkəməyə təqdim olunan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs dələduzluq yolu ilə əldə etdiyi Zərərçəkmiş şəxs məxsus pul vəsaitindən ödənilməli olan məbləğ 170.684,96 manat (812.639 manat – 641.954,04 manat) təşkil edir. Məhkəmə yuxarıda qeyd edilən «əslində» sözündən əvvəlki tarixlərdə və bir halda pulun məbləğində olan uyğunsuzluqları texniki səhv kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.3.2.-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsində özünü təqsirli bilməməsinə, yəni heç bir qanunsuzluğa yol verməməklə dələduzluq cinayətini törətməməsi, hərəkətlərinin mülki mübahisəli xarakter daşıması, ittiham olunduğu əməllərin ona qarşı şər, böhtan olması, Zərərçəkmiş şəxs pul vəsaitləri borc alıb faizini ödəyə bilməməsi, ittiham edilən 760.000 ABŞ dollarının zərər çəkmiş şəxsə tamamilə qaytarması barədə dediklərinə tənqidi yanaşaraq hesab edir ki, onun istintaq dövründə və məhkəmədə birbirinə zidd müxtəlif məzmunda göstərdikləri işin faktiki hallarına uyğun deyildir və digər mötəbər sübutlarla təkzib olunur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasındakı və ibitidai istintaqdakı ifadələrinə qiymət verməklə hesab edir ki, sonuncunun öz maraqlarına əsaslanmaqla barəsində bəraət hökmünün çıxarılmasına nail olmasına çalışmasından irəli gələn dəlillərindən ibarətdir. Məhkəmə onun ifadələrini özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə yalan ifadələr verməsi qənaətinə gəlir. Məhkəmə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə baxışı zamanı ifadəsindəki, sübutlardakı və sairdakı dəymiş zərərin miqdarında olan bəzi uyğunsuzluqların mövcud olmasını, yəni 2014-cü ilin dekabr ayında və 2015-ci ilin noyabr ayında müvafiq qaydada 13.000 ABŞ dolları və 23.000 ABŞ dolları yox, pulun 12.000 ABŞ dolları və 18.000 ABŞ dolları məbləğlərində ona qaytarmasını sonuncunun ona vurulan maddi ziyan təşkil edən 760.000 ABŞ dollarının ona tam şəkildə qaytarmalı olduğunun hesab edilməsindən irəli sürülən dəlillər kimi qiymətləndirməklə məhkəmə istintaqının gəldiyi nəticələri əsas tutur. Beləliklə, Təqsirləndirilən şəxs 178.3.2.-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, ibtidai istintaqındakı qalan şahidlərin ifadələri, üzləşdirmə və digər istintaq hərəkətlərinin protokolları, eləcə də iş üzrə tədqiq olunmuş başqa sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasının işdə cəzanı yüngülləşdirən hal olduğunu nəzərə almaqla zərər çəkmiş şəxsə vurduğu maddi ziyanın çox bir hissəsini ödəməsini, ilk məhkumluğunu işdə cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə habelə hesab edir ki, Təqsirləndirilən şəxs 2019-cu il mayın 20-dən 2020-ci il martın 20-dək tutulduğu 10 (on) ay Azərbaycan Respublikasının CPM-nin 158.2.1.-ci maddəsinin tələblərinə müvafiq olaraq təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2.-ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə eyni vaxtda hesab edir ki, iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs mülki iddiası qismən təmin edilməklə Təqsirləndirilən şəxs alınıb Zərərçəkmiş şəxs xeyrinə 170.684,96 manat maddi ziyana və ödənilmiş 460,68 manat dövlət rüsumuna görə ümumilikdə 171.145,64 manat tutulmalı, mülki iddiası qalan hissədə baxılmamış saxlanılmalı, ona mülki iddiasının qalan hissəsində Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 180-ci maddəsində nəzərdə tutulan mülki iddianın mülki mühakimə icraatı qaydasında vermək hüquqları izah edilməlidir. «Dövlət rüsumu haqqında» 2001-ci il 4 dekabr tarixli Azərbaycan Respublikası Qanununun 5.1.2.-ci maddəsinə əsasən, ərizə baxılmamış saxlanıldıqda ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Məhkəmə eyni vaxtda hesab edir ki, iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iddia ərizəsinə görə ödədiyi qalan 1.100,32 manat dövlət rüsumu dövlət büdcəsindən tamamilə qaytarılmalıdır. İş üzrə üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99- 1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınan 11 ədəd CD diskinin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan cəza müddətinə ibtidai həbs müddətindən başqa təqsirləndirilən şəxsin azadlığı faktiki məhdudlaşdırıldığı zaman da daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarına əsasən prosessual məcburiyyət tədbirlərinin tətbiqi qaydasında tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlanıldığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək davam edən müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 2022-ci il avqustun 22-dən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.3.2.-ci maddəsi ilə təqsirli bilinib 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun, onun 2019-cu il mayın 20-dən 2020-ci il martın 20-dək tutulduğu 10 (on) ay təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza kimi 04 (dörd) il 02 (iki) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 2022-ci il avqustun 22-dən hesablansın. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs mülki iddiası qismən təmin edilməklə Təqsirləndirilən şəxs alınıb Zərərçəkmiş şəxs xeyrinə 170.684,96 manat maddi ziyana və ödənilmiş 460,68 manat dövlət rüsumuna görə ümumilikdə 171.145,64 manat tutulsun, mülki iddiası qalan hissədə baxılmamış saxlanılsın, ona mülki iddiasının qalan hissəsində mülki iddianın mülki mühakimə icraatı qaydasında vermək hüququ izah edilsin. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iddia ərizəsinə görə ödədiyi qalan 1.100,32 manat dövlət rüsumu dövlət büdcəsindən tamamilə qaytarılsın. İş üzrə maddi sübut kimi tanınan 11 ədəd CD diskinin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Əhməd Quliyev Azər Paşayev
Məhkəmə qərarları › İş №1(101)-205/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-205/2023
01.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver