Məhkəmə qərarları › İş №1(101)-205/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-205/2024

20.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-205/2024 20.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X4, X7, X2 və X11, dövlət ittihamçıları- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokurorları X9, Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2, müdafiəçilər - “Verdiktum” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi5, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxxxx 1997-ci il tarixdə Ağcabədi rayonu, Hindarx kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, Ağcabədi rayonu, Hindarx qəsəbəsində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Savalan yaşayış massivində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə, xx xxxx 1997-ci il tarixdə Ağcabədi rayonu, Hindarx kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkum olunmamış, Ağcabədi rayonu, Hindarx qəsəbəsində qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə, xx xxxxxxx 1996-cı il tarixdə Biləsuvar rayonu, Nəsimi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Biləsuvar rayonu, Nərimankənd kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Baksol yaşayış massivində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında 6 nömrəli məhkəmə iclas zalında saat 15:30-da açıq məhkəmədə baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktına görə, Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək başqa saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb külli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 özgənin külli miqdarda əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək vahid niyyətlə əhatə olunan qəsdlə 10 avqust 2020-ci il və 11 avqust 2020-ci il tarixlərdə saat təxminən 17-19 radələrində vətəndaş Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanında olan “Zəngəzur” şadlıq sarayının arxasında yerləşən və başqa saxlanc yeri hesab edilən daş hasara alınmış torpaq sahəsinin dəmir darvazasının qıfılını sındırmaq yolu ilə içəri qanunsuz daxil olmaqla oradan ağır yüklərin çəkilməsi üçün nəzərdə tutulan, Türkiyə Respublikasında istehsal olunmuş 55000 manat dəyərində olan üç hissədən ibarət “Tunaylar” markalı bir ədəd tərəzini gizli olaraq talayıb Zərərçəkmiş şəxs külli miqdarda ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, qabaqcadan əlbir olan bir qrup şəxs halında başqa saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb külli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 özgənin külli miqdarda əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək vahid niyyətlə əhatə olunan qəsdlə 10 avqust 2020-ci il və 11 avqust 2020-ci il tarixlərdə saat təxminən 17-19 radələrində vətəndaş Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanında olan “Zəngəzur” şadlıq sarayının arxasında yerləşən və başqa saxlanc yeri hesab edilən daş hasara alınmış torpaq sahəsinin dəmir darvazasının qıfılını sındırmaq yolu ilə içəri qanunsuz daxil olmaqla oradan ağır yüklərin çəkilməsi üçün nəzərdə tutulan, Türkiyə Respublikasında istehsal olunmuş 55000 manat dəyərində olan üç hissədən ibarət “Tunaylar” markalı bir ədəd tərəzini gizli olaraq talayıb Zərərçəkmiş şəxs külli miqdarda ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 təqsirləndirilir ondan ötrü ki, qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək başqa saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb külli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs3 özgənin külli miqdarda əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək vahid niyyətlə əhatə olunan qəsdlə 10 avqust 2020-ci il və 11 avqust 2020-ci il tarixlərdə saat təxminən 17-19 radələrində vətəndaş Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanında olan “Zəngəzur” şadlıq sarayının arxasında yerləşən və başqa saxlanc yeri hesab edilən daş hasara alınmış torpaq sahəsinin dəmir darvazasının qıfılını sındırmaq yolu ilə içəri qanunsuz daxil olmaqla oradan ağır yüklərin çəkilməsi üçün nəzərdə tutulan, Türkiyə Respublikasında istehsal olunmuş 55000 manat dəyərində olan üç hissədən ibarət “Tunaylar” markalı bir ədəd tərəzini gizli olaraq talayıb Zərərçəkmiş şəxs külli miqdarda ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 onun qohumu, Təqsirləndirilən şəxs3 isə tanışıdır. Zərərçəkmiş şəxs isə əvvəllər tanımamış, aralarında ədavət və düşmənçilik olmamışdır. O, 2020-ci ildə “Zəngəzur” şadlıq sarayının yaxınlığında yerləşən bir zavodun ərazisindən tərəzini oğurladıqdan sonra aparıb 5400 manat müqabilində metal yığımı məntəqəsini işlədən Surxay adlı tanışına satmış, cinayət əməli aşkarlandıqdan sonra polis əməkdaşları həmin tərəzini metal yığımı məntəqəsindən götürərək Zərərçəkmiş şəxs qaytarmışdır. Məhkəmə iclasında verilən suallara cavab olaraq, Təqsirləndirilən şəxs1 digər Təqsirləndirilən şəxs2la birgə həmin tərəzini oğurladığını, Təqsirləndirilən şəxs3 isə həmin oğurluqda iştirak etmədiyini, oğurluq etmək barədə özünün qərara gəldiyini, borcu olduğuna görə qazanc əldə etmək üçün oğurluğu etdiyini, tərəzini Surxay adlı tanışına satarkən, sonuncu ondan tərəzinin oğurluq olub-olmadığını soruşduqda oğurlanmış tərəzi olduğunu demədiyini, Surxayla birgə əvvəllər metal yığımı məntəqəsində işlədiyini, həmin tərəzinin yeni olmadığını, pasın içərisində olduğunu, tərəzinin yalnız dəmir hissəsini oğurladığını, istintaq zamanı tərəzinin fotoşəkillərinin çəkildiyini, həmin şəkillərdən də tərəzinin yeni olmadığının göründüyünü, Təqsirləndirilən şəxs3 tərəzi üçün aldığı puldan 200 manat pul verdiyini, tərəzinin sökülü vəziyyətdə, hisin-pasın içərisində olduğunu, Təqsirləndirilən şəxs3 oğurluqdan məlumatının olmadığını, Təqsirləndirilən şəxs3 metala görə alacağı olduğunu deyib, həmin pulu götürməsini xahiş etdiyini, Təqsirləndirilən şəxs3 oğurluq cinayətinin törədilməsində başqa rolunun olmadığını, tərəzinin yararsız hala salınmadığını, götürüldüyü kimi geri təhvil verildiyini, əməlindən peşman olduğunu, tərəzini özügötürən kran vasitəsi ilə götürüb apardığını, 12 ton çəkidə olan tərəzinin metal kimi 1 tonunun 450 manata satıldığını, ziyanın tam ödənildiyini bildirdi. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 onun qohumu, Təqsirləndirilən şəxs3 isə tanışıdır. Zərərçəkmiş şəxs isə əvvəllər tanımamış, aralarında ədavət və düşmənçilik olmamışdır. O, Təqsirləndirilən şəxs1lə birlikdə metal yığmaqla məşğul olarkən Bakı şəhəri Binəqədi rayonu ərazisində zibillikdə torpağın üstündən metal yığan zaman həmin ərazidə tərəzi gördükdən sonra Təqsirləndirilən şəxs1lə birgə həmin tərəzini oğurlayıb apararaq satmış, həmin ərazidə Təqsirləndirilən şəxs1, yük maşınının sürücüsü və ondan başqa heç kim olmamışdır. Məhkəmə iclasında verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs2 tərəzinin Zərərçəkmiş şəxs məxsus olduğunu bilmədiklərini, oğurluq barədə Təqsirləndirilən şəxs1lə birgə qərar verdiklərini, tərəzinin təxminən çəkisinin 10 ton olduğunu, yükdaşımadan istifadə edərək tərəzini apardıqlarını, əvvəlcədən yükdaşıyan sürücüyə yüklərinin olduğunu, aparıbaparmayacağını soruşduqlarını, sürücü yükün nə olması ilə maraqlandıqda, özlərinə məxsus tərəzi olduğunu dediklərini, yük maşınının sürücüsünə 150 manat pul verdiyini, tərəzini isə 5400 manata satdıqlarını, həmin ərəfədə tərəzinin ümumi bazar qiymətinin nə qədər olduğunu bilmədiklərini, sonradan onun qiymətinin 110000 manat olduğunu eşitdiklərini, lakin bununla razılaşmadığını, həmin tərəzinin hər yerdə qiymətinin 25000- 27000 manat arasında olduğunu, tərəzini satıb pulunu böldüklərini, borcunu ödədikdən sonra ona 1000 manat pul qaldığını, banka borcunun olduğunu, ikisinin də faiz verdiyini, heç bir ifadəsində Təqsirləndirilən şəxs3 onlarla əlbir olduğunu demədiyini, tərəzini oğurlamağa getdikdə qapıda qıfıl görmədiyini, tərəzini Surxay adlı şəxsin obyektinə apardıqlarını, tərəzinin polis əməkdaşları tərəfindən qaytarılmasında Zərərçəkmiş şəxs və onun iştirak etdiyini, törətdiyi cinayət əməlindən peşman olduğunu, həbs olunmazdan əvvəl barəsində axtarış elan edilməsindən məlumatsız olduğunu, Təqsirləndirilən şəxs3 iş yerinin yaxınlığında görüb tanıdığını, tərəzinin qiymətinin ildən ilə düşdüyünü, tərəzinin boltunun açıldığını və həmin formada geri qaytarıldığını, hadisədən bir gün əvvəl cinayət törətməyi Təqsirləndirilən şəxs1lə birgə planladığını, ərazidə heç kim olmadığına, qapıda qıfıl olmadığına görə tərəzini oğurlaya bildiklərini bildirdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 isə tanışlarıdır. Zərərçəkmiş şəxs isə əvvəllər tanımamış, aralarında ədavət və düşmənçilik olmamışdır. O, dəqiq xatırlamadığı tarixdə yaşadığı məhəllədə oturduğu zaman Təqsirləndirilən şəxs1 maşından düşüb onun yanına gələrək söhbət edərkən satdığı metalın pulunu götürə bilibbilməyəcəyini soruşmuş, o, işinin olduğunu deyib imtina etdikdə Təqsirləndirilən şəxs1 getmiş və yenidən qayıdaraq birlikdə gedib pulu götürməyi bir daha xahiş etdiyinə görə razılaşmışdır. O, Surxay adlı şəxsin adını eşitsə də, şəxsən tanımamış, metal qəbulu ilə məşğul olduğunu bilmişdir. Getməzdən əvvəl Surxay adlı şəxslə danışdıqda sonuncu obyektə gəlmələrini, pulu orada verəcəyini dediyinə görə həmin obyektə getmiş, Surxayla görüşüb söhbət etdikdən sonra sonuncu yanındakı şəxsi avtomobildən pulu götürməsi üçün göndərmiş, həmin şəxs pulu gətirib ona vermişdir. O, pulu götürüb oradan uzaqlaşmış və “Baksol” yaşayış massivində taksidən düşdükdən sonra dayanacağın arxasına keçmiş, orada pulu cibindən çıxarıb Təqsirləndirilən şəxs1 verdikdən sonra işinə görə getməli olduğunu demişdir. Həmin vaxt aralarında pul söhbəti olmamış, növbəti gün məhəllədə olanda Təqsirləndirilən şəxs1 görüşərkən onun əlinin içinə 200 manat pul qoymuşdur. Təqsirləndirilən şəxs1 bunun səbəbini soruşduqda, sonuncu əziyyət çəkməsinin qarşılığında həmin pulu verdiyini söyləmiş, bu barədə bir daha danışmamış, oturub çay içmişlər. 2 gün sonra Təqsirləndirilən şəxs1 ona zəng edib axtarışda olduğunu dedikdə, səbəbini soruşmuş, Təqsirləndirilən şəxs1 də həmin tərəzinin oğurluq olduğunu ona söyləmişdir. Həmin vaxt tərəzi barədə məlumatlanmışdır. O, nəyə görə əvvəlcədən demədiyini Təqsirləndirilən şəxs1 soruşduqda, sonuncu pulu götürməyə gedəcəyinə inanmadığı üçün söyləmədiyini bildirmişdir. O, atası vəfat etdikdən sonra oğurluğa tövbə etmişdir. O, Təqsirləndirilən şəxs1lə birgə Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinə gedib izahat vermiş, daha sonra barəsində axtarış verilərək tutulmuş, həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs3 həmin vaxt ***-***-**-** saylı mobil nömrəni istifadə etdiyini, Şahid3 tanımadığını, Şahid3la telefon vasitəsilə əlaqə saxlamadığını, Surxayı yalnız bir dəfə, yəni yuxarıda qeyd etdiyi vaxt ünsiyyət qurduğunu, əvvəllər isə Təqsirləndirilən şəxs1 onun mobil telefonunu götürüb Surxayla əlaqə saxladığını, 11 avqust 2020-ci il tarixdə saat 17-19 radələrində harada olduğunu bilmədiyini, həmin gün Baksol deyilən ərazidə yerləşən mərmər qranit sexində iş yerində olduğunu, Surxayla görüşüb pulu aldığı gün Təqsirləndirilən şəxs1lə mobil telefonla danışdığını, çox vaxt axşamlar Təqsirləndirilən şəxs1lə bir yerdə olduqlarını, Surxayla danışan zaman sonuncu qonaqlıqda olduğuna görə növbəti gün pulu verə biləcəyini dediyini, Təqsirləndirilən şəxs1 isə həmin gün pulu istədiyini, o, Surxay və Şahid3la danışmadığını, həmin gün hadisə yerində olmadığını, tərəzinin neçə günə götürülməsini bilmədiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini oxumadan imzaladığını, Şahid3la üzləşdirildiyini, həmin şəxslə onun mobil telefonu ilə Təqsirləndirilən şəxs1 danışdığını bildirdi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə məhkəmə iclasında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, təxminən 2020-ci ilin əvvəllərindən Bakı şəhəri, Binəqədi rayonu, Mehdiabad qəsəbəsində yerləşən Böyükşor gölünün yaxınlığında Surxay adlı şəxsə məxsus metal qəbulu məntəqəsində fəhlə işləmiş, habelə müəyyən yerlərdən topladığı metal tullantılarını aparıb Surxay adlı şəxsin işlətdiyi metal qəbulu məntəqəsinə təhvil verib qazanc əldə etmişdir. 2020-ci ilin avqust ayının əvvəllərində Bakı şəhəri, Binəqədi rayonunda yerləşən “Zəngəzur” şadlıq sarayının arxa tərəfində daş hasarla hasarlanmış ərazinin içində ağır yükləri çəkmək üçün 10 metr uzunluğunda tərəzi görmüş, tərəzi bir-birinə dəmir boltlarla bağlanmış üç hissədən ibarət olmuşdur. O, borcu olduğuna görə həmin tərəzini oradan oğurlayıb Surxayın işlətdiyi metal qəbulu məntəqəsinə təhvil verib əldə etdiyi pullarla borclarını ödəməyi düşündüyündən həmin tərəzini ayrı-ayrı hissələrə ayırmaq üçün birləşdikləri dəmir boltları açmışdır. Birinci dəfə tərəzinin bir hissəsini tanımadığı şəxsin idarə etdiyi evakuatorla Şahinə məxsus hasarlanmış ərazidən dayısı oğlu Təqsirləndirilən şəxs2la oğurlamışlar. O, həmin tərəzini oğurlamaq istədiyini dayısı oğlu Təqsirləndirilən şəxs2 da demiş, Polad da həmin tərəzini oğurlamaqda onunla birlikdə iştirak etməyə razılıq vermişdir. Növbəti gün, yəni 11 avqust 2020-ci il tarixdə qalan iki hissəsini Poladla oğurlayıb Musa adlı şəxsin idarə etdiyi yük avtomobilinə yükləyib aparmışlar. Bir gün əvvəl tərəzinin bütün hissələrini birdəfəlik ona görə oğurlamamışlar ki, birinci dəfə oraya apardığı evakuator olduğundan, tərəzinin bütün hissələri oraya yerləşməmişdir. O, bir hissəsini həmin gün, qalan iki hissəsini isə növbəti gün yük avtomobili gətirməklə aparması qərarına gəlmiş, hər iki dəfə də tərəzinin hissələrini Surxaya satmışdır. Darvazada qıfıl olmamış, evakuatorun sürücüsü tərəzinin hissəsini oğurladıqlarını bilməmişdir. 10 avqust 2020-ci il tarixdə saat təxminən 17-18 radələrində həmin əraziyə daxil olub tərəzinin bir hissəsini, 11 avqust 2020ci il tarixdə saat təxminən 17-18 radələrində həmin əraziyə daxil olub qalan hissəni oğurlamışlar. İkinci dəfə tərəzini yükləyib Surxayın metal məntəqəsinə aparmaq üçün kranlı avtomobil axtarmağa başlamışdır. “Baksol” yolunda bir kranlı maşın dayandığını görüb ona yaxınlaşıb demişdir ki, “Zəngəzur” şadlıq sarayının arxasında ağır dəmir yük var, həmin yükü kranla maşına yükləyib Mehdiabad yoluna aparmaq lazımdır. Musa olan sürücü demişdir ki, maşın xarabdır, düzəldib sonra gedər. Həmin sürücüdən əlaqə telefonu götürüb öz nömrəsini də ona vermişdir. Təxminən iki saat sonra ya o, sürücüyə, ya da sürücü ona zəng edib maşının düzəldiyini demişdir. O, yolu izah etmiş və Musa adlı sürücü “Zəngəzur” şadlıq sarayının yaxınlığındakı sürət ölçən radarın yanına, yəni “Aydınoğulları” mebel şirkətinin yanına gəlmiş, o, sürücünü oğurlamaq istədiyi yük tərəzisinin olduğu yerə aparmışdır. Yük tərəzisinin olduğu ərazi daş hasarla hasarlansa da, darvazası açıq olmuşdur. Həmin vaxt o və Polad oraya icarəyə götürdüyü, səhv etmirsə “Hyundai” markalı, nömrəsi yadında olmayan avtomobillə getmişlər. Odur ki, oğurlayacaqları tərəzini yükləyəcəkləri kranlı avtomobil arxalarınca tərəzinin olduğu əraziyə gəlmişdir. Orada o və Polad iki hissədən ibarət olan tərəzini kranlı yük maşınına yükləyib Surxayın işlətdiyi metal qəbulu məntəqəsinə aparmışlar. Tərəzini yükləyib apardıqları maşının sürücüsü tərəzinin oğurluq olub-olmadığını soruşanda bildirmişdir ki, oğurluq deyil, sahibindən metal kimi almışdır, indi də özü başqasına satacaq. Həmin tərəzini Surxay metal kimi çəkmiş, 12-13 ton metal kimi qəbul edib cəmi 5400 manat pul tutduğunu demişdir. Həmin vaxt Surxay ona ilk öncə 200 manat vermiş, o, həmin puldan 150 manat maşınla yükü gətirdiyinə görə Musa adlı sürücüyə verib yola salmışdır. Bir qədər sonra Surxay ona 1200 manat da verib 4000 manat borclu qalmışdır. Onu da qeyd etmişdir ki, o, tərəzini Surxaya satanda sonuncu ondan tərəzini haradan əldə etdiyini soruşduğu zaman bildirmişdir ki, bir obyekt sökülür, bunu da o, iş icraçısından satın almışdır, malın sahibini də yanına gətirə bilər. Bundan sonra, qayıdıb “Baksol”da yaşayan tanışı Təqsirləndirilən şəxs3 demişdir ki, bir nəfərin ona 4000 manat borcu var, mal verib borc pulu qalmış, həmin şəxsin yanına getsinlər, malın sahibi onun olduğunu və pulunu istədiyini desin, Surxay da versin. Bundan sonra, Namiklə birlikdə Surxayın yanına gedib Namiki malın sahibi kimi təqdim etmişdir. Surxay da qalan 4000 manatı da vermişdir. O, həmin puldan 200 manatını Namikə vermiş, qalan puldan da onunla tərəzini oğurlamaqda qabaqcadan razılaşan dayısı oğlu Polada 1000 manat vermiş, qalan pulları isə borclarına xərcləmişdir. O, mobil telefonu xarab olduğu üçün Təqsirləndirilən şəxs3 mobil telefonunu oğurluq etməmişdən 2 gün əvvəl sonuncudan almış, Təqsirləndirilən şəxs3 başqa mobil nömrəsi olsa da, xatırlamamışdır. O, Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Şahid3 dəfələrlə 11 avqust 2020-ci il tarixdə zəng vurmuşdur. Bundan başqa, o, istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə hadisə günü Təqsirləndirilən şəxs3la mütəmadi danışsa da, danışığın məzmunu oğurluq etməklə bağlı olmamışdır. Tanışı Şahid5 bir günlük icarə üçün “Hyundai” markalı avtomobili götürmüş, lakin sonuncuya avtomobillə oğurluq etməyə gedəcəyini deməmişdir. 10 avqust 2020-ci il tarixdə Elmindən avtomobili götürmüş, axşam vaxtı geri qaytarmışdır. Növbəti gün axtomobili yenə götürüb elə həmin gün geri qaytarmışdır. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, təxminən 2020-ci ilin yay aylarında Bakı şəhəri, Binəqədi rayonu, Mehdiabad yolu kənarında yerləşən Surxay adlı şəxsin işlətdiyi metal qəbulu sexində fəhlə işləməyə başlamış, bibisi oğlu Təqsirləndirilən şəxs1 da həmin metal qəbulu məntəqəsində işləmişdir. Təxminən 2020-ci ilin avqust ayının əvvəllərində həmin məntəqədə işlədiyi vaxt ayağı burxulduğundan iki-üç gün işə getməmiş, həmin ərəfədə, yəni səhv etmirsə, 11 avqust 2020ci il tarixdə Təqsirləndirilən şəxs1 ona dəmiri maşına yükləyib işlədikləri metal qəbulu məntəqəsinə aparmaqda köməklik edə bilib-bilməyəcəyini soruşduqda o, razılığını vermiş, Təqsirləndirilən şəxs1 də həmin dəmir təhvil veriləndən sonra ona da pul verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs1 oğurluq edəcəyi barədə əvvəlcədən onu məlumatlandırmışdır. Bundan sonra, Təqsirləndirilən şəxs1 onu piyada aparıb “Zəngəzur” şadlıq sarayının arxa hissəsində daş hasara alınmış torpaq sahəsində olan ağır yükləri çəkmək üçün nəzərdə tutulan tərəzini göstərib demişdir ki, dediyi dəmir həmin tərəzidir, həmin tərəzini yük maşınına yükləyib aparıb işlədikləri, yəni Surxaya məxsus metal qəbulu məntəqəsinə təhvil verməkdə köməklik etsin. O da İlhaminin təklifi ilə razılaşmışdır. Bundan sonra, o, həmin tərəzi olan daş hasara alınmış torpaq sahəsində gözləmiş, İlhami isə harasa getmişdir. Həmin tərəzinin olduğu torpaq sahəsində tərəzidən başqa beton istehsalı üçün nəzərdə tutulan avadanlıqlar da olmuşdur. Daş hasara alınmış həmin torpaq sahəsinə girişdə dəmir qapı qoyulmuşdur. İlhami gedəndən bir qədər sonra geri qayıdaraq yük maşının içəri daxil olması üçün dəmir qapını açmasını söylədiyindən, o da həmin dəmir qapını açmış və kranı olan bir yük maşını sahəyə daxil olmuşdur. Həmin yük maşınını sonradan, yəni Binəqədi Rayon Polis İdarəsində olarkən adını öyrəndiyi Musa adlı sürücü idarə etmişdir. Bundan sonra o, İlhami ilə köməkləşib, artıq o, həmin yerə gedənə qədər 3 hissəyə bölünmüş dəmir tərəzini yük avtomobilinə yükləmişlər. Bundan sonra, o və İlhami də həmin yük avtomobilinin kabininə əyləşərək Surxayın işlətdiyi metal qəbulu məntəqəsinə aparmışlar. Orada həmin tərəzi yük maşınından boşaldılıb tərəziyə qoyularaq çəkildikdə təxminən 10 tona yaxın olması müəyyənləşmiş, bundan sonra İlhami yük maşınının sürücüsünə 150 manat pul verib sonuncunu yola salmışdır. Səhv etmirsə, həmin tərəziyə görə İlhami Surxaydan təxminən 5000 manatdan artıq pul almış, həmin puldan İlhami ona 1000 manat pul vermişdir. Onlar tərəzini metal qəbulu məntəqəsinə verəndən sonra hərəsi öz evlərinə getmişlər. Araşdırma zamanı izahatı alınmış, həmin tərəzinin oğurluq olması məlum olduğundan polis əməkdaşları tərəzini Surxaydan götürüb sahibinə qaytarmışlar. Barəsində axtarış elan edildikdən sonra tutulub həbs edilmişdir. Təqsirləndirilən şəxs3 həmin hadisədən bir müddət əvvəl tanımışdır. Belə ki, o, özü də həmin vaxtlar “Baksol” yaşayış massivinə tez-tez gedib-gəldiyindən Namiki orada təsadüfən tanımış, aralarında normal münasibət yaranmış, arada “Baksol” yaşayış massivində olan tanışları ilə çayxanada olanda Namik də gəlib onlarla əyləşmişdir. Törətdiyi cinayət əməlindən peşmandır. Təqsirləndirilən şəxs3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, əvvəllər törədiyi oğurluq əməlinə görə məhkum edilmiş, cəzadan azad olunduqdan sonra yaşadığı “Baksol” deyilən ərazidə yerləşən mərmər sexində fəhlə və usta kimi işləməyə başlamışdır. Təqsirləndirilən şəxs1 uzun müddətdən bəri tanımışdır. Təqsirləndirilən şəxs1 həmin vaxtlarda metal tullantıları yığıb satmaqla məşğul olmuşdur. 2020-ci ilin avqust ayında dəqiq xatırlamadığı tarixdə Təqsirləndirilən şəxs1 onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edib görüşmək istədiyini dediyindən, sonuncu ilə “Baksol” yaşayış sahəsində eyni adlı marketin qarşısında axşam saat 20-21 radələrində görüşdükdə Təqsirləndirilən şəxs1 ona metal qəbulu məntəqəsində işləyən Surxay adlı şəxsə metal verdiyini demiş, lakin pulunu sabah verəcəyini söyləsə də, pulun həmin gün ona təcili lazım olduğunu bildirmişdir. O, həmin vaxtadək Surxayı ümumiyyətlə tanımamış və görməmiş, sonuncu ilə heç bir əlaqəsi olmamışdır. Təqsirləndirilən şəxs1 ona Surxayın yanına birgə getmələrini, pulun ona çatacağını Surxaya deməsini xahiş etdikdə razılaşıb taksi ilə Surxayın işlədiyi metal qəbulu məntəqəsinə getmişlər. Orada Surxayla görüşdükdə o, sonuncuya İlhaminin verdiyi metalın pulunu götürüb başqasına verməli olduğunu demiş, Surxay da səhv etmirsə 4200 manat pulu gətirib ona vermiş, o və İlhami pulu götürəndən sonra oradan “Baksol” yaşayış massivinə gəlmişlər. Orada o, pulun hamısını İlhamiyə vermiş, İlhami də pulu götürüb demişdir ki, sonra görüşərlər. Növbəti gün İlhami ilə yenə “Baksol” yaşayış massivində görüşdükdə sonuncu ona 200 manat pul vermiş və ayrılmışlar. O, tərəzinin oğurlandığı yerə İlhami və Poladla getməmiş, həmin tərəzinin də oğurlanmasında iştirak etməmişdir. O, heç vaxt Şahid3 yaxınlaşıb qiymət danışmamışdır. O, əvvəllər Şahid3 tanımamış və sonuncu ilə nə əvvəllər, nə də ki hadisə vaxtı heç bir əlaqəsi, o cümlədən telefon əlaqəsi olmamışdır. Ola bilər ki, onun mobil telefonu ilə həmin vaxt yanında olduğu Təqsirləndirilən şəxs1 Musa ilə danışmışdır. Çünki həmin gün İlhaminin mobil telefonu işləməmişdir. O, oğurluq yerində olmamış, həmin vaxt ancaq “Baksol” yaşayış sahəsində olmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, "xxxx" MMC-nin etibarnaməsi əsasında zərərçəkmiş şəxs kimi tanınmışdır. Oğurluq cinayətinin törədildiyi ünvan Bakı şəhəri, Binəqədi rayonu, “Zəngəzur” şadlıq sarayının yaxınlığında yerləşmiş, orada o və qardaşının beton zavodu qurmaq niyyətləri olmuş, müəyyən səbəblərdən proyektlərinin icrasını dayandırmışlar. Həmin ərazi 3 metr hündürlüyündə hasarla örtülmüş, qapısına hündürlüyü və uzunluğu 6 metr olan darvaza qoyulmuşdur. Xatırlamadığı tarixdə qardaşı ona həmin ərazidə olan tərəzinin oğurlandığını, bu səbəbdən Daxili İşlər Nazirliyinin 102 Xidməti-Zəng Mərkəzinə müraciət etdikdən sonra tərəzinin tapılıb geri qaytarıldığını, təqsirləndirilən şəxslərin müəyyən edildiyini, həmin şəxslərə qarşı hər hansı şikayət və tələbinin olmadığını, ibtidai istintaq zamanı araşdırmanın düzgün aparılmadığını bildirmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq zərərçəkmiş Zərərçəkmiş şəxs əməkdaşlıq etdiyi müəssisənin borc əvəzinə 110000 manat dəyərində olan tərəzini verdiklərini, tərəzinin qiyməti barədə müvafiq sənədləri təqdim etdiyini, geri qaytarıldığı zaman tərəzinin rəngləndiyini gördüyünü, oğurlanan vaxt tərəzinin saz vəziyyətdə olduğunu bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 onun işlətdiyi metal qəbulu məntəqəsində işləmiş, sonuncu qohumu Təqsirləndirilən şəxs2 işləmək üçün gətirmiş, Təqsirləndirilən şəxs2 da onun yanında bir müddət işləmişdir. Bir gün Təqsirləndirilən şəxs1 onun yanına gəlib hansısa obyekt bağlandığı üçün sahibinin orada olan tərəzini satdığını dedikdə, o da lazım olduğu üçün tərəzini alacağını demişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 həmin gün tərəzini gətirib ona təqdim etmiş, həmin gün axşam isə o, tərəzinin pulunu Təqsirləndirilən şəxs1 vermişdir. Pulu verərkən, orada Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 olmuş, Təqsirləndirilən şəxs2 isə görməmişdir. Növbəti gün Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları iş yerinə gəlib həmin tərəzinin oğurluq olmasını ona söyləmişlər. Məhkəmə iclasında verilən suallara cavab olaraq Şahid4 tərəzini Təqsirləndirilən şəxs1 obyektə gətirdiyini, həmin gün saat 20-21 radələrində isə Namikin gəlib pulu götürdüyünü, tərəzini 5400 və ya 5500 manata aldığını, Təqsirləndirilən şəxs3 bir dəfə gördüyünü, əvvəllər tanımadığını, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3 tərəzinin sahibi kimi ona təqdim etdiyini, tərəzinin saz vəziyyətdə olduğunu, tərəzinin 3 hissədən ibarət olmaqla yalnız ayaqlarının olmadığını, tərəzini rənglədiyini, Təqsirləndirilən şəxs1lə mobil telefon vasitəsilə əlaqə saxladığını bildirdi. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis şöbəsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyərkən, 2020-ci ilin avqust ayında dəqiq xatırlamadığı tarixdə polis şöbəsinə “Zəngəzur” şadlıq sarayının arxasındakı torpaq sahəsindən ağır yüklərin çəkilməsi üçün nəzərdə tutulan tərəzinin oğurlanması barədə müraciət daxil olmuşdur. Cinayəti törətmiş şəxslərin və oğurlanmış tərəzinin axtarılıb tapılması istiqamətində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurlanmış tərəzinin ərazidə metal qəbulu ilə məşğul olan Surxay adlı şəxsin işlətdiyi metal qəbulu məntəqəsinə satılması müəyyən edilmiş və oğurluq predmeti olan “Tunaylar” markalı, göy rəngli təxminən 15 metr uzunluğunda tərəzi həmin məntəqədə aşkarlanmışdır. Metal qəbulu məntəqəsini işlədən Surxay adlı şəxs həmin tərəzini onun metal qəbulu məntəqəsində işləmiş İlhami və Polad adlı şəxslərin gətirib şəxsiyyət vəsiqəsi ilə satdığını, həmin tərəzinin oğurluq olduğunu bilmədiyini söyləmişdir. Surxay adlı şəxsin işlətdiyi məntəqədə olan kameranın görüntülərinə baxıb həmin tərəzini İlhami adlı şəxs, Polad adlı şəxs və sonradan Namik adlı şəxsin gəldiyini görmüş, həmin şəxslər tərəzini kranlı bir yük maşınına yükləyib gətirərək metal qəbulu məntəqəsinə təhvil vermiş, özləri isə “Hyundai Elantra” markalı bir avtomobillə gəlmişlər. Avtomobilin qeydiyyat nişanı dəqiq görünməmişdir. Daha sonra hər üç təqsirləndirilən şəxsin olduğu yer müəyyən edilib ibtidai istintaqa təhvil verilmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid5 ifadəsində göstərmişdir ki, o, əvvəllər şəxsi avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 onunla eyni məhəllədə, yəni Baksol yaşayış massivində yaşamışlar. Həmin şəxsləri yaşadığı məhəllədə təxminən 10 il, İlhaminin “Baksol”-da yaşayan Polad adlı qohumunu isə təxminən 3 ildir ki tanıyır. 2022-ci ilin avqust ayında dəqiq xatırlamadığı tarixdə o, Xətai rayonu tərəflərdə, dəqiq ünvanını xatırlamadığı “Luxury” adlanan avtomobil icarəsi məntəqəsindən “Hyundai Elantra” markalı, **-UU-*** dövlət qeydiyyat nişanlı avtomobili gündəlik 60 manata 4 günlük icarəyə götürmüşdür. O, həmin avtomobili icarəyə götürdüyü gün İlhami ondan xahiş etmişdir ki, onu və Poladı Binəqədi yolundakı “Zəngəzur” şadlıq sarayının yanına aparsın. O, həmin şəxsləri icarəyə götürdüyü həmin avtomobillə aparıb “Zəngəzur” restoranının yaxınlığında Binəqədi şossesində onları avtomobildən düşürmüş, həmin şəxslər ara küçələrə tərəf getmişlər. Lakin Polad və İlhaminin həmin vaxt oraya nə üçün getdiklərini o, bilməmişdir. Çünki İlhamigil demişlər ki, orada işləməyə gedirlər. O, İlhamini metal qırıntıları yığan şəxs kimi tanımışdır. Odur ki, o, həmin şəxsləri düşürüb geri yaşadığı evə qayıtmışdır. Həmin günün axşamı onlar İlhami ilə yenə görüşmüşlər və həmin gecə maşını bir müddət İlhami idarə etmiş, sonra isə evə qayıtmışlar. Növbəti gün günorta saatlarında maşını ondan Təqsirləndirilən şəxs3 istəmişdir ki, bir neçə saat sürüb sonra qaytaracaq. Həmin vaxt Namik onun yanına tək gəlmişdir. Namik maşını ondan götürüb həmin gün gecə saatlarına qədər idarə etmişdir. Həmin vaxtlar o, Namikin yanında olmadığından sonuncunun icarəyə götürdüyü avtomobillə hara getməsini, yanında kimlər olmasını bilmir. Çünki yanlarında olmamışdır. Namik maşını ona gecə saatlarında qaytaranda yanında kimin olub-olmadığını o, dəqiq xatırlamır. Lakin maşını ona “Baksol” marketin yanında qaytarmışdır. Namik həmin avtomobili ona qaytarandan sonra da maşın bir-iki gün onda qalmış və həmin günlər maşını o, özü idarə etmişdir. Səhv etmirsə o, maşını “Renta Car”a qaytarandan sonrakı gün onu Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşları gəlib bölməyə aparmışlar və bildirmişlər ki, onun icarəyə götürdüyü həmin “Hyundai Elantra” markalı avtomobillə o, İlhamigili apardığı yerdən ağır yükləri çəkmək üçün tərəzi oğurlanmışdır. O, polis bölməsində öyrənmişdir ki, həmin tərəzini İlhami, Polad və Namik oğurlamışlar. O, isə polis əməkdaşlarına bildirmişdir ki, o, aparıb İlhami və Poladı “Zəngəzur” şadlıq sarayına çatmamış əsas yolda düşürüb getmişdir. Həmin şəxslərin daha sonra nə etdiklərindən xəbəri olmamışdır. Növbəti gün günorta saatlarında da maşını ondan Təqsirləndirilən şəxs3 götürüb və gecə saatlarında qaytarmışdır. Həmin vaxt Namikin də avtomobillə hara gedib, nə iş gördüyü barədə məlumatı yoxdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunmuş Şahid3 ifadəsində göstərmişdir ki, 2020-ci ilin avqust ayında “Ford Manikulyator” markalı, **- LO-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini idarə etmişdir. 2020-ci ilin avqust ayının ortalarına yaxın, dəqiq xatırlamadığı tarixdə günortadan sonra həmin avtomobillə Bakı şəhəri, Binəqədi rayonu “Baksol yolu” deyilən yolda tikinti materialları satılan ərazidə yoxuşa qalxanda maşının mühərriki qızdırdığından məcbur olub maşını saxlayaraq radiatora soyuq su töküb mühərrikin soyumasını gözlədiyi vaxt idarə etdiyi maşının yanında “Hyundai” markalı, dövlət qeydiyyat nişanını hazırda xatırlamadığı avtomobil dayanmışdır. Həmin avtomobildə olan üç nəfər cavan oğlandan biri maşından düşüb ona yaxınlaşaraq yükləri olduğunu, həmin yükü başqa yerə daşımaq lazım olduğunu bildirmişdir. O, öz telefon nömrəsini həmin şəxslərə vermiş, sonuncuların da nömrəsini götürərək maşın düzələn kimi əlaqə saxlayacağını bildirmişdir. Bundan sonra maşını aparıb radiatorunu yudurdub həmin şəxslərin mobil telefon nömrəsinə zəng edərək hara gəlmək lazım olduğunu soruşduqda Binəqədi yolundakı “Zəngəzur” şadlıq sarayının yaxınlığındakı “Azpetrol” yanacaq doldurma məntəqəsinin yanına gəlməyi bildirmişlər. O, həmin yerə gələndə həmin şəxslər yenə eyni maşında üç nəfər olmuşlar. Həmin şəxslər qabaqda, o isə sonuncuların ardınca yanacaq doldurma məntəqəsindən ara küçəyə daxil olaraq daş hasara alınmış böyük torpaq sahəsinə girişdə olan dəmir darvazanı həmin şəxslər açdıqlarından idarə etdiyi avtomobili həmin həyətə sürmüşdür. Orada ağır yükləri çəkmək üçün nəzərdə tutulmuş böyük qapan tərəzi olmuş, lakin həmin tərəzi ayrı-ayrı hissələrə bölünmüşdür. O, həmin şəxslərdən tərəzinin sənədləri olub-olmadığını soruşduqda həmin şəxslərdən biri bildirmişdir ki, narahat olmasın, tərəzi özlərinindir, uşaqlardan ikisi onun maşınında yanında gedəcəklər, yolda bir şey olsa onlarlıqdır. Bundan sonra, həmin üç nəfər də kömək etmiş və tərəzini kranla idarə etdiyi maşına yükləmişdir. Bundan sonra, həmin şəxslərdən ikisi onun yanında əyləşmiş, onların gəldikləri avtomobili idarə edən şəxs isə gəldikləri maşını idarə edib getmişdir. Onların gəldiyi maşını idarə edən şəxs bildirmişdir ki, “siz gedin, mən də gedib sənin yol pulunu gətirib gəlirəm”. Maşınına əyləşmiş şəxslərin dediyi istiqamət üzrə hərəkət edib Mehdiabad yoluna tərəf gedib bir metal qəbulu məntəqəsinə gəlmişlər. Orada o, tərəzini kranla boşaltmışdır. Daha sonra ona 150 manat pul verilmiş və o, çıxıb getmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X12 ifadəsində göstərdi ki, o, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin eksperti vəzifəsində işləyir. 2022-ci ildə Bakı şəhəri Baş Polis İdarəsinin İstintaq və təhqiqat idarəsindən “Tunaylar” markalı tərəzinin qiymətləndirilməsi barədə qərar qəbul edilsə də, həmin tərəzi ekspertizaya təqdim edilmədiyindən, internet resurslarından istifadə edilməklə “Tunaylar” markalı tərəzinin nəzəri qiymətləndirilməsi aparılmaqla dəyərinin 55000 manat olması müəyyən olunmuşdur. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, o, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin eksperti vəzifəsində işləyir. O, tərəfindən tərtib edilmiş ekspert rəyini müdafiə edir. “Tunaylar” markalı tərəziyə baxış keçirdikdən sonra orta bazar qiymətini müəyyən edərək ekspert rəyini tərtib etmişdir. Bir çox hallarda əşyanın orta bazar qiymətinin müəyyənləşdirilməsi üçün “tap.az” saytından istifadə etsə də, “Tunaylar” markalı tərəzi barədə məlumat həmin saytda olmadığından “lalafo.az” saytından məlumatları götürdüyünü, həmin saytda eyni markalı tərəzini satan şəxslərlə zəng edib danışdığını, həmin şəxslərdən tərəzinin vəziyyəti barədə məlumat aldığını bildirdi. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2020-ci il tarixli raportdan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 14:53 radələrində Daxili İşlər Nazirliyinin 102 Xidməti-Zəng Mərkəzindən daxil olmuş məlumata əsasən, Haqverdiyev X1 özünə məxsus tərəzinin naməlum şəraitdə oğurlanması barədə məlumat vermişdir. (Cild 1, iş vərəqə 5) xx.xx.2020-ci il tarixli “Baxış və götürülmə aparılması barədə” protokoldan görünür ki, hadisə yerinə baxış keçirilən yer Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, “Zəngəzur” şadlıq evinin arxa tərəfində yerləşən Zərərçəkmiş şəxs məxsus torpaq sahəsidir. (Cild 1, iş vərəqə 12-14) xx.xx.2020-ci il tarixli “Zərərçəkmiş şəxs qismində tanımaq haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs həmin tarixdə zərərçəkmiş şəxs qismində tanınmışdır. (Cild 1, iş vərəqə 39) xx.xx.2020-ci il tarixli “İttiham elan etmək üçün şübhəli şəxsin tutulması məqsədilə axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həmin tarixdə axtarış elan edilmişdir. (Cild 1, iş vərəqə 48) xx.xx.2020-ci il tarixli “İttiham elan etmək üçün şübhəli şəxsin tutulması məqsədilə axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində həmin tarixdə axtarış elan edilmişdir. (Cild 1, iş vərəqə 52) xx.xx.2020-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, iş vərəqə 56) xx.xx.2020-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 həmin tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, iş vərəqə 70) xx.xx.2020-ci il tarixli “Şübhəli şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs3 həmin tarixdə Binəqədi Rayon Polis İdarəsinin Müvəqqəti saxlanma yerindən azad edilmişdir. (Cild 1, iş vərəqə 85-86) xx.xx.2020-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddə ilə ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 87) xx.xx.2020-ci il tarixli “Başqa yerə getməmək haqqında” iltizamdan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (Cild 1, iş vərəqə 100) xx.xx.2022-ci il tarixli, “Şübhəli şəxsə axtarış elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində həmin tarixdə axtarış elan edilmişdir. (Cild 1, iş vərəqə 132) xx.xx.2022-ci il tarixli “Qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi və tutulması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həmin tarixdə axtarış elan edilmişdir. (Cild 1, iş vərəqə 134) xx.xx.2022-ci il tarixli “Tutma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 qətimkan tədbirinin şərtlərini pozduğuna görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən Təqsirləndirilən şəxs1 həmin tarixdə tutulmuşdur. (Cild 1, iş vərəqə 148) xx.xx.2022-ci il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittihamın elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona yeni məzmunda ittiham elan olunmuşdur. (Cild 1, iş vərəqə 161-162) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(011)-383/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla, 02 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin xx.xx.2022-ci il tarixli, 4(011)-474/2022 nömrəli qərarına əsasən, barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti xx.xx.2022-ci il tarixədək, həmin məhkəmənin xx.xx.2022-ci il tarixli, 4(011)-644/2022 nömrəli qərarına əsasən, barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti xx.xx.2023-cü il tarixədək, həmin məhkəmənin xx.xx.2023-cü il tarixli, 4(011)-110/2023 nömrəli qərarına əsasən, barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti xx.xx.2023-cü il tarixədək uzadılmışdır. (Cild 1, iş vərəqə 183-188, cild 2, iş vərəqə 130-133, cild 4, iş vərəqə 186-190, cild 5, iş vərəqə 163-168) xx.xx.2022-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında”, “Təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında” qərarlardan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, barəsində axtarış elan olunmuş, xx.xx.2022-ci il tarixdə ona ittiham elan edilmişdir. (Cild 2, iş vərəqə 26; cild 2, iş vərəqə 27; cild 2, iş vərəqə 127-128) xx.xx.2022-ci il tarixli “Axtarışda olan şəxsin tutulması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə havalimanında saxlamışdır. (Cild 2, iş vərəqə 119) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(011)-474/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla, 03 (üç) ay 05 (beş) gün müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin xx.xx.2022-ci il tarixli, 4(011)-642/2022 nömrəli qərarına əsasən, barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti xx.xx.2023-cü il tarixədək, həmin məhkəmənin xx.xx.2023-cü il tarixli, 4(011)-109/2023 nömrəli qərarına əsasən, barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti xx.xx.2023-cü il tarixədək uzadılmışdır. (Cild 2, iş vərəqə 150- 155, cild 4, iş vərəqə 181-185, cild 5, iş vərəqə 175-180) xx.xx.2022-ci il tarixli "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs məxsus “Tunaylar” markalı yük tərəzisini oğurladıqdan sonra satdığı Şahid4 özünün istifadə etdiyi ***-***-**-** saylı mobil nömrədən sonuncunun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2020-ci il tarixdə saat 15:41:09-da “Surxay qaqa qorxuram men allahaki senin xetrinide cox istəyirem ama qorxuram men qaqa, men sabaha kimi onu tapım yazacam”, saat 15:41:41-də “uzurlu say bunu tapsam men sabah tapim yigim seni sabaha kimi calısıb onu tapacam”, saat 15:51:43də “Surxay bu mesajımı sene güvenib etibar edib yazmısam heckime yazmamısam. Surxay bu isde menim elim var, prablemdeydim etdim. Poladın hec bir günahı yoxdu, o da xebersizdi eger komeylik etmey isdeyirsense mene et bu isi men etmisem ehdiyacım prablemim var idi kömeyliy ede bilirsense et. Ede bilmesende Allah canini sag elesin”, saat 15:53:04-də “Gəlməyində Koroğluya bosbosuna xais edrem kömeyliy ede bilirsense bu zibilden çıxar meni ozüm senle görüsecem sora menim elim var bu isde hec kime oxutma”, saat 16:00:44-də “Ac telefonu” məzmununda mesajlar yazmışdır. Bundan başqa, xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “Polad telefonu acan kimi mene vızıv at gorüm bu ne gündüye özümə yer ede bilmirem, nece olacaq ilhaminin isi” məzmununda mesajın yazılması aşkarlanmışdır. (Cild 2, iş vərəqə 47-48) xx.xx.2022-ci il tarixli “Cinayət işinin materiallarına əlavə edilmiş diskə baxış keçirilməsi haqqında” protokola əsasən baxış zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs məxsus “Tunaylar” markalı yük tərəzisini oğurlamaqda qabaqcadan əlbir olmuş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 istifadə etdikləri, müvafiq olaraq ***-***-**-** və ***-***-**-** saylı və digər mobil telefon nömrələrindən bir-birlərinə xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə oğurluq hadisəsinin baş verdiyi ərazi olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində, habelə həmin raizinin yaxınlarında zənglər olmuşdur. Belə ki, xx.xx.2020-ci il tarixdə bütün gün ərzində və həmin tarixə keçən gecə saat 02:09-dək Təqsirləndirilən şəxs3 istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəsi ilə Təqsirləndirilən şəxs1 istifadə etdiyi ***-***- **-** saylı mobil telefon nömrəsi ilə dəfələrlə, yəni 38 dəfə əlaqə saxlamış, oğurluğun baş verdiyi vaxtda da eyni yerdə olmuşlar. xx.xx.2020-ci il tarixdə saat 09:45 və 10:45-də Təqsirləndirilən şəxs3 istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Surxan Orucovun istifadə etdiyi ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlamışlar. Habelə, Təqsirləndirilən şəxs3 həmin mobil nömrə ilə xx.xx.2020-ci il tarixdə saat 17:36-dan saat 18:32-dək tərəzinin daşındığı “Ford” markalı “**-LO-***” dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid3 istifadə etdiyi ***-***-**-** saylı mobil nömrə ilə dəfələrlə əlaqə saxlamış və oğurluğun baş verdiyi vaxtda onunla eyni yerdə, yəni Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində olmuşdur. (Cild 2, iş vərəqə 51-52) xx.xx.2022-ci il tarixli “Cinayət işinin materiallarına əlavə edilmiş diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD diskə baxış zamanı Təqsirləndirilən şəxs1 istifadə etdiyi ***-***-**-** saylı mobil nömrədən Şahid4 istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2020-ci il tarixdə saat 15:41:09-da “Surxay qaqa qorxuram men allahaki senin xetrinide cox istəyirem ama qorxuram men qaqa, men sabaha kimi onu tapım yazacam”, saat 15:41:41-də “uzurlu say bunu tapsam men sabah tapim yigim seni sabaha kimi calısıb onu tapacam”, saat 15:51:43də “Surxay bu mesajımı sene güvenib etibar edib yazmısam heckime yazmamısam. Surxay bu isde menim elim var, prablemdeydim etdim. Poladın hec bir günahı yoxdu, o da xebersizdi eger komeylik etmey isdeyirsense mene et bu isi men etmisem ehdiyacım prablemim var idi kömeyliy ede bilirsense et. Ede bilmesende Allah canini sag elesin”, saat 15:53:04-də “Gəlməyində Koroğluya bosbosuna xais edrem kömeyliy ede bilirsense bu zibilden çıxar meni ozüm senle görüsecem sora menim elim var bu isde hec kime oxutma”, saat 16:00:44-də “Ac telefonu” məzmunun mətnlər yazması müəyyən edilmişdir. (Cild 2, iş vərəqə 51-52) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsi və Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməklə, barəsində 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən, o, qəti olaraq 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (Cild 3, iş vərəqə 95-96) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsi və Bakı Hərbi Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs3 Bakı Hərbi Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, barəsində həmin Məcəllənin 70-ci maddəsi tətbiq edilməklə təyin olunmuş cəza şərti hesab olunmuş və onun üzərində 06 ay sınaq müddəti müəyyənləşmişdir. O, cəzasını xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatmışdır. (Cild 3, iş vərəqə 97-98) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində cinayət xarakterli məlumat yoxdur. (Cild 3, iş vərəqə 99) xx.xx.2022-ci il tarixli “Fotoşəkil ilə tanınmaya təqdim edilməsi haqqında” protokoldan görünür ki, Şahid3 təqdim olunmuş fotoşəkillər arasından “2” rəqəmi ilə nömrələnmiş Təqsirləndirilən şəxs3 fotoşəklini dərhal tanınmışdır. (Cild 2, iş vərəqə 184-186) xx.xx.2022-ci il tarixli “Cinayət işinin materiallarına əlavə edilmiş "xxxx", "xxxx" və "xxxx" MMC-dən daxil olmuş CD disklərə əlavə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Şahid3 və Şahid4 istifadəsində olan mobil nömrələrlə cinayət törədildiyi vaxtlarda aparılan danışıqların siyahısı və anten dairəsinə dair məlumatlar kağız formada çap olunaraq protokola əlavə olunmuşdur. (Cild 3, iş vərəqə 1-43) xx.xx.2022-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs3 həmin tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham tutulduqdan sonra xx.xx.2022-ci il tarixdə elan olunmuşdur. (Cild 3, iş vərəqə 62-63) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(011)-585/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla, 01 ay 02 gün müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin xx.xx.2022-ci il tarixli, 4(011)-643/2022 nömrəli qərarına əsasən, barəsində həbsdə saxlanılma müddəti xx.xx.2023-cü il tarixədək, həmin məhkəmənin xx.xx.2023-cü il tarixli, 4(011)-111/2023 nömrəli qərarına əsasən, barəsində həbsdə saxlanılma müddəti xx.xx.2023-cü il tarixədək uzadılmışdır. (Cild 3, iş vərəqə 83-87, Cild 4, iş vərəqə 176-180, Cild 5, iş vərəqə 169-174) xx.xx.2022-ci il “Üzləşdirmə haqqında” protokoldan görünür ki, Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini Təqsirləndirilən şəxs3 üzünə qarşı demişdir. (Cild 3, iş vərəqə 88- 92) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/5514 nömrəli ekspert rəyindən görünür ki, 01 ədəd istifadədə olmuş “Tunaylar” markalı tərəzinin 2020-ci ilin avqust ayına orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 55000,0 manat müəyyən olunmuşdur. (Cild 5, iş vərəqə 6-8) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə və yenidən ittiham elan edilmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə yenidən təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan olunmuşdur. (Cild 5, iş vərəqə 14-15) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə və yenidən ittiham elan edilmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə yenidən təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan olunmuşdur. (Cild 5, iş vərəqə 26-27) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə və yenidən ittiham elan edilmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs3 həmin tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə yenidən təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan olunmuşdur. (Cild 5, iş vərəqə 41-42) xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, Zərərçəkmiş şəxs məxsus hasarlanmış torpaq sahəsindən oğurlanmış tərəzinin cinayətin törədildiyi vaxt üçün orta bazar qiymətinin 55000 manat olması nəzərə alınmış, zərərçəkmiş şəxsə məxsus olmaqla hazırda onun mülkiyyətində olan “Tunaylar” markalı tərəzi maddi sübut kimi tanınmış, telefon danışıqlarına dair 03 ədəd CD disk, videogörüntü və fotoşəklə dair 01 ədəd CD disk sübut hesab edilmiş, zərərçəkmiş şəxsə məxsus tərəzinin cinayət törədilərkən saxlanıldığı yer olan hasarlanmış torpaq sahəsi başqa saxlanc yeri hesab edilmişdir. (Cild 5, iş vərəqə 63-88) Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 22/01/92/24-1 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində təyin edilmiş həmin məhkəmənin xx.xx.2023-cü il tarixli hökmündən apellyasiya şikayəti və protesti verilmədiyindən, hökm icraya yönəlmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ağcabədi rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli, 28/23-38-04 nömrəli məktubundan görünür ki, Ağayev X10 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə ona təyin edilmiş 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasını çəkməmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/9574 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən, ağır yüklərin (təxminən 80-100 ton) çəkilməsi üçün nəzərdə tutulmuş, üzərində “Tunaylar” yazılmış, 18 metr (3x6 metr) uzunluğunda olan tərəzinin istifadədə olması nəzərə alınmaqla 2020-ci ilin avqust ayına və hal-hazırki tarixə olan orta bazar qiyməti təxminən 26.000,00 manat müəyyən olunur. Bu tipli tərəzilərin indiqatorunun həmin tarixlərdə olan orta bazar qiymətinin təxminən 1000 manat olduğu müəyyən edilmişdir. Hazırki ekspertiza zamanı müəyyən edilmiş qiymətlə, ilkin ekspertiza zamanı müəyyən edilmiş qiymət arasındakı fərqin olması, hazırki ekspertizanın tərəzinin tədqiqata təqdim edilməsi ilə aparılması, ilkin ekspertizanın tərəzinin tədqiqata təqdim edilmədən nəzəri qaydada aparılması olmuşdur. Əməlin tövsifi və hüquqi məsələlər: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulub-pozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar verilmiş, eyni zamanda öz lehinə ifadə verə biləcək şahidi dindirilmək imkanı təqdim edilmiş, öz alibisini sübut etmək üçün ona şərait yaradılmışdır. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəməyə verdikləri ifadələrində digər Təqsirləndirilən şəxs3 oğurluq cinayətinin törədilməsində hər hansı iştirakının olmadığını desələr də, cinayət işinin materiallarında olan müvafiq disklərə baxış, tanınma üçün təqdim etmə və üzləşdirmə protokollarından, şahid ifadələrindən və digər istintaq sənədlərindən, Namiq İmanova məxsus mobil telefona dair anten məlumatlarının təhlilindən müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs məxsus tərəzinin oğurlanmasında hər üçü, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 iştirak etmiş, həmin şəxslər qabaqcadan əlbir olmaqla, vəzifələrini bölmüş və nəticədə oğurlanmış əmlaka görə müəyyən pul vəsaitinin ələ keçirilməsinə nail olmuşlar. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ittihamda təsvir olunanlara zidd olaraq məhkəmə istintaqında başqa məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Bu səbəbdən, məhkəmə cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışında təqsirləndirilən şəxslərə bilavasitə dinlənilməsi ilə məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaradaraq, sübutetmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən, ittihama uyğun hissədə təqsirləndirilən şəxslərin məhkəməyədək icraat zamanı verdikləri ifadələrini əsas götürür. Məhkəmə baxışı zamanı təqsirsizik prezumpsiyası rəhbər tutulmuş, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxılmış və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edilmiş, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanmış, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh ediləcəyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəlinmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, iş üzrə dindirilmiş şəxslərin ifadələrindən başqa, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Beləliklə, məhkəmə baxışı zamanı ibtidai istintaq dövründə toplanmış sübutların mötəbərliyinə xələl gətirən hər hansı hal müəyyən edilmədiyindən, cinayət işi üzrə mövcud olan məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadığına görə məhkəmə təqsirləndirilən şəxslərin ittihama uyğun hissədə ibtidai istintaq zamanı verdikləri ifadələrini, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrini, ekspert rəyini, istintaq hərəkəti protokollarını və ona əlavələri, işdə olan digər sənədləri sübut kimi qəbul edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145.1-ci maddələrinin tələblərinə əsasən, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə yekun qərar çıxararkən cinayət və cinayət-prosessual qanunvericiliyinin maddi və prosessual normalarının tələbləri ilə yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 iyun 2015-ci il tarixli “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair”, 17 mart 2011-ci il tarixli “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” qərarlarını rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarı və 24 dekabr 2021-ci il tarixli “Məhkəmə hökmü haqqında” qərarlarının müddəalarını da nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsinatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 139cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqından tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında bxasın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarının müvafiq bəndlərindən görünür ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək) oğurluq cinayəti bitmiş hesab edilir. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri və digər qurğular aiddir. Oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmiş şəxsin əməlinin “yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olmaq” əlaməti ilə tövsif edilməsi məsələsi həll edilərkən, məhkəmələr təqsirli şəxsin həmin yerlərdə hansı məqsədlə olmasını, həmçinin onun özgə əmlakına yiyələnmək qəsdinin hansı anda meydana gəlməsini aydınlaşdırmalıdır. Şəxs, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törədərkən, qapıları, qıfılları, gözlükləri və s. qırmaqla, sındırmaqla yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olursa, o zaman əməl, müvafiq olaraq, Cinayət Məcəlləsinin 177.2.3, 180.2.3 və ya 181.2.3-cü maddəsi ilə tövsif edilməli, əməlin əlavə olaraq Cinayət Məcəlləsinin 186-cı maddəsi ilə də tövsif edilməsinə ehtiyac qalmır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olub Zərərçəkmiş şəxs məxsus əraziyə daxil olub sonuncuya məxsus tərəzini gizli olaraq talamaqla oğurluq etmişlər. Dövlət ittihamçısı məhkəmə çıxışı zamanı oğurlanmış “Tunaylar” markalı bir ədəd tərəzinin qiymətini keçirilmiş təkrar ekspertiza rəyinin nəticələrinə uyğun hesablanmaqla, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməllərini Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə deyil, qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla və xeyli miqdarda ziyan vurmaqla oğurluq kimi, yəni bir əməl kimi Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddəsinə tövsif edilməsini məhkəmədən xahiş etmişdir. Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxslərin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/9574 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən, ağır yüklərin (təxminən 80-100 ton) çəkilməsi üçün nəzərdə tutulmuş, üzərində “Tunaylar” yazılmış, 18 metr (3x6 metr) uzunluğunda olan tərəzinin istifadədə olması nəzərə alınmaqla 2020-ci ilin avqust ayına və hal-hazırki tarixə olan orta bazar qiyməti təxminən 26.000,00 manat, bu tipli tərəzilərin indiqatorunun həmin tarixlərdə olan orta bazar qiymətinin təxminən 1000 manat olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə muvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə Cinayət və Cinayət-Prosessual qanunvericiliyin tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə hesab edir ki, dövlət ittihamçısının mövqeyi əsaslıdır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama cinayətini külli miqdarda ziyan vurmaqla törətməsi barədə gəldiyi qənaət iş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla təsdiq olunmadığından həmin şübhələr onların xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilməli və bu tövsif vahid məhkəmə təcrübəsinə də uyğundur. Bu cinayət və həmin şəxslərin cinayətin törədilməsində təqsiri məhkəmə araşdırması zamanı tam sübuta yetirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək vahid niyyətlə əhatə olunan qəsdlə 10 avqust 2020-ci il və 11 avqust 2020-ci il tarixlərdə saat təxminən 17-19 radələrində vətəndaş Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanında olan “Zəngəzur” şadlıq sarayının arxasında yerləşən və başqa saxlanc yeri hesab edilən daş hasara alınmış torpaq sahəsinin dəmir darvazasının qıfılını sındırmaq yolu ilə içəri qanunsuz daxil olmaqla oradan ağır yüklərin çəkilməsi üçün nəzərdə tutulan, Türkiyə Respublikasında istehsal olunmuş 26000 manat dəyərində olan üç hissədən ibarət “Tunaylar” markalı bir ədəd tərəzini (indiqatorunun həmin tarixlərdə olan orta bazar qiymətini təxminən 1000 manat olmaqla) gizli olaraq talayıb Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq etmişlər. Ona görə də, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinə əsasən, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 2-ci maddəsinə əsasən, həmin Məcəllənin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayətin bütün tərkib əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onlar tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində təqsirlidirlər. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cinayət əməlini qəsdən törətmişlər. Onların əməlləri başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə az ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxslərin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdırlar. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinə əsasən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, həmin Məcəllənin 177.2.3-cü maddəsinə əsasən, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla, həmin Məcəllənin 177.2.4-cü maddəsinə əsasən xeyli miqdarda özgə əmlakı gizli yolla taladıqda cinayət məsuliyyəti yaranır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrin dispozisiyasına görə, həmin əməli törətmiş şəxs bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59cu maddəsinə əsasən zərərçəkmiş şəxslə barışması, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs3 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59cu maddəsinə əsasən zərərçəkmiş şəxslə barışması, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxsin Təqsirləndirilən şəxs3 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hal kimi zərərçəkmiş şəxslə barışması, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbinin olmaması, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməklə, ona 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən, qəti olaraq 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Bundan başqa, məhkəmə qeyd edir ki, Bakı Hərbi Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməklə, ona 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin olunmuş cəza şərti hesab olunmaqla, üzərində 06 ay sınaq müddəti müəyyənləşmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 şəxsiyyətlərini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzalarını yüngülləşdirən halların olmasını, ağırlaşdıran halın olmamasını, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, onlara Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində göstərilən cinayət əməli həmin Məcəllənin 15ci maddəsinə əsasən az ağır cinayətlər təsnifatına daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum edilmiş şəxslərin cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 onlara təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Məhkəmə qanunun yuxarıda qeyd edilən normalarını nəzərdən keçirib belə qərara gəlir ki, Təqsirləndirilən şəxs1 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək tutulduğu 03 (üç) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, bir günə bir gün hesabı ilə cəmi 03 (üç) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmalı və təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməli və təyin ediləcək cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 15 iyul 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs3 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək tutulduğu 03 (üç) gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, bir günə bir gün hesabı ilə cəmi 03 (üç) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmalı və təyin edilmiş cəzadan çıxılmalı, cəza təyin edilərkən Cinayət Məcəlləsinin 66.5 və 68.1.1-1-ci maddələrinin tələbləri nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs3 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməli və təyin ediləcək cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 14 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməli və təyin ediləcək cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 11 sentyabr 2022-ci il il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş həbs qətimkan tədbirləri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə tərkibi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-kimyəvi ekspertizası ilə əlaqədar dəyəri olan 110 (bir yüz on) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1 38 (otuz səkkiz), Təqsirləndirilən şəxs3 36 (otuz altı), Təqsirləndirilən şəxs2 36 (otuz altı) manat olmaqla, tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınmış “Tunaylar” markalı tərəzinin zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); 99-1.1.2-ci maddəsinə əsasən isə şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Bununla belə, hazırki iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(12)- 41/2023 nömrəli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsi tətbiq edilməklə, 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasına bərabər tutularaq, Cinayət Məcəlləsinin 66.5ci maddəsinə əsasən, hazırkı hökmlə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına qismən toplanılmaqla ona qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək tutulduğu 03 (üç) gün müddət bir günə bir gün hesabı ilə cəmi 03 (üç) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulsun və təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 15 iyul 2022-ci il tarixdən hesablansın. İbtidai həbs müddəti onun cəzaçəkmə müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs3 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək tutulduğu 03 (üç) gün müddət bir günə bir gün hesabı ilə cəmi 03 (üç) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulsun və təyin edilmiş cəzadan çıxılaraq ona qəti olaraq 02 (iki) il 05 (beş) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 14 noyabr 2022-ci il tarixdən hesablansın. İbtidai həbs müddəti onun cəzaçəkmə müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 11 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 110 (yüz on) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1 38 (otuz səkkiz), Təqsirləndirilən şəxs3 36 (otuz altı), Təqsirləndirilən şəxs2 36 (otuz altı) manat olmaqla, tutulub Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut kimi tanınmış “Tunaylar” markalı tərəzinin zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlakın olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Fərid Namazov Hakimlər Əhməd Quliyev Telman Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar