Məhkəmə qərarları › İş №1(101)-2052/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2052/2023

20.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2052/2023 20.11.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), X4 və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Mirzəyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxx 1985-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmuş (Kürdəmir rayon məhkəməsinin 2 avqust 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 3500 (üç min beş yüz) manat cərimə cəzasına məhkum olunmuş, Kürdəmir rayon məhkəməsinin 21 dekabr 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 3 (üç) il 6 (altı) ay müddətiə azadlıqdan məhrumetmə cəzasına və 3500 (üç min beş yüz) manat cərimə cəzasına məhkum olunmuş, Bakı şəhəri Xəzər rayon məhkəməsinin 5 sentyabr 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə və 3500 (üç min beş yüz) manat cərimə cəzasına məhkum olunmuş, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 4 aprel 2019-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4cü maddələri ilə təqsirli bilinib 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 20 noyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə və 3500 (üç min beş yüz) manat cərimə cəzasına məhkum olunmuş, Bakı şəhəri Xətai rayon məhkəməsinin 22 iyun 2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 1 (bir) ay 4 (dörd) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuş, 26 iyul 2022-ci il tarixdə cəza müddəti başa çatmış, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 22 avqust 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının cinayət məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası və 3500 (üç min beş yüz) manat cərimə cəzasına məhkum olunmuşdur), məhkumluğu ödənilməmiş, Kürdəmir rayonu, Kürdəmir şəhəri, X16 küçəsi ev 9 A ünvanında qeydiyyatda olmaqla faktiki olaraq Bakı şəhəri, Binəqədi rayon, Binəqədi qəsəbəsi, 2-ci Mədən, Korpus 93 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 8 may 2023-cü il tarixdə saat 9:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, “Mərkəz” adlanan yerdən istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 3,501 qram çəkidə külli miqdarda psixotrop maddə metafetamini əldə edib özündə saxlayaraq daşımış, 8.05.2023-cü il tarixdə saat 11:50-də Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci Mədən, Korpus 95 ünvanının yaxınlığında Binəqədi RPİ 43-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq ünvan 5 ünvanında yerləşən Binəqədi RPİ 43-cü PB-nin inzibati binasına gətirilmiş, orada onun üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 3,501 qram olan külli miqdarda psixotrop maddə metafetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 8 may 2023-cü tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən 2, Korpus 93 ünvanında yaşadığı evdə olarkən Kənan, Əli və Mirsiyaf adlı polis əməkdaşları evə daxil olub oğurluq cinayətini törətdiyini bildirib onu polis bölməsinə aparmışlar. Həmin vaxt qızı evdə olsa da, yoldaşı işə getmişdir. Sonra onu polis bölməsinə gətirməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham edərək cəzaçəkmə müəssisəsinə göndərəcəklərini bildirmişlər. Saxlanılarkən üzərində narkotik vasitə olmasa da, polis əməkdaşları ona təzyiq etdərək 0,8 qram narkotik vasitə heroin ilə ittiham edəcəklərini demişlər. O da polis əməkdaşlarına 2023-cü il yanvar ayında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirildiyini və polis nəzarətində olduğunu bildirmiş, onlar isə sənədlərə imza etməyi üçün təzyiq etmişlər. O da məcbur olub 0,8 qram narkotik vasitə heroinlə ittiham olunmağa razı olmuşdur. Barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı keçirilən məhkəmə iclasında 3 qram heroin saxlamağına görə ittiham etdiklərini bildirdikdən sonra heç bir sənədə imza etməmişdir. Saxlanılarkən üzərində narkotik vasitə olmamışdır. Saxlanılarkən üzərində narkotik vasitə olmadığını ibtidai istintaqda hüquqlarını müdafiə edən vəkilə də demişdir. Yaşadığı evdə polislər onu aparmaq istədiklərini bildirəndə paltarını dəyişib onlarla getmişdir. Polis əməkdaşları evə gəldikdə yoldaşı işdə olmuşdur. Polis əməkdaşları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham edəcəklərini bildirərək onu aldatmış və ona psixoloji təsir göstərmişlər. Onu niyə qanunsuz ittiham etdiklərini bilməmişdir. İbtidai istintaq zamanı yazılan həmin ifadəni oxumadan imzalamışdır. Ailəsi narkotik vasitədən istifadə etdiyini bilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. Özü narkotik vasitə və psixotrop maddə aludəçisidir, tanımadığı şəxslərdən narkotik vasitə və psixotrop maddə əldə edib istifadə edir. 8 may 2023-cü il tarixdə səhər saat 9:00 radələrində Binəqədi qəsəbəsi, “Mərkəz” adlanan ərazidə tanımadığı şəxsdən 20 manata “şüşə, metamfetamin” kimi tanınan psixotrop maddə almışdır. Həmin psixotrop maddəni şəxsi istifadəsi üçün almışdır. 8 may 2023-cü il tarixdə saat 11:50-də yaşadığı evin yaxınlığında küçədə piyada gəzən zaman 2 nəfər tanımadığı şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək 43-cü PB-nin əməkdaşları olduqlarını bildirmişlər. Polis işçiləri ona narkotik vasitə və psixotrop maddə gəzdirməkdə şübhəli bildiklərini bildirib onu 43-cü PB-nə dəvət etmişlər. O da onlarla birlikdə 43-cü PB-nə gəlmişdir. Polis bölməsində ona müdafiəçi təqdim edilərək hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra vəkilin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Üzərinə baxış keçirilən zaman ona üzərində olan əşyaları təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra o, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş bükümü təqdim etmişdir. Sorğu-sual zamanı o, bükümün içərisində psixotrop maddə metafetamin olduğunu, həmin bükümü 8 may 2023-cü il tarixdə səhər saat 9:00 radələrində Binəqədi qəsəbəsi, “Mərkəz” adlanan ərazidə tanımadığı şəxsdən 20 manata aldığını bildirmişdir. Üzərindən aşkar olunmuş 1 ədəd büküm zərfə qoyularaq qablaşdırılıb möhürlənmişdir. Sonra bu barədə tərtib olunmuş protokolun doğruluğunu və zərfi imzası ilə təsdiq etmişdir (cild 1, iş vərəqə 60-61). Həmin ifadənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini tam etiraf etmiş və işin faktiki hallarına uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsini mötəbər hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması ibtidai istintaq zamanı etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri gəzdirməsi, istifadə etməsi və saxlaması barədə etimad doğuran və qərəzsiz mənbədən məlumat daxil olduqdan sonra onun cinayət əməlinin ifşa edilməsi üçün əməliyyat tədbirinin keçirilməsi zərurəti nəzərə alınaraq 8 may 2023-cü il tarixdə qərar qəbul edilmişdir. Həmin qərar polis bölməsinin rəisi tərəfindən 8 may 2023-cü il tarixdə təsdiq edilərək əməliyyat qrupu yaradılmış, o da əməliyyat qrupunun rəhbəri təyin edilmiş, Şahid2 isə iştirakçı kimi qrupa daxil edilmişdir. Bundan sonra Şahid2 ilə birlikdə 8 may 2023-cü il tarixdə saat 11:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən 2, Korpus 95 ünvanında Təqsirləndirilən şəxs gördükdən sonra ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib ona üzərində narkotik vasitə və psixotrop maddə daşımasında şübhəli olduğunu deyərək 43-cü Polis Bölməsinə gətirmişlər. Bu barədə 43-cü Polis Bölməsinin rəisinə məruzə edib onun göstərişi əsasında Təqsirləndirilən şəxs Binəqədi RPİ-nin 43-cü PB-nin təhqiqatçısına təhvil vermişlər. X12 tərəfindən müdafiəçi dəvət edilmiş, sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra ona hüquqları izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs razılığı ilə vəkilin iştirakı olmadan videoçəkiliş aparılmaqla onun üzərində şəxsi axtarış aparılmış, ona üzərində olması ehtimal edilən narkotik vasitənin, psixotrop maddənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan cins şalvarının sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs bükümün içərisində psixotrop maddə metafetamin olduğunu, həmin psixotrop maddəni həmin gün saat 9:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, “Mərkəz” adlanan yerdə tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs səhər saat 11:00 radələrində yaşadığı evin yaxınlığında küçədə saxlamışlar. Təqsirləndirilən şəxs üzərinə polis bölməsində baxış keçirilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Təsirləndirilən şəxsə qarşı heç bir fiziki və psixoloji təsir göstərilməmişdir. Məhkəmə istintaqında istintaqında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 8 may 2023-cü il tarixli tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü təqdim etmək təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofan bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs bükümdə psixotrop maddə “şüşə, metafetamin” olduğunu, həmin bükümü 8.05.2023-cü il tarixdə saat 9 radələrində Binəqədi qəsəbəsi, Binəqədi mərkəz adlanan yerdə tanımadığı şəxsdən 20 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra həmin büküm zərfə qoyularaq qablaşdırılmışdır (cild 1, iş vərəqə 32-34). Cinayət işinin materiallarında olan “DVD disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə” 11 iyul 2023-cü il tarixli protokoldan görünür ki, həmin DVD diskdə əks edilmiş görüntülər 8 may 2023-cü il tarixdə qeydə alınır. Süni işıqlandırma ilə işıqlandırılmış otaq Binəqədi RPİ-nin 43-cü PB-nin təhqiqatçısı, polis mayoru X8 əyləşdiyi xidməti otaqdır. Videogörüntüdən müəyyən edilir ki, X12un qarşısında sol tərəfdə oturmuş şəxs Binəqədi RPİ 43-cü PB-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1, onun qarşısında oturmuş şəxs Təqsirləndirilən şəxs, onun yanında oturmuş şəxs Binəqədi RPİ 43-cü PB-nin sahə inspektoru, polis baş leytenantı Şahid2dur. Videoçəkilişin davamında X12, Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edərək üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini sonuncuya təklif edir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb masanın üzərinə qoyur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilir, lakin başqa heç bir şey aşkar olunmur. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs həmin bükümün içərisində psixotrop maddə şüşə olduğunu, həmin bükümü 8.05.2023-cü il tarixdə saat 9 radələrində Binəqədi rayonu, Binəqədi mərkəz deyilən yerdə tanımadığı şəxsdən 20 manata öz istifadəsi üçün alaraq üzərində saxladığını bildirir. Bundan sonra büküm zərfə qoyularaq qablaşdırılır. (cild 1, iş vərəqə 86-87). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9 may 2023-cü il tarixli 6/2663 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №243” dairəvi möhür əksi olan, “Şübhəli şəxs Təqsirləndirilən şəxs” Sözləri, soyad və imzalar qeyd edilmiş 1 ədəd zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 3,501 qram olan ağ rəngli kristallik maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir. Metafetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində döyriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. (Qeyd: metafetaminin ümümi təmiz çəkisi 3,501 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 3,451 qram, cild 1, iş vərəqə 40-44). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X14 Şəxsi Ambulator X1 11 iyul 2023-cü il tarixli 4327 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 116-117). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işinin materiallarında olan 21 avqust 2023-ci il tarixli “maddi sübut kimi tanınması haqqında” və 22 avqust 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarlardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 3,451 qram olan psixotrop maddə metafetamin maddi sübut kimi tanınaraq Bakı şəhəri Binəqədi RPİ-nə təhvil verilmiş, həmçinin Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasını əks etdirən videoçəkilişin yazıldığı 1 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 118 və 127-135) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən və hökmlərin surətindən Soltanov X6 rayon məhkəməsinin 2 avqust 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 3500 (üç min beş yüz) manat cərimə cəzasına məhkum olunmuş, Kürdəmir rayon məhkəməsinin 21 dekabr 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 3 (üç) il 6 (altı) ay müddətiə azadlıqdan məhrumetmə cəzasına və 3500 (üç min beş yüz) manat cərimə cəzasına məhkum olunmuş, Bakı şəhəri Xəzər rayon məhkəməsinin 5 sentyabr 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə və 3500 (üç min beş yüz) manat cərimə cəzasına məhkum olunmuş, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 4 aprel 2019-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 20 noyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə və 3500 (üç min beş yüz) manat cərimə cəzasına məhkum olunmuş, Bakı şəhəri Xətai rayon məhkəməsinin 22 iyun 2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 1 (bir) ay 4 (dörd) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuş, 26 iyul 2022-ci il tarixdə cəza müddəti başa çatmış, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 22 avqust 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının cinayət məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası və 3500 (üç min beş yüz) manat cərimə cəzasına məhkum olunmuşdur (cild 1, iş vərəqə 90-92, 93-102, 103-109 və 119-126). Cinayət işinin materiallarından görünür ki, X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunması barədə Bakı şəhəri Binəqədi rayon məhkəməsi 22 avqust 2023-cü il tarixli hökmü 13 sentyabr 2023-cü il tarixdə qanuni qüvvəyə minmişdir (cild 2) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.3.1-ci maddəsinə əsasən qəsdən az ağır və ya qəsdən ağır cinayət törətməyə görə əvvəllər hər hansı ardıcıllıqla üç dəfədən az olmayaraq azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin xüsusilə təhlükəli residivini yaradır. Cinayət işinin materiallarında olan tələbnamədən və hökmlərin surətlərindən görünür ki, təqsirləndirilən şəxs X7 əvvəllər ayrı-ayrı vaxtlarda ardıcıllıqla üç dəfədən az olmayaraq azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və məhkumluğu ödənilmədən yenidən qəsdən ağır cinayət törətdiyindən onun əməlində cinayətlərin xüsusi təhlükəli residivi vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs əməlində cinayətlərin xüsusi təhlükəli residivi olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbinə əsasən ona təyin ediləcək cəzanın müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1ci maddəsinin sanksiyasının yuxarı həddinin dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə həmin normanın tələblərini nəzərə alıb hesab edir ki, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 22 avqust 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 2 (iki) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası hazırkı hökmlə təyin ediləcək cəza ilə qismən toplanılmalı, həmçinin Bakı şəhəri Binəqədi rayon məhkəməsin 22 avqust 2023-cü il tarixli hökmü ilə ona təyin edilmiş 3500 (üç min beş yüz) manat cərimə cəzası hazırkı hökmlə tam toplanılmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbinə əsasən ona hökmlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinin tələbinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma və ya azadlıqdan məhrum etmə ilə toplandıqda onlar müstəqil icra olunur. Məhkəmə həmin normanın tələbini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş 3.500 (üç min beş yüz) manat cərimə cəzası müstəqil icra olunmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır (cild 1, iş vərəqə 115). Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin xüsusi təhlükəli residivinin olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 8 may 2023-cü il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 21). Cinayət işinin materiallarında olan Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 10 may 2023-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 8 may 2023-cü il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 72-75). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.4-cü maddəsinə əsasən cinayətlərin xüsusi təhlükəli residivi zamanı və ya ömürlük azadlıqdan məhrum etmə cəza növü müəyyən müddətə azadlıqdan məhrum etmə cəza növü ilə əvəz edildikdə xüsusi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi nəzərdə tutulmuşdur. Həmin normaların tələblərinə görə Təqsirləndirilən şəxs əməlində cinayətlərin xüsusi təhlükəli residivi olduğundan ona təyin olunacaq cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.4-cü maddəsinə əsasən xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 8 may 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 65 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Binəqədi RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 3,451 qram olan psixotrop maddə metafetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, -1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 22 avqust 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 2 (iki) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası və 3500 (üç min beş yüz) manat cərimə cəzasının 2 (iki) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəza ilə qismən toplamaqla, 3500 (üç min beş yüz) manat cərimə cəzasını tam toplamaqla ona qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası və 3500 (üç min beş yüz) manat cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 3500 (üç min beş yüz) manat cərimə cəzası müstəqil icra olunsun. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 8 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 65 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Binəqədi RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 3,451 qram olan psixotrop maddə metafetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, -1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar