Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2053/2023 31.10.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), X2 və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3 , dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs hüquqi varisi - atası X1, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxx 2004-cü il tarixdə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq ünvan 2 ünvanında yaşayır və barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan yol hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 15 yanvar 2023-cü il tarixdə saat 17 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq nəqliyyat vasitəsini idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi olmadan atası Şahid3 məxsus “Mercedes-Benz 200” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Binəqədi-Mehdiabad yolu ilə Binəqədi qəsəbəsi istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq yaşayış məntəqəsində avtomobili 60 km/saatdan artıq, yəni 80 km/saat sürətlə idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozub, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmaması barədə tələblərə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələblərə riayət etməyərək Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Binəqədi-Mehdiabad yolunun 2-ci kilometrliyində yolun hərəkət zolağının əks tərəfinə çıxıb Şahid1 etibarnamə əsasında idarə etdiyi “Toyota Prius” markalı **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub avtomobilin sürücüsü Şahid1 ehtiyatsızlıqdan sol əl pəncəsinin arxa səthində İİ-İV daraq sümüklərarası sahənin əzilmiş yarası ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid olan xəsarətlər və həmin avtomobildə sərnişin olan Zərərçəkmiş şəxs alın sümüyünün kəllə əsasına keçən xətti sınığı, baş beyinin yumşaq qişası altına, beyin toxumasına geniş ölçülü qansızmalar və beyin toxumasının əzilməsi ilə müşayiət olunan qapalı kəllə-beyin travması, alın nahiyəsinin sol yarısının əzilmiş yaraları, sağ baldırın əzilmiş yarası, sifətin və sol diz oynağının qançır və sıyrıqlan, bədənin küt travması ilə nəticələnən ümumilikdə dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlərin yetirilməsi nəticəsində ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs 15 yanvar 2023-cü il tarixdə hadisə yerində ölümünə səbəb olan yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, sürücülük vəsiqəsi olmasa da, avtomobil sürməyə həvəs göstərmiş, atası Şahid3 məxsus “Mercedes-Benz 200” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobili Şirvan şəhərində olanda arabir atası ilə boş olan sahələrə çıxıb atasının yanında idarə edib sürməyi öyrənmişdir. Lakin sürücülük vəsiqəsi olmadığından atası heç vaxt ona avtomobili idarə etməyə icazə verməmişdir. Ata və anası Bakı şəhərində işlədiklərindən təxminən 3 il yarım olar ki, ünvan 2 ünvanında kirayədə yaşayırlar. Yaşadıqları evin həyəti kiçik olduğundan atası avtomobilini küçədə saxlayır. 2023-cü ilin yanvar ayının əvvəllərində hamam otağında 2 dəfə qazboğulmasından zəhərlənmiş, sonra da bununla bağlı X10 toksikologiya şöbəsinə müraciət edib müalicə almışdır. Qanının təmizlənməsi üçün müxtəlif növ dərmanlar alıb sistem formasında damarına köçürməli olmuşdurlar. Lakin müalicəni məsuliyyətsizlik göstərdiyindən davam etdirməmişdir. 15 yanvar 2023-cü il tarixdə evdə olmuş, həmin gün özünü normal hiss etmiş, atası da evdə olmuşdur. Atası ürək əməliyyatı olduğundan həmin gün özünü pis hiss etmişdir. O da qəsəbədən dərman almaq üçün atasının avtomobilini idarə edib aptekə getmişdir. Lakin zəhərləndiyi üçün hadisənin necə baş verdiyini xatırlamamışdır. Xəstəxanada ayılıb özünə gələndən sonra eşitmişdir ki, atasına məxsus “Mercedes-Benz 200” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yol-nəqliyyat hadisəsi törətmiş və baş vermiş hadisə zamanı bir nəfər də vəfat etmişdir. Atası ürək xəstəsi olduğundan atasının avtomobili ilə gedib dərman almaq istəmişdir. Zəhərlənməzdən əvvəl hər şey normal olmuş, lakin zəhərlənmədən sonra tez-tez gözü qaralmışdır. Hadisədən dərhal sonra atasına zəng edib-etmədiyini xatırlamamışdır. Atasının ürəyi ağrıdığı üçün onun avtomobili ilə aptekə getmək istəmişdir. Apteklə yaşadığı evin arasında 2 kilometr məsafə olduğundan avtomobillə getmək qərarına gəlmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması məhkəmə istintaqında təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidin ifadələri, digər istintaq hərəkətinin protokolları, ekspertiza rəyləri və cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş digər sübutlarla tam sübuta yetirildi. Məhkəmə istintaqında şahid qismində dindirilən zərərçəkmiş şəxsin hüquqi varisi X4 ifadəsində göstərmişdir ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı vəfat etmiş Zərərçəkmiş şəxs onun qızıdır. Xumarə 1 iyun 1995-ci il təvəllüdlü idi. O, 35 ildir ki, Bakı şəhərində imkanlı şəxslərin evlərində fəhləlik edir. Övladlarının hər birini çətinliklə oxutmuşdur. Xumarə 21 noyabr 2022-ci il tarixdə Tovuz rayonu, Qovlar qəsəbəsindən olan İsmayıl adlı şəxslə ailə həyatı qurmuş, lakin rəsmi nikaha daxil olmamışdır. 15 yanvar 2023-cü il tarixdə saat 21 radələrində eşitmişdir ki, qızı Xumarə Bakı şəhəri, Binəqədi rayonu, Biləqədi qəsəbəsi, Binəqədi-Mehdiabad yolunun 2-ci kilometriliyində Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes” markalı avtomobilin Şahid1 İdarə etdiyi “Toyota Prius” markalı avtomobil ilə toqquşması nəticədə hadisə yerində vəfat etmişdir. Həmin gün Xumarə taksi sifariş edib Masazır qəsəbəsindən Bakı şəhəri, Nizamı rayonu, 8ci km qəsəbəsi, Qara Qarayev prospektinə getmək istəmişdir. O, hadisəni eşidəndən sonra ailə üzvləri ilə Binəqədi rayon Polis İdarəsinə getmişlər. Orada qızının baş vermiş yol-nəqliyyat hadisəsi zamanı vəfat etdiyini təsdiq etmişlər. Xədicənin valideynləri 3-4 avtomobil ilə polis idarəsinin qarşısına gəlib nə kömək lazımdırsa edəcəklərini bildirmişlər. Xumarənin yas mərasimi zaman Xədicənin yaxınları gəlib iştirak etmişdir. Həmin gündən sonra onunla əlaqə saxlamış, hətta vəzifəli şəxslərin adını çəkərək onu təhdid etmişlər. Təqsirləndirilən şəxsə ağır cəza verilməsini məhməkədən xahiş edərək dəymiş ziyanın ödənilməsini tələb etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, “TOYOTA PRİUS” markalı **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürüb “BOLT” taksi şirkətinin yaratdığı tətbiq vasitəsilə taksi fəaliyyəti ilə məşğul olmuşdur. 15 yanvar 2023-cü il tarixdə 16:30 radələrində “BOLT” sistemi vasitəsi ilə ona SMS-lə Abşeron rayonu, Masazır qəsəbəsi, “BRAVO” marketin yanından sifariş gəlmiş, o da həmin ünvana gedərkən sifarişi verən şəxsin xanım olduğunu görmüşdür. Sonradan adını bildiyi Xumarə adlı xanım avtomobilin arxa sol qapısından avtomobilə oturmuşdur. Avtomobildə tək sərnişin Xumarə xanım olmuşdur. Sifariş üçün gələn məkanı açanda “BOLT” tətbiqi “Q.Qarayev” prospektini göstərmiş, Xumarə xanımdan hansı ünvana gedəcəyini soruşduqda o, dəqiq ünvanı bilmədiyini, “Q.Qarayev” prospektinə gedəcəyini bildirmişdir. O, Novxanı qəsəbəsi tərəfdən gələrək sola dönüb Binəqədi-Mehdiabad yolu ilə Mehdiabad istiqamətinə hərəkət etmiş, oradan da Balaxanı yoluna çıxıb 8-ci km qəsəbəsinə, “Q.Qarayev” prospektinə getməli olmuş, saat 17 radələrində avtomobili saatda təxminən 60 km/saat sürətlə idarə etmiş, hava sakit və işıqlı, asfalt örtüyü quru olmuşdur. O öz hərəkət istiqaməti ilə hərəkət etmiş, yolun yoxuş hissəsinə çatanda qarşı tərəfdən “Mercedes” markalı avtomobilin təxminən 80 km/saat sürətlə onun istiqamətində öz hərəkət zolağı ilə hərəkət etdiyini görmüşdür. Nə “Mercedes” markalı avtomobilin, nə də onun qarşısında hər hansı bir nəqliyyat vasitəsi olmuşdur. İdarə etdiyi avtomobil ilə “Mercedes” markalı avtomobilin arasında təxminən 5-10 metr məsafə qalmışdır ki, qəflətən həmin avtomobil onun hərəkət zolağına çıxmışdır. Anidən sükanı sağa çəksə də, artıq gec olmuşdur. “Mercedes” markalı avtomobil onun hərəkət zolağına qəflətən çıxdığından əyləci basmağa belə imkanı olmamışdır. “Mercedes” markalı avtomobilin qabaq sol tərəfi ilə onun idarə etdiyi avtomobilin qabaq sol tərəfi toqquşmuş, idarə etdiyi avtomobil zərbənin təsirindən asfalt yolun sağ tərəfinə çıxaraq fırlanıb hərəkətinin əksi istiqamətində dayanmış, “Mercedes” markalı avtomobil isə öz istiqamətində üzü bir qədər sağ tərəfə hərəkət zolağında dayanmışdır. O, avtomobildən düşüb avtomobilində sərnişin olan xanıma baxmış və artıq həmin xanımın nəfəsinin gəlmədiyini, ağzından qan gəldiyini görmüşdür. Hadisə yerinə çoxlu sayıda insanlar yığışmış, “Mercedes” markalı avtomobili idarə edən xanım sürücü də huşsuz avtomobilin sükanı arxasında sıxılmış vəziyyətdə qalmışdır. Təcili yardıma zəng etmək üçün mobil telefonunu tapa bilməmiş, hadisə yerinə yığışan şəxslərdən biri təcili yardıma zəng etmişdir. Bir müddət sonra hadisə yerinə FHN-in əməkdaşları gəlmiş, bir neçə saat ərzində “Mercedes” markalı avtomobilin sükanı arxasında olan qadını çətinliklə avtomobildən çıxarıb təcili yardıma təhvil vermişlər. “Mercedes” markalı avtomobil qəflətən hərəkət zolağına çıxdığından hadisənin qarşısına ala bilməmiş, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqında ifadələri elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş şahidlər Şahid2 və Şahid3 ibtidai istintaq zamanı verdikləri ifadələrinin məzmunundan görünür ki, onlar, Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadələr vermişlər (cild 1, iş vərəqə 40-41 və 79-80). Cinayət işinin materiallarında olan 15 yanvar 2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, yol nəqliyyat hadisəsi Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Binəqədi- Mehdiabad yolunun 2-ci kilometrliyində baş vermişdir (cild 1, iş vərəqə 8-16). Cinayət işinin materiallarında olan 27 aprel 2023-cü il tarixli “ifadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, istintaq zamanı Şahid1 ifadəsinin yerində yoxlanması zamanı o, ibtidai istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiqləyərək hadisənin yerini göstərib hadisənin necə baş verməsini əyani təsvir etmişdir (cild 1, iş vərəqə 117-121). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6-Təcrübi və Tədris Birliyi X8 16 yanvar 2023-cü il tarixli 11 saylı rəyi ilə müəyyən edilmişdir ki, mərhum Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - alın sümüyünün kəllə əsasına keçən xətti sınığı, baş beyinin yumşaq qişası altına, beyin toxumasına geniş ölçülü qansızmalar və beyin toxumasının əzilməsi ilə müşayiət olunan qapalı kəllə-beyin travması, alın nahiyəsinin sol yarısının əzilmiş yaraları, sağ baldırın əzilmiş yarası, sifətin və sol diz oynağının qançır və sıyrıqları, bədənin küt travması bərk-küt əşyanın (əşyaların) təsirindən törənmiş, həyati əlamətlərə malik olmaqla ölümün səbəbi ilə bilavasitə əlaqəsi vardır, qərarın təsviriəsaslandırıcı hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 15 yanvar 2023-cü il tarixli avtomobil travması, o cümlədən, hərəkətdə olan avtomaşınların toqquşması nəticəsində sərnişin qismində əmələ gələ bilərdi və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli sağlamlığa ağır zərərvurmanm əlamətlərinə malikdir. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb alın sümüyünün kəllə əsasına keçən sınığı, baş-beynin yumşaq qişası altına, beyin toxumasına qansızmalar və beyin toxumasının əzilməsi ilə müşayiət olunan qapalı kəlləbeyin travması olmuşdur. İlkin meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən demək olur ki, X.Q. Hüseyinovanın ölümü onun meyitinin müayinəsindən 16-18 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir (cild 1, iş vərəqə 27-32). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 mart 2023-cü il tarixli 8/564 saylı rəyi ilə müəyyən edilmişdir ki, rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə istintaq tərəfindən müəyyən edilən təhlükə yaranan anda avtomobillər arasında 5-10 metr məsafənin olması real hadisə mexanizminə uyğun deyildir və təhlükə yaranan anda avtomobillər arasında 5-10 metrdən dəfələrlə böyük məsafə olmuşdur. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə istintaq tərəfindən müəyyən edilən-təhlükə yaranan anda avtomobillər arasında 5-10 metr məsafənin olması real hadisə mexanizminə uyğun olmadığından “Toyota Prius” markalı **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparılmır. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən “Mercedes Benz” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs “Mercedes Benz” markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs “Mercedes Benz” markalı avtomobili yaşayış məntəqəsində 60 km/saatdan artıq, yəni 80 km/saat sürətlə hərəkət etdirdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-cı maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur (cild 1, iş vərəqə 92-94). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 may 2023-cü il tarixli 8/1256 saylı rəyi ilə müəyyən edilmişdir ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən “Toyota Prius” markalı **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən “Mercedes Benz” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs “Mercedes Benz” markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs “Mercedes Benz” markalı avtomobili yaşayış məntəqəsində 60 km/saatdan artıq, yəni 80 km/saat sürətlə hərəkət etdirdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-cı maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur (cild 1, iş vərəqə 129-131). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 19 iyul 2023-cü il tarixli 101 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də X.R.Alahverdiyeva ona ittiham olunan cinayət əməlinə görə anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı xroniki psixi xəstəlikdən, psixi fəaliyyətin müvəqqəti pozulmasından, kəmağıllılıqdan və sair psixi xəstəlikdən əziyyət çəkmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi patologiyadan əziyyət çəkmir. X.R.Alahverdiyevanın hal-hazırkı psixi vəziyyəti ilə əlaqədar onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlinə görə anlaqlı hesab edilməlidir. X.R.Alahverdiyevanın əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür. X.R.Alahverdiyeva hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. X.R. Allahverdiyevanın hal-hazırkı hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.3-cü maddəsinin təsiri altına düşmür (cild 1, iş vərəqə 204-207). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ-nin 28 fevral 2023-cü il tarixli məktubundan görünür ki, 4.04.1989-cu il təvəllüdlü Şahid1 6.10.2018-ci il tarixdə (6.10.2028-ci il tarixədək etibarlı olan) AD 819047 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. xx.xx.2004-cü il təvəllüdlü Təqsirləndirilən şəxs Azərbaycan Respublikasında sürücülük vəsiqəsi verilməmişdir (cild 1, iş vərəqə 75). Cinayət işinin materiallarında olan “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 15 avqust 2023-cü il tarixli qərardan görünür ki, Şahid1 idarə etdiyi “Toyota Prius” markalı **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobil və Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və sahiblərinə qaytarılmışdır (cild 1, iş vərəqə 214-228). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 95-96). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi uçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X4 Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı şikayət və tələbi yoxdur (cild 2). Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi X4 ilə barışmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs X4 ilə barışıq əldə etdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən ona təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 7 iyun 2023-cü il tarixdə başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqə 171-172). “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10.1-ci bəndində cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılmasından, 10.3-cü bəndində törədilən əməlin ictimai-təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsinin əsaslarının müəyyən olunmasından bəhs edilməklə, 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair CM-nin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə tövsif edərək ona həmin maddənin sanksiyasının ən aşağı həddində azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını və ehtiyatsızlıqdan cinayət törətdiyindən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsini məqsədəuyğun hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini məqsədəmüvafiq hesab edir və ona təyin olunacaq nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum etmə cəzasının icrası əsas cəzanı çəkib qurtardıqdan sonra başlamalıdır. Məhkəmə hökmün nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməyə dair hissəsinin icrasının Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 154.1 və 154.3-cü maddələrinin tələblərinə müvafiq olaraq həyata keçirilməsini əsaslı hesab edir. Belə ki, Cəzaların İcrası Məcəlləsinin 154.3-cü maddəsinə əsasən nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə cəza müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə olaraq təyin edildikdə, cəzanı icra edən müəssisə və ya orqan əsas cəza müddəti qurtardıqdan sonra hökmün surətini və nəqliyyat vasitələrini idarə etmək hüququ verən sənədi məhkumun yaşadığı yerin icra məmuruna göndərməlidir. İcra məmuru isə həmin Məcəllənin 154.1-ci maddəsində göstərilən qaydalara əməl etməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 213 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını çəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 213 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməyə dair əlavə cəzanın icrası - əsas cəzanı icra edən müəssisə və ya orqan tərəfindən Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 154.1. və 154.3-cü maddələrinin tələblərinə müvafiq olaraq həyata keçirilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-2053/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2053/2023
31.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver