Məhkəmə qərarları › İş №1(101)-2058/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2058/2023

29.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2058/2023 29.11.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Məmmədzadə Səbinə Adil qızı və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X19, dövlət ittihamçıları- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokurorları Dövlət ittihamçısı2 və Dövlət ittihamçısı1, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri “Kredo” vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə, xx xxxxxx 1964-cü il tarixdə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq dayanacağı, keçid 1349, 2 nömrəli ailəvi yataqxanada qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: X6 zor tətbiq etmə hədəsi ilə aşkar surətdə on dörd yaşına çatmayan zərər çəkmiş şəxsə qarşı seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Belə ki, o, öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmaqla öz cinsi ehtirasını pozğuncasına ifadə etmək qərarına gəlib bu məqsədlə fərdi-psixoloji xüsusiyyətlərinə və emosional halına görə hadisə zamanı özünə qarşı edilən hərəkətlərə müqavimət göstərmək, həmin hərəkətlərin xarakterini və mahiyyətini anlamaq qabiliyyətinə malik olan və 14 yaşına çatmayan xx.xx.2009-cu il təvəllüdlü Zərərçəkmiş şəxs 2022-ci ilin sentyabr ayının ortalarından 2023-cü ilin yanvar ayının əvvəllərinə qədər olan müddət ərzində məktəbdən çıxarkən qarşısını kəsib əgər dediklərini etməsə sonuncunun atasını və qardaşını öldürəcəyi hədəsi ilə qorxudub Zərərçəkmiş şəxs qeyd edilən müddət ərzində mütəmadi olaraq bir neçə dəfə yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq dayanacağı, keçid 1349, 2 nömrəli ailəvi yataqxanada yerləşən mənzilinə aparıb sonuncunun köməksiz vəziyyətindən istifadə edərək paltarını soyundurmaqla bədəninin müxtəlif nahiyələrindən öpmüş, öz cinsiyyət orqanını Zərərçəkmiş şəxs cinsiyyət orqanına sürtməklə və ağzına bir neçə dəfə salıb-çıxartmaqla Zərərçəkmiş şəxs qarşı seksual xarakterli hərəkətlər edib öz cinsi ehtirasını pozğun şəkildə təmin etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X6 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Qanuni nümayəndə iddiasına görə o güya 2020-ci ilin dekabr ayında onu işlədiyi şirniyyat sexindən çıxartmışdır. 2023-cü il yanvarın 19-u Xəzər RPİ-nin 2-ci PB-nə dəvət edilmişdir. Belə ki, güya Qanuni nümayəndə qızı Zərərçəkmiş şəxs evdən mütəmadi oğurladığı 230 manat pulu hissə-hissə, yəni 30,50,80 və s.manat olmaqla ona borc olaraq vermişdir. Qanuni nümayəndə həyat yoldaşı Şahid1 və qızı Zərərçəkmiş şəxs Xəzər RPİ-nin 2-ci PB-də dönə-dönə üzünə durmuşlar ki, güya Zərərçəkmiş şəxs evdən oğurladığı 230 manat pulu ona vermişdir. O, tədqiqatcılardan, polis zabitləri Cavid və Şamxaldan işə operativ baxılmasını xahiş etmişdir. Xüsusi sorğu-sualdan sonra Şahid1 və qızı Zərərçəkmiş şəxs yalan danışdığı, Zərərçəkmiş şəxs ona pul vermediyi sübut olunmuşdur. 2023-cü il yanvar ayının 20-si onu yenidən Xəzər RPİ-nin 2-ci PB-nə çağırmışlar. Polis zabiti ona onun güya Zərərçəkmiş şəxs evinə aparıb ona qarşı əxlaqsız hərəkətlər etdiyini demişdir. O, izahatında Zərərçəkmiş şəxs dediklərinin yalan olduğunu bildirmişdir. 2023-cü il may ayının 23-ü Xəzər rayonunun polis idarəsinin istintaq şöbəsinin müstəntiqi Orxan Hüseyinzadə onu şübhəli şəxs kimi saxlamışdır. Onun izahatını alıb 48 saat həbs etmişlər. 2023-cü il may ayının 25-i Xəzər Rayon Prokurorluğunda etirazını bir daha bildirmişdir. X16 X10ni dəlili, sübutu olmadan onu 48 saat saxladığı üçün danlamış, onu sərbəst buraxmağını demişdir. Həmin gündən sonra X10 ona qarşı bir tərəfli qərəzli mövqe tutmuşdur. X10 2023-cü il avqustun 23-ü onun statyasının dəyişdiyi haqqında məlumat vermişdir. Lakin, ona statyasının ağırlığı barədə heç bir məlumat verməmişdir. O, qol çəkməkdən imtina etmiş, etirazını bildirmişdir. Eynəksiz görmədiyi üçün X10 onu aldadaraq vəkilin iştirakı olmadan başqa yollarla imza çəkdirmişdir. Allaha, vicdanına and olsun o nəvəsi yerində olan Zərərçəkmiş şəxs heç bir hədə-qorxu gəlməmiş, ona qarşı heç bir əxlaqsız hərəkətlər etməmişdir. Zərərçəkmiş şəxs anası Qanuni nümayəndə ondan qisas alır. Onun şərəf və ləyaqətini ləkəliyirlər. X10 istintaqı düzgün və tam aparmamış, tam araşdırmamışdır. O, keçmiş dövlət qulluqçusu, Prezidentin Təhlükəsizliyi Xidmətinin əməkdaşıdır. Azərbaycan Respublikasının Prezidentinin adından 3-cü dərəcəli qüsursuz xidmətə görə medalla təltif olunmuşdur. O, bu cür əxlaqız hərəkətləri edən şəxs deyil. Proses iştirakçılarının suallarını cavablandıraraq təqsirləndirilən şəxs İlqar Mütəllibov bildirmişdir ki, o, düşünür ki, Qanuni nümayəndə guya onu işdən çıxarmağına görə ona qarşı qərəzli imiş. Qonşusu şahid qismində çıxış etmiş Şahid3 ona şər atır. Şahid3 ilə dəfələrlə mübahisələri olmuşdur. Şahid3 ifadəsində obyektindən onun qapısını gördüyünü deyir, Şahid3 onun qapısını görməsi mümkün deyil. Zərərçəkmiş şəxs qardaşı Abbaszadə Əli də dəfələrlə dükanına gəlib borca siqaret və içki növü olan bizon almışdır. Zərərçəkmiş şəxs dükanından nisyə olaraq şirniyyatlar, soklar alırmış. Zərərçəkmiş şəxs onun dükanına 3-4 manata qədər borcu var imiş. Axırıncı dəfə o poçta ödəniş edib gələndə Zərərçəkmiş şəxs onun arxasınca gəlib ondan 20 qəpik pul istəmişdir. O, Zərərçəkmiş şəxs 20 qəpiyi olmadığını demiş, sonra Zəhra ondan 1 manat verməyini istəmişdir. Həmin gün Zərərçəkmiş şəxs evindən 50 manat pul oğurlanmışdır. Bunu Zərərçəkmiş şəxs öz ifadəsində də təsdiq etmişdir. Zərərçəkmiş şəxs anasına bildirmişdir ki, İlqar adlı kişiyə borcu var. Zəhranın həm də yem dükanına borcu var imiş. O, yem dükanının sahibi ilə danışanda o həm Zərərçəkmiş şəxs, həm də atasını qovduğunu demişdir. Məhlədəki meyvə-tərəvəz dükanı sahibi də borca görə onların ailəsindən boğaza yığılmışlar. Toyuq satan da ona Zərərçəkmiş şəxs qovduğunu bildirmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivində yerləşən 322 saylı tam orta məktəbin 8-ci sinifində oxuyur. Onun 14 yaşı var. Hazırda baş vermiş cinayət hadisəsindən sonra yaşadığı sarsıntı səbəbindən məktəbə belə gedə bilmir, təhsili dayandırmışdır. Belə ki, İlqar Mütəllibov onların qonşuluğunda yaşayır. İlqar Mütəllibovun öz mağazası var və spirtli içkilər satır. İlqar Mütəllibov onu məktəbin arxa yolundan gedib-gələndə görmüşdür. İlqar Mütəllibov bir dəfə ona yaxınlaşıb telefonunda proqramla montaj etdiyi ona oxşar, paltarsız olduğu şəkli göstərib onu hədələmişdir. İlqar Mütəllibov məhlədə montajçı kimi tanınır. İlqar Mütəllibov internetdən götürdüyü çılpaq bədənli qadın şəklinin baş hissəsinə onun başının şəklini yapışdırmış və ona da demişdir ki, onunla evinə gedib əxlaqsız hərəkətlər etməsə onu həmin şəkillə məhlədə rüsvay edəcək. O, həmin fotoşop olunmuş şəkildən qorxmuşdur. İlqar Mütəllibov həmçinin onunla əxlaqsız hərəkətlər edə bilmək üçün ona müxtəlif hədə-qorxular , ailəsini öldürməklə də hədələmişdir. O, bütün bu hədəqorxulara fikir vermədiyindən artıq İlqar Mütəllibov onun yolunu kəsməyə başlamışdır. Belə ki, o, məktəbdən çıxan vaxt İlqar Mütəllibov poçtun qarşısında onu gözləyirmiş. İlqar telefonu qulağına qoyub arxasınca düşürmüş və yüksək səslə deyirmiş ki, blokun qarşısına getsin, onu orda gözləyəcək. Hətta 1-2 dəfə İlqar onun qabağını kəsib telefonu qulağına qoyub eyni sözləri demişdir. O, bütün bu hədə-qorxulardan qorxub İlqar Mütəllibovla getməyə razılaşmış və ilk dəfə təxminən qış ayında İlqarla birlikdə onun yaşadığı, onların evinə yaxın olan, 1-ci mərtəbədə yerləşən evinə getmişdir. Həmin blok 3 mənzillidir, İlqar Mütəllibovun mənzili həmin blokda qabaqda yerləşir. İlqar Mütəllibovun mənzili 1 otaqlıdır. Onlar mənzilə girəndə İlqar Mütəllibov onun gözlərini bağlamış, onun paltarlarını soyundurmuşdur. Özü isə yalnız alt paltarını soyunmuşdujr. X13 müxtəlif əxlaqsız və seksual xarakterli hərəkətlər etməyə başlamışdır. İlqar Mütəllibov ona bu əxlaqsız hərəkətləri mütəmadi olaraq etmişdir. O, hətta iki dəfə İlqar Mütəllibovla bloka getsə də blokdan içəri girməmişdir. X15 taparaq ailəsini öldürməklə hədə-qorxu gəlmişdir. Əmisi yoldaşı X21 Mütəllibovun binasının yanındakı binada qalır. Əmisi yoldaşı Vüsalə Abbaszadə onu yanına çağıraraq hər şeyi bildiyini demiş, o da ona olduğu kimi hər şeyi demişdir. Əmisi yoldaşı Vüsalə Abbaszadə evə gedib ata və anasına hər şeyi danışmağını tapşırmışdır. Amma o evdə atasından qorxub atasına demişdir ki, o güya evdən pul götürüb İlqar Mütəllibova vermişdir. Vüsalə Abbaszadə axırda özü atasına bu məsələni demişdir. O, təqsirləndirilən şəxsdən şikayətçidir, barışmamışdır. Təqsirləndirilən şəxsə ən ağır cəza verilməsini xahiş edir. Proses iştirakçılarının suallarını cavablandıraraq Zərərçəkmiş şəxs bildirmişdir ki, İlqar Mütəllibov ona ünvanını deməmiş, evin ünvanını göstərməmişdir. O, əvvəlcədən İlqar Mütəllibovun evini tanımamışdır. İlqar Mütəllibov ilk dəfə onu hədələyərək evinə aparmağa razı salanda o, tapşırmışdır ki, onu izləsin. İlqar Mütəllibov qabaqda getmiş, o da arxasınca gedərək onun evinə girmişdir. O, İlqar Mütəllibovun ünvanını belə bilmişdir. İlqar Mütəllibovdan pul almamış. ümumiyyətlə pul söhbəti olmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxsin qanuni nümayəndəsi şahid qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs anasıdır. X28 hazırda 322 saylı məktəbin 8-ci sinifində təhsil alır. Təqsirləndirilən şəxs X9 məktəbdən gələrkən yolda ona yaxınlaşıb onu öldürməklə hədələyərək evinə əxlaqsız hərəkətlərini həyata keçirmək məqsədilə aparmışdır. Hətta təqsirləndirilən şəxs X9 evdə tək olarkən iki dəfə onların evinə gedib qapını döyərək qızı Zəhraya hədə-qorxu gəlib özü ilə qaldığı yerə aparmışdır. 2023-cü ilin yanvar ayında qaynı arvadı Şahid2 ona zəng edərək qonşular arasında söz söhbət gəzdiyini, Zəhranın İlqar adlı şəxsin evinə giribçıxdığını demişdir. O, inanmamış və Zəhradan da soruşduqda Zəhra elə bir şeyin olmadığını demişdir. Amma bir müddət sonra qaynı arvadı Vüsalə təkrar zəng edib yenidən bildirmişdir ki, qızı X22 adlı şəxsin evinə gedib-gəlir. Həmin gün Zəhra etiraf etmişdir ki, İlqarın evinə gedib gəlməsi düz söhbətdir. Qızı Zəhra demişdir ki, İlqar Mütəllibov onu döyərək dediklərini etməsini tapşırıb, gözünü bağlayaraq ona qarşı bir neçə dəfə əxlaqsız və seksual xarakterli hərəkətlər etmişdir. Təqsirləndirilən şəxs İlqar Mütəllibov təkcə qızı Zəhra yox, bir çox qız uşaqlarına qarşı bu əxlaqsız hərəkətləri etmişdir. Belə ki, bir neçə dəfə həmin qız uşaqlarının ailəsi tərəfindən öz dükanında döyülmüşdür. Pul məsələsi olmamışdır. O, təqsirləndirilən şəxsdən şikayətçidir, barışmamışdır. Təqsirləndirilən şəxsə ən ağır cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, “1-ci Qarabağ müharibəsi” iştirakçısıdır, oğlu “44 günlük Vətən Müharibəsi” iştirakçısıdır, qardaşı isə Vətən uğrunda şəhid olumuşdur. O, Zərərçəkmiş şəxs atasıdır. O, istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Qızı Zəhra 322 saylı məktəbin 8-ci sinifində təhsil alır. İlqar Mütəllibov isə qonşuluqda yaşayır. 2023-cü ilin təxminən yanvar ayının ortalarında oğlu Hüseyn ona zəng edərək cibindən pulunun oğurlandığını bildirmişdir. O, isə yoldaşına zəng edərək Zəhranı məktəbdən götürməsini istəmişdir. Evlərində hər kəs işlədiyi üçün hərkəsin pulu olduğundan düşünmüşdür ki, pulu qardaşının cibindən güya Zəhra götürmüşdür. Anası Zəhranı məktəbdən götürəndə Zəhranın məktəbli çantasını axtararkən 50 manat çantasından pul çıxmışdır. Zəhra ehtiyacı olduğu üçün götürdüyünü bildirib üzr istəmiş və bir daha belə etməyəcəyini bildirmişdir. Bundan bir neçə gün sonra yəni 19 yanvar 2023-cü il tarixdə Zəhra evdə olan 230 manata yaxın pulu özünün götürdüyünü və qonşusu İlqarın Zəhranı hədələdiyi üçün pulu İlqara verdiyini bildirmişdir. Bu barədə o dərhal Polis Şöbəsinə müraciət etmişdir. X25 Zəhranı hədələmədiyini, Zəhra isə İlqara pul verdiyini bildirmişdir. Lakin, o, söhbətin böyüməməsi üçün oradaca şikayətinin olmadığını bildirərək Zəhra ilə evinə gəlmişdir. Həmin günün səhəri, qardaşı Ruslan onu evinə çağırmışdır. Ruslanın arvadı Vüsalə ona bildirmişdir ki, Gülarə adlı qadın var. Həmin Gülarə adlı qadın Zəhranın İlqarın evinə getdiyini, İlqarın evində Zəhraya qarşı əxlaqsız hərəkətlər etdiyini və Vüsalənin özünün də bu hadisənin şahidi olduğunu və Zəhranı İlqarın yaşadığı bloka girərkən Vüsalə özünün çağıraraq qarşısını aldığını demişdir. Bundan sonra o Polis Şöbəsinə müraciət etmişdir. Qızı 2-ci sinifdə oxuyanda İlqar qızının əlinə qoğal verib aldadaraq öz otağına aparıb qucağında oturtmuşdur. Bacısı qızı onun qucağından götürmüş, həmin hadisəni anası ona danışmamış, anası İlqara xəbərdarlıq etmişdirdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, İlqar Mütəllibov və Zərərçəkmiş şəxs onun qonşularıdır. Onun övladı Zəhra ilə eyni məktəbdə oxuyur. Belə ki, Zəhra 322 saylı məktəbin 8-ci sinifində, onun övladı isə 5-ci sinifdə oxuyur. 2023-cü ilin təxminən yanvar ayında o dərs çıxışı övladını məktəbdən gətirməyə gedəndə İlqarın məktəbin tinində dayandığını görmüşdür. İlqar kimisə gözləyirmiş. Daha sonra Zəhra dərsdən çıxmış və İlqar Zəhranın arxasınca düşmüşdür. Onların arasında 1 addım məsafə var imiş, yəni İlqarın Zəhranın arxasınca düşdüyü hiss olunurmuş. Lakin, İlqarla Zəhranın hara getdiyini görməmişdir. O, dəfələrlə İlqarın dərs çıxışı Zəhranın arxasınca düşdüyünü görmüşdür. O, hətta sonradan qonşulardan da eşitmişdir ki, Zəhra İlqarın yaşadığı mənzilə gedib-gəlir. Lakin heç vaxt bu barədə Zəhranın ailəsinə məlumat verməmiş, yaxud Zəhra ilə bu barədə danışmamışdır. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid4 bildirmişdir ki, o, Zəhranı yaxından tanımır, sadəcə Zəhra qonşunun qızıdır. İlqar Zəhragilin də qonşusudur. O, dəfələrlə İlqarın məktəbin qarşısında dayandığını, İlqarın Zəhranın arxasınca getdiyini görmüşdür. İlqar bina evində yaşayır, Zəhra bağ evində yaşayır. İlqarın evi 322 saylı məktəbə daha yaxındır. İlqarın dükanıyla evi arasında məsafə çoxdur. O, İlqarın poçta getdiyini görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Tarzan qızı ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs qaynı qızıdır. Zəhra 322 saylı məktəbin 8-ci sinifində təhsil alır. İlqar Mütəllibov isə qonşuluqda yaşayır. İlqarın yaşadığı bina ilə üzbəüz Gülarə adlı qadının obyekti var. Gülarə ona demişdir ki, İlqar qohumu Zəhranın arxasınca düşür, Zəhra İlqarın evinə gedir və evdən gec çıxır. İlqar hər dəfə əlində kabab və digər yeməklər alaraq Zəhranı da aldadıb evinə aparır. Gülarə ona demişdir ki, bu barədə Zəhranın ailəsi tədbir görməlidir. Gülarə ona demişdir ki, məktəbdən dərs çıxışı Zəhranı izləsə dediklərinin doğru olduğunu görəcək. O, dərs çıxışı məktəbin həyətində dayanıb Zəhranı gözləmişdir. O, görmüşdür ki, Zəhra dərsdən çıxan kimi ətrafa boylanıb İlqarın arxasınca gedir. O, Zəhranı səsləyib hara getdiyini soruşmuşdur. Zəhra sinif yoldaşının evinə getdiyini deyərək yalan danışmışdır. O, Zəhraya demişdir ki, İlqarın arxasınca getdiyini bilir. Zəhra ağlamış və etiraf etmişdir ki, İlqar hər gün məktəbin həyətinə gələrək ona hədə-qorxu gəlib evinə aparır. Zəhra ona demişdir ki, İlqar onu şəkillərini internetdə yaymaqla və atasına hər şeyi deməklə hədə-qorxu gəlir. Zəhra ondan xahiş etmişdir ki, atasına deməsin, özü atasına hər şeyi etiraf edəcək. O Zəhraya demişdir ki, “gedək atana məlumat verək”, lakin Zəhra ona özü hər şeyi atasına danışacağını və narahat olmamağını demişdir. Sonradan öyrənmişdir ki, Zəhra evə gedib atasına evdə olan 230 manata yaxın pulu özünün götürdüyünü və İlqar tərəfindən hədələndiyi üçün pulu İlqara verdiyini bildirmişdir. Bu barədə Zəhranın atası X27 müraciət etmişdir. O hadisəni Ramilin qardaşı, onun da yoldaşı olan Ruslana danışmışdır. Həmin günün səhəri, Ramilin qardaşı Ruslan yəni onun yoldaşı Ramili onlara çağırmışdır. Ramil onlara tək gəlmişdir. O orada Ramilə bildirmişdir ki, Gülarə adlı qadın ona Zəhranın İlqarın evinə getdiyini və onun özünün də bu hadisənin şahidi olduğunu və Zəhranı İlqarın yaşadığı bloka girərkən özünün çağıraraq qarşısını aldığını demişdir. Bundan sonra X26 təkrar müraciət edərək İlqarın qızını hədələyərək qızına qarşı əxlaqsız hərəkətlər etdiyini demişdir. Hazırdı Zəhra məktəbə belə gedə bilmir, təhsil ala bilmir, o bütün məhlədə biabr olmuşdur. Hətta təqsirləndirilən şəxsin ailəsi şahidlərə təzyiq də göstərir ki, onlar məhkəmədə gəlib ifadə verməsinlər. Bu hadisə olmasaymış İlqarın ailəsi ilə normal münasibətləri davam edəcəkmiş. Bütün qonşular dəfələrlə X18 evinə girərkən görmüşdür. Elan olunmuş cinayət işinin 172-173-cü vərəqələrində olan şahidin dindirilmə protokoluna və protokoldakı imzaya əsasən Şahid2 bildirmişdir ki, imza onun imzasıdır. Zəhra əvvəlcə atasına yalandan İlqara pul verdiyini demiş, sonra isə atasına hər şeyi etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, İlqar Mütəllibov və Zəhra onun qonşuluğunda yaşayırlar. Zəhra da qonşusu Ramilin qızıdır. O, təxminən 5-6 il olar ki, İlqar Mütəllibovun yaşadığı bina ilə üzbəüz obyektdə paltar satır. Onun dükanından Təqsirləndirilən şəxs mənzili 1-ci mərtəbədə yerləşir və mənzilin qapısının girişi aydın şəkildə görünür. O, bir neçə dəfə günorta saatlarında məktəbdə uşaqlar dərsdən çıxan saatlarda İlqar və Zəhranın eyni anda İlqar Mütəllibovun evinə daxil olduğunu dükanından aydın şəkildə görmüşdür. İlqar Mütəllibov və Zəhra adətən 1 saata yaxın İlqar Mütəllibovun mənzilində qalırmışlar. Sonuncu dəfə 2023-cü ilin yanvar ayında günorta vaxtı məktəbdən uşaqlar çıxanda İlqar Mütəllibovun yaşadığı evə gəldiyini, bir qədər sonra isə Ramilin qızı Zəhranın da arxasınca gəlib bloka girdiyini, daha sonra isə Zəhranın İlqarın evinə girdiyini görmüşdür. O, düşünmüşdür ki, X11 mənzilində bir neçə dəfə nə işi ola bilər?! O, artıq onların bir yerdə olmağına əmin olub Zəhranın bibisinə, yəni, Şahid2 xəbər vermişdir. Şahid2 Zəhranı dərs çıxışı izləyib İlqar Mütəllibovla birgə yaxalamışdır. Həmçinin, o, bugün məhkəməyə həqiqəti söyləyərək ifadə verməyə gəlməzdən əvvəl İlqar Mütəllibovun ailə üzvləri tərəfindən təzyiqə məruz qalmışdır. Onlar məhkəməyə gəlib ifadə verməməyi üçün ona hədə-qorxu gəlmişlər. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid3 bildirmişdir ki, İlqar Mütəllibovla eyni binada yaşayır. Mənzilə ilk əvvəl İlqar, arxasınca isə Zəhra daxil olurmuş. İlqar Mütəllibovun mənzilinin qapısının girişi onun dükanından aydın şəkildə görünür. O, Şahid2 yalnız X11 evinə girdiyini gördüyünü demişdir. Şahid2 özü onları yaxalamışdır. Onun bu hadisəyə qədər İlqar və ailəsiylə heç bir ədavəti olmamış, amma o, məhkəməyə gələrkən İlqarın oğlu ona hədə-qorxu gəlmişdir. Məhkəmə iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadəsi ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 5-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış ərizədən görünür ki, Şahid1 20 yanvar 2023-cü il tarixli ərizə ilə Xəzər RPİ-nin 2-ci PŞ-nə müraciət edərək bildirmişdir ki, onun qonşuluğunda yaşayan İlqar Mütəllibov tərəfindən onun azyaşlı -xx.xx.2009-cu il təvəllüdlü, 8-ci sinifdə oxuyan qızı Zərərçəkmiş şəxs hədə-qorxu gələrək mütəmadi olaraq evinə apararaq onu evində soyunduraraq onunla seksual xarakterli hərəkətlər etdiyini bildirmişdir. Cinayət işinin 18-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış ərizədən görünür ki, Şahid1 19 yanvar 2023-cü il tarixli ərizə ilə Xəzər RPİ-nin 2-ci PŞ-nə müraciət edərək bildirmişdir ki, onun qonşuluğunda yaşayan İlqar Mütəllibov adlı şəxsin qızı Zərərçəkmiş şəxs qarşısını kəsərək mobil telefonunda olan şəkil və videoları yayacağını deyərək pul tələb etmişdir. Cinayət işinin 40-47-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 14 mart 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisənin baş verdiyi yer Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq dayanacağı, keçid 1349, 2 nömrəli ailəvi yataqxanadır. Cinayət işinin 30-31-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X12 publik hüquqi şəxsinin 15 fevral 2023-cü il tarixli 44 nömrəli rəyindən görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs bədən səthi üzərində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmamışdır, anatomik quruluşu tamlığı pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan vermir. Zərərçəkmiş şəxs arxa keçəcəyində onunla qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edilməmişdir. Cinayət işinin 86-89-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 24 may 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs ilə təqsirləndirilən şəxs X8iu arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs istintaq zamanı verdiyi ifadəsini İlqar Mütəllibovun üzünə qarşı deyərək, İlqar Mütəllibovun ona telefonda montaj etdiyi çılpaq şəkillər göstərib onu rüsvay edəcəyini bildirib, ailəsini öldürməklə təhdid edərək, ona qarşı öz evində əxlaqsız hərəkətlər etdiyini bildirib, təqsirləndirilən şəxs İlqar Mütəllibovu ifşa etmişdir. Buna görə məhkəmə həmin üzləşdirmə protokolunu da sübut növü kimi qaəbul edir. Cinayət işinin 90-93-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 24 may 2023-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, iş üzrə Zərərçəkmiş şəxs istintaq zamanı verdiyi ifadəsini bir daha söyləyib təsdiq edərək, baş vermiş hadisəni əyani surətdə göstərmişdir. İfadənin yerində yoxlanılması zamanı fotoçəkiliş aparılmışdır. Cinayət işinin 135-137-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 25 iyun 2023-cü il tarixli 11/325 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs psixi cəhətdən normal inkişaf etmişdir. Onun əqli inkişafı aldığı təhsilinə və onu əhatə edən sosial mikromühitə uyğundur. O ətraf aləmin predmet və hadisələrini, onlar arasında olan uyarlıqları dərk etməkdə çətinlik çəkmir. Yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müəyyən olunmur. Müayinə olunan Zərərçəkmiş şəxs kifayət qədər lüğət ehtiyatına malik olmaqla, öz fikirlərini başqalarına çatdıra bilir. Yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs təfəkkürünün müstəqilliyi kimi keyfiyyəti normal səviyyədə olmaqla, təhlil və tərkib prosesləri yaşına uyğundur. Zərərçəkmiş şəxs ixtiyari yadda saxlaması normaldır. Zərərçəkmiş şəxs ona təqdim olunmuş anlayışların müqayisəsi və təsnifatı zamanı, eləcə də onların əsas əlamətlərini müəyyən edərkən, predmet və hadisələrin mahiyətini qavramaq və anlamaqla daha çox ikinci dərəcəli əlamətlərdən çıxış edir. Zərərçəkmiş şəxs hal hazırda əqli və psixi inkişafına, yaş və fərdi psixoloji xüsusiyyətlərinə görə ona qarşı edilmiş seksual hərəkətlərin xarakterini və mahiyyətini dərk etmək qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müəyyən olunmur. Zərərçəkmiş şəxs fərdi-psixoloji xüsusiyyətlərində təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə və özündən uydurmağa meyililik əlamətləri müəyyən olunmur. Cinayət işinin 182-184-cü ərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X12 publik hüquqi şəxsinin 07 avqust 2023-cü il tarixli 351 nömrəli rəyindən görünür ki, X4 bədən səthi üzərində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. İ.S. Mütəllibovun cinsi qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. İ.S.Məmmədovun xarici cinsiyyət üzvündə onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patologiya aşkar edilməmişdir. İ.S.Mütəllibovun atrtropometrik göstəriciləri, dəri refleksləri (kremaster), cinsi əlaqəyə maneə törədə biləcək obyektiv əlamətlərin müəyyən edilməməsi, anamnezində cinsi funksiyaya mənfi təsir edəcək xəstəliklərin, həmçinin nevroloji, endokrinoloji problemlərin olmaması, arxa keçəcək nahiyəsində aşkar edilmiş dəyişiklik və əlamətlərin olması onun həm aktiv, həm də passiv partnyor olmasına uyğun gəlir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X6 ona elan edilmiş ittihamlar üzrə cinayət əməllərini törətməkdə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, ona böhtan atılır, Zərərçəkmiş şəxs ondan pul almış, o da yazığı gəldiyi üçün ona pul vermişdir. O, Ramilin qızı Zəhraya qarşı hər hansı bir seksual xarakterli hərəkətlər etməmişdir. Məhkəmə kollegiyası, təqsirləndirilən şəxsin ifadələrinin ittihamda nəzərdə tutulan əməllərin törənmə ardıcıllığını və mexanizmini təsdiq edən hissəsini həmin hallarla əlaqədar məhkəmədə araşdırılmış sübutların məcmusu ilə təhlil edib hesab edir ki, X2 məhkəmədə bu barədə verdiyi ifadələri özünümüdafiə və məsuliyyətdən yayınmaq xarakteri daşıyır. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 öz övladını məktəbdən götürən zaman X17 Abbaszadənin arxasınca gedib onu izlədiyini gördüyünü bildirmişdir. Həmçinin, iş üzrə digər Şahid2 da Zərərçəkmiş şəxs İlqar Mütəllibov yaşayan binaya girdiyini gördüyünü bildirmişdir. Məhkəmə zərərçəkmiş şəxsin, şahidlərin ifadələrini, istintaq hərəkəti protokollarını, ekspert rəylərini və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Təqsirləndirilən şəxsin cinayət əməllərini törətməkdə təqsirli olması cinayət təqibi ilə bağlı məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilib toplanmış iş materialları ilə kifayət qədər sübuta yetirildi. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübüt növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxs X2 törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə tövsif olunmuş, o həmin maddədə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. X2 cinayət əməlində təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.1-ci maddəsinin adından da göründüyü kimi, bu maddənin əsas tərkibini əks etdirən CM-nin 150.1-ci maddəsində göstərilən bütün hərəkətlər, yəni istər “seksual xarakterli digər zorakılıq hərəkətləri” adı altında ehtiva olunanlar, istərsə də “uşaqbazlıq” kimi qeyd olunmuş əməl olsun – bunlar hamısı seksual xarakterli zorakılıq hərəkətləri cinayətini təşkil edən əməllərdir. Seksual xarakterli zorakılıq hərəkətləri subyektiv cəhətdən birbaşa qəsdlə törədilir. Təqsirkar zor tətbiq etməklə və ya belə zor tətbiq etməklə hədələmə yolu ilə və ya zərəçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə seksual xarakterli zorakılıq hərəkətlərinə yol verdiyini dərk edir və bunu arzu edir. Cinayətin motivi, bir qayda olaraq, cinsi ehtirası təmin etməkdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxs X6 barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 180-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 07 avqust 2023-cü il tarixli tələbnamədən görünür ki, X2 məhkumluğu olmamışdır. Cinayət işinin 140-141-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsinin ambulator məhkəmə-psixiatrik ekspertizasının 12 iyun 2023-cü il tarixli 1631 saylı rəyindən görünür ki, yoxlanılan şəxs X6 hazırda hər hansı Psixi xəstəlikdən əziyyət çəkmir. X3 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də X6 ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. X2 hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. X2 məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 125-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 140 saylı MKS-dən verilmiş xasiyyətnamədən görünür ki, X6 yaşadığı yer üzrə müsbət səciyyələndirilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə 27 sentyabr 2023-cü il tarixli ərizə ilə müraciət edərək, təqsirləndirilən şəxslə barışmadıqlarını, təqsirləndirilən şəxsə ən ağır cəza verilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxs X2 müsbət səciyyələndirilməsini təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxs X2 cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə kollegiyası belə hesab edir ki, təqsirləndirilən şəxs X5 yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Cinayət işi materiallarından görünür ki, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsinin dispozisiyasında göstərilən cinayət əməlini 2022-ci ilin sentyabr ayının ortalarından 2023-cü ilin yanvar ayının əvvəllərinə kimi olan müddətdə törətmişdir. Həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsində 150.3.3-cü maddədə nəzərdə tutulmuş əmələ görə sanksiya 8 ildən 15 ilə qədər müəyyən edilmişdir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi barədə” 27 dekabr 2022-ci il tarixli qanunun 3.3.5-ci bəndinə əsasən, CM-nin 150.3.3-cü maddənin dispozisiyasından “təqsirkar şəxs üçün aşkar surətdə” sözləri çıxarılmış, sanksiyasında “səkkiz ildən on beş” sözləri “üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə on beş ildən iyirmi” sözləri ilə əvəz edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsinin istinad etdiyi 284-cü bənddən görünür ki, 27 dekabr 2022-ci il tarixli 776-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytında 1 fevral 2023-cü il, “Azərbaycan” qəzeti, 2 fevral 2023-cü ildə dərc edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 98-ci maddəsidə göstərilmişdir ki, qanunun və Azərbaycan Respublikası Milli Məclisinin qərarının özündə başqa qayda nəzərdə tutulmayıbsa, qanun və qərar dərc edildiyi gündən qüvvəyə minir. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 10.3-cü maddəsinə görə, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsinə əsasən cəza təyin edilən zaman, cinayət əməli törədilən zaman qüvvədə olan CM-nin müddəaları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs X5 təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə görə, qəsdən törədilmiş xüsusilə ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxs X6 barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Cinayət işinin 78-ci vərəqəsində olan 23 may 2023-cü il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, X6 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 114-cü vərəqəsində olan Xəzər rayon prokuroru, baş ədliyyə müşaviri X7 25 may 2023-cü il tarixli təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətə baxılması barədə qərarından görünür ki, X2 barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət təmin edilməmiş və sonuncu barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Lakin cinayət işinin 158-163-cü vərəqələrində olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17 iyul 2023-cü il tarixli, 4(003)-341/2023 saylı qərarından görünür ki, X6 barəsində həbsetmənin əvvəli 17 iyul 2023-cü il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. Buna görə də, təqsirləndirilən şəxs X5 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsə alındığı 17 iyul 2023-cü il tarixindən hesablanmalıdır. Bununla yanaşı, məşkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs X2 23 may 2023-cü il tarixdən 25 may 2023-cü il tarixədək olan 02 (iki) gün müddət hazırki hökmlə təyin ediləcək cəza müddətinə hesablanaraq qəti cəza müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsində qeyd edilmişdir ki, şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə şübhəli və təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş üzrə maddi sübut yoxdur. İş üzrə ekspertiza xərci olan 100 (yüz) manat təqsirləndirilən şəxs X1 tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla); Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Məhkəmə istintaqı nəticəsində təqsirləndirilən şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə münasibətdə xüsusi müsadirəsi tətbiq oluna bilməz. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli və 24 dekabr 2021-ci il tarixli “Məhkəmə hökmü haqqında” qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: X6 01 fevral 2023-cü ilə qədər qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 13 (on üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. İ.S.Mütəllibovun 23 may 2023-cü il tarixdən 25 may 2023-cü il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət nəzərə alınsın və ona hazırki hökmlə təyin edilmiş cəzasına hesablanmaqla X6 qəti olaraq 12 (on iki) il, 11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. İ.S.Mütəllibov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İ.S.Mütəllibovun cəzaçəkmə müddətinin əvvəli 17 iyul 2023-cü il tarixdən hesablansın. İ.S.Mütəllibov barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İ.S.Mütəllibov barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə ekspertiza xərci olan 100 (yüz) manat təqsirləndirilən şəxs X1 tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Səbinə Məmmədzadə Əli Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar