Məhkəmə qərarları › İş №1(101)-206/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-206/2021

31.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-206/2021 31.03.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X29, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsi ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokurorları Dövlət ittihamçısı2 və Dövlət ittihamçısı1, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi2, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 Sübhi oğlu, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs2 nümayəndəsi fərdi fəaliyyət göstərən vəkil Nümayəndə1 iştirakları ilə, xx xxxxx 1963-cü il tarixdə Lerik rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, “xxxx” firmasının təsisçisi və direktoru olmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(004)-9/2020 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 195.2 və 308.2-ci maddələri ilə təqsirli bilinərək 02 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddiməsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 04 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2021-ci il tarixli 1(103)-32/2021 nömrəli qərara əsasən hökm dəyişdirilmədən qüvvədə saxlanılmışdır, ünvan 1 mənzil 2 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, halhazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 308.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirib külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə vahid niyyətlə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Belə ki, o, xx xxxx 1998-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin Bakı Bölgə Şöbəsində 427 nömrə ilə dövlət qeydiyyatına alınmış “xxxx” firmasının (VÖEN **********) xx xxxxxxxx 2008-ci ildən inşaat işləri üzrə direktor müavini, faktiki olaraq direktoru vəzifəsində işləyərkən şirkət rəhbəri kimi qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə fəaliyyətinə faktiki rəhbərliyi həyata keçirdiyi “xxxx" firması tərəfindən Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının x xxxx 2008ci il tarixli 327 nömrəli sərəncamına əsasən ünvan 2 ünvanında yerləşən 0,2704 hektar torpaq sahəsində həmin tarixdən başlayaraq inşa etməyə başladığı məişət binasının tikintisinin tezliklə yekunlaşdırılaraq istifadəyə verilməsi üçün 900.000 ABŞ dolları və ya 720.000 manat investisiya qoyuluşuna ehtiyac olduğunu Zərərçəkmiş şəxs1 Sübhi oğluna bildirib, qarşılığında qısa müddət ərzində yüksək məbləğdə gəlir əldə edəcəyinə yalandan vəd edib, inandırmaq üçün Zərərçəkmiş şəxs1 ilə arasında x xxx 2009-cu il tarixdə şərtlərini əvvəlcədən yerinə yetirmək niyyəti olmadığı “İnşaata kapital qoyulmasına dair investisiya haqqında” M-İ-01/09 nömrəli müqaviləni firmanın ünvan 3 ünvanındakı ofisində tərtib edib, həmin müqavilə üzrə 5 ay müddətinə, yəni, xx.xx.2009-cu ildən xx.xx.2009-cu il tarixədək firma tərəfindən inşa edilən həmin obyektin tikintisinə 720.000 manat məbləğində investisiya qoyulduğu halda təminat kimi obyektin 1-ci mərtəbəsində 199,3 kvadrat metr, 2-ci mərtəbəsində 211,9 kvadrat metr, 3-cü mərtəbəsində 217,3 kvadrat metr, 4-cü mərtəbəsində 215 kvadrat metr olmaqla, ümumilikdə 843,5 kvadrat metr sahənin girov şəklində qoyulmasını göstərib, investisiya qoyuluşu tam həcmdə icra edildikdən sonra isə 5 ay ərzində girov qoyulmuş mağazaların (ticarət sahələrinin) tam və ya ayrı-ayrılıqda hər kvadrat metrini 2000 ABŞ dolları və yaxud 1600 manata satıb həmin pulların investisiya qoyan şəxsə veriləcəyi görüntüsünü yaradan eyni müqavilənin Zərərçəkmiş şəxs1 tərəfindən imzalanmasına nail olduqdan sonra, müqavilədə nəzərdə tutulan 720.000 manat pulu xx.xx.2009-cu ildən xx.xx.2009-cu il tarixədək Bakı şəhərində sonuncudan qəbul etməklə, həmin vəsaiti şəxsi ehtiyaclarına xərcləyib, öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs1 məxsus külli miqdar təşkil edən 720.000 (yeddi yüz iyirmi min) manat məbləğində pul vəsaitini ələ keçirib talamaqla dələduzluq etmişdir. Bundan başqa, o, “xxxx” firmasının x xxxxxx 2011-ci ildən direktoru (qanuni təmsilçisi) olmaqla, müəssisənin xx xxxxxx 1998-ci il tarixdə təsdiq edilmiş, xx xxxxxx 2011-ci il tarixdə dəyişiklik edilmiş Nizamnaməsinə əsasən, müəssisənin adından etibarnaməsiz (vəkalətnaməsiz) fəaliyyət göstərmək, müəssisənin operativ idarə edilməsini həyata keçirmək, üçüncü şəxslərlə münasibətdə, o cümlədən, məhkəmədə müəssisəni təmsil etmək, ümumi yığıncağın təsdiqinə verilən sənədləri hazırlamaq, müəssisənin adından əqdlər bağlamaq, etibarnamələr vermək, rəsmi sənədləri imzalamaq və sair təşkilati-sərəncamverici funksiyalara malik vəzifəli şəxs kimi təkrarən, qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədilə fəaliyyətinə rəhbərliyi həyata keçirdiyi “xxxx" firması tərəfindən Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının x xxxx 2008ci il tarixli 327 nömrəli sərəncamına əsasən ünvan 2 ünvanında yerləşən 0,2704 hektar torpaq sahəsində həmin tarixdən başlayaraq inşa edilən 2 səviyyəli zirzəmi (-1 və -2), 5 mərtəbə və mansardan ibarət məişət binasının tikintisinin tezliklə yekunlaşdırılaraq istifadəyə verilməsi üçün 950.000 ABŞ dolları investisiya qoyuluşuna ehtiyac olduğunu Zərərçəkmiş şəxs2 bildirib, qarşılığında qısa müddət ərzində yüksək məbləğdə gəlir əldə edəcəyinə yalandan vəd edib, inandırmaq üçün Zərərçəkmiş şəxs2 ilə sonuncunun arvadı X4 adına rəsmiləşdirməklə xx xxxxxx 2012-ci il tarixli şərtlərini əvvəlcədən yerinə yetirmək niyyəti olmadığı “İnvestisiya müqaviləsi”ni firmanın ünvan 4 ünvanındakı ofisində tərtib edib, həmin müqavilə üzrə firma tərəfindən inşa edilən həmin obyektin tikintisinə 950.000 ABŞ dolları məbləğində investisiya qoyulması şərtini qoyub, qarşılığında x xxxxxx 2015-ci ilədək 950.000 ABŞ dolları əsas və 788.750 ABŞ dolları məbləğində isə qazanc şəklində pul verəcəyi görüntüsünü yaradan eyni müqavilənin Leylan İbrahimova tərəfindən imzalanmasına nail olduqdan sonra, Zərərçəkmiş şəxs2 tərəfindən müqavilədə nəzərdə tutulan 950.000 ABŞ dollarının xx.xx.2012-ci ildən xx.xx.2013-cü il tarixədək Bakı şəhərində tam olaraq ona verilməsinə nail olub, həmin vəsaiti şəxsi ehtiyaclarına sərf edib, öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs2 məxsus külli miqdar təşkil edən 950.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 746.985 (yeddi yüz qırx altı min doqquz yüz səksən beş) manat məbləğində pul vəsaitini ələ keçirib talamaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, xx xxxx 1998-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin Bakı Bölgə Şöbəsində 427 nömrə ilə dövlət qeydiyyatına alınmış “xxxx" firmasının xx xxxxxxxx 2008-ci ildən inşaat işləri üzrə direktor müavini, xx xxxxxx 2009-cu il tarixdən faktiki olaraq direktoru vəzifəsini icra etməklə, x xxxxxx 2011-ci ildən xx xxx 2017-ci il tarixədək isə direktoru (qanuni təmsilçisi), həmçinin, xx xxxxxx 2014-cü ildən təsisçisi olmaqla, müəssisənin xx xxxxxx 1998-ci il tarixdə təsdiq edilmiş, xx xxxxxx 2011-ci il tarixdə dəyişiklik edilmiş Nizamnaməsinə əsasən, müəssisənin adından etibarnaməsiz (vəkalətnaməsiz) fəaliyyət göstərmək, müəssisənin operativ idarə edilməsini həyata keçirmək, üçüncü şəxslərlə münasibətdə, o cümlədən, məhkəmədə müəssisəni təmsil etmək, ümumi yığıncağın təsdiqinə verilən sənədləri hazırlamaq, müəssisənin adından əqdlər bağlamaq, etibarnamələr vermək, rəsmi sənədləri imzalamaq və sair təşkilati-sərəncamverici funksiyalara malik vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və rəhbərlik etdiyi müəssisə üçün qanunsuz üstünlük əldə etmək məqsədilə həmin firma tərəfindən Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının x xxxx 2008-ci il tarixli 327 nömrəli sərəncamına əsasən ünvan 2 ünvanında yerləşən 0,2704 hektar torpaq sahəsində həmin tarixdən başlayaraq inşa edilən 2 səviyyəli zirzəmi (-1 və -2), 5 mərtəbə və mansardan ibarət məişət binasında yerləşən qeyri-yaşayış sahələrini ayrı-ayrı alıcılara müxtəlif məbləğlərdə pul vəsaiti qarşılığında özü tərəfindən satılmasına, o cümlədən, binanın 1-ci mərtəbəsində yerləşməklə sahəsi 36,16 kvadrat metr olan 4 nömrəli mağazanın x xxxx 2009-cu il tarixli nömrəsiz müqavilə əsasında Zərərçəkmiş şəxs2, onun arvadı X4 adına rəsmiləşdirməklə 100.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 80.430 manata, binanın 1-ci mərtəbəsində yerləşməklə sahəsi 33,15 kvadrat metr olan 5 nömrəli mağazanın x xxxx 2009-cu il tarixli nömrəsiz müqavilə əsasında Zərərçəkmiş şəxs2, onun arvadı X4 adına rəsmiləşdirməklə 100.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 80.430 manata, binanın 1-ci mərtəbəsində yerləşməklə sahəsi 33,09 kvadrat metr olan 6 nömrəli mağazanın x xxxx 2009- cu il tarixli nömrəsiz müqavilə əsasında Zərərçəkmiş şəxs2, onun arvadı X4 adına rəsmiləşdirməklə 100.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 80.430 manata, binanın 2-ci mərtəbəsində yerləşməklə sahəsi 10 kvadrat metr olan nömrəsiz mağazanın xx xxxxxxxx 2009-cu il tarixli M-S A/30-09 nömrəli müqavilə əsasında Zərərçəkmiş şəxs3, onun arvadı X14 adına rəsmiləşdirməklə 20.000 manata, binanın 2-ci mərtəbəsində yerləşməklə sahəsi 10 kvadrat metr olan nömrəsiz mağazanın x xxxxxxx 2009-cu il tarixli M-Ə A/03-10 nömrəli müqavilə əsasında Zərərçəkmiş şəxs3, onun qızı Hacılı (Əzizova) Könül Əziz qızının adına rəsmiləşdirməklə 20.000 manata, binanın 2-ci mərtəbəsində yerləşməklə sahəsi 38,85 kvadrat metr olan 17 nömrəli mağazanın x xxxx 2010-cu il tarixli M H-F/01-10 nömrəli müqavilə əsasında Zərərçəkmiş şəxs4, onun qohumu X39 adına rəsmiləşdirməklə 77.700 manata, binanın 2-ci mərtəbəsində yerləşməklə sahəsi 38,85 kvadrat metr olan 17A nömrəli mağazanın x xxxx 2010-cu il tarixli M H-F/01-10 nömrəli müqavilə əsasında Zərərçəkmiş şəxs4, onun oğlu X22 adına rəsmiləşdirməklə 77.700 manata, binanın 2-ci mərtəbəsində yerləşməklə sahəsi 19 kvadrat metr olan 19 nömrəli mağazanın xx xxxx 2010-cu il tarixli M-Ə A/16-10 nömrəli müqavilə əsasında Zərərçəkmiş şəxs3, onun qızı Hacılı (Əzizova) Könül Əziz qızının adına rəsmiləşdirməklə 68.000 manata, binanın 4-cü mərtəbəsində yerləşməklə sahəsi 50 kvadrat metr olan nömrəsiz mağazanın xx xxx 2012-ci il tarixli M-S A/31-12 nömrəli müqavilə əsasında Zərərçəkmiş şəxs3, onun qızı Hacılı (Əzizova) Könül Əziz qızının adına rəsmiləşdirməklə 150.000 manata, ümumilikdə, həmin binadan 269,1 kvadrat metr qeyri-yaşayış sahəsini 9 müqavilə üzrə 3 şəxsə satılmaqla və həmin müqavilələrin qüvvədə olmasına baxmayaraq, “xxxx” firmasının direktoru kimi 10.000.000 manat kredit verilməsi barədə x xxxxxxxx 2013-cü il tarixdə xxxxna kredit sifarişi verib, həmin sifarişdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2010-cu il tarixli, ********** nömrəli qeydiyyat, MA ******* seriyalı çıxarışa əsasən, “xxxx” firmasının mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0,2704 ha torpaq sahəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2010-cu il tarixli, ********** saylı qeydiyyat, **********79-06302 reyestr nömrəli arayışa əsasən, həmin torpaq sahəsində inşa edilməklə “xxxx- M” firmasının mülkiyyətində olan zirzəmi və beş mərtəbədən ibarət, ümumi sahəsi 16100,5 m2, əsas sahəsi 16043,1 m2 olan qeyri-yaşayış binasından 3 şəxsə 9 müqavilə üzrə 269,1 kvadrat metr sahənin satılması faktını qəsdən bildirmədən, yəni, digər şəxslər qarşısında öhdəliklərinin olması barədə məlumatları bankdan qəsdən gizlədib, həmin torpaq sahəsini və bütövlükdə qeyri-yaşayış binasını digər bank qarşısında mövcud olan kredit borcunun tam həcmdə ödənilməsi və tikinti işlərinin tamamlanması üçün götürüləcək kreditin təminatı kimi ASC “xxxx” Bankına təqdim etməklə, bankla firmanın direktoru kimi özü arasında x xxxxxxx 2013-cü il tarixdə **********30113/SİM nömrəli sonrakı ipoteka müqaviləsi əsasında, “Roveks Konmark” konsaltinq şirkəti tərəfindən bazar dəyəri 23.000.000 manat, likvid dəyəri 19.000.000 manat məbləğində qiymətləndirilmiş 0,2704 hektar ölçüdə həmin torpaq -sahəsi və ümumi sahəsi 16100,5 m2, əsas sahəsi 16043,1 m2 olan qeyri-yaşayış binasını bütövlükdə kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasının təminatı qismində girov qoymaqla illik 16 faiz dərəcəsi ilə 60 ay müddətinə 7.000.000 (yeddi milyon) manat kreditin alınmasına dair x xxxxxxx 2013-cü il tarixli **********30113 nömrəli kredit xətti müqaviləsi bağlanmasına nail olub, həmçinin binanın 1ci mərtəbəsində yerləşməklə sahəsi 130 kvadrat metr olan nömrəsiz mağazanın xx xxxxxxx 2013-cü il tarixli M-ƏK 30/10 nömrəli müqavilə əsasında Zərərçəkmiş şəxs5 520.000 manata satmaqla, bundan sonra, kredit xətti müqaviləsinin ipoteka predmetləri girov qismində saxlanılmaqla kredit xəttinin 3.000.000 manat artırılması məsələsinə baxılmasına dair xahişi əsasında həmin kredit müqaviləsinə xx.xx.2013-cü il tarixli 1 nömrəli əlavə saziş imzalayaraq kredit xəttinin 10.000.000 manata çatdırılmasına nail olub, sonra kredit xəttinin 4.000.000 manat artırılması məsələsinə baxılmasına dair xahişi əsasında xx.xx.2014-cü il tarixli 2 nömrəli əlavə saziş imzalayaraq kredit xəttinin 14.000.000 manata çatdırılmasına nail olub, ayrı-ayrı vaxtlarda verdiyi ödəniş tapşırıqları əsasında həmin məbləğin əvvəlki dövrlərdə alınmış kreditin və ona hesablanmış faizlərin, habelə, inşaat işləri üzrə təsərrüfat xarakterli və sair ödənişlərə yönəldilməsindən, x xxxx 2015-ci il tarixli, **********58815/SİM nömrəli sonrakı ipoteka müqaviləsi əsasında “Roveks Konmark” konsaltinq şirkəti tərəfindən bazar dəyəri 30.000.000 manat, likvid dəyəri 26.000.000 manat məbləğində qiymətləndirilmiş həmin 0,2704 hektar ölçüdə torpaq sahəsi və ümumi sahəsi 16100,5 m2, əsas sahəsi 16043,1 m2 olan qeyri-yaşayış binasından 4 şəxsə 10 müqavilə üzrə 399,1 kvadrat metr sahənin satılması faktını qəsdən bildirmədən, yəni, digər şəxslər qarşısında öhdəliklərinin olması barədə məlumatları bankdan qəsdən gizlədib, həmin torpaq sahəsini və bütövlükdə qeyri-yaşayış binasını girov qoymaqla, ASC “xxxx” Bankı ilə “xxxx” firmasının direktoru kimi ünvan 11 ünvanında yerləşən “Yasmin” Ticarət və Əyləncə Mərkəzində təmir, tikinti və quraşdırma işlərinin aparılması üçün illik 16 faizlə 17.000.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 17.835.966,67 manat məbləğində kredit alınmasına dair x xxxx 2015-ci il tarixdə **********658815 nömrəli kredit müqaviləsi bağlayıb, ayrılan kredit məbləğinin 1.930.660 manatını bankdan nağd qaydada şəxsən götürüb, qalan məbləğin isə x xxxxxxx 2013-cü il tarixli **********30113 nömrəli kredit xətti müqaviləsi üzrə kredit borclarının və digər xərclərinin ödənilməsinə yönəldilməsinə nail olmuş, ayrı-ayrı fiziki şəxslərin “xxxx” firmasından aldıqları qeyri-yaşayış sahələrinin bankda girovda olmasını bilməsindən sonra, həmin şəxslərin onun barəsində şikayətlərinin qarşısını almaq və onlara satdığı əmlakların bankın girovluğundan geri qaytarılması görüntüsü yaratmaq üçün ASC “xxxx” Bankı ilə “xxxx” firması arasında bağlanmış x xxxx 2015-ci il tarixli **********658815 nömrəli kredit xətti və x xxxx 2015-ci il tarixli, **********58815/SİM nömrəli sonrakı ipoteka müqavilələrinin etibarsız hesab edilərək ləğv edilməsinə dair məhkəmədə iddia qaldırmış, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasının 2-2(103)-6/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddiası təmin edilməməklə, “xxxx” firmasından xx.xx.2015-ci il tarixli **********658815 nömrəli kredit xətti müqaviləsi üzrə 17.000.000 ABŞ dolları məbləğdə əsas borc, 2.388.957,46 ABŞ dolları məbləğdə kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc, xx.xx.2016-cı il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 faiz dərəcəsi ilə hesablanmış 11.161,62 ABŞ dolları məbləğdə dəbbə pulu, cəmi 19.400,119,08 ABŞ dolları və 30 manat məbləğdə dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin ASC “xxxx” Bankının xeyrinə tutulması, tutmanın x xxxx 2015-ci il tarixli, **********58815/SİM nömrəli sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və “xxxx” firmasına məxsus ünvan 2 ünvanında yerləşən 0,2704 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində zirzəmi və beş mərtəbədən ibarət olan, ümumi sahəsi 16100,5 m2, əsas sahəsi 16043,1 m2 təşkil edən qeyri-yaşayış binasına yönləndirilməsi müəyyən olunmaqla, həmin hərəkətləri ilə Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 qeyri-yaşayış sahələrinə sahiblik etmək, ondan sərbəst istifadə etmək və sərəncam verməklə bağlı mülkiyyət hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa, o, qeyd olunan vəzifədə işləyərkən, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə külli miqdarda özgə əmlakını öz qulluq mövqeyindən istifadə edərək ələ keçirmək məqsədilə fəaliyyətinə rəhbərliyi həyata keçirdiyi “xxxx” firması tərəfindən Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının x xxxx 2008-ci il tarixli 327 nömrəli sərəncamına əsasən ünvan 2 ünvanında yerləşən 0,2704 hektar torpaq sahəsində həmin tarixdən başlayaraq inşa edilən 2 səviyyəli zirzəmi (-1 və -2), 5 mərtəbə və mansardan ibarət məişət binasının tikintisinin yekunlaşdırılması üçün tikinti materiallarının zəruri olduğunu, böyük biznesinin mövcudluğunu və buna görə də ödənişlərlə bağlı heç bir problemin olmayacağını bildirərək inandırıb, ünvan 6 ünvanında fəaliyyət göstərən “xxxx” tikinti məhsulları mağazasının müdiri Zərərçəkmiş şəxs6 nisyə olaraq tikinti materiallarının verilməsini xahiş edərək pulunu qısa müddət ərzində qaytaracağını vəd edib, həmin mağazadan xx.xx.2014-cü ildən xx.xx.2018-ci il tarixədək olan müddət ərzində hissə-hissə olmaqla ümumilikdə, 67.556 manat dəyərində malmaterial götürüb sərf edərək heç bir ödəniş etməyib, öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə, vahid niyyətlə Zərərçəkmiş şəxs6 məxsus külli miqdar təşkil edən 67.556 (altmış yeddi min beş yüz əlli altı) manat məbləğində pul vəsaitini ələ keçirib talamaqla təkrarən dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ibtidai istintaq orqanı tərəfindən barəsində olan cinayət işi üzrə tərtib olunmuş ittiham aktında olan ifadələri təhrif edilmişdir. Həmin ifadələri demək olar ki, təsdiq etmir. O, X17- Peterburq şəhərinə X26 konstruktor-modelyer-texnoloq fakültəsinə qəbul olunaraq 1986-cı il tarixdə Bakı şəhərində «Volodarski» adına tikiş istehsalat birliyinə təyinat almışdır. Bakı şəhərində gücü 7000 t pambıq iplik istehsal edən pambıq-əyriçi fabrikasının 3 il ərzində istismara verilməsinə rəhbərlik etmişdir. İstehsal etdiyi məhsulları MDB məkanında sataraq əvəzində Azərbaycana, İİR, Türkiyəyə metal, taxta, sənaye, ərzaq məhsulları idxal-ixrac əməliyyatları keçirmişdir. Bakı Dəniz Limanında «Logistika» mərkəzi yaradaraq, Orta Asiyadan, Rusiyadan, Ukraynadan, İİR-dən, Türkiyədən qarşılıqlı malların nəqliyyatını dəmir yolu, gəmi və avtomobillərlə, konteynerlərlə mal mübadiləsini təşkil etmişdir. Barəsində əsassız açılmış cinayət təqibinə görə bütün biznes strukturlarını bağlamaq, mülki olanların isə iş fəaliyyətini dondurmaq qərarına gəlmiş və 1998-ci il tarixdə Ukrayna Respublikasının «Milli Hüquq Akademiyası» nın hüquq fakültəsinə qəbul olaraq, 2003-cü il tarixdə hüquqşünas diplomunu almışdır. Oxuduğu dövrdə Ukrayna qanunvericiliyinə uyğun biznes fəaliyyəti qurmuşdur. Öz vəsaiti hesabına Ukraynanın Dnevropetrovsk şəhərində azərbaycanlıların diasporası üçün 2 mərtəbəli bina inşa etmişdir. 2003-cü ildə Azərbaycan Respublikasında onu həbs etmişlər, lakin, sonra buraxmışlar. 2005-ci ilin avqust ayında Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş qərarı ilə Azərbaycan Respublikasında barəsində əsassız açılmış cinayət işinə bəraət almışdır. Bakı şəhəri Azneft meydanı, Neftçilər prospekti 79 ünvanında yerləşən onun ailə üzvlərinə məxsus 4500 m2 sahədə 10 sot torpaq sahəsində bina tikməyə Bakı şəhəri İcra Hakimiyyətinin sərəncamı ilə icazə verilmiş, 20 mln. dollara olan torpaq sahəsinə görə ona cəmi 4 mln. manat verilmişdir. "Four Season” otelin tikintisi nəzərdə tutulduğundan həmin yerin əvəzinə İqtisadi İnkişaf naziri Heydər Babayevin vasitəçiliyi ilə S.Vurğun 120 ünvanında yerləşən 20 sot torpaq sahəsi «xxxx» firmasına verilmişdir. 2008-ci ildə tikintiyə başlayandan sonra Əmlak Komitəsinin adamları gəlib 2 milyon manat verilməsini istəmişlər. Ümumi razılıqla 600.000 manat Əmlak Komitəsinə verilmişdir. Həmin pulun kimə verilməsini o bilmir, rəhmətlik qardaşı pulu kiməsə vermişdir. Tikinti başlayandan sonra Fövqəladə Hallar Nazirliyinin adamları gələrək, 20.000 kv.metr yerə görə, kvadratı 30-40 manatdan hesablanmaqla pul istəmişlər. X20 Nazirliyinin əməkdaşlarına rəhmətlik qardaşı təxminən 400-500 min manat pul vermişdir. Həmin pulun da kimə verilməsini o bilmir. Bundan sonra tikintini həyata keçirməyi bacarmadığını görüb Diaspora Komitəsindən əvvəldən tanıdığı səfir Nazim İbrahimovun qardaşı Sahil İbrahimovla tikintini onun aparacağını, bunun əvəzində 50%-in Sahilə, qalanınıda onlara qalacağı barədə razılaşmışlar. Sonradan ona məlum olmuşdur ki, Sahil İbrahimovun əslində binanı tikmək məqsədi olmamış, onun arxasında «xxxx» MTK-dan İlham Qasımov adlı adam olmuş və məqsədləri onun yerini zəbt etmək olmuşdur. Buna görə də Nazim İbrahimovgillə işləri alınmamışdır. Bundan sonra Akif Mustafayev adlı şəxs meydana çıxmışdır. Bundan əvvəlki bütün işlərin arxasında elə Akif Mustafayev olmuşdur. Akif Mustafayev onun 1-ci həyat yoldaşının əmisi oğlu olmuşdur. Hal-hazırda Akif Mustafayev «MTN» işi üzrə axarışdadır. Verilmiş ittihamla əlaqədar aşağıdakıları göstərir: Qardaşları ilə bu inşaata başlayanda bankda hesabında ailə üzvlərinin adına 5.000.000$ vəsait, 10.000.000$-dan çox mülkləri olmuşdur. "xxxx” firması inşaat işlərinə başlayanda, o, Ukrayna Respublikasında persona dizayn "Ukrresurs”, "Retronim and Raym” şirkətlərinin ortaq sahibi olmuşdur. Həmin şirkət vasitəsi ilə "xxxx” firmasının 2010-cu ilə qədər görülən inşaat işlərinin təminat işlərinin mal-material təchizatı ilə əlaqədar 4.000.000 ABŞ dollarından çox sərmayə qoyulmuşdur. Təsisçisi olduğu “xxxx” firması 1998-ci ildə mərhum qardaşı X48 və digərləri tərəfindən təsis edilməklə “xxxx” müstəqil kiçik dövlət müəssisəsinin bazasında yaradılmışdır. Firmanın ilk direktoru və təsisçilərindən biri X49 olmuşdur. 2005-ci ildə həmin firmaya hüquqşünas, 2008-ci ildə isə firmanın inşaat işləri üzrə direktor müavini vəzifəsinə təyin olunmuşdur. Xudu Ağayev məzuniyyətə çıxdığı üçün və ya xəstə olduğundan təsisçi Arif Bəşirovun xx xxxxxx 2009-cu il tarixli 8 nömrəli əmri ilə firmanın müvəqqəti olaraq direktoru vəzifəsinə təyin edilmişdir. Direktor kimi müəssisənin adından etibarnaməsiz (vəkalətnaməsiz) fəaliyyət göstərmək, müəssisənin operativ idarə edilməsini həyata keçirmək, üçüncü şəxslərlə münasibətdə, o cümlədən məhkəmədə müəssisəni təmsil etmək, müəssisənin adından əqdlər bağlamaq, etibarnamələr vermək, rəsmi sənədləri imzalamaq, işçiləri vəzifəyə təyin və azad etmək və sair səlahiyyətləri olmuşdur. “xxxx” firması 2008-ci ilə qədər ünvan 11 ünvanında yerləşən fabrikdə geyim məhsulları, əsasən corab istehsalı ilə məşğul olmuşdur. Sonradan avadanlıqlar köhnəldiyindən və bu sahə gəlirli hesab edilmədiyindən həmin fəaliyyət onun tərəfindən dayandırılmışdır. X60 sağlığında digər təsisçilərdən müəssisədəki paylarını satın aldığından firmada 100 faiz paya sahib olmuş və xx xxxxxx 2011-ci il tarixdə firmanın nizamnaməsində bu barədə dəyişiklik edilmişdir. Arif Bəşirov 2014-cü ilin sentyabr ayında öldükdən sonra onun vərəsələrinin razılığı ilə özü yeganə təsisçi olmuşdur. Müəssisənin yeganə təsisçisi olduğu üçün müəssisənin nizamnaməsinə əlavə və dəyişiklik etmək, onun nizamnamə kapitalının miqdarını dəyişmək, müəssisənin ilkin hesabatlarını və mühasibat balanslarını təsdiq etmək, mənfəəti və zərəri bölüşdürmək, müəssisənin icra orqanlarını yaratmaq və onların fəaliyyətinə vaxtından əvvəl xitam vermək, o cümlədən icra orqanlarının üzvlərini təyin etmək və geri çağırmaq, onların səlahiyyət müddətini müəyyənləşdirmək, müəssisənin yenidən təşkili və ləğvi haqqında qərar qəbul etmək və digər səlahiyyətlərə sahib olmuşdur. Təsisçi olduqdan sonra bir müddət, yəni 2016-cı ilin may ayından 2017-ci ilin dekabr ayına qədər Ukraynada yaşadığı üçün müəssisəyə tanışı X15 direktor təyin etmiş, sonuncunun direktor olduğu müddətdə firma faktiki olaraq fəaliyyət göstərməmişdir. Buna görə də Adil faktiki olaraq firmanın hər hansı fəaliyyətində iştirak etməmişdir. Təsisçi kimi verdiyi etibarnamə əsasında onun tapşırığı ilə nümayəndəsi F.M.Talıbovanın xx xxx 2017-ci il tarixli qərarı ilə qardaşı X50 müəssisəyə direktor təyin olunmuşdur. Asif Bəşirov cinayət məsuliyyətinə cəlb edildiyi üçün 2019-cu ilin yanvar və ya fevral ayında qərar qəbul edərək digər qardaşı X23 firmanın direktoru təyin etmişdir. Arif Bəşirov 2008-ci ildə “xxxx” firmasının mülkiyyətində olan 0.2704 hektar torpaq sahəsində yerləşən ünvan 11 ünvanındakı fabrikin 1 mərtəbəli binasını söküb yerində yaşayış binası inşa etmək qərarına gəlmiş, lakin, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən həmin yerdə yaşayış binasının tikilməsinə icazə verilməmişdir. Yaşayış binasının tikintisinə icazə verilmədikdən sonra orada qeyri-yaşayış binası tikmək qərarına gələrək bununla əlaqədar müvafiq dövlət orqanlarına müraciət etmiş, Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli 327 nömrəli sərəncamına əsasən “xxxx” firmasına hündürmərtəbəli və zirzəmili qeyri-yaşayış binasının razılaşdırılmış layihəyə uyğun olaraq tikintisinə icazə verilmişdir. Tikintinin aparılmasına müvafiq qurumlardan icazələr alındıqdan sonra 2009-cu ildə tikinti işlərinə başlanılıb və 2015-ci ildə başa çatmışdır. Hazırda həmin obyektin -2-ci mərtəbəsi (zirzəmi) avtodayanacaq kimi, ondan bir mərtəbə yuxarıda -1-ci mərtəbəsi yarımzirzəmi hamam kimi, ondan yuxarıda 5 mərtəbə mağazalar, sonuncu yəni 6-cı mərtəbəsi mansard isə oyun və əyləncə mərkəzi kimi nəzərdə tutulmuşdur. Hal-hazırda obyektdə bir neçə mağaza və apteklər, habelə zirzəmisində hamam fəaliyyət göstərir. Obyektin əksər hissəsi, yəni 1-ci mərtəbə və zirzəmi istisna olmaqla istifadədə deyil, bəzi obyektlər isə sahibləri, yəni firmanın direktoru qismində onunla alqı-satqı müqaviləsi bağlayaraq mağaza almış şəxslər tərəfindən icarəyə verilmişdir. Belə ki, binanın inşası zamanı maliyyə problemləri olduğundan tikilməkdə olan binadan bir neçə mağazanı satmaq qərarına gəlib 2009-2014cü illər ərzində bir neçə mağazanı ayrı-ayrı şəxslərə müqavilə əsasında sataraq pulunu alıb tikinti işlərinə yönəltmişdir. Alqı-satqı müqavilələrini firmanın nümayəndəsi kimi özü imzalamışdır. xx.xx.2010-cu il tarixdə “xxxx” firması tərəfindən inşa edilməkdə olan qeyriyaşayış binasına dair Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən hüquqların qabaqcadan qeydiyyatı barədə arayış verilmiş, həmin arayışa əsasən 0.2704 ha torpaq sahəsi üzərində yerləşən 5 mərtəbə və zirzəmidən ibarət binanın 16100,5 kvadrat metr sahəsi üzərində “xxxx” firmasının mülkiyyət hüququ ilkin olaraq qeydiyyata alınmışdır. Lakin, faktiki olaraq həmin bina layihə üzrə təxminən 21.500 kvadrat metr təşkil edir. Həmin binanın tikintisinin başa çatdırılması ilə əlaqədar maliyyə problemləri yarandığından “xxxx” ASC-yə müraciət edərək xx.xx.2010-cu il tarixli 189 saylı və xx.xx.2011-ci il tarixli 189A saylı kredit müqavilələri bağlayaraq hər iki müqavilə üzrə “xxxx- M” firmasının mülkiyyətində olan 0.2704 ha torpaq sahəsi üzərində yerləşən 5 mərtəbə və zirzəmidən ibarət binanın 16100,5 kvadrat metr sahəsini girov qoyaraq ümumilikdə 5.000.000 manat kredit götürmüşdür. Həmin kreditlər üzrə 2013-cü ilin oktyabr ayına firmanın “xxxx” ASC-yə 5.000.000 (beş milyon) manat əsas borcu, 420.327 manat faiz borcu olmaqla, cəmi 5.420.327 manat borcu olmuşdur. Həmin kredit borcunun tamamilə bağlanması və tikinti işlərinin davam etdirilməsi üçün əlavə vəsaitə ehtiyac olduğu üçün 2013-cü ilin oktyabr ayında ASC “xxxx” Bankına müraciət etmiş, Bank tərəfindən kredit müqaviləsinə əsasən firmaya hissə-hissə olmaqla, ümumilikdə 14.000.000 manat kredit verilmişdir. Həmin kredit məbləğinin 5.420.327 manatı ödəmə tapşırığı qaydasında birbaşa firmanın “xxxx” ASC-yə olan kredit borcu üzrə ödənərək həmin banka olan borc bağlanmışdır. Qalan vəsait isə qeyri-yaşayış binasının tikintisinə sərf edilmişdir. Təminat kimi “xxxx” firmasının mülkiyyətində olan torpaq sahəsi və qeyri-yaşayış sahəsi ipoteka müqaviləsinə əsasən girov qoyulmuşdur. 2015-ci ilin əvvəlində Bankdan ona böyük təyziqlər başlamışdır. Bankın sədri Asim müəllim onu yanına dəvət etmiş və ona hədə-qorxu gəlmişdir. Mustafayev Akif ona 2015-ci ilin 07 iyul tarixində həyat yoldaşının razılığı olmadan qanunsuz kredit müqaviləsi imzalatdırmışdır. Çox keçməmiş 2015-ci ilin oktyabr ayında Akif Mustafayev Azərbaycandan ona qarşı bu işə bənzər çoxsaylı cinayət işlərinin təqibini görüb Azərbaycandan qaçmışdır. Asim müəllimlə görüşdən sonra onu və baş mühasib Bəşirov Adili dəfələrlə korrupsiya idarəsinə dəvət etmişlər. X18rın şirkəti ilə əlaqəsi, bank ilə zaminlik əlaqələri barədə soruşulmuşdur. Həmin idarədə Mustafayev Akifin “xxxx” şirkətinin 25%-nin təsisçisi olması barədə qeyri-qanuni Bəşirov Arif ilə alqı-satqı müqaviləsini göstərmişlər. O isə bunun qeyri-qanuni olduğunu söyləmişdir. xx xxxx 2015-ci ildə ona qanunsuz kredit müqaviləsi imzaladanda onların ofisində keçmiş MTN işçisi Rövşən adlı şəxsi işə götürməyi məcbur etmişlər. 2.000.000 vəsaiti bankdan Mustafayev Akif almışdır. Bunu Rövşən yaxşı bilir. Həmin vəsaitin alınması və xərclənməsi onların nəzarətində olmuşdur. Bu barədə həm bankın işçiləri, həm də şirkətin bütün işçiləri xəbərdar olmuşdur. Onların icazəsi olmadan nə bankda vəsait almaq, nə də xərcləmək mümkün olmamışdır. 2015-ci ildə baş verən devalvasiyadan sonra problemlər yarandığından kredit üzrə ödəniş etmək mümkün olmamış və buna görə də kredit sifarişi əsasında 2015-ci ilin iyul ayında “xxxx” firmasına 17.000.000 ABŞ dolları məbləğində kredit verilərək həmin kreditin əsas hissəsi əvvəlki kredit borcunun ödənilməsinə yönəldilmiş, qalan məbləğ hesabına isə inşa edilən qeyri-yaşayış binasında əlavə tamamlama işləri görülmüşdür. İkinci dəfə kredit verilərkən də əvvəlki girov qoyulan əmlaklar kreditin təminatı kimi girov qoyulmuşdur. Həmin bankdan götürülmüş kreditlər üzrə kredit sifarişini, kredit və ipoteka müqavilələrini, kassa məxaric çeklərini və digər zəruri sənədləri firmanın direktoru kimi özü imzalamışdır. Müqavilə əsasında satılan yerlərin heç birinə çıxarış verilmədiyindən onlar reyestrdə qeydiyyata alınmamışdır. 2015cı ildə “xxxx” firması tərəfindən ASC “xxxx” Bankı məhkəməyə verilmiş, məhkəmə zamanı bank tərəfindən də qarşılıqlı iddia verilmişdir. Firma 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində iddia qaldıraraq kredit müqaviləsinin və sonrakı ipoteka müqaviləsinin ləğvini tələb etmiş, bank tərəfindən isə “xxxx” firmasının banka olan borcunun ödənilməsi barədə iddia verilmişdir. Məhkəmə tərəfindən “xxxx” firmasının iddiası təmin edilməmiş, bankın iddiası isə təmin edilərək firmadan 19.400,119 ABŞ dollarının bankın xeyrinə tutulması, eləcə də tutmanın ipoteka predmetinə yönəldilməsi barədə qətnamə qəbul edilmişdir. Bu qətnamədən “xxxx” firması tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsində şikayətə baxılan zaman tərəfindən əvvəllər yer satılmış şəxslərdən ikisi -X51 və X35 məhkəməyə şikayət edərək firmadan yer aldıqlarını bildirmişlər. Məhkəmə tərəfindən onların iddiaları qəbul olunmuşdur. Sonradan Ali Məhkəmə tərəfindən həmin qərar qüvvədə saxlanılmışdır. Bununla əlaqədar Ali Məhkəmənin Mülki Kollegiyasının qərarından bank tərəfindən Konstitusiya Məhkəməsinə şikayət verilmiş və məhkəmə tərəfindən xx.xx.2018-ci il tarixli qərarla Ali Məhkəmənin qərarı ləğv edilərək, yenidən baxılması üçün Ali Məhkəməyə qaytarılmışdır. Ali məhkəmə Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə Ali Məhkəmənin İnzibati-İqtisadi kollegiyasının xx.xx.2017-ci il tarixli qərarı, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx.xx.2017-ci il tarixli qətnaməsi ləğv edilərək yenidən baxılması üçün Bakı Apellyasiya məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi ilə bankın iddiası təmin edilmişdir. İttiham aktından istifadə edərək aşağıdakıları göstərir: İş üzrə zərərçəkmiş şəxs qismində tanınmış X10 o, ümumiyyətlə pul almamışdır. Belə ki, 2009-cu il tarixdə zərərçəkmiş şəxs İlqar Məhərəmovda tikinti üçün armatur olmuş və həmin armaturu Zərərçəkmiş şəxs1 sata bilməmişdir. Aralarında olan razılaşmaya görə həmin armaturu o, tikintiyə istifadə etmiş və həmin armaturu da 720.000 manata qiymətləndirmişlər. O, İlqardan nağd pul almamışdır. Verilən armaturun müqabilində də həmin obyektin 1-ci mərtəbəsindən 199,3 kv.m, 2-ci mərtəbəsindən 211,9 kv.m, 3-cü mərtəbəsindən 217,3 kv.m, 4-cü mərtəbəsindən 215 kv.m olmaqla, ümumilikdə 843,5 kv.m sahə Zərərçəkmiş şəxs1 verilmişdir. Həmin epizod üzrə özünü təqsirkar bilmir. Məhkəmədə təqdim edilmiş cild 1 iş v. 62-65-də olan xx.xx.2009-cu il tarixli müqavilə, cild 1 iş v. 71-də olan xx.xx.2009-cu il tarixli Akt, cild 1 iş v. 72-də olan xx xxxxxx 2014-cu il tarixli 5 №li və xx.xx.2009-cu il tarixli müqaviləsinə əlavə razılaşmaya və həmin sənədlərdə olan imzalara əsasən göstərir ki, sənədlərdə olan imzalar onundur, o, direktor olduğu üçün həmin sənədləri imzalamışdır. 2-ci epizod üzrə Zərərçəkmiş şəxs2 Cəlil oğlu ona 950.000 ABŞ dolları pul verməmiş, cəmi 650.000 ABŞ dollarlıq mal-material verib, yəni, həmin dövrün məzənnəsi ilə 500.000 manat vermişdir. Mübariz də ona nağd pul verməmişdir. Həmin məbləğdə ona tikinti üçün material vermişdir. 2015-ci il tarixdə isə 350.000 manatı qaytarmışdır. Ona təqdim edilmiş cild 1 iş v. 164-də olan xx xxxx 2009-cu il tarixli müqavilə, cild 1 iş v. 165, 167, 169-da olan arayışlarda olan imzalara əsasən göstərir ki, imzalar onundur, lakin, o, Leylan İbrahimovanı tanımamış, sənədləşmə işləri ilə Zərərçəkmiş şəxs2 məşğul olmuşdur. Həmin epizod üzrə özünü təqsirkar bilmir. 3-cü epizod üzrə bildirir ki, Zərərçəkmiş şəxs3 «Akula» Akifin, yəni Mustafayev Akifin adamı olub, «Akula» Akiflə əlbir olmuşdur. Zərərçəkmiş şəxs3 ona tikilidən 10.kv.m sahəsi olan yer verməyini bildirmişdir. Ona görə həmin yer Əzizə verilmişdir. Sonra yenə yer istədikdə, Əziz ona cəmi 20 kv.metr sahə üçün 30.000 manat pul vermişdir. -Zərərçəkmiş şəxs4 "xxxx” firmasından 2 nəfər üçün 72 kv.metr sahəsi olan yer götürmüş və rəhmətlik Arif Bəşirov ondan 154.000 manat pul almışdır. -Zərərçəkmiş şəxs5 tanımır və o, həmin şəxsdən pul almamışdır. Bundan başqa ona təqdim edilmiş cild 2 iş v. 104-də olan xx.xx.2013-cü il tarixli 30/10 saylı müqavilə və cild 2 iş v. 105-də olan Arayışa əsasən bildirir ki, həmin sənədlərdə olan imzalar onundur. Həmin sənədləri ona «Akula» Akif məcbur imzalatdırmışdır. 4-cü epizod üzrə Zərərçəkmiş şəxs6 o, pul almamışdır. Türkiyə vətəndaşı olan Gökhan adlı şəxs Zərərçəkmiş şəxs6 mal alıb ona vermiş, o da malın pulunu Gökhana vermişdir. Gökhandan gələn malların isə Zərərçəkmiş şəxs6 məxsus olmasını bilməmişdir. Həmin mal-meterial da hal-hazırda qalır. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, tikiliyə çıxarış yoxdur, torpağın çıxarışı var. S.Vurğun 120-də yerləşən binanı hələ dövlət komissiyası qəbul etməmiş, ona görə də Əmlak Komitəsi Reyestr Xidmətindən həmin binaya çıxarış verilməmişdir. «xxxx» və «xxxx Bank» ın maddi məsul şəxsləri ona 5 mln və 17 mln kredit verərkən Bakı şəhəri, S.Vurğun küçəsində yerləşən bina hələ tikilirmiş. Həmin dövrdə təbii ki, tikiliyə heç bir reyestr xidmətindən sənəd verilməmişdir. Hal-hazırda da sənəd mövcud deyil. Bina hazır olmadığına görə binanın yüklü olub-olmaması barədə Reyestr Xidmətindən sənəd verilə bilməz. 2.000.000 dollar vəsaiti bankdan Mustafayev Akif almış və xərcləmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edilmiş və ifadənin sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 3-cü cild 74-84, 194-204 və 4-cü cild 189-192-ci vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs aşağıdakıları göstərmişdir: … «...Müqavilə şərtlərinə uyğun olaraq Zərərçəkmiş şəxs1 hissə-hissə olmaqla, ümumilikdə 900.000 ABŞ dollarını mənə vermişdir... Zərərçəkmiş şəxs3 ilə razılaşaraq birinci dəfə 20.000 manata 10 kv.m yeri, daha sonra əlavə 10 kv.m yeri 20.000 manata, 34 kv.m sahəsi olan yeri 68.000 manata, sonuncu dəfə isə 50 kv.m yeri isə 150.000 manata sataraq, həmin müqavilələrin X54 və X30 tərəfindən imzalandığını və pulların tam şəkildə Zərərçəkmiş şəxs3 tərəfindən ona verildiyini bildirmişdir.... Bundan əlavə Zərərçəkmiş şəxs2 ilə razılaşraq, Zərərçəkmiş şəxs2 950.000 ABŞ dolları pulu ona verdiyini və bunun əvəzində ancaq 350.000 ABŞ dolları geri qaytara bildiyini demişdir... Həmçinin Zərərçəkmiş şəxs5 130 kv.m yeri 520.000 manata satdığını və Zərərçəkmiş şəxs5 həmin məbləği tam ödədiyini bildirmişdir. ... » Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, elan olunmuş ifadələrini qismən təsdiq edir. O, ifadəsində göstərilən zərərçəkmiş şəxslərdən heç bir məbləğdə pul vəsaiti almamışdır. Məhkəmənin sonrakı iclaslarında Təqsirləndirilən şəxs bildirmişdir ki, o, Zərərçəkmiş şəxs5 tanımır, onu birinci dəfədirki görür, onunla müqavilə bağlamamış, ondan və onun ərindən 520.000 manat almamışdır. Zərərçəkmiş şəxs5 atası Milli Məclisin keçmiş deputatı Cavanşirə Adəm adlı şəxsin borcu olduğuna görə, Adəm həbs olunmuş və bu səbəbdən, onu həbsdən azad etmək üçün külli miqdarda pul lazım olmuşdur. Adəmin qardaşı Azər Cavanşirin rəhbərlik etdiyi “Təzə Pir” Məscidində işləmiş və Azər Cavanşirə müraciət edərək Adəmin buraxılması üçün Cavanşirdən pul istəmişdir. Cavanşir isə pulu olduğunu, lakin verdiyi pulun əvəzinə girova hansısa əmlak tələb etmişdir. Adəm hal-hazırda “Akula” Akifin dostu olduğu üçün Akif Mustafayevə müraciət etmişdir. Akif Mustafayev isə ona girova onun X60a məxsus S.Vurğun 120-də yerləşən binanın bir hissəsini Cavanşir üçün girov kimi rəsmiləşdirilməsinə söz vermişdir. Həmin vaxt Akif Mustafayevin təkidi əsasında firmanın təsisçisi, qardaşı mərhum Arif Bəşirov, Akif Mustafayevin sözündən keçə bilməmiş və deputat Cavanşirin deməsinə görə qızı Zərərçəkmiş şəxs5 adına Adəmlə, Azərin Cavanşirə olan borcunun əvəzinə S.Vurğun 120də yerləşən binada guya mağaza alması barədə müqavilə bağlanmışdır. “Akula” Akifin göstərişinə əsasən xx xxxxxxx 2013-cü il tarixli müqaviləni o, imza etmiş və Zərərçəkmiş şəxs5 520.000 manat götürülməsi barədə arayışa imza etmişdir. Ona həmin müqaviləni və arayışı Akif Mustafayev verib, o, Zərərçəkmiş şəxs5 və onun ərini ümumiyyətlə görməmişdir. Adəm həbsdən çıxıb, 1-2 il ərzində Cavanşirə olan borcunu ödəyəcəyinə söz vermiş, lakin sonradan Adəm yoxa çıxmış, qardaşı Azər də həbs olunmuşdur. Adəmin Cavanşirə olan borcu qaytarılmadığından hazırda zərərçəkmiş şəxs əsassız olaraq ondan həmin sahə üzrə müqaviləni əsas gətirərək pul tələb edir. Cinayət işi çoxşaxəli olduğu üçün, məhkəmə sübutların tədqiqi və qiymətləndirilməsini epizodlar üzrə aparmışdır. Belə ki, Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs1 Sübhi oğlunu aldadaraq sonuncuya məxsus 720.000 manat külli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etməsi epizodu üzrə məhkəmə aşağıdakıları müəyyən etmişdir: Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 Sübhi oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2008-ci ilin əvvəllərində tanımışdır. Həmin vaxt Təqsirləndirilən şəxs “xxxx” firmasının direktoru kimi firmanın mülkiyyətində olan ünvan 2 ünvanında- Azərbaycan Tibb Universitetinin qarşısında yerləşən torpaq sahəsində ticarət mərkəzi inşa edirmiş. 2009-cu ilin təxminən aprel ayında Təqsirləndirilən şəxsla görüşərkən tikinti işlərini tezliklə yekunlaşdırılaraq obyektin istifadəyə verilməsi üçün investisiya qoyuluşuna ehtiyac olduğunu deyib tikinti işlərinin aparılmasına 900.000 ABŞ dolları və ya 720.000 manat məbləğində investisiya qoymağını təklif etmişdir. Mərhəmətlə razılaşaraq xx xxx 2009-cu il tarixdə “İnşaata kapital qoyulmasına dair investisiya haqqında” M-İ-01/09 nömrəli müqavilə bağlamışlar. Müqaviləni firma tərəfdən Təqsirləndirilən şəxs sifarişçi-inşaatçı qismində, o, isə investor qismində imzalamışlar. Müqavilənin şərtlərinə görə o, 5 ay müddətinə, yəni ki, xx.xx.2009cu ildən xx.xx.2009-cu il tarixədək firma tərəfindən inşa edilən həmin obyektin tikintisinə 720.000 manatı nağd və ya tikiliyə lazım olan materialı verməyi öhdəsinə götürmüşdür. Firma isə bunun qarşılığında obyektin 1-ci mərtəbəsindən 199,3 kv.m, 2-ci mərtəbəsindən 211,9 kv.m, 3-cü mərtəbəsindən 217,3 kv.m, 4-cü mərtəbəsindən 215 kv.m olmaqla, ümumilikdə 843,5 kv.m sahəni girov qoymuşdur. Müqavilənin 4.1.2-ci bəndinə əsasən müqavilədə nəzərdə tutulan investisiya tam həcmdə icra edildikdən sonra 5 ay ərzində girov qoyulmuş mağazalar tam və ya ayrı-ayrılıqda hər kvadrat metrini 2000 ABŞ dolları və yaxud 1600 manata satıb ona qaytarmağı Mərhəmət öz üzərinə götürmüşdür. Müqaviləyə görə satılmayan ticarət sahələrinə onun mülkiyyət hüququ, əmlakların onun əmlakı sayılması nəzərdə tutulmuşdur. Müqavilə şərtlərinə uyğun olaraq hissə-hissə olmaqla, ümumilikdə 900.000 ABŞ dollarını Mərhəmətə vermişdir. Pulun tam ödənilməsinə dair Mərhəmət ona xx.xx.2009-cu il tarixli maliyyə arayışı vermişdir. Həmin sənədlərdə 900.000 ABŞ dolları ilə yanaşı, həmin dövrün məzənnəsinə uyğun olaraq 720.000 manat da qeyd edilmişdir. Lakin, müqavilə üzrə öhdəliyini icra etməyinə baxmayaraq Mərhəmət tərəfindən 5 ay ərzində girov qoyulmuş sahələr satılmadığından həmin sahələr onun əmlakı sayılmışdır. Müqavilə şərtlərinə uyğun olaraq 1, 2, 3 və 4 nömrəli əlavələr tərtib edilmiş və Mərhəmətlə birlikdə onun tərəfindən imzalanmışdır. Həmin əlavələrdə girov qoyulan sahələrin mərtəbələr üzrə sahələri və yerləri göstərilmişdir. Bundan sonra, tikinti işlərinin zəif getdiyini, obyektin təhvil verilmədiyinin görüb dəfələrlə maraqlanmış, lakin, Mərhəmət hər dəfə müxtəlif bəhanələr gətirərək obyekti tezliklə təhvil verəcəyini bildirsə də, təhvil verməmişdir. x xxxxxx 2014-cü il tarixdə Təqsirləndirilən şəxs tikintini qurtarmaq üçün ona vəsait lazım olduğunu, həmin vəsaiti Mərkəzin 1-ci mərtəbəsində yerləşən 199,3 kv.m ticarət sahəsinə yönəldib satmaq istədiyini və bunun əvəzində mərkəzin 4-cü mərtəbəsində yerləşən 300 kv.m sahəni verə biləcəyini demişdir. O da Mərhəmətlə razılaşmışdır. Bununla əlaqədar, Mərhəmətlə aralarında xx.xx.2009-cu il tarixli, M-l 01/09 nömrəli müqaviləyə xx.xx.2014-cü il tarixli 5 nömrəli əlavə razılaşma bağlanıb imzalanmışdır. Bu qaydada Təqsirləndirilən şəxs ümumilikdə 900.000 ABŞ dolları vermiş, lakin həmin mağazalardan istifadə etməmiş, həmin mağazaları təmir etməmişdir. Həmin ticarət mərkəzində olan mağazalar şərti nömrələr üzrə satılmışdır. Belə ki, mağazaların arası müvəqqəti xarakter daşıyan materiallarla ayrılmışdır. Sonradan Təqsirləndirilən şəxs ona məxsus sahələri, eləcə də bütövlükdə binanı xəbəri olmadan ASC “xxxx” Bankına girov qoyub və külli miqdarda kredit götürüb, kredit üzrə də ödənişləri isə etmədiyi ona məlum olmuşdur. Buna görə də həmin sahələrdən neçə illərdir ki, istifadə edə bilmir və bunun nəticəsində ona ziyan dəymişdir. O, təqsirləndirilən şəxsdən nağd pul tələb etmir, 848 kv.m sahəsi olan ərazisini tələb edir. Proses iştirakçılarının suallarını cavablandıraraq Zərərçəkmiş şəxs1 bildirmişdir ki, bina demək olar ki, hazırdır, içərisində təmir işləri qalmışdır. Onda armatur da olmuş və o, təqsirləndirilən şəxsə həm pul, həm də armatur da vermişdir. Ona verilən sahənin sxemidə var və hazırda da eskizi də olduğu kimi yerindədir. Binanın çıxarışı olmamışdır. Məhkəmə prosesində ona təqdim edilmiş cild 1 iş v. 62-73-də olan xx.xx.2009-cu il tarixli müqavilə, tikilinin sxemi, Arayış, Akt, 5№li əlavə Razılaşma müqaviləsi, tikilinin sxeminə əsasən bildirmişdir ki, sənədlərdə o, və təqsirləndirilən şəxs imza etmişlər. Həmin epizodla əlaqədar məhkəmə aşağıdakı sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin 1-ci cild 62-69-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşadırılmış xx xxx 2009-cu il tarixli “İnşaata kapital qoyulmasına dair investisiya haqqında” M-İ-01/09 №-li müqavilədən və müqaviləyə əlavə edilmiş ticarət mərkəzinin planından görünür ki, Sifarişçi-İnşaatçı “xxxx” firması şəxsində Təqsirləndirilən şəxs ilə “İnvestor” qismində Zərərçəkmiş şəxs1 Sübhi oğlu arasında investisiya qoyulması barədə müqavilə imzalanmışdır. Müqavilənin predmetinə görə Zərərçəkmiş şəxs1 Sübhi oğlu tərəfindən Bakı şəhəri, S.Vurğun 120 ünvanında yerləşən “xxxx” firmasına məxsus “Ticarət Biznes Mərkəzi” nin tikintisinə təxminən 720.000 AZN investisiya qoyulacaqdır. İnvestisiyanın müddəti xx.xx.2009-xx.xx.2009-cu il tarixlərini əhatə edir. Həmçinin, müqavilədə göstərilmişdir ki, “İnvestor” tərəfindən qoyulan 720.000 AZN qarşılığında “xxxx” firması Zərərçəkmiş şəxs1 Sübhi oğluna 843,50 kv.m (yəni, 1-ci mərtəbədə -199,3 kv.m, 2-ci mərtəbədə -211,9 kv.m, 3-cü mərtəbədə -217,3 kv.m, 4-cü mərtəbədə -215 kv.m ) girov qoyur. Müqavilə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 tərəfindən imzalanmışdır. Cinayət işinin 1-ci cild 70-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış “xxxx” firmasının direktoru Bəşirov.M.B tərəfindən imzalanmış və “xxxx” firmasının adı həkk olunmuş möhür vurulmuş xx xxxxxxxx 2009-cu il tarixli arayışdan görünür ki, ünvan 9 ünvanında “xxxx” firması tərəfindən inşa edilən ticarət mərkəzinin inşaatı üçün Zərərçəkmiş şəxs1 Sübhi oğlu tərəfindən 900.000$ (və yaxud 720.000 AZN) məbləğində pul vəsaiti tam ödənilmişdir. Cinayət işinin 1-ci cild 71-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış “xxxx” firmasının direktoru Bəşirov.M.B və iş icraçısı Məhərrəmov.İ.S tərəfindən imzalanmış xx xxxxxxxx 2009-cu il tarixli aktdan görünür ki, Zərərçəkmiş şəxs1 Sübhi oğlu xx.xx.2009-xx.xx.2009 tarixinə kimi 900.000$ və ya 720.000 AZN pulu “xxxx” firmasının ünvan 9 ünvanında tikilən “Ticarət Biznes Mərkəzi” üçün inşaata lazım olan armatur, beton, boru və sairə materiallar üçün ödəmişdir. Cinayət işinin 1-ci cild 72-73-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxx 2014-cü il tarixli xx.xx.2009-cu il tarixli, M-İ-01/09 nömrəli müqaviləsinə 5 №-li əlavə razılaşmadan və ona əlavə edilmiş esgiz layihəsindən görünür ki, tərəflərin razılığı ilə Zərərçəkmiş şəxs1 Sübhi oğluna məxsus olan 1-ci mərtəbədə 199,3 kv.m yer əvəzinə, 4-cü mərtəbədə 300 kv.m əvəz edilir. Əlavə Razılaşmanı “xxxx” firmasının direktoru Bəşirov.M.B və Zərərçəkmiş şəxs1 Sübhi oğlu imzalamışlar. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib aldadaraq sonuncuya məxsus külli miqdarda 746.985 manat əmlakını ələ keçirməklə dələduzluq etməsi epizodu üzrə məhkəmə aşağıdakıları müəyyən etmişdir: Həmin epizodla bağlı cinayət işinə əlavə edilmiş alqı-satqı müqavilələri X4 adına bağlansa da, müqavilələr üzrə ödənişlər Zərərçəkmiş şəxs2 tərəfindən həyata keçirildiyindən iş üzrə zərərçəkmiş şəxs qismində Zərərçəkmiş şəxs2 tanınmışdır. Zərərçəkmiş şəxs2 məhkəməyə teleqramla müraciət edərək, xaricdə olduğu üçün məhkəmə iclaslarına gələ bilmədiyini və istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsindən görünür ki, 2009-cu ilin iyul ayında ona məlum olmuşdur ki, “xxxx” firmasının rəhbəri Təqsirləndirilən şəxs ünvan 11 ünvanında yerləşən 0,2704 ha torpaq sahəsində ticarət mərkəzi tikir. Həmin vaxt Bakıda olduğundan tikinti işlərinin aparıldığı yerə gedib işlərin aparılması ilə yerində tanış olmuş, tikintinin özülünün qazılıb ilkin betonlama işlərinin aparıldığının şahidi olmuşdur. Tikilinin yerini bəyəndiyi üçün oradan mağaza satın almağın şərtlərini danışmaq məqsədilə “xxxx” firmasının rəhbəri Təqsirləndirilən şəxsla onun şəhərin mərkəzi hissəsində - 28 May küçəsində yerləşən ofisində görüşmüşdür. Görüş zamanı Mərhəmət tikinti işlərinin aparıldığı torpaq sahəsinin özünə məxsus olmasını və tikinti işlərinin aparılması üçün bütün zəruri hüquqi işlərin görüldüyünü bildirmişdir. Mərhəmət həmçinin bildirmişdir ki, tikinti işləri tezliklə yekunlaşaraq mağazalar sahiblərinə, o cümlədən ona təhvil veriləcəkdir. Qeyd olunan şərtlərlə 3 ədəd mağaza almaq qərarına gəlib, tikilməkdə olan həmin binanın 1-ci mərtəbəsində yerləşən 4 nömrəli, 36,16 kvadrat metr, 5 nömrəli, 33,15 kvadrat metr və 6 nömrəli, 33,09 kvadrat metr sahəsi olan mağazaları ümumilikdə 300.000 ABŞ dollarına alqı-satqı etməyə razılaşmışdır. Buna dair müvafiq olaraq 3 ədəd xx xxxx 2009cu il tarixli nömrəsiz müqavilələr tərtib edilmiş, müqavilələrdə xahişi ilə alıcı qismində özünün yox, arvadı- X4 adı yazılmışdır. Müqaviləyə satıcı qismində Təqsirləndirilən şəxs imza edib müvafiq olaraq Leylan İbrahimovanın da müqavilələri imzalaması üçün ona vermişdir. O da həmin müavilələri aparıb Leylana təqdim etmiş və sonuncu müqavilələrə alıcı qismində imza etmişdir. Müqavilələrə Leylan imza etsə də, faktiki olaraq sonuncu, həmin prosesdə iştirak etməmiş, müqavilə üzrə nəzərdə tutulan ödənişi özü etmişdir. 300.000 ABŞ dollarının Mərhəmətə verilməsinə dair xx.xx.2009-cu il tarixli maliyyə arayışları verilmişdir. Həmin arayışlarda mağazaların dəyərinin tam ödənilməsi qeyd edilmişdir. Qeyd edilən müqavilələr üzrə aldığı mağazaları təmir etdirməmiş, heç bir əlavə xərc çəkməmişdir. Həmin ticarət mərkəzində olan mağazalar şərti nömrələr üzrə satılmışdır. Belə ki, mağazaların arası müvəqqəti xarakter daşıyan materiallarla ayrılmışdır. Sonradan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs ona satdığı sahələri, eləcə də bütövlükdə binanı xəbəri olmadan ASC “xxxx” Bankına girov qoyub və külli miqdarda kredit götürüb, kredit üzrə də ödənişləri etməmişdir. Buna görə də aldığı sahələrdən neçə illərdir ki, istifadə edə bilmir və bunun nəticəsində də ona həm maddi, həm də mənəvi ziyan dəymişdir. Bundan əlavə, o, ifadəsində göstərmişdir ki, 2012-ci ilin yanvar ayında Təqsirləndirilən şəxsla görüşərkən sonuncu obyekti tikib istifadəyə vermək üçün bir qədər maliyyə problemi yarandığını bildirib borc pul istəyib təklif etmişdir ki, buna dair aralarında müqavilə bağlansın və müqavilədə pulun ona verilməsi öz əksini tapsın. Mərhəmət təklif etmişdir ki, ona 950.000 ABŞ dolları versin və o, xx xxxxxx 2015-ci il tarixədək 950.000 ABŞ dolları əsas məbləğ və 788.750 ABŞ dolları qazanc şəklində qaytaracaqdır. Mərhəmətin bu təklifi ilə razı olduqdan sonra bu barədə rus dilində tərtib edilmiş xx xxxxxx 2012-ci il tarixli investisiya müqaviləsi hazırlanmışdır. Həmin müqavilədə də xahişi ilə investor qismində arvadı Leylan İbrahimova qeyd edilmiş və Mərhəmətlə birlikdə Leylan tərəfindən də imzalanmışdır. Bundan sonra hissə-hissə olmaqla ümumilikdə Mərhəmətə 950.000 ABŞ dolları vermişdir. Buna dair X1 tərəfindən ona 950.000 ABŞ dollarının verilməsinə dair tarixsiz kassa mədaxil orderi vermişdir. Uzun müddət keçməsinə baxmayaraq Mərhəmət nə əsas, nə də ki, qazanc şəklində vəd etdiyi puldan qaytarmadığı üçün ondan dəfələrlə pulunu geri qaytarmasını tələb etmiş, təxminən 2017-ci ilin iyun-iyul aylarında Mərhəmət 350.000 ABŞ dolları geri qaytarmışdır. Bu qaydada onun xx xxxxxx 2012-ci il tarixli investisiya müqavləsi üzrə 350.000 ABŞ dollarını qaytarması nəzərə alınmaqla, 600.000 ABŞ dolları və qazanc şəklində vəd etdiyi 788.750 ABŞ dollarını verməmişdir. Zərərçəkmiş şəxs2 məhkəməyə teleqramla müraciət edərək Təqsirləndirilən şəxs xx xxxx 2009-cu i tarixli müqavilələrə əsasən ünvan 2-də yerləşən 3 mağaza üçün ümumi məbləğ 300 min ABŞ dolları ödəmiş, «Yasmin plaza» da hər mağaza üçün 100 min ABŞ dolları ödəmiş, lakin hələ də bu dükanlar ona verilməmişdir. xx xxxxxx 2012-ci il tarixli investisiya müqaviləsinə görə hissə-hissə Təqsirləndirilən şəxs cəmi 950.000 köçürtmüşdür.Bu əsas borca əlavə olaraq Mərhəmət ona 788.750 ABŞ dollar mənfəət verməliymiş, amma bu günə qədər investisiya müqaviləsi ilə 350.000 ABŞ dollarını ona qaytarmışdır. Təqsirləndirilən şəxs pulun qalan hissəsini qaytarmamışdır. Ondan şikayət edir və nəzərə alınmasını xahiş edir. Ona dəymiş 1.688.750 ABŞ dolları və ya həmin dövrün məzənnəsi ilə 1.317.225 manat maddi ziyanı Təqsirləndirilən şəxs tələb edir. Həmin epizodla əlaqədar məhkəmə aşağıdakı sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin 1-ci cild 164-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxx 2009-cu il tarixli müqavilədən görünür ki, «Satıcı» “xxxx” MMC-nin şəxsində direktor Təqsirləndirilən şəxs ilə «Alıcı» X11 arasında bağlanmış müqaviləyə əsasən, ünvan 2 ünvanında yerləşən “xxxx” firmasına məxsus obyektin 1-ci mərtəbəsində Satıcı-ya məxsus ərazidə inşa edilən 36.16 kv.m-dən ibarət olan 4 №-li mağazanın Alıcıya satılması nəzərdə tutulmuşdur. Müqavilə Təqsirləndirilən şəxs və X11 tərəfindən imzalanmışdır. Cinayət işinin 1-ci cild 165-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış “xxxx” firmasının direktoru Bəşirov.M.B tərəfindən imzalanmış arayışdan görünür ki, X4 aldığı ünvan 2 ünvanında yerləşən “xxxx” firması tərəfindən inşa edilən yaşayış binasında ümumi sahəsi 36.16 kv.m olan 1-ci mərtəbədə yerləşən 4 №-li mağazanın dəyərini tam ödəmişdir. Cinayət işinin 1-ci cild 166-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxx 2009-cu il tarixli müqavilədən görünür ki, Satıcı “xxxx” MMC-nin şəxsində direktor Təqsirləndirilən şəxs ilə X3 arasında bağlanmış müqaviləyə əsasən, ünvan 2 ünvanında yerləşən “xxxx” firmasına məxsus obyektin 1-ci mərtəbəsində Satıcıya məxsus ərazidə inşa edilən 33.15 kv.m-dən ibarət olan 5 №-li mağazanın Alıcı-ya satılması nəzərdə tutulmuşdur. Müqavilə Təqsirləndirilən şəxs və X11 tərəfindən imzalanmışdır. Cinayət işinin 1-ci cild 167-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış “xxxx” firmasının direktoru Bəşirov.M.B tərəfindən imzalanmış arayışdan görünür ki, X6 aldığı ünvan 2 ünvanında yerləşən “xxxx” firması tərəfindən inşa edilən yaşayış binasında ümumi sahəsi 33.15 kv.m olan 1-ci mərtəbədə yerləşən 5 №-li mağazanın dəyərini tam ödəmişdir. Cinayət işinin 1-ci cild 168-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxx 2009-cu il tarixli müqavilədən görünür ki, Satıcı “xxxx” MMC-nin şəxsində direktor Təqsirləndirilən şəxs ilə X3 arasında bağlanmış müqaviləyə əsasən, ünvan 2 ünvanında yerləşən “xxxx” firmasına məxsus obyektin 1-ci mərtəbəsində Satıcıya məxsus ərazidə inşa edilən 33.09 kv.m-dən ibarət olan 6 №-li mağazanın Alıcı-ya satılması nəzərdə tutulmuşdur. Müqavilə Təqsirləndirilən şəxs və X11 tərəfindən imzalanmışdır. Cinayət işinin 1-ci cild 169-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış “xxxx” firmasının direktoru Bəşirov.M.B tərəfindən imzalanmış arayışdan görünür ki, X6 aldığı ünvan 2 ünvanında yerləşən “xxxx” firması tərəfindən inşa edilən yaşayış binasında ümumi sahəsi 33.09 kv.m olan 1-ci mərtəbədə yerləşən 6 №-li mağazanın dəyərini tam ödəmişdir. Cinayət işinin 2-ci cild 146-150-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış X2 və “xxxx” MMC-nin direktoru Təqsirləndirilən şəxs tərəfindən imzalanan xx xxxxxx 2012-ci il tarixli investisiya kontraktından və Forma № KO-1 kassa mədaxil orderinin kserosurətindən görünür ki, 950.000 ABŞ dolları Bakı şəhəri, Nərimanov rayonu, S.Vurğun 120 ünvanında sahəsi 0,2740 ha torpaq sahəsində “Ticarət Mərkəzi” nin tikintisinə Leylan İbrahimova tərəfindən investisiya qoyulmuşdur. Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs6 aldadaraq sonuncuya məxsus 67.556 manat külli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etməsi epizodu üzrə məhkəmə aşağıdakıları müəyyən etmişdir: Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, o, təxminən 2006-cı ildən fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla Bakı şəhəri, Binəqədi rayonu ərazisində Əhməd Rəcəbli küçəsi 247-də yerləşən “xxxx” adlı tikinti materialları mağazasını işlədir. Təxminən 2014-cü ilin avqust ayında “xxxx” firmasının rəhbəri Təqsirləndirilən şəxs yanına gələrək təmir işlərinin yekunlaşdırılması üçün tikinti materiallarının lazım olduğunu bildirib, nisyə mal-material istəmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs Ukraynada böyük biznesinin olduğunu deyib, aldığı malın pulunun ödənilməsində heç bir problem yaranmayacağını bildirmişdir. O, Təqsirləndirilən şəxs inanaraq xx.xx.2014-cü ildən başlayaraq 2015-ci ilin oktyabr ayına qədər 61.584,75 manat məbləğində mal-material vermişdir. Bundan sonra dəfələrlə ondan aldığı malların pulunu tələb etsə də, Təqsirləndirilən şəxs hər dəfə müxtəlif bəhanələr gətirərək pulu verməmişdir. 2018-ci il ərzində isə bir neçə dəfəyə mağazadan 5.971,25 manat dəyərində mal-material almışdır. Təqsirləndirilən şəxs ümumilikdə 67.556 manat dəyərində mai-materiai götürmüş, lakin hal-hazıra qədər heç bir məbləğdə ödəniş etməmişdir. O, mal-materialı təqsirləndirilən şəxsin özünə vermişdir. O, Türkiyə vətəndaşı Gökhan adlı şəxsi 2010-cu ildən tanımışdır. Gökhan da onun mağazasından mal material alıb təqsirləndirilən şəxsin tikintisinə vermişdir. Onun tələb etdyi mal-materialın pulunun Gökhana heç bir aidiyyatı yoxdur. Malların təqsirləndirilən şəxsə verilməsinə dair bütün qaimələr olmuşdur. 67.556 manat dəymiş maddi ziyanı Təqsirləndirilən şəxs tələb edir. Cinayət işinin 2-ci cild 77-90-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış mədaxil sənədlərindən görünür ki, “xxxx” İnşaat MMC tərəfindən külli miqdarda, müxtəlif miqdarda və növdə inşaat materialları “xxxx” MMC-yə idxal olunmuşdur. Təqsirləndirilən şəxs vəzifə səlahiyyətindən sui-istifadə edərək qeyri-yaşayış sahələrinə sahiblik etmək, ondan sərbəst istifadə etmək və sərəncam verməklə bağlı Zərərçəkmiş şəxs3 mülkiyyət hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurması epizodu üzrə məhkəmə aşağıdakıları müəyyən etmişdir: Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, uzun illər hüquq-mühafizə orqanlarında çalışmışdır. Təqsirləndirilən şəxs 2008-ci ildən tanımışdır. 2009-cu ilin təxminən yay aylarında, Təqsirləndirilən şəxs ünvan 11 ünvanında yerləşən torpaq sahəsində ticarət mərkəzi tikdiyi ona məlum olmuşdur. O, həmin ünvana gedib qeyri-yaşayış sahəsinə baxıb bəyənib, oradan mağaza almaq qərarına gəlmişdir. Buna görə də Mərhəmətlə danışıb həmin ticarət mərkəzindən 1 ədəd mağaza almaq istədiyi barədə bildirmişdir. Bundan sonra dəfələrlə həmin tikinti sahəsinə gedib yerində də tanış olmuşdur. Bir müddət sonra, yəni xx xxxxxxxx 2009-cu il tarixdə arvadı X30 ilə birlikdə “xxxx” firmasının şəhərin mərkəzi hissəsində 28 May küçəsi ilə Səməd Vurğun küçəsinin kəsişməsində yerləşən ofisinə getmişlər. Orada firmanın rəhbəri Təqsirləndirilən şəxsla görüşüb həmin qeyri-yaşayış sahəsindən yer almaq istədiyini bildirmişdir. Mərhəmətlə danışıb ticarət mərkəzinin 2-ci mərtəbəsində 19 saylı mağazanın yanındakı 10 kvadrat metr sahəsi olan nömrəsiz mağazanın hər kvadrat metrini 2000 manata almağa razılaşmışlar. Bundan sonra arvadı Aytən Səmədzadə ilə Təqsirləndirilən şəxs arasında xx xxxxxxxx 2009-cu il tarixli M-S A30/09 nömrəli müqavilə bağlanmışdır. Elə həmin gün 10.000 manat, xx.xx.2009-cu il tarixdə isə əlavə 10.000 manat da ödəyərək müqavilə üzrə nəzərdə tutulan 20.000 manat pulu tamamilə ödəmişdir. Buna dair firma tərəfindən ona müvafiq olaraq xx.xx.2009-cu və xx.xx.2009-cu il tarixli maliyyə arayışları verilmişdir. Bundan başqa həmin ticarət mərkəzindən qızı Könül Hacılının adına yenidən mağaza almaq qərarına gəlmişdir. xx.xx.2009-cu il tarixdə Könüllə birlikdə ofisə getmişlər və orada Könüllə Təqsirləndirilən şəxs arasında xx.xx.2009-cu il tarixli M-Ə A/03-10 nömrəli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən ticarət mərkəzinin 2-ci mərtəbəsində yerləşən 19 saylı mağazanın yanındakı 10 kvadrat metr sahəsi olan nömrəsiz mağazanı hər kvadrat metrini 2.000 manata olmaqla, ümumlikdə 20.000 manata satın almışlar. Elə həmin gün 10.000 manat, xx.xx.2009-cu il tarixdə isə əlavə 10.000 manat da ödəyərək müqavilə üzrə nəzərdə tutulan 20.000 manat pulu tamamilə ödəmişdir. Buna dair firma tərəfindən müvafiq olaraq xx.xx.2009-cu il və xx.xx.2009-cu il tarixli maliyyə arayışları ona verilmişdir. Bundan başqa, yenə onun iştirakı ilə Təqsirləndirilən şəxs ilə qızı Könül arasında xx.xx.2010-cu il tarixdə M-Ə A/16-10 nömrəli müqavilə bağlanaraq sözügedən ticarət mərkəzinin 2-ci mərtəbəsində 34 kvadrat metr sahəsi olan 19 saylı mağazanı hər kvadrat metrini 2.000 manata olmaqla, ümumlikdə 68.000 manata satın almışdır. Elə həmin gün 30.000 manat, xx.xx.2010-cu il tarixdə isə əlavə 38.000 manat ödəyərək müqavilə üzrə nəzərdə tutulan 68.000 manat pulu tamamilə ödəmişdir. Buna dair firma tərəfindən müvafiq xx.xx.2010-cu ilvə xx.xx.2010-cu il tarixli maliyyə arayışları verilmişdir. Bundan başqa yenə onun iştirakı ilə “xxxx” firmasının 28 May küçəsi ilə Səməd Vurğun küçəsinin kəsişməsində yerləşən ofisində Təqsirləndirilən şəxsla qızı Könül arasında xx.xx.2012-ci il tarixdə M-S A/31-12 nömrəli müqavilə bağlanaraq ticarət mərkəzinin 4-cü mərtəbəsində 50 kvadrat metr sahəsi olan nömrəsiz mağazanı hər kvadrat metrini 3.000 manata olmaqla, ümumlikdə 150.000 manata almışdır. Elə həmin gün də müqavilə üzrə nəzərdə tutulan 150.000 manat pulu tamamilə ödəmişdir. Buna dair firma tərəfindən xx.xx.2012-ci il tarixli maliyyə arayışı verilmişdir. Müqavilələr qızı Könül və arvadı Aytənin adından imzalansa da, müqavilələrdə nəzərdə tutulan pulları özü şəxsən ödəməklə həmin pullar özünə məxsus olmuşdur. Mağazaların alınması şərtlərini də o, özü Təqsirləndirilən şəxsla danışıb razılaşmışdır. Həmin ticarət mərkəzində olan mağazalar şərti nömrələr üzrə satılmışdır. Belə ki, mağazaların arası müvəqqəti xarakter daşıyan materiallarla ayrılmışdır. “Yasmin Ticarət və Əyləncə Mərkəzi”nin tikinti işləri yekunlaşdıqdan sonra aldığı qeyri-yaşayış sahələrinin təhvil verilməsi vəd edilsədə “xxxx” firması üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Sonradan Təqsirləndirilən şəxs ona satdığı sahələri, eləcə də bütövlükdə binanı xəbəri olmadan ASC “xxxx” Bankına girov qoyaraq külli miqdarda kredit götürüb, kredit üzrə də ödənişləri etmədiyi ona məlum olmuşdur. Buna görə də mağazaları neçə illərdir ki, istifadə edə bilmir və bunun nəticəsində də ona həm maddi, həm də mənəvi ziyan dəymişdir. Ona, müqavilələr üzrə ümumilikdə 258.000 manat maddi ziyan dəymişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Zərərçəkmiş şəxs3 bildirmişdir ki, 2005-ci ildə MTN-nin 4-cü Baş idarəsində işləmişdir. Rauf adlı şəxs tanımır. Mərhəmətlə onu kimin tanış etməsini xatrılamır. O, «Akula» Akif deyilən şəxsi bir neçə dəfə Mərhəmətgilin restoranında görmüş, onunla heç bir münasibəti olmamışdır. Tikilinin girovda olmasını 2019-cu ildə internetdən öyrənmişdir. Həmin dövrün məzənnəsi ilə 320.000-350.000 ABŞ dolları pulu Mərhəmətə vermişdir. O, heç vaxt Mustafayev Akifin adamı olmamışdır. Məhkəmə iclasında təqdim edilmiş cinayət işinin 1-ci cild 89-106-cı vərəqələrində olan müqavilələr və arayışlara və həmin sənədlərdə olan imzalara əsasən Zərərçəkmiş şəxs3 bildirmişdir ki, təqdim olunmuş səndlərdə olan alıcı qrafasında olan imzalar onun arvadı və qızının imzalarıdır, lakin həmin məbləğləri o, ödəmişdir. Qeyd olunan müqavilələr Zərərçəkmiş şəxs3 həyat yoldaşı X30 və qızı X31 adına bağlansa da, müqavilələr üzrə ödənişlər Zərərçəkmiş şəxs3 tərəfindən həyata keçirildiyindən iş üzrə zərərçəkmiş şəxs qismində Zərərçəkmiş şəxs3 tanınmışdır. Həmin epizodla əlaqədar məhkəmə aşağıdakı sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin 1-ci cild 89-90-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxxxx 2009-cu il tarixli M-S A/30-09 №-li müqavilədən görünür ki, Satıcı “xxxx” MMC-nin şəxsində direktor Təqsirləndirilən şəxs ilə X7 arasında bağlanmış müqaviləyə əsasən, ünvan 2 ünvanında yerləşən “xxxx” firmasına məxsus obyektin 2-ci mərtəbəsində Satıcı-ya məxsus ərazidə inşa edilən 10 kv.m mağazanın Alıcı-ya satılması nəzərdə tutulmuşdur. Müqavilənin ümumi məbləği hər kvadrat metr üçün 2000 AZN olmaqla, 20.000 AZN müəyyən edilmişdir. Müqavilə Təqsirləndirilən şəxs və X30 tərəfindən imzalanmışdır. Cinayət işinin 1-ci cild 91-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış “xxxx” firmasının direktoru Bəşirov.M.B tərəfindən imzalanmış xx xxxxxxxx 2009-cu il tarixli arayışdan görünür ki, X14 aldığı ünvan 2 ünvanında yerləşən “xxxx” firması tərəfindən inşa edilən yaşayış binasında ümumi sahəsi 10 kv.m olan 2-ci mərtəbədə yerləşən mağazanın dəyəri üçün 10.000 AZN əsas borcdan ödənilmişdir. Cinayət işinin 1-ci cild 92-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış “xxxx” firmasının direktoru Bəşirov.M.B tərəfindən imzalanmış xx xxxxxx 2009cu il tarixli arayışdan görünür ki, X14 aldığı ünvan 2 ünvanında yerləşən “xxxx” firması tərəfindən inşa edilən yaşayış binasında ümumi sahəsi 10 kv.m olan 2-ci mərtəbədə yerləşən mağazanın dəyəri üçün 10.000 AZN qalıq borcdan ödənilmişdir. Cinayət işinin 1-ci cild 91-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış “xxxx” firmasının direktoru Bəşirov.M.B tərəfindən imzalanmış xx xxxxxx 2009cu il tarixli arayışdan görünür ki, X14 aldığı ünvan 2 ünvanında yerləşən “xxxx” firması tərəfindən inşa edilən yaşayış binasında ümumi sahəsi 10 kv.m olan 2-ci mərtəbədə yerləşən mağazanın dəyəri tam ödənilmişdir. Cinayət işinin 1-ci cild 94-95-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxxx 2009-cu il tarixli, M-Ə A/03-10 №-li müqavilədən görünür ki, Satıcı “xxxx” MMC-nin şəxsində direktor Təqsirləndirilən şəxs ilə X16 arasında bağlanmış müqaviləyə əsasən, ünvan 2 ünvanında yerləşən “xxxx” firmasına məxsus obyektin 2-ci mərtəbəsində Satıcı-ya məxsus ərazidə inşa edilən 10 kv.m mağazanın Alıcı-ya satılması nəzərdə tutulmuşdur. Müqavilənin ümumi məbləği hər kvadrat metr üçün 2000 AZN olmaqla, 20.000 AZN müəyyən edilmişdir. Müqavilə Təqsirləndirilən şəxs və X52 tərəfindən imzalanmışdır. Cinayət işinin 1-ci cild 96-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış “xxxx” firmasının direktoru Bəşirov.M.B tərəfindən imzalanmış xx xxxxxxx 2009-cu il tarixli arayışdan görünür ki, X31 aldığı ünvan 2 ünvanında yerləşən “xxxx” firması tərəfindən inşa edilən yaşayış binasında ümumi sahəsi 10 kv.m olan 2-ci mərtəbədə yerləşən mağazanın dəyəri üçün 10.000 AZN əsas borcdan ödənilmişdir. Cinayət işinin 1-ci cild 97-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış “xxxx” firmasının direktoru Bəşirov.M.B tərəfindən imzalanmış xx xxxxxx 2009cu il tarixli arayışdan görünür ki, X31 aldığı ünvan 2 ünvanında yerləşən “xxxx” firması tərəfindən inşa edilən yaşayış binasında ümumi sahəsi 10 kv.m olan 2-ci mərtəbədə yerləşən mağazanın dəyəri üçün 10.000 AZN qalıq borcdan ödənilmişdir. Cinayət işinin 1-ci cild 98-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış “xxxx” firmasının direktoru Bəşirov.M.B tərəfindən imzalanmış xx xxxxxx 2009cu il tarixli arayışdan görünür ki, X31 aldığı ünvan 2 ünvanında yerləşən “xxxx” firması tərəfindən inşa edilən yaşayış binasında ümumi sahəsi 10 kv.m olan 2-ci mərtəbədə yerləşən mağazanın dəyəri tam ödənilmişdir. Cinayət işinin 1-ci cild 99-100-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxx 2010-cu il tarixli, M-Ə A/16-10 №-li müqavilədən görünür ki, Satıcı “xxxx” MMC-nin şəxsində direktor Təqsirləndirilən şəxs ilə X16 arasında bağlanmış müqaviləyə əsasən, ünvan 2 ünvanında yerləşən “xxxx” firmasına məxsus obyektin 2-ci mərtəbəsində Satıcı-ya məxsus ərazidə inşa edilən 34 kv.m-dən ibarət olan 19 №-li mağazanın Alıcı-ya satılması nəzərdə tutulmuşdur. Müqavilənin ümumi məbləği hər kvadrat metr üçün 2000 AZN olmaqla, 68.000 AZN müəyyən edilmişdir. Müqavilə Təqsirləndirilən şəxs və X52 tərəfindən imzalanmışdır. Cinayət işinin 1-ci cild 101-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış “xxxx” firmasının direktoru Bəşirov.M.B tərəfindən imzalanmış xx xxxx 2010cu il tarixli arayışdan görünür ki, X31 aldığı ünvan 2 ünvanında yerləşən “xxxx” firması tərəfindən inşa edilən yaşayış binasında ümumi sahəsi 34 kv.m olan 2-ci mərtəbədə yerləşən 19 №-li mağazanın dəyəri üçün 30.000 AZN depozit ödənilmişdir. Cinayət işinin 1-ci cild 102-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış “xxxx” firmasının direktoru Bəşirov.M.B tərəfindən imzalanmış xx xxxx 2010cu il tarixli arayışdan görünür ki, X31 aldığı ünvan 2 ünvanında yerləşən “xxxx” firması tərəfindən inşa edilən yaşayış binasında ümumi sahəsi 34 kv.m olan 2-ci mərtəbədə yerləşən 19 №-li mağazanın dəyəri üçün 38.000 AZN depozit ödənilmişdir. Cinayət işinin 1-ci cild 103-104-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxx 2012-ci il tarixli, M-S A/31-12 №-li müqavilədən görünür ki, Satıcı “xxxx” MMC-nin şəxsində direktor Təqsirləndirilən şəxs ilə X16 arasında bağlanmış müqaviləyə əsasən, ünvan 2 ünvanında yerləşən “xxxx” firmasına məxsus obyektin 4-cü mərtəbəsində Satıcı-ya məxsus ərazidə inşa edilən 50 kv.m-dən ibarət olan mağazanın Alıcı-ya satılması nəzərdə tutulmuşdur. Müqavilənin ümumi məbləği hər kvadrat metr üçün 3000 AZN olmaqla, 150.000 AZN müəyyən edilmişdir. Müqavilə Təqsirləndirilən şəxs və X52 tərəfindən imzalanmışdır. Cinayət işinin 1-ci cild 105-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış “xxxx” firmasının direktoru Bəşirov.M.B tərəfindən imzalanmış xx xxx 2012-ci il tarixli arayışdan görünür ki, X31 aldığı ünvan 2 ünvanında yerləşən “xxxx” firması tərəfindən inşa edilən yaşayış binasında ümumi sahəsi 50 kv.m olan 4-cü mərtəbədə yerləşən mağazanın dəyərini tam ödəmişdir. Cinayət işinin 1-ci cild 114-119-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(005)-4054/2019 saylı qətnaməsindən görünür ki, iddiaçılar X54 və X30 cavabdeh “xxxx” MMC-nə qarşı, xxxx mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə, qeyri-yaşayış sahələrinin təhvil verilməsi və həmin əmlaklar üzərində mülkiyyət və sərəncam hüququnun tanınması tələbinə dair iddia ərizəsi təmin olunmamışdır. Təqsirləndirilən şəxs vəzifə səlahiyyətindən sui-istifadə edərək qeyri-yaşayış sahələrinə sahiblik etmək, ondan sərbəst istifadə etmək və sərəncam verməklə bağlı Zərərçəkmiş şəxs5 mülkiyyət hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurması epizodu üzrə məhkəmə aşağıdakıları müəyyən etmişdir: Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2013-cü ildən tanımışdır. Belə ki, 2013-cü ilin oktyabr ayında “xxxx” firması tərəfindən ünvan 11 ünvanında yerləşən torpaq sahəsində ticarət mərkəzi tikilib mağazalar satıldığını bildiklərindən o, əri Afiq Əliyevlə birlikdə gedib həmin tikiliyə yerində baxdıqda tikili demək olar ki, artıq başa çatmış vəziyyətdə olmuşdur. Onlar firmanın rəhbəri Təqsirləndirilən şəxsla danışıb həmin ticarət mərkəzindən 1 ədəd mağaza almaq barədə söhbət etmişlər. Bundan sonra həmin tikilidən qəti olaraq mağaza almaq qərarına gəlib xx xxxxxxx 2013-cü il tarixdə “xxxx” firmasının ofisinə getmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs bir daha onlara həmin ticarət mərkəzinin Mərhəmətin özünün rəhbərlik etdiyi firma tərəfindən özünə məxsus torpaq sahəsində inşa edildiyini və bütün işlərin tam qanuna uyğun şəkildə icra edildiyini bildirmişdir. Elə həmin gün, yəni xx xxxxxxx 2013-cü il tarixdə müqavilə bağlanmışdır. Müqaviləni firma tərəfindən satıcı qismində Təqsirləndirilən şəxs, alıcı qismində isə o, özü imza etmişdir. Müqavilə şərtlərinə görə “xxxx” firmasına məxsus ünvan 11 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsində yerləşən 130 kvadrat metr sahəsi olan nömrəsiz mağaza 520.000 manata ona satılmışdır. Elə həmin gün də şəxsən Təqsirləndirilən şəxs əri 520.000 manat pul vermişdir. Buna dair Mərhəmət tərəfindən xx xxxxxxx 2013-cü il tarixli maliyyə arayışı verilmişdir. Qeyd edilən müqavilə üzrə aldığı mağazanı təmir etdirməmiş, heç bir əlavə xərc çəkməmişdir. Həmin ticarət mərkəzində olan mağazalar şərti nömrələr üzrə satılmışdır. Mağazaların arası müvəqqəti xarakter daşıyan materiallarla ayrılmışdır. Sonradan Təqsirləndirilən şəxs ona satdığı mağazanı, eləcə də bütövlükdə binanı ASC “xxxx” Bankına girov qoyub külli miqdarda kredit götürdüyü ona məlum olmuşdur. Əvvəlcədən onun barəsində xəbəri olmamışdır. Sonradan isə kredit üzrə ödənişləri etməmişdir. Aldığı mağazadan neçə illərdir ki, girovda olduğu üçün istifadə edə bilmir. Ona ümumilikdə 520.000 manat maddi ziyan dəymişdir. Dəymiş maddi ziyanı Təqsirləndirilən şəxs tələb edir. Məhkəmə iclasında ona təqdim edilmiş cinayət işinin 2-ci cild 104-cü vərəqəsində olan müqavilə və 105-ci vərəqədə olan pulun ödənilməsinə dair arayışa əsasən zərərçəkmiş şəxs bildirmişdir ki, ona təqdim olunmuş sənədlərin kserosurəti olduğundan onun imzası düşməmiş və özündə olan həmin sənədlərin nüsxələrini göstərərək imzaların ona məxsus olmasını bildirmişdir. Həmin epizodla əlaqədar məhkəmə aşağıdakı sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin 2-ci cild 104-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxxx 2013-cü il tarixli, M-ƏK 30/10 №-li müqavilədən görünür ki, Satıcı “xxxx” MMC-nin şəxsində direktor Təqsirləndirilən şəxs ilə Alıcı Zərərçəkmiş şəxs5 arasında bağlanmış müqaviləyə əsasən, ünvan 2 ünvanında yerləşən “xxxx” firmasına məxsus obyektin 1-ci mərtəbəsində Satıcı-ya məxsus ərazidə inşa edilən 130 kv.m-dən ibarət olan yerin Alıcı-ya satılması nəzərdə tutulmuşdur. Müqavilə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs5 tərəfindən imzalanmışdır. Müqavilə predmetinin qiyməti 520.000 AZN müəyyən edilmişdir. Cinayət işinin 2-ci cild 105-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış “xxxx” firmasının direktoru Bəşirov.M.B tərəfindən imzalanmış arayışdan görünür ki, Zərərçəkmiş şəxs5 aldığı ünvan 2 ünvanında yerləşən “xxxx” firması tərəfindən inşa edilən ticarət mərkəzində ümumi sahəsi 130 kv.m olan 1-ci mərtəbədə yerləşən ticarət sahəsinin dəyəri olan 520.000 manatı tam ödəmişdir. Təqsirləndirilən şəxs vəzifə səlahiyyətindən sui-istifadə edərək qeyri-yaşayış sahələrinə sahiblik etmək, ondan sərbəst istifadə etmək və sərəncam verməklə bağlı Zərərçəkmiş şəxs4 mülkiyyət hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurması epizodu üzrə məhkəmə aşağıdakıları müəyyən etmişdir: Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə tanışı X9 vasitəsi ilə tanış olmuşdur. Təxminən 2008-ci və ya 2009-cu ildə Akif ona yaxını Təqsirləndirilən şəxs “xxxx” firmasının rəhbəri olmaqla özünə məxsus ünvan 11 ünvanında yerləşən torpaq sahəsində ticarət mərkəzi tikdiyini bildirdikdə, onu Mərhəmətlə tanış etməsini və onun həmin tikiliyə investisiya qoyub qazanc əldə edəcəyini bildirmişdir. Bundan sonra o, Mərhəmətlə görüşüb bu haqda danışmışdır. Təqsirləndirilən şəxs tikinti işlərinə başladığını, yekunlaşdırmaq üçün onun pula, yəni investisiya qoyuluşuna ehtiyacı olduğunu bildirmişdir. Mərhəmətlə razılaşaraq bəzən nağd şəkildə pul, bəzən də tikinti materialı alaraq ona vermişdir. O, Təqsirləndirilən şəxs rəhbərliyi ilə “xxxx” firmasının mülkiyyətində olan ünvan 11 ünvanında yerləşən torpaq sahəsində tikilən ticarət mərkəzinin yerləşməsi və layihəsini bəyəndiyi üçün oradan iki ədəd mağaza almaq qərarına gələrək bu haqda Mərhəmətə demişdir. Mərhəmət razılaşaraq ona ticarət mərkəzinin 2-ci mərtəbəsində hər biri 38,85 kvadrat metr olan, yanaşı yerləşən 17 və 17A saylı mağazaların hər kvadrat metrini 2000 manata sata biləcəyini demişdir. Bundan sonra xx xxxx 2010-cu il tarixdə dostu X59 ilə birlikdə “xxxx” firmasının ofisinə getmişlər. Orada Təqsirləndirilən şəxs həmin tikilidən mağaza almaq barədə fikrini bir daha bildirmişdir. Mərhəmətə alacağı mağazanın birini oğlu Fuad Hüseynovun, digərini isə dostu Faiq Rəhimovun adına sənədləşdirməsini təklif etmişdir. Bundan sonra X46 Bəşirov arasında xx xxxx 2010-cu il tarixli M H-F/01-10 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilə əsasında ticarət mərkəzinin 2-ci mərtəbəsindən 38,85 kvadrat metr sahəsi olan 17 nömrəli mağaza Faiqin adına olmaqla ona satılmışdır. Həmçinin həmin gün onunla Təqsirləndirilən şəxs arasında xx xxxx 2010cu il tarixli M H-F/01-10 nömrəli müqavilə bağlanmışdır. Müqavilədə alıcı qismində oğlu Fuad Hüseynov qeyd edilsə də, müqavilədə onun adının qarşısından özü imza etmişdir. Həmin müqavilə əsasında ticarət mərkəzinin 2-ci mərtəbəsindən 38,85 kvadrat metr sahəsi olan 17A nömrəli mağaza oğlu Fuadın adına olmaqla ona satılmışdır. Elə həmin gün Mərhəmətə hər iki müqavilə üzrə nəzərdə tutulan 155.400 manat pulu nağd ödəmiş və buna dair Mərhəmət maliyyə arayışlarını vermişdir. Sonradan Təqsirləndirilən şəxs satdığı sahələri, eləcə də bütövlükdə binanı xəbəri olmadan ASC “xxxx” Bankına girov qoyub və külli miqdarda kredit götürüb, kredit üzrə də ödənişləri etmədiyi ona məlum olmuşdur. Buna görə də aldığı sahələrdən neçə illərdir ki, istifadə edə bilmir. Müqavilələr bağlanan zaman sənəd üzərində təsisçi Arif Bəşirov olsa da, faktiki olaraq bütün işlərə Mərhəmət rəhbərlik etmiş və hər kəs də rəhbər şəxs kimi məhz Mərhəməti tanımışdır. Mərhəmətlə razılaşaraq tikinti işləri üçün qoyulan pullar tamamilə özünə məxsus olmuşdur. Həmin pulların Akif Mustafayevə heç bir aidiyyəti olmamışdır. Həmçinin aldığı iki ədəd mağazanı borc əvəzinə deyil, Faiqin yanında nağd olaraq Mərhəmətə 155.400 manat verərək almış, həmin mağazaların alınması ilə bağlı söhbətlər və yekun razılaşma da Arif Bəşirovla deyil, məhz Təqsirləndirilən şəxsla olmuşdur. O, Təqsirləndirilən şəxs öz yerini, yəni Bakı şəhəri, S.Vurğun küçəsində yerləşən binadan 72 kv. metri tələb edir. Məhkəmə iclasında ona təqdim edilmiş cinayət işinin 3-cü cild 244-246-cı vərəqələrində olan müqavilə, arayışa və həmin sənədlərdə olan imzalara əsasən Zərərçəkmiş şəxs4 bildirmişdir ki, təqdim olunmuş müqavilə və arayış onun oğlu tərəfindən imzalanmışdır. Verdiyi pulun məbləği arayışda yazılmasa da pulu tam ödəməyi göstərilmişdir. O, tikili üçün mal materialı təqsirləndirilən şəxsin qardaşı Arifə vermiş, təqsirləndirilən şəxsə verməmişdir. Qeyd olunan müqavilələr X59 və X22 adına bağlansa da, müqavilələr üzrə ödənişlər Zərərçəkmiş şəxs4 tərəfindən həyata keçirildiyindən iş üzrə zərərçəkmiş şəxs qismində Zərərçəkmiş şəxs4 tanınmışdır. Həmin epizodla əlaqədar məhkəmə aşağıdakı sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin 3-cü cild 241-242-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxx 2010-cu il tarixli, M H-F/01-10 №-li müqavilədən görünür ki, Satıcı “xxxx” MMC-nin şəxsində direktor Təqsirləndirilən şəxs ilə X25 arasında bağlanmış müqaviləyə əsasən, ünvan 2 ünvanında yerləşən “xxxx” firmasına məxsus obyektin 2-ci mərtəbəsində Satıcı-ya məxsus ərazidə inşa edilən 38.85 kv.m-dən ibarət olan 17 №-li mağazanın Alıcı-ya satılması nəzərdə tutulmuşdur. Müqavilə Təqsirləndirilən şəxs və X59 tərəfindən imzalanmışdır. Müqavilə predmetinin qiyməti hər bir kvadrat üçün 2.000 manat olmaqla, ümumi 77.700 AZN müəyyən edilmişdir. Cinayət işinin 3-cü cild 247-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış “xxxx” firmasının direktoru Bəşirov.M.B tərəfindən imzalanmış arayışdan görünür ki, X39 aldığı ünvan 2 ünvanında yerləşən “xxxx” firması tərəfindən inşa edilən ticarət mərkəzində ümumi sahəsi 38.85 kv.m olan 2-ci mərtəbədə yerləşən 17 №-li mağazanın dəyərini tam ödəmişdir. Cinayət işinin 3-cü cild 244-245-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxx 2010-cu il tarixli, M H-F/01-10 №-li müqavilədən görünür ki, Satıcı “xxxx” MMC-nin şəxsində direktor Təqsirləndirilən şəxs ilə X12 arasında bağlanmış müqaviləyə əsasən, ünvan 2 ünvanında yerləşən “xxxx” firmasına məxsus obyektin 2-ci mərtəbəsində Satıcı-ya məxsus ərazidə inşa edilən 38.85 kv.m-dən ibarət olan 17A №-li mağazanın Alıcı-ya satılması nəzərdə tutulmuşdur. Müqavilə Təqsirləndirilən şəxs və X40 tərəfindən imzalanmışdır. Müqavilə predmetinin qiyməti hər bir kvadrat üçün 2.000 manat olmaqla, ümumi 77.700 AZN müəyyən edilmişdir. Cinayət işinin 3-cü cild 246-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış “xxxx” firmasının direktoru Bəşirov.M.B tərəfindən imzalanmış arayışdan görünür ki, X22 aldığı ünvan 2 ünvanında yerləşən “xxxx” firması tərəfindən inşa edilən ticarət mərkəzində ümumi sahəsi 38.85 kv.m olan 2-ci mərtəbədə yerləşən 17A №-li mağazanın dəyərini tam ödəmişdir. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şəhidlərin ifadələri ilə yanaşı istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəyini, müqavilələri, mühasibat sənədlərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin 2-ci cild 155-160-cı vərəqələrində olan “xxxx” firmasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin Bakı Bölgə Şöbəsində qeydiyyata alınmış Nizamnaməsinin kserosurətindən görünür ki, “xxxx” firması xx xxx 1997-ci ildə təsis edilmişdir. Hüquqi ünvanı ünvan 9-dir. Bakı şəhəri “xxxx” müstəqil kiçik dövlət müəssisəsinin bazasında yaradılmışdır. Nizamnamə kapitalı köhnə məzənnə ilə ********* manat təşkil etmişdir. Müəssisənin əsas fəaliyyət istiqamətlərinə görə müəssisə müstəqil müqavilə və öhdəçiliklərə görə müvafiq istehsaltəsərrüfat planını hazırlayır və təsdiq edir. Həmçinin, Müəssisə öz məhsullarını, xidmət və işləri, habelə təsərrüfat mallarını mövcud qaydada müvafiq olaraq, ya müstəqil, ya da müqavilə əsasında tariflər üzrə özünün maliyyələşmənin zəruriliyini və bazar konyukturasını nəzərə almaqla qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla manata satır; bu Nizamnamənin mövcud müddəalarına müvafiq olaraq vəsaiti və əmlakı barədə sərəncam verir; müxtəlif növ əməliyyatları (alqı-satqı, mübadilə, podrat işi, daşınma və.s) və digər hüquqi aktları idarə, müəssisə, bank və digər hüquqi şəxslərdə daxil olmaqla həyata keçirir və.s. Cinayət işinin 2-ci cild 246-247-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış “xxxx” firmasının xx xxxxxx 1998-ci il tarixdə təsdiq edilmiş və xx xxxxxx 2011-ci il tarixdə edilmiş dəyişiklikdən görünür ki, müəssisənin nizamnamə kapitalı 31317.20 manat müəyyən edilmiş və təsisçi X32 payı 100 %, yəni 31317.20 manat pul şəklində təşkil edir. Nizamnaməsinə əsasən, müəssisənin rəhbəri- direktoru müəssisənin adından etibarnaməsiz (vəkalətnaməsiz) fəaliyyət göstərmək, müəssisənin operativ idarə edilməsini həyata keçirmək, üçüncü şəxslərlə münasibətdə, o cümlədən, məhkəmədə müəssisəni təmsil etmək, ümumi yığıncağın təsdiqinə verilən sənədləri hazırlamaq, müəssisənin adından əqdlər bağlamaq, etibarnamələr vermək, rəsmi sənədləri imzalamaq kimi təşkilati-sərəncamverici funksiyalara malik vəzifəli şəxsdir. Cinayət işinin 2-ci cild 244-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış “xxxx” firmasının direktoru Ağayev.X.M-in xx xxxxxxxx 2008-ci il tarixli, 5 №-li əmrindən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2008-ci il tarixdə “xxxx” firmasında İnşaat işləri üzrə direktor müavini vəzifəsinə təyin edilmişdir. Cinayət işinin 2-ci cild 169-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış “xxxx” firmasının direktoru Arif Bəşirovun xx xxxxxx 2009-cu il tarixli, 8 №-li əmrindən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2009-cu il tarixdə “xxxx” firmasına direktor vəzifəsinə təyin edilmişdir. Cinayət işinin 1-ci cild 108-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısı Abdin Fərzəliyevin xx xxxx 2008-ci il tarixli, 327 №-li sərəncamından görünür ki, “xxxx” firmasına məxsus qeyriyaşayış binasının sökülüb, razılaşdırılmış layihəyə uyğun mövcud ölçülərdə əsaslı bərpa edilməsinə icazə verilmişdir. Cinayət işinin 2-ci cild 28-29-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış “Özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alqı-satqısı” barədə xx.xx.2009-cu il tarixli, 2308 №-li müqavilədən görünür ki, Satıcı qismində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin şəxsində sədr müvaini X41 və Alıcı “xxxx” firmasının direktor müavini A.Bəşirov arasında bağlanmış müqaviləyə görə ünvan 2 ünvanındakı qeyri-yaşayış binasının istifadəsində olan 0,2704 kv.m torpaq sahəsi alıcı “xxxx” firmasına satılmışdır. Cinayət işinin 1-ci cild 107-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* №-li MA seriyalı çıxarışdan görünür ki, ünvan 11 ünvanında yerləşən 0,2704 ha torpaq sahəsi xx xxxx 2010-cu il tarixdə, ********** qeydiyyat nömrəsi ilə “xxxx” firmasının tam mülkiyyətinə verilmişdir. Həmin çıxarış daşınmaz əmlakın dövlət reyestrində 262 nömrəli reyestr kitabının 24372 nömrəli vərəqində qeydiyyata alınmışdır. Cinayət işinin 1-ci cild 187-ci vərəqsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxx 2019-cu il tarixli baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş çıxarışlardan görünür ki, “xxxx” firmasının kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatları müəyyənləşdirmək üçün Azərbaycan Respublikası Vergilər Nazirliyinin internet səhifəsinə baxış keçirilmiş və baxış zamanı xxxx firmasının xx.xx.1998-ci il tarixdə dövlət qeydiyyatına alındığı müəyyən edilmişdir. VÖEN kodu **********-dir. Hüquqi ünvanı ünvan 12 Qanuni təmsilçisi X24r. Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində vergi uçotuna alınmışdır. Cinayət işinin 2-ci cild 3-20-ci vərəqələrində olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən daxil olmuş xx xxxxxx 2020-ci il tarixli, **********78 №-li məktubdan və məktuba əlavə edilmiş sənədlərdən görünür ki, “xxxx” firmasının adına xx.xx.2010-cu il tarixində ünvan 2 qeyri-yaşayış binası və qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi; xx.xx.2012-ci il tarixində ünvan 13 ünvanda yerləşən qeyri-yaşayış binası qeydiyyatdan keçmişdir. Təqsirləndirilən şəxs adına isə qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Cinayət işinin 2-ci cild 26-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən verilmiş arayışdan görünür ki, ünvan 2 ünvanındakı qeyri-yaşayış binası və qeyri-yaşayış binasının yerləşdiyi 0,2704 ha torpaq sahəsi “xxxx” firmasının mülkiyyətindədir. Cinayət işinin 2-ci cild 273-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxxxx 2013-cü il tarixli girov/ipoteka qismində təklif olunan əmlakın mövcudluğunun yoxlanılması aktından görünür ki, girov predmeti ünvan 11 ünvanında yerləşən 0,2704 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilən, zirzəmi və 5 (beş) mərtəbədən ibarət, ümumi sahəsi 16100,5 kv.m., əsas sahəsi 16043,1 kv.m olan qeyri-yaşayış binasıdır. Cinayət işinin 2-ci cild 181-185-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxxx 2013-cü il tarixli **********30113 3-li kredit xətti müqaviləsindən görünür ki, kredit müqaviləsinin tərəfləri qismində ASC “xxxx” Bankının Baş filialının direktoru X21 şəxsində ASC “xxxx Bank” ı və Borcalan qismində Təqsirləndirilən şəxs iştirak etmişlər. Müqaviləyə əsasən ******* (yeddi milyon) ABŞ dolları məbləğində, illik 16 % ödənilməsi şərti ilə Borcalana kredit verilmişdir. Cinayət işinin 2-ci cild 192-193-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxx 2013-cü il tarixli xx.xx.2013-cü il tarixli **********30113 nömrəli kredit müqaviləsinə 1 №-li əlavə sazişdən görünür ki, kredit xəttinin limiti əlavə 3.000.000 manat məbləğində artırılmışdır. Cinayət işinin 2-ci cild 194-195-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxx 2014-cü il tarixli xx.xx.2013-cü il tarixli **********30113 nömrəli kredit müqaviləsinə 2 №-li əlavə sazişdən görünür ki, kredit xəttinin limiti əlavə 4.000.000 manat məbləğində artırılmışdır. Cinayət işinin 1-ci cild 174-181-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxx 2015-ci il tarixli **********58815 №-li kredit xətti müqaviləsindən və müqaviləyə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, kredit müqaviləsinin tərəfləri qismində ASC “xxxx” Bankının Baş filialının direktoru X21 şəxsində ASC “xxxx” Bankı və Borcalan qismində Təqsirləndirilən şəxs iştirak etmişlər. Müqaviləyə əsasən xx.xx.2018-ci il tarixədək, 17.000 000 (on yeddi milyon) ABŞ dolları məbləğində, illik 16 % ödənilməsi şərti ilə Borcalana Bakı şəhəri, Nərimanov rayonu, S.Vurğun 120 ünvanında yerləşən “Yasmin” Ticarət və Əyləncə Mərkəzində təmir, tikinti və quraşdırma aparılması üçün verilir. Həmçinin, Borcalanın bu Müqavilə üzrə yaranmış öhdəliklərinin icrasının təminatı qismində xx xxxx 2015-ci il tarixli **********58815/SİM sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan əmlak çıxış edir. Cinayət işinin 1-ci cild 182-187-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxx 2015-ci il tarixli **********58815/SİM sonrakı ipoteka müqaviləsindən görünür ki, müqavilənin tərəfləri qismində ASC “xxxx” Bankının Baş filialının direktoru X21 şəxsində ASC “xxxx” Bankı İpoteka saxlayan və İpoteka qoyan qismində Təqsirləndirilən şəxs iştirak etmişlər. Müqavilənin predmeti Kredit xətti müqaviləsinə əsasənn üzərinə götürdüyü öhdəliklərin icrsını, yəni, 17.000 000 ABŞ dolları borcun ödənilməsini təmin etmək məqsədilə İpoteka qoyana mülkiyyət hüququ əsasında məxsus olan əmlakın İpoteka saxlayanın ipoteka hüququ ilə yüklü edilməsidir. İpotekanın predmeti qismində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların qabaqcadan qeydiyyatı barədə Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2010-cu il tarixli Arayışa (reyestr №-si: **********79-06302; qeydiyyat №-si: **********) əsasən İpoteka qoyanın ünvan 2 ünvanında mülkiyyətində olan 0,2704 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilən, zirzəmi və 5 (beş) mərtəbədən ibarət, ümumi sahəsi 16100,5 kv.m., əsas sahəsi 16043,1 kv.m olan qeyri-yaşayış binasıdır. Cinayət işinin 1-ci cild 188-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* №-li RX seriyalı çıxarışa əsasən ünvan 2 qeyri-yaşayış binası və 0,2704 ha torpaq sahəsi ASC “xxxx” Bank Baş filialının xeyrinə yüklü edilmişdir. Cinayət işinin 2-ci cild 151-154-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış baxış keçirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 195.2 və 308.2-ci maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinə baxış keçirilərək zəruri sənədlərin kserosurətləri çıxarılıb iş materiallarına əlavə edilmişdir. Cinayət işinin 2-ci cild 165-168-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respubublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X13 X5 Ekspertiza Baş İdarəsinin xx xxxx 2011-ci il tarixli 12657/10429 nömrəli rəyin surətindən görünür ki, ünvan 11 ünvanında 5 mərtəbəli (+mansard) məişət binası bütün işlərin Azərbaycan Respubublikası qanunvericiliyində müəyyənləşdirilmiş qaydada həyata keçirilməsi şərti ilə irad yoxdur. Cinayət işinin 2-ci cild 186-191-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxxx 2013-cü il tarixli **********30113/SİM №-li sonrakı ipoteka müqaviləsindən görünür ki, "xxxx” firmasına məxsus olması qeyd olunan ünvan 2 ünvanında yerləşən 0.2704 ha torpaq sahəsində inşa edilən zirzəmi və beş mərtəbədən ibarət, ümumi sahəsi 16100.5 kv.m., əsas sahəsi 16043.1 kv.m. olan qeyri-yaşayış binasından xxxxnın “Baş” filialının direktoru X38 ilə “xxxx” firmasının direktoru Təqsirləndirilən şəxs arasında bağlanmış x xxxxxxx 2013-cü il tarixli **********30113 nömrəli kredit müqaviləsinin təminatı kimi girov müqaviləsi bağlananadək 30 müqavilə ilə 1872.27 kv.m. qeyri-yaşayış sahəsinin ******* manata və 994000 ABŞ dollarına (manat ekvivalentində 777100 manata), ümumilikdə manat ekvivalentində ******* manata (3972273+777100=4749373) satıldığı halda, həmin əmlaklar ASC “xxxx” Bankının “Baş” filialının direktoru X38 ilə “xxxx” firmasının direktoru Təqsirləndirilən şəxs arasında bağlanmış x xxxxxxx 2013-cü il tarixli **********30113 nömrəli kredit müqaviləsinin təminatı kimi, həmçinin, 31 müqavilə ilə 1933.27 kv.m. qeyri-yaşayış sahəsinin ******* manata və 994000 ABŞ dollarına (manat ekvivalentində 777100 manata), ümumilikdə manat ekvivalentində ******* manata (4092273+777100= 4869373) satıldığı halda həmin əmlaklar ASC “xxxx” Bankının “Baş” filialının direktoru X38 ilə “xxxx” firmasının direktoru Təqsirləndirilən şəxs arasında bağlanmış x xxxx 2015-ci il tarixli **********658815 nömrəli kredit müqaviləsinin təminatı kimi girov qoyulmuşdur. Cinayət işinin 2-ci cild 212-231-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxx 2019-cu il tarixli baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, “xxxx” firması tərəfindən ünvan 11 ünvanında inşa edilən “Yasmin” ticarət mərkəzinə baxış keçirilmiş və müəyyən edilmişdir ki, kompleks 2 səviyyəli zirzəmi (-2 və -1-ci mərtəbələr), 5 mərtəbə (1, 2, 3, 4 və 5-ci mərtəbələr) və 1 mərtəbə mansarddan (6-cı mərtəbə) ibarətdir. Kompleksin -2 və -1-ci mərtəbələri yeraltı, digər mərtəbələri isə yerüstüdür. Kompleks ümumilikdə dəmir-beton kostruksiyalardan inşa edilmişdir. Kompleksin -2-ci mərtəbəsi 84 yerlik avtodayanacaq, -1ci mərtəbəsi hamam və restoran kimi fəaliyyət göstərir. 1 və 2-ci mərtəbələrdə mağazalar, 3-cü mərtəbədə qismən mağaza və otel, 4 və 5-ci mərtəbələrdə otel, 6-cı, yəni mansard hissədə isə oyun zalı, kinozal və əyləncə mərkəzi nəzərdə tutulmuşdur. Kompleksdə mövcud olan mağazaların arakəsmələri müvəqqəti olmaqla yeri dəyişdiriləbilən olduğundan hər bir mağazanın ayrı-ayrılıqda ölçüb sərhədlərini müəyyən etmək mümkün olmamışdır. Baxış zamanı kompleksin -2-ci mərtəbəsinin 2638,95 kvadrat metr, -1-ci mərtəbəsinin 2655,99 kvadrat metr, 1-ci mərtəbəsinin 2761,14 kvadrat metr, 2, 3, 4 və 5-ci mərtəbələrin hər birinin 2544,08 kvadrat metr, 6-cı mərtəbəsinin 2452,2 kvadrat metr olmaqla, ümumilikdə 20.684,6 kvadrat metr olduğu müəyyən edilmişdir. Baxış istintaq hərəkətinin aparılmasında iştirak edən Təqsirləndirilən şəxs 2009-2014-cü illər ərzində çoxlu sayda şəxslərə həmin ticarət mərkəzindən mağazalar satıb pulunu aldıqdan sonra müvafiq maliyyə arayışlarının verildiyini, lakin, sonradan pula ehtiyacı olduğundan ASC “xxxx” Bankından 17.000.000 ABŞ dolları məbləğində kredit götürərkən həmin kompleksdən ayrı-ayrı şəxslərə mağazalar satdığını banka bəyan etmədən bütövlükdə qeyri-yaşayış binasını banka girov qoyduğunu bildirmişdir. Baxış zamanı Samsung markalı fotoaparatla fotoşəkillər çəkilmişdir. Cinayət işinin 4-cü cild 203-221-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdrılmış xx xxxxxx 2010-cu il tarixli qiymətləndirmə barədə ümumi məlumatdan görünür ki, “xxxx” firmasının sifarişi əsasında Biləndər qiymətləndirmə şirkəti tərəfindən ünvan 2 ünvanında yerləşən torpaq sahəsinin və həmin torpaq sahəsindəki qeyri-yaşayış binasının qiymətləndirilməsi aparılmış və müəyyən edilmişdir ki, həmin torpaq sahəsinin və qeyri-yaşayış binasının bazar dəyəri 17.590.000 manat, likvid dəyəri isə 16.535.000 manat təşkil edir. Cinayət işinin 4-cü cild 224-231-ci vərələində olan və məhkəmədə tədqiq edilərək araşdrılmış xx xxxx 2011-ci il tarixli əmlakın qiymətləndirilməsi barədə ekspert rəyindən görünür ki, “xxxx” firmasının sifarişi əsasında “xxxx” MMC Qiymətləndirici şirkəti tərəfindən ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasının qiymətləndirilməsi aparılmış və müəyyən edilmişdir ki, həmin qeyri-yaşayış binasının dəyəri 7.482.000 manatdır. Cinayət işinin 4-cü cild 234-246-cı vərələində olan və məhkəmədə tədqiq edilərək araşdrılmış xx xxxxxxxx 2013-cü il tarixli rəydən görünür ki, “xxxx” firmasının sifarişi əsasında “Roveks Konmark” Konsaltinq şirkəti tərəfindən ünvan 2 ünvanında yerləşən torpaq sahəsinin və həmin torpaq sahəsində olan qeyri-yaşayış binasının qiymətləndirilməsi aparılmış və müəyyən edilmişdir ki, həmin torpaq sahəsinin bazar qiyməti 5.400.000 AZN, likvid dəyəri 5.000.000 AZN; qeyri-yaşayış binasının bazar dəyəri 17.600.000 AZN, likvid dəyəri 14.000.000 manatdır. Ümumilikdə, cəmi bazar dəyəri 23.000.000 AZN, likvid dəyəri isə 19.000.000 AZN təşkil edir. Cinayət işinin 2-ci cild 249-264-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış baxış keçirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli protokolla götürülüb iş materiallarına əlavə edilmiş xx xxxx 2019-cu il tarixli “xxxx” Bank ASC tərəfindən xxxx firmasına ayrılmış kreditin alınması və istifadəsi ilə bağlı aparılmış araşdırılmalara dair mütəxəssis rəyinə əsasən aşağıdakılar müyyən edilmişdir: -ASC “xxxx” Bankının "Baş” filialının direktoru X38 ilə “xxxx” firmasının direktoru Təqsirləndirilən şəxs arasında digər bank qarşısında mövcud olan kredit borcunun tam həcmdə ödənilməsi və tikinti işlərinin tamamlanması üçün 60 ay müddətinə, illik 6 faizlə 7.000.000 manat kreditin alınması üçün x xxxxxxx 2013-cü il tarixli **********30113 nömrəli kredit müqaviləsi və eyni tarixli **********30113/SİM nömrəli sonrakı ipoteka müqaviləsi bağlanmış, müqavilələrə edilən əlavə sazişlərlə kredit məbləği 14.000,000 manat olmuşdur. -“xxxx” firmasına verilmiş 14.000.000 manat kreditdən 947.53 manatı su sayğaclarının quraşdırılması üçün Alfasu müəssisəsinə, 645.716 manatı alınmış evlər üçün satıcılara, 14.400 manatı Dövlət Sosial Müdafiə Fonduna, 55.184 manatı əmlak sığortası üçün, 4704.66 manatı müqaviləyə əsasən təşkilatlara, 1.300 manatı su haqqı üçün, 1485.39 manatı əlavə dəyər vergisi vergi hesab fakturaları əsasında qarşı tərəfin depozit hesablarına, 34613.72 manatı bank xidmət haqqına, 5.420.327 manatı əvvəlki dövrlərdə alınmış kreditin və ona hesablanmış faizlərin ödənilməsi üçün firmanın “xxxx” ASC-də olan hesabına, 1.542.907,65 manatı kredit faizlərinin ödənilməsinə, 907.834,11 manatı konvertasiya edilərək firmanın USD hesabına (həmin vəsait ******* ABŞ dollarına konvertasiya olunmuş və həmin məbləğin ******* ABŞ dolları mal satan təşkilatlara, 1800 ABŞ dolları bank xidmət haqqına ödənilmiş) köçürülmüş, 5.370.579,94 manatı isə firmanın kassasına mədaxil olunmaq üçün bankdan nağd qaydada götürülmüşdür. -ASC “xxxx” Bankının “Baş” filialının direktoru Əliyeva Elvira F?aşitovna ilə “xxxx” firmasının direktoru Təqsirləndirilən şəxs arasında Bakı şəhəri, Nərimanov rayonu, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən “Yasmin” Ticarət və Əyləncə Mərkəzində təmir, tikinti və quraşdırma işlərinin aparılması üçün illik 16 faizlə 17.000.000 USD kredit alınması üçün x xxxx 2015-ci il tarixdli **********658815 nömrəli kredit müqaviləsi və eyni tarixli **********58815/SİM nömrəli sonrakı ipoteka müqaviləsi bağlanmışdır. -2014-cü ildə xxxx firmasının USD hesabına hesablaşma hesabından konventasiya edilərək ******* ABŞ dolları məbləğində pul vəsaiti daxil olmuş və həmin vəsaitdən ******* ABŞ dolları mal-material alınması üçün təşkilatlara ödənilmiş, 1800 ABŞ dolları isə bank xidmət haqqına silinmişdir. -2015-ci ildə "xxxx” firmasının USD hesabına 17.000.000 ABŞ dolları məbləğində kredit məbləği daxil olmuş və həmin məbləğin 16.988.618,17 ABŞ dolları manata konvertasiya olunmaqla firmanın hesablaşma hesabına köçürülmüş, qalan 11381,83 ABŞ dolları isə bank xidmət haqqına silinmişdir. -Hesablaşma hesabına köçürülmüş vəsaitin 11.376.420,82 manatı x xxxxxxx 2013cü il tarixli **********30113 nömrəli kredit xətti müqaviləsi üzrə əsas kredit borcunun ödənilməsinə, 1.645.933,19 manatı kredit faizlərinin ödənilməsinə, 160.465,86 manatı müqaviləyə əsasən təşkilatlara, 70200 manatı əmlak sığortası üçün, 2.623.579,18 manatı vaxtı keçmiş kredit borclarının ödənilməsinə, 1131.53 manatı əlavə dəyər vergisi vergi hesab fakturaları əsasında qarşı tərəfin depozit hesablarına, 9919.11 manatı bank xidmət haqqına ödənilmiş, 1.930.660 manatı isə firmanın kassasına mədaxil olunmaq üçün bankdan nağd qaydada götürülmüşdür. -Ümumilikdə bankdan nağd qaydada götürülmüş 7.301.239,94 manat (5370579.94+1930660=7301239.94 manat) pul vəsaitlərindən 575835 manat və 50408 ABŞ dolları (ABŞ dollarının manata ekvivalenti 52888 manat), cəmi manat ekvivalentində 628723 manatının xərclənməsi və mal-material, iş- xidmət alınması barədə sənədlər olmuş, qalan 6.672.516,94 manat pul vəsaitinin xərclənməsini təsdiq edən sənədlər araşdırmaya təqdim edilməmişdir. -Bundan əlavə, firmanın hesablaşma hesabına kassasından ümumilikdə, 141754.18 manat pul vəsaiti daxil olmuş və həmin vəsaitin 133665 manatı kredit faizlərinin ödənilməsinə, 1277.98 manatı notarial qaydada aparılan əməliyyatların xidmət haqqına, 255.2 manatı müqaviləyə əsasən təşkilatlara, 4780 manatı əlavə dəyər vergisi vergi hesab fakturaları əsasında qarşı tərəfin deposit hesablarına, 1719.03 manatı konventasiya edilərək firmanın USD hesabına, 46.97 mnatı bank xidmət haqqına ödənilmişdir. -Cinayət işinin materiallarında olan sənədlərə əsasən "xxxx” firmasına məxsus olması qeyd olunan ünvan 2 ünvanında yerləşən 0.2704 ha torpaq sahəsində inşa edilən zirzəmi və beş mərtəbədən ibarət, ümumi sahəsi 16100.5 kv.m., əsas sahəsi 16043.1 kv.m. olan qeyri-yaşayış binasından xxxxnın “Baş” filialının direktoru X38 ilə “xxxx” firmasının direktoru Təqsirləndirilən şəxs arasında bağlanmış x xxxxxxx 2013-cü il tarixli **********30113 nömrəli kredit müqaviləsinin təminatı kimi girov müqaviləsi bağlananadək 30 müqavilə ilə 1872.27 kv.m. qeyri-yaşayış sahəsinin ******* manata və 994000 ABŞ dollarına (manat ekvivalentində 777100 manata), ümumilikdə manat ekvivalentində ******* manata (3972273+777100=4749373) satıldığı halda, həmin əmlaklar ASC “xxxx” Bankının “Baş” filialının direktoru X38 ilə “xxxx” firmasının direktoru Təqsirləndirilən şəxs arasında bağlanmış x xxxxxxx 2013-cü il tarixli **********30113 nömrəli kredit müqaviləsinin təminatı kimi, həmçinin, 31 müqavilə ilə 1933.27 kv.m. qeyri-yaşayış sahəsinin ******* manata və 994000 ABŞ dollarına (manat ekvivalentində 777100 manata), ümumilikdə manat ekvivalentində ******* manata (4092273+777100= 4869373) satıldığı halda həmin əmlaklar ASC “xxxx” Bankının “Baş” filialının direktoru X38 ilə “xxxx” firmasının direktoru Təqsirləndirilən şəxs arasında bağlanmış x xxxx 2015-ci il tarixli **********658815 nömrəli kredit müqaviləsinin təminatı kimi girov qoyulmuşdur. -“xxxx” firmasına məxsus olması qeyd olunan ünvan 2 ünvanında, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş, xx.xx.2010-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarış əsasında mülkiyyətdə olan 0,2704 ha torpaq sahəsində, ümumi sahəsi 16100 kv.m olan qeyri-yaşayış binası üçün Hüquqların qabaqcadan qeydiyyatı barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş, ********** nömrəli, xx.xx.2010-cu il tarixli arayışın verilməsi tarixinədək “xxxx” firmasının rəhbəri Təqsirləndirilən şəxs tərəfindən 15 nəfərə 16 müqavilə üzrə 952.07 kv.m qeyri-yaşayış sahəsinin ******* manata və 994000 ABŞ dollarına (manat ekvivalentində 777100 manata), ümumilikdə manat ekvivalentində ******* manata (1271915+777100=2049015) satılmışdır.Qeyd olunan qeyri-yaşayış sahəsinin satılması barədə müqavilələr bağlandığı və dəyərinin ödənilməsi barədə arayışlar verildiyi halda, ümumi sahəsi 16100 kv.m olan qeyri-yaşayış binası üçün Hüquqların qabaqcadan qeydiyyatı barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş, ********** nömrəli, xx.xx.2010-cu il tarixli arayışın alınması zamanı həmin məlumatlar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə verilməmiş və qeyd olunan torpaq sahəsi və qeyri-yaşayış binası “xxxx” firmasının əmlakı kimi qeyd olunmuşdur. -“xxxx” X76 Cəmiyyətinin Baş Filialının direktoru X47 ilə “xxxx” firmasının direktoru Təqsirləndirilən şəxs arasında ******* manat kredit alınması üçün bağlanmış xx xxxxxxx 2013-cü il tarixli, **********30113 nömrəli kredit müqaviləsinin təminatı kimi girov qoyulması əmlakdan, kredit alındıqdan və girov müqaviləsi qüvvəyə mindikdən sonar 1 nəfərə 61 kv.m qeyri-yaşayış sahəsinin 120000 manata satılması barədə müqavilə bağlanmışdır. -“xxxx” Bank ASC-nin Baş filialının direktoru X38 ilə xxxx firmasının direktoru Təqsirləndirilən şəxs arasında bağlanmış xx xxxxxxx 2013-cü il tarixli **********30113 nömrəli kredit müqaviləsinin təminatı kimi girov müqaviləsi bağlananadək 30 müqavilə üzrə 1872.27 kv.m qeyri-yaşayış sahəsinin ******* manata və 994000 ABŞ dollarına (manat 3972273+777100=4749373) satıldığı halda həmin əmlaklar “xxxx” Bank ASC-nin “Baş” filialının direktoru X38 ilə “xxxx” firmasının direktoru Təqsirləndirilən şəxs arasında bağlanmış xx xxxxxxx 2013-cü il tarixli **********30113 nömrəli kredit müqaviləsinin təminatı kimi girov müqaviləsi ilə həmin əmlaklar girov qoyulmuşdur. Cinayət işinin 2-ci cild 265-271-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış baxış keçirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli protokolla götürülüb iş materiallarına əlavə edilmiş ünvan 2 ünvanında yerləşən, qeyri-yaşayış obyektinin sahəsinin bazar və likvid dəyərinin müəyyən edilməsi ilə əlaqədar aparılmış araşdırmanın nəticələrinə dair xx xxxxx 2019-cu il tarixli mütəxəssis rəyindən görünür ki, “xxxx” firması tərəfindən ünvan 11 ünvanında inşa edilmiş qeyri-yaşayış binasının -2-ci mərtəbəsinin ümumi sahəsi 2638,95 m2, -1-ci mərtəbəsinin ümumi sahəsi 2655,99 m2, 1-ci mərtəbəsinin ümumi sahəsi 2761,14 m2, 2-ci mərtəbəsinin ümumi sahəsi 2544,08 m2, 3-cü mərtəbəsinin ümumi sahəsi 2544,08 m2, 4-cü mərtəbəsinin ümumi sahəsi 2544,08 m2, 5-ci mərtəbəsinin ümumi sahəsi 2544,08 m2, 6-cı mərtəbəsinin ümumi sahəsi 2452,20 m2, əmlak kompleksinin ümumi sahəsi isə 20,684,6 m2-dir. 2019-cu ilin mart ayı üçün ünvan 11 ünvanında yerləşən qeyri-yaşayış binasının bazar dəyəri 31.854.284 manat, likvid dəyəri isə 26.598.327 manat təşkil etmişdir. Cinayət işinin 2-ci cild 283-290-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2019-cu il tarixli, 7511 №-li ekspert rəyinin kserosurətindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən hesabdan çıxarış məlumatları, xx.xx.2013cü il tarixli **********30113 saylı kredit müqaviləsinin və ona əlavə edilmiş sazişlərin qeyd olunan şərtləri nəzərə alınmaqla xx.xx.2015-ci il tarixə “xxxx” firmasının “xxxx” Bank ASCnə olan borcu müəyyən edilmir, o cümlədən 95.808,03 manat artıq ödəniş aparılmışdır. Ekspertiza tədqiqatı zamanı hesabdan çıxarılmış məlumatları xx xxxx 2015-ci il tarixli **********58815 saylı kredit xətti müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla xx.xx.2018-ci il tarixə “xxxx” firmasının “xxxx” Bank ASC-yə olan borcu 27.064.580,77 manat, o cümlədən əsas kredit borcu 17.835.966,67 manat, faiz borcu 9.228.614,1 manat təşkil etmişdir. Cinayət işinin 3-cü cild 115-117-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxx 2020-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş AZN Məzənnələrdən çıxarışdan görünür ki, xx.xx.2009-cu il tarixdə 1 ABŞ dollarının Azərbaycan manatına münasibətdə məzənnəsi 0,8043 manat, xx.xx.2012-xx.xx.2012-ci il tarixlərdə isə bir ABŞ dollarının Azərbaycan manatına münasibətdə məzənnəsi ortalama 0,7863 manat olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Nurəddin oğlu ifadəsində göstərmişdir ki, o, ASC “xxxx” Bankının Baş filialının kredit idarəsinin rəisi işlədiyi vaxt həmin filial tərəfindən 2013-cü ilin oktyabr ayında “xxxx” firmasına kredit müqaviləsinə əsasən 7.000.000 manat, sonradan ilkin kredit müqaviləsinə əlavə sazişlər əsasında 3.000.0000 və 4.000.000 manat olmaqla, ümumilikdə 14.000.000 manat kredit verilmişdir. Həmin kreditin alınması üçün filiala firmanın direktoru Təqsirləndirilən şəxs tərəfindən kredit sifarişi ilə bağlı müraciət edilmişdir. Bankdaxili prosedura əssən müraciətə baxılmış və kreditin verilməsinə qərar verilmişdir. Kreditin təminatı kimi ünvan 11 ünvanında yerləşən 0,2704 ha. torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş 5 mərtəbəli qeyri-yaşayış sahəsi ipoteka ilə yüklü edilmişdir. Kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş torpaq sahəsi və qeyri-yaşayış sahəsi dövlət reyestrində qeydiyyata alınmaqla müvafiq çıxarışlar verilmişdir. “xxxx” firması kredit borcunun bağlanması, təmir-tikinti və quraşdırma işlərinin aparılması üçün Təqsirləndirilən şəxs xx xxxx 2015-ci il tarixdə ərizə ilə Baş filiala müraciət edərək ona yeni kredit ayrılmasını xahiş etmişdir. Onun müraciəti bankın daxili qaydalarına uyğun olaraq araşdırılmış və ona xx xxxx 2015-ci il tarixli kredit müqaviləsi əsasında 17.000.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kreditin təminatı olaraq əvvəlki kredit üzrə girov qoyulmuş əmlaklar sonrakı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş və bu barədə bankın adına reyestr xidmətindən çıxarış verilmişdir. Kredit verildikdən təxminən bir il sonra “xxxx” firması banka qarşı iddia ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək kredit müqaviləsinin və sonrakı ipoteka müqaviləsinin ləğvini tələb etmişdir. Həmin iddiaya qarşılıq olaraq bank tərəfindən “xxxx” firmasının banka olan borcunun ödənilməsi barədə iddia verilmiş, məhkəmə tərəfindən firmanın iddiası təmin edilməmiş, bankın iddiası isə təmin edilərək firmadan 19.400.119 ABŞ dollarının və xx.xx.2016-cı il tarixdən başlayaraq iddianın ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 16 faiz dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin bankın xeyrinə tutulması, eləcə də tutmanın ipoteka predmetinə yönəldilməsi barədə qətnamə qəbul edilmişdir. Bank tərəfindən “xxxx” firmasının təqdim etdiyi əmlaklar ipoteka ilə yüklü edilməzdən əvvəl əmlakların yüklü olub-olmaması yoxlanılmış, lakin həmin əmlakların yüklülüyü barədə heç bir fakt qeydə alınmamışdır. Sonradan məlum olmuşdur ki, “xxxx” firması tərəfindən həmin qeyri-yaşayış sahəsindən bir neçə mağaza ayrı-ayrı şəxslərə satılmışdır. Lakin, bankın heç bir əməkdaşının bu barədə məlumatı olmamışdır. Kredit verilərkən Təqsirləndirilən şəxs və ya digər şəxs həmin binadan mağazaların hər hansı qaydada satılıması barədə məlumat verməmişdir. “xxxx” firmasına 2013-cü il və 2015-ci ildə kredit verilərkən girov kimi təqdim edilmiş əmlaklara dəfələrlə baxış keçirilmiş, həmçinin kredit müqavilələri üzrə tranşlar ayrılarkən monitorinqlər keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs da şəxsən iştirak etmiş və o, həmin qeyri-yaşayış sahəsinin müəyyən hissəsini kiməsə satdığını bildirməmişdir. Həmçinin, kredit verilməzdən əvvəl təklif edilən sözügedən ipoteka predmetinin yüklülüyünün olub-olmaması “Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti” nə sorğu edilərək alınmış məlumata əsasən müəyyən edilmişdir ki, həmin əmlak “xxxx” firmasına məxsusdur, üzərində digər yüklülük yoxdur. Bununla yanaşı bankla “xxxx” firmasının direktrou kimi Təqsirləndirilən şəxs arasında sonrakı ipoteka müqavilələrində Mərhəmət bəyan etmişdir ki, ipoteka predmeti üzərində üçüncü şəxslər heç bir hüquqa malik deyil, ipoteka predmetinə dair girov və ya digər yüklülüklər, üçüncü şəxslərin iddiaları və ya məhkəmə mübahisələri mövcud deyildir. Kreditlərin ötürülməsi üçün banka verdiyi kredit sifarişlərində də həmin qeyri-yaşayış sahəsi və qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin “xxxx” firmasına məxsus olmaqla mülkiyyətində olmasını bəyan etmişdir. Özü və digər bank əməkdaşları həqiqətən də kredit verilməzdən əvvəl və sonradan dəfələrlə qeyri-yaşayış sahəsinə, baxışlar keçirmişlər. O da həmin monitorinqlərdə iştirak etmişdir. Həmin vaxt orada tikintitamamlama işləri aparılmış, zirzəmidə hamam, 1-ci mərtəbədə isə aptek fəaliyyət göstərmişdir. Mərhəmətdən bu barədə soruşanda həmin yerləri icarəyə verdiyini bildirmişdir. Mərhəmət və ya digər bir şəxs həmin binadan mağazaların satılmasını məlumat verməmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid1 bildirmişdir ki, problemli kreditlər şöbəsi bununla bağlı məhkəməyə müraciət etmişdir. Əsas kreditlə bağlı yaranan faizlərin dəqiq məbləğini bilmir. O, “Akula” Akif ləqəbli şəxsi tanımır və Akif adlı şəxsin kreditin verilməsində heç bir rolu olmamışdır. 2013-cü ildə tikiliyə baxış keçirilərkən hələ qara suvaq olmuş, kredit götürüləndən sonra tikilidə böyük işlər görülmüşdür. “xxxx”-a pul ödənildikdən sonra tikili yüklülükdən azad olmuşdur. Hal-hazıra qədər təqsirləndirilən şəxs tərəfindən kredit borcu ödənilməmişdir. Ona təqdim olunmuş cinayət işinin 1-ci cild iş v. 107-də olan “Daşınmaz əmlakın dövlət reyestri xidməti” tərəfindən verilmiş çıxarışa əsasən Şahid1 bildirmişdir ki, ona təqdim olunmuş çıxarış torpaq sahəsinə verilmiş çıxarışdır. Həmçinin, cinayət işinin 2-ci cild iş v. 26-da olan “Hüquqların qabaqcadan qeydiyyatı barədə” daşnmaz əmlakın dövlət reyestrindən verilmiş Arayışa əsasən bildirmişdir ki, ona təqdim olunmuş arayışa əsasən təqsirləndirilən şəxsə kredit verilmişdir. Bina komissiya tərəfindən qəbul olunmamış, tikiliyə dair çıxarış yoxdur, yalnız “Hüquqların qabaqcadan qeydiyyatı barədə” daşnmaz əmlakın dövlət reyestrindən verilmiş arayış mövcuddur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 2013-cü ildən “xxxx” Bank ASC-nin Baş filialının Kredit idarəsinin hüquqi şəxslərin kreditləşməsi şöbəsinin aparıcı kredit mütəxəssisi işləmişdir. 2019-cu ilin aprel ayının 15dən isə həmin bankın “Siyəzən” filialının direktoru vəzifəsində işləyir. Kredit İdarəsinin hüquqi şəxslərin kreditləşməsi şöbəsinin kredit mütəxəssisi kimi vəzifəsi bankdan kredit almaq üçün müraciət edən hüquqi şəxslərin kredit sifarişlərinin qəbul edilməsi, biznesin maliyyə təhlili, kreditin rəsmiləşdirilməsi və kreditin monitorinqi aparılmasından ibarətdir. Mahiyyəti üzrə bildirmişdir ki, ASC “xxxx” Bankının “Baş” filialının Kredit İdarəsinin hüquqi şəxslərin kreditləşməsi şöbəsinin kredit mütəxəssisi işlədiyi vaxt, yəni, 2013-cü ilin oktyabr ayında “xxxx” firmasına kredit müqaviləsinə əsasən 7.000.000 manat, sonradan ilkin kredit müqaviləsinə əlavə sazişlər əsasında 3.000.0000 və 4.000.000 manat olmaqla, ümumilikdə 14.000.000 manat kredit verilmişdir. Borcalan firma tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli müvafiq kredit sifarişi şöbənin əməkdaşı Elgiz Musayev tərəfindən qəbul edilmişdir. Həmin proseslərdə bankın əməkdaşı kimi o da iştirak etmişdir. Həmin kredit sifarişində girov qoyulmuş ünvan 11 ünvanında yerləşən 0,2704 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış sahəsinin borcalan “xxxx” firmasına məxsus olduğu qeyd edilmişdir. Firmanın rəhbəri Təqsirləndirilən şəxs özü də bildirmişdir ki, həmin qeyri-yaşayış binası tamamilə ona, yəni özünün rəhbəri olduğu firmaya məxsusdur, heç bir digər şəxsin həmin binaya hər hansı hüququ yoxdur, heç kimə həmin binadan mağaza və ya sair məqsədlə yer satmamışdır. Bundan əlavə firmanın rəhbəri Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2010-cu il tarixli, ********** nömrəli qeydiyyat, MA ******* seriyalı çıxarış və Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş “Hüquqların qabaqcadan qeydiyyatı barədə” daşınmaz əmlakın dövlət reyestrindən arayış təqdim edilmişdir. Həmin sənədlərə əsasən ünvan 2 ünvanında yerləşən 0,2704 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş zirzəmi və beş mərtəbədən ibarət qeyri-yaşayış binasının “xxxx” fırmasının mülkiyyətində olduğu müəyyən edilmişdir. Həmin əmlak üzərində digər yüklülük müəyyən edilməmişdir. Bank əməkdaşı kimi onun tərəfindən xx.xx.2013-cü il tarixdə sözügedən tikiliyə baxış keçirilib “Girov-ipoteka qismində təklif olunan əmlakın mövcudluğunun yoxlanılması aktı” tərtib edilmişdir. Həmin sənədi girovqoyan qismində Təqsirləndirilən şəxs özü imzalamışdır. Həmin ərəfədə binada təmir-tikinti və təmir-quraşdırma işləri aparılmışdır. Mərhəmət həmin ticarət mərkəzinə tamamilə onun rəhbərlik etdiyini, “xxxx” firmasının mülkiyyətində olduğunu və digər şəxslərin həmin tikiliyə heç bir hüquqları olmadığını bildirmişdir. Həmçinin, Təqsirləndirilən şəxs bildirmişdir ki, heç bir mağaza satılmamış, yalnız “xxxx” ASC-dən götürülən kreditin təminatı qismində gorov qoyulmuşdur. Bundan sonra bankdaxili prosedura uyğun olaraq müraciətə baxılmış və kreditin verilməsinə qərar verilmişdir. “xxxx” firması tərəfindən “xxxx” ASC-yə olan borc ödənildiyindən həmin bankda girovda olan həmin əmlak ASC “xxxx” Bankından götürülmüş kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş torpaq sahəsi və qeyri-yaşayış sahəsi dövlət reyestrində qeydiyyata alınmaqla müvafiq çıxarışlar verilmişdir. Təqsirləndirilən şəxs “Baş” filiala müraciət edərək ona yeni kredit ayrılmasını xahiş etmişdir. Həmin kredit sifarişini borcalan qismində Təqsirləndirilən şəxs, kredit sifarişini qəbul edən kredit işçisi qismində isə Qəhrəman Məmmədov imza etmişdir. Bundan əlavə olaraq həmin gün bankdaxili qaydalara görə kredit sifarişinə əlavə də tərtib edilmişdir. Həmin əlavədə girov haqqında məlumatlar öz əksini tapmışdır. Həmin sənəddə də ünvan 11 ünvanında yerləşən 0,2704 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış sahəsinin borcalan “xxxx” firmasına məxsus olduğu qeyd edilmişdir. Kredit sifarişinə həmin əlavəni də girov qoyan qismində Təqsirləndirilən şəxs, kredit sifarişini qəbul edən kredit işçisi qismində isə Qəhrəman Məmmədov imza etmişdir. Onun bu müraciəti bankın daxili qaydalarına uyğun araşdırılmış və ona xx xxxx 2015-ci il tarixdə kredit müqaviləsi əsasında 17.000.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kreditin təminatı olaraq əvvəlki kredit üzrə girov qoyulmuş əmlaklar sonrakı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş və bu barədə bankın adına reyestr xidmətindən çıxarış verilmişdir. Sonradan onlara məlum olmuşdur ki, “xxxx” firmasının rəhbəri Təqsirləndirilən şəxs tərəfindən həmin qeyri-yaşayış sahəsindən bir neçə mağaza ayrı-ayrı şəxslərə satılmışdır. Lakin, onların bu barədə məlumatları olmamışdır. Kredit verilərkən Təqsirləndirilən şəxs və ya sair şəxs onlara həmin binadan mağazaların hər hansı qaydada satılması barədə şifahi və ya yazılı məlumat verməmişdir. “xxxx” firmasına 2013-cü və 2015-ci ildə kredit verilərkən girov kimi təqdim edilmiş əmlaklara onlar tərəfindən dəfələrlə baxış keçirilmiş, kredit müqavilələri üzrə tranşlar ayrılarkən monitorinqlər keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs da şəxsən iştirak etmiş və o, həmin qeyri-yaşayış sahəsinin müəyyən hissəsini kiməsə satdığını onlara bildirməmişdir. Bununla yanaşı, bankla “xxxx” firmasının direktrou kimi Təqsirləndirilən şəxs arasında sonrakı ipoteka müqavilələrində Mərhəmət bəyan etmişdir ki, ipoteka predmeti üzərində üçüncü şəxslər heç bir hüquqa malik deyil, ipoteka predmetinə dair girov və ya digər yüklülüklər, üçüncü şəxslərin iddiaları və ya məhkəmə mübahisələri mövcud deyildir. Kreditlərin götürülməsi üçün banka verdiyi kredit sifarişlərində də həmin qeyri-yaşayış sahəsi və qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin “xxxx” firmasına məxsus olmaqla mülkiyyətində olmasını bəyan etmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid2 bildirmişdir ki, o, “Akula” Akif ləqəbli şəxsi tanımır və Akif adlı şəxsin kreditin verilməsində heç bir rolu olmamışdır. Monitorinq zamanı orada tikinti-tamamlama işləri getmişdir. Təxminən 2014-2015-ci ildən isə zirzəmidə hamam, 1-ci mərtəbədə isə aptek fəaliyyət göstərmişdir. Mərhəmət həmin yerləri icarəyə verdiyini bildirmişdir. Nə Mərhəmət, nə də digər bir şəxs həmin binadan mağazaların satılması barədə onlara məlumat verməmişdir. Kredit müqavilələri üzrə bankda toplanmış kredit dosyesində mağazaların satılması barədə bir sənəd yoxdur. Qeyd etmək lazımdır ki, “xxxx” X8 mülkiyyətində olmuş ünvan 2 ünvanında yerləşən 0,2704 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində zirzəmi və beş mərtəbədən ibarət olan, əsas sahəsi 16043,1 m2, ümumi sahəsi 16100,5 m2 təşkil edən qeyri-yaşayış sahəsi üzrə mülki mühakimə qaydasında bir neçə qətnamə və qərarlar çıxarılmışdır. Belə ki, cinayət işinin 4-cü cild 83-86-cı vərəqələrində olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2013-cü il tarixli, 1(101)-590/2013 saylı qətnaməsindən görünür ki, cavabdeh “xxxx” firması ilə iddiaçı X42 arasında bağlanmış müqaviləyə görə ünvan 2 ünvanında yerləşən “xxxx” firmasına məxsus obyektin 3-cü mərtəbəsində Ticarət Mərkəzində 296 kv.m-lik ticarət sahəsi X33 təhvil verilmişdir. Cinayət işinin 4-cü cild 87-90-cı vərəqələrində olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2014-cü il tarixli, 2(103)-3585/2014 saylı qətnaməsindən görünür ki, Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2013-cü il tarixli, 1(101)-590/2013 saylı qətnaməsi ləğv edilmişdir. Cinayət işinin 4-cü cild 91-94-cü vərəqələrində olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2014-cü il tarixli, 2(102)-4692/2014 saylı qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2014cü il tarixli, 2(103)-3585/2014 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün məhkəməyə göndərilmişdir. Cinayət işinin 4-cü cild 95-101-ci vərəqələrində olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2015-ci il tarixli, 2(103)-1341/2015 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-590/2013 saylı mülki iş üzrə qəbul etdiyi 2(001)-590/2013 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxxxx 2013-cü il tarixli qətnaməsi X33 aid hissədə dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 4-cü cild 102-108-ci vərəqəsində olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 4-cü cild 109-114-cü vərəqələrində olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2-2(81)-1096/2016 saylı qətnaməsindən görünür ki, cavabdeh “xxxx” firmasından 19.400119.08 ABŞ dolları “xxxx” Bank ASC-nin xeyrinə ödənilməsi və tutmanın Nərimanov rayonu, Səməd Vurğun küçəsi 120 ünvanında yerləşən 0,2704 ha torpaq sahəsinə və ümumi sahəsi 16100,5 kv.m təşkil edən qeyri-yaşayış binasına yönəldilməsi qərara alınmışdır. Həmçinin, həmin torpaq sahəsi və qeyri-yaşayış binasının ilkin satış qiyməti 26. 000. 000 müəyyən edilmişdir. Cinayət işinin 4-cü cild 116-122-ci vərəqələrində olan Bakı Apellyasiya Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli, 2-2(103)-14/2017 saylı qətnaməsindən görünür ki, 19.400.119,08 ABŞ dollarının “xxxx”-M MMC-dən “xxxx” Bank ASC-nin xeyrinə tutulması və tutmanın Nərimanov rayonu, Səməd Vurğun küçəsi 120 ünvanında yerləşən 0,2704 ha torpaq sahəsinə və ümumi sahəsi 16100,5 kv.m təşkil edən qeyri-yaşayış binasına yönəldilməsi qərara alınmışdır. Həmçinin, həmin torpaq sahəsi və qeyri-yaşayış binasının ilkin satış qiyməti 38.473.040 manat müəyyən edilmişdir. Cinayət işinin 4-cü cild 123-130-cu vərəqələrində olan Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati İqtisadi Kollegiyasının xx xxxxxxx 2017-ci il tarixli, 2-2(102)-366/17 saylı qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 4-cü cild 131-133-cü vərəqələrində olan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2018-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati İqtisadi Kollegiyasının xx xxxxxxx 2017-ci il tarixli, 2-2(102)-366/17 saylı qərarı qüvvədən düşmüş hesab edilərək, işin yenidən baxılması qərara alınmışdır. Cinayət işinin 4-cü cild 134-137-ci vərəqələrində olan Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxxx 2018-ci il tarixli, 13-2(102)-1(k)/2018 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati İqtisadi Kollegiyasının xx xxxxxxx 2017-ci il tarixli, 2-2(102)-366/17 saylı qərarı, onunla bağlı Bakı Apellyasiya Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli, 2-2(103)-14/2017 saylı qətnaməsi ləğv edilərək işin mahiyyəti üzrə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Cinayət işinin 2-ci cild 232-242-ci vərəqələrində olan Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-2(103)- 6/2019 №-li qətnaməsindən görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin iş üzrə xx xxxx 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçı xxxx firmasının cavabdeh ASC “xxxx” Bankına qarşı "xxxx” firmasının cavabdeh ASC "xxxx” Bankına qarşı firma ilə həmin bank arasında bağlanmış xx xxxx 2015-ci il tarixli, **********58815 nömrəli kredit xətti müqaviləsinin və firma ilə həmin bank arasında bağlanmış xx xxxx 2015-ci il tarixli **********58815/SİM nömrəli sonrakı ipoteka müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi tələbinə dair iddiası təmin edilməməklə, "xxxx” firmasından xx xxxx 2015-ci il tarixli **********658815 nömrəli kredit xətti müqaviləsi üzrə 17.000.000 ABŞ dolları məbləğdə əsas borc, 2.388.957,46 ABŞ dolları məbləğdə kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc, xx xxx 2016-cı il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 faiz dərəcəsi ilə hesablanmış 11.161,62 ABŞ dolları məbləğdə dəbbə pulu, cəmi 19.400.119,08 ABŞ dolları və 30 manat məbləğdə dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin ASC "xxxx” Bankının xeyrinə tutulması, tutmanın xx xxxx 2015-ci il tarixli, **********58815/SİM nömrəli sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və "xxxx” firmasına məxsus ünvan 2 ünvanında yerləşən 0,2704 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində zirzəmi və beş mərtəbədən ibarət olan, əsas sahəsi 16043,1 m2, ümumi sahəsi 16100,5 m2 təşkil edən qeyri-yaşayış binasının ilkin satış qiyməti 38.600.000 manat müəyyən olunmuşdur. Qarşılıqlı iddia xx.xx.2016-cı il tarixdən başlayaraq tələblərin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 16 % dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin xxxx firmasından ASC xxxx Bankının xeyrinə tutulması hissəsində təmin edilməmişdir. -Üçüncü şəxs Ağa-zadə Afət Rəşid qızının xxxx firması ilə ASC xxxx Bankı arasında bağlanmış xx.xx.2015-ci il tarixli **********5815/SİM nömrəli sonrakı ipoteka müqaviləsinin ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 16.100,5 kv.m-dən ibarət 5 mərtəbəli və zirzəmili qeyri-yaşayış sahəsinin 2-ci mərtəbəsində yerləşən 56,6 kv.m-dən ibarət qeyri-yaşayış sahəsi hissədə etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. -Üçüncü şəxs X19 xxxx firması ilə ASC xxxx Bankı arasında bağlanmış xx.xx.2015ci il tarixli **********5815/SİM nömrəli sonrakı ipoteka müqaviləsinin ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 16.100,5 kv.m-dən ibarət 5 mərtəbəli və zirzəmili qeyri-yaşayış sahəsinin 2-ci mərtəbəsində yerləşən 24.6 kv.m-dən ibarət 18 nömrəli qeyri-yaşayış sahəsi hissədə etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Cinayət işinin 4-cü cild 144-150-ci vərəqələrində olan Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati İqtisadi Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2-2(102)- 285/2019 saylı qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsi İnzibati İqtisadi kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-2(103)-6/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası CPM-nin 142.2-ci maddəsində qeyd edilmişdir ki, mülki iş, kommersiya və inzibati mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmənin qərarı cinayət işi üzrə icraatda təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəməyə yalnız hadisənin yaxud hərəkətin olub-olmaması hissəsində məcburidir və təqsirləndirilən şəxsin təqsirli olub-olmaması nəticəsini əvvəlcədən həll etmir. Cinayət işinin 5-ci cild 5-43-cü vərəqələrində olan Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi, İ dərəcəli hüquqşünas X36 xx xxxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından və cinayət işinin 5-ci cild 44-45-ci vərəqələrində olan xx xxxxx 2020-ci il tarixli cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında qərarından görünür ki, ********* nömrəli cinayət işindən X9 qanunsuz əməllərinə dair işdə olan materiallar üzrə Azərbycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə ayrıca icraata ********* №-li cinayət işi ayrılmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, vəzifə səlahiyyətlərindən sui istifadə etməmiş, aldatma yolu ilə özgənin əmlakını ələ keçirməmişdir. Məhkəmə kollegiyası, təqsirləndirilən şəxsin ifadələrinin ittihamda nəzərdə tutulan əməllərin törənmə ardıcıllığını və mexanizmini təsdiq edən hissəsini həmin hallarla əlaqədar məhkəmədə araşdırılmış sübutların məcmusu ilə təhlil edib hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə bu barədə verdiyi ifadələri özünümüdafiə və məsuliyyətdən yayınmaq xarakteri daşıyır. Məhkəmə zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrini, ekspert rəyini, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək təsvirini formalaşdırmışdır. Təqsirləndirilən şəxsin cinayət əməlini törətməkdə təqsirli olması cinayət təqibi ilə bağlı məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilib toplanmış iş materialları ilə kifayət qədər sübuta yetirildi. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2015-ci il tarixli qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Beləki, plenumun qərarının 1-ci bəndində qeyd edilmişdi rki, Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmək və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hərhansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olsun. Plenum qərarının 2-ci bəndində qeyd edilmişdir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Beləliklə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrini, ekspert rəyini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbuledilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 308.2-ci maddələri ilə tövsif olunmuş, o, həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. AzərbaycanRespublikasıCinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 1-ci cild 246-cı vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx xxxxxx 2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Lakin, cinayət işinin 3-cü cild 86-109-cu vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(004)-9/2020 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 195.2 və 308.2-ci maddələri ilə təqsirli bilinərək 02 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 04 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2021-ci il tarixli, 1(103)-32/2021 saylı qərarına əsasən Təqsirləndirilən şəxs müdafiəçisi X55 və zərərçəkmiş şəxslər tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 195.2 və 308.2-ci maddələri ilə məhkum edilməsinə dair xx xxxxxx 2020-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Hazırki əməlləri Təqsirləndirilən şəxs oğlu Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(004)-9/2020 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 195.2 və 308.2-ci maddələri ilə təqsirli bilinərək 02 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 04 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməzdən əvvəl törətmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2 və 308.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(004)-9/2020 saylı hökmündən əvvəl törətdiyindən Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsi tətbiq edilməli və həmin maddə ilə müəyyən edilmiş cinayətlərin məcmusu qaydasında cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində göstərilmişdir ki, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarının 17-ci bəndində göstərilmişdir ki, məhkumun təqsirli bilindiyi cinayətlərin bir hissəsi birinci hökm çıxarılanadək, digər hissəsinin isə həmin hökm çıxarıldıqdan sonra törətdiyi müəyyən olunduqda ikinci hökm üzrə cəza ilk növbədə birinci hökm çıxarılanadək törədilmiş cinayətlərin məcmusu üzrə, sonra CM-nin 66.5-ci maddəsində müəyyən edilən qaydada təyin edilir, daha sonra birinci hökm çıxarılandan sonra törədilən cinayətlər üzrə cinayətlərin məcmusu üzrə cəza təyin edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(004)-9/2020 saylı hökmü ilə təyin edilmiş 02 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 04 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin ediləcək cəza ilə qismən toplanmaq yolu ilə ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs hazırda ittiham edildiyi cinayəti Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(004)-9/2020 saylı hökmündən qabaq törətdiyindən onun əməli cinayətlərin residivini yaratmır. Cinayət işinin 1-ci cild 250-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasından daxil olmuş xx xxxxxx 2019-cu il tarixli, 8938 №-li məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. Cinayət işinin 1-ci cild 258-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzindən daxil olmuş xx xxxxxx 2019-cu il tarixli, xx/xx-13031 №-li məktubdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri üzrə Respublika Narkoloji Mərkəzində qeydiyyatda yoxdur. Cinayət işinin 5-ci cild 160-cı vərəqəsində olan doğum haqqında şəhadətnamənin tərcümə olunaraq təsdiq edilmiş kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2019-cu il təvəllüdlü bir azyaşlı uşağı vardır. Cinayət işinin 2-ci cild 272-ci vərəqəsində olan 58 saylı MKİS-dən daxil olmuş xasiyyətnamənin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs müsbət səciyyələndirilir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə, müsbət səciyyələndirilməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən haları kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-cü maddəsinə əsasən,qəsdən törədilmiş ağır cinayətlərə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq xx xxx 2019-cu il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 2-ci cild 290-294-cü vərəqələrində olan Binəqədi Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 4(001)-450/2019 saylı təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında qərarının kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx xxx 2019-cu il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə kollegiyası həmçinin Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(004)-9/2020 saylı hökmünə əsasən onun cəzaçəkmə müddətinin əvvəlinin xx xxx 2019-cu il tarixdən hesablanaraq, cəza çəkməsini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən. törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3 və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.14-cü maddələrinin şərh olunmasına dair” xx xxxxxx 2011-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14 və 353.2.8-ci maddələrinin tələblərinə görə cinayət qanununun müvafiq maddələrinin sanksiyasında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının əlavə cəza kimi tətbiq edilməsi və ya edilməməsi nəzərdə tutulduğu hallarda, məhkəmələr onun təyin edilməsinin zəruri olub-olmaması məsələsini müzakirə etməli və hökmdə bu cəzanın təyin edilməsi haqqında qərarın motivlərini göstərməlidirlər. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs işlədiyi dövr ərzində, öz qulluq mövqeyindən istifadə edib təqsirli bilindiyi cinayətləri törətdiyindən yuxarıda göstərilənləri nəzərə alıb Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46-cı maddəsi tətbiq edilərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2.-ci maddəsinin sanksiyası daxilində azadlıqdan məhrumetmə növündə cəza təyin edərkən CM-nin 46.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əlavə cəza növü də təyin edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə az ağır və ağır cinayətlər daxil olduğundan, məcmuya daxil olan cinayətlərə görə təyin olunan cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə uyğun olaraq qismən toplanılmalı və bu yolla təqsirləndirilən şəxsə qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrlə əlavə cəza növü də təyin edildiyindən, cinayətlərin məcmusu üzrə təyin edilən əlavə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.4-cü maddəsinə uyğun olaraq qismən toplanılmalı və bu yolla təqsirləndirilən şəxsə qəti əlavə cəza təyin edilməlidir. İş üzrə məhkəmə xərci, maddi sübut və mülki iddia yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, zərərçəkmiş şəxslər cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesesi tərəflərinin çıxışı başlananadək onlara dəymiş ziyanla bağlı mülki iddia vermədiyindən onlara Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsində nəzərdə tutulan mülki iddianı mülki mühakimə icraatı qaydasında vermək hüququ izah edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.3-cü maddəsinə əsasən mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Məhkəmə işin faktiki hallarına və araşdırılmış sübutlara istinad edib zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 Sübhi oğlu, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs5 dəymiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının izah edilməsini əsaslı sayır. Cinayət işinin 2-ci cild 161-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsindən daxil olmuş xx.xx.2018-ci il tarixli, 016-119707-1218 №-li məktubun kseorosurətindən görünür ki, Təqsirləndirilən şəxs adına nəqliyyat vasitəsi qeydiyyatdan keçmir. Cinayət işinin 2-ci cild 162-ci vərəqəsində olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən daxil olmuş xx.xx.2018-ci il tarixli məktubun kseorosurətindən görünür ki, Təqsirləndirilən şəxs adına arxiv məlumatlarına görə qeydiyyata alınmış əmlak aşkar edilməmişdir. Məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla); Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi əmlakı müəyyən edilməmiş, istintaq zamanı ona məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2015-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 308.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin.O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 46.2-ci maddəsinə əsasən 01 (bir) il 06 (altı) ay müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında maddi-məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 08 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə, Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında maddi-məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 02 (iki) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 09 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələblərinə müvafiq olaraq Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(004)-9/2020 saylı hökmü ilə təyin edilmiş 02 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 04 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 11 (on bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli çəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx xxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 Sübhi oğlu, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs5 dəymiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları izah edilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar