Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-206/2023 19.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X5 ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, müdafiəçi: fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi3 iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.1991-ci ildə Kəlbəcər rayonu, Təkdam kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ailəli, himayəsində 1 azyaşlı övladı olan, orta təhsilli, məhkum olunmuş və ödənilməmiş, Şəmkir şəhəri, Natavan küçəsi, 107 nömrəli yataqxanada məskunlaşmış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi hədəsi ilə, özgənin əmlakının məhv edilməsi və zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama və daşıma cinayət əməllərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 09 sentyabr 2021-ci il tarixdə saat 15 radələrində Şəmkir rayonu, Qaracəmirli kəndində yerləşən X1 işlətdiyi çayxanada X19, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və istintaqa şəxsiyyətləri məlum olmayan digər şəxslərlə heç bir əsaslı səbəb olmadan münaqişə edərək ictimai asayişin pozulmasına, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, ictimai qaydanı kobud surətdə pozan, ətrafdakılara özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədilə ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən, etik normalara və ictimai birgə yaşayış qaydaları ilə bir araya sığmayan, həmin ətrafda olan şəxslərin 10-15 dəqiqə ərzində narahatçılıqlarına səbəb olan qəsdən qərəzli hərəkətlər edərək Zərərçəkmiş şəxs2 üzərində 19186 nömrəsi olan, keçmiş SSRİ dövlətində, zavod üsulu ilə Tula silah zavodunda 1960-cı ildə istehsal olunmuş, TOZ-B modelli, çaxmaqlı, hamar, texniki cəhətdən saz, hər iki lülədən atəş üçün yararlı, qoşa lüləli, odlu yivsiz ov tüfəngi ilə havaya atəş açmaqla, Zərərçəkmiş şəxs1 həmin çayxanada olan götürdüyü baltanı nümayiş etdirərək ictimai qaydanı kobud surətdə pozmaqla zor tətbiq etməklə, Fərhad Əmirli isə çayxanada olan 02 (iki) manat dəyərində Fəxrəddin Məmmədova məxsus stəkanı onlarla münaqişə edən, şəxsiyyəti istintaqa məlum olmayan şəxsə atmaqla qəsdən sındıraraq özgə əmlakını məhv etməklə onların hərəkətlərinə qarşılıqlı olaraq Təqsirləndirilən şəxs istintaqa məlum olmayan bıçaqla Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 zor tətbiq etməklə hədələyərək qərəzli xuliqanlıq hərəkətləri etmişlər. Bundan başqa Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 38,898 qram təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə əldə edərək üzərində saxlamaqla daşımış, Təqsirləndirilən şəxs qanunsuz əməli barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 11 dekabr 2021-ci il tarixdə saat 01:45-də ünvan 1 ünvanın yaxınlığında saxlanılaraq Bakı şəhəri, Binəqədi rayon polis İdarəsinin 5-ci polis bölməsinin inzibati binasına dəvət edilərək orada həmin gün saat 03:00-dan etibarən onun üzərində şəxsi axtarış aparılarkən Azərbaycan Respublikası 28 iyun 2005-ci il tarixli 961-İİQ saylı qanunu ilə təsdiq edilmiş “şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə İİ siyahısı” və “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin İİ siyahısı” ilə müəyyən edilmiş həmin külli miqdarda 38,898 qram təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin Təqsirləndirilən şəxs əynindəki gödəkçənin sağ yan cibindən çıxarıb təqdim etdiyi ayrı-ayrılıqda 33,012 qram, 1,015 qram, 0,790 qram, 0,656 qram, 1,001 qram, 0,812 qram, 0,902 qram və 0,710 qram təmiz çəkilərdə olmaqla 08 ədəd sellofan bükümlərdə aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ona Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə bildirir ki, o, balıqçılıqla məşğuldur, balığı Şəmkir rayonu, Qaracəmirli kəndinin yanından axan Kür çayında balıq tutan balıqçılardan əldə edirdi. O, heç vaxt Qaracəmirli kəndində yerləşən X1 işlətdiyi çayxanada X19, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və digər şəxslərlə münaqişə etməmiş, ictimai qaydanı pozmamış, kimlərinsə üzərində zor tətbiq etməmiş və ya belə zorun tətbiq edilməsi ilə hədələməmiş, orada Zərərçəkmiş şəxs2 ov tüfəngi ilə havaya atəş açmamış, Zərərçəkmiş şəxs1 həmin çayxanada baltanı nümayiş etdirməmiş, Fərhad Əmirli isə çayxanada Fəxrəddin Məmmədova məxsus stəkanı sındırmamış, Şahid5 çayxananın qarşısına toplaşmış şəxslərə daşı atmasını görməmişdir. Özü isə bıçaqla Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 nümayiş etdirərək hədələməmişdir. Bu məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 da onun ifadələrinə uyğun ifadələr vermiş, hər hansı bir münaqişənin olmasını inkar etmişlər. Barəsində istintaqı aparan müstəntiq Nadim Tağıyevlə birgə idmana getmiş, buna baxmayaraq hesab edir ki, Nadim Tağıyevə təzyiqlər olduğu üçün onun barəsində qərəzli istintaq aparmışdır. Barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə də ittiham verilmişdir. Bununla bağlı bildirir ki, son vaxtlar Bakı şəhərinə gələrək burada kirayədə yaşamışdır. xx.xx.2021-ci il tarixdə saat 21 radələrində dostları Sənan, Bəhman və Elvinlə 8ci mikrorayon ərazisində yerləşən «Penhaus» adlı restoranda çörək yemişdir. Sənan və Bəhman polis əməkdaşlarıdırlar. Məclisin sonunda restoranın daxili həyətinə çıxmışdır ki, hesab ödəsin. Elə bu zaman ona 4-5 nəfər mülki geyimli şəxslər yaxınlaşaraq bildirmişlər ki, onlar keçmiş polis əməkdaşlarıdır, onun narkotik vasitələrin dövriyyəsi ilə əlaqədar şübhəli olduğunu bildirərək onun onlarla birlikdə polisə getməsini demişlər. O, buna etiraz etmiş, idmançı olduğunu, heç zaman narkotik qəbul etmədiyini bildirmişdir. Hətta səsə dostları Sənan, Elvin və Bəhman otaqdan bayıra çıxaraq polisə onun narkoman olmamasını bildirsələr də polislər onu maşina mindirərək yola düşmüşlər. Maşında telefonunun və şəxsiyyət vəsiqəsinin harada olmasını soruşduqda bildirmişdir ki, telefonu və şəxsiyyət vəsiqəsi restoranda qalan gödəkçənin cibindədir. Dərhal polis əməkdaşlarından biri həmkarlarından birinə zəng edərək restorandan gödəkçəni götürüb gətirməsini bildirmişdir. Baş Narkotiklərlə Mübarizə idarəsində onu aşağı mərtəbəyə salaraq əllərinə qandal taxmış və bildirmişlər ki, o narkotik vasitələrin dövriyyəsinə görə tutulmalıdır. Buna etiraz etsə də bir çet gətirib gödəkcəçinin cibinə qoyaraq bildirmişlər ki, çəkiliş aparılmaqla üzərinə baxış keçiriləcək, həmin çeti baxış zamanı təqdim etməlidir. O, buna etiraz etmiş, buna görə də onu döymüşlər. Döyülsə də polislərə demişdir ki, 31 yaşı var, heç vaxt siqaret çəkməmiş, narkotik istifadə etməmişdir. Bu səbəbə görə polis əməkdaşları üzərinə baxışı 5-ci PB-nə apararaq hal şahidlərinin iştirakı ilə keçirmişlər. Baxış zamanı polis əməkdaşları 8 bükümdə olan narkotiki masanın üzərinə qoyaraq ona dair protokol tərtib edilmiş, bununla bağlı tərtib olunmuş heç bir sənədə qol çəkməmişdir. Bu hadisələrin hamısı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə keçən gecə baş vermişdir. Səhər onu BMCMİ-yə apararaq müstəntiqə təqdim etmişlər. Sonuncu ondan sənədlərə imza etməməsinin səbəbini soruşmuş və ondan izahat almışdır. Həmin izahatı imzalamışdır. Orada vəkildən imtina etmişdir. Çünki vəkil paykovoy olmaqla onun hüquqlarını ümumiyyətlə müdafiə etməmişdir. Bundan sonra onun işini Şəmkir RPŞ-nə göndərmişlər. Özü haqqında onu bildirir ki, 2018-ci ildə məhkum olunmuş, 11 ay cəza çəkmiş, amnistiya düşərək cəzadan azad edilmişdir. O, balıq alveri və telefon satışı ilə məşğul olmuşdur. 9 dəfə güləş üzrə respublika çempionu olmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs saxlanıldığı Gəncə 2 saylı İstintaq Təcridxanasında görüb tanımışdır. Ona kimi Təqsirləndirilən şəxs görməmiş, onunla heç bir mübahisəsi olmamış və sonuncu ona qarşı heç bir qanunsuz hərəkət etməmişdir. Belə ki, o, 26 avqust 2013-cü il tarixdə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 29, 120.2.2 və 29, 120.2.4-cü maddələri ilə təqsirli bilinib, 08 il 05 ay 07 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəza çəkdiyi müddət dost-tanışları ona müalicəsi üçün 8.000 manat pul göndərmişlər. Dostlarından da biri Eldəniz Hüseynli olmuşdur. Lakin cəzasını çəkib qurtardıqdan sonra heç kəs, o cümlədən Təqsirləndirilən şəxs ondan həmin pulu tələb etməmişdir. Təsdiq edir ki, 09 sentyabr 2021-ci il tarixdə tanışları Fərhad və Eldənizlə Fərhada məxsus “VAZ-2107” markalı avtomobili ilə Şəmkir rayonu Qaracəmilli kəndində yerləşən Fəxrəddinin işlətdiyi çayxanaya gəlmişdir. Həmin çayçıya gəlməyindən xəbər tutmuş qardaşı Xəyyam, həmkəndliləri Rəşad, Bəxtiyar və Mehman da gəlmişlər. Onlar birlikdə masa ətrafında əyləşərək çay sifariş vermişlər. Bir azdan həmin çayxanaya tanışı Şahin və sonuncunun tanışları adları sonradan ona məlum olan Dinar, Zaur və Elmir də gəlmişlər. Dinar da onun kimi əvvəllər məhkum olunduğu üçün məhkumluqları ilə bağlı ümumi söhbət etmişlər. Ora həmin vaxt Mircəlal dəstəsi ilə gəlməmiş, heç bir hadisə baş verməmişdir. Həmçinin onun özü də kəndə getdikdə ov tüfəngi götürməmiş, kənddə ov tüfəngindən göyə atəş açmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadələri təsdiq etmir. Həmin ifadələr təhrif olunmuşdur. Həmin ifadə ona elan edildi, elan olunmsuş ifadədən müəyyən olunur ki, X9 onun qohumudur. Fərhad Əmirlini isə Eldənizin vasitəsilə tanımış, təxminən 3-4 il əvvəl cəza çəkərkən dostu Zöhrab ona cəzaçəkmə müəssəsində səhhətində yaranmış xəstəliyi müalicə etdirmək üçün hissə-hissə bir neçə dəfəyə qədər 8.000 manat pul göndərmişdir. Təxminən 1 ay əvvəl isə Mircəlal adlı şəxs ona zəng edərək, Zöhrabın ona göndərdiyi həmin pulu qaytarmağını demişdir. O, Mircəlala “həmin pul Zöhraba məxsusdur və o, da mənə göndərib, mən də xərcləyib qutarmışam” demiş lakin Mircəlal onunla razılaşmamış ondan həmin pulu tələb etməyə başlamışdır. Mircəlal onunla bu haqda söhbət edəcəyini telefon vasitəsilə demiş, buna görə də onlar 09 sentyabr 2021-ci il tarixdə Kür çayının kənarında görüşüb bu barədə söhbət etmək barədə razılaşmışlar. O, bu barədə tanışları Fərhada və Eldənizə demiş, buna görə də həmin tarixdə saat 13 radələrində Fərhad özünə məxsus “VAZ 2107” markalı avtomobili ilə Eldənizlə birlikdə onun yaşadığı evə gəlib onu götürmüşlər. O, evdən çıxarkən babasından qalmış qoşa lüləli ov tüfəngini də özü ilə götürmüşdür. O, həmin şəxslər çox olub onlara hücum edəcəkləri halda həmin şəxsləri tüfənglə qorxutmaq istəmişdir. O, Fərhadına avtomobilinə mindikdən sonra onun avtomobilinə benzin tökmüş, sonra da Kür çayı istiqamətində gedərkən onunla 15 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən tanışı Şahin adlı şəxs onun mobil telefonuna zəng edərək “gəl söhbət edək, Mircəlal ilə görüşmə, səninlə həm də çay içmək istəyirəm” demişdir. O, Şahinlə razılaşmış, Fərhad və Eldənizlə birlikdə kəndlərində yerləşən Fəxrəddinin işlətdiyi çayxanaya gəlmişdir. Həmin vaxt orada qardaşı Xəyyam, həmkəndliləri Rəşad, Bəxtiyar və Mehman da gəlmişlər. Onlar birlikdə əyləşmişlər. Bundan sonra çay sifariş vermişlər. Həmin çayxanada işləyən Rauf onlara çay gətirmişdir. Şahin ona yenidən zəng edərək çatdıqlarını demiş, onunla danışdıqdan sonra Eldənizdən onu qarşılamasını xahiş etmişdir. Eldəniz çayxananın qarşısına çıxmış, Şahin və onun tanışları adları sonradan ona məlum olan Dinar, Zaur və Elmir ilə birlikdə yanlarına gəlmişlər. Dinar ilə aralarında dialoq olmuş, bir-birlərindən hansı cəzaçəkmə müəssisəsində cəza çəkməklərini soruşmuşlar. Zaur Rəşadla söhbət etmiş, yaxınların qəbrini ziyarət etmək istədiyini demiş, bundan sonra əvvəlcə o və Şahin uşaqlardan üzr istəyərək digər kupeyə getmişlər. Onlar çay sifariş verib orada Şahinlə hal-əhval tutmuşlar. Eldəniz onun yanına gəlib Mircəlalın bir neçə nəfərlə gəldiyini demişdir. Bundan sonra Eldəniz getmiş, sonra Dinar və Fərhad yanlarına gəlmişlər. Onlar Mircəlal və onunla gələn şəxslərin çayxananın qarşısında Eldənizə bıçaq çıxardıqlarını demişlər. Daha sonra Dinar və Fərhad onları sakitləşdirmək üçün onların yanına getmişlər. Şahin isə ona “sən çıxma, onlar özləri sakitləşdirəcəklər” demişdir. Onlar təxminən 2-3 dəqiqə gözləmiş, lakin çöl tərəfdə səs-küy dayanmamışdır. O, Şahinlə birlikdə çölə çıxmış, çölə çıxanda Mircəlal təxminən 20 nəfərə yaxın tanımadığı şəxslərlə ora gəldiklərini Eldənizlə mübahisə etdiklərini görmüşdür. Mircəlal və yanındakı şəxslər Eldənizi təhqir etmişlər. X6 üzərinə bıçaqla hücum etdiyini demiş, həmin vaxt əsəbləşmiş onlara çıxıb getmələrini demişdir. Lakin Mircəlal yanındakı şəxslər çıxıb getməmişlər. Onlar əksinə onlara hücum etmək istəmişlər. Bundan sonra onların getməsi üçün qorxutmaq məqsədilə Fərhadın avtomobilinin yanına gedərək oradan qoyduğu qoşalüləli ov tüfəngini götürərək havaya bir dəfə onları qorxutmaq məqsədilə atəş açaraq çıxıb getmələrini demişdir. Bundan sonra Mircəlal və onunla gələn şəxslər gəldikləri avtomobillərə minərək oradan çıxıb getmişlər. Onların hamısı bundan sonra dağılışıb getmişlər. O, Eldənizin avtomobilinə minmiş, Eldəniz onu gətirib evinə düşürmüşdür. O, ov tüfəngini yaşadığı evdə gizlədərək polis əməkdaşlarının onu həbs etməmələri üçün qaçıb getmişdir. O, kənd ərazisində müxtəlif yerlərdə qalaraq arvadı Xəyalə hamilə olduğuna görə ona köməklik etmişdir. O, 16 sentyabr 2021-ci il tarixdə Şəmkir rayon polis şöbəsinin Kür polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təqdim olunmuşdur. O, saxlanılarkən polis əməkdaşlarına ov tüfənginin yerini deməmiş, daha sonra ifadə verərkən ov tüfənginin yerini bildirmişdir. Polis əməkdaşları tərəfindən yaşadığı evdə təxirəsalınmaz istintaq hərəkətinin keçirilməsi haqqında qərarla evində axtarış aparılmışdır. 09 sentyabr 2021-ci il tarixdə baş vermiş hadisə zamanı istifadə etdiyi ov tüfəngini təqdim etmək təklif olunmuş, buna görə də evinin təmirsiz otağında saxladığı 1 ədəd qoşa lüləli ov tüfəngini istintaqa təqdim etmişdir. Axtarış zamanı yaşadığı evin sağ künc hissəsində inşa etdiyi quş damının tavanının sol tərəfində 1 ədəd tək lüləli qundaq və lülə hissəsi kəsilmiş tüfəng aşkar edilmişdir. O, hadisə zamanı atəş açarkən hər hansı şəxsə xəsarət yetirməmiş, hər hansı şəxsi öldürməmiş və onun atəş açmaqda məqsədi Mircəlalı oradan çıxıb getmələri üçün qorxutmaq olmuşdur. O, hadisə zamanı hər hansı xəsarət almamış, hadisə təxminən 15 dəqiqə davam etmiş, səs-küyə kənd sakinləri toplaşmışlar. Hadisə zamanı həmin yerdə Fəxrəddin, oğlu Rauf, həmçinin həmkəndliləri Bəxtiyar, Rəşad, Xəyal, qardaşı Xəyyam və digər şəxslər olmuşlar. Məhkəmədən xahiş edir ki, həmin ifadəsi etibarsız hesab edilsin, məhkəmədə verdiyi ifadəsi isə həqiqi ifadə kimi qəbul edilsin. İbtidai istintaq zamanı polis bölməsinin rəisinin təzyiqi altında müstəntiqə həqiqətə uyğun olmayan ifadələr vermişdir. Özünü zərərçəkmiş şəxs qismində tanımır, Təqsirləndirilən şəxs onu bıçaqla hədələməmiş, ona heç bir ziyan vurmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs saxlanıldığı 2 saylı X8 görüb tanımışdır. Onun Təqsirləndirilən şəxslə heç bir münaqişəsi olmamış, sonuncu onu bıçaqla hədələməmiş, ona heç bir zərər yetirməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsi ona elan edildi. Həmin ifadəsindən müəyyən olunur ki, o, psixi xəstəlikdən əziyyət çəkir, lakin hərəkətlərini bilir. Onun əvvəlki adı, soyadı X10 olmuş, lakin xx.xx.2020-ci il tarixdə ad, soyad və ata adını dəyişmişdir. Zərərçəkmiş şəxs2 onun dayısı qızının əridir. Mircəlal adlı şəxsi 1 il yarımdır tanıyır. O, Mircəlalla idman zalında tanış olmuş, onunla aralarında narazılıq olduğuna görə münasibətləri kəsilmiş, Fərhad Əmirlini də Mircəlalın vasitəsilə tanımışdır. Fərhad da onun vasitəsilə Cavanşiri tanımışdır. Baş vermiş hadisədən təxminən 1 ay əvvəldən Mircəlal ilə Cavanşir arasında pul mübahisəsi yaranmış, Cavanşir Mircəlala pul verməli olmuş, Fərhad da bu barədə bildiyinə görə Cavanşirlə tanış olmaq istədiyini və buna görə də Cavanşirin yanında olduğunu bildirmişdir. 09 sentyabr 2021-ci il tarixdə saat 13 radələrində Fərhad onun yanına gəlmiş, Cavanşirlə mobil telefonla danışaraq onun yanına getmişlər. Çünki həmin günü X18 çayının kənarında söhbət etməli olmuş və onu da Cavanşir çağırmışdır. Həmkəndlisi Elməddin də yanında olmuş, bundan sonra qaynatasının ona idarə etmək üçün verdiyi VAZ 2106 markalı avtomobili ilə Elməddinlə birlikdə Cavanşirin evinə tərəf hərəkət etmiş, Fərhad özünə məxsus avtomobil ilə ondan əvvəl Cavanşirin evinə çatmışdır. O, Cavanşirin evinin qarşısına çatanda Cavanşir ona zəng edərək Fəxrəddinin kəndlərinin mərkəzində yerləşən çayxanasının qarşısına gəlməyini demişdir. O, geri dönərək ora qayıtmış, Cavanşir, Xəyyam, həmkəndliləri Rəşad, Bəxtiyar və Mehman da ora gəlmişlər. Onlar birlikdə əyləşib çay sifariş vermişlər və Rauf onlara çay gətirmişdir. Cavanşir kiminləsə mobil telefonla danışmış və sonra ondan gələn adamları qarşılamasını xahiş etmişdir. Cavanşir isə onunla cəza çəkən tanışının gəldiyini demiş, o və Cavanşir çayxananın qarşısına tərəf gedəndə ora adları sonradan ona məlum olan Şahin və onun tanışları adları sonradan ona məlum olan Dinar və adlarını bilmədiyi iki nəfər şəxslər birlikdə onların yanlarına gəlmişlər. Dinarla Cavanşir söhbət etmişlər. Zaur da Rəşadla söhbət etmiş və yaxınların qəbrini ziyarət etmək istədiyini demişdir. Şahin və Cavanşir yaxınlıqdakı digər otağa getmişlər. Daha sonra səs-küy eşidib çölə çıxanda Mircəlal və onun yanında olan Vaqif adlı şəxslə birlikdə təxminən 40-45 nəfər şəxslərin gəldiklərini görmüşdür. O, onlara nə üçün bu qədər adam gəldiyini demiş, Mircəlal və onun yanında olan Vaqif ciblərindən bıçaq çıxaraq üzərinə gəlib, “doşan gəl bura nə danışırsan” demişlər. O, qorxusundan çayxananın içərisinə tərəf qaçmış və mətbəxtdən balta götürərək çölə cumaraq özünü müdafiə etmək istəmişdir. Bu vaxt kimsə baltanı onun əlindən almış, Fərhadın maşınına gedərək oradan ağac parçasını götürərək Mircəlala tərəf gedəndə kimsə onu sakitləşdirmişdir. Mircəlal da onu vuracağını deyərək onu nəlayiq söyüşlərlə təhqir etmişdir. Şirxan kimi tanıdığı Cavanşir avtomobildən tüfəngi götürərək havaya bir dəfə atəş açmışdır. Şahin, Dinar və Rəşad tüfəngi Şirxanın əlindən alıb Fərhadın avtomobilinə qoymuşlar. Mircəlal və onunla gələn şəxslər avtomobillərə minərək oradan getmişlər. Şahin və onunla gələn şəxslər onlarla söhbət edib çıxıb getmişlər. Şirxan da Fərhadla oradan çıxıb getmişlər. Onlar birlikdə Çinarlı qəsəbəsinə gəlmişlər. Onunla Cavanşir, Fərhad, Xəyyam getmişdir. Şahinlə isə onun tanışları getmişdir. Onlar orada söhbət edib barışmışlar. Bundan sonra polis əməkdaşlarını onu tutmasından qorxaraq Qaracəmirli kəndində yaşayan dayısı Bayramgilə getmiş, gecəni orada qalmışdır. Məhkəmədən xahiş edir ki, həmin ifadəsi etibarsız hesab edilsin, məhkəmədə verdiyi ifadəsi isə həqiqi ifadə kimi qəbul edilsin. İbtidai istintaq zamanı polis bölməsinin rəisinin təzyiqi altında müstəntiqə həqiqətə uyğun olmayan ifadələr vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, ayrı-ayrı cinayət əməllərinə görə dəfələrlə məhkum olunmuş, xx.xx.2019-cu il tarixdə şərti azad olunmuşdur. O, azad olunduqdan sonra balıq ticarəti ilə məşğul olaraq dolanmış, təxminən 5-6 ay əvvəl isə Şəmkir şəhər sakini Mircəlal ilə tanış olmuş, Mircəlal söhbət zamanı qış aylarında ona Şəmkir şəhəri ərazisində yerləşən balıq göllərindən balıq alıb verməkdə köməklik edə biləcəyini demişdir. 09 sentyabr 2021-ci il tarixdə Şəmkir rayonu, Qaracəmirli kəndinə Şahin, Elmir və Şahinin tanışı Zaur ilə qaynatasının qəbrini ziyarət etməyə getmiş, ondan sonra ləqəbi Şirxan olan Cavanşirlə həmin kəndin çayxanasında görüşüb çay içmişlər. Orada heç bir münaqişə və dava-dalaş olmamış, heç kəs odlu silah və ya soyuq silah tətbiq etməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsi ona elan edildi. Həmin ifadəsindən müəyyən olunur ki, o, tutulmamışdan təxminən 3-4 gün əvvəl Gəncə şəhərinin ərazisində, Gəncə çayının sağ kənarında “Totanlı” adlanan ərazidən yerdən bir ədəd şəffaf bükümdə kütlə tapmış və açıb içərisinə baxarkən içərisində “kakos” kimi tanıdığı narkotik vasitə olan heorin görmüşdür. O, həmin kütləni atmaq istəmiş, lakin atmamış gələcəkdə lazım olduqda istifadə etmək məqsədilə əynində olan şalvarın sağ yan cibinə qoymuşdur. 09 sentyabr 2021-ci il tarixdə saat 14 radələrində tanışları Şahin, Elmir və Şahinin tanışı Zaur ilə bir yerdə olarkən Şahinə Şəmkir rayonunda yaşayan Mircəlal adlı tanışının yanına gedib, ondan balıq alıb-satmaqda köməklik etməsini xahiş etmək istədiyini demiş, o bu məqsədlə Mircəlalın mobil telefonuna zəng edib gəlmək istədiklərini demişlər. Mircəlal isə ona telefonda danışarkən həmin günü Şəmkir rayonu, Qaracəmirli kəndində yaşayan “Şirxan” ləqəbli şəxslə arasında pula görə narazılıq olduğunu, buna görə onunla söhbət edəcəyini, bu səbəbdən onunla görüşə bilməyəcəyini demişdir. O, bu barədə Şahinə demiş, Şahin ona Şirxan ilə Bakı şəhərində yerləşən cəzaçəkmə müəssəsində cəza çəkərkən tanış olduğunu, münasibətlərinin yaxşı olduğunu həmin söhbəti həll edə biləcəyini demişdir. O, bu barədə Mircəlala demişdir. Zaur onun həmin kəndin ərazisində yerləşən qəbirstanlığa dəfn edilmiş qohumunun qəbrini ziyarət etmək üçün də getməli olduğunu demiş, Şahin Qaracəmirli kəndinə gedib bu haqda Şirxanla danışmaq lazım olduğunu demişdir. Buna görə də onların hamısı razı olmuşlar. Zaurun idarə etdiyi “Toyota” markalı avtomobili ilə Gəncə şəhərindən hərəkətə başlamışlar. Qaracəmirli kəndi istiqamətində yollarına davam etmişlər. Onlar təxminən 40 dəqiqə hərəkət etdikdən sonra Şahin Şirxana zəng edib ora gəldikləri barədə məlumat vermiş, Şirxan da olduğu çayxananı ona demişdir. Onlar həmin kəndin mərkəzində yerləşən çayxanaya gəlmişlər. Həmin yerdə bir nəfər onları qarşıladıqdan sonra çayxananın həyətinə daxil olmuşlar. Həmin vaxt orada masada bir neçə nəfər kənd sakinləri əyləşmişlər. X28 kimi tanıdığı şəxslə tanış etmiş, Şirxanın olduğu masada adları sonradan onlara məlum olan Fərhad, Eldəniz, Rəşad, başqa 3 nəfər şəxslər də olmuşdur. Onlar əyləşdikdən sonra Şirxandan hansı cəzaçəkmə müəssisəsində cəza çəkdiyini soruşmuş, Şirxan da ondan soruşmuş, qarşılıqlı olaraq bu barədə məlumat vermişlər. Orada işləyən ofsiant onlara çay gətirmişdir. Şirxan və Şahin onlardan kənarda yerləşən qarğıdan hazırlanmış kupeyə gedib söhbət etməyə başlamışlar. Bir müddətdən sonra Şirxan Eldənizi yanına çağırmış, Eldəniz onun yanına getmiş, sonra da oradan çıxıb arxa tərəfdən harasa getmişdir. Təxminən 2 dəqiqədən sonra Eldəniz qaçaraq yanlarına gəlmiş, onlara “Mircəlal çöldə bizə bıçaq çıxarıbdır” demişdir. O, çölə çıxanda Mircəlal və bir neçə nəfər tanımadığı şəxslərin gəldiklərini görmüş, lakin onları tanımamışdır. Mircəlal ilə Eldəniz bir-birilərini təhqir etmişlər. Eldəniz qışqıraraq kənd sakinlərinə “Qaracəmirli kəndinin söhbətidir. Niyə baxırsınız” demiş, həmin vaxt tanımadığı bir neçə nəfər şəxs ona tərəf gələndə yerdən daş götürərək həmin şəxslərin birinə atmış, daş həmin şəxsə dəymişdir. Bu zaman ətrafdakı şəxslər araya girərək onları sakitləşdirmiş, bu zaman isə atəş səsi eşitmişdir. Sonra həmin şəxslər, eləcə də Mircəlal oradan gəldiyi şəxslərlə birlikdə çıxıb getmişlər. Həmin zaman Şahin, Elmir və Zaur da çölə çıxaraq dava-dalaşı sakitləşdirməyə çalışmışlar. Onlar bundan sonra da Zaurun avtomobilinə minərək Gəncə şəhərinə getmişlər. O, 11 sentyabr 2021-ci il tarixdə saat 10 radələrində Gəncə şəhərində yerləşən “Zenit” idman mərkəzinin yaxınlığında olarkən mülki geyimli şəxslər ona yaxınlaşmışlar. Onlar özlərini təqdim edərkən əynində olan narkotik vasitə olan kütləni çıxarıb atmaq istəmiş, lakin polis əməkdaşları buna imkan verməmişlər. Onlar daha sonra onu Qaracəmirli kəndində baş vermiş hadisə ilə bağlı Şəmkir RPŞ-nin Kür PB-nə dəvət etmiş və onlarla birlikdə polis bölməsinə gəlmişdir. Orada onu şübhəli şəxs qismində tutmuşlar. Onun hüquqlarını müdafiə etmək üçün dəvət edilmiş müdafiəçi Əfqan Zeynalovun iştirakı ilə üzərimdə şəxsi axtarış aparılan zaman əynində olan şalvarın sağ yan cibindən narkotik vasitə olan heroini çıxarıb təqdim etmiş, həmin heroin tərəzidə çəkilərək qablaşdırılıb götürülmüş və imzalarla təsdiq etmişdir. O, üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini gələcəkdə istifadə etmək məqsədilə saxlamış, hər hansı şəxsə satmaq niyyəti olmamışdır. O, hadisə zamanı daş atdığı şəxsi tanımamış, həmin şəxsin onlara hücum etməsindən qorxaraq ona daş atmışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsi ona aydındır, lakin həmin ifadəsini təsdiq etmir, bu gün məhkəmədə verdiyi ifadəsini təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri tədbirlə əlaqədar tanımışdır. Belə ki, 10 dekabr 2021-ci il tarixdə Baş idarəyə məlumat daxil olmuşdur ki, əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu ərazisində qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olur. Ona görə də özü həmin məlumatı dərhal rəhbərliyə raportla məruzə etdikdən sonra Təqsirləndirilən şəxs qanunsuz hərəkətlərinin ifşa edilməsi məqsədi ilə əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul edilmiş, əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna rəhbərlik ona həvalə olunmuş, qrupun üzvüləri isə Şahid8 və Şahid9 olmuşlar. Əldə etdikləri əməliyyat məlumatına əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu ərazisində olduğunu müəyyən etdikdən sonra həmin ərazini müşahidəyə götürüb Təqsirləndirilən şəxs 11 dekabr 2021-ci il tarixdə saat 01:45-də ünvan 3 ünvanın yaxınlığında saxlayaraq özlərini ona Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları kimi təqdim edərək onun narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə onlara məlumat daxil olduğunu bildirmişlər. Həmçinin ondan üzərində hər hansı narkotik və ya psixotrop maddə olubolmadığını şifahi soruşduqda Təqsirləndirilən şəxs üzərində bir qədər “şüşə”, yəni metamfetamin olduğunu demişdir. Bundan sonra Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə apararaq BNMİ-nin baş təhqiqatçısı Nəcəf Aburşuya təqdim etmişlər. Sonuncu tərəfindən Təqsirləndirilən şəxs barəsində zəruri prosessual hərəkətlər həyata keçirilmiş, Təqsirləndirilən şəxs bildirilmişdir ki, üzərinə videoçəkiliş aparılmaqla baxış keçirilməlidir. Lakin Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasını səbəb gətirərək videoçəkilişdən imtina etmişdir. Bu səbəbdən 2 nəfər hal şahidi dəvət olunaraq Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Bölmənin xidməti otağında vəkilinin, hal şahidlərinin iştirakları ilə Mircəlalın üzərində şəxsi axtarış keçirilmiş, baş təhqiqatçı Nəcəf Aburşu tərəfindən Mircəlala bu barədə qərar elan edilərək ona üzərində olan əşyaları, həmçinin dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya və predmet, narkotik və psixotrop maddələr varsa özünün çıxarıb təqdim etməsi təklif edilmişdir. Bundan sonra Mircəlal özü əynindəki gödəkçəsinin sağ yan cibindən hər birinin içərisində ağ rəngli, kristal formalı, psixotrop maddə metamfetaminə bənzər maddələrin olduğu səkkiz ədəd şəffaf sellofan bükümləri çıxarıb özü masanın üzərinə qoymuş, ümumilikdə 40 qrama yaxın çəkidə olduğu müəyyən edilmişdir. Daha dəqiq çəkisini çox müddət keçdiyi üçün deyə bilmir. Lakin müstəntiqə verdiyi ifadəsində çəkini dəqiq göstərmişdir. Təhqiqatçı Mircəlaldan həmin bükümlərdəki maddələri haradan əldə etdiyini soruşduqda o, qeyd edilən maddələrin özünə məxsus olduğunu, onları Bakı şəhəri Binəqədi rayonu ərazisində tanımadığı bir şəxsdən aldığını bildirmişdir. Mircəlal heç vaxt narkotik və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, bu yolla pul qazanmadığını, sadəcə özü arada öz tanışlarına həmin maddələrdən pulsuz hədiyyə kimi verdiyini demişdir. Mircəlal baxışla bağlı protokolu imzalamamış, səbəbi kimi əvvəllər məhkum olunduğunu, yenidən cinayət məsuliyyətinə cəlb olunmaq istəmədiyini demişdir. Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbiri zamanı saxlanılarkən, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə dəvət edilib aparılarkən, şəxsi axtarış və götürmə prosesi zamanı ona qarşı hər hansı fiziki və ya psixoloji təzyiq, zorakılıq və təsir göstərilməmişdir. Vəkilin Mircəlalın saxlanıldığı yerin hansısa kafenin ərazisi olması barədə sualına cavab olaraq bildirir ki, bu sualın cavabı əməliyyat məlumatına aid olduğu üçün açıqlaya bilməz. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin yerləşdiyi yerin yaxınlıqdakı ərazidə həyət evlərindən birində fəhləlik edirdi, işini başa vurduğu üçün gec çıxmışdır. O, 5-ci Polis Bölməsinin qarşısından keçib gedəndə ona tərəf bir nəfər mülki geyimli şəxs yaxınlaşıb özünün polis əməkdaşı olduğunu bildirib ona həmin Bölməyə narkotik maddələrin satışında şübhəli olan bir nəfər şəxs gətirildiyini demişdir. Polis əməkdaşı ona həmin şəxsin üzərində şəxsi axtarış prosesi keçirilməli olduğunu demiş, ona həmin prosesdə hal şahidi kimi iştirak etməyi təklif etmişdir. O, da etiraz etməmiş, könüllü olaraq buna razılıq vermiş və birlikdə 5-ci Polis Bölməsinin binasına daxil olmuşlar. Polis əməkdaşları oraya ondan başqa adını həmin vaxt orada bildiyi bir nəfər Xamis adlı oğlanı da hal şahidi kimi dəvət etmişlər. Onlar orada inzibati binanın otaqlarından birinə keçmişlər. Polis əməkdaşlarının deməsinə görə və hal-hazırda məhkəmə iclasında gördüyü Təqsirləndirilən şəxs və onun vəkili kimi təqdim edilən şəxs həmin yerdə olmuş, polis əməkdaşları ona və digər hal şahidinə hüquq və vəzifələrini izah etmişlər. O, Təqsirləndirilən şəxs əvvəllər heç vaxt görməmiş, onunla heç bir tanışlığı və ya şəxsi münasibəti olmamışdır. Polis əməkdaşları həmin xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə onun vəkilinin və onların iştirakı ilə şəxsi axtarış keçirməyə başlamışlar.Ancaq narkotik vasitələrin həmin vaxt Təqsirləndirilən şəxs üzərindən çıxdığını görməmişdir, o xidməti otağa daxil olanda artıq bükülülər masanın üzərində olmuş və Təqsirləndirilən şəxs həmin bükümlərin ona mənsub olmadığını bildirmişdir. İbtidai istintaq zamanı hal şahidi qismində dindirilmiş Şahid7 xx.xx.2021-ci il tarixdə verdiyi ifadəsində Təqsirləndirilən şəxs əynindəki gödəkçəsinin sağ yan cibindən hər birinin içərisində ağ rəngli maddə olan səkkiz ədəd şəffaf sellofan bükümləri çıxarıb masanın üzərinə qoymasını, polis əməkdaşların həmin səkkiz ədəd sellofan bükümləri onların gözlərinin qarşısında açmalarını, bükümlərin hər birinin içərisində ağ, kristal formalı maddələrin olduğunu görmüşdir. Sorğu zamanı Mircəlal həmin həmin maddələrin özünə məxsus olduğunu, onları Binəqədi rayonunda tanımadığı şəxsdən aldığını bildirmiş, özü heç vaxt narkotik və ya psixotrop maddələrin satışı ilə məşğul olmadığını, bu yolla heç vaxt pul qazanmadığını, sadəcə hərdən öz tanışlarına düşəndə hədiyyə etdiyini demişdir (c 2, i/v 263- 266). Eyni zamanda Şahid7 istintaq zamanı verdiyi ifadəsini ibtidai istintaq zamanı keçirilmiş xx.xx.2021-ci il tarixli üzləşmə zamanı da bir daha təsdiq etmiş, Təqsirləndirilən şəxslə üzləşmə protokolunun doğruluğunu təsdiq edərək imzalamışdır (c.3, i/v 21-24) Məhkəmə tərəfindən hal şahidi Şahid10 məcburi qaydada məhkəməyə gətirilməsinə dair qərar qəbul edilmiş və icra üçün müvafiq orqana göndərilmişdir. Qərarın icrası ilə bağlı Abşeron RPİ-dən məhkəməyə daxil olmuş 12898437 nömrəli, xx.xx.2022-ci il tarixli məktubdan müəyyən olunur ki, Şahid10 yeri müəyyən edilmədiyindən onun məhkəmə iclasına gətirilməsi mümkün olmamışdır. Belə olan halda məhkəmə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid10 ifadəsini elan edərək müəyyən edilmişdir ki, 11 dekabr 2021-ci il tarixdə gecə saat təxminən 02:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu ərazisində 5-ci Polis Bölməsinin yerləşdiyi yerin qarşısından keçib gedərkən bir nəfər mülki geyimli şəxs yaxınlaşmış, özünün polis əməkdaşı olduğunu bildirərək ona həmin Bölməyə narkotik maddələrin dövriyyəsində şübhəli bilinən bir nəfər şəxs gətirildiyini demişdir. Həmin şəxsin üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilməli olduğunu bildirib bu prosesdə hal şahidi kimi iştirak etməyi ona təklif etmişlər. O, da razılaşaraq könüllü şəkildə hal şahidi kimi iştirak etməyə razılaşmışdır. Sonra həmin polis əməkdaşı ilə birlikdə 5-ci Polis Bölməsinin binasına daxil olmuşlar. Həmin binada olan vaxt bir neçə dəqiqə keçməmiş polis əməkdaşlarının dəvəti ilə oraya başqa bir nəfər cavan oğlan da hal şahidi kimi gəlmiş, həmin oğlanın Şahid7 olduğunu orada bilmişdir. Polis əməkdaşlarının təklifi ilə onlar orada inzibati binanın xidməti otaqlarından birinə keçmişlər. O, otaqda polis əməkdaşlarının təqdim etmələrinə görə həmin vaxt adını bildiyi bir nəfər Təqsirləndirilən şəxs deyilən şəxs olduğunu və onun vəkili kimi təqdim edilən kişinin yanında olduğunu görmüşdür. Polis əməkdaşları ona və Elşən adlı digər hal şahidinə hüquq və vəzifələrini izah etmişlər. O, Mircəlal adlı həmin şəxsi əvvəllər görməmiş, onunla heç bir tanışlığı və ya şəxsi münasibəti olmamış, Mircəlalı ilk dəfə orada görmüşdür. Bundan sonra polis əməkdaşları otaqda Mircəlal adlı həmin oğlanın üzərində vəkilinin, onların hal şahidlərinin iştirakı ilə şəxsi axtarış keçirməyə başlamışlar. Polis əməkdaşları əvvəlcə Mircəlala bu barədə qərarı elan edib üzərində olan əşyaları, dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya və predmet, narkotik və psixotrop maddələr varsa özü çıxarıb təqdim etməsini təklif etmişlər. Mircəlal adlı həmin oğlan özü əynindəki gödəkçəsinin sağ yan cibindən hər birinin içərisində ağ rəngli maddə olan səkkiz ədəd şəffaf sellofan bükümləri çıxarıb masanın üzərinə qoymuş, polislər Mircəlalın üst başına, əynindəki paltarların ciblərinə də baxmış, onun əynindəki şalvarının sol yan cibindən 63 manat pul və bir ədəd “İphone” markalı mobil telefonu aşkar olunmuşdur. Polis əməkdaşları həmin səkkiz ədəd sellofan bükümləri hamının gözü önündə açmışlar. Həmin bükümlərə baxanda bükümlərin hər birinin içərisində ağ, kristal formalı maddələr olduğunu görmüş, polislərin orada deməsinə görə həmin bükümlərdəki maddələrin psixotrop maddə metamfetaminə bənzər şübhəli maddələr olduğunu bilmişdir. Polis əməkdaşları həmin maddələr olan bükümləri onların gözlərinin önündə elektron tərəzidə çəkdikdə ümumilikdə 43 qram çəkidə olduğunu görmüşdür. Sonra isə bükümləri qablaşdırmışlar. Polis əməkdaşları 63 manat pulunu Mircəlal adlı həmin oğlanın özünə qaytarsalar da onun bir ədəd “İphone” markalı mobil telefonunu götürmüşlər. Həmin telefonun iş üzrə əhəmiyyət kəsb etdiyini demişlər. Sorğu sual zamanı Mircəlal adlı həmin oğlan aşkar olunan həmin maddələrin özünə məxsus olduğunu, onları Binəqədi rayonunda tanımadığı şəxsdən aldığını demiş, Mircəlal adlı şəxs polis əməkdaşlarının suallarına cavab verərək əlavə olaraq özü heç vaxt narkotik və ya psixotrop maddələrin satışı ilə məşğul olmadığını, heç vaxt bu yolla pul qazanmadığını demiş, lakin düşəndə hərdən öz tanışlarına ara-bir hədiyyə etdiyini demişdir. Polis əməkdaşları aşkar olunanlarla bağlı protokol yazmışlar, protokol hamıya ucadan oxunmuş, onun doğruluğunu öz imzaları ilə təsdiq etmişlər. Lakin Mircəlal adlı şəxs özü nə protokolu, nə də başqa sənədləri imzalamayacağını, tutulmaqdan qorxduğu üçün imza etmədiyini demişdir. Onun kimi digər iştirakçılar da protokolu imzalamışlar. O, daha sonra isə 5-ci Polis Bölməsini tərk edib getmişdir. O, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsində olduğu zaman orada Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən hər hansı fiziki və ya psixoloji təzyiq, zorakılıq, təsir göstərilməsi hallarını müşahidə etməmişdir (c 3, i/v 5-8). Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsı tanımır, onu ilk dəfədir ki, görür. Lakin Zərərçəkmiş şəxs2 isə onu qardaşıdır, digər Zərərçəkmiş şəxs1 həmkəndlisidir. Hadisə baş vermiş xx.xx.2022-ci il tarixdə o yaşadığı Şəmkir rayonu Qaracəmilli kəndində yerləşən Fəxrəddinin çayçısında yoldaşının bibisi oğlu Eldarla birlikdə çay içmişlər. Çay içib ordan çıxıb getdikdən sonra həmin çayçıya gələn şəxslərlə yerli sakinlər arasında dava dalaş olmuş, lakin onlar hadisəni görməmişlər. Həmin dava-dalaş zamanı kimin kimi vurmasını bilməmişdir. Qardaşının da kim tərəfindən vurulmasını bilmir. Belə ki, qardaşı ilə münasibəti olmamış, sonuncu həbsdən təzə çıxmış, onlar bir-birini danışdırmırdılar. İbtidai istintaq zamanı verdiyi ifadəsi ona elan olunmuşdur. Həmin ifadəsində gösətrmişdir ki, onun qardaşı Zərərçəkmiş şəxs2 2012-ci il tarixdə məhkum olunmuş və azadlığa buraxılmışdır. Onunla qardaşı Cavanşirin aralarında narazılıqlar olmuşdur. X9 da qardaşınının qohumudur. 09 sentyabr 2021-ci il tarixdə saat 15 radələrində həmkəndliləri Rəşad, Bəxtiyar və Mehman ilə bir yerdə Fəxrəddinin çayxanasında olarkən qardaşı Cavanşirin kiminləsə söhbəti olduğunu eşitmişdir. Daha sonra Cavanşirin arvadı Xəyalə ona zəng edərək Cavanşirin evdən çıxaraq tanımadığı şəxslə getdiyini demişdir. Cavanşir, Eldəniz və yanında olan bir nəfər şəxslə onların yanlarına gəlmişlər. Cavanşirin mobil telefonuna zəng gəlmiş, kənara çəkilərək danışdıqdan sonra Cavanşir onların yanlarına gələrək “üzürlü hesab edin, Gəncədən dostlarım gələcəkdir” demişdir. Eldəniz çayxanadan çölə çıxmış və 4 nəfər tanımadığı şəxslər onların yanlarına gəlmişlər. Cavanşirin mobil telefonuna zəng gəlmiş və kiminləsə danışmışdır. Cavanşir Eldənizi yanına çağırmış, Eldəniz onun olduğu otağa daxil olub, dərhal çölə çıxıb çayxananın qarşısına getmişdir. Daha sonra isə çayxanaya tanımadığı 3 nəfər şəxs daxil olmuş, Cavanşir kupedən çıxaraq “onlar məni vurmaq istəyirlər” demiş, bundan sonra çayxananın çölündə səs-küy eşidib çölə çıxmışlar. Cavanşir də çölə çıxmış, gəldiyi maşında gətirdiyi tüfəngi götürərək havaya bir dəfə atəş açmışdır. Bundan sonra isə həmin şəxslər dağılışıb getmişlər. Bundan sonra səs-küyə toplaşmış təxminən 50-60 nəfər kənd sakinləri də çıxıb getmişlər. Hadisə təxminən 15-20 dəqiqə davam etmişdir. Həmin ifadəni təsdiq etmir, belə ki onu polislər evindən şöbəyə aparıb, orada müstəntiq onun ifadəsini istədiyi kimi yazıb ona imzalatmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsı tanımır, zərərçəkmiş şəxsləri həmkəndliləri kimi tanıyır. Hadisə baş verən xx.xx.2022-ci il tarixdə günorta saatlarında o yaşadığı Şəmkir rayonu Qaracəmilli kəndində yerləşən Fəxrəddinin çayxanasında olmamışdır. Sadəcə çayxananın qarşısında keçib evinə getmişdir. Həmin vaxt, yəni çayxananın qarşısında keçən zamanı heç bir davadalaş olmamış Təqsirləndirilən şəxs həmin ərazidə görməmişdir, həmçinin zərərçəkən şəxsləridə həmin ərazidə görməmiş, orada hər hansı bir dava-dalaşın şahidi olmamışdır.İbtidai istintaq zamanı göstərmişdir ki, hadisə günü saat 14-15 radələrində həmkəndlisi Şahid2lə görüşmək üçün onun işlədiyi qarpız dükanının qarşısına gəlmişdir ki, özünə məxsus torpaq sahəsini ona icarəyə versin. Rəşadın yanından həmkəndlisi İmanın yanına getmiş, oradan isə yaşadığı evə getmişdir. Sonra eşitmişdir ki, həmin gün Fəxrəddinin çayxanasında Zərərçəkmiş şəxs2 çayxanaya gələn şəxslərlə mübahisə etmişdir. Onu polisə dəvət edərək Cavanşirin yerini soruşmuşlar, o isə Cavanşirin harada olmasını bilmədiyini demişdir, bu ifadəsini təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid8 Cəmiyyət oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri tədbirlə əlaqədar tanımış, onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. Belə ki, həmkarı Şahid6 əməliyyat məlumatı daxil olmuşdur ki, Təqsirləndirilən şəxs Bakı şəhərində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğuldur. Hadisədən çox vaxt keçdiyi üçün tədbirin tarixini xatırlamır, lakin xatırladığı odur ki, tədbir Binəqədi rayon ərazisində gecə vaxtı keçirilmiş, Təqsirləndirilən şəxs saxladıqları zaman o tək olmuşdur. Təqsirləndirilən şəxs heç bir müqavimət göstərmədən onlarla birlikdə 5-ci PB-nin inzibati binasına getmiş, orada təhqiqatçı, müdafiəçi və hal şahidlərini dəvət edərək M,Mehdiyevin üzərinə baxış keçirmişdir.Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkar olunmuşdur. Narkotik vasitənin çəkisini artıq xatırlamır. Hal şahidlərini təhqiqatçı dəvət etmişdir və qanun buna icazə verir. Xatırladığı odur ki, Təqsirləndirilən şəxs həmin narkotiki iranlıdan əldə etdiyini və həmin narkotikin ona məxsus olmasını etiraf etmişdir. Təqsirləndirilən şəxs baxışa dair protokolu imzalayıb-imzalamamasını artıq xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid9 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri tədbirlə əlaqədar tanımış, onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. Belə ki, həmkarı Şahid6 əməliyyat məlumatı daxil olmuşdur ki, Təqsirləndirilən şəxs Bakı şəhərində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğuldur. Tədbir zamanı Mircəlal Mehdiyi saxlayıb Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci PŞ-nə aparmışlar. Orada təhqiqatçı müdafiəçi və hal şahidlərini dəvət edərək Mircəlalın üzərinə baxış keçirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən 7-8 büküm metamfetamin aşkar edilmiş, o, özü etiraf etmişdir ki, bu bükümlər ona məxsusdur. Əlavə olaraq bildirir ki, Təqsirləndirilən şəxs saxlanılan zaman tək olmuşdur. Təqsirləndirilən şəxs qarış istər saxlanılan, istərsə də üzərinə baxış keçirilən zaman fiziki zor və ya təzyiqlər olmamış, onun üzərinə heç kəs qanunsuz əşyalar qoymamışdır. Şahidlər Şahid8 Cəmiyyət oğlu və Şahid9 verdiyi ifadələri ilə əlaqədar əlavə ifadə vermiş Təqsirləndirilən şəxs göstərmişdir ki, o, xx.xx.2021-ci il tarixdə axşam vaxtı «Pink Haus» çay evində dostları ilə birlikdə istirahət etmişdir. Saat 21 radələrində oturduqları yerdən hesab ödəmək üçün çıxmışdır. Elə bu vaxt çay evinin həyətində onu bir neçə nəfər gəlib tutmuşlar. Həmin şəxslər özlərinin polis əməkdaşları olduqlarını bildirmişlər. Yolda ondan telefonunu istəmişlər, lakin o, bildirmişdir ki, telefonu pencəyin cibində çay evində qalmışdır. Bundan sonra onu saxlayan polislərdən biri kiməsə zəng edib pencəyi çay evindən götürməyi demişdir. Onu BNMİ-nə aparmışlar, orada zirzəmidə saxlamışlar. Bundan sonra onun saxlanıldığı yerə bir sellofan torba gətirib həmin torbanı cibinə qoymasını demişlər. Soruşmuşdur ki, sellofandakı nədir. Demişlər ki, metamfetamindir. O, polislərə bildirmişdir ki, peşəkar idmançıdır, heç siqaret belə çəkmir. Lakin ondan tələb etmişlər ki, sellofandakı metamfetaminin ona məxsus olmasını boynuna alsın, yoxsa üzərinə külli miqdarda maddə qoyacaqlar. Belə isə onu CM-nin 234.1-ci maddəsi ilə məsuliyyətə cəlb edəcəklər, razılaşsın. Lakin o, buna razı olmamışdır. Həmin gün gecə saat 24 radələrində onu Baş idarədən 5-ci bölməyə aparmış, orada yenə ona demişlər ki, sellofan torbanı cibinə qoysunlar, vəkilin yanında çıxarıb təqdim etsin. O, buna etiraz etmişdir. Bundan sonra təhqiqatçı vəkil və hal şahidlərini dəvət etmişdir. Hal şahidlərini ona görə dəvət etmişdir ki, o, videoçəkilişin aparılmasına razı olmamışdır. Baxış zamanı polis əməkdaşları özləri masanın üzərinə sellofan torbanı qoyduqları zaman təpiklə masanı vuraraq torbadakı bükümləri dağıtmışdır. Təhqiqatçının tərtib etdiyi protokola da qol çəkməmişdir. Onu orada döymüşlər. Lakin onu Azər Hüseynov deyil, digər şəxslər döymüşdür. Onu döyənlərin adlarını bilmir. İstintaq təcridxanasında xəsarətləri qeyd olunub, bu xəsarətlərlə bağlı prokurorluqdan yanına gələrək araşdırma aparmışlar. Lakin həmin araşdırmanın nəticəsi barədə məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X20 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs həm dost kimi, həm də uzaq qohumu kimi tanıyır. xx.xx.2021-ci il tarixdə saat 21 radələrində dostları Rəşad, Aydın və Mircəlal ilə görüşüb çörək yemək üçün Binəqədi rayonu ərazisində olan restorana getmişlər. Onlar qapalı bir kupedə oturmuş, təxminən saat 21-22 radələrində Mircəlal kupedən hesabı ödəmək üçün çıxan zaman bayırda səs-küy eşitmiş, çölə çıxdıqda görmüşdür ki, mülki geyimdə olan polislər Mircəlalı saxlamışlar. Dostu və keçmiş polis əməkdaşı olan Aydın polislərlə söhbət edərək Mircəlalın hansısa əmələ görə saxlanılmasını bilmişdir. Polislər Mircəlalı maşina otuzduraraq oradan aparmışlar. Mircəlalı aparmamışdan əvvəl oturduqları otaqda Mircəlalın qalmış telefonunu da götürmüşlər. Orada polislər Mircəlalın ciblərini tökdülər, lakin cibindən puldan başqa heç nə çıxmamışdır. Sonradan bilmişdir ki, Mircəlalın rayonda hansısa dava-dalaşda iştirakı olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onu dostu Sənanın vasitəsi ilə görüb tanımışdır. O, təqaüddə olan polis mayorudur. xx.xx.2021-ci il tarixdə Bakıya rayondan gəlmiş və dostu Sənan onu Binəqədi rayonunda olan restoranların birinə dəvət etmişdir. Orada ilk dəfə Təqsirləndirilən şəxs görmüşdür. Axşam saat 22 radələrində Mircəlal hesabı ödəmək üçün kabinetdən çıxmış, bu zaman səs-küy eşidib bayıra çıxdıqda görmüşdür ki, Mircəlalı polis əməkdaşları saxlamışdır. Polis əməkdaşlarının tədbir keçirdiklərini anlayaraq onların işinə müdaxilə etməmişdir. Sonradan ona məlum olmuşdur ki, Mircəlalı narkotik vasitələrin dövriyyəsinə görə saxlamışlar. Müdafəçinin vəsatəti ilə dindirilmiş X20 və X14 ifadələrində xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar saxlanılmasını təsdiq etmişlər. Təqsirləndirilən şəxs CM-nin 221.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlləri üzrə təqsirli olması qismən özünün və şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə tədqiq edilmiş cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Şəmkir RPŞ-nin Kür PB-nin rəisinə ünvanlanan 09.09.021-ci il tarixli raportdan müəyyən olunur ki, 09 sentyabr 2021-ciil tarixdə, saat 18 radlərində Şəmkir rayonu, Qaracəmirli kəndində X1 işlətdiyi çayxananın qarşısında Gəncə şəhərindən və Şmkirrayonunudan həmin kəndə gəlmiş şəxsiyyətləri istintaqa məlum olmayan 10-15 nəfərdən bir qrup şəxslə Zərərçəkmiş şəxs2, X7 arasında dava-dalaş baş vermiş dava zamanı Eldəniz Hüseynli özünə məzsus “VAZ-2016” markalı avtomobildən qoşa lüləli ov silahını götürərək havaya atəş açmaqla ictimai qaydanı kobud şəkildə rozan cəmiyyətə açıq hökmətsizlik ifadə edən hərəktlər edərək xuliqanlıq etmişlər. Məhkəmədə elan edilib araşdırılmış “axtarış aparılması haqqında” 17 sentyabr 2021-ci il tarixli protokoldan müəyyən olunur ki, Zərərçəkmiş şəxs2 yaşadığı Şəmkir rayonu, Qaracəmirli kəndində yerləşən evində axtarış zamanı 01 ədəd 19186 nömrəli, keçmiş SSRİ dövlətində, zavod üsulu ilə Tula silah zavodunda 1960-cı ildə istehsal olunmuş, TOZ-B modelli, çaxmaqlı, hamar, texniki cəhətdən saz, hər iki lülədən atəş üçün yararlı, qoşa lüləli, odlu yivsiz silah və 01 ədəd K-03357 nömrəli, keçmiş SSRİ dövlətində İjevsk silah zavoodunda 1960-cı ildə istehsal olunmuş, 16 kalbrli İjk modelli, çaxmaqlı, hamar tək lüləli, lüləsi və qundağı sonradan kustar üsulu ilə kəsilmiş, öz təyinatını itirmiş 16 kalibrli ov tüfənginin kəsiyi (obrezidir) texniki cəhətdən saz, atəş üçün yararlı yivsiz odlu silah ov tüfəngi aşkar edilərək götürülmüşdür. Məhkəmədə elan edilib araşdırılmış “axtarış aparılması haqqında” 07 oktyabr 2021-ci il tarixli protokoldan müəyyən olunur ki, Zərərçəkmiş şəxs1 yaşadığı Şəmkir rayonu, Qaracəmirli kəndində yerləşən evində axtarış zamanı 01 ədəd 3979-Q nömrəli, keçmiş SSRİ dövlətində, 1949-cu ildə Zlataust silah zavodunda istehsal olunmuş, 16 kalbrli İj-5 modelli, çaxmaqlı, hamar tək lüləli, yivsiz, lüləsi və qundağı sonradan kustar üsulu ilə kəsilmiş, hal hazırda öz təyinatını itirmiş 16 kalibrli ov tüfənginin kəsiyi (obrezidir), texniki cəhətdən saz, atəş üçün yararlı silah aşkar edilərək götürülmüşdür. Məhkəmədə elan edilib araşdırılmış «baxış keçirilməsi haqqında» 18 noyabr 2021-ci il tarixli protokoldan müəyyən olunur ki, X11 bir ədəd dəmir baltanı təqdim etmiş, həmin baltaya baxış keçirilən zaman onun tiyə hissəsi dəmir materialdan olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış “ifadənin yerində yoxlanılması haqqında” 03 noyabr 2021-ci il tarixli protokoldan müəyyən olunur ki, Zərərçəkmiş şəxs2 ifadəsinin yerində yoxlanılan zaman Şəmkir rayonu, Qaracəmirli kəndində yerləşən Fəxrəddin Məmmədovun işlətdiyi çayxananın qarşısında olan yeri göstərmişdir. Məhkəmədə elan edilib araşdırılmış “ifadənin yerində yoxlanılması haqqında” 03 noyabr 2021-ci il tarixli protokoldan müəyyən olunur ki, X4 rayonu, Qaracəmirli kəndində mərkəzi hissədə yerləşən Fəxrəddin Məmmədovun işlətdiyi çayxananın qarşısında olan yeri göstərərək həmin çayxanada 09 sentyabr 2021-ci il tarixdə Cavanşir, Eldəniz və digər şəxslərlə Dinar, Şahin, Elmir və digər şəxslərin aralarında mübahisə olduğunu, Təqsirləndirilən şəxs və tanışlarının onların üzərinə gələn zaman yerdən daş götürərək tanımadığı şəxsə atdığını, Zərərçəkmiş şəxs2 isə həmin yerdə onları qorxutmaq üçün silahla atəş açdığını göstərmişdir. Məhkəmədə elan edilib araşdırılmış Şəmkir RPŞ-nin xx.xx.2021-ci il tarixli, 26117-2121 nömrəli məktubundan müəyyən olunur ki, 09 sentyabr 2021-ciil tarixdə, saat 18 radlərində Şəmkir rayonu, Qaracəmirli kəndində yerləşən çayxanada baş vermiş hadisə ilə əlaqədar Təqsirləndirilən şəxs və qeyrilərinə məxsus mobil nömrələrin anten dairələrinin müəyyən edilməsi barədə məktub göndərilmişdir. Məhkəmədə elan edilib araşdırılmış 13 oktyabr 2021-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunması barədə qərar qəbul edilmiş, lakin o, istintaqdan gizlənərək və çağırışlara gəlməkdən qəsdən boyun qaçırdığından həmin maddədə nəzərdə tutulan ittihamı ona elan etmək mümkün olmamış, barəsində həmin tarixdə axtarış elan edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin rəisinə ünvanlanmış xx.xx.2021-ci il tarixli raportdan müəyyən olunur ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs 11 dekabr 2021-ci il tarixdə ünvan 1 ünvanın yaxınlığında saxlanılmış, Binəqədi RPİ-nin 5-ci PBnin inzibati binasına dəvət edilib üzərinə şəxsi axtarış aparılarkən üzərindən satış məqsədi ilə qanunsuz əldə edib saxladığı külli miqdarda 38,898 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə elan edilib araşdırılmış «şəxsi axtarış və götürmə aparılması haqqında» 11 dekabr 2021-ci il tarixli protokoldan müəyyən olunur ki, baxış zamanı Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sağ yan cibindən 08 ədəd bükümdə, ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütlələri, şalvarının sol yan cibindən 63 manat pul və bir ədəd “İphone” markalı mobil telefonu təqdim etmişdir. 63 manat pul sonuncuya qaytarılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitəni Bakı şəhəri, Binəqədi rayonu ərazisində tanımadığı şəxsdən öz tanışlarına vermək üçün əldə etdiyini, narkotik vasitələri satıb pul qazanmasa da tanışlarına hədiyyə kimi verdiyini, əvvəllər dəfələrlə məhkum olunduğunu, əynində olan gödəkcənin sağ yan cibindən təqdim etdiyi narkotik maddənin özünə məxsus olduğunu, əvvəllər məhkumluq həyatı yaşaması səbəbindən yenidən həbs olunmamaq, cinayət məsuliyyətindən yayınmaq məqsədilə heç bir sənədi imzalamayacağını, dəvət olunan hal şahiddlərini tanımadığını və onlarla heç bir münasibətinin olmadığını bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2022ci il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 11 dekabr 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Qərarın məzmunundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs izahat verərkən elan olunmuş ittihamda özünü təqsirli bilmədiyini, narkotik vasitələrdən istifadə etmədiyini, hətta siqaret çəkmədiyini, narkottik vasitənin nə olduğunu bilmədyini göstərmişdir. Məhkəmədə elan edilib araşdırılmış «cinayət işlərinin bir icraatda birləşdirilməsi və cinayət əməlinin tövsif edilməsi haqqında» 17 yanvar 2022-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi onun Azərbaycan Respublikası CMnin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və istintaq edilməsi Şəmkir RPŞ-nə göndərilmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 11 dekabr 2021-ci il tarixli, 6/5458 nömrəli rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün №7” möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən....” və s sözlər, imzalar olan kağız paketdəki 08 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 33,012 qram, 1,015 qram, 0,790 qram, 0,656 qram, 1,001 qram, 0,812 qram, 0,902 qram, 0,710 qram ümumi təmiz çəkiləri 38,898 qram ağ rəngli maddələr psixotrop maddə olan metamfetamdir, metamfetamin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr” in siyahısına (Siyahı İ) daxildir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 5054 nömrəli rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xətəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserindən qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə kimyəvi ekspertizasının 27 dekabr 2021-ci il tarixli, 4090/K nömrəli rəyindən müəyyən olunurp ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində tiryək qrupuna aid olan morfin adlı alkoloidin sintetik analoqu olan heroin aşkar edilmişdir. Barbitur turşusu törəmələri, kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə - tibbi ekspertizasının 13 dekabr 2021ci il tarixli, 486/MEŞ nömrəli rəyiydən müəyyən olunur ki, Təqsirləndirilən şəxs sağ budun qançırı aşkar edilmişdir. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən əmələ gəlmişdir. Törənmə müddəti müayinədə 4-5 gün əvvələ uyğun gəlir, müxtəlif şəraitlərdə yarana bilərdi, zərərçəkmiş şəxsin göstərdiyi şəraitdə, yəni qaçarkən yıxılması zəminində əmələ gəlməsi inkar olunmur və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Məhkəmədə elan edilib araşdırılmış “sənəd və diskə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, diskə baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş telefon nömrələr ilə digər şəxslər arasında narkotik vasitələrin dövriyyəsi ilə əlaqədar qarşılıqlı yazışmalar müəyyən edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış Şəmkir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən müyyən olunur ki, Zərərçəkmiş şəxs1,Zərərçəkmiş şəxs2 və qeyrisi Azərbaycan Respublikası CM-nin 221.1 və 234.1-ci maddələri ilə müxtəlif müddətlərə azadlıqdan məhrum etmə cəzasına məhkum edidlmişlər. Həmin hökm ikinsi instansiya məhkəmsinin qərarı ilə qüvvədə saxlanılmışdır.
1. Məhkəmədə tədqiq olunmuş «sübutların qiymətləndirilməsi haqqında» xx.xx.2022ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatlardan sonra qalıq çəkisi 38,778 qram çəkidə psixotrop maddə metamfetamin və bir ədəd “İphone” markalı mobil telefon aparatı Şəmkir RPŞ-nə saxlanc anbarına təhvil verilmişdir. Məhkəmədə elan edilib araşdırılmış zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 xx.xx.2022-ci il tarixli ərizələrindən müəyyən olunur ki, onların Təqsirləndirilən şəxs və qeyrisindən qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmənin sorğunusuna əsasən Bakı şəhəri Nərimanov rayon prokurorluğundan məhkəməyə daxil olmuş 366-x-23 saylı, xx.xx.2023-cü il tarrixli məktubdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Nərimanov rayon prokurorluğuna müraciəti daxil olmamış, sonuncu barəsində hər hansı araşdırma aparılmamışdır. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs məhkumluğuna dair tələbnamədən və hökmün surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Şəmkir rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3 və 228.4-cü maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 5 saylı MTÇM-nin 3-16-17/45/2-244/2023nömrəli, xx.xx.2023-cü il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs 30 iyul 2020-ci il tarixdə cəza müddətinin başa çatması ilə əlaqədar cəzadan azad edilmişdir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Belə olan halda Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş, yenidən qəsdən cinayət törətməsi Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivini yaratmışdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmədə elan edilib araşdırılmış təqsirləndirilən şəxsi xarakterizə edən xasiyyətnamədən və digər sənədlərdən müəyyən olunur ki, o ailəlidir, himayəsində 2013-cü il təvəllüdlü uşağı var, müsbət xarakterizə olunur. Məhkəmədə elan edilib araşdırılmış ibtidai araşdırma orqanının xx.xx.2022-ci il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddə metamfetaminin əldə etmə mənbəyinin müəyyən edilməsi üçün ********* nömrəli cinayət işi ayrılmışdır. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ibtidai istintaq zamanı verdiyi izahat və ifadələri ilə, şahidlərin ifadələri, ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs psixotrop madənini polis əməkdaşları tərəfindən üzərinə qoyulması barədə ifadəsi onun məhkəməyədək icraat zamanı üzərinə müdafiəçisinin və hal şahidlərinin iştirakı ilə baxış protokolu ilə, baxış zamanı özünün 8 ədəd bükümdə psixotrop maddəni təqdim etməsi, həmin maddəni öz tanışlarına vermək üçün əldə etdiyini, narkotik vasitələri satıb pul qazanmasa da tanışlarına hədiyyə kimi verdiyini barədə izahat və ifadələri ilə, əməliyyat tədbirini keçirmiş polis əməkdaşlarının ifadələri, üzərinə müdafiəçisinin iştirakı və hal şahidlərinin iştirakları ilə videoçəkilişlə keçirilmiş baxış protokolu və ona əlavə olunmuş DVD diskdəki görüntülərlə, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə təkzib olunur. Məhkəmə Təqsirləndirilən şəxs və hal şahidi Şahid7 məhkəmə baxışı zamanı verdiyi ifadələrini həqiqətə uyğun olmayan, tədqiq olunmuş mötəbər sübutlarla təkzib olunan ifadələr kimi qiymətləndirir və Təqsirləndirilən şəxs və hal şahidləri Şahid7 və Şahid10 ibtidai araşdırma zamanı verdiyi ifadələrini həqiqi, işin hallarına uyğun ifadələr kimi qiymətləndirməklə həmin ifadələri sübut növü kimi qəbul edir. Məhkəmə nəzərə alır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi satış məqsədi ilə əldə edilməsini təsdiq edir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu -narkomaniya xəstəliyi aşkar olunur, məcburi müalicəyə ehtiyacı vardır. Belə olan halda Təqsirləndirilən şəxs narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə baxışı zamanı ittiham nitqi ilə çıxış edən dövlət ittihamçısı təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 və 234.4.3-cü maddələri ilə verilmiş ittihamın həmin Məcəlləsinin 221.1 və 234.4.3-cü maddələrinə tövsif edilməsini, CMnin 221.1-ci maddəsi ilə cəlb etmə müddəti keçdiyindən onun barəsində həmin maddə ilə cəza təyin edilməməsini təklif etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə tövsifə dair təklifi qəbul edilməli, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinməli, lakin ona bu maddə ilə cəlb etmə müddəti keçdiyindən cəza təyin edilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə uyğun olaraq himayəsində azyaşlı uşağının olmasını, CM-nin 59.1.13-cü maddəsinə uyğun olaraq zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olmasını Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə uyğun olaraq, onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal mövcud olduğundan onun barəsində CM-nin 60-cı maddəsi tətbiq oluna bilməz. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs islah olunmasına yalnız onları cəmiyyətdən təcrid olunma yolu ilə nail olmaq mümkündür. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlaqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni 11 dekabr 2021-ci il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda Şəmkir RPŞ-nə təhvil verilmiş, tədqiqatdan sonra qalıq çəkisi 38,778 qram 38,778 qram psixotrop maddə metamfetamin məhv edilməli, bir ədəd “İphone” markalı mobil telefon aparatı Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalı, cinayət işinin materiallarına əlavə edilmiş DVD disklər cinayət cinayət işi materiallarında saxlanılmalıdır. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 109 (yüz doqquz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə,
hökm etdi:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1 və 234.4.3cü maddələri ilə təqsirli bilinsin. Azərbaycan Respublikası CPM-in 44.2.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1 və 75.1.1-ci maddələri ilə müəyyən edilmiş cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cəza təyin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 06 (altı) il müddətə azadlıqdan məhrum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 11 dekabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Şəmkir RPŞ-nən təhvil verilmiş, tədqiqatdan sonra qalıq qalmış 38,778 qram psixotrop maddə metamfetamin məhv edilsin, bir ədəd “İphone” markalı mobil telefon aparatı Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın, cinayət işinin materiallarına əlavə edilmiş DVD disk cinayət işinin materiallarında saxlanılsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci 109 (yüz doqquz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Leyla Əsgərova-Məmmədova