Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-206/2024 24.01.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclas katibi – X23, X10 və X2, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər - Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, X25 və Müdafiəçi2, təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakı ilə, 9 may 1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olmuş, İİ dərəcə əlilliyi olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsi, döngə 2, ev 20-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxxx 1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi ev 2A, mənzil 16-da qeydiyyatda olmaqla ünvan 1-də yaşayan və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə 24 yanvar 2024-cü il tarixdə, saat 12:05-də Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:
1. Təqsirləndirilən şəxs1 məlum olmayan mənbədən, məlum olmayan tarixdə və vaxtda satış məqsədi ilə qanunsuz olaraq kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edən, ümumi təmiz çəkisi 0,374 qram olan 2 (iki) ədəd bükümdə narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, həmin narkotik vasitə olan heroindən 1(bir) ədəd bükümdə, təmiz çəkisi 0,301 qram təşkil edən, qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə heroini Təqsirləndirilən şəxs2 və 1 (bir) ədəd bükümdə, təmiz çəkisi 0,073 qram təşkil edən, qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə heroini isə Şahid6 satmış, 17 oktyabr 2022-ci il tarixdə, saat 10:20-də Bakı şəhəri, Xəzər Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 29 saylı xəstəxananın yaxınlığında Təqsirləndirilən şəxs2 və Şahid6 saxlanılaraq Bakı şəhəri, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə gətirilmiş və orada videoçəkiliş vasitəsi ilə hər ikisinin üzərinə şəxsi axtarış keçirilərkən qeyd edilən ümumi təmiz çəkisi 0,374 qram olan 2(iki) ədəd bükümdə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür.
2. Təqsirləndirilən şəxs2 qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, siqaretin gümüşü rəngli kağızına bükülmüş formada 1 (bir) ədəd bükümdə narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 17 oktyabr 2022-ci il tarixdə, saat 10:20-də Bakı şəhəri, Xəzər Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 29 saylı xəstəxananın yaxınlığında saxlanılaraq Bakı şəhəri, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə aparılmış və orada videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli idman şalvarının sağ yan cibindəki 1 (bir) ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş, təmiz çəkisi 0,301 qram olan, qəhvəyi rəngli və kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür.
İşin halları və dəlilləri:
3. Məhkəmədə Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 hazırkı iş üzrə tutulmazdan təxminən bir-iki il əvvəl narkotik vasitə istifadə edən şəxs kimi tanımışdır. 17 oktyabr 2022ci il tarixdə, təxminən səhər saat 9 radələrində yaşadığı evdə olarkən qapı döyülmüş, çölə çıxdıqda qapını döyən şəxslərin polis əməkdaşları olduğunu görmüş, polis əməkdaşları onlarla birlikdə polis şöbəsinə getməli olduqlarını bildirmişlər. O, etiraz etməyərək polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmiş, orada qoluna qandal taxılaraq xidməti otaqlardan birinə aparılmış, təxminən 11 nəfər polis əməkdaşı onu döyməyə başlamış, həmin döyülmə nəticəsində bədəninin arxa kürək nahiyəsində şiş əmələ gəlmişdir. Polislər onu döyərək narkotik vasitə satdığını etiraf etməsini tələb etmiş, o da etiraz edərək narkotik vasitə satmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 onun yanına gətirərək birincidən onu tanıyıb-tanımadığını, narkotik vasitəni ondan alıb-almadığını soruşduqda Əlizamin əvvəlcə onu tanımadığını bildirdiyi üçün polislər onun gözləri qarşısında Əlizaminə sillə vurmuşlar. Əlizaminə edilmiş təzyiqlərə görə Əlizamin məcbur qalaraq narkotik vasitəni ondan aldığını bildirmişdir. Onu döyən polis əməkdaşlarından bəzilərini tanımış, onlardan Şahid2 Hüseynağa oğlu və Şahid1 xatırlayır.
4. Təqsirləndirilən şəxs1 ona verilmiş suallara cavab olaraq ifadəsinə davam edərək göstərdi ki, Təqsirləndirilən şəxs2 atası Bəxtiyarı da tanımış, ona görə Əlizamin etibar edərək öz istifadəsi üçün narkotik vasitə ilə bağlı ona müraciət etmişdir. O, nə Əlizaminə, nə də hər hansı başqa şəxsə narkotik vasitə satmamış, lakin Əlizamin lazım olduqda ondan tanıdığı şəxs kimi narkotik vasitə götürüb istifadə etmişdir. Əlizaminə və ya Əlizaminin dostlarına narkotik vasitə lazım olduğu təqdirdə Əlizamin ondan narkotik vasitə tapmasını xahiş etmiş, o da başqa şəxsə müraciət etməmələri üçün onlara narkotik vasitə vermişdir. Narkotik vasitə satışı ilə məşğul olan şəxslər tanımadığı insanlara etibar edib narkotik vasitə satmadığı üçün o, narkotik vasitə aldığı şəxsi Əlizaminlə tanış etməmişdir. Əlizamini atasına görə tanıdığından ona etibar etmişdir. Ona edilən təzyiqlərlə bağlı heç bir orqana şikayət etməmiş, istintaq təcridxanasına daxil olarkən tibbi müayinədən keçirilmiş, polis əməkdaşları tərəfindən döyülərkən kürək nahiyəsində xəsarət yaranmış, istintaq təcridxanasına göndərildikdən təxminən 15 gün sonra onun kürək nahiyəsində şiş əmələ gəlmiş, o da polis əməkdaşları tərəfindən döyüldüyü üçün həmin şişin yarandığını ehtimal etmişdir. İstintaq təcridxanasında olarkən şiş yarandıqdan sonra hər hansı müayinə edilməmişdir.
5. Təqsirləndirilən şəxs1 ifadəsinə əlavə edərək göstərdi ki, ittiham aktında onun 17 oktyabr 2022-ci ildə, saat 18 radələrində saxlanıldığı bildirilsə də həqiqətdə polis əməkdaşları onu təxminən səhər saat 9-10 radələrində evindən saxlayaraq aparmışlar. Şikayət etmək onun xarakterinə zidd olduğundan polis əməkdaşları tərəfindən ona qarşı edilmiş fiziki və psixi təzyiqlərə və pis rəftara görə hər hansı bir şəxsə və ya dövlət orqanına şikayət etməmiş, barəsində qətimkan tədbiri seçilərkən də məhkəməyə getdiyi zaman hakimə də bu barədə bildirməmişdir.
6. Təqsirləndirilən şəxs1 məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs1 həmin ifadələrdə göstərmişdir ki, təxminən 20 il olar narkotik vasitənin müxtəlif növündən çəkmə yolu ilə istifadə etmişdir. İstifadə etdiyi narkotik vasitəni isə adətən İran İslam Respublikası vətəndaşından onlayn yolla almışdır. Sonuncu dəfə təxminən bir neçə gün bundan öncə 5 büküm narkotik maddə olan heroin və 3 büküm psixotrop maddə metamfetamini 130 manata almışdır. Aldığı narkotik maddəni əynində olan qara rəngli şalvarın sağ cibinə qoymuşdur. 17 oktyabr 2022-ci il tarixdə, günorta saatlarında Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində yerləşən yaşadığı evin yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirmişlər. O da buna etiraz etməmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, sonra isə polis əməkdaşları xidməti otaqların birində videoçəkilişlə üzərinə baxış keçirmişlər. Baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmişdir. O da üzərində saxladığı içərisində kakos kimi tanıdığı maddə olan gümüşü rəngli kağıza bükülmüş narkotik maddə olan 5 ədəd bükümü və 3 ədəd şüşə kimi tanıdığı psixotrop maddə metamfetamini təqdim etmişdir. Aşkar edilmiş narkotik maddələri təxminən bir neçə gün bundan öncə İran İslam Respublikası vətəndaşından ümumilikdə 130 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs2 və Şahid6 üzərindən aşkar olunmuş narkotik vasitəni onlara özü satmışdır. Həmçinin üzərindən aşkar olunmuş 3 ədəd bükümdə olan maddələri metamfetamin kimi bilsə də, ekspertiza rəyi ilə tanış olduqdan sonra həmin maddənin metamfetamin yox, sikloheksanamin maddəsi olduğunu öyrənmişdir. (Cild 1, iş vərəqi (bundan sonra i.v.) 88-90; 128-129; 160-161; 2-ci cild 37-37;).
7. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edildikdən sonra verilmiş suallara cavab olaraq göstərdi ki, məhkəməyədək icraat zamanı tərtib edilmiş bütün sənədləri ona edilmiş təzyiqlər nəticəsində imzaladığından həmin ifadələri təsdiq etmir. Sonradan isə ona təqdim edilmiş heç bir sənədi istintaqa etiraz əlaməti olaraq imzalamamışdır. Məhkəmə iclasında verdiyi ifadələr həqiqəti əks etdirir. Ümumiyyətlə şikayət etmək onun xarakterinə uyğun olmadığı üçün məhkəməyədək icraat zamanı nə barəsində qətimkan tədbiri seçilərkən hakimə, nə də digər vəzifəli şəxslərə şikayət etməmişdir. İbtidai istintaq zamanı ona təzyiqlər edən polis əməkdaşlarından biri də Şahid4 olmuşdur. Əlizamini polis əməkdaşı Şahid5 onun yanında sillə ilə vurmuşdur. İfadəsinin sonunda Təqsirləndirilən şəxs1 məhkəmədən ona narkotik vasitələrin istifadəçisi kimi ədalətli cəza təyin edilməsini xahiş etdi.
8. Məhkəmədə Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 Binə qəsəbəsindən tanımış, Təqsirləndirilən şəxs1 ehtiyacı olduğu halda bir neçə dəfə pul vermiş, sonuncu isə tanımadığı hansısa şəxsdən narkotik vasitə alaraq ona vermişdir. O, narkotik vasitə aludəçisi olmuş, 17 oktyabr 2022-ci il tarixdə səhər saatlarında bədənində ağrılar olduğundan Təqsirləndirilən şəxs1 sms-mesaj yazaraq ondan narkotik vasitə istəmiş, Ramil ona evinə gəlməsini bildirmiş, daha sonra Binə qəsəbəsində Təqsirləndirilən şəxs1 yaşadığı evinə getmiş, evin qarşısında polis əməkdaşları tərəfindən tutularaq polis şöbəsinə aparılmışdır. O, saxlanılarkən üzərində narkotik vasitə olmamış, polis şöbəsində ona fiziki və psixi təzyiqlər edilmiş, ağrıdığı üçün polis əməkdaşları tərəfindən ona istifadə etmək məqsədi ilə narkotik vasitə təklif edilmiş, buna görə də saxlanılarkən üzərində narkotik vasitə olduğunu qəbul etmişdir. Başqa narkotik vasitə ala biləcəyi şəxs olmadığından ehtiyacı olarkən Təqsirləndirilən şəxs1 pul vermiş, sonuncu da onun üçün başqa şəxslərdən narkotik vasitə əldə edib vermişdir. Binə qəsəbəsinə taksi sürücüsü Orxan Alıev adlı şəxsin avtomobili ilə Şahid6 adlı şəxslə birgə getmiş, yolda Təqsirləndirilən şəxs1lə “Whatsapp” mobil tətbiqi vasitəsi ilə mesajlaşmış, lakin tutulduqdan sonra onunla mesajlaşan şəxsin Təqsirləndirilən şəxs1 deyil, polis əməkdaşlarının olduğunu başa düşmüşdür. O, polis əməkdaşları tərəfindən saxlanılmamışdan əvvəl narkotik vasitə qəbul etməmiş, Təqsirləndirilən şəxs1 narkotik vasitə almamış, sonuncu əvvəllər pul müqabilində hansısa şəxsdən narkotik vasitə əldə edərək ona vermişdir. 17 oktyabr 2022ci il tarixdə Təqsirləndirilən şəxs1 20 manat müqabilində 0,3-0,4 qram narkotik vasitə heroin əldə etmək üçün sonuncunun yaşadığı evə getmişdir. Üzərində videoçəkilişlə şəxsi axtarış aparılmış, polis əməkdaşları üzərinə video çəkilişdən əvvəl narkotik vasitə heroin qoymuş, videoçəkiliş zamanı polislərin ona bildirdikləri kimi demişdir.
9. Təqsirləndirilən şəxs2 verilmiş suallara cavab olaraq ifadəsinə əlavə edərək göstərdi ki, Təqsirləndirilən şəxs1 təxminən bir ildir tanımış və onunla birlikdə narkotik vasitə qəbul etmişdir. Binə qəsəbəsinə gedərkən Ramillə yalnız mobil telefonla mesajla xəbərləşmiş, Ramilə zəng etdikdə zənginə cavab verilməmişdir. Ramillə mesajlaşan zaman ondan 20 manat məbləğində narkotik vasitə heroin istəmişdir. Şəxsi axtarış zamanı üzərindən hər hansı narkotik vasitə aşkar edilməmişdir. Ramillə özünün istifadəsində olan ***-**-** saylı mobil telefon nömrəsi ilə danışıb əlaqə saxlamış, lakin Ramilin mobil telefon nömrəsini dəqiq xatırlamasa da, onun “Nar Mobile” nömrəsi olmasını xatırlayır. Ramilə əvvəllər də pul verərək ona narkotik vasitə almasını xahiş etmiş, bəzi hallarda Ramillə birlikdə narkotik vasitə də qəbul etmişdir. 17 oktyabr 2022-ci il tarixdə Ramilə vatsap vasitəsi ilə səs göndərmiş, Ramil isə onu evlərinə çağırmış, o da Orxan Alıevin idarə etdiyi avtomobillə Binə qəsəbəsinə Ramilin yaşadığı evinə getmişdir. Ramilin evinin qarşısında dörd nəfər polis əməkdaşı onu saxlayaraq polis şöbəsinə gətirmiş, polis şöbəsində Təqsirləndirilən şəxs1 orada olduğunu görmüşdür. Saxlanılarkən üzərində hər hansı narkotik vasitə olmamış, polis şöbəsində xatırlamadığı hansısa polis əməkdaşı onun sifətindən bir dəfə sillə vurmuş, polis əməkdaşları bədənində ağrılar olduğundan ona istifadə etməsi üçün narkotik vasitə təklif etmişlər. Üzərində müdafiəçisinin iştirakı ilə şəxsi axtarış aparılmış, vaxtında narkotik vasitə qəbul edə bilmədiyi üçün və bədənində ağrılar olduğundan polis əməkdaşlarının ona verdiyi, miqdarını bilmədiyi narkotik vasitənin üzərindən çıxdığını deməyə razılaşmışdır. 17 oktyabr 2023-cü il tarixdə, təxminən saat 9:30 radələrində Təqsirləndirilən şəxs1 narkotik vasitə almaq üçün yaşadığı evdən çıxaraq sonuncunun evinə doğru getmiş, “Koroğlu” metrostansiyasından Binə qəsəbəsinə təxminən 10-15 dəqiqə müddətində getmiş, Ramilin yaşadığı evin yaxınlığında saxlanılmışdır. Polislərlə birlikdə gedərkən üzərində narkotik vasitə olmamışdır.
10. Təqsirləndirilən şəxs2 məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs2 həmin ifadələrdə göstərmişdir ki, təxminən 7 ay olar narkotik vasitənin müxtəlif növündən inyeksiya yolu ilə istifadə edir. Həmin narkotik vasitəni isə adətən Binə qəsəbəsində yaşayan Ramil adlı şəxsdən alır. Sonuncu dəfə 17 oktyabr 2022-ci il tarixdə bir büküm narkotik maddə olan heroini Binə qəsəbəsində yaşayan Ramil adlı şəxsdən 10 manata almışdır. Aldığı narkotik maddəni əynində olan qara rəngli idman şalvarının sağ cibinə qoymuşdur. 17 oktyabr 2022-ci il tarixində, günorta saatlarında Xəzər rayonu Binə qəsəbəsi, F.Aynulov küçəsində yerləşən 29 saylı xəstəxananın yanında polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirmişlər. O da buna etiraz etməmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, sonra isə polis əməkdaşları xidməti otaqların birində videoçəkilişlə üzərinə baxış keçirmişlər. Baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olubolmaması barədə sual verilmişdir. O da üzərində saxladığı içərisində “kakos” kimi tanıdığı maddə olan gümüşü rəngli kağıza bükülmüş narkotik maddə olan bir ədəd bükümü təqdim etmişdir. Sonradan bükülü açılmış və həmin gümüşü rəngli kağıza bükülmüş halda olan “kakos” maddəsini aşkar etmişlər. Sorğu zamanı bildirmişdir ki, aşkar edilmiş maddə “kakos” kimi tanıdığı narkotik vasitədir. Həmin narkotik vasitəni Binə qəsəbəsində yaşayan Ramil adlı şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Daha sonra ondan aşkar edilmiş narkotik vasitə polis əməkdaşları tərəfindən götürülərək iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, zərf 244 saylı möhürlə möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf imzalanaraq tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi bildirilmişdir. Keçirilən bütün proses videoçəkilişlə qeydə alınmışdır (Cild 1, i.v 29-30; 112-114; 140-141;).
11. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edildikdən sonra verilmiş suallara cavab olaraq göstərdi ki, həmin ifadələri təsdiq etmir. Şahid6 və onun üzərində saxlanılarkən heç bir narkotik vasitə olmamış, üzərində olan 20 manat pulun 10 manatı Şahid6 məxsus olmuş, Şahid6lə birlikdə hadisə yerinə taksi ilə getmiş, Təqsirləndirilən şəxs1 tanıdığı üçün hər zaman sonuncudan onun üçün narkotik vasitə tapmasını xahiş etmiş, Təqsirləndirilən şəxs1 hər dəfə pul verdikdən 15 dəqiqə sonra sonuncu ona narkotik vasitə gətirib vermiş, o da həmin 15 dəqiqə ərzində birincinin kimdənsə narkotik vasitə aldığını düşünmüşdür. Saxlanıldıqdan sonra birbaşa polis şöbəsinə aparılmış, saxlanıldığı yer ilə polis şöbəsi arasında təxminən 3 dəqiqəlik məsafə olmuş, saat 10 radələrində polis şöbəsinə çatdıqda Təqsirləndirilən şəxs1 əli bağlı formada polis şöbəsində görmüşdür. Məhkəməyədək icraat zamanı ona təzyiqlər edilməsi barədə heç kimə məlumat verməmiş, həqiqəti məhkəmədə danışacağını düşünmüş, üzərindən aşkar edilən narkotik vasitəni ona polislər vermiş, ona sillə vuran polis əməkdaşını tanımamışdır. Hadisədən sonra narkotik vasitələrin aludəçiliyindən azad olmaq üçün könüllü müalicə olunmağa qərar vermiş, hazırda müalicə olunaraq tam sağalmış və özü digər narkomaniya xəstəliyindən əziyyət çəkən şəxslərin müalicəsində könüllü kimi işləyir. Adətən narkotik vasitə qəbul etdiyi vaxtlarda 24 saat müddətində yenidən narkotik vasitə qəbul etmədiyi təqdirdə bədənində ağrılar başlamışdır.
12. Təqsirləndirilən şəxs2 Şahid5 məhkəmədə dindirilərkən ifadəsinə əlavə edərək polis şöbəsində ona sillə vurmuş polis əməkdaşının Şahid5 olduğunu bildirmişdir.
13. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.
14. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir.
15. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri, Xəzər Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün polis nəfəri, polis baş serjantı Şahid4 Ağamirzə oğlu məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, 17 oktyabr 2022-ci il tarixdə, saat 10:20-də 6352 saylı çağırışlı avtopatrulda iş yoldaşı, Xəzər RPİ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid5 ilə birlikdə inzibati ərazidə xidmət aparan zaman xidməti ərazidə baş vermiş çoxsaylı oğurluq hadisələri ilə bağlı Binə qəsəbəsində yerləşən 29 saylı xəstəxananın yaxınlığında 3 nəfər şəxsə yaxınlaşıb özlərini təqdim edərək həmin şəxslərdən orada kimi gözlədiklərini və harada yaşadıqlarını soruşduqda həmin şəxslərdən biri qeyri-adekvat cavablar verərək “Ramil adlı şəxsin yanına canımız ağrıdığı üçün gəlmişik” demişdir. Həmin şəxslərdən birinin qarın nahiyəsini tutaraq yerdə oturduğunu, digərinin divara söykəndiyini görüb onlardan şübhələnmişlər. Onlar həmin şəxslərdən nəyin arxasınca buraya gəldiklərini soruşduqda həmin şəxslər onlara narkotik vasitə almaq üçün gəldiklərini demişlər. Həmin şəxslər dərhal onlar tərəfindən saxlanılaraq Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinə gətirilmiş və bu barədə onlar tərəfindən polis şöbəsinin rəisinin adına raport yazılmışdır. Polis şöbəsində həmin şəxslərin anket məlumatları yoxlanılan zaman məlum olmuşdur ki, həmin şəxslər Təqsirləndirilən şəxs2, Şahid6 və Şahid3 İsmayıl oğludur. Həmin şəxslərdən Təqsirləndirilən şəxs2 və Şahid6 üzərinə şəxsi axtarış keçirilməsi zərurəti yarandığından, şöbəyə müdafiəçilər dəvət olunmuşdur. Xidməti otaqların birində videoçəkiliş vasitəsilə müdafiəçinin, onun və Xəzər RPİ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid5 iştirakı ilə Xəzər RPİ-nin 3-cü PŞ-nin baş təhqiqatçısı, polis mayoru Namiq Binnətov tərəfindən əvvəlcə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı əvvəlcə Təqsirləndirilən şəxs2 təklif olunmuşdur ki, üzərində hər hansı bir qeyri-qanuni əşya varsa könüllü olaraq təqdim etsin. Təhqiqatçının bu təklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs2 əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümü çıxarıb xidməti otaqdakı masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs2 təqdim etdiyi bükümün içərisinə təhqiqatçı tərəfindən əyani baxış keçirilmişdir. Baxış zamanı bükümün içərisində narkotik vasitə hesab olunan heroinə bənzər kütlə aşkar edilmişdir. Bu barədə Təqsirləndirilən şəxs2 sual verilərkən sonuncu həmin bükümün içərisində narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitəni Binə qəsəbəsi ərazisində Ramil adlı şəxsdən 10 manat müqabilində öz şəxsi istifadəsi üçün alıb üzərində gəzdirdiyini demişdir. Daha sonra müdafiəçi şübhəli şəxsə aşkar edilmiş narkotik vasitənin ona aid olub-olmamasını və ona qarşı polis əməkdaşları tərəfindən hər hansı bir təzyiq olubolmamasını soruşmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs2 isə narkotik vasitənin özünə məxsus olmasını və polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir təzyiq olmadığını bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş maddə qablaşdırılmış və həmin maddənin tərkibinin müəyyən edilməsindən ötrü ekspertizaya göndəriləcəyi bildirilmişdir. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış davam etdirilmiş, lakin üzərindən qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra təhqiqatçı istintaq hərəkətinin yekunlaşdığını elan edərək videoçəkilişi dayandırmağı tələb etmişdir. Şəxsi axtarış istintaq hərəkəti zamanı videoçəkiliş “İphone” markalı mobil telefon vasitəsilə Xəzər RPİ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid5 tərəfindən aparılmışdır.
16. Şahid E.A.Həmidov ifadəsinə davam edərək göstərdi ki, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış istintaq hərəkətinin keçirilməsi yekunlaşdıqdan sonra xidməti otaqların birində videoçəkiliş vasitəsilə müdafiəçinin, onun və Xəzər RPİ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid5 iştirakı ilə Xəzər RPİ-nin 3-cü PŞ-nin baş təhqiqatçısı, polis mayoru Namiq Binnətov tərəfindən Şahid6 üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı əvvəlcə Şahid6 təklif olunmuşdur ki, üzərində hər hansı bir qeyri-qanuni əşya varsa könüllü olaraq təqdim etsin. Təhqiqatçının bu təklifindən sonra şübhəli şəxs Şahid6 əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümü çıxarıb xidməti otaqdakı masanın üzərinə qoymuşdur. Şahid6 təqdim etdiyi bükümün içərisinə təhqiqatçı tərəfindən əyani baxış keçirilmişdir. Baxış zamanı bükümün içərisində narkotik vasitə hesab olunan heroinə bənzər kütlə aşkar edilmişdir. Daha sonra təhqiqatçı tərəfindən Şahid6 üzərində şəxsi axtarış davam etdirilmiş, lakin üzərindən qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Aşkar olunmuş maddə barədə Şahid6 sual verilərkən sonuncu həmin bükümün içərisində narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitəni Binə qəsəbəsi ərazisində Ramil adlı şəxsdən 10 manat müqabilində öz şəxsi istifadəsi üçün alıb üzərində gəzdirdiyini demişdir. Daha sonra müdafiəçi şübhəli şəxsə aşkar edilmiş narkotik vasitənin ona aid olub-olmamasını və ona qarşı polis əməkdaşları tərəfindən hər hansı bir təzyiq olubolmamasını soruşmuşdur. Şübhəli şəxs Şahid6 isə narkotik vasitənin özünə məxsus olmasını və polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir təzyiq olmadığını bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Şahid6 üzərindən aşkar olunmuş maddə qablaşdırılmış və həmin maddənin tərkibinin müəyyən edilməsindən ötrü ekspertizaya göndəriləcəyi bildirilmişdir. Daha sonra təhqiqatçı istintaq hərəkətinin yekunlaşdığını elan edərək videoçəkilişi dayandırmağı tələb etmişdir. Təqsirləndirilən şəxs2 olduğu kimi Şahid6 də üzərinə keçirilən şəxsi axtarış istintaq hərəkəti zamanı videoçəkiliş “İphone” markalı mobil telefon vasitəsilə polis əməkdaşı Şahid5 tərəfindən aparılmışdır.
17. Şahid E.A.Həmidov ifadəsinə əlavə edərək göstərdi ki, Təqsirləndirilən şəxs2 və digər şəxslər polis şöbəsinə təhvil verilərkən Təqsirləndirilən şəxs1 orada görməmişdir. O, Təqsirləndirilən şəxs1 saxlanılmasında ümumiyyətlə iştirak etməmişdir. Onun tərəfindən nə Təqsirləndirilən şəxs1, nə Təqsirləndirilən şəxs2, nə də hər hansı şəxsə qarşı fiziki, psixi və sair təzyiq və təsir olmamış, hər hansı şəxsə qarşı pis rəftar göstərilməmişdir.
18. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri, Xəzər Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün polis nəfəri, polis serjantı Şahid5 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu və Şahid4la oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək əlavə olaraq göstərdi ki, Təqsirləndirilən şəxs2 və onunla birgə olan digər iki nəfər şəxs saxlanılarkən təhlükəsizlik məqsədi ilə kəsici-deşici alətin olub-olmamasını aydınlaşdırmaq üçün səthi olaraq onların üzəri yoxlanılmış, lakin üzərilərində hər hansı axtarış aparılmamışdır. O, Təqsirləndirilən şəxs1 saxlanılmasında iştirak etmədiyini, nə Təqsirləndirilən şəxs1, nə də Təqsirləndirilən şəxs2 qarşı hər hansı fiziki, psixi və sair təzyiq və ya təsir edilmədiyini, onlarla pis rəftar edilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 sillə vurmamış, ona istifadə etməsi üçün narkotik vasitə təklif etməmişdir.
19. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməliyyat müvəkkili, polis mayoru Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, 17 oktyabr 2022-ci il tarixdə, saat 18:00-da Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin baş təhqiqatçısı, polis mayoru X4 yazmış olduğu əməliyyat tapşırığı və alınmış əməliyyat məlumatı əsasında həmin polis şöbəsinin cinayət-axtarışı üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 və onun iştirakı ilə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs1 onlar tərəfindən saxlanılaraq Xəzər RPİ-nin 3-cü PŞ-nə gətirilmiş və bu barədə onlar tərəfindən polis şöbəsinin rəisinin adına raport yazılmışdır. Polis şöbəsinə gətirilməzdən əvvəl onlar artıq həmin şəxsin anket məlumatlarını və yaşayış yerini müəyyən etmişlər. Lakin polis şöbəsində həmin şəxsin anket məlumatları bir daha yoxlanılan zaman məlum olmuşdur ki, həmin şəxs 9 may 1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsi, döngə 2, ev 20-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs1dur. Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilməsi zərurəti yarandığından, şöbəyə müdafiəçi dəvət olunmuşdur. Xidməti otaqların birində videoçəkiliş vasitəsilə müdafiəçinin, onun və əməliyyat müvəkkili Şahid1 iştirakı ilə Xəzər RPİ-nin 3-cü PŞ-nin baş təhqiqatçısı, polis mayoru Namiq Binnətov tərəfindən Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı əvvəlcə Təqsirləndirilən şəxs1 üzərində hər-hansı bir qeyriqanuni əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Təhqiqatçının bu təklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs1 əynindəki qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd üzərində “Prima” yazısı olan siqaret qutusunu çıxarıb xidməti otaqdakı masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs1 təqdim etdiyi siqaret qutusunun içərisinə təhqiqatçı tərəfindən əyani baxış keçirilmişdir. Baxış zamanı siqaret qutusunun içərisindən 5 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş və 3 ədəd ağ rəngli sellofana bükülmüş formada, ümumilikdə 8 ədəd bükümlər aşkar olunmuşdur. Bükümlər açılıb içərisinə baxış keçirilən zaman 5 ədəd bükümün içərisində narkotik vasitə hesab olunan heroinə bənzər kütlə, 3 ədəd bükümün içərisində isə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Bu barədə Təqsirləndirilən şəxs1 sual verilərkən sonuncu həmin bükümlərin içərisində narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin olduğunu, həmin narkotik vasitə və psixotrop maddəni bir neçə gün bundan öncə İran İslam Respublikası vətəndaşından onlayn qaydada, ümumilikdə 130 manata öz şəxsi istifadəsi üçün alıb üzərində gəzdirdiyini demişdir. Müdafiəçi şübhəli şəxsə aşkar edilmiş narkotik vasitənin və psixotrop maddənin ona aid olub-olmamasını və ona qarşı polis əməkdaşları tərəfindən hər hansı bir təzyiq olub-olmamasını soruşmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs1 isə narkotik vasitənin və psixotrop maddənin özünə məxsus olmasını və polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir təzyiq olmadığını bildirmişdir. Təhqiqatçı şübhəli şəxsə sual verərək bir qədər əvvəl Təqsirləndirilən şəxs2 və Şahid6 üzərində şəxsi axtarış keçirildiyini və şəxsi axtarış keçirilən zaman hər iki şəxsin üzərindən ayrı-ayrılıqda bir büküm narkotik vasitə heroinə bənzər maddə aşkar olunduğunu və onların hər birinin üzərilərindən aşkar olunan həmin narkotik vasitəni Ramil adlı şəxsdən aldıqlarını dediyini və bunun doğru olub-olmadığını, qeyd edilən Ramil adlı şəxsin özü olub-olmadığını soruşmuşdur. Təqsirləndirilən şəxs1 isə bunun doğru olduğunu və həmin bükümləri onların hər birinə 10 manat müqabilində satdığını bildirmişdir. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş bükümlər qablaşdırılmış və həmin bükümlərdəki maddələrin tərkibinin müəyyən edilməsi üçün ekspertizaya göndəriləcəyi bildirilmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış davam etdirilmiş, lakin üzərindən qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra təhqiqatçı istintaq hərəkətinin yekunlaşdığını elan edərək videoçəkilişi dayandırmağı tələb etmişdir. Şəxsi axtarış istintaq hərəkəti zamanı videoçəkiliş “İphone” markalı mobil telefon vasitəsilə onun tərəfindən aparılmışdır.
20. Şahid2 ifadəsinə əlavə edərək göstərdi ki, saxlanılarkən və polis şöbəsində olarkən Təqsirləndirilən şəxs1 hər hansı şəxs tərəfindən hər hansı fiziki, psixi və sair təzyiq edilməmiş, ona qarşı pis rəftar göstərilməmiş, Təqsirləndirilən şəxs2 post patrul xidməti əməkdaşları saxlamış, o, Təqsirləndirilən şəxs2 və onunla birgə olan digər iki nəfər şəxsin saxlanılmasında ümumiyyətlə iştirak etməmişdir.
21. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin cinayət-axtarışı üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu və Şahid2la oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək, verilmiş suallara cavab olaraq əlavə olaraq ifadəsində Təqsirləndirilən şəxs1 təxminən saat 10-11 radələrində saxladıqlarını göstərmişdir.
22. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, təxminən iki ildir “Bolt” taksi şirkətində taksi sürücüsü kimi fəaliyyət göstərir. Əlizamin və Mais adlı şəxsləri əvvəllər onlarla qonşuluqda yaşamış şəxslər kimi tanıyır. O, mütəmadi olaraq Əlizamin və Maisi müştəri kimi Binə qəsəbəsində yaşayan “Kəbleyi Ramil” kimi tanınan şəxsin ünvanına aparıb-gətirmişdir. Sonuncu dəfə 17 oktyabr 2022-ci il tarixdə Əlizamin ona zəng edərək Binə qəsəbəsinə getmək istədiyini bildirmiş, o da Əlizamin və Maisi yaşadıqları evin qarşısından götürərək Binə qəsəbəsinə Ramilin yaşadığı evə gətirmişdir. Əlizamin və Mais Ramilin evindən çıxıb onun avtomobilinə əyləşərkən, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, F.Aynulov küçəsində yerləşən 29 saylı xəstəxananın yanında iki nəfər polis əməkdaşları onlara yaxınlaşaraq onları polis şöbəsinə dəvət etmişlər.
23. Şahid3 ifadəsinə davam edərək göstərdi ki, Binə qəsəbəsində ünvana çatdıqda Təqsirləndirilən şəxs2 ona gözləməsini bildirərək avtomobildən düşmüş, təxminən 5-10 dəqiqə sonra polis əməkdaşları onları saxlamış, polis şöbəsinə aparmışlar. Polis şöbəsində onların üzərində şəxsi axtarış aparılmış, onun üzərində narkotik vasitə aşkar edilmədiyi üçün onu sərbəst buraxmışlar. Təqsirləndirilən şəxs2 müştəri kimi əvvəllər də Binə qəsəbəsinə aparmış, o və Maisin Binə qəsəbəsinə hansı məqsədlə getdiklərini bilməmişdir. Təqsirləndirilən şəxs2 avtomobildən düşdükdən sonra o, mobil telefonla vaxt keçirməyə başlamış, təxminən 5 dəqiqə sonra polis əməkdaşları avtomobilin qapısını açaraq ondan avtomobildən enməsini tələb etmiş, o, avtomobildən enərək polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. Polis əməkdaşları onun avtomobilinə yaxınlaşarkən Təqsirləndirilən şəxs2 artıq post patrul xidməti əməkaşlarının xidməti avtomobilində olmuşdur. Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə etdiyini eşitmiş, Maislə onun narkotik vasitə aludəçisi olduqlarını bilmiş, lakin onların Ramilin yaşadığı evə hansı məqsədlə gəlmələrini bilməmişdir. O, avtomobildə əyləşdiyi üçün Təqsirləndirilən şəxs2 hansı şəraitdə saxlanıldığını görməmişdir. Təqsirləndirilən şəxs1 polis şöbəsində görmüş, lakin onlardan əvvəl və ya sonra Təqsirləndirilən şəxs1 saxlanılması barədə məlumatı olmamış, onlar polis şöbəsinə çatdıqdan təxminən 10-15 dəqiqə sonra Təqsirləndirilən şəxs1 polis şöbəsində otaqlardan birində görmüşdür.
24. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs2 onunla qonşudur. 17 oktyabr 2022-ci il tarixdə Əlizamini evdən narahat formada çıxarkən görmüş, ondan nəsə olub-olmaması ilə maraqlanmış, Əlizamin ağrıdığını və “dərman” lazım olduğunu demiş, onunla birlikdə Binə qəsəbəsinə getməyi təklif etmişdir. Əlizaminlə birlikdə avtomobilə əyləşərək Binə qəsəbəsinə getmiş, yolda Əlizamin narkotik vasitə alacağı, sonradan adının Təqsirləndirilən şəxs1 olduğunu bildiyi şəxslə mobil telefon vasitəsilə mesajlaşmış, Binə qəsəbəsinə çatdıqda Əlizamin ona avtomobildə gözləməsini, birazdan geri qayıdacağını demişdir. Qısa müddətdən sonra Əlizaminin əli qandallı vəziyyətdə polis əməkdaşları tərəfindən gətirildiyini görmüşdür. Onları polisin xidməti avtomobilinə əyləşdirərək polis şöbəsinə aparmışlar. X28 bədəninin ağrıdığını deyərək polislərdən həkim çağırmalarını xahiş etmişdir. Polis əməkdaşları Əlizaminlə yuxarı mərtəbədə söhbətləri olacağını bildirərək sonuncunu otaqdan çıxararaq aparmış, bir müddətdən sonra geri qaytarmışlar. Əlizamin polis əməkdaşlarının onu döydüyünü, növbəti onun olacağını bildirmişdir. Daha sonra polis əməkdaşları onu otaqdan çıxarıb başqa otağa aparmış, orada polis əməkdaşları Binə qəsəbəsində saxlanıldıqları ünvanda kimi gözlədikləri ilə bağlı sorğu-sual edərək onu geri qaytarmış, Əlizamini yenidən otaqdan çıxararaq aparmışlar. Əlizaminə dərman verərək sakitləşdirmiş, narkotik vasitəni kimdən aldığını soruşmuşlar. Binə qəsəbəsinə gedərkən narkotik vasitəni alacağı şəxsi tanımamış, şəxsi axtarışdan əvvəl polislər onun üzərinə narkotik vasitə qoyaraq videoçəkiliş aparmışlar. Polis əməkdaşları tərəfindən onlara qarşı fiziki və psixi təzyiqlər edilmiş, ona sillə vurulmuşdur.
25. Şahid6 ifadəsinə əlavə edərək göstərdi ki, polis əməkdaşları onları 17 oktyabr 2022-ci il tarixdə, saat 10 radələrində saxlamış, Təqsirləndirilən şəxs1 də polis şöbəsində görmüşdür. Binə qəsəbəsinə gedəndə yol boyu Əlizamin mobil telefonda votsap vasitəsi ilə narkotik vasitə alacağı şəxslə mesajlaşmış, Əlizamin avtomobildən endikdən təxminən 2 dəqiqə sonra sonuncunun polis əməkdaşları tərəfindən tutularaq geri gətirildiyini görmüş, polis şöbəsində olarkən Təqsirləndirilən şəxs1 təxminən saat 13 radələrində xidməti otaqda görmüşdür.
26. Şahid6 məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı şübhəli şəxs qismində (sonradan şübhəli şəxs qismində statusuna xitam verilmişdir) müdafiəçisinin iştirakı ilə verdiyi ifadəsi arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadə elan edilərək tədqiq edilmişdir. Şahid6 həmin ifadəsində göstərmişdir ki, təxminən 3-4 gün olar narkotik maddənin müxtəlif növündən istifadə edir. Həmin narkotik vasitəni isə adətən Binə qəsəbəsində yaşayan Ramil adlı şəxsdən alır. Sonuncu dəfə 17 oktyabr 2022-ci il tarixdə bir büküm narkotik maddə olan heroini Binə qəsəbəsində yaşayan Ramil adlı şəxsdən 10 manata almışdır. Aldığı narkotik maddəni əynində olan qara rəngli cins şalvarın sağ cibinə qoymuşdur. 17 oktyabr 2022-ci il tarixində, günorta saatlarında Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, F.Aynulov küçəsində yerləşən 29 saylı xəstəxananın yanında polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirmişlər. O da buna etiraz etməmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, sonra isə polis əməkdaşları xidməti otaqların birində videoçəkilişlə üzərinə baxış keçirmişlər. Baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmişdir. O da üzərində saxladığı, içərisində “kakos” kimi tanıdığı maddə olan gümüşü rəngli kağıza bükülmüş narkotik maddə olan bir ədəd bükümü təqdim etmişdir. Sonradan bükülü açılmış və həmin gümüşü rəngli kağıza bükülmüş halda olan “kakos” aşkar etmişlər. Sorğu zamanı aşkar edilmiş maddənin “kakos” kimi tanıdığı narkotik vasitə olduğunu, həmin narkotik vasitəni tanışı Əlizamin ilə birlikdə Binə qəsəbəsində yaşayan Ramil adlı şəxsdən 10 manata şəxsi istifadəsi üçün 17 oktyabr 2022-ci il tarixdə aldığını bildirmişdir. Ondan aşkar edilmiş narkotik vasitə polis əməkdaşları tərəfindən götürülərək istintaq hərəkətində iştirak edən şəxslərin iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, zərf 244 saylı möhürlə möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf o və iştirakçılar tərəfindən imzalanaraq tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi bildirilmişdir. Keçirilən bütün proses videoçəkilişlə qeydə alınmışdır (cild 1, i.v.120-121).
27. İfadəsi elan edildikdən sonra Şahid6 əlavə olaraq göstərdi ki, 5-6 ay əvvəl narkotik vasitəni kağızın üzərinə qoyaraq yandırıb tüstüsünü çəkməklə istifadə etməyə başlamış, Binə qəsəbəsinə özləri üçün narkotik vasitə almaq məqsədilə getmiş, lakin Təqsirləndirilən şəxs1 onlardan əvvəl tutduqları üçün narkotik vasitə ala bilməmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs1 görəndə Təqsirləndirilən şəxs2lə telefonda mesajlaşan şəxsin polislər olduğunu düşünmüşdür. O, narkotik vasitəni əvvəllər Bayıl qəsəbəsindən əldə etmiş, narkotik vasitəni özü gedib götürməmiş, narkotik vasitəni götürməsi üçün Zakir adlı şəxsə pul vermiş, Təqsirləndirilən şəxs2 narkotik vasitə istifadəçisi olduğunu bildirmişdir. Taksi sürücüsü Orxan Alıev onlarla eyni ərazidə qonşuluqda yaşamış, narkotik vasitə alacağı ünvanı Əlizamin tanımışdır. O, Təqsirləndirilən şəxs1 10 manat məbləğində narkotik vasitə almaq istəmişdir.
28. Müdafiə tərəfinin vəsatəti ilə məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, 17 oktyabr 2022-ci il tarixdə, təxminən saat 9-10 radələrində evin yaxınlığında yerləşən mağazadan çörək almaq üçün evdən çıxan zaman iki nəfər tanımadığı şəxsin qonşusu Təqsirləndirilən şəxs1 evinə daxil olduğunu görmüş, 10 dəqiqə sonra mağazadan geri qayıdarkən Təqsirləndirilən şəxs1 anasından gələnlərin kim olduğunu soruşmuş, sonuncu gələn şəxslərin polis əməkdaşları olduğunu, Təqsirləndirilən şəxs1 saxlayaraq polis şöbəsinə apardıqlarını bildirmişdir. Təqsirləndirilən şəxs1 evinə gələn iki nəfər şəxsi əvvəllər həmin ərazidə görmədiyi üçün həmin şəxslər onun diqqətini cəlb etmişdir. Polis əməkdaşlarının Təqsirləndirilən şəxs1 saxlayaraq aparmaqlarını şəxsən görməmişdir.
29. Müdafiə tərəfinin vəsatəti ilə məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid8 Bəxtiyar oğlu ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs1 doğma qardaşıdır. Hadisənin baş verdiyi tarixi dəqiq xatırlamır. Lakin xatırlayır ki, həmin gün təxminən saat 9 radələrində Təqsirləndirilən şəxs1lə birgə yaşayan anasını görməyə getmişdir. Anası evin birinci mərtəbəsində, Təqsirləndirilən şəxs1 isə evin ikinci mərtəbəsində yaşamış, evin həyət qapısı döyüldükdə anası gedib qapını açmış, sonra iki-üç nəfər polis əməkdaşı Təqsirləndirilən şəxs1 saxlayaraq polis şöbəsinə aparmışlar. Polis əməkdaşları gəldikdə Təqsirləndirilən şəxs1 könüllü olaraq onlarla getmişdir. Polis əməkdaşları evin içərisinə daxil olmamış, həmin vaxt Təqsirləndirilən şəxs1 hansı səbəbdən saxlanıldığını bilməmiş, sonradan polis şöbəsinə gedərək hadisə ilə maraqlandıqda ona Ramilin narkotik vasitələrin dövriyyəsində ittiham edildiyi bildirilmişdir.
30. Müdafiə tərəfinin vəsatəti ilə məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X13 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 onun qonşusudur. Ramilin narkotik vasitə istifadə etdiyini bilsə də, narkotik vasitələrin satışı ilə məşğul olmasından məlumatlı olmamış, Təqsirləndirilən şəxs1 saxlanılmasını evinin müşahidə kameralarından görmüşdür. Lakin həmin görüntüləri saxlamamışdır. Təqsirləndirilən şəxs1 saxlanıldığı tarixi dəqiq xatırlamasa da, hadisə təxminən saat 9:30 radələrində baş vermiş, müşahidə kameralarındakı görüntüdən Ramilin polis əməkdaşları ilə könüllü olaraq getmədiyini hiss etmişdir.
31. Müdafiə tərəfinin vəsatəti ilə məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş “Məhkəmə-Tibbi Ekspertiza və X21” X30 Xəzər rayon şöbəsinin məhkəmə tibb eksperti X17 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 23 iyun 2023-cü il tarixdə Xəzər rayon prokurorluğunun müstəntiqi İlham Zülfüqarov ilə birlikdə Bakı İstintaq Təcridxanasında müayinə etmiş, Təqsirləndirilən şəxs1 müayinə edərək tərtib etdiyi ekspert rəyində ətraflı şəkildə müayinə zamanı müşahidə edilən hallar və verilən suallar, həmçinin təqsirləndirilən şəxsin şikayətlərini qeyd etmişdir. Müayinə zamanı Təqsirləndirilən şəxs1 sol kürəkaltı nahiyəsində həcmli törəmə olması müəyyən edilmişdir. O, həmin törəmənin hansı mənşəli olmasını müəyyən etmək üçün maqnit rezonans müayinəsinin aparılmalı olduğunu bildirərək, onun tərəfindən keçirilən müayinə zamanı hər hansı obyektiv xəsarət əlamətlərinin aşkar edilmədiyini qeyd etmişdir.
32. Y.C.Surətov verilmiş suallara cavab olaraq göstərdi ki, bilik və təcrübəsinə əsaslanaraq qeyd edir ki, Təqsirləndirilən şəxs1 17 oktyabr 2022-ci il tarixdə sonuncunun qeyd etdiyi şəkildə xəsarət yetirildiyi halda həmin xəsarətlərin izlərinin həmin müddət ərzində qalması mümkün deyildir. Çünki hadisədən uzun müddət keçdikdən sonra qeyd edilən xəsarət izləri sağalmalıdır. Təqsirləndirilən şəxs1 kürək nahiyəsində olan həcmli törəmə isə döyülmə nəticəsində yarana bilən xəsarət olmadığını, xəsarət izlərinin sağalma müddətinin 2-3 həftə olduğunu, sınıq, qırıq və digər xəsarətlərin sağalma müddətinin daha uzun olduğunu, Təqsirləndirilən şəxs1 kürəyində olan həcmli törəmənin travmatik mənşəli olmadığını bildirmişdir.
33. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
34. “Cinayət işi başlamaq və icraata qəbul etmək haqqında” 18 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 və Şahid6 17 oktyabr 2022-ci il tarixdə, saat 10:20-də Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 29 saylı xəstəxananın yaxınlığında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində yaxalanıb Bakı şəhəri, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə gətirilərək orada hər ikisinin üzərinə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən 1(bir) ədəd bükümdə təmiz çəkisi 0,301 qram olan, kustar üsulla hazırlanmış narkotik vasitə heroinin, Şahid6 üzərindən isə 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,073 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin aşkar edilərək götürülməsi, bundan sonra Təqsirləndirilən şəxs1 17 oktyabr 2022-ci il tarixdə, saat 18:00-da Bakı şəhəri, Xəzər RPİnin 3-cü PŞ-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində yerləşən yaşadığı evin yaxınlığında saxlanılaraq həmin polis şöbəsinə gətirilərək üzərində keçirilmiş şəxsi axtarış zamanı 5 (beş) ədəd bükümdə olmaqla, ümumi təmiz çəkisi 2,895 qram olan narkotik vasitə heroinin aşkar edilərək götürülməsi faktına görə Bakı şəhəri, Xəzər RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı X18 tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edilməklə istintaqı aparılmışdır (Cild 1, i.v.1;).
35. Xəzər RPİ-nin Post Patrul Xidməti Bölüyünün polis nəfərləri Şahid4 və Şahid5 tərəfindən tərtib edilməklə 17 oktyabr 2023-cü il tarixdə qeydə alınmış raportda göstərilmişdir ki, 17 oktyabr 2022-ci il tarixdə, saat 10:20 radələrində Xəzər rayonu Binə qəsəbəsində yerləşən 29 saylı xəstəxananın yaxınlığında qeyri-adekvat hərəkətlərinə görə (“Ramilin yanına canımız ağrıdığı üçün gəlmişik. Narkotik vasitə almaq üçün gəlmişik” deyərək) polis şöbəsində Təqsirləndirilən şəxs2, Şahid6 və X19 olduğu müəyyən edilən şəxslər saxlanılaraq 3-cü X29 Hissəsinə təhvil verilmişdir (Cild 1, i.v.4;).
36. “Şübhəli şəxsin tutulması haqqında” 17 oktyabr 2022-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 müdafiəçisi, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X7 iştirakı ilə Xəzər RPİ-nin 3-cü PŞ-nin baş təhqiqatçısı, polis mayoru X11 tərəfindən həmin tarixdə, saat 10:40-da şübhəli şəxs qismində tutulmuşdur. Qərar və protokola əsasən Təqsirləndirilən şəxs2 17 oktyabr 2022-ci il tarixdə, saat 10:20-də Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, F.Aynulov küçəsində yerləşən 29 saylı xəstəxananın yanında saxlanılmışdır (Cild 1, i.v.5;16).
37. Təqsirləndirilən şəxs2 üzərində “Şəxsi axtarış, baxış və götürmə aparılması haqqında” 17 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, qeyd edilən tarixdə qəbul edilməklə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili, müdafiəçi X7 iştirakı ilə Təqsirləndirilən şəxs2 elan edilmiş müvafiq qərar əsasında həmin gün, saat 11:20-dən 11:45-dək Xəzər RPİ-nin 3-cü PŞ-nin baş təhqiqatçısı, polis mayoru X11 tərəfindən Xəzər RPİ-nin PPXB-nin polis nəfərləri, polis baş serjantı Şahid4 və polis serjantı Şahid5, habelə müdafiəçi X7 iştirakı ilə Xəzər RPİ-nin 3cü PŞ-nin inzibati binasında xidməti iş otaqlarından birində Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Protokoldan görünür ki, videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı təhqiqatçı tərəfindən ona özünü təqdim etməsi təklif edilmiş və Təqsirləndirilən şəxs2 özü barədə məlumat verdikdən sonra ona təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah edilərək üzərində əldə edilməsi, saxlanılması və gəzdirilməsi qanunla qadağan olunmuş əşya və ya maddəni könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli idman şalvarının sağ cibində olan 1(bir) ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş, qəhvəyi rəngli, toz şəkilli spesifik iyə malik olan bükümü çıxaraq təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 1(bir) ədəd bükümün içərisindəki narkotik vasitənin heroin olduğunu, həmin heroini 17 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yaşayan Ramil adlı şəxsdən 10 manat pul müqabilində şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi 1 (bir) ədəd büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” olan möhürü ilə möhürlənmiş, zərf iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra istintaq hərəkəti təhqiqatçı tərəfindən dayandırılmış, istintaq hərəkəti zamanı “İphone” markalı mobil telefonla aparılmış videoçəkilişin “CD-R” diskə köçürülərək protokala əlavə edilməsi qeyd edilmişdir. Qeyd edilən istintaq hərəkəti başa çatdıqdan sonra bu barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, doğruluğu imzalarla iştirakçılar tərəfindən təsdiq edilmişdir (Cild 1, i.v. 24; 26-27;).
38. Təqsirləndirilən şəxs2 üzərində “Şəxsi axtarış, baxış və götürmə aparılması haqqında” 17 oktyabr 2022-ci il tarixli protokolda əks olunan istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd “CD-R” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən müvafiq olaraq müddəti 3 dəqiqə 54 saniyə olan həmin videogörüntünün əks olunduğu bir ədəd diskdəki videogörüntüyə müstəntiq O.Ş.Hüseynzadə tərəfindən baxış keçirilməsinə dair müvafiq olaraq 9 dekabr 2022-ci il tarixli protokolla, eləcə də həmin diskdəki videogörüntüyə məhkəmədə Təqsirləndirilən şəxs2 və digər proses iştirakçılarının iştirakı ilə baxılarkən müəyyən edildi ki, Təqsirləndirilən şəxs2 üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntüdə öz əksini tapmışdır. Videogörüntüdən Təqsirləndirilən şəxs2 xarici görkəminin və geyiminin səliqəli olması, sərbəst olmaqla suallara ətraflı və rahat şəkildə cavab verməsi, onun hər hansı fiziki, psixi və sair təsirə məruz qalması müəyyən edilməmişdir. Videogörüntünün 1-ci dəqiqəsinin 25ci saniyəsindən etibarən aşkar olunmuş maddə barədə X1 verilərkən sonuncu həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni Binə qəsəbəsi ərazisində Ramil adlı şəxsdən 10 manat müqabilində öz şəxsi istifadəsi üçün alıb üzərində gəzdirdiyini bildirir. Müdafiəçinin sualına Təqsirləndirilən şəxs2 narkotik vasitənin özünə məxsus olmasını və ona qarşı polis əməkdaşları tərəfindən hər hansı təzyiq olmadığını bildirir (Cild 1, i.v. 216;).
39. “Şübhəli şəxsin tutulması haqqında” 17 oktyabr 2022-ci il tarixli qərar və protokoldan görünür ki, Şahid6 müdafiəçisi, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X8 iştirakı ilə Xəzər RPİnin 3-cü PŞ-nin baş təhqiqatçısı, polis mayoru N.Ə.Binnətov tərəfindən həmin tarixdə, saat 11:00-da şübhəli şəxs qismində tutulmuşdur. Qərar və protokola əsasən Şahid6 17 oktyabr 2022-ci il tarixdə, saat 10:20-də Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, F.Aynulov küçəsində yerləşən 29 saylı xəstəxananın yanında saxlanılmışdır (Cild 1, i.v.31;42).
40. Şahid6 üzərində “Şəxsi axtarış, baxış və götürmə aparılması haqqında” 17 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, qeyd edilən tarixdə qəbul edilməklə müdafiəçi X8 iştirakı ilə Şahid6 elan edilmiş müvafiq qərar əsasında həmin gün, saat 12:05-dən 12:20dək Xəzər RPİ-nin 3-cü PŞ-nin baş təhqiqatçısı N.Ə.Binnətov tərəfindən Xəzər RPİ-nin PPXB-nin polis nəfəri, polis baş serjantı Şahid4 və polis serjantı Şahid5, habelə müdafiəçi X7 iştirakı ilə Xəzər RPİ-nin 3-cü PŞ-nin inzibati binasında xidməti iş otaqlarından birində Şahid6 üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Protokoldan görünür ki, videoçəkiliş aparılmaqla Şahid6 üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı təhqiqatçı tərəfindən ona özünü təqdim etməsi təklif edilmiş və Şahid6 özü barədə məlumat verdikdən sonra ona təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah edilərək üzərində əldə edilməsi, saxlanılması və gəzdirilməsi qanunla qadağan olunmuş əşya və ya maddəni könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid6 əynində olan qara rəngli cins şalvarının sağ cibində olan 1(bir) ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş, qəhvəyi rəngli, toz şəkilli, spesifik iyə malik maddə olan büküm aşkar olunmuşdur. Sorğu zamanı Şahid6 üzərindən aşkar edilən 1(bir) ədəd bükümün içərisindəki narkotik vasitə heroin olduğunu, həmin heroini 17 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsində yaşayan Ramil adlı şəxsdən 10 manat pul müqabilində şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Şahid6 təqdim etdiyi 1 (bir) ədəd büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” olan möhürü ilə möhürlənmiş, zərf iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra istintaq hərəkəti təhqiqatçı tərəfindən dayandırılmışdır. İstintaq hərəkəti zamanı “İphone” markalı mobil telefon vasitəsi ilə aparılmış videoçəkilişin “CD-R” diskə köçürülərək protokala əlavə edilməsi qeyd edilmişdir. Qeyd edilən istintaq hərəkəti başa çatdıqdan sonra bu barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, doğruluğu imzalarla iştirakçılar tərəfindən təsdiq edilmişdir (Cild 1, i.v. 50; 52-53;).
41. Şahid6 üzərində “Şəxsi axtarış, baxış və götürmə aparılması haqqında” 17 oktyabr 2022-ci il tarixli protokolda əks olunan istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd “CD-R” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən müvafiq olaraq müddəti 4 dəqiqə 2 saniyə olan həmin videogörüntünün əks olunduğu bir ədəd diskdəki videogörüntüyə müstəntiq O.Ş.Hüseynzadə tərəfindən baxış keçirilməsinə dair müvafiq olaraq 5 dekabr 2022-ci il tarixli protokolla, eləcə də həmin diskdəki videogörüntüyə məhkəmədə Şahid6 və digər proses iştirakçılarının iştirakı ilə baxılarkən müəyyən edildi ki, Şahid6 üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntüdə öz əksini tapmışdır. Videogörüntüdən Şahid6 xarici görkəminin səliqəli olması, sərbəst olmaqla suallara ətraflı və rahat şəkildə cavab verməsi, onun hər hansı fiziki, psixi və sair təsirə məruz qalması müəyyən edilməmişdir. Videogörüntünün 2-ci dəqiqəsinin 19-cu saniyəsindən etibarən aşkar olunmuş maddə barədə Şahid6 sual verilərkən sonuncu həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni Binə qəsəbəsi ərazisində Ramil adlı şəxsdən 10 manat müqabilində öz şəxsi istifadəsi üçün alıb üzərində gəzdirdiyini bildirir. Müdafiəçinin sualına Şahid6 narkotik vasitənin özünə məxsus olmasını və ona qarşı hər hansı bir təzyiq olmadığını bildirir (Cild 1, i.v. 215;).
42. Bakı şəhəri, Xəzər RPİ-nin 3-cü PŞ-nin baş təhqiqatçısı, polis mayoru N.Ə.Binnətov tərəfindən həmin polis şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rahid Nağıyevə ünvanlanmış əməliyyat tapşırığından görünür ki, Təqsirləndirilən şəxs2 və Şahid6 üzərlərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı aşkar edilmiş narkotik vasitə heroinə bənzər kütlələri Binə qəsəbəsində yaşayan Ramil adlı şəxsdən şəxsi istifadə məqsədi ilə aldıqlarını bildirdikləri qeyd edilərək Ramil adlı şəxsin şəxsiyyətinin müəyyən edilərək təhqiqat şöbəsinə təhvil verilməsinə dair əməliyyat tapşırığı verilmiş, həmin əməliyyat tapşırığı 17 oktyabr 2022-ci il tarixdə qeydə alınmaqla icrası üzərindəki dərkənara əsasən Şahid2 həvalə edilmişdir (Cild 1, i.v. 59;).
43. Xəzər RPİ-nin 3-cü PŞ-nin əməliyyat müvəkkilləri Şahid2 və Şahid1 tərəfindən 17 oktyabr 2022-ci il tarixdə tərtib edilməklə həmin tarixdə müvafiq qaydada qeydə alınmış raportdan görünür ki, baş təhqiqatçı Namiq Binnətov tərəfindən verilmiş əməliyyat tapşırığı əsasında Təqsirləndirilən şəxs1 17 oktyabr 2022-ci il tarixdə, saat 18:00 radələrində saxlanılaraq 3-cü PŞ-ə gətirilmişdir. Kompüterdə tərtib edilmiş həmin raportdan görünür ki, yalnız vaxt (saat 18:00) karandaşla qeyd edilmiş rəqəmlərin üzərindən sonradan diyircəkli qələmlə yazılmışdır (Cild 1, i.v. 60;).
44. “Şübhəli şəxsin tutulması haqqında” 17 oktyabr 2022-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 müdafiəçisi, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X12 iştirakı ilə Xəzər RPİ-nin 3-cü PŞ-nin baş təhqiqatçısı, polis mayoru N.Ə.Binnətov tərəfindən həmin tarixdə, saat 18:15-də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. Qərar və protokola əsasən Təqsirləndirilən şəxs1 17 oktyabr 2022-ci il tarixdə, saat 18:00-da Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, F.Aynulov küçəsində yerləşən yaşadığı evin yanında saxlanılmışdır Kompüterdə tərtib edilmiş qeyd edilən sənədlərdən görünür ki, həmin sənədlərdə yalnız vaxtlar (18:00; 18:15; 18:25) karandaşla qeyd edilmiş rəqəmlərin üzərindən sonradan diyircəkli qələmlə yazılmışdır (Cild 1, i.v.61;72).
45. Təqsirləndirilən şəxs1 üzərində “Şəxsi axtarış, baxış və götürmə aparılması haqqında” 17 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, qeyd edilən tarixdə qəbul edilməklə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili, müdafiəçi X12 iştirakı ilə X5 elan edilmiş müvafiq qərar əsasında həmin gün, saat 18:40-dan 19:00-dək Xəzər RPİ-nin 3-cü PŞ-nin baş təhqiqatçısı, polis mayoru X11 tərəfindən Xəzər RPİ-nin 3-cü PŞ-nin cinayət-axtarışı üzrə əməliyyat müvəkkilləri, polis mayoru Şahid2 Hüseynalı oğlu və polis baş leytenantı Şahid1, habelə müdafiəçi X12 iştirakı ilə Xəzər RPİ-nin 3-cü PŞ-nin inzibati binasında xidməti iş otaqlarından birində Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Protokoldan görünür ki, videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı təhqiqatçı tərəfindən ona özünü təqdim etməsi təklif edilmiş və Təqsirləndirilən şəxs1 özü barədə məlumat verdikdən sonra ona təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah edilərək üzərində əldə edilməsi, saxlanılması və gəzdirilməsi qanunla qadağan olunmuş əşya və ya maddəni könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynində olan qara şalvarının sağ cibindən bir ədəd “Prima” siqaret qutusundan siqaretin gümüşü kağızına bükülmüş, qəhvəyi rəngli, toz şəkilli, spesifik iyə malik maddə olan 5(beş) ədəd büküm və ağ rəngli sellofana bükülmüş ağ rəngli, kristal şəkilli 3 (üç) ədəd bükümü təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilən 5 (beş) ədəd bükümün içərisindəki maddənin narkotik vasitə heroin, digər 3 (üç) ədəd bükümün içərisindəki maddənin isə psixotrop maddə metamfetamin olduğunu, həmin maddələri İran İslam Respublikası vətəndaşından onlayn yolla 130 manat pul verməklə şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi bükümlər cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” olan möhürü ilə möhürlənmiş, zərf iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra istintaq hərəkəti təhqiqatçı tərəfindən dayandırılmışdır. İstintaq hərəkəti zamanı “İphone” markalı mobil telefonla aparılmış videoçəkilişin “CD-R” diskə köçürülərək protokala əlavə edilməsi qeyd edilmişdir. Qeyd edilən istintaq hərəkəti başa çatdıqdan sonra bu barədə protokol tərtib edilmişdir. Protokol ucadan oxunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, doğruluğu imzalarla iştirakçılar tərəfindən təsdiq edilmişdir. Kompüterdə tərtib edilmiş qeyd edilən sənədlərdən görünür ki, həmin sənədlərdə yalnız vaxtlar (18:00; 18:40; 19:00) karandaşla qeyd edilmiş rəqəmlərin üzərindən sonradan diyircəkli qələmlə yazılmışdır (Cild 1, i.v. 80; 82-83;).
46. Təqsirləndirilən şəxs1 üzərində “Şəxsi axtarış, baxış və götürmə aparılması haqqında” 17 oktyabr 2022-ci il tarixli protokolda əks olunan istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd “CD-R” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən müvafiq olaraq müddəti 6 dəqiqə 31 saniyə olan həmin videogörüntünün əks olunduğu bir ədəd diskdəki videogörüntüyə müstəntiq O.Ş.Hüseynzadə tərəfindən baxış keçirilməsinə dair müvafiq olaraq 9 noyabr 2022-ci il tarixli protokolla, eləcə də həmin diskdəki videogörüntüyə məhkəmədə Təqsirləndirilən şəxs1 və digər proses iştirakçılarının iştirakı ilə baxılarkən müəyyən edildi ki, Təqsirləndirilən şəxs1 üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntüdə öz əksini tapmışdır (Cild 1, i.v. 204- 205;).
47. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış” və “məhkum olunanlar” adlı elektron portal sistemindən “AZ22169” nömrəli operator tərəfindən əldə edilmiş məlumatlar çapa verilərək iş materiallarına əlavə edilmişdir. Həmin məlumatlar üzrə sorğuların tərtibatının tarix və vaxtına əsasən həmin sorğuların tarixinin “xx-xx-2022 11:11 və 11:13” olmaları müəyyən edilir (Cild 1, i.v. 84-86;).
48. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə fiziki-kimyəvi (materialların məhkəmə) ekspertizasının 18 oktyabr 2022-ci il tarixli 6/6011 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Vət. Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş maddə...” və s. yazılar, imzalar olan zərfdəki (1 №-li) 1(bir) ədəd bükümdə təmiz çəkisi 0,301 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində “Vət. Şahid6 üzərindən aşkar olunmuş maddə...” və s. yazılar, imzalar olan zərfdəki (2 №-li) 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,073 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində “Vət. Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş maddələr...” və s. yazılar, imzalar olan zərfdəki (3 №-li) 5(beş) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,239 qram, 0,308 qram, 0,274 qram, 0,491 qram və 0,583 qram, ümumi təmiz çəkiləri 2,895 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 3 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,322, 0,374 və 0,346 qram olmaqla ümumi təmiz çəkisi 1,042 qram olan şəffaf, rəngsiz, kristalşəkilli maddə kütlələri sikloheksanamin maddəsidir. 1; 2; 3 №-li zərfdəki heroin kütlələri kimyəvi komponenet tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. 3№-li zərfdəki 3(üç) bükümdəki sikloheksanamin maddələri də kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil edir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq olunmuş siyahılara əsasən heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir, Sikloheksanamin qeyd edilən siyahılara, habelə 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş” Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahıları”na, habelə zəhərli maddələrin siyahıları”na daxil deyildir. 1№li heroin – 0,301 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 0,251 qram; 2№li heroin – 0,073 qram, tədqiqata sərf edildi – 0,04 qram, qalıq – 0,033 qram; 3№li heroin – 2,895 qram, tədqiqata sərf edildi – 0,1 qram, qalıq – 2,795 qram; Sikloheksanamin ümumi çəkisi- 1,042 qram, tədqiqata sərf edildi -0,1 qram, qalıq – 0,942 qram. Aparılmış tədqiqatın dəyəri 110(bir yüz on) manatdır. Qeyd edilən ekspertiza rəyinə əlavə edilmiş aktdan görünür ki, Təqsirləndirilən şəxs2, Şahid6 və Təqsirləndirilən şəxs1 üzərində aşkar olunmuş predmetlər ekspertizaya 17 oktyabr 2022-ci il tarixdə, saat 20:20-də qəbul olunmuşdur (Cild 1, i.v. 95-100;).
49. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 19 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, müstəntiq O.Ş.Hüseynzadə tərəfindən Təqsirləndirilən şəxs2 müdafiəçisinin iştirakı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilməklə hüquq və vəzifələri izah edilmişdir (Cild 1, i.v. 131-139;).
50. “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətə baxılması barədə” və “Başqa yerə getməmək haqqında” 19 oktyabr 2022-ci il tarixli qərar və iltizamdan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 saxlanıldığı Bakı şəhəri, Xəzər RPİ-nin X22 azad edilməklə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (Cild 1, i.v. 144-145).
51. “Şəxsin X22 azad edilməsi və şübhəli şəxs statusuna xitam verilməsi barədə” 19 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, şübhəli şəxs qismində tutulmuş Şahid6 üzərindən aşkar edilmiş narkotik vasitə heroinin miqdarının şəxsi istehlak miqdarından artıq olmadığı, yəni 0,073 qram olması nəzərə alınmaqla Şahid6 əməlində cinayət tərkibinin olmaması nəzərə alınaraq sonuncunun şübhəli şəxs statusuna xitam verilməklə saxlanıldığı Bakı şəhəri, Xəzər RPİ-nin X22 azad edilmişdir (Cild 1, i.v. 146-148).
52. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 19 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, müstəntiq O.Ş.Hüseynzadə tərəfindən Təqsirləndirilən şəxs1 müdafiəçisinin iştirakı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilməklə hüquq və vəzifələri izah edilmişdir (Cild 1, i.v. 151-159;).
53. Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 4(003)- 482/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində əvvəli 17 oktyabr 2022-ci il tarixdən hesablanmaqla 3 (üç) ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Həmin qərarın təsviri hissəsindən görünür ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclasında ona istinad edilən cinayət əməlini törətmədiyini, həmin cinayət əməlini etiraf etməyəcəyi təqdirdə onun qanunazidd şəkildə cəzalandırılacağı ilə hədələndiyini bildirmişdir (Cild 1, i.v. 170-178;).
54. “Cinayət əməlinin tövsif edilməsi haqqında” 21 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 qanunsuz olaraq külli miqdar hesab edilən heroini satış məqsədi ilə əldə etməsi sübuta yetirilmiş hesab edilərək 22001839 saylı cinayət işi üzrə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələrindən həmin məcəllənin 234.1 və 234.4.3-cü maddələrinə tövsif edilmişdir (Cild 1, i.v. 191-192;).
55. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 oktyabr 2022-ci il tarixli 4(103)-713/2022 saylı qərarından görünür ki, Bakı şəhəri, Xəzər rayon məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli 4(003)-482/2022 saylı qərarı ləğv edilmiş, Təqsirləndirilən şəxs1 barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddətinin onun tutulduğu gündən hesablanması qərara alınmışdır. Həmin qərarın təsviriəsaslandırıcı hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 27 oktyabr 2022-ci il tarixə, saat 10:10-a təyin edilmiş məhkəmə iclasına gəlmədiyindən, məhkəmə iclası saat 16:00-a təxirə salınmış, təqsirləndirilən şəxslə əlaqə saxlanılmış və sonuncu saat 16:00da məhkəmə iclasında iştirak edəcəyini bildirsə də, təkrarən məhkəmə iclasına gəlməmiş, məhkəmə prosesi təkrarən 28 oktyabr 2022-ci il tarix, saat 11:35-ə təxirə salınmış, lakin Təqsirləndirilən şəxs1 yenidən məhkəmə iclasına gəlməmişdir (Cild 1, i.v. 194-197;).
56. “Təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında” 1 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 olduğu yerin müəyyən edilib onun istintaqa cəlb edilməsi məqsədi ilə barəsində axtarış elan edilmişdir (Cild 1, i.v. 199-200;).
57. Bakı şəhəri, Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rahid Nağıyevin 1 dekabr 2022-ci il tarixli məktubunda göstərilmişdir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid6 və Təqsirləndirilən şəxs2 əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olması və kimə, harada və hansı şəraitdə satmasının müəyyən edilməsi mümkün olmamış, lakin Təqsirləndirilən şəxs1 yaşadığı Binə qəsəbəsi ərazisində sakinlər arasında kəşfiyyat xarakterli söhbətlər aparan zaman Təqsirləndirilən şəxs1 əvvəllər narkotik vasitələrin satışı həyata keçirməsi barədə məlumatlar daxil olmuşdur (Cild 1, i.v. 214;).
58. Xəzər RPİ-nin 3-cü PŞ-nin rəisi Rahid Nağıyevin 12 dekabr 2022-ci il tarixli məktubundan və “Axtarışda olan şəxsin tutulması haqqında” 12 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə tutularaq istintaq orqanına təhvil verilmişdir (Cild 1, i.v. 217-218;)
59. “Ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının” 23 dekabr 2022-ci il tarixli, 7796 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (Cild 1, i.v. 227-228;).
60. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 24 yanvar 2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamış və məhkum olunmamış şəxsdir (Cild 1, i.v 236;)
61. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 18 fevral 2023-cü il tarixli cavabından və iş materiallarına əlavə edilmiş müvafiq hökm və qərarların surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı Şəhəri, Xəzər Rayon Məhkəməsinin 10 aprel 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib həmin Məcəllənin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 30 aprel 2022-ci il tarixli qərarı ilə Bakı Şəhəri, Xəzər Rayon Məhkəməsinin 10 aprel 2019-cu il tarixli hökmü ilə təyin edilmiş 2(iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 9(doqquz) ay 1(bir) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, 29 yanvar 2021-ci il tarixdə cəza müddəti bitdiyinə görə şöbənin qeydiyyatından çıxarılmışdır (Cild 1, i.v. 237- 246; Cild 3).
62. “Ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının” 16 yanvar 2023-cü il tarixli, 203 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 fevral 2006-cı il tarixli 39 saylı “narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs1 İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (Cild 1, i.v. 247-248;).
63. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 3 fevral 2023-cü il tarixli qərardan görünür ki, iş üzrə 19 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan edilmiş ittihamın dəyişdirilərək ona həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələri ilə yeni ittiham elan edilməsi, Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini əldə etmə, daşıma və saxlama cinayətini törətməkdə öz təqsirini etiraf etməsi bütün sübutlar məcmusu ilə təsdiq edildiyindən ona qarşı ittihamın əsası kimi qəbul edilməsi, cinayət işi materiallarında qeyd olunan istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşının gələcəkdə müəyyən edilib cinayət məsuliyyətinə cəlb edilməsi xüsusatı üzrə cinayət işinin materiallarından müstəqil material ayrılaraq Bakı şəhəri, Xəzər RPİ-nin 3-cü PŞ-nə göndərilməsi, Təqsirləndirilən şəxs2, Şahid6 və Təqsirləndirilən şəxs1 hər birinin üzərindən aşkar edilərək götürülmüş müvafiq olaraq təmiz çəkiləri 0,301 qram, 0,073 qram və 2,895 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinlərin maddi sübut kimi tanınması və ekspertiza tədqiqatından sonra qalıq qalmış çəkilərinin, müvafiq olaraq 0,251 qram, 0,033 qram və 2,795 qram narkotik vasitə heroinlərin saxlanılması üçün Bakı şəhəri, Xəzər RPİ-nin maddi sübutlar otağına təhvil verilməsi, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 1,042 qram olan sikloheksanamin maddəsinin maddi sübut kimi tanınaraq ekspertiza tədqiqatından sonra qalıq qalmış çəkisi 0,942 qram olan sikloheksanamin maddəsinin saxlanılması üçün Bakı şəhəri, Xəzər RPİ-nin maddi sübutlar otağına təhvil verilməsi, Təqsirləndirilən şəxs2, Şahid6 və Təqsirləndirilən şəxs1 üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı aparılmış videoyazının əks olunduğu görüntülərin köçürüldüyü 3(üç) ədəd “CD” formatlı disklərin maddi sübut qismində tanınaraq cinayət işinə əlavə edilməsi qərara alınmışdır (Cild 2, i.v. 1-19;).
64. “Təqsirləndirilən şəxsə elan olunmuş ittihamın dəyişdirilərək ona yenidən ittiham elan edilməsi haqqında” 4 fevral 2023-cü il tarixli qərardan görünür ki, müstəntiq O.Ş.Hüseynzadə tərəfindən Təqsirləndirilən şəxs1 müdafiəçisinin iştirakı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə yeni məzmunda ittiham elan edilərək ona hüquq və vəzifələri izah edilmiş, Təqsirləndirilən şəxs1 həmin ittihamla razı olmayaraq tərtib olunmuş sənədləri imzalamaqdan imtina etməsi qeyd edilmişdir (Cild 2, i.v. 27-28).
65. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq O.Ş.Hüseynzadə tərəfindən 13 fevral 2023-cü il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, həmin ittiham aktı 18 fevral 2023-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror, baş ədliyyə müşaviri Fəxri Ələsgərov tərəfindən təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayət Məhkəməsinə göndərilmişdir (cild 2, i.v.63-79).
66. Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 mart 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri, Təqsirləndirilən şəxs2 isə həmin Məcəllənin 234.1-ci maddəsi ilə məhkəməyə verilmiş, məhkəməyədək icraat zamanı barələrində seçilmiş müvafiq olaraq həbs və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirləri qüvvəsində saxlanılmışdır (cild 3;).
67. Xəzər rayon prokurorluğunun böyük müstəntiqi, İİ dərəcəli hüquqşünas İlham Zülfüqarlı tərəfindən qəbul edilmiş 25 iyun 2023-cü il tarixli C-244/23 saylı “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarın nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Xəzər RPİ-nin 3-cü PŞ-nin əməkdaşları tərəfindən döyülmələri xüsusatları ilə bağlı toplanılmış materialda polis əməkdaşlarının əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmə-tibbi ekspertizasından(müayinədən) keçirilərək müvafiq olaraq 25 iyun 2023-cü il tarixli 648 və 675 saylı rəylər alınmış, qeyd edilən rəylərə əsasən hər ikisinin bədəni üzərində travma almasını göstərən hər hansı bir xəsarət aşkar edilməmişdir (Cild 3).
68. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş 05/868 saylı vəsiqə və 3 nömrəli TSEK müayinə aktından görünür ki, Təqsirləndirilən şəxs1 uşaqlıqdan, sol gözün tam korluğu diaqnozu ilə əlaqədar 2-ci dərəcə əlilliyə görə ömürlük müavinət təyin edilmişdir (Cild 3;).
69. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının 21 avqust 2023-cü il tarixli məktubu və ona əlavə edilmiş məhkumun tibbi kitabçasının surtindən görünür ki, Təqsirləndirilən şəxs1 14 dekabr 2022-ci il tarixdə istintaq təcridxanasına daxil olarkən tibbi müayinədən keçirilmiş, özünün deməsinə görə xəsarət almadığını bildirmiş və müayinə zamanı hər hansı xəsarət izi aşkar edilməmişdir (Cild 3;).
70. Müdafiə tərəfinin vəsatəti əsasında verilmiş sorğuya cavab olaraq Bakı şəhəri, Xəzər RPİ-nin 3-cü PŞ-nin rəisi vəzifəsini müvəqqəti icra edən, polis polkovnik-leytenantı Kənan Abışovun 24 avqust 2022-ci il tarixli, 3-13-45-3/2-9408 saylı məktubunda göstərilmişdir ki, polis şöbəsinin giriş-çıxışının və növbətçi hissənin izlənməsini təmin edən kameraların 17 oktyabr 2022-ci il tarixə dair videoqeydləri mövcud olmadığı üçün göndərilməsi mümkün olmamışdır. Həmin məktuba əlavə edilmiş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 17 oktyabr 2022-ci il tarixdə Xəzər RPİ-nin 3-cü PŞ-nə gətirilməsinə dair “Polis şöbəsinə gətirilən şəxslərin qeydiyyatı” kitabının 17 oktyabr 2022-ci il tarixinə aid olan müvafiq səhifələrin təsdiq edilmiş surətindən görünür ki, Təqsirləndirilən şəxs1 17 oktyabr 2022-ci il tarixdə, saat 09:45-də, Təqsirləndirilən şəxs2 isə 17 oktyabr 2022-ci il tarixdə, saat 10:30-da Xəzər RPİ-nin 3-cü PŞ-nə gətirilərək sonradan Xəzər RPİ-nin MSY-ə təhvil verilmişdir (Cild 3).
71. Bakı şəhəri, Xəzər rayon prokurorluğundan daxil olmuş 12 sentyabr 2023-cü il tarixli və Azərbaycan Respublikası DİN-nin X14 Xidmətindən daxil olmuş 2 sentyabr 2023cü il tarixli məktublarda göstərilmişdir ki, 17 oktyabr 2022-ci il tarixdə Xəzər RPİ-nin 3-cü PŞ-də giriş-çıxış və növbətçi hissənin izlənilməsini təmin edən kamera görüntüləri arxivlərin saxlanılma müddəti bitdiyindən istənilən informasiyanın təqdim edilməsi mümkün deyildir (Cild 3).
72. Müdafiə tərəfinin vəsatəti əsasında verilmiş sorğuya cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının 23 sentyabr 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 məhkəmə tibb eksperti Y.C.Səfərov tərəfindən 23 iyun 2023-cü il tarixdə, saat 15:35-dən 16:15-dək Bakı İstintaq Təcridxanasında qəbul edilmişdir (Cild 3).
73. Müdafiə tərəfinin vəsatəti əsasında Təqsirləndirilən şəxs2 barəsində təkrar ambulator məcburi narkoloji ekspertiza təyin edilərək rəy alınmışdır. “Ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının” 23 oktyabr 2023-cü il tarixli, 6925 nömrəli rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qəbulundan fiziki asılılığı yoxdur. Müayinə zamanı Təqsirləndirilən şəxs2 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmaması nəzərə alınaraq, həmçinin öz vəziyyətinə tənqiqi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (Cild 3).
74. Müdafiə tərəfindən təqdim edilmiş “X9”nin rəhbəri Nurəddin Əlizadə tərəfindən verilmiş 18 sentyabr 2023-cü il tarixli təşəkkürnamədə göstərilmişdir ki, mərkəzin fəaliyyəti dövründə narkomaniyadan əziyyət çəkən insanların sağalmasında öz kömək və dəstəyi ilə aktiv iştirakı üçün, yüzlərlə ailənin sevincinə səbəb olduğu üçün Təqsirləndirilən şəxs2 təşəkkür elan olunmuşdur (Cild 3).
75. “AZEMİS” elektron məhkəmə sistemindən əldə edilmiş məlumatlara əsasən Təqsirləndirilən şəxs1 6 iyun 2002-ci il təvəllüdlü Zəhra və 16 may 2006-cı il təvəllüdlü yetkinlik yaşına çatmayan Ələmdar adlı iki uşağı vardır.
Əməlin tövsifi və digər hüquqi məsələlər:
76. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM-in) 124.1-ci maddəsinin tələbinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinin tələblərinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər.
77. CPM-in 125.2-ci maddəsinin tələblərinə görə insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyriinsani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə, cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə, cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə, cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə, istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda, sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda, məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda və müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir.
78. CPM-in 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Həmin Məcəllənin 125.5-ci maddəsinin tələbinə görə cinayət-prosessual qanunvericiliyinin tələblərinin ittiham tərəfindən pozulması nəticəsində sübuti əhəmiyyətini itirmiş hesab oluna bilən materialın sübut qismində qəbul edilməsinə müdafiə tərəfinin vəsatəti əsasında yol verilir. Bu halda həmin sübut digər proses iştirakçılarına deyil, yalnız müvafiq şübhəli və ya təqsirləndirilən şəxsə sübut kimi aid olur. Bu materialların sübut kimi qəbul edilməsi onun düzgünlüyünün mübahisə olunmasına mane olmur.
79. CPM-in 153.2-ci maddəsinin tələbinə görə tutulmuş şəxsin hüquqlarının təmin olunması üçün cinayət prosesini həyata keçirən orqanın və müvəqqəti saxlama yerlərinin əməkdaşları tutulmadan dərhal sonra şəxsə tutulmanın əsaslarını bildirmək, özünə və yaxın qohumlarına qarşı ifadə verməmək, müdafiəçinin yardımından istifadə etmək hüquqlarını izah etmək, tutulmuş şəxsi təxirə salınmadan polis və ya digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerlərinə gətirmək, tutulma faktını qeydə almaq, protokollaşdırmaq və onu tutulma protokolu ilə tanış etmək; hər bir tutulma faktı müvəqqəti saxlama yerlərində qeydiyyatdan keçirildikdən dərhal sonra müvafiq təhqiqat orqanının rəhbərinə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat vermək (bu məlumat yazılı və tutulma anından sonra 12 saat müddətində verilir), tutulmadan dərhal sonra şəxsin tutulması barədə xəbər vermək hüququnu təmin etmək (qocaların, yetkinlik yaşına çatmayanların və psixi vəziyyətinə görə imkanı olmayan tutulmuş şəxslərin ailə üzvlərinə müvəqqəti saxlama yerlərinin müdiriyyəti öz təşəbbüsü ilə xəbər verir), şəxsə tutulduğu andan öz vəkili və qanuni nümayəndəsi ilə ləyaqətli şəraitdə və nəzarət altında təklikdə görüşmək və konfidensial ünsiyyət saxlamaq imkanı yaratmaq, tutulmuş şəxsin öz vəkili olmadıqda, ona müvəqqəti saxlama yeri üzrə ərazidə yerləşən vəkil qurumlarında fəaliyyət göstərən vəkillərin siyahısını təqdim etmək, seçilmiş vəkillə əlaqə saxlamaq və onunla görüşmək imkanı yaratmaq, tutulmuş şəxsin maddi vəziyyəti öz hesabına vəkil tutmağa imkan vermədikdə, ona dövlət hesabına müvəqqəti saxlama yeri üzrə ərazidə yerləşən vəkil qurumlarına daxil olan növbətçi vəkillə görüşmək imkanı yaratmaq, tutulmuş şəxs vəkildən imtina etdikdə, bu barədə onun yazılı ərizəsini almaq (ərizə yazmaqdan boyun qaçırıldıqda, həmin faktla əlaqədar vəkil və müvəqqəti saxlama yerinin nümayəndəsi tərəfindən müvafiq protokol tərtib olunur); tutulmuş şəxslə davranışda onun şəxsiyyətini və ləyaqətini alçaltmamaq, qadınlara, yetkinlik yaşına çatmayanlara, qocalara, xəstələrə və əlilliyi olan şəxslərə isə xüsusi diqqət yetirmək və prosessual qanunvericiliyin digər tələblərini etməlidirlər.
80. CPM-in 10.2-ci maddəsində göstərilmiş cinayət mühakimə icraatının qanunçuluq prinsipinin tələbinə görə Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir.
81. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.
82. Məhkəmə cinayət prosessual qanunvericiliyinin həmin müddəalarının tələblərini rəhbər tutaraq hesab edir ki, məhkəməyədək icraat zamanı toplanılmaqla cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs1 üzərində “Şəxsi axtarış, baxış və götürmə aparılması haqqında” 17 oktyabr 2022-ci il tarixli protokol, yəni qeyd edilən tarixdə, saat 18:40-dan 19:00-dək Bakı şəhəri, Xəzər RPİ-nin 3-cü PŞ-nin baş təhqiqatçısı, polis mayoru X11 tərəfindən aparılmış Təqsirləndirilən şəxs1 üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti cinayət-prosessual qanunvericiliyin tələblərinin kobud pozulması ilə həyata keçirildiyindən, həmin istintaq hərəkətinin həyata keçirilməsi nəticəsində tərtib edilmiş protokol və ona əlavə edilmiş diskdəki videogörüntülərin sübut qismində qəbul edilməsinə müdafiə tərəfindən etiraz edildiyindən həmin protokol və ona əlavə edilmiş diskdəki videogörüntülər, eləcə də, həmin halla bağlı digər materiallar (dindirmə, digər istintaq hərəkəti protokolları və sair) sübut qismində qiymətləndirilərək Təqsirləndirilən şəxs1 ittihamının sübuta yetirilməsində və ona cəza təyin edilməsində nəzərə alına bilməz.
83. Belə olan halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 münasibətdə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı aşkar edilmiş hallar ittihamın sübuta yetirilməsində, onun əməlinin tövsif edilməsində və cəza təyini zamanı nəzərə alına bilməz. Qeyd edilənlərə və tədqiq olunmuş sübutlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilməmişdir.
84. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
85. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
86. “Şenk İsveçrəyə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir.
87. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilib-edilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir.
88. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.
89. CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.
90. Həmçinin Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.
91. CPM-in 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır.
92. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır.
93. CPM-in 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir.
94. “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur.
95. Cinayət işi materiallarından görünür ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham verilmişdir ki, o, şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda olmaqla kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edən və ümumi təmiz çəkisi 3,269 qram olan 07 ədəd bükümlərdə narkotik vasitə heroini və kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edən 03 ədəd bükümdə sikloheksanamin maddəsini əldə edib üzərində saxlamaqla daşımış, bir ədəd bükümdə, təmiz çəkisi 0,301 qram təşkil edən, qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə heroini Təqsirləndirilən şəxs2 və 01 ədəd bükümdə, təmiz çəkisi 0,073 qram təşkil edən, qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə heroini Şahid6 satmış, 17 oktyabr 2022-ci il tarixdə saat 18:00-da Xəzər RPİ-nin 3-cü PŞ-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində yerləşən yaşadığı evin yaxınlığında saxlanılaraq Xəzər RPİ-nin 3-cü PŞ-nə aparılmış və orada videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli şalvarının sağ yan cibindən 05 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 1,239 qram, 0,308 qram, 0,274 qram, 0,491 və 0,583 qram olmaqla ümumi təmiz çəkisi 2,895 qram təşkil edən, qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 03 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,322, 0,374 və 0,346 qram olmaqla ümumi təmiz çəkisi 1,042 qram təşkil edən, şəffaf, rəngsiz, kristalşəkilli sikloheksanamin maddəsi aşkar edilərək götürülmüşdür.
96. Lakin məhkəmə istintaqı zamanı aparılmış tam, hərtərəfli və obyektiv araşdırma zamanı Təqsirləndirilən şəxs1 “5 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 1,239 qram, 0,308 qram, 0,274 qram, 0,491 və 0,583 qram olmaqla, ümumi təmiz çəkisi 2,895 qram təşkil edən, qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 3 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,322, 0,374 və 0,346 qram olmaqla ümumi təmiz çəkisi 1,042 qram təşkil edən, şəffaf, rəngsiz, kristalşəkilli sikloheksanamin maddəsini şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, həmin şəxsdən satış məqsədi ilə əldə edərək daşımaqla saxlamaya görə” verilmiş ittiham üzrə təqsirliliyi ittihamçı tərəfindən sübuta yetirilməmişdir.
97. Belə ki, CPM-in 138.2-ci maddəsinin tələbinə görə təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür.
98. Halbuki, hökmün 43-47 və 70-ci bəndlərində də göstərilənlər bir-birilə uzlaşdırılmaqla və əlaqəli şəkildə tədqiq edilməklə, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 17 oktyabr 2022-ci il tarixdə saat 18:00 radələrində deyil, həmin tarixdə, saat 9:45 radələrində Xəzər RPİ-nin 3-cü PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq həmin polis şöbəsinə gətirilmişdir. Hökmün 43-45-ci bəndlərində göstərildiyi kimi, həm Təqsirləndirilən şəxs1 Xəzər RPİ-nin 3-cü PŞ-nin əməliyyat müvəkkilləri tərəfindən 17 oktyabr 2022-ci il tarixdə saxlanılaraq həmin polis şöbəsinə gətirilmə vaxtı, həm “Şübhəli şəxs qismində tutulma haqqında” qərar və protokolda saxlanılma, tutulma və protokolun tərtibi, habelə “şəxsi axtarış, baxış və götürmə aparılması haqqında” qərar və protokolda saxlanılma, protokolun tərtib edilməsi və istintaq hərəkətinin aparılması vaxtları karandaşla qeyd edilmiş rəqəmlərin üzərindən sonradan diyircəkli qələmlə yazılmışdır. Hansı ki, həmin sənədlər tam şəkildə kompüterdə tərtib edilmiş və həmin sənədlərdə yalnız vaxtlar sonradan diyircəkli qələmlə qeyd edilmişdir.
99. Həmçinin hökmün 47-ci bəndində qeyd edilən sənədə əsasən, Təqsirləndirilən şəxs1 şəxsiyyəti ibtidai araşdırma orqanına artıq 17 oktyabr 2022-ci il tarixdə, saat 11:11 radələrindən məlum olsa da, təhqiqatçı N.Ə.Binnətov tərəfindən formal olaraq Təqsirləndirilən şəxs2 və Şahid6 narkotik vasitə heroin aldıqlarını bildirdikləri Ramil adlı şəxsin şəxsiyyətinin müəyyən edilməsi barədə əməliyyat tapşırığı verilməsinə dair sənəd tərtib edilmişdir. Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətinin 11:20-11:45 radələrində, Şahid6 üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətinin isə 12:05-12:20-dək aparılması nəzərə alındıqda, təhqiqatçı N.Ə.Binnətov tərəfindən tərtib edilmiş qeyd edilən əməliyyat tapşırığının formal olmaqla sonradan tərtib edilməsinə dair haqlı şübhələr doğurur.
100. Məhkəmə, həmçinin, onu qeyd etməyi zəruri hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən təqdim edilmiş və hökmün 70-ci bəndində qeyd edilən, mötəbərliliyi şübhə altına alına bilinməyən faktı təsdiq edən sənəd kimi Təqsirləndirilən şəxs1 17 oktyabr 2022-ci il tarixdə Xəzər RPİ-nin 3-cü PŞ-nə gətirilməsinə dair “Polis şöbəsinə gətirilən şəxslərin qeydiyyatı” kitabının 17 oktyabr 2022-ci il tarixinə aid olan müvafiq səhifələrin təsdiq edilmiş surətindən də görünür ki, Təqsirləndirilən şəxs1 17 oktyabr 2022-ci il tarixdə, saat 09:45-də Xəzər RPİ-nin 3-cü PŞ-nə gətirilərək sonradan Xəzər RPİ-nin MSY-ə təhvil verilmişdir.
101. Eyni zamanda, məhkəmə onu da vurğulayır ki, hökmün 48-ci bəndində göstərilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə fiziki-kimyəvi (materialların məhkəmə) ekspertizasının 18 oktyabr 2022-ci il tarixli 6/6011 saylı rəyinə əlavə edilmiş aktdan da göründüyü kimi Təqsirləndirilən şəxs2, Şahid6 və Təqsirləndirilən şəxs1 üzərində aşkar olunmuş predmetlər ekspertizaya 17 oktyabr 2022-ci il tarixdə, saat 20:20-də qəbul olunmuşdur. Halbuki iş materiallarına əsasən Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti təhqiqatçı tərəfindən tərtib edilmiş protokola əsasən guya 19:00-dək davam etmiş, bundan sonra Təqsirləndirilən şəxs1 izahat alınmış, məhkəmə-kimyəvi ekspertiza təyin edilməsi barədə qərar qəbul edilmiş, həmin qərar hər üç şübhəli şəxs qismində tutulmuş şəxsə müdafiəçiləri ilə birlikdə elan edilmiş və yalnız bundan sonra qeyd edilən predmetlər AR ƏN Məhkəmə-Ekspertiza Mərkəzinə göndərilmişdir. Xəzər RPİ-nin 3-cü PŞ ilə ekspertiza idarəsi arasında kifayət qədər məsafənin olması (hamıya məlum olan fakt kimi) nəzərə alındıqda Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti protokolunda həmin hərəkətin real keçirilməsi vaxtının deyil, sonradan təhqiqatçı tərəfindən əlyazma ilə uyğunlaşdırılmağa cəhd edilərək başqa vaxtları yazması qənaətinə gəlməyə əsas verir. Bu isə həmin sənəddəki vaxtın sonradan qələmlə düzəliş edilməklə yazılmasına dair haqlı şübhələr yaradır.
102. Bundan başqa, məhkəmə qeyd edir ki, məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti ilə əlavə şahid qismində dindirilmiş Şahid7, Şahid8 Bəxtiyar oğlu və X13 ifadələrində Təqsirləndirilən şəxs1 17 oktyabr 2022-ci il tarixdə, təxminən saat 9-11 radələrində polis əməkdaşları tərəfindən yaşadığı evdən aparılmasını göstərmişlər. Həmçinin Təqsirləndirilən şəxs1 münasibətdə ittiham tərəfinin əsas şahidlərindən biri olan Bakı şəhəri, Xəzər RPİ-nin 3-cü PŞ-nin cinayət-axtarışı üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs1 17 oktyabr 2002-ci il tarixdə, təxminən saat 10-11 radələrində saxladıqlarını göstərmişdir. Eyni zamanda, Şahid6 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs1 17 oktyabr 2022-ci il tarixdə, təxminən saat 13 radələrində, Şahid3 İsmayıl oğlu isə ifadəsində onlar polis şöbəsinə çatdıqdan (saat 10:30) 10-15 dəqiqə sonra Təqsirləndirilən şəxs1 xidməti otaqlardan birində gördüyünü bildirmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı bütün ifadələrində onun 17 oktyabr 2022-ci il tarixdə, günorta saatlarında saxlanılaraq polis şöbəsinə gətirilməsi göstərilmişdir. Qeyd edilən ifadələrdə göstərilən vaxtlar arasında müəyyən ziddiyyətlər olsa da, həmin ifadələrlə Təqsirləndirilən şəxs1 Xəzər RPİ-nin 3-cü PŞ-nə ibtidai araşdırma orqanının istintaq sənədlərində təqdim etdiyi kimi 17 oktyabr 2022-ci il tarixdə, saat 18:00 radələrində deyil, həmin vaxtdan xeyli əvvəl (azı 5-7 saat) tutularaq polis şöbəsinə gətirildiyini təsdiqləyir.
103. İstər Təqsirləndirilən şəxs1 polis şöbəsinə gətirilmə vaxtına dair hökmün 102-ci bəndində qeyd edilən ifadələr, istərsə də hökmün 98-101-ci bəndlərində qeyd edilən sübutlar ittiham tərəfindən hər hansı digər sübutlarla inkar edilə bilməmişdir.
104. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, təqisrləndirilən şəxs Təqsirləndirilən şəxs1 hüquqları, o cümlədən müdafiə hüququ və cinayət prosessual qanunvericiliyin digər tələbləri kobud şəkildə pozulmuşdur.
105. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 üzərində keçirilmiş şəxsi axtarış və həmin hərəkətlərin nəticəsinə dair tərtib edilmiş protokol, habelə həmin protokola əlavə edilmiş diskdəki görüntülərin mötəbərliliyi və mümkünlüyü kifayət qədər şübhəli olduğundan və həmin sübutlar qanunsuz şəkildə əldə edildiyindən yolverilməzliyinə görə sübutlar siyahısından çıxarılmalıdır. Belə ki, ciddi qanun pozuntuları ilə əldə edilmiş və nəticə etibarı ilə qanunsuz olan sübutlar təqsirləndirilən şəxsin təqsirli hesab edilməsinə əsas ola bilməz.
106. Bundan başqa, Təqsirləndirilən şəxs1 azı 5-7 saatdan artıq müddətdə tamamilə polisin nəzarəti altında olması və onunla ilkin istintaq hərəkətlərinin, o cümlədən baxış və götürmə istintaq hərəkətinin istintaq sənədlərinə əsasən guya 17 oktyabr 2022-ci il tarixdə, saat 18:40 radələrində aparılması qeyd edilmişdir. Belə ki, məhkəmə kollegiyası həmçinin götürmə istintaq hərəkətinin qanuniliyi baxımından qeyd edir ki, CPM-in 243.1-ci maddəsinə əsasən götürmə istintaq hərəkəti bir qayda olaraq, məhkəmənin qərarı əsasında aparılır.
107. Həmin Məcəllənin 243.3-cü maddəsinə əsasən təxirə salına bilməyən hallarda müstəntiq axtarış və ya götürməni məhkəmənin qərarı olmadan yalnız şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə cinayətin törədilməsinə və ya həmin cinayətin törədilməsinə hazırlığın aparılmasına dəlalət edən əşya və ya sənədlərin yaşayış yerində gizlədilməsini; şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə cinayəti hazırlayan, törədən, törətmiş, azadlıqdan məhrum etmə və ya həbs yerlərindən, yaxud mühafizə altından qaçmış şəxsin yaşayış yerində gizləndiyini; yaşayış yerində insan meyitinin (meyit hissələrinin) olmasını və yaşayış yerində insanın həyat və ya səhhəti üçün real təhlükə olduğunugüman etməyə əsas verən dəqiq məlumat olduqda apara bilər.
108. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 götürmə istintaq hərəkətinin məhkəmə qərarı olmadan aparılması üçün CPM-in 243.3-cü maddəsində göstərilmiş hallar olmadığı halda, həmin istintaq hərəkəti CPM-yə zidd olaraq məhkəmə qərarı olmadan aparılmışdır. Belə ki, əgər Təqsirləndirilən şəxs1 ilə bağlı təxirə salına bilmədən dərhal şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılması zərurəti və halı yaranmışdırsa, nə üçün o, Polis Bölməsinə gətirildikdən sonra həmin istintaq hərəkəti CPM-in 243.3-cü maddəsində göstərildiyi kimi təxirə salınmadan (dərhal) deyil, bir neçə saat keçdikdən sonra aparılmışdır. Belə olan halda, həmin zaman kəsiyində baş vermiş hadisələrin təhlilinin aparılması oxşar işlər üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında əks etdirilmiş “əldə edilmiş sübutların saxlanılan şəxslərin polisin nəzarəti altında saxlandığı müddətdə üzərinə yerləşdirilməsinin mümkünlüyü və bu hallara dair haqlı şübhəyə əsas yaranıb-yaranmaması ilə bağlı” mövqeyi baxımından zəruridir.
109. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 28-ci bəndində göstərilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, CPM-in 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. CPM-in 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilmişdir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir.
110. “Sakit Zayidov Azərbaycana qarşı” Avropa Məhkəməsinin Qərarının məzmununa əsasən, şəxsin polis əməkdaşları tərəfindən saxlanıldığından, yəni faktiki olaraq, azadlığının məhdudlaşdırıldığından və polisin tam nəzarəti altına keçdiyindən sonra onun üzərinə baxış, əslində şəxsi axtarış və götürmə tədbiri keçirilməsi arasında müəyyən və kifayət qədər müddət keçərsə, bu zaman aşkar olunan sübutun “qoyulması” ilə bağlı əsaslı narahatlıq yaranır. Bu müddət ərzində ərizəçinin tamamilə polis əməkdaşlarının tam nəzarətində olması, işdə axtarışın ərizəçinin həbsindən dərhal sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halların mövcud olmaması bu zaman və bu şəraitdə əldə edilmiş sübutun mötəbərliyini ciddi şübhələr altına alır. Avropa Məhkəməsinin hüquqi mövqeyinə əsasən, məhkəmələr ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin, onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını, sonra isə sübutun mötəbərliyini təkzib etmək və cinayət işi üzrə icraat zamanı ondan istifadəyə etiraz etmək üçün ərizəçiyə imkan verilib-verilmədiyini araşdırmalıdır.
111. Avropa İnsan Hüquqları Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” şikayəti üzrə 10 aprel 2014-cü il tarixli qərarında (həmin şikayətdə Layıcov işgəncə və pis rəftarla yanaşı, narkotik vasitələrin onun üstünə və avtomobilinə qoyulması yolu ilə əldə olunmuş qanunsuz sübutlar əsasında məhkum edilməsi nəticəsində Konvensiyanın 6-cı maddəsinin pozulmasından şikayət etmişdir) Avropa Məhkəməsi qeyd etmişdir ki, əməliyyat məlumatı əsasında saxlanılması iddia edilsə də, Lahıcovun üzərinə və avtomobilinə baxış saxlanıldığı kimi dərhal deyil, saxlanıldığı yerin yaxınlığında deyil, 30 dəqiqə sonra Zaqatala rayon Polis Şöbəsində keçirilmişdir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, Lahıcovun saxlanılması ilə baxışın keçirilməsi arasında 30 dəqiqə vaxtın keçməsi həmin sübutun “atılmasının” mümkünlüyü ilə bağlı əsaslı narahatlıq yaradır, çünki həmin müddət ərzində şikayətçi tamamilə polisin nəzarəti altında olmuşdur. Bu məsələ ilə bağlı məhkəmə nəzərə almışdır ki, şikayətçi həbs olunandan dərhal sonra onun üzərinə baxış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı sübut mövcud deyil. Həmçinin məhkəmə nəzərə almışdır ki, onun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutun qanuniliyi ilə bağlı şikayətçi ibtidai istintaq və məhkəmə araşdırılması dövründə məsələ qaldırsa da, yerli məhkəmələr öz hökmlərində bu məsələyə münasibət bildirməmiş, həmin sübut əsasında onu məhkum etmişlər. Bununla bağlı Avropa Məhkəməsi belə nəticəyə gəlmişdir ki, bu məsələ ilə bağlı şikayətçinin şikayətləri yerli məhkəmələr tərəfindən əsassız olaraq baxılmadığı üçün şikayətçi sübutun qanuniliyini mübahisələndirmək və həmin sübutun yerli məhkəmə proseslərində istifadə edilməsinə etiraz etmək hüququndan məhrum edilmişdir. Nəzərə alaraq ki, şikayətçiyə qarşı ittiham yalnız Layıcovun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutlara əsaslanmışdır, həmin qərarda Avropa Məhkəməsi şikayətçiyə qarşı isifadə edilmiş həmin maddi sübutların əldə olunması şəraitini nəzərə alaraq, eyni zamanda şikayətçinin həmin sübutların qanuniliyi ilə bağlı etirazlarına və əsaslı arqumentlərinə milli məhkəmələr tərəfindən baxılmaması və həmin sübutların ona qarşı istifadə edilməsinə əsaslanmaqla aparılmış məhkəmə araşdırmasını ümumilikdə ədalətsiz kimi qiymətləndirmiş və Konvensiyanın 6-cı maddəsinin pozulduğunu müəyyən etmişdir. “Savalanlı və digərləri Azərbaycana qarşı” şikayətlərlə bağlı qərarında da Avropa Məhkəməsi bildirmişdir ki, ərizəçilərin ayrıca cinayət mühakimə icraatları çərçivəsində tutulmalarına və həbs olunmalarına baxmayaraq, hazırkı ərizələrin ümumi xüsusiyyəti ondan ibarətdir ki, ərizəçilər barəsində seçilmiş həbs qətimkan tədbiri və həbs müddətinin uzadılmasında istintaq orqanları tərəfindən irəli sürülən və yerli məhkəmələrin istinad etdikləri yeganə sübutlar polis tərəfindən tutulduqdan sonra onların üzərində aşkar edilmiş narkotik vasitələrdir. Belə olan halda Məhkəmə hesab edir ki, yerli hakimiyyət orqanları tərəfindən sözügedən sübutlara dair aparılan istintaq tədbirlərinin ərizəçilərin ittiham olunduqları cinayətləri törədə biləcəyini müəyyən etmək üçün obyektiv bir müşahidəçini inandırmağa kifayət edib-etmədiyi də daxil olmaqla, həmin sübutların toplanması, istifadəsi və tədqiqi ilə bağlı bütün müvafiq halları diqqətlə yoxlanılmalıdır (müqayisə edin, Rəşad Həsənov və başqaları Azərbaycana qarşı, № 48653/13, §§ 98-106, 7 iyun 2018-ci il, və İbrahimov və Məmmədov Azərbaycana qarşı, № 63571/16, §§ 113-30, 13 fevral 2020).
112. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.
113. Konstitusiyanın və cinayət-prosessual qanunvericiliyinin müddəalarının mənasına görə, cinayət işinin həlli üzrə məhkəmənin və ittiham tərəfinin funksiyaları bir-birindən ciddi fərqlənir və onlardan hər biri müvafiq subyektin üzərinə düşür. Cinayət təqibinin başlanması, ittihamın irəli sürülməsi və məhkəmədə müdafiəsi qanunda müəyyən edilən orqanlar və vəzifəli şəxslər, qanunda nəzərdə tutulmuş hallarda isə, həmçinin zərərçəkmiş tərəfindən həyata keçirilir. Cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə isə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır.
114. Bundan başqa, məhkəmə onu da qeyd edir ki, hökmün 48-ci bəndində göstərilmiş ekspertiza rəyi ilə də, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilməsi iddia edilən 3 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,322, 0,374 və 0,346 qram olmaqla ümumi təmiz çəkisi 1,042 qram olan şəffaf, rəngsiz, kristalşəkilli maddə kütlələrinin sikloheksanamin maddəsi olması, həmin maddələrin kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil etməsi, Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq olunmuş siyahılara əsasən sikloheksanamin qeyd edilən siyahılara, habelə 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş” Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahıları”na, habelə zəhərli maddələrin siyahıları”na daxil olmamasına baxmayaraq, başqa sözlə həmin maddənin hətta qanunsuz əldə edilməsi, saxlanılması, daşınması və sair hallarında da cinayət və ya hər hansı digər məsuliyyəti yaratmamasına baxmayaraq, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 əsassız olaraq həmin maddələrlə bağlı da ittiham verilmişdir.
115. CPM-in 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən edilmişdir.
116. CPM-in 42.1.1 və 42.1.4-cü maddələrinə əsasən cinayət hadisəsi olmadıqda və təqsirləndirilən şəxsin təqirliliyi sübuta yetirilmədikdə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır.
117. CPM-in 42.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda bəraət hökmü çıxarılır.
118. Həmçinin CPM-in 42.2.4-cü maddəsinə əsasən həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır.
119. CPM-in 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir.
120. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin.
121. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İV hissəsinə görə, qanunun pozulması ilə əldə edilmiş sübutlardan ədalət mühakiməsinin həyata keçirilməsində istifadə edilə bilməz. “Təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmalıdır” müddəası Avropa Məhkəməsinin Barbera, Messegue və Habardo İspaniyaya qarşı işində xüsusi vurğulanmışdır. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinin tələblərinə görə CPM-in müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələblərinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir.
122. Azərbaycan Respublikası CM-in 7.1-ci maddəsinin tələbinə görə yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.
123. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının qorunması sahəsində məhkəmələrin fəaliyyəti haqqında” 2000-ci il 10 mart tarixli qərarında qeyd olunmuşdur: Ədalət mühakiməsinin həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Ona görə də məhkəmələr işlərə baxarkən heç bir halda qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməməlidir. Məhkəmə təhqiqat və ibtidai istintaq orqanı tərəfindən təqdim edilən sübutun qanunsuz yolla əldə olunması nəticəsinə gəldikdə, bütün hallarda həmin sübutu iş üzrə toplanmış başqa sübutların cəmindən çıxmaqla qanunu pozmuş vəzifəli şəxsin hərəkətinə münasibətini bildirməlidir”.
124. Göstərilənlərə əsasən məhkəmə tam, hərtərəfli və obyektiv olaraq tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək və CPM-in 42.1.1, 42.1.4, 42.2.1 və 42.2.4-cü maddələrinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 “5 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 1,239 qram, 0,308 qram, 0,274 qram, 0,491 və 0,583 qram olmaqla, ümumi təmiz çəkisi 2,895 qram təşkil edən, qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 3 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,322, 0,374 və 0,346 qram olmaqla ümumi təmiz çəkisi 1,042 qram təşkil edən, şəffaf, rəngsiz, kristalşəkilli sikloheksanamin maddəsini şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, həmin şəxsdən satış məqsədi ilə əldə edərək daşımaqla saxlamaya görə” verilmiş ittihama sikloheksanamin maddəsinə münasibətdə cinayət hadisəsi olmaması və narkotik vasitə heroinə münasibətdə isə təqsirliliyi sübuta yetirilməməsi əsasları ilə ona qarşı irəli sürülmüş ümumi ittihamdan xaric edilməklə həmin hissələrdə bəraət verilməlidir.
125. Eyni zamanda, məhkəmə hesab edir ki, “Şəxsi axtarış, baxış və götürmə aparılması haqqında” 17 oktyabr 2022-ci il tarixli protokol, yəni qeyd edilən tarixdə, saat 18:40-dan 19:00-dək Bakı şəhəri, Xəzər RPİ-nin 3-cü PŞ-nin baş təhqiqatçısı, polis mayoru X11 tərəfindən aparılmış Təqsirləndirilən şəxs1 üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti cinayət-prosessual qanunvericiliyin tələblərinin kobud pozulması ilə həyata keçirildiyindən, yaranmış əsaslı şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadığından həmin protokol və ona əlavə edilmiş diskdəki videogörüntülər, eləcə də, həmin halla bağlı digər materiallar (dindirmə, digər istintaq hərəkəti protokolları və sair) sübut qismində qiymətləndirilərək Təqsirləndirilən şəxs1 ittihamının sübuta yetirilməsində və ona cəza təyin edilməsində nəzərə alına bilməz.
126. Bununla yanaşı, məhkəmə, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 və Şahid6 narkotik vasitə heroin satmaması barədə məhkəmə icraatı zamanı verdiyi ifadələrinə tənqidi yanaşaraq onun həmin ifadələrini törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək Təqsirləndirilən şəxs1 CM-in 234.2-ci maddəsi ilə cinayət əməlini törətməsini onun həm məhkəməyədək icraat zamanı, həm də məhkəmə icraatı zamanı müdafiəçilərinin iştirakı ilə verdiyi ifadələri, habelə bu barədə digər Təqsirləndirilən şəxs2, şahidlər Şahid6, E.A.Həmidov, Şahid5, Şahid3, Şahid2 və Şahid1 ifadələri, ekspertiza rəyləri və digər sübutlarla tam sübuta yetirilmiş hesab edir.
127. CM-in 234.2-ci maddəsi satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyətini müəyyən edir. Həmin maddənin sanksiyasında üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur.
128. CM-in 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. Həmin maddənin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur.
129. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 5-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir.
130. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs2 qanunsuz olaraq əldə edərək saxladığı və daşıdığı 0,301 qram narkotik vasitə heroinin miqdarının şəxsi istehlak miqdarından təxminən 2 dəfə artıq olması, onun hadisəni törətdiyi zaman narkomaniya xəstəliyindən əziyyət çəkməsi əldə etdiyi həmin narkotik vasitəni üzərində saxlamaqla daşımaqda məqsədinin məhz şəxsi istehlak məqsədi ilə bağlı olduğunun bilavasitə təzahürüdür.
131. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini rəhbər tutmaqla, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarındakı müddəaları da nəzərə alır.
132. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir.
133. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.
134. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 narkotik vasitələrin istehlakçısı olmaqla yanaşı digər istehlakçılarla razılıq əldə etməsinə dair Təqsirləndirilən şəxs2 və Şahid6, habelə şahidlər Şahid3, E.A.Həmidov, Şahid5, Şahid1 və Şahid2 ifadələri ilə, Təqsirləndirilən şəxs2 və Şahid6 aşkar edilmiş narkotik vasitə heroinin kimyəvi komponent tərkiblərinə görə eynilik təşkilik etməsi və iki bükümdə qablaşdırılması və sair hallar Təqsirləndirilən şəxs1 narkotik vasitə heroini Təqsirləndirilən şəxs2 və Şahid6 satması qənaətinə gəlməyə əsas vermişdir.
135. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının 24-cü bəndində göstərilmişdir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür.
136. Halbuki, həm Təqsirləndirilən şəxs2, həm də Təqsirləndirilən şəxs1 saxlanılarkən və bundan sonra hər hansı xəsarətinin olması və ya onlara qarşı hər hansı fiziki, psixi və sair zorakılıq tətbiq edilməsinə dair hər hansı mötəbər sübut müəyyən edilməmişdir. Buna baxmayaraq, məhkəmə tərəfindən təqsirləndirilən şəxslərin verdikləri onların ibtidai araşdırma zamanı fiziki, psixi və sair zorakılığa və pis rəftara məruz qalmalarına dair məlumat cinayət xarakterli məlumat kimi araşdırılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilmişdir. Hökmün 67-ci bəndində qeyd edilən qərara əsasən təqsirləndirilən şəxslərin ibtidai araşdırma zamanı fiziki, psixi və sair zorakılığa və pis rəftara məruz qalmaları öz təsdiqini tapmamışdır. Eyni zamanda, məhkəmə istintaqı zamanı cinayət prosesi tərəflərinin iştirakı ilə müdafiə tərəfinin iddia etdikləri həmin xüsusatlar ətraflı araşdırılmış, müxtəlif sorğular verilmiş, hökmün 67-ci bəndində göstərilən qərar qəbul edilərkən təqsirləndirilən şəxslər barəsində keçirilmiş məhkəmə-tibbi ekspertiza rəyləri məhkəmə iclasında tədqiq edilmiş, həmin rəyləri vermiş ekspert X17 müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında dindirilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs1 kürək nahiyyəsində olan yumşaq konsistensiyalı həcmli törəmənin 17 oktyabr 2022-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılarkən onun döyülməsi nəticəsində əmələ gəlməsi öz təsdiqini tapmamışdır. Belə ki, Təqsirləndirilən şəxs1 kürək nahiyyəsində olan yumşaq konsistensiyalı həcmli törəmə ilə (şişlə) bağlı ifadəsində həmin törəmənin onun istintaq təcridxanasına daxil olduqdan 15 gün sonra yarandığını göstərmişdir. Halbuki, iş materialları ilə Təqsirləndirilən şəxs1 19 oktyabr 2022-ci il tarixdən 12 dekabr 2022-ci il tarixədək həbsdə olmaması, onun istintaq təcridxanasına isə yalnız 12 dekabr 2022-ci il tarixdə axtarışda olan şəxs kimi tutularaq təhvil verilməsi müəyyən edilmişdir. Belə olan halda, Təqsirləndirilən şəxs1 kürək nahiyəsindəki həmin törəmənin 17 oktyabr 2022-ci il tarixdə polis əməkdaşları tərəfindən zorakılığa məruz qalması ilə əlaqədar yaranması barədə mülahizələr onun özünün işin faktiki hallarına uyğun olmayan ifadəsində göstərdiklərindən başqa hər hansı mötəbər sübutla təsdiq olunmur. Həmçinin şahid qismində dindirilmiş, məhkəmə-tibbi eksperti X17 da Təqsirləndirilən şəxs1 kürək nahiyəsində aşkar olunmuş yumşaq konsistensiyalı həcmli törəmənin travma mənşəli olmadığını xüsusi olaraq vurğulamışdır. Beləliklə, qeyd edilən mötəbərliyi şübhə altına bilinməyən sübutlarla da Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanılarkən və ondan sonra hər hansı fiziki, psixi və sair təzyiq və təsirə məruz qalmaları öz təsdiqini tapmamışdır.
137. Hökmün 133-cü bəndində qeyd edilən qərarın 11-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikasının CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2 və 234.3-cü maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi və külli miqdarda törədilməsi nəzərdə tutulmuşdur. İzah edilsin ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi anlayışının şərhi CM-in 34.2-ci maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-in 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Yalnız Azərbaycan Respublikası CM-in 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratması nəzərə alınmaqla məhkəmələrə həm də izah edilsin ki, təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir.
138. Halbuki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs1 həmçinin CM-in 234.4.1-ci maddəsi ilə ittiham verərkən sonuncunun kiminlə, nə vaxt, hansı şəraitdə və sair hallarda birgə cinayət törətməyə razılaşması, iştirakçıların əməlinin nədən ibarət olması və digər xüsusatları nəinki müəyyən etmiş, sadəcə olaraq “şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda sonuncudan satış məqsədi ilə qanunsuz olaraq ümumilikdə külli miqdarda narkotik vasitə heroin əldə edib daşıyaraq saxladığını” göstərməklə kifayətlənmişdir. Qeyd edilən qənaətə ibtidai istintaq orqanının necə və hansı əsasla gəlməsi isə iş materialları ilə müəyyən olunmur. Eyni zamanda, nə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı ifadəsində, nə polis əməkdaşlarının ifadələrində, nə də iş materiallarında olan hər hansı sənəddə təqsirləndirilən şəxsin hər hansı şəxslə hər hansı formada və şəraitdə razılaşması və sair hallar öz təsdiqini tapmır.
139. CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, CPM-in 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmçinin CPM-in 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir.
140. CPM-in 351.2 və 351.3.4-cü maddələrinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir.
141. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.
142. CPM-in 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.
143. Beləliklə, məhkəmə tam, hərtərəfli və obyektiv olaraq tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək və CPM-in 42.1.4-cü və 42.2.4-cü maddələrinin tələblərini rəhbər tutaraq həmçinin belə nəticəyə gəlir ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 verilmiş ittihamın “şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda sonuncudan satış məqsədi ilə qanunsuz olaraq ümumilikdə külli miqdarda 3,269 qram narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımaya görə” verilmiş ittiham da təqsirliliyi sübuta yetirilməməsi əsası ilə ona qarşı irəli sürülmüş ümumi ittihamdan xaric edilməklə həmin hissədə də ona bəraət verilməlidir.
144. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
145. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi əməllər qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifatlarına görə az ağır cinayətlər kateqoriyasına aid edilir.
146. Məhkəmə, Təqsirləndirilən şəxs1 narkotik vasitə heroinin satışı ilə məşğul olmaması, Təqsirləndirilən şəxs2 və Şahid6 müvafiq olaraq 0,301 qram və 0,073 qram narkotik vasitə heroinləri satmaması ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir.
147. Eyni zamanda məhkəmə, Təqsirləndirilən şəxs2 üzərində qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,301 qram narkotik vasitə heroini əldə edib saxlayaraq daşımaması, üzərində hər hansı narkotik vasitənin olmaması, ittihamda göstərilən vaxtda və şəraitdə deyil, başqa vaxtda və şəraitdə tutulması ilə bağlı ilə ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir.
148. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri əməllərə münasibətdə öz müdafiələri üçün gətirdiyi hökmün 146-147-ci bəndlərində göstərilən dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, çoxsaylı şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə tam təkzib olunur.
149. Qeyd edilənlərə əsasən, məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi, Təqsirləndirilən şəxs2 əməlinin isə həmin Məcəllənin 234.1-ci maddəsi ilə tövsif edilməsi əsaslı, qanuni və ədalətlidir. Təqsirləndirilən şəxs1 CM-in 234.2-ci maddəsi və Təqsirləndirilən şəxs2 isə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinməli və onlara həmin maddələrin sanksiyası həddində cəza təyin edilməlidir.
150. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 hərəkətlərində CM-in 234.2-ci maddəsində və Təqsirləndirilən şəxs2 hərəkətlərində CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərinin tərkibi vardır. Onlar tərəfindən həmin cinayətlərin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs1 CM-in 234.2-ci və Təqsirləndirilən şəxs2 isə CM-in 234.1-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından onlara cəza təyin olunmalıdır.
Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:
151. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır.
152. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.
153. Məhkəmə, təqsirləndirilən şəxslərə cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.
154. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər qəsdən az ağır cinayət əməllərinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, sonuncu dəfə Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 10 aprel 2019-cu il tarixli hökmü ilə məhkum olunduğu 2(iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 9 (doqquz) ay 1 (bir) gün hissəsindən həmin məhkəmənin 30 aprel 2020-ci il tarixli qərarına əsasən vaxtından əvvəl şərti olaraq azad edilmişdir (bax 61-ci bəndə).
155. CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir.
156. CM-in 83.4-cü maddəsinin tələbinə görə məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır.
157. Hökmün 61 və 154-156-cı bəndlərində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs1 əvvəllər törətdiyi az ağır cinayət əməllərinə görə məhkumluğu ödənildikdən sonra hazırkı cinayət əməlini törətdiyindən onun əməlində cinayətlərin residivinin olmaması, habelə məhkumluğunun olmaması nəzərə alınmalıdır.
158. Məhkəmə CM-in 59.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs1 himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını, görmə məhdudiyyətli şəxs kimi İİ dərəcə əlil olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır.
159. Eyni zamanda, məhkəmə CM-in 59.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs2 28 yaşında olmaqla törətdiyi əməldən peşman olmasını bildirməsini, onun əziyyət çəkdiyi narkomaniya xəstəliyindən könüllü olaraq müalicə olunaraq sağalmasını və həmin xəstəlikdən əziyyət çəkən digər şəxslərin sağalmasında könüllü olaraq yardım etməsini, məhkəməyədək icraat və məhkəmə icraatı zamanı barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini yerinə yetirməsi və davranışını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.
160. Məhkəmə CM-in 61.1.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxslərin əməllərində cəzalarını ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir.
161. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi CM-in 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.
162. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.
163. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza CM-in 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.
164. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, CPM-in 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6).
165. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs1 17 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli qərarı ilə onun barəsində 3 (üç) ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilmiş, ev dustaqlığının əvvəli tutulduğu 17 oktyabr 2022ci il tarixdən hesablanmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 oktyabr 2022-ci il tarixli qərarı ilə Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli qərarı ləğv edilərək Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddətinin əvvəlinin onun tutulduğu gündən hesablanması qərara alınmışdır. 12 dekabr 2022-ci il tarixli protokola əsasən Təqsirləndirilən şəxs1 tutularaq Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır (Cild 1, i.v.72; 168-170; 194-197; 217-218; cild 3;).
166. Həmçinin iş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs2 17 oktyabr 2022-ci il tarixdən 19 oktyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanılmış, 19 oktyabr 2022-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır (Cild 1, i.v.16; 145; cild 3;).
167. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətini CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 12 dekabr 2022-ci il tarixdən hesablanmalı və 17 oktyabr 2022-ci il tarixdən 28 oktyabr 2022-ci il tarixədək tutulduğu və ev dustaqlığından saxlanıldığı 11 (on bir) gün müddət ona təyin ediləcək cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs1 qəti cəza təyin edilməlidir.
168. Eyni zamanda, məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətini CM-in 69.3-cü maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün kimi hesablanaraq cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 17 oktyabr 2022-ci il tarixdən 19 oktyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanıldığı iki gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə bərabər tutulalaraq hesablanmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla Təqsirləndirilən şəxs2 qəti cəza təyin edilməlidir.
169. Məhkəmə hökmün 62 və 73-cü bəndlərində qeyd edilən ekspertiza rəylərini və Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halın olmasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdırlar.
170. Məhkəmə, CPM-in 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir.
171. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olmaqla Bakı şəhəri, Xəzər rayon Polis İdarəsində saxlanılan – Təqsirləndirilən şəxs2 və Şahid6 üzərindən aşkar edilmiş, müvafiq olaraq tədqiqatlardan sonra qalıq çəkisi 0,251 qram və 0,033 qram olmaqla, ümumi çəkisi 0,284 qram narkotik vasitə heroinlər, habelə Təqsirləndirilən şəxs1 üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı aşkar edilməsi iddia olunan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,942 qram olan sikloheksanamin maddəsi məhv edilməli, Təqsirləndirilən şəxs1 üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı aşkar edilməsi iddia olunan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,795 qram olan narkotik vasitə heroin Təqsirləndirilən şəxs1 ittihamın həmin hissəsi üzrə təqsirliliyi sübuta yetirilmədiyinə görə CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ona bəraət verildiyindən qeyd edilən predmetlər həmin narkotik vasitəni satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış, hazırlamış, istehsal etmiş, emal etmiş, daşımış, göndərmiş, yaxud qanunsuz olaraq narkotik vasitəni satmış şəxsin (şəxslərin) barəsində cinayət təqibi məsələsinin həll edilməsi üçün hazırkı cinayət işindən narkotik vasitənin mənbəsinin müəyyən edilməsi məqsədi ilə ayrılmış materiala əlavə edilməli və bu haqda ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verilməli, 3 (üç) ədəd disk isə hazırkı cinayət işinin materiallarında saxlanılmalıdır.
172. CPM-ə sasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.
173. Məhkəmə hesab edir ki, CPM-in 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada olmaqla, hər birindən 55 (əlli beş) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir.
174. İş üzrə mülki iddia verilməmiş və üzərinə həbs qoyulmuş əmlak yoxdur.
175. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.
176. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müəddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.
177. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42, 344-347, 349-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs1 verilmiş ittihamın onun üzərindən külli miqdarda olan 5 (beş) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 1,239 qram, 0,308 qram, 0,274 qram, 0,491 və 0,583 qram olmaqla, ümumi təmiz çəkisi 2,895 qram təşkil edən narkotik vasitə heroinin və 3(üç) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,322, 0,374 və 0,346 qram olmaqla, ümumi təmiz çəkisi 1,042 qram təşkil edən sikloheksanamin maddəsinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıyaraq saxlaması və həmin predmetlərin Təqsirləndirilən şəxs1 üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı aşkar edilməsinin iddia edilməsi hissəsində, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə baş vermiş hadisədə cinayət hadisəsi olmaması və təqsirliliyi sübuta yetirilməməsinə görə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.2.1 və 42.2.4-cü maddələrinə əsasən ona bəraət verilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 17 oktyabr 2022-ci il tarixdən 28 oktyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu və ev dustaqlığında saxlanıldığı müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq üzərində qəti olaraq 5 (beş) il 5(beş) ay 19 (on doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 12 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 17 oktyabr 2022-ci il tarixdən 19 oktyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanıldığı 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə bərabər hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə təbii fəlakət və sair fövqəladə hallarla əlaqədar mənzili tərk etmək və xəstəliyi ilə əlaqədar həkimə müraciət etmək halları istisna olmaqla, yaşayış yeri olan ünvan 1 ünvanını saat 22:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə icra və probasiya şöbəsinə tapşırılsın. İş üzrə maddi sübut olmaqla Bakı şəhəri, Xəzər rayon Polis İdarəsində saxlanılan – X6 və Şahid6 Şahin oğlunun üzərindən aşkar edilmiş, müvafiq olaraq tədqiqatlardan sonra qalıq çəkisi 0,251 qram və 0,033 qram olmaqla, ümumi çəkisi 0,284 qram narkotik vasitə heroinlər, habelə Təqsirləndirilən şəxs1 üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı aşkar edilməsi iddia olunan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,942 qram olan sikloheksanamin maddəsi məhv edilsin, Təqsirləndirilən şəxs1 üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı aşkar edilməsi iddia olunan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,795 qram olan narkotik vasitə heroin Təqsirləndirilən şəxs1 ittihamın həmin hissəsi üzrə təqsirliliyi sübuta yetirilmədiyinə görə CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ona bəraət verildiyindən qeyd edilən predmetlər həmin narkotik vasitəni satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış, hazırlamış, istehsal etmiş, emal etmiş, daşımış, göndərmiş, yaxud qanunsuz olaraq narkotik vasitəni satmış şəxsin (şəxslərin) barəsində cinayət təqibi məsələsinin həll edilməsi üçün hazırkı cinayət işindən narkotik vasitənin mənbəsinin müəyyən edilməsi məqsədi ilə ayrılmış materiala əlavə edilsin və bu haqda ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verilsin, 3 (üç) ədəd disk isə hazırkı cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada olmaqla, hər birindən 55 (əlli beş) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs1 verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.