Məhkəmə qərarları › İş №1(101)-206/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-206/2025

16.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-206/2025 16.01.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X21 və X19, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər- Zərərçəkmiş şəxs9 xx.xx.2024-cü il tarixli, AR-İİİ 319612 nömrəli etibarnamə və xx.xx.2024-cü il tarixli, ******* nömrəli vəkil orderi, Zərərçəkmiş şəxs10 xx.xx.2024-cü il tarixli, AR-İİİ 320818 nömrəli etibarnamə və xx.xx.2024-cü il tarixli, ******* nömrəli vəkil orderi, Zərərçəkmiş şəxs11 xx.xx.2024-cü il tarixli, AR-İİİ 319611 nömrəli etibarnamə və xx.xx.2024-cü il tarixli, ******* nömrəli vəkil orderi, Zərərçəkmiş şəxs13 AR-İİİ 305946 nömrəli etibarnamə və xx.xx.2024-cü il tarixli, ******* nömrəli vəkil orderi əsasında nümayəndəsi, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Nümayəndə2, Zərərçəkmiş şəxs3 xx.xx.2024-cü il tarixli, AR-İİİ 277660 nömrəli etibarnamə və xx.xx.2024-cü il tarixli, ******* nömrəli vəkil orderi əsasında nümayəndəsi, “Arbitrium” Vəkil Bürosunun vəkili Nümayəndə1, zərərçəkmiş şəxs və mülki iddiaçılar Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10 və Zərərçəkmiş şəxs13, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs11 və Zərərçəkmiş şəxs12, müdafiəçi- Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1988-ci il tarixdə Gürcüstan Respublikası Qardabani rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 02 (iki) azyaşlı uşağı olan, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, barəsində seçilmiş həbs qətimkan tədbiri ilə əlaqədar Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında 6 nömrəli məhkəmə iclası zalında saat 12:20-də açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktına görə, Təqsirləndirilən şəxs etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxslərə xeyli miqdarda və külli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs9 etibarından sui-istifadə edib sonuncuya Koreya Respublikasından “Kia Sorento” markalı avtomobili alıb Azərbaycan Respublikasına gətizdirəcəyinə dair inandırıb yalandan vəd verib aldadaraq xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Cafe City” restoranının yaxınlığında Zərərçəkmiş şəxs9 milli manat məzənnəsi ilə dəyəri həmin dövrə 24310 manat təşkil edən 14300 ABŞ dolları pulu, xx.xx.2022-ci il tarixdə eyni məqsədlə Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Musabəyov” parkında 15000 manat pulunu nağd şəkildə alıb ələ keçirdikdən sonra verdiyi vədə əməl etməyib vahid niyyətlə əhatə olunan qəsdlə aldatmaqla Zərərçəkmiş şəxs9 ümumilikdə 39310 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs10 etibarından suiistifadə edib sonuncuya Koreya Respublikasından 2019-cu il buraxılışlı “Kia Sorento” markalı avtomobili alıb Azərbaycan Respublikasına gətizdirəcəyinə inandırıb yalandan vəd verib aldadaraq xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Ənvər Hüseynov küçəsi 5/7 nömrəli binanın zirzəmisində yerləşən avtoyuma məntəqəsində Zərərçəkmiş şəxs10 40000 manat pulunu nağd şəkildə alıb ələ keçirdikdən sonra verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs10 40000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan savayı, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs11 etibarından suiistifadə edib sonuncuya məxsus “Hyundai Elantra” markalı **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobilini satıb Koreya Respublikasından “Kia Sorento” markalı avtomobili gətirəcəyinə inandırıb yalandan vəd verib aldadaraq, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Ənvər Hüseynov küçəsi 5/7 saylı binanın zirzəmisində yerləşən avtoyuma məntəqəsində Zərərçəkmiş şəxs11 sözügedən 25500 manat dəyərində olan “Hyundai Elantra” markalı avtomobil təhvil alıb 10 gün sonra “Kia Sorento” markalı avtomobili ona təhvil verəcəyini yalandan vəd verib aldadaraq, xx.xx.2022-ci il tarixdə X4 tam ödənişi qəbul edərək avtomobilin sonuncunun adına rəsmiləşdirib, həmin avtomobilin satışından əldə etdiyi puldan Zərərçəkmiş şəxs11 1500 manat verib, qalan 24000 manat pulu ələ keçirdikdən sonra verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs11 24000 manat dəyərində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs13 etibarından sui-istifadə edib əlavə olaraq 12000 manat pul verəcəyi halda sonuncuya məxsus “Chevrolet Cruze” markalı **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobilini satıb “Kia Sorento” markalı avtomobil ilə dəyişəcəyinə yalandan vəd verib aldadaraq xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Ə.Hüseynov küçəsi 5/7 nömrəli binanın qarşısında Fərhad İsrafılovdan 23000 manat dəyərində “Chevrolet Cruze” markalı avtomobilini və 12000 manat pulunu nağd şəkildə alıb ələ keçirdikdən sonra verdiyi vədə əməl etməyib vahid niyyətlə əhatə olunan qəsdlə aldatmaqla, Zərərçəkmiş şəxs13 ümumilikdə 35000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs10 etibarından suiistifadə edib sonuncuya məxsus “Hyundai Santafe” markalı **-LC-*** markalı avtomobilini satıb sərfəli qiymətə “BMW” markalı avtomobili Almaniya Federativ Respublikasından gətirəcəyinə inandırıb yalandan vəd verib aldadaraq, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Ənvər Hüseynov küçəsi 5/7 nömrəli binanın qarşısında Zərərçəkmiş şəxs10 20000 manat dəyərində olan “Hyundai Santafe” markalı avtomobili təhvil alıb, xx.xx.2022-ci il tarixdə X3 tam ödənişi qəbul edərək avtomobilin sonuncunun adına rəsmiləşdirib, həmin avtomobilin satışından əldə edilən pulu ələ keçirdikdən sonra verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs10 20000 manat dəyərində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs12 etibarından suiistifadə edib sonuncuya Almaniya Federativ Respublikasından «Kia-Rio» markalı avtomobil alıb Azərbaycana gətizdirəcəyinə dair inandırıb yalandan vəd verib aldadaraq, 02 dekabr 2022-ci il tarixdə ünvan 3 ünvanında yerləşən «X34 Hotel and Residences» otelinin yaxınlığında 10500 manat pulunu nağd şəkildə alıb ələ keçirdikdən sonra verdiyi vədə əməl etməyib aldatmaqla Zərərçəkmiş şəxs12 10500 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan savayı, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs15 etibarından sui-istifadə edib sonuncuya məxsus “X30 Prado” markalı **-UO-*** dövlət nömrəli nişanlı avtomobilini 51000 manata alacağını inandırıb yalandan vəd verib aldadaraq xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, A.Əliyev küçəsində yerləşən avtoyuma məntəqəsinin qarşısında Zərərçəkmiş şəxs15 “X30 Prado” markalı avtomobilini alıb sataraq həmin avtomobilin satışından əldə edilən pulu ələ keçirdikdən sonra verdiyi vədə əməl etməyib aldatmaqla Zərərçəkmiş şəxs15 51000 manat dəyərində külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs6 etibarından sui-istifadə edib sonuncuya məxsus “Volkswagen Jetta” markalı **-NP-*** dövlət nömrə nişanlı avtomobili satıb qazanc əldə edəcəkləri barədə yalandan vəd verib aldadaraq 23 dekabr 2022-ci il tarixdə ünvan 4 ünvanında yerləşən 23 saylı notariat kontorunda baş etibarnamə alaraq Zərərçəkmiş şəxs6 13500 manat dəyərində olan “Volkswagen Jetta” markalı **-NP-*** dövlət nömrə nişanlı avtomobilini alıb sataraq həmin avtomobilin satışından əldə edilən pulu ələ keçirdikdən sonra verdiyi vədə əməl etməyib aldatmaqla Zərərçəkmiş şəxs6 13500 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-itifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs5 etibarından sui-istifadə edib sonuncuya məxsus “Mitsubishi Outlander” markalı **-HU-*** dövlət nömrə nişanlı avtomobilini 20000 manata satıb qazanc əldə edəcəkləri barədə yalandan vəd verib aldadaraq 10 yanvar 2023-cü il tarixdə ünvan 4 ünvanında yerləşən 23 saylı notariat kontorunda baş etibarnamə alaraq Zərərçəkmiş şəxs5 20000 manat dəyərində olan “Mitsubishi Outlander” markalı **-HU-*** dövlət nömrəli nişanlı avtomobilini alıb sataraq həmin avtomobilin satışından əldə edilən pulu ələ keçirdikdən sonra verdiyi vədə əməl etməyib aldatmaqla Zərərçəkmiş şəxs5 20000 manat dəyərində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs13 etibarından suiistifadə edib 2023-cü ilin yanvar ayında Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən “Moskva” univermağında Zərərçəkmiş şəxs13 iş yerinə gəlib 900 manat dəyərində 1 ədəd qızıl qadın qolbağı və 1 ədəd qızıl qadın boyunbağısını götürüb 1 həftəyə pulunu ödəyəcəyini inandırıb yalandan vəd verib aldadaraq, 900 manat dəyərində olan qızıl-zinət əşyalarını ələ keçirdikdən sonra verdiyi vədə əməl etməyib aldatmaqla Zərərçəkmiş şəxs13 ümumilikdə 900 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-itifadə etmə və ya aldatma yolu ilə ələ keçirmək məqəsədi ilə tanışı Zərərçəkmiş şəxs1 X7 “Toyota Prius” markalı avtomobil gətizdirəcəyinə dair inandırıb yalandan vəd verib aldadaraq, 22 mart 2023-cü il tarixdə yaşadığı Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava qəsəbəsi 77 saylı evin qarşısında ilk olaraq milli manat məzənnəsi ilə dəyəri həmin dövrə 1190 manat təşkil edən 700 ABŞ dolları, bir neçə gündən sonra həmin ünvanda 2000 manat pulu, 16 may 2023-cü il tarixədək isə Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava qəsəbəsi 77 saylı evin qarşısında hissə-hissə olmaqla 2 dəfəyə ayrı-ayrılıqda milli manat məzənnəsi ilə dəyəri həmin dövrə 1700 manat təşkil edən 1000 ABŞ dolları, sonuncu dəfə milli manat məzənnəsi ilə dəyəri həmin dövrə 5270 manat təşkil edən 3100 ABŞ dolları, ümumilikdə 11860 manat pulu nağd şəkildə alıb ələ keçirdikdən sonra verdiyi vədə əməl etməyib vahid niyyətlə əhatə olunan qəsdlə aldatmaqla Zərərçəkmiş şəxs1 ümumilikdə 11860 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan savayı, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə X11 etibarından sui-istifadə edib sonuncunun arvadı Şahid2 Möhübbət qızının idarə etdiyi, Zərərçəkmiş şəxs8 faktiki sahibi olduğu 24500 manat dəyərində olan “Chevrolet Malibu” markalı **-CV-*** dövlət nömrə nişanlı minik avtomobili sataraq əvəzinə "xxxx" ASC-də lizinq kreditində olan “Mercedes E 300” markalı **-AD-*** dövlət nömrə nişanlı avtomobili 65000 manat dəyərində qiymətləndirərək idarə etmək üçün verdikdən sonra, həmin avtomobilin banka olan borcunu ödədikləri halda onların adına sənədləşdirəcəyini inandırıb yalandan vəd verib aldadaraq 11 may 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsində yerləşən “Lyxor” avtoyuma məntəqəsinin qarşısında ona 4000 manat və milli manat məzənnəsi ilə dəyəri həmin dövrə 1530 manat təşkil edən 900 ABŞ dolları, həmin gündən təxminən 7 gün sonra Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən “City Pub” adlı restoranda 2000 manat pulu, 25 may 2023-cü il tarixdə yaşadığı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi ünvansız fərdi yaşayış evində 10000 manat pulu, həmin gün axşam saatlarında Bakı şəhəri, Yasamal rayonu, “Qış parkı”-nın yaxınlığında özünə məxsus avtomobildə 3500 manat pulu, 26 may 2023-cü il tarixdə həmin yerdə özünə məxsus avtomobildə 5000 manat pulu, 27 may 2023-cü il tarixdə təkrar həmin yerdə avtomobildə 5000 manat pulu, 27 may 2023-cü il tarixdən 06 iyun 2023-cü il tarixədək müxtəlif yerlərdə 500, 2000 və 2000 manat pulları, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospektində yerləşən “KFC” adlı restoranın yaxınlığında Zərərçəkmiş şəxs8 4800 manat pulu nağd şəkildə alıb ələ keçirdikdən sonra verdiyi vədə əməl etməyib vahid niyyətlə əhatə olunan qəsdlə aldatmaqla Zərərçəkmiş şəxs8 ümumilikdə 64830 manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs14 etibarından sui-istifadə edib sonuncuya məxsus “Hyundai İ30” markalı **-CS-*** dövlət nömrə nişanlı avtomobili “Hyundai Matrix” markalı avtomobillə dəyişəcəyini və üzərində 5000 manat pul verəcəyini bildirib, xx.xx.2023-cü il tarixdə saat 13 radələrində ünvan 7 ünvanının həyətinə gəlib Zərərçəkmiş şəxs14 sözügedən 18000 manat dəyərində olan “Hyundai İ30” markalı avtomobili təhvil alıb həmin gün axşam 5000 manat pulunu, bir həftə sonra “Hyundai Matrix” markalı avtomobili ona təhvil verəcəyini bildirib yalandan vəd verib aldadaraq, həmçinin həmin avtomobilin gömrük sənədləşdirilməsi məsələsinin həlli adı ilə xx.xx.2023cü il tarixdə Zərərçəkmiş şəxs14 atası Tahir Abbasovun vasitəsilə ünvan 8 ünvanında yerləşən "xxxx" ASC-nin Mərkəzi Labaratoriya İdarəsinin qarşısında 270 manat pulunu, xx.xx.2023-cü il tarixdə Xırdalan şəhərində yerləşən marketlərin birindəki terminal aparatından göndərilmiş 600 manat pulunu, xx.xx.2023-cü il tarixdə ünvan 9 ünvanında yerləşən “Rahat” adlı marketdəki terminal aparatından göndərilmiş 320 manat pulunu alıb ələ keçirdikdən sonra verdiyi vədə əməl etməyib vahid niyyətlə əhatə olunan qəsdlə aldatmaqla Zərərçəkmiş şəxs14 ümumilikdə 19190 manat dəyərində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-itifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqəsədi ilə tanışı Zərərçəkmiş şəxs7 etibarından sui-istifadə edib Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev küçəsində yerləşən “101 Cars” avtosalonunun ona borcunun olduğunu, əlavə 13000 ABŞ dolları məbləğində pul ödəyəcəyi halda həmin avtosalonda olan “Mercedes Benz” markalı avtomobili ona verəcəyinə inandırıb yalandan vəd verib aldadaraq sonuncuya məxsus “VAZ 2121” markalı **-EV-*** dövlət nömrə nişanlı avtomobili 17000 manata X2 bildirib, 16 iyun 2023-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, X33 küçəsində online şəkildə Nurfəs Əkbərovun adına baş etibarnamə verdirərək Zərərçəkmiş şəxs7 17000 manat dəyərində olan “VAZ 2121” markalı **-EV-*** dövlət nömrə nişanlı avtomobilini alıb sataraq həmin avtomobilin satışından əldə edilən pulu ələ keçirdikdən sonra “102 Cars” avtosalonunda olan “Mercedes Benz E” markalı avtomobili çıxarmaq üçün həmin gün həmin yerdə milli manat məzənnəsi ilə dəyəri həmin dövrə 1360 manat təşkil edən 800 ABŞ dolları pulun nağd şəkildə alıb ələ keçirdikdən sonra verdiyi vədə əməl etməyib vahid niyyətlə əhatə olunan qəsdlə aldatmaqla Zərərçəkmiş şəxs7 ümumilikdə 18360 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan savayı, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 etibarından suiistifadə edib onunla ailə quracağına inandırıb ünvan 10 ünvanında sonuncuya məxsus 4000 manat dəyərində qızıl-zinyət əşyalarını satıb yenisi ilə əvəz edəcəyinə inandırıb yalandan vəd verib aldadaraq 2023-cü ilin aprel ayında həmin qızıl-zinyət əşyalarını ələ keçirmiş, daha sonra sonuncuya məxsus 44000 manat dəyərində “Toyota CHR” markalı **-ZZ-*** dövlət nömrə nişanlı avtomobilini satıb xarici ölkədən onun üçün “Range Rover” markalı avtomobil alıb gətizdirəcəyinə inandırıb yalandan vəd verib aldadaraq 2023-cü ilin aprel ayının əvvəllərində Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi ev 16 ünvanının qarşısında həmin avtomobili alıb sataraq həmin avtomobilin satışından əldə edilən pulu ələ keçirmiş, bundan sonra Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi, ev 16, 102 nömrəli bir otaqlı mənzilini 19 aprel 2023-cü il tarixdə 68000 manata satdırıb iki otaqlı yeni mənzil alacağına inandırıb yalandan vəd verib aldadaraq 2023-cü ilin aprel ayının sonlarında ünvan 11 ünvanın qarşısında həmin 68000 manat pulu nağd şəkildə alıb ələ keçirmiş, xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin “Əhmədli” filialına gedib Zərərçəkmiş şəxs3 adına 8900 manat kredit rəsmiləşdirib həmin pulu nağd şəkildə ələ keçirmiş, 12 iyun 2023-cü il tarixdə "xxxx" mağazalar şəbəkəsinin “Əhmədli” filialından 1 ədəd 4000 manat dəyərində olan “İphone 14 Pro Max” markalı və “World Telecom” mağazalar şəbəkəsinin “Əhmədli” filialından bir ədəd 2800 manat dəyərində olan “İphone 14” markalı mobil telefonları, 500 manat dəyərində 01 ədəd mobil telefon qulaqcığını Zeynəb Heydarovanın adına kreditlə rəsmiləşdirib ələ keçirmiş, bundan sonra 2023-cü ilin iyun ayının sonlarında Bakı şəhəri, Xətai rayonu, Sarayeva küçəsində yerləşən lombardın qarşısında Zərərçəkmiş şəxs3 məxsus 7000 manat dəyərində qızıl-zinət əşyalarını lombarda girov qoyub həmin 7000 manat pulu nağd şəkildə ələ keçirmiş və 2023-cü ilin iyun ayının sonlarında Dövlət Gömrük Komitəsində olan avtomobilini rəsmiləşdirmək üçün pula ehtiyacının olduğuna inandırıb yalandan aldadaraq Zərərçəkmiş şəxs3 məxsus 3000 manat dəyərində olan “Samsung” markalı mobil telefonu alıb ələ keçirərək vahid niyyətlə əhatə olunan qəsdlə aldatmaqla Zərərçəkmiş şəxs3 ümumilikdə 142200 manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-itifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqəsədi ilə tanışı Zərərçəkmiş şəxs2 “X30” markalı avtomobili öz adına rəsmiləşdirəcəyi və rəsmiləşdirdikdən sonra həmin məbləği qaytaracağına inandırıb yalandan vəd verib aldadaraq 04 iyul 2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, Rövşən Əliyev küçəsində yerləşən Bakı Əyləncə Mərkəzinin yaxınlığında milli manat məzənnəsi ilə dəyəri həmin dövrə 3400 manat təşkil edən 2000 ABŞ dollar pulu nağd şəkildə alıb ələ keçirdikdən sonra verdiyi vədə əməl etməyib aldatmaqla Zərərçəkmiş şəxs2 3400 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan savayı, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 ona yaranmış etibarından sui-istifadə edib, sonuncunun öz vəsaiti hesabına tanışı Şahid1 adına aldığı və baş etibarnamə ilə idarə etdiyi 2012-ci il buraxılışlı “BMW 528” markalı **-HC-*** dövlət nömrə nişanlı avotomobili 29000 manata qiymətləndirməklə həmin məbləğə satacağı və həmin məbləğə 2014-cü il buraxılışlı “Mercedes Benz C” markalı avtomobili Almaniya Federativ Respublikasından gətirəcəyinə inandırıb yalandan vəd verib, həmin niyyətlə 05 iyul 2023-cü il tarixdə ünvan 12 ünvanın yaxınlığında Zərərçəkmiş şəxs4 həmin avtomobili aldıqdan sonra xx.xx.2023-cü il tarixdə X5 tam ödənişi qəbul edərək avtomobilin sonuncunun adına rəsmiləşdirib həmin avtomobilin satışından əldə edilən pulu ələ keçirdikdən sonra verdiyi vədə əməl etməyib aldatmaqla, faktiki avtomobilin sahibi olan Zərərçəkmiş şəxs4 29000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. İşin halları və dəlilləri: Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə- Cinayət Məcəlləsi və ya CM) 178.3.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, cinayət işinin materiallarına əsasən zərərçəkmiş şəxslərin əksəriyyətinin qeyd etdiyi məbləğlə razıdır, lakin 2 zərərçəkmiş şəxs vurulmuş ziyandan daha çox pul tələb edir. Məhkəmə iclasında verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs9 39310 manat məbləğində pul alıb avtomobil verməyi vəd etdiyini, lakin müəyyən səbəblərdən ziyana düşdüyündən həmin avtomobili verə bilmədiyini, həmin pulu digər borclarını qaytarmaq üçün istifadə etdiyini, Zərərçəkmiş şəxs10 40000 manat məbləğində pul alıb “Kia Sorento” markalı avtomobili verməyi vəd etdiyini, lakin müəyyən səbəblərdən ziyana düşdüyündən həmin avtomobili verə bilmədiyini, həmin pulu digər borclarını qaytarmaq üçün istifadə etdiyini, 2-3 il ərzində Zərərçəkmiş şəxs10lə birgə iş görüb xeyli miqdarda pul qazandığını, xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs10 20000 manat dəyərində “Hyundai Santafe” markalı avtomobili alıb “BMW” markalı avtomobili verməyi vəd etdiyini, lakin müəyyən səbəblərdən ziyana düşdüyündən həmin avtomobili verə bilmədiyini, həmin pulu digər borclarını qaytarmaq üçün istifadə etdiyini, xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs11 25500 manat məbləğində pul alıb “Kia Sorento” markalı avtomobil verməyi vəd etdiyini, lakin müəyyən səbəblərdən ziyana düşdüyündən həmin avtomobili verə bilmədiyini, aldığı puldan 1500 manatını geri qaytardığını, qalan pulu isə digər borclarını qaytarmaq üçün istifadə etdiyini, xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs13 23000 manat dəyərində “Chevrolet Cruze” markalı avtomobil və 12000 manat məbləğində nağd pul alıb “Kia Sorento” markalı avtomobili verməyi vəd etdiyini, lakin müəyyən səbəblərdən ziyana düşdüyündən həmin avtomobili verə bilmədiyini, aldığı puldan 10600 manatı geri qaytardığını, qalan pulu digər borclarını qaytarmaq üçün istifadə etdiyini, 2023-cü ilin yanvar ayında Zərərçəkmiş şəxs13la “Moskva” univermağında yerləşən iş yerində görüşüb 900 manat dəyərində qızıl-zinət əşyalarını aldığını, lakin sonuncuya həmin əşyaları və ya pulunu qaytarmadığını, xx.xx.2022-ci il tarixdə “X34 Hotel and Residences” otelinin yaxınlığında Zərərçəkmiş şəxs12 10500 manat məbləğində pul alıb “Kia Rio” markalı avtomobili verməyi vəd etdiyini, lakin müəyyən səbəblərdən ziyana düşdüyündən həmin avtomobili verə bilmədiyini, həmin puldan 5000 manatı geri qaytardığını, qalan pulu isə digər borclarını qaytarmaq üçün istifadə etdiyini, Zərərçəkmiş şəxs15 “X30 Prado” markalı avtomobili alıb 51000 manata satdığını, 2000 dollar məbləğində pulu sonuncuya geri qaytardığını, qalan pulu isə digər borclarını qaytarmaq üçün istifadə etdiyini, Zərərçəkmiş şəxs6 “Volkswagen Jetta” markalı avtomobili alıb 13500 manata satdığını, 1500 manat məbləğində pulu sonuncuya geri qaytardığını, qalan pulu isə digər borclarını qaytarmaq üçün istifadə etdiyini, Zərərçəkmiş şəxs5 “Mitsubishi Outlander” markalı avtomobili alıb 20000 manata satdığını, 10000 manat məbləğində pulu geri qaytarmaq istədikdə, sonuncu razılaşmayıb bütün pulu geri istədiyini, aldığı pulları borclarını qaytarmaq üçün istifadə etdiyini, Zərərçəkmiş şəxs1 müxtəlif vaxtlarda ümumilikdə 11860 manat məbləğində pulu X7 “Toyota Prius” markalı avtomobil gətirmək üçün aldığını, lakin həmin pulu qaytarmadığını, Zərərçəkmiş şəxs8 müxtəlif vaxtlarda, müxtəlif yerlərdə, ümumilikdə 64830 manat məbləğində pul aldığını, lakin qaytarmadığını, Zərərçəkmiş şəxs14 19190 manat məbləğində pul almadığını, “Hyundai İ30” markalı dəyəri 11000 manat olan avtomobili alıb həmin gün 5800 manatı qaytardığını, qalan pulu isə geri qaytarmadığını, Zərərçəkmiş şəxs7 ümumilikdə 18360 manat məbləğində pulunu alıb “Mercedes Benz” markalı avtomobil verməyi vəd etdiyini, lakin müəyyən səbəblərdən həmin avtomobili verə bilmədiyini və pulu qaytarmadığını, Zərərçəkmiş şəxs3 142200 manat məbləğində pulunu almadığını, ümumilikdə sonuncunun 44000 manat pulunu aldığını, həmin puldan heç nə geri qaytarmadığını, Zərərçəkmiş şəxs2 3400 manat məbləğində pul almadığını, Zərərçəkmiş şəxs4 29000 manat dəyərində “BMW” markalı avtomobili alıb satdığını, həmin puldan 7000 manatı geri qaytardığını, qalan pulu isə geri qaytarmadığını bildirdi. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə- Cinayət-Prosessual Məcəlləsi və ya CPM) 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir. Məhkəmədə Zərərçəkmiş şəxs12 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, o, Təqsirləndirilən şəxs tanımaqla, aralarında ədavət və düşmənçilik yoxdur. 2022-ci ilin dekabr ayında Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospektinin yaxınlığında “Kia Rio” markalı avtomobili xarici ölkədən gətirməsi üçün Təqsirləndirilən şəxs 10500 manat məbləğində pul vermiş, həmin pulun 5000 manatını sonuncu ona geri qaytarmış, 5500 manat pulu isə geri qaytarmamışdır. Təqsirləndirilən şəxs 5500 manat pulu tələb edir. Məhkəmə iclasında verilmiş çarpaz suala cavab olaraq Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs12 məhkəmə iclasında dediklərinin doğru olduğunu bildirdi. Məhkəmədə Zərərçəkmiş şəxs15 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, o, Təqsirləndirilən şəxs uşaqlıqdan tanımaqla, aralarında ədavət və düşmənçilik yoxdur. O, özünə məxsus olan “X30 Prado” markalı avtomobilini satmaq istədiyindən, sonuncu ondan satış qiymətini soruşduqda, o, 30000 ABŞ dollarına, yəni 51000 manata satmaq istədiyini bildirmiş, Təqsirləndirilən şəxs ona avtomobili daha yüksək qiymətə satacağını, ona isə 30000 ABŞ dolları məbləğində pul verəcəyini dedikdə razılaşmışdır. Təqsirləndirilən şəxs avtomobili tanımadığı şəxsə satdıqdan sonra pulu 1-2 gün ərzində verəcəyini desə də, 2000 ABŞ dolları məbləğində pulu ona vermiş, qalan pulu, yəni 28000 ABŞ dolları pulu isə verməmişdir. Məhkəmə iclasında verilmiş çarpaz suala cavab olaraq Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs15 məhkəmə iclasında dediklərinin doğru olduğunu bildirdi. Məhkəmədə Zərərçəkmiş şəxs9 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, o, Təqsirləndirilən şəxs tanımaqla, aralarında ədavət və düşmənçilik yoxdur. 2022-ci ilin avqust ayında “Kia Sorento” markalı avtomobili xarici ölkədən gətirməsi üçün Təqsirləndirilən şəxsla razılaşdıqdan sonra 14300 ABŞ dolları məbləğində pulu nağd şəkildə, avtomobil gəldikdən sonra isə 10000 ABŞ dolları məbləğində pulu verməyi öhdəsinə götürmüşdür. O, 2022-ci ilin sentyabr ayında Təqsirləndirilən şəxsla “Musabəyov” parkı deyilən ərazinin yaxınlığında görüşüb 14300 ABŞ dollar pulu sonuncuya vermiş, daha sonra Təqsirləndirilən şəxs ona zəng edib, avtomobilin gəldiyini, lakin gömrük rəsmiləşdirilməsi üçün təcili pul lazım olduğunu, 10000 ABŞ dolları əvəzində 15000 manat pul verəcəyi təqdirdə avtomobilin bütün ödənişini etmiş olacağını bildirdiyindən, razılaşıb 15000 manat məbləğində pulu Təqsirləndirilən şəxs vermişdir. Ümumilikdə ona dəymiş 39310 manat məbləğində pulu Təqsirləndirilən şəxs tələb edir. Məhkəmə iclasında verilmiş çarpaz suala cavab olaraq Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs9 məhkəmə iclasında dediklərinin doğru olduğunu bildirdi. Məhkəmədə Zərərçəkmiş şəxs11 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, o, Təqsirləndirilən şəxs tanımaqla, aralarında ədavət və düşmənçilik yoxdur. O, “Hyundai Elantra” markalı avtomobilini satmaq barədə razılaşdığından, sonuncu ona avtomobili 25500 manata satacağını söyləmişdir. O, 2022-ci ilin sentyabr ayında avtomobilin satılmasına dair Təqsirləndirilən şəxs etibarnamə vermiş, sonuncu onun bank kartına 1500 manat məbləğində pul göndərmiş, qalan pulu, yəni 24000 manat pulu isə ona verməmişdir. O, vurulmuş 24000 manat pulu Təqsirləndirilən şəxs tələb edir. Məhkəmə iclasında verilmiş çarpaz suala cavab olaraq Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs11 məhkəmə iclasında dediklərinin doğru olduğunu bildirdi. Məhkəmədə Zərərçəkmiş şəxs1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, o, Təqsirləndirilən şəxs tanımaqla, aralarında ədavət və düşmənçilik yoxdur. O, “Toyota Prius” markalı avtomobili almaq məqsədilə 2023-cü ilin mart-may aylarında müxtəlif vaxtlarda Təqsirləndirilən şəxs nağd şəkildə ümumilikdə 11860 manat məbləğində pul vermişdir. O, həmin pulu Təqsirləndirilən şəxs tələb edir. Məhkəmə iclasında verilmiş çarpaz suala cavab olaraq Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 məhkəmə iclasında dediklərinin doğru olduğunu bildirdi. Məhkəmədə Zərərçəkmiş şəxs10 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, o, Təqsirləndirilən şəxs tanımaqla, aralarında ədavət və düşmənçilik yoxdur. O, Təqsirləndirilən şəxsla birgə avtoyuyucuda işləmiş, bir müddət şərikli şəkildə Koreya Respublikasından avtomobil gətirib satmışlar. O, sərf etmədiyinə görə həmin işdən ayrılmışdır. Təqsirləndirilən şəxs Koreya Respublikasından ona “Kia Sorento” markalı avtomobil gətirməyə söz verdiyindən, sonuncuya 40000 manat məbləğində pulu vermiş, daha sonra Təqsirləndirilən şəxs ona “Hyundai Santafe” markalı avtomobilini almaq istəyən olduğunu, həmin avtomobili 20000 manat qiymətləndirib əvəzində “BMW” markalı avtomobil verəcəyini, bunun üçün onun əlavə olaraq 4000 manat verməli olduğunu söyləmişdir. Avtomobilini apardıqdan sonra Təqsirləndirilən şəxs ona “BMW” markalı avtomobil gətirib təhvil vermiş, 10 gün sonra yol patrul xidmətinin əməkdaşı avtomobili saxladıqda Təqsirləndirilən şəxs ona etibarnamə vermədiyi müəyyən edilmişdir. O, Təqsirləndirilən şəxs zəng etdikdə sonuncu avtomobilə dair sənədləri itirdiyinə görə avtomobilin yenidən sənədləşmə aparılması üçün Baş Dövlət Yol Polis İdarəsinə aparılmalı olduğunu deyib avtomobili ondan götürmüş, həmin vaxtdan etibarən “BMW” markalı avtomobili bir də görməmişdir. Ona vurulmuş ziyan kimi ümumilikdə 60000 manat pulu Təqsirləndirilən şəxs tələb edir. Məhkəmə iclasında verilmiş çarpaz suala cavab olaraq Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs10 məhkəmə iclasında dediklərinin doğru olduğunu bildirdi. Məhkəmədə Zərərçəkmiş şəxs5 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, o, Təqsirləndirilən şəxs tanımaqla, aralarında ədavət və düşmənçilik yoxdur. O, 2023-cü ilin yanvar ayında “Mitsibushi” markalı avtomobilini 18000 manata satmaq qərarına gəldikdən sonra Təqsirləndirilən şəxsla danışdıqda sonuncu ona həmin avtomobili 20000 manata sata biləcəyini bildirmiş, o, işi ilə əlaqədar Şuşa şəhərinə getməli olduğundan Təqsirləndirilən şəxs etibarnamə vermişdir. Bundan sonra o, dəfələrlə zəng etsə də, Təqsirləndirilən şəxs zəngi açmamış, yalnız mesajla cavab vermişdir. Ona vurulmuş ziyan kimi 18000 manat pulu və ya avtomobili geri qaytarmamışdır. O, 18000 manat pulu Təqsirləndirilən şəxs tələb edir. Məhkəmə iclasında verilmiş çarpaz suala cavab olaraq Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs5 məhkəmə iclasında dediklərinin doğru olduğunu bildirdi. Məhkəmədə Zərərçəkmiş şəxs8 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, o, Təqsirləndirilən şəxs tanımaqla, aralarında ədavət və düşmənçilik yoxdur. O, bir neçə il əvvəl maşın bazarında almaq üçün avtomobil axtararkən Təqsirləndirilən şəxsla tanış olmuş, sonradan aralarında dostluq münasibəti yaranmışdır. O, arvadı Aynura “Chevrolet Malibu” markalı avtomobili satmaq istəmiş, həmin avtomobilin arvadının qardaşının, yəni qaynının adına olmuşdur. O, işdən çıxa bilmədiyinə görə qaynına avtomobili satsın deyə Təqsirləndirilən şəxs etibarnamə verməsini demiş, Təqsirləndirilən şəxs həmin avtomobili satdıqdan sonra pulu ona verməmişdir. Daha sonra Ruhin “Mercedes Benz” markalı avtomobili gətirib həmin avtomobili satdığını dedikdə, o, həmin avtomobili almaq istədiyini, qalıq pulu isə hissəhissə ödəyəcəyini söyləmiş, Təqsirləndirilən şəxs ona həmin avtomobildən 1 aylıq istifadə hüququ verən etibarnamə vermiş, o da Dövlət Statistika Komitəsinin inzibati binasının yaxınlığında, “Qış parkı” deyilən ərazidə yerləşən “Özsüt” restoranında və sonuncu dəfə “KFC” deyilən restoranın park yerində olmaqla ümumilikdə 45000 manat pul vermişdir. Təqsirləndirilən şəxs ümumilikdə 68830 manat pulu ona qaytarmamışdır. Məhkəmə iclasında verilmiş çarpaz suala cavab olaraq Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs8 məhkəmə iclasında dediklərinin doğru olduğunu bildirdi. Məhkəmədə zərərçəkmiş şəxs X22 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, o, Təqsirləndirilən şəxs tanımaqla, aralarında ədavət və düşmənçilik yoxdur. O, kredit müqabilində Asif adlı şəxsdən aldığı “Mercedes Benz” markalı avtomobili satmaq istədiyini Təqsirləndirilən şəxs söylədikdə sonuncu ona xalası qızı Aynur adlı şəxsə həmin avtomobili satacağını demişdir. Bu səbəbdən, o, 1 ay müddətinə Aynur adlı şəxsin adına etibarnamə vermiş, hər dəfə Təqsirləndirilən şəxs avtomobilin pulunu istəsə də, sonuncu bugün-sabah verəyəcəyini deyərək hər hansı məbləğdə pulu ona qaytarmamışdır. O, avtomobilinin dəyəri olan 14000 ABŞ dolları pulu Təqsirləndirilən şəxs tələb edir. Məhkəmə iclasında verilmiş çarpaz suala cavab olaraq Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs X18 hər hansı məbləğdə borcununun olmadığını bildirdi. Məhkəmə iclasında verilmiş çarpaz suala cavab olaraq Zərərçəkmiş şəxs8 arvadı Aynur üçün aldığı “Mercedes Benz” markalı avtomobilin zərərçəkmiş şəxs Yavəs Əkbərova aid olduğunu bildirdi. Məhkəmədə Zərərçəkmiş şəxs4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, o, Təqsirləndirilən şəxs tanımaqla, aralarında ədavət və düşmənçilik yoxdur. O, “BMW 528i” markalı **-HC-*** dövlət nömrə nişanlı avtomobilini satıb “Mercedes Benz C 300” markalı avtomobil almaq istəməsi barədə Təqsirləndirilən şəxs dedikdən təxminən 2 gün sonra sonuncu onunla əlaqə saxlayıb avtomobilinin şəkillərini göndərməsini istəmiş, Təqsirləndirilən şəxs onun avtomobilinə baxıb 29000 manat qiymət müəyyən etmişdir. O, avtomobilini Təqsirləndirilən şəxs təhvil verdikdən sonra sonuncu müvəqqəti idarə etmək üçün “Mercedes Benz E 300” markalı avtomobili ona təqdim etmiş, daha sonra ona 7000 manat pul qaytarmışdır. Təqsirləndirilən şəxs ona ümumilikdə 22000 manat ziyan vurmuş, sonuncu həmin pulu ona geri qaytarmamışdır. Məhkəmə iclasında verilmiş çarpaz suala cavab olaraq Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 məhkəmə iclasında dediklərinin doğru olduğunu bildirdi. Məhkəmədə Zərərçəkmiş şəxs7 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, o, Təqsirləndirilən şəxs tanımaqla, aralarında ədavət və düşmənçilik yoxdur. O, özünə məxsus olan “Niva” markalı avtomobili satmaq üçün Təqsirləndirilən şəxs vermiş, sonuncu həmin avtomobilə 17000 manat qiymət müəyyən etmiş, o, əlavə olaraq Təqsirləndirilən şəxs 800 ABŞ dolları məbləğində pul vermişdir. Təqsirləndirilən şəxs ona ümumilikdə 18360 manat ziyan vurduğundan, həmin pulu tələb edir. Məhkəmə iclasında verilmiş çarpaz suala cavab olaraq Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs7 məhkəmə iclasında dediklərinin doğru olduğunu bildirdi. Məhkəmədə Zərərçəkmiş şəxs6 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, o, Təqsirləndirilən şəxs tanımaqla, aralarında ədavət və düşmənçilik yoxdur. Təqsirləndirilən şəxs ona zəng edib “Volkswagen Jetta” markalı avtomobilini satmaq istəyib-istəmədiyini soruşduqda, o, avtomobilini 13500 manata sata biləcəyini dedikdən sonra satması üçün Təqsirləndirilən şəxs etibarnamə vermiş və aralarında olan razılaşmaya görə avtomobil satıldıqdan sonra Təqsirləndirilən şəxs pulu ona verməyi öhdəsinə götürmüşdür. Təqsirləndirilən şəxs həmin puldan 1500 manatı ona versə də, 12000 manat pulu ona qaytarmamışdır. Bundan başqa, o, 33000 manat dəyərində olan “X35” markalı avtomobilini də Təqsirləndirilən şəxs adına keçirsə də, sonuncu həmin avtomobilin satışından ona ödəniş etməmiş, o, bununla bağlı ibtidai istintaq orqanına hər hansı məlumat vermədiyindən, araşdırma aparılmamışdır. Məhkəmə iclasında verilmiş çarpaz suala cavab olaraq Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs6 məhkəmə iclasında dediklərinin doğru olduğunu bildirdi. Məhkəmədə Zərərçəkmiş şəxs13 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, o, Təqsirləndirilən şəxs tanımaqla, aralarında ədavət və düşmənçilik yoxdur. O, əvvəllər Təqsirləndirilən şəxs “Chevrolet Cruize” markalı avtomobil almış, bir gün Təqsirləndirilən şəxs ona həmin avtomobilin dəyərinin üzərinə 12000-13000 manat əlavə pul qoymaqla, “Kia Sorento” markalı avtomobillə barter edə biləcəyini söylədiyindən, razılaşıb avtomobilini və əlavə olaraq 12000 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs ona 2-3 gün ərzində “Kia Sorento” markalı avtomobili təhvil verəcəyini söyləsə də, nə pulu, nə də avtomobili ona təqdim etmişdir. Təqsirləndirilən şəxs ona 26400 manat məbləğində borcu olmaqla, həmin pulu tələb edir. Məhkəmə iclasında verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs13 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləyib həmin ifadəsində göstərdiyi məbləğin həqiqət olduğunu söylədi. Məhkəmə iclasında verilmiş çarpaz suala cavab olaraq Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs13 məhkəmə iclasında dediklərinin doğru olduğunu, sonuncuya 10000 manat məbləğində pulu qaytardığını bildirdi. Məhkəmədə Zərərçəkmiş şəxs3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, o, Təqsirləndirilən şəxs tanımaqla, aralarında ədavət və düşmənçilik yoxdur. O, 19 mart 2023-cü il tarixdə bacısı ilə birgə “Bomond” adlı restoranda olarkən Təqsirləndirilən şəxsla tanış olmuşdur. 23 mart 2023-cü il tarixdə alkoqollu içkinin təsiri altında restorandan çıxdıqdan sonra Təqsirləndirilən şəxsla birgə avtomobil qəzası keçirmiş, möcüzə nəticəsində sağ qalmış, qəza zamanı onun qabırğalarından beşi, burnu sınmış, habelə güclü kəllə-beyin travması almışdır. Həmin qəzadan sonra Təqsirləndirilən şəxs ona şikayətçi olmadığı təqdirdə, bütün xərclərini qarşılayacağını dediyindən, razılaşıb polis orqanına gedərək şikayəti olmaması barədə ərizə təqdim etmiş, Təqsirləndirilən şəxs da onun bütün əməliyyat xərclərini qarşılamışdır. O, uzun müddət evini satmaq istəsə də, sata bilmədiyi üçün Təqsirləndirilən şəxs ona köməklik edə biləcəyini dedikdə razılaşmışdır. Onun mənzili 1 otaqlı olmaqla, həmin mənzili 68000 manata satmağı nəzərdə tutmuş, Təqsirləndirilən şəxs müştəri tapıb həmin evi qeyd etdiyi məbləğə satmışdır. Mənzil atası Fəxrəddin Heydərovun adına olduğuna görə notariusa atası, o və Təqsirləndirilən şəxs birgə getmiş, notariusda 50500 manat pul verildikdə səbəbini Təqsirləndirilən şəxs soruşmuş, sonuncu qalan pulu yeni ev sahibinin əlbəəl şəkildə verəcəyini dediyindən razılaşmışlar. Atası pulu götürüb getmiş, Təqsirləndirilən şəxsla o isə ev axtarmağa başlamışlar. Bakı şəhəri, Xətai rayonu ərazisində 2 otaqlı 110000 manata mənzil tapdıqda Təqsirləndirilən şəxs həmin binanı atasının dostunun tikdiyini dediyindən, o, əlində olan bütün pulu Təqsirləndirilən şəxs vermiş, qalan pulu isə Təqsirləndirilən şəxs özünün ödəyəcəyini öhdəsinə götürmüşdür. Bundan sonra, onlar 110000 manat dəyərində olan həmin evə köçmüş, sonradan isə öyrənmişdir ki, Təqsirləndirilən şəxs həmin evi almamış, evi 2-3 aylıq kirayə götürmüşdür. O, evin rəsmiləşdirilməsi qaydasını soruşduqda, Təqsirləndirilən şəxs evin sahibinin Bakı şəhərində olmadığı, notariusun işləmədiyi kimi yalanlar söyləmiş, o da inanmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs onu aldadıb hər şeyini almış, hətta onun “Nissan” markalı avtomobilini əvəzində “Range Rover” markalı avtomobil verəcəyi adı ilə almış, müvəqqəti istifadə üçün “Mercedes Benz” markalı avtomobili ona vermiş, Təqsirləndirilən şəxs tutulduqdan sonra Çingiz adlı dostu gələrək həmin avtomobili ondan almışdır. O, yuxarıda qeyd etdiyi evə köçdükdən sonra Təqsirləndirilən şəxs daha geniş ev tikməyi tapdığını, bunun üçün 2000-3000 manat məbləğində beh istədiklərini dedikdə, o, pulunun olmadığını söyləyib, o, Təqsirləndirilən şəxs həmin gün üstündəki və evindəki qızılları 2000-3000 manat beh kimi təqdim etməsi üçün vermiş, sonuncu da onun qızıllarını lombarda girov qoyub 7000 manat pul götürmüşdür. Təqsirləndirilən şəxs həmin pulu tam şəkildə qaytaracağına söz vermişdir. Habelə, Təqsirləndirilən şəxs polis əməkdaşına mobil telefon hədiyyə etmək istədiyini, pulunun olmadığını ona bildirib xahiş etdiyindən, o, 2 ədəd “Apple” markalı mobil telefonunu Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs onun evini, avotmobilini, mobil telefonlarını, qızıllarını əlindən aldığından, ona dəymiş ziyanı tələb edir. Məhkəmə iclasında verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs onun 142000 manat pulunu ələ keçirdiyini, pulu tələb etdikdə Təqsirləndirilən şəxs guya onun yanında "xxxx" ASC-yə zəng edib 78000 manat pulu onun bank hesabına köçürdüyünü, yaxın müddətdə bank hesabına köçürüləcəyini söylədiyini bildirdi. Məhkəmə iclasında verilmiş çarpaz suala cavab olaraq Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 ev və avtomobillə bağlı pul almadığını, borcu olsa da, həmin məbləğdə olmadığını, mobil telefonları hədiyyə kimi sonuncuya aldığını söylədi. Məhkəmədə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs14 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs 2020-ci il tarixdən tanımış, həmin vaxt Təqsirləndirilən şəxs avtomobillərin alğı-satqısı ilə məşğul olmuşdur. O, Təqsirləndirilən şəxsla 2023-cü ilin mart ayının əvvəllərində telefon vasitəsilə söhbət edərkən 2008-ci il buraxılışlı “Hyundai i30” markalı **-CS-*** dövlət nömrə nişanlı avtomobilini satıb “Hyundai Matrix” markalı avtomobil almaq istədiyini dediyindən, Təqsirləndirilən şəxs “Whatsapp” tətbiqi vasitəsilə mobil telefonuna gümüşü rəngli “Hyundai Matrix” markalı avtomobilin şəklini göndərib həmin avtomobilin Gürcüstan Respublikasında olduğunu, həmin avtomobili ona verə biləcəyini bildirmişdir. Bir neçə gün sonra Təqsirləndirilən şəxs onun yaşadığı ünvan 7 ünvanının həyətinə gəlib ona məxsus “Hyundai i30” markalı avtomobilə baxdıqdan sonra ona dizel mühərrikli 2010-cu ilin buraxılışı olan qara rəngli “Hyundai Matrix” markalı avtomobili verib əvəzində onun avtomobilini götürəcəyini, əlavə olaraq da ona 5000 manat pul verəcəyini, həmin avtomobilin Gürcüstan Respublikasında olduğunu, mart ayının sonunda Azərbaycan Respublikasına gətiriləcəyini deyib, həmin avtomobilin fotoşəklini ona göstərmiş, o da avtomobili bəyənmişdir. xx.xx.2023-cü il tarixdə saat 13 radələrində Təqsirləndirilən şəxs onun yaşadığı ünvana gəlib idarə etdiyi avtomobil üçün müştəri tapdığını, həmin avtomobili müştəriyə verib başqa avtomobil götürəcəyini, axşam isə onun 5000 manat pulunu gətirib verəcəyini, “Hyundai Matrix” markalı avtomobilin isə mart ayının sonunda ölkəyə gələcəyini, həmin avtomobili onun adına rəsmiləşdirəcəyini dedikdə, inanıb onlayn qaydada Təqsirləndirilən şəxs özünə məxsus “Hyundai i30” markalı **-CS-*** dövlət nömrə nişanlı avtomobilə görə baş etibarnamə vermiş, daha sonra avtomobilini Təqsirləndirilən şəxs təqdim etmiş, sonuncu da avtomobili idarə edib oradan getmişdir. Təqsirləndirilən şəxs onun yaşadığı evin həyətinə bahalı “BMW” markalı avtomobillə gəlmiş, hətta həmin avtomobili girov kimi onun həyətinə qoyub getmiş, həmin gün axşam vaxtı sonuncu oraya gəlib avtomobili satdığını, lakin bayram günləri olduğu üçün bank açılan kimi 5000 manat pulunu verəcəyini söylədikdən sonra həyətdə olan “BMW” markalı avtomobili idarə edib getmişdir. Beləliklə o, “Hyundai İ30” markalı “**-CS-***” dövlət nömrə nişanlı avtomobilini Təqsirləndirilən şəxs verdiyi gündən təxminən bir həftə sonra rəsmi iş günləri başlamış, lakin sonuncu ona verəcəyi 5000 manat pulu müxtəlif bəhanələrlə ödəməmiş, həmçinin dediyinə görə Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gətizdirəcəyi “Hyundai Matrix” markalı avtomobili onun adına sənədləşdirib ona təhvil verməmişdir. Hər dəfə o, Təqsirləndirilən şəxs zəng vurub “Hyundai Matrix” markalı avtomobili nə vaxt adına sənədləşdirəcəyini, 5000 manat pulu nə vaxt ödəyəcəyini soruşduqda sonuncu ona narahat olmamasını, yaxın günlərdə məsələnin həll tapacağını, ona ödəyəcəyi 5000 manat pulun əvəzinə 2004-cü ilin mexaniki sürətlər qutusu ilə olan dizel mühərrikli “Toyota Corolla” markalı avtomobilini verəcəyini söyləmişdir. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs telefon əlaqəsi saxlayıb ona “Hyundai Matrix” markalı avtomobilin Gürcüstan Respublikasında öz adına sənədləşdirildiyini, həmin avtomobili onun atasının adına sənədləşdirilməsi üçün 270 manat pulun lazım olduğunu dedikdə, o, Təqsirləndirilən şəxs atası ilə görüşüb həmin pulu götürməsini söyləmişdir. xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Təqsirləndirilən şəxs onun atası Tahir Abbasovun işlədiyi yerin qarşısında, yəni ünvan 8 ünvanında yerləşən "xxxx" Mərkəzi Laboratoriya İdarəsinin qarşısında sonuncu ilə görüşüb 270 manat pulu götürmüşdür. Həmin vaxtdan bir müddət keçdikdən sonra xx.xx.2023-cü il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxs mobil telefonla əlaqə saxlayıb ona “Hyundai Matrix” və “Toyota Corolla” markalı avtomobillərin Azərbaycan Respublikasına gətirildiyini, hazırda Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Dövlət Gömrük Komitəsinin müvafiq idarəsinin dayanacağında olduğunu, **-XL- *** dövlət nömrə nişanını almağa görə 600 manat pul istədiklərini demiş, sonuncuya verdiyi “Hyundai İ30” markalı avtomobilin dövlət nömrə nişanının sonu “456” ilə bitdiyi üçün o, Təqsirləndirilən şəxsla razılaşaraq həmin məqsədlə xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən marketlərin birindən sonuncunun göndərdiyi bank kart hesabına 600 manat pul göndərmişdir. xx.xx.2023-cü il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxs mobil telefonla onunla əlaqə saxlayıb dayanacaq pulu kimi 320 manat pul istədiyinə görə, o, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Brend Ucuzluq” marketindəki terminal aparatından Təqsirləndirilən şəxs göndərdiyi bank kart hesabına 120 manat pul, həmin gün axşam vaxtı yenidən eyni ünvanda yerləşən terminal aparatından sonuncunun göndərdiyi bank kart hesabına əlavə olaraq 200 manat pul göndərmişdir. Lakin Təqsirləndirilən şəxs verdiyi vədə əməl etməyərək söz verdiyi “Hyundai Matrix” markalı və “Toyota Corolla” markalı avtomobilləri ona təhvil verməmişdir. Təqsirləndirilən şəxs ona dəlduzluq edib 19190 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmədə Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə, habelə Zərərçəkmiş şəxs8 məhkəmədə verdiyi ifadəsinə oxşar məzmunda ifadə verdi. Məhkəmədə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs4 xalası oğludur. Zərərçəkmiş şəxs4 Naxçıvan Muxtar Respublikasında qeydiyatda olduğuna görə Bakı şəhərində özünə avtomobil ala bilmədiyindən, 2022-ci ilin sentyabr ayında o, Zərərçəkmiş şəxs4 2012-ci il buraxılışlı “BMW 528i” markalı, **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobilini sonuncunun xahişi ilə öz adına alıb 23 noyabr 2022-ci il tarixdə etibarnamə əsasında Zərərçəkmiş şəxs4 vermiş, avtomobilin əsl sahibi sonuncu olmuş və həmin avtomobilə görə 28000 manat pulu Zərərçəkmiş şəxs4 ödəmişdir. 06 iyul 2023-cü il tarixdə Zərərçəkmiş şəxs4 ona zəng edib Çingiz adlı şəxsin sənədini təqdim etməklə sonuncunun adına həmin avtomobilə görə baş etibarnamə verməyini ondan xahiş etdiyindən, o da elektron qaydada onlayn formada həmin Çingiz adlı şəxsin adına baş etibarnamə vermiş, sonradan ona Ruhin adlı şəxsin xalası oğlu Zərərçəkmiş şəxs4 aldararaq sonuncuya məxsus “BMW 528i” markalı, **-HC-*** dövlət nömrəli nişanlı avtomobilini dələduzluq yolu ilə ələ keçirmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, habelə elan edilməklə tədqiq edilmiş ifadələrlə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi barədə” protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti 2 ünvanında yerləşən “KFC” adlı restoran (Fəvvarələr Meydanı) ilə parklanma xidməti arasında olan yerdir. (Cild 1, iş vərəqə 25-30) xx.xx.2023-cü il tarixli “Zərərçəkmiş şəxs qismində tanıma haqqında” qərardan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs8 zərərçəkmiş şəxs qismində tanınmışdır. (Cild 1, iş vərəqə 52) xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs4 ərizə ilə müraciət edib Təqsirləndirilən şəxs onu aldadıb avtomobilini ələ keçirdiyini bildirmişdir. (Cild 1, iş vərəqə 70) xx.xx.2023-cü il tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə iltizam verərək xx.xx.2023-cü il tarixədək Zərərçəkmiş şəxs4 29000 manat pulu qaytaracağını bildirmişdir. (Cild 1, iş vərəqə 74) xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs həmin tarixdə 7000 manat pulu almışdır. (Cild 1, iş vərəqə 75) xx.xx.2023-cü il tarixli “Zərərçəkmiş şəxs qismində tanıma haqqında” qərardan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs4 zərərçəkmiş şəxs qismində tanınmışdır. (Cild 1, iş vərəqə 80) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 100-101) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbirinin nəzərə alınması barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə əlaqədar Bakı İstintaq Təcridxanasında saxlanılması nəzərə alınmışdır. (Cild 1, iş vərəqə 117) “Elektron notariat” X1 çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs13 xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs 2016-cı il buraxılışlı “Chevrolet Cruze” markalı avtomobilinə görə nəqliyyat vasitəsinə sərəncam vermək hüququnu özündə əks etdirən etibarnamə vermişdir. (Cild 1, iş vərəqə 144) xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin kserosurətindən görünür ki, Zərərçəkmiş şəxs13 həmin tarixdə Təqsirləndirilən şəxs 12000 manat məbləğində borc vermişdir. (Cild 1, iş vərəqə 145) xx.xx.2023-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, İsrafilov X9 Ruhin Nazim oğluna “Chevrolet Cruze” markalı avtomobili, 12630 manat pulu və 900 manat dəyərində qızıl-zinət əşyalarını verdiyi yeri göstərmişdir. (Cild 1, iş vərəqə 146-147) xx.xx.2023-cü il tarixli “Zərərçəkmiş şəxs qismində tanıma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs13 həmin tarixdə zərərçəkmiş şəxs qismində tanınmışdır. (Cild 1, iş vərəqə 154) xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin kserosutərindən görünür ki, Zərərçəkmiş şəxs12 həmin tarixdə Təqsirləndirilən şəxs 10000 manat məbləğində borc vermişdir. (Cild 1, iş vərəqə 173) xx.xx.2023-cü il tarixli “Zərərçəkmiş şəxs qismində tanıma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs12 həmin tarixdə zərərçəkmiş şəxs qismində tanınmışdır. (Cild 1, iş vərəqə 195) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 224-225) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X25 xx.xx.2023-cü il tarixli, xx/xx-5895 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin mərkəzdə müalicədə olmamış və qeydiyyatda yoxdur. (Cild 1, iş vərəqə 235) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” X25 xx.xx.2023-cü il tarixli, 8278 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə həmin xəstəxanada müalicədə olmamışdır. (Cild 1, iş vərəqə 236) xx.xx.2023-cü il tarixli “Axtarışda olan şəxsin tutulması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutularaq Nərimanov Rayon Polis İdarəsinin Müvəqqəti saxlama yerinə təhvil verilmişdir. (Cild 1, iş vərəqə 238) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə müstəntiqinin vəsatəti rədd edilməklə, o, dərhal Müvəqqəti saxlama yerindən azad olunmuşdur. (Cild 2, iş vərəqə 16- 17) xx.xx.2023-cü il tarixli “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (Cild 2, iş vərəqə 19-21) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən Zərərçəkmiş şəxs12 pulu əldə etdiyi yeri göstərmişdir. (Cild 2, iş vərəqə 23- 26) xx.xx.2023-cü “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, müvafiq istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs15 avtomobilini ünvan 14 ünvanının qarşısında Təqsirləndirilən şəxs verdiyini bildirmişdir. (Cild 2, iş vərəqə 85-87) xx.xx.2023-cü il tarixli “Zərərçəkmiş şəxs kimi tanınma haqqında” qərardan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs15 zərərçəkmiş şəxs qismində tanınmışdır. (Cild 2, iş vərəqə 107-108) xx.xx.2023-cü il tarixli “Zərərçəkmiş şəxs kimi tanınma haqqında” qərardan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs10 zərərçəkmiş şəxs qismində tanınmışdır. (Cild 2, iş vərəqə 116-117) xx.xx.2023-cü il tarixli “Zərərçəkmiş şəxs kimi tanınma haqqında” qərardan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs14 zərərçəkmiş şəxs qismində tanınmışdır. (Cild 2, iş vərəqə 126-127) xx.xx.2023-cü il tarixli “İfadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, müvafiq istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs14 Təqsirləndirilən şəxs avtomobilini və pulu təqdim etdiyini yerləri göstərmişdir. (Cild 2, iş vərəqə 135-138) xx.xx.2023-cü il tarixli “Təqdim olunan sənədə baxış keçirilməsi və götürülməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs14 Təqsirləndirilən şəxs 600 manat məbləğində pulu göndərməsinə dair qəbzi təqdim etmişdir. (Cild 2, iş vərəqə 140-141) xx.xx.2023-cü il tarixli “Zərərçəkmiş şəxs kimi tanınma haqqında” qərardan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs9 zərərçəkmiş şəxs qismində tanınmışdır. (Cild 2, iş vərəqə 205-206) xx.xx.2023-cü il tarixli “Zərərçəkmiş şəxs kimi tanınma haqqında” qərardan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs11 zərərçəkmiş şəxs qismində tanınmışdır. (Cild 2, iş vərəqə 214-215) xx.xx.2023-cü il tarixli “Zərərçəkmiş şəxs kimi tanınma haqqında” qərardan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır. (Cild 2, iş vərəqə 222-223) xx.xx.2023-cü il tarixli “Təqdim olunan sənədə baxış keçirilməsi və götürülməsi haqqında” protokoldan görünür ki, həmin istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs3 təqdim etdiyi 01 ədəd DVD disk və sənədlərin kserosurətinə baxış keçirilən zaman müəyyən edilmişdir ki, DVD diskdə 03 ədəd qovluq vardır, “video” adlanan qovluqda 06 ədəd videofayl vardır. Həmin videofayllarda Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs ilə görüntülü olaraq mobil telefon vasitəsilə danışmış, telefon danışıqlarında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 pul almasını etiraf etmişdir. “Səs” qovluğunda səs yazıları, “foto” qovluğunda isə fotoşəkillər vardır. Zərərçəkmiş şəxs3 təqdim etdiyi 13 səhifədən ibarət sənədlər mobil telefonların kreditə götürülməsi, evin çıxarışı, alğı-satqı, bankdan kredit götürülməsi sənədlərinin kserosurətləridir. (Cild 2, iş vərəqə 231-244) xx.xx.2023-cü il tarixli “Axtarışda olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Abşeron Gənclər şəhərciyi adlanan yerdə saxlanılaraq Nəsimi Rayon Polis İdarəsinin Müvəqqəti saxlama yerinə təhvil verilmişdir. (Cild 3, iş vərəqə 6) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham elan edilmişdir. (Cild 3, iş vərəqə 23-25) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(006)-464/2023 nömrəli qərarından görünür ki, əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay 24 (iyirmi dörd) gün həddində həbs qətimkan tədbiri seçilmişdir. (Cild 3, iş vərəqə 50-57) xx.xx.2023-cü il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs3 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. (Cild 3, iş vərəqə 58-62) xx.xx.2023-cü il tarixli “İfadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, həmin istintaq hərəkəti zamanı Heydərova X6 Ruhin Nazim oğluna pulu verdiyi yeri göstərmişdir. (Cild 3, iş vərəqə 63-65) xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs "xxxx" GL ASC-yə qızıl-zinət əşyalarını girov qoyub 4800 manat pulu kreditə götürməsi faktı ilə əlaqədar sənədlərin surətləri götürülmüşdür. (Cild 3, iş vərəqə 66-71) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (Cild 3, iş vərəqə 73-74) xx.xx.2023-cü il tarixli “Zərərçəkmiş şəxs kimi tanınma haqqında” qərardan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs5 zərərçəkmiş şəxs qismində tanınmışdır. (Cild 3, iş vərəqə 154-155) xx.xx.2023-cü il tarixli “Zərərçəkmiş şəxs kimi tanınma haqqında” qərardan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs6 zərərçəkmiş şəxs qismində tanınmışdır. (Cild 3, iş vərəqə 168-169) xx.xx.2023-cü il tarixli “Zərərçəkmiş şəxs kimi tanınma haqqında” qərardan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. (Cild 3, iş vərəqə 203-204) xx.xx.2023-cü il tarixli “Zərərçəkmiş şəxs kimi tanınma haqqında” qərardan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs7 zərərçəkmiş şəxs qismində tanınmışdır. (Cild 3, iş vərəqə 230-231) xx.xx.2023-cü il tarixli “Zərərçəkmiş şəxs kimi tanınma haqqında” qərardan görünür ki, həmin tarixdə X22 zərərçəkmiş şəxs qismində tanınmışdır. (Cild 4, iş vərəqə 1-2) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (Cild 4, iş vərəqə 16-17) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddələrlə ittiham elan edilmişdir. (Cild 4, iş vərəqə 42-44) xx.xx.2023-cü il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. (Cild 4, iş vərəqə 55-60) Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(009)-2/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 01 (bir) ay 14 (on dörd) gün, yəni 29 fevral 2024-cü il tarixədək uzadılmışdır. (Cild 4, iş vərəqə 83-86) xx.xx.2024-cü il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 istintaqa təqdim etdiyi Təqsirləndirilən şəxs ilə aralarında aparılan telefon vasitəsi ilə yazışmaları və səs yazılarını özündə əks etdirən 1 ədəd DVD-R diskə baxış zamanı həmin diskdə 389 ədəd faylın olması, həmin fayllarda iki nəfər kişi cinsindən olan şəxsin aralarında telefonda danışıqlar aparması, həmin şəxslərdən birinin təkidlə öz pulunu tələb etməsi, digərinin müxtəlif bəhanələr gətirərək Bakı şəhərində olmadığını, tezliklə pulu qaytaracağını və digər müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan yayınması, habelə diskdə olan telefon vasitəsi ilə aparılan yazışmalardan da iki nəfər şəxsin aralarında telefonun “Whatsapp” tətbiqində yazışma aparması, həmin şəxslərdən birinin yazaraq təkidlə öz pulunu tələb etməsi, digərinin isə yenə də müxtəlif bəhanələr gətirib Bakı şəhərində olmadığını, tezliklə pulu qaytaracağını və digər müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan yayınması müəyyən edilmişdir. (Cild 4, iş vərəqə 95) xx.xx.2024-cü il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 istintaqa təqdim etdiyi Təqsirləndirilən şəxs ilə aralarında aparılan telefon danışıqlarını özündə əks etdirən 1 ədəd CD-R diskə baxış zamanı həmin diskdə 7 ədəd faylın olması, iki nəfər kişi cinsindən olan şəxslərin aralarında telefonda danışıqlar aparması, həmin şəxslərdən birinin təkidlə öz pulunun qaytarılmasını və ya avtomobilinin verilməsini digərindən tələb etməsi, digərinin isə əvvəlcə ona avtomobili təhvil verəcəyini, sonrakı danışıqlarda isə ona verəsi olduğu 12000 ABŞ dolları və 2620 manat məbləğində pulu qaytaracağına söz verməsi müəyyən edilmişdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs2 həmin telefon vasitəsi ilə aparılan səs yazılarının o və Təqsirləndirilən şəxs məxsus olmasını, həmin telefon danışıqlarında Təqsirləndirilən şəxs avtomobil almaq məqsədilə verdiyi pulları və ya satacağı avtomobili onu aldadaraq ələ keçirən Təqsirləndirilən şəxs təkidlə tələb etdiyini, sonuncunun isə hər dəfə müxtəlif bəhanələr gətirərək onun pulunu qaytarmaqdan imtina etdiyini bildirmişdir. (Cild 4, iş vərəqə 96) xx.xx.2024-cü il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokolundan görünür ki, Zərərçəkmiş şəxs3 istintaqa təqdim etdiyi Təqsirləndirilən şəxs ilə aralarında aparılan telefon vasitəsi ilə aparılan səs danışıqlarını, videogörüntüləri, həmçinin foto şəkilləri özündə əks etdirən 1 ədəd DVD-R diskə baxış keçirilən zaman həmin diskdə 3 ədəd faylın olması, həmin fayllardan birində avtomobil və Zərərçəkmiş şəxs3 tərəfindən Təqsirləndirilən şəxs verilmiş baş etibarnamənin 5 ədəd foto şəkillərinin olması, digər faylda 19 ədəd “Whatsapp” tətbiqi vasitəsilə aparılan səs yazılarının mövcudluğu, sonuncu faylda 5 ədəd videogörüntü ilə lentə alınmış Zərərçəkmiş şəxs3 ilə Təqsirləndirilən şəxs aralarında aparılan telefon danışığını özündə əks etdirən videogörüntülərin olması müəyyən edilmişdir. Həmin telefon danışıqlarından görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 satdığı evin pulunu aldığı etiraf edir, sonuncu ondan pulunu tələb edir, Təqsirləndirilən şəxs isə 1 həftə ərzində sonuncuya 96000 manat, əlavə olaraq satdığı kiməsə məxsus avtomobilin satışından əldə etdiyi pulun bir hissəsini verəcəyinə, kreditin pulunu, qızılların məsələsini özünün həll edəcəyinə, ona əlavə pul da verəcəyinə və satdığı avtomobilinin yerinə ayrısını verəcəyinə söz verir. Həmçinin polisdən qaçıb gizləndiyini, müxtəlif ünvanlarda gecələdiyini deyir, bir videogörüntüdə isə polis əməkdaşlarının ünvanına nalayiq sözlər işdədir. Daha sonrakı danışıqlarda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 deyir ki, yaxşı eləyib onu aldadaraq pulunu, malını ələ keçirmişdir, gedib ondan polis orqanlarına şikayət etsin. Baxışda iştirak edən Zərərçəkmiş şəxs3 bildirmişdir ki, həmin telefon vasitəsi ilə aparılan səs yazıları o və Təqsirləndirilən şəxs məxsusdur. Həmin telefon danışıqlarında o, Təqsirləndirilən şəxs pullarını qaytarmasını istəyir, Təqsirləndirilən şəxs isə hər dəfə müxtəlif bəhanələr gətirərək onu aldadır, əmlakını və pulunu qaytarmaqdan imtina edir. (Cild 4, iş vərəqə 97) xx.xx.2024-cü il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokolundan görünür ki, Zərərçəkmiş şəxs8 istintaqa təqdim etdiyi sonuncunun arvadı Şahid2 Möhübbət qızı ilə Təqsirləndirilən şəxs aralarında aparılan telefon vasitəsi ilə aparılan səs danışıqlarına, videogörüntüləri əks etdirən 1 ədəd DVD-R diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, həmin diskdə 1 ədəd fayl var. Həmin faylda Şahid2 Təqsirləndirilən şəxsla aralarında aparılan söhbəti mobil telefon vasitəsilə lentə alır. Həmin söhbət zamanı Təqsirləndirilən şəxs sonuncudan ümumilikdə 35500 manat pul aldığını etiraf edir. (Cild 4, iş vərəqə 99) xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs8, X22 və Zərərçəkmiş şəxs3 istintaqa təqdim etdikləri 01 ədəd CD-R və 03 ədəd DVD-R disklər iş üzrə maddi sübut kimi tanınmış, zərərçəkmiş şəxslər və şahid ifadələri, hadisə yerinə baxış, üzləşdirmə, ifadənin yerində yoxlanılması və diskə baxış protokolları iş üzrə sübut kimi qəbul edilmişdir. (Cild 4, iş vərəqə 112-147) xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə elan olunmuş ittiham dəyişdirilməklə ona həmin maddədə nəzərdə tutulmuş yeni ittiham elan edilmişdir. (Cild 4, iş vərəqə 151-156) Bakı Şəhəri Səbail rayon prokurorluğunun xx.xx.2024-cü il tarixli, 2-2/319/2- 195907/2024 nömrəli məktubundan görünür ki, ********* cinayət işi 20 avqust 2023-cü il tarixdə Səbail RPİ-nin İŞ-də fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə başlamışdır. İstintaq zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 Almaniya Federativ Respublikasından “Mercedes Benz C-klass” markalı avtomobil gətirəcəyini vəd verib aldadaraq 05 iyul 2023-cü il tarixdə Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində Zərərçəkmiş şəxs4 29000 manat dəyərində olan BMW 528 markalı avtomobili alıb ələ keçirərək dələduzluq etmişdir. ********* nömrəli cinayət işi üzrə xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, sonuncunun Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində aparılan ********* saylı cinayət işi üzrə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və Bakı İstintaq Təcridxanasında saxlanılması müəyyən olunmuşdur. ********* nömrəli cinayət işi üzrə 30 sentyabr 2023-cü il tarixdə Səbail Rayon Polis İdarəsində Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. 15 noyabr 2023-cü il tarixdə Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi həmin Məcəllənin 178.3.2-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi ilə bir icraata birləşdirilib ********* nömrə altında istintaq davam etdirilmişdir. Həmin cinayət işləri üzrə Səbail Rayon Polis İdarəsində Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmamış və onun barəsində qətimkan tədbiri seçilməmiş, Təqsirləndirilən şəxs Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində istintaq edilmiş ********* saylı cinayət işi üzrə həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılması nəzərə alınmışdır. Bakı Şəhəri Nəsimi rayon prokurorluğunun xx.xx.2024-cü il tarixli, 984-xid-24 nömrəli məktubundan görünür ki, Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 178.3.2-cü maddəsi ilə istintaqı aparılmış ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə olduğu yer müəyyən edilərək Nəsimi Rayon Polis İdarəsinin MSY-nə təqdim edilmiş, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə yenidən ittiham edilərək həmin tarixdə sonuncu barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı Nəsimi rayon məhkəməsinə müvafiq təqdimat verilmiş və təqdimat təmin edilərək Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Bakı Şəhəri Nərimanov rayon prokurorluğunun xx.xx.2024-cü il tarixli, 1640/x/24 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 23 iyun 2023-cü il tarixdə Bakı şəhəri ərazisində tutularaq istintaqa təqdim edilmiş, sonuncuya Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham elan olunmuş, 24 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Bakı Şəhəri Yasamal rayon prokurorluğunun xx.xx.2025-ci il tarixli, 2-2/321/2- 197654/2024 nömrəli məktubundan görünür ki, ********* nömrəli cinayət işi xx.xx.2023-cü il tarixdə tərəfimdən Təqsirləndirilən şəxs barəsində Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində toplanmış material üzrə Cinayət Məcəlləsinin 178.2.2. və 178.2.4-cü maddələri ilə başlanılaraq istintaqı aparılması üçün aidiyyəti üzrə Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmişdir. xx.xx.2023-cü il tarixdə cinayəti törətməkdə şübhəli şəxs Təqsirləndirilən şəxs istintaqdan gizləndiyinə görə tutulması üçün barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat Cinayət-Prosessual Məcəlləsinin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Yasamal Rayon Polis İdarəsinin əməliyyat aparatından istintaqa daxil olmuş məlumata və Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli 47/2-31033/2023 saylı məktuba əsasən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin icraatında olan ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçildiyindən Təqsirləndirilən şəxs saxlanılması üçün ƏN-nin PX-nin Bakı İstintaq Təcridxanasına yerləşdirilmişdir. xx.xx.2023-cü il tarixdə cinayət işi üzrə zəruri istntaq hərəkətlərinin aparılması üçün cinayət işi üzrə icraat təzələnmişdir. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli “Cinayət işinin istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilməsi üçün aidiyyəti üzrə Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsinə göndərilmişdir. Əməlin tövsifi və digər hüquqi məsələlər: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar verilmiş, eyni zamanda öz lehinə ifadə verə biləcək şahidi dindirilmək imkanı təqdim edilmiş, öz alibisini sübut etmək üçün ona şərait yaradılmışdır. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Cinayət Məcəlləsinin 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət-Prosessual Məcəlləsinin 143-145.1-ci maddələrinin tələblərinə əsasən, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. “Təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmalıdır” müddəası Avropa Məhkəməsinin «Barbera, Messegue və Habardo İspaniyaya qarşı» işində xüsusi vurğulanmışdır. Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinin tələblərinə görə həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələblərinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Cinayət Məcəlləsinin 178.1-ci maddəsində dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməyə görə cinayət məsuliyyəti müəyyən edilir. Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin tərkibi həmin Məcəllənin 178.1-178.3-cü maddələrində nəzərdə tutulmuş əməllər külli miqdarda ziyan vurmaqla törədildikdə yaranır. Həmin əməl ağır cinayət hesab edilməklə, maddəsinin sanksiyasında 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsinə görə, həmin Məcəllənin 177- 182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Ali Məhkəmə Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” qərarının 1-ci bəndinə əsasən, dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Dələduzluq əmlaka olan hüququ ələ keçirmə formasında törədildikdə, cinayət təqsirkarın özgə əmlakına öz əmlakı kimi rəsmən (hüquqi əhəmiyyətli sənəd əsasında) sahib olmaq və onun üzərində sərəncam vermək imkanı əldə etdiyi andan, məsələn daşınmaz əmlaka mülkiyyət hüququ və yaxud qanuna görə qeydiyyat tələb olunduğu halda digər əmlaka hüquqlar qeydiyyata alındığı, müqavilənin bağlandığı, veksel üzərində köçürmə qeydinin (indossamentin) icra edildiyi andan, şəxsin əmlaka hüququnun tanınmasına dair məhkəmə qərarının qüvvəyə mindiyi gündən və yaxud digər səlahiyyətli orqan tərəfindən hüquq müəyyən edən aktın qəbul edildiyi vaxtdan başa çatmış hesab edilir. Həmin Plenum qərarının 31-ci bəndindən görünür ki, şəxs hər dəfə müstəqil yaranmış niyyətlə həm ayrı-ayrı şəxslərə, həm də eyni şəxsə qarşı bir neçə dələduzluq cinayəti törətdikdə, ələ keçirilmiş əmlakın dəyərinin toplanmasına yol verilmir və bu əməllər hər bir epizod üzrə ələ keçirilmiş əmlakın məbləğindən asılı olaraq müstəqil qiymətləndirilməlidir. Vahid qəsdlə əhatə olunan istər bir neçə şəxsə, istərsə də eyni şəxsə qarşı törədilən dələduzluq, ümumilikdə, vurulmuş zərərin miqdarına uyğun olaraq tövsif edilir. Dələduzluğun təkrarən törədilməsi nəticəsində zərər çəkmiş şəxslərə həm xeyli, həm də külli miqdarda ziyan vurulduqda hökmdə törədilmiş cinayətlər ayrı-ayrılıqda təsvir edilməklə təqsirkarın əməli cinayət qanununun daha ağır məsuliyyət nəzərdə tutan norması ilə tövsif edilir. Məhkəmə qeyd edir ki, Şahid1 və Zərərçəkmiş şəxs14 məhkəmə iclasında iştiraklarının təmin olunması məqsədilə kifayət qədər səy göstərməsinə baxmayaq həmin şəxslər məhkəmə iclasında iştirak etməmişlər. İttihamın yalnız və həlledici şəkildə məhkəmədə dindirilməyən Şahid1 və Zərərçəkmiş şəxs14 ibtidai istintaq zamanı verdikləri ifadələrinə əsaslanmamaqla, məhkəmənin yekun qərar verməsi üçün kifayət edən sübutların mövcudluğu nəzərə alınmışdır. Məhkəmə təqsirləndirilən şəxsin şahidi və zərərçəkmiş şəxsi dindirmək imkanından məhrum olunmasından irəli gələn müdafiə tərəfinin üzləşdiyi çətinliklərinin kompensasiya edilməsi üçün məhkəmənin tarazlaşdırıcı tədbirlər görmüş və Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə məhkəmə iclasında sərbəst şəkildə ərizə ilə müraciət edib Şahid1 və Zərərçəkmiş şəxs14 məhkəmə iclasına gəlməsinə zərurət olmadığını, həmin şəxslərin iştirakları olmadan məhkəmə iclasının davam etdirilməsini və gələcəkdə də gəlmələrini zəruri hesab etmədiyini bildirmişdir. Cinayət-Prosessual Məcəlləsinin 337.2-ci maddəsinə əsasən, müdafiə tərəfi cinayət işini başlamış şəxs tərəfindən cinayət işinin materiallarına əlavə edilmiş və ya təqsirləndirilən şəxsin, onun müdafiəçisinin, qanuni nümayəndəsinin, habelə mülki cavabdehin və ya onun nümayəndəsinin vəsatəti əsasında məhkəməyə təqdim edilmiş, lakin məhkəmədə hələ ki baxılmamış sübutların tədqiq edilməsindən imtina etmək hüququndan istifadə etdiyindən və belə imtina hər bir halda məhkəmə tərəfindən qəbul olunmalı olduğundan, Şahid1 və Zərərçəkmiş şəxs14 məhkəmə iclasında dindirilməsindən imtina məhkəmə tərəfindən qəbul edilmişdir. Odur ki, məhkəmə Şahid1 və Zərərçəkmiş şəxs14 ibtidai istintaq zamanı verdikləri ifadələrini məhkəmə iclasında elan etmiş və digər sübutlarla birgə tədqiq etmişdir. Məhkəmə baxışı zamanı ibtidai istintaq dövründə toplanmış sübutların mötəbərliyinə xələl gətirən hər hansı hal müəyyən edilmədiyindən, cinayət işi üzrə mövcud olan məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadığına görə məhkəmə şahidlərin ifadələrini, üzləşdirmə və digər istintaq hərəkəti protokollarını, əlavələri, işdə olan digər sənədləri sübut kimi qəbul edir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs14 və Zərərçəkmiş şəxs15 etibarından sui-istifadə kimi sonuncuların onunla tanışlıq münasibətlərindən istifadə edərək, sonunculara xarici ölkələrdən avtomaşın gətizdirib verəcəyinə, həmçinin sonradan qaytaracağına dair yalan vədlər verərək, eləcə də əldə etdiyi əşya və pulları qısa müddətə qaytaracağına dair vəd edib onları aldadaraq müxtəlif tarixlərdə və müxtəlif məbləğdə pullarını, əşyalarını, avtomobillərini alıb dələduzluq yolu ilə ələ keçirməyə nail olmuşdur. Təqsirləndirilən şəxs həmin əməli törədərkən həqiqətə uyğun olmayan məlumatlar təqdim etmiş, hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, əvəzsiz olaraq öz xeyrinə zərərçəkmiş şəxslərin əmlaklarını ələ keçirmiş, həmin pul və digər əşyalara sərbəst şəkildə sərəncam vermişdir. Təqsirləndirilən şəxs hər dəfə müstəqil yaranmış niyyətlə həm ayrı-ayrı şəxslərə, həm də eyni şəxsə qarşı dələduzluq cinayətini törətdiyindən, bu əməllər hər bir epizod üzrə ələ keçirilmiş əmlakın məbləğindən asılı olaraq müstəqil qiymətləndirilmişdir. Beləliklə, məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə tövsif edilmiş, onun ittiham olunduğu Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə olan cinayət əməlini törətməsini tam sübuta yetirilmişdir. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslər və şahidlərin ifadələrini tədqiq edib, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 əldə etdiyi pul vəsaitinin bir hissəsini etiraf etməməsini özünü müdafiə xarakterli ifadəki kimi qəbul edib, Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə tövsif edilməsi əsaslı, qanuni və ədalətlidir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək cəzalanmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər: Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Dələduzluq cinayətləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun müvafiq qərarının 45-ci bəndində göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onların şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin himayəsində 2 azyaşlı uşağının olmasını, həmin Məcəllənin 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsini, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən məhkumluğunun olmamasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, cinayət əməlini səmimi etiraf etməsini, səmimi peşmanlığını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə kollegiyası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cəzasını ağırlaşdıran halın müəyyən edilməməsini qeyd edir. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə kollegiyası həmçinin təqsirləndirilən şəxsin cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir. Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayət kimi təsnif edilmişdir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. “İnsan hüquqlarının və X14 haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Məhkəmə iclasında elan edilərək tədqiq edilmiş cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 23 iyun 2023-cü il tarixdən 24 iyun 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulmuş, daha sonra barəsində həbslə əlaqədar olmayan qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən isə, əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə kollegiyası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən, ibtidai həbs müddətinin Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 23 iyun 2023-cü il tarixdən 24 iyun 2023-cü il tarixədək tutulduğu 02 (üç) gün müddət bir günə bir gün hesabı ilə cəmi 02 (iki) gün azadlıqdan məhrumetmə cəzasına hesablanmalı və təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli 22 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir və iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra ibtidai araşdırma materiallarına əlavə edilmiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs8, X22 və Zərərçəkmiş şəxs3 istintaqda təqdim etdikləri 01 ədəd CD-R və 03 ədəd DVD-R disklər cinayət işinin materiallarında saxlanılmalıdır. Zərərçəkmiş şəxslər tərəfindən verilmiş mülki iddialara dair məhkəmənin mövqeyi: Belə ki, Zərərçəkmiş şəxs3 məhkəməyə mülki iddi ərizəsi təqdim edərək vurulmuş ziyanın əvəzi olaraq ünvan 15 ünvanda yerləşən mənzil və həmin mənzildəki bütün əşyaların satılması nəticəsində verilmiş 71000 manat pul vəsaiti, “Toyota CHR” markalı **- ZZ-*** dövlət nömrə nişanlı avtomobilin etibarnamə əsasında satılması nəticəsində 44000 manat pul vəsaiti, ona məxsus qızıl zinət əşyalarının lombarda qoyulması nəticəsində 5000 manat pul vəsaiti, xx.xx.2023-cü ildə "xxxx" ASC-dən götürülmüş 8900 manat kredit və ona hesablanmış faizlərin əvəzi, "xxxx" MMC-dən alınmış “X20 Red” qulaqcıqlarına görə 450 manat, “İphone 14pro Max 256gb Space Black” mobil telefonuna görə 3550 manat dəyərində pul vəsaiti, xx.xx.2023-cü il tarixdə ünvan 16 ünvanında yerləşən “World Telecom” mağazalar şəbəkəsindən 3149 manat ödəməsi ilə nəticələnmiş kreditlə aldığı “İPHONE 14” markalı mobil telefonun dəyəri, avtoqəza zamanı sınmış telefonunu yeniləməsinə görə “Samsung Galaxy S 23 Ultra” telefonunu dəyişdirmək adı ilə Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsində yerləşən mobil telefonun satışını həyata keçirən dükana satdığı mobil telefonun 2800 manat dəyəri, avtoqəza nəticəsində aldığı xəsarətlərə görə 10000 manat maddi zərərin əvəzi, həmçinin onu ailə qurmaq adı altında etibarından sui-istifadə edərək aldatmas, evini, qızıllarını, telefonlarını və avtomobilini əlindən almaqla vurduğu 20000 manat mənəvi zərərin əvəzinin və ödənilmiş 460 manat dövlət rüsumunun Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs15 məhkəməyə mülki iddia ərizəsi təqdim edərək vurulmuş maddi ziyanın əvəzi olaraq 51000 (əlli bir min) manat, vurulmuş mənəvi zərərin əvəzi olaraq 5000 (beş min) manat və əldən çıxmış fayda olaraq 3825 (üç min səkkiz yüz iyirmi beş) manat pul vəsaitinin Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bundan əlavə, Zərərçəkmiş şəxs10 məhkəməyə mülki iddia ərizəsi təqdim edərək vurulmuş maddi ziyanın əvəzi olaraq 60000 (altmış min) manat, vurulmuş mənəvi zərərin əvəzi olaraq 5000 (beş min) manat və əldən çıxmış fayda olaraq 6375 (altı min üç yüz yetmiş beş) manat pul vəsaitinin Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini məhkəmədən xahiş etmişdir. Bundan savayı, Zərərçəkmiş şəxs13 məhkəməyə mülki iddia ərizəsi təqdim edərək vurulmuş maddi ziyanın əvəzi olaraq 35900 (otuz beş min doqquz yüz) manat, vurulmuş mənəvi zərərin əvəzi olaraq 5000 (beş min) manat və əldən çıxmış fayda olaraq 3813 (üç min səkkiz yüz on üç) manat pul vəsaitinin Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin, Zərərçəkmiş şəxs9 məhkəməyə mülki iddia ərizəsi təqdim edərək vurulmuş maddi ziyanın əvəzi olaraq 39310 (otuz doqquz min üç yüz on) manat və vurulmuş mənəvi zərərin əvəzi olaraq 5000 (beş min) manat pul vəsaitinin Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs5 məhkəməyə mülki iddia ərizəsi təqdim edərək vurulmuş maddi ziyanın əvəzi olaraq 20000 (iyirmi min) manat, vurulmuş mənəvi zərərin əvəzi olaraq 5000 (beş min) manat və əldən çıxmış fayda olaraq 1500 (min beş yüz) manat pul vəsaitinin Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə baxış iclaslarında zərərçəkmiş şəxslər tərəfindən təqdim edilən mülki iddia ərizələrinin icraata qəbul edilib-edilməməsi məsələsini müzakirə edərək icraata qəbul etmiş, müvafiq mülki iddialara münasibətdə Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs5 mülki iddiaçı qismində, Təqsirləndirilən şəxs isə müvafiq mülki iddialara münasibətdə mülki cavabdeh qismində tanınmışlar. Cinayət-Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Cinayət-Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə əsasən mülki-prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar həmin Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Cinayət-Prosessual Məcəlləsinin 179.4-cü maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddiaya mülki hüquq və hüququn digər sahələri üçün müəyyən edilmiş iddia müddəti tətbiq edilmir. Cinayət-Prosessual Məcəlləsinin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verməyə haqlıdır. Cinayət-Prosessual Məcəlləsinin 185 və 354-cü maddələrinə əsasən cinayət mühakimə icraatı zamanı məhkəmə mülki iddiaçının vəsatəti ilə verilmiş mülki iddianın təmin edilməsi üçün tədbirlər görməli, hökmdə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi, və ya iddianın rədd edilməsi, yaxud iddianın baxılmamış saxlanması barədə qərarlardan birini qəbul etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarında məhkəmələrə tövsiyyə edilir ki, cinayət-prosessual qanuna əsasən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində mülki iddianın tam və ya qismən təmin edilməsi və yaxud rədd edilməsi üzrə motivlərini, müvafiq maddi və prosessual hüquqi normaları və zəruri hallarda təmin edilmiş tələblərə aid olan hesablamaları göstərməklə gəldiyi nəticəni əsaslandırır. Belə əsaslandırma aparılarkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və yaxud əməlin törədilməsi ilə əlaqədar vurulmuş ziyanın xarakteri və təmin edilməli olan tələblər üzrə ödənişlərin məbləği (o cümlədən, mülki cavabdeh mülki iddianı qəbul etdiyi hallarda) məhkəmə baxışında tədqiq edilmiş sübutlar göstərilməklə onların məcmusu ilə əsaslandırılmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenum qərarının 3 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X14 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Həmin plenum qərarının müvafiq bəndlərinə görə, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Məhkəmələr cinayət mühakimə icraatı qaydasında mənəvi zərərin ödənilməsi barədə iddialara baxdıqda Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 189- 191-ci maddələrində müəyyən olunmuş qaydaları nəzərə almalıdırlar. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mənəvi zərərin ödənilməsi barədə müstəqil tələb kimi irəli sürülən iddia ərizələrindən dövlət rüsumu “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsində müəyyən olunmuş məbləğlərdə tələb olunan mənəvi zərərin məbləğindən asılı olaraq, zərərin ödənilməsi üsulu əmlak xarakterli tələblə əlaqədar olmadıqda isə qeyri-əmlak xarakterli iddialar üçün müəyyən edilmiş məbləğdə ödənilməlidir. Məhkəmə mülki iddia ilə bağlı məsələni müzakirə edərək belə qərara gəlir ki, müvafiq mülki iddialar cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun, vaxtında yazılı formada verilmiş, cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilmiş, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmışdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin müvafiq Plenum qərarına əsasən, yalnız mülki iddianın tələbləri ittihamda göstərilən maddi ziyanla bilavasitə bağlı olmadıqda və yaxud ittihamda göstərilən maddi ziyanın miqdarından artıq olduqda və mülki iddia üzrə ödənilməli olan məbləğlərin dəqiqləşdirilməsi üçün zəruri olan əlavə araşdırmalar məhkəmə baxışının həddindən artıq uzanmasına səbəb ola bildikdə, məhkəmə əsaslandığı motivləri hökmün təsviri-əsaslandırıcı hissəsində göstərməklə mülki iddiaçının həmin iddia ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnu təmin etmək üçün mülki iddianın baxılmamış saxlanılmasına dair qərar qəbul edə bilər. Beləliklə, məhkəmə qeyd edilənləri nəzərə alaraq, Zərərçəkmiş şəxs3 mülki iddiası qismən təmin edilməlidir. Belə ki, Zərərçəkmiş şəxs3 mülki iddiasında təqsirləndirilən şəxsə irəli sürülmüş ittihamda göstərilən predmetlərə münasibətdə fərqli məbləğlər qeyd etdiyindən, onun mülki iddiası hazırki cinayət işi üzrə sübuta yetirilmiş həddə əsaslı hesab edilir. Bu səbəbdən, Zərərçəkmiş şəxs3 sözügedən mənzil və həmin mənzildəki əşyaların satışına görə 71000 manat tələb etsə də, ittihama görə yalnız mənzilin dəyəri olan 68000 manat məbləğində pul vəsaiti cinayət hesab olunduğundan, iddia 68000 manat hissəsində, “Toyota CHR” markalı **-ZZ-*** dövlət nömrə nişanlı avtomobilin satılmasına görə eynilik təşkil etdiyindən, həmin hissədə tam həcmdə, yəni 44000 manat, ittihamda daha çox, yəni 7000 manat göstərilsə də, mülki iddiada qızıl zinət əşyalarının lombarda qoyulması nəticəsində 5000 manat pul vəsaiti tələb edildiyindən, tam həcmdə, yəni 5000 manat, "xxxx" ASC-dən götürülmüş 8900 manat kreditə görə tələb ittihama uyğun olduğundan, həmin hissədə tam həcmdə, yəni 8900 manat, ittihamda daha çox, yəni 500 manat göstərilsə də, mülki iddiada mobil telefon qulaqcıqlarına görə 450 manat pul vəsaiti tələb edildiyindən, tam həcmdə, yəni 450 manat, ittihamda daha çox, yəni 4000 manat göstərilsə də, mülki iddiada “İphone 14pro Max 256gb Space Black” mobil telefonuna görə 3550 manat pul vəsaiti tələb etdiyindən, tam həcmdə, yəni 3550 manat, “World Telecom” mağazalar şəbəkəsindən alınmış “İPHONE 14” markalı mobil telefonun dəyərinə görə 3149 manat tələb etsə də, ittihama görə həmin mobil telefonun dəyəri olan 2800 manat pul vəsaiti cinayət hesab olunduğundan, iddia 2800 manat hissəsində, ittihamda daha çox, yəni 3000 manat göstərilsə də, mülki iddiada Samsung Galaxy S 23 Ultra” telefonunun dəyişdirilməsinə görə 2800 manat tələb etdiyindən, 2800 manat hissəsində təmin edilməli və maddi zərər kimi 135500 (68000+44000+5000+8900+450+3550+2800+2800) manat hesab olunmalıdır. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs3 mülki iddiası qismən təmin edilməli, maddi zərərin əvəzi kimi 135500 manat, ödənilmiş 460 manat dövlət rüsumu və mənəvi zərərin əvəzi kimi 3000 manat olmaqla, ümumilikdə 138500 manat pul vəsaiti təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs3 ödənilməlidir. Mülki iddia qalan hissədə baxılmamış saxlanılmalı, mülki iddiaçı Zərərçəkmiş şəxs3 mülki qaydada iddia vermək hüququ izah edilməlidir. İş üzrə zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs15 mülki iddiası qismən təmin edilməli, maddi zərərin əvəzi kimi 51000 manat, mənəvi zərərin əvəzi kimi 1000 manat olmaqla, cəmi 52000 manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs15 ödənilməlidir. Mülki iddia qalan hissədə baxılmamış saxlanılmalı, mülki iddiaçı Zərərçəkmiş şəxs15 mülki qaydada iddia vermək hüququ izah edilməlidir. İş üzrə zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs10 mülki iddiası qismən təmin edilməli, maddi zərərin əvəzi kimi 60000 manat, mənəvi zərərin əvəzi kimi 1000 manat olmaqla, cəmi 61000 manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs10 ödənilməlidir. Mülki iddia qalan hissədə baxılmamış saxlanılmalı, mülki iddiaçı Zərərçəkmiş şəxs10 mülki qaydada iddia vermək hüququ izah edilməlidir. İş üzrə zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs13 mülki iddiası qismən təmin edilməli, maddi zərərin əvəzi kimi 35900 manat, mənəvi zərərin əvəzi kimi 1000 manat olmaqla, cəmi 36900 manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs13 ödənilməlidir. Mülki iddia qalan hissədə baxılmamış saxlanılmalı, mülki iddiaçı Zərərçəkmiş şəxs13 mülki qaydada iddia vermək hüququ izah edilməlidir. İş üzrə zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs9 mülki iddiası qismən təmin edilməli, maddi zərərin əvəzi kimi 39310 manat, mənəvi zərərin əvəzi kimi 1000 manat olmaqla, cəmi 40310 manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs9 ödənilməlidir. Mülki iddia qalan hissədə baxılmamış saxlanılmalı, mülki iddiaçı Zərərçəkmiş şəxs9 mülki qaydada iddia vermək hüququ izah edilməlidir. İş üzrə zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs5 mülki iddiası qismən təmin edilməli, maddi zərərin əvəzi kimi 20000 manat, mənəvi zərərin əvəzi kimi 500 manat olmaqla, cəmi 20500 manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs5 ödənilməlidir. Mülki iddia qalan hissədə baxılmamış saxlanılmalı, mülki iddiaçı Zərərçəkmiş şəxs5 mülki qaydada iddia vermək hüququ izah edilməlidir. Məhkəmə, Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir və iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir. Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə hesab edir ki, Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən hazırki iş üzrə məhkəmə məsrəfi yoxdur. Habelə üzərinə həbs qoyulası əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2005-ci il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 07 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 23 iyun 2023-cü il tarixdən 24 iyun 2023-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesabı ilə cəmi 02 (iki) gün müddətə azadlıqdan məhrumetmə cəzası hesablansın və təyin edilmiş cəzadan çıxılaraq üzərində 06 (altı) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. İbtidai həbs müddətə cəzaçəkmə müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 22 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs3 mülki iddiası qismən təmin olunsun. Cinayət nəticəsində vurulmuş maddi zərərə görə 135500 (bir yüz otuz beş min beş yüz) manat, ödənilmiş 460 (dörd yüz altmış) manat dövlət rüsumu və mənəvi zərərə görə 3000 (üç min) manat olmaqla, ümumilikdə 138960 (bir yüz otuz səkkiz min doqquz yüz altmış) manat pul vəsaiti təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs3 ödənilsin. Mülki iddia qalan hissədə baxılmamış saxlanılsın. Mülki iddiaçı Zərərçəkmiş şəxs3 mülki qaydada iddia vermək hüququ izah edilsin. İş üzrə zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs15 mülki iddiası qismən təmin olunsun. Cinayət nəticəsində vurulmuş maddi zərərə görə 51000 (əlli bir min) manat, mənəvi zərərə görə 1000 (bir min) manat olmaqla, cəmi 52000 (əlli iki min) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs15 ödənilsin. Mülki iddia qalan hissədə baxılmamış saxlanılsın. Mülki iddiaçı Zərərçəkmiş şəxs15 mülki qaydada iddia vermək hüququ izah edilsin. İş üzrə zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs10 mülki iddiası qismən təmin olunsun. Cinayət nəticəsində vurulmuş maddi zərərə görə 60000 (altmış min) manat, mənəvi zərərə görə 1000 (bir min) manat olmaqla, cəmi 61000 (altmış bir min) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs10 ödənilsin. Mülki iddia qalan hissədə baxılmamış saxlanılsın. Mülki iddiaçı Zərərçəkmiş şəxs10 mülki qaydada iddia vermək hüququ izah edilsin. İş üzrə zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs13 mülki iddiası qismən təmin olunsun. Cinayət nəticəsində vurulmuş maddi zərərə görə 35900 (otuz beş min doqquz yüz) manat, mənəvi zərərə görə 1000 (bir min) manat mənəvi zərər olmaqla, cəmi 36900 (otuz altı min doqquz yüz) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs13 ödənilsin. Mülki iddia qalan hissədə baxılmamış saxlanılsın. Mülki iddiaçı Zərərçəkmiş şəxs13 mülki qaydada iddia vermək hüququ izah edilsin. İş üzrə zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs9 mülki iddiası qismən təmin olunsun. Cinayət nəticəsində vurulmuş maddi zərərə görə 39310 (otuz doqquz min üç yüz on) manat, mənəvi zərərə görə 1000 (bir min) manat olmaqla, cəmi 40310 (qırx min üç yüz on) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs9 ödənilsin. Mülki iddia qalan hissədə baxılmamış saxlanılsın. Mülki iddiaçı Zərərçəkmiş şəxs9 mülki qaydada iddia vermək hüququ izah edilsin. İş üzrə zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs5 mülki iddiası qismən təmin olunsun. Cinayət nəticəsində vurulmuş maddi zərərə görə 20000 (iyirmi min) manat və mənəvi zərərə görə 500 (beş yüz) manat olmaqla, cəmi 20500 (iyirmi min beş yüz) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs5 ödənilsin. Mülki iddia qalan hissədə baxılmamış saxlanılsın. Mülki iddiaçı Zərərçəkmiş şəxs5 mülki qaydada iddia vermək hüququ izah edilsin. İş üzrə maddi sübut qismində tanınmış 01 ədəd CD-R disk və 03 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə xüsusi müsadirə edilməli olan əmlakın və digər məhkəmə məsrəflərinin olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Fərid Namazov Hakimlər Əhməd Quliyev Telman Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar