Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2061/2022 27.12.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Ağayev Zeynal Qurban oğlu (sədrlik edən-sədr müavini vəzifəsini müvəqqəti icra edən), Hüseynov Səbuhi Sabir oğlu (məruzəçi hakim) və Məcidov X5 ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Yusif Allahverdiyev və partnyorları” Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 8 aprel 1996-cı il tarixdə Salyan rayonu, Sarvan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, təhsilsiz, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Salyan rayonu, Sarvan kəndində qeydiyyatda olmaqla hazırda Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, “Atçılıq” yaşayış massivində yaşayır və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 1 avqust 2022-ci il tarixdə axşam saat 23 radələrində ünvan 1 ünvanında yeznəsi Zərərçəkmiş şəxs sonuncu ilə nikahda olan xəstə bacısını vaxtında həkimə aparmamasını irad bildirdikdə, şəxsi münasibətlərin pozulması zəminində aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs onu təhqir etməsi səbəbindən qisas almaq məqsədilə həmin evdən məişətdə istifadə edilən qayçını götürüb xəsarət yetrimək istəyərəkən, sonuncu mənzildən çıxıb qacsa da, təqib edərək ünvan 2 ünvanın qarşısında Zərərçəkmiş şəxs çatıb əlindəki qayçı ilə qəsdən döş qəfəsinə və kürək nahiyəsinə zərbələr vurub sonuncuya kürək nahiyəsinin 1 ədəd daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yarası ilə nəticələnən sağlamlığı qısa müddətə pozan sağlamlığa yüngül zərərvurmaya aid və döş qəfəsinin sağ yarısının 1 ədəd plevra boşluğuna nüfuz edən və pnevmotoraksla müşayiət olunan deşilmiş-kəsilmiş yarası kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirməklə qəsdən zərərçəkmiş şəxsin sağlamlığına insan həyatı üçün təhlükəli olan ağır zərər vurmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, valideynləri ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, “Atçılıq” yaşayış massivində kirayədə yaşayır, rəsmi heç bir yerdə işləmir, hərdən fərdi olaraq tikintilərdə fəhləlik edərək çörək pulu qazanır. Bacısı Şahid2 həmyerlisi Zərərçəkmiş şəxslə rəsmi nikahda olmaqla birgə nikahlarından ikiyaşlı qızları Nuray vardır. Səidə və əri Şəhriyar rəsmi Salyan rayonunda qeydiyyatda olsalar da Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə,Y.Mürsəlov küçəsində kirayədə yaşayırlar, Şəhriyar Bakı Yaşıllaşdırma İdarəsində fəhlə işləyir. 1 avqust 2022-ci il tarixdə saat 22:30 radələrində qohumu Meyxoşla birlikdə Səbail rayonu, 20-ci sahə ərazisində yol kənarında dönər köşkündə dönər yeyərkən orada Şəhriyarla rastlaşmış, sonuncunun yanında qohumu Zaur da olmuşdur. Birlikdə söhbət edərkən mobil telefonuna Səidə zəng etmiş və Şəhriyarın mobil telefonuna zəng çatmamasını, qarın nahiyəsində bərk sancılar olmasını deyərək, ona təcili evlərinə gəlməsini, yardım etməsini və ya həkim çağırmasını bildirmişdir. O, təcili qaçaraq bacısının yaşadığı evə getmiş, Şəhriyar isə digər qohumlar ilə birgə onun arxasınca evə gəlmişdir. Evə çatdıqda bacısının yaşadığı evdə qaynanası Südabənin olmasını, Səidənin evin mətbəx otağında stulda oturub qarın nahiyəsini tutaraq ağlamasını görüb əsəbləşmiş, Südabəyə qışqıraraq, “mən bu maydana (yəni Şəhiyarı nəzərdə tutaraq) demişdim ki,qoy qız rayonda qalsın, aparıb həkimə göstərək, belə olsaydı qız bu vəziyyətə düşməzdi” sözlərini demiş, bu zaman Şəhriyar arxadan gəlib evə çatmış və onun barəsində dediklərini eşitmişdir. Cavabında Şəhriyar onun ünvanına nalayıq söyüşlər söyməyə başlamış, Şəhriyara qadınların yanında söyüş söyməməsini bildirsə də, sonuncu sözünə əhəmiyyət verməyib daha da qızışaraq söydükdə, o, mətbəx otağında tumbanın üzərində olan qayçını götürüb Şəhriyarın üstünə gedərək bir daha söyüş söydüyü halda vuracağını demişdir. Şəhriyar isə söyüşlərini davam etdirərək küçəyə qaçmış, o isə əsəbi olduğundan arxasınca qaçıb təxminən 50-60 metrdən sonra küçədə Şəhriyara çataraq, əlində götürdüyü nazik uclu qayçı ilə 2 dəfə Şəhriyarın bel nahiyəsindən vurmuş, sonra isə Şəhriyar sakitləşmiş və ordan ayrılıb qaçaraq oradan uzaqlaşmışdır. O isə əlində olan qayçı ilə birlikdə evə dönmüş, Şəhriyarı vurduğu qayçını mətbəx otağındakı yuyucu masanın üzərinə qoyaraq həmin qayçı ilə Şəhriyarı vurduğunu demişdir. Sonra Səidəyə onunla çıxıb getməsini demiş, lakin bacısı razı olmadıqda çıxıb Binə qəsəbəsinə kirayədə yaşadığı evinə getmiş və yeznəsini qayçı ilə vurub xəsarət yetirdiyi barədə valideynlərinə demiş, valideynləri də gecə ilə Şəhriyarın vəziyyəti ilə maraqlanmaq üçün xəstəxanaya getmişlər. Səhər açıldıqda polis tərəfindən axtarıldığını bilib Səbail rayon Polis İdarəsinin 8-ci PB-nə gəlib Şəhriyarı qayçı ilə vurduğunu etiraf etmişdir. Hadisə zamanı Şəhriyarın arxası ilə gedib sonuncuya çatarkən saat 23 radələri olmuş, hava qaranlıq olmuş və ətrafda heç kəs olmamış, hadisə baş verdiyi yer ətrafdakı evlərin uzaqdan düşən işıqları ilə işıqlanmış, Şəhriyarı vurarkən məqsədi öldürmək olmamış, Şəhriyar söyüş söydüyündən qorxutmaq üçün vurmuş, Şəhriyarı qayçı ilə vurarkən qayçını sonuncuya tərəf hərləyərək zərbə endirmiş, həmin vaxt məqsədli şəkildə konkret hər hansı bir bədən nahiyəsinə vurmaq fikri olmamış, hadisə vaxtı Şəhriyar onu vurmamış və heç bir xəsarət yetirməmiş, o, Şəhriyarla evdə mübahisə edərkən orada olan Zaur və Meyxoş aralarına girib dalaşmağa, yəni bir-birini vurmağa qoymamışdır. Məqsədi Şəhriyarı qorxutmaq olmuşdur. Hadisədən sonra 1 saat evdə qalmışdır. Zərərçəkmiş şəxs ilə barışmışdır. Polisə könüllü olaraq özü təslim olmuş və əməlindən peşmandır. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı məhkəmə istintaqında zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, digər istintaq hərəkətinin protokolları, ekspertiza rəyləri və cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş digər sübutlarla tam sübuta yetirildi. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, rəsmi qeydiyyatda Salyan rayonu,Şəkərli kəndində olsa da, faktiki olaraq arvadı Səidə, azyaşlı qızı Nuray, həmçinin anası Südabə,bacısı Nuranə ilə birlikdə Bakı şəhəri,Səbail rayonu,20-ci sahə,Y.Mürsəlov küçəsi ev 32-də kirayədə yaşayır, həmçinin Yaşıllaşdırma İdarəsində fəhlə işləyir. Qaynı Təqsirləndirilən şəxs onunla həmyaşıd olmaqla valideyinləri ilə birlikdə Xəzər rayonu,Binə qəsəbəsi ərazisində yaşayır. 1 avqust 2022-ci il tarixdə saat 17 radələrində arvadı və azyaşlı qızı ilə birlikdə Salyan rayonundan qayıtmışdı, həmin günü arvadının qarın nahiyyəsində uşağının doğuş dövründə keçirdiyi cərrahi əməliyyatdan qalmış sancıları olmuşdur. Evinə çatdıqdan sonra 20-ci sahə ərazisinə qohumu Zaurla görüşməyə getmiş, həmin günü saat 23 radələrində eyni zamanda onunla qayını İxtiyar zəngləşib görüşmüş, sonuncunun yanında qohumu Meyxoş olmuşdur. Həmin şəxslərlə birlikdə evində çay içməyə razılaşıb piyada gəzərək evinə tərəf gedərkən, İxtiyarın mobil telefonuna arvadı Səidə zəng edib evə qardaşını təcili çağıraraq, qarnından pristub tutmasını.həmçinın onun telefonuna zəng çatmadığını bildirmişdir. İxtiyar qaçaraq evinə tərəf getmiş, o isə Zaur və Meyxoşla birlikdə arxasınca getmişdir. O, evinə ixtiyarın arxasınca gəlib çatdıqda,evin giriş hissəsində yerləşən mətbəx otağına İxtiyarın onun və anası Südabənin ünvanına nalayıq sözlər deməsini eşitmişdir, otağa daxil olub söyüş söyməməsini tələb etdikdə, İxtiyar daha da aqresivləşərək.daha da ucadan söyməyə başlamış, o da cavabında İxtiyarı söydükdə aralarında mübahisə yaranmışdı, İxtiyar otaqdakı tumba üzərində olan məişət qayçısını götürüb onun üzərinə gəldikdə küçəyə qaçmış, İxtiyar arxasınca küçəyə çıxıb onun arxasınca qaçıb təqib edərək təxminən 60-70 metr evindən aralıqda ona çataraq məişət qayçısının uc hissəsi ilə bağlı vəziyyətdə iki dəfə kürəyinə zərbə endirmiş, İxtiyarın əlindən çıxıb uzaqlaşmış, İxtiyann ona xəsarət yetirməsi barədə polisə məlumat vermişdir. Sonra polis əməkdaşları gəlib onu xəstəxanaya aparmışlar. Həmin hadisə zamanı İxtiyar onu iki dəfə qayçı ilə vurarkən ətrafda heç kəsin olmamasını, İxtiyarı vurmamasını, həmin hadisəyə kənardan müdaxilə edən olmamasını, İxtiyar evdə onunla mübahisə edərkən oraya kənardan gələn olmamasını bildirmişdir. İxtiyarla barışmış, heç bir şikayət və tələbi yoxdur. Hadisədən sonra İxtiyarın ailəsi xəstəxana xərclərində ona yardım etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 Talib qızı və Şahid2 Zərərçəkmiş şəxs ifadəsinə uyğun oxşar məzmunlu ifadələr vermişlər. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı onlar ifadələrində göstərdikləri xüsusatları bir-birinin üzünə təsdiq etmişlər (cild 1, iş vərəqə 87). Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılması zamanı 1 avqust 2022-ci il tarixdə saat 23 radələrində ünvan 1 ünvanının mətbəxində yeznəsi Zərərçəkmiş şəxslə aralarında mübahisə yaranmasını, Zərərçəkmiş şəxs onu söyüb küçəyə qaçarkən o, mətbəx otağındakı tumba üzərində olan məişət qayçısını götürüb arxasınca getməsini və Y.Mürsəlov küçəsi 21 saylı ünvanın qarşısında Zərərçəkmiş şəxs çataraq qayçı ilə 2 dəfə bel nahiyəsindən vurmasını, sonra vurduğu qayçını gətirib sonuncunun yaşadığı evdə mətbəx otağında masa üzərinə qoyaraq oranı tərk edib getməsinə dair ifadə verərək, həmin yerləri əyani olarq göstərməklə Zərərçəkmiş şəxs vurduğu Y.Mürsəlov küçəsi ev 32 ünvanında mətbəx otağında masa üzərində olan 1 ədəd məişət qayçısını təqdim etmişdir (cild 1, iş vərəqə 22-26). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 sentyabr 2022-ci il tarixli 3/1130 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş geyim əşyaların üzərində rəyin tədqiqi hissəsində yerləşmə yeri və sayı göstərilməklə kəsici, ucu deşici xassəyə malik predmetin, o cümlədən təqdim edilmiş qayçı və ya ona bənzər xassəli hər hansı bir alətin təsiri ilə yaranmağa xarakterik deşilmə- kəsilmə zədələri vardır (cild 1, iş vərəqə 89-91). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3-Təcrübi və Tədris Birliyinin 12 avqust 2022-ci il tarixli 551 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər - döş qəfəsinin sağ yarısının 1 ədəd plevra boşluğuna nüfuz edən və pnevmotoraksla müşayiət olunan deşilmiş-kəsilmiş yarası və kürək nahiyəsinin 1 ədəd daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yarası deşici-kəsici əşyanın (alətin) təsirindən əmələ gəlmiş, qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün X4 gətirildiyi müddətdən az əvvəl, yəni 1.08.2022-ci il tarixində əmələ gələ bilərdi və dərəcəsinə görə döş qəfəsinin sağ yarısının plevra boşluğuna nüfuz edən və pnevmotoraksla müşayiət olunan deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, kürək nahiyəsinin deşilmiş-kəsilmiş yarası isə sağlamlığı qısa müddətə pozan sağlamlığa yüngül zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində gösərilən şəraitdə, yəni qayçı ilə vurulmuş zərbələrin təsirindən əmələ gələ bilməsi mümkündür (cild 1, iş vərəqə 75-78). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X2 Hüquqi Şəxsinin 8 sentyabr 2022-ci il tarixli 2400 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs primitiv şəxsdə emosional davamsız tip şəxsiyyət pozuntusu əlamətləri aşkar olunmuşdur. Yoxlanılan şəxsdə müəyyən edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, o, ona ttiham olunan əməl dövründə öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs ittiham olunan əmələ görə anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlikdən, psixi fəaliyyətin müvəqqəti pozulmasından, kəmağıllıq və ya sair psixi xəstəlikdən əzab çəkmir. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur(cild 1, iş vərəqə 94-95). Cinayət işinin materiallarından görünür ki, hadisə yerindən götürülmüş 1 ədəd məişət qayçısı və hadisə zamanı zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs əynində olmuş 1 ədəd boz rəngli qolu qısa köynək maddi sübut kimi tanınaraq Bakı şəhəri Səbail RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmişdir(cild 1, iş vərəqə 109-114). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır(cild 1, iş vərəqə 66-67). Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağı vardır (cild 1). Cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur (cild 1). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini və törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən digər hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışıq əldə etdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən ona təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən bu hökmün təsviri-əsaslandırıcı hissəsində sadalanan cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdırıcı halların olmamasını, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini, himayəsində azyaşlı uşağının olmasını, ilk dəfə cinayət törətməsini və törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını qanunun ədalət və humanizm prinsiplərini nəzərə alaraq hesab edir ki, onun cəza çəkmədən islah olunması mümkündür və barəsində cəza təyin edilməklə həmin cəzanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tələblərinə uyğun olaraq şərti olaraq tətbiq edilməsi ədalətli, qanuni və əsaslıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən halları nəzərə alaraq məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayır. Məhkəmə hesab edir ki, sınaq müddətinin başlanğıcı hökmün qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzərəti altına vermə qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 2 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vərəqə 36). Cinayət işinin materiallarında olan 4 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzərəti altına vermə qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqə 57-58). “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli qərarının 2.21-ci bəndində göstərilmişdir ki, cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Məhkəmə həmin normanın tələbini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs 2 avqust 2022-ci il tarixdən 4 avqust 2022-ci il tarixədək həbsdə olduğu 2 (iki) gün müddət təyin edilən cəza müddətinə hesablanmamalıdır. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 64 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Səbail rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan hadisə yerindən götürülmüş 1 ədəd məişət qayçısı və hadisə zamanı zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs əynində olmuş 1 ədəd boz rəngli qısaqol köynək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin müddəalarına əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti məhkum etmə tətbiq edilməklə ona 2 (iki) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin başlanğıcı hökmün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqanların çağırışına vaxtında gəlmək, həmin orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək kimi vəzifələr qoyulsun. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhəri Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 64 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Səbail rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan hadisə yerindən götürülmüş 1 ədəd məişət qayçısı və hadisə zamanı zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs əynində olmuş 1 ədəd boz rəngli qısaqol köynək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzərəti altına vermə qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-2061/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2061/2022
27.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver