Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2063/2023 05.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), X3 və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Babalı oğlunun iştirakı ilə, 6 fevral 1964-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs sağlamlığa qəsdən ağır zərər vuraraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsi öldürmüşdür. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 21:30 radələrində yaşadığı ünvan 2 ünvanında yerləşən evdə olarkən onunla eyni həyətdə, özünə məxsus evdə yaşayan qardaşı Zərərçəkmiş şəxs evə sərxoş gəldiyini görüb yaşadığı evdən çıxaraq sonuncunun yaşadığı evin 2-ci mərtəbəsinə qalxan pilləkənin qarşısında ona çataraq ona irad bildirdikdə, sonuncunun ona cavab qaytarmasından hiddətlənərək ona bir neçə dəfə sillə vurmuş, həmin vaxt Təqsirləndirilən şəxs ər-arvad münasibətlərində olduğu Şahid1 müdaxiləsindən sonra hərəkətlərini dayandıraraq yaşadığı evə geri qayıtmış, xx.xx.2023cü il tarixdə saat 00:30 radələrində qardaşı Zərərçəkmiş şəxs qışqırıq səslərinə ayılaraq öz evindən çıxıb onun yaşadığı evin qarşısına getdikdə sonuncunu yaşadığı evin 2-ci mərtəbəsindəki mətbəx otağının pəncərəsindən daha əvvəl onu döydüyünə görə hiddətlənərək əlində bıçaqla qışqırdığını görüb sonuncunun evinə daxil olmuş, ora çatdıqda Zərərçəkmiş şəxs həmin otaqdakı yatağın üzərində oturduğunu görüb qışqırdığına görə irad bildirərək ona başından, üzündən, bədəninin müxtəlif nahiyələrindən 15-20 dəqiqə müddətində əl ilə sillə, yumruq, ayağı ilə təpik zərbələri vuraraq Zərərçəkmiş şəxs qəsdən ağır xəsarətlər yetirmiş, həmin vaxt səs-küyə gəlmiş Şahid1 müdaxiləsindən sonra hərəkətləri dayandıraraq Zərərçəkmiş şəxs həmin vəziyyətdə qoyaraq yaşadığı evə getmiş, 25 mart 2023-cü il tarixdə saat 11:00-12:00 radələrində, saat 14:00-15:00 radələrində, saat 17:00-18:00 radələrində Zərərçəkmiş şəxs vəziyyətini yoxlamaq üçün sonuncunun yaşamış olduğu evə qalxmış, 14:00-15:00 radələrində sonuncu su istədiyi üçün ayran düzəldərək vermiş, Zərərçəkmiş şəxs isti olmasın deyə əynini dəyişmiş, 17:00-18:00 radələrində Zərərçəkmiş şəxs vəziyyətinin yaxşı olmadığını görərək köməyə adam çağırtdırmış, lakin Zərərçəkmiş şəxs aldığı xəsarətlərdən xx.xx.2023-cü il tarixdə saat 19 radələrində yaşadığı evdə ölmüş, bununla da qəsdən sağlamlığa ağır zərər vurma nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirləndirildiyi cinayət işi üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 24 mart 2023-cü il tarixdə saat 21:30 radələrində evdə uzanmış, yoldaşı Şahid1 da evdə olmuşdur. Həmin radələrdə məhəllənin taxta qapısının açıldığını eşitmiş, yerindən qalxaraq bayıra çıxmışdır. Bayırda olanda yoldaşı Şahid1 və Könül Alişanova evdə olmuşdur. Evdən bayıra çıxanda Zərərçəkmiş şəxs taxta qapıdan keçib həyətə daxil olmuşdur. Zərərçəkmiş şəxs sərxoş vəziyyətdə və sifətində həm xəsarətlər, həm də qan ləkələri olmuşdur. Onun səndələməsindən və hərəkətlərindən başa düşmüşdür ki, gələn qardaşı Zərərçəkmiş şəxsdur. Dəyanətdən xəsarət izləri barədə soruşduqda, ona “özüm bilərəm, mənim işimə qarışma” demişdir. O da Dəyanətə öz iradını bildirmiş və yaşadığı evə qayıtmışdır. Zərərçəkmiş şəxsla eyni həyətdə, lakin ayrı-ayrı evlərdə yaşamışlar. Gecə saat 1:00 radələrində həyət qapısının açıldığını eşitmiş, səsə tərəf baxanda görmüşdür ki, həyətə girən Zərərçəkmiş şəxsdur. Bir müddət sonra Zərərçəkmiş şəxs yaşadığı evin pəncərəsindən qışqırmağa başlamış, o isə qonşular səsə oyanmasın deyə Dəyanətin evinə gedib onu sakitləşdirməyə çalışmışdır. Dəyanətin evinə daxil olarkən, o, siqarət çəkmişdir. O, Dəyanətə kiminlə nə problemi olduğunu, kimin onu bu hala saldığını soruşduqda, Dəyanət ona onun işinə qarışmamağını bildirmişdir. Bundan sonra o, öz evinə gedib yatmışdır. Səhər açıldıqda günlük işlərini görməyə başlamış, heyvanları örüşə apararkən Zərərçəkmiş şəxs “su istəyirəm” sözlərini dediyin eşitmişdir. O, dərhal soyuducudan qatıq və su götürüb onun yanına getmişdir. O, Dəyanətə su verib onu kimin döydüyünü soruşduqda, Dəyanət “öz işimdir, özüm bilərəm” demişdir. Bundan sonra o, suyu və qatığı qoyub heyvanları örüşə aparmışdır. Həmin gün saat 17:00 radələrində evə gəldikdə bacısı Könül Dəyanətin vəziyyətinin yaxşı olmadığını bildirmişdir. Sonra evə təcili tibbi yardım gəlmiş və Dəyanətin öldüyünü bildirmişdir. Zərərçəkmiş şəxs 24 mart 2023-cü il tarixdə bir zərbə belə endirməmişdir. Hadisədən təxminən 5 saat əvvəl Dəyanətin həmişə birlikdə spirtli içki qəbul etdiyi dostu Şahin evin qarşısında dayanıb Dəyanəti çağırdıqda, yoldaşı Şahinə öz iradını bildirmiş, o da səs-küyü eşidib çölə çıxaraq Şahinlə salamlaşmışdır. Dəyanət onların yanlarına gəldikdə, ona Şahinlə getməməyini bildirsə də, Dəyanət ona öz işiylə məşğul olmağını demişdir. Eyni həyətdə o, yoldaşı Şahid1, uşaqları, bacısı Könül Alişanova, Zərərçəkmiş şəxs və onun 2 övladı birlikdə yaşamışlar. Eyni həyətdə ayrı-ayrı evlərdə yaşamışlar. 24 mart 2023-cü ildə saat 15:00 radələrində Şahin Zərərçəkmiş şəxs bayıra çağırdıqda, yoldaşı Şahid1 onu təhqir etmişdir. Zərərçəkmiş şəxs həmişə Şahinlə birlikdə spirtli içki qəbul etmişdir. Dəyanətə Şahinlə getməməyi bildirsə də, Dəyanət onun sözlərinə əhəmiyyət verməmişdir. Dəyanətin üzərində hansı paltar olduğunu xatırlamamışdır. Dəyanət tez-tez döyülüb evə gəldiyindən bu barədə dövlət orqanlarına müracət etməmişdir. 2-ci dəfə Dəyanətin evin qarşısında əlində mətbəx bıçağı ilə kimə qışqırdığını görməmişdir. O, Dəyanəti nə 1-ci dəfə, nə də 2-ci dəfə qışqıranda vurmamışdır. 2-ci dəfə Dəyanət qışqıranda onun evinə getmişdir. Dəyanət 2-ci dəfə gələrək həyət qapısından içəri daxil olub çöldə olan şəxslərə qışqırmışdır. Dəyanət otağa girdikdə onu sakitləşdirməyə çalışmışdır. 25 mart 2023-cü il tarixdə yoldaşı Şəki şəhərinə getmişdir. Mərhum zərərçəkmiş kiçik qardaşı olmuşdur. Dəyanət əvvəllər gəmidə işləsə də, son zamanlar spirtli içki aludəçisi olduğundan işləməmişdir. Ona polis bölməsində işgəncə verdiklərindən ibtidai istintaq zamanı etirafedici ifadələrə imza etmişdir. Onu Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinə gətirərək qollarını bağlayıb asılı saxlamışlar. Ağciyərinin bir hissəsi xəstəliyilə əlaqədar kəsilmişdir. Onun anal nahiyəsinə “montirovka” soxmuşlar. Onların həyətinin 2 giriş qapısından biri Zərərçəkmiş şəxs yaşadığı evin yanında olan dəmir darvaza, digəri isə onun evi tərəfdən olan taxta qapıdır. Həyətə tikinti materialları yığmış, həmin materialların oğurlanmasından qorxduğu üçün Zərərçəkmiş şəxs dəmir qapıdan evə daxil olmasına icazə verməmiş, ona görə də Dəyanət hər dəfə taxta qapıdan içəri daxil olmuşdur. Dəyanətin uşaqlarına o və bacısı baxmışdır. Polis bölməsində ona ağır işgəncə verdiklərindən bütün sənədlərə oxumadan imza etmişdir. İbtidai istintaq zamanı onun əleyhinə heç kim ifadə verməmişdir. İbtidai istintaq zamanı həmin ifadəyə oxumadan imza etmişdir. Polis əməkdaşlarının ona işgəncə verməsi ilə bağlı heç bir dövlət orqanına şikayət etməmişdir. Dəyanət pəncərənin qarşısında qışqırmışdır. Onun əlində heç bir xəsarət olmamışdır. Dəyanət divara söykəndiyi üçün qan ləkələri yaranmışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, o, arvadı Şahid1 ilə həyət evində yaşamışdır. Onların yaşadıqları ev onun ata mülki olan məhəllədə yerləşməkdədir. Onlarla eyni məhəllədə bacısı Könül Alişanova, qardaşı Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxs iki oğlu Murad və Cəsarət Cəfərli yaşamışlar. Murad və Cəsarət Cəfərovlara onun bacısı Könül Alişanova baxır və uşaqlar bibilərini ana bilirlər, əsl analarının onun olduğunu düşünürlər. Onların məhəlləsinin iki qapısı vardır. Onlardan biri Dəyanətin evinin yanında olan dəmir darvazadır və həmin qapıdan istifadə edilir. xx.xx.2023-cü il tarixdə o, Şahid1, Könül Alişanova, Murad və Cəsarət Cəfərlilər, Zərərçəkmiş şəxs evdə olmuşlar. Şahid1 Şəki şəhərinə, Şahid2 qızıgilə qonaq getməli idi. Ona görə də saat 15 radələrində onlara aparmaq üçün evdə Könül Alişanova ilə birlikdə qutab bişirirdi. Onlar qutab bişirdikləri müddətdə Zərərçəkmiş şəxs həyətdə gəzmiş, bəzən evə girib-çıxmışdır. Həmin müddətdə Təqsirləndirilən şəxs da öz evində olmuşdur. Saat 15:00 radələrində birdən o, məhəllədən Şahid1 kimisə söydüyünü, qarğışını eşitmiş, bayıra çıxmış və Şahid1 ona demişdir ki, Şahin gəlib, Dəyanəti çağırır. Odur ki, o, məhəllənin taxta qapısından bayıra çıxmış, çöldə Şahini görmüşdür. Şahin Təqsirləndirilən şəxs görən kimi sonuncuya tərəf gəlmiş və onunla görüşmüşdür. Oruc olduğu üçün Şahindən spirt iyi gəldiyinə görə onu özündən uzaqlaşdırmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs qonşunun evinin qarşısında dayanmışdır. Həmin evdə təmir getmiş, Zərərçəkmiş şəxs həmin evin qarşısında dayanan şəxslərlə söhbət etmişdir. Zərərçəkmiş şəxs Şahini görmüş, ona tərəf gəlmişdir. Zərərçəkmiş şəxs onlara çatmamış və o, Şahindən uzaqlaşmışdır. Geri çevriləndə onların “Al market” adlandırılan tərəf getdiklərini görmüşdür. Onlar onun yanından keçib gedəndə o, Zərərçəkmiş şəxs arxadan geri gəlməsini, nə vəziyyətdə olduğunu, evə gedib yatmasını bildirmişdir. Zərərçəkmiş şəxs isə cavabında bildirmişdir ki, heç kim onun işinə qarışmasın. xx.xx.2023-cü il tarixdə, saat 21:30 radələrində o, evdə uzanmış, arvadı Şahid1 da evdə olmuşdur. Həmin radələrdə o, məhəllənin taxta qapısının açıldığını eşitmiş, yerindən qalxaraq bayıra çıxmışdır. Bayırda olanda arvadı Şahid1 və Könül Alişanova evdə olmuşdur. O, evdən bayıra çıxanda Zərərçəkmiş şəxs taxta qapıdan keçib həyətə daxil olmuşdur. Zərərçəkmiş şəxs sərxoş vəziyyətdə olmuşdur. Bunu Zərərçəkmiş şəxs səndələməsindən və hərəkətlərindən başa düşmüşdür. Zərərçəkmiş şəxs evdən çıxanda onun başında “kepka” olmuş, amma evə gələndə o, Zərərçəkmiş şəxs başında “kepka” olub-olmadığını dəqiq xatırlamamışdır. Zərərçəkmiş şəxs evə daxil olan zaman əynində ağ-göy rəngli, öndən zəncirbəndli idman üst geyimi, rəngini dəqiq xatırlamadığı cins şalvar olmuşdur. Paltarlarının üzərində heç bir xəsarət olmamışdır. O, Zərərçəkmiş şəxs sərxoşluqdan yıxıla-yıxıla gəldiyi üçün sonuncuya “nə gündəsən” sualını vermiş, sonuncu, ona tərəf çevrilmiş, “mənim işimə qarışmayın” sözlərini demiş, addımlayaraq evinə tərəf getmişdir. Həmin vaxt həyət elektrik lampası ilə işıqlanmış, onların arasında təxminən 3 metr məsafə olmuşdur, o, Zərərçəkmiş şəxs üzündə, daha dəqiq alnında, gözünün ətrafında, burnunda, qulaqlarında, dodaqlarında hər hansı xəsarət və ya xəsarət izi görməmişdir. Zərərçəkmiş şəxs evin pilləkənlərinin qarşısına çatanda o da ona çataraq bir daha “nə gündəsən?!” demiş, Zərərçəkmiş şəxs isə cavabında “özüm bilərəm, mənim işimə qarışma” sözlərini demişdir. Zərərçəkmiş şəxs bu cavabından əsəbləşmiş və Zərərçəkmiş şəxs üzünə iki-üç sillə vurmuşdur. Həmin vaxt Şahid1 ona arxadan çatmış və “sən ananın goru ona dəymə” sözlərini bir neçə dəfə demiş, bu sözlərdən sonra zərbələrini dayandıraraq Şahid1 ilə birlikdə evə geri qayıtmışdır. xx.xx.2023-cü il tarixində, saat 1:00 radələrində o və Şahid1 yatmışlar. Saat 01:30 radələrindən sonrakı müddətdə, saat dəqiq xatırlamadığı vaxtda Zərərçəkmiş şəxs uca səslə qışqırığına oyanmışdır. Zərərçəkmiş şəxs qışqırmağına əsəbləşdiyi üçün yerindən qalxmış, əyninə idman şalvarı və gödəkçəsi geyinərək Zərərçəkmiş şəxs evinə getmişdir. Evdən çıxanda Şahid1 yatmışdı və Şahid2 həyətdə görməmişdir. Zərərçəkmiş şəxs evinin qarşısına çatanda Dəyanətin mətbəxin pəncərəsindən qışqırıb-böyürdüyünü, əlində bıçaq tutduğunu, “soxacam” sözlərini dediyini görüb-eşitmişdir. O, birbaşa mətbəx otağına gəlmişdir. Ora çatanda Zərərçəkmiş şəxs mətbəxdəki yatağın üzərində oturmuş və əlində mətbəx bıçağı olmuşdur.Zərərçəkmiş şəxs çatan kimi “qonşular eşidir, nə qışqırırsan” sözlərini demiş, Zərərçəkmiş şəxs isə “soxacam” sözlərini dəfələrlə təkrarlamış, amma bıçaqla ona hücüm etməmişdir. O, Zərərçəkmiş şəxs bu hərəkətlərindən əsəbləşib onun başından şillə, yumruq, təpiklə vurmağa başlamışdır. O, Zərərçəkmiş şəxs başından, üzündən, bədənindən vurmuş, bu qaydada Zərərçəkmiş şəxs 10 dəqiqə döymüşdür. Döydüyü müddətdə isə Zərərçəkmiş şəxs heç nə etməmiş, “ay mama, ay mama” deyərək qışqırmışdır. Zərərçəkmiş şəxs üzr istəmədiyinə görə, peşmançılıq bildirmədiyi üçün dayanmamış və Zərərçəkmiş şəxs vurmağa dəvam etmişdir. Təxminən 10 dəqiqə sonra arvadı Şahid1 mətbəx otağının qapısının qarşısına gəlmiş, arxadan onun qolundan tutmuş və “sən ananın goru vurma” sözlərini demişdir. Bundan sonra o dayanmış və Zərərçəkmiş şəxs olduğu yerdə həmin vəziyyətdə qoyaraq Şahid1 ilə birlikdə evə getmişdir. Onlar evdən çıxanda da Zərərçəkmiş şəxs onların arxasınca söyüş söymüşdür. Bacısı Şahid2 qızı Şəki şəhərində ailəsi ilə birlikdə yaşayır. Şahid2 qızının yanına gedə bilmədiyi üçün Şahid1 xx.xx.2023-cü il tarixdə, səhər saatlarında Şəkiyə getməli idi. Təxminən saat 7:00 radələrində Şahid1 Zərərçəkmiş şəxs yanına qalxmış, sonuncunun yerdə yatdığını və üstü qanlı olmasını görmüşdür. Şəki şəhərinə getdiyi üçün ona Zərərçəkmiş şəxs baxmağını bildirmişdir. O, dərhal yuxarıya qalxmamışdır. Şahid1 evdən çıxdıqdan sonra yerindən qalxmış, bir az sonra evdən çıxmış, Zərərçəkmiş şəxs sərxoş olduğunu ehtimal etdiyi üçün sonuncunun yanına qalxmamış, zirzəmiyə girmiş, sonuncunun yatdığı mətbəx otağının altına gəlmiş, oradan sonuncunun səsinə qulaq asmış və Zərərçəkmiş şəxs xorultu səsindən onun yatdığını güman etmişdir. Saat 11:00-12:00 radələrində o, məhəllədən Zərərçəkmiş şəxs “ay mama, ay mama” deyə zarımasını eşitmiş, ona yazığı gəldiyi üçün, yavaş addımlarla, səssiz formada pilləkəni qalxaraq evə girmişdir. Mətbəxə daxil olanda Zərərçəkmiş şəxs yanı üstə yatağa söykənib oturduğunu, başını yatağa qoyduğunu və yatdığını görmüşdür. O, 1 ədəd siqaret çəkmiş, Zərərçəkmiş şəxs yaxınlaşmadan, heç bir şey etmədən bir az sonra aşağı düşmüşdür. Həmin vaxt Zərərçəkmiş şəxs üst geyimləri, yatdığı yatağın üzərində olan yorğan və yastıq qan içində olmuşdur. Hər 30-40 dəqiqədən bir Zərərçəkmiş şəxs yanına qalxmış, sonuncunun ayılıb-ayılmadığını yoxlamışdır. Saat 14:00-15:00 radələrində zirzəmidən Zərərçəkmiş şəxs yoxlayanda Zərərçəkmiş şəxs “su, su” deyə zarıdığını eşitmiş, ona yazığı gəldiyi üçün ayran düzəltmiş, Zərərçəkmiş şəxs yanına gəlmiş, sonuncunu dikəltmiş, sonuncuya ayran içizdirmişdir. Zərərçəkmiş şəxs əynində olan idman tipli gödəkçəni isti olmaması üçün soyundurmuş, arxadan qollarının altından qollarını keçirtmiş, Zərərçəkmiş şəxs qucaqlayaraq qaldırmış və yatağa uzatmış, 1 ədəd siqaret çəkib getmişdir. Zərərçəkmiş şəxs görəndə sonuncunun hər iki gözünün ətrafı qaralmış, sol qaşüstü nahiyəsində və alnında yaralar olmuş, həmin yerlərin ətrafı qan olmuşdur. Üst dodağı şişmiş və qaralmış, əlləri və üzü qan olmuşdur. O, Zərərçəkmiş şəxs əllərini və boynunu yumuşdur. Zərərçəkmiş şəxs həmin vaxt bir az ayılmışdır. Zərərçəkmiş şəxs “at da bu işini, sənə lazımdı döyülmək?!” sözlərini demişdir. Zərərçəkmiş şəxs isə cavabında “mənim işimə qarışmayın” demişdir. Bir az sonra o, evdən çıxmış və saxladığı qoyunları gətirməyə getmişdir. Təxminən 2 saat sonra, saat 17:00-18:00 radələrində Zərərçəkmiş şəxs yanına qalxmış, Zərərçəkmiş şəxs vəziyyətinin pis olduğunu görmüşdür. Həmin vaxt onun ardınca Zərərçəkmiş şəxs böyük oğlu Murad Cəfərli də gəlmişdir. O, Zərərçəkmiş şəxs yoxlayanda sonuncunun bədəni soyuq olmuş və xırıldamışdır. X14 Alışanovanı çağırmasını tapşırmışdır. Şahid2 Zərərçəkmiş şəxs vəziyyətini bildikdən sonra pis olduğundan sonuncunun yanına qalxa bilməmiş və digər qardaşları Hikmət Cəfərovun arvadı Nazifə Cəfərovanı çağırmışdır. Çox qısa zaman sonra Nazifə Cəfərova məhəlləyə gəlmiş, onlar bir yerdə Zərərçəkmiş şəxs yanına qalxmış, Nazifə Cəfərova onu yoxlamış, sinəsindən ürək nəbzinə qulaq asmış, əlindən və bədənindən temperaturunu yoxlamış, Zərərçəkmiş şəxs öldüyünü demişdir və ondan Zərərçəkmiş şəxs nə olduğunu soruşmuşdur. O, Zərərçəkmiş şəxs dünən evə bu vəziyyətdə gəldiyini demişdir. Nazifə Cəfərova onun sözlərinə inanmışdır. Bundan sonra təmiz olması üçün onlar Zərərçəkmiş şəxs əynində olan qanlı paltarları köməkləşib soyundurmuş və Zərərçəkmiş şəxs qaldıraraq qonaq otağınına keçirmiş, oradakı yataqda uzatmışlar. X9 təxminən 15 dəqiqə sonra gəlmiş, Zərərçəkmiş şəxs görən kimi təcili tibbi yardım çağırmışdır. Təcili tibbi yardım gec gəldiyi üçün o, əsəbləşib 102 xidməti zəng mərkəzinə məlumat vermişdir. Zaur Cəfərovun hadisələrdən xəbəri olmadığı, Zərərçəkmiş şəxs gözlərinin ətrafında olan xəsarətləri gördüyü üçün onun döyüldüyünü ehtimal edib məlumatda Zərərçəkmiş şəxs döyüldüyünü demişdir. xx.xx.2023-cü il və ya xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs evinin pilləkənlərində, məhlədə qan və qana bənzər ləkələr görmədiyini bildirmişdir. Onun qardaşı Zərərçəkmiş şəxsla münasibətləri soyuq olmuş, bunun səbəbi Zərərçəkmiş şəxs alkoqol asılısı olması olmuşdur. Hadisə zamanı əynində idman tipli şalvar və üst geyimin olduğunu bildirmişdir. Həmçinin, o, törtədiyi əmələ görə də peşman olduğunu bildirmişdir (cild 1, iş vərəqə 118-123). Həmin ifadənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini tam etiraf etmiş və işin faktiki hallarına uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsini mötəbər hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması ibtidai istintaqı zamanı etirafedici ifadəsi ilə yanaşı, ibtidai istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisinin, məhkəmə istintaqı zamanı şahidlərin ifadələri, digər istintaq hərəkətinin protokolları, ekspertiza rəyləri və cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş digər sübutlarla tam təsdiq edildi. Belə ki, məhkəməyə gəlmədiyinə görə məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X6 ibtidai araşdırma orqanına verdiyi ifadəsində bildirmişdir ki, demək olar ki, qardaşıgilin həyətinə çox getməmiş, çünki həmin həyətdə yaşayan sakinlərin çoxu tüfeyli həyat yaşamış, həm də o, 26 il hərbçi işlədiyi üçün əsəbləri səs-küy götürməmişdir. Qardaşı Zərərçəkmiş şəxs ilə tez-tez müxtəlif şəxslərdən məlumat əldə etmiş, onlar X10 Cəfərovun içki aludəçisi olduğunu, hər gün sərxoş vəziyyətdə gördüklərini bildirmişlər. Nizami Cəfərov da bundan əsəbləşərək Zərərçəkmiş şəxs danlayırmış. Sonuncu dəfə Zərərçəkmiş şəxs ad günündə 20 mart 2023-cü il tarixdə görmüşdür. Ad günündə araq olmadığı üçün Zərərçəkmiş şəxs çox oturmamış, 1-2 saat oturandan sonra çıxıb getmişdir. Nizami Cəfərov 24 və 25 mart günləri evdə olmuşdur. 25 mart 2023-cü il tarixdə saat 18 radələrində Şahid2 ona zəng edərək qardaşı Zərərçəkmiş şəxs vəziyyətinin pis olduğunu, deyəsən öləcəyini bildirmişdir. O, nə baş verdiyini soruşduqda, ona heç nə bilmədiyini, axşam evə salamat gəldiyini, sərxoş vəziyyətdə olduğunu bildirmişdir. Söhbəti uzatmadan təcili tək olaraq Zərərçəkmiş şəxs yaşadığı evə getmişdir. Orada Şahid2, oğlu Nadir, qardaşı Hikmət, Hikmətin arvadı Nəzifə və Təqsirləndirilən şəxs olmuş, Zərərçəkmiş şəxs qonaq otağında çarpayının üzərində yatırtmışlar. O, Zərərçəkmiş şəxs öldüyünü bilmiş, meyitin üzərində xəsarətlər və paltarlarının üstündə qanabənzər ləkələr, əynində rəngini dəqiq xatırlamadığı qısaqol köynək olmuşdur. Orada olan qohumlarından nə baş verdiyini soruşduqda, ona heç nə bilmədiklərini bildirmişlər. Bir neçə saat sonra TTYB evə gəlmiş, qardaşı Zərərçəkmiş şəxs ölümünü təsdiq etmişlər. Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında mübahisənin olduğunu eşitməmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs içki aludəçisi olduğundan, sonuncunun içib söyüşlər söyməyindən bezdiyi üçün sonuncuya tez-tez irad bildirmiş, ancaq döyməsi barədə eşitməmişdir. Zərərçəkmiş şəxs kimləsə mübahisəsinin və ya ədavətinin olduğunu eşitməmişdir. 25 mart 2023-cü il tarixdə saat 18 radələrində Zərərçəkmiş şəxs yaşadığı evdə pilləkənlə yuxarı, Zərərçəkmiş şəxs otağına qalxan zaman pilləkənlərin bəzi hissələrində qanabənzər ləkələr görmüş, onların bir hissəsi yuyulmuşdur. Bu ləkələrin nə olduğunu soruşduqda, ona konkret cavab verməmişlər, yəqin ki, sərxoş vəziyyətdə olduğu üçün gecə yıxıldığını bildirmişlər (cild 1, iş vərəqə 188-192). Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında Şahid1 və qardaşı Təqsirləndirilən şəxsla birlikdə bir məhəllədə yaşamışlar. 24 mart 2023-cü il tarixdə səhər saatlarından Zərərçəkmiş şəxs bir neçə dəfə evə girib-çıxmışdır. Həmin gün saat 21:30 radələrində o, evdə oturub dini verlişlərə baxarkən pəncərənin qabağından Zərərçəkmiş şəxs keçdiyini görmüş, Zərərçəkmiş şəxs əynində günorta evdən çıxan zaman geyindiyi paltarlar olmuşdur. Onun səndələməsindən və hərəkətlərindən başa düşmüş ki, sərxoş vəziyyətdədir. Qaranlıq olduğu üçün Zərərçəkmiş şəxs üzünü görməmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs nəsə soruşduğunu eşitsə də, dəqiq nə soruşduğunu başa düşməmişdir. Hadisə baş verən ərəfə “Ramazan” ayına təsadüf etidiyindən namaz vaxtını gözləmiş və divanda oturub dini verilişə baxmışdır. Gecə saat 1:30-2:00 radələrində Zərərçəkmiş şəxs yenidən taxta qapıdan evə girmiş, lakin onun nə zaman təkrar evdən çıxdığını bilməmişdir. Zərərçəkmiş şəxs sağ qolunu qulağına qoyaraq sanki gödəkcəsinin içərisində nəsə gizlədirmiş kimi yaşadığı evə qalxmışdır. Az sonra Dəyanətin əlində mətbəx bıçağı ilə evinin içində dövrə vurduğunu görmüşdür. Dəyanət dövrə vuraraq “gəl məni vurun, bacarırsızsa gəlin vurun” kimi sözlər demişdir. Heç kim Dəyanətə reaksiya verməmiş, o da sakitləşib yatmışdır. Bir az sonra Zərərçəkmiş şəxs “mamamı istəyirəm, ay mama mama” kimi ifadələr işlətmiş, lakin kiminsə Zərərçəkmiş şəxs yanına qalxmasını görməmişdir. Səhər 8:00 radələrində gəlinləri Şahid1 Şəkiyə yola salmaq üçün oyanmışdır. Günortadan sonra qardaşı Nəbi Zərərçəkmiş şəxs yuxudan qalxmadığını görüb sonuncunun 2 övladı ilə birlikdə onu yoxlamağa yuxarı qalxmışlar. Bir az sonra Təqsirləndirilən şəxs həyəcanlı səslə “tez ananızı çağırın” deməsini eşitmişdir. Uşaqlar ona Zərərçəkmiş şəxs vəziyyətinin pis olduğunu, yuxarı qalxaraq onu yoxlamağını bildirmişlər. O ürək etmədiyinə görə qardaşı Hikmətin arvadı Nazifəni köməyə çağırmışdır. İbtidai istintaq zamanı polis əməkdaşı Fuad Əhmədovun təzyiqi ilə sənədlərə imza etmişdir. Polis əməkdaşları onun da əlini qandallayıb polis bölməsində saxlamışlar. O, Dəyanətin uşaqlarına öz uşaqları kimi baxmışdır. Zərərçəkmiş şəxs hər gün spritli içkidən istifadə etmişdir. Zərərçəkmiş şəxs tüfeyli həyat tərzi keçirmiş və uşaqlarla maraqlanmamışdır. O və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs uşaqlarını himayələrində saxlamışlar. Onların həyətinin 2 giriş qapısı vardır, Zərərçəkmiş şəxs dostları onun evinə gələndə daş hasarın üzərindən tullanıb həyətə daxil olmuşlar. Polis əməkdaşları polis bölməsində ona işgəncə verərərək qoluna qandal vurub təhqir etmişlər. Polis əməkdaşları Nəbinin Dəyanəti öldürməsi barədə izahat verməyi üçün ona təzyiq göstərmişlər. Polis əməkdaşları Nəbiyə işgəncə verəndə onun qışqırıq səslərini eşitmişdir. Məhkəmə şahid qismində dindirilmiş Şahid2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, qardaşı Təqsirləndirilən şəxs müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək şahidin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid2 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, qardaşı Zaur Cəfərov Baş Ələt qəsəbəsində, Nizami Cəfərov və X11 qəsəbəsində hərbi şəhərcikdə, X18 qəsəbəsində başqa ünvanda yaşayırlar. Zərərçəkmiş şəxs onun doğma qardaşıdır, ünvan 3 ünvanında qardaşı Təqsirləndirilən şəxs ailəsi ilə eyni məhəllədə,lakin fərqli evlərdə yaşamışlar. Zərərçəkmiş şəxs övladları Cəsarət və Murad onunla birlikdə yaşayırlar. Zərərçəkmiş şəxs tam orta təhsilli, birinci Qarabağ müharibəsində iştirak etmiş, qazi olmuş, əvvəllər kapitan köməkçisi vəzifəsində işləmiş, iki dəfə evli olmuş, birinci evliliyindən iki oğlan övladı olmuş, birinci arvadı doğuş zamanı ölmüş, bundan sonra ikinci dəfə ailə qurmuşdur. Həmin nikahdan da Dəyanətin iki övladı olmuşdur. Zərərçəkmiş şəxs qeydinə Şahid1 qalmışdır. Dayanət Cəfərov hər hansı ağır xəstəlikdən əziyyət çəkmirdi, onda kəmağıllılıq və ya hər hansı başqa psixi xəstəlik olmamışdır. Zərərçəkmiş şəxs alkoqol asılılığından əziyyət çəkirdi, o, Dəyanətin narkotik maddələr qəbul etməsinin şahidi olmamışdır. Dayanət Cəfərov adətən Şahin, Mosu ləqəbli Elşad, Mütaliblə spirtli içkilər içirdi. xx.xx.2023-cü il tarixdə Şahid1 evdə olmuşdur. Səhər saatlarından Dayanət Cəfərov bir neçə dəfə evə girib-çıxmışdır. Şahid1 təxminən saat 18:00 radələrində evdə qutab bişirirdi. Qutabdan bir azını yağlayaraq Zərərçəkmiş şəxs vermiş, qutabı yedikdən sonra Zərərçəkmiş şəxs yatmışdır. Bir az keçəndən sonra Zərərçəkmiş şəxs dostu Şahin Quliyev məhəllərinin darvazasını döyərək Zərərçəkmiş şəxs çağırmağa başlamışdır. Şahid1 Şahini görməsə də onu səsindən tanımışdır. Şahin Quliyevdən heç vaxt xoşu gəlmədiyi üçün onun səsinə qışqıraraq cavab vermiş, ona “zəhrimar, Dəyanət!” demişdir. X17 Əhmədovanın səsini eşidərək dərhal sakitləşmişdir. Zərərçəkmiş şəxs Şahin Quliyevin səsini eşidərək çölə çıxmış birlikdə “Sahibin” dükkanına getmişlər. xx.xx.2023-cü il tarixdə, saat 21:30 radələrində o, evdə oturub dini verlişlərə baxmışdır. Bu zaman pəncərənin qabağından Zərərçəkmiş şəxs keçdiyini görmüşdür. Zərərçəkmiş şəxs əynində günorta evdən çıxan zaman geyindiyi paltarlar var olmuş, lakin papağın hansı formada olduğunu dəqiq xatırlamamışdır. Zərərçəkmiş şəxs sərxoş vəziyyətdə olmuşdur. O, bunun onun səndələməsindən və hərəkətlərindən başa düşmüşdür. Qaranlıq olduğu üçün Zərərçəkmiş şəxs üzünü görməmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs nəsə soruşduğunu eşitsə də dəqiq nə soruşduğunu başa düşməmişdir. Bir az sonra Təqsirləndirilən şəxs “yeri yıxıl yat. Daha çıxma çölə” kimi sözlər işlətmiş və evinə geri dönmüşdür. O namazının vaxtını gözləmiş və divanda oturub dini verlişə baxmağa davam etmişdir. Saat 01:30-02:00 radələrində Zərərçəkmiş şəxs yenidən taxta qapıdan evə girdiyini görmüşdür. Lakin, onun nə zaman təkrar evdən çıxdığını bilməmişdir. Zərərçəkmiş şəxs əynində qeyd etdiyi paltarlar olmuşdur. Dəyanət Sağ qolunu qulağına qoyaraq sanki, gödəkçəsinin içərisində nəysə gizlədirmiş kimi yaşadığı evə qalxmışdır. Qaranlıq olduğu üçün Dəyanətin üzərində hər hansı xəsarət görməmişdir. Az sonra o, Dəyanətin əlində mətbəx bıçağı evinin içində dövrə vurduğunu görmüşdür. Dəyanət dövrə vuraraq “gəl məni vurun, bacarırsızsa gəlin vurun” kimi sözlər demişdir. Heç kim Dəyanətə reaksiya verməmiş və o da sakitləşib yatmışdır. Bir az sonra Zərərçəkmiş şəxs “mamamı istəyirəm, ay mama mama” kimi ifadələr işlətmişdir, onun bu sözlərə görə kiminsə Zərərçəkmiş şəxs yanına qalxması barədə məlumatı olmamışdır. Səhər 8:00 radələrində o gəlini Şahid1 Şəkiyə yola salmaq üçün oyanmışdır. Dəyanətin evinin altındakı zirzəmidə toyuqlarına dən yığdığı zaman yuxarıdan taqqıltı səsini eşitmişdir. Zərərçəkmiş şəxs onu güdməklərini zənn edər deyə Sevincə “tez çıxaq buradan, indi əsəbləşəcək” deyib, oranı tərk etmişdir. Günortadan sonra Nəbi Dəyanətin yuxudan gec durduğunu görüb ondan Zərərçəkmiş şəxs niyə belə gec durması barədə soruşmuş, Zərərçəkmiş şəxs iki övladı götürərək onu yoxlamağa yuxarı qalxmışdır. Bir az sonra Təqsirləndirilən şəxs həyəcanlı səslə “tez ananızı çağırın” deməsini eşitmişdir. Uşaqlar ona Zərərçəkmiş şəxs vəziyyətinin pis olduğunu, yuxarı qalxaraq onu yoxlamasını demişlər. O, ürək etmədiyinə görə qardaşı Hikmətin arvadı Nazifəni köməyə çağırmışdır. Nazifə bir az sonra Zərərçəkmiş şəxs öldüyünü bildirmişdir (cild 1, iş vərəqə 50-54). Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi ifadəsini mötəbər hesab edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hadisə baş verən gün yatmışdılar. Dəyanətin evə gəldiyini və hansısa hadisənin baş verdiyini görməmişdir. Gecə saatlarında Zərərçəkmiş şəxs uca səsdən söyüş söydükdə Təqsirləndirilən şəxs sadəcə ona acıqlanmışdır. Təqsirləndirilən şəxs Dəyanəti döydüyünü görməmişdir. İbtidai istintaq zamanı yazılan ifadəyə təzyiq altında olduğundan imza etmişdir. Polis əməkdaşları hədələdiklərindən ibtidai istinaq zamanı yazılan həmin ifadəyə imza etmişdir. Əgər o Nəbinin hər hansısa şəxs tərəfindən fiziki və ya başqa təsirə məruz qaldığını görsəydi, ona kömək edərdi, lakin ibtidai istintaq zamanı qorxduğundan müstəntiq tərəfindən tərtib olunmuş sənədlərə imza etmişdir. Məhkəmə şahid qismində dindirilmiş Şahid1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, qeyri-rəsmi nikahda olduğu Təqsirləndirilən şəxs müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək şahidin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid1 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 1998-ci il tarixdə Təqsirləndirilən şəxs ilə nikaha daxil olmuşdur. Əri Təqsirləndirilən şəxsgil ailədə səkkiz qardaş, iki bacı olmuşdurlar. Qardaşlarından dörd nəfəri rəhmətə getmişdir. Təqsirləndirilən şəxs qardaşı Zaur Cəfərov Baş Ələt qəsəbəsində, Nizami Cəfərov və X11 qəsəbəsində hərbi şəhərcikdə, Şahid2 və o Ələt qəsəbəsində eyni məhəllədə, X18 qəsəbəsində başqa ünvanda yaşamışlar. Zərərçəkmiş şəxs onun qaynıdır, ünvan 3 ünvanında o və əri Təqsirləndirilən şəxsla, eyni zamanda Şahid2 ilə bir məhlədə qalmışlar. Zərərçəkmiş şəxs tam orta təhsilli, birinci Qarabağ müharibəsində iştirak etmiş, qazi olmuş, əvvəllər kapitan köməkçisi vəzifəsində işləmiş, iki dəfə evli olmuş, birinci evliliyindən iki oğlan övladı olmuş, birinci arvadı doğuş zamanı ölmüş, bundan sonra ikinci dəfə ailə qurmuşdur, həmin nikahdan da iki övladı olmuşdur. Zərərçəkmiş şəxs qeydinə o qalmışdır. Zərərçəkmiş şəxs hər hansı ağır xəstəlikdən əziyyət çəkməmiş, onda kəmağıllılıq və ya hər hansı başqa psixi xəstəlik olmamışdır, alkoqol asılılığından əziyyət çəkmiş, narkotik maddələr qəbul etməsinin şahidi olmamışdır. Dayanət Cəfərov adətən Şahin, Mosu ləqəbli Elşad, Mütaliblə spirtli içkilər içmişdir. xx.xx.2023-cü il tarixdə özü evdə olmuşdur. Səhər saatlarından Dayanət Cəfərov bir neçə dəfə evə girib-çıxmışdır. O, təxminən saat 18:00 radələrində evdə qutab bişirirdi. Qutabdan bir azını yağlayaraq Zərərçəkmiş şəxs vermiş, qutabı yedikdən sonra Zərərçəkmiş şəxs yatmışdır. Bir az keçəndən sonra Zərərçəkmiş şəxs dostu Şahin Quliyev məhəllərinin darvazasını döyərək Zərərçəkmiş şəxs çağırmağa başlamışdır. O, Şahini görməsə də onu səsindən tanımışdır. Şahin Quliyevdən heç vaxt xoşu gəlmədiyi üçün onun səsinə qışqıraraq cavab vermiş, ona “zəhrimar, Dəyanət!” demişdir. Şahin Quliyev onun səsini eşidərək dərhal sakitləşmişdir. Zərərçəkmiş şəxs Şahin Quliyevin səsini eşidərək çölə çıxmış birlikdə “Sahibin” dükkanına getmişlər. Zərərçəkmiş şəxs evdən çıxan zaman əynində 1 ədəd ağ-göy rəngli, öndən zəncir bəndli gödəkçə, cins şalvar, başında isə “kepka” tipli, önündə gəmi lövbəri loqosu olan papaq olmuşdur. Həmin günü, saat 21:30 radələrində Şahid2 ona Zərərçəkmiş şəxs evə gəldiyini bildirmişdir. Bu zaman əhmiyyət vermədiyindən Zərərçəkmiş şəxs baxmamış, Zərərçəkmiş şəxs üzərində hansı geyimin olmasını və xəsarətlərinin olub-olmamasını görməmişdir. Bir neçə saat sonra təxminən 01:30 radələrində o, Zərərçəkmiş şəxs əlində mətbəx bıçağı evinin içində dövrə vurduğunu görmüşdür. Dəyanət dövrə vuraraq “gəl məni vurun, bacarırsızsa gəlin vurun” kimi sözlər deyirmiş. Nəbi Zərərçəkmiş şəxs səsinə çölə çıxaraq ondan kimə qışqırdığını, bıçağı kimə “soxacağını”, kimi hədələdiyini soruşmuşdur. Dəyanət isə “sənə dəxlisi yoxdu, öz işimdi” kimi sözlərlə cavab vermişdir. Nəbi bu sözlərdən sonra evə qayıdaraq yerinə uzanıb yatmışdır. Səhər 08:00 radələrində Şəkiyə yola çıxmaq üçün o, oyanmışdır. Dəyanətin evinin altındakı zirzəmidə toyuqlarına dən yığdığı zaman yuxarıdan taqqıltı səsini eşitmişdir. Zərərçəkmiş şəxs onu güddüklərini zənn edər deyə Könül ona “tez çıxaq buradan, indi əsəbləşəcək” demişdir. Saat 11:00 radələrində “SOCAR”-ın yanındakı taksilərə minib Şəkiyə getmiş, 15:40 radələrində Şəkiyə çatmışdır. Saat 18:00 və 19:00 radələrində Şahid2 ona zəng edərək Zərərçəkmiş şəxs öldüyünü bildirmişdir. O, gecə 00:00 avtobusu ilə Bakıya geri qayıtmış, Saat 04:30da Ələt qəsəbəsinə çatmış, qohumu Zülfüqar onu şəxsi maşını ilə götürərək yaşadığı evə aparmış, evə girəndə artıq Zərərçəkmiş şəxs meyitini görmüşdür (cild 1,iş vərəqə 46-49). Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi ifadəsini mötəbər hesab edir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid3 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında 1998-ci il tarixindən yaşamışdır. Nəbi və Zərərçəkmiş şəxsları qonşusu kimi tanımış, aralarında qonşuluq münasibətləri olmuşdur. Onlar ondan əvvəl orada yaşamışlar, həmin ünvanda, yəni ünvan 5 O hazırda başqa ünvanda yaşasa da ünvan 6 küçəsi ev 13 ünvanında özünə ev almış və həmin evin təmiri İlə bağlı tez-tez orada olmuşdur. Zərərçəkmiş şəxs təbiətcə gülərüz, mədəni, sakit insan kimi tanımış, hətta onun hər iki toyunda da iştirak etmişdir. Zərərçəkmiş şəxs gəmi kapitanın köməkçisi işləmiş, işində yaxşı olduğu üçün hətta onu kapitan vəzifəsinə təyin etmək istəmişlər, lakin birinci həyat yoldaşı rəhmətə gedəndən sonra Zərərçəkmiş şəxs içki aludəçisinə çevrilmiş, ancaq Zərərçəkmiş şəxs heç kimlə işi olmamış, heç kimlə mübahisə etməmişdir. Özü üçün dostları ilə bərabər içib evinə gələrdi. Onun Təqsirləndirilən şəxs barəsində isə o qədər də məlumatı olmamışdır. Ümumiyyətlə Cəfərov ailəsinin qapalı ailə olduğunu, qonşularla münasibətlərinin olmadığını bildirmişdir. Hadisə olan günü, yəni 24 mart 2023-cü il tarixdə təmir etdiyi evinə bir neçə dəfə tikinti materiallarını ustalara vermək üçün getmişdir. O, tikinti materialları oğurlanmasın deyə də evinə 4 ədəd müşahidə kamerası quraşdırmışdır, ikisi küçəni, ikisi isə evin həyətini çəkir. Həmin günü Zərərçəkmiş şəxs günorta saatlarında küçədəki qaz borusunun üzərində oturduğunu görmüşdür. Onun əynində boz rəngli önündə gəmi lövbəri olan kepka, göyümtül rəngli idman gödəkçəsi, cins şalvar olmuşdur. Zərərçəkmiş şəxs onu görmüş, salam vermiş və ona “ necəsən? Nə var nə yox? Üstündə 30-40 qəpik pulun olmaz?” demişdir. O üzərində olan 1 manatı Zərərçəkmiş şəxs vermiş, Zərərçəkmiş şəxs hər gün içki almaq üçün ondan pul istədiyinə görə nə məqsədlə bu pulu istəməsini soruşmamışdır. Pulu verdikdən sona evinə girmiş, Zərərçəkmiş şəxs isə qaz borusunun üzərində oturmağa davam etmişdir. Günorta saatlarında Şahin Quliyevi orada görməmişdir, o, Şahin Quliyevin ümumiyyətlə həmin məhəllədə görmədiyini bildirmişdir. Axşam saatlarında Zərərçəkmiş şəxs sərxoş halda köhnə hərbi şəhərcik deyilən yerdən gəldiyini görmüşdür. Zərərçəkmiş şəxs deyəsən evinə gedirdi, əynində günorta olan paltarlar olmuş, Zərərçəkmiş şəxs üzərində və ya paltarlarında heç bir xəsarət izi və ya qanabənzər ləkə olmamışdır. Zərərçəkmiş şəxs onu görüb sonuncudan siqaret istəmiş, sonuncu da Zərərçəkmiş şəxs siqaret çəkmədiyini xatırlatmış, Zərərçəkmiş şəxs evi istiqamətində yola davam etmişdir. O, Ələt qəsəbəsi, İdris Mehdiyev küçəsindəki evində şərait yaxşı olmadığından gecələr Ələt qəsəbəsi, Kötəl kəndində yerləşən digər evinə gedirdi. 25 mart 2023-cü il tarixində, saat 18:00 radələrində o, qonşuların səs-küyə yığışdığını görmüş, izdihama yaxınlaşdıqda Zərərçəkmiş şəxs böyük qardaşı Hikmət Cəfərovu görmüş, ondan nə baş verdiyini soruşduqda ona Dəyanətin döyülərək öldüyünü, dostlarından şübhə etdiyini bildirmişdir (cild 1, iş vərəqə 234-237). Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid4 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 2001-ci il tarixdən Daxili İşlər Nazirliyinin müxtəlif yerlərində xidmət edir, hal hazırda Qaradağ rayon Polis İdarəsinin 11-ci Polis Bölməsində baş əməliyyat müvəkkili işləyir. xx.xx.2023-cü il tarixdə, saat 19 radələrində Qaradağ RPİ 11-ci PB-nə xx.xx.1974-cü il təvəllüdlü, Bakı şəhərində doğulmuş, ünvan 3 ünvanında qeydiyyatda olan və yaşayan Zərərçəkmiş şəxs döyülərək öldürülməsi barədə məlumat daxil olmuş, həmin məlumatın mərhumun qardaşı Təqsirləndirilən şəxs verdiyi bildirilmişdir. Qaradağ RPİ 11-ci PB-də Qaradağ Rayon Prokurorluğuna hadisə barədə məlumat vermişdir. Qaradağ Rayon Prokurorluğunun inzibati binası ilə hadisə yeri arasında məsafə çox olduğundan iş üzrə şahidlər Qaradağ RPİ 11-ci PB-nin inzibati binasında dindirilmişdir. Şahidləri 11-ci Polis Bölməsinin digər baş əməliyyat müvəkkili Ruhin Qurbanov ilə birlikdə ünvan 6 küçəsində yaşayan iş üzrə şahidləri, o cümlədən Təqsirləndirilən şəxs qoluna qandal bağlamadan, zor tətbiq etmədən, polis bölməsinə ifadə verilməsi üçün dəvət etmişlər və onları xidməti avtomobil ilə bölməyə aparmışlar. Dindirmə istintaq hərəkəti Qaradağ rayon prokurorluğunun əməkdaşları tərəfindən həyata keçirilmiş, istintaq hərəkəti gedən zaman heç bir kənar şəxsin, hətta işlədiyi bölmənin əməkdaşları belə istintaq hərəkəti aparılan otağa daxil olmasına icazə verilməmişdir. Polis Bölməsində olan heç bir şəxsə, o cümlədən Təqsirləndirilən şəxs zor tətbiqi, onların qandallanması, işgəncə verilməsi kimi hallar olmamışdır. Şahidlər ifadələrini verdikcə polis əməkdaşları tərəfindən evlərinə aparılmış, lazım olduqda isə polis əməkdaşları tərəfindən 11-ci PB-nə gətirilmişlər. 11-ci Polis Bölməsinin əməkdaşları ilə paralel vaxtda Qaradağ rayon Prokurorluğunun, Bakı Şəhər Prokurorluğunun, Bakı Baş Polis İdarəsinin əməkdaşları, həmçinin Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulanda və ifadəsi alınanda müdafiəçisi - 10 saylı Vəkil Bürosunun vəkili Hikmət Əmiraslanov da orada olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsində qeyd etdiyi kimi işgəncə görməsi və arxa keçəcəyinə dəmir əşya soxulması halı mümkün deyil. Təqsirləndirilən şəxs müdafiəçisi 10 saylı Vəkil Bürosunun vəkili Hikmət Əmiraslanovun da iştirakı ilə törətdiyi cinayət əməlini etiraf etmişdir (cild 2, iş vərəqə 148-151). Cinayət işinin materiallarında olan “hadisə yerinə baxış keçirilməsi haqqında” 25 mart 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 7 ünvanıdır. Ünvan məhəllədir, məhəllədə 3 tikili ev vardır. Onlardan ikisi bir mərtəbəli, sonuncusu isə birinci mərtəbəsi kürsü formasında olan və zirzəmi kimi istifadə edilən iki mərtəbəli evdir, ikinci mərtəbəyə daşdan tikilmiş pilləkənlər qalxır. Evə giriş plastik materialdan hazırmış qapıdandır. Evə daxil olduqda məlum olmuş ki, giriş qapısı evin qonaq otağına açılır. Otağın sağ divarının qarşısında yataq vardır, yataqda ağ rəngli örtüklə üzəri bağlanmış meyit vardır. Meyitin xx.xx.1974-cü il təvəllüdlü Zərərçəkmiş şəxs olduğu dəqiqləşdirilmişdir. Yatağın söykəndiyi, meyitin yaxınlığındakı divarda damcı və axıntı formasında çoxsaylı qanabənzər ləkələr vardır. Ləkələr meyitin baş hissəsinə yaxındır.Ev üç otaqdan və bir mətbəx otağından ibarətdir. Meyitin aşkar edildiyi otaqdan başqa digər iki otağa baxış zamanı həmin otaqlarda hər hansı əhəmiyyətli əşya və ya iz müəyyən edilməmişdir.Mətbəx otağına baxış zamanı məlum olmuş ki, mətbəxin giriş qapısının olduğu divarda, girişdən sağda yataq vardır, yatağın üzərində yalnız döşmə örtüyü vardır, yatağın qapıya yaxm olan tərəfdə baş hissəsində yataqdan yuxanda divarda damcı formasında qanabənzər ləkələr vardır. Həmin ləkələrdən 2 ədəd nümunə pambığa hopdurulmaqla qablaşdırılaraq götürülmüşdür. Baxış zamanı mətbəxdə masanın üzərində çoxsaylı məişət əşyaları və sapı gümüşü və qara rəngli, tiyəsi gümüş rəngli olan bir ədəd bıçaq aşkar edilmişdir. Bıçağın üzərində hər hansı iz və ya ləkə olmamışdır. Meyitə baxış zamanı Zərərçəkmiş şəxs meyitinin üz, baş və bədən hissələrində çoxsaylı xəsarətlər və qanabənzər ləkələr, zorakılıq əlamətləri olduğu müəyyən edildi. Meyitin əynində bir ədəd qəhvəyi rəngli uzun qol köynək, bir ədəd belində qara kəmər olan cins şalvar olmuşdur. Meyit məhkəmə-tibbi müayinə olunması üçün “Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyi” X12 Qaradağ rayon Şöbəsinə göndərilmişdir. Bundan sonra baxış davam etdirilmiş, Təqsirləndirilən şəxs sözləri əsasında dəqiqləşdirilmişdir ki, X1 əynində olmuş geyimlər onlar tərəfindən dəyişdirilmiş və qanlı geyimlər evin zirzəmisinə yığılmışdır. Odur ki, evin zirzəmisinə baxış zamanı üzərində qanabənzər ləkələr olan 1 ədəd idman gödəkçəsi, 1 ədəd idman şalvarı, 1 ədəd qısa qol köynək qablaşdırılaraq götürülmüşdür. Daha sonra evin pilləkənlərinə və evin ətrafına və məhəlləyə baxış keçirilmiş, baxış zamanı ətrafda hər hansı iz, əşya, ləkə aşkar edilməmişdir.Baxış zamanı hadisə yerində və ətrafda öz xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına və ya üzərində hadisənin izlərinin saxlanıldığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən başqa hər hansı bir əşya aşkar edilməmişdir (cild 1, iş vərəqə 4-11). Cinayət işinin materiallarında olan “ifadənin yerində yoxlanılması haqqında” 28 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində göstərdiyi xüsusatları hadisə yerində də əyani şəkildə göstərərək bir daha təsdiq etmişdir (cild 1, iş vərəqə 106-108). Cinayət işinin materiallarında olan “baxış keçirilməsi haqqında” 11 may 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus 24 mart və 25 mart 2023-cü il tarixlərdə əynində olmuş tünd-göy rəngli qarışıq materiallı, yuxarı hissələri mavi rəngli, astarı tünd-göy rəngli torlu materiallı çiyin nahiyələrinə 2 ədəd ağ rəngli zolaq, sol döş nahiyəsinə ağ rəngli saplarla “adidas”, tünd-göy rəngli saplarla emblemi tikilmiş, öndən zəncirbəndlə bağlanılan idman gödəkçəsində hər hansı zədə yoxdur, ancaq üzərində qanabənzər ləkələr vardır. Qara rəngli qarışıq materiallı idman şalvarının üzərində hər hansı zədə aşkar edilməmişdir. Açıq-qəhvəyi rəngli qarışıq materiallı, Ön-yuxarı nahiyəsi tünd-göy rəngli, yaxalıqlı, boyun nahiyəsində 3 ədəd düyməylə bağlanılan, boyun nahiyəsinə daxildən üzərində “WELLBRED” yazısı olan etiket tikilmiş köynəyin üzərində qanabənzər ləkələr aşkar edilmişdir. Ağ-qara rəngli naxışlı qarışıq materiallı, beli rezinli, belinin ön hissəsinə üzərində “BOXER SHORT” yazısı olan etiket tikilmiş tumanın üzərində hər-hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmamışdır. Tünd-göy rəngli cins materiallı, öndən zəncirbənd və düyməylə bağlanılan, 2 ədəd yan və 2 ədəd arxa cibləri olan, bel nahiyəsinə daxildən üzərində “SKİNNY” yazısı olan etiket tikilmiş, şalvarın üzərində hər-hansı əhəmiyyət kəsb edən zədə aşkar olunmamışdır. Yaşıl rəngli qarışıq materiallı, yaxalıqlı, öndən 2 ədəd düyməylə bağlanılan, boyun nahiyəsinə daxildən üzərində “START WAY” yazısı olan etiket tikilmiş, sol döş nahiyəsinə üzərində “EXCLUSİVE” yazısı olan emblem tikilmiş, köynəyin üzərində hər-hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmamışdır (cild 1, iş vərəqə 196-206). Cinayət işinin materiallarında olan “baxış keçirilməsi haqqında” 21 iyun 2023-cü il tarixli protokoldan görünür ki, diskə daxil olduqdan sonra 3 ədəd video faylın olması video fayllara baxış keçirilən zaman görüntülərin səssiz olması görünür. Fayl l_01_R_**********0ə daxil olduqda 1 saatlıq videogörüntü açılır. Videogörüntülər 24 mart 2023-cü il tarixdə saat 20:00-dan 21:00-a qədər olan təsviri özündə əks etdirir. Videogörüntünün 24 dəqiqə 20-ci saniyəsində əynində 1 ədəd ağ-göy rəngli idman gödəkçəsi, 1 ədəd boz rəngli kepka, 1 ədəd göy rəngli cins şalvar olan kişi cinsində şəxsin əlləri cibində Bakı şəhəri, ünvan 6 küçəsi istiqamətində hərəkət etdiyi görünmüşdür. Digər video fayllarda da eyni vaxtda eyni görüntülər müşahidə edilmişdir. Görüntülərdə olan şəxsin geyimi iş üzrə hadisə yerinə baxış keçirilməsi haqqında protokolda və şahid ifadələrində mərhum Zərərçəkmiş şəxs təsvir edilə geyimi ilə eynilik təşkil etməsi müşahidə edilmişdir. Baxış zamanı iştirak edən Təqsirləndirilən şəxs Dəyanət oğlu bildirmiş ki, video görüntüdə müşahidə edilən 1 ədəd ağ-göy rəngli idman gödəkçəsi, 1 ədəd boz rəngli kepka, 1 ədəd göy rəngli cins şalvar olan Bakı şəhəri, ünvan 6 küçəsi istiqamətində hərəkət edən əlləri cibində olan kişi cinsində şəxs onun qardaşı mərhum Zərərçəkmiş şəxsdur və onun üzərində heç bir xəsarət olmamışdır. Bununla da baxış başa çatmış, video görüntüdə iş üçün əhəmiyyət kəsb edən əlavə məlumat aşkar olunmamışdır (cild 2, iş vərəqə 59). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 X12 26 mart 2023-cü il tarixli 26 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitində aşkar edilmiş xəsarətlər bunlardır: baş beynin ödəmi, baş beyin toxumasına və qişaları arasına qansızma ilə müşayiət olunan başın alın, hər iki təpə, sol gicgah nahiyələrinin qançırları. Başın alın, sol gicgah nahiyələrinin sıyrıqları, başın ənsə nahiyəsinin qançır və sıyrığı, sağ və sol gözətrafı, sol almacıq və sol yanaq nahiyələrinin qançır - şişkinliyi, sol gözün ağlı qişasının qansızması, sol qaş və qaşarası nahiyələrinin əzilmiş yaraları, burun nahiyəsinin qançır və sıyrıqları, üst və alt dodaq nahiyələrinin qançırları və qansızmaları. Döş qəfəsi, sol kürək, sol çiyinüstü, sol bazu, sol dirsək oynağı, sol said, sağ mil-bilək oynağı nahiyələrinin və sağ əlin ovuc səthinin qançırları, sol said və sol diz oynağı nahiyələrinin sıyrıqları bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, həyatidirlər, ölümündən 1-2 gün əvvəl törənə bilərdi. Yuxarıda qeyd olunan xəsarətlərdən dərəcələrinə görə baş beynin Ödəmi baş beyin toxumasına və qişaları arasına qansızma ilə müşayiət olunan başın alın, hər iki təpə, sol gicgah nahiyələrinin qançırları həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər, sağ və sol gözətrafı, sol almacıq və sol yanaq nahiyələrinin qançır-şişkinliyi, sol gözün ağlı qişasının qansızması, sol qaş və qaşarası nahiyələrinin əzilmiş yaraları, üst və alt dodaq nahiyələrinin qançırları və qansızmaları sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər, başın alın, sol gicgah nahiyələrinin sıyrıqları, döş qəfəsi, sol kürək, sol çiyinüstü, sol bazu dirsək, sol dirsək oynağı, sol said, sağ mil-bilək oynağı nahiyələrinin və sağ əlin ovuc səthinin qançırları, sol said və sol diz oynağı nahiyələrinin sıyrıqları isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs ölümünə səbəb başın alın, hər iki təpə və sol gicgah nahiyələrinə almış olduğu küt travmalardan sonra yaranan baş beyin toxumasına və qişaları arasına qansızma nəticəsində artan baş beyin ödəmi olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən güman etmək olar ki, Zərərçəkmiş şəxs ölümü onun meyitinin meyitxanada müayinə olunduğu vaxtdan ( meyit xx.xx.2023-cü il tarixdə, saat 10:00-da müayinə olunmuşdur) 14-16 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərin xüsusiyyətlərini (xəsarətlərin sağalma təzahürü) nəzərə alıb demək olar ki, Zərərçəkmiş şəxs yuxarıda göstərilən xəsarətləri aldıqdan sonra məqsədyönlü hərəkət edə bilməsi və müqavimət göstərməsi inkar olunmur və həmin xəsarətlər yetirildikdən sonra ölüm müəyyən zaman çərçivəsindən sonra baş vermişdir. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər müxtəlif nahiyələrdə, ölçülərdə və istiqamətlərdə olduqlarından xəsarət yetirən şəxsin hadisə zamanı zərərçəkmişlə hansı qarşılıqlı yerləşmələri haqqında dəqiq fikir söyləmək mümkün olmamışdır. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alıb demək olar ki, həmin xəsarətlər əl, yumruq, ayaq və s.təsirindən törənmələri inkar olunmur. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqat nəticəsində - 1% qatılıqda etil spirti aşkar edilmişdir. Bu da canlı şəxslərdə Yüngül dərəcəli alkoqol sərxoşluğu kimi qiymətləndirilir. Narkotik maddələr isə aşkar edilməmişdir (cild 2, iş vərəqə 41-44). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 X12 30 mart 2023-cü il tarixli 204 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində sağ əlin İİ, İİİ və sol əlin İV barmaqlarının sıyrıqları bərk küt əşya təsirindən, müayinədən 3-5 gün əvvəl əmələ gələ bilərdilər və dərəcələrinə görə həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Həmin xəsarətlərin xarakterini və lokalizasıyını nəzərə alıb demək olar ki, həmin xəsarətlər yaranan zaman Təqsirləndirilən şəxs müxtəlif vəziyyətdə ola bilərdi, odur ki, xəsarətlərin əl barmaqlarında olduqlarından eləcə də, sıyrıqların konkret istiqaməti olmadığından həmin suala dəqiq fikir söyləmək mümkün olmamışdır (cild 2, iş vərəqə 54-55). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X7 Hüquqi Şəxsinin 20 may 2023-cü il tarixli 1386 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, Öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmuşdur. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs qıcığa qarşı həssaslıq, inadkarlıq, emosional reaksiyalara meyillilik, laqeydlik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar edilmir (cild 2, iş vərəqə 3-5). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 X12 26 may 2023-cü il tarixli 324/2023- MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu: Balfa/H//İİİ/-dür. Ekspertizaya təqdim edilən mərhum Zərərçəkmiş şəxs məxsus köynək, belində kəmər olan cins şalvar, qısaqol köynək, idman gödəkcəsi, Təqsirləndirilən şəxs məxsus idman şalvarı üzərindəki ləkələrdə və hadisə yerindən 6 ədəd flakonda yuxarı tənəffüs yollarından yaxma götürmək üçün nəzərdə tutulmuş plastik çubuqların sərbəst uclarına sarınmış pambıq üzərinə hopdurulub götürülmüş maddə ləkələrində insan qanı aşkar olunmuşdur. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda B və H antigenləri, bəzi ləkələrdə həmçinin alfa aqqlyutinini də alınmışdır. Beləliklə, bu qan ləkələri B- alfa/H//lll/ qruplu bir şəxsə, o cümlədən ABO sistemi üzrə mərhum Zərərçəkmiş şəxs da mənsub ola bilər. Təqdim edilən mərhum Zərərçəkmiş şəxs məxsus idman şalvarı, trusik, Təqsirləndirilən şəxs məxsus alt köynəyi üzərində qana şübhəli hər hansı bir ləkə qan aşkar olunmamışdır (cild 2, iş vərəqə 29-33). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Məhkəmə-Tibbi Ekspertiza və X5 X12 26 may 2023-cü il tarixli 233/2023-MKTŞ nömrəli rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus 1 ədəd idman gödəkçəsində, 1 ədəd idman şalvarında, 1 ədəd köynəkdə, 1 ədəd tumanda, 1 ədəd şalvarda, 1 ədəd qısa qol köynəkdə hər hansı zədə aşkar olunmamışdır. Həmçinin ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus 1 ədəd köynək və 1 ədəd idman şalvarında da heç bir zədə aşkar olunmamışdır (cild 2, iş vərəqə 35-38) Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 may 2023-cü il tarixli 6/2806 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən şalvarın səthi üzərindən aşkar edilmiş tünd göy rəngli pambıq lifləri cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlirlər (cild 2, iş vərəqə 9-13). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 X12 25 iyun 2023-cü il tarixli 292 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthi üzərində, o cümlədən, arxa keçəcəyində heç bir xəsarət və ya xəsarət izi aşkar edilməmişdir (cild 2, iş vərəqə 115- 117). Cinayət işinin materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” 31 iyul 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus 1 ədəd idman gödəkçəsi, 1 ədəd idman şalvarı,1 ədəd köynək,1 ədəd tuman,1 ədəd şalvar,1 ədəd qısaqol köynək, mətbəxdən və qonaq otağından götürülmüş Zərərçəkmiş şəxs məxsus qan nümunələri , Təqsirləndirilən şəxs tərəfindən könüllü təqdim edilmiş 1 ədəd uzunqol köynək, 1 ədəd idman şalvarı, mərhum Zərərçəkmiş şəxs yaşamış olduğu ünvan 4 ünvanında yerləşən evinə getməsini əks etdirən 1 ədəd disk maddi sübut kimi tanınaraq Bakı şəhəri Qaradağ rayon Prokurorluğunun maddi sübutların saxlanılması kamerasına təhvil verilmişdir (cild 2, iş vərəqə 158-187). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Qaradağ rayon məhkəməsinin 10 mart 2002-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhdudlaşdırılması cəzasına məhkum edilmiş və 13 may 2005-ci il tarixdə cəzasını çəkib qurtarmışdır (cild 2, iş vərəqə 17). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinin tələbinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 1 il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs cəzasını çəkib qutardıqdan 1 il keçdikdən sonra hazırkı cinayəti törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinin tələbinə əsasən onun məhkumluğu ödənilmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X6 Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur (cild 3). Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi X6 ilə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi X6 ilə barışıq əldə etdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən ona təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə tövsif etməklə yanaşı, onun həmin maddənin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını məqsədəuyğun hesab edir. Cinayət işinin materiallarında olan “cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26 mart 2023-cü il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 36). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 26 mart 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 154 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Qaradağ rayon Prokurorluğunun maddi sübutların saxlanılması kamerasında saxlanılan Zərərçəkmiş şəxs məxsus 1 ədəd idman gödəkcəsi, 1 ədəd idman şalvarı, 1 ədəd köynək, 1 ədəd tuman, 1 ədəd şalvar, 1 ədəd qısaqol köynək, mətbəxdən və qonaq otağından götürülmüş Zərərçəkmiş şəxs məxsus qan nümunələri, Təqsirləndirilən şəxs tərəfindən könüllü təqdim edilmiş 1 ədəd uzunqol köynək və 1 ədəd idman şalvarı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, -Zərərçəkmiş şəxs yaşamış olduğu ünvan 4 ünvanında yerləşən evinə getməsini əks etdirən 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 26 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 154 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut: -Bakı şəhəri Qaradağ rayon Prokurorluğunun maddi sübutların saxlanılması kamerasında saxlanılan Zərərçəkmiş şəxs məxsus 1 ədəd idman gödəkcəsi, 1 ədəd idman şalvarı, 1 ədəd köynək, 1 ədəd tuman, 1 ədəd şalvar, 1 ədəd qısaqol köynək, mətbəxdən və qonaq otağından götürülmüş Zərərçəkmiş şəxs məxsus qan nümunələri, Təqsirləndirilən şəxs tərəfindən könüllü təqdim edilmiş 1 ədəd uzunqol köynək və 1 ədəd idman şalvarı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, -Zərərçəkmiş şəxs yaşamış olduğu ünvan 4 ünvanında yerləşən evinə getməsini əks etdirən 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-2063/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2063/2023
05.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver