Məhkəmə qərarları › İş №1(101)-2064/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2064/2023

16.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2064/2023 16.10.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi - Bakı şəhəri, «Universal» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxx 1969-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, taksi sürücüsü işləyən, Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 30 avqust 2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 120.2.3, 228.4, 29,120.2.7, 66.3-cü maddələrinə əsasən təqsirli bilinib 15 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 15 may 2022-ci il tarixdə cəzanın sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi, 1 saylı inzibati binada qeydiyyatda olan, 04 may 2023-cü İl tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin 05 may 2023-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 29 aprel 2023-cü il tarixdə saat 15 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə məlum olmayan mənbədən naməlum şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda - 2,631 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, 04 may 2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsi 7-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 16:00-da ünvan 1 ünvanında X4 Məntəqəsinin yaxınlığında saxlanılaraq ünvan 2 ünvanında yerləşən Binəqədi RPİ, 7-ci Polis bölməsinə gətirilmiş, orada saat 17:10-da üzərinə şəxsi axtarış aparılan zaman əynindəki tünd boz rəngli şalvarın sol yan cibindən bir ədəd şəffaf rəngli selofana bükülmüş halda təmiz çəkisi 2,631 qram təşkil edən ağ rəngli kristalşəkilli kütlə - kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, təxminən 15 ildir narkotik vasitələrdən istifadə edir. Daimi yaşayış yeri yoxdur, əvvəllər müxtəlif maddələrlə məhkum olunmuşdur. Azadlıqda olduğu vaxt taksi fəaliyyəti ilə məşğul olmuşdur. Hər gün yarım qram həcmdə metamfetamini yandırıb çəkməklə istifadə etmişdir. 29 aprel 2023-cü il tarixdə saat 15 radələrində öz istifadəsi üçün “Papanin" adlanan ərazidə tanımadığı şəxsdən 40 manat ödəməklə bir büküm metamfetamin almış və üzərində saxlamışdır. 04 may 2023-cü il tarixdə günorta saatlarında «X4 məntəqəsi” kimi tanınan ərazidə olduğu zaman polis əməkdaşları tərəfindən saxlanılmış və Polis bölməsinə dəvət olunmuşdur. Orada onun üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Bu zaman o, əynində olan şalvarın cibindən bir bükümdə metamfetamini çıxarıb təqdim etmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilsə də, başqa qanunsuz əşyalar aşkar edilməmişdir. Onun üzərindən tapılmış metamfetamin zərfə qoyulub qablaşdırılmış, sonra protokol yazılmış, o da, həmin protokolu imzalamışdır. Polis işçiləri tərəfindən saxlanılarkən, eləcə də polis bölməsində ona qarşı fiziki və psixi zor tətbiq edilməmişdir. Təqsirini etiraf edir və əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Binəqədi RPİ, 7-ci Polis bölməsinin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 04 may 2023-cü il tarixdə daimi yaşayış yeri olmayan Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddə saxlamasında şübhəli olması ilə bağlı icraatına daxil olmuş məlumat əsasında əməliyyat qrupu təşkil edilmiş və iş yoldaşı Şahid2la ilə birlikdə onlar Binəqədi rayonu, Cəfər Xəndan küçəsində yerləşən «X4 Məntəqə»sinin yaxınlığına getmişlər. Həmin ərazidə piyada gedən Təqsirləndirilən şəxs saat 16 dalərində saxlamış, özlərini təqdim etdikdən sonra onu psixotrop maddə saxlamasında şübhəli olduğunu bildirərək, 7-ci Polis bölməsinə dəvət etmişlər. Bölmədə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, daha sonra isə həmin şəxsin üzərində videoçəkilişlə şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs üzərində qanunsuz əşyalar varsa, təqdim etməsi təklif olunduqda, sonuncu əynindəki şalvarın sol yan cibindən bir ədəd şəffaf rəngli selofan bükülünü, sağ cibindən isə bir ədəd "xxxx" MMC-yə məxsus sim kartı təqdim etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin büküm açılaraq içərisinə baxış keçirilən zaman psixotrop maddəyə bənzər kütlə olduğu müəyyən edilmişdir. İlkin sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlənin «patı», yəni psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni 29 aprel 2023-cü il tarixdə saat 15 radələrində “Papanin” adlı yerdə tanımadığı şəxsdən 40 manata aldığını və üzərində istifadə etmək məqsədi ilə saxlayaraq gəzdirdiyini bildirmişdir. Daha sonra aşkar olunmuş psixotrop maddə zərfə qoyulub qablaşdırılmış və zərfin üzəri möhürlənmiş, sonra isə iştirakçılar tərəfindən imzalanmışdır. Görülmüş bütün hərəkətlər sənədləşdirilərək protokol tərtib olunmuşdur. Hamı kimi o da, həmin protokolu imzalamışdır. Təqsirləndirilən şəxs qarşı heç bir zor, təsir və təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Binəqədi rayon Polis idarəsi 7-ci Polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid2 04 may 2023-cü il tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs müəyyən edilərək saxlanılması və üzərinə şəxsi axtarış keçirilən zaman narkotik vasitənin aşkar edilib götürülməsi prosesində əməliyyat qrupunun üzvü kimi iştirak etdiyini bildirərək, həmkarı Şahid1 məhkəmədəki ifadəsi ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 04 may 2023-cü il tarixli protokola əsasən, həmin tarixdə saat 16:00-da Təqsirləndirilən şəxs ünvan 1 ünvanında X4 Məntəqəsinin yaxınlığında saxlanılaraq ünvan 2 ünvanında yerləşən Binəqədi RPİ, 7-ci Polis bölməsinə gətirilmiş, orada saat 17:10-da üzərinə şəxsi axtarış aparılan zaman əynindəki tünd boz rəngli şalvarın sol yan cibindən içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan bir ədəd şəffaf rəngli selofan büküm aşkar edilərək götürülmüşdür. Cinayət işinə əlavə olunmuş DVD diskə baxış keçirilməsi haqqında 06 may 2023-cü il tarixli protokoldan görünür ki, həmin diskdə 04 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri, Binəqədi RPİ, 7-ci Polis bölməsinin inzibati binasında şəxsi axtarış və götürmə aparılmasına dair videogörüntülər qeydə alınmışdır. Həmin görüntülərlə müəyyən olunur ki, saat 17:10-da bölmədə inzibati otaqda Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki tünd boz rəngli şalvarın sol yan cibindən bir ədəd şəffaf rəngli selofan bükümü, sağ cibindən isə bir ədəd "xxxx" MMC-yə məxsus sim kartı masanın üzərinə qoyaraq təqdim edir, bundan sonra Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarış nəticəsində ciblərindən qanunla qadağan olunmuş hər hansı əşya aşkar olunmur. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdə “patı”, yəni psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni Balaxanı yolunda tanımadığı şəxsdən 40 manata aldığını və üzərində saxlayaraq gəzdirdiyini bildirir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş maddə zərfə qoyularaq qablaşdırılır, möhürlənir və zərfin üstü, həmçinin şəxsi axtarış keçirilməsi barədə protokol Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən imzalanır. Məhkəmə-kimyəvi ekspertizasının 05 may 2023-cü il tarixli 6/2609 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 243» möhür əksi, «....Təqsirləndirilən şəxs...» və s. sözlər, imzalar olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 2,631 qram olan ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasınının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. İbtidai istintaq orqanının 23 avqust 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 2,631 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalan 2,581 qram psixotrop maddə metamfetamin məhkəmənin yekun qərarınadək saxlanılması üçün Bakı şəhəri, Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmiş, şəxsi axtarış videogörüntülərinin qeydə alındığı 1 ədəd DVD disk iş materiallarına əlavə edilmişdir. Məhkəmə-narkoloji ekspertizasının 08 iyul 2023- cü il tarixli 4254 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” Publik Hüquqi şəxsindən daxil olmuş 07 avqust 2023-cü il tarixli 10581 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs adı çəkilən xəstəxanada əvvəllər müalicədə olmamışdır. Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış 13 iyul 2023-cü il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər 6 dəfə cinayət məsuliyyətinə cəlb edilməklə məhkum olunmuş, sonuncu dəfə Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 30 avqust 2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 120.2.3, 228.4, 29, 120.2.7, 66.3-cü maddələrinə əsasən təqsirli bilinib, 15 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 15 may 2022-ci il tarixdə isə cəzasının sonu ilə azad edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək öz müdafiəsi üçün dəlillər gətirmədi. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilmədi. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini boynuna almaqla törətdiyi əməldən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Belə ki, iş materiallarına görə Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 30 avqust 2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 120.2.3, 228.4, 29, 120.2.7, 66.3-cü maddələrinə əsasən təqsirli bilinib, 15 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 15 may 2022-ci il tarixdə isə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanunu qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.5-ci maddəsinə əsasən, xüsusilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə, məhkumluqları ödənilmiş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.3.2-ci maddəsinin tələbinə görə, qəsdən ağır cinayət törətməyə görə əvvəllər iki dəfə və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər bir dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə, cinayətlərin residivi xüsusilə təhlükəli residiv sayılır. Göründüyü kimi, Təqsirləndirilən şəxs əvvəllər qəsdən xüsusilə ağır cinayət törətməyə görə məhkum olunmasına və cəzasını çəkib qurtarmasına baxmayaraq, o, yenidən qəsdən ağır cinayət törətmiş, bu isə Təqsirləndirilən şəxs hərəkətlərində xüsusilə təhlükəli residivin mövcud olmasını göstərir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.4-cü maddəsinin tələbinə görə, cinayətlərin xüsusi təhlükəli residivi zamanı cəzanın çəkilmə yeri xüsusi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın başlanğıcı 04 may 2023-cü il tarixli tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Bakı şəhəri, Binəqədi RPİ, 7-ci Polis bölməsinin əməkdaşları tərəfindən tutulmuş və hal-hazıra qədər həbsdə saxlanılır. Həmçinin Təqsirləndirilən şəxs 04 may 2023-cü il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının 08 iyul 2023-cü il tarixli 4254 nömrəli rəyini əsas tutaraq hesab edir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan, onun narkomanıyadan məcburi müalicəyə ehtiyacı olduğundan və məcburi müalicəyə əks göstərişi olmadığından, ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Bakı şəhəri, Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilməklə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 2,581 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntülərin olduğu 1 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 222 №-li qərarına əsasən hər iş saatı üçün 6 manat hesabı ilə müdafiə xərcləri hesablanmalıdır. Cinayət işində olan orderdən və hesabatdan görünür ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs hüquqlarını dövlət büdcəsinin vəsaiti hesabına vəkil Müdafiəçi müdafiə etmiş, vəkil bununla bağlı 15 saat vaxt sərf etmişdir. Odur ki, vəkil Müdafiəçi ödənilməli olan 90 (doxsan) manat məbləğində pul vəsaiti Bakı şəhəri, “Universal” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatı 80 (səksən) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 80 (səksən) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 04 may 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll olunsun: - Bakı şəhəri, Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilməklə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalıq qalan 2,581 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; - Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı çəkilmiş videogörüntülərin qeydə alındığı 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri hesab edilən: - 80 (səksən) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün; - məhkəmə baxışı zamanı dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi ödəniləmli olan 90 (doxsan) manat məbləğində pul vəsaiti Bakı şəhəri, «Universal» Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Səbuhi Hüseynov Иш № 1(101)-2064/2023 АЗƏРБАЈҸАН РЕСПУБЛИКАСЫ АДЫНДАН ҺӨКМ 16 октјабр 2023-ҹү ил, Бакы шəһəри БАКЫ АҒЫР ҸИНАЈƏТЛƏР МƏҺКƏМƏСИ Һаким Исмајылов Елдар Һеров оғлунун сəдрлији илə, һакимлəр Һүсејнов Ҹавид Ибадулла оғлу вə Һүсејнов Сəбуһи Сабир оғлундан ибарəт тəркибдə, мəһкəмə иҹлас катиби Ејвазов Һəсəн Һагверди оғлунун, дөвлəт иттиһамчысы - Азəрбајҹан Республикасы Баш Прокурорлуғу Дөвлəт иттиһамынын мүдафиəси үзрə идарəнин бөјүк прокурору, əдлијјə мүшавири Мусајев Фуад Мөһүббəт оғлунун, тəгсирлəндирилəн шəхс Закири Азəр Сејидаға оғлу вə мүдафиəчи - Бакы шəһəри, «Универсал» Вəкил Бүросунун вəкили Əлəкбəров Халид Тофиг оғлунун иштиракы илə, 04 апрел 1969-ҹу илдə Бакы шəһəриндə доғулмуш, Азəрбајҹан Республикасынын вəтəндашы, субај, орта тəһсилли, такси сүрүҹүсү ишлəјəн, Ағыр Ҹинајəтлəрə даир ишлəр үзрə Азəрбајҹан Республикасы Мəһкəмəсинин 30 август 2007-ҹи ил тарихли һөкмү илə Азəрбајҹан Республикасы Ҹинајəт Мəҹəллəсинин 120.2.2, 120.2.3, 228.4, 29,120.2.7, 66.3-ҹү маддəлəринə əсасəн тəгсирли билиниб 15 ил мүддəтə азадлыгдан мəһрум етмə ҹəзасына мəһкум едилмиш, 15 мај 2022-ҹи ил тарихдə ҹəзанын сону илə азад едилмиш, мəһкумлуғу өдəнилмəмиш вə ҝөтүрүлмəмиш, Бакы шəһəри, Бинəгəди рајону, 7-ҹи микрорајон, С.С.Ахундов күчəси, 1 сајлы инзибати бинада гејдијјатда олан, 04 мај 2023ҹү Ил тарихдə шүбһəли шəхс гисминдə тутулмуш, Бакы шəһəри, Бинəгəди рајон Мəһкəмəсинин 05 мај 2023-ҹү ил тарихли гəрарына əсасəн барəсиндə һəбс гəтимкан тəдбири сечилмиш, Азəрбајҹан Республикасы Əдлијјə Назирлији Пенитенсиар Хидмəтин Бакы Истинтаг Тəҹридханасында сахланылан Закири Азəр Сејидаға оғлунун Азəрбајҹан Республикасы Ҹинајəт Мəҹəллəсинин 234.1-1-ҹи маддəси илə тəгсирлəндирилмəсинə даир ҹинајəт ишинə ачыг мəһкəмə иҹласында бахараг, М Ү Ə Ј Ј Ə Н Е Т Д И: Закири Азəр Сејидаға оғлу 29 апрел 2023-ҹү ил тарихдə саат 15 радəлəриндə Бакы шəһəри, Нəсими рајону, “Папанин” адланан əразидə мəлум олмајан мəнбəдəн намəлум шəраитдə сатыш мəгсəди олмадан ганунсуз олараг күлли мигдарда - 2,631 грам чəкидə кустар үсулла һазырланмыш психотроп маддə метамфетамини əлдə едиб дашыјараг үзəриндə сахламыш, 04 мај 2023-ҹү ил тарихдə Бакы шəһəри, Бинəгəди рајон Полис Идарəси 7-ҹи Полис Бөлмəсинин əмəкдашлары тəрəфиндəн кечирилмиш əмəлијјат-ахтарыш тəдбирлəри нəтиҹəсиндə саат 16:00-да Бакы шəһəри, Бинəгəди рајону, Ҹəфəр Хəндан күчəси, 28 үнванында Гоша Јанаҹаг Долдурма Мəнтəгəсинин јахынлығында сахланылараг Бакы шəһəри, Бинəгəди рајону, А.Мəммəдов күчəси, 99 үнванында јерлəшəн Бинəгəди РПИ, 7-ҹи Полис бөлмəсинə ҝəтирилмиш, орада саат 17:10-да үзəринə шəхси ахтарыш апарылан заман əјниндəки түнд боз рəнҝли шалварын сол јан ҹибиндəн бир əдəд шəффаф рəнҝли селофана бүкүлмүш һалда тəмиз чəкиси 2,631 грам тəшкил едəн ағ рəнҝли кристалшəкилли күтлə - кустар үсулла һазырланмыш күлли мигдарда психотроп маддə метамфетамин ашкар едилəрəк ҝөтүрүлмүшдүр. Мəһкəмə иҹласында диндирилмиш тəгсирлəндирилəн шəхс Закири Азəр Сејидаға оғлу елан олунмуш иттиһам үзрə өзүнү там тəгсирли билəрəк ифадəсиндə ҝөстəрди ки, о, тəхминəн 15 илдир наркотик васитəлəрдəн истифадə едир. Даими јашајыш јери јохдур, əввəллəр мүхтəлиф маддəлəрлə мəһкум олунмушдур. Азадлыгда олдуғу вахт такси фəалијјəти илə мəшғул олмушдур. Һəр ҝүн јарым грам һəҹмдə метамфетамини јандырыб чəкмəклə истифадə етмишдир. 29 апрел 2023-ҹү ил тарихдə саат 15 радəлəриндə өз истифадəси үчүн “Папанин" адланан əразидə танымадығы шəхсдəн 40 манат өдəмəклə бир бүкүм метамфетамин алмыш вə үзəриндə сахламышдыр. 04 мај 2023-ҹү ил тарихдə ҝүнорта саатларында «Гоша јанаҹаг долдурма мəнтəгəси” кими танынан əразидə олдуғу заман полис əмəкдашлары тəрəфиндəн сахланылмыш вə Полис бөлмəсинə дəвəт олунмушдур. Орада онун үзəринə видеочəкилиш апарылмагла шəхси ахтарыш кечирилмишдир. Бу заман о, əјниндə олан шалварын ҹибиндəн бир бүкүмдə метамфетамини чыхарыб тəгдим етмишдир. Бундан сонра үзəринə шəхси ахтарыш кечирилсə дə, башга ганунсуз əшјалар ашкар едилмəмишдир. Онун үзəриндəн тапылмыш метамфетамин зəрфə гојулуб габлашдырылмыш, сонра протокол јазылмыш, о да, һəмин протоколу имзаламышдыр. Полис ишчилəри тəрəфиндəн сахланыларкəн, елəҹə дə полис бөлмəсиндə она гаршы физики вə психи зор тəтбиг едилмəмишдир. Тəгсирини етираф едир вə əмəлиндəн пешмандыр. Мəһкəмə иҹласында шаһид гисминдə диндирилмиш Бакы шəһəри, Бинəгəди РПИ, 7-ҹи Полис бөлмəсинин ҹинајəт ахтарыш үзрə баш əмəлијјат мүвəккили Исајев Фəрид Заһид оғлу ифадəсиндə ҝөстəрди ки, 04 мај 2023-ҹү ил тарихдə даими јашајыш јери олмајан Закири Азəр Сејидаға оғлунун ганунсуз олараг психотроп маддə сахламасында шүбһəли олмасы илə бағлы иҹраатына дахил олмуш мəлумат əсасында əмəлијјат групу тəшкил едилмиш вə иш јолдашы Рүфəт Бајрамовла илə бирликдə онлар Бинəгəди рајону, Ҹəфəр Хəндан күчəсиндə јерлəшəн «Гоша Јанаҹаг Долдурма Мəнтəгə»синин јахынлығына ҝетмишлəр. Һəмин əразидə пијада ҝедəн Азəр Закирини саат 16 далəриндə сахламыш, өзлəрини тəгдим етдикдəн сонра ону психотроп маддə сахламасында шүбһəли олдуғуну билдирəрəк, 7-ҹи Полис бөлмəсинə дəвəт етмишлəр. Бөлмəдə тəһгигатчы тəрəфиндəн Азəр Закири шүбһəли шəхс гисминдə тутулмуш, даһа сонра исə һəмин шəхсин үзəриндə видеочəкилишлə шəхси ахтарыш апарылмышдыр. Азəр Закиријə үзəриндə ганунсуз əшјалар варса, тəгдим етмəси тəклиф олундугда, сонунҹу əјниндəки шалварын сол јан ҹибиндəн бир əдəд шəффаф рəнҝли селофан бүкүлүнү, сағ ҹибиндəн исə бир əдəд «Азерфон» ММҸ-јə мəхсус сим карты тəгдим етмишдир. Шүбһəли шəхс Закири Азəр Сејидаға оғлунун үзəриндəн ашкар олунмуш һəмин бүкүм ачылараг ичəрисинə бахыш кечирилəн заман психотроп маддəјə бəнзəр күтлə олдуғу мүəјјəн едилмишдир. Илкин сорғу заманы Азəр Закири үзəриндəн ашкар олунмуш күтлəнин «паты», јəни психотроп маддə метамфетамин олдуғуну, һəмин маддəни 29 апрел 2023-ҹү ил тарихдə саат 15 радəлəриндə “Папанин” адлы јердə танымадығы шəхсдəн 40 маната алдығыны вə үзəриндə истифадə етмəк мəгсəди илə сахлајараг ҝəздирдијини билдирмишдир. Даһа сонра ашкар олунмуш психотроп маддə зəрфə гојулуб габлашдырылмыш вə зəрфин үзəри мөһүрлəнмиш, сонра исə иштиракчылар тəрəфиндəн имзаланмышдыр. Ҝөрүлмүш бүтүн һəрəкəтлəр сəнəдлəшдирилəрəк протокол тəртиб олунмушдур. Һамы кими о да, һəмин протоколу имзаламышдыр. Азəр Закиријə гаршы һеч бир зор, тəсир вə тəзјиг ҝөстəрилмəмишдир. Мəһкəмə иҹласында шаһид гисминдə диндирилмиш Бакы шəһəри, Бинəгəди рајон Полис идарəси 7-ҹи Полис бөлмəсинин ҹинајəт ахтарыш үзрə əмəлијјат мүвəккили Бајрамов Рүфəт Һүсејнбала оғлу 04 мај 2023-ҹү ил тарихдə шүбһəли шəхс Азəр Закиринин мүəјјəн едилəрəк сахланылмасы вə үзəринə шəхси ахтарыш кечирилəн заман наркотик васитəнин ашкар едилиб ҝөтүрүлмəси просесиндə əмəлијјат групунун үзвү кими иштирак етдијини билдирəрəк, һəмкары Фəрид Исајевин мəһкəмəдəки ифадəси илə охшар мəзмунлу ифадə верди. Мəһкəмə коллеҝијасы иш үзрə диндирилмиш тəгсирлəндирилəн шəхсин вə шаһидлəрин ифадəлəри илə јанашы, Азəрбајҹан Республикасы Ҹинајəт-Просессуал Мəҹəллəсинин 124ҹү маддəсинин тəлəблəринə ујғун олараг, експерт рəјлəрини, истинтаг вə мəһкəмə һəрəкəтлəринин протоколларыны вə диҝəр сəнəдлəри дə сүбут нөвлəри кими гəбул едир. Белə ки, иш материалларына əлавə едилмиш шəхси ахтарыш вə ҝөтүрмə апарылмасы һаггында 04 мај 2023-ҹү ил тарихли протокола əсасəн, һəмин тарихдə саат 16:00-да Закири Азəр Сејидаға оғлу Бакы шəһəри, Бинəгəди рајону, Ҹəфəр Хəндан күчəси, 28 үнванында Гоша Јанаҹаг Долдурма Мəнтəгəсинин јахынлығында сахланылараг Бакы шəһəри, Бинəгəди рајону, А.Мəммəдов күчəси, 99 үнванында јерлəшəн Бинəгəди РПИ, 7-ҹи Полис бөлмəсинə ҝəтирилмиш, орада саат 17:10-да үзəринə шəхси ахтарыш апарылан заман əјниндəки түнд боз рəнҝли шалварын сол јан ҹибиндəн ичəрисиндə психотроп маддə метамфетаминə бəнзəр күтлə олан бир əдəд шəффаф рəнҝли селофан бүкүм ашкар едилəрəк ҝөтүрүлмүшдүр. Ҹинајəт ишинə əлавə олунмуш ДВД дискə бахыш кечирилмəси һаггында 06 мај 2023-ҹү ил тарихли протоколдан ҝөрүнүр ки, һəмин дискдə 04 мај 2023-ҹү ил тарихдə Закири Азəр Сејидаға оғлунун үзəринə Бакы шəһəри, Бинəгəди РПИ, 7-ҹи Полис бөлмəсинин инзибати бинасында шəхси ахтарыш вə ҝөтүрмə апарылмасына даир видеоҝөрүнтүлəр гејдə алынмышдыр. Һəмин ҝөрүнтүлəрлə мүəјјəн олунур ки, саат 17:10-да бөлмəдə инзибати отагда Закири Азəр Сејидаға оғлу үзəринə кечирилəн шəхси ахтарыш заманы əјниндəки түнд боз рəнҝли шалварын сол јан ҹибиндəн бир əдəд шəффаф рəнҝли селофан бүкүмү, сағ ҹибиндəн исə бир əдəд «Азерфон» ММҸ-јə мəхсус сим карты масанын үзəринə гојараг тəгдим едир, бундан сонра Закири Азəр Сејидаға оғлунун үзəриндə апарылан шəхси ахтарыш нəтиҹəсиндə ҹиблəриндəн ганунла гадаған олунмуш һəр һансы əшја ашкар олунмур. Закири Азəр Сејидаға оғлу тəгдим етдији бүкүмдə “паты”, јəни психотроп маддə метамфетамин олдуғуну, һəмин маддəни Балаханы јолунда танымадығы шəхсдəн 40 маната алдығыны вə үзəриндə сахлајараг ҝəздирдијини билдирир. Тəһгигатчы тəрəфиндəн Закири Азəр Сејидаға оғлунун үзəриндəн ашкар едилəрəк ҝөтүрүлмүш маддə зəрфə гојулараг габлашдырылыр, мөһүрлəнир вə зəрфин үстү, һəмчинин шəхси ахтарыш кечирилмəси барəдə протокол Закири Азəр Сејидаға оғлу вə диҝəр иштиракчылар тəрəфиндəн имзаланыр. Мəһкəмə-кимјəви експертизасынын 05 мај 2023-ҹү ил тарихли 6/2609 нөмрəли рəјиндəн ҝөрүнүр ки, тəдгигата тəгдим едилмиш, үзəриндə: «Азəрбајҹан Республикасы Дахили Ишлəр Назирлији Зəрфлəр үчүн № 243» мөһүр əкси, «....Закири Азəр Сејидаға оғлу...» вə с. сөзлəр, имзалар олан зəрфдəки 1 əдəд бүкүмдə тəмиз чəкиси 2,631 грам олан ағ рəнҝли кристалшəкилли күтлə кустар үсулла һазырланмыш психотроп маддə метамфетаминдир. Метамфетамин 2005-ҹи ил 28 ијун тарихли Азəрбајҹан Республикасынынын Гануну илə тəсдиг едилмиш “Азəрбајҹан Республикасынын əразисиндə дөвријјəси гадаған едилəн психотроп маддəлəр”ин сијаһысына (Сијаһы Ы) дахилдир. Ибтидаи истинтаг органынын 23 август 2023-ҹү ил тарихли гəрары илə тəгсирлəндирилəн шəхс Закири Азəр Сејидаға оғлунун үзəриндəн ашкар едилəрəк ҝөтүрүлмүш тəмиз чəкиси 2,631 грам кустар үсулла һазырланмыш психотроп маддə метамфетамин мадди сүбут кими танынмыш вə експертиза тəдгигатындан сонра галыг галан 2,581 грам психотроп маддə метамфетамин мəһкəмəнин јекун гəрарынадəк сахланылмасы үчүн Бакы шəһəри, Бинəгəди РПИ-нин сахланҹ анбарына тəһвил верилмиш, шəхси ахтарыш видеоҝөрүнтүлəринин гејдə алындығы 1 əдəд ДВД диск иш материалларына əлавə едилмишдир. Мəһкəмə-нарколожи експертизасынын 08 ијул 2023- ҹү ил тарихли 4254 нөмрəли рəјиндəн ҝөрүнүр ки, мүајинə заманы Закири Азəр Сејидаға оғлунда опиоидлəрин вə психостимулјаторларын бирҝə гəбулу нəтиҹəсиндə јаранан асылылыг синдрому (наркоманија хəстəлији) ашкар олунур. Наркоманијадан мəҹбури мүалиҹəјə еһтијаҹы вардыр. Əрази нарколожи диспансериндə гејдијјата алынмасы мəслəһəт ҝөрүлүр. Азəрбајҹан Республикасы Сəһијјə Назирлији “Республика Психиатрија Хəстəханасы” Публик Һүгуги шəхсиндəн дахил олмуш 07 август 2023-ҹү ил тарихли 10581 сајлы мəктубдан ҝөрүнүр ки, Закири Азəр Сејидаға оғлу ады чəкилəн хəстəханада əввəллəр мүалиҹəдə олмамышдыр. Азəрбајҹан Республикасы ДИН Баш Əмəлијјат вə Статистик Информасија идарəсиндəн алынмыш 13 ијул 2023-ҹү ил тарихли тəлəбнамəдəн вə һөкмүн сурəтиндəн ҝөрүнүр ки, Закири Азəр Сејидаға оғлу əввəллəр 6 дəфə ҹинајəт мəсулијјəтинə ҹəлб едилмəклə мəһкум олунмуш, сонунҹу дəфə Ағыр Ҹинајəтлəрə даир Ишлəр үзрə Азəрбајҹан Республикасы Мəһкəмəсинин 30 август 2007-ҹи ил тарихли һөкмү илə Азəрбајҹан Республикасы Ҹинајəт Мəҹəллəсинин 120.2.2, 120.2.3, 228.4, 29, 120.2.7, 66.3-ҹү маддəлəринə əсасəн тəгсирли билиниб, 15 ил мүддəтинə азадлыгдан мəһрум етмə ҹəзасына мəһкум едилмиш, 15 мај 2022ҹи ил тарихдə исə ҹəзасынын сону илə азад едилмишдир. Мəһкəмə иҹласында тəгсирлəндирилəн шəхс Закири Азəр Сејидаға оғлу Азəрбајҹан Республикасы Ҹинајəт Мəҹəллəсинин 234.1-1-ҹи маддəси илə елан едилмиш иттиһам үзрə өзүнү там тəгсирли билəрəк өз мүдафиəси үчүн дəлиллəр ҝəтирмəди. Шəрһ олунанлара вə Азəрбајҹан Республикасы ҹинајəт ганунвериҹилијинин тəлəблəринə əсасəн мəһкəмə коллеҝијасы бу нəтиҹəјə ҝəлир ки, тəгсирлəндирилəн шəхсин төрəтдији əмəл дүзҝүн төвсиф едилмишдир, һəмин əмəл гəсдəн төрəдилмиш, баша чатмыш ҹинајəтдир, тəснифатына ҝөрə ағыр ҹинајəтлəр категоријасына аиддир. Белə ки, Ҹинајəт Мəҹəллəсинин 15.4-ҹү маддəсинə əсасəн гəсдəн вə ја еһтијатсызлыгдан төрəдилмəсинə ҝөрə нəзəрдə тутулмуш азадлыгдан мəһрум етмə ҹəзасынын јухары һəдди он ики илдəн артыг олмајан əмəллəр ағыр ҹинајəтлəр һесаб олунур. Һəмин Мəҹəллəнин 25.2-ҹи маддəсинə əсасəн шəхс өз əмəлинин (һəрəкəт вə ја һəрəкəтсизлијинин) иҹтимаи тəһлүкəли олдуғуну дəрк етмиш, онун иҹтимаи тəһлүкəли нəтиҹəлəрини габагҹадан ҝөрмүш вə бунлары арзу етмишдирсə, бу һалда ҹинајəт бирбаша гəсдлə төрəдилмиш һесаб олунур. Азəрбајҹан Республикасы Ҹинајəт-Просессуал Мəҹəллəсинин 28.5-ҹи маддəсинə əсасəн шəхсин ҹинајəт төрəтмəкдə тəгсирли олмасына даир мəһкəмə гəрары мүлаһизəлəрə əсаслана билмəз вə ишə аид бири диҝəринə кифајəт гəдəр ујғун ҝəлəн мөтəбəр сүбутларын мəҹмусу илə тəсдиг олунмалыдыр. Азəрбајҹан Республикасы Ҹинајəт-Просессуал Мəҹəллəсинин 44.1-ҹи маддəсинин тəлəбинə ҝөрə мəһкəмə бахышы ҝедишиндə тəдгиг олунмуш сүбутларын мəҹмусуна əсасəн тəгсирлəндирилəн шəхсин ҹинајəтдə тəгсири мүəјјəн едилəрсə, мəһкəмə иттиһам һөкмү чыхарыр. Һəмин Мəҹəллəнин 351.2-ҹи маддəсинə əсасəн мəһкəмəнин иттиһам һөкмү еһтималлара əсаслана билмəз вə јалныз мəһкəмə бахышы заманы тəгсирлəндирилəн шəхсин тəгсири сүбута јетирилдији һалда чыхарылыр. Мəһкəмəдə тəгсирлəндирилəн шəхс Закири Азəр Сејидаға оғлунун əмəлинин ҹинајəт олмасыны арадан галдыран һаллар, онун ҹинајəт мəсулијјəтиндəн вə ҹəзадан азад олунмасы үчүн əсаслар мүəјјəн едилмəди. Белəликлə, мəһкəмə коллеҝијасы, мəһкəмəнин ҝəлдији нəтиҹəлəрин јалныз мəһкəмə истинтагында тəдгиг едилмиш мөтəбəр вə тəкзибедилмəз сүбутлара əсасландығыны гејд едəрəк белə гəнаəтə ҝəлир ки, тəгсирлəндирилəн шəхс Закири Азəр Сејидаға оғлунун Азəрбајҹан Республикасы Ҹинајəт Мəҹəллəсинин 234.1-1-ҹи маддəси илə нəзəрдə тутулмуш ҹинајəт əмəлини гəсдəн төрəтмəси там сүбута јетирилмишдир. О, гејд едилəн ҹинајəт əмəлини төрəтмəкдə тəгсирлидир. Онун ҹинајəт мəсулијјəтиндəн вə ҹəзадан азад олунмасы үчүн əсаслар јохдур. Тəгсирлəндирилəн шəхс Закири Азəр Сејидаға оғлуна ганунла мүəјјəн едилмиш гајдада, азадлыгдан мəһрум етмə нөвүндə ҹəза тəјин едилмəлидир. Азəрбајҹан Республикасы ҸМ-нин 8.1-ҹи маддəсинə əсасəн ҹинајəт төрəтмиш шəхс һаггында тəтбиг едилəн ҹəза вə ја диҝəр ҹинајəт-һүгуги характерли тəдбирлəр əдалəтли олмалыдыр, јəни ҹинајəтин характеринə вə иҹтимаи тəһлүкəлилик дəрəҹəсинə, онун төрəдилмəси һалларына вə ҹинајəт төрəтмəкдə тəгсирли билинəн шəхсин шəхсијјəтинə ујғун олмалыдыр. Азəрбајҹан Республикасы ҸМ-нин 58.3-ҹү маддəсинə əсасəн мəһкəмə коллеҝијасы тəгсирлəндирилəн шəхс Закири Азəр Сејидаға оғлуна ҹəза тəјин едəркəн онун төрəтдији ҹинајəтин характерини вə иҹтимаи тəһлүкəлилик дəрəҹəсини, шəхсијјəтини, ҹəзаны јүнҝүллəшдирəн вə ағырлашдыран һаллары, һабелə тəјин олунаҹаг ҹəзанын онун ислаһ олунмасына вə аилəсинин һəјат шəраитинə тəсирини нəзəрə алыр. Мəһкəмə тəгсирлəндирилəн шəхс Закири Азəр Сејидаға оғлунун тəгсирини бојнуна алмагла төрəтдији əмəлдəн пешман олмасыны ҹəзаны јүнҝүллəшдирəн һал кими нəзəрə алыр, Азəрбајҹан Республикасы Ҹинајəт Мəҹəллəсинин 61.1.1-ҹи маддəсинə əсасəн ҹинајəтлəрин ресидиви ҹəзаны ағырлашдыран һал кими нəзəрə алынмалыдыр. Белə ки, иш материалларына ҝөрə Закири Азəр Сејидаға оғлу Ағыр Ҹинајəтлəрə даир Ишлəр үзрə Азəрбајҹан Республикасы Мəһкəмəсинин 30 август 2007-ҹи ил тарихли һөкмү илə Азəрбајҹан Республикасы Ҹинајəт Мəҹəллəсинин 120.2.2, 120.2.3, 228.4, 29, 120.2.7, 66.3-ҹү маддəлəринə əсасəн тəгсирли билиниб, 15 ил мүддəтинə азадлыгдан мəһрум етмə ҹəзасына мəһкум едилмиш, 15 мај 2022-ҹи ил тарихдə исə ҹəзасынын сону илə азад олунмушдур. Азəрбајҹан Республикасы Ҹинајəт Мəҹəллəсинин 83.1-ҹи маддəсинə əсасəн, ҹинајəт төрəтмəјə ҝөрə мəһкум едилмиш шəхс мəһкəмəнин иттиһам һөкмү гануну гүввəјə миндији ҝүндəн мəһкумлуғун ҝөтүрүлдүјү вə өдəнилдији ҝүнə гəдəр мəһкум олунмуш һесаб едилир. Һəмин Мəҹəллəнин 83.3.5-ҹи маддəсинə əсасəн, хүсусилə ағыр ҹинајəт төрəтмəјə ҝөрə азадлыгдан мəһрум етмəјə мəһкум едилмиш шəхслəр ҹəзаны чəкиб гуртардыглары ҝүндəн сəккиз ил кечдикдə, мəһкумлуглары өдəнилмиш һесаб едилир. Азəрбајҹан Республикасы Ҹинајəт Мəҹəллəсинин 18.3.2-ҹи маддəсинин тəлəбинə ҝөрə, гəсдəн ағыр ҹинајəт төрəтмəјə ҝөрə əввəллəр ики дəфə вə ја хүсусилə ағыр ҹинајəт төрəтмəјə ҝөрə əввəллəр бир дəфə азадлыгдан мəһрум етмə ҹəзасына мəһкум олунмуш шəхс јенидəн гəсдəн ағыр ҹинајəт төрəтдикдə, ҹинајəтлəрин ресидиви хүсусилə тəһлүкəли ресидив сајылыр. Ҝөрүндүјү кими, тəгсирлəндирилəн шəхс Закири Азəр Сејидаға оғлу əввəллəр гəсдəн хүсусилə ағыр ҹинајəт төрəтмəјə ҝөрə мəһкум олунмасына вə ҹəзасыны чəкиб гуртармасына бахмајараг, о, јенидəн гəсдəн ағыр ҹинајəт төрəтмиш, бу исə Азəр Закиринин һəрəкəтлəриндə хүсусилə тəһлүкəли ресидивин мөвҹуд олмасыны ҝөстəрир. Азəрбајҹан Республикасы Ҹинајəт Мəҹəллəсинин 65.2-ҹи маддəсинə əсасəн, ресидивə ҝөрə ҹəзанын мүддəти төрəдилмиш ҹинајəтə ҝөрə бу Мəҹəллəнин Хүсуси һиссəсинин мүвафиг маддəсиндə мүəјјəн едилмиш даһа ҹидди ҹəза нөвүнүн сон һəддинин јарысындан, тəһлүкəли ресидивə ҝөрə үчдə икисиндəн, хүсуси тəһлүкəли ресидивə ҝөрə исə дөрддə үчүндəн аз ола билмəз. Ҹинајəт ганунвериҹилијинин тəлəблəринə ујғун олараг мəһкəмə коллеҝијасы һесаб едир ки, тəгсирлəндирилəн шəхс Закири Азəр Сејидаға оғлуна тəјин олунаҹаг азадлыгдан мəһрум етмə ҹəзасы хүсуси режимли ҹəзачəкмə мүəссисəсиндə чəкилмəлидир. Белə ки, Азəрбајҹан Республикасы Ҹинајəт Мəҹəллəсинин 56.1.4-ҹү маддəсинин тəлəбинə ҝөрə, ҹинајəтлəрин хүсуси тəһлүкəли ресидиви заманы ҹəзанын чəкилмə јери хүсуси режимли ҹəзачəкмə мүəссисəси мүəјјəн едилир. Мəһкəмə коллеҝијасы һесаб едир ки, тəгсирлəндирилəн шəхс Закири Азəр Сејидаға оғлуна тəјин олунаҹаг ҹəзанын башланғыҹы 04 мај 2023-ҹү ил тарихли тарихдəн һесабланмалыдыр. Белə ки, иш материалларына əсасəн Азəр Закири һəмин тарихдə Бакы шəһəри, Бинəгəди РПИ, 7-ҹи Полис бөлмəсинин əмəкдашлары тəрəфиндəн тутулмуш вə һал-һазыра гəдəр һəбсдə сахланылыр. Һəмчинин тəгсирлəндирилəн шəхс Азəр Закиринин 04 мај 2023-ҹү ил тарихдəн башлајараг һəбсдə сахланылдығы бүтүн мүддəт она тəјин олунаҹаг ҹəза мүддəтинə дахил едилмəлидир. Белə ки, Азəрбајҹан Республикасы ҸПМ-нин 158.2, 158.2.1 вə 158.2.4-ҹү маддəлəринин тəлəблəринə ҝөрə, тəгсирлəндирилəн шəхси һəбсдə сахлама мүддəти шəхсин тутулма заманы фактики һəбсə алындығы андан, о, тутулмадыгда исə һəбс гəтимкан тəдбиринин сечилмəси барəдə мəһкəмə гəрарынын иҹра едилдији андан һесабланыр. Тəгсирлəндирилəн шəхсин тутулдуғу вə һəбсдə сахланылдығы мүддəт онун һəбсдə сахлама мүддəтинə дахилдир. Һəмин Мəҹəллəнин 158.6-ҹы маддəсиндə ҝөрə, ҹинајəт иши үзрə иҹраатын апарылмасы заманы (мəһкəмəјəдəк, һабелə биринҹи вə апеллјасија инстансијасы мəһкəмəлəриндə апарылмыш иҹраат дахил олмагла) шəхсин һəбсдə сахланылмасы мүддəти мəһкəмə тəрəфиндəн она тəјин олунмуш ҹəза мүддəтинə дахил едилир. Ејни заманда мəһкəмə белə нəтиҹəјə ҝəлир ки, Закири Азəр Сејидаға оғлу барəсиндə сечилмиш һəбс гəтимкан тəдбири һөкм гануни гүввəсини аланадəк дəјишдирилмəмəлидир. Мəһкəмə коллеҝијасы мəһкəмə-нарколожи експертизасынын 08 ијул 2023-ҹү ил тарихли 4254 нөмрəли рəјини əсас тутараг һесаб едир ки, мүајинə заманы Закири Азəр Сејидаға оғлунда опиоидлəрин вə психостимулјаторларын бирҝə гəбулу нəтиҹəсиндə јаранан асылылыг синдрому (наркоманија хəстəлији) ашкар олундуғундан, онун наркоманыјадан мəҹбури мүалиҹəјə еһтијаҹы олдуғундан вə мəҹбури мүалиҹəјə əкс ҝөстəриши олмадығындан, она наркоманијадан мəҹбури мүалиҹə нөвүндə тибби характерли мəҹбури тəдбир тəјин едилмəли вə о, əрази нарколожи диспансериндə гејдијјата ҝөтүрүлмəлидир. Азəрбајҹан Республикасы ҸПМ-нин 132.1.4 вə 132.1.6-ҹы маддəлəринин тəлəблəринə əсасəн, мадди сүбутлар барəдə мəсəлəнин һəлли илə əлагəдар мəһкəмə јекун гəрар чыхараркəн мүлки дөвријјəси мəһдудлашдырылмыш (гануни əсасларла əлдə етмə һаллары истисна олмагла) вə мүлки дөвријјəдəн чыхарылмыш əшјалар мүвафиг тəшкилатлара верилмəли, онларын дəјəри олмадыгда исə мəһв едилмəли, һəмчинин мадди сүбут олан сəнəдлəр ҹинајəт тəгиби үзрə иҹраат материалларынын сахланма мүддəти əрзиндə ишдə сахланылмалыдыр. Гејд олунан мүддəалара əсасəн мəһкəмə коллеҝијасы һесаб едир ки, иш үзрə Бакы шəһəри, Бинəгəди РПИ-нин сахланҹ анбарына тəһвил верилмəклə тəгсирлəндирилəн шəхс Закири Азəр Сејидаға оғлунун үзəриндəн ашкар олунараг ҝөтүрүлмүш вə експертиза тəдгигатындан сонра галыг галан 2,581 грам психотроп маддə метамфетамин һөкм гануни гүввəјə миндикдəн сонра мəһв едилмəли, шəхси ахтарыш вə ҝөтүрмə заманы гејдə алынмыш видеоҝөрүнтүлəрин олдуғу 1 əдəд ДВД диск иш материалларында сахланылмалыдыр. Азəрбајҹан Республикасы ҸПМ-нин 193.2-ҹи маддəсинə əсасəн, шүбһəли вə ја тəгсирлəндирилəн шəхсин мүдафиəчинин хидмəтлəрини өдəмəјə кифајəт гəдəр вəсаити јохдурса вə мүдафиəчинин ҹинајəт просесиндə иштиракы бу Мəҹəллəнин 92.3-ҹү маддəсиндə нəзəрдə тутулмуш һалларда тəмин олунмалыдырса, ҹинајəт просесини һəјата кечирəн орган һəмин шəхсə һүгуги јардымын ҝөстəрилмəсини Азəрбајҹан Республикасынын дөвлəт бүдҹəси вəсаити һесабына тəмин етмəлидир. Азəрбајҹан Республикасы Назирлəр Кабинетинин 03 мај 2018-ҹи ил тарихли 222 №-ли гəрарына əсасəн һəр иш сааты үчүн 6 манат һесабы илə мүдафиə хəрҹлəри һесабланмалыдыр. Ҹинајəт ишиндə олан ордердəн вə һесабатдан ҝөрүнүр ки, мəһкəмə бахышы заманы тəгсирлəндирилəн шəхс Закири Азəр Сејидаға оғлунун һүгугларыны дөвлəт бүдҹəсинин вəсаити һесабына вəкил Əлəкбəров Халид Тофиг оғлу мүдафиə етмиш, вəкил бунунла бағлы 15 саат вахт сəрф етмишдир. Одур ки, вəкил Халид Əлəкбəрова өдəнилмəли олан 90 (дохсан) манат мəблəғиндə пул вəсаити Бакы шəһəри, “Универсал” Вəкил Бүросунун һесабына көчүрүлмəлидир. Иш үзрə кечирилмиш експертиза тəдгигаты 80 (сəксəн) манат дəјəриндə гијмəтлəндирилмишдир. Азəрбајҹан Республикасы Ҹинајəт-Просессуал Мəҹəллəсинин 197.1.4-ҹү маддəсиндə експертə өдəнилмəли һагглар мəһкəмə мəсрəфлəринин бир нөвү кими нəзəрдə тутулмушдур вə һəмин Мəҹəллəнин 198.1-ҹи маддəсинə əсасəн, һəмин мəһкəмə мəсрəфлəри мəһкəмə тəрəфиндəн мəһкумун үзəринə гојула билəр. Бу сəбəбдəн, мəһкəмə мəсрəфлəри һесаб едилəн 80 (сəксəн) манат експертиза хəрҹи Азəр Закиридəн тутулараг дөвлəт бүдҹəсинə көчүрүлмəлидир. Иш үзрə мүлки иддиа верилмəмəси, əмлак үзəринə һəбс гојулмамасы вə хүсуси мүсадирə үчүн тəклиф едилəн əмлакын олмамасы нəзəрə алынмалыдыр. Гејд олунанлара əсасəн вə Азəрбајҹан Республикасы Ҹинајəт-Просессуал Мəҹəллəсинин 344-347, 349, 351-353, 356, 358, 384-385-ҹи маддəлəринин тəлəблəрини рəһбəр тутараг, мəһкəмə Һ Ө К М Е Т Д И: Закири Азəр Сејидаға оғлу Азəрбајҹан Республикасы Ҹинајəт Мəҹəллəсинин 234.1-1ҹи маддəси илə нəзəрдə тутулмуш ҹинајəт əмəлинин төрəдилмəсиндə тəгсирли билиниб, 4 (дөрд) ил мүддəтə азадлыгдан мəһрум етмə ҹəзасына мəһкум едилсин. Закири Азəр Сејидаға оғлу тəјин олунмуш ҹəзаны хүсуси режимли ҹəзачəкмə мүəссисəсиндə чəксин. Ибтидаи һəбс мүддəти ҹəзачəкмə мүддəтинə дахил едилмəклə Закири Азəр Сејидаға оғлуна тəјин олунмуш азадлыгдан мəһрум етмə ҹəзасынын башланғыҹы 04 мај 2023-ҹү ил тарихдəн һесаблансын. Барəсиндə сечилмиш һəбс гəтимкан тəдбири һөкм гануни гүввəсини аланадəк дəјишдирилмəсин. Азəрбајҹан Республикасы ҸМ-нин 93.1.2-ҹи маддəсинə əсасəн, Закири Азəр Сејидаға оғлу барəсиндə наркоманијадан мүалиҹə нөвүндə тибби характерли мəҹбури тəдбир тəјин едилсин вə о, əрази нарколожи диспансериндə гејдијјата ҝөтүрүлсүн. Иш үзрə мадди сүбутларын талеји ашағыдакы гајдада һəлл олунсун: - Бакы шəһəри, Бинəгəди РПИ-нин сахланҹ анбарына тəһвил верилмəклə Закири Азəр Сејидаға оғлунун үзəриндəн ашкар едилмиш вə експертиза тəдгигатындан сонра галыг галан 2,581 грам психотроп маддə метамфетамин һөкм гануни гүввəјə миндикдəн сонра мəһв едилсин; - тəгсирлəндирилəн шəхс Закири Азəр Сејидаға оғлунун шəхси ахтарышы заманы чəкилмиш видеоҝөрүнтүлəрин гејдə алындығы 1 əдəд ДВД диск ҹинајəт ишинин материалларында сахланылсын. Иш үзрə мəһкəмə мəсрəфлəри һесаб едилəн: - 80 (сəксəн) манат експертиза хəрҹи Закири Азəр Сејидаға оғлундан тутулараг дөвлəт бүдҹəсинə көчүрүлсүн; - мəһкəмə бахышы заманы дөвлəт бүдҹəсинин вəсаити һесабына тəгсирлəндирилəн шəхсин һүгугларыны мүдафиə етмиш вəкил Əлəкбəров Халид Тофиг оғлуна өдəнилəмли олан 90 (дохсан) манат мəблəғиндə пул вəсаити Бакы шəһəри, «Универсал» Вəкил Бүросунун һесабына көчүрүлсүн. Иш үзрə мүлки иддиа верилмəмəси, əмлак үзəринə һəбс гојулмамасы вə хүсуси мүсадирə үчүн тəклиф едилəн əмлакын олмамасы нəзəрə алынсын. Һөкмдəн елан олундуғу вахтдан, Закири Азəр Сејидаға оғлуна исə һөкмүн сурəти верилдији андан 20 (ијирми) ҝүн мүддəтинə Бакы Ағыр Ҹинајəтлəр Мəһкəмəси васитəси илə Бакы Апеллјасија Мəһкəмəсинə апеллјасија шикајəти вə апеллјасија протести верилə билəр. Һөкмдəн апеллјасија гајдасында шикајəт вə ја протест верилмəдикдə, һəмин мүддəт баша чатдығы вахтдан сонракы ҝүн һөкм гануни гүввəјə минир. Сəдрлик едəн һаким Елдар Исмајылов Һакимлəр Ҹавид Һүсејнов Сəбуһи Һүсејнов

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar