Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2066/2025 16.03.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X3 (sədrlik edən), X11 və Ələkbərli Roman Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi İmanlı Aytən Məhəmməd qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 2000-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, 2-ci Qarabağ müharibəsi iştirakçısı, həbs olunana qədər fərdi əməklə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi Mehriban qonşular massivi, nömrəsiz ünvanda yaşamış, 23 iyun 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 4(094)- 14/2025 saylı, 25 iyun 2025-ci il tarixli qərarına əsasən barəsində əvvəli 23 iyun 2025-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşımışdır. İşin faktiki halları: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 5135 qram narkotik vasitə qurudulmuş marixuananı xx.xx.2025-cü il tarixdə ünvan 4 ünvanında yerləşən yarımçıq tikilinin hasarının dibindən, yerdən külli miqdarda, ümumi təmiz çəkisi 5135 qram narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla həmin ünvanın çıxışına kimi daşımış onun narkotik vasitələrin qanusuz dövriyyəsi ilə məşğul olmaları barədə daxil olmuş müvafiq məlumat əsasında xx.xx.2025-ci il tarixdə saat 20:01-də Pirallahı RPİ-nin NMB və CAŞ əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində qeyd olunan ünvanda saxlanılaraq üzərində videoçəkiliş ilə yoxlama aparılan zaman əlində olan bir ədəd damalı çantanın içindən hər birinin ayrıayrılıqda təmiz çəkiləri 665 qram, 580 qram, 675 qram, 595 qram, 615 qram, 675 qram, 630 qram və 700 qram olmaqla ümumi təmiz çəkisi 5135 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış həmin külli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar: Cinayət işinin ibtidai istintaqı zaman təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs 25 iyun 2025-ci tarixdə ona Azərbaycan Respublikası CM-in 234.1-1cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, anket məlumatlarında göstərilən ünvanda atası və anası ilə birlikdə yaşayır. Təhsilini Binə qəsəbəsində yerləşən orta məktəbdə azərbaycan dilində almış, azərbaycan dilində sərbəst oxumağı bacarır, tərcüməçi və ya mütəxəsissin köməyinə ehtiyacı yoxdur. Təxminən 2-3 ildir ki, narkotik vasitə olan marixuanadan istifadə edir, həmin narkotik vasitələri Bakı şəhərində müxtəlif yerlərdən üzdən tanımadığı, adını bilmədiyi şəxslərdən özü qəbul etmək məqsədi ilə əldə edir. Narkotik vasitə qəbul etməsini ona heç kim məcbur etmir, narkotik vasitələri könüllü olaraq istifadə edir. Barəsində aparılan cinayət işinin mahiyəti üzrə bildirmişdir ki, bir neçə gün əvvəl «İnstaqram» sosial şəbəkəsində təsadüfən özünü ona İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən və adını deməyən şəxslə tanış olub danışarkən həmin şəxs hər şey satdığını demiş, ondan marixunana olubolmadığını soruşduqda təbii və hamının satdığından olduğunu demiş və göndərib baxmasını, xoşu gələrsə pulunu sorna göndərə biləcəyini demişdir. Həmin şəxslə razışaldıqdan sonra ona bir dəfə çəkməklik marixuana göndərməsini demiş, xx.xx.2025-ci il tarixdə İranlı kimi bildiyi şəxslə təkrar danışarkən o, 500 qram göndərəcəyini demiş, bunun qarşılığında isə həmin şəxsə 200 manat göndərməli olmuşdur. Lakin 500 qramın çox olduğunu desə də o, kiçik paket halında olacağını demiş, onunla razılaşmışdır. Bundan sonra isitifadə etdiyi ***-***-**-** saylı nömrənin «VVhatsApp» tətbiqinə +**********96 nömrəsi ilə yer bildirmi, kordinat atıb narkotik vasitənin qoyduğu yerin ünvanın göndərmiş, ona görə də Binə qəsəbəsində yaşayan dostu Şahid1 zəng vurub görüşmüş, birlikdə Dübəndi bağlarına getməsini xahiş etmişdir. Ramil razılaşmış, atasına məxsus idarə etdiyi Mersedes-Benz markalı, **-TM-*** dövlət qeydiyyat nişanlı avtombil ilə ona göndərilən ünvana yola düşmüşlər. Yolda Ramilə, ona narkotik vasitə göndərildiyini və onu götürməyə getdiyini, götürdükdən sonra birlikdə çəkəcəklərini demiş, Ramil onunla razılaşmış, birlikdə Pirallahı rayonu Dübəndi bağlarına gəlmişlər, maşını saxlayıb birlikdə düşmüşlər, ona göndərilən kordinata getmişlər. Bağların arasında yarımçıq tikilinin hasarının dibində yerə qoyulmuş 01 ədəd çantanı Ramil ilə birlikdə götürüb maşına tərəf gedərkən 5-6 nəfər mülkü geyimli polis işçiləri onları saxlayıb özlərini təqdim etmiş, onlara narkotik vasitələrin qanunsuz dövriyyəsi, saxlanılması və gəzdirilməsində şübhəli olduqlarnı bildrdikdən sonra artıq hər şeyin polis işçilərinə aydın oluğunu bildiyi üçün etiraz etməmiş, videogörüntü ilə üzərlərində axtarış keçirib əlində olan çantanın içinə baxış keçirmişlər. Baxış zamanı çantadan sellofana bükülmüş bir neçə bağlama və həmin bağlamalara baxış zamanı içərisindən ota bənzər kütlə aşkar olunmuşdur. Aşkar olunmuş bağlamalardakı ota bənzər kütlələr qablaşdırılmış, daha sonra idarə etdiyi nəqliyyat vasitəsinə iştirakları ilə baxış keçirilmiş, baxış zamanı maşından heç nə aşkar olunmamşdır. Daha sonra onları Pirallahı RPİ-nə gətirmişlər, ona hüquq və vəzifələri izah edildikdən sonra dəvət olunmuş müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən şübhə doğuracaq hər hansı predmet, əşya və sair aşkar olunmasa da qeyd olunan yerdən əldə etdiyi çantanın ona məxsus olduğunu demişdir. Həmin maddələr polis işçiləri tərəfindən götürülərək ekspertizaya təqdim edilməsi üçün orada olan şəxslərin iştirakı ilə qablaşdırılmış, möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol iştirakçılar və ounun tərəfindən imzalanmışdır. Həmin marixuananı «İnstagram» sosial şəbəkəsində tanış olduğu, özünü ona İran İslam Respublikasının vətəndaşı kimi təqim edən, lakin adını deməyən şəxsin 23 iyun 2025-ci il tarixdə istifadə etdiyi mobil telefona «VVhatsApp» vasitəsi ilə göndərdiyi yer bildirmi, kordinatdan, yəni Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağları Gürgan küçəsində yerləşən yarımçıq tikililərin arasından əldə etdiyini, narkotik vasitə marixuananı satmaq, eləcədə kiməsə pay vermək niyyətinin olmadığını, onu özü istifadə etmək üçün əldə etdiyini, lakin həmin şəxs ona 500 qram marixuana göndərəcəyini desə də təyin olunan yerdən götürərkən çox olduğunu gördüyünü, göstərilən tarixdə və yerdə polis əməkdaşları tərəfindən ona qarşı heç bir zor tətbiq edilmədiyini, həmin şəxs ona İran İslam Respublikasının vətəndaşı olduğunu desə də adını demədiyini, onun İranlı olduğundan tam əmin olmadığını, çünki onunla danışdıqdan tez bir vaxtda yer bildirmi, kordinat göndərib götürə biləcəyini dediyini, ona görə də onun İran İslam Respublikasının vətəndaşı olduğuna inanmadığını, ona özünün deməsinə görə İran İslam Respublikasının vətəndaşı olduğunu, uzun müddətdir ki, Bakı şəhərində, deyəsən Suraxanı rayonu ərazisində yaşadığını dediyini, əslində isə onun iranlı olmasına tam əmin olmadığını, ancaq Bakıda olmasına inandığını, Bakıda yaşamasaydı onunla əlaqə saxladıqda ən uzağı 1 saat sonra marixuananı ona çatdıra bilməyəcəyini, belə ki, o, marixuananın Bakıda olduğunu, ona tez bir vaxta çatacağını dediyini, əlavə olaraq onun ləhcəsindən də iranlı deyil, Azərbaycanın cənub rayonlarının sakini olması hiss olunduğunu, həmin şəxs barəsində əlavə heç bir məlumatı olmadığını, bir neçə dəfə müxtəlif şəxslər Bakı şəhərində müxtəlif xarici dövlətlərə aid qeydiyatdan keçmiş nömrələrdən istifadə etdiklərinin şahidi olduğunu, ona görə də həmin şəxsin İran İslam Respublikasına aid nömrə ilə qeydiyyatdan keçmiş «VhatsApp» dan istifadə etməsi onun İranlı olmasına onda tam əminlik yaratmadığını, narkotik vasitəni əldə etdikdən sonra həmin şəxsə 200 manat pulu göndərəcəyini, pulu narkotik vasitəni götürdükdən sonra təkrar onunla əlaqə saxlayıb ona göndərəcəyi hesab nömrəsinə göndərməli olduğunu, lakin həmin vaxt polislər onu saxladığı üçün əlaqə saxlaya bilmədiyini, üzərində olan 02 ədəd mobil telefonun özünə məxsus olduğunu, telefonların birində nömrə olmadığını, digər telefonda olan ***-***-**-** nömrənin özünə məxsus olduğunu bildirmişdir. Maşınla yol gedərkən Şahid1 narkotik vasitə götürəcəyi, hətta birlikdə istifadə edəcəyi barədə də dediyini, narkotik vasitələrdən istifadə etməsi barədə hər hansı şəxsin xəbərdar olub-olmaması barədə heç nə deyə bilmədiyini, onların qəbul edilməsinin qadağan olunmasını və məsuliyyətini dərk etməklə hazırda əməlindən peşman olduğunu, polis işçilərinin onu Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağları Gürgan küçəsində saxladıqlarını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Pirallahı RPİ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid7 ifadəsində göstərmişdir ki, hadisə 21 iyun 2025-ci il tarixdə baş vermişdir. Hadisə ilə bağlı idarəyə Təqsirləndirilən şəxs və Şahid1 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat qrupu yaradılmış və hadisə yerinə getmişlər. Hadisə yerinə gələn zaman Təqsirləndirilən şəxs geridə, Şahid1 isə irəlidə dayanmışdır. Həmin zaman Təqsirləndirilən şəxs əlində yerdən götürdüyü sellofan olmuşdur. Onlar yaxınlaşıb özlərini təqdim etmişlər, hüquq və vəzifələrini izah etmişlər. 8 ədəd bağlama, narkotik vasitə olan marixuana aşkar edilmişdir. Məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq, əməliyyat qrupunda ondan başqa 5 nəfər polis əməkdaşı olduğunu, əməliyyat qrupunun rəhbərinin Şahid2 Elbrus oğlu olduğunu, əməliyyat məlumatının narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı olduğunu, narkotik vasitə marixuana olduğunu, hadisə yerinə gəldikləri zaman narkotik vasitənin Təqsirləndirilən şəxs əlində gördüklərini, Təqsirləndirilən şəxs tərəflərindən psixi və fiziki təzyiq olunmadığını, əməliyyat məlumatının şəxsin tutulmasından təxminən 1 saat əvvəl daxil olduğunu, hadisə yerinə təxminən 1 saata gedib çatdıqlarını, Şahid1 barəsində heç bir məlumatının olmadığını, təqsirləndirilən şəxsin nəqliyyat vasitəsini izləmədiklərini, təqsirləndirilən şəxsin narkotik vasitə olduğunu özünün etiraf etdiyini, məhkəməyədək icraat zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Pirallahı RPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili Şahid4 ifadəsində göstərmişdir ki, 20 iyun 2025-ci il tarixdə hadisə ilə bağlı idarəyə Təqsirləndirilən şəxs və Şahid1 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil olmuşdur. 6 nəfər polis əməkdaşından ibarət əməliyyat qrupu yaradılmış və hadisə yeri olan Gürgan küçəsi 39 ünvanına getmişlər. Hadisə yerinə gələn zaman Təqsirləndirilən şəxs geridə, Şahid1 isə irəlidə dayanmışdır. Üzərlərinə videçəkilişlə baxış keçirilmiş, bu zaman 8 ədəd bağlama, narkotik vasitə olan marixuana aşkar edilmişdir. Məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq, əməliyyat məlumatının narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı olduğunu, saxlayan zaman qaçmamışlar və həmin vaxt Rüstəmin əlində narkotik vasitə olan çanta olduğunu, onları görən zaman çantanı yerə atdığını, təqsirləndirilən şəxsə qarşı fiziki və psixi təzyiq olmadığını, əməliyyat məlumatının şəxsin tutulmasından təxmini 1 saat əvvəl daxil olduğunu, əməliyyat məlumatının narkotik vasitənin qanunsuz dövriyyəsi və daşınması ilə bağlı olduğunu, hadisə yerinə təxmini 1 saata gedib çatdıqlarını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Pirallahı RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid5 ifadəsində göstərmişdir ki, 22 iyun 2025-ci il tarixdə hadisə ilə bağlı idarəyə Təqsirləndirilən şəxs və Şahid1 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil olmuşdur. Onlara yaxınlaşan zaman videoçəkilişə aparmışlar. Məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq, əməliyyat qrupunda 6 nəfər polis əməkdaşı olduğunu, əməliyyat qrupunun rəhbərinin Şahid2 Elbrus oğlu olduğunu, Təqsirləndirilən şəxs əlində 8 bükümdə narkotik vasitənin aşkar olunduğunu, təqsirləndirilən şəxsi 22 iyun 2025-ci il tarixdə saxladıqlarını, tərəflərindən təqsirləndirilən şəxsə qarşı heç bir psixi və fiziki təzyiq olunmadığını, həmçinin saxlanılan zaman təqsirləndirilən şəxsin qaçmadığını, əməliyyat məlumatının şəxsin tutulmasından təxmini 1 saat əvvəl daxil olduğunu, əməliyyat məlumatının narkotik vasitənin qanunsuz dövriyyəsi və daşınması ilə bağlı olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Pirallahı RPİ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid2 Elbrus oğlu ifadəsində göstərmişdir ki, 20 iyun 2025-ci il tarixdə hadisə ilə bağlı idarəyə Təqsirləndirilən şəxs və Şahid1 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat qrupunun rəhbəri o olmuşdur. Onlar təqsirləndirilən şəxsə və dostuna yaxınlaşan zaman onları saxlamışlar və videoçəkiliş aparmağa başlamışlar. Məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq, əməliyyat məlumatının narkotik vasitənin istifadəsi və qanunsuz dövriyyəsi ilə bağlı olduğunu, təqsirləndirilən şəxsi 20 iyun 2025-ci il tarixdə saxladıqlarını, təqsirləndirilən şəxsin əlində çanta olduğunu, onları piyada vəziyyətdə dayanmış olduqları halda tutduqlarını, polis əməkdaşları tərəfindən onlara hər hansı fiziki və psixi təsir edilmədiyini, narkotik vasitənin növünün ekspertiza ilə müəyyən edildiyini, aşkar edilmiş kütlənin ekspertizaya aparılmasında iştirak etdiyini, əməliyyat məlumatının ona daxil olduğunu, hadisə yerinə gedən zaman orada onları nəyin gözlədiyini bilmədiyini, hadisə yerinin açıq ərazi olduğunu, təqsirləndirilən şəxsin qaçma ehtimalı olduğunu lakin qaçmadığını, məhkəməyədək icraat zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Pirallahı RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid6 Səddədin oğlu ifadəsində göstərmişdir ki, 20 iyun 2025-ci il tarixdə hadisə ilə bağlı idarəyə Təqsirləndirilən şəxs və Şahid1 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat qrupunun rəhbəri Şahid2 olmuşdur. Gürgan qəsəbəsinə getmişlər və onlara yaxınlaşan zaman Rüstəm əlindəki çantanı yerə atmışdır. Onlar təqsirləndirilən şəxsi və dostunu saxlamışlar və videoçəkiliş aparmışlar. Məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq, əməliyyat məlumatının narkotik vasitənin istifadəsi və qanunsuz dövriyyəsi ilə bağlı olduğunu, təqsirləndirilən şəxsi 20 iyun 2025-ci il tarixdə saxladıqlarını, polis əməkdaşları tərəfindən hər hansı fiziki və psixi təsir edilmədiyini, əməliyyat məlumatı daxil olan zaman xidməti ərazidə olduğunu, təxminən 40 dəqiqə ərzində hadisə yerinə getdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Pirallahı RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, 23 iyun 2025-ci il tarixdə hadisə ilə bağlı idarəyə Təqsirləndirilən şəxs və Şahid1 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil olmuşdur. Hadisə yerində hasarın yanı ilə gələn əməliyyat qrupunun rəhbəri Şahid2 olmuşdur. Gürgan qəsəbəsinə getmişlər və onlara yaxınlaşan zaman Rüstəm əlindəki çantanı yerə atmışdır. Bu zaman onları saxlamış və videoçəkiliş aparmağa başlamışlar. Məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq, təqsirləndirilən şəxsi 23 iyun 2025-ci il tarixdə saat 20:00-da saxladıqlarını, çantanın Rüstəmin əlində olduğunu, çantanın içərisində 8 ədəd bağlama olduğunu, polis əməkdaşları tərəfindən təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və psixi təzyiqlərin olmadığını, təxminən 40 dəqiqə ərzində hadisə yerinə getdiklərini bildirmişdir. Məhkəmə iclasında şahid qismində Şahid1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs dostudur. Saxlanıldıqları gün Rüstəm ona zəng etdi və bir yerə gedib gəlməyi xahiş etdi. Yolda olan zaman Rüstəm ona narkotik vasitə götürmək üçün getdiyini bildirdi. Ünvana çatdıqdan sonra polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə aparılmışdır. Məhkəmə iclasında ona verilən suallara cavab olaraq, bağlamanın daşların arasında sellofan bükülüdə olduğunu gördüyünü, içərisində nə qədər narkotik vasitə olduğunu bilmədiyini, daşların arasında sellofan bükülüdə görünən bağlamanın polis əməkdaşlarının təqdim etdiyi bağlama ilə eyni olduğunu, bağlamanı təqsirləndirilən şəxsin götürdüyünü görmədiyini bildirmişdir. Cinayət işinin materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilərkən, həmçinin 23 iyun 2025-ci il tarixli «əməliyyat - axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair» protokoldan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs və X1 zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə Təqsirləndirilən şəxs və X4 üstünü yoxlamağa başlamışlar. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs və X7 paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs və X10 rəngli bazar torbasını təqdim etdi. Ardınca aşkar olunan narkotik vasitəyə bənzər kütlə tərəflərindən açılaraq içərisində olan qurudulmuş marixuanaya bənzər kütlə baxış keçirilərə qablaşdırılmış, saxlanılan şəxslər və iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Sonra Təqsirləndirilən şəxs və X4 üstü yoxlanıldı. Yoxlama zamanı sonunculardan heç bir əşya, predmet aşkar edilmədi. Təqsirləndirilən şəxs idarə etdiyi qara rəngli mercedes markalı **-TM-*** d.q.n avtomobilə Təqsirləndirilən şəxs və iştirakçıların iştirakı ilə baxış keçirildi və qanunsuz əşya və predmet aşkar edilmədi. Cinayət işinin materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilərkən, həmçinin “şəxsi axtarış, baxış və götürmə aparılması barədə” 23 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah olunaraq üzərində olan əşyaları könüllü olaraq masanın üzərinə qoyması təklif olundu. Saxlanılan şəxs əynində olan qara rəngli cins şalvarın arxa sağ cibindən 1 ədəd Redmi 13 markalı mobil telefonu, şalvarın qabaq sağ cibindən bir ədəd ağ rəngli nokia markalı mobil telefon və şalvarın qabaq sol cibindən 2 ədəd açarı masanın üzərinə qoydu və bildirdi ki, üzərində başqa əşya yoxdur. Bundan sonra Ş.Rüstəmin üzərinə şəxsi axtarış keçirildi, axtarış zamanı onun üzərindən hər hansı bir başqa əşya aşkar olunmadı. 1 ədəd Redmi 13 markalı mobil telefonu və 1 ədəd ağ rəngli nokia markalı mobil telefon maddi sübut əhəmiyyətli olduğu üçün götürüldü, 2ədəd açar maddi sübut əhəmiyyəti olmadığı üçün Ş.Rüstəmə geri qaytarıldı. Bundan başqa Şahmarlı X5 RPİ-nin əməkdaşları tərəfindən Pirallahı rayonu, Dübəndi bağları, 39-cu Gürgan küçəsində saxlanılan zaman aşkar olunmuş bir ədəd rəngli bazar çantasına baxış keçirilmiş. Həmin çantanın içərisindən 08 ədəd politelin sellofana bükülmüş içərisində açıq yaşıl rəngli spesifik iyə malik olan narkotik vasitə marixuanaya bənzər maddə aşkar olundu. Bundan sonra həmin maddələr yenidən qablaşdırılaraq üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Həmin bağlama elektron tərəzi ilə çəkilmiş, qablaşdırılma ilə birlikdə çəkisi 5475 qram təşkil etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin marixuanaya bənzər maddələri dostu ilə birlikdə qeyd olunan ünvandan götürdüklərini bildirmişdir. Cinayət işinin materiallarında olan “nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında” 24 iyun 2025-ci il tarixli protokoldan görünür ki, nəqliyyat vasitəsinə baxış zamanı qanunla dövriyyəsi qadağan olunan və cinayət təqibi üçün əhəmiyyət kəsb edəcək hər hansı əşya və ya predmet aşkar edilmədi. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxıl olmuş 24 iyun 2025-ci il tarixli məhkəmə-bioloji ekspertizasının 7/908 nömrəli rəyinə əsasən, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs üzərindən götürülmüş....» yazı və imzalar olan 01 (bir) ədəd ağ rəngli sintetik torbada olan bir ədəd damalı çantada 8 (səkkiz) ədəd üzəri skoçlu qara rəngli sellofan bağlamada hər birinin ayrı-ayrılıqda içərisində təmiz çəkisi 665 qram, 580 qram, 675 qram, 595 qram, 615 qram, 675 qram, 630 qram və 700 qram olmaqla, ümumi təmiz çəkisi 5135 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Cinayət işinin materiallarında olan “CD diskə baxış keçirilməsi haqqında” 24 iyun 2025-ci il tarixli protokoldan görünür ki, sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitəninin ona məxsus olduğunu, yoldan tapdığını, özü üçün apardığını, istifadəçisi olduğunu, satışı ilə məşğul olmadığını, vəkilə etirazı olmadığını, çantanın içərisində olan maddənin çöldə bitən ot olduğunu, ümumi olaraq 500 qarın adı ilə götürdüyünü, belə ki, ona «sənə 500 qram nəişə verəcəklər, get balışının altına qoy çək» deyildiyini, həmin yerə dostu ilə getdiyini, dostuna narkotik vasitə götürməyə getməsini yolda dediyini, həmin bükümlərdə olan kütlələrdən nəişə iyi gəlmədiyini bildirməsi, daha sonra çantanın içində olan 08 ədəd bükümün həmin çantaya qoyularaq kisəyə qablaşdırılması, üzəri Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən imzalanması, elektron tərəzi ilə çəkilməsi və miqdarının 5475 qram olması müəyyən olunur. Təqsirləndirilən şəxs təhqiqatçının sualına cavab olaraq başqa sözü olmadığını, müdafiəçisinin polis tərəfindən ona qarşı təzyiq olub-olmadığı sualına cavab olaraq isə ona heç bir təzyiq olmadğını, dostqardaş kimi bir-birilərinə göstərdikləri münasibətin ona da göstərildiyini bildirməsi görünür. Cinayət işinin materiallarında olan “götürülmüş mobil telefonlara baxış keçirilməsi haqqında” 24 iyun 2025-ci il tarixli protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefonlara baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş 01 ədəd “Redmi” markalı mobil telefonun üzərində mobil nömrə olmasa da « VVhatsApp» bölməsinin SMS yazışmalarında «Adsız» adı ilə qeyd edilmiş +**********96 nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəsi ilə qeydiyyatdan keçmiş « VVhatsApp» tətbiqində xx.xx.2025-ci il tarixdə müvafiq yazışmaları, Təqsirləndirilən şəxs Pirallahı rayonu Dübəndi bağlarına aid yer bildirimi (kordinat), eləcə də narkotik vasitənin yerləşdirildiyi yerin fotoşəkilinin göndərildiyi müəyyən edilmiş, bundan başqa «VVhatsApp» bölməsinin SMS yazışmalarında +**********01 nömrəsi ilə qeydiyyatdan keçmiş naməlum şəxs tərəfindən xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitənin götürməsi ilə bağlı göndərdiyi 03 ədəd səs qeydləri və cavabsız zəngi olduğu müəyyən edildi. Bundan başqa götürülmüş digər “Nokia” markalı mobil telefonun sadə telefon olduğu, üzərində mobil nömrə olmadığı, telefonun “Mesajlar”, “Zənglər” və sair bölməsinə baxış keçirilərkən narkotik vasitələrin satışı ilə məşğul olmağa dair və iş üçün əhəmiyyət kəsb edən hər hansı mesaj mətnləri və ya sms yazışmaları, səs qeydləri, şəkil və sair məlumatlar aşkar edilmədi. Cinayət işinin materiallarında olan 03 iyul 2025-ci il tarixli qəbzdən görünür ki, X9 ona məxsus “Mercedes-Benz E280 minik” markalı, **-TM-*** d.q.n avtomobili işlək vəziyyətdə təhvil almışdır. Cinayət işinin materiallarında olan “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 26 iyul 2025-ci il tarixli, 3-28-29/2-7135/2025 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicə olmayıb. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2025ci il tarixli, 4657 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan “ambulator məhkəmə psixiatrik ekspertizasının” xx.xx.2025-ci il tarixli 2326 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı Psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs ittiham olunan əməli törədənədək, cinayəti əməli törətdiyi zaman və törətdiyi əməldən sonra hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan 10 oktyabr 2025-ci tarixli üzləşdirmə protokolundan görünür ki, istintaq zamanı iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs ilə Şahid1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, Təqsirləndirilən şəxs və Şahid1 istintaqa verdiyi ifadələrini bir daha təsdiq etmişlər. Cinayət işinin materiallarında olan “Azercell MMC-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında” 19 noyabr 2025-ci il tarixli və “Bakcell MMC-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında” 04 dekabr 2025-ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs və onun tutulmasında, üzərində şəxsi axtarış keçirilməsində iştirak etmiş polis işçilərinin istifadələrində olan mobil nömrələrin anten əhatə dairəsinə dair məlumatları (dislokasiya yeri) olan diskə baxış keçirilmiş, baxış zamanı həmin məlumatlarda ittihamın mahiyətinə təsir edəcək hər hansı dəlil, sübut müəyyən edilməmişdir. Belə ki, anten əhatə dairəsinə dair məlumatlarından (dislokasiya yeri) polis işçilərinin xx.xx.2025-ci il tarixdə təqsirləndirilən şəxslərin saxlanıldığı saatda həmin ünvanda olmaları müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan 05 dekabr 2025-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, istintaq zamanı iş üzrə şahidlər Şahid2 Elbrus oğlu, Şahid4, Şahid7 və Şahid3 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, Şahid2 Elbrus oğlu, Şahid4, Şahid7 və Şahid3 istintaqa verdiyi ifadəsini bir daha təsdiq edərək Təqsirləndirilən şəxs üzünə demişdir. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün irəli sürdüyü sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, “İnstagram” sosial şəbəkəsində naməlum şəxslə əlaqə saxlamış və danışdığı şəxs xanım olmuşdur. Onun adını telefon rəhbərində “adsız” kimi qeyd etmişdir. Narkotik vasitəni ittiham aktında qeyd olunan kütlədə istəməmişdir. O, həyatında heç vaxt o çəkidə narkotik vasitə görməmişdir. Hadisə yerinə gedən zaman nə olub bitdiyini bilməmiş, polis əməkdaşları birdən-birə ətrafına toplaşmışlar. O, narkotik vasitə ilə dolu olan çantanın olduğu yerdəki hasarın digər tərəfində olmuş. Videoçəkilişin aparılması üçün onu hasarın digər tərəfinə gətirmişlər. 3 dəfə videoçəkiliş olmuşdur, lakin sonuncudan xəbəri olmamışdır. Həmin günü gecə saat 00:00 radələrinə kimi polis bölməsində saxlanılmışlar. O, xx.xx.2025-ci il tarixdə tutulduğunu və qanunsuz olaraq 4 gün saxlanıldığını, ittiham aktında isə xx.xx.2025-ci il tarixdə tutulduğunun göstərildiyini bildirmişdir. Məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq, Böyük Vətən müharibəsi döyüşləri ərəfəsində narkotik vasitədən istifadə etməyə başladığını, müharibə zamanı yaşadığı çətinliklərlə bağlı vəziyyətin təsirinə düşüb narkotik vasitəni qəbul etdiyini, danışdığı naməlum şəxsdən 300 qram çəkidə narkotik vasitə istədiyini, dostu Ramil adlı şəxsin də hadisə zamanı onun ilə olduğunu, lakin narkotik vasitəni götürməyə gəldiyini bilmədiyi üçün onu polis bölməsindən buraxdıqlarını, hadisə yerində olan zaman 5 kq çəkidə narkotik vasitənin olduğu bağlamaya heç toxunmadığını, videoçəkiliş zamanı bağlamanı polis əməkdaşlarının açdığını və içində olan narkotik vasitənin növlərini göstərdiklərini, narkotik vasitənin yalnız istifadəçisi olduğunu, heç vaxt satışı ilə məşğul olmadığını, Binədə usta işlədiyini, narkotik vasitəni nə heç kəsə vermədiyini nə də satmadığını, normalda narkotik vasitə olan marixuananın 1 qramını 10 manata aldığını və onu 3 gün ərzində çəkib istifadə etdiyini, narkotik vasitəni hər gün qəbul etmədiyini, 2 həftədən bir alarıqda istifadə etdiyini, “İnstagram” sosial şəbəkəsində danışdığı naməlum şəxs ilə hadisə günündən 1 həftə əvvəl əlaqə saxladığını, ilkin olaraq həmin şəxslə “İnstagram” sosial şəbəkəsində danışıb əlaqə saxladığını, ona təklif etdiyi narkotik vasitəni istəmədiyini, daha sonra ona “təbii” narkotik vasitə olan marixuananın olduğunu, cəlb etdiyini və nömrəsini aldığını, həmin şəxsin ona narkotik vasitəni ünvandan götürdükdən sonra ödənişi ona atmalı olduğunu bildirdiyini, onunla arasında narkotik vasitənin daşınması və satılması kimi söhbətlərin olmadığını, xx.xx.2025-ci il tarixdə polis əməkdaşları tərəfindən tutulduğunu, narkotik vasitəni göndərdikdən sonra həmin şəxsin ona göndərdiyi narkotik vasitənin çəkisi barədə hər hansı bir məlumat vermədiyini, maşından düşüb həmin yolun yanından həyətin yaxınlığından götürməyə getdiyini, həmin an polis əməkdaşlarının qaz sayğaclarına baxabaxa mülki geyimdə yanına yaxınlaşdıqlarını, gələn kimi dərhal onları tutub və döyməyə başladıqlarını, maşından düşdükdən sonra narkotik vasitəni götürmədiyini, ifadəsində 5 kq sözünü işlətmədiyini bildirmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsi: Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Maddə 3 - Yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Maddə 8.1 - Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Maddə 41.2 - Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Maddə 58.3 - Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Maddə 56.1.2 - Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Maddə 69.3 - Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi: Maddə 44.1 - Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Maddə 124 - İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir. Maddə 145 - Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Maddə 125.8 - Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Maddə 158.2 - Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Maddə 158.6 - Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Maddə 132 - Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir. Maddə 198.1 - Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu: “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının” İ siyahısının 5-ci bəndinin tələbinə görə qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 500 qramdır. “Narkotik vasitələrin, narkotik vasitələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu Maddə 1.0.8 - Narkotik vasitələrin və narkotik vasitələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və narkotik vasitələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və narkotik vasitələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Maddə 1.0.9 - Narkotik vasitələrin, narkotik vasitələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, narkotik vasitələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Maddə 1.0.10 - Narkotik vasitələrin və narkotik vasitələrin qanunsuz saxlanması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı Qərarın 25-ci bəndi (2-ci abzas) - Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət veribverməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Qərarın 26-cı bəndi - Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Konvensiyası və Avropa Məhkəməsinin president hüququ: "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmənin hüquqi dəyərləndirməsi: Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özü tərəfindən inkar edilsə də şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxsdə aşkar edilərək götürülmüş narkotik vasitə qadağan olunmuş əşya olduğundan və miqdarı qüvvədə olan qanunvericiliyə əsasən külli miqdar təşkil etdiyindən irəli sürülmüş ittihama uyğun cinayət məsuliyyəti yaradır. Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxsin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlir. Məhkəmə hesab edir ki, üzərində hər hansı qanunla qadağan olunmuş əşya və ya predmetin olmaması, polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalması, bunun nəticəsi olaraq polis əməkdaşlarının təqdim etdiyi narkotik vasitənin özünə məxsus olması barədə etirafedici izahat verməsi barədə Təqsirləndirilən şəxs ifadəsi işdə olan sübutlarla təsdiq olunmadığına görə qəbul edilə bilməz və cinayət məsuliyyətindən yayınmaq üçün özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş 24 iyun 2025-ci il tarixli və 25 iyun 2025-ci il tarixli şübhəli və təqsirləndirilən şəxs qismində dindirilən zaman vermiş olduğu ifadələrindən görünür ki, təqsirləndirilən şəxs 23 iyun 2025-ci il tarixdə, Pirallahı rayonu, Dübəndi bağları ərazisində barəsində heç bir məlumatının olmadığı İİR vətəndaşı olan şəxsdən 200 manat müqabilində bir ədəd çantada narkotik vasitə qurudulmuş marixuana almışdır. İzahatlarında həmçinin ona verilmiş suallara cavab olaraq polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı hər hansı zor və ya təzyiq olmadığını bildirmişdir Bundan başqa cinayət işinin materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanası tərəfindən məhkəməyə göndərilmiş məktubun və ona əlavə olunmuş məhkumun tibbi kitabçasının surətindən görünür ki, sonuncu təcridxanaya daxil olarkən xəsarət almadığını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs bədəninə baxış zamanı heç bir zədə və xəsarət izləri aşkar olunmamışdır. Bundan başqa məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini mötəbər sübut qismində qəbul edir və sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsindən də görünür ki, sonuncu təxminən 2-3 ildir ki, narkotik vasitə olan marixuanadan istifadə etdiyini, saxlanılmadan bir neçə gün əvvəl «İnstaqram» sosial şəbəkəsində özünü ona İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən və adını deməyən şəxslə təsadüfən tanış olduğunu, ondan bir dəfə çəkməklik marixuana istədiyini, nömrəsinə göndərilən yer bildiriminə dostu Şahid1 ilə birlikdə Pirallahı rayonu Dübəndi bağlarına getdiyini, orada yerə qoyulmuş 01 ədəd çantanı Ramil ilə birlikdə götürdüyünü bildirmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası medalının İ-19057 saylı, İ-24629 saylı və İ-68411 saylı vəsiqələrin, Azərbaycan Vətən Mübaribəsi X6 tərəfindən verilmiş 139351 saylı vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Vətən Müharibəsi” veteranı və iştirakçısıdır, “Vətən müharibəsi iştirakçısı” medalı, Azərbaycan Respublikası Prezidentinin “Xocavəndin azad olunmasına görə” medalı, “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs “Vətən Müharibəsi” veteranı və iştirakçısı olmasını, “Vətən müharibəsi iştirakçısı” medalı, “Xocavəndin azad olunmasına görə” medalı və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədlərinə çatmaq baxımından qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Pirallahı RPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili Şahid4 ifadəsində göstərmişdir ki, 20 iyun 2025-ci il tarixdə hadisə ilə bağlı idarəyə Təqsirləndirilən şəxs və Şahid1 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil olmuşdur. 6 nəfər polis əməkdaşından ibarət əməliyyat qrupu yaradılmış və hadisə yeri olan Gürgan küçəsi 39 ünvanına getmişlər. Hadisə yerinə gələn zaman Təqsirləndirilən şəxs geridə, Şahid1 isə irəlidə dayanmışdır. Üzərlərinə videçəkilişlə baxış keçirilmiş, bu zaman 8 ədəd bağlama, narkotik vasitə olan marixuana aşkar edilmişdir. Məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq, əməliyyat məlumatının narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı olduğunu, saxlayan zaman qaçmamışlar və həmin vaxt Rüstəmin əlində narkotik vasitə olan çanta olduğunu, onları görən zaman çantanı yerə atdığını, təqsirləndirilən şəxsə qarşı fiziki və psixi təzyiq olmadığını, əməliyyat məlumatının şəxsin tutulmasından təxmini 1 saat əvvəl daxil olduğunu, əməliyyat məlumatının narkotik vasitənin qanunsuz dövriyyəsi və daşınması ilə bağlı olduğunu, hadisə yerinə təxmini 1 saata gedib çatdıqlarını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Pirallahı RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid5 ifadəsində göstərmişdir ki, 22 iyun 2025-ci il tarixdə hadisə ilə bağlı idarəyə Təqsirləndirilən şəxs və Şahid1 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil olmuşdur. Onlara yaxınlaşan zaman videoçəkilişə aparmışlar. Məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq, əməliyyat qrupunda 6 nəfər polis əməkdaşı olduğunu, əməliyyat qrupunun rəhbərinin Şahid2 Elbrus oğlu olduğunu, Təqsirləndirilən şəxs əlində 8 bükümdə narkotik vasitənin aşkar olunduğunu, təqsirləndirilən şəxsi 22 iyun 2025-ci il tarixdə saxladıqlarını, tərəflərindən təqsirləndirilən şəxsə qarşı heç bir psixi və fiziki təzyiq olunmadığını, həmçinin saxlanılan zaman təqsirləndirilən şəxsin qaçmadığını, əməliyyat məlumatının şəxsin tutulmasından təxmini 1 saat əvvəl daxil olduğunu, əməliyyat məlumatının narkotik vasitənin qanunsuz dövriyyəsi və daşınması ilə bağlı olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Pirallahı RPİ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid2 Elbrus oğlu ifadəsində göstərmişdir ki, 20 iyun 2025-ci il tarixdə hadisə ilə bağlı idarəyə Təqsirləndirilən şəxs və Şahid1 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat qrupunun rəhbəri o olmuşdur. Onlar təqsirləndirilən şəxsə və dostuna yaxınlaşan zaman onları saxlamışlar və videoçəkiliş aparmağa başlamışlar. Məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq, əməliyyat məlumatının narkotik vasitənin istifadəsi və qanunsuz dövriyyəsi ilə bağlı olduğunu, təqsirləndirilən şəxsi 20 iyun 2025-ci il tarixdə saxladıqlarını, təqsirləndirilən şəxsin əlində çanta olduğunu, onları piyada vəziyyətdə dayanmış olduqları halda tutduqlarını, polis əməkdaşları tərəfindən onlara hər hansı fiziki və psixi təsir edilmədiyini, narkotik vasitənin növünün ekspertiza ilə müəyyən edildiyini, aşkar edilmiş kütlənin ekspertizaya aparılmasında iştirak etdiyini, əməliyyat məlumatının ona daxil olduğunu, hadisə yerinə gedən zaman orada onları nəyin gözlədiyini bilmədiyini, hadisə yerinin açıq ərazi olduğunu, təqsirləndirilən şəxsin qaçma ehtimalı olduğunu lakin qaçmadığını, məhkəməyədək icraat zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Pirallahı RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid6 Səddədin oğlu ifadəsində göstərmişdir ki, 20 iyun 2025-ci il tarixdə hadisə ilə bağlı idarəyə Təqsirləndirilən şəxs və Şahid1 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat qrupunun rəhbəri Şahid2 olmuşdur. Gürgan qəsəbəsinə getmişlər və onlara yaxınlaşan zaman Rüstəm əlindəki çantanı yerə atmışdır. Onlar təqsirləndirilən şəxsi və dostunu saxlamışlar və videoçəkiliş aparmışlar. Məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq, əməliyyat məlumatının narkotik vasitənin istifadəsi və qanunsuz dövriyyəsi ilə bağlı olduğunu, təqsirləndirilən şəxsi 20 iyun 2025-ci il tarixdə saxladıqlarını, polis əməkdaşları tərəfindən hər hansı fiziki və psixi təsir edilmədiyini, əməliyyat məlumatı daxil olan zaman xidməti ərazidə olduğunu, təxminən 40 dəqiqə ərzində hadisə yerinə getdiyini bildirmişdir İş üzrə Şahid7 məhkəmə iclasında vermiş olduğu ifadəsində təqsirləndirilən şəxsin 21 iyun 2025-ci il tarixdə saxlanıldığını bildirmişdir. Həmçinin iş üzrə Şahid5 məhkəmə iclasında vermiş olduğu ifadəsində təqsirləndirilən şəxsin 22 iyun 2025-ci il tarixdə saxlanıldığını bildirmişdir. Bundan başqa iş üzrə şahidlər Şahid4, Şahid2 Elbrus oğlu və Şahid6 Səddədin oğlu məhkəmə iclasında vermiş olduğu ifadələrində təqsirləndirilən şəxsin 20 iyun 2025-ci il tarixdə saxlanıldığını bildirmişlər. Yaranmış ziddiyyət ilə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd edilən tarixdə, yəni 23 iyun 2025-ci il tarixdə yox, 21 iyun 2025-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılmışdır və bu ziddiyyət təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında vermiş olduğu ifadəsində polis əməkdaşları tərəfindən 21 iyun 2025-ci il tarixdə saxlanıldığını bildirmiş və şahidlər Şahid7, Şahid5, Şahid4, Şahid2 Elbrus oğlu və Şahid6 Səddədin oğlunun təqsirləndirilən şəxsin saxlanılma tarixi ilə bağlı ittihamda vermiş olduqları ifadədən fərqli ifadə vermələri sübut edir ki, Təqsirləndirilən şəxs 21 iyun 2025-ci il tarixdə saxlanılmışdır. Həmçinin Təqsirləndirilən şəxs qanunsuz həbsdə saxlanılması barədə xüsusi qərar qəbul edilməli və sonuncunun həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən cəza müddətinə daxil edilməklə ona təyin edilmiş cəzanın əvvəli 21 iyun 2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Sonuncunun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Maddi sübutlarla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Pirallahı rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 5134,6 qram narktoik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Pirallahı rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs məxsus “Redmi” markalı mobil telefon cəzasını çəkib qurtardıqdan sonra Təqsirləndirilən şəxs və ya hökm qanuni qüvvəyə mindikdən sonra özünün razılığı ilə ailə üzvlərinə qaytarılmalı, cinayət işinin materiallarında olan 08 (səkkiz) ədəd “CD” disk sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə xərcləri ilə bağlı qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs 70 (yetmiş) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Alyans Vəkil Bürosunun vəkili X8 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Qüvvədə olan “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Buna görə də Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 03 (üç) iş saatı üçün 33 (otuz üç) manat məbləğində vəsait Alyans Vəkil Bürosunun vəkili X8 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Alyans Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 21 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut qismində tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Pirallahı rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 5134,6 qram narktoik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş 08 (səkkiz) ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Pirallahı rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs məxsus “Redmi” markalı mobil telefon cəzasını çəkib qurtardıqdan sonra Təqsirləndirilən şəxs və ya hökm qanuni qüvvəyə mindikdən sonra özünün razılığı ilə ailə üzvlərinə qaytarılsın. Təqsirləndirilən şəxs 70 (yetmiş) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 03 (üç) iş saatı üçün 33 (otuz üç) manat məbləğində vəsait Alyans Vəkil Bürosunun vəkili X8 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Alyans Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Elnur Nuriyev (sədrlik edən) Azər Tağıyev Roman Ələkbərli
Məhkəmə qərarları › İş №1(101)-2066/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2066/2025
16.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver