Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2067/2024 12.12.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsi, hakimlər: Əliyeva Aytən Heydər qızı (sədrlik edən), X4 və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə 25 avqust 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə saat 11:45-də baçıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttihamın mahiyyəti: 1.Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşımışdır. 2.Təqsirləndirilən şəxs narkotik vasitələrin ölkə ərazisində satışını həyata keçirmək məqsədilə istintaqa məlum olmayan vaxtda və şəraitdə şəxsiyyəti istintaqa məlum olmayan “Nasir” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək istintaqla müəyyən edilməyən vaxtda «Nasir» adlı şəxsdən satış məqsədilə qanunsuz olaraq 15 kq 532,38 qram çəkidə, külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib yaşadığı ünvan 3 ünvanına daşıdıqdan sonra narkotik vasitə qurudulmuş marixuananın 15 kilqram 420 qram hissəsini istifadə edilməyən tikilinin içərisində, 112,38 qram hissəsini isə üzərində saxlamış, Nəsimi Rayon Polis İdarəsinin 22ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 05 aprel 2024-cü il tarixdə saat 01:30-da ünvan 4 ünvanının qarşısında saxlanılıb Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 28 ünvanında yerləşən Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinə gətirilərək orada saat 03:20-də üzərinə şəxsi axtarış keçirilərkən əynində olan gödəkcənin cibindən bir ədəd şəffaf sellofan bağlamada təmiz çəkisi 112,38 qram, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış həmin narkotik vasitə qurudulmuş marixuana və əməliyyat tədbirinin davamı olaraq həmin gün saat 05:15-də yaşadığı ünvan 3 ünvanına keçirilmiş baxış zamanı həyətdəki istifadə edilməyən tikilinin içərisində iki ədəd şəffaf polisetilən torbalarda ümumi sayı 49 ədəd bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 305,0 qram, 300,0 qram, 295,0 qram, 300,0 qram, 330,0 qram, 300,0 qram, 300,0 qram, 300,0 qram, 300,0 qram, 305,0 qram, 300,0 qram, 300,0 qram, 300,0 qram, 295,0 qram, 295,0 qram, 300,0 qram, 305,0 qram, 305,0 qram, 300,0 qram, 300,0 qram, 295,0 qram, 300,0 qram, 300,0 qram, 300,0 qram, 295,0 qram, 300,0 qram, 300,0 qram, 300,0 qram, 295,0 qram, 300,0 qram, 300,0 qram, 300,0 qram, 300,0 qram, 305,0 qram, 300,0 qram, 300,0 qram, 300,0 qram, 300,0 qram, 325,0 qram, 300,0 qram, 300,0 qram, 300,0 qram, 300,0 qram, 305,0 qram, 300,0 qram, 295,0 qram, 530,0 qram, 515,0 qram, 525,0 qram olmaqla ümumi təmiz çəkisi 15 kiloqram 420 qram təşkil edən, tərkibinə görə üzərindən aşkar edilmiş təmiz çəkisi 112,385 qram qurudulmuş marixuana ilə eynilik təşkil edən, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış həmin narkotik vasitə qurudulmuş marixuana və narkotik vasitələrin satışında istifadə etmək məqsədilə əldə edib saxladığı bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Sübutların tədqiqi: 3.Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirili bilərək ifadəsində bildirmişdir ki, ittiham aktında saxlanılma yeri, tarixi, onu saxlayan şəxsin adı səhv yazılmışdır. Onu Nizami rayonu, Mehdi Abbasov küçəsi ilə Ə.Vəliyev küçəsinin kəsişməsində yerləşən “Emiraldo” oteldə günorta saat 5-6 radələrində Seyfəddin adlı əməliyyatçı saxlamış, həmin vaxt da üzərində cəmi 112 qram “nəşə” olmuşdur. O təxminən saat 5-6 radələrində polis bölməsinə aparılmış, səhərə yaxın Maştağada yaşadığı yerə getmiş, oraya çatanda artıq həyətinin qapısı açıq olmuş, qapının kimin açdığını soruşduqda, evdəkilərin açdığı bildirilmişdir. Polis əməkdaşları kisələrdən birini içəriyə yerləşdirmiş, digərini isə yerləşdirməyə çatdırmamışlar. Görüntülərdə də qeyd olunur ki, guya onu evin içindən gətirmiş, çəkilişin ortasında isə ikincinin olduğu bildirilmişdir. Qətimkan tədbirinin seçilməsi barədə məhkəmədə hazırki məhkəmə iclasında bildirdiklərini demişdir. Həm müstəntiqə, həm də vəkilə üzərində 112 qram olduğunu bildirmişdir. Videoçəkilişdə narkotikin özünün olduğunu bildirmiş, vəkil videoçəkilişdə yanında olmuşdur. Baxış keçirilmiş mənzil özünə məxsusdur, lakin həmin evin çıxarışı valideynlərinin adınadır. Mənzilə daxil olmaq üçün kimdənsə razılıq alınmamış, mənzilə baxış keçirilməsi lazım olduğu bildirilmiş, problem olmadığından gəlib baxmalarını demişdir. Günortadan sonra saat 5-6 radələrində baxış keçirilmiş, qanunsuz əşya aşkar olunmamışdır. Tutulduqdan sonra 12 saat maşında gəzdirilmiş, Əhmədliyə, başqa yerlərə aparılmışdır. Hadisələr 04 aprel, saat 17-18 radələrində olmuşdur. Anten dairə məlumatlarına da baxılsa onu saxlayanın Seyfəddin olduğu məlum olar. Onu saxlayan Seyfəddin və Elçin olmuş, amma məhkəmə iclasına Elçin və Ramin adlı şəxslər gəlmişdir. Hazırda bildirdiklərini sanksiya məhkəməsində bildirməmiş, bildirməməsinin səbəbi, boynuna almayacağı halda, qardaşının da tutulacağı deyilmişdir. Narkotiki həm şəxsi istifadəsi, həm də satmaq üçün götürmüşdür. Narkotik satmasını etiraf edir, lakin üzərində qeyd edilən çəkidə olmamışdır. Əvvəlki işində və indiki işində əynində olan gödəkcəsi eynidir. 15 kiloqram “nəşə”si olan adamın həm qış, yaz, payızda eyni gödəkcəni geyinmir. İranlının adı “Nasir”dir, narkotiki də həmişə ondan almış, onunla “whatsapp” vasitəsilə danışmışdır. Sonuncu dəfə yarım kiloqramla razılaşmış, lakin pulunu ödəməmişdir. Yazışmaları telefonunda saxlamamış, silmişdir. Pulu hissə-hissə ödəmişdir. Yarım kiloqram narkotiki dəqiq xatılramır, ya Müşviq, ya da Mehdiabad yolundan götürmüşdür. Narkotiki tutulmazdan 3-4 gün əvvəl götürmüş, polislər narkotiki evdən oteldən aşkar etmişdirlər. Narkotik istifadə etdiyindən evdə qalmır, oteldə olur. Narkotiki satmaq niyyəti ilə götürmüş, yarım kiloqam olmuş, sataraq, 112 qramı qalmışdır. Satışı ünvanlara qoymaqla həyata keçirmişdir. Oteldə də məlumat var ki, dörd gün idi ki, orada olmuşdur, keçirilmiş əməliyyatla bağlı əvvəlki məhkəmə iclaslarında narkotikin onda oduğunu bildirsə də, çəkinin qədər olmasını bildirməmişdir. 4.Məhkəmə iclas zalında verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər yarandığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, bildirmişdir ki, o 7-8 il olar ki, psixotrop maddə olan metamfetamindən istifadə edirmiş. Qanunsuz olaraq 4 blitser (list) «metamfetamin» həbləri əldə edib saxladığına görə 2023-cü ildə Sabunçu RPlnin İstintaq şöbəsində barəsində Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə istintaqı tamamlanmış cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş və 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir. «Nasir» adlı İran İslam Respublikası vətəndaşını ümumi tanışları olan İran vətəndaşları vasitəsilə 8-9 aydır ki, tanıyırmış. «Nasir» adlı şəxsdən bir neçə dəfə özünün istifadəsi üçün metamfetamin əldə etmişdir. «Nasir» adlı şəxslə əsasən «WhatsApp» proqramı vasitəsilə əlaqə saxlayıb danışmışdır. «Nasir» onun barəsində hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işinin məhkəmə baxışının getməsindən xəbərdar olduğu üçün ona göndərdiyi narkotik vasitələri qəbul edib sonradan dediyi yerlərə aparıb qoymaqla ona köməklik göstərməsini və əvəzində ona pul verəcəyəni təklif etmişdir və o da işi ilə bağlı xərclərini qarşılaya biləcəkmiş. Digər yerdən gəliri olmadığına görə «Nasir»in təklifini qəbul etmişdir. 01 aprel 2024-cü il tarixdə «Nasir» ona adamlarının təxminən 50 kiloqram narkotik vasitə qurudulmuş marixuananı Xəzər dənizi vasitəsilə İrandan Azərbaycana gətirəcəklərni demişdir. Həmin narkotik vasitəni qəbul edib götürmək üçün ona münasib yer bildirsin. O, da «Nasir»ə onun adamları narkotik vasitəni Bakı şəhəri, Xəzər rayonu, Hövsan qəsəbəsi ərazisində Xəzər dənizinin sahilinə çıxarsalar, gəlib götürə biləcəyini təklif etmişdir. «Nasir» onunla razılaşmışdır. Buna görə də 01 aprel 2024-cü il tarixdə axşam saatlarında o, avtomobillə Xəzər dənizinin Hövsan qəsəbəsi ərazisində olan sahilinə gələrək orada oluduğu yerin coğrafi koordinatı barədə məlumatı «WhatsApp» proqramı vasitəsilə «Nasir» adlı şəxsə göndərmiş və onun tapşırığı ilə gözləməyə başlamışdır. 01 aprel 2024cü il tarixdə saat 23:30 radələrində «Nasir»in onunla «WhatsApp» proqramı vasitəsilə əlaqə saxlayan adamları qayıq vasitəsilə sahilə tərəf yaxınlaşmışlar. Onların verdiyi işarəyə əsasən o, dənizə girmiş, bir qədər gəlib suyun sinəsi səviyyəsində olan hissəsində 2 nəfər tanımadığı iranlı ləhcəsi ilə danışan şəxslərdən sellefonlara bükülmüş bir ədəd böyük bağlamanı təhvil alaraq özü ilə sahilə tərəf gətirmişdir. Narkotik vasitəni qayıqla gətirən şəxslər isə geri qayıtmışlar. Sonra həmin bağlamanı avtomobilə yerləşdirmiş və yaşadığı Sabunçu rayonu, Maştağa qəsəbəsi, «Subtropik sovxozu», ev 47 «A» ünvanına gətirmişdir. Həmin narkotik vasitə qurudulmuş marixuananı həyətin bir tərəfində tikilmiş və uzun müddətdir ki, istifadə edilməyən ayaqyolu tikilisində gizlətmişdir. Sonradan baxıb böyük bağlamanın içərisində müxtəlif ölçülü kiçik sellofan bağlamalarında narkotik vasitə olan qurudulmuş marixuana olduğunu görmüşdür. 2024-cü ilin aprel ayının 2, 3 və 4-ü tarixlərində «Nasir»in tapşırığı əsasında o, həmin qurudulmuş marixuanadan 6-7 dəfə götürüb əsasən Sabunçu rayonu Zabrat qəsəbəsində, Zabrat yolu istiqamətində müxtəlif yerlərdə gizlətmişdir. Eyni zamanda narkotik vasitə qurudulmuş marixuanadan bir qədər götürüb sellofan torbaya yığmış və vaxtı ilə aldığı elektron tərəzini də özü ilə götürmüşdür ki, istəyən olsa satsın. 05 aprel 2024-cü il tarixdə gecə saat 01:30-da ünvan 7 ünvanının qarşısında olarkən ona bir neçə nəfər mülki geyimli şəxslər yaxınlaşmışlar. Onlar xidməti vəsiqə göstərib polis əməkdaşları olduqlarını bildirmişlər və onun kim olduğunu soruşmuşlar. O, özü barədə məlumatları onlara bildirmişdir. Onlar daxil olmuş məlumat əsasında əməliyyat tədbirlərinin keçirilməsini bildirmişlər, ondan narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə şübhələndiklərini izah etmişlər və şəxsi axtarış keçirilməsi üçün onu 22-ci polis şöbəsinə dəvət edib gətirmişlər. Ona polis şöbəsində hüquqları izah edilmiş, vəkillə təmin edilmişdir. Daha sonra xidməti otaqların birində videoçəkilişdən istifadə edilərək üzərinə şəxsi axtarış keçirilmişdir. Ona üzərində olan əşyaları könüllü olaraq təqdim etmək təklif edildikdə əynindəki gödəkçənin sağ yan cibində olan və içərisinə qurudulmuş marixuana yığılmış sellofan bağlamanı, gödəkçənin sol yan cibində saxladığı elektron tərəzini, şalvarının cibində olan 2 ədəd mobil telefonları, 1 ədəd açarı və 2 manat 20 qəpik pulunu çıxarıb masanın üzərinə qoymuşdur. Üzərinə şəxsi axtarış keçirildikdə isə heç bir əşya aşkar edilməmişdir. İçərisində qurudulmuş marixuana olan sellofan bağlama polis əməkdaşı tərəfindən açılaraq iştirakçılara nümayiş olunmuşdur. Sonra isə həmin narkotik vasitə bağlaması, elektron tərəzi, mobil telefonları zərfdə qablaşdırılaraq möhürlənib götürülmüşdür. Ondan üzərindən aşkar edilmiş narkotik vasitə barədə soruşulduqda hazırki ifadəsində göstərdiyi xüsusatları iştirakçılara bildirmişdir və yaşadığı ünvanda olan narkotik vasitəni də könüllü olaraq təhvil vermək istədiyini demişdir. Videoçəkiliş dayandırılaraq şəxsi axtarış protokolu tərtib edilmiş, iştirakçılara oxunmuş və o, da protokolla tanış olaraq imza etmişdir. Daha sonra yaşadığı ünvanda saxladığı narkotik vasitəni könüllü təhvil verməyi barədə ərizə yazmışdır. Vəkilinin iştirakı ilə polis əməkdaşları ilə birlikdə ünvan 3 ünvanına gəlmişdir. Həyətdə olan, istifadəsi dayanmış ayaqyolu tikilidə gizlətdiyi, 2 ədəd böyük sellofan bağlamalarda ümumilikdə 49 ədəd kiçik bağlamalarda olan narkotik vasitə qurudulmuş marixuananı təhvil vermişdir. Polis əməkdaşları həmin bağlamaları yoxlamışlar, daha sonra isə qablaşdırıb möhürləyərək götürmüşlər. Sonra 22-ci polis şöbəsinə gəlmişlər və orada protokol tərtib edilmişdir, iştirakçılara oxunmuş, o, da protokola imza etmişdir. O, tutduğu əməldən səmimi olaraq peşmançılıq çəkir (İ cild, səh. 101-105). 5.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, daha sonra Bakı şəhər BPİ-nin əməkdaşları ilə yaradılmış qrupla həyata keçirilmiş tədbir nəticəsində şəxs dörd nəfər polis əməkdaşı tərəfindən axşam saatlarında Şamil Əzizbəyov küçəsində saxlanılaraq polis şöbəsinə gətirilmiş üzərindən narkotik vasitə aşkar edilmiş, özü də bildirmşdir ki, yaşadığı ünvanda da var. Şamil Əzizbəyov 203 ünvanı 22-ci PŞ-nin ərazisidir, həmin küçənin şöbədən nə qədər aralı olmasını dəqiq bilmir, həmin küçə Rəşid Behbudovla bölmə tərəfə gələndə kəsişmədə olan küçədir. Daha sonra həmin əməkdaşlar və təhqiqatçı ilə birlikdə həmin ünvanda marixuanaya bənzər bükümlər aşkar edilmişdir. Həm şəxsi axtarış həm də mənzilə baxışda müdafiəçinin iştirakı təmin edilmişdir. Təqsirləndirilən şəxs bir gün əvvəl, gündüz saatlarında, oteldə saxlanılmamışdır. Təqsirləndirilən şəxs hansısa təzyiqin göstərilməsinin şahidi olmamış, onun tərəfindən hansısa təzyiq olmamışdır. Hadisə zamanı, tədbirə gedərkən üzərində mobil telefon olmamışdır. Seyfəddin adlı əməliyyatçını tanıyır, həmin şəxs təqsirləndirilən şəxsin saxlanılmasında iştirak etməmişdir. 6.Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, o Nəsimi RPİ-nin 22-ci PŞ-də əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 04 aprel 2024-cü il tarixdə xidmət etdiyi polis şöbəsinə vətəndaş Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyəsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında Bakı şəhər BPİ-nin əməkdaşlarının və onlardan ibarət tərkibdə əməliyyat qrupu yaradılmişdir. 05 aprel 2024-cü il tarixdə saat 01:30 radələrində keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs ünvan 8 ünvanın qarşısında saxlanılaraq Nəsimi RPİ-nin 22-ci PŞ-nə gətirmişlər və polis şöbəsində Təqsirləndirilən şəxs barəsində tutma protokolu tərtib edilmişdir, hüquqları izah edilmiş, vəkil dəvət edilmiş və onların iştirakları üzərində videoçəkilişlə şəxsi axtarış və götürmə aparılması barədə qərar qəbul edilmişdir. Daha sonra video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır, şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla daşınması qadağan edilmiş nəsə varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd ağ selofana bükülmüş bir büküm təqdim edərək marixuana olduğunu bildirmişdir, daha sonra 02 ədəd Redmi markalı mobil telefon və bir ədəd elektron tərəzini təqdim etmişdir, Təqsirləndirilən şəxs həmin marixuananı İran İslam Respublikası vətəndaşı Nasir adlı şəxsdən pulunu sonradan ödəyəcəyi şərti ilə aldığını bildirmişdir. Bunları sonra Təqsirləndirilən şəxs yaşadığı Sabunçu rayonu Maştağa qəsəbəsində evində narkotik vasitə marixuana olduğunu bildirmişdir. Əməliyyat tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxsla birgə əməliyyat qrupunun üzvləri, Təqsirləndirilən şəxs vəkili onun yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Subtropik sovxozu ərazisində fərdi yaşayış evinə baxış keçirtmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs həyətdə istifadə olunmayan sanitar qovşağında 01 ədəd qara selofanın içərisində kisə daxilində ümumilikdə 49 büküm ota bənzər maddə aşkar edilmişdir, Təqsirləndirilən şəxs həmin bükümlərin marixuana olduğunu bildirmişdir. Aşkar edilmiş bükümlər qablaşdırılaraq möhürlənmişdir. Bu barədə protokol tərtib edilərək imzalanmışdır (İ cild, səh. 125-126). 7.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 04 aprel 2024-cü il tarixdə Cavid adlı şəxsin üzərində narkoik vasitə daşıması ilə bağlı əməliyyat məlumatı daxil olmuş, məlumatın dəqiqləşdirilməsi üçün 05 aprel 2024-cü il tarixdə Bakı ŞPİ-nin əməkdaşları ilə birlikdə əməliyyat qrupu yaradılmış, əməliyyat qrupunun rəhbəri o olmuş, əməliyyat tədbirində o, Hüseyn və Bakı şəhəri BPİ-nin əməkdaşları içtirak etmişdir. Əməliyyat məlumatında çəkinin artıq olması və başqa halların ola biləcəyi qeyd edildiyindən, Baş İdarənin əməkdaşları da əməliyyat tədbirinə cəlb edilmişdirlər. Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov 203 ünvanında, saat 01:30 radələrində Cavid adlı şəxs saxlanılaraq, 22-ci PŞ-yə gətirilmişdir. Təhqiqatçının otağında, vəkilin iştirakı ilə videoçəkilişlə üzərinə baxış keçirilən zaman gödəkcəsinin sağ cibindən narkotik vasitə aşkar edilmiş, onu İİR vətəndaşından əldə etdiyini bildirmişdir. Əlavə olaraq digər narkotik vasitələrin onun yaşadığı mənzildə olduğunu bildirmişdir. Yaşayış evinin Sabunçu rayonu, Maştağa qəsəbəsi, fərdi yaşayş evləri ünvanında olduğunu bildirmiş, evə baxış keçirilən zaman sanitar qovşaqda narkotik vasitələr aşkar edilərək götürülmüşdür. Evə baxış keçirilən zaman səhv xatırlamırsa anası və qardaşı da evdə olmuşdur. Narkotik vasitələr qırx doqquz bükümdə olmuşdur. Təqsirləndirilən şəxsin əvvəllər də narkotiklə bağlı cinayət məsuliyyətinə cəlb edildiyini bilmiş, lakin əməliyyat keçirilən zaman barəsində cinayət işi ilə bağlı məhkəmənin keçirildiyini bilməmişdir. Təqsirləndirilən şəxs ailəsi ilə təhdid edilməmiş, polis əməkdaşları tərəfindən hansısa narkotik vasitələr qoyulmamışdır. Təqsirləndirilən şəxs bir gün əvvəl, gündüz saatlarında, Nizami rayonunda olan otellərin birinin qarşısında saxlanılmamış, onun saxlanılmasında Seyfəddin adlı əməkdaş iştirak etməmiş, mənzilə narkotik vasitələr polis əməkdaşları tərəfindən qoyulmamışdır. Saxlanılan zaman üzərində mobil telefon olmamışdır. Saxlanılan zaman, idarəyə gətirildikdən sonra şəxsə hər-hansı təzyiq olmamışdır. 8.Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir (İ cild, səh. 127-128). 9.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Nəsimi Rayon Polis İdarəsinə əməliyyat məlumatı daxil olmuş, daxil olmuş əməliyyat məlumatı ilə bağlı keçirilmiş əməliyyat-axtarış tədbirlərinin nəticəsində Nəsimi RPİ-nin əməkdaşları ilə birlikdə qrup yaradılmış, əməliyyat tədbiri Nəsimi rayonu 22-ci PŞ-nin tədbiri olmuş, onlar tədbirdə kömək məqsədilə iştirak etmiş, təqsirləndirilən şəxsin saxlanılmasında 4 nəfər- özü, Hüseyn, Elçin və Eldəniz iştirak etmişdir. Əməliyyat qrupunun rəhbərinin kim olmasını xatırlamır, lakin həmin əməliyyat qrupu ilə birlikdə Şamil Əzizbəyov küçəsində rus kilsəsinin yaxınlığında ayın 4-dən 5-ə keçən keçən gecə təxminən saat bir radələrində saxlanılmış, 22-ci PŞ-ə gətirilidikdə üzərinə videoçəkiliş və vəkilin iştirakı ilə keçirilmiş baxışda, könüllü olaraq özü üzərində olan narkotik vasitəni təqdim etmiş, həmin narkotik vasitəni İİR vətəndaşının ona yolladığı məkandan götürdüyünü bildirmiş, həmin maddədən qalan hissənin Maştağada qaldığı evdə olduğunu bildirmişdir. Daha sonra həmin ünvanda yaşayış evində vəkilin, əməliyyatçıların və təhqiqatçının iştirakı ilə getmiş, həmin ünvandan aşkar edilən narkotik vasitələr qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Təqsirləndirilən şəxsin ifadəsində evinə narkotikin polis əməkdaşları tərəfindən qoyulması ilə bağlı isə həmin mallarla bağlı onun mobil telefonunda materiallar mövcuddur. Təqsirləndirilən şəxs ayın 4-ü günorta saatlarında, Nizami rayonunda yerləşən otellərin birində saxlanılmamışdır. Əməliyyat tədbirində Seyfəddin adlı əməliyyatçı iştirak etməmiş, hadisə günü onun üzərində mobil telefon nömrəsi olmamışdır. Saxlanılan zaman, idarəyə gətirildikdən sonra hansısa formada təzyiq olmamışdır. Əməliyyat barədə məlumatı öz rəhbərliyi vermiş, məlumat verilərkən şəxsin barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsi, polis tərəfindən ayağına qolbağ vurulmaması ilə bağlı məhkəmə tərəfindən müvafiq sorğuların göndərilməsi ilə bağlı heç bir məlumat verilməmişdir. 10.Məhkəmə iclasında Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir (İ cild, səh. 132-133). 11.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, aprel ayının 5-də gecə saatlarında əməliyat məlumatı daxil olmuş, həmin məlumat 22-ci PŞ-nin əməkdaşları tərəfindən verilmişdir. Şahid3la birlikdə şöbəyə getmiş və əməliyyat tədbirində dörd nəfər- Tural, Hüseyn və adını xatırlamadığı 22-ci PŞ-nin əməkdaşı iştirak etmişdir. Bu şəxsi rus kilsəsinin yaxınlığında saxlamış, saxlanıldıqdan sonra bölməyə gətirilmiş, təhqiqatçı tərəfindən üzərinə baxış keçirilmiş və bir sellofan bükümdə “nəşə” aşkar edilmişdir. Daha sonra yaşadığı evdə də olduğunu bildirmiş, həmin ünvana getmiş, könüllü olaraq təqsirləndirilən şəxs narkotiklərin yerini göstərmiş, oradan da qırx doqquz büküm aşkar olunmuşdur. Üzərinə və mənzilə baxış keçirilməsi zamanı müdafiəçi iştirak etmiş, təqsirləndirilən şəxsə hansısa formada təzyiq olmamış, mənzilə baxış keçirilən zaman şəxsin anası evdə olmuşdur. Təqsirləndirilən şəxs Nizami rayonunda otellərin birinin qarşısında, Seyfəddin adlı əməliyyatçı tərəfindən saxlanılmamış, həmin şəxsi də tanımır. Əməliyyat tədbiri zamanı üzərində mobil telefon olmuş, anten dairə məlumatlarına baxılsa 5 aprel gecə saatlarında ünvanda olmağı təsdiqlənəcəkdir. 12.Məhkəmə iclasında Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir (İ cild, səh. 134-135). 13.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 aprel 2024-cü il tarixli, 3-16-16/2-7/542 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd kağız paketdə bir ədəd sellofan bağlamada təmiz çəkisi 112,38 qram və bir ədəd şəffaf polietilen torbada ümumi sayı 49 (qırx doqquz) ədəd bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 305,0 qram, 300,0 qram, 295,0 qram, 300,0 qram, 330,0 qram, 300,0 qram, 300,0 qram, 300,0 qram, 300,0 qram, 305,0 qram, 300,0 qram, 300,0 qram, 300,0 qram, 295,0 qram, 295,0 qram, 300,0 qram, 305,0 qram, 305,0 qram, 300,0 qram, 300,0 qram, 295,0 qram, 300,0 qram, 300,0 qram, 300,0 qram, 295,0 qram, 300,0 qram, 300,0 qram, 300,0 qram, 295,0 qram, 300,0 qram, 300,0 qram, 300,0 qram, 300,0 qram, 305,0 qram, 300,0 qram, 300,0 qram, 300,0 qram, 300,0 qram, 325,0 qram, 300,0 qram, 300,0 qram, 300,0 qram, 300,0 qram, 305,0 qram, 300,0 qram, 295,0 qram, 530,0 qram, 515,0 qram, 525,0 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuanın ümumi çəkisi 15 kq 532,38 qramdır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Təqdim edilmiş bir ədəd elektron tərəziinin üzərində cüzi miqdarda marixuananın hissəcikləri vardır. Marixuananın hissəcikləri cüzi miqdarda olduğu üçün onun çəkisini və eyniliyini müəyyən etmək mümkün deyildir (İ cild, səh. 72-75). 14.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X14 Şəxsi Ambulator X2 03 iyun 2024-cü il tarixli 3937 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İ cild, səh. 163-164). 15.«Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında» 05 aprel 2024cü il tarixli protokoldan və həmin istintaq hərəkətinin videogörüntüləri özündə əks etdirən diskdən görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzre sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd ağ sellofana bükülmüş formada adının narkotik vasitə olan “Marixuana” olduğunu bildirdiyi bükümü təqdim etmiş, həmin bükümə baxış zamanı içərisində ot şəkilli kütlə olduğu müəyyən edilmişdir. Üzərində həmçinin 02 ədəd “Redmi” markalı mobil telefon, 01 ədəd elektron tərəzi, 01 ədəd açar, 02 ədəd 1 manatlıq əskinas və 01 ədəd 20 qəpik aşkar olunmuşdur. 01 ədəd açar, 02 ədəd 1 manatlıq əskinas və 01 ədəd 20 qəpik istintaq əhəmiyyəti kəsb etmədiyi üçün Təqsirləndirilən şəxs qaytarılmışdır. Təqsirləndirilən şəxs aşkar olunmuş “Marixuanaya” bənzər vasitəni sosial şəbəkə vasitəsi ilə özünü İran İslam Respublikası vətəndaşı kimi təqdim edən şəxsdən pulunu sonradan ödəniş edəyəcəyi şərti ilə aldığını bildirmişdir. Təqsirləndirilən şəxs əlavə olaraq yaşadığı Maştağa qəsəbəsində yerləşən evində də “marixuana” olduğunu və həmin narkotik vasitəni təqdim etmək istədiyini qeyd etmişdir. Bundan sonra aşkar olunmuş 01 ədəd ağ sellofana bükülmüş narkotik vasitəyə bənzər maddə, 02 ədəd Redmi markalı mobil telefon və 01 ədəd elektron tərəzi cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür (İ cild, səh. 59-62). 16.«Baxış keçirilməsi barədə» 05 aprel 2024-cü il tarixli protokoldan və həmin istintaq hərəkətinin videogörüntüləri özündə əks etdirən diskdən görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs ilə birlikdə həyətdə istifadə olunmayan sanitar qovşaqda 01 ədəd qara sellofanın içərisində kisə daxilində 06 ədəd şəffaf dairəvi formada sellofana bükülmüş, içərisində yaşıl ota bənzər narkotik vasitə deyilən “Marixuana”, 03 ədəd düzbucaqlı formasında olan sellofana bükülmüş, içərisində yaşıl ota bənzər narkotik vasitə deyilən “Marixuana” və 01 ədəd böyük şəffaf sellofanın içərisində olan 40 ədəd dairəvi bükümdə olan içərisində yaşıl ota bənzər narkotik vasitə deyilən “Marixuana” ümumilikdə 49 büküm içərisində yaşıl ota bənzər narkotik vasitə deyilən “Marixuana” aşkar olunmuş və qablaşdırılıb möhürlənərək götürülmüşdür (İ cild, səh. 66-68). 17.«Maddi sübut kimi tanıma haqqında» 08 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş 15 kq 532,38 qram narkotik vasitə qurudulmuş marixuana və bir ədəd elektron tərəzi iş üzrə maddi sübut kimi tanınmış, tədqiqatdan sonra qalıq qalmış 15 kq 529,88 qram narkotik vasitə qurudulmuş marixuana və bir ədəd elektron tərəzi saxlanması üçün Nəsimi Rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir (İ cild, səh. 118). 18.İş materiallarında olan qəbzdən görünür ki, X1 Cavid Eldəniz oğluna məxsus iki ədəd qara rəngli Redmi markalı mobil telefonu təhvil almışdır (İ cild, səh. 131). 19.«Sübutların qiymətləndirilməsi haqqında» 16 iyul 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə disk sübut növü hesab edilmiş və cinayət işində saxlanılmışdır (İ cild, səh. 174- 179). 20.«Şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 aprel 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, səh. 31-33). 21.Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 aprel 2024-cü il tarixli, 4(006)- 153/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 05 aprel 2024-cü il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə “həbs" növündə qətimkan tədbiri seçilmişdir (İ cild, səh. 113-117). 22.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 may 2024-cü il tarixli, 1(101)-1474/2024 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, iş üzrə tutulduğu, ev dustaqlığında və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 24 oktyabr 2023-cü il tarixdən hesablanmışdır (İ cild, səh. 141-142, 143-162). 23.İş materiallarında olan elektron çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2016-cı il təvəllüdlü bir uşağı vardır. Tətbiq edilən qanunvericilik normaları və məhkəmənin mövqeyi: 24.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.1 və 125.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur və məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 25.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 26.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 27.Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarının tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib və məhkəmə iclasında tam, hərtərəfli, obyektiv araşdırılmış mötəbər sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə birgə hüquqi qiymət verib, həmin sübutlara əsaslanaraq, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət tərkibi vardır və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. 28.Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarına görə tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. 29.«Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 30.Qanunun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 31.Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. 32.Qanunun 1.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». 33.“Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının 8-ci bəndinə əsasən digər şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. 34.Qeyd olunan Plenum qərarının 9-cu bəndində qeyd edilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 35.«Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İ siyahının 109.1-ci bəndinə görə 500 qram və yuxarı həddə narkotik vasitə olan qurudulmuş marixuana külli miqdar hesab hesab edilir. 36.İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, konvensiyanın 6-cı maddəsi ədalətli məhkəmə araşdırması hüququna təminat verir və məhkəmənin vəzifəsi bütövlükdə məhkəmə araşdırmasının, o cümlədən sübutların əldə edilməsinin, qiymətləndirilməsinin ədalətliliyini, müdafiə və ittiham tərəflərinin hüquq bərabərliyi təmin edilməklə çəkişmə prinsipinə əməl edilməsinin, təqsirləndirilən şəxsin sübutları mübahisə etmək, onlara etiraz etmək hüququnun təmin edilməsini araşdırmaqdır. (Bikkov v. Rusiya [GC], 4378/02, §§ 88- 90, xx.xx.2009 və Rowe və X6rşı [GC], 28901/95, § 60, AİHM 2000 İİ) 37.Məhkəmə, təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən azad olunmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, təqiq edilmiş ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. 38.Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında polis əməkdaşları tərəfindən psixoloji təzyiqlərə məruz qalması ilə bağlı ifadəsində göstərdiyi xüsusatlarla əlaqədar qeyd edir ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə təqzyiqə məruz qalması halı öz təsdiqini tapmamışdır. 39.İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, konvensiyanın 6-cı maddəsi ədalətli məhkəmə araşdırması hüququna təminat verir və məhkəmənin vəzifəsi bütövlükdə məhkəmə araşdırmasının, o cümlədən sübutların əldə edilməsinin, qiymətləndirilməsinin ədalətliliyini, müdafiə və ittiham tərəflərinin hüquq bərabərliyi təmin edilməklə çəkişmə prinsipinə əməl edilməsinin, təqsirləndirilən şəxsin sübutları mübahisə etmək, onlara etiraz etmək hüququnun təmin edilməsini araşdırmaqdır. (Bikkov v. Rusiya [GC], 4378/02, §§ 88- 90, xx.xx.2009 və Rowe və X6rşı [GC], 28901/95, § 60, AİHM 2000 İİ) 40.Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə təzyiq edilməsi dair iddialar müvafiq sübutlarla təsdiq olunmalıdır. 41.Məhkəmə təqsirləndirilən şəxsin ittihamda qeyd edilən narkotik vasitələrin ona aid olmaması məzmunda ifadəsinə münasibətdə qeyd edir ki, təqsirləndirilən şəxsin üzərinə «Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında» 05 aprel 2024-cü il tarixli protokolun və həmin istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən DVD diskin, eyni zamanda «Baxış keçirilməsi barədə» 05 aprel 2024-cü il tarixli protokolun və həmin istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən DVD diskin mötəbərliliyini şübhə altına alan əsaslar müəyyən edilmədiyindən, həmin istintaq hərəkətlərinin həyata keçirilməsi zamanı aşkar edilərək götürülmüş narkotik vasitələrin ona məxsus olması qənaətinə gəlməyə tam əsas verir. 42.Təqsirləndirilən şəxsin tədqiq edilmiş videoçəkilişlərin həqiqəti əks etdirmədiyi barədə dəlilləri məhkəmə tədqiqi zamanı bu sübutların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhə yaratmamışdır. 43.Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitənin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətləri qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsi məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarla öz təsdiqini tapır. 44.Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etməsi, saxlaması və daşıması mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun törətmiş olduğu ictimai təhlükəli əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. 45.Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməsində təqsirliliyinin sübuta yetirildiyini müəyyən edərək hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. 46.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanı bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası olmasını, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticə olmasını qeyd etmişdir. Bundan başqa məlumdur ki, sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. 47.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 48.Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 49.Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 50.Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinin tələblərini rəhbər tutaraq, himayəsində azyaşlı uşağının olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. 51.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. 52.Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyini qanuni, ədalətli və cəzanın tətbiqi məqsədinə uyğundur. 53.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. 54.Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 may 2024-cü il tarixli, 1(101)-1474/2024 nömrəli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 55.Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 may 2024-cü il tarixli, 1(101)-1474/2024 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki iş üzrə təyin ediləcək cəza ilə qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməlidir. 56.Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. 57.Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. 58.Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. 59.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. 60.Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 may 2024-cü il tarixli, 1(101)-1474/2024 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs iş üzrə tutulduğu, ev dustaqlığında və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 24 oktyabr 2023-cü il tarixdən hesablanmışdır. 61.Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbləri baxımından təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı onun azadlığının faktiki məhdudlaşdırıldığ - 24 oktyabr 2023-cü il tarixdən hesablanmalıdır. 62.Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. 63.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi . 64.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. 65.Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.11-ci maddəsinə uyğun olaraq iş üzrə maddi sübut Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan, iş üzrə aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 15 kq 529,88 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı çəkilən videogörüntüləri və evə baxışın videogörüntülərini özündə əks etdirən 02 ədəd DVD formatlı diskin cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmasını əsaslı hesab edir. 66.İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. 67.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. 68.Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. 69.Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxsin məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. 70.İş materiallarından görünür ki, müdafiəçi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət hesabına göstərdiyi hüquqi yardım üzrə iş saatları 60 saat, iş saatları üzrə vəkilə ödənilməli haqq 360 (üç yüz altmış) manat təşkil edir. 71.Beləliklə Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərara əsasən Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə icraatı dövründə göstərilən hüquqi yardımla bağlı 360 (üç yüz altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Bakı şəhəri 3 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. 72.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 may 2024-cü il tarixli, 1(101)-1474/2024 nömrəli hökmü ilə təyin edilmiş 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən toplamaq yolu ilə ona qəti olaraq 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı 24 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 72 (yetmiş iki) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Məhkəmə icraatı dövründə göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsindən 360 (üç yüz altmış) manat Bakı şəhəri 3 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Maddi sübut olaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan - iş üzrə aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 15 kq 529,88 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və bir ədəd elektron tərəzi məhv edilsin, 02 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Aytən Əliyeva
2. Elmin Rüstəmov
3. Vüqar Quliyev