Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2069/2024 11.12.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X10-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibləri, X14, X5, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin prokurorları X6, X11, Dövlət ittihamçısı, müdafiəçi “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1996-cı ildə Bakı şəhərində anadan olmuş, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Laçın rayonu, Arduşlu kəndində qeydiyyatda olan və barəsində həbs qətimkan tədbiri seçilib hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs naməlum şəxsdən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq 01 ədəd qara rəngli sellofan bükümdə xeyli miqdarda təmiz çəkisi 28,975 qram narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd qara rəngli sellofan bükümdə külli miqdarda təmiz çəkisi 8,04 qram narkotik vasitə heroin və 01 ədəd göy rəngli sellofan bükümdə külli miqdarda təmiz çəkisi 10,137 qram psixotrop maddə metamfetamini ünvan 1 ünvanının qarşısında satış məqsədilə əldə edib üzərində qanunsuz saxlayıb daşımış, onun qanunsuz olaraq narkotik vasitələri saxlaması, istifadə etməsi və satışını həyata keçirməsi barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Yasamal Rayon Polis İdarəsinin NMB-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 26 aprel 2024-cü il tarixdə, saat 02:30-da ünvan 1 ünvanının qarşısında saxlanılaraq Yasamal RPİ-nə gətirilmiş, orada xidməti otaqların birində həmin gün saat 03:55-də üzərinə şəxsi axtarış keçirilərkən, üzərində olan idman gödəkçəsinin sol yan cibindən 01 ədəd qara rəngli selofan bağlamanın içərisindən 01 ədəd qara rəngli sellofan bükümdə xeyli miqdarda təmiz çəkisi 28,975 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsullar hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd qara rəngli sellofan bükümdə külli miqdarda təmiz çəkisi 8,04 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd göy rəngli sellofan bükümdə külli miqdarda təmiz çəkisi 10,137 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop madə metamfetamin aşkar edilərək edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadələrində göstərdi ki, o bir ildir ki, narkotik vasitə istifadə edir. 25 aprel 2024-cü il tarixində o, öz şəxsi istifadəsi üçün bir həftə- on gün əvvəl tanış olduğu iranlıdan 60 manata 2 qram narkotik vasitə olan heroin almışdır. İranlının qoyduğu narkotik vasitəni götürməyə gedəndə bibisi oğlu Lətif onu həmin ünvana apardı. Narkotik vasitəni götürməyə gedərəkən, narkotikin qoyulduğu yerə çatmağa 50-60 metr məsafə qalmış o, onun üzərinə yeddi-səkkiz nəfərin gəldiyini görüb qaçmağa başlamışdır, lakin onu tutub Yasamal RPİ-yə apardılar. Lətif də onunla birlikdə tutub idarəyə aparmışlar. Orada onu təhdid etdilər ki, bibisi oğlu Lətif buradadır, onu da tutacaqlar. O da məcbur olaraq, 45 qrama yaxın heroin, metamfetamin və marixuananı özünə məxsus olmasını demişdir. O, iki qram narkotik vasitə heroini götürməyə getmişdir. İranlıya 60 manat pul göndərmişdir. İranlı kartın nömrəsini whatsapp-la ona göndərmişdir. O da pulu terminal vasitəsi ilə köçürmüşdür. Özü ancaq heroin istifadə edirdi. O, iki qram heroini bir həftə istifadə edir. Qramını da 30-40 manata almışdır. Onu polis əməkdaşları idarəyə aparanda döydülər. Xəsarətləri gözlə görsənmirdi. Təcridxanaya təhvil veriləndə üzərində xəsarət olmayıb. Polis əməkdaşları ilə hər hansı ədavəti olmayıb. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmir. Özünü narkotik vasitənin istifadəsində təqsirli bilir. Narkotik vasitə satmamışdır. Məhkəmədə qətimkan tədbiri seçilərkən ona təzyiq olduğu üçün həqiqətləri deməmişdir. İş materiallarında olan nömrə ona məxsusdur. Bibisi oğlu Lətifi müvəqqəti saxlama kamerasına salmışdılar. Lətifin vəziyyəti yaxşı olmadığını görüb onu buraxdırmaq üçün özünə məxsus olmayan narkotik vasitələri və psixotrop maddələri özünə məxsus olduğunu deyib Lətifin dörd övladı var. Bu səbəblərə görə narkotik vasitələri boynuna götürmüşdür. Saxlanılan gündən bir gün sonra çəkiliş olmuşdur. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməllərini törətməkdə özünü təqsirli bilməyərək göstərmişdir ki, təxminən bir ildir ki, narkotik vasitə və psixotrop maddələrdən istifadə edir, X8 bibisi oğludur, 2024-cü ilin aprel ayının sonlarında, gününü xatırlamadığı vaxtda sosial şəbəkə vasitəsilə tanıdığı, özünü ona iran İslam Respublikasının vətəndaşı, adını isə Həsən kimi şəxs ilə «Vhatsapp» vasitəsilə danışaraq şəxsi istifadəsi üçün narkotik vasitələr lazım olduğumu bildirmiş, 26 aprel 2024-cü il tarixdə həmin şəxs ona psixotrop maddə və narkotik vasitələri əldə etməyi üçün hazırda xatırlamadığı bank kartının nömrəsini demiş, o, sonuncunun dediyi bank kartına 180 manat pul göndərdikdən sonra həmin şəxs ona psixotrop maddə metamfetamin, narkotik vasitə heroin və narkotik vasitə qurudulmuş marixuananı gizlətdiyi ünvan 1 ünvanının məkanını ona «Vhatsapp» tətbiqi vasitəsilə göndərmiş, 26 aprel 2024-cü il tarixdə, təxminən saat 01-02 radələrində Həsən adlı şəxsin ona məkanını göndərdiyi ünvana, yəni ünvan 3isi oğlu Lətifin idarə etdiyi «Moskviç 21041» markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə getmiş, belə ki, o, Lətifə həmin ünvanda avtomoblimin xarab olduğunu deyərək onu oraya aparmasını xahiş etmiş, lakin həmin ünvandan narkotik vasitələr götürəcəyini Lətifə deməmiş, həmin ünvana çatdıqda bir qədər aralıda Lətifdən avtomobili saxlaması xahiş etmiş və Lətiflə sağollaşıb avtomobildən düşmüş, həmin vaxtı Lətif öz avtomobilini idarə edərək ondan uzaqlaşmış, o, bir qədər piyada hərəkət edərək Həsən adlı şəxsin ona «Vhatsapp» tətbiqində məkanı göndərdiyi yol kənarına çatıb oradan içərisində 03 ədəd sellofan bükümlər olan qara rəngli sellofan bağlamanı götürüb piyada hərəkətdə olarkən, yəni 26 aprel 2024-cü il tarixdə, saat 02:30-da ünvan 1 ünvanının qarşısında olarkən, mülki geyimli şəxslər ona yaxınlaşıb, özlərini təqdim edərək polis əməkdaşlarını olduqları bildirib narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu izah edərək onu Yasamal RPİ-nə dəvət etmiş, o da heç bir etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Yasamal RPİ-nə yollanmış, yolda olarkən xidməti avtomobildə polis əməkdaşlarından birinin diqqəti onun üzərində olduğu üçün o, əynində olan qara rəngli idman gödəkçəsinin sol yan cibində saxladığı, içərisində narkotik vasitələr və psixotrop maddə olan bükümləri çıxarıb özündən kənara ata bilməmiş, Yasamal RPİ-də olarkən polis əməkdaşlarının Lətifin də həmin İdarəyə gətirilməsini görmüş, Yasamal rayon Polis İdarəsinin inzibati binasında xidməti otaqların birində onun hüquqlarının müdafiə olunmasından ötrü vəkil dəvət olunaraq ona təqdim edilmiş, o, həmin vəkilə hüquqlarını müdafiə etməsinə heç bir etirazının olmadığını bildirmiş, sonra Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ildə şübhəli şəxs qismində tutularaq, şübhəli şəxs qismində tutma haqqında qərarla tanış edilmiş, sonra polis əməkdaşları vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla ona üzərində hər-hansı bir qeyri-qanuni əşya və ya predmet varsa könüllü şəkildə təqdim etməyini təklif etmiş, o, həmin vaxtı əynində olan qara rəngli idman gödəkçəsinin sol yan cibindən 01 ədəd qara rəngli sellofan bağlamanı masanın üzərinə qoymuş, sonra əynində olan qara rəngli idman şalvarının sağ və sol ciblərindən özünə məxsus, üzərində ***-***-**-** saylı mobil nömrə olan 01 ədəd «Samsung» markalı və üzərində ***-***-**-** saylı mobil nömrə olan 01 ədəd «Samsung» markalı mobil telefonu masanın üzərinə qoymaqla təqdim etmiş, təqdim etdiyi bağlamanın içərisinə baxış keçirilərkən içərisində narkotik vasitə qurudulmuş marixuana olan 01 ədəd qara rəngli sellofan büküm, içərisində narkotik vasitə heroin olan 01 ədəd qara rəngli sellofan büküm və içərisində psixotrop maddə metamfetamin olan 01 ədəd göy rəngli sellofan büküm aşkar edilmiş, sonra üzərinə şəxsi axtarış aparılmış, lakin üzərindən qanunla qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilməmiş, təqdim etdiyi, içərisində nakotik vasitələr və psixotrop maddə olan 03 ədəd büküm sübut əhəmiyyətinə malik olduğundan iki ədəd içərisi boş olan ağ rəngli kağız zərflərə qoyularaq qablaşdırılıb möhürlənərək götürülmüş, həmin zərflərin üzəri iştirakçılar və onun tərəfindən imzalanmış, həmçinin təqdim etdiyi 02 ədəd «Samsung» markalı mobil telefonlar sübut əhəmiyyətinə malik olduğundan ona izah olunaraq götürülmüş, sonra üzərinə şəxsi axtarış aparılması haqqında protokol tərtib edilərək iştirakçılar və onun tərəfindən imzalanmışdır. Şahid1 ifadələrində göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olması barədə ona məlumat daxil olmuş və əməliyyat qrupu təşkil edilmişdir. 26 aprel 2024-cü il tarixdə saat 02:00 radələrində Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində Təqsirləndirilən şəxs və onun yanında olan şəxsə yaxınlaşıb, özlərini təqdim edibr və həmin şəxslərə narkotik vasitə və psixotrop maddələrin dövriyyəsində şübhəli bilindiklərini izah edib Yasamal rayon Polis İdarəsinə dəvət etmişlər. Onlar da etiraz etməyib, Polis İdarəsinə gəldilər. Polis İdarəsində vəkilin iştirakı ilə videoçəkiliş həyata keçirilməklə hüquq və vəzifələri izah olunduqdan sonra Təqsirləndirilən şəxs üzərində hər-hansı bir qeyriqanuni əşya və ya predmet varsa könüllü surətdə təqdim etməsi təklif olundu, Təqsirləndirilən şəxs könüllü olaraq sellofan bağlamanı təqdim etdi. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bağlamanın içərisinə baxış keçirildikdə içərisində üç büküm aşkar edildi, sorğu zamanı Təqsirləndirilən şəxs bükümlərdən bir ədədinin içərisində narkotik vasitə qurudulmuş marixuana, digər bükümün içərisində narkotik vasitə heroin və digər bükümün içərisində isə psixotrop maddə metamfetamin olmasını bildirdi. Təqsirləndirilən şəxs həmin bükümləri İran İslam Respublikasının vətəndaşı olan Həsən adlı şəxsdən əldə etdiyini bildirdi. Əməliyyat tədbiri keçirilməmihdən qabaq onlarda Xəzərin anket məlumatları olmayıb. Xəzəri onlar Xəzər barəsində onlara verilmiş xarici əlamətlərinə görə müəyyən etmişlər. Xəzərin yanındakı şəxsdən heç nə aşkar olunmamışdır. Xəzər narkotik vasitəni öz istifadəsi üçün aldığını bildirdi. Xəzər saxlanılarkən üzərində narkotik vasitə olduğunu etiraf etdi. Xəzər idarəyə aparıldıqdan sonra orada onun üzərinə baxış keçirildi. Üzərinə baxış vəkil gəldikdən sonra vəkilin iştirakı ilə keçirildi. O özü də çəkilişdə iştirak etmişdir. Etiraf etdiyi narkotik vasitələr şəxsi axtarış zamanı üzərindən aşkar olunmuşdur. Xəzərə heç bir fiziki və psixi təsir göstərilməyib, Xəzərin bu barədə dedikləri yalandır. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid1 ibtidai istintaq zamanı göstərmişdir ki, 26 aprel 2024-cü il tarixdə Yasamal RPİ-nə xx.xx.1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olması barədə daxil olmuş məlumat barədə Yasamal RPİ-nin rəhbərliyinə məruzə olunduqdan sonra Yasamal RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, Yasamal RPİ-nin NMB-nin kiçik əməliyyat müvəkkili, polis baş serjantı Şahid3, Yasamal RPİ-nin NMB- nin kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid4 və onun iştirakından ibarət əməliyyat qrupu təşkil edilmiş, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 26 aprel 2024-cü il tarixdə, saat 02:30-da ünvan 1 ünvanının qarşısında Təqsirləndirilən şəxs və hadisə yerindən idarə etdiyi «Moskviç 21041» markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə uzaqlaşmaq istəyən şəxsə yaxınlaşıb, özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş, sonra həmin şəxslərə narkotik vasitə və psixotrop maddələrin dövriyyəsində şübhəli bilindiklərini izah edib Yasamal rayon Polis İdarəsinə dəvət etmiş, həmin şəxslər buna etiraz etməyib, onlarla birlikdə Polis İdarəsinə yollanmış, Polis İdarəsində Təqsirləndirilən şəxs yanında olan şəxsin xx.xx.1992-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Laçın rayonu, Arduşlu kəndində qeydiyyatda olan, ünvan 5 ünvanında yerləşən “Bakı Tikiş Evin”-nin yataqxanasında yaşayan X8 olması müəyyən edilmiş, Polis İdarəsinin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət olunmuş, Təqsirləndirilən şəxs vəkil təqdim olunduqda sonuncu vəkilə heç bir etirazının olmadığını bildirmiş, sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, sonra vəkilin iştirakı ilə videoçəkiliş həyata keçirilməklə hüquq və vəzifələri izah olunduqdan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində hər-hansı bir qeyri- qanuni əşya və ya predmet varsa könüllü surətdə təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs könüllü olaraq həmin vaxtı əynində olan qara rəngli idman gödəkçəsinin sol yan cibindən 01 ədəd qara rəngli sellofan bağlamanı, daha sonra isə əynində olan qara rəngli idman şalvarının sağ və sol yan ciblərindən 02 ədəd «Samsung» markalı mobil telefonları çıxarıb masanın üzərinə qoymaqla təqdim etmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd qara rəngli sellofan bağlamanın içərisinə baxış keçirildikdə içərisində 02 ədəd qara rəngli sellofana bükülmüş üzəri ağ rəngli yapışqanlı lentlə sarılmış və 01 ədəd göy rəngli sellofan olmaqla ümumilikdə 03 ədəd büküm aşkar edilmiş, sorğu zamanı şübhəli şəxs şəxs Təqsirləndirilən şəxs qeyd olunan bükümlərdən 01 ədədinin içərisində narkotik vasitə qurudulmuş marixuana, digər bükümün içərisində narkotik vasitə heroin və göy rəngli sellofana bükülmüş üçüncü bükümün içərisində isə psixotrop maddə metamfetamin olmasını bildirmiş, həmin bükümlər açılan zaman qara rəngli ağ yapışqanlı lentlə sarılmış böyük bükümdə içərisində qurudulmuş ota bənzər maddə, qara rəngli sellofan bükümdə qəhvəyi rəngli spesifik iyə malik maddə, göy rəngli sellofan bükümdə isə ağ rəngli kristal şəkilli maddələr olması müəyyən edilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs həmin bükümləri İran İslam Respublikasının vətəndaşı olan Həsən adlı şəxsdən əldə etdiyini, pul vermədiyini, ancaq qramı 30 manat olmaqla götürüb sonra pulunu verməli olduğunu, öz istifadəsi üçün götürdüyünü, yarısını yerinə qoyacağını, öz istifadəsi üçün götürdüyünün də pulunu sonradan göndərəcəyini bildirmiş, sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, lakin üzərindən qanunla qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilməmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi, 03 ədəd büküm sübut əhəmiyyətinə malik olduğundan iki ədəd içərisi boş olan ağ rəngli kağız zərflərin içərisnə qoyularaq qablaşdırılıb möhürlənərək götürülmüş, həmin zərfin üzəri şübhəli şəxs Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən imzalanmış, şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd «Samsung» markalı mobil telefonlar sübut əhəmiyyətinə malik olduğundan sonuncuya izah edilərək qablaşdırılıb götürülmüş, sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürülmə aparılmasına dair protokol tərtib edilərək şübhəli şəxs Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən imzalanmış, bundan başqa Lətif Türbəndəyevin hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət olunmuş, Lətif Türbəndəyevə vəkil təqdim olunduqda sonuncu vəkilə heç bir etirazının olmadığını bildirmiş, sonra Lətif Türbəndəyev şübhəli şəxs qismində tutulmuş, sonra vəkilin iştirakı ilə videoçəkiliş həyata keçirilməklə hüquq və vəzifələri izah olunduqdan sonra şübhəli şəxs Lətif Türbəndəyevə üzərində hər-hansı bir qeyri-qanuni əşya və ya predmet varsa könüllü surətdə təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra şübhəli şəxs Lətif Türbəndəyev üzərində hər-hansı bir qeyriqanuni əşya və ya predmet olmadığını bildirmiş, sonra şübhəli şəxs Lətif Türbəndəyevin üzərinə şəxsi axtarış aparılmış, lakin üzərindən qanunla qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilməmiş, sonra şübhəli şəxs Lətif Türbəndəyevin üzərinə şəxsi axtarış və götürülmə aparılmasına dair protokol tərtib edilərək şübhəli şəxs Lətif Türbəndəyev və digər iştirakçılar tərəfindən imzalanmışdır. Şahid3 ifadələrində göstərdi ki, 26 aprel 2024-cü il tarixdə saat 02-03 radələrində Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində Təqsirləndirilən şəxs və onun yanında olan Lətif adlı şəxsi saxlamış və Yasamal rayon Polis İdarəsinə aparmışlar. Polis İdarəsində Təqsirləndirilən şəxs barəsində video çəkiliş vasitəsi ilə şəxsi axtarış aparıldı. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən marixuana, narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar olundu. Təqsirləndirilən şəxsi saxlayan zaman sürücü maşında əyləşmişdi. Onlar əvvəlcə sürücünü saxlamış daha sonra isə o, Xəzərə yaxınlaşmışdır. O, Xəzərdən üzərində narkotik vasitə olmasını soruşmamışdır. Saxlanılarkən o orada olmuşdur. Xəzərin üzərində 1 büküm marixuana, 1 büküm heroin, bir büküm metamfetamin olub. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Şahid2 ifadələrində göstərdi ki, 26 aprel 2024-cü il tarixdə Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində 2 nəfəri saxladılar və Yasamal rayon Polis İdarəsinə dəvət etdilər. Həmin şəxslər etiraz etməyib, Polis İdarəsinə gəldilər. Polis İdarəsində Təqsirləndirilən şəxs üzərinə video çəkiliş vasitəsi ilə şəxsi axtarış aparıldı. Şəxsi axtarış zamanı Xəzərin üzərindən marixuana, narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar olundu. Təqsirləndirilən şəxs həmin narkotik vasitələri İran İslam Respublikasının vətəndaşından aldığını bildirdi. Xəzəri hərəkətdə olarkən saxlamışdırlar. Onun olduğu avtomobili dar məhlədə saxlamışdırlar. Sürücü Lətif idi. Xəzər narkotik vasitəni iranlıdan aldığını bildirdi. Xəzər barəsində əməliyyat məlumatı var idi. Əməliyyat məlumatı Hüseynə daxil olmuşdu. Üzərində narkotik vasitə olması barədə məlumat var idi. Xəzəri o, narkotik vasitəni götürəndən sonra saxlamışdırlar. Onlar maşına oturub hərəkət edəndə saxladılar. Onlar polis əməkdaşlarına müqavimət göstərmədilər. Xəzər saxlanılarkən üzərində narkotik vasitə olduğunu etiraf etmişdir. Videoçəkilişdə iştirak etmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən təzyiq göstərilməyib. Təqsirləndirilən şəxs müdafiəçi təyin olunmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində şahidlər X9 və Şahid3 və X12 Şahid1 ilə analoji ifadə verərək onun ifadələrində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş: 26 aprel 2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri saxlaması, istifadə etməsi və satışını həyata keçirməsi barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin NMB-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 26 aprel 2024-cü il tarixdə saat 02:30-da ünvan 1 ünvanının qarşısında saxlanılaraq adı çəkilən idarəyə dəvət edilmiş və orada saat 03:55-dən etibarən xidməti otaqların birində keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli idman gödəkçəsinin sol yan cibindən 01 ədəd qara rəngli sellofan bağlamanı, həmçinin əynində olan qara rəngli idman şalvarının sağ və sol yan ciblərindən 02 ədəd «Samsung» markalı mobil telefonları çıxarıb masanın üzərinə qoymaqla təqdim etmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd qara rəngli sellofan bağlamanın içərisinə baxış keçirildikdə içərisində 02 ədəd qara rəngli sellofana bükülmüş üzəri ağ rəngli yapışqanlı lentlə sarılmış və 01 ədəd göy rəngli sellofan olmaqla ümumilikdə 03 ədəd büküm aşkar edilmiş, sorğu zamanı şübhəli şəxs şəxs Təqsirləndirilən şəxs qeyd olunan bükümlərdən 01 ədədinin içərisində narkotik vasitə qurudulmuş marixuana, digər bükümün içərisində narkotik vasitə heroin və göy rəngli sellofana bükülmüş üçüncü bükümün içərisində isə psixotrop maddə metamfetamin olmasını bildirmiş, həmin bükümlər açılan zaman qara rəngli ağ yapışqanlı lentlə sarılmış böyük bükümdə içərisində qurudulmuş ota bənzər maddə, qara rəngli sellofan bükümdə qəhvəyi rəngli spesifik iyə malik maddə, göy rəngli sellofan bükümdə isə ağ rəngli kristal şəkilli maddələr olması müəyyən edilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs həmin bükümləri İran İslam Respublikasının vətəndaşı olan Həsən adlı şəxsdən əldə etdiyini, pul vermədiyini, ancaq qramı 30 manat olmaqla götürüb sonra pulunu verməli olduğunu, öz istifadəsi üçün götürdüyünü, yarısını yerinə qoyacağını, öz istifadəsi üçün götürdüyünün də pulunu sonradan göndərəcəyini bildirmiş, sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, lakin üzərindən qanunla qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilməmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi, 03 ədəd büküm sübut əhəmiyyətinə malik olduğundan iki ədəd içərisi boş olan ağ rəngli kağız zərflərin içərisnə qoyularaq qablaşdırılıb möhürlənərək götürülmüş, həmin zərfin üzəri şübhəli şəxs Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən imzalanmış, şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd «Samsung» markalı mobil telefonlar sübut əhəmiyyətinə malik olduğundan sonuncuya izah edilərək qablaşdırılıb götürülmüşdür. Keçirilmiş baxışla əlaqədar protokol tərtib edimiş və 01 (bir) DVD formatlı disk protokola əlavə edilmişdir. Qeyd olunan «DVD» formatlı disk sübut növü kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. 26 aprel 2024-cü il tarixli «diskə baxış keçirilməsi haqqında» protokolan görünür ki, Yasamal RPİ-nin inzibati binasında şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə video çəkiliş aparılmaqla baxış keçirilərək, hüquq və vəzifələri izah olunduqdan sonra Təqsirləndirilən şəxs «şəxsi axtarış və götürmə haqqında» qərarla tanış edərək paltarlarında əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları könüllü sürətdə verməyi təklif edilir. Bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs könüllü olaraq həmin vaxtı əynində olan qara rəngli idman gödəkçəsinin sol yan cibindən 01 ədəd qara rəngli sellofan bağlamanı, daha sonra isə əynində olan qara rəngli idman şalvarının sağ və sol yan ciblərindən 02 ədəd «Samsung» markalı mobil telefonları çıxarıb masanın üzərinə qoymaqla təqdim edir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd qara rəngli sellofan bağlamanın içərisinə baxış keçirildikdə içərisində 02 ədəd qara rəngli sellofana bükülmüş üzəri ağ rəngli yapışqanlı lentlə sarılmış və 01 ədəd göy rəngli sellofan olmaqla ümumilikdə 03 ədəd büküm aşkar edilir. Sorğu zamanı şübhəli şəxs şəxs Təqsirləndirilən şəxs qeyd olunan bükümlərdən 01 ədədinin içərisində narkotik vasitə qurudulmuş marixuana, digər bükümün içərisində narkotik vasitə heroin və göy rəngli sellofana bükülmüş üçüncü bükümün içərisində isə psixotrop maddə metamfetamin olmasını bildirir. Həmin bükümlər açılan zaman qara rəngli ağ yapışqanlı lentle sarılmış böyük bükümdə içərisində qurutulmuş ota bənzər maddə, qara rəngli sellofan bükümdə qəhvəyi rəngli spesifik iyə malik maddə, göy rəngli sellofan bükümdə isə ağ rəngli kristal şəkilli maddələr olması müəyyən edilir. Şübhəli şəxs Təqsirləndirilən şəxs həmin bükümləri İran İslam Respublikasının vətəndaşı olan Həsən adlı şəxsdən əldə etdiyini, pul vermədiyini, ancaq qramı 30 manat olmaqla götürüb sonra pulunu verməli olduğunu, öz istifadəsi üçün götürdüyünü, yarısını yerinə qoyacağını, öz istifadəsi üçün götürdüyünün də pulunu sonradan göndərəcəyini bildirir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılır, lakin üzərindən qanunla qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilmir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi, 03 ədəd büküm sübut əhəmiyyətinə malik olduğundan iki ədəd içərisi boş olan ağ rəngli kağız zərflərin içərisinə qoyularaq qablaşdırılıb möhürlənərək götürülür. Həmin zərfin üzəri şübhəli şəxs Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən imzalanır. Məhkəmə-bioloji ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16/16/2-7/651 saylı rəyindən məlum olur ki, tədqiqata təqdim edilmiş, üzərində “...imza Cabbarov X…..” yazı və imzalar olan zərfdə 1 (bir) ədəd qara sellofan kəsiyi bükümündə təmiz çəkisi 28,975 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş mariuxanadır. Məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16/16/2-6/2303 saylı rəyindən məlum olur ki, tədqiqata təqdim edilmiş, üzərində “...imza Cabbarov X… ” yazı və imzalar olan zərfdə 1 (bir) ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi 8,04 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Həmin zərfin içərisində 1 (bir) ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi 10,137 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 (bir) ədəd qara sellofan kəsiyi bükümündə təmiz çəkisi 28,975 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş mariuxana, 1 (bir) ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi 8,04 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 (bir) ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi 10,137 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatdan sonra xalis çəkisi 28,925 qram narkotik vasitə qurudulmuş mariuxana, 7,99 qram narkotik vasitə heroin və 10,87 qram psixotrop maddə metamfetaminin saxlanılmasından ötrü Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. 29 aprel 2024-cü il tarixli « axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 7 ünvanında yerləşən «Bakı Tikiş Evi»-nin yataqxanasında olan evinə baxış keçirilərkən oradan iş üçün sübut əhəmiyyətinə malik ola biləcək hər-hansı bir əşya və ya perdmet aşkar edilməmişdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs yaşadığı evdə axtarış aparılarkən çəkilmiş 09 ədəd fotoşəkil iş materialarına əlavə edilmişdir. Üzləşdirmə protokolundan görünür ki, Şahid1 ilə şübhəli şəxs Təqsirləndirilən şəxs Əliağa oğlu arasında keçirilmiş üzləşdirmə zamanı Şahid1 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Üzləşdirmə protokolundan görünür ki, Şahid2 ilə şübhəli şəxs Təqsirləndirilən şəxs Əliağa oğlu arasında keçirilmiş üzləşdirmə zamanı Şahid2 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Üzləşdirmə protokolundan görünür ki, Şahid3 ilə şübhəli şəxs Təqsirləndirilən şəxs Əliağa oğlu arasında keçirilmiş üzləşdirmə zamanı Şahid3 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Azərbaycan Respubikası Səhiyyə Nazirliyi «Respublika Psixiatriya Xəstəxanası» X26 xx.xx.2024-cü il tarixli, 5928 saylı məktubun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə qeyd olunan xəstəxanada müalicədə olmayıb. Məhkəmə-psixatrik ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixatrik Ekspertiza Mərkəzi” X26 xx.xx.2024-cü il tarixli, 1434 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik aşkr olunmur. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs 26 aprel 2024-cü il tarixdə və həmin tarixdən sonrakı tarixlərdə qərarda qeyd edilən əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs ona ittiham edilən zaman həmin ittihamın mahiyyətini dərk etmək iqtidarındadır. Təqsirləndirilən şəxs yaş xüsusiyyətləri və intelektual səlahiyyətlərinə aid deyil. Məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X23 X24 X1 xx.xx.2024-cü il tarixli, 3750 nömrəli rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs opiolidlərin qəbul edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmənin hüquqi dəyərləndirməsi: Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddələri həmin Məcəllənin «Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər» fəslində nəzərdə tutulmuşdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-ci il tarixli, 8 saylı Qərarında göstərilir ki, 234-cü maddənin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitlərin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avdanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Verilən ittiham üzrə Təqsirləndirilən şəxs istinad olunan əməllərdə onun təqsirliliyinin sübuta yetirilməsi üçün satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini və narkotik vasitə heroin və qurudulmuş marixuananı əldə edib saxlamaqla daşıması sübut edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin özünü müdafiə məqsədi ilə gətirdiyi dəlillər araşdırıldı. Müdafiə tərəfi ittihamı mübahisələndirdiyi hissələrdəki mövqeyini ona qarşı ibtidai istintaq zamanı polis əməkdaşlarının onun bibisi oğlu Lətifi həbs edəcəkləri ilə hədələmələri ilə ona göstərilən psixi təsirlərlə əlaqədar olmasını göstərdi. Məhkəmədə Təqsirləndirilən şəxs verdiyi ifadəsində polis əməkdaşlarının saxlanıldıqdan sonra onu döydükələrini, ona qarşı psixi zorakılıq etdiklərini, üzərindən aşkar olunan narkotik vasitənin ona aid olmadığını, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, istifadəçisi olduğunu, tutulduğu yerə iki qram narkotik vasitə götürməyə getdiyini, lakin götürə bilmədiyini göstərdi. Məhkəmədə onun bu ifadələri araşdırılarkən ictimai təhlükəli əməlin predmetini təşkil edən narkotik vasitələrin və psixotrop maddələrin Təqsirləndirilən şəxs tərəfindən satış məqsədi ilə əldə edilməsi təsdiqini tapmadı. Çünki bunu təsdiq edən nə sübut, nə faktiki hal, nə də Ali Məhkəmənin yuxarıda istinad olunan qərarında nəzərdə tutulan istehlakçının olması və ya təqsirləndirilən şəxsin belə istehlakçı tapmağa cəhd etməsi, əvvəllər bu fəaliyyətlə məşğul olması müəyyən olunmadı. Məhkəmə iş üzrə şahid qismində dindirilmiş Şahid1 və digər şahidlərin ifadələrində Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olması barədə daxil olmuş məlumat əsasında onun saxlanılması və üzərindən narkotik vasitələr, psixotrop maddə aşkar olunması barəsindəki ifadələrini cinayət prosesinin sübutetməyə verdiyi tələblər fonunda təhlil edib hesab edir ki, şahidlərin ifadələrində istinad etdikləri onlara daxil olmuş məlumat əməliyyat məlumatı olmuş, lakin bu məlumatlar cinayət prosesinin tələbləri baxmından yoxlanılmamış və əldə olunmuş məlumatlar istintaqa təqdim olunmamışdır. İstintaq oqanı da belə məlumatları prosessual qaydada araşdırmamış, bu məlumatları sübut kimi qiymətləndirməmiş və sübutlar siyahısına da sair sübutlar kimi təqdim etməmişdir. Bu səbəbdən də məhkəmə həmin məlumatları prosessual qanunvericilikdə nəzərdə tutulan qaydada əldə olunmuş sübut kimi qəbul edilməsinin yol verilmədiyini nəzərə alır və şahidlərin ifadələrinin həmin hissəsinə istinad olunmamasını əsaslı sayır. Göstərilən halları nəzərə alıb, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni satış məqsədiylə deyil, satış məqsədi olmadan əldə etmə, saxlama, daşımada təqsirli bilinməlidir. Məhkəmə gəldiyi bu qənaət məhkəmədə Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə ittiham tərəfindən məhkəməyə hər hansı bir mötəbər sübut təqdim olunmaması, təqsirləndirilən şəxsin özünün narkomaniya xəstəliyiyndən əziyyət çəkib narkotik maddələrdən istifadə etməsini təsdiq edən məhkəmə narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 3750 nömrəli rəyi və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinin tələbləri baxımından da əsaslıdır. Belə ki, həmin maddəyə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmədə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona psixi təsir göstərilməsi, üzərindən aşkarlanan narkotik vasitələrin və psixotrop maddənin ona aid olmaması, narkotik vasitəni götürməyə gedərkən götürmədən saxlanılması ilə bağlı olan ifadələri araşdırılarkən öz təsdiqini tapmadı. Təqsirləndirilən şəxs özü də məhkəməyə bu ifadələrini təsdiq edən sübut təqdim etmədi. Bu səbəbdən onun bu ifadələri faktiki əsası olmayan və öz müdafiəsinə yönələn ifadələr kimi qiymətləndirilməlidir. İstintaq orqanı Təqsirləndirilən şəxs bu əməllərini naməlum şəxsdən və vaxtda satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib üzərində saxlamaqla daşıma və onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olma qiymətləndirib onun əməllərini Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddələri tövsif etmişdir. Məhkəmə, yuxarıda təsvir olunan sübutlar əsasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini anlaqlı vəziyyətdə qəsdən törətməsinin sübuta yetirildiyi qənaətinə gəlir və Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif olunmasını əsaslı sayır. Məhkəmə, yuxarıda göstərilən qənaətə gəldiyindən Təqsirləndirilən şəxs elan olunmuş ittihamdan Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddələrinin xaric olunmasını əsaslı sayır və ittihamdan xaric edir. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilən əməli qəsdən törətməsi qənaətinə gəldiyindən onun təqsirli bilinib bu əmələ görə həmin maddədə nəzərdə tutulan qaydada onun cəzalanmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməlin cinayət olmasını aradan qaldıran hal və onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmədə istintaq zamanı materialların məhkəmə ekspertizasının keçirilməsinə 158 (yüz əlli səkkiz) manat xərclənməsi müəyyən olundu. Məhkəmə bu məbləğin dövlət büdcəsi hesabına ödənilməsini təmin edib, ekspertizasının keçirilməsinə sərf edilmiş 158 (yüz əlli səkkiz) manat vəsaitin Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə qaytarılmasını əsaslı sayır. Məhkəmə, iş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Bakı şəhəri Yasamal RPİnin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatdan sonra xalis çəkisi 28,925 qram narkotik vasitə qurudulmuş mariuxana, 7,99 qram narkotik vasitə heroin və 10,87 qram psixotrop maddə metamfetaminin sərbəst dövriyyəsi qadağan olunmuş əşya kimi məhv edilməsini, şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınaraq yaddaş daşıyıcısına köçürülmüş, özündə videgörüntüləri əks etdirən 01 (bir) ədəd “DVD” diskin cinayət işinin materiallarında saxlanılmasını əsaslı sayır. Məhkəmə, cinayət işinin predmetini təşkil edən və iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitənin miqdarları arasında yaranmış fərqi onların ekspertiza tədqiqatı zamanı istifadə edilib aşınmasının nəticəsi kimi qəbul edir. Məhkəmə, narkotik xassəli vasitələrin məhv edilməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq, yaradılmış komissiya tərəfindən həyata keçirilməsini nəzərə alır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 26 aprel 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 27 aprel 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə, həmin halı Təqsirləndirilən şəxs cəza təyin edərəkən nəzərə alır. Məhkəmədə elan edilib araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirilən hallar kimi 01 nəfər azyaşlı uşağının olması, əvvəllər məhkum olunmaması, istər ibtidai istintaq, istərsə də məhkəmə baxışı zamanı qismən etiraf edici ifadələr verməsi müəyyən olundu. Məhkəmədə Təqsirləndirilən şəxs atası X3 Azərbaycanın müdafiəsi uğrunda gedən döyüşlər zamanı yaralanması, birinci Qarabağ müharibəsi qazisi, ikinci qrup əlil olması, əmisi X4 isə birinci Qarabağ müharibəsi zamanı şəhid olması, anası X7 Erməni silahlı birləşmələrinin törətdikləri Xocalı soyqramında qeyri-insani təqiblərə məruz qalması müəyyən olundu. Məhkəmə sadalanan halları Təqsirləndirilən şəxs əhatə edən mühit kimi onun inkişafına təsir edən amillər kimi nəzərə alıb ona təyin olunacaq cəzaya təsir edən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməllərinin xarakterini və Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən məlumatları nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər onun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X23 X24 X1 xx.xx.2024-cü il tarixli, 3750 nömrəli rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs opiolidlərin qəbul edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmasını və onun narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini müəyyən edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olmasını, ağırlaşdıran halın olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına, həyat və ailə şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1.-1-ci maddəsi ilə təqsirli bilinsin və ona 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın başlanğıcı 26 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəsisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Dövlət büdcəsi hesabına 158 ( yüz əlli səkkiz ) manat Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Ekspertiza xərcələrini təşkil edən 158 ( yüz əlli səkkiz ) manat Təqsirləndirilən şəxs məhkəmə məsrəfi kimi tutulub dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Yasamal RPİ-nin maddi sübutların saxlanc otağına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunmuş ekspert tədqiqatından sonra qalıq hissəni təşkil edən 28,925 qram narkotik vasitə qurudulmuş mariuxana, 7,99 qram narkotik vasitə heroin və 10,87 qram psixotrop maddə metamfetamin sərbəst dövriyyəsi qadağan olunmuş əşya kimi məhv edilsin. 01 (bir) ədəd «DVD» formatlı disk cinayət işi materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova
Məhkəmə qərarları › İş №1(101)-2069/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2069/2024
11.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver