Məhkəmə qərarları › İş №1(101)-207/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-207/2020

03.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-207/2020 03.06.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Abasov Əliövsəd Məzahir oğlu və Mikayılov Eldar Əli oğlundan ibarət kollegial tərkibdə məhkəmə iclasının katibi x3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru x2, Zərərçəkmiş şəxs, müdafiəçi - Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1972-ci il tarixdə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, işləməyən, İmişli şəhəri, Xiyabani küçəsi, ev 4 ünvanda qeydiyyatda olan, ünvan 1 mənzil 41 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuş və silah qismində istifadə olunan əşyadan istifadə etməklə xuliqanlıq etmişdir: belə ki, Təqsirləndirilən şəxs 12 aprel 2019-cu il tarixdə saat 13:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, Nizami Nərimanov küçəsindəki 87 №-li evin yanında yerləşən “Yaşıl bağ” kafesinin həyətində masa arxasında olan zaman həmin vaxt oraya gəlmiş tanışı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ona olan 50 manat borcunu vermədiyini bildirib təhqir edərək onu sillə ilə vurduğuna görə Təqsirləndirilən şəxs hadisə vaxtı masanın üzərindən götürdüyü istintaqa məlum olmayan bıçaqla Zərərçəkmiş şəxs döş qəfəsinin ön səthindən bir dəfə qəsdən vuraraq döş qəfəsinin ön səthinin daxilə nüfuz edən kəsilmiş-deşilmiş yarası ilə nəticələnən yetirildiyi anda Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarəti yetirərək qəsdən sağlamlığına ağır zərər vurmuş, bir çox insanların istirahət etdiyi ictimai yerdə - kafenin həyətində sonuncu ilə mübahisə yaradıb ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşaiyət olunan və kafenin normal iş rejiminin pozulması ilə nəticələnən qərəzli hərəkətlər edib silah qismində istifadə olunan əşyadan istifadə etməklə xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmişdir. Təqsirləndirilən şəxs məhkəmə zamanı özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 221.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, 12 aprel 2019-cu il tarixdə yaşadığı evdən çıxıb Yasamal rayonu ərazisində yerləşən Narkoloji dispanserə getmiş və orada dərmanını qəbul etdikdən sonra orada müalicə alan tanışlarının birindən marixuana alaraq çəkməklə istifadə etmiş, bundan sonra evinə qayıtmış, saat 13:00 radələrində yaşadığı evdən çıxıb gedərək “Yaşıl bağ” kafesinin yanında qarajların qarşısında dayanıb çayxanaya birlikdə getmək üçün tanışlarından kiminsə gəliməsini gözləmiş, həmin vaxt kafedən söyüş səsləri gəldiyini eşitmiş, nə baş verdiyini bilmək üçün kafe tərəfə getmiş, kafenin içərisində Tərlanın bıçaqlanmış vəziyyətdə olduğunu görmüş, narkotik vasitənin təsiri altında olduğu üçün oradan uzaqlaşmış, Tərlanın kim tərəfindən bıçaqlamasını görməmiş və həmin hadisənin necə baş verdiyini bilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşaraq həmin ifadələri özünü müdafiə xarakterli hesab edir. Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, hadisədən 3-4 ay əvvəl “Yaşıl bağ” kafesində Təqsirləndirilən şəxsla tanış olmuş, həmin vaxtdan sonuncu ilə tez-tez görüşüb həmin kafedə oturub çay içmişlər, 11 aprel 2019-cu il tarixdə “Yaşıl bağ” kafesinin yaxınlığında meyvə-tərəvəz yerini işlədən adını xatırlamadığı bir nəfər kişidən 50 manat pul alacağı olmuş, həmin 50 manat pulu alacağını Tuqay bilmiş, həmin gün Tuqay onun yerinə gedib həmin meyvə-tərəvəz yerindən ona çatacaq 50 manat borc pulu onun əvəzinə götürüb getmiş, bunu o, öyrənəndən sonra Tuqayla danışıb nə üçün belə etməsini öyrənmək istəmiş, lakin Tuqayla əlaqə saxlaya bilməmiş, 12 aprel 2019-cu il tarixdə saat 13:00 radələrində “Yaşıl bağ” kafesinə getmiş, Kafeyə girəndə kafenin həyətində sağ tərəfdə ağacın altında masada 4-5 nəfər tanımadığı şəxsin əyləşdiyini görmüş, oəmin masaya yaxınlaşanda Tuqaysy da həmin masa arxasında stulda əyləşdiyini görmüş, o, Tuqaya 50 manat pulu onun yerinə alması barədə iradını bildirmiş, Tuqaya yaxınlaşıb əsəbindən Tuqayı söyüb əli ilə sol qulağından astadan sillə vurmuş, Tuqay ayağa qalxmış və masanın üstündən bıçaq götürüb onu sinəsindən bıçaqla vurmuş, bundan sonra o, masanın yanında olan stulu götürüb Tuqayın başına atmış, həmin stul Tuqayın yanından keçmiş və yerə düşmüş, Tuqayın həmin vaxt ayağı büdrəmiş və yerə yıxılmış, həmin vaxt masanın ətrafında olan tanımadığı şəxslər kənara çəkilmiş, o, digər stulu götürüb Tuqaya tərəf atmaq istəmiş, həmin vaxt sinəsindən ağrı tutmuş və yerə yıxılmış, həmin vaxt kafedə olan bir nəfər ona yaxınlaşıb başını dizinin üstünə qoymuş və ona köməklik etməyə çalışmış, kafedə olan qızlar ona dəsmal vermişlər və qanını silməyə kömək etmişlər, ətrafdan kənar şəxslər və polis əməkdaşları kafenin ətrafına gəlmiş və dostu Şahid4 ona yaxınlaşmış, təcili tibbi yardım maşını xəstəxanaya aparan zaman Anar da onun yanında olmuşdur. Məhkəmə zamanı şahid qismində dindirilmiş x7 ifadə verərək göstərmişdir ki, Binəqədi rayonu, Nizami Nərimanov küçəsi 87 saylı ünvanda yerləşən “Yaşıl bağ” adlı kafeni təxminən 2 aya yaxındır ki, icarə əsasında saat 10-dan axşam 23-dək işlətmiş, hadisə baş verən gün yəni 12 aprel 2019-cu il tarixdə saat 13:00 radələrində kafedə masaların birində əyləşib çay içmiş, bir qədər sonra kafenin bayır hissəsində səs-küy gəldiyini eşitmiş, dərhal bayıra çıxmış, kafenin bayır hissəsində olan zaman müştəri qismində adını sonradan Tərlan kimi öyrəndiyi şəxsin yerdə uzanmış halda olduğunu və ətrafında tanımadığı şəxslərin olduğunu görmüş, həmin vaxt Tərlanın bədənindən qan axdığını görmüş, hadisə yerinə təcili tibbi yardım avtomobili gəlmiş və Tərlanı 1 saylı x10 aparmışlar; Tuqay və Tərlan kafenin həyətində masaların birində əyləşib bir neçə şəxslərlə birlikdə çay içmişlər, həmin vaxt o, kafenin içərisinə getmişdir, sonradan səs-küy gəlmiş, kimin kimlə mübahisə etdiyini bilməsə də, sonradan ona Tərlanı Tuqay adlı şəxsin bıçaqladığını eşitmişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərmişdir ki, qardaşı Tuqay əvəllər Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuş və 2016cı ildə azadlığa çıxmış, Tuqayın dava etməsi və ya kiminləsə mübahisə etməsini eşitməmişdir; 12 aprel 2019-cu il tarixdə o, Binəqədi rayonu ərazisində olan zaman əmisi oglu Rauf ona zəng edib, evə polis əməkdaşlarının gəldiyini bildirmiş, səbəbini Raufdan soruşduqda sonuncu polis əməkdaşlarının Tuqayı axtardıqlarını demiş, o, dərhal evə getmiş və polis əməkdaşları Tuqayı maraqlandıqlarını görmüş, o, rolis əməkdaşlarından nə baş verdiyini soruşduqda sonuncular ona Tuqayın kimisə bıçaqladığını bildirmiş, həmin vaxt bir nəfər İmişlili olduğunu bildiyi 8-ci mikrorayonda yaşayan Emin adlı şəxs ona zəng etmiş, telefonu ondan götürən polis əməkdaşı özü Eminlə nə isə danışmış, pois əməkdaşı ilə Emin arasında olan söhbətdən xəbəri olmamışdır. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid4 ifadə verərək göstərmişdir ki, Tərlan və Tuqay adlı tanışları ilə yaşadığı evin yaxınlığında olan “Yaşıl bağ adlı çayxanaya görüşüb tanış olmuşlar, Tuqayla Tərlanın bir-birlərinə qarşı münasibətləri normal olmuşdur; 12 aprel 2019-cu il tarixdə saat 13:00 radələrində «Yaşıl bağ» kafesinə pivə içməyə getmiş, kafeyə yaxınlaşanda orada adamların yığışdığını və polis əməkdaşlarının kafenin həyətində bir nəfərə kömək etdiklərini görmüş, yaxınlaşdıqda Tərlanın yerdə uzanıqlı vəziyyətdə olduğunu və döş qəfəsinin ortasında yara olduğunu görmüş, Tərlan çox miqdarda qan itirmiş, polis əməkdaşları təcili tibbi yardım çağırmış və təcili tibbi yardım avtomobili ilə Tərlanı xəstəxanaya aparmışlar; o, kafedə polis əməkdaşlarından və ətrafdakı şəxslərdən Tərlanı Tuqayın bıçaqla vurduğunu eşitmişdir. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid2 Şahid1 ifadəsinə və işin faktiki hallarına uyğun ifadə vermişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş x8 ifadə verərək göstərmişdir ki, 12 aprel 2019-cu il tarixdə saat 13:00 radələrində Bakı şəhəri, Nizami Nərimanov küçəsi, 87 sayl binanın yaxınlığında yerləşən «Yaşıl bağ» kafesinə orada aşpaz işləyən rəfiqəsi Şahid2 yanına getmiş, kafeyə daxil olarkən kafedə adlarını sonradan bildiyi Tuqayın və Tərlanın bir neçə nəfər tanımadığı şəxslərlə birlikdə oturub çay içdiklərini görmüş, saat təxminən 13:20 radələrində Tərlan yaralı vəziyyətdə və üzərində qan izləri ilə kafenin içərisinə daxil olaraq onlardan kömək istəmiş, o, Tərlana dəsmal vermiş, Tərlan çölə çıxaraq yaralı vəziyyətdə yerə uzanmış, sonuncu hadisə yerinə gəlmiş təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılmış, orada olanlardan Tərlanın «sedoy», yəni ağsaçlı şəxs kimi təqdim edilən Tuqay tərəfindən bıçaqla vurulduğunu eşidib bilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid5 göstərmsişdir ki, taksi sürücüsüdür, Hyundai Accent markalı göy rəngli 2006-cı il buraxılışlı **-NU-*** dövlət nömrə nişanlı avtomobil ilə gündəlik icarə ilə taksi işi ilə məşğul olmuş, Tuqayı İmişli rayonundan 20 ildir ki, tanımış, Tuqayın narkotik vasitələrin istifadəsi ilə məşğul olduğunu eşitmiş, lakin şahidi olmamışdır, 12 aprel 2019-cu il tarixdə saat 13:00 radələrində 8-ci mikrorayonda Çudo Peçka” şirniyyat evinin yaxınlığında idarə etdiyi avtomobildə müştəri gözləyən zaman Tuqay ona yaxınlaşmış və icarəyə götürdüyü Hyundai Accent markalı avtomobilə əyləşmiş, Tuqay ona Tərlanla aralarında mübahisə baş verdiyini və mübahisə zamanı Tərlanı bıçaqla vurduğunu demiş, o, Tərlanı son iki ay olar ki, mikrorayondan Yaşıl bağ kafesindən tanımış, Tuqaydan nə üçün mübahisə etdiklərini soruşduqda, Tuqay Tərlanla aralarında 50 manat pulun üstündə mübahisə olduğunu və Tərlan “Yaşıl bağ” kafesinə daxil olub nalayiq sözlər deyib söyüş söydüyünü, həmin vaxt Tuqay masanın üzərində qoyduğu bıçaqla Tərlanı sinəsindən bir dəfə bıçaqla vurduğunu bildirmişdir; bundan sonra Tuqay ona qardaşı Səbuhiyə zəng edib bu barədə məlumat verməsin demiş, bundan sonra o, Tuqayın qardaşı Səbuhiyə zəng edib qardaşı Tuqayın Tərlanla mübahisə etdiyini, qardaşı Tuqayın Tərlanı bıçaqla vurduğunu bildirmiş, Səbuhi Tuqayın harada olduğunu soruşduqda o, Səbuhiyə Tuqayın onun nömrəsini ona verdiyini, çıxıb getdiyini və Tərlanı bıçaqlaması barədə Səbuhi məlumat verməsini xahiş etdiyini bildirmiş, bundan sonra Tuqay ona Keşlə bazarının yanına sürməsini demiş, o, Tuqayı Keşlə bazarının yanında düşürmüş, 3 gün sonra Tərlanın yanına xəstəxanaya getmiş, Tərlanla söhbət zamanı sonuncu ona meyvə-tərəvəz dükanından Tərlana 200 manat pul veriləcəyini, o, anasının qəbrini düzəltdirmək üçün ustaya pul verməli olduğunu, həmin pulun 150 manatı Tərlana çatıb qalan 50 manatını isə Tuqay götürmüşdür, buna görə də Tuqayla arasında mübahisə düşmüşdür, belə ki, 12 aprel 2019-cu il tarixdə, saat 13:00 radələrində Tərlan söhbət etmək üçün yaşadığı evdən çıxıb Tuqayla danışmaq üçün Yaşıl bağ” kafesinə getmiş, Tuqaya görəndə onun biədəb oturuşu Tərlanın xoşuna gəlməmiş və Tərlan Tuqaya söyüş söymüş, həmin vaxt Tuqay masanın üzərindən bıçağı götürüb Tərlanın sinəsindən vurub xəsarət yetirib qaçmışdır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. İşdə olan məhkəmə-tibbi ekspertiza üzrə 7 avqust 2019-cu il tarixli 680 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs hemorragik (qanitirmə) şok və hemoperitoneumla (qarın boşluğuna qanın və havanın dolması) ilə müşaiyət olunan qarının ön divarının qarın boşluğa keçən qaraciyəri, kiçik piyliyi, mədəaltı vəzi zədələyən bir ədəd deşilmiş-kəsilmiş yarası müəyyən edildi; xəsarət deşici-kəsici alətin təsirindən törənmişdir, bıçaqla yetirilə bilər, müddəti qərarda göstərilmiş 21.07.2019-cu il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilir, xarakterinə və lokalizasiyasına görə, qeyd edilən xəsarətin yıxılma nəticəsində alınması, eləcədə özünün-özünə yetirməsi nəticəsində əmələ gəlməsi inkar olunur (1-ci cild iş vərəqi 81-84). İşdə olan məhkəmə məhkəmə-trasoloji və ballistik ekspertiza üzrə 27 avqust 2019-cu il tarixli 19696/19840 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir, təyinatı üzrə istifadəyə yararlıdır, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir; tədqiqata təqdim edilmiş köynəyin üzərində rəyin təsviri hissəsində qeyd olunan zədənin yerləşdiyi yeri, ölçüsü və sayı verilib, həmin köynəyin üzərində olan zədə öz formasına, quruluşuna və s. ümumi əlamətlərinə görə bir tərəfi kəsici ucu deşici xassəyə malik olan bir predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir; belə predmetə bir tərəfi kəsici ucu deşici xassəyə malik olan bıçaq tiyələri, o cümlədən təqdim edilmiş bıçağın tiyəsi də aiddir; təqdim edilən köynəyin üzərindəki zədəyə əsasən zədənin yetirildiyi anda bıçaqla zərərçəkmişin qarşılıqlı yerləşmə vəziyyəti müəyyən edilsin.” sualına istintaq eksperimenti keçirtməklə cavab vermək olar (1-ci cild iş vərəqi 92-95). İşdə olan istintaq eksperimentinin keçirilməsi haqqında 21 oktyabr 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs tiyəsinin uzunluğu 120 mm, orta hissədən eni 27 mm, qalınlığı 2.5 mm olan xüsusi hazırlanmış taxta bıçaqla istintaq eksperimentinə dəvət edilmiş Həsən İbrahimovun qarın nahiyəsindən bir dəfə aşağıdan yuxarıya doğru şaquli istiqamətdə zərbə vurduqda köynək üzərində əmələ gəlmiş zədə forma və quruluşuna görə zərərçəkmiş şəxsin hadisə vaxtı üzərində olan köynəyin üzərindəki zədə ilə uyğunluq təşkil etmişdir (1-ci cild iş vərəqi 162-163). İşdə olan şübhəli şəxsin tutulması haqqında 10 may 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 may 2019-cu il tarixdə tutulmuşdur (1-ci cild iş vərəqi 59). İşdə olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 may 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs məhkəmə iclas zalında həbsdən azad edilmişdir (1-ci cild iş vərəqi 99-102). İşdə olan şübhəli şəxsin tutulması haqqında 11 may 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 may 2019-cu il tarixdə tutulmuşdur (1-ci cild iş vərəqi 114). İşdə olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 may 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs məhkəmə iclas zalında həbsdən azad edilmişdir (1-ci cild iş vərəqi 141-146). İşdə olan 13 may 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (1-ci cild iş vərəqi 147). İşdə olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 fevral 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmiş və barəsində axtarış elan edilmişdir (cild 2 iş vərəqi 71-72). İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının 12 mart 2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 9 mart 2020-ci il tarixdə Binəqədi RPİ-nin əməkdaşları tərəfindən tutumuşdur. İşdə olan olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş x1 İdarəsindən alınmış 03 mart 2019-cu il tarixli tələbnamədən və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29 avqust 2014-cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29.08.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respubilkası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 9 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 02.03.2016-cı il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. (1-ci cild iş vərəqi 45-46 və 212-216). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 126.1 və 221.3-cü maddələri ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası və həmin Məcəllənin 221.3-cü maddəsinin sanksiyasında iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ağır cinayətlər kateqoriyasına, həmin Məcəllənin 221.3-cü maddəsi az ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.3-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər və həmin Məcəllənin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş x1 İdarəsindən alınmış 03 mart 2019-cu il tarixli tələbnamədən və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29 avqust 2014cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə cinayət əməlini Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24.08.2014-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını 02.03.2016-cı il tarixdə çəkib qurtardıqdan 3 il 1 ay 10 gün sonra törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzanın çəkilib qurtardığı gündən iki il keçdikdə məhkumluq ödənilir. Cinayətlərin təsnifatına görə Təqsirləndirilən şəxs sonuncu məhkumluğu üzrə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi az ağır cinayətlər kateqoriyasına daxildir. Təqsirləndirilən şəxs əvvəllər qəsdən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğundan və cəzasını çəkib qurtardığı gündən iki ildən çox vaxt keçdiyindən məhkumluğu ödənilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olubolmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə: - hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir; - cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; - cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərarın tövsiyyəsinə əsasən məhkəmələr işin konkret hallarını nəzərə alaraq daha yüngül cəza təyin edilməsi məsələsini də müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. «Məhkəmə Hökmü Haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır və az ağır cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmasını, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün saymır, törətdiyi cinayətləri nəzərdə tutan Azərbaycan Respublikası CM-in 126.1 və 221.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəza siyasətinin məqsədlərinə uyğun hesab edir. Cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsini təsbit edən Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halların olmaması səbəbindən Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələblərinin tətbiq edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsini əsas tutaraq hesab edir ki, 10 may 2019-cu il tarixdən 13 may 2019-cu il tarixədək tutulduğu 3 (üç) gün azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələblərinə əsasən ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən halların olmamasını, Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran halın olmamasını və işin digər hallarını nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 126.1 və 221.3-cü maddələrinin sanksiyalarında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunan cəzaları qismən toplamaq yolu ilə cəza təyin etməyi, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 10 may 2019-cu il tarixdən 13 may 2019-cu il tarixədək tutulduğu 3 (üç) gün azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmasını, cəzasının başlanğıcının tutulduğu 9 mart 2020-ci il tarixdən hesalanmasını və həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının CPM-in 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi sübut - Bakı şəhəri Binəqədi rayon polis idarəsində saxlanılan Zərərçəkmiş şəxs məxsus geyim əşyaları - bir ədəd köynək, bir ədəd sviter və bir ədəd şalvar, bir ədəd gödəkçə, bir cüt ayaqqabı və iki ədəd dəsmal hökm qanuni qüvvəyə mindindən sonra Zərərçəkmiş şəxs qaytarılmalıdır. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixliqərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixliqərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. x4 10 may 2019-cu il tarixdən 13 may 2019-cu il tarixədək tutulduğu 3 (üç) gün Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablansın və üzərində qəti olaraq 5 (beş) il 5 (beş) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. x6 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 9 mart 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübutlar - Bakı şəhəri Binəqədi rayon polis idarəsində saxlanılan Zərərçəkmiş şəxs məxsus geyim əşyaları – bir ədəd köynək, bir ədəd sviter və bir ədəd şalvar, bir ədəd gödəkçə, bir cüt ayaqqabı və iki ədəd dəsmal hökm qanuni qüvvəyə mindindən sonra Zərərçəkmiş şəxs qaytarılsın. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar