Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-207/2022 25.02.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Əhməd Qəhrəman oğlu Quliyevdən və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçıları Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokurorları X8 və Dövlət ittihamçısı1 zərər çəkmiş şəxs X4 müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə 1976-cı il martın 31-də Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, işləməmiş, Bakı şəhəri, Nərimanov rayonu, X9 küçəsi, ev 9 ünvanındakı inzibati binada qeydiyyatda olmaqla ünvan 2 ünvanında kirayədə yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 181.2.5-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmə məqsədi ilə 2021-ci il iyunun 01-də saat 23 radələrində ünvan 3 ünvanın qarşısında X1 olmasından istifadə edib yerdən daş parçasını götürərək silah qismində istifadə etməklə sonuncunun bədən nahiyələrindən bir neçə dəfə qəsdən vurmuş, bununla da X2 dirsək sümüyünün 1/3-nin açıq, qəlpəli, yerdəyişən sınığı, sağ gicgah nahiyəsinin, sol ənsə nahiyəsinin, alın sol yan səthinin əzilmiş yaraları, sol dirsək oynağının, sağ diz oynağının, sol çiyin qurşağının sıyrıqları ilə nəticələnən, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarət yetirib hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək onun əynindəki şalvarının sağ yan cibindən 350 manat nağd pulu ələ keçirməklə quldurluq etmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 181.2.5-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərdi ki, 2021-ci il iyunun 01-də saat 23 radələrində Bakı şəhərinin Nəsimi rayonu ərazisindəki Səməd Vurğun adına bağda sonradan adının X6 olduğunu bildiyi şəxsin içkili vəziyyətdə söhbət etdiyi qadına sonuncu ilə cinsi əlaqədə olmaq üçün 300-400 manat təklif etdiyini eşitdikdə yaxınlaşaraq «neynirsən, bu qadın yaşlıdır, gəl gedək mən sənin üçün iki dənə cavan qız təşkil edim, hərəsi bir tərəfində uzansın, biri bir tərəfini masaj etsin, o biri də bir tərəfini masaj etsin» demiş, Babaveyis razılaşmaqla onunla birgə Səməd Vurğun adına bağdan keçmiş «Qarabağ» mehmanxanası istiqamətində, oradan da bir qədər köhnə piyada yolu ilə addımlayıb o, heç kəsin olmadığı qaranlıq yerdə yerdən galdırdığı bir ədəd daş parçası ilə Babaveyisin baş nahiyəsinə bir dəfə zərbə vurmuş və sonuncunun əynindəki şalvarın sağ cibindən 350 manat götürərək uzaqlaşmışdır. 2021-ci il iyulun 07-də Səməd Vurğun adına bağda olduğu zaman Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları onu saxlamışlar. O, Babaveyisə sadəcə bir dəfə zərbə vurmuşdur. Hərəkətlərindən peşmandır. Hazırda zərər çəkmiş şəxslə barışıq əldə etmişdir. İş üzrə zərər çəkmiş şəxs qismində dindirilən X6 ifadəsində göstərdi ki, 2021-ci il iyunun 01-də bir qədər gəzdikdən sonra yemək yeməklə spirtli içki içmiş, əhvalı yaxşı olduğundan cinsi əlaqədə olmaq istəmişdir, bu məqsədlə gəldiyi Bakı şəhəri, Nəsimi rayonunda yerləşən Səməd Vurğun adına bağda saat 22-23 radələrində tanış olduğu orta yaşlı qadına cinsi əlaqədə olmaq müqabilində pul təklif edəndə sonuncu razılaşmaq istəyərkən tanımadığı, adını sonradan bildiyi Təqsirləndirilən şəxs ondan nisbətən cavan oğlan yaxınlaşıb «neynirsən bu yaşlı qadını, gedək sənə iki nəfər cavan qız təşkil edim, onlar hərəsi sənin bir tərəfində uzansınlar, səni yaxşı-yaxşı masaj etsinlər, sən də onlarla cinsi əlaqədə olarsan» dedikdə sonuncuya inanıb keçmiş «Qarabağ» mehmanxanası istiqamətində, oradan da bir qədər qaranlıq havada köhnə piyada yolu ilə addımlamışlar, gözlənilmədən yanındakı həmin oğlan yerdən götürdüyü daş parçası ilə onun baş nahiyəsindən möhkəm zərbə endirdikdə yerə yıxılmış, ayağa qalxdığı an sonuncu bədəninin digər nahiyələrindən daşla vurub xəsarətlər yetirmiş, o, yenidən yerə yıxılaraq ayağa qalxmış, lakin oğlan ondan əl çəkməməklə ona bir neçə zərbə edirdiyinə görə təzədən yerə yıxılmış və sonuncu əynindəki şalvarın sağ yan cibindən onun 350 manat pulunu götürüb surətlə şəkildə uzaqlaşmışdır. Səhərisi gün ayılaraq yerdə uzanıqlı vəziyyətdə olduğunu görmüş, daha sonra onu təcili tibbi yardım avtomobili ilə Bakı şəhərinin Sabunçu rayonundakı 3 saylı Şəhər Kliniki Xəstəxanasına aparmışlar. Təqsirləndirilən şəxslə barışmışdır. İş üzrə şahid qismində dindirilən hadisə ərəfəsində polis kapitanı olmaqla Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin təhqiqatçısı işləmiş Şahid3 zərər çəkmiş şəxs X6 ilə uyğun ifadə verib göstərdi ki, 2021-ci il iyunun 08-də Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsindən adı çəkilən şəxsin ərizəsi əsasında toplanan material ərazi aidiyyəti üzrə onun icraatına daxil olmuş, materialda 2021-ci il iyunun 01-də saat 23 radələrində ünvan 3 ünvanın qarşısında naməlum şəxsin sonuncuya vurduğu daşla xəsarət yetirib əynindəki şalvarın cibindən 350 manat pulunu quldurluq yolu ilə əldə edərək hadisə yerini tərk etməsi müəyyən edilmişdir. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törədən Təqsirləndirilən şəxs məsuliyyətə cəlb olunmuşdur. İş üzrə şahid qismində dindirilən hadisə ərəfəsində polis leytenantı olaraq Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməliyyat müvəkkili işləmiş Şahid2 Şahid3 ilə analoji ifadə verdi. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq olunmuş Təqsirləndirilən şəxs ibtidai istintaqda ilkin izahatında, habelə şübhəli və təqsirləndirilən şəxslər qismindəki ifadələrində törətdiyi əməli tam etiraf etməklə ilə izah etmişdir (iş vərəqi 29, 81-86, 102- 107 və 198-202). Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq olunmuş hadisə ərəfəsində polis mayoru olub Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin sahə rəisi işləmiş Şahid1 ibtidai araşdırma vaxtı şahid qismində dindirilərkən Şahid2 ilə oxşar ifadə vermişdir (iş vərəqi 160-162). İş materiallarındakı Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin tərtib etdiyi 2021-ci il 03 iyun tarixli raportdan görünür ki, Zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək 2021-ci il iyunun 01-də saat 23 radələrində sərxoş vəziyyətdə Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti ilə «Şərq Bazarı» istiqamətində hərəkət edərkən tanımadığı şəxsin heç bir səbəb olmadan ona yaxınlaşmaqla mübahisə edib onu döyərək xəsarət yetirdiyini bildirmişdir (iş vərəqi 13). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Narkoloji Mərkəzi» publik hüquqi şəxsinin 2021-ci il 02 iyun 2/7191 №-li sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə tibbi müayinə protokolundan görünür ki, Zərərçəkmiş şəxs yüngül sərxoşluq vəziyyətindədir (iş vərəqi 16). İş materiallarındakı Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin tərtib etdiyi 2021-ci il 02 iyun tarixli protokoldan görünür ki, ünvan 3 ünvanın qarşısındakı hadisə yerinə baxış keçirilərkən Zərərçəkmiş şəxs tanımadığı şəxsin ona xəsarət yetirdiyini bildirmiş, fotocədvəl protokola əlavə edilmişdir (iş vərəqi 18-20). İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin 2021-ci il 07 iyul tarixli ***-**-** №li məktubundan görünür ki, Zərərçəkmiş şəxs xəsarət yetirən şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir (iş vərəqi 28). İş materiallarındakı Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 07 iyul tarixli protokoldan görünür ki, ifadəsi yerində yoxlanan iş üzrə şahid Təqsirləndirilən şəxs ünvan 3 ünvanın qarşısını göstərməklə ifadəsini təsdiq etmiş, fotocədvəllər protokola əlavə olunmuşdur (iş vərəqi 57-60). İş materiallarındakı Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 07 iyul tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs göstərilən tarixdə saat 21:00-da Azərbaycan Respublikasının CM-nin 181.1.-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqi 76-77). İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 09 iyul tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad olunub barəsində başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri seçilmişdir (iş vərəqi 89-90). İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 11 iyul tarixli qərarlarından görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikasının CM-nin 181.1.-ci maddəsindən həmin Məcəllənin 181.2.5.-ci maddəsinə tövsif edilərək təqsirləndirilən şəxs qismində cəlb olunan Təqsirləndirilən şəxs göstərilən maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (iş vərəqi 92 və 95-96). İş materiallarındakı Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 11 iyul tarixli protokoldan görünür ki, iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla üzləşdirilərkən birincisi ifadəsini təsdiq etmiş, sonuncu dedikləri ilə razılaşdığını bildirmişdir (iş vərəqi 110-113). İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2021-ci il 11 iyul tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 181.2.5.-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində əvvəli 2021-ci il iyulun 07-dən hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir (iş vərəqi 123-125). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 2021-ci il iyulun 15-də tərtib etdiyi tələbnamədən, habelə məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin 2009-cu il 28 iyul tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə təqsirli bilinib 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunaraq 2020ci il martın 30-da cəzasının sonu ilə azad olunmuşdur (iş vərəqi 126-128 və 141-145). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə- Tibbi Ekspertiza və X7» publik hüquqi şəxsinin canlı şəxsin ekspertizasına dair 2021-ci il 17 iyul tarixli 500 nömrəli ekspert rəyindən görünür ki, 1960-cı il təvəllüdlü Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər – sol dirsək sümüyünün 1/3-nin açıq, qəlpəli, yerdəyişən sınığı, sağ gicgah, sol ənsə nahiyyələrinin, alnın sol yan səthinin əzilmiş yaraları, sol dirsək oynağının, sağ diz oynağının, sol çiyin qurşağının sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən törənməklə müddəti 2021-ci il iyunun 01-nə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir (iş vərəqi 147-148). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə- Tibbi Ekspertiza və X7» publik hüquqi şəxsinin canlı şəxsin ekspertizasına dair 2021-ci il 17 iyul tarixli 501 nömrəli ekspert rəyindən görünür ki, 1976-cı il təvəllüdlü Təqsirləndirilən şəxs deməsinə görə, 2021-ci il iyunun 01-də saat 23 radələrində Bakı şəhərinin Nərimanov rayonu ərazisində tanıdığı bir nəfər şəxslə aralarında baş verən söz mübahisəsi zamanı sonuncu əllə yumruq vurub ona xəsarət yetirmişdir, şikayəti zədə nahiyyəsində olan ağrıdandır, sonuncunun bədənində aşkar edilən xəsarətlər – sol qaşüstü nahiyyənin əzilmiş yarası, sol göz ətrafının qançırı və gözün ağlı qişasına qansızma küt əşyanın (əşyaların) təsirindən törənərək müddəti 2021-ci il iyunun 01-nə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir (iş vərəqi 150-151). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» publik hüquqi şəxsinin ambulator məhkəmə-psixiatrik ekspertizasının 2021-ci il 07 avqust tarixli 1737 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar edilməməklə xasiyyətin psixopatik cizgiləri müəyyən olunmuş, sonuncu ittiham edildiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, buna görə də törədilən əməl barəsində anlaqlı hesab edilməlidir, məcburi müalicəyə ehtiyacı yoxdur (iş vərəqi 153-154). İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 27 avqust tarixli sübutların qiymətləndirilməsi haqqında, habelə eyni tarixli qərarlarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 181.2.5.-ci maddəsi ilə əlavə və dəyişikliklər edilib yenidən ittiham elan edilmiş, sonuncunun əməlində Azərbaycan Respublikasının CM-nin 120-ci maddəsinin əlamətləri olmadığından barəsində həmin maddə ilə, Təqsirləndirilən şəxs onun sağlamlığına yüngül dərəcəli xəsarət yetirən şəxsə qarşı şikayəti olmadığından göstərilən xüsusiyyət üzrə cinayət təqibinin başlanması rədd olunmuşdur (iş vərəqi 171-173 və 191-192). Məhkəməyə təqdim olunan 2022-ci il 10 yanvar tarixli ərizədən görünür ki, zərər çəkmiş Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla barışmışdır, sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 181.2.5-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsi, hərəkətlərində cinayət tərkibinin olması, bununla da onun təqsirliliyi tam sübuta yetirilmişdir. İbtidai araşdırma orqanı Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikasının CM-nin 181.2.5-ci maddəsi ilə düzgün tövsif etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətdə özünü qismən təqsirli bilməsinə, yəni X4 baş nahiyəsinə sadəcə bir dəfə zərbə vurması barədə dediklərinə tənqidi yanaşmaqla hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uyğun deyildir və digər mötəbər sübutlarla təkzib olunur. Məhkəmə onun bu ifadələrini özünümüdafiə xarakteri daşıyıb cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə yalan ifadələr verməsi qənaətinə gəlir. Beləliklə, Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, özünün qismən etirafedici ifadəsi, məhkəmə iclasında elan edilərək tətqiq olunan ibtidai araşdırmadakı Təqsirləndirilən şəxs ilkin izahatı, şübhəli və təqsirləndirilən şəxs qismindəki və şahid ifadələri, istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri, eləcə də iş üzrə digər mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanmaqla cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışıq əldə etməsinin işdə cəzanı yüngülləşdirən hal olduğunu nəzərə alaraq əiəlindçn peşman olmasını cəzanı yüngülləşdirən hal kimi qəbul edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivinin olması Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran haldır. Belə ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin 2009-cu il 28 iyul tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə təqsirli bilinib 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmaqla 2020-ci il martın 30-da cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən ağır, yəni Azərbaycan Respublikasının CM-nin 181.2.5.-ci maddəsində nəzərdə tutulan cinayəti törətmişdir. Azərbaycan Respublikasının CM-nin 83.3.4.-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikasının CM-nin 18.2.2.-ci maddəsinə görə qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxsin yenidən qəsdən ağır cinayət törətməsi cinayətlərin təhlükəli residivini yaradır. Azərbaycan Respublikasının CM-nin 65.2.-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əməllərə görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs 2021-ci il iyulun 07-dən 2021ci il iyulun 09-dək tutulduğu 02 (iki) gün Azərbaycan Respublikasının CPM-nin 158.2.1.-ci maddəsinin tələblərinə müvafiq olaraq təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 56.1.3.-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivi olduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs barəsində seçilən həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 60 iş saatı müddətində müdafiə olunmuşdur. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs məhkəmədə göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 360 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının 18-ci bəndində göstərilir ki, müttəhimə azadlıqdan məhrumetmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablanması məsələsi heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətində başqa müttəhimin şübhəli şəxs qismində saxlandığı, onun təhqiqat ibtidai istintaq dövründə, yaxud məhkəmənin qərardadı əsasında məhkəmə-tibb müəssisələrində müayinədə olduğu müddət, həmçinin hərbi qulluqçunun, daxili işlər nazirliyi əməkdaşının həmin işlə əlaqədar intizam qaydasında hauptvaxtda saxlandığı müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 2021-ci il iyulun 11-dən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin Azərbaycan Respublikasının CM-nin 181.2.5-ci maddəsi ilə təqsirli bilinib 09 (doqquz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun, onun 2021-ci il iyulun 07dən 2021-ci il iyulun 09-dək tutulduğu 02 (iki) gün təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza kimi 09 (doqquz) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 2021-ci il iyulun 11-dən hesablansın. Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 360 manat köçürülsün. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu andan (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Əhməd Quliyev Azər Paşayev
Məhkəmə qərarları › İş №1(101)-207/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-207/2022
25.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver